Bu bölgənin müasir İran tarixində adı keçən əsas
şəxslərindən biri də Münşizadədir. Müvərrixüldövlə
Sepehr onun haqqında yazır: "Mirzə Kərim xan
Monşavofun oğlu Mirzə İbrahim Münşizadə İrəvanın
tanınmış və əsilzadə nəslindəndir. 1126-cı ildə şah
sultan Hüseyn Səfəvi tərəfindən XIV Luinin sarayına
səfir göndərilən Məhəmməd Rza bəy də həmin nəslin
başçılarından idi.
Münşizadənin atası Kərim xan hicri-qəməri tarixi
ilə 1307-ci ilin əvvəllərində Nəsrəddin şah Avropaya
sonuncu dəfə səfər edərkən ondan İrana köçməyə icazə
istəyir. O vaxt 11 yaşı olan oğlu İbrahimlə birgə hicri-
qəməri tarixi ilə 1307-ci ilin cəmadiülaxir ayında
Tehrana gəlib çıxır.
Kərim xan kazak kazarmasında ruslar əleyhinə
qrup yaradır və bundan qorxan Kaskov Qacar qəsrin-
dəki qonaq evində ona işgəncə verir. Münşizadə ata-
sından sonra kazak kazarmasına daxil olur və bütün
ömrü boyu burada ruslar əleyhinə iş aparır. Nəhayət, o
da məşhur Lyaxovun qəzəbinə gəlir və hicri-qəməri
tarixi ilə 1325-ci ilin səfər ayında dostu, briqada
generalı Əsədullah Əbulfətzadə (Əbülfətzadənin tərcü-
meyi-halı ilə tanış olmaq üçün "Varlıq" jurnalına bax.
Hicri-qəməri tarixi ilə 1372-ci ilin payız nömrəsi) ilə
birgə kazak kazarmasından çıxıraq Məşrutə mücahid-
lərinə qoşulur. Məşrutə yaranandan sonra Münşizadə
1
Nəxostin ruyarui-ye əndişegəran-e İran ba doruye-ye təməddon-
e burjuazi-ye Qərb, səh.443
191
bir çox mühüm vəzifələrdə çalışmış, Qar və Feşafuyə-
də maliyyə işçisi, hicri-qəməri tarixi ilə 1332-ci ildə
Xar və Firuzkuhda maliyyə nəzarətçisi olur. Daha
sonra isə o, Cəza Komitəsinin əsasını qoyur.
1
1378-ci şəmsi ilində Türkiyədə vəfat etmiş məşhur
tərcüməçi Məsud Rəcəbniya İranda tanınan məşhur
irəvanlılardan idi. İrəc Əfşari onun haqında yazır:
"Güclü qələmə sahib tərcüməçi, ədəbiyyat və mədə-
niyyət yanğısı ilə yaşayan insan Türkiyədə vəfat etdi.
Atası Rəcəbov tanınmış ziyalı idi və İrəvandan İrana
köçmüşdü. Doktor Yusif İrəvaninin dostlarından və
həmyerlilərindən idi. Rəcəbovun üç oğlu var idi; Mə-
həmməd Asim (O da mütərcim idi və 1323-cü ildən
başlayaraq onun tərcümələri dövrün jurnallarında
nəşr olunurdu. Bir-iki roman tərcümə edib), mühəndis
Davud Rəcəbi (Müsəddiq dövlətində nazirlikdə işləyib)
və bizim fazilimizin qiymətli dostu Məsud Rəcəbniya.
Doktor Mirin oğlanları deyirdilər ki, onların mər-
hum ataları İsveçdən İrana qayıdanda fars dilini dürüst
bilmirdi. Doktor Mir həmişə deyirmiş ki, fars dilini Mə-
suddan öyrənmişəm. Məsud üç-dörd yaşında ikən dok-
tor Mir onunla böyüklərdən daha çox söhbət edərmiş.
Rəcəbniya tarixi kitabları və Səfərnamələri tərcümə
etməyi sevərmiş. O, Bəhmən Əncüməninin səmimi
üzvlərindən idi. Bəhmən Əncüməni əlli il doktor Mə-
həmməd Dəbirsiyağinin və doktor Məhəmməd Cavad
Məşkurun sayəsində mövcud olmuş və hələ də bir neçə
nəfərin hesabına yaşamaqdadır.
Rəcəbniya nəfsi tox, insansevən adam idi. O,
aramla danışardı və şirin bəlağət sahibi idi".
2
1
İran dər cəng-e bozorg, səh.416
2
"Buxara". 6-cı say, 1378-ci ilin xordad və tir ayları, səh.215
192
İrəvan şairləri
İrəvandan bir çox görkəmli şairlər çıxmış və onlar
şeirlərini əsasən Azərbaycan türkcəsində və farsca
yazmışlar. Onların arasında ərəb dilində yazanlar da
olmuşdur. Əvvəlki səhifələrdə həmin şairlərdən bəzilə-
rinin haqqında qısa məlumat verdik və onların yara-
dıcılıq nümunələrilə tanış olduq. Sonda bir daha bu
mövzuya qayıdaraq İrəvan əsilli bəzi sənətkarlar barə-
də söhbət açmaq, onların yaradıcılığından qısa nümu-
nələrlə sizi tanış etmək istəyirik: Aşüftə İrəvani, Aşub
İrəvani, Bidil İrəvani, Çeşmə İrəvani, Höccət İrəvani,
Hərif İrəvani, Dəlil İrəvani, Şakir İrəvani, Fəxri İrə-
vani, Qabil İrəvani, Qüdsi İrəvani, Nazim İrəvani və s.
Onlardan üçü, Rzaqulu xan - Çeşmə İrəvani, Hü-
seynəli xan - Qabil İrəvani, Həsən xan - Şəhab İrəvani
təxəllüsü ilə yazıb yaratmışdır. Çeşmə və Qabil İrəvani
Fətəli şahın oğlu Mahmud Mirzənin yaxın qohumu,
Şəhab İrəvani isə Fətəli şahın digər oğlu Rüknüldövlə
adlanan Molla Zaman Əlinağı Mirzənin nəslindən idi.
Aşüftə İrəvaninin əsl adı Kəlb Hüseyn bəy idi. O,
İrəvanın əsil-nəsəbli ailəsindən çıxmış və vilayət
şeyxülislamı Hacı Molla Məhəmmədin qardaşı oğlu
idi. Cavanlığında Tehrana gələrək Zilli-sultan Əlişahın
himayəsində yaşamışdı. Onun bəlağətli və lətafətli
nitqinə müasirləri həsəd çəkmişdir. Aşuftə İrəvani
şeirlərindən birində deyirdi:
Dedin, mənim vüsalımı məgər yuxuda gördün?
Məgər mən yata bilirəm ki, yuxu da görəm?
Aşub İrəvani: Bu təxəllüs altında yazıb-yaradan
Mirzə İsmayıl hicri-qəməri tarixi ilə XIII əsrin məşhur
İrəvan şairlərindən olmuşdur. O, Fətəli şah Qacarı
193
(hicri-qəməri tarixi ilə 1211-1250) mədh edən çoxlu
şeirlər, qəsidələr yazmışdır.
O, Müslümün oğlanlarının məzarı üstündə Hüseyn
xan (Fətəli şahın kürəkəni və İrəvan hakimi) və onun
qardaşı Həsən xan tərəfindən ucaldılmış məqbərəni
ziyarət edərək aşağıdakı beytləri söyləmişdi:
Sarayı asimana ucalan xaqanın hakimiyyəti dövründə,
Cəsarətli şəhriyarın dünyanı bəzədiyi günlərdə,
Aşub öz qələmilə bu möhtəşəm tarixi yazdı...
(Bu səadətin əsasını Hüseyn və Həsən qoydu)
Bidil İrəvani: İrəvanın tanınmış zadəganlarından
biri olan bu şəxsin əsl adı Paşaxan idi. O da hicri-
qəməri tarixi ilə XIII əsrin istedadlı şairlərindən hesab
olunur. "Bidil" təxəllüsünü qəbul etmiş sənətkarın
ürəyəyatımlı məhəbbət şeirləri vardır:
Hüsnündə və nazında çox fitnələr var,
Kaş ki, əhdində vəfalı olaydın.
Gəldin, gəlişinlə behişti bəzədin,
Getdin, gedişinlə qiyaməti əyan etdin və qiyamət
qopardın.
Əgər sənin billur kimi əlindən bir cam içsəm,
Məst olub, məhşər gününədək özümə gələ bilmərəm.
Çeşmə İrəvani: Əsl adı Rzaqulu idi. O, Fətəli
şahın oğlu Mahmud Mirzənin əmirlərindən olan
Məhəmməd xan Qacar İrəvaninin oğlu idi. Rzaqulu
İrəvani illərlə Nəhavənddə şahın baş xidmətçisi olmuş,
yüksək əxlaq və mədəniyyəti ilə fərqlənmişdi. O, hər
yerdə hörmət və izzətlə qarşılanmışdı. Aşağıdakı
nümunə onun şeirlərindəndir:
194
Əgər bu dilbər mənə mehribandırsa,
Asimanın mehriban olmaması da kədərli deyil.
Qəlbimdən çıx, ey qəm, çünki bu gecə
Canan ilə görüş ehtimalı var.
Höccət İrəvani: Mirzə Məhəmməd İrəvani hicri-
qəməri tarixi ilə XIII yüzilliyin söz sahiblərindəndir.
Fətəli xan Səbanın qəsidəsinə cavabında İrəvan
sərdarının dilindən aşağıdakı mətləli şeiri deyib:
Ey Səba, sənin yurdundan bu diyara səba gəldi,
Onun ətrindən hər yan müşki-ənbər qoxusu ilə doldu.
Hərif İrəvani: Hicri-qəməri tarixi ilə XIII əsrdə
yaşayıb. Naibüssəltənə Abbas Mirzənin mədhinə
aşağıdakı mətləli qəsidəni yazıb:
Novruz gəldi və isfənd ayı keçdi,
Keçdi azər ayı və yenə gəldi azar ayı.
Dəlil İrəvani: Fətəli şah Qacar dövrünün şairidir.
Şahı mədh edən bir qəsidə yazıb və həmin qəsidənin
bir yerində İrəvan hakimi Hüseyn xanın bünövrəsini
qoyduğu İrəvan məscidinin tikintisindən söz açmışdı:
Bu mina üzlü məscid
İrəvanda da onlardan yadigar qaldı,
Dəlil ondan ilham alıb, yazıb- yaratdı,
Onların xeyirxahlığından bir məscid ucaldı.
Şakir İrəvani: Şeyx Musa İrəvani hicri-qəməri
tarixi ilə XIV əsrin söz sahiblərindəndir. O, Şakir
təxəllüsü ilə yazıb-yaratmışdır. Şeyx Musa xoşavazlı
195
vaiz, şirindilli natiq olub. Çiçək xəstəliyi nəticəsində
iki gözünü itirmiş və üzü çopur-çopur olmuşdu. O,
hədsiz güclü hafizəyə malik olub. Şair dostları arasında
qurman kimi tanınıb, çillə plovu və badımcanı sevib.
Çox vaxt aşağıdakı beyti zümzümə edərmiş:
Canım kimi sevdiyim yeməklər
Çillə, cücə və badımcandır.
Şəhab İrəvani: Məhəmməd xan Qacar İrəvaninin
oğlu Həsən xan ilk gəncliyindən nümunəvi əxlaqı,
gözəl davranışı ilə seçilib. O, dövrünün elmlərini kamil
öyrənib. Məhəmməd Mirzə yazır: "Həsən xan gəncli-
yində Əli Nağı Mirzənin yaxın dairəsinə düşüb və indi
də (hicri-qəməri tarixi ilə 1240-cı il) həmin şəxsin ya-
nında hörmət və izzət sahibidir. Bu insanların köməyi
ilə qəzəl yaradıcılığında xeyli irəli gedib". Həsən xan
Mahmud Mirzəni mədh eləyən bir şeirində deyir:
Zülfün üzündə oddan çıxan tüstüyə bənzər,
Ey hökmdar, sənin tüstündən göz yaşarır.
Qabil İrəvani: Məhəmməd xan Qacarın oğlu, Çeş-
mə və Şəhab İrəvanilərin qardaşı olan Hüseynəli Mah-
mud Mirzənin müasirlərindən və yaxınlarındandır.
Onun belə bir şeiri var:
Sənin zülmlərindən çox gileyim var,
Bizim gileyimiz çox, sizin hövsələniz.
O uzun hörüklərdən təkcə mən həyəcanlı deyiləm,
Bu hörüklər mənim kimi çox insanları divanə etmişdir.
Nazim İrəvani: Abbasqulu xan Cavanşirin oğlunun
yavəri olan Əli Əkbər xanın oğlu Əli xan İrəvandan
İrana köçmüşdü. Nəsrəddin şaha yaxın idi. Bir müddət
196
xarici işlər naziri və ədliyyə naziri olmuşdu. Əli Əkbər
xan Təbrizdə məskunlaşmışdı. İbrət Naininin yazdığına
görə, o, buradan Herata göndərilmişdi... Heratdan qayıt-
dıqdan sonra Tehrana gəlmiş və orada vəfat etmişdi.
Tehranda doğulan Əli xan fars dili üzrə təhsil aldıq-
dan sonra orduda xidmət etmişdi. O, polkovnik rütbəsinə
yüksəldikdən sonra bir müddət rus səfirliyinin mühafizə-
sinə rəhbərlik etmiş, sonra köhnə qoşun hissələri dağıdıl-
dığına görə, kazak məktəbində çalışmış, bir müddət orada
hərbi fənləri tədris etmişdi. Tədricən sultanlıq rütbəsinə
yüksələn Əli xan dəfələrlə Ərdəbil və Qaracadağa ezam
olunaraq orada öz vəzifəsini yerinə yetirmişdir. Bundan
sonra ingilis səfirliyinin mühafizəsinə rəhbərliyə cəlb
edilmiş və altı il həmin vəzifədə çalışmışdı. Hal-hazırda
qoşun komandanlığının baş müşavirlər idarəsində
xidmətini davam etdirir. Əsas məşğuliyyəti qəzəl
yazmaqdır və bu sahədə mərhum şair Mühitin yolunu
davam etdirir. O, şeirlərindən birində yazır:
Nə üçün sənin ətrini gülə veriblər?
Məgər onlar sənin gözəl üzünü görməyiblər.
Gülə de ki, rəngin ilə fəxr eləmə,
Bir külək əsər səni soldurar.
Əgər qiyamət günü Nazim torpaqdan qalxsa,
Birinci səni axtarıb tapar.
1
1
Tərcümeyi-hallar və ixtisarla verilmiş İrəvan şeir nümunələri
Əziz Dövlətabadinin "Qafqazda fars şeirinin nümayəndələri"
kitabı əsasında hazırlanmışdır.
197
İrəvanın Mirzə Müslüm Qüdsinin
qələmi ilə tərənnümü
Hacı Mirzə Ağasinin atası “Qüdsi” təxəllüslü
Mirzə Müslüm İrəvan şairlərindəndir. O, əsərlərində, o
cümlədən üç yüz beytdən artıq olan bir məsnəvisində
doğulduğu torpağı vəsf etmişdi. Beytləri kitabın
müxtəlif fəsillərində Həsən Xəttam adı ilə verilən bu
məsnəvini oxuculara təqdim etmək yaxşı olar. Əziz
Dövlətabadi onun haqqında yazır: "Qüdsi divanının bir
nüsxəsi 2814 nömrəsi altında Hacı Məhəmməd
Naxçıvaninin “Şadrəvan” kitabxanasında saxlanılır. 23
x16 ölçüdə olan divan 350 səhifədən ibarətdir və hər
səhifədə 18 beyt vardır. Burada Rəsuli-Əkrəm (s.s),
dövrün əmir və vəzirlərinin tərifi, tarixi hadisə və
faciələrə, böyüklərin vəfatına aid madeyi-tarixlər, fars,
türk, ərəbcə məsnəvilər, qəzəllər yer almışdır.
Bu məsnəvidə Çuxursəd, Qırxbulaq, Xan bazarı,
Dərəbağı, Xan məscidi, Göyçə yaylağı kimi İrəvan
məhəllələrinin bir çoxunun adı çəkilir".
198
Mirzə Müslüm Qüdsi
"İrəvanın vəsfi" məsnəvisi
Yer üzü Şərqdən Qərbə, heç şübhəsiz,
İnsanın cismi kimidir bir fərqsiz.
O üzdən ki, bədən cana möhtacdır,
Bu bədənin ruhu məhz İrəvandır.
Onda ki, səadət tutmuşdur qərar,
Ondan adın Çuxursəd qoydular.
Fələkdən nə qədər ad nazil olsa,
Dünyada ona tay tapılmaz əsla.
Xoşbəxtlikdə o qədər ki, müşərrəf,
Vilayət adın ondan almış, əlbət.
Çün qızıldan qiymətlidir torpağı,
Bəs ondan törəmiş dövləti, varı.
Gümüşdən qiymətli bir içim suyu,
İnsana can verər bu su, doğrusu.
Torpağının hər qarışı qazılar,
Tanrı sənətinin mədənini andırar.
Birisi canın qoya bu ölkəyə,
Sahib olar çoxlu vara-dövlətə.
Kimsə bir ovuc yerə toxum səpər,
Ondan sonsuz qədər məhsullar dərər.
Hər qarışı bərəkət torpağının,
Tükənməzdir il boyu məhsulu.
Torpağının dəmyədir hər parçası,
Bir çaya deyil möhtac tüm bucagı.
Araz nəhri qollarsız Araz deyil,
Dəryaya qovuşmasi yaxın deyil.
Var suyunun şirinliyi bu sayaq,
Saysız qollarından deyildir uzaq.
Kimsə ona sahib ola bilməzdi,
Gər İrəvan bunu rəva görməzdi.
199
Hər yaz geniş çölləri başdan-başa,
Yağış sularından olar tamaşa.
Qış gələndə dagları sonsuz qardan,
Gümüş kimi bərq vurarlar uzaqdan.
Bu yerlərin misilsiz ab-havası,
İnsanın başından alar həvəsı.
Saray baxçaların sonsuz səfası,
Oğrunu sənətdən eylər, qısası.
Məhlələri vüsal kuyun andırar,
Pərişan qəlblərin şamın yandırar.
Qədim şəhrin möhtəşəm hər küçəsi,
Cənnət bağının, san, bir nişanəsi.
Ürəkləri ovlayan bir şəhər bu,
Sinələri oxşayan bir məkan bu.
Yarandığı gündən bu günə kimi,
Görməmiş siması xəzan nəsimi.
Qırxbulağın zülal çeşməsi axar,
Abi-kövsər kimi hər yerdən keçər.
Kimsə suyundan bir qurtum gər dadar,
Meyin tamın həmən o an unudar.
Ağaclardan ucadır sarayları,
Günəş işığına oxuyar meydan.
Ağac budaqları bir tavus kimi,
Başında oluşan bir çətir kimi.
Hər tağının günəşli işləməsi,
Üfüqdə günəşin bir nişanəsi.
Hər kimi tutsa İrəm paxıllığı,
Xatirindən pozular rahatlıgı.
Suyu şuxluqdan, elə bil, gülər,
Can evindən qəmi, kədəri silər.
Cənnət məkanıdır ab-havası,
Ruha qida verər zövqü səfası.
Əbədi həyat ağacıdır, sanki,
200
Qocalığında da bar verər çünki.
Eyş və işrət saçan bu saraylarda,
Naxoşluq ürəkdə heç olmaz peyda.
Gər son zamanlar düşmüş fitnə-bəla,
Qiymətli nüfuzu olmuş mübtəla.
Əmniyyətini Xuda var eyləsin,
Qönçə dodağın gülümsər eyləsin.
Bazarı, xanı və karvansarası,
Gül üzlü gözəllər onun səfası.
Əhli dünyagörmüş bu uca yerin,
Cümləsi yaranışıdır göylərin.
Buralarda tədbirlidir hər bir kəs,
Öz qismətini arar, yazar hər kəs.
Camaat ölkəsi tək xoşsifətdir,
Əhali elmə qarşı xoşxilqətdir.
Yaranışının gözəllik mizagı,
Xatırladır Səfaxan çarbazarı.
Dükanı, pasajı xatir oxşayan,
Gözəl hücrələri əcəb xoşməkan.
Hind Turan malları ilə dopdolu,
Rum və İran mallarının çox bolu.
Burda hər cür ucuz mallar satılar
Alış-satış hər zaman rəvac olar.
Meydanının kənarları hüdudsuz,
Səfasıdır necə hədsiz-hüdudsuz.
Xan məscidinin bakirə fəzası,
Cənnət bağı parçasının səfası.
Yerdəki daşları dür kimi parlar,
Hər baxan baxışa bir ruh bağışlar.
İşlənmiş beytinin həqqi hörməti,
Riqqətə gətirər, inan, abidi.
Əgər kimsə burda edə ibadət,
Tərk etməz buranı bir daha, əlbət.
201
Göz sataşsa mehrab tağına əgər,
Onu görməkdən, inan ki, məst edər.
Üfüqün hər bir tərəfindən, sanki,
O tağa məhəbbətlər yağar, bil ki.
Qaşının çatmasının işarəti,
Nakam ürəyə şəfadır xilqəti.
Aliliyindən hər bir güşəsinə,
Ay, Günəş nur qondurar şüşəsinə.
Qübbəsinin firuzədəndir rəngi,
Boynundakı daş-qaş kimidir, sanki.
Minarəsi-boyu uca ümidlər,
Bu çal kişinin əsasına bənzər.
Gül dəstələrinin lətafətindən,
Açarlar yepyeni güllər ətrindən.
İman əhlinə qapısı açılar,
Bura girən təklənmiş mələk olar.
Bir kimsə görməmiş onun bəlasın,
Rəhmətlər olsun qoyana binasın.
Xəyal aşa bilməz özəl bürcləri,
İnsan tuta bilməz burda heyrəti.
Qalası dünyadan tamam ayrıdır,
Belə bürclü hasar harada vardır?
Tikilişidir dünyada əvəzsiz,
Bərklikdə zərbülməsəl oldu, şəksiz.
Uca imarətləri zər-zinətli,
Qəsrinin mənzərələri ləzzətli.
Zəngi çayının vadisi, xüsusən,
Xavərnak qəsridir sanki, deyəsən.
Çayının səfası ilə qəsrləri,
Əlçatmazlıq təsdiqidir rəmzləri.
Zəngi çay deyil, cənnət bulağıdır,
Aynası gözəlliklər soragıdır.
Adı dillərdə onun dastan oldu,
202
Bu səbəbdən də adı Zəngi oldu.
Mənbəsindən ta ki, uzaq çöllərə,
Suyunun qətrəsi getməz hədərə.
Onun saf suyu dür kimi parıldar,
Nisan qətrəsi tək od tutar yanar.
Suyu içindəki saysız balıqlar,
Dalğalardan parça-parça tək olar.
Üzündəki saysız ördək və qazlar,
Ovçu və şahinlərdən kənar üzər.
Burada ab-hava ənbər kimidir,
Körpünün dörd yanı cənnət kimidir.
Zəngi ətrafının yaşıl fəzası,
Sanki, Avropanın olan nəşəsi.
Göz oxşadıqca gülür yer elə bil,
Harda var belə gözəllik, onu bil.
Çəməndə xoş güllər, səbzələr içi,
Yelpazə çəkər hər an Səba yeli.
İnsanı şövqü-həvəsə hökm edər,
Ruhu və canı əyləncəyə çəkər.
Agil bilə bilməz harda otursun,
Güllərdən hansının ətrini alsın.
İşrət səfa məclisi dolub daşar,
Zövq, əyləncə və gülüş başdan aşar.
Hər kim burda baharda getsə bağa,
Xəzanında yüz yaz açar uçmaga.
Qala ətrafında söyüdlük bağı,
Ərən bağçasının eşsiz misalı.
Yaşıllıqlarının hər bir parçası,
Arxlarladır aşiq-məşuq misalı.
Sərvin, ağcaqayının rişəsindən,
Ab-kövsər su axar çeşməsindən.
Zülal suyu yaşıllıqları bəzər,
Göy çəmənləri, sanki, fərşə bənzər.
203
Küknar söyüd ilə olmuş qol-boyun,
Narbəndlər başdan ayağa bir oyun.
Yasəmənlər kölgəsilə əl-ələ,
Hər birinin altı ayrı mənzərə.
Gülüstanı bir zümrüd parçasıdır,
Qırmızı söyüdü mərcan daşıdır.
Yaşıllıqlarında eşq dolu otlar,
Səfaları ilə qəlbləri oxşar.
Bülbülünün fəğanı yaxın qəlbə,
Şəlalə səsi edər axın qəlbə.
Cana can verər sərvinin nihalı,
Azadlığı əldən alar xəyalı.
Söyüd budaqları, sanki, bir Məcnun,
Leyli saçları tək olmuş didərgin.
Şəhər bağçasından bir az aralı,
Əsən külək, sanki, Səba misalı.
Ulu böyüklərin təb dünyası tək,
Yan-yörəsi çox da genişdir, gerçək.
Yenişli-yoxuşlu bütün hər yanı,
Cənnət misalı tək səfa bagları.
Bağçaları Misir bağları tək,
Dadlı-tamlı meyvələr verər qəşəng.
Dadanlar bu meyvələrin dadından,
Olarlar çox uzaq bir daha qəmdən.
Dadı yüz kam ləzzət verər insana,
Bal dadı ondan heç düşməz uzağa.
Qızılı almalarının ətrindən,
İnsana ruh bağışlar ləzzətindən.
Ruhu, lətafəti canlı kimidir,
Bağban yetirdiyi daru kimidir.
Ayaması Qoşazənəxdanlıdır,
Dəribən yenməsi daha tamlıdır.
Narı dodaqlara təbəssüm qoyar,
204
Dadından dünyada kimsəmi doyar?
Ləzzəti fərəh bəxş edər aləmə,
Bağların büsatın yayar aləmə.
İçi, sanki, balla, şərbətlə dolu,
De ki, şərab şüşəsidir dopdolu.
Meyvələrinin nur parlaqlığından,
Danələri olar kənardan əyan.
Yeyliməsi insana qüvvət verər,
Həyat mənbəyi tək ona güc verər.
Gül, parıltıdan haldan-hala düşər,
Bağ onun ətrindən gülaba dönər.
Armud düşkünlərə bir əlac olar,
Bostan şənliyinə bir saqi olar.
Qəndli budaqları qızıla bənzər,
Dolu sürahiləri bal və şəkər.
Qaranlıqda o çəmənlərdə gecə,
Damlası şam tək işıq saçar necə.
Şirinlə lətafət araya gəldi,
Ondan armud adı dünyaya gəldi.
Parlaqlıqda meylər ilə yarışar,
Gözəllərlə bir arada sayrışar.
Ətəkləri tavus quyruğu kimi,
Heyva sarılığı çırağban kimi.
O vadinin quruluşu, sanki, Tur,
Ağacların rəngi bir behişti-nur.
Cənnət ağacından başqa heç biri,
Bu heyvalar qədər verəmməz barı.
Gözəl şəmailli Yusifin ətri,
Bir neçə mənzildən alınar ətri.
Yetməz barın qaldırmağa budağı,
Torpaq olmuşdur onun səcdəgahı.
Bülbüllərin qəmli şaqraq səsləri,
Paran-parça edər duyan qəlbləri.
205
Təzə əriyi gözəl bir qız kimi,
Yanağın al ilə süsləmiş kimi.
Səhər vaxtı günəş üfüqdən parlar,
Yanar ağac kimi parıltı saçar.
Kaftanı çün bədəninə təng gəldi,
Təpələri zəfərana döndərdi.
Bir anda hər şey öz yerini aldı,
Buluğ sərhəddinə özü ucaldı.
Hər tərəfdən onu arzu edərlər,
İstək, arzular baş alar, gedərlər.
Bu xoş mənzərənin çox şövqü olar,
Bundan çoxlu istəklər peyda olar.
O ərik deyildir, gözəl, vüqarlı,
Budaqda meyvədir dolu nabatlı.
Hacət yoxdur ona tərəf getməyə,
Və ya azar edib dərdin çəkməyə,
Aşiqlərin o vəfalı məşuqu,
Özü düşər, sevindirər aşiqi.
Saflığından tumu nəmayan olar,
Huri vücudu, sanki, əyan olar.
Vəsfin əgər etmək istəsə bir kəs,
Dadlara bələd olmalıdlr bəs.
Adını dilinə ğətirsən əğər,
Şəkərdən dodaqlar yapışar məğər.
Üzümlərinin rəngarəngliyindən,
İstəklər qarışar onun əlindən.
Parlaq ulduzlara tarması bənzər,
Ətəkləri tərtəmiz, altı ğülzar.
Saysız salxımından nəşələr yağar,
Dünya onun eşqinə tərif söylər.
Gözəl salxımına nəzər edə kəs,
Baxışından ol şəxs həmən olar məst.
O nəfis noğulun şəffaflığından,
206
Nəfis zay olar giriftarlığından.
Nəşəni üstələmiş dadı ilə,
Bir mey mənbəsidir salxımı ilə.
Təminin ləzzətindən kam alar nuş,
Şirinlik dünyası olar fəramuş.
O tapılmaz noğula düşsə kölğə,
Ağırlığa dözməz, su olar, bəlkə.
Dadlı tamı onun rənginə sığmaz,
Lətafəti tum fəzasına sığmaz.
Zənginin kənarı, dərə bağları,
Dörd tərəfdən xatırladar bulvarı.
Fələyin kəhkəşanıdır bəzəyi,
Çün burdan alarlar həmən ənbəri.
Onun kamalına tam bir nişanə,
Ağıllar onunla yetişər kama.
Qüdrəti hiyləsiz pərgar yaratdı,
Bağçalardan Zəngar xətti yaratdı.
Həndəsi gözəlliklərin ziynəti,
Gümüşü arxla bəzədi xilqəti.
Hər bir bağın var cənnətə oxşarı,
Zəngidən çox arxlar onun axarı.
Hərəsi bir çeşmə içməli suyu,
Gecədən alarlar qara-qorxuyu.
Ceşmə nuru Günəş işığı qədər,
Topa buludlardan görünər məgər.
Ağıl gücü ilə canı dərk edə,
Mümkünsüzdür gözlər onu dərk edə.
Su sadəliyin isbatı vardır,
... dandır ki, dəlili vardır.
Xəlxəl gözəlləri xoşsifət olar,
Buzun aynasından həm gözəl olar.
Ağac boyları huri qaməti tək,
Baxan ürəklərə nur verər gerçək.
207
Tuba misal agacın hər guşəsi,
Xoşavaz quşların saysız yuvası.
Sərməstlər dövrəsində büsat qurar,
Başların çiyninə qoyar uyuyar.
Söyüdlər sərvləri qucmuşlar, bax elə,
Aradan Ay, Gün nuru sızmaz belə.
Hər kəs onun ləziz dadına yetər,
Şəkər neyinə üzü qarə yetər.
Tut ağacının say-hesabsız qolu,
Çəmənin olmuşlar ipək örtüyü.
Yaşıl yarpaqları mənzərə açmış,
Budaqları zümrüd tablo yaratmış.
Tut adlı şəkərli noğulu çoxdur,
Tərifin yetirmək imkanı yoxdur.
Noğulunun ləzzətin Səba ölçər,
Xoşluğunu gəlinlər nisar eylər.
Onun şövqi məzəsinin şənliyi,
Qənd ilə adam ondan alar tərliyi.
O, bir huri bakirənini məməsi,
Şərbət kamıdır ürəyə nəşəsi.
Ballı südü ilə cocuğa məlhəm,
Beşik zəifinə bir odur məlhəm.
O tapılmaz noğula düşsə nəzər,
Şəffaflıqdan ərir, suya dönər.
Lütfün gözü ilə, bax, necə haldır,
Bir baxmaqla hasil olan kamaldır.
Hər yanıyla o qənd parçası yanar,
Ulduzlar tək birlikdə də parıldar.
Baldır, süddür tərliyindən təzəsi,
Kamlar hasilə yetirər nəşəsi.
Noğlunun ətəyindən sürüşməsi,
Budağına zərər verməz düşməsi,
Gər hüsnü insana bir sevincdir,
208
Pulla alınması rəvac deyildir.
Bazarı hər ləyaqət sahibinin,
Məskənində olar kasad onun.
Məxsusən, dünya vəzinən ölkənin,
Bilgisi süst ola ölkə əhlinin.
Qələm ki, baxçanın vəsfindən yazar,
O yazının hər sətrindən bal axar.
Bax ki, suyun dəyişən qüdrətinə,
Nəbat butə bal olar qüvvətinə.
Sənayedə var olmayan ölkənin,
Torpağından qənd olar hasil, yəqin.
Nazlı dilbərlərin sözü kimi,
Həyat bağışlar cana özü kimi.
Onda gülabla qənd vüsala yetmiş,
Sonda xam şəkərin dadını vermiş.
Qəndin gərçi nəşəsi olur da çox,
Nə yazıq onun qədər fərahı yox.
Del ki, təzə qəndin eşqinə düşər,
Dadının atəşi ciyərə düşər.
Bitki eşitsə zülalın balını,
Tilsimin şüşəsi sanar malını.
İncəliyindən bir uşaq kimidir,
Dodaqları cocuq təbəssümüdür.
Sözlərini gözləri ilə söylər,
Özündən təzə qənd olurmu məgər?
Yeyə onu, olmamış hasil, xəyal,
Ürək parçalanar, üz verər məlal.
Birəcik uşaq kimi o nazpərvər,
Azca tozdan olar dərdli o sərvər.
Bıçaq parıltısı tək üzə düşər,
Şəkər tək çilənər, axar da, gedər.
Yanında bıçağın çəkilməz adı,
Yazılar varlığına anda adı.
209
Nur səsi əgər ona əyan olar,
Sanasan, Turi-sina yeksan olar.
Musaya çox da vacib olmuş bu iş,
Ol vadidə nəleynini çıxarmış.
Ud, mişki yetişdirən çəkər cəfa,
İyindən ətrafı alarlar səfa.
Hər yerdə o yaşasa, salsa məskən,
Ətrindən o yerlər olarlar gülşən.
Ancaq Misirli lütf üzlü Yusif,
Züleyxa mehrinin qurbanı Yusif,
Bir anda dost əğyarından ayrılar,
Zindanlar qəminə giriftar olar.
Qəm yemə, nədən ki, qəm ağladandır,
Zindandan çıxanlar əziz adamdır.
Əzm yazını alar, yenidən yazar,
Yazılmışı qurdlar əlilə pozar.
Onun ətrafı yaylaq mənzərəsi,
Meydən sonra olan həyat nəşəsi.
Gözdə görünər hər kəsə möcüzə,
Burda hər bir tərəf özü möcüzə.
Ərz ki, gövhər ətəyindən ayrılar,
Uzaqlıq, sanasan, bir yaxın olar.
Dörd tərəfi yaylaq dağları sarmış,
Elə bil, dörd daşı olan daşqaşmış.
Bir tərəfdə onun Ağmanqan dağı,
İran şahlarının bəyən oylağı.
Vəsfinə bəsdir ki, xaması onun,
Namələrə olmuş ünvanı onun.
Oradan bir adlı-sanlı istəsən,
İşrəti natamam olmaz biləsən.
İstək yapışar hər kəs yaxasından,
Çəkər bura İran uzaqlarından.
İşrətin büsatın qurarlar burda,
210
Qalmasın arzular gözdə, ürəkdə.
Əgər bu mənanı tuta bilməsən,
Təhmasibi, Nadiri düşünəsən.
Bir yanda Elaks dağı sərəfrazdır,
Gəlintək gözəldir, işvəlinazdır.
Tər gül gözəli ilə bir arada,
Ürəkdə dözüm şövqü qalmaz arada.
Hər yerdən minlərlə çeşmələr doğmuş,
Sevinc yaşları tək somsoyuq olmuş.
Həkim olaydım kaş, gül cövhəri,
Neçə sirrdən hali edərkən əqli.
Bir təbdən olur bunca mümkün hasil,
Bir qarışdan yüz cür gül olur məhsul.
Bütün çöllər, dərə, səhra və düzlər,
Maral buynuzundan meşəyə bənzər.
Bütün kəvşənləri ahu ilə dolu,
Dağlıqları ağlı, bozlu, kəklikli.
Havanı tutmuşdur tərlan şahinlər,
Tüləklər, qırqovullar, həm laçınlar.
Leyləyin balası güclü və nazlı,
Poladdan çəngli, almaz dimdikli.
Gözəl əlamətli xoş mənzərəsi,
Ürəklər ovlayar mənzərəsi.
Əgər ondan birini əldə edə kəs,
Sanki, vilayəti ovlamışdır bəs.
Ovuna elə ki, pərvazlanar o,
Cəldlikdə şahini dalda qoyar o.
Ov qəsdilə qanad çalanda hərdən,
Qartal qorxusundan tük tökər onlar.
Erkək quş görsə onun kölgəsin,
Yuvasında itirər öz kölgəsin.
Tümüylə açarsa ov qanadını,
Əsqa quş daha açmaz qanadını.
211
İran Rum şahlarına bir hədiyyə,
Tapılmaz belə yaxşı bir töhfə.
Pəncəsinin, bil ki, ayrıdır hüsnü,
Ki, əldən-ələ gəzidirərlər onu.
Yer kürəsində ürəyə ən yaxın,
Yumurtadan çıxmış bir bala şahin.
Şirin-şəkər camalı-hüsnü onun,
Gətirər ağla saf bal aynasın.
Ağıllı müdriklər bu görünüşdən,
Haqq dünyasına yol açarlar düşdən.
Şirindir ağızların püstə suyu,
Canın nəşəsinə kam verər suyu.
İki yüz arının neştərində nuş,
Yazmaqla dadında olmaz fəramuş.
Gər dayəsi tifli kamlı böyüdər,
Bəxşiş sovqatın ballı götürər.
Zaman sonra ömür yetəndə sona,
Can vermənin kamı olmaz insana.
Gər nasın şəfası balın şəninə yetər,
Yeni həyat bundan əvəzsiz olar.
Səhəndin, Mişabın yaylaq balları,
Dünyada tapılmaz onun tayları.
Əgər onları bir araya alasan,
Gözəlliklərini ölçmək istəsən,
Sonda işin əsli necə hal olar,
Kədulu noğul dönər çinar olar.
Bircə kasə sən doldurasan ondan,
Qabının gili üstən olar əyan.
O yaqut məcunun bir parçası olar,
Ürək qəmdən həmən fərəhnak olar.
Qənnad usta halva bişirsə ondan,
Bitki dəmin partlar paxıllığından.
Niqabın alı versən rüxsarından,
212
Milçəklər kimi ona cumar insan.
O üzdən şəkərli oldu ayinə,
Xosrov meyl elədi gözəl Şirinə.
Fələk göz aləmə açmış necə?
Nəzərin yer üzünə dikmiş necə?
Gözəllik məskəni Göyçə yaylağı,
Dünyada olmaz ki, onun oxşarı.
Başdan-başa o, bir behişt kimidir.
Müşg, ənbər, səfadan doğmuş kimidir.
Yaşıl xürrəm torpağı zümrüd olmuş,
Gülü, yaşılı şehlərə qərq olmuş.
Rəngarəng güllərinin işvəsindən,
Tüm yer üzü dar olmuş səbzəsindən.
O gülşəndən gələn ətir, elə bil,
Məryəmdən gələn Məsihidir, elə bil.
Necə ölüm bir dəm cana can verər,
Cana can gətirən anadan gələr.
Təzə bitki gülləri bir bəzəkdir,
Yerə salmış məxməri fərş, bəzəkdir.
Nazik ot qorxudan, sanki, titrəyər,
Əlifə nəsimi məgər ki, dəyər?
Səbzələr bu haldan pəjmürdə olmaz,
Soyuqluğundan o, əfsurdə olmaz.
Uzaqdan-uzağa gözün görüşü,
Dağlar başına yetməz yürüşü.
Səbanın yeli ətrafına tələsər,
Sonda, sanasan, hasiləmi yetişər?
Kimsə bir an bu ölkədə yaşar,
Həqiqətin behiştin ondan anlar.
Əcaib olar ordakı insanlar,
Əgər ki, cənnəti edər təmənna.
Kimsə gündən qala bilməz narazı,
Buludlar ondan edərlər razı.
213
Bulud deyildir, xoşrəngli bir qanad,
Narahat ürəyə verərlər rahat.
Bulud deyildir, şahlar çətri,
İlahi lütfüdür də həm işığı.
Kölgədə fərqli cah-cəlalı gör,
Səadətin verdiyi sərmayəyi gör.
Bəzən yüngülcə yağdırar yağışın,
Səpər o əhli-işrətə yağışın.
Bəzən düşərkən parə-parəsinə,
Şəbəkələr salar öz dövrəsinə.
Hava rəngli suyundan dolu külüng,
Huşu aparar o ahəngi-külüng.
Gözəl nəqşə kimi çox da aramla,
Havada çəkər o xəttlər nizamla.
Gah təsbehlər kimi nizamlı olar,
Gah da dönər, gedər, nəzmi pozular.
Aləmin qəmi ilə gəlsə də o,
Təmizlər ürəkləri qəmlərdən o.
Belə qurşaq tutdu dünyada qərar,
Üfüqlər də belə oldu bərqərar.
Bu cür behiştə oxşar qarış olmaz,
O cür də xoş sulu çeşmələr olmaz.
Nə çeşmə, deyəsən, kövsər mədəni,
Soyuqluqda buzdan olar əzəli.
Ondan bir qurtum hansı suya düşər,
O su canlanar, həmən canə gələr.
Tanrı bu gözəllikləri çox verdi,
Altı ölçüdə hüsnü digər verdi.
Göyçə gözəllik siması göstərər,
Bu mənzərə su çərxi tək dövr edər.
Gözəllik o üzə çox da yaraşır,
Üzü parlaq aya bənzər, yaraşır.
O cilvənin hər bəzək işləməsi,
214
Artırar ondakı başqa bir hüsnü.
Burada hər kəs səfa qulluğunda,
Bu hər səviyyədə olar ortada.
Dövrəsi bu cənnət misal çəmənlər,
Özü isə kövsər hovuzu qədər.
Sanki əbədilik şux bir gözəldir,
Ləpələnən gülərüzlü mələkdir.
Bu ləpələrdən qəlblərə qəm girməz,
Əksinə, nəşələr ondan əksilməz.
Kimsə bu cürə xoş zülaldan başqa,
Şirinlik dənizi görməmiş başqa.
Nə dəniz, bəlkə, balıqlı bir dəniz,
Nə balıq, bəlkə, Tanrı sirri, şübhəsiz.
Birisi orda ömrü vursa başa,
Eyni balığı görməz ki, olsun qoşa.
Balıqlar o qədər ki, çoxluğundan,
Su yarıq tapa bilməz sıxlığından.
Bir gəmi əgər orda xarab olar,
İçinə su deyil, balıqlar dolar.
İran Rum ellərində tüm süfrələr,
O təzə balıqlar ilə süslənər.
Odur Misir qəndi kimi xoş, əndər,
Hər tərəfə illik karvanla gedər.
Faydalı səfa suyundan nə deyim,
Yaraşar ona "həyat suyu" deyim.
İki mənalarda edər onca fərq,
Biri işıq, o biri zülmətə qərq.
İsgəndərin təfəkkürü ecazkar,
İsgəndərin bəzək təbi ecazkar.
Ki, bu təbii suya siz şükr edin,
Zülmətə əcələ qovuşar, bilin.
Sorsanız ki, bu su haradan gəlir?
Hansı bir ölkədən uzanıb gəlir?
215
Ağmanqan dağından o, rişə alar,
Can oylağı olan çöllərə axar.
Mühiti naxoşluq qəmindən uzaq,
Hava səfasından olar xoşməzaq.
Torpağı atəşli kibrit parçası,
O üzdən yetirər qızıl parçası.
Kəndlərinin xoş ovqatlı durumu,
Fələyin dörd səmtindən almış onu.
Yerləri hümmət süfrəsi açmış,
Arzuya uyğun hər istəyi vermiş.
Məhsul artımı o qədər ki, olar,
Mühasib bu işə heyrətdə qalar.
Birisi o xoş diyara yetişər,
Ürəyi qəşş edər, torpağa düşər.
Bəli, o torpağın belədir suyu,
Kəs görəmməz oxşar yuxuyu.
Dünyanın gözü işıq bəzəyidir,
Şərur eli ölkələr mələyidir.
Elə bir mələk ki, dövr xaqanlığı,
Tümü o cah-cəlala hökmranlığı.
İstərlər o torpaqdan bircə parça,
Mülkləri içində yer ala, bəlkə.
Ola ki, o şəhrin sahibi ola,
Dünyanın mülkündə bir qəni ola.
Əsl adı bu varlı mələyin Sərur,
Danışıq dili etmiş onu Şərur.
Suru xatırla, ona şur dedilər,
İşıq kimi zülmətdə gizlədilər.
O mələk xakı rəngilə seçilər,
Yetkin ağıl onu cəvahir bilər.
İranın o savad bəzək halalı,
Odur təşnələrə çarə suları.
İlin tüm günləri burada yazdır,
216
Yazı yayı xəzandan çox uzaqdır.
Yanvardan iyula otları yaşıl,
Çatdırar heyvanı kama bu yaşıl.
Əgər hörümçək yetişərsə ona,
Neçə gündə dönər nər bir dəvəyə.
1
1
Əsəri fars dilindən Şəmsi Pənahoğlu tərcümə etmişdir.
|