Mərhum Ayətullah
Mirzə Yusif İrəvani
Mərhum Ayətullah
Mirzə Əli İrəvani
ziyarət edərkən orada vəfat etmişdir. Vəsiyyətinə
uyğun olaraq o, "Vadi-ül İslam"da dəfn olunmuşdur.
1
İrəvandan başqa məşhur ruhanilər də çıxmışdır.
Ayətullah-ul-əzim Seyid Şəhabəddin Mərəşi Nəcəfinin
yetirmələri olan ayətullah Mirzə Əbdülhüseyn İrəvani,
Mirzə Bağır İrəvani, mərhum ayətullah Seyid Məhəm-
məd Hadi Milaninin tələbəsi Hacı Mirzə Əliağa İrəvani
də əslən İrəvandan olmuşlar.
2
Ümumiyyətlə, bu şəhərdən çıxan görkəmli din xa-
dimlərinin hamısının adını çəkmək mümkün deyil.
Onların arasında elə mötəbər alimlər var ki, onlar təkcə
elmi dairələrdə deyil, bütün dünyada şiələrin mərcəyi-
təqlidi kimi tanınmışlar. Onlardan biri də Fazil İrəvani
kimi tanınan mərhum ayətullah molla Məhəmməd İrə-
vanidir. Yəhya Dövlətabadi yazır: "Hicri-qəməri tarixi
1
Məfaxer-e Azərbaycan. I cild, səh.211, 243, 357, 408
2
Məfaxer-e Azərbaycan. I cild, səh.211, 243, 357, 408
176
ilə 1281-ci ildə şeyx (Mürtəza) Ənsari dünyadan köçür
və onun ölümündən sonra görkəmli şəxslərin hamısı
ortaya öz iddiasını qoyaraq, onun yerinə keçmək
istəyir. Əlbəttə, bu elmi dairənin tələbələrinin də rəis
seçkisinə müdaxilə etmək hüququ var idi. Onlar əsasən
türklərdən ibarət idilər. Hər qrup hövzə rəisinin onlar-
dan olmasına çalışırdı. Göstərilən vəzifəyə isə iki na-
mizəd vardı – bunlardan biri Ağa Seyid Hüseyn Kuh-
kəməri, digəri Molla Məhəmməd İrəvani idi. Belə olan
halda Hacı Seyid Hüseyn birinci, İrəvani ikinci rəis
olur. Ancaq çox keçmədən Hacı Seyid Hüseyn dün-
yasını dəyişir. Beləliklə, Molla Məhəmməd İrəvani bi-
rinci rəis və Şeyx Məhəmməd Həsən ikinci rəis
seçilir".
1
Doktor Əqiqi Bəxşayişi bu görkəmli ruhanini belə
təqdim edir: "Ayətullah Molla Məhəmməd ibn Mə-
həmməd Bağır İrəvani-Nəcəfi böyük fəqih, əxlaq sahi-
bi, fiqh sahəsində hövzənin ən nüfuzlu şəxslərindən
biridir. O, görkəmli müctəhidlərdən biri olmaqla, elmi,
zəkası, natiqliyi sayəsində fazil şəxslər arasında birinci
yerdə dayanırdı. İrəvani hicri-qəməri tarixi ilə 1232-ci
ildə İrəvanda dünyaya göz açmış, ibtidai təhsil aldıq-
dan sonra İraqa köçmüşdü. Əvvəl Kərbəlada mərhum
Seyid İbrahim Qəzvinidən dərs almış, sonra dörd il
sərasər fiqh və fiqh üsulunu öyrənmişdi. Sonralar Nə-
cəfüləşrəfə mühacirət edərək uzun müddət həmin
şəhərdə yaşamış, tədris və təlimlə məşğul olmuş, müa-
sirləri arasında Fazil İrəvani kimi şöhrətlənmişdi. Ayə-
tullah Seyid Hüseyn Kuhkəməri vəfat edəndən sonra
zamanın mərcəyi-təqlidi təyin olunmuş, bütün Azər-
baycan və Qafqaz müsəlmanlarının şəri məsələlərlə
1
Yəhyanın həyatı. I cild, səh.25
177
bağlı problemlərini həll etmişdir. O, Şeyx Tusi məsci-
dində camaat namazına durar, bütün alim və təhqiqat-
çılar onun hüzuruna gələrdilər. O, idarəetmə fənninin
bilicisi şeyx Murtəza Ənsarinin, ənvarül-fiqh sayılan
şeyx Həsənin və məntiq elminin ustadı kimi tanınan
şeyx Məhəmməd Həsənin yanında oxumuşdu. Şeyx
Ənsari və şeyx Məhəmməd Həsən ona ictihad icazəsi
vermişdi.
Onun "Kitab-ül-bey-ül-istidlali", "Ehkam-ül-xələl
fil-səlavat", "Əl-məkasib-ül-məhərrəmə", "Hiceyyəti-
zən", "Əmr və nəhy ictimada” risalələrinin, "Əllamə
qaydalarına əlavə", "Beyzəvi təfsirinə haşiyə", "Risa-
leyi-elmiyyə" kimi əsərlərinin adlarını çəkə bilərik.
Mərhum Böyük Hacağa yazır: "O, zəvabət (idarə-
etmə), məntiq və s. dərslərdə iştirak etsə də, əllamə
şeyx Murtəza Ənsarinin mühazirələrinə daha çox vu-
rulmuşdu. Seyid Kuhkəmərinin vəfatından sonra o,
mərcəyi-təqlid oldu. Onun öz xətti ilə yazılan "Kitab-
ül-bey-ül istidlali" əsərini oğlu Şeyx Mahmudun
yanında gördüm".
O, hicri-qəməri tarixi ilə 1306-cı il rəbiüləvvəl
ayının 3-də (cümə günü) vəfat etmişdir. İrəvani Şeyx
Cavad, Şeyx Mahmud, Şeyx Murtəza kimi saleh alim-
lər yetişdirmişdir.
İrəvan bölgəsinin görkəmli simalarından biri də
həkim Mirzə Əbülqasim İrəvanidir. O, "Məfaxer-e
Azərbaycan" kitabında belə təqdim olunur: "Mirzə Mə-
həmməd İrəvaninin oğlu həkim Mirzə Əbülqasim hicri
tarixi ilə XIII əsrin əvvəllərində Azərbaycanın adlı-
sanlı şəxslərindən olub. O, yenilikçi bir təbib, açıqgöz-
lü həkim, bənzərsiz fəqih olmuşdur. Bu böyük alim
hicri-qəməri tarixi ilə 1187-ci ilin məhərrəm ayının 18-
də (şənbə gecəsi) Azərbaycanın İrəvan şəhərində dün-
178
yaya gəlmişdir. Valideynləri və bütün nəsli həmin
vilayətin üləmalarından olmuşdur.
Böyük fəzilət sahibi və alim olan Mirzə Əbülqa-
sim dini və dünyəvi elmlərdə bənzərsiz idi. Əsli İrə-
vandan olan bu şəxs İsfəhan şəhərində məntiq və
natiqlik elmləri üzrə təhsil almışdı. Kərbəla şəhidlərini
ziyarət etdikdən sonra Təbrizdə məskunlaşmışdı. O,
böyük fəqihlə Təbrizdə, "Qübbeyi-İslam"da görüşmü-
şəm. O, istedadlı tədqiqatçı və Mürtəza vurğunu idi.
İraqa, Xorasana səyahət etmiş, ömrünün çox hissəsini
dövrünün üləmaları və dünyanın fəzilət sahibləri ara-
sında keçirmişdi. İranın bütün ariflərini görmüş, döv-
rün şeyxlərinin xidmətinə yetmişdi".
1
Mərhum Mirzə Əbülqasim dini və dünyəvi elmlərin
fəziləti ilə bəzənmiş saf xarakterli bir alim, təmizqəlbli
bir arif insan idi. O, şəriətdə sabitqədəm, təriqətdə və
mücahidətdə fikrini dəyişməyən, əksər elm və fənlərdə,
o cümlədən ədəb, şəriət, tibb, hikmət elmləri sahəsində
bənzərsiz zəka sahibi idi. O, böyük təfsir ustası ayətul-
lah Seyid Əli Təbatəbaidən rəmz açmağın sirlərini öy-
rənmişdi. Dövrün irfan sahibi olan şeyxlərin - "Bəhr-ül-
məarif" kitabının müəllifi mərhum Molla Əbdüssəməd
Həmədaninin, Hacı Məhəmməd Hüseyn İsfəhaninin,
Hacı Məhəmməd Cəfər Həmədaninin, Hacı Molla
Abbasəli Benabinin (Allah hamısına rəhmət eləsin!)
təlim etdiyi bilikləri mənimsəmiş və yeri gəldikcə onlar-
dan bəhrələnmişdi. O, qeyd etdiyimiz elmlərdən savayı,
tibb sahəsində də geniş biliyə malik olmuş, müalicədə
yeni üsullardan istifadə etmişdir. Lakin təbibliklə da-
vamlı məşğul olmamış, daha çox fəqihliyə fikir vermiş-
dir. Qacarlar dövləti, xüsusilə də Abbas Mirzə ona bö-
1
Bustan-ul səyahət, səh.190
179
yük ehtiramla yanaşar və hər dəfə döyüşə yollanmazdan
öncə gəlib onunla görüşərdi.
Azərbaycanın mollabaşısı olmuş mərhum Hacı
Mirzə Əbdülkərim (hicri-qəməri tarixi ilə 1294-cü ildə
vəfat etmişdir) onun övladlarından biri olmuşdu.
Nəvəsi Hacı Mirzə Məhəmməd Əli də mollabaşı ol-
muşdu. Başqa bir nəvəsi Hacı Mirzə Fəzləli isə müctə-
hidliyə qədər yüksəlmişdi. O, hicri-qəməri tarixi ilə
1287-ci ildə anadan olmuş, müctəhid Hacı Mirzə Mə-
həmmədhəsən Zinuzinin yanında təhsil almışdı. Sonra-
dan Nəcəfə gedərək burada şeyx Zeynalabidin Mazan-
daraninin, Kaziminin, Fazil Şəribaninin məktəbində öz
elmini təkmilləşdirmişdi.
Bu təmiz qəlbli insan, ilahiyyatçı alim, mütəfəkkir
hicri-qəməri tarixi ilə 1237-ci ildə Təbrizdə vəfat etmiş
və Seyid Həmzə məqbərəsində dəfn edilmişdi.
1
Təbrizli filosof Əbdülhüseyn "Mətrəh ül-Ənzar"
kitabında yazır: "Abbas Mirzə hicri-qəməri tarixi ilə
1237-ci ildə Osmanlı dövləti ilə müharibəyə yola dü-
şərkən vidalaşmaq və xeyir-dua almaq üçün həkim İrə-
vaninin yanına gəldi. Görüş zamanı İrəvani dedi ki, siz
bu döyüşdə qalib gələcəksiniz, amma inanmıram biz
bir daha görüşə bilək. Belə də oldu. O, həmin ildə vəfat
etdi".
Mollabaşı kimi tanınan, həkim İrəvaninin oğlu
Hacı Mirzə Əbdülkərimin qəbri Təbrizin Sərxab dağın-
dadır. Məscid, təkyə, su anbarı ondan yadigar qal-
mışdır.
2
"Səfa" təxəllüslü Hacı Mirzə Fəzləli ağa da İrəva-
ninin nəvələrindən olmuşdur. O, ədəbi-mədəni fəaliy-
yətlə məşğul olmuş və ilk Milli Şura Məclisi dövründə
1
Məfaxer-e Azərbaycan, səh.731
2
Məhəmməd Əli Sofut. Dostların dastanı, səh.79
180
Azərbaycandan nümayəndə seçilmişdir. Doktor Müctə-
hidi onu ciddi alim və siyasətçi kimi dəyərləndirmişdir:
"Mirzə Fəzləli ağa Mollabaşı Hacı Mirzə Əbdülkərim
İrəvani-Təbrizinin oğlu idi. Onun atası Azərbaycanın
fəzilət sahiblərindən olmuş və hicri-qəməri tarixi ilə
1294-cü ildə vəfat etmişdir. Hicri-qəməri tarixi ilə
1262-ci ildə Təbrizdə onun fars dilinin qrammatikasına
aid risaləsi nəşr olunub. Bu şəxsin əruz vəzni və qafiyə
sistemi haqqında da əsərləri də vardır. Mirzə Fəzləli
ağa hicri-qəməri tarixi ilə 1272-ci ildə anadan olub və
1337-ci ildə müalicə olunmaq üçün Berlin şəhərinə
getmiş və orada vəfat etmişdir.
Mirzə Fəzləli ağanın çoxlu əsərləri var. Onun ən ka-
mil əsəri "Hədayiqül-arifin"dir. Bu əsərdə o, bəzi ayə və
surələri təfsir etmişdir. Müəllif öz şərhlərində şiələrin
məşhur yeddi böyük kitabına - "Kafi", "Mən la yəhzər-əl
fəqih", "Təhzib", "Estebsar", "Vafi", "Vəsail", "Bəhar"a
istinad etmişdir. O, şeir yazmış, divan bağlamışdır.
Əslən İrəvandan olan Mollabaşı tərcümə sahəsində
də ciddi fəaliyyət göstərmişdir. Ümumiyyətlə, onun əs-
li-nəsli irfan və təsəvvüfə bağlı olmuşdur. Şeyxiyyəçi-
lər və şəriçilər arasında mübahisələr də olsa, Mollabaşı
hər iki tərəf arasında etimad qazanmışdı. Birinci Məc-
lisə seçkilər zamanı o, şeyxiyyəçilər tərəfindən vəkil
seçilərək Tehrana göndərilib.
Mirzə Fəzləli ağa fazil və alim bir insan idi. Onun
bilik və zəkasnı iki böyük müasiri də təsdiqləmişdir.
Bunlardan biri Seyid Həsən Tağızadə idi. O, "Kavə"
qəzetində Mirzə Fəzləli ağanın fəzilətindən və yüksək
elmi savadından söhbət açmışdır. Məhəmməd xan
Qəzvini isə özünün iyirmi məqalədən ibarət avtobioq-
rafik əsərində Berlində Mirzə Fəzləli ağa ilə görü-
şündən və onun geniş zəkasından bəhs etmişdir. O
181
yazırdı: "Mirzə Fəzləli ağanın ərəb və əcəm ədəbiyyatı
sahəsində heyrətamiz biliyə malik olduğunu gördüm".
Mollabaşının nəsli Movləvi soyadını qəbul et-
mişdir. Bununla da onlar irfana olan məhəbbətlərini bir
daha təsdiq etmişlər.
1
Kəsrəvi Azərbaycan nümayəndələrinin, o cümlə-
dən Mirzə Fəzləli ağanın Tehrana gəlişi barədə yazır:
"Həmin gün Tehranda başqa bir şadyanalıq var idi.
Dediyimiz kimi, o gün yeddi vilayətin nümayəndələri
Tehrana gəlib çıxmışdı. Adamlar dəstə-dəstə küçələrə
çıxır, gələnləri sevinc və sevgi ilə qarşılayırdı. Tehran
özlüyündə nadir günlərindən birini yaşayırdı. Həmin
dövrdə Azərbaycanın adı daha ucadan səslənirdi. Xalq
yeddi vilayətin nümayəndəsinin gəlişini Məclis üçün
qələbə hesab edirdi. Sənətkarlar darvazanın ağzında
sıraya durmuşdular. Tehran camaatı nümayəndələr gə-
lən kimi onların ayağının altında qurbanlar kəsdi. Hacı
Sadıq adlı bir nəfər ucadan şüarlar səsləndirirdi. O,
Azərbaycandan gələn nümayəndələrin ayağı altında
kəsmək üçün iki yeniyetmə oğlunu gətirmişdi. Ağa
Mirzə Fəzləli dedi: "Biz özümüz gərək bu iki növca-
vanın qurbanı olaq. Bizim dövranımız keçib, biz nə
ediriksə, onlar üçün edirik".
2
Məhəmmədəli şah tərəfindən Məclis top atəşinə tu-
tulduqdan sonra Mirzə Fəzləli ağanın da mənzili qarət
edildi. Yalnız çox-çox sonralar ədliyyə orqanı təşkil
olunarkən o, Möhtəşəmüssəltənə Mirzə Həsən xanın
dəvəti ilə onun üzvü oldu. Hicri-qəməri tarixi ilə 1326-
cı ilin rəbiüssani ayının 5-də İran ədliyyə dövlətinin
ədalət məhkəməsinin Mirzə Fəzləli ağaya göndərdiyi
1
Bax: Doktor Mehdi Müctəhidi. Məşrutə dövründə Azərbaycanın
şəxsiyyətləri, səh.124
2
Ə.Kəsrəvi. İranın Məşrutə tarixi, səh.216
182
məktubda oxuyuruq: "Cümə günü... möhtərəm vücudi-
şərifinizin ziyarətinə nail olmağı və bununla səadətə
yetməyi öz həyatımızda ən yaxşı qənimət və sərmayə
hesab edəcəyik".
1
O, hicri-qəməri tarixi ilə 1334-cü ildə müalicə üçün
Avropaya səfər etdi və beş il orada yaşamalı oldu. Pet-
roqrad, Stokholm, Hollandiya və Londona səyahət
edərək, elmi, ədəbi, tarixi məsələlərə aid dərin
məzmunlu bir "Səfərnamə" yazdı. Onun əsl iqamətga-
hı və mənzili Berlində olub. O, iranlıların ədəbi cəmiy-
yətinin üzvü idi... Aşağıdakı bir neçə beyt onun
Berlində yazdığı "Novruziyyə" qəsidəsindəndir:
Yenə Cəmşidin fərvərdin bayramı və novruzdur,
Qoca dünyanın cavanlıq çağıdır.
Uzaq insanların və sirr əhli olan dostların heç biri
Bu məclisdə kədərli və qəmli olmamalıdır.
Qəlyanları tez yandırın, ud və bərbətləri çalın!
Ey piri muğan, bu gün bayram və şadlıq günüdür,
Səndən bir işarə gəlməlidir ki, ləbinin şirinliyini bilək.
Zamanı fövtə vermədən Cəmin yadigarı olan çərx
dövr eləyir,
Asimandan bayram mübarəkdarlığı gəlir:
"Yaşasın İran və onun xalqının başı uca olsun!"
Bütün iranlılar, onların dünyadakı dostları üçün
Dövranın humayununu daim xöşbəxt və
səadətmənd et.
Elə et ki, bundan dünyaya pay düşsün.
Ey bir olan Allah, bütün bu işləri ehtiyacsız et.
1
Qulamhüseyn Mirzə Saleh. Bohran-e demokrasi dər məcles-e
əvvəl, səh.1
183
O nadir fazil şəxs Berlində vəfat etdi və öz vəsiy-
yəti əsasında Berlindəki müsəlman qəbiristanlığında
torpağa tapşırıldı. Onun başdaşının üzərində bu sözlər
yazılıb: "Qalullah təali fil hədisi qüds: La ilahə illəllah
hosni. Fəmən dəxəl hosni əmn min əzabi. İlahiyyatçı
alim Mirzə Fəzləli Təbrizi İrəvani vəfat etdi. Bu zəngin
bilik sahibi olan alim, abid və arif Mirzə Əbdülkərim
Mollabaşı Azərbaycanda doğulmuş və hicri-qəməri
tarixi ilə 1339-cu ilin cəmadiül əvvəl ayının çərşənbə
gecəsi (miladi tarixi ilə 1921-ci ildə) vəfat etmişdir".
İrəvanın bəzi məşhur adamları
İrəlidəki fəsillərdə haqqında danışdığımız sərdar və
əmirlərdən əlavə, bu bölgədən bütün İranda ad-san sa-
hibi olan çoxlu görkəmli insanlar çıxmışdır. Onlardan
bir neçəsi haqqında qısa məlumat verək.
Məhəmməd şah Qacar dövrünün sədri-əzəmi olmuş
Hacı Mirzə Ağası adı ilə tanınan Hacı Mirzə Abbas İrə-
vanda doğulub və orada boya-başa çatmışdı. O, bayat
tayfasından olan və hicri-qəməri tarixi ilə XIII əsr İrə-
van ədib və şairləri arasında böyük nüfuza malik Mirzə
Müsəllimin oğlu idi. 14 yaşa qədər İrəvanda ilk təhsilini
alan Hacı Mirzə Abbas sonradan təhsilini davam etdir-
mək üçün müqəddəs Kərbəlaya yola düşmüş və burada
bir müddət Fəxrəddin ləqəbli Axund Molla Əbdülsəməd
Həmədaninin yanında elm öyrənmişdi. Lakin hicri-
qəməri tarixi ilə 1216-cı ilin zilqəddə ayının 18-də
(Qədri Xum bayramı günü) vəhabi dəstələri Kərbəlaya
hücum edərkən Molla Əbdülsəməd Həmədani şəhid
olmuşdu. Bundan sonra Hacı Mirzə Abbas Azərbaycana
qayıtmış və naib-üs-səltənət Abbas Mirzə ilə tanış ol-
muşdu. Abbas Mirzə onu öz məclislərinin yuxarı başın-
184
da oturdur, xüsusi ehtiram göstərirdi. Bir qədər keçən-
dən sonra Naib-üs-səltənə onu oğlu Məhəmməd Mirzə-
yə müəllim təyin edir. O, sonradan düz 13 il şagirdi
Məhəmməd şahın sədri-əzəmi olmuşdu. Hicri-qəməri
tarixi ilə 1264-cü ildə Məhəmməd şah vəfat etdikdən
sonra o, yenidən Kərbəlaya getmişdi. 1265-ci ildə vəfat
edən Hacı Mirzə Abbas Kərbəlada dəfn olunmuşdur.
Hacı Mirzə Ağasının tərcümeyi-halını yazmış Mə-
həmməd xan onun nazir fəaliyyəti barədə deyir: "...Xa-
ricilərlə ən ciddi məsələlərlə bağlı fikir mübadiləsini
çox vaxt Hacı aparırdı. Dövlətini və millətini sevən
nazirlərin bir qismi vacib idarəçilik işinin niyə bu təd-
birsiz adama tapşırılmasının səbəbini anlaya bilmirdi-
lər. Bir-iki məmurun etirazına və narazılığına baxma-
yaraq, camaat indiyə qədər Hacıdan razılıq edir. Onun
dövründə Tehranda çörək bir abbası olmuşdu. Ət, yağ
və digər gündəlik tələbat malları o qədər ucuz olmuşdu
ki, əhali indiyəcən bu barədə danışır.
Hacı ədalətli idi, heç kəsin edam və həbs olmasını
istəmirdi. O, çörəyi tək kəsməz, qonaq-qaranı sevirdi.
Ölümə məhkum edilmiş bir çox insanları xilas etmiş,
edamdan qurtarmışdı. O, həqiqətən, duası Allah tərə-
findən qəbul edilmiş şəxslərdən idi. Dövlətin və xalqın
keşiyində dayandığı müddətdə buraxdığı bir-iki səhv
və ehtiyatsızlıq Hacının xidmətlərini azaltmır.
Əlbəttə, Allah adamı və iman sahibi olmaq heç kə-
sin dövlət işində səhv buraxmasına bəraət qazandırmır.
Onun yol verdiyi səhvlər daxilindəki pislikdən doğma-
mışdı. O, bəzi məsələlərdə nə qədər ehtiyatsızlıq edir-
disə, xalqa qarşı bir o qədər xeyirxah idi. Xalq onun
dövründə əmin-amanlıq içində yaşayırdı. Mərhum
şahın ona göstərdiyi etibarın onda biri başqalarına
göstərilsəydi, ölkə əhalisinin yarısı qətlə yetirilərdi.
185
...Bir gün Hacı divanxanaya daxil olur. O, hovuzun
kənarında oturub əlini suya salır. O zamankı divanxana
işçilərindən biri (bu yaxınlara qədər sağ idi) onu görür.
Həmin şəxs Hacının yanına bir neçə dəfə xahişə gəlsə
də, Hacı onu eşitməmişdi. Buna görə də ürəyində
Hacıya qarşı kin bəsləyirdi. O, Hacını hovuzun kəna-
rında görüb, arxadan yaxınlaşaraq, qəflətən onu ho-
vuza itələyir. Biçarə Hacını sudan çıxarırlar və bu
əməlinə görə həmin xidmətçini cəzalandırmaq istə-
yirlər. Ancaq Hacı icazə vermir, deyir ki, bu çarəsiz
mənim əlimdən təngə gəldiyi üçün, bu addımı atıb.
Bundan sonra Hacı onun xahişini yerinə yetirir".
1
Hacını mədh edən bir şeirdə deyilir:
Bu başdan o başa gəzsən dünyanı.
Tapmazsan İrəvan qocası tək ziyalı bir insanı.
2
Yüksək şairlik istedadı olan Hacı öz müəllimi Fəx-
rəddin Əbdüssəməd Həmədaniyə olan sevgisinə görə
"Fəxri" təxəllüsünü götürmüşdü. Onun şeirlərindən
birində deyilir:
Yenə yar məhəlləsinin havası başımdadır,
Dəvəni yüyən çəkən kimi Təbriz də məni özünə
tərəf çəkir.
Mən Məcnun kimi Leyli həvəsi ilə gecə -gündüz
Dağ-daşın seyrini qılmaqdayam.
Hacı Mirzə Ağasi bir çox risalələr yazmışdır.
Onlardan bir neçəsini qeyd etməyi lazım bilirik:
1
Etimadüs-səltənə. Sədrüt-təvarix. Məhəmməd Müşirinin
redaktorluğu ilə çap olunub, səh.184
2
Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn Nəvainin
redaktəsi ilə, I cild, səh.187
186
1. "Sultanlığın 40 fəsli". Hacı bu risaləni hicri-
qəməri tarixi ilə 1245-ci ildə Həcc ziyarətindən qayıt-
dıqdan sonra Xoy şəhərində qələmə almışdı. Risalə
"Müqəddimə", "Əxlaq", "Fəlsəfə" və "Ürfan" adlı
fəsillərdən ibarətdir.
2. "Kəlamlar". Ürfani üslubda yazılmış peyğəm-
bərlik və imamlığın vacib şərtlərini əks etdirən iki qısa
fəsildən ibarətdir. Risalə belə başlanır:
"Mənim dediyim məsələ sənin düşüncənə
uyğundur,
Xalq düzgün mülahizə həsrətindədir".
3. Hacı bu risaləsində "Səham Abbasiyyə" risalə-
sindən də bir hissəni xatırladıb.
4. Onun iki adsız risaləsi də vardır. Onlardan biri
belə başlanır:
"Bu zəmanə mənim canımı aldı,
Yusifin köynəyinin qoxusunu tapmış kimiyəm.
Qurban olduğum ruh sahibi əmr edir ki...".
1
İkinci risalə isə belə başlayır: "Ürfan təbii məsələ-
lərə bürünməyib. Aşağı aləmdəki cismin cövhəri iki
hissəyə bölünüb...".
2
İrəvan mühaciri kimi tanınan Hacı Şeyx Həsən
rus-İran müharibələrindən sonra İrəvandan Təbrizə
köçmüşdü. O, "Daniş" təxəllüsü ilə tanınan Ürfəüd-
dövlə Mirzəxanın atası idi. "Daniş" Qacariyyə dövrü-
nün məşhur adamlarından olub. Doktor Müctəhidi
onun haqqında yazır: ""Daniş" təxəllüslü Mirzə Rza-
xan Ürfəüddövlə hicri-qəməri tarixi ilə 1270-ci ildə
Təbrizdə doğulmuşdu... O, burada ibtidai təhsil aldıq-
dan sonra bir nəfər tacirin yanında katib kimi İstanbula
1
Əziz Dövlətabadi. Sərayendeqan-e şer-e parsi dər Qəfqaz,
səh.306
2
Yenə orada, səh.45
187
getmişdir. Orada fransız və ingilis dillərini müəyyən
qədər öyrənən Daniş İstanbuldan Qafqaza gələrək Tif-
lisdə konsulun diqqətini çəkmiş və nəhayət, İran kon-
sulluğunda tərcüməçi sifəti ilə işə qəbul olunmuşdur.
Hicri-qəməri tarixi ilə 1296-cı ildə ərəb əlifbasının
çətinliklərindən və onun dəyişdirilməsinin vacib olma-
sından bəhs edən "Risale-ye rüşdiyyə" adlı kitab
yazaraq çap etdirmişdir. Həmin kitab ona elə bir şöhrət
və ad-san qazandırdı ki, sonda Peterburqda İranın
səlahiyyətli nümayəndəsi təyin olundu.
Miladi tarixi ilə 1899-cu ildə müharibənin qarşısı-
nın alınması məqsədi ilə Haaqada dünya ölkələrinin
nümayəndələrindən ibarət bir konfrans keçirildi. Hə-
min konfransda bağlanan sülh müqaviləsi sülhsevərlər
tərəfindən yüksək qiymətləndirildi. Onlar elə guman
edirdilər ki, bu addımla ümumi sülhə nail olunacaq.
Ürfəüddövlə bu konfransa İran dövləti tərəfindən
nümayəndə seçildi və o, "Sülh məsnəvis"i adlı bir şeir
yazaraq onu bütün ölkələrin prezidentlərinə və rəh-
bərlərinə göndərdi.
Konfrans ümumi sülhü qoruya bilməsə də, bəşəriy-
yət üçün faydalı və əhəmiyyətli bir addım atılmışdı.
Ümumiyyətlə, yalnız sülh məqsədi ilə böyük və kiçik
dövlətlərin nümayəndələrindən ibarət bir konfransın
təşkil edilməsinin özü mühüm hadisə idi. Buna görə də
Asiyanın kiçik bir dövlətinin nümayəndəsi olan Ür-
fəüddövlənin "Sülh məsnəvisi" yazması və əsərin şai-
rin özü tərəfindən təbliğ edilməsi onun diqqət çəkmə-
sinə səbəb oldu və o, bir neçə dilə tərcümə olundu.
Belçika Sülh Cəmiyyəti Ürfəuddövlənin beş büstü-
nü hazırlayıb, Lion Universitetinə, Belçika Sülh Cə-
miyyətinə, Ürfəuddövlənin özünün Tehranda təsis et-
diyi "Daniş" məktəbinə, Monako Universitetinin Qale-
188
reyasına, Monakodakı şahzadə Albert Beynəlxalq Sülh
Cəmiyyətinə göndərdi. Belçikanın Lion Universiteti
ona Şərq ədəbiyyatı sahəsində doktor, Paris Sülh Cə-
miyyəti isə "Prins sülh" adını verdi. Xülasə, qısa za-
man ərzində bizim mütərcimimiz bir əsər çap etdirmək
sayəsində çox münasib mövqe, geniş populyarlıq, belə
demək mümkünsə, dünya şöhrəti qazandı. Sülhsevərlər
istəyirdilər ki, bu sahədə bir nəfəri məşhurlaşdırsınlar,
o da bu insanın bəxtinə düşdü.
Prins Ürfə "Sülh məsnəvisi"ndən əlavə, farsca,
türkcə, fransızca ondan artıq mənzum və mənsur risalə
çap etdirib. O risalələr müfəssəl şəkildə bizim tərtib
etdiyimiz "Ürfənamə"də dərc olunub".
1
Öz şeir divanında təkrar-təkrar Ürfəuddövləni
mədh edən şəxslərdən biri də Mirzə Əli Ləli olmuşdur.
Aşağıdakı qitə Mirzə Rzaxan səfirliyə göndəriləndə
yazılmışdır:
Ey Ürfəuddövlə, dövlət səndən razıdır,
Sən həm prins rütbəsindəsən, həm də əşrəfsən.
İndi ki, sən səfir və sərdar oldun
Sənin vəsfində qələm qılınca dönüb.
Məşhur Azərbaycan şairi Mirzə Əli Ləli hicri-
qəməri tarixi ilə 1252-ci ildə İrəvan şəhərində dünyaya
göz açmış, 20 yaşında atası Hacı Ağa Mirzə ilə Təbrizə
getmişdi. Alimin bacısı oğlu, mərhum Hüseynağa Nax-
çıvani Təbriz Ədəbiyyat İnstitutunun hicri-qəməri ta-
rixi ilə 1335-ci ilin baharında çap etdiyi jurnalda dayısı
haqqında yazır: "Mirzə Əli Ləli XIII əsrin ikinci
yarısında və XIV əsrin əvvəllərində məşhur hikmət və
1
Doktor Mehdi Müctəhidi. Recal-e Azərbaycan dər əsr-e
məşrutiyyət, səh.12
189
ədəbiyyat bilicilərindən biri idi. Bu böyük alim həm də
şeirdə fövqəladə istedada malik idi. Onun şeirləri sadə
və aydın, dolaşıq fikirlərdən uzaq, eyni zamanda dil və
üslub baxımından mükəmməl poeziya nümunələridir.
Şair Xoydan İrəvana gəlmiş Hacı Həsən adlı bir şəxsə
müraciətlə yazdığı satirasında deyir:
Görün, Hacı Həsən ağa nə qədər canə gəlib,
Dayanmayıb bu qışı Xoydan İrəvanə gəlib.
Bu vəxtidə onu qoymadılar çıxa evdən
Görəsən, onlara nə üzr və bəhanə gəlib?
Bəli, əgər İrəvan gərmsir olsaydı,
Demək olurdu qışı şahsun Muğanə gəlib.
Və ya olaydı bu yerdə bir övliya qəbri,
Bərayi nəzir deyərdim bu astanə gəlib.
Bu yer həmin İrəvandı ki, qışda daş çatlar
Həmişə bu qış əlindən öz əhli canə gəlib.
Yayı-yazı buraxıb qışda çıxmayan səfərə
De, bir görüm sənə, ey bəndeyi-xuda, nə gəlib?
Mərhum doktor Əbdülhadi Hairi Məhəmməd Nə-
dim İrəvaninin özünü və əsərini oxuculara təqdim edib.
Onun yazdıqları barədə qısaca danışacağıq. Doktor
Hairi yazır: "Məhəmməd Nədim Barforuşinin (Hicri-
qəməri tarixi ilə 1241-ci ildə (miladi tarixi ilə 1825-ci
ildə) vəfat etmişdir) Qərb tərəfindən istismarın geniş-
lənməsi müqabilində və İranda qarışıqlıq düşdüyü bir
vaxtda idarəçilik, maliyyə və hərbi sahədə islahatların
aparılması təklifi ilə yazdığı əsərlərin bəzisi təsir
altında yazılsa da, lakin çox tutumlu, səlisdir. O, Fətəli
şahın sarayında kitabxanaçı, şahın qiraətçisi və nədimi
olmuşdur. Onun atası Məhəmməd Kazım İrəvani Bar-
foruşi Ağa Məhəmməd xan Qacarın sarayında "xansa-
lar" kimi tanınırdı. Fətəli şahın nədimindən qalan yega-
190
nə kitab "Məfrəhül-qülub"dur. Onu İranda tapa bilmə-
dik. O, kitabın yeganə əlyazma nüsxəsi Britaniya mu-
zeyinin kitabxanasında qalıb... "Məfrəhül qülub"ün beş
fəsli əxlaq haqqındadır. Kitabın "Xatimə" adlanan
bölməsi də beş məqalədən ibarətdir.
1
Dostları ilə paylaş: |