AZƏrbaycan miLLİ elmlər akademiyasi z. M. BÜnyadov adına ŞƏRQŞÜnasliq institutu


Soyqırımdan xilas olmuş bəzi tayfalar



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix31.01.2017
ölçüsü8,69 Mb.
#7108
1   ...   6   7   8   9   10   11   12   13   14

 
Soyqırımdan xilas olmuş bəzi tayfalar 
 
İrəvan qətliamından canını götürüb Arazın bu 
tayına gəlmiş Baxçaban tayfasından  əlavə,  İrəvanda 
yaşayan müsəlman tayfalarının da bir qismi təhlükənin 
yaxınlaşdığını görüb illər boyu zəhmətlə qurduqları ev 
və mülklərini atıb Arazın bu tayına üz tutublar. 
Onlardan bir qrupu Xoyda məskunlaşdı  və varisləri 
indi də orada yaşayır. Həmin adamlar sırasında Raşidi, 
Əhmədi, Azərm, doktor Necat, Dadur, Dəstrəncin 
adlarını çəkə bilərik. 
İrəvan azərbaycanlılarından biri olan Rəvanşad 
Cəfər Raşidi ailəsi ilə birgə  İrana gəlmiş  və Xoy 
şəhərində  məskunlaşmışdır. O da Cabbar Bağçaban 
kimi maarifpərvər bir ziyalı  olduğundan, bu şəhərdə 
bir sıra  xeyriyyə işləri görüb. 
                                                 
1
 Ayətullahzadə  Şirazi. Tərh-e motalee və  mərəmmət və ehya-ye 
məsced-e came-ye İrəvan, I cild  

 
 
161
Raşidilərin  əsli Mərənddən idi. Ataları  mərhum 
Hacı Molla  Hüseyn hər il məhərrəm və ramazan ay-
larında Arazın o tayına gedib, İrəvanda  vaizlik edər və 
dini təbliğatla məşğul olardı. Nəhayət, XX əsrin 
əvvəllərində Hacı Molla ailəsi ilə birlikdə  İrəvan 
şəhərində daimi yaşamağa qərar verir. 
Hacı Molla Hüseynin böyük oğlu Mirzə 
Əbdülhüseyn də molla olduğundan, atası vəfat edəndən 
sonra onun yerini tutur. Ailənin digər bir övladı Mirzə 
Əli Əkbər İrəvanda parça satışı ilə məşğul olsa da, elm, 
bilik tərəfdarı olmuşdur. Onun kiçik qardaşı, xüsusi 
istedada malik olan  Cəfər Raşidi İrəvan mədrəsələrin-
də  dərs verirdi. O, Ettehadiyyə  mədrəsəsinin rəhbəri 
olmaqla bərabər, xeyriyyə  cəmiyyətinin xahişi ilə 
şəhərdəki pedoqoji tərbiyə  mərkəzində  də  dərs verir, 
uşaqlara peşə seçimində kömək göstərirdi.  
Bu maarifpərvər insan əslən İrəvandan olan Şama-
ma adlı bir xanımla ailə qurduqdan sonra Təbrizdə 
yaşamışdır. Qaynatası Tağı Tağıyev  İrəvan  şəhərinin 
un və çörək şurasının müdiri idi. Onların nigah kağızı 
üç dildə  – türkcə, farsca, rusca yazılmışdır.  
Cəfər Raşidi öz ata-baba yurduna qayıtdıqdan 
sonra daimi yaşayış yeri kimi Xoy şəhərini seçmişdir. 
O, şəmsi tarixi ilə 1298-ci ildən bu şəhərdə  müəllimlik 
etmiş, xeyli qiymətli işlər görmüşdür. Hüseyn Omid 
yazır: "Cəfər Raşidi 1298-ci ildən başlayaraq Xoy 
mədəniyyətinə xidmət etmişdir. Sirus, Nisvan və digər 
mədrəsələrə  rəhbərlik etmiş bu şəxs 35 il müddətində 
çox qiymətli işlər görmüşdür".
1
  
Buna görə  də Xoy şəhərindəki mədrəsə onun 
şərəfinə "Raşidi" adlanmış  və bu gün də  həmin adı 
                                                 
1
 Azərbaycan mədəniyyət tarixi (I cild), səh. 364 

 
 
162
daşımaqdadır. Cəfər Raşidi şəmsi tarixi ilə 1332-ci ildə  
(1933) Xoy şəhərində  vəfat etmişdir. Onun İrəvanda 
türk və rus dillərində təhsil almış həyat yoldaşı Şama-
ma xanım Xoy şəhərinə  gəldikdən sonra gecələr  ərin-
dən fars dilini öyrənmiş, gündüzlər isə  şəhərdəki ilk 
qızlar mədrəsəsində yeniyetmələrin təlim-tərbiyəsi ilə 
məşğul olmuşdur. O, 31 il bu sahədə fəaliyyət göstər-
miş  və  şəmsi tarixi ilə 1350-ci ildə  vəfat etmişdir. 
Onların övladı Əli Raşidi anasının söhbətləri  əsasında 
İrəvanda keçən günlər barədə xatirələr yazmışdır. 
Şamama xanım deyirmiş ki, Novruz bayramı İrəvanda 
xüsusi təmtəraqla keçirilirmiş.  Şəhərin müsəlman 
kişiləri fərvərdin (martın 26-da) ayının ilk beş günündə 
qohumlara baş  çəkər, sovqat aparardılar. Fərvərdin 
ayının 6-cı günündən başlayaraq xanımlar bayram 
təşrifinə başlardılar. Cəfər Raşidinin onunla bərabər 
İrəvandan qaçmış digər qardaşları da Xoy şəhərində 
məskunlaşmışdılar. Mirzə  Əbdülhüseyn Raşidi  şəmsi 
tarixi ilə 1322-ci ildə  vəfat etmişdir. Təbrizdə Raşidi 
Sabunbişirmə zavodunu yaratmış Mirzə Əli Əkbər isə 
şəmsi tarixi ilə 1354-cü ildə dünyadan köçmüşdür. 
Onu da qeyd edək ki, bu tayfanın İrəvanda qalmış 
üzvləri ermənilərin  əli ilə  qətlə yetirilmiş, malları-
mülkləri talan edilmişdir. Onlardan biri olan Dadurlar 
ailəsi bütünlüklə    məhv edilmişdir.   O qanlı illərdə 
İrəvandan (İrana) qaçan azərbaycanlılar ömürlərinin 
sonuna qədər vətən həsrəti ilə yanıb-qovrulmuşlar.  
İrəvanın məşhur xanlarından olan Cəmil bəyin qızı 
və  Əlixan bəyin nəvəsi Səriyyə xatun (miladi 1908-
1990-cı illər) Bakıya köçsə  də, ömrünün axırına qədər 
doğulduğu ana torpağın nisgili ilə yaşamış, 1990-cı ildə 
gözlərini  əbədi yummuşdur. Bu şairə xanım uzun illər 
doğulduğu torpaq haqda çoxsaylı bayatılar qoşmuşdur. 

 
 
163
Həmin bayatılarda  İrəvan sakinlərinin vətən həsrəti, 
vətən nisgili öz əksini tapmışdır. Şairənin ürək qanı ya-
zılmış bayatılarından bir neçəsini  sizlərə təqdim edirik: 
 
İrəvan qana düşdü,  
Qəfil fəqana düşdü, 
Təbriz, Gəncə hardadı, 
Qollarım yana düşdü. 
 
 
İrəvanın dağları, 
Çiçək açıb bağları, 
Yada salıb mən yazıq, 
Ötüb-keçən çağları. 
 
Qardaşım qaladadı,  
Payı piyaladadı,  
Çıx qalanın başına, 
Gör bacın haradadı? 
 
İgid mənim olunca, 
Yada qənim olunca, 
Qəbrimdən günəş doğar 
Vətən mənim olunca. 
 
Şəklimi qara çəkin, 
Daşa-duvara çəkin. 
Yurdumdan doydum desəm, 
Saçımdan dara çəkin. 
1
 
 
                                                 
1
 Bu  bayatıları bizə  təqdim etdiyinə görə  ağayi Nasir Əhmədiyə 
təşəkkür edirik. 

 
 
164
Göy məscid və İrəvanın digər məscidləri 
 
Xanlıq dövrünə aid fəsildə bu tarixi mədəniyyət 
abidəsinin tikintisi, quruluşu, daxili strukturu barədə 
bəzi məsələlərə toxunmuşduq. Son illərdə  İran  İslam 
Respublikası ilə Ermənistan arasında bağlanmış 
müqaviləyə uyğun olaraq İslam Cümhuriyyətinin mə-
dəniyyət abidələri üzrə mütəxəssislərindən ibarət 
nümayəndə heyəti Göy məscidin qalıqlarını  tədqiq 
etmiş, onun yenidən qurulması  və  bərpası ilə bağlı 
təkliflər paketi hazırlamışdır. Heyət üzvlərindən ağayi 
Bağır Ayətullahzadə Şirazinin şəmsi tarixi ilə 1375-ci 
ilin  şəhrivər və aban aylarında hazırladığı iki cildlik 
"İrəvan məscidinin tədqiqatı, təmiri və yenidən 
qurulması layihəsi" adlı  əsəri bu mənada xüsusi 
əhəmiyyətə malikdir. Bu fəsildə  həmin  əsərin bəzi 
hissələrindən istifadə edilmişdir. 
Əsərdə bu mədəni-tarixi abidə Came məscidi, Göy 
məscid, Xan və Hüseynəli xan məscidi adları ilə  təq-
dim olunub. Onun özünəməxsus quruluşu və memarlıq 
üslubu barədə geniş danışılıb: "Məscidin xüsusi 
quruluşa malik mərkəzi hissəsi (günbəzxana, onunla 
yanaşı olan dua otağı) bütövlükdə 13 metr uzunluqda 
olmaqla 34 kvadratmetrlik yaraşıqlı  və geniş salona 
malikdir. O, yeni və orijinal dəsti-xəttə malik olsa da, 
islam dövrü memarlığının bitkin  nümunəsi sayıl-
malıdır.  
Məscidin üslubu islam memarlığının bütün ölçülə-
rini özündə əks etdirir. Məscidin digər yerləri – mədrə-
sə də bu xüsusiyyətlərə malikdir. Mərkəzi hissənin hər 
üç tərəfi günbəzlə örtülüb. Mərkəzi günbəzin  diametri 
11,5 metr, hündürlüyü isə  məscidin mərkəzi döşəmə-
sindən sayılmaqla 20 metrdir. Günbəz iki örtüklə (ör-

 
 
165
tüklər arasında məsafə 3 metrdir) örtülüb. Günbəzxa-
nanın  ərazisi kvadratşəkilli olmaqla 20 guşəli dairəvi 
quruluşdadır. Günbəz sadə  bəzəklərlə  bəzədilib və 
bütövlükdə kaşı ilə örtülüb. 
Başdan-başa türk-müsəlman mədəniyyətini  əks et-
dirən binanın hicri -qəməri tarixi ilə 1305-ci ildən son-
ra 1330-cu ilə  qədərki  dövrdə quraşdırılmış qapı  və 
divarında təkrar-təkrar müxtəlif formada həzrəti Əlinin 
(ə.) adı yazılıb.  
Bəri başdan etiraf edək ki, binanın qalıqları  və 
onun haqqındakı tarixi məlumatlar tədqiqatçılara kö-
mək edə, onların işini asanlaşdıra bilər. Xüsusilə  də, 
İranın Tarix Muzeyində saxlanılan 1885-ci ilə aid 
qeydlər olduqca önəmlidir. Doğrudur, həmin mənbələr 
1930-cu illərə qədər yaxşı mühafizə olunsa da, sonrakı 
proseslərdə korlanmış, bir çoxları yararsız hala 
salınmışdır. Həmin sənədlərdə  məscidin dəqiq yeri, 
görkəmi verilmişdir. Tədqiqatçı yazır: "Köhnə İrəvanın 
mərkəzi, onun çox axarlı-baxarlı  məhəllələrindən biri 
olmuş Köhnə məhəllədə bu gün Əli Came məscidinin 
qalıqlarından savayı başqa bir nişanə qalmamışdır. 
Sürətli dəyişikliklər nəticəsində İrəvan şəhərinin siması 
xeyli dəyişib, xüsusilə də 1921-ci ildən bu yana İrəvan 
fərqli bir şəhərə çevrilmişdir. 
XIX yüzilliyin sonlarında və XX yüzilliyin əvvəl-
lərində  çəkilmiş  şəkillər  İrəvan Came məscidinin yer-
ləşdiyi  ərazini təsəvvür etməyə imkan verir. Şəkilləri 
xronoloji ardıcıllıqla nəzərdən keçirdikdə  həmin yerin 
tədricən dəyişdiyini görürük. Beləliklə, hicri-qəməri 
tarixi ilə 1330-cu ilə qədər (miladi tarixi ilə 1911-ci il) 
İrəvan sakinlərinin əksər hissəsinin müsəlman olmasını 
təsdiqləyən məsciddən indi heç bir nişanə qalmayıb. 
Bu təsvirlər müsəlmanlar yaşayan məhəllələrin və 

 
 
166
məscidin  ətrafının necə viranəliyə çevrilməsini də 
əyani şəkildə göstərir".  
Bu gün məscidin  ətrafı onun öz ərazisindən iki 
metr hündürdür (Yəqin ki, bu, geoloji proseslər nəticə-
sində baş vermişdir). Tarixi faktlar həmin məscidin bir 
zamanlar necə bir qaynar məkan olduğunu təsdiqləsə 
də, fəqət bu gün onun keçmiş əzəmətindən əsər-əlamət 
qalmayıb. Bu əraziyə daxil olmaq qadağan edilmişdir. 
Fikrimizcə, imkan yarandığı halda, bu yerlərdə arxeo-
loji qazıntılar aparmaqla müsəlman sakinli tarixi 
İrəvan şəhərinin əslini bərpa etmək olar. 
 1885-ci  ilə aid (hicri-qəməri tarixi ilə 1303-cü il) 
sənədlər (şəkillər)  İrəvan Came məscidinin o zaman 
hələ dağılmadığını  və    işlək olduğunu göstərir. Bu 
vəziyyət hicri-qəməri tarixi ilə 1330-cu ilə  qədər 
(miladi tarixi ilə 1912-ci ilə qədər) davam edib. Həmin 
dövrə qədər müsəlmanlara Came məscidindən istifadə 
etməyə rəsmən icazə verilibmiş.    
İlk tədqiqat zamanı məlum olub ki, İrəvan Tarix və 
Təbiət  Muzeyi məscid-mədrəsə kompleksinin ərazisini 
bütünlüklə  işğal edilib. Binadan muzey kimi istifadə 
olunduğu bu 65 il ərzində ona vəhşi münasibət bəslə-
nilib. Dağıdıclıq elə bir səviyyədə olub ki, bu, faktiki 
olaraq məscidin fiziki mövcudluğuna son qoyub... 
Məsciddə çoxlu kitabələr var. Cənub-şərq tərəfdəki 
şəbistanın cənub divarında mehrabşəkilli daşın 
üzərində nəstəliq xətti ilə Hüseynəli xan, İrəvan şəhəri, 
"Came məscidi", məscidin tikilməsinə  çəkilən xərclər 
haqqında məlumatları özündə ehtiva edən 12 beytlik 
bir  şeir həkk olunub. Onun sonunda kitabəni yazan 
katibin adı, yazılma ili (1179-cu il) və  binanın tikilmə 
tarixi göstərilib. 

 
 
167
Məscidin tikinti xərci bəylərbəyi,  İrəvan hakimi 
Hüseynəli xan Qacar tərəfindən ödənilib. Həmin 
məbləğ 6 min tüməndən çox olmuşdur. Kitabələrdə 
yazıdığına görə, günbəzxana və iki qonşu  şəbistandan 
ibarət olan məscidin  əsas hissəsi Zəndiyyə dövrünün 
əvvəllərində Hüseynəli xan Qacar tərəfindən tikilib və 
istifadəyə verilib.      
Bu məsciddə bir neçə qəbir daşına da rast gəlinib. 
Məsələn, iki qəbir daşı  dəhlizdədir. Onlardan birinin 
üzərində hicri-qəməri tarixi ilə 1204-cü il yazılıb, qərb 
eyvanının şimal hissəsindəki digər qəbir daşında isə bu 
sözlər nəqş edilib:    
 
Va fədət aləlkərim Bəğirzad 
Mən əl-həsənat valğəlb-ül islam. 
Vəl həml-ül zad əğbəh koll-i şeyin 
İza Kan əl-vofud il-əl kərim. 
 
 
Zamanın əşrəfi nəcib cənnətməkan xanın 
Mələk sifəti heç bir bəyana sığmaz. 
O, mələk əxlaqı bəyənilmiş bir insan idi, 
O, insan libası geyinmiş bir mələk idi. 
                                                          1330 
 
 
 

 
 
168
    
  
 
 
Azərbaycan türklərinə məxsus qoç heykəli (Orta əsrlər). 
İrəvan xanlığı (indiki Ermənistan) ərazisində Azərbaycan 
türklərinə məxsus heykəllər və qəbirüstü daşlar erməni 
vandalları tərəfindən məhv edilmişdir 
 
 
Məscidin tikintisinə yardım etmiş şəxslər 
 
Bu məscidlə bağlı diqqətçəkən hadisələrdən biri də 
hicri-qəməri tarixi ilə 1325 və 1328-ci illərdə onun 
abadlaşdırılması  məqsədilə camaatın maliyyə yardımı 
toplamasıdır. Həmin vəsaitlə bağçanın  ətrafına 22 
mildən artıq hasar çəkilmişdir. Ağayi  Əbdürrəhman 
Vahabzadə ianə verənlərin adlarını  və verdikləri illəri 
bir-bir sadalamışdır: 
 Əli Əkbər Kərbəlayi Əlizadənin ianəsi.  1325 
Əmi Hacı Abbaszadə Gəncəvinin şəxsi ianəsi.  1328 
Kərbəlayi Rza Hacı Cabbarzadənin ianəsi. 1328 

 
 
169
Hacı Mirzə Əlizadənin ianəsi.  1328 
Ağa Səməd Bəzzazın ianəsi.  1328-ci il cəmadiül- 
əvvəl ayının 15-i 
Mir Məhəmməd Məhəmmədzadə Səfərlinin ianəsi. 
1328 
Məşhədi Mürtəza Məşhədi Məhəmməd Əlizadənin 
ianəsi. 1328 
Məşhədi Əli Məhəmməd Qasımzadənin ianəsi. 1328 
Bağır bəy Bəzzazın ianəsi. 1328 
Məşhədizadənin ianəsi. 1328 
Rza bəy Lütfəli mərhum Bəyzadənin ianəsi .1328 
İsmayıl Zeynalzadənin ianəsi. 1328  
Məşhədi Əmir İbrahim Mircəmilzadənin ianəsi. 1328 
Məşhədi Əli Əkbər Kərbəlayi Əsgərzadənin ianəsi. 
1328 
Kərbəlayi Abbas Əli... Rəcəbin qardaşının ianəsi. 1328 
Ağa Mirismayıl Mir Heydərzadənin ianəsi. 1328 
Hacı Əliəkbər ağanın ianəsi. 
Kərbəlayi Məşhədi Məhəmmədzadənin ianəsi. 1328 
Hacı İbrahim Xəlilin ianəsi. 1328 
Abdulla Hacı Babazadənin ianəsi. 1328 
Məşhədi Yusif  və onun qardaşı  Ağa Həsənin 
ianəsi. 1328 
Məşhədi Bağır Hacı İbrahimzadənin ianəsi. 1328 
 
Bu məlumatın bir yerində deyilir: “Bu əsərin son 
hissələrinin yazıldığı günlərdə bizim həmkarlarımızdan 
olan ağayi  Əbdürrəhman Vahabzadə  İrəvan "Came 
məscidi"nin bir şəklini bizə göndərib. Həmin şəkil bir 
çox cəhətdən əhəmiyyətlidir və gələcəkdə məscid mey-
danının layihələşdirilməsində ondan istifadə etmək 
olar. Şəkilin altında konkret tarix göstərilsə də, o, bir o 
qədər inandırıcı görünmür. Əlimizdə olan digər  şəkil-

 
 
170
lərlə müqayisə apardıqda  və  məscid hovuzunun ətra-
fında toplanmış camaatın geyimini diqqətlə araşdırdıq-
da məlum olur ki, həmin  şəkil hicri-qəməri tarixi ilə 
1328-ci ildən  əvvəlki dövrə aiddir. Yəni  şəkil hələ 
bağçanın  ətrafına dəmir hasar (bu, hicri-qəməri tarixi 
ilə 1328-ci ilə aiddir) vurulmadığı dövrdə çəkilmişdir. 
Həmin dövrdə  məscidin hovuzu çox abad olmuşdur. 
Belə ehtimal etmək olar ki, möminlər hovuzun ətrafına 
toplaşaraq, günorta namazı üçün dəstəmaz alırlar. 
Hələlik günbəzxananın şəbistan qapısı bağlıdır. 
Məlumatdan aydın olur ki, bu gün İrəvan şəhərində 
8 məscidin xarabalıqları qalmışdır. İran mütəxəssisiləri 
onların beşinin tarixini araşdırmış, tikilmə və fəaliyyət 
dövrünü öyrənmişlər.  
Məlumatda Sərdar məscid-mədrəsəsi barədə deyi-
lir: "Bu səfərdə  Sərdar məscidi ilə yaxından tanış ol-
duq. 1868-ci ildə çəkilmiş 19 saylı şəkli madam Deviv-
lovanın "Səfərnamə"sindəki qravüra ilə tutuşdurduq. 
Şəkillərin müqayisəsi və şəhərdəki dini ocaqların xara-
balıqlarının ilkin təhlili nəticəsində bu məscidin Abbas 
Mirzəyə və İrəvan qalasının sərdarına  aid olması qəra-
rına gəldik". 
1826-cı ildə  İrəvana gəlmiş  İtaliya diplomatik nü-
mayəndə heyətinin albomundakı 47 saylı  şəkil də de-
diklərimizi təsdiq edir. İrəvan qalasına aid həmin şəkil-
də qala divarlarının arasından bir məscidin günbəzi gö-
rünür. Həmin günbəz tarixçilərin təsvir etdikləri gün-
bəzlə eynidir. Hazırda Sərdar məscidindən təkcə gün-
bəzin şimal-şərq guşəsini saxlayan sütun və ona birlə-
şik hücrə tikintilərinin bir hissəsi qalıb. Bu mədrəsə-
məscidin naxışları  və onun daş bünövrəsi bir çox cə-
hətdən  İrəvanın "Came məscidi"nə  bənzəyir. Doğru-
dur, bu məscid Qacariyyə dövrünün əvvəllərinə aiddir, 

 
 
171
ancaq o, üslub baxımından Səfəviyyə  və  Zəndiyyə 
dövrünün memarlıq (İsfahan səbki) xüsusiyyətlərini 
özündə  əks etdirir və öz dövrünün bariz memarlıq 
nümunəsidir. 
"Sərdar məscidi" barədə danışarkən madam Devi-
vilovanın bu məscid (o, bu məscidi qədim memarlıq 
abidəsi kimi təqdim etmişdir) barədə yazdıqlarını xatır-
lamamaq olmur. Madam Devivilova iki məqamı xüsusi 
vurğulamışdır:  
1.  Filipin də  şərhində bu məscidin mərkəzində 
yerləşən böyük hovuzdan danışılır. 
2.  Tələbələrin dinləmələrindən, onların təhsillə 
məşğul olmalarından və  məsciddəki  şəraitdən, onun 
şəkildəki əksindən aydın olur ki, bu gün xaraba qalmış 
məscid bir vaxtlar elm-maarif mərkəzi olub. Ehtimal 
ki, madam Devivlova o zaman abad  İrəvan “Came 
məscidi”ndə  tələbələrin qarşısında çıxış edib, sadəcə 
olaraq məscidləri qarışdırıb. Belə görünür ki, madam 
Devivlovanın məlumatı 1881-ci ilə (hicri-qəməri tarixi 
ilə  1299-cu ) aid olmuşdur. Filipin çəkdiyi  şəkillə 
onun yazdıqları arasında 19 il fərq vardır. 
 
Ermənistan Respublikasında qalmış  
islam abidələri 
 
Bir qədər  əvvəl Ermənistanda olmuş, onun siyasi, 
iqtisadi, mədəni həyatı barədə material hazırlamış 
"Həmşəhri" qəzetinin müxbiri Mustafa Məqsudi Göy 
məscidin və bu ölkədəki digər qiymətli islam abidələ-
rinin də hazırki vəziyyətinə  nəzər yetirmişdir. Onun 
qələmə aldığı  məqalə adı  çəkilən qəzetin 3 sayında 
dərc edilmişdir. Həmin məqalədə deyilir:  "İran səfirli-
yinin Ermənistanın məsul mədəniyyət işçiləri ilə 

 
 
172
apardığı üçillik müzakirələrdən sonra da məscid xaraba 
vəziyyətdədir. O, yiyəsiz və sahibsiz qalmışdır. Bürok-
ratik  əngəllər və ötür-ötür oyunları onu təmir etməyə 
imkan vermir. Erməni tərəfi bu tarixi binanın təmir və 
bərpasına mane olmaq üçün bütün vasitələrdən istifadə 
edir. 
"Göy məscid" Ermənistanda Səfəviyyə dövründən 
qalmış yeganə islam abidəsidir. O, İrəvan  şəhərindəki 
"Müqəddəs Sarkis" kilsəsinin yaxınlığında yerləşir. Bu 
qədim məscid bir zamanlar elmi-ictimai mərkəz olmuş, 
müsəlmanlar buraya toplaşmışdır. Ancaq sonralar Ya-
zıçılar Birliyinə verilmişdir.  İndi isə  məscid viranə 
qalıb. Qeyd edilməlidir ki, Qarabağ münaqişəsi zamanı 
İrəvan müsəlmanlarının bütün dini mərkəzləri xaraba-
lığa çevrilmiş, bu və digər  şəhərlərdəki müsəlman 
qəbiristanlıqları yerlə-yeksan edilmişdir. 
"Göy məscid" 1765-ci ildə təsis edilmişdir. O, Er-
mənistan ərazisində şiəliyin yeganə sənət nümunəsidir. 
Məscidin giriş qapısının yaxınlığındakı  şərab dükanı 
adamın gözünə girir. Onunla üzbəüzdə avtobus daya-
nacağı var. Dağılmış divarların ön tərəfindən vurulmuş 
paslı  dəmir örtüklər bu məscidi kənardan çox kədərli 
göstərir. Prospektdən baxanda məscid görünmür. 
Pilləkənlə qalxıb məscidin həyətinə daxil oluruq. Bura 
sarı, qırmızı yarpaqlarla örtülmüşdür. Döşəmədəki daş-
lar  zamanın zərbələri altında əyri-üyrü şəklə düşüblər. 
Qövsi qapıları çürümüş  hücrələr həyətin hər tərəfindən 
görünür. Həyətin  şərq hissəsi xarabalığa çevrilib, 
divardakı otlar quruyub-qalıb. Həyətdəki kətilin də 
üzərinə sarı-qırmızı yarpaqlar tökülüb. 
Məscidin firuzəyi rəngli günbəzi uzaqdan cilvələn-
sə də, yaxına gələndə onun toz-torpağa batdığını görü-
rük. Günbəzin sol tərəfindən bir ağac budağı qalxıb. 

 
 
173
Məscidin həndəvərinə  səpələnmiş kaşıların üzərində 
“Qurani-Kərim”in ayələri rəsm olunub və orada hicri-
qəməri tarixi ilə 1305-ci il yazılıb. 
Həyətin ortasındakı hovuz quruyub, çat-çat olub. 
Burada bir neçə ala-bula küçük bizi qarşılayıb,  ətrafı-
mızda oynaşır. Bir dalandan keçib məscidin şimal his-
səsinə  tərəf gedirik. Günəş göy günbəzin arxasında 
parlayır. Qopub-dağılmış daşlar üzərindəki müqəddəs 
yazılar bir anda xəyalımızı Şah Əbdüləzim ibn Babuy-
yə dövrünə aparır. Xaraba məscidi tənha buraxırıq. 
Çıxış qapısındakı  dəlikdən gələn səs sükutu pozur. 
Tramvaylar, avtobuslar, avtomobillər, adamların bitib-
tükənməyən gediş-gəlişi... Bura erməni  əlifbasının ilk 
yaradıcısı Mesrop Maştuts prospektidir... 
Ermənistanda çox az islam abidəsinin izi qalmışdır, 
amma onlar böyük dəyərə malikdir. Xarabalığa çevril-
miş "Göy məscid"dən əlavə, Gürcüstan sərhəddi yaxın-
lığındakı Haxçat adlanan məntəqədə  Səfəvi dövrünə 
aid dini-tarixi abidələr var. Bununla yanaşı, Ermə-
nistan-Türkiyə  sərhəddində  də son illərdə viranəliyə 
çevrilmiş bir müsəlman məscidinin izləri qalmaqdadır. 
 
Hazırda "Ermənistan" adlandırılan respublikada və 
bütün "Qukasiyan" torpaqlarında ən qədim dövrlərdən 
azərbaycanlılar yaşamışlar, indi isə burada çox az say-
da yezidi kürd qalmışdır. Bu bölgənin sakinləri əsasən 
sünniməzhəb olmuşlar. Onlar  ermənilərin təmizləmə 
siyasəti nəticəsində zorla Azərbaycan Respublikasının 
müxtəlif  ərazilərinə  və digər respublikalara köçürül-
müşlər. Bu siyasətin davamı olaraq Ermənistanda yaşa-
yan rus və kürdlər də bu respublikadan  qovulmuşlar".
1
 
 
                                                 
1
 "Həmşəhri" qəzeti, 25-26 fərvərdin 1375 hicri-şəmsi ili 

 
 
174
Köhnə İrəvan bazarı 
(1905-ci il) 
 
İrəvanda Azərbaycan 
türklərinə məxsus 
Gürcü  karvansarasının 
qalıqları
 
  
 
 
                 
İrəvan üləmaları və ruhaniləri 
 
Bu bölgədən bir çox görkəmli elm adamları, ruha-
nilər və din alimləri çıxmışlar. Onların  əksəriyyəti 
ömrünün sonunadək İrəvanda yaşamış və İran-rus mü-
haribələrində  fəal iştirak etmişlər. Bir çox ruhanilərin 
məzarı indi də bu şəhərdə qalıb.  Təbrizdəki Hacı 
Səfərəli məscidinin imam cüməsi mərhum ayətullah 
Seyyid Höccət  İrəvaninin atası ayətullah Seyid Əli 
İrəvaninin və onun babası ayətullah Seyid Əbdülməcid 
İrəvaninin (Şəmsi  tarixi ilə 1371-ci ildə vəfat etmişdir) 
məqbərəsi İrəvan şəhərindədir.
1
      
Doktor  Əqiqi Bəxşayişinin yazdığına görə, ayə-
tullah Seyid Əli İrəvaninin ulu babası Xosrov şah döv-
ründə İrəvana köçmüşdür. Seyid Əli hicri-qəməri tarixi 
ilə 1258-ci ildə  İrəvan  şəhərində doğulmuş  və hicri-
qəməri tarixi ilə 1324-cü ildə  Nəcəfüləşrəf  şəhərini 
                                                 
1
 Seyid Mehdi Dərvazeyi. Ayətullah Seyid Əbdülməcid İrəvaninin 
tərcümeyi-halı. Məscid nəşri, şəmsi tarixi ilə 1371-ci ilin şəhrivər 
və mehr ayı 

 
 
175
Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin