Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

Dördüncü məclis
Məclisə  Xəlil  əfəndi  Dostməhəmmədov  ilə  Cəfər  əfəndi  Seyidəh- 
mədov sədarət ediyorlar. Zal hər günki kibi dopdolu.  Əvvəlcə ətrafdan
188
gələn  bəzi  teleqraflar  oxunuyor.  Ertəsi  cümə  olduğundan  ümumi  ic- 
las  olmayıb  ancaq  şöbələrdə  çalışılacağı  elan  olunur.  Bundan  əlavə 
hanki  gündə  hanki  məsələnin  baxılacağı  bu  surətlə  elan  olunur.  Ma- 
ym  6-sında -  məmləkət üsuli-idarəsi  ilə ruhani  işlər məsələsi,  7-sində
-   mədəniyyət  və  m əarif işləri  ilə  işçilər  məsələsi,  8-ində  -   xatunqız 
məsələsi  ilə  əskəri  təşkilat  məsələsi,  9-da  -   yer  məsələsi  ilə  məhəlli 
idarələr  məsələsi,  10-unda -   siyasi  təşkilat  ilə Məclisi-Müəssisan  seç- 
kilərinə hazırlanmaq məsələsi.  Syezdi  mayın onunda qurtarmaq təhti- 
qərarə alımyor. Bundan sonra Tanrıquliyev tərəfındən “Mədəniyyət və 
m əarif işləri  ilə onları müsəlmanlar arasmda yaymaq yolları” məsələsi 
həqqində məruzə oxunuyor.
Doklad rusca yazılmışsa da, məclisin xahişinə görə türkcə tərcümə 
ilə oxunuyor. Məruzənin xülasəsi bu:
1)  Hər  millətin  mədəniyyət  və  m əarif  işləri  öz  əlində  olmalıdır. 
Buna  görə  də  islam millətlərindən ötrü  geniş  surətdə  milli  və mədəni 
muxtariyyət tələbinə qərar verilməlidir.
2) Ziyalı güclər yetişmədigindən dövlət və məhəlli idarələr hesabına 
müsəlman millətlər üçün müxtəlif tipdə orta məktəblər (qadın və ərlorə 
məxsus) açmayı tələb ilə müvəqqəti hökumət ilə zemstvolara müraciət 
eləməlidir.
3) Müsəlmanlar üçün  açılan  bütüü  məktəblərdə  oxutu  dili  ana  dili 
olmalıdır.
4)  Ruhani  hazırlamaq  üçün  olan  məktəblər  dünyəvi  məktəblərdən 
ayrı surətdə təşkil olunmalıdır.
5)  İslam  dinində  olan  bütün  millotlər üçün  ümumi  məlumat  verən 
ibtidai məktəblər yalnız bir tipdə olmahdır.
6)  M əarif və  mədəniyyət  yapmaq  tədbirlərinə  aid  olan  məsələləri 
araşdırıb tapmaq üçün hər yerdə məhəlli, həm vilayət syezdləri bundan 
sonra xəlqi  oxutmaq üçün bütün Rusiya müsəlmanlarmdan ötrü ümu- 
mi ictima qurulmalıdır.
7)  Məclisi-Müəssisanda  milli  və  mədəni  muxtariyyət  məsələsi 
qəbul  oluncaya  qədər  xəlq  arasında  məarifı  yaymaq  işi  zemstvo  ilə 
şəhər idarələrinə tapşırılıb, bu idarələr hüzurunda müsolman millətləri 
arasında  m əarif  yapmaq  işinə  baxılmaq  üçün  xüsusi  komisyalar 
düzəltməlidir.
189

8) 
Bütün  türk-tatar  m ilb tb ri  üçün  bir  ədəbi  dil  vücudə  gətirmək, 
həm  bu  millətləri  yaxınlaşdırmaq  üçün  məktəblərdə  bütün  türk 
şivələrini ayrı bir dərs kibi oxutmaq lazım.
Ömər Əfəndidən sonra Əhməd bəy  Salikov cənabları  “Müharibəyə 
münasibət”  həqqindəki  məruzdsini  oxuyur.  Bu  məruzə  üzərinə  syezd 
toroündan  alman  qərar  bateleqraf  “Açıq  söz”ə  xəbər  verilmiş  idi. 
Möruzə üzrə doxi  neçə nömrədən bəri  dərc  edilməkdə və bugünki  sa- 
yımızda tamam olmaqdadır.
Əhməd bəyin müharibə həqqindəki bu məruzəsi  syezd vəkillərinin 
bilaistisna ruhuna müvafiq gələrək böyük bir həyat tufanma səbəb  ol- 
muş və son dərocədə həyəcana gələn  cəmaət zalı  alqışlar və “ura”larla 
çinlataraq natiqi əlləri üstündə dışarı çıxarmışlardır.  Kəndisini öpmək, 
əlini  sıxmaq surətilə təbrik edən  əfəndilərdən Əhməd bəy güc-bəla ilə 
xilas ola bilmişdir.
Bcşinci məclis
Cümə günü tətil günü idi.  Ümumi  iclas yox  idi.  M üxtəlif şöbələrdə 
m üxtəlif məsələlərə baxıhyordu.  Şöbolordon şəkli-idarə məsələsinə aid 
olan  şöbə  böyük  maraq  cəlb  edərək  demək  olar  ki,  bütün  vəkillərin 
hüzurilə  davam  ediyordu.  8-9  saət  qədər  davam  edən  bu  iclas  adətən 
gurultulu  bir  parlaman  iclasma  bənziyor  və  Avstriya  parlamanında 
görünən qızğın çıxışlara dəxi biganə qalmıyordu.
Buna görə də mayın 6-sında qurulacaq 5-ci məclis böyük səbrsizliklə 
gözləniyordu.  Bu  gün  idarə  məsələsi  artıq  həll  ediləcəkdi.  Bu  gün 
Əlimərdan bəy Topçubaşov ilə Fateh Əfəndi Kərimov cənabları sədarət 
ediyorlar.
Fəqət məclis adətdən gec arıhyor, həm də intizar xaricində elan olu- 
nur. Heyəti-rəyasət qərarma görə bu gün ancaq üç məruzə oxunacaq və 
bu məruzələr üzərinə mübahisələr açılmayacaq.  Üç məruzə bunlardan 
ibarətdir:  1)  Rusiya müsəlmanlannm  san və  qəbilələri hansı vilayətdə 
nə qədər olub, ü rf və adətlərindəki ayırmalar -  müvərrix Zəki Vəlidi, 2) 
Rusiya müsəlmanlarınm dini və ruhani işlərini muxtariyyətli idarə üsu- 
luna qoymaq həqqində -  Seyid Gəray Alkm,  3)  Dini və ruhani təşkilat 
həqqində -  K əşşaf həzrət Tərcümanov.
190
Zəki Vəlidi məruzəsinin xülasəsi bu: Rusiya müsəlmanlarımn milli, 
mədəni, ruhani işlərini həll etmək həm onlarm Rusiya dövlətinin üsuli- 
idarə  məsələsini  həll  etmək üçün  mütləq  əsl  Rusiya  müsəlmanlarının 
kim  olduğunu  bilmək  lazım.  Rusiya  müsəlmanlarmı  qan,  nəsil  və  dil 
nöqteyi-nəzərlərindən tədqiq etmək gərək. Etnoqrafiya nəzərindən bax- 
dıqda  Rusiya müsəlmanları  türk və  türk  olmayan  iki  şöbəyə  bölünür. 
Türk olanlan  Şərqi, Mərkəzi, həm Cənubi -  deyə üç  qismə bölünürlər. 
Bu üç qism tarix,  şivə, ədəbiyyat, ürf-adət xüsuslarında biri-birisindən 
ayrılırlar.  Şərqi  türklərə  uransxay,  suyut,  saği,  qara,  həm  sarı  uyğur 
xəlqləri daxil olurlar. Bunlar arasında müsəlmanlar az. Əksəriyyət əski 
şamani dinində. Dil xüsusində bunlar orta türklərdən çox kənardadırlar. 
Bundan  əlavə  bunlar  Budda  mədəniyyətinin  təsiri  altmdadırlar.  Orta 
türklərə  Özbək,  qazax,  qırğız,  Tümen,  Kazan,  Krım  tatarları,  Şimali 
Qafqasiyadakı  buğarlar  daxil  olurlar.  (bunlarm  hamısı  müsəlmandır. 
Bir az qismi şamanhqla qarışıq islam). Bımlarm dilləri Krım tatarlarm- 
dan başqa morfoloji nəzərindən bir.  Bunların milli  xəlq  ədəbiyyatı  or- 
taq olub Canbək xan, Toxtamış xan, İdgu, Çurabat, Əbrtargin kibi xəlq 
qəhrəmanları  həqqindəki  hekayələri  də  birdir.  Bunların  şərqdəkiləri 
bir  az  İran  mədəniyyəti  təsirinə  düşmüş  isələr  də,  hamısı  mədəniyət 
cəhətindən xalis  türklərdir.  Cənubi  türklər  isə  Azərbaycan  türkləri  ilə 
Stavropol quberniyasındakı  türkmənlərdir.  Bular tarixdə  özlərinə ayrı 
yol tutub,  bizim tarixi  qəhrəmanlarımız Çingiz, Ağsaq  Teymura qarşı 
qalmışlardır. Dilləri morfoloji nəzərindən orta türklərdən çox ayrılıyor- 
lar. Ü rf və adətlərində iranilər təsirinə tabedirlər.
Rusiya müsəlmanları arasında türk olmayan xəlqlər çox azdır. Bun- 
lardan  bir  qismi  Qafqasiyadakı  kabarda,  avar,  abaza,  acar,  asetin,  in- 
quş,  çeçen,  çərkəs  qövmləridir.  Bunlar  Qafqasiyadakı  türklərə  nisbət 
bir  silk  təşkil  ediyorlar.  İkinci  qism  Orta  Asiyada  İran  irqindən  olan 
taciklərdir. Taciklərin sanı 8 yüz mindir. Dilləri farsidir. Bu Rusiya mü- 
səlmanlarımn təbii hüdudlarıdır. Rusiya müsəlmanlarının siyasi, ruha- 
ni,  mədəni  müəssisə  məsələsi  həll  qıhndıqda bu təbii  hüdudlar nəzərə 
alınmalıdır.
Türklərin Şərqi, Orta və Cənubi qismləri öz təbii dairələrində tərəqqi 
etməlidirlər. Hər kəsin özünəməxsus ədəbiyyatı var, həm olmahdır. Ka- 
zanlılar,  sartlar, özbəklər, qırğızlar iləridə Orta türk olub birləşəcəklər.
191

O rta  türkhrin  hərəkətlərində  türkligini  safraq  saxlamaq  xassəsi  qa- 
lib  olub,  bunların dili  dəxi  ümumi  dil olacaq.  Fəqət bu məsələ məclis- 
lərdəki  qərarla  degil,  təbii  yolda həll  olunacaqdır.  Yalnız  Orta  türklər 
milli-mədəni işlərdə bir olacaqlar. Çünki bunların arasında ümumi olan 
milli nəğmə və hekayələr diplomatların  siyasətlərindən  güclüdür.  Hal- 
buki  Şərqi və Cənubi türklər özlərinin təbii yolları ilə gedəcəklər.
Şərqi,  Orta,  Cənubi  türklərin  ayrı  federasiya üsulu  ilə  idarə  olun- 
maları təbii və mətlubdur. Müsəlmanlarm özlərinə xas və qanunlar qo- 
yan  milli  parlament  -   deyə  ümumi  bir  müəssisə  yapmaya  çalışmala- 
rı  qeyri-təbiidir.  Fənnə,  həyatə  müxalifdir.  Bu,  müsəlmanlarm  yalnız 
siyasi  blokları  şəklində  mümkün  ola bilər.  Ümumi  bir  müəssisə  təsis 
etmək mümkün olsa, bu yalnız ruhani və dini müəssisə ola bilər.
i c 'k 'k
Zəki  Vəlidi  əfəndidən  sonra  Seyid  Gəray  Alkin  əfəndi  idareyi- 
ruhaniyyələr islahı həqqində bir məruzə  oxudu.  Məruzəçinin fikrincə, 
başda təyin edilən müftilər duran idareyi-ruhaniyyələr tamamilə qaldı- 
rılıb onun yerinə müsəlmanlar bulunan vilayətlərdə seçki üsulilə dördər 
əzadan ibarət “məclis”lər təşkil edilməlidir. Bu məclislərin hər biri dör- 
dər şöbəyə ayrılmalıdır:  1) Yalnız ruhani işlərə baxan şöbə 2) Xəlq ara- 
sındam əarif yayan şöbə 3) Müsəlmanlar arasmdakı bütün qrajdanski və 
cinayət işlərinə baxan mühakimə şöbəsi 4) İdarə və mülk işlərinə baxan, 
həm ittifaq və cəmiyyət işlərini təftiş edən ümumi işlər şöbəsi. Məhəlli 
ruhanilər:  xəlq  tərəfmdən  seçilib  qoyulan -  ali  dini  mədrəsələr bitirən 
dörd nəfər molla və müəzzindən ibarət olur.  Bu qaidə ilə intixab edilən 
molla  dərəcə  almaq  imtaham  və  ya  ki  məxsusi  təsdiq  qılınmaq  işinə 
möhtac  qalmıyacaq.  Məhəlli  məclislərin  cümləsi  cümhuriyyət paytax- 
tmda  olacaq  mərkəzi  məclisə  baxar.  Bu  mərkəzi  məclisin başında bü- 
tün vəzirlər ilə bir hüquqda olub vəzirlər heyətində  səs  ilə iştirak edən 
xüsusi bir adam olur. Bu adam müsətman işlərinin vəziri deyə adlanır.
192
D ini və məhəllə təşkilatı həqqində
Məruzə  oxuyan  Tərcümanov  aşağıda  yazılan  on  yeddi  maddəni 
oxuyor.
1.  Ruhani idarələrimizin düzəlməsi mərkəziyyət üsuli ilə əsaslamb 
bütün  Rusiya  müsəlmanları  dini  və  elmi  cəhətdən  şu  mərkəzə 
bağlamyorlar.
2.  Cümhuriyyət  paytaxtmda  müsəlmanlara  məxsus  bir  mərkəzi 
idarə  təsis  olunur.  Krım,  Şimali  Qafqasiya,  Cənubi  Qafqasiya, 
Qazaxıstan, Türkistan və İçəri Rusiyada altı danə yuxarı dərəcəli 
məhəlli  idarə  tərtib  ediliyor.  Sair quberniya və uyezdlərdə  orta 
dərəcə  idarələr təşkil  edilib bunlarm ən aşağı məhəllə idarələri 
oluyor.
3.  Dini və ruhani m əarif və təlim, ianə və xeyrat işləri ayrı şöbələr 
vasitəsilə bir idarəyə cəm olunuyorlar.
4.  Bütün ruhani idarələrin əzaları din üləması ilə bərabər ziyalılar- 
dan qarışıq oluyor.
5.  Bütün  əzalar;  ümumi,  müsavi,  müstəqim  və  gizli  səslə  seçilib 
yalnız  imam  və  müəzzinlər,  müəllim,  müəllimə  və  mədrəsələr 
vəqtsiz olaraq seçilirlər.
6.  Seçilmiş əzalar heç bir dürlü təsdiqə möhtac degildirlər.
7.  Məhəllə ruhanilərinin məişətləri öz məhəllələri və yuxarı dərəcə 
idarə əzalar bankı milli sərmayədən təmin edilir.
8.  Dini  və  ruhani  idarələr  arasında  müxabirə  türk-tatar  dilində 
olur.  (Şimali  Qafqasiya  müsəlmanları  özlərinin  xahişi  üzrə 
rəftar edirlər).
9.  Orta, yuxarı və həm mərkəzi idarələr lazım olan vəqtə syezdlər 
tərtib edərlər.
10.  Yuxarı dərəcə idarə əzalanndan vəkillər seçilib “Şurayi-ümmət” 
təsis edilir.
Məhəllə təşkilath həqqində
1.  Məhəllə təşkilatı üçün san etibarə alınmaz.
2.  Məhəllə  öz  idarəsindəki  hüquqi  şəxsiyyətə  vergi  təklif etməgə 
həqlidir.
193

3.  Bu vergidən yığılan puldan bir qismi milli sərmayəyo verilir.
4.  Hor  məhəllənin  cürbocür  təlimxanələr,  qiraətxanələr,  xeyrat 
evləri  açmağa,  yurd  və  yer  almağa,  vəqflər  düzəltməgə  hoqqi 
vardır.
5.  Məhəllə  işlərini  düzəltmək üçün popeçitel  şurası seçilir.  Bu şu- 
ranı intixab  edilmiş təftiş heyəti təftiş edər.
6.  İmam  və  müəzzinə  veriləcək  maaş  məhəllə  təşkilatı  klubunda 
müəyyən edilir.
7.  Məhəllələri  xirdalamamağa diqqət edilir.  Bir məscid olan yerdə 
ikinci məhəllə açmaq təhdid ediliyor.
Bu  məruzə  tamam  olduqdan  sonra  bir  neçə  dəqiqə  tənəffüs  elan 
edilir.
Rəis  əfəndi  vasitəsilə  heyəti-rəyasət  tərəfindən  məclisə  ərz  edilə- 
rək  sosialistlərdən təşkil edilmiş yeni hökumətə təbrik teleqramı  gön- 
dərilməgə  qərar  veriliyor.  Xokand  nəşri-məarif  cəmiyyətindən  nü- 
mayəndə sifətilə gələn Həsən Kərdimov növbədən xaric söz alıb Türkis- 
tanın Fərqanə  vilayətində  aclıq hökmfərma olduğu həqqində məlumat 
veriyor.
“Yağmur  yox,  çörək  yox,  bir  quberniyandan  ikinci  quberniya- 
ya  azuqə  aparmağa  ixtiyar  yox”  -   deyə  Türkistan  müsəlmanları 
həqqində  bir  çarə  görməgə  dəvət  ediyor  və  həm  Petroqraddakı  ərzaq 
syezdinə müsəlman  syezdi  admdan teleqram  ilə müraciət  edib yardım 
istənilməsini təklif ediyor.
Ondan  sonra Xivə millət məclisindən  gəlmiş vəkil  minbər xitabinə 
çıxıyor, lakin səsi çıxmadığından gördügü kağızı özü oxumuyub heyəti- 
rəyasətdən Musa əfəndi oxuyur.  Onlarm ərzi-naməsi bundan ibarətdir:
“Biz  Xivə  millət  məclisinin  müvəqqəti  əzaları  məlum  ediyo- 
ruz  ki,  bu  vəqtə  qədər  bizlər  idareyi-müstəbidə  və  keyfiyyə  zülmə- 
tində  sərgərdan  və  cəhalət  vadisində  heyran  və  nalan  qalıb  hər  cür 
tərəqqiyati-diniyyə  və  dünyəviyyədən  məhrum  bir  halda  yaşıyorduq. 
Allahu-həmd  və  ləilhəmnə  Rusiya  dövləti-əziməsi  təbəələrinin  həqiqi 
hürriyyətə  sahib  olmaları  məlumumuz  olandan  sonra  fürsəti  qənimət 
bilərək  tarixi-hicrinin  1335-ci  ili  cəmadiül-sani  ayınxn  25-ci  günü 
padşahımız  Seyid  İsfəndiyar  xan  hazirətdən  ciddü-cəhdilə  idareyi- 
məşrutə və hürriyyət tələb edib mətlubumuza vasil və nail olduq.  İmdi
194
qayeyi-məqsudumuz:  səy  və  qeyrət  edib  xəlqimiz  arasına  ülum  və 
m əarif nəşr  etmək  və  müəssisati-xeyriyyələr  icad  etmək,  hökumət və 
məmləkətimizə  mütəəlliq  bütün  işlərimizi  müntəzəm  etməklə  tərəqqi 
dövrünə girib mədəni millətlər cərgəsində məsudanə yaşamaqdır.
Və  lakin  işbu  mühüm  vəqflər  və  qiymətli  saətlərimizdə  nəf  və 
zərərimizi  kəmahu-həqqə  təqdir  edə  bilən  ziyalı  mühəqqiq  alimlər, 
zəmanə  əhvalatından baxəbər və iş  bilici  fazillərimizin azlığı  və  azlıq 
cəhətindən məzkur məqsudlarımız icrasında çox məşəqqət müşküllük- 
lər çəkməgimiz mühəqqəq və müəyyən duruyor.
Naqesanra bidel asan-nist kamil saxtən
Ta dəməd yek rişe sədbar əbruriz.1
Buna binaən  siz  hörmətli  müsəlman  qardaşlarımızm  əvvəla  həqiqi 
hürriyyət nemətinə nail olmanızı və bu mübarək cəmiyyətinizi səmimi 
qəlbimizdən  təbrik  ediyoruz.  Saniyən  siz  sərvətməndlərdən  iltimas 
ediyoruz  ki,  biz  acizlərin  hasil  etdikləri  işbu  hürriyyət  və  idareyi- 
məşrutəmizin  istehkamı,  hüquqimiz  və  toprağımızm  hər  növ  təərrüz 
və  təcavüzlərdən  mühafızə  olması  üçün  əngəl  olucu  müavinətinizi 
əsirgəmiyəsiniz. Tərəqqi və səadətimiz yolunda bizlərə həmişə rəhbərlik 
etmənizə  ümidvar  oluyoruz.  Ta  kim  “xeyrünnəs  mən  yəntəhun-nəs”2 
məzmuninə  müvafiq  “innəməl  muminunə  ixvatun”3  məfhumuna mü- 
tabiq bəradərlik hüququnu üzərinə yetirəsiniz, deyə Xivə darüssəltənə- 
si millət məclisinin müvəqqəti əzaları imza etdik. “Vas-sələmu alə mən 
ittəbə-a-l-ahdi”4.
1335-ci  səneyi-hicri  13  rəcəb.  Rəis  Hüseyn bəy Yuranı bəy  və həm 
millət məclisi əzalarının imzaları.
Altmcı  məclis
Maym 7-də altmcı məclis iniqad etdi.  Bugünki məclisdə Əlimərdan 
bəy Topçubaşov ilə Fateh Kərimi  cənabları sədarət ediyorlar.  Xəlq hər
1 Naqisləri dəlilsiz kamilləşdirmək asan deyil,
Bir kök yüz dəfə cücərincə abır tökməkdir.
2 Həqiqətən (bütün) möminlər (bir-birilə) qardaşdırlar.
3 İnsanların ən yaxşısı xeyir verəndir.
4 Salam olsun dövrümüzə uyğun gələnlərə (Salam olsun mənə iman gətirənlərə)
195

günkündən  çox,  zal  dopdolu.  Zalın  ortasındakı  yoldä  da vəkillər  du- 
ruyorlar.  Bu  gün  bütün  syezdi  bir  həftədən  bəri  məşğul  edib  də  iki 
gündən bəri əsəbiləşdirən məsələ, idarə məsələsi həll olunacaq. Məclis 
açıldıqda Hadi Məqsudi cənabları söz alaraq syezd naminə  gələn dilək 
dəftərlərinin  xülasəsini  ərz  ediyor.  Bu  diləklərin  hamısında  ümumi 
olan bir məsələ vardır ki, o da Rusiyadakı türk dünyasmı birləşdirmək 
məqsədindən  ibarət.  Bundan  əlavə,  Hadi  əfəndinin  məruzəsindən  an- 
laşılıyor ki, yüzdən ziyadə gələn dilək dəftərindən yarısı muxtariyyətli 
xəlq cümhuriyyətini istəyib,  o biri yarısı isə  şəklindən bəhs etməyərək 
ancaq  xəlq  cümhuriyyətinə  rəy  vermişdir.  Sonra  şəkli-idarə  şöbəsi- 
nin  rəisi  Nəcib  Xələfin  cənabları  şöbə  işləri  həqqində  hesab  verərək 
şöbənin  iki-üç  gündən  bəri  kəmali-ciddiyyətlə  mübahisədə  olduğunu 
anlatıyor. Bu anlatmaya görə şöbə adətən şöbəlikdən çıxıb təqribən bü- 
tün vəkillərin iştirak və hüzuru ilə iclas edərək nəticədə hər iki tərəfdən 
məhəllə  təklif olunan  qətnamələri  məclis  oxuyur.  (Qətnamələr oxucu- 
larımıza məlumdur).
Xələfin  cənablarmdan  sonra  müvəqqəti  Büronun  dəvətnaməsi 
üzərinə  məclisə  təbrik  üçün  gələn  Kadet  firqəsi  Moskva  komitəsinin 
rəisi  knyaz  Dolqorukova  söz  veriyor.  Dolqorukov  müsəimanlarm  mə- 
həbbətini  itirmiş  bir  firqə  nümayəndəsi  olmaq  üzərinə  bir  də  nitqdən 
məhrum  olduğundan  syezd tərəfindən güc-bəla  dinlənilir.  Hələ nitqin 
məzmunu soyuqluğu bir az da artıyor. Knyaz Dolqorukov cəbhəyə get- 
digini və orada müsəlman  əskərinin mərdcə öldügünü gördügünü nəql 
edərək bu ölməyi bilmək milli bir xasiyyətmidir, yoxsa dini bir hikmət? 
Orasım  çox  bilmədigini,  fəqət  ona  qalırsa  bu  həmiyyətin  dindən 
gəldigini  söylüyərək  məclisin  həyati-diniyyəsini  oxşamaq  istəməklə 
hala “müsəlmanlarm hissiyyat dövründən çıxmadıqlan həqqində rəyi- 
sabit sahibi olduğunu” göstərdi. Bittəbii səmimiyyətdən ari olan bu nitq 
məclisi  darıxdırıb  kürsüdən  endi:“Yaşasın  müsəlman  milləti”  sözünü 
bir  neçəsi  alqışladılarsa  da,  əksəriyyət  haman  qalmaqal  qalxızıb  ka- 
det vəkili şu qalmaqal içində məclisi tərk elədi. Qalmaqal yatsm -  deyə 
məclisə bir neçə dəqiqəlik tənəffüs verildi.
Tənəffüsdən  sonra  şəkli-idarə  məsələsinin  müzakiıəsinə  başlandı. 
M üzakirə  məclisi  nizami  böyləcə  məruzəçilərin  nitqləri  ilə  başlama- 
lıydı.  Birinci  məruzəçi  olmaq üzrə  Əhməd bəy  Salikova söz  verildisə
196
də  imtina  elədi.  Onun  kibi  Məhəmməd  Əmin  Rəsulzadə  cənabları 
da  hələlik  söz  almadı.  Bu  surətlə  müzakirə  federalizm  tərəfdarı  Nij- 
ni  vəkili  Süleymani  əfəndi  nitqi ilə başladı.  O  gün  saət 2-yə qədər bir 
(federalist) ədəmi-mərkoziyyət, bir də mərkəziyyət tərəfdarı tərəfındən 
natiqlər  biri-digəri  ardmdan  mübahisəyə  iştirak  edərək  qızıqlı  danı- 
şıqlar  olmuş  federasiya  lehinə  Volqaboyu  intelligensiyasınm  əksəri, 
müəllimlərindən  qismi-mühümmi,  mətbuat  ərkanından  Fateh  Kərimi 
(“Vəqt”  mühərriri),  Hadi  Atlasi,  Tuqtarov,  Zakir  Əlqədari  (“Turmuş” 
mühərriri),  üləmadan  bir  çoxu,  sosial-revolyusioner  məsləkindəki 
əmələlərlə  kəndçilər,  tatar  soldatlarından  bir  qismi,  qadmlardan  bir 
hissəsi  federasiya  lehinə  söz  söyləyərək  vilayət  nümayəndələrindən 
Türkistan,  Qırğızıstan,  Krım  və  Qafqasiya  nümayəndələrinin  demək 
olar ki, haman hamısı bu nöqteyi-nəzəri müdafiə ediyor. “El” mühərriri 
Ayaz əfəndi İshakov ilə Volqaboyu əmələ və kəndçi vəkillərindən ibarət 
işçi  qismi  ilə  soldatlardan bir hissəsi  və  əksəriyyəti Volqaboyu qadın- 
larmdan  ibarət  olan  ünas  şöbəsi  ilə  bir  qism  tatar  gəncləri,  Qafqasi- 
yadan  dəxi  Şimali  Dağıstan  nümayəndələrindən bir-ikisi  mərkəziyyət 
üsuli tərəfində idilər.
Saət  ikidə məclisə  tənəffüs  verilərək  saət  6-da təkrar məclis bərpa 
oldu. Bu dəfə hər tərəfdən müəyyən beşər adama söz verilərək tərəfindən 
natiqlər  çıxıb,  o  cümlədən  Fateh  Kərimi,  Əlimərdan  bəy  Topçubaşov, 
Ayaz İshakov və sairləri bəyanatda bulunuyor.  Nəhayət, gecə saət  1-də 
doğru natiqlər qurtarıb söz məruzəçilərə verilir.
Əhməd bəy  Salikov bir qədər hiddət  və  şiddətlə  söylədigi nitqində 
federalistləri  şiddətlə  tənqid  edərək  onları  hətta  əskilik və  burjuyluq- 
la, həqiqi millət mənfəətini düşünməməklə töhmətləndirərək aşağıdakı 
vəchlə nitqini xülasə edib qərarnaməsini məclisə təklif elədi:
Rusiya  dövlətini  bir  federasiyalı  (muxtariyyət idareyi-raziyə)  əsas- 
larına  bina  edərək  təşkil  etmək  topraq  məsələsinin  həll  edilməsini 
çətinləşdirəcəkdir.  Çünki  müsəlman  xəlqinin  də  hissə  alacağı  yer 
sərmayəsinin  (zemelni  fond)  vücudə  gəlməsinə  mane  olacaqdır. 
Məmləkətin  kənar  vilayətlərindəki  topraq  sərmayəsi  istemlak  və 
mühacirət  (kolonizatsiya)  məqsədlərinə  xidmət  ediyor.  Lakin  rus 
mühacirətini yerli müsəlmanlar hesabına yapan və öylə də davam edən 
istemlak (kolonizatsiya) siyasətini dayandırmaq gərək. Yerli müsəlman
197

xəlqlərini  yer  cəhətdən  təmin  etdikdən  sonra  artıq  qalan  topraqlar 
nəsildaş  və  milətdaş  bulunan  sair  yersiz  müsəlmanlar  üçün  bir  növ 
yer  sərmayəsi  təşkil  etməlidir.  Yer məsələsinin bu  surətdə  həlli  ancaq 
mərkəziyyətlə idarə olunan dövlətdə mümkündür.  Buna görə də krest- 
yanlar federasiya əleyhinə rəy verməlidirlər.
Hər  muxtariyyət  daxilində  olan  əmələlər  bütün  məmləkət  üçün 
mərkəzdən  nəşr  olunan  əmələ  qanunlarmm  feyzindən  məhrum  qa- 
lacaq  hər  kəs  öz  daxilindəki  qanuna  tabe  olacaq.  Buna  görə  də  Şərq 
muxtariyyətlərindəki  əmələlər  hələ  bir  çox  zaman  zəhmət  və  məşəq- 
qətdə olub  8  saətlik iş  günü və dövləti  sığorta kibi təminlərə əlləri  ça- 
tıncaya qədər çox zəhmət və əziyyət çəkəcəklərdir. Buna görə işçilər də 
federasiyaya zidd getməlidirlər.
Yerli  muxtariyyət  üsuluna  bina  olunan  üsuli-idarə  müsəlmanların 
ruhani  təşkilatlarmm  mərkəzdən  ayrılmasma  bais  olacaq.  Çünki  hər 
ştat  öz  ruhani  təşkilatı  dairəsində bulunub mərkəzi  idarə  təftişinə  çox 
ağırlıqla  qatlanacaq,  bu  surətlə  hasil  olan  kiçik  muxtariyyətlərdə  bir 
çox məzhəb zəlalətləri və ya füzulluqlar doğacaq. Buna görə də imam- 
lar, mollalar federasiyaya qarşı rəy verməlidirlər.
Rusiyanm  Şərq  ölkələrində  olan  yerli  federasiya  İdil  boyundakı 
müsəJman?arm  ticarət və  sənaye  siniflərinin  qisminə  zor maneələr çı- 
xaracaq və çox müşkülat açacaq. Çünki ticarət məsamələrinin birlik və 
azadlığım itirəcəkdir. Buna görə də tüccar və sənaye sahibləri federasi- 
yaya qarşı rəy verməlidirlər.
Yerli  muxtariyyət  idarəsi  Türkistanda,  Qafqasiyada  qadmlar 
məsələsini  həll  etməgə  mane  olacaq.  Çünki  oradakı  qanun  çıxaracaq 
müəssisələr  xatunlara bir  qul  və  əsır kibi baxan  kişilər  əlində  olacaq. 
Buna görə müsəlman qadmları  federasiya üsulinə qarşı çıxmalıdırlar.
Yerli muxtariyyət milli məsələləri həll etməyəcəkdir. Çünki nə qədər 
ştat  olsa,  o  qədər  də  milli  məsələ  olacaq.  Əgər  Rusiyada  böylə  üsul 
qəbul  edilsə,  o  zaman  bir  neçə  yüz:  min  müsəlmanlar  rus  vilayətləri 
içində qalıb ruslaşacaqlardır.
Yerli  muxtariyyət  müsəimanların  var-çox  siyasi  qüvvələrini  də 
itirəcək, onları biri-birindən ayırıb yek-digərinə düşmən edəcəkdir.  Bu 
siyasi  ayrılıq  siyasətən  bir  olub  da  bir  mərkəzə  bağlı  olmaq  əvəzinə 
müsəlman  qəbilələrini  biri-birindən  ayıracaq,  hər muxtariyyət özünə-
198
məxsus bir politika təqib edəcəkdir. Böylə olunca da hər Rusiya müsəl- 
manlarmın öhdələrində olan tarixi vəzifə və məqsədlərini, Böyük Asi- 
ya mədəniyyətinin dirilməsini  və müsəlman millətlərinin Avropa bur- 
juaziyası  boyunduruğundan  qurtarması  kibi  böyük  vəzifələrin  ifasmı 
çətinləşdirəcək.
Şərq  ölkələrində  olan  yerli  muxtariyyət  ancaq  xanlara,  bəylərə, 
hər növ  baylara,  hakəza şəhər burjualarma və mühafizəkar ruhanilərə 
faidəlidir.
Fəqət  Rusiyanm  və  kənar  vilayətlərinin  ayrılığı  və  xüsusiyyətləri 
nəzəri-etibarə  alınmaq  üçün  Qafqasiya,  Türkistan,  Dala  vilayətləri 
üçün geniş idareyi-məhəlliyə təşkili mətlubdur.
Milli  məsələlərin  həlli  isə  milli-mədəni muxtariyyət  idarəsinə tap- 
şırılmalıdır.  Bunun  üçün  mərkəzi  bir  müsəlman  parlamenti  vücudə 
gətirməlidir. Buna görə də syezdə təklif olunuyor: bu qərarı alsm'ki:
Rusiya  üsul-idarəsi  ədəmi-mərkəziyyət  əsasına  bina  olunan  parla- 
mentli  cümhuriyyəti-ənam  üsulunda  olmalı  və  bununla bərabər,  Qaf- 
qasiya,  Türkistan,  Dala  vilayətlərinə  və  Sibirya  oblastlarına  geniş  bir 
idareyi-məhəliyyə (mestnoye samoupravleniye) verilməlidir.
***
Əhməd bəy Salikovdan sonra ikinci məruzəçi olmaq sifətilə Məhəm- 
məd Əmin Rəsulzadə cənabları son nitqini söylüyor. Alqışlar içərisində 
minbərə  çıxan  xatib:  millətdaşlar,  deyə  başlıyor  və  müarizim  buraya 
çıxdıqda  nədənsə  səmimi  düşünməyi  və millət  fikrinə  qalmayı  ancaq 
özü ilə həmməsləklərinin inhisarmda (monopoliyasında) təsəvvür edə- 
rək o surətlə söyləşdi və bizləri millətə müzürr kibi göstərdi -  şübhəsiz 
bu  bir  açıq  əlamətdir  ki,  həqqaniyyəti  isbata  yaramaz  -   diyor  və 
nitqində davam ediyor ki, məncə bu kürsüyə çıxan hər bir natiq vicdan 
məsuliyyəti nə  olduğunu dərk ediyorsa kəndi düşüncəsindən  və millət 
faidəsindən xaric bir söz söyləmək cəsarətində bulunamaz. Bən kəndim 
buraya səmimiyyətlə söyləmək, etidaq elədiklərimi anlatmaq üçün çıx- 
dıqda başqalarını da kəndim kibi təsəvvür etmək istiyorum.  Məruzəni 
tənqid ediyorumsa bu onun doğrudan söylədiginə şübhələndigim üçün 
degil, yanıldığına, yaxşı dərk etmədiginə qane  olduğum üçündür.  Baş-
199

unı
qa  dürlü  olamaz  da.  Çünki  həqiqəti  söyləmək  monopoliyaya  almacaq 
şeylərdən degildir.
Məruzələrimizin 
mətləbini 
yaxşı 
dərk 
eləmədiklərini 
və 
təsəvvürlərində  yamldxqlarmı  isbat  etmək  üçün  hər  şeydən  əvvəl 
Əhməd bəy Salikov cənablarınm birinci dəfə oxuduğu dokladım təhlil 
edəcəgəm.  Bu doklad bir çox təzad və tənaqüzlərə malikdir.  Dokladçı 
özü boynuna alıyor ki, hər bir millətin qüvayi-siyasiyyəsi ancaq özünə 
məxsus  müstəqil  və  azad  bir  cümhuriyyət  şəkli  sayəsində  təmin  olu- 
na bilir1 və bu sözünü qüvvətləndirmək üçün məşhur üləmadan Blunç- 
linin:  “hər millət ayrı bir hökumət təşkilinə mükəlləfdir və bunu yap- 
malıdır.  Dünya  kəndisində  mövcud  millətlərin  sayları  miqdarında 
dövlətlərə bulunmalıdır. Qoy hər millət bir dövlət və hər dövlət milli bir 
üzviyyət təşkil  etsin” sözünü nəql  ilə  diyor ki,  “milliyyət məsələsinin 
ən  təbii  və  məntiqli  həlli  budur.  Fəqət  təəssüf olunuyor ki,  məsələnin 
bu şəklində həlli bizə mümkün degildir.  Çünki biz müsəlmanlara ayrı 
bir hökumət xəyalı müqəddər degildir”, əvət öylədir. Müsəlmanlar ayrı 
hökumət düzəltmək, türklər Rusiyadan ayrılmaq niyətində  degildirlər. 
Fəqət milliyyət məsələsinin həlli  üçün ən müvafiq olan milli hökumət 
lüzumu  məna  və  məntiqinən  qəbul  edildikdən  sonra  “dövləti- 
milliyyə”nin bir şəkli-məhdudi olan muxtariyyəti-məhəlliyə əcəba, ne- 
çün qəbul edilməyib -  m illi mənfəətlərə müğayir görülüyor da federa- 
siya miliyyət məsələsini həll edəməz -  deyə iddia oluyor.  Bu öz-özünə 
qarşı  getmək,  fikrən  tənaqüzdə  bulunmaq  degilmidir?  Madam  ki,  ən 
mətlub  olan müstəqil bir hökuməti-milliyyə bilfeil  mümkün degilmiş,
0 halda buna yaxın.
Qadmlar, sizi əsirlikdə saxlamaq istiyorlar. Haydı qoymaym bu qatı 
qəlbli  federalistləri!.. Bunlar sizi  cəhənnəmə,  bız isək behiştə aparıyo- 
ruz.  Çünki təkəlli cümhuriyyətdə bütün siniflər rahət olacaq, qurd qo- 
yunla gəzocək!
Əfəndilər,  bir az diqqət ediniz,  nərədə məntiq? -  deyə  sorun.  Han- 
ki  sinfin  mənafeyini  müdafiə  ediyorsunuz.  Sual  veriniz  -   syezdə  -  
zəhmətkeşləri  düşünüyoruz  -   deyə  cavab  verəriər.  O  halda  burju-
1
  «C B o
6
o^H a«  o p r a m m ıiH f l  nonHTHHecKHX  c h jib  
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin