Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

284
Üç qurultav
Kazan türk-tatar tarixi-təcəddüdünün nüdrətlə qeyd edə biləcəgi ta- 
rixi  günlər  gördü.  Vəqtilə  türk  övladmın  vücudə  gətirdigi  bu  mərkəz 
siyasətin  görəcək  günləri,  saətləri  varmış.  Əsrlərdən bəri  düçar oldu- 
ğu  təhqir,  bir  gün  gələcək  də  təlafi  ediləcəkmiş.  Millətin  istiqbalına 
gələcəginə əmin olan əməlpərvərlər, bundan məyus degildilər. bilxassə 
ki,  bu  əməlpərvərlər  öylə  bir  millətə  mənsub  idilər  ki,  o  millət  eti- 
qadca  öldükdən  sonra  dirilməyə,  bəs  bədəlmövtə  qaildir.  Bir  şəxsin 
qiyaməti  öldükdən  sonra  dirilməsi,  dinə  aid  mafövq-əl-təbiyyatdan 
olsa  da,  siyasət  qiyam^tində  dirilən  millətlər  çoxdur.  Bu  bir  həqiqəti- 
tarixiyyədir ki, təbiyyatdandır.
İştə,  bu  həqiqət  bahannın  yeni  bir  təcəllisi  dəxi  bu  günlərdə  Ka- 
zanda,  “Sevim  Bikə”  minarəsinin  yamnda,  o  ehtişamlı  türk  abideyi- 
mədəniyyətinin çivari-əzəmətində təzahür etdi.
Qurultay  əski  türklərin  “syezd”idir.  Əski  Kazan  yenə  qurultay- 
lar  görüyor.  Şübhəsiz  ki,  bu  dəfəki  qurultaylar,  tarixdəki  qurultaylar- 
dan şəkilcə də, mənaca da başqadır. Bu qurultaylarda artıq cahangirlik 
qərarı  alınmayır.  Bu  “ginaşlar”da  başqalarına  qılınc  və  atəşlə  hücum 
etmək əmri çıxarılmıyor, biləks burada məzlum bir millət öz hüququnu 
almaq istiyor. Hər növ müqəddəsati təhqir olunub da insanlıq həqqi tap- 
danan, milli namusu ləkələnən bir millət əl-qolunu saran zəncirin qırıl- 
masından istifadə edərək mövqeini möhkəmlətmək istiyor ki, əsrlərdən 
bəri çəkdigi məzəllətdən əbədi surətdə qurtarsm!
Bu məqsədlə hal-hazırda Kazanda üç böyük qurultay qurulmuşdur: 
üləma, əskərlər və ümummüsəlman qurultayı.
Məmləkət müxäbirə və mürasiləsindəki bu zövqlük bizə ancaq imdi 
imkan  veriyor  bilək  ki,  bu  üç  oluğ  məclis  müttəhid  olaraq  qurduqla- 
rı  böyük  bir  məclislərində  Rusiya  türklərinin  tarixində  ayn  hərflərlə 
yazıläcaq mühüm bir qərar almışlar: milli-mədəni muxtariyyət qərarı.
Milli-mədəni  muxtariyyət  tələbi  bütün  müsəlmanların,  bütün 
millətlərin,  büttin  tərəqqipərvərlərin  müştərək  tələbidir.  Bu  tələb  Ru- 
siya  inqilabxriın  heç  bir  vəchlə  etiraz  etmədigi  həqli  bir  tələbdir.  Bir
285

şəxsin  hürriyyoti  nə  dərəcədə  şübhə götürməz bir şey  isə,  bir millətin 
milli-mədəni muxtariyyəti dəxi o dərəcədə mübahisəsizdir.
Fəqət  bu  günə  qədər  sair  hürriyyətbriə  ixtiyarlardan  istifadəyə 
müvəqqəti  hökumətcə  icazə  verildigi  və  müvafiqət  göstərildigi  halda 
mədəni  milli  muxtariyyət tələbinin rəvası  Məclisi-Müəssisan qərarına 
təviq etdirilərdi.
İnqilab  hərəkatı böyüdükcə  mənayi-inqilab  daha doğru bır surətdə 
anlaşılmaya  başladı.  Özlərini  hər  növ  muxtariyyət  və  hüquqa  malik 
görən millətlər, hər şeydən əvvəl həqiqi qüvvələrinı səfərbər halına qo- 
yub,  haman  diləklərini  dibdibr.  Məclisi-Müəssisanı  gözbməyib  bu 
diləklərinin  bir  an  əvvəl  qəbulunu  tələb  etdilər.  Finlandiya  öylə  yap- 
dı,  Ukrayna  o  yol  ilə  getdi.  Gürcüstan  kəlisa muxtariyyətini  o yol  ilə 
hasil  elədi.  Bu  məsələ  milli-məhəlli  ttıuxtariyyət  həqqində  ifrat  he- 
sab  olunursa,  milli-mədəni muxtariyyət tələbi  üçün  qətiyyən  ifrat he- 
sab  olunamaz.  Millətlərə  ehtiyac  yoxdur ki,  daha  nə  vəqt  toplanacağı 
bir növ kəsdirilə bilməyən Məclisi-Müəssisanı  gözləyib onun qərarını 
görsünlər  və  ancaq  ondan  sonra  öz  milli-modəni  işlərinin  tənziminə 
başlasmlar.  Rusiya  ölkəsinin  sahibi,  Məclisi-Müəssisan  Rusiya  ölkəsi 
həqqində  qərar  vermək  istərsə,  həqlidir.  Yoxsa  Rusiyada  yaşayan 
millətlər kəndi vicdanlarına, kəndi imanlarma aid olan bir m əsəbdə bir 
qədor də Moclisi-Müəssisanı gözldmək chtiyacmda degildiriər.
İştə, bu inqilab məntiqinə tabe olaraq Kazanda iclas edən üç qurul- 
tay qatışıq bir məclisdə artıq qərar vermişdir ki, bilatəxir milli-mədəni 
muxtariyyət əsasları haman tətbiq olunsun.  Və əgər bu xüsusda dövlət 
rəsmən  müsaidə  verməzsə,  bilamüsaidə  işə  başlanılsın.  Milli-mədəni 
rhuxtariyyət  qəvanim-əsasİyyəsinin təhrir  və  tərtibi  isə  ikinci  ümum- 
rusiya müsəlman qurultayııia həvalə edilmişdir və bununla bərabər, bö- 
yük  məclis  burasmı  dəxi  nəzərə  almışdır  ki,  bir həqq  və  bir  tələb  nə 
qədər təbii və nə dərəcə həqli olsa da, madam ki, ö həqq ilə tələb həqiqi 
bir qüvvətə ıstinad etməmişdir,  şübhəsiz ki, yalnız arzu dairəsində qa- 
lıb  qövldən-felə çıxamaz.  Bunun üçün də qərar verilmiş ki, müsəlman 
soldatlarımn  təşkilatma  əhəmiyyət  verilsin və hökuməti-müvəqqətəyə 
adamlar göndərilib istənilsin ki, ayrı tatar polkları düzəlməsirtə müsaidə 
verilsin.  Bu xüsusdakı təşəbbüs arzu olunan nəticəyi hasil etməzsə, o
286
zaman heç bir müsaidə gözləmədən haman tatar polkları təşkilinə baş- 
lanılsm.
Bununla  bərabər böyük  məclis  vətəni-ümumimiz  Rusiyamn  irtica 
təhlükəsi qarşısında bulunduğuna dəxi laqeyd qalamazdı, qalmamışdır 
da.  Qara qüvvələrin  təkrar baş  qovzamaqda  olduqlarım nəzərə  alaraq 
müttəhidən qərar çıxarmışdır ki, müsəlmanlar bütün qüvvətləri  ilə  in- 
qilab təşkilatlarma yardım etsinlər.
Milli-mədəni  muxtariyyət  işinə  ruh  və  mənəviyyələri  yüksəltəcək 
bir iksir!  Xüsusi müsəlman polkları -  iştə, bu böyük mənəviyyələri in- 
qilabı müdafiə yolunda sərf edəcək qüvvətlər.
Fəqət gərək bu və gərək o biri qüvvətdən millət və ya məmləkət üçün 
gözlənən faidəyi ala bilmək üçün millətin bütün sinif və təbəqəbrində 
səbat və fədakarlıq lazımdır. Millətini, hürriyyəti, inqilabı sevən hər vic- 
danlı  müsəlmana,  hər bir im anh türkə  Kazan  qurultaylarımn  qərarını 
alqışlayıb,  qərarlarım  bir  an  əvvəl  qövldən-felə  keçməsinə  çalışmaq 
milli bir borcdur.
Milli-mədəni  muxtariyyətlərin  bilfeil  tətbiqi  şübhəsiz  ki,  Məclisi- 
Müəssisanda  milli-mədəni  muxtariyyətlərin  dəxi  müvafiq  surətdə 
həllinə bir müqəddimə ola bilər. Yaşasm milli muxtariyyətlər!
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 4 sentyabr  1917, JVs537
Nüdrət -  nadir olma, az tapılma 
Təlafi - əvəzini çıxma, qisas alma 
Mafövq -  yuxarıdakı, yuxarı, ali 
Mürasilə -  yazışma, məktublaşma 
Təviq -  təxirə salma
287

Moskva şurası
Hücum  siyasətinin  nəticəsində  vaqe  olan  fəlakətli  ricət  və  yarılış 
üzündən hasil olan böhran Kadet partiyası nümayəndələrinin hökumətə 
daxil olub  da sosialist-burjua etilafından hasil olma uyuşuq bir kabinə 
təşkil etmək surətilə həll edilmiş oldu. Bittəbii bu məsələnin surətən həlli 
idi. Məsələ batinən də həll olunmah idi. Lazım idi ki, Kerenskiyə veri- 
lən  ixtiyar və  ona  göstərilən etimad tam yalnız  Petroqrad məhafilinin 
rəyi  olmayıb bütün məmləkətin,  məmləkətdəki bütün məhfillərin rəyi 
olaydı.  Lazım  'idi  ki,  məmləkət  “nicatı”  üçün  başlanan  edam  cəzası, 
hürriyyətlərin  təfidi,  inqilabçı  sosialistlərin  həbsi,  qəzetələrin  bağ- 
lanması, “kontrazdadoçni büro”nun “oxrannoye otdeleniya”ya dönməsi 
kibi  fövqəladə  tədbirlər  əfkari-ammə  tərəfindən  dəxi  təcviz olunaydı. 
Lazım  idi  ki,  bütün  məmləkət  deyəydi:  “xətərdəyiz,  bizi  qurtarmız, 
qurtanm z, bü qurtarış diktatura qiymətinə də olsa!”
Böylə  bir  qərara  malik  olmaq  üçün  nə  lazım  idi?  Yalnız  demok- 
ratiya  ilə  demokratik müəssisələrin  fikrinə  dayanmaq  əlbəttə  ki,  kafi 
gələməzdi.  Çünki  burjuaziya  ilə  dostlaşmış  sosializmin  müraciət 
edəcəgi məhzər dəxi özü kibi iki cənbəli olmalıdı.
İştə,  Moskva  şurası  böylə  iki  cənbəli  bir  məhzər  (auditoriya)  ol- 
maq  sifətilə  çağrılıyor.  Buraya  demokratiya  degil,  “bütün  məmləkət” 
gəliyor.  Gəliyor  ki,  Rusiyanın  göbəgində,  siyasi  həyat  damarlarınm 
dügünləndigi bu nöqtədə hökumətin sözünü eşitsin, məmləkətin  əhva- 
lım ögrənsin və cəmaət rəyini desin.
Əcəba,  bu  məclis  təsəvvür  olunduğu  kibi  bütün  məmləkətlərin 
həqiqi zəbani-hah ola biləcəkmi? Müşkül.
Müşküldür  ki,  Məclisi-Müəssisanı  dördgözlə  gözləyən  xəlq  ondan 
başqa təsadüflə,  dəvətlə,  təyinilə  yığışan bir  məclisin  qərarlarına  bo- 
yun qoysun.
Moskva  şurasına  inqilabdan  zəhləsi  getməgə  başlamış  yorğunlar 
böyük  ümidlər  bəsliyor,  kadetlərlə  onlardan  daha  sağda  olan  firqələr 
isə  buna  ciddiyyətlə  hazırlaşıyorlardı.  Purişkeviçin  burada  nitq  edə- 
cəgi  isə  qəbl-əzvəqt  elan  olunuyordu.  Moskva  şurasma  təqdim  edən
288
“siyasət  ərləri”nin  məşvərəti  isə  səngərlərini  möhkəmlətiyor,  gene- 
ral  Kornilova  çəkdikləri  teleqraflarla  adətən  diktatura  tərənnümünü 
zümzüməliyorlardı.
Fəqət  inqilabın  keçiş  (istihalə)  zamanının  nə  olduğunu  dərk  edən 
mətin qəlbli inqilabçılar isə Moskva şurasma ümid degil, qorxu ilə, ehti- 
yatla baxıyorlar. Bunlarca sağlaşmaya doğru gedən “Kerenski sosializ- 
mi” burjuaziya ilə bağladığı  əqdi-ittifaqı  möhkəmlətmək üçün  əfkari- 
ümumiyyəyə  sökənmək  istiyor.  Fəqət  həqiqi  xəlq  əfkarını  kəndisi  ilə 
bərabər  görmədigindən  halına  münasib  “əfkar”  qayrıyor.  Onlarca 
məmləkətdə “yeganə və qüvvətli bir hökumət” vücudə gətirmək istəyən 
“dünki inqilabçılar” bu hökuməti demokratiya əlindən alıb burjuaziya- 
ya  vermək  istiyorlar.  Böylə  əhəmiyyətli  bir  qədəm  üçün  məmləkətin 
etimadı  ilə  “tacdar olmaq”  istiyorlar.  Moskvaya  səfər  edən  hökuməti- 
müvəqqətə iştə, “tacdar” olmaq üçün gediyor.
Şübhəsizdir  ki,  Rusiya  əhvali-ictimaiyyəsini  nəzərə  alaraq  bu 
məmləkətdə  burjuaziyasız  iş  görmək,  hökumət  sürmək  qeyri-müm- 
kün  olduğuna  qane  olan  demokratiya məhfilləri  ilə  məmləkətin  nica- 
tmı,  “inqilabı  dayandırmaq  və  geri  basmaqda”  görən  burjua  firqələri 
arasında  olan tərazui-etilaf həqiqi  müvazinəsini  buluncaya qədər xey- 
li sallanacaq, hər tərəfin əsl çəkisi aşkar oluncaya qədər dəxı bu tərazu 
kəffələri (gözləri) çox taqqıldıyacaqlardır.
Əcəba,  Moskva  şurasına  toplaşan  məşvərətçilər  etilaf tərazusinin 
hanki  gözünü  ağırlaşdıracaqlar?  Bu  məclisin  çağrılmış  heyətinə 
nəzərən demək olar ki, “dayandırıcılar” ağır gələ biləcəklərdir.
Fəqət  hanki  tərəf ağır  və  ya  yüngül  gəlirsə  gəlsin,  Moskva  şura- 
sınm  səlahiyyəti  məşvərətçilikdən  ötəcək  olursa,  o  zaman  bu  məclis 
Məclisi-Müəssisamn  əhəmiyyətini  azaldacaq  və  bununla  “islahə”  de- 
gil, “ifsadə” kömək edəcəkdir.
Bugünki  Moskva  şurası  bundan  qırx  il  əvvəl  rus  ordusu  Aya  Ste- 
fanusa doğru yürürkən İstanbulda vaqe  olan Məclisi-Kəbir ilə  1912-ci 
ildə Balkan ordusunun Çitalcadə dayandığı zaman Kamal Paşa kabinəsi 
tərəfindən toplanılmış böyük məclisə pək bənziyor.
Moskva məclisi dəxi  ehtimal ki,  İstanbul məclisləri kibi hər şeydən 
əvvəl hərb məsələsini həll edəcək,  bu xüsusda olacağı  qərar daxildəki 
məsələlərin həlli ilə heç şübhəsiz ki, əlaqədar olacaqdır.
289

Moskva  şurası  çıxardığı  qətnaməsilə  Rusiya  əfkari-amməsinə 
tərcüman  ola biləcək bir halda isə  şübhəsiz ki,  əski  Rusiyada məzlum 
və məqdur olan bütün təbəqə və millətlərin həqiqi mənfəətlərinə müva- 
fiq bir surətdə hərəkət etməli, öylə bir hökumət və öylə bir siyasi qüvvət 
təşkilinə himmət etməlidir ki, o qüvvət bütün Rusiya millətlərinin milli 
və siyasi dillərinə ehtiram edərək Rusiya qüvvətini cəmaətin, millətlərin 
həqli tələblərini boğmaqda degil, onlarm mətləblərini rəva da görsün.
Moskva  şurası  hər növ  firqə və  təqib  fövqündə  dura bilərsə,  böylə 
yapar.
Fəqət əvvəlcədən söyləmək olar ki, əksəri kadetlərdən və kadet quy- 
ruğunda gedənlərdən ibarət olacaq bu şura müşküldür ki, bunu yapsın.
M.Ə. 
“Açıq söz”,  13  avqust 1917, JVe539
Ricət -  geriyə dönmə, qayıtma 
Təfid (təfidən) -  təhrif, ələsalmma 
Təcviz -  mümkün hesab etmə, caiz görmə 
Məhzər -  məclis, yığıncaq, akt 
Cənbə -  tərəf, yan
Qəbl-əzvəqt -  vaxtından qabaq, əvvəlcədən
İstihalə -  halmı dəyişmə
Kəffə -  tərəzi gözü
İfsad -  bərbad etmə, fəsad törətmə
290
Məclisi-Müəssisan  dəvəti qarşısında
Hökuməti-müvəqqətənin  tazə  elamna  görə  Məclisi-Müəssisan 
seçkiləri noyabr ayının  12-də, dəvəti isə 28-nə təyin olunmuşdur.
Əvvəlcə,  inqilabçı  demokratiyanm təzyiqi  altında  sentyabrm 27-nə 
təyin olunan seçki vəqtin darlığma görə baş tuta bilməmişdi. Güman edi- 
yorlardı  ki,  Məclisi-Müəssisan yanvardan  tez  çağrılamıyacaq.  Danışı- 
yorlardı ki, reaksioner firqələr çalışarlar ki, bu məclisin çağrılması hətta 
müharibə  qurtarana  qalsın.  Şübhəsizdir  ki,  kadetlərlə  reaksionerlərin 
mənfəəti  ondadır  ki,  Məclisi-Müəssisan  seçkisi  uzandıqca  uzansın. 
Çünki  vəqt  getdikcə  fürsət  hasil  oluyor.  Xəlqin  məişətində  hasil  olan 
tənklik  onun  ruhunda  dönüklük  doğuruyor.  Cəmaət  sıxıldıqca  sağla- 
şıyor.  Nə  vəqt  olsaydı  da  bu  çəkişmədən,  didişmədən  qurtarsaydıq  -  
diyor.  Təqsiri  hürriyyətdə,  demokrasiyada  görüyor.  Keçmiş  zamanın 
ötücü  olduğu  hikmətinə  əql  irdirəmiyor.  Bu  əhvah  isə  istifadə  etmək 
gərək.  Bunun  üçün  də  Məclisi-Müəssisam  yubatmaq  reaksionerlərin 
faidəsidir.  Burasmı bilxassə biz müsəlmanlar, biz inorodistlər nəzərdə 
tutmalıyız.  Çünki  Rusiya  sağlaşdıqca və Məclisi-Müəssisan  sağ  fikir- 
lilər  əksəriyyətində  olduqca  məhkum  millətlərin  əməlləri,  diləkləri 
təhlükəyə  məruz  qalacaq.  Çünki  həqqini  istəyən  bir  millətə  Kerens- 
ki  kibi  sosialist  iş  başma  keçincə  “behudluq”  sifətini  taxırsa,  Allah 
göstərməsin  ki,  cahangirlikdə  “bədtuli”  sahibi  olmaq  diləgində  bulu- 
nan  Milyukov  bağdaşmı  hökumət  düşüncəsinə  qoysun.  O  zaman  ey 
Rusiya  millətləri,  əlvida,  əlvida  milli  amallara,  əlvida  muxtariyyət 
fikirlərinə,  əlvida hürriyyətlərə!...
Yuxarıdakı  mühakimədən  ahnacaq  nəticə  aşkardır.  Çahşma- 
lı,  Məclisi-Müəssisan  seçkilərinə  hazırlaşmalı,  bir  dəqiqəyi  belə  'fövt 
etməməlidir.
Zaqafqasiya, Dağıstan biistisna olmaq üzrə ümumi bir seçki dairəsi 
ayrılmışdır.  Bakı,  Gəncə,  İrəvan,  Kutaisi,  Tiflis  quberniyaları  ilə  Ba- 
tum  və  Kars  oblastları,  Suxum,  Qubanski-Çernomorski  okruqları  bu 
dairəyə daxildir.
291

Bütün  bu  dairədən  otuz  iki  Məclisi-Müəssisan  məbusu  seçiləcək. 
Bu  otuz  iki  məbusdan  rəsmi  hesaba  görə  12  məbus  müsəlmanların 
hissəsinə düşəcəkdir. Bu  12 adamı müsəlmanlar bütün Zaqafqasiyadan 
seçməli.  Demək ki, bütün Zaqafqasiya bu adamlara səs verməlidir.
Zaqafqasiyanm  bir  dairəyə  ayrılması  bir  cəhətdən  faidəli,  digər 
cəhətdən  müşkülatlıdır.  Faidəlidir,  çünki  böyük  dairədən  seçilən 
vəkillərin  qiyməti,  böyük  bir  dairəcə  tanmmış  olduğu  təmin  edilər. 
Müşküldür,  çünki bu böyüklükdə bir dairənin hər tərəfində  az-çox ta- 
nmacaq adamlarm siyahısını tərtib eləmək, bu siyahıyı keçirtmək asan 
işlərdən degildir.  Bunun üçün hazırlıq,  çalışqanlıq gərək.  Bu,  bilxassə 
müsəlmanlardan  ötrü  çətin  olacaq.  Müsəlmanlar bu  işə  hazırlaşmasa- 
lar,  hər yanda təşkilat vücudə gətirməsələr, hər tərəfdə mübəlliğlər bu- 
lundurmasalar, qorxu vardır ki, başqa firqələrə qazandıralar.
Bunun  üçün  müsəlmanlara  hər  partiyadan,  hər  firqədən,  hər 
millətdən  ziyadə  Məclisi-Müəssisan  seçkilərinə  hazırlanmaq  lazım- 
dır.  Bunun  üçün  Zaqäfqasiya  komitəsinin  bir  an  əvvəl  dəvəti,  təşkil 
qüvvədən-felə  gətirilməlidir.  Bu  xüsusda  milli  komitə  tərəfindən 
tədbirlər  görülmüş,  Zaqafqasiya  komitəsinin  təşkili  avqustun  25-nə 
təyin  olunmuşdur.  Zaqafqasiya komitəsinin  görəcəgi  ən birinci  iş heç 
şübhəsiz ki, Məclisi-Müəssisan seçkilərinə hazırlaşmaq olmalıdır.  Bu- 
nun  üçün heç  şübhəsiz  ki,  ikinci  Qafqasiya  qurultayım yığmaq  lazım 
gələcək.  Bu  qurultay  seçkilərdə  tutulacaq məsləki,  zəminəyi  hazırla- 
malı,  hanki  firqələrlə blok  yapmaq  və nə  kibi  hallarda yapmaq müm- 
kün olacağmı təyin edəcək və  ən mühümi müsəlman məbuslarımn  si- 
yahısını tərtib edəcəkdir. Böylə bir qurultay olmaz, böylə ümumi bir si- 
yahı tərtib edilməzsə, o zaman müsəlmanlar parçalanar,  tikə-tikə  olar- 
lar. Bunun nəticəsi isə məlumdur.  Səslər öylə parçalana bilər ki, parça- 
ların əksəri bir danə də,  adam keçirə bilməz...
M.Ə.
“Açıq söz”,  16 avqust 1917, JV®542
Əqd -  bağlama, tərtib etmə
292
Məkulat çətinligi
Rusiya  getdikcə  qorxduğu  təhlükəyə yaxınlaşıyor.  Kövşəmiş,  qüv- 
vətlər,  nüfuz  və  etibarmdan  düşmüş  hökmlər əvəzində  imdi  “qıtlıq”la 
“aclıq” hökm etməkdədir.
Məkulat  çətinligi  sair  çətinliklərin  hamısını  unutduruyor.  Ən  bö- 
yük  və  ümumi  məsələlər  məsələsi  qarşısında unuduluyor.  Çünki  qar- 
nı ac vətəndaşı məkulatdan başqa heç bir şey düşündürmüyor.  Rusiya- 
yı  təhdid  edən  təhlükə  Riqanm  almması,  yaxud  cəbhələrin  yarılması 
degildir.  Bundan  böyük  təhlükə  Almaniya hücumundan  daha uzaqda 
olan şəhərlərdə, qəsəbələrdə, köylərdə -  ərzaq və məkulat idarələri ba- 
şmdadır.  Bir Lənkəran hadisəsi,  Balaxanı  vaqeəsi,  Petrovski hekayəsi, 
xülasə məkulat idarələrinin dağıdılması heç şübhəsiz ki, Tarnopol yarı- 
şından daha xətərlidir.  Məmləkət daxilində  ərzaq  işlərində intizam ol- 
maz  və  ərzaq  cəbhələrindəki  “yarışlar”  azalmazsa,  əsl  cəbhənin  dəxi 
davam gətirməginə inanmaq boşdur, boş xəyaldır.
İki-üç  gündən  bəridirki,  şəhorimiz məkulat böhranmm  şiddətli  və 
həyəcanlı  saətlərini  keçiriyor.  Yeyiləcək  unumuz  bir neçə  günə  çatar, 
diyorlar. Buna qarşı çarə olaraq evləri, anbarları gəziyorlar. Bu gəzişdən 
hasil olacaq nəticə dərdə şəfa verə biləcəkmi?...
Vəqtdir,  bilməlidir ki,  bu kibi  xüsuslarda taqsalar mənasız,  axtarış- 
lar və yainki başqa bu kibi tədbirlər görmək bu çətinlikdəki məsələnin 
həll ediləməz bir yoluna girməkdir.
Doğrudur ki,  cəmaət məntiqdən ziyadə hissiyyata tutuluyor.  Ərzaq 
idarələrindən  elədigi  tələbində  ölçüyü  anlıyor.  Tələblərində  əksərən 
məntiqlə,  həqiqətlə  hesablaşmaq  istəmiyor.  Adətən  taqəti  üzülmüş  ac 
adam kibi hərəkət ediyor.
Ərzaq idarəsi  bu  “ac  əhvali-ruhiyyə”yə bəzən  əhəmiyyət verməyib 
öz politikasmı  təqiblə  davam  ediyor,  bəzən “xəlqi  iskat” üçün yuxarı- 
dakı  “əhvali-ruhiyyə”  qarşısında  təslim olaraq mənasız  axtarışlar kibi 
faidəsi müşkül tədbirlərə təvəssül ediyor.
Biz,  qətiyyən rədd etmiyoruz ki, möhtəkirlər təftiş və nəzarət altma 
alınmalıdır.  Bu  olmalıdır.  Fəqət bu təftiş  və  nəzarət bir qism  əhalinin
293

sui-zənn  altına  alınıb  da  adətən  “məsuliyyəti-məskən”  hürriyyətindən 
məhrum  olması  dərəcəsinə  varıncaya  qədər  varmamalıdır.  Çünki  bu 
demokratizm əsası əleyhində naməqul bir “tədbir”dir.
İki gündən bəri şəhərimizdə ərzaq idarəsinin səyyar heyətləri məzkur 
idarənin  əmrnamələri  ilə  anbarları,  evləri  gəzərək  məkulat  axtarıyor- 
lar. Bu heyətlərdən əksəri ilə milli müsəlman komitəsinin təşəbbüsü ilə 
məxsusi  məmurlar  da bulunuyor.  Axtarxş məmurlarına rəfaqət  ediyor- 
Iar.  Bu sayədə axtarış əsnasxnda vaqe olan bəzi “hadisə”lərin önü alın- 
mış oluyor. Fəqət bununla belə yenə də axtarxşlar “hadisə”siz olmuyor.
Un axtarıldığı yerdə qızıl tapılıyor. Ərzaq üçün xırda sandıqçaların, 
qab-qacaqların içləri belə gəziliyor.
Məlum işdir ki,  ərzaq çətinligi vaqe olan yerdə bir tərəfdən mövcud 
ərzağın müsavatca təqsimi təmin olunduğu kibi digər tərəfdən də ərzaq 
gətirtməsinə çalışmalıdır.
Birinci növbədən olaraq bizim ərzaq idarələri taqsa,  axtarış və kar- 
toçka  kibi  tədbirlər  ittixaz  eləmiş,  ikinci  cəhətə  gəlincə  dəxi  əlbəttə 
ki,  tədbirlər görməmiş  degildirlər.  Şübhəsiz ki,  mümkün olduğu qədər 
şəhərə  un  və  sair  ərzaq  gətirilməsi  üçün  təşəbbüs  eləmişlərdir.  Fəqət 
faidəsi  nahaq  yerə  inkar  olunan  bir  təşəbbüsə  də  ərzaq  idarəsi  artıq 
icazə verməlidir.  Xüsusi xəridə və füruş aparatı öz işində məharət tap- 
mış makinalardır. Onu tamamilə ortadan qaldırmaq təcrübə ilə görülü- 
yor ki,  faidə gətirmiyor.  Onun nöqsanh tərəflərini tədqiq etməli,  fəqət 
onu  tamamilə  meydandan  çıxarmamalıdır.  Mənasız,  düşüncəsiz  taq- 
salar səmərəsiz  inhisarlarla degil,  ərzaq idarəsi  xüsusi alış-verişçilərin 
xəridə  imkanını  əllərindən  almaqla  bərabər  kəndisi  böyük  bir  ərzaq 
xəridəçisi olmaq surətilə ərzaq işini, qiymətini tədil etməlidir.
M.Ə.
“Açıq söz”, 24 avqust 1917, JV®549
294
Milli tələblər
“Kamsko-Voljskaya  Reç”  nam  Kadet  qəzetəsi  Kazanda  müsəlman 
qurultaylarınm  qərarlarından  xoşlanmamış,  narazı  qalmışdır.  Millət- 
lərin  milli  arzu,  dilək və  tələbləri  məzkur qəzetənin xoşuna getmiyor, 
acıqlamyor.  Xüsusən  müsəlman  qurultayının  qərarları  kadet  mühər- 
rirlərini hirsləndiriyorlar.
“K.V.Reç”  mühərrirlərindən  Bernşteyn  “Milli  tələblər”  ünvanilə 
yazdığı bir məqalədə ukraynalılar ilə finlərin böyük inqilab  dövründə 
inqilabın  meyvələrindən  bəhrəmənd  olaraq  milli  hüquqlarmı  tələb 
etdiklərinə  qarşı  narazılıq  bəyan  etdikdən  sonra  müsəlman  qurul- 
taylarma söz köçürərək yazıyor ki:
“Böylə  böyük  milli  hərəkətlər  müqabilində  sair  milli  hərəkətlər 
hələlik əhəmiyyətsiz görünüyorlar. Fəqət bunları da nəzərdən qaçırma- 
malıdır.  Zira  odu  yanmağa  qoymamalıdır.  Çünki  hərəkətin  ibtidasın- 
da  asanlıq  ilə  ləğv  oluna  biləcək  şey,  artıb  nəşvü-nüma  edərsə,  ciddi 
tədbirlər görülməsini tələb edər.
Xüsusi  olaraq  bizim  nəzər  diqqətimizi  cavan,  fəqət  istiqanlı  zabit 
Alkinin sədarəti altmda keçmiş olan müsəlman əskəri qurultaymın ib- 
raz etdigi Kazan “infraqçuluğu” cəlb etməlidir.  Müsəlmanların xüsusi 
milli alaylar təşkil etmək tələbi və bu tələbi hökumət razı olmasa biizn 
icra etmək təhdidləri Rusiya üzərində yalnız müvəqqəti hökuməti yega- 
nə səltə deyə qəbul  etmələrilə  əsla həmahəng degildir.  İki  şeydən biri- 
dir:  ya hökuməti-müvəqqətə tam səltəniyyə malikdir və bu vəqt xəlqin 
müxtəlif qismləri,  millətlər,  siniflər  və  sairləri  hökumətin  siyasətinə 
icrai-təsir  etməgə  çalışa  bilərlər;  fəqət  öz  başlarına,  daha  doğrusu 
bolşeviklər kibi  güc  ilə iş görməgə cəsarət etməzlər.  Yainki müvəqqəti 
hökumət  səltənəyi-tamməyə  malik  degildir.  O  vəqt  müsəlman  qurul- 
tayının  müvəqqəti  hökumətə  tabe  olmaq  həqqindəki  sözləri  saxta  və 
qeyri-səmimidir.
Döğrudan da bu necə tabe olmaqdır ki, xoşuma getməyən qərardadı 
poza bilərəm və mən  edilməgə diqqət verməm.  Bu -  pozğunluq,  pəri- 
şanlıq və dağınıqlıqdır ki, hazırda buna qarşı cəbhədə mübarizə ediliyor
295

və arxada mübarizə başlamyor. Şübhəsizdir ki, müsəlman əskəri qurul- 
taymın hədələri müvəqqəti hökumətin iradəsinə qəti əməl etməklə qar- 
şılanmalıdır.
Biz güman etmiyoruz ki,müsəlman qurultayı başçıları ciddən Rusi- 
ya həyatmı pozmaq fikrində olsunlar.  Biz biliyoruz ki,  siyasi cəhətdən 
geri  qalmış  olan  güclü müsəlman əhalisi  əski hökumət dövründə belə 
kərrətlə  özünün  mühafizəkar  olduğunu  bildirmiş  və  IV  Q.Dumanın 
həpsində  müsəlman məbusları bəzən Kadet  firqəsindən də  sağda dur- 
muşlardır. Güman ediyoruz ki, bu qəramamə ümumiyyətlə, məmləkətdə 
möhkəm hökumət yoxluğundan iləri  gəlmişdir və müsəlman qurultayı 
bu  qərarı  çox  gec  vermişdir.  Zira  imdi  böylə  şüarların  qiyməti  yox- 
dur və əskəri işlərə pozğunluq salmaq təşəbbüslərini məhv etmək üçün 
hökumətin tez və güclü təsir edən qüvvəsi tapılar.
Amma müsəlman vətəndaşlarımız bunu unutmamalıdır ki, nəticəsi 
dostları  itirmək  olan  siyasətdən  yaman  bir  şey  yoxdur.  Bir  çox  mil- 
yonluq  müsəlman  əhalisinin  ixtiyarı  var  ki,  Məclisi-Müəssisanda  öz 
işlərində  geniş  muxtariyyət  alsın  və  məmləkət  ədalət  və  şərəf borcu 
olan bu işə açıq ürəklə qol çəkər.
Amma  istiqanlı  cavanlar  özlərini  böyük  siyasiyun  hesab  edərək 
böyük  taktikasızlıq  (ədəbsizlik)  etdikdə  öz  millətlərinə  pis  xidmət 
göstəriyorlar.  Xəlq  pişrovu  olmaq  əvəzinə  bunlar  millətin  ittihadına 
mane oluyorlar və  mühüm,  lazımlı təşkilat əvəzinə hirs,  azart və....  ən 
həqli  işə risk salıyorlar.  Böyüklər bu cavan “siyasiyunu”  dayandıraraq 
fəaliyyətlərinin nə qədər ciddi olduğunu göstərməli idilər.
Bədə bu misallar ilə Rusiya gəmisinin hərəkəti sualtındakı  daşların 
təhdidi altında olduğunu qeydlə Bernşteyn diyor ki: Son vəqt hökumətin 
ümumi tərzi-fəaliyyəti -  möhkəm kurs götürməsi -  əsasilə ümidvar ol- 
malıdır ki, hökumət Ukrayna ilə də, Finlanda ilə də, Kazan ilə də danı- 
şa biləcəkdir.  Əgər infraqçuların təfsirilə hökumət onların  diləklərinə 
əməl edə bilməsə, onlar ilə hesablaşmaq lazım gələcəkdir.
Yenə  haman  qəzetənin  digər  bir  mühərriri  Samsonov  Kazan  qu- 
rultaylarınm  qərardadlarından  bəhslə  müsəlmanlara  böhtan  və  ifti- 
ra  deməkdən  belə  çəkinməyərək  tələblərimizi  taminati-hüquq  degil, 
bəlkə  bir  növ  xüsusi  imtiyazlar  tələbi  hesab  ediyor;  bunu  da Finlan- 
da və U krayna infraqçuyana hərəkatının təsiri adlandıraraq yazıyor ki:
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin