Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

296
Biz müsəlman  siyasət  kişilərinin  hərəkətini  Ukrayna  və  fınlandalıla- 
rm  hərəkəti  hesab  etmək  istəmiyoruz.  Fəqət  dövlət  içində  dövlət  kibi 
məmləkət  müdafiəsi  üçün  təhlükəli  və  dövlət  nöqteyi-nəzərindən  əfv 
olunmuyacaq  hərəkəti  qeyd  etməyə  bilməriz.  Məsələn,  xüsusi  müsəl- 
man  alayları  təşkilinə  qarşı  narazılığımızı  bəyan  etməyə  bilməriz. 
Həmçinin daimi qoşunun milisiyaya əvəz edilməsi həqqindəki layihəsi 
vəqtli  və  yerli  hesab  edəmməz.  Zira  hazırda  bu  iş  onsuz  da  pozul- 
muş  orduya  pərişanlıq  yetirər.  Bir  də  müsəlman  qurultayı  tələb  edi- 
yor ki, əhalisinin 4-də bir hissəsindən ziyadəsi müsəlman olan yerlərdə 
hökumət  komissarı  mütləq  müsəlman  olmalıdır.  Necə  oluyor  ki, 
müsəlmanlar  bir  tərəfdən  seçkilərdə  bütün  müsəlmanlann  millətçilik 
büməyən sosialistlər ilə bir yerdə getməsini tələb ediyorlar; bir tərəfdən 
də  öylə  millətçilik  ibraz  ediyorlar  ki,  bunun  üçün  hətta  sair  millətlə- 
rin  hüququnu  ayaq  altında  almaq  istiyorlar.  25  faizdən  ziyadə  olan 
millətin  imtiyaza  həqqi  olduğunu  tələblə  yerdə  qalan  65-70  faizi  bu 
imtiyazatdan məhrum  ediliyor. Məsələn, bir yerdə  65  faiz rus,  35  faiz 
müsəlman  olursa  hakim  millət  müsəlmanlar  olmalıdırlar.  Rus  sosia- 
list  və  tərəqqipərvər  demokrat  firqələrindən  heç  biri  böylə  tələbatda 
bulunmayaraq biləks ümumvətəndaşların müsavat hüquqa malik olma- 
sı  prinsipini  qəbul  ediyorlar.  Yeni  məmləkətdə  qeyri-rus  yoxdur.  An- 
caq  Rusiya  vətəndaşı  var.  Azad  məmləkətdə  millətlərin  həpsi  qanun- 
ca təmin olunaraq dövləti və ictimai müəssisələrdə  layiq olduqları yeri 
tutub qüvvələrini göstərmək imkanı veriləcəkdir. Xudanəkərdə Rusiya 
taleyi  bəlaya  uğrarsa,  millətlərin  həpsinə  fəna  olacaqdır.  Binaənileyh 
ayrı-ayrı  millətlərin  infraqçulığı  öz  yerini  ümumi  məsələyə,  Rusiyayı 
almanların qələbəsindən azad etməgə buraxmalıdır.  Azad məmləkətin 
tam hüquqa malik vətəndaşı olmaq istəyən millətlərin həpsi bu məsələ- 
yə iştirak etməlidir.  Ona görə özünə çox hüquq və imtiyaz qazanıb  da 
sair millətlərə az vermək fəlakəti xəta, zərərli və dövlət ziddinə olan bir 
hərəkətdir.
Biz  ruslar  bu  hərəkətdən  böyük  ibrət  dərsi  aldıq.  Çünki  daxildəki 
pozğunluq, ordudakı binizamlıq haman bundan nəşət etmişdir ki, bəzi 
siyasilərimiz bütün məmləkətin mənafeyini bir sinfin mənafeyinə tabe 
etmək istədilər.
297

Müsəlmanları da bu yola sövq edən haman rəislərdir ki, müsəlmanları 
sosializm xəyalatı təpəsinə çıxarmaq, ruslann bütün məmləkətdə sosi- 
allıq  üsuli-idarəsi  tətbiq  etmək  istərkən  aldıqları  fəlakətli  nəticə  kibi 
fəlakət çıxara biləcəgini unutuyorlar.
Sosializm xəyalmın puç olduğunu isbat edən fəlakətii dərsdən ibrət 
alınmıyorsa,  məmləkəti  ehtizar  halmda  çarpışdıran,  qulaq  tutan  pa- 
tıltıdan  sonra  da  haman  səhv  və  xətaları  təkrar  edən  rəislər tapılıyor- 
sa,  bircə  ümidimiz  buna  qalıyor  ki,  ümumiyyətlə  Rusiya  və  xüsusən 
müsəlmanlar  yeni  böylə  bədbəxtliklərdən  xilas  olarlar.  Ümidimiz  də 
bunadır ki, inanıyoruz müsəlmanların əqli qoymaz böylə rəislərin sövq 
etdikləri yol ilə getsinlər.
İnanıyoruz  ki,  bir çox milyonluq  müsəlmanlar böyük  anamız  olan 
Rusiyamn  ümumoğullarilə  əl-ələ  verərək  böyük  və  həşəmətli  Rusiya 
cümhuriyyəti təşkili və dövlət abadhğı yoluyla gedərlər.
“Açıq söz”, 25 avqust 1917, JV®550
İnfraqçu -  ultra qırmızı
Ehtizar -  can vermə, axır nəfəs
298
Əql hakim  oldu!
Qəhətlik  təhlükəsi  qarşısında  bulunan  əmələlər  zorlama  da  olsa 
xəlqin evlərini gəzib məkulat aramaq istiyorlar!
İştə,  bu təhlükə əmələlərin bu müsranə qərarı üç,  dörd gündən bəri 
şəhərimizi  qorxu  içində  buraxıb,  bütün  cəmaət  müəssisələrilə  siyasi 
firqələri əndişələr içində buraxdı.  Təşkilatlar əndişədə,  cəmaət  isə izti- 
rab içində  idi.  Hər tərəfdə bir həyəcan, hər yanda böyük bir yas və hir- 
man görülməkdə  idi.
Kəndilərinə əmələ və demokratiya nümayəndəsi namı verən məchul 
və qeyri-məsul bir qism əmələ cildli orta qarışdıranlar, əmələ konfran- 
siyasını istila edərək “olmaz gərək burjuyları gəzək, olmaz gərək evləri 
axtaraq,  olmaz  gərək hər  kosin bir put unu varsa tapıb  bölüşək” -  di- 
yordular.
Nəsihət  olunuyor  -   olmuyor,  dəlil  ğöstəriliyor  -   yaramıyor,  isbat 
olunuyor -  kar etmiyordu.
Bu hal və  ətvari  şübhəli  olan “izdiham” əql və  tədbir ilə həqiqət və 
səbatın  göstərdigi  nə  qədər  sözlər  və  işlər  varsa  heç  birini  dinləmək 
istəməyib  öz  dedigini  yeritmək  istiyordu.  Sosialist  firqələr,  Əmələ  və 
Soldat  Vəkillərinin  Şurası,  inqilab  fədailəri  hankisi  gəlib  mətləbi  an- 
latmaq istiyorsa cavabı haman “daloy burjuy”dan başqa bir şey degildi.
Əhvalı  böylə  gördükdə  insan  doğrudan  da  peşiman  oluyordu.  Hə- 
qiqətən  bağrı  xun  oluyordu.  Əcəba,  bunlarmıdır  o  əmələlər  ki,  on- 
lar  hürriyyət  ordusunun  pişrovlarıdır.  Əcəba,  bunlarmıdır  sosia- 
listlərin söykəndikləri o əməlpərvər sinif ki, həqiqi hürriyyətlərin ən və 
iləridəki mübarizləridir? Onlardırlarsa nərədə bəs məskəni-hürriyyətin 
müqəddəsligi,  nə  olmuş  o  fikir,  nədən  hissiyyat  damarları  korlaşmış, 
neçün məsləki-hürriyyət ayaqlar altına ahnmışdır.
Həqiqi  hürriyyət  tərəfdarı  olanları  bu  hal  əndişələrə  salıyor.  Onlar 
xuliqantarın  əmələ  cildinə  girə  bildiklərini  görüb  təəssüf ediyorlardı. 
Fəqət həqiqi  əmələ  sinfinin düşmənləri  əksinqilab hazırlığında olanlar 
bu ağalar hala gülüyor,  sol firqələr üstünə zəhər xəndələr saçıyorlardı.
299

Nəhayət, cəmiyyət, cəraaət öz səsini ucaltdı. Firqələr, təşkilatlar xu- 
liqanlıq  təhlükəsinin  cilovunu  aldılar.  Konferensiyanı  xuliqanlar  isti- 
lasmdan təmizlədilər.  Bu təzahürat işində müsəlman milli komitəsi ilə 
“Müsavat” və  sair siyasi təşkilatların şayani-qeyd əməgi və müsəlman 
əmələ  qardaşlarımızın  şayani-etina  himmətləri  görüldü.  Kəndisinə 
“tyomm” denilən müsəlman əmələsi özünün sair mütəşəkkil demokra- 
tiya ilə bərabər məsələdə  faideyi-ümumiyyənin hanki  qərarda olduğu- 
nu haman dərk elədi. Öz huşlu zehnilə o saət anladı ki, avakyanlar onu 
xilasa degil, həlakə sürüyorlar. Bildi ki, evləri axtarmaqla aca çörək ta- 
pılmaz, biləks ortaya fəsad düşər. Fəsaddan isə qarın doymaz. Bu anla- 
yışmı  müsəlman  fəhləsi  Ramanada,  Sabunçuda,  Binəqazidə,  Keşlədə, 
Naftalanda və  sair yerlərdə  tərtib  elədigi mitinqləri  ilə  göstərdigi  kibi 
şənbə günki  konferensiyada bu anlayışmı bütün anlayışlı yoldaşlar ilə 
bərabər izhar elədi.
Nəhayət, olduqca gurultulu bir məclis nəticəsində bərqi-həqiqət çax- 
dı,  fəsad degil sülh, cəhl degil, əql hakim oldu.
Bakı  demokratiyası  bir  neçə  gün  düşdügü  böhrandan  xilas  olaraq 
müfəttinləri  degil,  müslihləri  şad  elədi.  Göstərdi  ki,  o  hala  hürriyyət 
tərəfdarıdır. Anlatdı ki, əql onun bütün qərarlarmda hakimdir.
Bunumədəndə çalışan əmələlər isbat etdikləri kibi səlah altında olan 
zəhm otkeşhr də isbat etdilər.  Bu zəhmətkeşlərin  qətnamələrində deni- 
lirdi ki,  onlar xəlqin məsuniyyət məskənini zorlamaq istəyənlərə qarşı 
səlah istemalına belə qərar vermişlərdir.
Yaşasın  mütəşəkkil  demokratiya,  var  olsun  əsasəti-hürriyyəti 
müdafıəyə lıazır olan əskərl
M.Ə.
“Açıq söz”, 28 avqust 1917, JV»552
Hirman -  məhrum olma
Ətvar -  vəziyyətlər
Xəndə -  gülüş
Müslih -  sülh və asayişi bərpa edən, barışdırıcı
300
6 ay inqilab
Elani-hürriyyətdən  6  ay  keçiyor...  Dünki  gün  Bakı  tərtib  elədigi 
müxtəlif mitinq və leksiyalaria bu keyfiyyəti yad elədi.
Hürriyyət!
Öylə görünüyor ki, bu sözün bundan altı ay əvvəl olan qüvvəti, xəlq 
üzərindəki o böyük təsiri daha qalmamışdır.
Nikolay istibdadı rüsvayçılıqla fənayə varmış, şirazei-məmləkət dar- 
madağm  olmuş,  fəlakəti-hərb  son dərəcəsini  bulmuş,  hər kəs  üfunətli 
qazlar içində boğulmuş, bir günəş, bir nur araya qalmışdı.
Fevralm 27-də o nur parladı.  Şəmsi-hürriyyət doğdu.
Bu günəş üfüqə doğru qalxacaq nəsfi-əlnəhari-amalə gələcək, bütün 
Rusiya ilə bərabər dünyayı parlatacaqdı.
O günəş daha qürub etməmiş, var, seyr ediyor, nəsfi-əlnəhara doğru 
gediyor.  Fəqət  ortalıq yenə  qarışıqdır.  Yenə  göz-gözü  görmüyor.  Yenə 
narazıhqlar mövcud olub fəlakət və səfalətlər davam etməkdə, arzu olu- 
nan həyati-hürriyyət hənuz görünəmiyəcəkdir.
Əvət, hava buludludur.
Əvət,  hürriyyət  günəşini  yalnız  altı  yüz  illik  binayi-istibdadınm 
yıxıJmasından  qopan  tozalaq  degil,  kəsif buludlar  dəxi  qapayır.  Bu 
müharibə buludlarıdır.
Hürriyyət  elan  oluılur-olunmaz  və  demokratiya  hökuməti  öz  əli- 
nə alır-almaz bütün dünyaya qarşı  elan elədi  ki,  Rusiya demokratiyası 
kimsədən topraq almayacaq.  Kimsədən dava xərci  istəməyəcək və bü- 
tün  millətlərə  öz müqəddəratlarını həll  etmək  ixtiyarı  vermək  surətilə 
hərbi bitirib dünyaya sülh bəxş edəcəkdir.
Rusiya  demokratiyasımn  bu  tarixi  bəyanatmdan  sonra  cəbhələrdə 
sükunət hasil  oldu.  Rəsmi  olmasa da,  qeyri-rəsmi  bir mütarikə hüsula 
gəldi.  Dan  yeri  təmizləndi.  Daha  sabah  qırmızıhqla nəzərləri  oxşayan 
hürriyyət günəşi bütün sədaqətilə didarını göstərdi.
Fəqət  tngilis,  Fransa  və  İtaliya  imperialistlərinin  fışarı  Rusiya 
imperialistlərinin  əqldən ziyadə hissiyyata qapıldıqları  sayəsində vaqe 
olan təzyiqlərə Rusiya demokratiyası təslim oldu.  “Mütarikə” tərk olu- 
naraq “hücum” başlandı.
301

Bu hücum yexıi fəlakətlərə səbəb oldu. İnqilab ordusu kəndisinə bağ- 
lanan ümidi  vermədi.  Həm verə də bilməzdi.  Çünki  daha istibdad za- 
mamnda pozulmuş  və müasir bir hərbdə iştiraka mühəyya olmadığını 
anlamış bir ordu qabil degil, xarüqələr yaradamazdı.
Böylə də oldu. Düşmən fürsətdən istifadə edərək əkshücum etdi. Ar. 
qüvvəsinə qarşı çox qüvvələrimiz dayanamadı.  Səflər yarıldı.  Şəhərlsr 
biri-digəri ardından getdi. Nəhayət, Riqa dəxi süqut elədi.
Səfi-hürriyyətdəki  qaçqınlığa  məmləkət  daxilindəki  böhran  ilə 
ərzaq müşkülatı və əksınqilab təşəbbüsləri əlavə edildi.
İştə,  bu  gördügümüz  qaranlıqlar,  bu  çəkdigimiz  qorxular,  bu  bo- 
ğulduğumuz  tozanaqlar  hürriyyətdən  degil,  hərbdən  hasil  olma  bir 
bəladır. Aftabi-hürriyyəti daldalıyan bu qara buludlar meydani-hərbdən 
qalxan tüstüterdir.
Bunu  artıq  inqilabçı  fəhlə  flrqələri  degil,  burjua  mətbuatmdan  bir 
qismi  dəxi  etiraf  etməkdə,  məsələn,  “Birjovoye  vedomosti”  qəzetəsi 
“müttəfıqlərimiz bizdən  fədakarlıq  istəyə bilər,  fəqət həlakımızı tələb 
edə bilməzlər” diyor.
İmperialist  müttəfiqlərimizə  qalırsa,  “həlakətimizi”  istəmədikləri 
şübhəlidir; Lazımdır ki, Rusiya demokratiyası kəndisi-kəndisini düşün- 
sün.  Altı  ayın  ərzindəki  səhvlərdən  bir  dərsi-ibrət  alıb  nə  yapacağmı 
anlasm.
Şübhəsiz  ki,  bütün  xarabkarlıqlarm  altı  ayın  ərzində  düzəlməsini 
istəmək  burundan  o  yanasını  görməməkdir.  Fəqət  hürriyyət  günəşini 
qara  buludlardan  təmizləməyincə  əhalini  hürriyyət  günündə  olduğu- 
muza inandırmaq doğrusu Adəm oğlunun işi degildir!
M.Ə.
“Açıq söz”, 29  avqust  1917, JV®553
Məva -  yurd, məkan Fişar -  sıxışdırma
Şirazə -  nizam-intizam
302
Əksinqilab
Biz burada inqilabın altı ayım xatırlamaqda ikən Petroqraddan yeni 
xəbərlər alındı.
Kornilov diktator olmaq istiyor. Onun bu istəyişini Duma əzasından 
sabiq hökuməti-müvəqqətə rəisi Knyaz Lvov Kerenskiyə təbliğ eliyor.
Neçə  gündən  bəri  inqilabçı  hökuməti-müvəqqətəyə  qarşı  bir  sui- 
qəsd  hazırlandığı  və  bu  münasibətlə  bəzi  imperator  xanədanına  ya- 
xın  adamların  həbsə  almdığı  bildirilirdi.  Görünüyor  ki,  əksinqilab 
təşkilatmın kəşfi onu saxlaya bilməmiş, görünüyor ki, mürtəcelər daha 
dərinlərə qədər kök salmış, işə ciddiyyətlə hazırlaşmışlardır.
Kornilov  hökuməti-müvəqqətə  tərəfindən  təyin  olunmuş  baş  ko- 
mandandır.  Kerenskinin  kəndisi  tərəfmdən  təyin  olunan  bir  gene- 
ralın qalxıb bütün hökumətin kəndisinə həvalə olunmasını istəməsi adi 
işlərdən degildir.  Görünüyor ki,  kazaklara istinad edən Kornilov möv- 
qeyini möhkəm görüyor ki, böylə bir cəsarətdə bulunuyor.
Bu cəsarət ilk dərəcədə müqabil bir əzm və şiddətə düçar olmuş, Ke- 
renski Lvovu tutdurub,  Kornilova da istefa təklifində bulunmuşdur və 
rədd cavabı alınca onun da tutulmasını əmr etmişdir:
Görülməz  bir  şiddətlə  başlanacaq  daxili  müharibələrə  bir  ibti- 
da  təşkil  edən  bu  qorxunc  hadisənin  təfsilatmı  oxucularımız  qismi- 
məxsusimizdə taparlar.
Əhvalmın keyfiyyətindən ziyadə bu zamanda mahiyyətini anlamaq 
lazımdır.
Rusiya inqilabı bununla üçüncü dövrəsinə giriyor:  birinci dövrə Ni- 
kolayın əzli və hökuməti-müvəqqətənin burjuaziyadan ibarət olub Du- 
madan seçilmə bir heyətə tapşırılması ilə başlamışdı.
Bu  dövrə  ilk  hökumət  böhram  hasil  olunea  davam  elədi.  Bu  böh- 
ran  nəticəsində  Milyukovun  siyasət  işindən  çəkilib  Əmələ  və  Soldat 
Vəkilləri Şurasınm mərifətilə hökumətə sosialistlər də daxil oldular.
Bu  vəqtə  qədər bir  növ  mütarikə  hökmündə  yaşayan  Rusiya  “sül- 
hü” hücumda görərək hər nə cür olsa da, ordu daxilində mümkün poz- 
ğunluğu yoluna qoymaq və düşməni smdırmaq istədi. Bunun üçün Ke-
303

renski ədliyyə vəzirligindən çıxıb hərbiyyə vəzarətinə keçdi. Səfi-hərbə 
getdi. Əskərfəri təşviq və tərğib elədi.  Sosial-revolyusionerlərlə menşe- 
vikləri iqna edərək hücuma başladı.
Hücumun müəssif nəticəsi məlum.  Demokratiya  səflərində mötəlif 
hökumətə narazılığın qüvvətləndigi xatirlərdə hücum siyasətindən na- 
razı qalanbolşeviklər propoqandayı qüvvətləndiriyor. Bütünhökumətin 
Fəhlə, Əskər və Kəndistan VəkiIIəri Şuralarına verilməsini tələb ediyor- 
lar.  Şu sırada Finlandiya ilə Ukrayna siyasəti üstündə sosialist vəzirlə- 
rin tutduğu məsləkdən istikrahla kadet vozirlər hökumətdən çıxıyorlar. 
İkinci böhran hasil oluyor. İyulun 3-ü ilo 5-i arasmda vaqe olan Petroq- 
rad hadisələri böhranı daha ziyadə qatılaşdırıyor. Hökumətin tamamilə 
Sovetlərə verilməsini tələb edən cərəyan məğlub oluyor.
İnqilabm  üçüncü  dövrəsi  başlıyor.  Bu  dövrə  Kerenskinin  sədarətə 
keçməsi  burjualara  olduqca  mühüm  güzəştlərdə  bulunmaq  surətilə 
qüvvətli  bir  hökumət  vücuda  gətirmək  istəməsilə  ayrıhyor.  Sovetlər 
etiraf ediyorlar ki, burjuaziyasız keçinə bilməzlər.  Buna görə Kerenski 
hökumətini qüvvətləndiriyorlar.  Kerenski məsləki  eyni zamanda bunu 
da  etiraf ediyor ki,  hürriyyətpərvər burjuaziya ilə  gərək uyuşsun.  Bu- 
nun  üçün  kadetlərlə  uyuşuyor.  Kadetlər  təkrar  adamlarım  hökumətə 
yollayorlar.
Demokratiyanın  burjuaziya  ilə  bu  surətlə  birləşməsini  təyid  üçün 
mötəlif hökumət Moskvaya gəliyor, “dövlət şurası”nda sosial-demokra- 
tiya pişrovlanndan Sereteli ilə burjuylardan Bublikov əl-ələ veriyorlar.
M ötəlif hökumət buradan  qüvvətli  çıxmaq ümidində  ikən  görünü- 
yor  ki,  zəif olaraq  çıxmış.  Kerenski  bütün  qüvvətini  sərf etmişsə  də 
kadetlərlə Kornilov partiyasmm könlünü tamamilə ala bilməmiş və in- 
qilabçı  demokratiya  mənafeyi  naminə  Sovetlər  tərəfindən  vaqe  olan 
güzəştlər,  Sovetlərin  buraxılmasını  tələb  edən  Q.Dumadakı  sağ  dəstə 
ilə onlarm başına toplanan ricət cərəyanmı təskin edə bilməmişdi.
İştə, hürriyyətin yarım il müddətində üç  dövrə keçirən  inqilab  imdi 
Kornilov xürucilə dördüncü vəxim dövrəsina giriyor.
Əgər  bu  vəqtə  qədər  vaqe  olan  təbəddülat  ilə  dəgişən  dövrələr 
hürriyyət və  inqilabın bərkişməsi yolunda idisə, imdi başlanan bu dör- 
düncü dövrə açıqdan-açığa irtica dövrəsidir.
304
İrtica gəliyor.  Həm də mühacim bir vəziyyətdədir.  Petroqrad gərək 
xaricdəki  düşmənə və gərək daxildəki  əksinqilabçılara qarşı kəndisini 
müdafiə etmək üçün hazırlaşıyor.  Paytaxt mühasirə halmda elan olun- 
muş.  Başda  Kerenski  olmaq  üzrə  on  iki  kişidən  ibarət  heyəti-müdirə 
(diktatura) təşkil olunmuşdur.
Petroqrad  ilə  ordu içində bu kibi hadisələr vaqe  olmaqda ikən Yal- 
tadan  da  Nikolayeviçin  qaçdığı  xəbər  veriliyor.  Yeddibaşlı  heykəli- 
istibdad altı  aydan bəri  əzilərək gəldiginə baxmayciraq təkrar qımılda- 
nıyor, deməkdir.
Bu  vəqtə  qədər vətən  xətərdə,  hürriyyətlərimiz təhlükədədir,  deni- 
lirdi. M əəttəəssüf bu sözlər denilə-denilə qüvvətdən düşmüşdür. Yalnız 
bilməlidir ki,  bu zamanda  söylənən  “İnqilab xətərdədir!”  nidası  gərək 
bütün hürriyyətpərəstləri sarsın, hər kəsi yerindən diksindirsin.
Tarix təkrar ediyor.  İnqilabımız,  inqilabdakı mürşidimiz Fransa in- 
qilabmı  təqlidə  başlıyor.  Biz  də  Fransa  inqilabçılarından  “Marat”ın 
sözlərilə deyəlim:
Ey vətəndaşlar,  eşitdigimiz bu həmhəmələr millətin degil,  düşmən- 
lərinin səsidir; sərvəqt olun!
Sərvəqt  olun,  müsəlmanlar,  huşyar  olun,  zəhmətkeşlər:  kənar  edin 
məslək ixtilaflarını!  Toplaşın al bayraq altma! Müdafiə edin hürriyyəti, 
saxlayın inqilabı!  Romanovlar tərpəşir, divi-istibdad baş qaldırır.
-  Yox olsun istibdad!
M.Ə.
“Açıq söz”, 30 avqust 1917, JV«554
M ötəlif -  koalisiya
Tərğib -  həvəsləndirmə, rəğbət artırma
305

Vəzifə başına
Petroqrad  hadisələri,  Kornilov  macərası  artıq  bütün  hürriyyət- 
pərəstləri,  bilxassə amal və m əqsədbrinin təminini  hürriyyətdə  görən 
məhkum  istibdad  miltətləri,  məqhur  sərvət  zəhmətkeşləri  düşündür- 
məlidir.  Hürriyyət  təhlükədə  -   demək  ki,  bütün  ümidlərimiz,  bütün 
gözləmələrimiz xətərdədir!
Xudanəkərdə,  bugünki  macərapərəstlərin  əli  gətirib  inqilab  höku- 
mətinə qalib gələrlərsə, o zaman kabusi-istibdad təkrar sineyi-amalımı- 
za çökəcək, o qanlı pəncələrilə bizi boğmağa başlayacaqdır.
Əcəba,  Kornilov macərası  sineyi-hürriyyət üzərinə çökəcək kabus- 
dur, yoxsa  ölüm halmda bulunan  divi-istibdadın  səkrani-mövt halında 
göstərdigi izhari-ümiddir? İştə, əndişənin qəlbləri, ehtiyatlı zehnləri iş- 
ğal edən mühüm bir məsələ!
Petroqrad  hadisələri  münasibətilə  vaqe  olan  dünki  mitinqlərdən 
bəzisində  Kornilov macərasının  irticai bir hərəkət olub-olmadığı  həq- 
qində  mübahisə  olunmuşdur.  Kornilovun  sabiqəsi  nəzərə  ahnaraq bə- 
ziləri  onun  bu  hərəkətdə  bəlkə  də  iğfal  olunduğunu  söyləmişlər.  Bu 
keyfiyyət bu gün alınan teleqraflarda da qeyd olunmaqdadır.  Bu teleq- 
raflarda denilir ki, Kornilov bolşeviklərin Petroqradda qüvvətləndiklə- 
rini nəzərə alaraq hürriyyəti saxlamaq və müvəqqəti hökumətə yardım 
etmək üçün diktaturaya ehtiyac olduğu həqqində iğfal olunmuşdur.
O kibi cəsur bir macəraya təşəbbüs edən Kornilovun kəndi hərokətini 
“iğfal”  keyfiyyəti  ilə  izahı  macəranm  zail  olması  həqqində  alınan 
xəbərlə  qabili-təlif bir haldadır.  Tiflisdə Kerenskidən alman məlumata 
görə Kornilov macərası boşa çıxmışdır.
Kornilovun  iğfal  olunduğu  şübhəli  olsa  da,  Kornilov  başında  Pet- 
roqrada  yürüməgə  başlayan  70  min  süvarinin  iğfal  olunduğuna  heç 
şübhə yoxdur.  Ortada iğfal  olmazsa heç  bir  şəxsdə,  heç bir generalda, 
heç bir Kornilovda o imkan olmaz ki, 70 minlik bir orduyu məmləkətin
306
böylə məsulİyyətli, təhlükəli bir zamanmda düşməni arxada buraxaraq 
paytaxt üzərinə yürütsün.
İğfal olunmuşlar arasında böyük təəssüflərlə xəbər alıyoruz ki, diki 
diviziya denilən Qafqasiya könüllü firqəsi də vardır.
Vətən müdafiəsində  sinəsini rəşadət nişanları  ilə zinətləndirən qaf- 
qasiyah “dikaya diviziya” iğfal olunmaymca böylə bir macəraya əlbəttə 
ki,  qarışmazdı.  Bilərdi  ki,  məmləkətdə  buraxdığı  cinsdaşları  Qafqasi- 
ya  dağlarmın  hürriyyətpərvər  övladı,  Zaqafqasiya  müsəlmanlarmın 
zülmdən incimiş  ürəkləri  onları  əbədiyyən  təlin  edər,  adlarını  xainlər 
taxtasma yazardı.
Qəzetələrdə  görülən xəbər doğru isə “dikaya diviziya” şübhəsiz ki, 
iğfal  olunmuş  və  bilməyərək mənsub  olduğu  cəmaətə,  onun  amalına, 
məqsədlərinə  böyük bir  zərbə vurmuş,  hürriyyətpərvər  Qafqasiya  şa- 
nına  yaraşmayan  tənkiz  bir  hərəkətdə  bulunmuşdur.  Biz  düşünürüz 
ki,  Qafqasiya  müsəlmanlarımn  səsi  bu  zamanda  onlara yetişər,  bütün 
Qafqasiya  müsəlmanlarımn  hökuməti-müvəqqətə  tərəfində  olduğunu 
diviziya xəbər alırsa silahlarını əllərindən atar,  ölər Petroqrad üzərinə, 
hürriyyət və inqilab üstünə yeriməz!
Kornilov  kəndi  çıxışmı  hanki  iğfal  ilə  izah  etsə-etsin,  aşkardır  ki, 
Rusiya əksinqilab təşəbbüsləri qarşısındadır.
Bugünki macəranm dəf olunacağı mühəqqəq olunduğu kibi bizə bu- 
rası da müəyyəndir ki, Rusiya cəmaəti, mütəşəkkil demokratiya heç bir 
vəchlə  inqilabm  qazandıqlarını  asanhqla  kimsəyə  tərk  etməyəcəkdir. 
İmammız  qəvidir  ki,  bir  daha  əski  dövrə  qayıtmaq,  inqilabı  məğlub 
etmək imkan xaricindədir.
Fəqət böylə bir  iman  və ümid bizə heç  də həqq vermiyor ki,  yarını 
düşünmədən  rahət  və  fərağətlə  oturub  bütün  qüvvətlərimizi  toplama- 
ya səy etmiyəlim.
Bütün  inqilab  firqələri  haman  “Hazır  ol!”  əmrini  verməkdə  -   hər 
kəsi, hər vətəndaşı, hər hürriyyətpərəsti müdafiəyə çağırmaqdadırlar!
Bu dəvətlərə ləbbeyk demək hər bir müsəlmanın, hər bir türkün bor- 
cudur.  Çünki hürriyyətimizin, milliyyətimizin,  siyasi, mədəni amal və 
əfkarımızın  müdafıəsi bu  dəvətlərə  ləbbeyk  deməkdə,  bu çağıranlarla 
bərabər getməkdədir.
307

Hürriyyətin  ibtidasından  bəri  müxtəlif qurultaylarda,  məclislərdə, 
mitinqlərdə  verdigimiz  vədlər,  elədigimiz  bəyannamələr,  etdigimiz 
beyətlər bunu icab ediyor.
Haydı, millətdaşlar, vəzifə başına!
M.Ə.
“Açıq söz”, 31  avqust 1917, JVa555
Məqhur -  qəhr olmuş, məhv olmuş 
Səkrani-mövt -  sərxoş ölü 
Təlin -  lənətləndirmə 
İğfal -  aldatma, qəflətə salma
308
Kornilov macərası
Petroqraddan alınan xəbərlər Kornilov macərasınm keçmiş olduğu- 
nu göstəriyorlar. Kerenski ümuma xitabən nəşr elədigi bəyannaməsində 
macəramn qüvvətdən düşürüldügünü söylüyor.  Sair ordu komandanla- 
rı ilə hərbiyyə ərkanı Kornilov hərəkətindən kənarda qalıb generahn öz 
başmda olan ordu qitələrindən dəxi Petroqrada nümayəndələr gəlib iğ- 
fal  olunduqlarım  və eyni  zamanda da mürtəce komandanların  tutulub 
cəzalanmalannı tələb ediyorlar.
Kerenskinin verdigi müjdəyə görə daxili müharibədə vətəndaş qam 
axıtmaq təhlükəsinin atlamış olduğuna ümid çoxdur.
Bu  ümid  bu  dəfəlik  hər  nə  qədər  yerində  isə  də  kornilovçuluğun 
rahət oturub da səngərlərini asanlıqla təslim edəcəginə ümidvar olmaq, 
keçirməkdə  olduğumuz dövri-inqilabın  nə kibi  bir hal  olduğunu  anla- 
mamaqdır.
Kornilov  hərəkəti  ilə  Petroqradda  hasil  olan  böhran  üzərinə  ka- 
det vəzirlər haman istefaya getmişlərdir.  Bunun  da zahiri  səbəbi  o  ol- 
muşdur  ki,  sosialist  vəzirlər  kadet  yoldaşlarmdan  ayrı  iclas  edib  ov- 
zai  müzakiro  eləmişlərdir.  Eyni  zamanda  teleqraflar  bildiriyorlar  ki, 
hərəkətdən bir az əvvəl Kornilov kadetlərin rəisi Milyukovu qərargaha 
çağırmış,  fəqət Milyukov bu  dəvəti  qəbul  etməmişdir.  Hərəkət xəbəri 
çıxdıqda  Kerenskiyə  müraciət  edərək hökuməti-müvəqqətə  ilə  Korni- 
lov  arasmda  vasitə  olmayı  təklif eləmişdir.  Kerenski  isə  vaqe  olan bu 
təklifi  qətiyyən  rədd edərək Kornilovun bilaşərt və  qeyd  təslim olma- 
sını tələb eləmişdir.
Bu kibi əlamətlərdən görünüyor ki,  Kornilov hərəkəti hər halda ka- 
det intriqasmın məhvərindədir.
Fəqət  intriqa  kadetlərə  məxsus  olsa  da  hərəkət  kadetlərdən  daha 
sağda  olanların  da  keyfinə  müvafiqdir.  Sol  firqə  məhfillərinin  şübhə 
yoxdur ki,  sui-qəsdin ruhu  oktyabristlər rəisi  Quçkovdur.  Rodziyanko 
ilə  Quçkovun həbsinə  dair əmr çıxdığı  dəxi teleqraf xəbərlərindəndir. 
Pruşkeviçin tutulduğu isə təyid olunuyor.
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin