Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


M.Ə. “Açıq söz”, 7 sentyabr  1917, JV®561



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

M.Ə.
“Açıq söz”, 7 sentyabr  1917, JV®561
Müstövi-niyyət -  layiqli niyyət
İzzəti-nəfs -  heysiyyət, vüqar
323

Millətlər qurultayı
8 sentyabr  1917
Bu  gün  Ukraynamn  paytaxtında  Radanın  təşəbbüsü  ilə  böyük  bir 
məclis, millətlər qurultayı quruluyor.
Çarizm  uçurulduqdan  sonra  Rusiyada  çox  qurultaylar  qurul- 
muş,  çox  ictimailər,  syezdlər  əmələ  gəlmişdir.  İstibdadm  zülm  və 
təcavüzlərindən  zarə  gələn  ayrı-ayrı  millətlər,  yersiz  və  ixtiyarsız  qa- 
lan  kəndlilər,  sərmayənin  həqsiz  və  əndazəsiz  təzyiqi  altmda  inləyən 
əmələlər və sair bir çox sinif, təbəqə və heyətlər toplaşıb bu böyük inqi- 
labdakı xətti-hərəkətlərini təyin eləmişlərdir.
Böyük  inqilab  müstəbid  Rusiya  vücudindəki  böyük  xəstəliklər 
nəticəsində  çıxan  bir  böhrandır.  Bu  xəstəliklərdən  ən  böyügü  heç 
şübhəsiz  ki,  Rusiya  cahangirligindəki  təmsil  politikası,  başqa  təbirlə 
məhkum millətləri təzyiq etmək idi.
Təbiidir  ki,  hər  inqilab  hər  şeydən  ziyadə  kəndisini  mucib  olan 
səbəblərlə məşğul olar.
Bəzi  kutəh nəzərlər,  daha doğrusu,  özlərini  qəsdən kütah-nəzərligə 
vuranlar  Rusiyada  elani-hürriyyət  olduqdan  sonra  millətlərin  fəzlə 
təlaş  göstərmələrini  təbii  görmüyorlar.  Müvəqqəti  hökuxnətin,  siyasi 
firqələrin bir dəfə hüquqi-millət təmini xüsusindəki bəyan və elanlarmı 
milliyyət məsələsinin həllindən ötrü kafi görüyorlar.
İnqilab, yalmz bir bəyannamə və elanlarla əsrlərdən bəri məmləkətin 
bədəninə  müstövli  olan  xəstəlikləri  sağaltmağa  qadir  öylə  bir  tünd 
təsirli  əlaclara,  yaxud  İsa  nəqli  müalicələrə  malik  olsaydı,  əlbəttə  ki, 
iş  asanlaşardı.  Bir  fərman  kəndliləri,  bir  iradə  əmələləri,  bir  sirkulyar 
ticarət və sənaye  ərbabmı, bir elan da millətləri rahət edərdi.
Fəqət əsrimiz əfsanələrdə görülən xürafə dövrəsi degildir.
Millətlərin,  cəmiyyətlərin  həyatına  aid  olan  məsələlər  artıq 
“möcüzə”lərlə degil, mübarizələrlə həll olunuyor.
Əmələ kəndi sinfi mənafeini təmin, kəndçi  toprağa bulunan ehtiya- 
cım  rəf etmək üçün nə dərəcədə ittihad,  ittifaq və mübarizəyə möhtac 
isə, millətlər də öylə bir ehtiyac qarşısmdadırlar.
324
Rusiyadakı millətləri yalnız istibdad, yalmz Nikolay,  yalnız bürok- 
ratizm  əzmiyordu.  Onları  ən  çox təzyiq edən  şey müstəbid Rusiyanın 
mərkəziyyəti,  müxtəlif mədəniyyət və  xüsusiyyətləri  bir nöqtəyə  tabe 
etməsi idi.
Rusiya  inqilabı  millətlərin  xüsusiyyətini  təmin  həqqindəki  elan 
elədigi düsturları quru söz halına buraxmamalıdır və məsələyi sözlə de- 
gil, işlə həll etməlidir. Bunun üçün də lazımdır ki, Rusiya cümhuriyyəti 
milli və məhəlli muxtariyyətlər əsası üzrə qoşma bir cümhuriyyət halı- 
nı alsın. Rusiyada yaşayan bütün millətlərin tələbi budur.  Bu tələb yal- 
mz millətlərin degil, rus millətinə mənsub olub da ən səmimi hürriyyət 
mübarizlərinin belə tələbidir. Kropotkin kibi mübarizi-hürriyyət Mosk- 
va  dövlət  şurasmda elanən  söylədi:  Rusiya Amerika kibi  qoşma cüm- 
huriyyətlər  ittifaqından  ibarət  olmahdır  -   dedi.  Bunu  bugünki  həyat 
tələb  ediyor.  Aləmşümul  müharibə, böyük inqilab  vasitəsilə hasil  olan 
dünya sarsmtısmın hökuməti dəxi bunu icab ediyor.
Millətlərinin  rəngarəngliginə  ikinci,  gövdəsinin  cəsamətinə  birin- 
ci  mövqe  tutan  Rusiya bundan başqa bir  şəkli-hökumətlə  daxili  sülhi 
təmin edəməz! Böylə bir təmin olmuyunca dəxi əzəmət, mədəniyyət və 
tərəqqi ümidini bəsləyəməz!
Biz, məhkum millətlərə mənsub olanlar əlbəttə, istiyoruz ki, milləti- 
hakiməyə mənsub  olanlar  arasmda  səmimi  müdafiələrimiz var.  Fəqət 
bunu da biliyoruz ki, heç bir zaman bir sinfin və ya bir heyətin xaricdən 
olan müdafei onun həqqini kəndisi kibi müdafiə edəmməz!
Kəndçi sinfi,  fəhlə qismi kəndi müqəddəratmm müdafiəsini  öz sin- 
finin  mübarizligindən  gördügü  kibi,  bir  millət  də  kəndi  hüququnun 
müdafıəsini ancaq özündon gözləyə bilər.
İştə,  bu məqsədlə,  bu  gün  ukraniyalıların  təşəbbüsilə  millətlər  qu- 
rultayı dəvət olunuyor.
Ukrayna  qurultayma  o  millətlər,  o  vilayətlər toplaşacaq  ki,  Rusiya 
cümhuriyyətini qoşma xəlq cümhuriyyəti şəklində görmək istiyorlar.
Federasyon  fikrinin,  muxtariyyət  arzusunun,  istiqlali-milli  ideya- 
sınm ən şiddətlə çarpan nəbzi heç şübhəsiz ki, Kiyevdədir.
Rusiyadakı  məhkum  millətlər  arasmda  ukraynalılar  velikorusla- 
ra  yaxın  olduqları  halda  təmsil  zəhərini  kəlmələrlə  içmişlərdir.  Fəqət 
milli  mənəviyyatları,  milliyyətlərinə  olan  məhəbbətləri  onları hər növ
325

təcavüzlərə təhəmmül etdirib kəndi məfxəri-milliyyələrindən uzaqlaş- 
dırmamışdır.
Ukrayna siyasi hüdudini qeyb eləmişsə də, məfaxiri-milliyyəsindən 
heç bir zaman ayrılmamışdır.  Müdəqqiqlər bilərlər ki, əsl vətən haman 
məfaxiri-tarixiyyə və milliyyədən ibarətdir.
Hər  nə  qədər  müstəbid  Rusiya  Boqdan  Xmellinitskiyi  bir  asi 
kibi  elan  edib,  Şevçenkonu  oxunmaqdan  mən  ediyor,  malorus  dilini 
məktəblərdən  qovmiyordısa da,  fəqət başqalanmn təqdirini  cəlb  edən 
o qəhrəmanlıq, digərlərınin zövqünü cəzb edən o dühayi-fikir və sənət 
ukraynalıların kəndi mənəviyyatlarım təsxir etməyə bilməzdi.
Şevçenkolarm  ruhi  malorus  səhneyi-tamaşasında  gördügünüz  o 
cazibədar  zindəligilə  daima  ukraynalılarm  mənəviyyatım  qızdırmış. 
Kəndilərini  parlaq  bir  ümidi-istiqbal  ilə  yaşatmışdır.  İştə,  bu  gün  o 
ruhəfza Kiyev üzərində uçuşuyor və sevdigi millətilə dərdləşməgə gələn 
bütün millətlərə lahuti bir sövti-intibahla “ey millətlər anlaşın!” diyor!
Biz  əminiz  ki,  Ukrayna  Radasmın  dəvətinə  icabətlə  Kiyevə  topla- 
nan millətlər böylə bir nidadakı mənayı tamamilə dərk edər və bu həftə 
müddətindəki müzakirələri nəticəsində alacaqları qərarlarla sözləşərlər 
ki, Məclisi-Müəssisana bir gedilsin.
Rusiyanm qoşma xəlq cümhuriyyəti olacağı istənilsin.
Millətlərin hüququ sözlə degil, iştə təmin edilsin.
Bu tələblərin müvəffəqiyyətlə icrası üçün tarixi yolları bulmuş olan 
bu millətlərin hərəkətləri müvafiqət alsın.
Kiyevdəki millətlər qurultayına Zaqafqasiya daxil olduğu halda bü- 
tün türk qövmləri, islam millətləri də iştirak eləmişlərdir.
Biz  türklərlə müsəlmanlar tarixi  bir surətdə toplanan  bu  qurultaya 
böyük  ümidlər  bağlıyoruz.  Burada  bağlanacäq  əhd  və  misaqlara  ina- 
mb burada içiləcək andlara əski türk “andı” qədər əhəmiyyət veriyoruz.
Rusiyadakı  millətlərdən  Ukrayna  ilə  müsəlmanlar  velikoruslar- 
dan  sonra  ən  böyük  millətlərdir.  Bu  iki  millətin  səsi  Daxili  Rusiya 
siyasətini ölçəcək mizanə qoyulursa, o zaman qoşma xəlq çümhuriyyəti 
kaffəsinin basacağına şübhə qalmaz.
Biz  müsəlmanlar  Rusiya cahangirligindən  çox  çəkdik.  Biz  türklər 
Rusiya  mərkəzindən  təngə  gəldik.  Bir  daha  o  cahangirligə  yol  ver- 
miyəcəgiz. Bir daha o mərkəziyyətə boyun əgməyəcəgiz.
326
Bunu nümayəndələrimiz orada söyləməgə və oradan bütün Rusiya- 
ya eşitdirməgə vəkildirlər.
Biz də millətlərin qurultayını təbrik edərkən bunu düşünüyor və bu 
düşüncəmizin  ifadəsini:  Yaşasın  qoşma  xəlq  cümhuriyyəti.  Yaşasm 
milli-məhəlli muxtariyyətlər! -  şüarında buluyoruz.
M.Ə.Rəsulzada 
“Açıq söz”, 10 sentyabr 1917, JVa563
Kütah -  qısa, gödək
327

Bir dərs  daha
Mədənlərin  şəhərə  bitişdirilməsi  məsələsi  xüsusi  Zaqafqasiya 
komitəsi  tərəfindən  sosialist  fırqələrin  istədigi  kibi  həll  olunmuşdur. 
Mədənlərin şəhərə bitişdirilməsi lazım görülmüşdiir.
Mədənlərlə bərabər Zığ, Bibiheybət, Sabunçu, Zabrat, Binəqazi, Su- 
raxanı,  Biləcəri, Əmirhacıyan, Digah, Bülbülə, Əhmədli, Keşlə və Ba~ 
laxanı kəndləri də şəhərə qoşuluyorlar.
Bu on üç kəndin əvvəlcədən heç məsələsi yox idi. Mədənləri şəhərə 
bitişdirmək  istəyənlər  mədənlər  içində  bulunan  bu  kəndləri  belə  gör- 
müyorlardı. Fəqət sonra kənd demokratiyası, müsəlman-türk külliyyəti 
öz  sözünü  söylədi.  Həyati  mənfəətlərinin  ayaq  altma  alındığmı  bağı- 
rıb  çağırmaya  başladı.  Buna bir güzəşt olaraq uyezd  zemstvosuna əks 
gedənlər fövqüzzikr 13 kəndin də şəhərə bitişdirilə biləcəgini söylədilər.
Mədənlərlə  bərabər  bu  13  kəndin  dəxi  şəhərə  bitişdirilməsi 
mübarizəyə  başlayan  müsəlman  demokratiyasınm  tələbinə  qarşı  bir 
güzəştdir.
Bu  demokratiya  gec  degil,  vəqtində  mənfəətini  qansa,  vəqtində 
səsini yüksəltsə,  vəqtində birləşib mütəşəkkil bir qüvvət təşkil  etsəydi 
o zaman şübhəsiz ki, əsl istədigini də ala bilərdi.
Bu  məsələdə  müvəffəqiyyət  tamamilə  müsəlman  demokratiyasma 
üz  vermədisə,  bundan  almacaq  bir  dərs  vardır.  Daha  ziyadə  təşkilat, 
daha ziyadə ittihad!
Əgər bu gün  səsini uyezd zemstvosu lehində yüksəldən müsəlman 
əmələsi  ilə  kənd  demokratiyası  bu  gün  degil,  dünki  gün  danışsay- 
dı  və  daha  qüvvətli  səslə  bağırsa,  daha  qüvvətli  təşkilat  və  qüvvətlə 
istədiklərini  nümayiş  etdirsəydi,  o  zaman  şübhəsiz  istədiginə  nail 
olardı.
Daha ziyadə təşkilat, daha ziyadə ittihad!
İştə, mövzudakı keyfiyyətdən almacaq bir dərsi-intibah!
M.Ə.
“Açıq söz”,  11  sentyabr  1917, JV«564
328
Məkulat böhranı
Rusiyada ərzaq və mühimmat yoxluğu öylə bir dərəcəyə yetişmişdir 
ki, paytaxt qəzetələrinin dedigi kibi artıq böhran degil, fəlakət şəkli al- 
mışdır.  Hazırda bütün  Rusiyamn  fikrini  işğal  edən  çörək  məsələsidir. 
Nə siyasət cəmaəti o qədər maraqlandırıyor, nə inqilab, nə də ümumun 
müqəddəratı;  hər  şeydən  artıq  çörəkdir.  Halbuki  müharibənin  dəvami 
məmləkətin  asayişi,  xəlqin  sakitligi  həp  çörək məsələsinə  bağlıdır.  Ac 
qalan  cəmaət heç  vəqt  sakit durub  ölümünü  göziəməz  və  nəticədə  qa- 
rışıqlıq, hərcü-mərc çıxar, bunun qabağında heç bir qüvvə dayanamaz. 
Hazırda  isə  Rusiyamn  halı bu dərəcəyə  varıyor.  Paytaxt  qəzetələrinin 
yazdığma  görə  paytaxtlarda  və  bəzi  sair  şəhərlərdə  xəlq  acından  öl- 
müyorsa  da,  demək  olar  ki,  doyunca  yeyən  də  tapılmaz.  Hamı  yarı- 
mac  bir  halda  yaşıyor.  Digər  tərəfdən  də  pozğunluq,  nəqliyyat  işlə- 
rinin pərişanlığı get-gedə artmaqda, kəsbi-şiddot etməkdədir.  Bu uğur- 
da  imdiyə  qədər  görülən  tədbirlər  də  gözlənilən  nəticəyi  vermiyor. 
Hökuməti-müvəqqətə  kəndlərdən  taxıl  almağı  asanlaşdırmaq  və  bu 
surətlə  aclığm  qabağını  almaq  qəsdilə  sabit  qiymətləri  ikiqat  artırdı. 
Fəqət  bundan  da öylə  ciddi  bir nəticə  gözlənmiyor.  “R.V.”  qəzetəsi  bu 
məsələyə təxsis etdigi bir məqaləsində diyor ki, “bəlkə ilk dəfə kondlilər 
bir qədər taxıl buraxarlar, fəqət az çəkməz yenə taxıl buraxmaqdan im- 
tina  edərlər.  Çünki  bir tərəfdən  qiymətin  bir daha artırılmasmı  gözlə- 
yəcəklər, digər tərəfdən də kəndlilərə pul lazım degil, möhtac olduqları 
filiz və mənsucat verilmədikcə əllərində olan qiymətli malı kağız pula 
dəgişmiyəcəklərdir”.
Bu surətlə yemək məsələsi böhranı keçmiş,  fəlakətə üz qoymuşdur. 
Səlahiyyətli  dairələrdən verilən məlumata görə nəqliyyat vəsibləri  də 
get-gedə zəifləşiyorlar, xarab olmuş vaqon və parovozlann miqdarı artı- 
yor. Su yoluyla da taxıl az aparılıyor; böylə ki, rəqəmlərlə göstərildiginə 
görə  bu  il  su  yoluyla daşınan taxılın  miqdarı  keçən  ildəkindən  on  qat 
azdır.  Halbuki  keçən  il  də  lazımi  miqdarda  taxıl  çox  az  daşmmışdı. 
Digər tərəfdən də bu yaxınlarda çaylar donub su yolları kəsiləcəkdir.
329

“R.V.” mühərrirbrindən “N.Ay.” ərzaq və mühimmat məsələsinin nə 
dərəcə fəna bir halda olduğunu təsvirlə yazıyor ki: ac əhali ancaq çörək 
fikrilə yaşıyor. Hər yer böyük təhlükədədir. Əhaliyə yaxm olanlar, onun 
əhvalmı  bilənlər yaxın zamanda böyük fəlakət gözlüyorlar.  Müstəhlik 
quberniyalarda  ancaq  bir  neçə  günlük  çörək  var.  Gətirilən  taxılm  da 
miqdarı lazım olandanneçə qat əksikdir. Getdikcə də əksiliyor. Şəhərlər, 
kəndlər,  rr.ndən,  zavod,  fabrika  dairələri  çörəksizdirlər.  Şəhərlər  hər 
gün aclıq gözlüyorlar, fabrika, zavodlar dəxi təmin edilməmişlərdir.
Ərzaq  idarə  və  komitələri  və  müdirləri  köməksiz  bir  haldadırlar. 
Komitə və  idarələrdəki adamlar təcrübəsiz,  biliksiz  şəxslər olub  işdən 
ziyadə  siyasət  və  firqə  mübarizəsilə  məşğuldurlar.  Iclaslar  quruluyor, 
nitqlər söyləniyor, pullar sərf olunur, amma bir iş edə bilmiyorlar.  Heç 
kəs  danmıyor ki,  məkulat  almaq  çətin,  araba  ilə  daşımaq  müşkül,  bir 
yerdən  başqasına  şey  aparmaq  məmnu  olduğundan  qeyri-mümkün, 
dəmir  yollarında  nəqliyyat  işləri  pozğun,  vaqon  naryadı  almaq  üçün 
uzun  müddət  çahşmaq,  çapalamaq  lazımdır.  Bunların  da  həpsi  ərzaq 
və  mühimmat  işlərini  müşkülə  salıyor.  Amma yeni  ərzaq  təşkilatmın 
da nöqsanı çoxdur. Fəqət bunca fəlakət səbəbini yalnız idarə və komitə 
heyətində  degil,  bütün  şəraiti-siyasiyyə  və  iqtisadiyyədə  aramalıdır. 
Daxildə  siyasi  mübarizələri  rəf etməli,  cəmaəti  qorxudan  qurtarmah, 
inandırmahdır  ki,  məmləkət  hərcü-mərclik  olmayacaq,  həyat  adi  qai- 
dəsinə düşəcəkdir, Böylə edərlərsə, ərzaq məsələsi bir qədər asanlaşar.
İləri cəmaət hər şeydə istibdadı müqəssir gördügü kibi, imdi də yeni 
üsulu,  iş  başmda.  duranları  və  dövlətliləri  müqəssir  görüyorlar.  Bu- 
nun  üzərinə  də  bir  çox  narazıhqlar,  iğtişaş  və  təcavüzlər  çıxıyor.  Bu 
isə  müdhiş,  təxribedici  bir  hərəkətə  mübəddəl  ola  biləcək  əksinqilab 
zəmini hazırlıyor. Binaənileyh hökuməti-müvəqqətə hər şeydən ziyadə 
bu məsələyə diqqət verib onu həll etməlidir.
“Açıq söz”,  12 sentyabr 1917, JV®565
330
Çörək yoxdur
Axır  günlərdə  çörək  yoxluğu  şəhərimizdə  şiddətlə  hiss  olunmaya 
başlamışdır.
Kooperativlərin  qarşısı  əli  kisəli  arvadlar,  kişilərlə  doluşuyor. 
Səhərdən  axşama,  bəzən  də  axşamdan  səhərə  qədər  növbəyə  durub, 
nəhayət evlərinə kisələri boş qayıdıyorlar.
Təbiətdə boşluq yoxdur.  Bütün gününü sərf edib də axşam ac uşaq- 
larının yanma əliboş qayıdan zavallı atanın, hamisiz və çarəsiz ananm 
bu “boşluğu” da əvəzsiz qalmayır.  Əli undan, çörəkdən boş qayıdanla- 
rm sinəsi kin və nifrətlərlə doluyor.
Xeyriyyədə un veriyorlarmı? -  deyə varid olan bir suala kisəsi qol- 
tuğunda boş gedən qadınm bütün kainata nifrətlər yağdıran dilindən:
Ey, xeyriyyə də xərabə qalsm!  sözünü eşitdim və bu sözdəki dəhşəti 
haman hiss edərək tüklərim ürpəşdi.
Xeyriyyə də xərabə qalsın!
İştə, ac cəmaətin əhvali-ruhiyyəsini hekayə edən dəhşətli bir cümlə!
Bu cümlə yalmz Bakıda söylənmiyor. Bu nifrət yalmz “xeyriyyə”yə 
yağdırılmıyor, bu nifrət və nifrəti yağdıranlar yalnız müsəlman acizləri, 
Verxni-Naqornı vətəndaşları degil, hər yan böylədir.
Böylədir,  -  dedik:  yanıldıq.  Doğrusunu  etiraf etmək  lazım  gəlirsə, 
Bakınm halı bir çox yerlərdən yaxşıdır.
Əvət, yaxşısı buradır -  denilir. İmdi artıq özünüz təsəvvür ediniz.
Təsəvvür  ediniz  quraqlıq  çəkmiş  kəndləri,  təsəvvür  ediniz  unun 
putu  10 manatlara qədər vuran yerləri.
Əvət, çörək yoxdur. Bütün dünyanı öz çörəgi ilə doyuran Rusiya ac- 
dır, achqdan həlak oluyor. Aclıqdan məğlub, acından pərişan oluyor.
Çörək yoxdur. Çünki çöllər əkilməmiş qalmış, çünki məmləkətin ən 
çalışqan  və  işlək  qismi  yerindən,  yurdundan  aynlmış,  çünki  gündən- 
günə artan və gündə 40 milyona qədər varan dövlət məsarifini ödəmək 
üçün  müttəsil  işləməkdə  və  bütün  məmləkəti  nəqd  pullarla  dolandır- 
maqda olan zərbxana pulun yarısını düşürməkdədir,  çünki pulun  miq- 
darı,  dərəceyi-etibarı qalmamışdır,  çünki  fabrikalar, zavodlar istehsal- 
larım  əksiltmişlər,  lazım  olan  məvadi  xəlqə  yetirə  bilmiyorlar.  Buna 
görə də kəndlilər var-yox buğdalarım şəhərlərə buraxmaq istəmiyorlar.
331

Çünki  bizə  etibarı  yox  kağız  lazım  degildir,  ç to k i  kağız pula heç  bir 
şey alamıyoruz diyoriar.
Həqq də diyorlar. Buğda verəriz, bəşərte-inke bizə çit veriniz geyək, 
dəmir veriniz  kotan yapaq,  atımızı nallayaq -   deyə,  mətləblərini  izah 
ediyorlar. Çit, nal, dəmir və sair mayəhtac hazırlayan zavodlar, fabrika- 
lar kəndlilərin bütün bu həqli tələblərini yerinə yetirməkdən acizdirlər. 
Çünki  dedik  əvvəla,  əmələbri  yox,  sonra  xam  materialları  yoxdur. 
Olan  əmələ  ib   material  da kafi  dərəcə  və  yarannca  degildir.  İstehsal 
azalmışdır.
Bütün bu nk ra əlavə ediniz dəmir yollarınm tərtibsizligini.  Əvvəla, 
yollar ləvazimi-hərbiyyə daşımaqla məşğul. Müharibənin namüsaidligi 
ilə nə qədər vaqonlar düşmənə qənimət olmuşdur.
Daxildəki  pozğunluqlar  vaqonlarm,  vaqondakı  əmələbrm  də 
fəaliyyətini əksiltmişdir.
Bütün bunların bir səbəbi var.
Hərb!
Hərbdir bu bəlalara səbəb olan; horb olmasa bunlar da olmazdı.
Çörək yoxdur, çünki hərb vardır.
İştə,  bütün  bu  əhvalı  nəzəri-diqqət  və  tamla  aldıqda  insan  iki 
qəziyyədən birini qəbul etmək məcburiyyətində qalıyor:
Ya hərb, ya pörək!
Bunların fıankısı qəbuf olunursa-olunsun; ancaq bir şey xatirdən çı- 
xarılmasın ki,  bu  iki qəziyyədən hər hanki birisi olsa da,  qəbul  etmək 
üçün qüvvətli bir idarp, bir hökumət lazımdır.
Cəmaətə az-çox təsiri olan dairə və təşkilatlara lazımdır ki, burasım 
dərk edib müvəqqəti inqilab hökumətinin  etibar və qüvvətini artırmaq 
üçün nə lazımsa etsinlər. Bunun üçün də hər şeydən əvvəl və hər növlə 
olsa da aclıqböhranm ı çözətilmədə olsa belə rəf etmək lazım!
Yoxsa Rusiya cümhuriyyətində achqpadşah təxtinə çıxar ki, nəticəsi 
hərcü-mərc, daha sonrasmı Allah bilir nədir!
M.Ə.
“Açıq söz”, 13  sentyabr 1917, JV2566
Müttəsil -  daimi
Qəziyyə -  məsələ, hadisə
332
Qurban bayramı
Dördüncü  ildir ki,  qurbanlarımızı  abm şüm ul  müharibənin  dəhşət- 
ləri  içində  kəsiyoruz.  Dördüncü  ildir  ki,  qurbanlarımızı  könül  şadlı- 
ğı ilə degiL, kədər və ənduhlar içində zəbh ediyoruz.  Dördüncü ildir ki, 
“Allahummə təqabbəl minnə” deyə boğazladığımız qoyunları kəsirkən 
minlərlə boğazlanan insanlar, xarabə qalan evbr xəyalımızı çulğalıyor. 
Bu müdhiş xəyali-niyyətimizi təzyiq ediyoruz.
Əvət,  dördüncü  ildir ki,  bəşəriyyət  qurban  veriyor.  Dördüncü  ildir 
ki, insanlar qurbanlıq qoyun kibi boğazlanıyorlar.
Əcəba,  neçün?  Milli  amallar,  vətən  müdafiəbri,  insani  m əqsədbr 
üçün -  diyorlar.
Həzrəti  İbrahim  Lahuti  bir  xülusla  diai  ideahna  irmək  üçün  nuri- 
didəsi,  cigər parəsi İsmayılı boğazlamaq istədi.  Qurbanı  qəbul olundu. 
ƏI saxlanıldı.
Mədəniyyət  aləmi  dörd  ildir  ki,  amahna  irmək  üçün  qurban  veri- 
yor,  fəqət  hala  qəbul  edildigi  yox.  Qəbul  olunmuyor,  çünki  insanları 
qurbangahlara sövq edən şüarlar parlaq olsa da, niyyətbr düz degildir.
Hürriyyət, müsavatdan bəhs olunuyor. İşə gəlincə, zülm və cəbrdən 
başqa  bir  şey  görülmüyor.  Amali-bəşər  söyləniliyor.  Halbuki  bəşərin 
degil, bəşərdən bir qisminin amah üçün ölünüb, Öldürülüyor.
M ilb tb rin   hüququ  deniliyor.  Xırda  m ilbtlər  ayaq  altında  qalıb, 
kimsə  onlarla  hesablaşmaq  istəmiyor.  Avropadakı  xırda  m illətbrə  is- 
tiqlal istəniliyor.  Şərqdəki böyük m illətbrin istiqlalma etina edilmiyor.
Niyyət başqa, iş başqa, elm vardır, əməl yox!
Məqsəd cahangirlik, imperializm, şüarı demokratizm, sülhpərvərlik. 
İştə, dörd ildən bəri verilən qurbanlarm qəbul edilmədigini mucib olan 
səbəb:
Böyük yalan, Avropa yalanı!
Bütün  elmi,  fənni,  mədəniyyəti, ürfan  və idrakı  ilə bərabər Avropa 
cəmaəti bu böyük yalana inanacaq qədər cahil və qafil çıxdı. Qəflətinin 
cəzasını çəkdi. Bihudə qurbanlar verdi, veriyor. Odur ki, göydən qoyun 
da enmiyor.
Əvət,  dörd  ildir  Avropa  böyük  bir  səhneyi-məzalim  təşkil  etmiş, 
hərbin haman ilk ilində sülh m tizar edilməkdə ikən bu gün belə “İsma- 
yıl” qurbanım top gurultuiarı içində kəsiyoruz.
333

Heç  şübhə  yoxdur  ki,  bu  dilsiz,  ağızsız  heyvanları  kəsərkən  hər 
kəsin ürəyindən:
-  
İlahi, bu nahaq qanları qurtar! -  duası keçiyor və dördüncü ildir ki, 
bu dua qəbul olunmuyor.
Fəqət builki dualar qabaqkılara bənzəməz.  Çünki artıq aliheyi-hərb 
hüzuruna  götürülən  demokratiya  ona  degil,  alihei-hürriyyətə  fəda  ol- 
maq,  bütpərəstlərə  degil,  İbrahimə  təbəiyyət  etmək  istiyor.  Xəlqdəki 
böylə  bir  intibah  şübhəsiz  ki,  sülhü  yakmlaşdırıyor.  Bu  gün  “İsma- 
yıl”  bayrammda  sizi  çoxdan  bəri  gözlənən  sülh  xəbəri  ilə  təbrik  edə 
bilməsək də, sülh əlamətlərindən xəbər verməklə şadlandıra biləriz.
Bu sülh şübhəsiz ki, qurbanlarımızın qəbulu surətilə mətlubdur.  Bu 
qəbul isə məqsədin səlamət və tamamiyyətindən ibarət!
Məqsəd bəlli: hürriyyətin ibqası, millətlərin təmini-amalı!
* * *
Hürriyyətin  ibqäsı,  millətlorin  təmini-amalı!  Əvət,  bu  iki  əsasm 
bəqasilədir ki, bu günü bayram tutan 25 milyonluq Rusiya müsəlmanlığı, 
bu böyük  türk milləti  özünü  məsud  hesab  edə  bilər.  Bu  məsudiyyətin 
ən  böyük  dəlili  bu  gün  Kazanda  icra  olunan  şənliklər;  əski  türk  və 
müsəlman  abideyi-mədəniyyətini  təşkil  edən  Sevim  Bikə  minarəsi 
üzərinə qonmuş “Aryol” yerinə “HilaF’m qonmasıdır!
Kazanh qardaşlarımız bu gün millətlərinin bəqası və əski mədəniy- 
yətlərinin əhyası yolunda götürdükləri qədəmlərini tarixi bir təntənə ilə 
təqdis ediyorlar.  Bilməlidirlər ki, bu gün yalnız Kazan degil, bütün Ru- 
siya türklügü, türk mədəniyyət və milliyyəti bayram ediyor; əməlpərvər 
könülləri qabardan bu əmri-əzim qarşısmda hamısı pürümid:
Bayramlar mübarək! -  diyor.
M.Ə.RəsuIzadə 
“Açıq söz”,  14 sentyabr 1917, JVs567
Ənduh -  qəm, qüssə, kədər
Alihə -  Allahlar
İbqa -  daimiləşdirmə, əbədiləşdirmə
Zəbh -  boğazlamaq, kəsmək
Pürüm id -  ümid dolu
334
Peterburq demokrat şurası
Məmləkətə üz vermiş böhran münasibətilə Peterburqda aym  14-dən 
bəri mütəşəkkil demokratiyanümayəndəbrinin şurası iclas etməkdədir.
Petroqrad  şurasından  əvvəl Moskva  şurası yığılmışdı;  ondan əvvəl 
dəxi  bir neçə  şuralar olmuşdu.  Bu  şuralar  hər  zaman  üz  vermiş  böh- 
rana  çarəsaz olmaq üçün  toplanmışsalar da,  hər dəfə haman  gözlənən 
müvəffəqiyyətə  nail  olmayıb  quru  bir  göstərişdən  ibarət  olmuşlardlr. 
Bilxassə bundan bir ay əvvəl toplanan Moskva şurası Rusiya comaətini, 
inqilabçı  demokratiyayı,  məmləkətin  zihəyat  bütün  siyasi  və  icti- 
mai  qüvvətlərini  birləşdirmək,  birgələşdirmək  qəsdilə  toplanmışdısa 
da,  tamami-milləti  birləşdirmək  o  yanda,  demokratiyamn  özünü  belə 
qane  edə  bilməmişdi.  Bu  şurada  qüvvətli  sözlər  denilmiş,  vətənpər- 
vərlik  həmiyyəti  tərvic  olunmuş,  vətən,  hürriyyət  və  inqilab  naminə 
fədakarlıq  istənilmişdi.  Sosyalist  Sereteli  ilə  burjua  Bublikov  əl-ələ 
vermişlərdi. Kerenski bütün məharətini, iqtidanm, şiddətini, hiddətini, 
cahu-cəlalmı,  hamısını  işə  vermiş,  ürəkləri  atəşə  yakacaq  böyük  bir 
düha  (jeni)  kibi  görünmüş,  dəmir  yeyib  göyə  püfkürmüş,  möcüzələr 
yaratmaq  istəmişdi.  Fəqət  bunlarla  bərabər  Moskva  şurası  ecaz 
göstərməkdən aciz qalmış, Rusiya siniflərini birləşdirə bilməmişdi.
Moskva  şurasından  sonra  inqilab  hökuməti  kəndi  əleyhində  sui- 
qəsdlər  hazırlandığını  kəşf elədi.  Bir  az  sonra  daha  Kornilov  vəqəəsi 
meydanə çıxdı.  Bütün demokratiya kornilovçuluq əleyhinə  qalxmaqda 
ikən kadetlik Kornilova nisbət müdafe bir vəziyyət aldı.
Bublikovlara əl uzatmaqla inqilabı müdafiə etmək istəyən seretelilərin 
dili qısalıb Petroqrad, Moskva əmələləri başda olmaq üzrə inqilabçı de- 
mokratiya  aşkar  burjualarla  etilaf  tərəfdarı  olan  sərkərdələrdən  eraz 
etdi. Leninlərin kursu qalxdı. Bolşeviklər su üzünə çıxdılar. İmdiki de- 
mokratik şura dəvəti lazım görüldü.
Demokratiya şurası  artıq müzakiratə başlamış.  Müvəffəqiyyəti  bu- 
lacaqmı,  yoxmu?  İştə,  bir sual.  Keçən  şuraların müvəffəqiyyəti  olma- 
mış  idisə,  səbəbi  o  idi  ki,  bu  şuralarda  böyük  sözlər  söylənmişsə  də,
335

əfkari-ammənin  dediginə,  xəlqin  istədigino  yanaşılmamışdı.  Əhvalın 
canlı nöqtəsinə əl atılmamış, əsl dərddən danışılmamışdı.
Qəsdən  damşılmamış  və  əmdən  görülməmiş  olan bu  dərd,  dərdini 
gizlədən hər məriz  kibi,  Rusiyaya bəhayə  oturdu;  Riqanın  getməsinə, 
Kornilovun  xürucuna,  ordunun  tamamilə  işdən  düşməsinə,  “millət 
həlak oluyor!” nidasmın çəkilməsinə səbəb oldu.
Əgər  demokratiya  şurası  dəxi  keçmiş  şuralar  kibi  həqiqətdən  de- 
gil,  mücərrədatdan  bəhs  edəcək və əsl  dərdi  kənarda  buraxacaq  olur- 
sa, məmləkətin zavalım tezləşdirəcək, yeni xətalarda bulunmaqla yeni 
fəläkətlərə mcydan verəcəkdir.
Bu xəta heç şübhəsiz ki, Rusiyanm artıq müharibəyi dəvam etdirmək 
iqtidannda  olmadığmı  cəsarətlə  etiraf etməməkdən  ibarətdir;  bu  eti- 
ra f zəif qəlbdən,  məmləkət mənafeinə  göz örtməkdən  degil,  inqilabın, 
cümhuriyyətin, vətənin, demokratiyanın  ən həqiqi mənfəətlərindən çı- 
xan bir etirafdır.  Dəhşətlidir, vəhşətlidir,  acıdır,  fəcidir -  fəqət həqiqət- 
dir.  Rusiya  əfkari-amməsi  bunu  çoxdan  ctiraf etmişdir.  Əgər  əfkari- 
ammənin  bu etirafına  inqilabm  əvvəllərində qulaq  asılsaydı,  bəlkə  də 
işlər  bu  raddəyə  gəlməzdi.  İnqilabçı  demokratiya  ta  ibtidada  ikən  bu 
istiqaməti  tutmaq  istəmiş,  “yer  və  xərc  almamaq  və  miilətlərə  həqqi- 
istiqlal  vermək  surətilə  sülh  bağlamaq”  şüarım  ortaya  atmışdı.  Əgər 
imperializm  idcoloqlanmn  İstaııbul  və  Ayasofya başmdakı  xaç röyası 
ilə oynadıqları  intriqalarmı vəqtində görə büsəydi,  inqüabçı demokra- 
tiya bu gün “qırılmış tabaq” qarşısmda bulunmazdı.
Artıq  nəşeyi-inqilabla  sərməsti-xəsar  olmaq  bəlasından  qurtarıb, 
açıq  gözlə  təhlükəyi  görmək  zamam  gəlmişdir.  Təhlükəli  zamanlarda 
qəhrəmanlıq, cəsarət yalnız mütəhvkanə bir surətdə təhlükəyə atılmaq- 
dan  ibarət  degildir.  Vəqt  vardır  ki,  ürəyini  dişinə  tutub  da  barışmaq, 
başrnı  itirib  də  vuruşmaqdan daha  cəsuranə  və  daha  fəzilətkaranədir. 
İmdi  biz  öylə  bir  zamandayız.  Peterburq  şurası  zamamn  bu  nöqteyi- 
nəzərdən  əhəmiyyətini  dərk  etdisə  demokratiya  qazandı.  Yoxsa  daha 
böyük imtahanlara, daha böyük fədakarhqlara hazır olmalıyız!
Bununla bərabər şura məmləkətdə yeni bir rah  yüksəkligi,  yeni bir 
həyəcan,  yeni  bir coşqunluq  doğurmalıdır.  Demokratiya sinfi  inqilab- 
dan əməli  faidələr görməli ki,  idrakı  artsm,  qeyrətə  gəlsin.  Millətlərin 
hiiququ, hüquqi-siyasiyyə və müliyyələri sabiqki inqilab hökuməti kibi
336
barmaq  arasından  görülməyib  haman  qövldən-felə  gətirilməli;  milli 
tələblərə hesab verməli, Rusiya kibi böyük və müxtəlif millətlər yatağı 
olan  məmləkətin  federasiyadan  başqa  bir üsuli-idarə  ilə  idarəsi  müm- 
kün olmayacağı  həqqində hər kəsə bir qənaot gəlməli;  bu qənaətə  Pet- 
roqrad şurası dəxi borcunu verməlidir.
Bu  borc  verilərsə  o  zaman  Rusiya  millətlərində  yeni  bir  ümid  do- 
ğacaq,  bu  ümid  məmləkətdə  mövcud  müxtəlif heyotlərin  fəaliyyət  və 
xəllaqiyyətini təhrik edəcək;  bu isə qeyrət və təşəbbüslərə möhtac zəif 
məmləkət bədəninə yeni bir qüvvət, yeni bir ruh verəcəkdir!
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin