Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

272
Karl  Marks  ilə  Lassal  əmələ  fırqəsinin  bəyannaməsini  yazdıqlari 
zaman bu bəyannamənin başına “Cümlə  cahan  füqərayi-kasibəsi top- 
laşın!”  deyə  yazmışlardı.  Bu  cümlə  imdi  dəxi  bütün  sosial-demokrat 
firqələrinin  müqəddəs  şüarıdır.  Fəqət  bu  müqəddəs  şüar  bütün  dün- 
ya  millətləri  birləşməyincə  mümkün  degildir,  qövldən-felə  çıxamazı 
Daima arzu halında qalıb da bir həqiqət  şəklini  alamaz.  Bütün dünyä 
millətləri  hər kəs  öz yer və  yurdunda  müstəqil  və  muxtar  olaraq baş* 
qa  müstəqil  və  muxtar  mülətlərlə  ittifaq  etməzsə,  füqərayi-kasibəniri 
toplaşması  da mümkün olamaz.  Buna görə də hər millətin demokrati- 
yasma  fərzdir ki,  bəşəriyyətin qəsd  etdigi uzaq niyətinə  çatmaq üçün 
füqərayi-kasibəyi  ittihada dəvət etməkdən əvvəl və ya onunla bərabər 
dünya  millətlərini  də  ittifaqa  çağırsın  və  “cümiə  cahan  füqərayi- 
kasibəsi toplaşm!” şüarilə bərabər desin ki:
“Cümlə cahan millətləri anlaşın!..”
M.Ə.Rəsulzadə 
“Açıq söz”, 25 iyul  1917, JVs528
Cərh -  yaralama, biabır etmə 
Vase -  geniş 
Müariz -  etiraz edən 
Əhya -  diriltmə, bərpa etmə 
Vähi -  boş, əsassız 
Mövud -  vəd edilmiş 
Ruyi-zəmin-yer üzü 
Amil -  faktor
273

Ətrafin bitişdirilməsi
Bələdiyyə  scçkibri  münasibətilə  şəhər  ətrafınm  dəxi  şəhərƏ 
bitişdirilməsi xüsusündabir məsələ qalxmışdır.  Bu məsələyi  qaldırän 
sol  sosialist  firqələridir.  Bunların  tələbinə  görə  bütün  mədənlər  dəxi 
şəhər qələmrovuna tabe olub Balaxanı, Sabunçu, Binəqazi, Beliqorod, 
Bibiheybət nə kibi Varsa hamı mədənlər şəhərdən hesab olunub, bura- 
dakı  əmələlər  dəxi  şəhər  seçkilərinə  iştirak  eloməlidirlər.  Vəqtilə  bu 
məsələ əmələ və sosialist dairələrində şiddətlə bəhs olunaraq tələb olu- 
aurdu ki, duma bu təklifi qəbul eləsin. Bəziləri bütün əmələ mədən ra- 
yonlarmm  birdən-birə  şəhərə  bitişdirilməsinin  qeyri-mümkün  oldu- 
ğunu  qanaraq  bu  tələbi  uzaq  bir zəmanə  qədor  təxir  etdirərək  imdi- 
ki  zamanda  isə  Beliqorod  ilə  Bibiheybətin  bitişdirihnəsi  lehində  du- 
ruyorlardı.
Sonra  bu  məsələ  qanunən  həll  edilməsi  lazım  gəldigini  nəzərə  alxb 
məsələ yalnız bir arzu halmda qalaraq hələlik şəhər seçkilərinin ancaq 
şəhər  daxilində  icra  olunması  təhti-qərarə  ahnmışdır.  Bu  qərarə  görə 
dəxi  şəhər  seçkiçilərinin  siyahısı  ancaq  şəhər  dairəsinə məxsus  olaraq 
hazırlanmaği,  tərtib və təzim olunaraq çap olunmağı və bu gün, ya sa- 
bah elan olunacaqdır.
tşlər qurtarm aq üzrə ikən mədənləritı şəhər'ə bitişdirilməsi məsələsi 
təkrar  ortaya  düşmüşdür.  Keçəndə  bir  kərə  seçki  komitəsinin  icla- 
sı  vəqti  icraiyyə  komitəsinin  rəisi  Melnikov  cənabları  komitə  rəisinə 
bildirmişdir  ki,  kənardakı  mədən  dairələrinin  şəhərə  bitişdirilməsi 
məsələsi icraiyyə komitəsində baxılacağından siyahıların elanı ayın 27- 
nə qədər baxılmasm.
Məsələnin  tazədən  baxılması  əcəba,  necə  ola  bilər.  İcraiyyə 
komitəsinin  ən  çox  edə  biləcəgi  bir  şey  varsa  bundan  ibarət  ola bilər 
ki,  şəhər dumasına yazar, bu məsələnin baxılmasmı tələb  edər.  İmdiki 
şəhər duması isə məlum işdir ki, bu xüsüsda “hə” degil, “yox” cavabını 
verəcək.  O  zaman  demək  ki,  xüsusi  Zaqafqasiya komitəsinə müraciət 
etmək,  sonra  ixtilafın  həlli  üçün  müvəqqəti  hökumətə  getmək  lazım
274
gələcək. Bu isə azı ay yarım vəqt istəyəcək. Bu qədər təxirə nə işin, nə 
də zamanm təhəmmülü vardır.
İştə,  bu  mülahizələrlə  çox  güman  var  ki,  tazə  qaldırılmış  olan  bu 
əsaslı  məsələ  həll  edilməyib  qalar  və  qalması  da  imdiki  zamanda 
işin  mənfəətindəndir.  Məsələnin  əsl  əsasına  gəlincə  söyləməliyiz  ki, 
bir  kərə  Balaxam,  Sabunçu  və  sair  uzaq  mədən  dairə  yerinin  şəhərə 
bitişdirilməsinə qətiyyən lüzum da, imkan da yoxdur. Çünki bu yer çox 
maneələrə düçar ola bilər. Çtinki bu məhəllələr şəhər ilə felən bitişik de- 
gildir.  Beliqorod ilə Bibiheybətə gəlincə, bunlar həqqində bir az başqa 
dürlü düşünmək mümkündür.  Çünki bu yerlər felən şəhərə bitişmişdir 
və bir növ şəhər həyatı ilə yaşamağa başlamışdır.  Buna görə də bu xü- 
susda väqe olan tələblərdə bir növ məntiq görülə bilər. Yalmz bu qədər 
var ki, sol firqələr burasmdan bəhs edərkən bu rayonlar daxilində olan 
mədənlərdən  bəhs  ediyorlar,  bu  mədənlər  daxilində  olan  kəndlərdən 
məsələn:  Keşlə,  Əhmədli,  Zığ  və  Bibiheybət  kəndlərindən  söz  açmı- 
yorlar.  Bərqərəz Bibiheybət ilə Beliqorod mədən dairələrini  şəhərə bi- 
tişdirmək lazim gələrsə heç şübhəsiz ki,  fövqüzzikr kəndlər də  şəhərə 
bitişdirilməlidir. Başqa dürlü təsəvvür eləmək müsəlman demokratiya- 
sınm mənfəətinə köz dürtmək deməkdir.
M.Ə. 
“Açıq söz”, 28 iyul 1917, JVs531
275

Harada mədən orada bən!
(Mədənlərin bitişdirilməsi münasibətife)
İcraiyyə komitəsinin neft mədənlərinin də'Bak'ı şəhərinə bitişdirilib 
bu surətlə bələdiyyə seçkilərinə başlanmasma qərar verdigi məlumdur.
Mədənlərin  şəhərə  bitişdiriltnəsi  məsələsini  qalxızanlar  Fəhlə  və 
Soldat  Vəkilləri  Şurasıdır.  Bu  xüsusda  ən  çox  səy  edənlər  sol  fəhlə 
firqələri,  bilxassə  bolşeviklərdir.  Bunların  bu  xüsusda  israrlarından 
məqsədləri bəllidir, istiyorlar ki, hər nə süni yöl ilə olsa da Bakı duma- 
sının gəlirini öz əllərinə keçirsinlər.
Mədənlərin  birdən-birə  götürülüb  də  şəhəro  bitişdirilməsi,  hər  nə 
qədər bu  məsələ  əcələ  surətdə  həll  olunmaq  istənilərsə  də,  böyük bir 
məsələdir.  Bunun həlli  ətraflı  mübahisə,  ciddi  məlumat istər.  Bu biri- 
birindən  ayrı  olub kəndinə möhtäc  dairələrə malık topraqları bir idarə 
altına almaq təsəvvür olunduğu kibi asan məsələlərdən degildir.
Bu  məsələyə  bağlı  çətinligi  müsəlləm  bir  çox  məsələlərlə  bərabər 
mədənə  yaxm  olan  kəndlərin  də  məsələsi  vardır.  Fəqət  partiyaları 
layihəsində bu məsələ qətiyyən nəzərə ahnmamış, ancaq mədənlərdən 
bəhs  olunmuşdur.  Yalnız müsəlman komitəsi  adamlarmm  etirazından 
sotira sosialistlər razı olmuşdur ki, bu günə qədər mədəndəki kəndlərin 
rəyləri  bilinsin,  əgər onlar şəhərə bitişdirilmək  istərlərsə,  o  zaman on- 
lar da mədənlərlə bərabər şəhərə bitişdirilsinlər.
Məlum  işdir  ki,  bu  qədər  böyük  bir  məsələdə  üç  günün  içində 
kəndlərin rəylərin almaq müşkül bir əmrdir. Fəqət bu müşküli icraiyyə 
komitəsi  tərəfindən  seçilən üç  nəfərdən ibarət komisyon  asanlıqla həll 
etmək istəmiş, gecə ikən kəndlərə komissar göndərib xəbər elətdirmiş- 
lər ki,  sabah  saət  9-a  qədər  deməlisiniz  görək  şəhərə  bitişmək istiyor- 
sunuz, ya yox?
Bittəbii  kəndlilər  neçün  böylə  əcələ  bir  surətdə  divara  sıxıldıq- 
larınm səbəbini anlayamamışlar. Nə cavab verəcəklərini bir dürlü təyin 
edəməmişlər. Əlbəttə edəmməzlər də.
Mədənlərin  xüsusi  bir  idarəyə  malik  olmaları  məsələsi  böyük  bir 
tarixə  malik  məsələlərdəndir.  Neft  mədənçilərinin  bu  xüsusda  müəy-
276
yən  layihəlari  olmuş,  bu  layihələrlə  onlar  vəqtilə  istəmişlərdi  ki, 
mədənləri xüsusi surətdə özünü idarə edir bir şəklə qoysunlar. Zemstvo 
məsələsinə baxıldıqda dəxi neft mədənçiləri mədənləri ayrıca başlı-ba- 
şma bir zemstvo vahidi etrfıək fikrində idilər. Bu fikrə isə müsəlmanlar 
daima  qarşı  gəlmişlər  və  bu  aynlmaq  qəsdilə  həmişə  mübarizə 
etmişlərdir. Çünki kəndlərin, uyezdin mülkündə əmələ gələn mədənləri 
ayrı bir idarəyə  ayırmaq,  mədən yanındakı kəndləri başma buraxmaq 
onları ölümə məhkum etmək deməkdir. Kəndlərlə mədənlər biri-birinə 
mərbutdür.  Kəndlərin  məişəti  mədənlərə  bağlıdır.  Mədən  onları  təbii 
kənd  həyatından  məhrum  eləmiş.  Bu  gün ayrı bir idarəyə ayrılarsa,  o 
kəndlər  qan  damarları  tutulmuş  fəlc  bir  bədən  halına  gələrlər  ki,  bu 
dünyanm  ən  dövlətli,  qızıl  fantan  üstündə  əgləşdikləri  zamanda yox- 
sul  bir halə  gəlməkdən ibarətdir.  Necə ki,  bu vəqtə  qədər sovet  syezdi 
fəhlələrin tələbinə müqabil  az-çox nə kibi  xəstəxanələr  açmış,  məktəb 
təsis eləmiş, yol çəkmişsə, bunlarm hamısında mədən içindəki kəndləri 
unutmuşdur.  Kəndlilərin  bu  ümumi  müəssisələrdən  faidələnməgə 
həqləri yoxdur.
Burada  anlaşılan  odur  ki,  kəndlərlə  mədənlərin  müqəddəratı  bir- 
dir.  Mədənlərlə  kəndlərə  məxsus  yaxşı  olardı  ki,  bir  zemstvo  vahi- 
di  təşkil  etmək  həqqi  verilə  idi.  0   zaman  Bakı  üyezdi  mədənlərdən 
gələn  milyonlarla  gəlirdən  faidələnib  müasir  və  abad  olardı.  Əgər 
zemstvo  degil,  mədənlərin  şəhərə  bitişdirilməsi  qəti  surətdə  qəbula 
keçərsə,  o  zaman  yenə  də  kəndlərin  mənfəəti  mədənlərdən  ayrılma- 
maqdadır. Mədən ət isə kənd sümükdür. Sümügü ətdən ayırmaq olmaz. 
Mədənlər  kəndlərin  qan  damarlarıdır.  Kəndləri  qansız  buraxmaq  ol- 
maz. Mədənlər ətraflarmdakı kəndlərin təbiiligini, məkarətlərini, kənd- 
liklərini  əllərindən  almışdır.  İmdi  qətiyyən  həqli  degildirlər  ki,  onlar 
suyu,  şirəsi  sıxılmış yaramaz puçal  kibi  atıb  tapdalansmlar.  Kəndlilər 
tapdanağa razı  olmamalıdırlar.  Kəndlərin bu məsələdə  ayrı məsləkləri 
ola bilməz.  Onlar üçün burası müsəlləm olmalıdır ki,  “bizə mədəndən 
ayrıldı  yoxdur”,  “harada  mədən  orada  bən”  -   iştə,  mədənlə  əlaqədar 
olan kəndlərimizin verəcəgi qərar.
Fəqət bu qərarı aydm surətdə qəbul edə bilmək üçün kəndistana vəqt 
lazımdır.  Kəndistan divara sıxışdırıhb ultimatumvari  cavaba məhkum 
etdirilməsin.  Köhnə  polis  idarəsinə  yaraşan  bir  surətlə  kəndisinə  ge-
277

dilib  də  “tez  ol,  bu  saət  de  görüm  bitişmək  istiyorsunuz,yoxsa  yox!” 
kibi məchul suallarla kəndisinə müraciət olunmasın. Bu xüsusda lazım- 
dır ki,  onlara heç  olmasa bir həftə, on gün möhlət verilsin.  Bu möhləti 
kəndlilər özləri  də  ala bilərlər.  Onlar heç  də məcbur degildirlər ki,  bu 
kibi  əsaslı  məsələdə  ildırım  surətilə  cavab  hazırlasmlar.  Qoy  hər bir 
kənd düşünsün və desin:
Harada mədən orada bən!
M.Ə.Rosulzadə 
“Açıq söz”, 30 iyul  1917, JV»532
Məkarim -  nəcib əməllər 
Müsəlləm -  şübhəsiz, tapşırılmış
278
Əmələlərlə mədənçilər
Mədən  əmələlərinin  mədən  sahiblərinə  təqdim  elədiHləri  şərikli  iş 
şərait və tərifəsi  son  günlərdə  əmələlərlə  mədənçilərin  münasibatmda 
ciddi hallar vücydə gətirmişdir.
“Kollektivni  doqovor”  denilən  əmələ  şərt  və  qiymətləri  aylardan 
bəri  neftçilərə  təqdim  olunub  müzakirə  olunmuş,  uzanmış.  Bu  günə 
qədər gətirilmiş, imdi isə mədənçilər tərəfindən rədd edilmişdir.
Əmələlər  məişətin  bahalığını  ortaya  çəkərək  tələb  ediyorlar  ki, 
muzdlar bu bahalıq nisbətində artırılsın. Tainki əmələlər 1914-cü ildəki 
kibi  dolana bilsinlər.  Əmələlərin bu hesabla təqdim  elədikləri  tərifəyə 
görə  günəmuzd  əmələ  9  manata  işləməlidir.  Sair  qiymətlər  dəxi  bu 
qərar ilə olmalıdır.
Buna  müqabil  mədənçilər  ağlıyor,  göyniyorlar.  Mədənlər  buna 
təhəmmül  etməz,  diyorlar.  Çünki  neftin  qiyməti  qanunən  sabitdir. 
Bu  qədər  artıq  mahyanələr  verildigi  təqdirdə  mədənlər  dayanamaz, 
zərər çıxararlar.  Buna görə  də neftin qiyməti  artırılmayınca vaqe  olan 
tələbləri qəbul edəmiyəcəklərində israr ediyorlar.
Mədənçilərin  bu  bəyanım  məsai  komissarı  Ramişvili  cənabları 
da  həqiqətə  müvafiq  bulur,  əmələlərə  təklif ediyorlar  ki,  neft  qiyrriəti 
məsələsi həll oluncaya qədər bir-iki aylıq avans almaqla iktifa etsinlər.
İki  gün əvvəl bütün  zavöd komitələrindən  ibarət olan  əmələ konfe- 
rensiyası  bu  məsələyi  müzakirə  edərək  mədənçilərin  təklif elədikləri 
avansdan  qətiyyən  boyun  qaçırıb,  “kollektivni  doqovor”un  qəbul 
edilməsi  üçün  israr  eləmiş  və  buna  görə  də  Petroqrada  teleqraf 
çəkmişdir.  Konferensiyamn  göndərdigi  teleqrafda  əhvalm  təhdidamiz 
olduğu  qeyd  olunuyor,  bu  təhdid  şübhəsiz  ki,  bütün  əmələlərin  ümu- 
mi  tətil  elan  etmələrindən  ibarətdir.  Teleqrafa  nə  cavab  gələcəyi  hələ 
məlum  degildir.  Fəqət  əmələlərin tətilə  hazırlaşmaqda  olduqları  görü- 
lüyor.  Bu xüsusda hətta xüsusi bir heyət dəxi  intixab  edilrpişdir ki, bu 
heyət “əmələlərin mübarizəsini” idarə etsin.
Konferensiyada  tədbir  olaraq  neft  mədənçilərindən  bəzisinin  ha- 
man tutulub həbsə salınmalan təklif1 olunuyordu. Böylə ifrat tədbirlərə
279

qədər  gedən  cərəyanm  mövcud  olması  ilə  elan  oluna  biləcək  ümumi 
tətilin  qeyri-müntəzir bir  takım  müşkilatə  dəxi  meydan  verə  biləcəgi 
möhtəməldir.
Hər  halda  neft  mədənləri  bir  hali-böhran  keçiriyor.  Bu  böhramn 
məmləkət  mənafei  nöqteyi-nəzərindən  nə  dərəcədə  mühüm  olduğunu 
söyləmək  artıqdır.  Bakı  bütün  paravozların,  müdafieyi-vətənə  işləyən 
zavodların  ən  gərəkli  bir  üzvüdür.  Neft  mədənləri  dayandıqda  bü- 
tün  Rusiya texnikası  bir növ  fəlc  hahna  gəliyor.  Bunun  üçün  Bakıda- 
kı mədən böhram bir növ məmləkət böhram  deməkdir.  Onun üçün bu 
məsələnin dövləti bir əhəmiyyəti vardır. Burasmı nəzərə alaraq Tiflisdən 
fövqəladə  bir  surətdə  Bakıya  məxsus  bir  komisyon  göndəriliyor  ki, 
böhram keçirməyə çalışsm.
Komisyon  böhranı  yatırtmaya  müvəffəq  olacaqmı,  yoxmu  əlbəttə, 
bunu  görəriz.  Şübhəsiz  ki,  əmələlərdən  təhəmmül  istənıləməz,  vətən 
üçün  qoy  bir  az  da  sərmayə  sahibləri  düşünsünlər.  Fəqət  böhranın 
zail  olması  üçün  bir  tərəfdən  mədənçilər  təzyiq  olunduğu  kibi,  digər 
tərəfdən  də əmələlərə icrai-təsir olunmalıdır ki, tələbnamələrində  ifra- 
ta varmasmlar.  Çünki neft qiymətinin artırılması ilə bərabər verilən if- 
rat tələb bir çox mədənçilərin iflasmı mucib olar ki, o zaman əmələlərin 
özləri zavodları,  mədəriləri əllərinə alıb  idarə etməyi lazım gətirər.  Bu 
isə bir çox müşkilatə  və  nəticəsi  qaranlıq tədbir və  təşəbbüslərə  səbəb 
ola bilər.
Hər halda Bakı  ciddi bir böhran  ilə  üz-üzə  gəlmiş,  bunun  müvafiq 
bir surətdə həllini isə yalnız Bakı degil, bütün məmləkət gözliyor.
M.Ə.
“Açıq söz”,  1  avqust 1917, JV®534
280
Milisya təşkilatı
Tazə  idarənin  paydar  olmasıyla  köhnə  idarələr,  bilxassə  polisə 
idarələri  dəgişməlidi.  Qara  Nikolay  əsrinin  hər növ  fənalıqlanna  adət 
edən rüşvətxor,  müstəbid,  müşərrəf qülluqçular 'çıxarılıb,  yerinə  milis 
təyin  olunmalıdı.  Milis  xəlq  tərəfindən  təyin  olunan  məmurlardır  ki, 
şəhərin inzibatına,  qaidə və nizamla dolanmasına baxar.  Köhnə üsuli- 
idarədə “qarodovoy” mənsəbinə tazə istilahla “milis” denilir. Fəqət forq 
yalnız  isimdə degil, müsəmmada da olmalı, ona görə də “milis” qaro- 
dovoya bənzəməməlidir.
Bu vəqtə qədər Bakıda cəmaətin özündən seçilmə milisi yox idi. Mi- 
lisin vəzifəsini əskərlər görüyorlardı. Əskərlərin milis vəzifəsində oldu- 
ğunun  nə  qədər  qeyri-təbii  olduğunu  neçə  aylıq  Bakı  təcrübəsi  dəxi 
göstərdi.  Şübhəsiz ki, bu müvəqqəti bir tədbir idi. Bu müvəqqəti tədbir 
imdi daimi tədbirə əvəz olunmaq istənilir.  Bakı şəhəri milis naçalniki- 
nin qəzetələrlə elan elədiginə nəzərən tazə milis təşkilatma başlanılmış- 
dır.  Bu  elanda  göstərilən  şərtlərə  görə  mılis  ayda yüz manat  məvacib 
alacaq,  kazarmalarda  olacaq.  Milisligə  qəbul  tərtibi  isə  böylədir:  mi- 
lis  olacaq  adam  20  yaşından  kiçik  olmamahdır.  Savadlı  olmalıdır. 
Şəxsini  göstərən  Sənəd  göstərməlidir.  Əskərliklə  olan  münasibatını 
bildirməlidir.  Şəhadətnamə göstərməlidir ki, martdan əvvəl polisə qul- 
luğunda  olmamışdır.  Səhhəti  həqqində  həkimdən  şəhadətnamə  alma- 
lıdır.  Sosialist  firqələri  bürosunun  birindən  və  yainki  Əmələ  və  Sol- 
dat Vəkilləri  Şurasmdan,  icraiyyə  komitəsindən və  yainki  cəmaət eti- 
madına  məhzər  adamlardan,  yəni  bu  təşkilatlara  seçilmiş  şəxslərdən 
sərfnaməsi olmalıdır.
Yuxarıdakı  əsaslara  malik  olmayan  ərizələr  milis  rəisinin  elanına 
görə nəticəsiz buraxılacaqdır.
Bu  şərtlərin hamısı  yaxşı,  yalnız  müərrifligə  aid  şərtdə  bir növ  in- 
hisar  görülüyor.  Nədən  isə  sosialist  firqələrinə  ayrıca  bir  imtiyaz  ve- 
rilmişdir.  Bu  imtiyaz bilxassə  hər nədənsə  məzkur  firqələr,  Əmələ  və 
Soldat Vəkilləri  Şuraları  ilə  münasibatı  az  olan  qism  əhaliyi  milisligə 
getməkdən  mən  edəcəkdir.  Bu  isə  heç  şübhəsiz  ki,  şəhərimizin  zabi-
281

təsini  yenə  birtərəfli  edib  lazım  olduğu  dərəcədə  əhalinin  rəngarəng 
mənfəətini  bütün  müqtəziyatilə  müdafiə  edə  bilməyəcəkdir.  Bakıda 
sosialist  fırqələri  icraiyyə  komitəsi  və bu komitələrin  ayrı-ayrı  əzaları 
qədər,  onlardan  daha səlahiyyətli  və etibarlı  cəmaət təşkilatları  vardır 
ki,  bu  təşkilatlar  xəlqə  yaxmdırlar.  Onları  tamyorlar,  kimin  milis  ola 
biləcəgini  daha  yaxşı  bilərlər.  Məsələn:  neçün  gərək  Bakı  müsəlman 
cəmaət təşkilatınm komitəsi kibi sähibi-nüfuz və etibar bir müəssisənin 
bu xüsusdakı müərrifligi nəzəri-etinayə ahnmasın?
Hökumət,  ancaq  o  zaman  hökumət  ola  bilər  ki,  icraiyyatında 
tamamilə bitərəf qalsın, partizanlıq icraiyyətə qədər varsa, milis tutul- 
duğu  zaman  belə  onun  bu  və  ya  o  biri  siyasi  bir  firqəyə  mənsub  ol- 
duğu nəzəri-etinayə  almsa,  o  zaman m üərriflik həqqinə  malik  olma- 
yan  firqələr  nəzərində  milis  nəfəratmın  nə  dərəcədə  etimadlı  olacağı 
şübhəlidir.  Halbuki bunlann hər bir cəhətcə bitərəf olmaları  lazımdır. 
Siyasi firqohr hökumətin əsasatinə, məsləkinə, politikasma icrayi-təsir 
eləməli,  bunun üçün vəzirlər kabinəsi  ilə məsuliyyətli məmuriyyətlərə 
öz tərəfdarları ilə məsləkdaşlarının təyininə çalışmalıdır, yoxsa adi  bir 
milisonerə  varıncaya  qədər  məmurlar  təyinində  firqə  komitələrinin 
rəyi  aranıhrsa,  bu  zaman  qanunu  bitərəfanə  icra  edən  adil  məmurlar 
üzünə həsrət qalarız.
Milislərin inqilab  zamanlarında böyük əhəmiyyətləri  olduğunu  eti- 
raf edəriz.  Etiraf edəriz ki,  onların siyasətən  sahibi-etibar  olduqlarına 
diqqət etməlidir. Fəqət bu diqqət aparatını öylə vücudə gətirməlidir ki, 
müxtəlif dilli,  çox  cinsli  əhalinin  mənafei  ilə  inqilab  mənafei  ikisi  də 
təmin olunsun. Yoxsa vaqe olan bir tədbir ikinci bir səhvi mucib olur ki, 
bunun zərəri o birisindən az olmaz.
Milislər  yalnız  məhdud  və  müəyyən  inqilab  müəssisələrinin  de- 
gil,  eyni  zamanda  əhalinin  geniş  təbəqatı  tərəfindən  dəxi  etimada 
məzhər  olmahdır.  Bunun  üçün  də  lazım dır  ki,  milis  nəfərləri  qəbul 
edildikdə  yuxarıdakı  üsuldan  daha  müvafiq  bir  təhqiq  aparatına 
müraciət olunsun.
M.Ə.
“Açıq söz”, 2 avqust  1917, JVs535
Müsəmma -  adlandırılmış
Müərrı’f -  təqdim edilən, namizəd irəli sürən
282
Yena mədənbr məsələsi
Mədənləri şəhərəbitişdirmək, mədəndəki əmələlərinmənfəətimidir? 
Və yainki mədənlər şəhərə bitişdirilməsələr o zaman mədən əmələləri 
həqiqətən də bir şey itirərlərmi?
Mədənlərin şəhərə bitişdirilib bitişdirilməməsi məsələsi qət olundu- 
ğu zaman bu məsələlərin əmələlər nöqteyi-nəzərindən həlli vacibdir.
Fərz  edəlim  ki,  Ramana,  Zabrat,  Balaxanı,  Sabunçu  və  sair  neft 
mədənləri şəhərə bitişdirildi.
Bununla şübhəsiz ki, şəhər kassası  dövlətlənəcək,  Mədənlərdən alı- 
nan  külli  gəlir  şəhərə  gələcəkdir.  Şəhər  böylə  bir  bitişmədən  şikayət 
etməz,  bəlkə  faidosi  də bundadır.  Çünki  hər  zaman  şəhərlər  qiymətli, 
sərvətli  ətrafları  kəndilərinə  bitişdirmək  meylində  olmuşlardır.  Fəqət 
mədəndəki əmələlərə böylə bir bitişmək faidəlimidir?
Burasmda heç bir şəkk və şübhə yoxdur ki, firqə, məslək şərikligindən 
daha qüvvətli, daha münir bir qüvvət vardır -  məişət birligi.  Bir şəhər 
demokratı ilə bir mədən əmələsi və yainki kənd fəhləsi arasmda məsələ 
öz yerlərinə,  öz məişətlərinə  gəlincə  mütləqa  fərq  vardır.  Bir məsləkə 
mənsub üç  şəhərli  ilə iki mədənli təsəvvür etsəniz,  bu beş adam şəhər 
ilə mədən mənfəəti ortaya gəldikdə bir dürlü düşünə bilməzlər. Mütləqa 
şəhərlilər  şəhərin,  mədərililər  də  mədənin  mənfəətini  gözədirlər. 
Mədənlər  şəhərə  bitişsə,  hər  halda  mədən  vəkilləri  ümumi  dumada 
şəhər  vəkiHərindən  artıq  olamazlar.  Böylə  olunca  təbiidir  ki,  mədən 
mənfəəti daima şəhər mənfəətindən sonraya qalacaq, hər bir tədbir ha- 
man  şəhərlilərin  nöqteyi-nəzərindən  həll  olunub,  bu  nöqteyi-nəzər  o 
birilərinə üstün gələcəkdir.
İştə, bu kibi həqiqi və təbii cəhətləri nəzərə alaraq ən səmimi demok- 
ratlar  idarə  işlərində  geniş  surətdə  ədəmi-mərkəziyyət  üsuli-idarəsini 
tətbiq  etmək  istiyorlar.  Bunun  üçündür  ki,  böyük  şəhərlərdə  mərkəzi 
şəhər  dumalarından  əlavə yenə  demokratiyanm  tələbi  ilə  məhəllə  du- 
malarınm təsviyəsinə lüzum görülüyor.
Halbuki  mədənlər  şəhərə  bitişdirilməyib  uyezd  ilə  bərabər  ayrı 
bir zemstvo  vahidinə  ayrılsa  (ki  böylə  təsəvvür  olunmaqdadır),  o  za- 
mşn  məsələ  bambaşqa  olur.  O  zaman  mədənlərin  gəliri  özlərinə  qa- 
Iır.  Q  zaman  şəhərli  mənfəəti  mədənlər  mənfəətini  əzə  bilməz.  Digər
283

tərəfdən mədən uyezdin kəndlərindən də qorxraaya bilər,  çünki uyezd 
kəndlərindəki nüfus hər halda mədəndəki nüfusdan artıq degildir.
Mədənlər  dəxi  daxil  olduğu  halda  bir  zemstvo  idarəsi  təşkili 
əmələləri heç bir surətlə qorxuda bilməz.  Çünki imdi artıq dövri-sabiq 
degildir.  Mədən zemstvosunda yenə  haman  o  əmələ,  o proletarya özü 
oturacaq.  Qabaqkj  kibi neft mədənçisi və yaxud kənd ağası  ağahq edə 
bilmiyəcəklərdir,
Mədənlərin  hər  tərəfdə  şəhərə  bitişdirilmək  xüsusunda  qərarlar 
alan əmələlər görünüyor ki, atəşin natiqlərin təklif və təşviqlərinə uya- 
raq  qərarlarmı  əcələ  surətdə  çıxarmışlardır.  Fəqət  çıxarılan  bu  qə- 
rarları diqqətlə təhlil edərlərsə, görülər ki, bu qərarlar ilə orilär öz mən- 
fəətlərinə,  həqiqi  mənfəətlərinə  qarşı  gediyorlar.  İnqilabçı  bir  duma 
vücudə  gətirmək  siyasətini  icra  edən  novhəvəslər  məsələnin  iqtisadi 
tərəfini tamamılə unudurlar.  Fələ və əmələ mənafeini müdafiə  edərkən 
o mənafeə zidd getmiş Oluyorlar.
Mədən fəhləsinin iqtisadi və mədəni mənfəəti bütüri sərvət və sama- 
nı alıb da şəhərə verməkdə degil. Biləks bu sərvət və samanın idarəsini 
öz  əlində  saxlamaqda,  onu  muxtariyyətlə  idarə  edib  Öz  dərdinə,  öz 
çövrünə, öz mədəni ehtiyäclarına sərf etməkdədir.
Yəqin məsələ iqtisaddan ziyadə siyasətə bağlıdır. Yəqin ki, mədənləri 
şəhərə bağlamaqla şəhər abadlıq və ümuratım mədənlərə götürməkdən 
ziyadə mədən inqilabçıhğını şəhərə götürmək məqsədi təqib olunuyor. 
Fəqət  buna  ehtiyac  varmıdır?  Əcəba,  şəhər  demokratiyası  hanki  bir 
dəlil ilə özünün inqilabçı olmadığım isbat eləmiş?
Bundan əlavə Bakı dumasma daha ümidli bir inqilab ruhi tabe edən 
mədən  füqərayi-kasibəsi  nə  olur,  qoy mədənin üzərində, uyezd zems- 
tvosunda müasir bir inqilab amili olsun.
Xülasə, məsələyi  hanki nöqtədən həll  edərsiniz ediniz.  Mədənlərin 
böylə bir  israrla şəhərə bitişdirilmək  istənilməsinə  ciddi  heç  bir  səbəb 
görməzsiniz!  Biləks bu  bitişik  əmələ  və  kəndçilər mənfəətinə  zidd ol- 
duğu aşkardır.
Bizə böylə gəliyor ki,  demokratiya naminə hərəkət edən firqələr bu 
dəfə nəticəsi  şübhəli  siyasi  bir təsir  icrası üçün mədən  xəlqinin  həqiqi 
və daimi mənfəətlərini  fəda eyliyorlar.
M.Ə.
Ümurat -  işlər, əməllər 
“Açıq söz”, 3 avqust 1917, JV®536
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin