Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

221

Nəhayət, heyəti-vükəla Rusiyaya qayıtdıqdan sonra Q.Dumamn hər- 
biyyə  və bəhriyyə komissiyası  iclasxnda (19  iyul)  Sazanov Kovalyovs- 
kinin  sualına  ap-açxq  cavab  verərək bəyan  ctmiş  ki,  haman  etilaf bo- 
ğazlarxn hər iki  tərəfinin Rusiyaya verilməsini təmin ediyor.  Bu xüsus 
mətbuatda da xəbər verilmişdi”.
“Açıq söz”, 24 may  1917, JVs480
Sollarm səhvi
İnqilabdan sonra müvəqqəti inqilab təşkilatma başlayan sol firqələr 
bu  işlərində  əsaslx  böyük bir  səhvə  düşmüşlərdir.  Bu  səhv yerli  xəlqi, 
bilxassə müsəlmanları hesaba almayıb,  cəmaətin  əksəri  onlardan ikən 
gərək  icra  komitəsində,  gərək  fəhlə  vəkilləri  şurasmda və  sair xəlqin 
həyatı  məsələləri  ilə  əlaqədar  olan  müəssisələrdə  müsəlmanlardan 
olub-olmadığına heç  əhəmiyyət də  verməməkdən  ibarətdir.  Bu  müəs- 
sisələrdən  qeyri-mühüm  olan  bəzilərində  müsəlmanlar  bir-iki  yer  ala 
bilmişlərsə  də,  bəzi  mühümlərinə  heç  keçə  bilməmişlərdir.  Məsələn, 
Bakıda  Fəhlə  Vəkilləri  Şurası  deyə  əhəmiyyətli  bir  müəssisə  meyda- 
na gəlmiş,  fəhlələrin  qismi-mühümi,  adətən  yarısı  müsəlmandan  ikən 
buraya  bir  nəfər  də  olsa,  müsəlman  əmələsi,  müsəlman  nümayəndəsi 
keçməmişdir.
Bu vəqtə qədər xüsusi surətdə “yoldaşlara” kəlalə etdikdə diyorlardı 
ki, müsəlman əmələləri “soznatelni” degil, özləri kahillik göstəriyorlar, 
məclislərə gəlmiyorlar.  Bu cavabda böyük bir həqiqət var.  Fəqət bu da 
həqiqətdir  ki,  haman  müsəlman  əmələsinin  tərbiyəsi  yolunda  heç  bir 
qədəm  götürülməmişdir.  Türk  məsəli  diyor  ki,  “Qomşuya ümid  olan 
şamsız yatar”.
Müsəlman  əmələlərinin  bu  surətlə  şamsız  yatmaları  şübhəsiz  ki, 
qeyri-təbii idi və ən ziyadə gözə çarpan bir şey var idisə, o da bu qeyri- 
təbii halın əmələ təşkilatları tərəfindən hiss edilmədigi idi.
Nəhayət,  keçən  məhəllə  komitələrinin  seçkisi  meydana  gəldi.  Atil 
və  kahil  hesab  olunan,  buna  görə  də  kəndisinə  əhəmiyyət  verilməyən 
müsəlman kütləsi (massası) öz həqqini istəməgə başladı. Şəhərdə olsun, 
əmələ rayonlarında olsun tələb  olundu ki,  məhəllə  komitələri  əhalinin 
miqdarına mütənasib bir şəkildə tərtib edilsin. Bu həqli və demokratik 
tələb müsəlman  cəmaət təşkilatının komitəsi  tərəfındən müdafiə  edil- 
di.  Gözlənirdi ki, bu xüsusda komitə ilə sollar arasında bir anlaşma və 
etilaf olsun.  Hətta  bu  xüsusda  danışıq  belə  başlanmış  idi.  Fəqət  son- 
ra yoldaş Qradel hiyləsi  ilə komitə özünün aldandığım  gördü.  Vəqt az 
qaldığmdan  öz məsuliyyəti  ilə  siyahılar tərtib  edə bilməyib  işi məhəl-
223

lalərin  özünə  buraxdı.  Müsəlman məhəllələri  hərə  özünəməxsus  siya- 
hı  tortib  edorək  seçkiyə  başladılar.  Seçki  hər  növ  intizarın  fövqündə 
müsəlmanlarm  qələbəsi  ilə  tamam oldu.  Bu qələbə yalnız  şəhərdə  de- 
gil,  əmələ  rayonlarında,  Bibiheybət  ilə  Ramanada  dəxi  müsəlmanlar 
tərəfində idi.
Müsəlmanları “qara və mədəniyyətsiz xəlq” deyə böylo bir qələbəyi 
gözləməyən “yoldaşlar” səhvlərini dərk edərək bundan sonra müsəlman 
təşkilatları ilə dostluqda getməgə hazırlaşmaq əvəzinə “burjuy”, “kapi- 
talist”  kibi modalx sözlərə bir də “qoçu” kəlməsini  əlavə edərək əhvalı 
öylə  təsvir etmək istiyorlar ki,  guya on minlərlə  müsəlman  seçkiçiləri 
mauzer və tapança gücilə  gəlib “qoçu”ları  Özlərinə “ağa”  seçmişlərdir. 
Əgər “yoldaş”larm kimsəyə  fürsət verməyib  də tələsdirməsi  olmaşay- 
dı,  adları  ətrafında əfsanələr çıxan adamlar degil, yalnız müsəlman si- 
yahılarma düşməz, bəlkə o  qəbildon  olan adamlar sosialist-daşnaksüt- 
yun siyahısmda da gözlənəməzlərdi.
Heç  gizlədilmiyordu  ki,  ərzaq  komitələrinin  seçkiləri  bir  növ  seç- 
ki manevrasıdır. Bu manevrada müsəlman kütləsinə çox möhtac olma- 
dıqlarım  düşünərək  sollar  bu  tərəfdən  gələn  nidalara  o  qədər  də  qu- 
laq  asmaq  istəmiyorlardı.  Bu  tərəf dəxi  həqiqət  aranılarsa,  məsələyə 
haman  manevra  nəzərilə  baxıb  öz  gücünü  göstərmək  istədi.  Həm  də 
göstərdi.  Kim  nə  dersə-desin,  hanki  böhtan  və  iftiralarla meydana  çı- 
xarsa-çıxsm, burası şübhə götürməz bir həqiqətdir ki, müsəlman əhalisi 
bir  qüvvətdir  -  ədəd  qüvvəti.  O  qüvvət  ki,  demokratizmdə  əsasdır. 
Cəmaət işinə baxarkən bu qüvvəti, bu ədədi, bu qüvvət və ədədin istək 
və  diləgini  nəzərə  almamaq,  onunla  hesablaşmamaq  olmaz.  Bunu  ar- 
tıq Fəhiə Vəkilləri  Şurasmm  qəzetəsi  olan “İzvestiya” özü də hiss  edi- 
yor.  “Müsəlman  millətpərəstlərinin  müsəlmanların  avamlıqlann- 
dan,  cəhalətindən  istifadə  elədiklərini” tənqiddən sonra  fəhlə  şurasma 
təklif ediyor qoymasın ki, “müsəlmanlarla fəhlələr arasmda milli hasar 
çəkilsin”.  Bunun  üçün  çarə  olaraq  göstəriyor ki,  gərək  “öz  arasındakı 
müsəlman nümayəndələrini çoxaltsm”.
Heç olmadansa, gec olmaq yaxşıdır.
Fəqət  daha  səmimi  və  həqiqətə  daha  müvafiq  olardı  “İzvestiya” 
deyə  idi  ki,  sovet öz arasına müsəlman nümayəndələrini  də  qəbul  elə- 
sin.  Çünki  “çoxaltsın” o  zaman olar ki,  azı  olsun.  Məlum olduğu üzrə
224
Fəhlə Vəkilləri Şurasında bir danə də olsa müsəlman yoxdur. Əgər mü- 
səlman cəmaət təşkilatımn himməti olmasaydı və seçki manevrasında- 
kı müsəlman qüvvəti  görülməsəydi və müsəlmanlar öz mövqe  və say- 
larına görə yer istəməsəydilər, o zaman müsəlman fəhləsi və onun fəhlə 
şurasındakı nümayəndəligi də xatirlərə düşəcəkmi idi?!
Fəqət xətalarını  düzəltmək niyyətində isələr,  sol dostlarımız bir az 
da  bəsirət  göstərib  iləri  gəlməli,  bilməlidirlər  ki,  müsəlman  kütləsi, 
müsəlman  cəmaəti  o  zaman  qara  qüvvələr  əlindən  xilas  olar  ki,  sol 
firqələr sinif təəssübünü ataraq müsəlman cəmaət təşkilatı ilə bərabər 
getsinlər və misal üçün diyoruz ki, Volqaboyu cəmaəti kibi sırf əmələ 
və  demokratiyadan  ibarət  olan  bir  müəssisəyə  düşmən  gözü  ilə  bax- 
masmlar.
Mücərrəd əsaslar ayrı, həqiqi qüvvətlər, üryan həqiqətlər də ayrıdır. 
Nəzəri olaraq milləti danmaq mümkün, fəqət həqiqəti-hal ilə hesablaş- 
mamaq qeyri-mümkündür.
Bir xəlqi düşünürkən o xəlqin tələblərinə də etina etmək, onu hesa- 
ba almaq gərək. Yoxsa bürokratizm ilə demokratizmi bir-birindən ayır- 
maq olmaz.
“Açıq söz”, 29 may  1917, JV®483
Atil -  tənbəl, ətalətli
Kahil -  key
225

Rus imperializmi həqqində
İmperializm  demək  dünyagirlik,  cahangirJik  deməkdir.  Bu  imdi- 
ki  dünya  m ilb tb rin i  biri-birinə  salıb,  yer  üzünü  qan  dəryasına  dön- 
dərən  bir  siyasətdir.  Bir  siyasət  ki,  köhnə  Rusiya  idarəsi  onun  ən  qatı 
nümayəndələrindən  idi.  Rusiyadakı  m ilb tb ri  ruslaşdırmaq,  Rusiya 
xaricindəki millətləri əzmək, daima qomşular həqqində təcavüzkar bir 
fikir bəsləmək imperializmin xasiyyətlərindən idi.  Bu imperializm idi 
ki,  İranı  bölmək  istiyordu.  Bu  cahangirlik  idi  ki,  İstanbul  ilə boğazla- 
rı almaq arzusunda idi. Bu dünyagirlik idi ki, Avstriyaya hücum cdib o 
“qurama” dövləti parçalamaq fikrində idi.
Böyük  Rusiya  inqilabı  çıxar-çıxmaz  özünün  bu  fikirdə  olmadığı- 
nı,  cahangirligə düşmən kəsildigini  elan elədi.  Iləm  başqa dürlü də ola 
bilməzdi, demokratiyanm mənfəətlərinə nigəhban olan inqilab qüvvəti 
əlbəttə ki, təamləri  doymaq bilməyən  cahangirlik xatirinə milyonlarla 
canları qurban verəmməz idi.
İmperializmdən  imtina  eləmək,  davanı  “dava  xərci  almamaq  və 
özgənin  yerini  tutmamaq”  surətilə  bitirib  bir  an  əvvəl  barışmaq  Ru- 
siya cəmaətinin virdi-zəbam  oldu.  Ancaq  adı  hürriyyətpərvər “kadet” 
firqəsi  idi ki,  bu  siyasətdən  əl  çəkə bilmiyor və bu  firqə başçılarmdan 
olan  Milyukov  xariciyyə  vəzarəti  qismində  oturaraq  hər  bir  vasitə  ilə 
inqilabçı Rusiyanı dəxi İstanbulu almaya aparmaq istiyordu. Milyukov 
öz  inadma  fəda  edildi.  Demokratiya  hökumət  başmda  bir  imperialis- 
ti  çəkəməyib  müvəqqəti  hökumət  heyətini  dəgişdi.  Hər  tərəfdən  im- 
perializm  siyasəti  məzəmmətbnməgə  başlandı.  Kadetlərdən  bir  çoxu 
dəxi ümumi cərəyan təsirinə tutularaq bu siyasətdən əl çəkmək zamanı 
gəldiginə qane olur kibi göründülər.
Tam  bu  sürədə  ikən  Bakı  kadetlərinin  nümayəndəsi  Vermişev 
paytəxt  imperialistlərindən  daha  hərarətli  çıxaraq  erməni  olduğun- 
dan rus səltənəti naminə ürəgi ağrıdığmı kadetlərin sonki syezdlərində 
söylədi.  Ağzı  köpüklənərək  dedigi  bu  nitqində  Bakı  nümayəndəsi  is- 
bat  etmək  istiyordu  ki,  rus  imperializmi  Almaniya  imperializmindən 
başqadır.  Rus  imperializminin mənfi  cəhətləri  yox degilsə  də,  müsbət
226
və faidəli cəhətləri də vardır.  Əgər ermənilər Qafqasiyada rahət yaşaya 
bilirlərsə rus imperializminə borcludurlar. Ermənistanm dərin bucaqla- 
rına atılmış zavallı ermənilər rus dövlətindən istərlər ki, onları atmasın- 
lar. Ermənistamn azadlığı isə rus imperializminin məqsədlərindəndir.
Rus cahangirliginə oxuduğu bu qəsidəsindən dolayj Bakı müsəlman 
cəmaət təşkilatınm rusca nəşr olunan “Əxbarı” bir məqalə yazaraq Ka- 
det firqəsini və əzcümlə də Vermişevi tənqid eləmişdi. Bu tənqidə qar- 
şı  Vermişev  “Baku”  qəzetəsinin  dünki  sayısında  cavab  veriyor.  Bakı 
kadeti  bu  cavabında  rus  imperializmini  degil,  rus  səltənətini  müda- 
fiə  elədigini  “cayigiriz”  buraxmaq  üçün  qeyd  etdikdən  sonra  diyor: 
kim  inkar  edə  bilər  ki,  rus  səltənətinin  bütün  qüsurları  ilə  bərabər 
bəşəriyyətə  xidməti  olmamışdır.  Əgər  velikoruslarda  imperializm 
meyli  olmaz  da,  öz  topraqlarından  kənara  çıxmazlardısa,  o  zaman, 
Qafqasiya  tərəqqi  və  ümran  üzü  görməyib  Türkiyə  ilə  İran  halında 
olmayacaqmı  idi?  Ələlümum  Vermişev  fikrincə  bu  bir  mətləbdir  ki, 
üstündə çox danışıla bilər.
Fəqət əsl mətləb burasmda degil, Vermişev Türkiyə ermənilərini dü- 
şünüyor.  Rusiya hürriyyəti rus millətlərini azad elədi. Halbuki Türkiyə 
hürriyyəti bu azadlığı vermədi, diyor. Rus imperiaiizmi olmazsa zaval- 
lı  Türkiyə  ermənilərini kim xilas  edəcək.  Əgər Türkiyə  ermənilərinin 
xilası üçün başqa yol  göstərilərsə, o zaman,  öylə görünüyor ki, Vermi- 
şev rus imperializmini müdafiə etməyəcəkmiş.
Hər şeydən əvvəl burasmı söyləmək lazımdır ki, rus imperializmi ol- 
masa idi, vəqtilə Midhət Paşa hürriyyəti də qana boyanmaz, rus  impe- 
rializmi olmäsaydı İran Məclisi-Millisi də topa tutulmaz,  ehtimal Şərq 
millətlərinin  tərəqqisi  başqa  bir  yolda  dəvam  edərdi.  Tarixə  müraciət 
edib də “bu olmasa idi o da olmazdı” bəhsinə  gələrsək o zaman  əlbət- 
tə,  çox  şeylər  söyləmək  olar.  Fəqət məsələ  bugünki  imperializmdədir. 
Bu  gün heç  bir dövlət başqa  dövlətə təcavüz  etməyib bütün millətlərə 
hürriyyət  verilməli,  kimsənin  toprağma  təcavüz  etməməlidir,  denili- 
yor.  Əlbəttə,  bütün  millətlərə  həqq  istənildigi  zaman bu həqq Türkiyə 
erməniləri üçün də istənilər.  Sair Türkiyə millətləri ilə bərabər Türkiyə 
erm ənibri  də  azad  olmalıdırlar.  Fəqət  bu  azadlıq  anlayamıyoruz  ki, 
nədən  gərək  hökmən  rus  nizəsi  ilə  həll  edilsin.  Rus  imperializmi  ta 
əski  zamanlardan  bəri  Ermənistanı  əlində  bir  bəhanə  eləmiş,  fəqət
227

bu  günə  qədər  o  zavallı  ölkəyə  nahaq  qandan  başqa  bir  şey  verə  bil- 
məmişdir.  Bunu Böyük Petro verə bilmədigi kibi Voronsov-Daşkov da 
verə bilməmiş, şübhəsiz ki, Vermişev ilə Milyukov da verə bilməyəcək. 
Əgər  bu  əfəndilər  olmayıb  Türkiyə  erməniləri  öz  hallarma  buraxılsa 
idi,  o  zaman  ehtimal  ki,  Ermənistan  məsələsi  Türkiyə  millətləri  ilə 
birlikdə daha təbii bir yolda həll olunardı.  Şübhəsiz ən nəhayət, öylə də 
həll olunacaqdır.
“Açıq söz”, 31  may  1917, JVs485
Cayigiriz -  yer tutan, yerləşən
228
Fitnələrə qarşı
Qafqasiya  müsəlmanları  həqqində  müftinlər  tərəfindən  yayılan 
fitnə xəbərləri  şübhəsiz ki,  cəmaətimizi  rahatsızlandınyor.  Başqa dür- 
lü də ola bilməz.  Çünki bu xainlər qəlbi saf rus əskərlərini, rus cəmaət 
müəssisələrini  yalan  xobərlərlə  inandırıyorlar  ki,  guya  müsəlmanlar 
rus  cəmaəti,  rus  hökumət  və  səltənəti  əleyhində  sui-qəsdlər bəsləyib, 
bu  məqsədlə  hazırlaşıyor,  silah  alıyor,  kimi  isə  gözlüyor,  nə  isə  əzm 
ediyorlar.  Bu  qara  fitnələr  nəticəsində  müsəlmanlar  həqqində  bir  çox 
sui-müamilələr  olmuş,  çox yerlərdə müsəlmanlar təftiş  altına  almmış, 
müharibə həqqilə tutulan Türkiyə yerlərində hətta qanlı  hadisələr,  fəci 
mənzərələr  hasil  olmuş,  İrəvanda,  Karsda,  Nuxada  və  sair  yerlərdə 
əskərlər tərəfindən müsəlmanlara nisbət təhqiramiz hərəkətlər hadis ol- 
muşdur. Vəqtilə müsəlman təşkilatı özlərinə gələn bu qara fitnəyə qar- 
şı  müdafiə  yollarını  düşünmüş,  hər tərəfdə  bu  fitnəkarhqları  protesto 
eləmiş,  əzcümlə  Bakı  müsəlman  cəmaət  təşkilatı  komitəsi  tərəfindən 
Moskva  ümummüsəlman  syezdi  ilə  Vladiqafqazda  iclas  edən  Şimali 
dağıstanlılar syezdinə teleqraflar çəkilmişdi.  Moskva syezdi Bakıdan, 
Nuxadan və sair yerlərdən gələn bu həyəcanəngiz xəbərləri böyük təsir 
və  həyəcanla  dinləyərək  haman  fitnəkarlar  əlində  qalan  millətdaşla- 
rının qayğısilə mükəddər olmuş, hökuməti-müvəqqətə, Fəhlə və Əmə- 
lə Vəkilləri  Şurasına birər teleqraf çəkərək eyni zamanda da öz arasın- 
dan  bir  heyət  seçərək  Petroqrada  göndərmişdir.  Syezd  ələlümum  ver- 
digi bu qərarla bərabər syezddə bulunan müsəlman soldatları əhvaldan 
mütəəssir  olaraq  haman  qardaşca  bir  əlaqədarhq  göstərərək  öz  arala- 
rından  nümayəndələr  seçmiş,  onları  Qafqasiyaya  göndərməgə  qərar 
vermişlərdir.  Qafqasiyaya  gələcək  bu  əskər  heyətinin  məqsədi  Qaf- 
qasiyadakı  əskər təşkilatı  ilə  cəbhələrə  gedib  bu  xüsusda  nəşr  olunan 
fitnələrin  önünü  almaqdır.  Tatar  qardaşlarımızla  bərabər  syezddə  bu- 
lunan Qafqasiya diviziyasımn nümayəndələri dəxi eşitdikləri xəbərdən 
mütəəssir  olaraq  bir  an  əvvəl  vətənə  gəlib  də  vaqe  olan  fitnələrə  çarə 
görməyi  düşünmüşlərdir.  Gərək  məzkur  diviziyadan  və  gərək  isə 
müsəlman  əskər  şurası  komitəsi  tərəfındən  bu  məqsədlə  göndərilən
229

əskərlərimiz  iki  gündür  ki,  şəhərimizə  varid  olmuşlardır.  Bu  heyəti- 
əskəriyyə Petroqradda Fəhlə Vəkilləri Şurası ilə, Çxeidze ilə, hökuməti- 
müvəqqətə  başçısı  Knyaz  Lvov  ilə  görüşüb  əhval  həqqində  danışıqda 
bulunub  Qafqasiyaya  gəlmək  qəsdində  olduqlarını  söyləmişlər  və  bu 
fövqüzzikr idarə və şəxslər tərəfindən hüsni-qəbul görmüşlərdir. Əlavə 
bərin  əskər vəkilləri  şurasından  kəndilərinə  kağız  dəxi  verilmişdir  ki, 
mə/.kur  iıtnəyə  qarşı  görəcəkləri  təşviqat  və  tədbirlərdə  kəndilərinə 
müsaidə edilsin.
Bu məqsədlə  əziz  qonaqlafımız  iki  gün  əvvəl  şəhərimizə  varid  ol- 
muşlar.  Dünki  Fəhlə və  Əskər Vəkilləri  Şurasınm  rəisi  yoldaş  Ramiş- 
vili  ilə  görüşmüşlərdir.  Ramişvili  cənabları  kəndilərini  hüsni-qəbul 
edərək  əmələ  və  əskər vəkilləri  şurası  ilə  kəndilərini  görüşdürəcəgini 
vəd eləmişdir.
Daxili  Rusiyada  bütün  vətəndaşlar  bərabər  vətəni,  hürriyyəti 
müdafiə  edən  şimallı  əskər  qardaşlarımızla  Qafqasiya  diviziya- 
sı  naminə  fitnəyə  məruz  qalan  qafqasiyalı  millətdaş  və  dindaşlarmın 
təqdiratına  laqeyd  qalamayıb  müsəlman  əskəri  şurası  tərəfindən  föv- 
qüzzikr məqsədlə  şəhərimizi  təşrif edən  möhtərəm  qonaqlar  aşağıda- 
kı əfəndilərdir:  1) Osman əfəndi Toqumbətov (bəhri-zabit), 2) Uraz xan 
Hacı  Murad  (diviziya polkovniki),  3)  Abdulla  Abziyev  (praporşik),  4) 
Xeyrulla Yenikeyev, 5) Kərim İbrahimov (pulemyotçu),  6) Məhəmməd 
Rza bəy Qaratalinski (diviziya könüllülərindən).
Heyət  Bakxda  əskəri  təşkilat  və  kornizon  ilə  görüşüb  anlaşdxqdan 
sonra Tiflisə  əzimət edəcək,  oradan dəxi  cəbhələrə gedib  əhval ilə ya- 
xxndan aşina olacaqdır.
“Açıq söz”,  1  iyun  1917, JVe486
Bərin -  yüksək, ali
230
Duma seçkiləri
Keçəndə  məhəllə  ərzaq  komitələrinin  seçkiləri  vaqe  olduqda  bu 
seçkilərin  müvəqqəti  olub  əsl  seçkilərin  bundan  sonra  olacağı  zikr 
olunmuşdu.  Bu  seçkilər  tazə  qanuna  görə  təşkil  olunacaq  şəhər  du- 
malarınm  seçkisindən  ibarətdir.  Şəhər  dumaları  diyoruz.  Çünki  tazə 
qaidə ilə seçiləcək duma bir olmayıb bir mərkəzi və bir neçə də məhəlli 
dumalarından  ibarət  olacaq.  Bu  seçkilərdə  hər  kəs,  hər bir  bakılı,  hər 
bir Bakıda sakin olan adamın həqqi vardxr.  Seçkilər ümumidir.  Kimsə 
mülki, varı və ya elminə fərq qoyulmayıb hamısı insan olduğu üçün bu 
seçkiyə qarışa biləcəkdir.
Fəqət bu  seçki  mayın  21-də  gördügümüz  seçkilərdən  bir  az  başqa 
olacaqdxr.  Başqalığı bundan ibarət olacaqdır ki, seçkiyə gələcək adam- 
larm  əvvəlcə  siyahıları  görüləcək,  evbəev  gəzilib  nüfusları  yazıla- 
caq.  Yazıldıqdan sonra siyahxlar da elan olunacaq. Bu siyahıdan qalan, 
qələmdən düşən  adamlara həqq veriləcək ki,  gəlib özlərinin qələmdən 
düşdüklərini bildirsinlər.
Məlum  işdir  ki,  müsəlmanlar  gərək  qəflət  etməsinlər.  Gərək  qafil 
adlanmasmlar.  Gərək  sərvəqt  olub  özlərini  qələmdən  saldırmasmlar. 
Çünki  qələmdən  düşmək  seçki  həqqindən  məhrum  olmaq  deməkdir. 
Çünki  seçki  həqqindən  məhrum  olmaq  vətəndaşlxq  həqqini  itirmək 
deməkdir.  Çünki bu həqqi  itirmək  öz  güzəran və məişətinin  idarəsinə 
kənardan baxmaq qəzavü-qədərini başqalarxna tapşırmaq deməkdir.
Eşitdigimizə görə xəlqin siyahısı tutulmaq üçün şəhər idarəsi təhiyyə 
və tədbir görməkdədir.  Hətta evləri  gəzib yazacaq adamlar.  Bu  adam- 
lar  üstündə  gözətçilik  edəcəklər.  Bu  qəbul  edilib.  Hər  növ  vərəqələr, 
kartoçkalar,  dəsturüləməllər  belə  hazırlanmxşdxr.  Köhnə  zamanlarda 
bu kibi işlər əvvəlcə elan olunuyor, xəbərdarlıqla görülüyordu. İmdi za- 
man böylədir. Tələsmək lazım. Fövritlə iş görmək gərək. Vay o tövratın 
halına.  Çox güman var ki,  bu  gün,  sabah yazıçılar o  məhələ dağılalar. 
Xəlqi  yazmaya başlayalar.  Müsəlman  xəlqino  lazımdır ki,  bu  siyahıya 
başqa siyahılarda olduğu kibi şübhə ilə baxmasınlar. Bu siyahıdan özü- 
nü qaçıran həm özünə, həm də cəmaətə zərər vuracaq. Burada başqa bir
231

məqsəd  yoxdur.  Məqsəd  ancaq  seçkiləri  tərtibə  salmaq üçün  şəhərdə 
nə qədər seçkiçi olduğunu bilmək üçündür.  Əgər müsəlmanlar özlərini 
gizlədərlərsə,  o  zaman  maym  21-dəki  seçki  qələbəsini  görə bilməzlər, 
səsləri azalar.  Bu dəfo olacaq seçkilərin bir cəhəti də vardır ki, seçkilər 
nisbətlə  olacaq.  Yəni  seçiləcək  adamlar  seçkidə  iştirak  edən  partiya- 
ların  rəylərinə  nisbət  aza  az,  çoxa  çox  tərtiblə  paylanacaq.  Əgər  özü- 
müzü siyahılardan qaçırsaq şayımızı düz göstərməsək, o zaman nisbət 
qaidəsində aldanacaq və itirəcəgiz.
Siyahılar  hər  zaman  olduğu  kibi  müsəlmanlardan  ötrü  narəva  bir 
mövsümdə, yay vəqtində olacaq. Əhalinin əksəri bağlardadır. Yazıçılar 
gəlib  evləri boş  görəcək.  Ehtimal ki, bu  surətlə  çox  adamlar qələmdən 
düşəcək. Bunun çarəsinə qalmalıdır.  Bağa getmiş olanları qonşuları da 
yazdıra bilərlər.  Məhəllə  komitələri,  məhəllənin  bağa  köçməmiş  olan- 
ları bu xüsusda himmət, həmiyyət göstərməlidir.  Qonşularım yazdırt- 
malı, siyahıçılara bu barədə kömək etməlidirlər.  Şübhəsiz ki, bu xüsus- 
da  məhəllə  komitəsi  tərəfindən  də  hər  növ  tədbirlər  görülməli,  xəlqə 
rəhbərlik edilməlidir.
Evdə nə  qədər  adam varsa,  hamısmı yazdırmalı,  qadınları, qızları, 
anaları,  bacıları  da qələmdən  düşürməməlidir.  Çünki  onlar  qələmdən 
düşərlərsə səsimiz azalar, əhəmiyyətimiz yox olar.
Müsəlman qadınlarından ötrü əlbəttə ki, rəylərini vermək üçün xü- 
susi  mənzillər təhiyə  edilməlidir.  Böylə  olmazsa  onlar  öz  vətəndaşlıq 
həqlərini iddia edə bilməzlər.
Qəzetələrdə  görülən  bəzi  məqalə  və  fəqərələrdən  anlaşılır ki,  bəzi 
firqələr çox  da bu məsələyə  yaxşx  nəzərlə  baxmıyorlar.  Onlar diyorlar 
ki,  arvadlara  ayrı  seçki  “torba”sı  verilmək  lazım  degildir.  Burada  gö- 
rünür ki,  sözlə oynuyorlar.  “Ayrı  seçki kuryası” demək o  deməkdir ki, 
cəmaətdən  bir  qismi  o  biri  qismindən  ayrılıb  özbaşına  öz  içindən  öz 
adamlarını  seçə.  Necə  ki,  sabiq  zamanda  Qafqasiyadakı  rus  kuryəsi 
özbaşına  öz  tərəfindən  dumaya  vəkil  göndəriyordu  ki,  Skoblev  onla- 
rın  vəkilidir.  Qadınlar  həqqindəki  (müsəlman  qadınları  deməkdir) 
böylə bir “kurya” tələbi vaqe olmamış. Binaənileyh bundan bəhs etmək 
istəyənlər  görünüyor  ki,  müsəlman  qadınlarına  ayrı  seçki  mənzilləri 
vermək meylində degildirlər.  Hətta özünə ictimaiyyun-amiyyun deyən 
birisi  “İzvestiya”  əmələ  qəzetəsində  yazdığı  bir  məqalədə  aşkar  ola-
232
raq yazmışdı  ki,  müsəlman  arvadlanna  ayrı  seçki  məclisi verilməsin. 
Çünki  bu qadınlara rəy istəyənlər həqiqi  demokratlar degil,  başqa qə- 
rəz adamlarıdır.
Əlbəttə, müsəlmanlara, müsəlman mühitinə böylə şübhəli nəzərlə ba- 
xan demokratlar çox ola bilər ki, yenə haman nəzərlə baxa. Bürokratlar 
kibi bəzi tədbirlər görərlər. Bu tədbirlər bir partiyanm, bir məsləkin bu- 
günki faidəsinə bəlkə də müvafiq olur, fəqət demokratizm, saf, səmimi 
demokratizm əsasma müvafiq golməz. Birincilər öz qərəzləri üçün de- 
mokratizmi  vasitə  edərlərsə,  ikincilər  də  o  qərəzlər  üçün  məqsədləri 
və əsasları olan demokratizmi tapdamış olarlar ki, buna siyasət dilində 
“jezutizm” deyərlər. “Məqsəd vasitəyə bəraət qazandırır” düsturu dip- 
lomatlara yaraşırsa da hürriyyətpərvər demokratlara yaraşmaz.
Müsəlmanlar  müsəlman  xammlanndan  seçki  “kurya”sım  heç  za- 
man  tələb  etməmişhr.  Böylə  bir  tələb  başqa  tərəfdən  vaqe  olmuşmu, 
onu da biləmiyoruz. Müsəlmanların istədigi ayrı seçki mənzilləridir ki, 
bu əsasə degil, məsələnin sənətinə, texnikasma aiddir. Bunun əsası bu- 
dur ki,  “müsəlman  qadının xüsusi  şərait daxilində yaşadığı nəzərə alı- 
naraq onun üçün öylə seçki texnikası əmələ gətirməkdir ki, o sayədə öz 
vətəndaşlıqhüququnu azadlıqla ifa edə bilsin”. Bu həqli tələbləri üstündə 
müsəlman durmalı, bu tələblərində kimsə güzəşt etməməlidir. Bilxassə 
ki,  Zaqafqasiya  komissarlığı  dəxi  Qafqasiya  vilayətlərində  məhəlli 
hökumətlər  təşkili  həqqindo  nəşr  eləmiş  olduğu  dəsturüləməlində  bu 
əsası qəbul və elan elomişdir.
M.Ə.Rasulzada 
“Açıq söz”, 6 iyun  1917, JVs490
Dəsturüləməl -  təlimat
Fövr -  tələsik
233

İyunun birindəki iğtişaş həqqində
İyünun  birində  ün  kartoçkalarımn  vəqtində  verilə  bilməməsi 
zəminində  iğtişaş  çıxdığı  və  bu  iğtişaşda  müsəlman  xəlqinin  əksərən 
arvad və  füqəra qisminin iştirak  elədigi məlümdur.  Qəzetələrdə oxun- 
duğuna görə Bakı quberniya ərzaq komitəsinin  son iclasında bu hadisə 
bəhs olunaraq bəzi natiqlər,  əzcümlə Yakobun,  Ter-Qriqoryan,  Selezn- 
yov və sairləri demişlər ki, bu hərəkət qabaqcadan hazırlanmışdır. Zira 
un varmiş,  o günü buraxılıyormuş  da.  Buna görə də unsuzluq üstündə 
iğtişaş  olamazmış.  Buna  görə  də  iğtişaşm  səbəbi  daha  dərindədir. 
Bu  səbəb  isə  demokratik  müəssisələr  əleyhinə  olan  etibarsızlıqdan 
ibarətdir.  Müsəlmanlar  arasmda  çörək  kartoçkası  əleyhinə  propağan 
vardır.  Bu isə inqilaba xəyanətdir.
Məsələnin bu şəkildə  göstərilməsi hoqiqətin tamamilə xiläfmdadır. 
Həqiqət xilafında olmaqla bərabər fitnəəngizdir.  Çünki hər bir bəlam, 
hər bir hərokəti sui-qəsdçi “müsəlmanlar”la “burjuylar”a təhmil etmək 
surətilə anlatmaq, köhnə üsuli-idarənin hər bir hərəkəti “yəhudilər”ə və 
ya “kromolniklor”ə isnadla aydınlatmasma bənziyor.
İyunun birində vaqe olan iğtişaşın səbəbi, ərzaqçılar həqiqəti örtmə- 
sinlər, heç şübhəsiz ki,  ərzaq komitəsinin hazırsızlığı üzündən hasil ol- 
muşdur.  İyunun biri  elan  olunmuş ki,  çörək, un kartoçka ilə veriləcək. 
O gün isə kartoçkalar tamamilə paylanmamışdır. Bunun nəticəsində isə 
xəlqdən bir qismi  çörək və un  ala bilməmiş.  Bundan əlavə  zəhmətkeş- 
lər,  əmələlər,  əzcümlə  hammallar,  fəhlələr  həqqində  verilən  qərardan 
xəbərləri olmayıb  öylə zənn etmişlər ki,  onlara gündə bir  girvonkədən 
artıq  çörək  verilməyəcək.  Halbuki  həqiqət  əksinə  imiş.  Hammal  iki 
girvənkə ala bilərmiş. Fəqət bu həqqini iyunun birində nə biliyor, nə də 
ondan  istifadə  yolu  kəndisinə  göstəriliyordu.  Heç  şübhəsiz  ki,  hər  bir 
izdiham hərəkətindən  əhli-qərəz istifadə  edər.  Fəqət əhli-qərəz heç bir 
zaman səbəb olmayınca qərəzlərini  işlətə bilməzlər.
Deyilir ki, müsəlman cəmaəti demokratik müəssisələrə etimad etmi- 
yor.  Bütün iğtişaşların da səbəbi bu imiş. Məntiq icab edərdi ki, bu de- 
mokratik müəssisələr yerli xəlqin etimadını cəlb edəcək bir halə qoyul-
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin