210
işçilər məsələsi əlbəttə özlərinə aid xüsusi bir işdir. Onu işçilər syezdi
həll etmək gərəkdir. Dərs və təlim işləri türk balaları üçün ümumi öl-
mağa görə işçilər arasında da təlim işləri yaxşı yola qoyulmaq lazımdır.
Tatar işçiləri ağır bir halda yaşıyorlar, onlar təlim görmüyorlar. Onla-
rı unutmamaq gərəkdir. Onların dili, dini bizim ilə birdir. Binaənileyh
dini və milli ehtiyaclar bir olaraq görülməlidir. Zənginlər və molla-
lar kibi onlara da məktəb, ədəbiyyat, musiqi və başqalar lazımdır. Bu
məsələlərdə biz işçilər ilə şərikiz. Amma başqa işlər işçilər syezdində
həll edilməlidir. Ömər Əfəndinin bu təklifi səsə qoyulub nəticədə qəbul
ediliyor.
Sonra yer məsələsi həqqində Şakir Əfəndi Məhəmmədyarov yer
şöbəsi naminə məruzə oxuyor. Yer məsələsi həqqində şöbəriin təklifi
ilə aşağıdakı qərar qəbul edildi:
1)
Bätün yerlər: xəzinə, xalisə, monastr yerləri və həmçinin xüsusi
mülklərdəki yerlər cəmaətin öz əlinə keçsin, yer üçün vəz edilmiş xüsu-
si mülk qaidələri bitirilib, yer alıb sätmaq mən edilsin. 2) Öz zəhmətilə
yer işlərilə məşğul olmaq istəyən hər adam yerdən faidələnməgə
həqlıdir. Bu həqqə ayrı-ayrı adamlarla bərabər yer işçiləri cəmiyyətləri
və şirkətləri də malik olsunlar. 3) Yer təsərrüf etmək yer əkən cəmaətin
əlində olsun. O zamanlar, günlər və sair ümumin mənfəətdar oldu-
ğu yeriər geniş əsas üzrə qurulan məhəlli idarələr təsərrüfündə olur.
4) Yerin cəmaət ixtiyarına keçməsindən zərərdidə olanlara müvəqqəti
olaraq yardım edilir. 5) Bir yerdən şəhər və ya ki dəmir yoluna yaxın-
lığı cəhətdən gələn artıq faidələr cəmaətin məarifi üçün əxz edilər. 6)
Yer almaqda ən əvvəl yer işlərilə məşğul olan və həmçinin mal sax-
layan məhəlli cəmaətin həqqi nəzərdə tutulmalıdır. Artıq olan yerlər
başqalarma verildikdə məhəlli cəmaətin bu yerləri qan qardaşlarımı-
za verilsin - deyə edilən arzui yerinə yetirilsin. 7) Dövlət və məhəlli
idarələr yer məhsulatınm tərəqqisinə, mədaxil götürməsinə hər cürə
müavinətdə bulunmalıdır.
Buna görə yer işləri üçün məktəblər açmaq və istiqraz işlərini yün-
gülləşdirmək lazımdır. Cəmaətə yer üçün ən lazım olan əkin maki-
nələri qayırmaq üçün zavodlar, hər cür material skladları təsis etmək
gərəkdir. Əkin işlərinə yardım etmək üçün dəmir və şosse yolları sa-
lınsın, əkiflçi cəmiyyətlərinin birləşmələrinə yardım edilsin. Cəmaətin
211
kredit məsələsində əl sənətləri işlərində hər cür təşəbbüsatda bulun-
mağa, cəmaətin birləşib işləmələrinə yol açılsm. Əkin mümkün olan
meşəliklərdə yaşayan cəmaətin zəhməti nəzəri-etibarə alınsm. Bat-
laq olan yerlər qurudulub, qumluq olan yerlər düzəlsin. Əkinçilərə
təcrübə və nümunə üçün ayrılmış kiçik yerlər və mədəni baxçalarm
bəqası təmin edilsin. Köçərilərə xəzinədən yardım edilsin və əlhasil
yer işlərinə o qədər yardımlar edilsin ki, yer işlərilə məşğul olan
cəmaət az zəhmətilə çox mənfəətlər alsın. 8) Yer məsələsi bütün cəmaət
faidəsinə ancaq Məclisi-Müəssisanda tamam mənasilə həll ediləcəkdir.
9) Buna görə bütün Rusiya müsəlmanları qurultayı hər yerdə asayişi
mühafizə edib müsəlmanlara rahət durmalarmı tövsiyə etməlidir. 10)
Məclisi-Müəssisana qədər yerə mütəəlliq olan məsələlərdə bütün Ru-
siya kəndçiləri syezdinin qəbul etdikləri qərarlara etibar edilsin. Mü-
səlman kənçiləri hər yerdə birləşib əkinçilər cəmiyyəti düzəldirlər.
Bu cəmiyyətlər məhəlli müsəlman büroları və həm rus kəndçiləri
komitələrilə blok düzəldib iş aparıyorlar. Bu cəmiyyətlərə bir mərkəzdə
birləşib müsəlman kəndçiləri ittifaqı düzəltmək lazımdır. Bu ittifaqm
vəkilləri Rusiya müsəlmanları şurasmda bulunurlar.
Doqquzuncu məclisin davamı
Yer məsələsi tamam olduqdan sonra Məhəmməd Əmin Əfəndizadə
növbədən
X a r i c
söz alaraq diyordu ki:
“Rusiyada əsir düşən türk əskərlərinin halı pək ağırdır. Əski
hökumətin zülm və cəbrdən ibarət qanunları imdiyə qədər təbdil
edilməyib beynəlmiləl qanunlara müraat olunmayır. Samara və Sız-
ran quberniyalarmda minlərcə türk əsirləri məşəqqətli hallara davam
gətirməyib öldülər. Biz millətdaşlarımıza böylə zülm vo cəbr edilmosinə
əsla razı degilİz. Rica edirəm, syezdə böylə ağır hallara diqqət verilib
onlara yardım yolunda bir təşəbbüsdə bulunulsun”.
Bu təklif onuncu məclis tərəfindən artıq dərəcədə təsirlə qəbul
edilərək lazım gələn yerlərə müraciətlə çarəsinə baxılmaq işi heyəti-
rəyasətə tapşırılır.
212
Onuncu məclis
10-cuməclis 9 may axşam saət 6-da Ayaz əfəndinin təhti-sədarətində
açılıyor. Rəis növbətdəki məsələləri elan ediyor:
1) Qadm, qız məsələsi,
2) Əskəri təşkilat.
Bu məclisə qadm və qız məsələsinə dair üç məruzə daxil ediliyor:
1) Kazanda 24-27 apreldə olan müslimələr syezdinin bu məsələ xü-
susundakı qərarları həqqində İlhamiyə Tutaş Tuqnarovun məruzəsi.
2) Ümumsyezdin qadm-qız məsələsinə dair şöbənin qərarlan
həqqində Fatimə Tutaş Güləhmədovanm məruzəsi.
3) Qadın-qız müsavatma şəriətin nasıl baxdığı həqqində Musa Ca-
rullah əfəndinin məruzəsi.
Musa Carullah əfəndinin məruzəsi ayə, hədis və müctəhidlərin fi-
kirlərinə bina edilib qadmların islam şəriətincə kişilər ilə bərabər hü-
quqda olduqlarını söylüyor. Müşarileyhin bu məruzəsi qayət böyük bir
ciddiyyətlə istima edilib tez-tez alqışlanıyor.
Qadın-qız məsələsi həqqində bir çox natiqlərdən soiıra İlhamiyyə
Tutaş xanım müslimələr syezdində qəbul edilmiş atidəki qərarları oxu-
yor və bu qərarlar tamamilə əksəriyyəti-ara ilə qəbul edilir. Qadın-qız
məsələsi həqqində verilən qərarlar bunlardır:
1)
Şəriətcə qadın və kişi bərabərdir. 2) Şəriətcə qadınlarm siyasi
və ictimai işlərə qarışmağa həqləri vardır. Buna görə qadmların seç-
ki işlərinə qarışmaları lazımdır. 3) Şəriətdə qadmlara hicab yoxdur. 4)
Qadmları müsavi hüquqlu bulunan millətlərin qüvvətli olmalarından
və həm qadmlar qanun qoyan məhkəmələrdə hazır olduqda özlərinin
müsavi hüqüqda olmalarmı feliyyətə çıxarmaq mümkün olduğundan
müslimələr: bütün siyasi hüquqda kişilər ilə bərabər olsunlar. Qadınlar
el qurultayına seçmək və seçilmək həqqinə malik olsunlar. 5) Seçmək
və seçilmək işləri müslimələr üçün yeni bir işdir. Binaənileyh əgər qa-
dmlar bu vəqtə qədər ictimai işlərə qarışıb ögronməmiş olduqlarından
və ərlər də qadmların scçki yerlərinə getmələrinə qarşı durmaq ehti-
malı olduğundan xəlqimizin yarısı olan qadınlarımızın səsi yox olma-
maq üçün el qurultayma seçkilər vəqtində hər bir müslimənin seçkiyə
qarışması borc dsun. Müslimələrə səs vermək üçün kişilərdən ayrı
213
yer verilsin. 6) Rusiya müsəlmanları arasmda qız və oğlanlar rizala-
rı olmadan nikah oxumaq çox olub bu iş: ailə hoyatının narahatlığı-
na və o ailədə böyüyən balaların bədboxtliginə sobob olduğundan ni-
kah vəqtində qız ilə oğlan hazır olsunlar. 7) Çox vəqt ailədə ər ilə ar-
vad arasında uyuşmazlıq olduğundan qadm ərindən ayrılıb gediyor. Bu
surətdə ər arvadma talaq verməyincə bu iş: qadın üçün cəbr və ailədəki
balaların tərbiyəsi üçün zərərli olduğundan nikah vəqtində dəftərə qeyd
etməlidir ki, əgər ər ilə arvad arasında uyuşmazlıq olsa qadmın ərindən
ayrılmağa həqqi vardır. 8) Türkistanda, Qafqasiyada və Qazaxıstanda
11-12 yaşmda qızları ərə vermək adət hökmünə girdigindən bu iş qa-
dmlarm zəiflənmələrinə, vəqtsiz ölmələrinə və həm də zəif bala yetiş-
dirib gələcək nəslimizin zəif və gücsüzliginə səbəb olduğundan Rusi-
yanm gərək şimalxnda və gərək cənubunda 16 yaşından əksik bulunan
qxza nikah oxunmasın. 9) Millət balalarınxn sağlam olması üçün və həm
də ailə bəxtsizliklərinin məbdəyi ər və ya qadmın yoluxma naxoşluq-
lara mübtəla olduğundan irəli gəldiginə görə öylə bədbəxtliklərin önü-
nü almaq üçün nikah vəqtində oğlanm da, qızm da yoluxma naxoşluq-
larınm olmadxğına əllərində şəhadətnamələri olmalıdır. 10) Çox vəqt
olur kı, bir ər əvvəlki qadınm üstünə ikinci bir qadm almağı və həm
əvvəlki qadınlarınm bir eybi olmadığı halda onları özlərindən ayırma-
ğı bir adət olaraq qəbul etdiklərindən bu oyun-oyuncaq kibi işlərin sui-
nəticəyə səbəb olduğunu etibara alıb nigah vəqtində kişinin dilindən
bir kağız almalıdır ki, arvadınxn üstünə ikinci bir arvad almasm. Əgər
başqa bir səbəb ilə ikinci bir qadm alsa əvvəlki arvadını ayırıb nəfoqo-
sini versin. 11) Qazaxıstanda qız uşaqları hələ kiçik ikən ataları onla-
rı qalun1 malma satırlar. Sonralar ev qızları ərlərindən ayrılmaq üçün
təlaş edirlər, o halda onlar qalun mallarmı qaytarmağa məcbur olur-
lar. Binaənileyh qazax qızlarınm hüquqlarım etibara alıb onlar ərə
getdikləri vəqt qalun malı alınmasm. 12) Bəzi səbəblərdən dolayı bir
çox qadınlar ümumxanələrə girməgə məcbur olurlar. Ondan sonra on-
lar bu bəladan qurtarmağa çärə axtarırlarsa da bir şey edə bilmiyor-
lar. Çünki fəhş xüsusundakı qanunlara görə onlar ömürlük bədbəxtligə
məhkumdurlar. Ona görə fahişəxanələr və fəhş xüsusundakı qanunlar
aradan götürülsün.
1 qalun: mehrdən başqa bir şey olub qızı atasmdan aldığı vəqt verilən şeydir.
214
Bu qərarlar olduğu kibi qəbul edilir. Ondan sonra yuxarıda da
məzkur Fatimə Tutaş Güləhmədovanxn oftıduğu iki maddəli qərar dəxi
cüzi bir təshih ilə qəbul edilib yuxarıdakı qərardadlara əlavə edilir. 0
iki qərar bunlardır:
1) Müslimə qadınlar bütün siyasi və mülki hüquqda ərlər ilə
bərabərdir.
2) Təəddüdi-zövcat insaniyyət və ədalətə müxalif olduğundan bu:
qəti surətdə pislənilməlidir.
Burada 15 dəqiqə tənəffüs elan edilir.
Qadm, qız məsələsindən dolayx 203 imza ilə mollalar tərəfındən bir
protesto elan edilmişdir ki, bunun təfsilatı sabah.
Tənəffüsdən sonra əskəri təşkilat həqqində Krımdan gələn vəkil
polkovnik Əliyev rus dilində bir məruzə oxuyur və bu məruzə mənasif
tərəfindən tərcümə edilir.
Məruzələrdən sonra əskəri təşkilat həqqində atidəki qərarlar qəbul
edildi:
1) Əskərligə alınmaq bütün-bütünə yetirilsin və imdiki qaidə ilə ol-
masın. Militarizmə qarşı durmaqla bərabər daimi əskər olduqda milli
əskər olsun. 2) Müharibə qurtanb daimi əskər olduqda ayrı müsəlman
əskəri firqələri düzəlsin. 3) Bu firqələrin komandanları, zabitləri
müsəlmandan olmalıdırlar. 4) Bu əskərlər özlərinin alındxqları yerlərdə
xidmət etsinlər. 5) Hal-hazırda müharibə səfindəki müsəlman soldat-
larmın bir diviziyada olanları haman diviziyanın bir polkuna cəm
edilir. Qarnizondakı müsəlman əskərləri də bir polka yığılsmlar. Bu
polklarda müsəlman aşxanaları olsun. 6) Müsəlman əskərləri yığılan
hər alaylara alay keşişləri ilə bərabər hüquqda alay mollalan seçilib
təyin edilsinlər. 7) Müsəlman əskərlərinə yardım üçün müsəlman tibbi
firqələri düzəlsin. 8) Hər hifzüssihhə qatarxna 2-3 müsəlman xidmətçisi
qoyulsun. 9) Cəbhəyə yaxxn əskəri xəstəxanələrdə müsəlman xadimləri
olsun. 10) Bu qərarların 5,6,7, 8 və 9-cu maddələri təxirə salınmayaraq
215
mövqei-ierayə qoyulsun və bunu tələb etmək üçün hərbiyyə vəzirinə
müraciət edilsin.
’
Bu qərarlar qəbul edildikdən sonra növbətdəki məsələ idareyi-
ruhaniyyəyə müvəqqəti müfti və (6) qazi seçmək məsələsidir. Bu seç-
ki məsələsini idarə etmək üçün bir komissiyə tərtib verilsin. Müfti və
qazılığa namizədlər təyin etmək üçün heyəti-rəyasətə bir çox zapiska
(müxtərə)lər verilir. Bu müxtərələrə görə 55 namizəd göstəriiir, şar ilə
seçdikdə bu qədər adamı səsə qoymaq mümkün olmadığmdan (çün-
ki şar salman qutular 14 danədir) bu namizədlər arasmda səsə qoyu-
lacaq adamları kağızda yazmaq üsuli ilə seçməgə qərar verilir. Vəqt
keçdigindən bu seçki məsələsi 11-ci məclisə təxir edilir.
On birinci məclis - 1 0 may
Məclis gündüz saət 11-də açılır. Buxara vəkili Berdiyev növbətdən
xaric söz alaraq hürriyyətin Buxarada nə cürə qarşılandığı, Buxara
idarəsinə və Buxaradakı tərəqqipərvər sinfinə necə təsir bağışladığı-
m və Buxara cavanlarınm nə kibi hərəkət və təşəbbüsdə bulunduqları
həqqində müfəssəl bəyanat verir. Bu bəyanat məclis tərəfindən qayət
ciddi bir təsir ilə dinlənir.
Bundan sonra mollalar tərəfindən daxil edilmiş 203 imzalı protest
elart edilir. Bu mollalär qadm-qızlara siyasi, ictimai və ailəvi hüquq-
lar, fəqət şəriətə sığdığı qədər verilərək ondan artıq verilməməsini tələb
edirlər. Bununla bərabər onuncu məclisdə qəbul edilən qərarlara pro-
test edib təəddüdi-zövcat həqqində syezdin qərarma qoşulmadıqları-
nı açıqdan-açığa bildiriyorlar. Bu protest intisar edilmədigindən məclis
tərəfindən gülünc bir hal ilə qarşılamr.
Syezddə hazır olan Türkistan vəkilləri də növbətdən xaric söz alıb
syezdin yer məsələsi və qadm-qız məsələsi həqqindəki qərarlarma
protest edirlər. Bu vəkillərin nöqteyi-nəzərlərinə görə yeri mülkdar-
lär və dövlətlilər əlindən alıb kəndçilərə vermək, yeri cəmaət mül-
ki etmək şəriətə xilaf imiş. Buna görə bunlar yer məsələsinin böylə
həll edilməsini Türkistan üçün qəbul etmiyorlar və diyorlar ki, “Əgər
216
syezdin bu qərarı Türkistan üçün də çıxarılmışsa biz buna qarışmıyo-
ruz. Və əgər Türkistanı istisna edib də Rusiyanın başqa yerləri üçün bu
qərarları vermiş isəniz o vəqto biz bu qərarlara qoşularız”. Türkistan
vəkilləri qadın-qız məsələsi həqqindəki qərarlara da məmnuniyyət edib
şəriətcə iş görməgi lazım bilirlər. Türkistan vəkillərinin bu iki protestə
qol qoyan kişilərin sanı 7-8-dən artıq degildir.
Növbədən xaric ərznamələr tamam olduqda növbədəki məsələlərə
baxılmağa başlanır.
Birinci məsələ “Milli Şura” toşkil etmək həqqində
Bu məsələ xüsusunda 10-cu məclisdə Ömər əfəndi Terequlov tərə-
findən bir məruzə oxunub məsələ açıq qalmış idi. Bu gün məsələ
qaldırıldıqda Ayaz əfəndi İshakova söz verilir. Ayaz əfəridi mə-
sələnin əhəmiyyəti və milli şuranın necə təşkil edilməsi lazım oldu-
ğu həqqində mükəmməl və müfəssəl bir məruzə oxuyur. Milli Şura
üstünə yüklənəcək vəzifələr və onunla məhəlli təşkilatlar arasmdakı
münasibətin necə olması və nə kibi əsaslarüzrə bina edilməsi Məclisi-
Müəssisana seçkilər başlanmcaya qədər necə xətti-hərəkət tutulması-
nın lazım olduğu həqqində müfəssəl məlumat veriyor. Ayaz əfəndinin
bu məruzəsi bütün Rusiya müsəlmanlarmı birləşdirmək, uyuşdur-
maq, bir yola salmaq həqqində olduğundan qayət ixlas ilə istima edilir.
Məruzəsinin axırmda “Milli Şura” təşkil etmək üçün syezd tərəfindən
qəbul edilməsini xahiş edib on maddədən ibarət bir qərarnamə təqdim
edir. (Ayaz əfəndinin təqdim etdigi maddələr on ikinci məclisdə bir-bir
baxılıb cüzi bir təbəddülat ilə qəbul edildigindən bu maddələr on ikin-
ci məclisin hesabına qalır).
Ayaz əfəndinin məruzəsi tamam olduqdan sonra bu məsələ həqqində
müzakirə başlanır. Bu barədə bir çox natiqlər rəylərini diyorlar.
217
On ikinci məclis
Məclis Fateh əfəndi Korimovun təhti-rəyasətində açılır.
Birinci məsələ: Məclisi-Müəssisan seçki üsuli məsələsidir ki, bu
barədə syezd iş bu qərarları qəbul etmişdir;
1) Seçkilərdən əvvəl müsəlmantar öz aralarmda bütün demokrat
firqələrin birləşməsindən ibarət bir ittifaq tərtib etmək lazımdır.
2) Məclisi-Müəssisan və məhəlli idarə üzvlər intixab edildigi vəqt
başqa xəlq firqələrilə birləşməli. Fəqət bu trudoviklərdən sağda olma-
yan firqələr ilə mümkündür. Çünki ancaq ictimaiyyun firqəsi rus olma-
yan xəlqə həqiqi mənasilə geniş hüquq verir. Bu məsələ tamam olduqdan
sonra “Milli şura” məsələsinə keçilir. Bu barədə Ayaz əfəndi söz alıb
on birinci məclisdə oxuduğu məruzənin maddələrini və qərardadlarını
oxuyur ki, onlar da bunlardır:
1) Bütün Rusiya müsəlmanlarmın syezdi, Rusiya müsəlmanları
arasmdakı bütün siyasi uyuşma və firqələrin birlikdə hərəkət
etmələrini və müştərək bir yol tapmalarmı lazim bildi. 2) Syezd Rusi-
ya müsəlmanlarmı o müştərək yol ilə aparmağı felə çıxarmaq üçün bü-
tün sinif və qəbilətərin vəkillərindən mürəkkəb bir şura seçilməsini la-
zım bildi. 3) Syezd Milli Şura əzalmın otuz adamdan mürəkkəb olma-
sını qəbul etdi. Bu əzalar aşağıdakı qaidə üzrə təqsim edilir:
a) Türkistan, Buxara və Xivədən yeddi (Buxara 2, Xivə 2, Rusiya
Türkistanı 3), Qafqasiyadan 5, Krımdan 2, Qazaxıstandan 5, Litva ta-
tarlarından 1, Daxili Rusiya tatarlarından 10.
b) Bu seçki hər bir ölkənin öz ixtiyarma tapşırılmalıdır.
c) Syezd hər bir ölkədən mümkün qədər qadınlarımızm şuraya
seçilmələrini lazım bildi və bu işi ölkənin özünə tapşırdı.
4)
Syezd müsəlman xəlqini şu müştərək yol ilə aparmağı Məclisi-
Müəssisan açılmcaya qədər “Milli Şura” üzərinə qoydu. 5) Syezd
Məclisi-Müəssisana qədər bütün yerli cəmiyyətlər və təşkilatlarımızm
syezd qərardadma müvafiq olan Milli Şuranın hər bir qərarma əməl
etməsini lazım bildi. 6) Syezd Milli Şuranın arasından 12 adamdan
ibarət bir Baş Komitə ayrılmasım lazım bildi və bunu Mitli Şuramn
özünə həvalə etdi. 7) Syezd Baş Komitə ilə ölkə komitələri və yerli
komitələr arasmdakı münasibətin nə üsul üzrə olmasını Milli Şura-
218
ya tapşırdı. 8) Baş Komitənin yeri hökumət duran yerdir. Milli Şura-
nm başqa əzalarımn yeri isə şuranın qərarı ilə təyin edilir. 9) Syczd
Məclisi-Müəssisana seçki üsullarım təyin etmək üçün 5-i avqustdan
gec olmamaq şərtilə Rusiya müsəlmanları vəkillərinin ikinci syezdinin
düzəlməsini lazım bildi və bu işi Milli Şuraya tapşırdı. 10) Syezd Milli
Şuraya “Rusiya Müsəlmanları Şurası” deyə ad verdi.
“Açıq
söz”,
2 1 ,2 3 ,2 6 ,2 8 ,2 9 ,3 0 ,3 1 may, 2 ,4 , 6, 7 ,8 ,1 2 ,1 3 iyun 1917,
JV®478, 479,481, 482,483,484, 485,487,488,
490,491,492,495,496
Şərit - tent
Şəbə - tayfa
Same -- eşı’dən, qulaq asan
Məşum - uğursuz, bədbəxt
Təsərrüf - zəbt etmə, yiyətənmə
Ü rf - adət, hökm, tədbir
Müvərrix - tarixçi
Kəşşaf - kəşf edən, kəşfiyyatçı
Müəzzin - azançı
Mütəvəlli - müdir, idarə başçısı
Mütədəyyin - dindar
Möhtəsib - dini və əxlaq işlərinə nəzarət edən məmur
Müxtəri — ixttira edən, icad edon, yaradan
Məhfuz - mühafizə olunmuş
Vase - geniş
Təşxis - tanıma, ayırd etmə
Mücəhhəz - hazırlanmış
Mazi - keçmiş zaman
Mərcə - müraciət edilən yer, adam, idarə
Mübəttər - yarımçıq
Nədvə - yığıncaq
Mövəddət - dostluq, xeyirxahlıq
Nəfy - sürgün, uzaqlaşma
Təəddüdi-zövcat - çoxarvadlıhq
219
Moskva müsəlman syezdində
oxunan Salikov məruzəsi1
Siz biliyorsunuz ki, müvəqqoti hökumətin müttəfiqlərimizə xitabən
vermiş olduğu notamn bu nöqtolori məmləkətdə nə qədər narazılığa
bais olmuşdur. İş hətta küço müsadimələrino qədər vardı (Petroqradda
19-21 aprel hadisələri).
Maym 27-də müvəqqəti hökumət tərəfindən verilmiş olan
bəyannaməyi izah edəcək olan nota demokratiyanm protestosundan
naşı özü izahata məruz qaldı. Müvəqqəti hökuməteə “qəti qələbə” və
“möhkəm sülhü təmin” sözlərindən nə tövr anlaşıldığı izah edilmə-
li oldu. 1917 sənəsi 18 apreldə müvəqqəti hökumətin müraciətnaməsi
verilən izahatm ən maraqlı yerləri budur:
“Məlumdur ki, bu notada düşmənə qoti qələbo çalmaqdan bəhs
edilərkən 27 mart bəyannaməsində qeyd olurimuş məqsədlərə yetişməsi
nəzərdə tutulmuşdur. Haman məqsədlər isə böylə bəyan edilmişdir:
“Müvəqqəti hökumət özünün mənəvi borcundan hesab ediyor
bəyan eləsin ki, azad Rusiyanm məqsədi sair millətlərə ağalıq etmək,
onların milliyyətinə əl atmaq, zor ilə özgələrin yerini almaq degil,
millətlərin özü-özünü idarə etmələri əsasilə möhkəm sülhə nail ol-
maqdır. Rus milləti öz qüvvə və iqtidarmı sair millətlərin hesabına
gücləndirmək istəmiyor. O heç kəsi təhti-hakimiyyətinə almaq və al-
çaltmaq istəmiyor. Ali ədalət naminə rus milləti polyaklann zəncirini
açmışdır. Fəqət rus milləti razı olmaz böyük müharibədən onun vətəni
əzilmiş və həyat qüvvəsi kəsilmiş çıxsın. Möhkəm sülhü təmin etmok
sözü ilə müvəqqəti hökumət təslihatm azalması, beynəlmiləl tribunal
təsis edilməsindən və sairdən ibarət biliyor”.
Bizə böylə gəliyor ki, müvəqqəti hökumətin bu bəyanatı da
şübhələrin hamısmı izah etmiş olmuyor.
1 1918-ci il yanvarm 2-də “Açıq söz qəzetində ” Şəkli-idarə həqqinda iki baxış (İki cür
hökumət)” sərlövholi bir xəbor dorc edilmişdir: “Moskva syezdində şəkli-idarə hsqqində
oxunmuş Əhməd bəy Salikov dokladı ilə Məhəmməd Əmin Rəsulzadə məruzəsini havi
siyasi bir risalədir. “Açıq söz” tərəfindən nəşr olunmuşdur. Qiyməti 15 qəpik. Satıcılara və
çox alanlara 12 qəpik”. Ş.H.
220
Rusiyanın əqd etmiş olduğu əhdnamələr və öhdəsinə götürdügü il-
tizamlar məsələsi haman əvvəlki kibi qeyri-müəyyən bir halda qalıyor.
Fəqət Rusiyanın müttəfiqlər ilə bağlamış olduğu əhdnamələrin nədən
ibarət olduğunu az-çox anlamaq mümkündür.
İştə, bu əhdnamələrdir ki, müharibənin həqiqi məqsədlərini bizə
açıq bildiriyor.
Milyukov özü “Müharibə məqsədləri” ünvanı ilə yazmış olduğu
bir məqaləsində (“Reç” qəzetəsinin ildə bir nömrə çıxan məcmuəsinin
1916-cı sənədə nəşr olunan nömrəsində) müttəfiqlər arasında bağlan-
mış olan əhdnamənin pərdəsini qaldırmışdır. Məqalədə deniliyor ki:
“... 1916 sənəsi fevrahnda doktor Dellon birinci dəfə olaraq
müttəfiqlər arasmda İstanbul ilə Dardanel həqqində bağlanmış olan
etilafnaməyi cahana bildirmişdir. Onun rəvayətinə görə Lamanşın bir
tərəfində Dalqasa (Fransa), digər tərəfində ser Kirey (İngiltərə) Rusi-
yanın bəyanatma diqqət vermişlərdir... Bəziləri güman ediyorlar ki, bu
qayət mühüm etilaf Puankare imperatora müsafir olan vəqt hasil ol-
muşdur. Digərləri fikir ediyorlar ki, bu etilafnamə daha iləricə Rusi-
ya ilə Fransa arasında dəniz əhdnaməsi bağlanan zaman əqd edilmiş-
dir. Bu xüsusda eyni zamanda həm Parisdə, həm də Londonda müza-
kirat icra ediliyordu. Böylə bir əhdnamənin bağlandığı Qərbi Avropa-
da xəbər verildikdən sonra Rusiyada dəxi bu xüsusi sükuta keçmək
lüzumu qalmıyordu. Dellonun bəyanatını Milyukov 1916 sənəsi 10
fevralda Q.Dumamn iclasmda xəbər vermişdir. Daha sonra rus par-
laman vəkillərini qəbul edərkən Askuyet söylədigi nitqində böylə bir
etilafnamə mövcud olduğunu açıq surətdə təyid etmişdi. Askuyet de-
mişdir ki: “Bən xatırlıyorum o günləri ki, deniliyordu Avropa və Asiya-
da Şərq məsələsinin həllində iki imperiyanm mənafeyi düzəlməyəcək
qədər yekdigərinə ziddir... Xoşbəxtanə haman yekdigərini anlama-
mazlıq günləri keçdi, imdi gərək İranda və Türkiyədə və gərəksə sair
yerlərdə mənafeyimiz toqquşduqda sədaqət və mütəqabil ehtiramı-
mızla gözləməgə qərar verdigimiz etilafa gəliyoruz. Bu xüsusi məşhur
xariciyyə vəziriniz Sazanov ilə rəfiqim Kirey arasında əqd olunmuş
etilafnamə qiymətsizdir”.
Dostları ilə paylaş: |