309
Bu ismlər haman vəqtilə “tərəqqipərvər blok” namı ilə məşhur olan
duma partiyasmm ərkanmdan olub son zamanlarda kəmali-şiddətlə de-
mokratik müəssisələrin dağılmasmı, Sovetlərin buraxılmasını tələb
ediyorlardı.
Bütün bu əlamətlər diqqətə alındıqda aşkar görünüyor ki, inqilab
bilzəruro alacağı nəticəyə yaxmlaşıyor. İnqilab dayanmayıb davam
ediyor. Siyasi anlayışlar və sinfi ixtilaflar arasındakı təzad getdikcə
dərinləşiyor və istər-istəmoz cəmaət iki düşmən qismə bölünüb daxili
müharibə bütün şiddət və dəhşətilə ərzi-rüxsar ediyor.
Bu gün Kornilov macərası yatırılsa belə, heç də təmin olunmamışıq
ki, yarın başqa bir macəra qarşısında bulunmayalım. Kornilov macərası
inqilabın intəhası degildir. Şübhə yoxdur ki, bu macəra dərinlənməgə
başlayan inqilabın təkrir edəcəgi mühəqqəq görünən macəralarmdan
olub, qiyama hazırlaşan kadetizmin cəsuranə bir cilvəsidir.
Bu cəsuranə cilvə kəndi qarşısında müttəhid və müttəfiq demokra-
tiya degil, zəif və yek-digərilə anlaşamaz ayrı-ayrı qüvvətlər görürsə,
o zaman bu gün zəif bir cilvədən ibarət olan “kornilovçuluq” qorxunc
bir irtica halmı alıb həqiqi hürriyyət əsasları tamamilə təhlükəyə məruz
qalacaqdır.
Böylə bir təhlükəyə meydanverməmək üçün vaqeələrin künhini an-
lamalı, intriqanın hanki tərəfdən gəldigini dərk eləməlidir.
Həqiqət və qaimi-idrak isə bizi vadar etməlidir ki, var qüvvəmizlə
hazırlaşaq, inqilabçı demokratiya ilə əl-ələ verərək hürriyyət və inqila-
bı müdafiəyə hazır duraq!
M.Ə.
“Açıq söz”, 1 sentyabr 1917, JV®556
İğfal - aldatma
Künh - mahiyyət
310
Diviziyamn bəyanatı
Kornilovun əksinqilab ordüsu içində diviziya da var. Bu əsəfli xəbəri
alır-almaz müsəlman təşkilatları inqilab hökumətini müdafiə üçün al-
dıqlan qətnamələrində diviziyanm mütləqa aldanmış olduğuna, yoxsa
diviziyanm hürriyyət əlöyhinə əbədiyyon çıxmayacağına ümidvar ol-
duqlarım bildirmişlərdi.
Onlar düşünüyor, biliyorlardı ki, diviziya Qafqasiya övladı isə dağ-
ların tərbiyə elədigi hürriyyətpərvərligə əks çıxamaz. Diviziyadakılar
müsəlman isələr, müsəlmanların əfkarı və amallarma zidd getməzlər.
Öylə də oldu. Dünki teleqraflarla alman xəbərlər diviziyanın həqi-
qətən də iğfal olunduğunu, Kornilov tərəfindən digər əskər qitəmati
kibi onlarm da başdan çıxarüdıqlarmı qət etdilər.
Diviziyanın bulunduğu yer daxilində bulunan müsəlman heyətinin
əzası böylə anlamışlar ki, diviziya əskərlərinin son dəqiqəyə qədər
hərəkətlərinin nə səbəbə olduğundan xəbərləri yoxmuş. Diviziya qitə-
mati əskəriyyəsi heyəti tərəfindən vaqeələrin mahiyyətinə aşina ol-
duqdan sonra bəyan eləmişlərdir ki, onlar daxili müharibə və siyasət
işlərindən kənarda olub Vəzifələrini ancaq vətəni düşmənə qarşı
müdafiədə görüyor.
Bu xəbərin müvafiq həqiqət olduğunda heç şübhə yoxdur. Bu böylə
ikən qəzetələrin gözəl bir şey bulmuş kibi bütün 70 minlik Kornilov
ordusu içində “Dikaya diviziya”yı ayırıb gözə soxmalarmın nə qədər
səhv və xəta olduğu anlaşılar. Bu ehtiyatsızlığı yalnız qəzetələr degil,
baş vəzir Kerenski özü do işləmişdir. Kerenski Kornilov əleyhinə ordu-
ya xitabən nəşr elədigi boyannaməsinin bir yerində diyor ki: “Kornilov
hürriyyəti müdafiə ediyorum - deyə Petroqrad üzərinə tuzemnı divizi-
yanı göndəriyor”.
Bununla ehtimal ki, baş vəzir və yainki onun ağzmdan alıb təkrar
edən qəzetələr Rusiya cəmaəti üzərində daha şiddətli bir təsir ha-
sil etmək istiyorlar. Fəqət təsir ardından qoşaraq onlar nə qədər bö-
yük bir yanlışlıqda bulunduqlarınm fərqinə varmıyorlar. Dərk etmi-
yorlar ki, əski ordu içindən ancaq bir qismini gözə dürtmək arzu olu-
311
nan nəticə kibi arzu olunmayan təsirlər də tövlid edəmiyor. İştə, bi-
rinci nəticəyi alalım, deyə hərəkət edildikdə ikinci təsirə göz örtmək
mülahizəsiz qəzetəçilərə yaraşsa da tədbirli ricali-hökumət bu kibi
tədbirlərin müavinətinə ariz ehtiyac göstərməməlidirlər.
Dikaya diviziyanm “tuzemligini” qeyd və təkrara ehtiyac görənlər
burasmı dəxi nəzərə almalıdırlar ki, bu diviziya nüfuz etibarı ilə “tu-
zemni” olsa da komanda etibarı ilə pək də “tuzemni” degildir.
Heyəti-zabitan əksərən ruslardan və qeyri-müsəlmanlardan ibarətdir.
Bir diviziya və ya polkovnik komandanca aldamla bilməsi isə aşkardır.
Heç şübhə yoxdur ki, 70 minlik Kornilov ordusunun ən birinci günah-
karları zabitlərdir. O zabitlər ki, Kornilov himayəsində xüsusi zabitan
cəmiyyətinə mənsub olub Kuçkov-Rodzyanko politikasma tabedirbr.
Diviziyadakı zabitlərin dəxi bu zabitan kompaniyasma mərbut olma-
ları möhtəməldir. İştə, bu nöqteyi-nəzərdən baxdıqda Qafqasiya divi-
ziyasınm Kornilova aldanışındakı “tuzemni”ligin mənası da anlaşılar.
Biz diviziyamn həqiqətən də iğfal edilmiş olduğu, kəndisinin bil-
mədən əksinqilab dairəsində bulunduğu və kəndisinin qətiyyən vətəni
düşmənə qarşı müdafiədən başqa bir məqsəddə olmadığı həqqindəki
xəbəri böyük bir təsəlli ilə eşitdigimiz kibi, Kornilov ordusu içindən
yalnız Qafqasiya diviziyasım ayxrıb da “tuzemni” diviziyayı gözə sox-
maq taktikasmdakı xətaya da o dərəcədə dilgiriz.
M.Ə.
“Açıq söz”, 3 sentyabr 1917, JV®557
Əsəf - təəssüf etmə
Qitə - hissə
İğfal - aldatma
312
Bakı kəndlərinin müqəddəratı
Bakıdakı mədən əmələbri israrla tələb ediyorlar ki, mədənlər
şəhərə bitişdirilsin. Eyni zamanda bunu da tələb ediyorlar ki, kəndlər
mədənlərə qovuşmasın.
Bu məsələdə müsəlmanlarm, müsəlman demokratiyasınm rəyi
məlumdur. Bu rəycə mədonlər şəhərə bitişdirilməməlidir. Bu bir.
Mədənlər kəndlərdən ayrtlmamahdır. Bu da iki.
Bu tələbdə hər şeydən əvvəl Bakı kəndlərinin mənfəəti nəzərə alm-
mışdır. Cəmaət idarəsi yalmz mədənlərə, yaxud yalnız şəhərə məxsus
olmayıb kəndbrdə də olm,ahdır. Həm də tezliklə olmalıdır. Kəndlərin
idarəsi isə zemstvo idarəsindən ibarət olacaq. Əgər Bakı kəndbrini
mədənbrdən ayırsamz məlum işdir ki, onları gəlir mənbəyindən
məhrum edəcəksiniz. Aşkardır ki, onlar suyu sıxılmış bir puçal kibi
atılacaqlar.
Bakı kəndlərini bibnlər biliyorlar ki, burada təbiət olduqca xəsisdir,
hasilxiz topraq azdır. Çöllər yalnız yağışm mərhəmətinə sığmıyorlar.
“Yağmadı, bitmədi” məsəli bəlkə də Bakıdan çıxmış zərbülməsəldir.
Kəndlərin güzəranı əksərən bağ bostanladır. Bu bostanlar dərin quyu-
lardan çəkilən sularla suvarılır. Bakı kəndbrinin geridə olduğu, yarı-
xarab bir halda bulunduğu hər kəsə məlumdur. Bakı “altun dibli”ligi ilə
məşhur ikən Bakı uyezdindəki kəndlər bəlkə də Rusiyanm ən ziyadə
məhrum mədəniyyət kəndbrindəndir, Bu kəndlərin əksərində bu günə
qədər məktəb degil, məktəbə bənzər bir şey də yoxdur. Doktor yox,
dəva yox, yol yox, poçta yox, heç bir şey yoxdur. Əgər az da olsa mək-
təblərdən, narodnı dumalardan, ambulatoriyalardan, xəstəxanalardan,
gecə kurslarından istifadə edə bilən mədən əmələsi öz günündən
həqqilə şikayət ediyorsa, Bakı kəndlisi, bu gecə-gündüzdə bəlkə də 24
saət işləyib doyunca çörək tapmayan kəndli əm əb, o qabarlı zəhmət-
keş, gördügü həqsizliyə qarşı edəcəgi şikayətə şikayətdən başqa bir ad
verməlidir.
Bakı kəndlisi gözliyordu ki, zemstvosu olacaq. Gözlüyordu ki, yur-
dundan almıb da uzaq məmləkətləri abad edən sərvətdən bir az da olsa
313
onun dərdinə sərf olunacaq. O düşünüyordu ki, əgər neft mədənçiləri
kəndlilərin ata-babalarmdan qalma sərvətlərindən bir qəpik də olsa
onlara sərf etmək istəmiyorlarsa, ədalət zamanı gələr; iş demokrati-
ya əlinə keçər. O zaman mədənlərlə kəndlər birlikdə uyezd zemstvo-
su təşkil edərlər. O zaman mədənlər kəndlərə həm maddətən, həm
də mənən kömək edərlər. Açılacaq məktəblərə, çəkiləcək şosselərə,
tikiləcək xastəxanalara yol tapıldığı kibi kəndisinə nisbətlə daha yük-
sək olan mədən əmələsi cəmaət işlərində də kəndisinə rəhbər olar.
Heyhat, böylə degilmiş, Mədən demokratiyası da mədən burjua-
ziyası kibi əlindəki parayı kəndlilərə vermək istəmiyor. Mədənçilər
mədənlərə məxsus zemstvo idarəsi istədikdə mədənlərlə kəndlərin
birlikdə zemstvo idarəsi ıstəməsi üçün diyorlardı ki, bu müsəlman
bəylərinin diləgidır. İmdi də mədən demokratiyası bu sözü təkrar
ediyor:
Kənd ayrı, mədən ayrı diyor. Mədənlərdə həyat başqa, mədəndəki
əhali də başqadır. Burada beynəlmiləl bir cəmaət yaşıyor. Halbuki ətraf
kəndlər hamısı mütədəyyin müsəlman cəmaətindən ibarət. Heç yararmı
ki, bu iki biri-birinə zidd olan cəmaətlər bir yerə yığılsın?! “B.Raboçi”
qəzetəsincə erməni burjuaziyası denilən mədənçilərin keçmişdə söy-
lədikləri sözü imdi də əmələ ideoloqları təkrar ediyorlar. Bu məsələdə
taqiyanosovlarla şaumyanlar birləşiyorlar.
Etiraf etməlidir ki, şaumyanlar taqiyanosovlardan daha ziyadə
müvəffəq oluyorlar. Çünki ikincilər kəndi diləklərinə müsəlmanlardan
tərəfdar tapa bilmədikləri halda, birincilər müsəlman sosial-demok-
ratlarını kəndilərilə həmavaz ediyorlar. “Hümmət” də uyezd zemst-
vosunun əleyhinə rəy veriyor. Füqərayi-kasibə tərəfdarları 80 minlik
kəndlinin mənfəəti ilə hesablaşmaq istəmiyorlar. Çünki onlar raboçi
tərəfdarıdırlar. “Kəndlilərin mənfəətini o dərəcədə müdafiə edirlər ki,
bu mənfəət raboçi mənfəətinə zidd gəlmiyə”.
Zaqafqasiya komitəsi tərəfindən göndərilən heyət öz “vəzifə”sini
gördü. Kəndlərin rəyini eşitmədən öz rəyini verdı.
Ramişvili ilə Arzinkyan lazım bildilər ki, mədənlər şəhərə bitişsin.
Topçubaşov isə kəndlilərin mənfəətini fəda edəmmədi. Zatən bunun
böylə olacağım əvvəlcədən də söyləmək olardı.
314
İmdi məsələ yenə Zaqafqasiya komitəsindədir. Əmələ ideoloqları
ümidvardırlar ki, məsələ onlann istədigi kibi həll olunacaq. Bununla
belə taktika üsuluna sadiq qalaraq təklif ediyorlar ki, əmələlər tazədən
qətnamələr çıxarıb tələb etsinlər ki, mədənlər şəhərə bitişdirilsin. On-
lar diyorlar ki:
“Erməni burjuaziyası tələb ediyor ki, mədənlərə ayrı zemstvo ve-
rilsin.
Müsəlman burjuaziyası tələb ediyor ki, uyezd zemstvosu olsun.
Demokratiya tələb ediyor ki, mədənlər şəhərə bitişdirüsin”..
Ey demokratiya nəzərində ögey olan türk kəndlisi, ey müsəlman
“fəqirpərəstləri” tərəfindən atılan zavallı zəhmətkeş, sən də səsini
yüksəlt, mitinqlər qur, qərarlar çıxar, de ki:
- Kəndçilər də istiyorlar ki, mədənlərdən ayrılmasınlar.
Sənin həyati mənfəətini bir takım fırqə mənfəətlərinə fəda edən de-
mokratlara de ki, uyezd zemstvosu müsəlman burjuaziyasmın degil,
sənin tələbindir!
“Harada mədən, orada mən!” şüarını təmin edən şey yalnız uyezd
zemstvosudur. Uyezd zemstvosunu inkar edənbr səni - ey var-yoxu
əlindən alınan kəndli - mədənlərdən ayırıyorlar. Sənin qan damarla-
rmı əmiyorlar. Sənin ətini kəmigindən ayınyorlar, səni yoxsulluğa,
dilənçihgə, mədəni səfaləto məhkum ediyorlar, Sən buna razı olma!
Qoyma göz görə-görə səni soysunlar.
Sən də ey müsəlman əmələsi, sən daha kəndlə əlaqəni üzməmişsən;
sən ki Tambov quberniyasından gələn raboçi kibi Bakı kəndlərinin ha-
lına nabələd degilsən. Heç kəs anlamasa, sən anlamalısan ki, mədəni
kəndlərdən ayırmaq, bostanı bulaqsız qoymaq kibidir. Razı olma ki,
sənin həmkəndlin, qardaşm, ailən susuz, bulaqsız qalsm. Razı olma ki,
uyezd bostanı bulaqsız, tərəqqi bağı bağbansız qalsın. Sən də kəndli
zəhmətkeşin səsinə səs verib tələb et ki:
Mədənlər şəhərə bitişdirilməyib uyezd zemstvosu təşkil olunsun!
M.O.Rəsulzadə
“Açıq söz”, 5 sentyabr 1917, JVe559
315
Cümhuriyyət elanı
Yaşasm cümhuriyyət!
İştə, Kornilovun əksinqilab toşəbbüsünə qarşı inqilabçı demokrati-
yanm qoti cavabı.
Sentyabrm 2-də müvəqqəti inqilab hökuməti iradeyi-məxsus
sədurilə Rusiyanın rəsmən eümhuriyyəti-idarəyə malik olduğunu elan
elədi.
Qanlı Nikolaym təxtdən düşdügi Mixayıl Aleksandroviçin kəndisinə
keçən hüquqi-hökmranidən istefa elodigi ilə Rusiya zatən cümhur tərə-
findən ı'darə o/unmaya başlamışdı. Kimsodon ötrü heç bir şəkk və
şübhə yox idi ki, Rusiya üsuli-idarəsi cümhuriyyət olacaq. Damşıq
cümhuriyyətdə degil, cümhuriyyətin şəklində idi. Əgər bu vəqtə qədər
inqilab hökuməti tərəfindən Rusiyanm rəsmən cümhuriyyət olduğu
elan olunmuyordusa, səbəbi o idi ki, zahirən də olsa Məclisi-Müəssisan
hüququna “təcavüz” olunmaq istənilmiyordu. Cümhuriyyət elanı bir
şərəfdir. Bu şərəf Məclisi-Müəssisanə saxlanıyordu. Fəqət xanədanə
monsub knyazkrın cünbişi, Niko2aym qaçmaq təşəbbüsündə olması,
Kuçkov-Kornilov-Milyukov intriqasmm açılması, varlı sinfm get-gedə
inqilaba qarşı ayaqlanması göstərdi ki, “rəsmiyyətpərdazlıq” çox da
ümidli bir tədbir degildir.
Qoy bütün təbəqati-millət bilsin ki, Rusiya cümhuriyyətdir.
Cümhuriyyət bir əmri-vaqedir. Heç bir müəssisə, heç bir qüvvət Ru-
siyada cümhuriyyətdən başqa bir şəkli-idarə bərpasma qadir degildir.
Sentyabrın 2-si Rusiyamn ən qaranlıq, ən fəlakətli və ən qorxunc
günlərində hasil olan ən böyük bir gündür. Bu günü ifadə edən kəlmələr,
tarixi-inqilabm qanlı səhifələri içində altun və bərcəstə hərflərlə yazıla-
caq kəlmələrdir.
Fəqət bu kəlmələrin safiyyətini baqi saxlamaq, onu çamurlardan
təmizləmək, daha sadə təmirlə əbədən cümhuriyyətə malik ola bilmək
üçün lazımdır ki, inqilabçı demokratiya tamamilə birləşsin, hər növ qi-
yam və dəfə hazırlaşsın, bu günə qədər irtikab etdigi xətaları təkrar
etməsin.
316
Kornilovçuluq heç şübhəsiz ki, əksinqilab cilvəsidir. Fəqət ona bu
cilvəyi verdirən heç şübhəsiz ki, demokratiyanın səmtligi, idareyi-inqi-
labı mətin əllərdə bulundurmamasıdır.
İmdi artıq demokratiya diksinmişdir. İmdi artıq şiddətli inqilab
hökumətinə iman gəlmişdir. Petroqrad Əmələ və Soldat Şurasmm vəzi
tamamilə dəgişmiş, bolşevik qətnaməsi əksəriyyət peyda etmişdir. Hər
nə qədər bu qətnamə icraiyyəti tərəfındən qəbul edilməmişsə də bö-
yük bir əhəmiyyətə malik olmaq heysiyyətindən ari degildir. Bu qət-
namənin birinci tələbi - cümhuriyyətin bilatəxir elanı - artıq bir əmri-
vaqedir.
Bu əmri-vaqei vaqeligində saxlamaq üçün fövqüzzikr qətnamənin
başqa tələblərindən bir çoxu, bilxassə sülh ilə milliyyət məsələsinə aid
olan tələbləri də əmri-vaqe halmı almalıdır.
Həqiqət də böylədir. Hərbin şiddəti, aclığın təhdidi altında qalan
xəlq, milli amallarınm hala qəbulə keçmədigini görən millətlər, hür-
riyyətin faidəsini sözdə degil, işdə görməyən kəndlilərlə əmələlər han-
ki bir qüvvənin, hanki bir saiqin təsirilə vətənpərvər kəsilər, inqilab və
cümhuriyyəti müdafiə edərlər.
- Heç!
İştə, “var” olmaq istəyirsək, bu “heç”i qaldıralım!
Kornilov macərası ilə Rusiya inqilabmm aldığı cərəyan bu “heç”in
qaldırılacağına ümid veriyor.
Ümidvar olalım!
M.Ə.
“Açıq söz”, 6 sentyabr 1917, JV®560
Bərcəstə - görkəmli
Baqi - daimi, əbədi
317
Türküstanlı qardaşlarımıza
Qəzetələrinizdə oxudum, sizdən bizə qardaşlıq salamı, biganəlik
pəyami gətirən həmvətənlərimizdən eşitdim: cəmaət işinə fövqəladə
əhəmiyyət veriyormuşsunuz. Mitinqləro, ictimailərə on minlərlə topla-
şıyor, seçkilərə də fövqəladə həvəs və maraq göstəriyormuşsunuz.
Bu halınız şayani-təqdir; nəticəsi də meydandadır. Daşkənd duma-
smm əksəriyyəti sizdə imiş. Zatən öylə də olması təbii. Başqa dürlü ola
bilərmidi?
Aramzda məslək nizaları varmış. “Şurayi-islamiyyə” cəmiyyətinə
qarşı “Üləma cəmiyyəti” mübarizə ediyormuş. “Şurayi-islamiyyə” ov-
zäi-zaman ilə aşina əhli-məarif siyähısı hazırladığı bir zamanda üləma
siyahısı mollalarla baylardan ibarət imiş.
Bəlkə də “Şurayi-islamiyyə” əzası doğrudan doğruya mübariz olub
bu mübarizədə məğlub olduqlan üçün acıyorlar. Bu acı onlarda bəlkə
də fəzlə infial hissi doğuruyor. Bəlkə də onlara rənglər daha kəsif gö-
rünüyor.
Fəqət buradan daha bitərəfanə baxdıqda belə üləma cəmiyyətinin
yanlış bir yolda yürüdügü görünüyor. Bu yanlış hərəkət yalnız üləmaya
degil, bütün Türküstana zərər gətirə bilər.
Bən istərdim ki, uzaqdan da olsa sözümü möhtərəm üləmaya
yetirəm.
Türkistan qəzetələrində oxuyuram. Daşkənd bələdiyyə iclaslarmda
üləma partiyası şurayi-islamiyyə siyahısı ilə keçən müsəlman qlasnıla-
ra etibar etməyib kadet ruhlu, qarä fikirli rusları belə öz tərəqqipərvər
müsəlmanlarına tərcih ediyorlarmış. Bu xüsusda o qədər inad və israr
göstərmişlər ki, dumada olan sosial-revolyusionerlər dəxi üləma firqə-
sindən etiraz eləmişlərdir.
Bu yaxşı siyasət degildir. Böylə bir siyasətdən millət faidə görəməz.
Üləma bilməlidir ki, tərəqqipərvər müsəlmanlar millətin istiqbalına
xadim üləmalardır. Onları işdən kənar etmək millətin istiqbalmı sədd
etməkdir. İstiqbalı sədd olunan bir millət iləriləyə bilərmi?
318
Görüyorsunuz, sizin öz tərəqqipərvərlərinizə nisbət bəslədiginiz
ədavət rus demokratiyasmı da incidiyor. Halbuki bugünki siyasət de-
mokratiyadan uzaqlaşmaq degil, ona yavuqlaşmaqdan ibarət olmalı.
Kadetlər və yainki onlardan daha sağda olan firqələr baylarm, üləmanın
xatirini oxşar sözlər söyləyə bilərlər. Bu cür demokratiyaya qarşı onlar-
dan istifadə etmək istərlər. Fəqət bunlar əbədiyyən müsəlmamn dos-
tu olamazlar. İstiqbahmız onlardan faidə görəməz. Onlar iş başı-
na gəlincə hər şeydən əvvəl, yəqin Türküstanı hürriyyətdən məhrum
edərlər. Yəqin millətlərə hürriyyət və muxtariyyət bəxş etməzlər. Şüb-
həsiz Daşkənddə ruslara məxsus ayrı duma təşkili fikrini iləri çəkib
köhnə hökumət kibi Türküstanı siyasi hüquqdan məhrum edərlər. On-
lar demokratiyanm düşməni olduğu kibi millətlərin də düşmənidirlər.
Diqqət ediniz, siz öz aranızdan çıxan adamlarımza yol vermiyorsu-
nuz. O zaman özünüz yola çıxmalısmız. Halbuki bunu yapmıyorsunuz.
Demək ki, yapamıyorsunuz. Başqasmı çağırıb işi ona tapşırıyorsunuz.
Hətta bu tapşırma işini də bilmiyorsunuz. Qoyunü qurda - Türküstam
kadetə veriyorsunuz.
Müsəlmanlar bütün qurultaylarında, qərarlarında içəri Rusiyada ol-
sun, Qafqasiyada olsun, Türküstanda, Qırğızıstanda olsun hər yanda
inqilabçı demokratiya ilə bərabər getməgə əhd etmişlər. Bu əhdə vəfa
etməlidir. Faidəmiz bundadır. Mənfəətimiz buradadır. Bu yoldan baş-
qa yol ilə getsək ayaqlarımıza tikan batar. Demokratiya yolundan baş-
qa gediləcək yol birahədir.
Biz öz tərəqqipərvərlərimizi anlamasaq demokratiya da bizi anla-
maz. Bu həm bizi, həm də inqilabçı demokratiyanı zəif düşürər. Onla-
rın zəifi isə bizim zəifmizdir. Bu gün Türküstan seçki ediyor, seçkilərdə
öz qüvvətini göstəriyorsa, ona bu həqqi verən rusların bayları, yaxud
keşişləri degil, əmələsi, fəhləsi, köylüsüdür. Onların işıq fikirli demok-
ratik ürəfasıdır.
Zaman artıq dəgişmiş, bu zamam idarə edən adamlar da dəgişməlidir.
Türküstanm şübhə etmiyoruz ki, üləmaya ehtiramı var, etibarı var.
Fəqət bu üləma zamanın iqtizasmı dərk etməzsə, o zaman milləti bö-
yük təhlükələrə, ağır zəhmətlərə, çəkilməz xəsarətlərə düçar edər. O
zaman əxlaf; əslafınm kəndisinə bahaya oturan bu ehtiramı hər halda
rəhmətlə yad eləməz.
319
Vəqtilə bizdə də üldma qismi əhli-məarifi özünə düşmən saydı. İmdi
də bu kibi dar fikirlilər, gödək nəzərlilər vardır, fəqət zaman onları
mülzəm etdi. İmdi onlar özləri cəmaət işinə qarışmaqla bərabər ürəfanm
bu xüsusdakı xidmətini təqdir ediyorlar. Biliyorlar ki, zəmanədə şərəflə
yaşamaq üçün zəmanə uyğun bilgi və silahlarla silahlanmalıdır.
Siz də böylə etməlisiniz, ürəfanızı kənar degil, işə qoymalı, onlar-
dan iş istəməlisiniz, yoxsa oturduğunuz şaxı kəsmiş olursunuz.
Biz qafqasiyalılar, Türküstanı, o baba yurdunu sevəriz. Biz o bö-
yük yurdun parlayacağına ümidlər bağlarız. Biz biliyoruz ki, Uluğbəy
rəsədxanası kibi abdat fənninə malik olan yurd fonn düşməni olamaz.
Biz düşünüyoruz ki, Fərabi ilə İbn Sina kibi filosoflar yetirən ölkə elm
və fənnə qarşı çıxmaz. Biz biliyoruz ki, yasası ilə dəmir ordular; tüzügi
ilə(l-) mətin qanunlar vəz edən Çingiz və Teymur övladı zamanın yasa-
sı ilə tüzügünü anlamaqdan məhrum bir hala gələməzlər.
Qoy Türküstan üləması ilə ürəfası arasına düşən anlaşmamazlıq
rəf olsun. Qoy Türküstandan bu ümidlərimizdə aldanmadığımıza dair
xəbərlər alınsın.
Qoy Daşkənd üləması göstərsin ki, onlar yalnız göydə uçarkən sü-
qut edən quşları degil (2), göyün üzündə uçuşan ayroplanları da görü-
yor, bunun üzərinə də düşünüyorlar.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 6 sentyabr 1917, JY®560
1) Yasa - Çingiz tərəfindən tərtib olunan ilk nizamnameyi-əskəriyyə
Tüzük - Teymur tərəfindən tərtib olunan məcmueyi-qəvanini-
mülkiyyədir.
2) “Əl-izah” qəzetəsindəki bir “məsələ”yə işarədir.
Pəyam - xəbər, sifariş
Niza - çəkişmə, qalmaqal
İnfial - utanma; acığı tutma
Birahə - dolanbac, dolama
Ə xlaf - xələflər
Ə slaf - sələflər
M ülzəm - ifşa etmək, üstünü açmaq
320
Bihudə toklifiər
Milli şuranm dünki iclası bir tərəfdən ümid və digər tərəfdən də yas-
h göründü.
Ümidlə göründü. Çünki bu günə qədər kəndilərini hər növ mil-
li və siyasi təşkilatdan uzaqda saxlayan siyasi təşkilatlarımız dəxi za-
manın əhəmiyyətini etirafla Milli Şuraya gəlməyi təhti-qərara almış,
məclisdə isbati-vücud etmişlərdi. Ümidlə göründü. Çünki bugün-
ki məclisdə kəndliləri də, əmələlər də vardı. Ümidli göründü. Çünki
artıq şura tamamilə cəmaət təşkilatları ilə siyasi cərəyanların hamısı
tərəfindən nümayəndələrə malik olmuş millətin bütün təbəqə, sinif və
məsləklərini göstərmişdi. Ümidlə göründü. Çünki məclisdə söylənən
nitqlərdən hamı böyük millət dərdi ilə dərdimənd idilər. Fövqəladə za-
mandakı fövqəladə müstövi-niyyət fikir və idrakı ilə müstəh görülü-
yorlardı.
Bu görünüş bilxassə siyasi firqələrlə daha sıx və daimi bir irtibat
bəsləmək üçün milli komitədə siyasi firqələrə məxsus nümayəndəlik
istəyən təklifin sürəkli alqışlar və əksəriyyəti-tammə alması ilə nüma-
yiş ediyordu.
Yasla göründü. Çünki xüsusi sinif və heyət mənfəətləri ilə ümumi və
milli mənfəətlər yan-yana gəlincə əvvəlincisi qələbə çaldı. Çünki dəlil,
sübut və məntiq degil, qızğın nitqlərə, hissiyyata toxunan sözlərə uyan
məhzər (auditoriya) bir saət əvvəl verdigi bir yığm qərarlarımn nəticədə
kəndisini nə mənasızlıqlara qədər vardığmı görüb hamısmı birdən fəsx
etmək məcburiyyətində qaldı.
Bir takım mənasız demaqogiyalarla qorxudulan kəndlilərlə
əmələlərin milli komitədə xüsusi nümayəndəlik istəmələri ilə izah olu-
na bilər. Onlara bu yer verilsə mənası da yox degildir. Çünki bunlar birər
sinifdir. Kəndilərinə məxsus sinif mənfəətləri vardır. Milli məsələlərdə
fəzlə sinifçiligə məhəl yoxsa da, qorxudulmuş sinifləri təskin üçün va-
qe olan təsəlliyi qəbul etmək mümkündür. Buna görə də əski qərarla
kəndlilərə də, əmələlərə də komitədə üçər yer verilmişdi.
321
Ancaq tələbə heyəti kibi sinif və firqə xaricində bulunan təşkilatiara
ayrıca yer imtiyaz vermək siyasiyyat ilə ictimaiyyətdə bisavad olmaq
deməkdir.
Tələbələr; şura natiqlərindən biri demişkən “qəhrəmani-millət”dirlər.
Digəri demişkən: füqəra və möhtacin millətə yardım etmişlər. Çox əla.
Qəhrəmanlıq, rəhmkarlıq başqa, hüquqi-ictimaiyyə və siyasiyyə baş-
qadır. Qəhrəmanlığa qarşı yerinə görə nişan, təqdir və alqış verilər.
Rəhmkarlığm mükafatı da zikri-xeyr ilə rəhmətdir. Bunların heç biri
siyasi bir hüquq istehqaqını təşkil etməz. Bir fərz tələbələr qəhrəmani-
millət və ya pəhləvani-şəfqət isələr - ki, buna şəkk edən yoxdur -
qoy onlar getsin xəlqin içinə, getsinlər firqələrə, əmələlərə, kəndlərə,
kooperativlərə, həmkarlar ittifaqına; oradan millətin etibarilə, etimadilə
vəkil olub gəlsinlər şuraya. Buna kimsənin sözü ola bilməz. Böylə
olunca millətin siyasi və ictimai işləri də yerinə gələr, tələbələr də öz
qəhrəmanlıq və rəhmkarlıqlarmm mükafatını mənən almış olurlar.
Tələbə olsun, müəllim olsun və ya başqa bir heyət və sinif olursa-
olsun, səyi, xidməti qarşısmda xüsusi imtiyaz degil, millətdən etibar
və etimad almaqla qane olmalıdır. Bilməlidir ki, hüquqdan ağa payı
olmaz.
Böylə vecsiz, məntiqsiz hüquq paylamağm nə kibi mənasızlıqlara
müncər olduğu isə haman aşkar oldu. Kimsə təhəmmül etmədi ki, hü-
quqda tələbələrdən geri qalsm. Haman bir müsabiqeyi-hüquqdur açıl-
dı...
Nəhayət, yasm ən böyügü oradakı üçüncü dəfə intixab olunan
komitə fəzlə firqəçilik və lüzumsuz “izzəti-nəfs” dəvaları nəticəsində
yenə bir takım narazılıqlara məruz qaldı.
Axınncı Şurayi-Milli iclası bir dəfə daha isbat etdi ki, nə kibi bir
seçki olursa-olsun, bütün təbəqati-nası və “izzəti-nəfs” dəvasma qalxan
bir çox nəfspərəstləri razı salamaz.
Aşkar surətdə anlandı ki, əhvali-ictimaiyyəmizin bu pis xəstəligi
ilə əmri-vaqe olan etirazlara güzəşt degil, həqsiz, hüquqsuz etirazlara
şiddətlə müqabilə, mübarizədə bulunmaqla çarə etmək olar.
Siyasi firqələrə, əmələlərə, kəndlilərə müstəqimən komitədə bulun-
maq imkam verildikdən və Milli Şurada bütün təbəqati-millət bulun-
duqdan və nümayəndəligin əksəri dəxi demokratik siniflərə məxsus ol-
322
duqdan sonra fəzlə dedi-qodulara, mənasız tələblərə, məntiqsiz izzəti-
nəfslərə meydan yox!
Meydan millət meydanı! Millətdəki zihəyat qüvvətlərin hamısına bu
meydanə gəlmək imkam verilmiş. Su səsin qərəzini dinlər. Çəkilsin
boşuna izzəti-nəfs dəvasmda bulunan zəhərli nəfslər! Vəqt bihudə
çəkişmələr vəqti, zaman Iüzumsuz mülahizələr zamanı degildir.
İnqilabdan altı ay tamamdır keçiyor. Biz hala komitə toşkili ilə
məşğuluz.
Bundan sonra vəqtdir ki, bir az da işlə məşğul olalım!
İş zamam gəlmiş, keçmişdir belə!
Öhdəmizdəki böyük mükəllifi düşünəlim də, bihudə təkliflərdən
vaz keçəlim.
Dostları ilə paylaş: |