Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild


Vilson nitqinin ikinci cəhəti



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   2   3   4   5   6   7   8   9   ...   37

Vilson nitqinin ikinci cəhəti
Bu  günlərdə  Amerika  rəisi-cümhuru  Vilson  müharib  dövlətlorin 
hökumət  nümayəndələrinə  təkrar  birər  nota  vermiş  və  bu  nota  ilə 
bərabər  kəndisinin  Amerika  məclisi-əyanında  söylədigi  xitabəsinin 
mündəricatmı  da  əlavə  qılmış  idi.  Müşarileyhin  mühariblərə  verdi- 
gi  notasının  mündəricatı  bu  dəfə  elän  qılmmadı.  Buna  görə  mətbuat 
hənuz  bu  xüsusda  bir  şey  boyan  edəmiyor.  Yalnız  şu  qodər  var  ki, 
müttəfiqlərin  bu  dəfəki  Vilson  notasına  cavab  vermiyocəkləri  teleq- 
raf xobərləri  cümləsində  bildiriliyor.  Bundan  böylə  bu notanm  nədən 
ibarət  olduğu  namolum  qalıyor.  Amma  nota  ilo  bərabər  təbliğ  etdigi 
xitabəsinin məzmununu və  anın ilqa  etdigi  təsiratı  dünki  nömrəmizdə 
müxtosərən  və  zimnən  yazmış  idik.  Fəqət  xitabənin  o  qismi  -   yal- 
nız insaniyyətpərvərano ehtisasət üzərinə  bina olunan  və  yalmz böylə 
hislərdən  nəbiyan  edən  mülahizələr  idi.  Qaldı  ki,  xitabənin  əhvali- 
hazirənin həqiqətinə (realm xüsuslarma) təəllüq edən cəhətinə gəlincə, 
əlbbottə  Vilson  tərəfindən  bəyan  olunan  arzular  imdiki  əhval  və  vü- 
quat qarşısmda  o  qədər ciddi  bir  təsir verməsə  gərəkdir.  Çünki  irq  və 
milliyyət mübarizəsi üzərinə bina olunan materyalnı siyasət və monfəət 
bu  kibi  ehtisasi  şeylərə  o  qədər  qulaq  vermiyor.  Əkrdə  insanlar  baş- 
dan-başa  fənafüllah bir  filosof olsalardı,  yer üzündo  yalnız  üxüvvoti- 
bəşoriyyə məqsədlərini təqib etmək mümkün olsa idi, bəlkə bunu ciddi 
surətdə hesaba almaq icab edərdi. Hasili:
“İnsan mələk olsa idi,
Cahan cənnət olardı”
Fəqət heyhat ki, bu günə qədər bəni-bəşər arasında “ozmoyon-əzilir” 
diisturu  hökm  sürüyor  və  bunun  üçün  insanlar  da  bu  düsturdan  qor- 
xaraq  “özü əzilməmək” üçün  ibtida “başqasmı əzmogə”  çalışıyor.  Bu- 
nun üçün  şeytanm əməlini  şaşırdacaq  siyasətlor,  məharətlər,  fərasotlər 
sorf olunuyor,  cəhonnəmi qorxudacaq dərəcədə atoş püskürən  silahlar, 
toplar,  qələlər, dired notlar və daha kim bilir nə qədər və hanki bəşərin 
doğurduğu  şeylər  meydana  çıxarıyor.  Bu  gün  gördügümüz  bütün  bu 
müdhiş siyasətlər, bu siyasətlərin doğurduğu müdhiş qan və atəş tufan- 
ları -   cümləsi  bundan,  bu  düsturun  hikmotindən,  yaxud  bu  hikmətin 
dəsturindən və hər halda bunun  təzəlzül tapdığı  hökmündən iləri gəli- 
yor.  İndi  insanlar,  insanlarxn  təbiət  və  tinəti  bu  hökmü  dəyişmogə,
45

doyişdirmogə  qadir  ola  biləcəgini  -   “əzməyən  əzilər”  düsturu  yerinə 
“əzməyən əzilməz” hökmünü iqamə etməgo və bütün cahan üçün “heç 
bir kimsə əzməsin əzilməsin” düsturunu hökmran  etməgə  çarə və im- 
kan tapacaqmı? iştə, bu məsələ həll olunsa Vilsonun da, digər çox “in- 
san oğlu  insanın”  da amali-aliyyəsi hasil olur.  Yırtıcılıqda misli olma- 
yan “bəşər balası  bəşər” olaraq dəryalarla qan və  atəş  tufanları  qopar- 
mazlar.  Fəqət Darvinin  kəşf etdigi  laintinahi  mübarizədən  ibarət olan 
“qanuni-təbiət”  və  buna bir  düstur  şəklini  verən  Nakiyavelin  “siyasət 
prinsipi”  hökmünü  qeyb  etmədikcə,  təbiət məxluqatında başqa əsaslar 
hökm sürmədikcə bu məqsədlərin, bu ali amal və arzuların yer üzündə 
hasil  olmasına  imkan  görülməsə  gərəkdir.  Avropanm  həqiqət  hali- 
siyasəti  (realnı  politikası)  bu  nöqteyi-nəzərdən  iş  yürütüyor  və  bunun 
üçün  imdilik  hiss  və  xəyal  aləmində  dolaşan  amal  və  arzular  yerinə 
həqiqi mənfəət və məqsədini təmin üçün şimdilik müdhiş siyasətlər do- 
labım  çevirməgə və  bu üzdən  şimdiki  müdhiş boğuşmaları  törətməgə 
lüzum görüyor. İştə, həqiqəti-hal demək budur.
Vilson  təbliğnaməsini  bu  zaviyədən  mütaliə  edən  mətbuat  təbli- 
ğnamənin hiss və  arzu almaq həsəbilə gözəl olduğunu bəyan ediyorlar 
isə də, amn həqiqəti-haia yanaşmasma şübhə ilə bakıyorlar.
Çünki  anm  qövldən-felə  gəlməsi  təbiyyət  və  bəşəriyyət  aləmində 
başqa düsturun hökm sürməsinə vasitədir.
Bundan böylə Vilson bu dəfə Amerika əyan məclisində söylədigi  şu 
xitabəsi büsbütün təsirsiz keçməyəcək olsa da belə, ancaq bir məmləkətin 
hökmdarı  tərəfindən  bəyan  olunan  amal  və  arzu  olmaq  həsəbilə 
fövqəladə qiymətdar bir vəsiqeyi-tarixiyyə və insaniyyətpərvəranə olub 
qalmaqda başqa bir səməreyi-ciddiyyəsini  göstərməsə  gərəkdir.  Zatən 
bunu müşarileyhə kəndisi də “hökmdar sifotilə yapılmış birinci hərəkət” 
deyə qeyd edərək təşəbbüsünün mahiyyət və qiymətini təyin eliyor.
“Açıq söz”,  16 yanvar  1917, JV»378
Zimnən -  yeri gəlmişkən 
Tinət -  xasiyyət, maya
Ehtisas -  hiss etmə, duyma 
İnfial -  iztirab
Zaviyə -  bucaq 
Tənfir -  nifrət
Təzəlzül -  sarsılma, zəlzələyə düşmə
46
“Aşıq söz” idarosindon
Hacı  Zeynalabdin  Tağıyev  cənablarınm  sabiq  İsa  bəy  Aşurbəyli 
cənabları  idarəsində  olan  “Kaspi”  mətbəəsini  aldığımızdan  yaxmda 
“Açıq  söz”ün  təbini  icramızda  olan  mətbəədən  oraya keçirəcəgiz.  Sa- 
biq “Kaspi” mətbəəsindəki nəfis hüruflar və bilxassə hüruf tərtib edən 
makina  vasitəsilə  tərtib  və  təb  olunacaq  qəzetəmizin  nəfasəti  bittəbii 
artaraq  imdiki  halda  görülən  texnika  nəfasətləri  tamamilə  rəf oluna- 
caqdır.  Kağız  xüsusunda  gördügümüz  tədbirlər  dəxi  müvəffəqiyyətlə 
nəticəpəriz olursa “Açıq söz” cəsamətincə də böyüyəcəkdir.
Yeni aldığımız bu mətbəədə türkcə,  farsca, ərəbcə və rusca hər növ 
mətbəə sifarişləri qəbul olunub münasib qiymətlərlə işlənəcəkdir.
“Açıq söz”, 17 yanvar 1917, JVa379
47

I
“Millətlərin təmini-hüquq”  məsələsi
Məlum  olduğu  üzrə  müharibə  ibtidasmdan  bəri  müttəfiqlər  diplo- 
masi  nümayəndələri  hər  ittifaq  düşdükcə  müharibədən  təqib  olunan, 
əməl  və  məqsədlər  xüsusunda  müxtəlif  nitqlər  söylədilər,  bəyanatda 
bulundular. Hökumət nümayəndəsi olan bu diplomatlarm sözləri yalmz 
mənsub  olduqları  məmləkətin  daxilində  dcyil,  hətta  bitərəflər  məma- 
likində  böyük,  kiçik  millətlər  arasmda  belə  fövqəladə  bir  diqqətlə 
dinləniyor;  hər  kəlməsi,  hər  cümləsi  dərin  bir  maraqla  təqib  olunub, 
hər mənaya təvil və təfsir edilirdi.  Bu  sözlərdən kəndilərinə ümidli  və 
müvafiq  birər  kəlmə  və  cümlə  tapan  millətlər  pək  ziyadə  xoşlanıyor, 
gələcəginə əməl, xəyal bəsliyordu.
Fəqət bu nitqlərin özləri üçün “son qərar müztəribəsi” olduğunu an- 
layanlar da ən dərin könüllərindən infialə gəliyor, tənfir və ğələyan edi- 
yordu.  Çünki  onlar üçün bu nitqlər bəşər vicdamnm qəbul  edə bildigi 
yalanlardan ən çirkini, ən qarası və mənfuru kibi gəliyordu.
Hasili  bu nitqlər ya öylə,  ya da böylə bütün cahan əfkarmda böyük 
təsir yapıyorlardı.
.  Bu  təsirin  səbəbi  isə  şu  nitqlərin hər birində,  hər  dəfəsində:  “imdi- 
ki  müharibədən məqsəd bir çox  digər  gözəl mətləblərlə bərabər Avro- 
pada ufaq millətlərin hörmət və hüququnu təmin etməkdir” -  deyə zikr 
edilməsidir.  Bu  “məqsəd”  bütün  Avropa  diplomatları  ilə  bərabər,  son 
günlərdə  sülh  təklifi  ilə  meydana  çıxan  Amerika  rəisi-cümhuriyyəti 
Vilson  dəxi  ətrafı  ilə  təkrar  və  təkid  elədi  və  hətta  Polşa  həqqində 
açıqdan-açığa  surəti-məxsusidə  “idareyi-lisan”  edərək,  “Lehistanm 
təmamiyyət və istiqlah təmin olunmalıdır” -  dedi.
Bu gözəl söz və arzularm bir tərəfdən məhkum millətlər, o cümlədən 
polyaklar üçün  nə qədər müqəddəs  və  ali  bir motləb  təşkil  edəcəyi  və 
binaənileyh onlarda nə qədər məhzuziyyət və ümid doğuracağı məlum 
olduğu  kibi,  digər  tərəfdən  bu  sözləri  “Russkiye  vedomosti”  qəzetəsi 
“Türkiyə  üçün  bir  cənazə  nəğməsi”dir  -   diyor.  Bunun  mənası  odur 
ki,  Vilsonun  istədigi  vəchlə  məhkum  millətlərin  hüıriyyət  və  hüquqi- 
həyatı,  istiqlal,  inkişaf və  tərəqqiyyati-mədəniyyəsi  verilərsə  Türkiyə 
əlində  olan  cümlə  millətlər  bu  hüququ  alacaq  və  Türkiyə  tabeəsində 
daha kimsə qalmayıb, bu dövlət öz-özündən ölmüş olacaq deməkdir.
48
Binaənileyhə  Vilson  sözlərinin  təsiri  orada  başqa  dürlü  olmaq  la- 
zım gələcəkdir.
Bu  surətlə  bütün  Avropa  ilə  bərabər  Amerika  cəmahiri-müttə- 
hidəsinin  də  müharibə  həqqindəki  fikir  və  məqsədi  məlum  olmuş, 
bəyan  edilmiş  oluyor.  Şu  günlərdə  Yapöniya  baş  vəziri  dəxi  eyni  ilə 
millət  m ədisində  bunun  kibi  ətraflı  və  əsaslı  bir  bəyanatda  bulundu 
və  bu  bəyanatmda  nəfsi-Yaponiyanm  müharibədən  təqib  etdigi  amal 
və mənafeyini  Avropanınki ilə bərabər və onunla əlaqədar qılaraq Çin 
məmləkətinin  təmamiyyət  və  istiqlalı  təmin  və  mühafizə  olunması 
həqqində  qəti  və  açıq  ibarələr kullandı.  Binaənileyhə  Çinin dəxi  istiq- 
lalı  və  təmamiyyəti  əlbəttə  Yaponiya  iradəsi  tərəfindən  təmin  edilmiş 
və onun mühafizə və təmini də Yaponiya iradəsi öhdəsinə qəbul qılmış 
oluyor.  Demək ki,  Kitayın da həqqi-istiqlal və təmamiyyəti yapon dip- 
lomatmm qəti və sərih lisanı ilə təsdiq edildi.
Bundan  belə  Avropa  və  Asiya  Şərqindəki  böyük-kiçik,  güclü-güc- 
süz  millətlərin  həqqi-həyat  və  hürriyyəti-milliyyəsi,  tərəqqiyyati- 
mədəniyyəsi  həqqində  Avropanm,  Amerikanm,  Yaponiyariın  fikir  Və 
məqsədləri bəyan edilmiş,  eşidilmiş oldu.  Fəqət bütün bü bəyanatlarm
nitqlərin ibarəsinə, məzmununa diqqət edilsə görülər ki, burada mətləb 
“Avropa”  kəlməsi  ilə  qeyd  olunmaqdadır.  Müharibə  ibtidasından bəri 
söylənən nitqləri mütaliə ediniz, mütləqa orada bu kəlmənin qeyd edil- 
diyini,  bu  dəfə  də  “Avropa  mədəniyyəti,  Avropadakı  ufaq  millətlərin 
hürriyyət və hüququ” mövzui bəhs olunduğunu görəcəksiniz.
Vilsonun  nitqi  dəxi  bu  meyildə  olduğu  xüsusilə  Polşa  həqqində 
sərahəti bəyan edildiyi məlumdur.  Lakin fövqəladə diqqət ediləcək bu- 
rasıdır ki, bütün bu qədər nitqlər və sözlərdə “Şərq əqvamı” və xüsusən 
“Orta Şərq millətləri, milliyyətləri” həqqində bu günə  qədər bir kəlmə 
ilə  olsun  “ifadeyi-məram”  edilməmişdir.  Şu  qədər  təkrarlanan  nitq- 
lərdə,  bəyanatlarda  bu  nöqtəyə  aid  bir  “kəlmə”  olsun  söz  tapılmaya- 
caqdır...  Bundan yalnız Yaponiya baş vəzirinin Çin həqqində söylədigi 
bəyanat və təminatı müstəsnadır.  “Orta şərqlilər” həqqində bu da -  bir 
kəlmə zikr etməmişdir.
Əcəba,  bu  diplomatlarca  Orta  Şərqdə  hüquq  və  hürriyyəti-mədə- 
niyyəsi  təminə möhtac bir millət yoxmudur?...
“Açıq söz”,  19 yanvar  1917, JVa381
M üztərib -  məchul, dolaşıq
49

Bir tərcümanm hekayosi
-  
Vəqtib  bir  gurultuya  səbəb  olmuş  tərcüman  Petrovun  dögülüşü 
mühakiməsinə başlanacaqdır. -  teleqraflardan.
***
1911-də, ya 12-də idi. İranpaytaxtı bütün ciddiyyətilə çahşıyor, nə cür 
olsa  da  “təmini-istiqlal”  etmək  istiyordu.  Moclisi-Milli  İramn  yeganə 
xilasını  1907-ci  ildə  bağlanmış  rus-ingilis  etilafı  “tövründən”  qurtar- 
maqda görüyordu.  Bunun üçün iranilər məmləkəti Avropa üsulu ilə is- 
lah eləmək diliyor və bu islahı üçüncü qüvvətli bir avropah əl vasitəsilə 
gördürməgi müvafiq buluyorlardı. O zaman açıqdan-açığa Almaniyaya 
müraciət mümkün  degildi.  Çünki  Almaniyanm yalmz  adı  İran  diplo- 
matiyasmı alt-üst etmək imkanında idi.  Çarə yalnız İran degil, Avropa 
məsələlərində  belə  siyasətən  bitərəf olan  movarai-mühit  hökumətinə, 
Amerika  dövlətinə  müraciət  etməgə  qalmışdı.  Qısa  kəsəlim;  müraciət 
olunmuş.  Mister  Şuster  ilə  5  müavinindən  ibarət  Amerika  maliyyə 
heyəti  Tehrana  göndərilmiş  idi.  Fin  cəzirələrinin  ümuri-maliyyəsini 
nizamə  qoymuş  amerikalı  Şuster  bir  yandan  təcrübəsinə,  digər  yan- 
dan  da  Amerika  dövləti  tərəfindən  göndərildiginə  güvənərək  İranı 
tamamilə  müstəqil  bir  dövlət  tələqqi  eləmiş,  o  surətlə  işə  başlamışdı. 
Bütün  İran  əfkari-amməsi,  məclis  vəkilləri,  siyasi  firqələri,  mətbuatı 
dəxi özünə yari-havadar görüncə amerikalı ciddiyyəti ilə islahata giriş- 
mişdi. Fəqət zənn etməmişdi ki, böylə bir hərəkətə əvvəlcə İranın maliy- 
yat verməgə ögrənməmiş xanları, sonra da öz məmləkətinə qarşı ihanət 
etmək  qəsdilə  əcnəbi  himayəsinə  girmiş  təbəələri  qarşı  gələcəklərdi... 
Yuxarıda dögüldügündən bəhs olunan tərcümam da hesaba almamışdı.
İştə,  sizə  bir  hekayə:  amerikah  maliyyə  müstəşarmın  əmrilə  İran 
jandarmaları  rus  himayəsində  olan  bir  iranlıdan  vermək  istəmədigi 
maliyyatı  almaq  üçün  gedirlər.  Bu  əsnada  məzkur  mövqedə  bulunan 
tərcüman Petrova rast gəlirlər. Amerikalı böyüklərinə güvənən jandar- 
malar nə  cür hərəkət ediyorlarsa -  burası  ixtilaflıdır -  ediyorlar.  Fəqət 
Petrov  kəndisinin  jandarmalar  tərəfindən  “təhdid”  olunduğunu  iddia
50
edər.  Konsul  şikayət  başlar.  Səfarət  protesto  edər.  Şuster  tərəfindən 
konsulxana tərcümam Petrova tərziyə verilsin -  deyə məsələ çıxar. Şus- 
ter tərziyəyi  verməz  və  konsulxanənin xilafma  olaraq vergidən  qaçan 
İran təbəəsinin əmlakım müsadirə etdirər. Məsələ çətinləşər.  Tehranda 
həll olunmayan bu məsələ Petroqrada həvalə olunur. Petroqraddan ulti- 
matum gələr. Ya Şuster İrandan çıxmalı, yainki Qəzvindəki rus ordusu 
Tehran üzərinə yeriyəcək. Tehranı həyəcan bürür, mitinqlər, nümayişlər 
icra olunur.  Qadınlar belə  Məclisi-Milli  qabağma gəlib  “məxlu-şərəf ’ 
bir tələbə  təslim  olmamağı təklif edirlər.  Günlər həyəcan  içində keçib 
ürəklər qorxudan titrər. Nəhayət, tərcüman Petrov qələbə çalır. Ultima- 
tum qəbul olunub mister Şuster “şələ-küləsini” yığıb təkrar Nyu-Yorka 
səfər edir.
Mister  Şuster “kor-peşiman”  Amerikaya azim  olduqdan  sonra Pet- 
rov  da qalibiyyətindən nəşət edən bir şətarət və qürurla müvəqqəti  bir 
istirahət üçün vətəninə qayıtmaq məzuniyyəti alır.
Məlum a, qalib bir “diplomat”  sifətilə övdət edən Petrov ehtimal ki, 
vətəninə  övdət  edərkən  kəndisinin  parlaq  surətdə  istiqbal  ediləcəyini 
düşünüyor və ona görə də hər tərəfə tam bir qürurla göz sahyordu. Dəmir 
yolunda gedirkən jandarmalara rast gəliyor.  Başqaları  ilə dürüst roftar 
edən  “nizam  hamilərinə”  öz  yanmda  diyordi  ki,  “çox  da  gərdəninizi 
çəkməyin, bilsəniz ki, məndə nə qüvvət var,  o zaman hammız  dik du- 
rar,  bəni min təzimlə ötürərsiniz”.  Bəzən yerlərdə kəndisinə qarşı “dik 
durmayan” jandarmalara təsadüf edincə,  “yəqin ki,  İran jandarmaları- 
nın başına fəlakətlər açan adam olduğumu bilmiyorlar” -  deyə keçiyor, 
öz əhəmiyyətini idrakla təsəlli buluyordu.
Get-gedə Petrovun bu “təsəlli”si əlindən getməyə başladı. Rusiyanın 
içərilərinə getdikcə baxdı ki, kimsə ona əhəmiyyət vermiyor.  “Sahib” -  
deyə ona kimsə xitab  etmiyor.  Əllərini sinələrinə  qoyub təzim edənlər 
o yana qalsm; boş şapka çıxarıb salamlayan da yox.  “Tver” movqufun- 
dakı halı isə bəlkə yuxusunda da görməmişdi.  Kontroluyor gəliyor, bi- 
Iet istiyor, Petrov sahibin əli cibindən bir az gec çıxıb, bir də dili Tehran 
adətilə bir az amiranə dolaşınca “qoçum” jandarmalar “şapalağı” hazır- 
lıyor və hərifin “diplomatam”  dediginə baxmayaraq  o ki  lazımdır (ya- 
inki  lazım  degil)  vururlar.  Öylə vururlar ki,  imdi  də  əks-sədası bütün
51

Rusiya üfüqündə görülüyor vo böyük dünya müharibəsinin gurultuları 
arasında belə özünə bir mövqe işğal edib duruyor.
Əvət,  bir  tərcümanm  hekayəsi  böylə  olmuşdur.  Xaricdə  “6  min  il- 
lik”  bir  dövləti  tir-tir  titrəmiş  ikən,  daxildə  “soqqur”  jandarmalann 
əlində zəbun olub qalmışdır...
Həm dögülmüş, həm də -  daha bədtəri -  “vəzifələrini ifa əsnasmda 
hökumət məmurlarma müarizət” maddəsilə ittiham olunmuşdur...
M.Ə.
“Açıq söz”, 23 yanvar 1917, JVa384
Ianət -- kömək etmək
Şətarət -  şənlik, şuxluq
52
İbtidai təlim məsələsi
İsa  Mirzə  Yenikeyev  cənabları  tərəfindən  seminariyalar  layiheyi- 
qanuniyyəsinə daxil etdirilən bir “popravka”mn lilfeil  əhəmiyyəti var- 
mı-yoxmu kibi taktik məsələsi üstündə  fraksiya əzaları  arasmda möv- 
cud  olan  ixtilafi-nəzər  “fraksiyada  ibtidai  təlim  rusca  olsun  deyənlər 
varmış”  şayəsi  şəklində  bütün  Rusiya  müsəlmanlığmı  dolaşdı  və  hər 
tərəfdə  böyük  bir  tufani-etiraz  doğurdu.  Volqa  Boyundakı  müsəlman 
şəhər  və  qəsəbələrindən  protesto  teleqrafları  yağıb  millətin  bu  arzui- 
milliyyəsini  “münkir” olanlara “nifrətlər” izhar olundu.  Krım,  Qafqa- 
siya mətbuatı dəxi daxil olduğu halda bütün Rusiya mətbuatı həyəcana 
gəldi.  İstizah  istədi.  Rusiya  türklügünün  milli  və  həyati  məsələdə  bu 
qədər həssas  və mütəbəssər olduğu şübhəsiz ki,  şayani-təqdirdir.  Fəqət 
eyni zamanda fraksiya əzaları həqqində bu qədər bədbin olub söylənən 
sözlərə bilatəəmmül bavər etmək dəxi aramızda etimadi-siyasiyyə yox- 
luğuna  dəlalət  edər ki,  şayani-təəssüfdür.  Həyati-ictimaiyyədə  hər biy 
şey  nəzəri-tənqidlə  görülnıək  əsldir.  Fəqət  bir  müossiseyi-milliyyəyi 
tənqid  dəxi  məzkur  müəssisədən  tələbi-itminan  etmək  demək  degil- 
dir. Doğrudur, “ilan vuran ala çatıdan qorxar” deyərlər.  Fəqət bu vəqtə 
qədər  başqa  xüsuslarda  ayağımızı  ilan  vurmuşsa  da,  fraksiya  heyəti 
tərəfindən amali-milliyyəmizin sancıldığı görülməmişdir. Ətalət, işsiz- 
lik, bacarıqsızlıq olmuş. i’əqot imdiki halda qəzetələrdə aləmə yayılmış 
vəqə misalında, xəyanəti-milli dərəcəsində bir xəta heç bir zaman frak- 
siya heyəti tərəfindən işlənməmişdir, işlənə bilməz də.
Adları,  ibtidai  təlim rusca olsun sözünün (qailləri) söyləyənləri kibi 
rəvayət  olunan  məbuslar  kəndilərinə  verilən  bu  istinadı  qəti  surətdə 
iəkzib  etdikdən  və  fraksiya  ilə  Büro  heyətinin  dəxi  təlimi-ibtidai 
həqqində  iki  rəy  ola  bilmoyəcəginə  aid  bəyanları  qozetələr  vasitəsilə 
nəşr olunduqdan sonra mətbuat bir növ istirahət buldu; “Əlhəmdülillah 
milli  ideal  əleyhində  bulunmuş  məbuslarımız  yoxmuş”  dedi.  Fəqət 
bir  məsələ  hənuz  zehnləri  işğal  edib  durmaqdadır.  Əcəba,  fraksi- 
yanın  ibtidai  təlim  həqqində  əsaslı  nəzəriyyəsi  nə  yoldadır?  Təlimi- 
ibtidai  mövzuində  fraksiya  müəyyən  bir  qərara  gəlmişmi?  İmdi  mət-
53

buatdan bir qismi bu cəhətin fraksiyaca aydmlaşdırılmasmı  iqtiza edi- 
yor.  Şübhəsiz  fraksiya heyoti  və yainki  yanındakı  bürosu bu  kibi  isti- 
zahlara  əhomiyvət verir.  Fəqət keçən  il  Büro  tərəfindən Büro  və frak- 
siya  həyatı  həqqində  milli  mətbuata  təbliğ  edilən  “məlumat”  bir kərə 
nəzərdən keçirilərsə, orada bu “müşgülü” həll edəcək cavablar bulunur.
Bizdə  təlimi-ümüminin  iki  tərəfi  vardır.  Birisi  xüsusi  surətdə  öz 
xərcimizə saxlanan  məktəblərimizdir.  Digəri də dövlət xərcinə açılan 
şkolalar -  ruski-tatarskilərdir.  Birincilər milli proqramla aparıla bilər, 
fəqət  hüquqsuzdur.  İkincilər  hüquqlu  isələr  də  proqramları  milli  de- 
gildir.
Mətbuat təlimi-ümumi  layihəsi münasibətilə  fraksiyanm bu iki xü- 
susda nə kibi müəyyən nəzəriyyələr bəsləmokdə olduğunu bilmək istiyor. 
Fəqət bizcə fraksiyanm bu xüsusdakı nəzərləri qeyri-müəyyən degildir. 
Onların  bu  xüsusdakı  nəzəri  eyni  ilə  mətbuatm  və  milli  məhfillərin 
nəzəridir.  1916-cı  ildə  martm  15-də  iniqad  edən  Q.Duma  məclisində 
m əarif nəzarətinin gəlir və çıxarı müzakirə olunduğu əsnada müsəlman 
fraksiyası  naminə  İsa  Mirzə  Yenikeyev  tərəfindən  müsəlmanlarm 
m əarif ehtiyacı  həqqində  dvtoıaya  qarşı  oxunan  bəyannamədə  ibtidai 
təlimin ana dilində olması tələb olunuyordu.
M əarif məsələsi  Büro  ilə  fraksiya  iclaslarxnı  da  məşğul  etmişdir. 
Keçən  sənə  Büro  həyatmdan  müntəzəm  surətdə  mətbuata  təbliğ  olu- 
nan  məlumatlarda  məarifi-ümumiyyə  xüsusunun  bilxassə  mütaliə  və 
müzakirə  olunduğu  bildirilərək  məsələn,  15  iyul  tarixilə  qəzetəmiz 
vasitəsilə nəşr olunan böylə təbliğatnamələrdən birisində hazxrda möv- 
cud  ruski-tatarski  məktəblər  həqqindəki  məruzəyi  dinlədikdən  sonra 
bütün  Büro və  fraksiya əzasınm bu məktəblər  əleyhində  olduqları  gö- 
rünüyor.
Fraksiya  və  Büro  naminə  vaqe  olan  digər  bəyanat  dəxi  diqqətlə 
nəzərə alınsa fraksiyada təlimi-ümuminin ana dilində olması həqqində 
müəyyən və sərih bir qərar yoxdur deməgə dil varmaz.
Fəqət bununla bərabər madam ki, ortaya böylə bir istizah atılmış və 
bu xüsusda Büro  ilə  fraksiyanm təfsilli  bəyannaməsinə  ehtiyac  görül- 
müşdür,  lazımdır  ki,  fraksiya  bu  xüsusa  əhəmiyyət  verərək  məsələyi 
bütün cüziyyatı ilə həll edəcək bəyanatda bulunsun.
54
Təlimi-ümuminin  ana  dilində  olmasxnı  tələb  etməkdən  əlavə  bu 
təlimin  nə  kibi  məktəblər  vasitəsilə təmini  məsələsi  var ki,  bu  xüsus- 
da da fraksiyanm müəyyən  nə kibi bir qərarda olduğu tamamilə  anla- 
şılmalıdır.
Bu xüsusda ayrı bir məqalədə.
M.Ə.
“Açıq söz”, 27 yanvar 1917, A'®388
Mütəbəssər -  uzaqgörən, itigörən
Etminan -  inam
Təəmmül -  mülahizə, ümumiləşdirmə
Bavər -  etimad, inam
55

Gürcülərlə müsəlmanlar
Mövhum türk “politikaçılarma” qarşı açılan vızıltıyı “Saxalxo purt- 
seli”  qəzetəsi  haman  davam  etdirib  gediyor.  “Bakı  türk  xeyratçıları- 
mn”  doktor  Sultanov  ilə  “Açıq  söz”  do  daxil  olduqları  halda  Acarä- 
da müsəlman  məktəbi  açılmaya tərəfdar olduqları  və  burasmm  xristi- 
anlaşdırılmamasına  qarşı  təminat  istədikləri  bir provokasiyon  (təhrik- 
təftin) imiş...
“Türk provokasiyonuna” qarşı bayraq açıb da bütün gürcüligi “mü- 
barizə”yə  dəvət edən bu məczub  qəzetə məsələyi  etidal  dəmlə mütaliə 
və müzakirə etmək tərəfdarı olan gürcülərə dəxi etirazlar ediyor.
“Açıq  söz”də  “Saxalxo  purtseli”yə  qarşı  yazılan  bir  məqalə 
münasibətilə  təkrar  məsələyə  ovdət  edən  “Z.Reç”  qəzetəsi  gürcü- 
müsəlman  mübahisəsini  dostanə  bir  surətdə  həll  etmək üçün müvafiq 
bir yol göstərmişdi.  Məzkur qəzetəyə görə “acarahlar imdiki halda bir 
parça çörəyə möhtacdırlar.  Böylə bir zamanda kəndilərinə çörək degil, 
m əarif və məktəb təklif etmək münasib degildir.  Yaxşı olardı ki, gürcü 
cəmiyyəti-xeyriyyəsi  Acaradakı  məktəb  və  m əarif işini  müharibədən 
sonraya  təxir  etdirə  idi.  İmdi  isə  ancaq  maddi  köməklə  qala  idi.  Yox 
əgər, nədənsə gürcü cəmiyyəti bu xüsusu təxir etdirə bilməzsə, o zaman 
yaxşı olardı ki, acaralılar arasında nəşri-məarif cəmiyyətinin proqramı- 
nı müsəlman cəmiyyəti-xeyriyyəsi ilə birlikdə tərtib etdirə idi”.
“Z.Reç” qəzetəsinin bu təklifindən anlaşılır ki, həqiqətən də məsələyi 
dostanə bir şəkildə, anlaşma və öpüşmə yolu ilə həll etmək istiyor. Əgər 
böylə  bir  etidal  və  səmimiyyət  “Saxalxo  purtseli”çilər  tərəfindən  də 
gözədilsə idi, bu gün faidəsindən çox zərər toxunduran “mübahisə”lərə 
də  meydan  qalmazdı.  Biz  gürcü-müsəlman  münasibatmm  dostanə 
bir  yolda  davam  etməsini  arzu  edə  gəlmişik  və  bv  arzu  xatirinə  bir 
ildən  ziyadədir  ki,  imdi  açıb  göstərmək  məcburiyyətində  qaldığımız 
vəqələri sükutla keçirib aralığa soyuqluq salmaq istəməmişik. Nəhayət, 
“Saxalxo”  ilə  “Sakartvelo”nun  “ultimatumu”  və  gürcü  cəmiyyəti- 
xeyriyyəsinin Bakı müsəlman cəmiyyəti-xeyriyyəsinə göndərdigi “no- 
ta”sı  bizi  danışdırtmışdı.  Bu  danışıqla bərabər biz yenə  gürcü  qomşu-
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin