MƏHƏMMƏDƏLĠ TƏRBĠYƏT
Görkəmli Azərbaycan alimi Məhəmmədəli Tərbiyət 1875-ci
ildə Təbrizdə anadan olmuşdur. Tanınmış bir ailənin övladıdır.
Atası Mirzə Sadıq xanın soyu əfşar tayfasından olan Nadir şahın
münşisi “Tarixi-cahangüşayi-Nadiri” əsərinin müəllifi türk əsilli
Mehdi xana çatır
410
. Tərbiyət ibtidai təhsilini Təbrizdə Molla Zey-
nalabidinin məktəbində almışdır. Nücum, riyaziyyat və tibb elmlə-
rini, fransız və ingilis dillərini öyrənmişdir
411
. Tərbiyət Təbrizin ta-
nınmış həkimlərindən Mirzə Nəsrullaxanın və 1896-cı ildən bir ne-
çə il Təbrizdə yaşayan Məhəmmədxan Kufrinin yanında Avropa
və Şərqin tibb elmindən dərs alaraq, bu iki alimin tövsiyəsi ilə
fransız və ingilis dillərini təkbaşına öyrənmişdir.
1894-1895-ci illərdə Təbrizdə hökumət vəsaiti ilə idarə olu-
nan Müzəffəriyyə mədrəsəsində, 1898-1912-ci illərdə isə Loğma-
niyyə mədrəsəsində dərs demişdir. M.Tərbiyət XIX əsrdə Təbrizdə
açılan Avropa tipli əczaxananın yaradıcılarından biridir. Tərbiyət
Seyid Məhəmməd Şəbüstəri, Seyid Hüseynxan Ədalət və b. ilə bir-
likdə 1896-cı ildə Təbrizdə yeni üsula idarə olunan ilk kitabxana-
nın əsasını qoymuşlar. Bu kitabxananın bölməsi Tehranda da açıl-
mışdır. 1898-ci ildən başlayaraq Tərbiyət Azərbaycanda daha çox
irəliləyən maarifçilik hərəkatında yaxından iştirak etmişdir. O,
XIX əsrin sonları və XX əsrin başlanğıcında Azərbaycanın bir çox
siyasi xadimləri ilə birlikdə azadlıq hərəkatına qoşulmuşdur
412
.
Tərbiyət Asiya, Afrika və Avropanın bir çox ölkələrində çap
olunan kitab, jurnal və qəzetləri gətirərək bu kitabxana vasitəsilə
oxuculara çatdırırdı. O, 1902-ci ildə “Gəncineyi-Fünun” jurnalını
410
Kurtuluş R. Muhammed Ali Terbiyet. DİA. 30. c., İstanbul, 2005, s. 503.
411
Geniş məlumat üçün bax: “Tərəqqi” qəzeti 29 sentyabr 1909, “Kavə” qəzeti
9 may 1921, “Şəfəq” qəzeti 1945, N 1, “Azərbaycan” jurnalı 1340, N 1,
“Varlıq” 1981, N 1.
412
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan: Azərbaycanın görkəmli
elm, sənət adamları Bakı, 1987, s. 5.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
296
Təbrizdə nəşr etmişdir. Az müddət içərisində Azərbaycan və İran-
da şöhrət tapmış bu jurnalı hökumət bağlamışdır.
“Hünəramuz”, “Təməddünati-qədimə”, “Zad-bum” və “Təq-
vimi-Tərbiyət” Tərbiyətin gənclik illərində yazdığı əsərlərindəndir.
1903-1911-ci illərdə illərdəki yaradıcılığında jurnalistika fəaliyyəti
geniş yer tutmuşdur.
Birinci dünya müharibəsinin sonunadək Tərbiyət İstanbulda
yaşamışdır. 1921-1925-ci illərdə Cənubi Azərbaycanın maarif ida-
rəsinin rəisi olmuşdur. Tərbiyət 1940-cı ildə Tehranda vəfat
etmişdir.
Məhəmmədəli Tərbiyət tərəfindən farsca tərtib olunmuş
“Danişməndani-Azərbaycan” adlı təzkirənin birinci cildi h. 1314/
1935-ci ildə Tehranda nəşr olunmuşdur. Məhəmməd Naxçıvaninin
yazdığına görə, təzkirənin ikinci cildinin əlyazması müəllifin ailə-
sindədir
413
. Tərbiyətin uzun illər apardığı araşdırmaların nəticəsi
olan bu təzkirədə Azərbaycanın tanınmış şair, yazıçı, filosof və tə-
biblərin həyatı haqqında əlifba prinsipi əsasında məlumat verilmiş
və əsərlərindən nümunələr təqdim olunmuşdur. Təzkirədə yer alan
nümunələrin böyük bir qismi fars dilindədir. Əsərin fars dilindəki
nəşrinin ön sözü Ağayi-Həsən İsfəndiyari tərəfindən yazılmışdır.
“Danişməndani-Azərbaycan”ı təzkirələr təzkirəsi hesab et-
mək olar. Çünki Məhəmmədəli Tərbiyət əsərini hazırlayarkən bir
sıra dəyərli təzkirələrdən bəhrələnmiş və demək olar ki, təzkirədə-
ki məlumatların çoxunu olduğu şəkildə vermişdir. Təzkirənin mən-
bələri aşağıdakılardır: “Təraiqül-həqayiq”, “Gülüstani-hünər”,
“Nücumüs-səfa”, “Tarixül-hükəma”, “Həşt behişt”, “əş-Şəqayi-
qün-nümaniyyə”, “Riyazül-üləma”, “Təzkireyi-Nəsrabadi”, “Ruzi-
rövşən”, “Töhfeyi-Sami”, “Təzkireyi-Dilgüşa”, “Rövzeyi-əthar”,
“Səadətnamə”, “Məcməül-xəvas”, “Xülasətül-əşar”, “Ərəfatül-aşi-
qin”, “Bəyazi-Saib”, “Şəmi-əncümən” və s.
Təzkirənin sonunda Azərbaycanda və ya Azərbaycanla əla-
qədar xaricdə çıxmış 110 qəzet-jurnal haqqında müxtəsər məlumat
verilmişdir.
413
Yenə orada, s. 11.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
297
Görkəmli alim Məmmədəli Tərbiyətin əsərlərinin müəllifin
doğma ana dilinə tərcüməsi Azərbaycan alimlərinin qarşısında du-
ran mühüm vəzifələrdən idi. İllər keçdikcə Tərbiyətin ədəbi irsinin
elmi əhəmiyyəti daha da aydınlaşmışdır
414
. Bu əsər Qafar Kəndli
və İsmayıl Şəms tərəfindən fars dilindən Azərbaycan dilinə tərcü-
mə edilmişdir. Təzkirənin tərcüməsi zamanı bir neçə dəyişiklik
edilmişdir. Belə ki, əsərin orijinalında şəxsiyyətlərin, eləcə də qə-
zet və jurnalların adı, əski əlifba sırası ilə, tərcümədə isə kiril əlif-
bası ilə təqdim olunmuşdur. Kitabda adları çəkilmiş əsərlərin adı
olduğu kimi saxlanılmış, ilk dəfə adı çəkilən kitabın qarşısında tər-
cüməsi də verilmişdir.
Azərbaycan təzkirəçiləri və ədəbiyyatşünasları içərisində
Tərbiyət birinci şəxsdir ki, ədəbi-estetik fikir tariximizin yazılı sə-
hifələrinin VII əsrdən başlaması ideyasını irəli sürmüşdür
415
.
K.Məmmədova təzkirə üzərində apardığı araşdırmalara əsa-
sən Azərbaycan intibah mədəniyyətinin XII əsrin əvvəllərindən
başlayaraq yeni uğurlar qazanmış nümayəndələrinin hər birinin
ayrı-ayrılıqda Tərbiyət tərəfindən öyrənildiyini və bununla da bu
dövrün ədəbi panoramasının “Danişməndani-Azərbaycan” təzkirə-
sində geniş şəkildə öz əksini tapdığını yazır
416
. Tədqiqatçı “Daniş-
məndani-Azərbaycan”da XIX əsr və XX əsrin əvvəllərinin ədəbi
mühitini bütün reallıqları ilə işıqlandıra bilmədiyini, təzkirədə XIX
əsr Şimali Azərbaycanın görkəmli şair və ədiblərindən A.Bakıxa-
nov, Q.Zakir, S.Ə.Şirvani, M.Nəvvab, Müctəhidzadə, Sabir haq-
qındakı bilgilərin çoxunun adi məlumat xarakterli olduğunu bil-
dirərək tənqid edir.
F.ü.f.d. P.Kərimov XVII əsrin Azərbaycan poeziyasının inki-
şafında mühüm mərhələ olduğunu, mənbələrdə isə bu dövrün nü-
414
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan: Azərbaycanın görkəmli
elm, sənət adamları. Bakı, 1987, s. 16.
415
Məmmmədova K. Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tər-
biyətin «Danişməndani-Azərbaycan» təzkirəsi: Filol. elm. nam…dis. avtoref.
Bakı, 2005, s. 20.
416
Yenə orada, s. 22.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
298
mayəndələri haqqında kifayət qədər məlumata rast gəlinmədiyini
yazır. M.Tərbiyət də bu çətinliklərlə rastlaşmış, imkan daxilində
bu zaman yaşamış şairlər, onların həyat və yaradıcılığı, bəziləri
arasındakı qarşılıqlı münasibətlər barədə dəyərli məlumatlar, əsər-
lərindən nümunələr verilmişdir. Təzkirədə XVII əsrin Saib, Qövsi,
Uğurlu xan Ziyadoğlu Müsahib, Tərzi Əfşar, Təsir kimi daha çox
tanınmış sənətkarları ilə bərabər Məhəmməd Əmin Ağası, Alim,
Arif, Bəxti, Molla Nəsrulla Xalxali Vaqif, Molla Rəcəbəli Vahid,
Danişmənd, Zahid, İbrahim Ordubadi, İsa bəy, Məxmur, Sabit, Sa-
yır Ordubadi, Təzriqi, Təskin, Ülfət, Molla Heydərəli Faiz, Hüseyn
bəy Xüruşi və b. kimi onlarca adı ədəbiyyat tarixinə düşməmiş
şairlər barədə məlumata rast gəlirik. M.Tərbiyətin “Danişməndani-
Azərbaycan” əsərində XVII əsrdə yaşamış, Hindistana mühacirət
etmiş şairlərdən Zaman, İbrahim Ordubadi, İsmayılxan Təbrizi,
Məhəmməd Hüseynbəy Məlum və başqaları haqqında məlumat
verilir
417
.
Təzkirədə 919 nəfər şairin həyat və yaradıcılığı haqqında mə-
lumat və əsərlərindən nümunələr öz əksini tapmışdır. K.Məmmə-
dova “Danişməndani-Azərbaycan” əsərini müəllifin uzunmüddətli,
geniş tədqiqatının nəticəsi olaraq ağır zəhmət bahasına yazıldığı və
demək olar ki, özündən əvvəlki bir çox Azərbaycan və İran təzki-
rələrinə, müxtəlif tarixi əsərlərə istinad etdiyi üçün bioqrafik və
biblioqrafik məlumatın dolğunluğu baxımından təzkirələrin ən mü-
kəmməli adlandırır
418
.
417
Kərimov P. Məmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri XVII
əsr şairlərimiz haqqında // Filologiya məsələləri. – 2007. - № 5. s. 19.
418
Məmmmədova K. Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tər-
biyətin «Danişməndani-Azərbaycan» təzkirəsi: Filol. elm. nam…dis. avtoref.
Bakı, 2005, s. 18.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
299
Məhəmmədəli Tərbiyət
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
300
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
301
QULAM MƏMMƏDLĠ
Publisist, teatrşünas, salnaməçi, 1950-ci ildən Azərbaycan
Yazıçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar Mədəniyyət iş-
çisi (1977), Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mü-
kafatı laureatı (1972), əmək veteranı (1976), Azərbaycanın Əmək-
dar jurnalisti (1984), İttifaq əhəmiyyətli təqaüdçü (1987),
M.F.Axundov adına ədəbi mükafat laureatı (1989) olan Qulam
Məmmədli orijinal həyat yolu keçmişdir.
Qulam Məmmədli 1897-ci ildə Təbriz şəhərində anadan ol-
muşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1923-cü ildə ailəsi
ilə birlikdə Bakıya köçüb “III İnternasional” mətbəəsində mürəttib,
az sonra “Çapçı gözü” adlı çoxtirajlı qəzetin redaktoru təyin edilə-
rək, 1929-cu ilə qədər burada çalışmışdır
419
. Daha sonralar “Kom-
munist”, “Azərbaycan kolxozçusu”, “Yeni yol”, “Kirpi” jurnalla-
rında redaktor vəzifəsində çalışan Qulam Məmmədli bütün bilik və
bacarığını nəşriyyat-poliqrafiya və dövri mətbuatın tədqiqinə və
inkişafına sərf etmişdir. Belə ki, o, ikinci dünya müharibəsi zamanı
topladığı əlyazmalar əsasında Pərvin Etisami, Mirzəli Möcüz,
Heyran xanım və Fədai kimi klassiklər haqqında bioqrafik əsərlər
yazmış və Azərbaycanda nəşr etdirmişdir. Yalnız bu nəşrlərdən
sonra həmin söz ustaları Azərbaycan ədəbiyyatşünaslarının tədqi-
qat obyektinə çevrilmişdir. Azərbaycanda elmi-bioqrafik janr he-
sab edilən salnamənin ilk nümunələrini də məhz Qulam Məmməd-
li yaratmışdır.
Qırxdan artıq iri həcmli əsərin və mindən artıq elmi-kütləvi
məqalənin müəllifi olan araştırıcının ədəbiyyatşünaslar üçün daha
qiymətli tədqiqatı təzkirəsidir. Qulam Məmmədlinin Azərbaycan
dilində yazdığı “Təzkirə”si “Danişməndani-Azərbaycan”dan sonra
tərtib olunmuş digər universal xarakterli təzkirədir. O, “Azər-
baycanın alim, yazıçı, şair və başqa görkəmli xadimləri haqqında
419
Qulam Məmmədli. Tərcümeyi-hal (rus dilində). AMEA Əlyazmalar İnstitu-
tu, Arx. 52, Q-5 (7).
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
302
biblioqrafik materiallar” adlı təzkirəsini 1954-cü ildə tamamlamış-
dır. Təzkirə Azərb. MEA Əlyazmalar İnstitutunda B-2701 şifrəsi
altında mühafizə olunur. 1418 vərəq həcmində olan əsər təxminən
mindən artıq tanınmış şəxsiyyətin tərcümeyi-halı və əsərlərindən
nümunələri əhatə edir
420
. Əsərin I-V cildlərində dövr məhdudiyyəti
qoyulmadan Azərbaycanın məşhur şəxsləri yad olunmuşdur. VI
cilddə isə şifahi xalq ədəbiyyatından örnəklər və Təbriz-Azərbay-
can şairlərinin “Stalin yoldaşa məktubları” toplanmışdır.
Təzkirə tərtib olunarkən əlifba prinsipi əsas götürülmüşdürsə
də, bəzən buna riayət olunmamışdır. Müəllif təzkirəyə daxil etdiyi
məlumatları hansı mənbədən götürdüyünü səhifənin sonunda qeyd
etmişdir. Həmçinin əsərə təzkirədə bəhs olunan şəxslərin adlarının
əlifba sırası ilə verildiyi fehrist də əlavə olunmuşdur. Fehristin so-
nunda təzkirə hazırlanarkən istifadə olunmuş mənbələr – təzkirə-
lər, ədəbiyyat tarixləri və bir sıra dövri mətbuat orqanlarının adları
öz əksini tapmışdır.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Qulam Məm-
mədlinin bu əsəri XX əsrdə Şimali Azərbaycanda tərtib olunmuş
son ümumi xarakterli təzkirədəir. Əsər indiyə kimi çap olunmasa
da, ədəbiyyatşünasların müraciət etdiyi mənbələr sırasındadır.
Azərbaycan MEA Əlyazmalar İnstitunda mühafizə olunan
zəngin və dəyərli şəxsi fondlar içərisində Qulam Məmmədlinin ar-
xivinə rast gəlirik. Burada müəllifin tərcümeyi-halı, dəyərli tədqi-
qatları, fotoşəkilləri və s. saxlanılır.
420
Qulam Məmmədli. Təzkirə. Əlyazmalar İnstitutu, Б-2701.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
303
Qulam Məmmədli “Təzkirə”
AMEA Əlyazmalar Ġnstitutu B-2701
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
304
Qulam Məmmədli “Təzkirə”
AMEA Əlyazmalar Ġnstitutu B-2701
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
305
SEYYĠD ƏBDÜLHƏMĠD XALXALĠ
Seyyid Əbdülhəmid Xalxali “Təzkireyi-şüərayi-müasiri-
İran” adlı əsərin müəllifidir. Əsərin birinci cildi 35 şairdən bəhs
edir, 452 səhifədən ibarətdir və h.ş.1333 / 1954-cü ildə Tehranda
“Təhuri” nəşriyyatında çap olunmuşdur. İkinci cildi isə 73 şairdən
bəhs edir və 412 səhifədən ibarətdir. H.ş. 1337 / 1958-ci ildə Teh-
randa həmin nəşriyyatda işıq üzü görmüşdür
421
.
421
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 297-298.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
306
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
307
ƏZĠZ DÖVLƏTABADĠ
Güney Azərbaycandan olan soydaşımız Əziz Dövlətabadi
h.1345/1966-cı ildən təzkirə tərtibləməyə başlamış və əsəri “Sü-
xənvərani-Azərbaycan” adı altında 1998-ci ildə iki cilddə farsca
nəşr olunmuşdur. Təzkirəçi bu əsərdə 944 nəfər Azərbaycan şairi-
nin həyat və yaradıcılığı haqqında məlumat vermişdir.
Ə.Dövlətabadi təzkirəsinin ön sözündə Azərbaycanın çox
sayda şairlər yetişdirdiyini qeyd edərək, bu ölkənin zəngin ədəbiy-
yata sahib olduğunu vurğulamışdır. Məhz bu səbəbdən yarım əsr
öncə M.Tərbiyət Azərbaycan ziyalıları və söz ustaları haqqındakı
məlumatları “Danişməndani-Azərbaycan” təzkirəsində toplamış-
dır. Təzkirəçi “Danişməndani-Azərbaycan”dan sonra Azərbaycan
şairləri haqqında təzkirə qələmə almasını iki səbəblə izah edir. Bi-
rincisi, bu uzun müddətdə yeni şairlər ədəbiyyat meydanına qədəm
qoymuşlar və onların haqqında məlumatın verilməsi vacib olmuş-
dur
422
. İkincisi, “Fərhəngi-Süxənvəran” və “Tarixi-təzkirəhayi-far-
si” adlı mühüm kitabların nəşri sayəsində ədəbiyyat tarixinin əv-
vəllər məlum olmayan bir sıra əhəmiyyətli mənbələri ictimaiyyətə
tanıdılmışdır və bu baxımdan da Azərbaycan şairlərinin həyat və
yaradıcılıqlarının həmin mənbələr əsasında daha mükəmməl şəkil-
də təsvir olunma zərurəti yaranmışdır. Təzkirəçi h.ş.1345/1966-cı
ildən etibarən Cənubu Azərbaycanın ayrı-ayrı şəhər və bölgələri-
nin şairlərindən bəhs edən məqalələrini Təbriz Ədəbiyyat İnstitutu-
nun jurnalında çap etdirmişdir. Məhz həmin zamandan etibarən
müəllif ziyalıların və xüsusən də ustad Mənuçöhr Mürtəzavinin
təşviqi ilə məqalələrini bir yerə toplayaraq və təkmilləşdirərək, on
il müddətində əsər üzərində işləmiş və “Süxənvərani-Azərbaycan”
təzkirəsini hazırlamışdır
423
.
Daha sonra müəllif ön sözdə istifadə etdiyi mənbələrin adla-
rını sadalayır, öz təzkirəsini digər təzkirələrdən fərqləndirən üstün
422
Dövlətabadi Ə. Süxənvərani-Azərbaycan. Təbriz, s. XXVI.
423
Yenə orada, s. XXVIII.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
308
cəhətləri qabardır, “Danişməndani-Azərbaycan” və “Fərhəngi-Sü-
xənvəran”da olmayan bir çox şairin buraya əlavə olunduğunu qeyd
edir. Bundan sonra müəllif əvvəlki təzkirələrin, xüsusilə M.Tər-
biyətin yol verdiyi səhvləri göstərmiş və onları təshih etmişdir.
Ə.Dövlətabadi ön sözün sonunda öz təzkirəsinin xüsusiyyətlərin-
dən bəhs etmişdir. O, təzkirəsinin məhəlli xarakter daşıdığını və
İranın tərkibində olan Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdə-
bil vilayətlərinin şairlərini əhatə etdiyini bildirmişdir
424
.
Təzkirə tərtib olunarkən coğrafi prinsip əsas götürülmüşdür.
Coğrafi prinsip daxilində də əlifba ardıcıllığına riayət edilmişdir.
Əlifba sıralamasında ilk növbədə şairlərin təxəllüsləri nəzərə alın-
mış, təxəllüsü olmayan şairlər isə ləqəb və adlarına görə təqdim
olunmuşlar.
“Belə ki, həmin prinsiplər bir tərəfdən mövcud təzkirəçilik
ənənələrinə sadiqlik nümayiş etdirməsi, digər tərəfdən isə şair və
yazıçıların yaradıcılığına dair məlumatların toplanılmasına orijinal
yanaşma tərzini nümayiş etdirməsi baxımından xüsusi maraq kəsb
edir”
425
.
Hər şairdən bəhs olunarkən imkan daxilində ən ilkin mənbə-
lərə müraciət edilmiş və şairdən bəhs edildikdən sonra istifadə
olunmuş mənbələrin adları və səhifələri göstərilmişdir. Müəllif əv-
vəlki təzkirəçilərin yol verdiyi səhvləri islah etməyə çalışmışdır.
Təzkirəçi öncə vəfat etmiş şairlər, sonra isə müasir şairlər
haqqında məlumat verir. Bu cəhətdən Müctəhidzadə və Mir Möh-
sün Nəvvabın təzkirələri ilə struktur baxımından oxşarlıqlar nəzərə
çarpmaqdadır.
Belə ki, təzkirədə hər bölgədən bəhs edilərkən keçmiş za-
mandan müasir dövrə kimi mövcud olmuş “hal-hazırda həyatının
şamı sönmüş” şairlər xatırlanmışdır. İkinci cild isə həmin bölgələ-
rin həyatda olan şairlərinə həsr olunmuşdur. J.İsmayılova bu təz-
424
Yenə orada, s. XXVII.
425
İsmayılova J. Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsinin
tərtib prinsipləri // Tədqiqlər, 2004, N 4, s. 251.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
309
kirənin tərtib prinsipinin özəlliklərindən biri kimi sənətkarların
nəsil şəcərəsini nəzərə alma faktının üzərində durur
426
.
Təzkirədə Cənubi Azərbaycan şairlərinin farsdilli poeziya-
sından nümunələr təqdim olunmuşdur. Hər bölgənin şairlərindən
bəhs edən fəslin sonunda müəllif həmin yerin türkcə yazan şairləri-
nin adlarını və onlar haqqında məlumat verən mənbələri sadala-
mışdır.
Ə.Dövlətabadi qeyd edir ki, Y.Şeyda Azərbaycan türkcəsin-
də şeir yazan müasir şairlərin tərcümeyi-halları və şeirlərini əhatə
edən “Ədəbiyyat ocağı” təzkirəsini qələmə aldığı üçün o, öz doğ-
ma dilində şeir yazan Cənubi Azərbaycan şairlərinin haqqında ge-
niş məlumat verməmiş, onların adlarını çəkməklə kifayətlənmişdir.
Ə.Dövlətabadi məhəlli təzkirə yazan müəlliflərin qarşısında
duran mühüm problemlərdən birinin bəzi şairlərin hansı bölgəyə
mənsub olduğunu müəyyənləşdirməyin çətinliyidir. Təzkirəçi öz
əsərində bəhs etdiyi bölgənin şairlərindən danışmazdan öncə hə-
min yerin tarixi, coğrafiyası və abidələri haqqında məlumat ver-
mişdir
427
.
Təzkirənin I cildi Ərdəbil, Arazbaran, Urmiya, Ərvənəq,
Ənzab və Təbrizdən olan şairlər haqqında məlumatı əhatə etmək-
dədir. II cilddə isə Xalxal, Xoy, Sərab, Səlmas, Maku, Mərənd,
Məhabad, Miyanə və Gərmrud şairlərinin haqqında məlumat veril-
mişdir. Təzkirədəki şairlərdən beşi qadındır.
Şəhər
Keşmiş şairlər
Müasir şairlər
Türkcə
yazan
şairlər
Ərdəbil
72
8
20
Arazbaran
15
5
2
Urmiya
46
14
6
Ərvənəq və
Ənzab
18
-
4
Təbriz
396
92
27
Xalxal
35
9
2
Xoy
44
13
2
Sərab
7
-
1
Səlmas
17
3
2
426
Yenə orada, s. 252.
427
Dövlətabadi Ə. Süxənvərani-Azərbaycan. Təbriz, s. XXX.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
310
Maku
1
-
-
Mərənd
11
7
4
Məhabad
4
5
-
Miyandüab
2
1
-
Miyanə
və
Gərmrud
8
-
3
Nəqdə
2
-
-
Cəmi
705
159
80
“Danişməndani-Azərbaycan”dan fərqli olaraq, bu təzkirədə
Şimali Azərbaycan şairlərindən bəhs olunmamışdır.
Sözügüdən təzkirə Əlyazmalar İnstitutunun əməkdaşı J.Şü-
kürova (İsmayılova) tərəfindən tədqiqata cəlb olunmuşdur. Əsərin
Azərbaycan dilinə tərcüməsi üzərində isə iş davam edir.
Əziz Dövlətabadinin başqa bir təzkirəsi 1991-ci ildə nəşr et-
dirdiyi “Sərayendeqani-şeri-parsi dər Qəfqaz” (“Qafqazın farsdilli
şairləri”) adlı əsərdir
428
.
Bu təzkirə də adından göründüyü kimi coğrafi prinsip əsasın-
da tərtiblənmişdir. Əsərdə 227 şairin həyat və yaradıcılığı haqqın-
da məlumat verilmiş və əsərlərindən nümunələr təqdim olunmuş-
dur. Təzkirə dörd fəsildən ibarətdir.
Birinci fəsildə Aranın farsdilli şairlərindən bəhs edilimiş və
doqquz hissəyə ayrılmışdır:
1.
Ordubadın farsdilli şairləri 16 nəfər
2.
Bakının farsdilli şairləri 6 nəfər
3.
Bərdənin farsdilli şairləri 1 nəfər
4.
Beyləqanın farsdilli şairləri 6 nəfər
5.
Xalatın farsdilli şairləri 2 nəfər
6.
Şirvanın farsdilli şairləri 47 nəfər
7.
Qarabağın farsdilli şairləri 59 nəfər
8.
Gəncənin farsdilli şairləri 36 nəfər
9.
Naxçıvanın farsdilli şairləri 4 nəfər
İkinci fəsil “Parsisərayani-Ermənistan” adlanır və 12 şairi
əhatə edir.
428
Dövlətabadi Ə. Qafqazın farsdilli şairləri. Tehran, 1370.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
311
Üçüncü fəsildə on üç farsdilli Dağıstan şairindən, dördüncü
fəsildə isə iyirmi beş farsca yazan Gürcüstan şairindən bəhs olun-
muşdur.
Bu təzkirədə bəzi mübahisəli məqamlar vardır ki, J.Şükürova
onların üzərində durmuşdur
429
.
429
Şükürova J. Qafqazda yaşayan farsdilli şairlər // Filologiya məsələləri, 2011,
N 11, s. 361.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
312
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
313
Dostları ilə paylaş: |