AMEA Əlyazmalar İnstitutu D – 269
364
Yenə orada, 74 b – 75 a.
365
Yenə orada, 76 a.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
256
Mirzə Ġsa Xəyali Ziyai. “Təzkireyi-Ziyai”
AMEA Əlyazmalar Ġnstitutu D-269
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
257
ƏBÜLQASIM MÖHTƏġƏM ġĠRVANĠ
Əbülqasım Möhtəşəm Şirvani Bəhupali Hindistanda doğulub
boya-başa çatmış azərbaycanlı müəlliflərdəndir. O, Şeyx Əbülfəzl
Məhəmməd Abbas Şirvaninin böyük oğludur. H.1276/1859-cu ildə
anadan olmuşdur. Atasından təhsil və təlim-tərbiyə almışdır. “Zər-
rin-pərənd”, “Ayini-bəhin”, “Çeşmeyi-nuş”, “Tarixi-nəfis”, “Rə-
van-əfza”, “Cavahirnamə”, “Qeysərnamə”, “Diləfruz”, “Zərnab”,
“Qəbəsatül-qiyas” kimi əsərləri vardır.
Onun əsərlərindən biri də h. 1298/1880-81-ci ildə qələmə al-
dığı “Əxtəri-taban” təzkirəsidir. Burada əlifba sırası ilə 82 qadın
şairə haqqında məlumat verilmişdir. Təzkirədə ilk olaraq Arzu Sə-
mərqəndidən və son olaraq Yasəmən adlı qadın şairədən bəhs edil-
mişdir. “Xatimə”də Rabiə Qəzdarinin və Məsturə Kürdüstaninin
tərcümeyi-halına və yaradıcılıqlarından örnəklərə yer verilmişdir.
O, son iki şairənin haqqında məlumatı təzkirəni bitirdikdən sonra
“Məcməül-füsəha”nı mütaliə edərkən əldə etmiş və öz əsərinə əla-
və etmişdir. Onu bu təzkirəni yazmağa qardaşı Əbülhəsən həvəs-
ləndirmiş və o, öz əsərini 1298/1880-81-ci ildə tamamlayaraq, onu
Bəhupal rəisəsi Şahicahan bəyimə həsr etmişdir. Əsər 1299/1881-
cu ildə 63 səhifə həcmində Bəhupal şəhərindəki “Şahicahani” mət-
bəəsində daşbasma üsulu ilə işıq üzü görmüşdür.
Müəllif bu əsəri yazmaq üçün çox sayda təzkirələrə müraciət
etməli olmuşdur. Lakin onun bəzi xətalara da yol verdiyi görül-
məkdədir. Məsələn, təzkirədə Məxfi Rəşti adlı İran şairinin bəzi
şeirləri yanlışlıqla Övrəngzib Aləmgir padşahın qızı Zibünnisa bə-
yim Məxfiyə aid edilmişdir
366
.
366
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 9-22.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
258
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
259
MĠR MÖHSÜN NƏVVAB
Şair, təzkirəçi, rəssam, naqqaş, xəttat, astronom, pedaqoq ki-
mi tanınmış Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada ruhani ailə-
sində dünyaya gəlmişdir. Molla məktəbində ərəb, fars dillərini,
eləcə də Şərq ədəbiyyatını mükəmməl öyrəndikdən sonra o, 34 ya-
şında ikən Şuşanın görkəmli alimlərindən Molla Abbas Cavanşir-
dən heyət, rəml və nücum elmlərini öyrənməyə başlamışdır.
Şuşada müəllimlik etməyə başlamış və 1890-cı ildə təşkil et-
diyi yeni tipli məktəbdə əsasən özünün hazırladığı dərsliklərdən
istifadə etmişdir. Nəvvab öz evində litoqrafiya mətbəəsi açmağa
nail olmuş, hətta burada özünün bir neçə əsərini belə çap etmişdir.
Nəvvab dövrünün tanınmış alimlərindən olmuş, elmin müx-
təlif sahələrinə aid Azərbaycan, fars və ərəb dillərində iyirmidən
artıq əsər yazmışdır
367
. Bu əsərlər arasında “Ziyaül-Ənvar”, “Kifa-
yətül-ətfal”, “Məzamir”, “Şəmsül-hidayə”, “Bəhrül-hüzən”, “Kən-
zül-mühən”, “Divani-farsi”, “Batilüs-sehr”, “Nurül-ənvar”, “Vüzu-
hül-ərqam” və başqalarının adını çəkmək mümkündür.
Mir Möhsün Nəvvabın əsərləri içərisində “Təzkireyi-Nəv-
vab”ın xüsusi yeri vardır. 1891-ci ildə fars dilində qələmə alınan
“Təzkireyi-Nəvvab” iki hissədən ibarət olub, məhəlli xarakter da-
şıyır və müəyyən mənada sistemsiz tərtib olunmuşdur.
Nəvvab ön sözdə təzkirənin yazılma səbəbini belə açıqlayır:
“Aciz bəndə Nəvvab Mir Möhsün ibn Hacı Mir Əhməd Ağamirza-
də Qarabaği belə söyləyir ki, bu gözəl dövranda, mübarək 1309-cu
ildə görkəmli din qardaşlarından və səmimi ruhanilərdən bəziləri
belə arzu etdilər ki, tarixin səhifələrində bir yadigar kimi qalması
üçün Qarabağ şairlərinin əziz adları, onların keçdikləri həyat yolu
toplanıb bir təzkirə tərtib edilsin və yüksək ləyaqət və bacarığa
malik olmayan mən onların gözəl adlarını zəmanə aqilləri və döv-
ran arifləri üçün yadigar qoyum. Beləliklə, onların buyurduqlarını
367
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, 2010, s. 211-212.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
260
qəbul edib, onların xahişini yerinə yetirib, mərdanə işə başladım və
bu məcmuəni yazıb, adını “Təzkireyi-Nəvvab” qoydum”
368
.
Müəllif əsərini iki dildə qələmə almasının səbəbini də şərh
edir: “Bundan qabaq yazılmış təzkirələr hamısı bir dildə olmuşdur.
Yəni ya ərəb, ya fars, ya da türk dilində. Ancaq mən iki dildə yaza-
cağam, həm farsca, həm də türkcə. Türkcə şeirləri farsca şeirlərdən
ayırmağı rəva bilmədim və bir-biri ilə qarışıq yazaraq təzkirəni üç
hissəyə bölürəm”
369
.
Nəvvab təzkirənin ön sözündə əsəri hansı strukturda hazırla-
dığını qeyd edir: “...təzkirəni üç hissəyə bölürəm. Birinci hissə -
həyatda olmayan şairlərin əhvalı və şeirləri, ikinci hissə - həyatda
olan şairlərin əhval və şeirləri, üçüncü hissə - kitabın xatiməsi,
məzhəkəli şeir parçaları, satiralar və s. əvvəlki adları getməyən
şairlər və Qafqaz şəhərlərinin şairləri”
370
.
Birinci hissədə təzkirə tərtib olunan zaman vəfat etmiş otuz
beş şair, ikinci hissədə isə həyatda olan əlli altı şairdən bəhs olun-
muşdur.
N.Qarayev təzkirəçinin birinci hissədəki şairlər haqqında
məlumatı əldə etməkdə çətinlik çəkdiyini, çox çətinliklərə qatlaşa-
raq, onların qohum-əqrəbaları ilə görüşüb, tərcümeyi-hallarına aid
məlumat və əsərlərindən nümunələr topladığını qeyd edir
371
. Birin-
ci hissənin sərlövhəsi bu şəkildədir: “Mərhum Qarabağ şairlərinin
həyatı və şeirlərindən ixtisarla verilmiş parçalar h.1309/1891-ci
ilin rəbi-ül-əvvəl ayında yazılıb”.
Bu hissədə Molla Pənah Vaqif, Vidadi, Yusif Kosa Qaraba-
ği, Mirzə Məriz, Mirzə Əli, Qasım bəy Zakir, Abdulla bəy Asi,
Mirzə İbrahim Səba kimi şairlər yad olunmuşdur.
Nəvvab təzkirənin ikinci bölümünün əvvəlində yazır:
“1309-cu ilədək sağ olan Qarabağ şairlərinin həyatı barədə və şeir-
ləridir”. Daha sonra təzkirəçi bu dünyanı tərk etmiş şairlərin həyatı
368
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1998, s.7-8.
369
Yenə orada, s. 10.
370
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1998, s. 12.
371
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, 2010, s. 218.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
261
və qiymətli şeirlərini – o şeirləri ki, künclərdə, onun-bunun yanın-
da gizli qalmışdır, bütünlüklə toplayıb, zəmanə ariflərinin və döv-
ran şairlərinin hüzuruna təqdim edib qurtardığını əlavə edir. Nəv-
vab əsərin bu hissəsində “Müasir Qarabağ şairləri” başlığı altında
bir sıra məqamlara aydınlıq gətirir: “Əlavə olaraq aşağıdakı mad-
dələri də aydınlaşdırmaq lazımdır. Çünki gələcək nəsillərə lazım
ola bilər. Birinci hissədə adlarını və əhvallarını verdiyimiz şairlər
dövründə əlahəzrət Ağa Məhəmməd şah Qacarla, ondan sonra əla-
həzrət Fətəli şahla və sonra da əlahəzrət Məhəmməd şahla müasir
olmuşlar ki, hər üçü qüdrətli Qacarlar sülaləsindən olub”. Təzkirə-
çi bu zaman Rusiya və Osmanlı dövlətlərinin başında duranlar
haqqında da məlumat verməyi lazım bilmişdir.
“Ad və əhvallarını bu təzkirənin ikinci hissəsində çəkdiyimiz
şairlər ki, indi islam tarixi 1309, rum-rus tarixi 1891-ci ildir, İran
padşahı şanlı-şövkətli əlahəzrət Nəsrəddin şah bin Məhəmməd Qa-
carla müasirdirlər”
372
.
Təzkirənin ikinci hissəsində haqlarında məlumat verilən şair-
lərdən Natəvan, Mehdiqulu xan Vəfa, Mir Həsən ağa, Fatma xa-
nım Kəminə, Balacaağa Xan Qaradaği, Bəhram bəy Fədai, Mirzə
Növrəs, Mirzə Həsən, Mirzə Cəlal və başqalarının adını sadalamaq
mümkündür.
Üçüncü hissə isə kitabın xatiməsini əhatə edir: “Qarabağın
vəfat etmiş və həyatda olan şairlərinin öz adlarına müvafiq həcv,
satira və s.-dən ibarət pərakəndə şeirlərinin təqdim edilməsi. Rəcəb
ayı, 1309-cu il”
373
. Burada bəzi səbəblər üzündən təzkirəyə düşmə-
yən 14 Qarabağ şairi haqqında çox qısa bilgi verilmişdir. Nəvvab
“Qafqaz şəhərlərindəki şairlərin həyatda olub-olmamalarından asılı
olmayaraq, adları, təxəllüsü və olduqları yerin adı” sərlövhəsi al-
tında yazır: “...Qarabağ şairlərinin əhvalı və şeirlərini toplayandan
sonra istədim ki, Qafqaz şairlərinin də şairlərinin əhvalı, nəsəbi və
şeirlərini ələ keçirib toplayıb, bu təzkirəyə daxil edərək, zəmanə
ariflərinin və dövran şairlərinin hüzuruna çatdırım. Lakin bəzi ma-
372
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1998, s. 147-148.
373
Yenə orada, s. 543.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
262
neələr üzündən öz məqsədimə çatmadım”
374
. Təzkirəçi bu mane-
ələrin arasında bəzi şairlərin təxəllüsünü, bəzisinin tərcümeyi-halı-
nı bilməməsini, şeirlərini əldə edə bilməməsini və s. sadalayır. An-
caq onların məşhurlarından bəzilərinin adını və təxəllüsünü təqdim
edir. Nəvvab Şamaxı şairlərinin 21-ni, Gəncə şəhərinin 12-sini,
İrəvan şairlərinin 6-sını, Ordubad şairlərinin 3-nü, Dərbənd şairlə-
rinin 3-nü, Bakı şairlərinin 2-sini, Quba şairlərinin 1-ni, Lahıc şair-
lərinin 1-ni, Lənkəran şairlərinin 1-ni xatırlamışdır. Sonda isə Qaf-
qaz əhalisindən tanımadığı 4 şairin adını çəkmişdir.
N.Qarayev hələ 1971-ci ildə ilk dəfə olaraq “Təzkireyi-Nəv-
vab”ın spesifik cəhətini xüsusi vurğulayır: “Əsərin bir cəhəti xüsu-
silə qeyd edilməlidir ki, bu da indiyədək təzkirəçilərin heç birində
rast gəlmədiyimiz avtoqraf toplamaqdır. Belə ki, müəllif təzkirəni
yazarkən bir çox şairləri yanına dəvət etmiş və şeirlərini xatirə ola-
raq, avtoqraf kimi həmin kitaba yazdırmışdır. Bu mümkün olma-
dıqda isə şairlərdən aldığı avtoqraf vərəqləri təzkirəsinə tikmiş-
dir”
375
. Nəvvab bir sıra şairlərə avtoqrafla bağlı müraciət etsə də,
onların bəzisi şeirləri gecikdirmiş və ya göndərməmişdir.
Təzkirədə bununla bağlı yazılmış qəzəllərə də rast gəlmək
mümkündür. Məsələn, şeirini gecikdirdiyinə görə Nəvvabın
Xurşidbanu bəyim Natəvana məktubu (15 zilqədə, 1309):
Əliyye-aliyyə, ağa cəlilə,
Neçün əşarınız olmaz hüveyda?
Qəmu əşarlər əncama yetdi,
Sizinkindən əsər olmazmı peyda?
Hilali-növ kimi düşmüş xifayə,
Xəti-müşkininiz dönmüş hümayə,
Və ya iksirə, ya kim, kimiyayə -
Bilinməz bir əsər manəndi-ünqa.
374
Yenə orada, s. 548.
375
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, 2010, s. 220.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
263
Mənim qəsdim budur, banuyi-əzəm,
Sizin əşariniz olsun müqəddəm.
Bu namə-nami olsun həm mükərrəm,
Və gər nə, rövnəq olmaz bunda əsla.
Kəlamınız gərək sərdəftər olsun,
Cavahir nəzminizdən əşhər olsun,
Kütüb təzyinə düşsün, ənvər olsun,
Necə xurşidi-ənvərdən bu dünya.
Olubdur müntəzir itmamə əhbab,
Cavahir nəzmdən olsun şərəfyab,
Sizə peyvəstə daidir bu Nəvvab,
Duadan qeyri yoxdur təmənna
376
.
Xurşidbanu bəyim Nəvvaba aşağıdakı şeirlə cavab vermiş-
dir:
Əya Nəvvab, valayi-süxəndan,
Yetişdi naməniz, dilşad oldum.
Qəmü dərdim firavan idi, amma
Behəmdüllah, künun azad oldum.
Sərasər şeiriniz əz ruyi-hikmət,
Qəmu məzmunları mehrü məhəbbət,
Mühübbə rəhmətü üdvanə zillət,
Bu şirin ləhcəyə mötad oldum.
Qəmi-əyyamdan çox natəvanəm,
Əliləm, naxoşam, əfsürdəcanəm,
Bu tətildən özüm də bədgümanəm,
Məgər kuhi-qəmə Fərhad oldum.
376
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1998, s. 320.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
264
Unutma sən duadan Natəvanı,
Əlilü naxoşü əfsürdəcanı,
Cənabından səva yoxdur gümanı,
Əgər yaddan çıxam, bərbad oldum.
Təzkirədə şeirlərini gecikdirən Mirzə Əbdül Şahin ilə Nəv-
vabın yazışmasına da rast gəlirik.
N.Qarayev Nəvvab və Kəminə arasında avtoqraf şeirlə bağlı
baş vermiş anlaşılmazlıq üzərində də durmuşdur: “Nəvvab 1892-ci
ildə Kəminəyə məktub yazaraq, təzkirə üçün istədiyi şeirləri gecik-
dirdiyindən gileylənmişdir...
Kimsə Kəminəyə yanlış məlumat vermiş, ona görə də şairə
şeirini göndərmək istəməmişdir. Nəvvab isə məktubunda göstərir
ki, mənim bu işdə bir faydam yoxdur, məqsədim budur ki, sənin
şeirlərin xeyir iş kimi yadigar olaraq dünyada qalsın”
377
.
Sənin, ey aliyyə, şeirin məgər izhar olmazmı?
Dübarə ərzi-hal etmək məgər təkrar olmazmı?
Yetişdi aləmin şeiri qəmu dəftərdə səbt oldu,
Yetə səndən genə şirin-şəkər güftar, olmazmı?
Nədən tutmuş bulud mahi-mübarək ayının ruyin,
Məgər badi-səba əsməz, bu məh əşhar olmazmı?
Mənim bu işdə nəfim yox, sizə məlumdur xahər,
Bunun zəhmətkeşi xəlq içrə bimiqdar olmazmı?
Qərəz dünyada bu əşar bir asardır, qalsın,
Qəmu şairlərin adı məgər asar olmazmı?
378
.
377
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, s. 220.
378
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1998, s. 312.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
265
Fatma xanım Kəminə Nəvvaba aşağıdakı qəzəllə cavab ver-
mişdir:
Nə bədgudur mənə mane, nə qəflətdir, əya Nəvvab,
Həmişə möhnətü hicran çəkən bimar olmazmı?
Qalıbdır şişədə meytək qəmu əşar sərbəstə,
Səbəb olsan qəmusi açılır, əşhar olmazmı?
Yazılsa xətti-naməqbulilə əşari-namətbu,
Kəminə şairan yanında bimiqdar olmazmı?
379
.
Məşədi Əyyub Baki Nəvvaba təzkirəsi üçün qəzəl göndərər-
kən məktub da yazmış və çox güman ki, Nəvvab da maraqlı oldu-
ğu üçün bu məktubu əsərdə olduğu kimi vermişdir. “Bakinin öz
xəttilə: Əzizimiz, şuşalı Nəvvab Mir Möhsün Ağamirzadənin xahişi
ilə mən, Məşədi Əyyub mərhum Qarabağ taciri Hacı Sadıq oğlu –
Baki təxəllüs – dostlarıma yadigar məqsədilə sözlərimi öz dəsti-
xəttimlə bu nüsxəyə yazıram. Baxmayaraq ki, bəndəniz öz ömrünü
başa vurmaq üzrədir, lazım bilir ki, nə qədər ki, canında su var,
alimlərimiz astanasına baş əysin... On yeddi yaşında evlənmişəm.
Hal-hazırda 25 yaşım vardır.
Ərəb torpağından uzaq düşmüşəm, fars küləyinə də məruz
qalmamışam. Qorxum yoxdur. Yeddi il Qarabağın beytül-ədəbində
Hacı Məhəmməd bəy Qarabağinin oğlu Mirzə Kərimdən dərs al-
mışam. O, yeniyetmə cavan olsa da, həqiqətdə doxsan yaşlı qoca
kimi tavanası yoxdur.
Xülasə, şairlik məsələsində də ixtilaf mövcuddur, bəziləri
zövqə, bəziləri isə təbə malik olmağı üstün tutur. Lakin bu sətirlə-
rin müəllifi deyir ki, zövq və təbin yuxarıdakı məsələyə dəxli yox-
dur. Çünki bütün bəşər övladı zövq və təbə malikdirlər, belə olduq-
da nə üçün hamı şair olmasın? Əgər Allah verəndirsə, zülm və
əziyyətə düçardırlar. Hər kəsin gözü varsa, dərk edib ki, həqiqətən
379
Yenə orada, s. 313.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
266
şeirin badəsi məhəbbətdir, belə ki, görkəmli şairlər bu həqirin sö-
zünün şahididir. Ah, bisavadlıq!”
380
.
Nəvvab təzkirəsinə Məşədi Əyyub Baki, Mirzə Hüseyn Ça-
kər, Mirzə Yəhya Şeyda, Şaki Abdal, Məşədi Məhəmməd Bülbül,
Baxış bəy Səbur, İbrahim Tahir və başqalarının avtoqraf şeirlərini
daxil etmişdir.
Təzkirəyə avtoqraf vərəqlərin daxil edilməsi ideyası nəinki
Azərbaycanda, bəlkə də, bütün Yaxın Şərqdə Mir Möhsün Nəv-
vaba aiddir
381
.
Nəvvabın ədəbi-bədii irsini araşdıran f.e.n. A.Hacıyeva belə
qənaətə gəlmişdir ki, şairin bu sahədəki fəaliyyəti əsas etibarilə,
həmin fəaliyyətin məntiqi yekunu olan “Təzkireyi-Nəvvab” əsəri
ilə ölçülür
382
.
Son olaraq qeyd etməliyik ki, “Təzkireyi-Nəvvab”ın yenidən
nəşrinə və təzkirənin təhlil olunaraq hərtərəfli şəkildə araşdırılma-
sına ehtiyac duyulmaqdadır.
Əlyazmaları
AMEA Əlyazmalar İnstitutu M - 67
380
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1998, s. 379-380.
381
Гаибли Г. Автограф «Тазкира-и Навваб» как литературно-поэтический
источник / Средневековые рукописи и проблемы истории культуры Азер-
байджана. Материалы научно-теоретической конференции. Баку, 1989, с.
33.
382
Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. Bakı, 2004, s. 45.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
267
Mir Möhsün Nəvvab
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
268
Mir Möhsün Nəvvab. “Təzkireyi-Nəvvab”
AMEA Əlyazmalar Ġnstitutu M – 67
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
269
Mir Möhsün Nəvvab. “Təzkireyi-Nəvvab”
AMEA Əlyazmalar Ġnstitutu M – 67
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
270
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
271
XX ƏSR
Məhəmməd ağa Müctəhidzadə
İbrahim Tahir Musayev
Həsənəli xan Qaradaği
Məhəmmədəli Tərbiyət
Şəmsəddin xan Həqqi Təbrizi
Qulam Məmmədli
Seyid Əbdülhəmid Xalxali
Əziz Dövlətabadi
Əli Nəzmi
Yəhya Şeyda
Məhəmməd Dəyhim
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
272
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
273
MƏHƏMMƏD AĞA MÜCTƏHĠDZADƏ
Məhəmməd ağa Müctəhidzadə 1867-ci ildə Şuşa şəhərində
anadan olmuşdur. İlk təhsilini də elə burada almışdır. Təhsilini
Türkiyədə davam etdirmişdir. Daha sonra Bakıda uzun müddət
müəllimlik etmişdir.
M.Tərbiyət “Danişməndani-Azərbaycan”da Müctəhidzadə
haqqında yazır: “Adı Mirzə Məhəmməd, Mirzə Sədr Qarabağinin
oğludur. O, h.1325/1907-ci ildə Qarabağ şairlərinin tərcümeyi-
halı, türk və fars dilində şeirləri haqqında “Riyazül-aşiqin” adlı ki-
tab tərtib etmişdir. Bu kitabın birinci cildi h.1328/1910-cu ildə İs-
tanbulda çap edilmişdir. Bu əsər onun təlifindən əvvəl yazılmış və
çap edilmiş “Təzkireyi-Nəvvab” əsərinin türk dilinə tərcüməsi-
dir”
383
. Təbii ki, Müctəhidzadə təzkirəsinin tərcümə olması fikri
yanlışdır.
Müxtəlif dillərdə tərtib edilmiş hər iki əsər bir çox özəlliklərə
malikdir. İstər əhatə genişliyinə (“Riyazül-aşiqin”ndə 79 söz ustası
haqqında Nəvvab təzkirəsi ilə müqayisədə nisbətən səthi sayıla bi-
ləcək məlumat verilir. “Təzkireyi-Nəvvab”da oxucuların diqqətinə
müxtəlif şairlərin 800-dən çox qəzəl, təxmis, qoşma, müxəmməs,
müsəddəs, məsnəvi, rübai kimi müxtəlif janrlı əsərləri təqdim
olunduğu halda, Müctəhidzadə təzkirəsində təxminən 2 dəfə az –
400-ə yaxın şeir nümunəsi verilmişdir), istər həcminə (“Riyazül-
aşiqin” 286 səhifədən ibarətdir), istərsə də Azərbaycan və ümumi-
likdə, Şərq təzkirəçilik ənənələrinə gətirdiyi yeniliyinə görə
M.M.Qarabağinin (Mir Möhsün Nəvvab – V.M. ) təzkirəsi daha
əhəmiyyətlidir
384
.
Məhəmməd ağa Müctəhidzadənin tərtiblədiyi “Riyazül-aşi-
qin” təzkirəsi Qarabağda yaşayan 79 şairdən bəhs edir.
Təzkirəçi əsərinin yazılma səbəbini geniş biçimdə açıqlayır:
“Bəndeyi-dərgahi-yəzdani-baqi Məhəmməd bin Mirzə Sədray Qa-
383
M.Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 238.
384
Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. Bakı, 2004, s. 53-54.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
274
rabaği ühbayi-ruhani və esdeğayi-cani məhzərlərinə belə ərz eliyir
ki, əvayili-ömrümdə ləli-Bədəxşan kimi dirəxşan olan loaliyi-dər-
yayi-fikrətdən bəzisini qəvvasi-təb əlində müayinə edib müştəri ol-
mağıma görə Şişə içrə bulunan ürəfayi-nikfənn və şüərayi-şirinsü-
xənlərilə ülfət etməgi özümə vacib və lazım hesab edib müsahibət
və mücalisət edirdim və səhab təblərindən manəndi-barani-bahar
tökülən əşari-abdarlara və dürci-dəhənlərindən dürri-şəhvar kimi
nisar olan güftarlara sədəfasa vücudumu sərapa guş edib fəramuş
olmamasına kuşiş qılırdım”. Təzkirəçi daha sonra əlavə edir:
“...aşiqlərin şeirlərini məşuqların şeirləri kimi pərişan qoymayıb
bir yerə cəm qıldım və bir təzkirə yazmaqlığıyla əkslərindən sonra
müntəxəbati-nəzmlərini qələm ianətiylə dəftərə səbtü zəbt edəy-
dim, tainki bevaseteyi-təğyiri-zəman və inqilabi-dövran ismü
rəsmləri lövhi-xatirdən məhv olub səhifeyi-ruzigardan pozulma-
sın”.
Müctəhidzadə təzkirə hazırlamaq haqqındakı fikrini Qaraba-
ğın tanınmış əyanlarından İsgəndər bəy Rüstəmbəyova bildirmiş-
dir. O isə cavabında “gərək bir tüxmi-yadigar mə məzrəeyi-ruziga-
ridə əkmək ki, əbnayi-vətən ondan nəfbərdar olsunlar və mütaliə-
sindən fayidə təhsil edənlər müəllifinə rəhmət oxusunlar” şəklində
cavab verərək, bu fikri bəyəndiyini ifadə etmişdir
385
.
Təzkirəçi əsərinin strukturu haqqında da ön sözdə bilgi verir:
“...Qarabağın şüəralarının əhvalına filhəzə Riyazül-aşiqinə möv-
sum və iki rövzəyə bir bağçaya məqsum olundu”. Daha sonra hər
bir rövzədə hansı şairlərdən bəhs edəcəyini qeyd edir: “Əvvəlinci
rövzədə bəyan olunur mütəqəddiminin keyfiyyati-halatı və müntə-
xəbati-əbyatı. Və ikinci rövzədə zikr edilir mütəəxxerin və müasi-
rinin əhval və ətvarı və müntəxəbati-əşarı. Və bağçada fəqət dərc
olunur müəllifin əhvalı və nətayici-xəyalı”.
Təzkirənin ilkin planı iki hissədən ibarətimiş. Birinci hissədə
təzkirə tərtiblənərkən dünyasını dəyişmiş şairlər haqqında, ikinci
hissədə isə müəllifin müasiri, həyatda olan ədiblər və onların əsər-
lərindən məlumatlar verilməli idi. Müctəhidzadə təzkirənin ön sö-
385
Məhəmmədağa Müctəhidzadə. Riyazül-aşiqin. Bakı, 1995, s. 7.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
275
zündə əsərinin iki rövzə və bir bağçadan ibarət olduğunu bildirsə
də, təzkirənin yalnız birinci rövzəsi nəşr olunmuşdur. Sözügedən
digər bölmələrin isə əlyazması belə zamanımıza çatmamışdır. Çox
güman ki, müəllif əsərin yalnız birinci hissəsini qələmə ala
bilmişdir.
Ə.Bağırov XX əsrin əvvəllərindəki inqilablar dalğasının bu
əsərin ikinci cildinin nəşrinə maneçilik törətdiyini qeyd edir
386
.
A.Topalova təzkirənin iki cilddə hazırlanmasının nəzərdə tutulma-
sının əsərin adından da məlum olduğunu yazır və bunu “riyaz” sö-
zünün rövzə ifadəsinin cəmi olduğu ilə izah edir. Əgər kitab bir
cild olsaydı, kitabın adı “Riyazül-aşiqin” deyil, “Rövzətül-üşşaq”
olardı
387
. Təzkirəçi ön sözdə əsərini “Riyazül-aşiqin” adlandırdığı-
nı, iki rövzə və bir bağçaya ayırdığını özü qeyd etmişdir.
Babi-ləfz, aləmi-hikmətdir “Riyazül-aşiqin”,
Məzhəri-asari-qüdrətdir “Riyazül-aşiqin”.
Seyr qılcaq dəf edər qəmgin könüllər qəmlərin,
Afitabi-ərşi-behcətdir “Riyazül-aşiqin”.
Əndəlibani-vətən xoş nəğmələr inşad edir,
Gülüstani-baği-millətdir “Riyazül-aşiqin”.
Müştəriyi-Mücəhidzadə müəllifdir ona,
Müştərilərçün səadətdir “Riyazül-aşiqin”
388
.
Müctəhidzadə təzkirənin birinci rövzəsinə aşağıdakı sərlöv-
həni vermişdir: “Əvvəlinci rövzə sükna etdiyimiz diyari-minu
386
Məhəmmədağa Müctəhidzadə. Riyazül-aşiqin. Bakı, 1995, s. 3.
387
Topalova. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Mə-
həmməd Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsi. Bakı, 2001, s. 61-62.
388
Yenə orada, s. 58.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
276
asardan rihlət edib darül-qərarda qərar tutan sahibi-təblərin əhval
və ətvar və müntəxəbati-əfkar və əbkarlarının bəyanındadır”
389
.
Əsərdə şairlər haqqındakı məlumat vəfat tarixlərinə görə təq-
dim olunmuşdur. Müctəhidzadə şairlərin vəfatından bəhs edərkən
müxtəlif cümlələrdən istifadə etmişdir ki, bunlar bir-birini təkrarla-
mır. Məsələn, “Arif: ömrünün şüşəsi Şuşa şəhərində daşa toxun-
maqlıqdan maəda həqir üçün bir məlumat vermədi” (s.38); “Mirzə
Məriz: baisi-qürbi-məhbubi-həqiqi dər sənəyi 1264 hicridə məriz
olub cami-ölüm şərbətin nuş edir” (s.41); “Hacı Mirzə Əliqulu:
Məkkəeyi-müşərrəfədə daiyi-həqqə ləbbeyk deyib icabəti-əmri-
həqq edib və həqqi-təalaya əbədi mehman qalmışlar” (s.57);
“Nəva: səneyi-min iki yüz həştad dörddə gürgi-əcəl çəngalına gi-
riftar olub” (s. 60); “Fəna: sənəvati-məsihiyyənin min səkkiz yüz
altmış yeddincisində aləmi-fənadan dari-bəqaya rihlət buyurub” (s.
62); “Molla Abbas Cavanşir: səneyi-islamiyyənin min iki yüz həş-
tad altıncı ilində dari-fanidən aləmi-baqiyə irtihal edib” (s.81); Sa-
lar: ruhi-şərifi aşiyani-qüdsə pərvaz etmiş (s.107); “Səfa: hicrətin
min iki yüz doxsan dördüncü ilində münadiyi-həqiqidən nidayiya
əyyuhənnəfs əl-mutməinnəhu ərcəi ila rəbbikə raziyyətən mərziyə-
tən fəədxəli fi ibadi və ədxəli cənnəti eşidib, cahanafərinin hökmü
ilə mətai-canı vida qılır və həman sərzəmində ki, behişti-bərrindən
bir guşədir mədfun və dürri-Nəcəfi tək məknun və gövhəri-mək-
nun kimi dili-xakdə məxzun olur” (s.114).
Təzkirədə bəzi şairlər haqqındakı bio-biblioqrafik məlumat-
lar geniş, bəziləri isə qısadır. Nümunələrə diqqət yetirək.
Mirzə Həsən: “Bu sahibi-vəchi-hüsn və aşiqi-vəchi-Həsən
Mir Cəfər mərhumun xələfi və Əli Məhəmməd ağanın nəbirəsidir.
Və mərhum Əli Məhəmməd ağa isə İbrahim Xəlil xan Cavanşirin
ən müqərriblərindən birisidir. Əvayili-sinnində tərki-vətəni-məluf
edib Şəki şəhərinə müsafirət qılır və rus dəftərxanasında münşilik
əmrinə məşğul olur. Və həman sərzəmində irtihali-dari-nəim edir.
Əziz qövm olmaqlığına görə o Yusifi-Misri məlahət üçün həmvə-
təni olan şüəra hər birisi bir ləhn ilə şaxsari-məhəbbətdə mütərən-
389
Müctəhidzadə M. Riyazül-aşiqin. Bakı, 1995, s. 9.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
277
nim olublar. O cümlədən Mirzə Əbülhəsən Şəhid təxəllüs bu fərdi
o mərhumun maddeyi-tarixində deyib, münasib olmağına görə
dərc olundu. Şəhid qoft be sali-vəfatəş in mesra:
Hezar ah əz in qamət, hezar əfsus.
Xülasə, vəsiyyətinə görə cənazəsini vətəni-əslisi Şuşa şəhə-
rinə həml edib, bir verst şəhərdən kənara dəfn edirlər. Həman
mərğzən mərhumun adıyla adlanır ki, əlan Mirzə Həsən qəbristan-
lığı deyilir. Be hər hal, sahibi-təb imiş. Belə ki, vətəndə olan dil-
bəri-şirinsüxəndən ayrılan vaxt bu qəzəli inşa edir”.
Mirzə Həsənin tərcümeyi-halı təzkirədə verilmiş böyük
həcmli məlumatlardandır. Əsərdə haqlarında qısa məlumat veril-
miş şairlərə də rast gəlmək mümkündür. Məsələn, Qənbər vələdi-
Əli: “Bu, mərhum Kərbəlayi Səfi Valeh təxəllüsün şagirdi və həm-
vətənidir. Sahibi-təb imiş. Belə ki, atidəki müstəzadı ustadın gözlə-
ri ağrayan vaxt betəriği-şuxi inşad edib. Hansı ki, cavabda anfən
zikr olundu”.
Müctəhidzadə şairlərin şeirlərindən müxtəlif sayda örnəklər
vermişdir. Məsələn, Zakirin 23 qəzəlini, 1 müxəmməs və 2 növ-
həsini, Şəhidin 3 qəzəl, 1 müstəzad, 1 saqinamə, 2 məsnəvi, 1 qitə,
1 qəsidəsini və qəzəliyyat başlığı ilə 17 qəzəlini nümunə olaraq
vermişdir. Rusiyah təxəllüslü şairin şeirindən bir beyt örnək
vermişdir.
Bəzi şairlərin isə şeirlərindən örnəklər təqdim olunmamışdır.
Nümunə olaraq Nigarini göstərmək olar. Təzkirəçi Nigarinin əsər-
lərindən nümunə verməməyinin səbəbini də izah edir: “Məzhəri-
hüsni-təvəccühləri olan Nigari namındakı bir iffət-pənahın ismilə
müsəmma olan bir divanı var isə də, bu kitabın heyni-təbində ələ
keçirilmədiyi cəhətilə müntəxəbatı ilə təzyini-səhifə müəssər ola-
madı”
390
.
390
Yenə orada, s. 242.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
278
Dostları ilə paylaş: |