Lütfəli Bəy Azər. “AtəĢkədə”
AMEA Əlyazmalar Ġnstitutu C-103
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
178
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
179
ĠSHAQ BƏY ÜZRĠ BƏYDĠLĠ
İshaq bəy Üzri Bəydili (?-h.1185/1771) “Təzkireyi-İshaq”
əsərinin tərtibçisidir. O, Lütfəli bəy Azərin qardaşıdır. Haqqında
məlumata “Atəşkədə” təzkirəsində rast gəlirik. Lütfəli bəy qardaşı
haqqında yazır: “Şərəfli adı İshaq bəydir. Həqirin kiçik qardaşıdır.
Həyalı və insaflı bir cavan idi. Könlü eşq, sevgi rümuzundan xə-
bərdar və təbi çiçəklənmişdi. Hərdən qəzəl və rübai yazardı. H.
1185-ci ildə ruhunun bülbülü behişt ağacına qondu”
285
. Daha sonra
Səbahi təxəllüslü şairin Üzrinin vəfatına söylədiyi tarix qeyd olun-
muşdur:
Səbahidən istədik ki, onun vəfat tarixini söyləsin,
Dedi: əbədi behiştdə İshaq bəy olsun.
İshaq bəyin “Təzkireyi-İshaq” adlı əsəri əslində şeirlər məc-
muəsi və ya antologiyadır. Buna görə də, çox sayda nüsxələri ol-
masına baxmayaraq, əksər hallarda kataloqlarda cüng kimi qeydə
alınmışdır. Bu məcmuə Lütfəli bəy Azərin təzkirəsindəki şeirlər-
dən seçmələri əhatə edir. Dibaçəsi yoxdur. Əsər dörd fəsildən iba-
rətdir:
I fəsil qəsidələri,
II fəsil qitələri,
III fəsil qəzəlləri,
IV fəsil isə rübailəri əhatə edir.
Tərəfimizdən təzkirənin İran Məclis Kitabxanasında (7261)
saxlanılan nüsxəsi əldə edilmişdir.
M.Məmmədova Üzrinin 7200 beytdən və 200 vərəqdən iba-
rət olan “Divan”ının yeganə əlyazma nüsxəsinin İranda Məclis ki-
tabxanasında saxlanıldığını qeyd edir. Əsər İshaq bəyin vəfatından
285
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, s.
113-114.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
180
31 il sonra, 1802-ci ildə dövrün məşhur xəttatı Məhəmməd Möh-
sün Həmədani tərəfindən köçürülmüşdür
286
.
Əlyazmaları
Nemətullahi xanəgahının k/x. 422.
Tehran Universiteti mərkəzi k/x 4764.
İslami Şura məclisi K/x 7261.
İran Milli K/x 1257.
Şəhid Mütəhərri Ali Mədrəsəsinin k/x. 2716.
Şəhid Mütəhərri Ali Mədrəsəsinin k/x. 2723.
286
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, s.
22.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
181
Ġshaq Bəy Üzri. “Təzkireyi-Ġshaq”
Ġran Məclis Kitabxanası 7261
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
182
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
183
ƏBU TALĠB XAN TƏBRĠZĠ
XVIII əsr Azərbaycan təzkirəçilərindən biri də Əbu Talib
xan Təbrizidir. Onun həyat və yaradıcılığı haqqında məlumatı
M.Tərbiyət təzkirəsindən alırıq. Əbu Talib xanın atası Hacı Mə-
həmmədbəy xan Təbrizi Nadir şah dövründə İsfahandan Hindista-
na getmiş və o, h.1165/1751-ci ildə Ləknəhur şəhərində anadan ol-
muş, orada boya-başa çatmışdır. “Töhfətül-aləm” əsərinin müəllifi
Kəlküttədə onunla görüşüb, təbinin zənginliyini və sərbəst yara-
dıcılığını tərifləmişdir: “Əbu Talib yaradıcılığa və ədəbiyyatşünas-
lığa böyük həvəs bəsləyir və tarixçilikdə misli-bərabəri yox idi. O,
güclü hafizə sahibi olaraq, Xaqani, Ənvari kimi şairlərin çətin şeir-
lərini əzbər bilir və izah edirdi”.
Mirzə Əbu Talib h.1206/1791-ci ildə “Xülasətül-əfkar” adlı
təzkirə təlif etmişdir. Əsərdə nəzm, nəsr, inşa, risalə, əruz, qafiyə,
musiqi, əxlaq və s. haqqında məlumat verilmişdir
287
.
H. 1208-ci ildə tarix və coğrafyadan bəhs edən “Lübbüs-si-
yər və cahannüma” adlı əsər qələmə almışdır. Bu əsərin III babı
təzkirə xarakterli olub, şairlər və fazillər haqqındadır.
Əbu Talib xan h.1221/1806-cı ildə vəfat etmişdir.
287
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 107.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
184
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
185
SULTAN MƏHƏMMƏD MĠRZƏ BAHADIR XAN
SƏFƏVĠ
Səfəvi nəslindəndir. Təxminən h. 1187 / m. 1773-74-cü ildə
anadan olmuşdur. Siyasi hadisələr səbəbi ilə h. 1205 / m. 1790-91-
ci ildə İrandan Sində qaçmış, h. 1210 / m. 1795-96-cı ildə Ləknə-
hurda məskunlaşmışdır. “Tülui” təxəllüsü ilə şeirlər yazmışdır.
Əbülhəsən ibn İbrahim Qəzvini “Fəvaidi-Səfəviyyə” əsərində h.
1217/1802-03-cü ildə onun təxminən 30 yaşının olduğunu bildir-
miş, 5 min beytdən ibarət poeziyasının (qəzəl, rübai və qitə) oldu-
ğunu, həmçinin “Töhfətüş-şüəra”, “Töhfətül-əhbab”, “Töhfətüs-sə-
latini-Səfəviyyə”, “Əxlaqi-Məhəmmədi”, “Töhfətül-üşşaq” kimi
əsərlər yazdığını bildirmişdir
288
.
Səfəvi şahzadəsi qədim və müasir şairlər haqqında “Töhfə-
tüş-şüəra” təzkirəsini h. 1211-1216/1796-1801-ci illərdə Lütfəli
bəy Azərin “Atəşkədə” təzkirəsinin təsiri altında qələmə almışdır.
Təəssüf ki, bu təzkirə haqqında daha geniş məlumata malik de-
yilik.
288
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 160-168.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
186
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
187
XIX ƏSR TƏZKİRƏÇİLİYİ
Məhəmməd Fazil xan Gorusi
Əbdürrəzzaq bəy Dünbüli Azərbaycani
Bəhmən mirzə Qacar
Hülaku mirzə Qacar
Xudaverdi xan Qacar
Məhəmməd Bağır xan Qacar
Məhəmməd Həsən xan Etimadüssəltənə
Məhəmməd Saleh Şamlu
Mahmud mirzə Qacar
Heydərqulu mirzə
Məhəmmədqulu mirzə Qacar
Seyfüddövlə Sultan Məhəmməd Tağı
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi
Əli Rza mirzə Qacar
Əbülqasım Möhtəşəm Şirvani
Seyid Əzim Şirvani
Ziyai
Mir Möhsün Nəvvab
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
188
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
189
ƏBDÜRRƏZZAQ BƏY DÜNBÜLĠ AZƏRBAYCANĠ
Adı Əbdürrəzzaq bəy, ədəbi təxəllüsü Məftundur. Təbriz
bəylərbəyisi Nəcəfqulu xanın oğludur. O, atasından sonra istər-is-
təməz hökumət işini tərk edib, elm kəsb etmək, bu vilayətin alim-
ləri ilə həmsöhbət olmaq və bilik əldə etməklə vaxtını keçirərək,
elm və maarif sahəsində yüksək mərtəbəyə çatmışdır. Məftun ərəb
və əcəm ədiblərinin və məşhur fəzilətli şəxslərin əsərlərini mütaliə
edərək öyrənmiş və yüksək məfkurə sahibi olub, elm və ədəbiyyat
sevən şəxslərin müraciət etdikləri bir şəxsiyyət olmuşdur. Deyilən-
lərə görə, o, Bəndə təxəllüslü Mirzə Rəzi ilə birlikdə “Zinətüt-tə-
varix” əsərini yazmışdır.
Əbdürrəzzaq bəy Dünbüli h.q.1176/1762-ci ildə Xoy şəhərin-
də anadan olmuşdur. O, on yaşında ikən atası onu böyük oğlu Fəz-
ləli bəyin əvəzinə Şiraz hökmdarı yanına girov göndərmişdir. əb-
dürrəzzaq bəy Şirazda on dörd il ev dustağı kimi qalmış, bu müd-
dətdə elm və bilik öyrənməklə vaxtını keçirmişdir. əlimurad xan
Kərim xan Zəndin qardaşı Sadıq xanın əleyhinə qoşun çəkib, doq-
quz ay vuruşduqdan sonra Şirazı almış və Şirazda Azərbaycandan
girov saxlanmış adamları İsfahana göndərmişdir. H.q.1199/1785-ci
ildə Əlimurad xan vəfat etdikdən sonra Ağaməhəmməd şah İsfaha-
na gedib, Azərbaycandan girov alınmış adamlara, o cümlədən
Məftuna Azərbaycana qayıtmaq icazəsi vermişdir
289
.
Bir müddət Fətəli şahın böyük oğlu olan Azərbaycan hakimi
Naibüs-səltənə Abbas mirzənin xidmətində çalışmışdır. Məftun h.
1241/1825-ci ildə Məkkəyə gedib qayıtmış və h. 1243/1827-ci ildə
Təbrizdə vəfat etmişdir.
289
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 204-208;
Стори Ч.А. Персидская литература. Москва, 1972, ч. 3, с. 944-947; Hüseyn
Naxçıvani. Əbderrəzzaq bəy Dünbüli mütəxəllis be Məftun // Nəşriyyeyi-
Danişkədeyi-Ədəbiyyati-Təbriz. Sali-dovvom, şomareyi-əvvəl, 1328, s. 1-13;
Quliyev A.A. Görkəmli Azərbaycan alimi Əbdürrəzzaq bəy Dümbüli // Azər.
SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1966, N 3, s. 100-108.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
190
Əbdürrəzzaq bəy fars və ərəb dillərində nəzm və nəsrlə əsər-
lər yaratmış, ərəb şairlərinin və rəvayətçilərinin yaradıcılıq incəlik-
lərini öyrənmişdir. O, çox vaxt mütaliə və tədqiqatla məşğul ola-
raq, ömrünü kitablar və əsərlər yazmaqla başa çatdırmışdır. Tədqi-
qatçılar onun 16 əsərin müəllifi olduğunu bildirirlər
290
.
Məftun təxəllüsü ilə tanınan Əbdürrəzzaq bəy Dünbüli üç
təzkirə yazmışdır. Bunlar “Nigaristani-Dara”, “Təcrübətül-əhrar və
təsliyyətül əbrar” və “Hədayiqül-üdəba” adlı əsərlərdir.
Əbdürrəzzaq bəy Dünbülinin digər bir təzkirəsi h.
1228/1813-cü ildə qələmə aldığı “Təcrübətül-əhrar və təsliyyətül
əbrar” adlı əsərdir. Təzkirə üç fəsildən ibarətdir.
I qisim Dünbüli tayfası və onların 20 nəfər alimi və arifi haq-
qındadır;
II qisim Zəndiyyə dövrünün 16 şairi haqqındadır;
III qisim müəllifin həyat və yaradıcılığı və dövrün hadisələri
haqqındadır.
Əbdürrəzzaq bəyin üçüncü təzkirəsi h.1230/1814-cü ildə
yazdığı “Hədayiqül-üdəba”dır. Burada əvvəlcə cahiliyyət dövrün-
dən etibarən ərəb şairlərindən bəhs olunmuş, daha sonra Rudəki-
dən başlayaraq farsca yazan şairlər haqqında məlumat verilmişdir.
Bu təzkirəyə Xaqani, Nizami, Əbülüla Gəncəvi, Fələki Şirvani,
Mücirəddin Beyləqani kimi Azərbaycan şairləri də daxil edilmiş-
dir.
Əbdürrəzzaq bəy Dünbüli h. 1241/1825-ci ildə “Nigaristani-
Dara” adlı təzkirəsini tərtibləmişdir. Bu təzkirə müəllifin müasiri
olmuş şairlərdən bəhs edir və Azərbaycan hakimi Abbas mirzə
Qacarın göstərişi əsasında yazılmışdır. Əsər bu bölümlərdən iba-
rətdir:
I nigarxana zəmanə xaqanı Fəthəli şah Qacara həsr edilmiş-
dir;
II nigarxana Qacar şahzadələrinə və böyük əmirlərə həsr
olunmuşdur. Burada əvvəlcə şahzadələr yaşlarına görə, daha sonra
isə əmirlər tutduqları mənsəblərə görə sıralanmışdır.
290
Yenə orada.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
191
III nigarxana şaha və şahzadələrə yaxın olan şairlərdən,
həmçinin şeir yazan saray xidmətçilərindən ibarətdir.
IV fəsil isə müxtəlif vilayətlərin şairlərinə həsr olunmuşdur.
Təzkirədə verilmiş şeir nümunələrinin çox hissəsi farsca olsa
da, təzkirəçi xüsusi olaraq qeyd edir ki, o, şairlərin türkçə və ərəb-
cə yazdıqları şeirlərdən də nümunələr vermişdir. Əsərdə təxminən
200 şairdən bəhs olunmaqdadır.
İran alimi Ə.G.Məani tekstoloji müqayisələr nəticəsində sü-
but etmişdir ki, Əbdürrəzzaq bəy öz təzkirəsini qələmə alarkən bir
sıra şairlərin tərcümeyi-hallarını digər bir Azərbaycan təzkirəçisi
Məhəmməd Fazil xan Gorusinin “Əncüməni-Xaqan” təzkirəsindən
köçürmüşdür. Bu fikri hər iki təzkirənin təxminən eyni struktura
malik olması da təsdiq edir
291
.
Əlyazmaları
“Nigaristani-Dara”
İran Məlik Milli Kitabxanası 4311.
Ağayi Əbülfütuh Ələvinin kitabxanası.
Britaniya Muzeyi Kitabxanası 123.
“Təcrübətül-əhrar və təsliyyətül əbrar”
İran Məclis Kitabxanası.
Təbrizdə Cəfər Sultanül-Qürrayinin şəxsi kitabxanası.
“Hədayiqül-üdəba”
Rüknəddin Hümayun Fərruxun şəxsi kitabxanası.
291
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 393-401.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
192
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
193
MƏHƏMMƏD FAZĠL XAN GORUSĠ RAVĠ
Adı Məhəmməd, ləqəbi Fazil xan, ədəbi təxəllüsü Ravidir.
Müəllifin nisbəsindən belə görünə bilər ki, o, əzəli Azərbaycan tor-
paqlarından olan Zəngəzur mahalının Gorus bölgəsində doğulmuş-
dur. Lakin İran alimlərinin bildirdiyinə görə, Azərbaycan türkləri-
nin məşhur Bayandurlar nəslindən olan Məhəmməd Fazil xan h.
1198-ci (m. 1783-84) ildə Həmədan vilayətinin Gorus məntəqəsin-
də dünyaya gəlmişdir. Gənc yaşlarında ikən Gorus hakimi ilə mü-
naqişəsi üzündən doğma vətənini tərk edib İranın Rey şəhərinə
köçmək məcburiyyətində qalmış, daha sonra Tehrana gəlib, oraya
yerləşmişdir. Bir müddət Mazandaranda yaşasa da, təkrar Tehrana
dönmüşdür. Dövlət xidmətində çalışan bəzi tanışlarının köməyi ilə
Qacarların sarayında işə düzəlmiş, vəzifə pillələrində tərəqqi
edərək, h. 1230 / m. 1814-15-ci ildə çavuşbaşı təyin edilmişdir.
Rəsmi məclislərdə tez-tez iştirak edərmiş. Çox güclü hafizəyə
malik imiş. Fars və ərəb dillərinə mükəmməl dərəcədə
yiyələnmişdir. Həm nəzm, həm də nəsr sahəsində qələmini sına-
mışdır. Lakin ədəbiyyat tənqidçiləri onun nəsrinin nəzmindən daha
üstün olduğunu vurğulayırlar. Mahmud mirzə Qacarın “Səfinətül-
Mahmud” əsərində onun şeirlərindən 16 beyt örnək olaraq təqdim
edilmişdir. İran şairlərindən Mirzə Abbas Nişati xan Həzarcə-
ribinin Məhəmməd Fazil xanı həcv etdiyi bir şeiri məlumdur.
Haqqında bəhs etdiyimiz azərbaycanlı təzkirəçi h. 1253-cü (1837-
38) ildə vəfat etmişdir.
O, “Əncüməni-xaqan” adlı təzkirəsini h. 1234 / m. 1818-19-
cu ildə fars dilində qələmə almışdır. Əsərdə müəllif öz müasir-
lərindən bəhs etmişdir. Təzkirə bir müqəddimədən, dörd
əncüməndən və bir xatimədən ibarətdir.
Müqəddimədə əsərin təlif səbəbləri göstərilmişdir. Burada
müəllif bildirir ki, bu əsrin və zəmanənin şairləri çoxdurlar, amma
onların adları heç bir təzkirədə qeyd edilməyibdir. Məhz bu səbəb-
dən onun özü kimi bir “bəsirətli mütəxəssisin bu işə əl qoyması la-
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
194
zım gəlmişdir”. O, qeyd edir ki, daha öncə gürcü mənşəli Əhməd
bəy Əxtər və onun qardaşı Məhəmməd Bağır bəy Nişati bu işə tə-
şəbbüs göstərərək, “Əncümənara” adlı təzkirə tərtib etsələr də, bu
sahədə “əhliyyət və səlahiyyətləri olmadığından, işin öhdəsindən
layiqincə gələ bilməmişlər”.
I əncümən “Ulu Qacar elinin əsil-nəsəbinin icmalı, fələk
kimi iqtidarlı olan hökmdarın vaqiəsinin, onun mübarək cülusu-
nun, məmləkətləri idarə etməsinin zikri və sahibqiranın uğurlu
əsərlərindən və seçkin şeirlərindən örnəklər” adını daşıyır. Bu bö-
lüm əsas etibarilə Fətəli şah Qacara ayrılmışdır.
II əncümənin adı “Şahzadələrin əhvalı, əfkarı və Qacar süla-
ləsinin böyüklərindən bəzilərinin haqqında”dır. Burada 15 şair xa-
tırlanmışdır.
III əncümən şeir deyən saray xadimlərinə həsr edilmişdir və
“Şahənşahlıq dərgahında şərəf tapanların həsəbi və nəsəbi haqqın-
da” adlandırılmışdır. Bu əncümən 42 şairi əhatə edir.
IV əncümən “Əyalət şairləri haqqında”dır və 118 şair barə-
sində məlumatları ehtiva edir.
Xatimədə isə “Müəllifın əhvalı və şeirləri” mövzusundan söz
açılmışdır.
Qeyd etməliyik ki, əsərin ilk iki əncüməni tamamilə türk əsil-
li Qacar xanədanından olan şairlərə həsr edilmişdir. Bundan başqa,
III əncüməndə Bəndə təxəllüslü Mirzə Məhəmməd Rəzi Təbrizi,
Məftun Azərbaycani, Nəsrulla xan Qaragözlü, IV əncüməndə isə
Lütfəli bəy Azər Bəydili, onun oğlu Hüseynəli bəy Şərər Bəydili,
Kəlbi-Hüseyn bəy Aşüftə İrəvani, Mürtəzaqulu bəy Pərişan Qara-
gözlü, Mirzə Məsum Xavəri Kuzəkonani Təbrizi, Hacı Süleyman
Səbahi Bəydili, İshaq bəy Üzri Bəydili, Mehdiqulu bəy Azərbay-
cani və başqa azərbaycanlı şairlərin həyat və yaradıcılığına yer ve-
rilmişdir.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
195
Əlyazmaları
İran Əsəd kitabxanası 2075.
Lahor Pəncab Universitetinin kitabxanası.
İran Məclis kitabxanası 892, 224, 3809.
İran Məlik Milli kitabxanası 3795.
Səltənət kitabxanası 191, 193, 184.
İran Sipəhsalar kitabxanası 485.
İran Astani-Qüdsi Kitabxanası 4201.
Tehran Milli Kitabxanası 8, 126, 35, 71, 108, 1612.
Mehdi Bəyaninin şəxsi kitabxanası.
Əbdülhüseyn Bayatın şəxsi kitabxanası.
Ustad Bədiüzzaman Firuzanfərinin şəxsi kitabxanası.
Məhəmməd İsmayıl Rizvaninin şəxsi kitabxanası.
Cəfər Sultan əl-Qürrayinin şəxsi kitabxanası.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
196
Məhəmməd Fazil xan Gorusi. “Əncüməni-xaqan”
Ġran Məclis Kitabxanası
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
197
MAHMUD MĠRZƏ QACAR
XIX əsrdə təzkirə qələmə almış azərbaycanlı müəlliflərdən
biri də Fətəli şah Qacarın oğlu Mahmud mirzədir. O, 12 səfər
1214/16 iyul 1799-cu ildə anadan olmuşdur. Dörd yaşından baş-
layaraq sədri-əzəm Mirzə Məhəmməd Şəfinin təlim-tərbiyəsi al-
tında böyümüşdür. H.1229/1814-cü ildə Nəhavənd hakimi təyin
olunmuşdur. Məhəmməd şah Qacar zamanında həbsə alınmış və
İran Azərbaycanına sürgün edilmişdir. Təxminən 1852-53-cü illər-
də Təbrizdə vəfat etmişdir. 21 əsərin müəllifidir. Ən məşhur əsər-
ləri: “Səfinətül-Mahmud”, “Bəyanül-Mahmud”, “Gülşəni-Mah-
mud”, “Nüqli-məclis”, “Təzkirətüs-səlatin”, “Məqsudi-cahan”,
səkkiz min beytdən ibarət “Divan”, “Tarixi-sahibqirani”
292
.
O, h.1236/1820-ci ildə Qacarlar xanədanının şairlərinə həsr
edilmiş “Gülşəni-Mahmud” adlı ailə təzkirəsini yazmışdır. Bura-
da əvvəlcə Xaqan təxəllüslü Fətəli şahın, onun qızlarının (11 şairə)
və oğullarının (45 şair, daha sonra 2-si də əlavə edilmişdir), Fətəli
xanın qardaşı Hüseynqulu xanın övladlarının (5 şair) həyat və
yaradıcılıqları haqqında məlumat verilmişdir. Müəllif əsərin
sonunda özü haqqında bilgi verir
293
.
Müəllif h.1240/1824-cü ildə “Bəyanül-Mahmud” adlı digər
bir təzkirə yazmışdır. Əsər bir müqəddimə və iki “qismət”dən iba-
rətdir. Müqəddimədə müəllifdən, təzkirənin təlif səbəbindən və şa-
hın mədhindən bəhs olunmuşdur. Birinci “qismət”də müasiri olan
şairlərdən 300 nəfəri haqqında məlumat vermişdir. İlk növbədə Fə-
292
Стори Ч.А. Персидская литература. Москва, 1972, ч. 2, с. 951.; Берже
А.П. Фетх-Али-шах и его дети (исторический очерк) // «Русская старина»,
1886, № 6, с. 556.
293
Fətəli şahın 360 arvadının, 57 oğlunun, 44 qızının olduğu bəllidir. 1834-cü il-
də vəfat edərkən onun bütün övladlarının və nəvə-nəticələrinin ümumi sayı 935
nəfər idi (А.П.Берже, göstərilən əsəri, s. 549-562). Bəzi şahzadələrin bu təzkirə-
yə daxil edilməməsinin səbəbi budur ki, təzkirənin yazıldığı ildə həmin şahzadə-
lər azyaşlı olduqları və ya şair kimi tanınmadıqları üçün bu əsərə daxil edilmə-
mişlər.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
198
təli şahdan bəhs edilmiş, daha sonra isə əlifba sırası ilə Əhməd Əli
mirzədən Yusif Gürcüyə qədər digər müasir şairlər zikr edilmişlər.
Bəzilərinin sadəcə adı, təxəllüsü, doğulduğu və yaşadığı yerlər
göstərildiyi halda, bəzilərin təxminən 20 sətir həcmində tərcümeyi-
halı verilmişdir. İkinci “qismət”də isə həmin şairlərin şeirlərindən
nümunələr (3500 beyt) öz əksini tapmış və qəzəllərə üstünlük
verilmişdir
294
.
Bu təzkirədəki azərbaycanlı şairlərdən Lütfəli bəy Azər, Ül-
fət Əfşar (Məhəmədqulu), Aşüftə İrəvani (Kəlbi-Hüseyn bəy),
Beyza Qacar (Allahverdi mirzə), Bəzmi Bəydili (Məhəmməd Sa-
dıq), Bərqi Xoyi (Abdulla), Cahanşah mirzə Qacar, Cüdayi Əfşar
(Nəsrulla mirzə), Çeşmə İrəvani (Rzaqulu xan), Hacib Qacar (Al-
lahyar xan), Xosrovi Qacar (Məhəmmədqulu mirzə), Xavər Qacar
(Heydərqulu mirzə), Dövlət Qacar (Məhəmməd Əli mirzə), Dara-
yi-Qacar (Abdulla mirzə), Ravi Gorusi (Məhəmməd Fazil xan),
Sərvər Qacar (Təhmasib mirzə ibn Məhəmməd Əli mirzə), Şövkət
Qacar (Məhəmməd Tağı mirzə), Şapur Qacar (Şeyxəli mirzə), Şə-
rər Bəydili (Hüseynəli bəy), Şövkət Qacar (Məhəmməd Qasım
xan), Səbahi Bəydili (Hacı Süleyman), Toğrul Qacar (İbrahim
xan), Tuti Cavanşiri (Əbülfəth), Adil Qacar (Əlişah Zillüssultan),
İzzət Qacar (Süleyman xan), Üzri Bəydili (İshaq bəy), Qabil İrəva-
ni (Hüseynəli xan), Mahmud mirzə Qacar, Məsrur Bəydili (Mə-
həmməd xan), Minnət Əfşar (Məhəmməd Kərim xan), Məftun
Dünbüli (Əbdürrəzzaq bəy), Mehdi bəy Şəqaqi Azərbaycani, Ni-
yaz Səfəvi (Əhməd mirzə), Nəsrulla xan Qaragözlü Həmədani, Ni-
şat Türkman (Mirzə Əbdürrəzzaq), Valayi-Qacar (Əlinağı mirzə),
Valeh Dağıstani (Əliqulu xan), Hümayun mirzə Qacar və başqala-
rının adlarını çəkə bilərik.
Mahmud Mirzə Qacar h.1241/1825-ci ildə qadın şairlərdən
bəhs edən “Nüqli-məclis” adlı təzkirə tərtib etmişdir. Bu təzkirə
dörd fəsildən ibarətdir.
I fəsildə Fətəli şahın şair qızları;
II fəsildə şairlik edən digər saray qadınları;
294
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 137-149.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
199
III fəsildə İranın başqa bölgələrinin şairələri;
IV fəsildə isə keçmiş zaman şairələri xatırlanmışdır.
Əlyazmaları
“Gülşəni-Mahmud”
Astani-Qüdsi-Rizəvi Kitabxanası.
Britaniya Muzeyi Kitabxanası.
Məlik Milli Kitabxanası.
Tehran Milli Kitabxanası.
Hacı Hüseynağa Naxçıvaninin Kitabxanası.
AMEA Əlyazmalar İnstitutu M-262.
“Bəyanül-Mahmud”
Astani Qüdsi Rizəvi Kitabxanası 119, 120.
Məlik Milli Kitabxanası 3665.
Britaniya Muzeyi Kitabxanası 3077.
“Nüqli-məclis”
Britaniya Muzeyi Kitabxanası.
Məlik Milli Kitabxanası.
Tehran Milli Kitabxanası.
Hacı Hüseynağa Naxçıvaninin kolleksiyası.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
200
Dostları ilə paylaş: |