AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix31.01.2017
ölçüsü3,29 Mb.
#7222
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

yanlıĢ 
doğru 
mənbə 
Ahi Qaraqəryəli, 
Qarafəryəli 
Səhi, Lətifi 
Əhli Qəltəli 
Qalatalı 
Əhdi,  Aşiq  Çələbi,  Qınalızadə, 
Bəyani 
Behişti Çurlu 
Çorlu 
Lətifi, Əhdi, Qınalızadə 
Bəğayi Əzniki 
Bəqai İzniki 
Əhdi, Qınalızadə, Rza 
Bürqi Əndəruni 
Bərqi Əndəruni 
Qınalızadə 
Hüsami Tərəli 
Tirəli 
F.Kılıç
221
 
Xəlili Amədli 
Amidi 
Səhi, Lətifi, Aşiq Çələbi, Bəyani 
Səmai Gəmiçəri 
Yeniçəri 
Əhdi, Aşiq Çələbi, Riyazi 
Rumi Bağdadi 
Ruhi Bağdadi 
Əhdi 
Şəme Paşa 
Şəmsi Paşa 
Aşiq Çələbi, Qınalızadə, Bəyani 
Süni Gülbüvili 
Gelibolulu 
Səhi, Lətifi, Bəyani, Aşiq Çələbi 
Səbri Qəltəli 
Qalatalı 
Qınalızadə 
Safi Bəzəməli 
Berqamalı 
Faizi 
Tüfeyli Amədi 
Amidi 
Əhdi 
Əmidi 
Ümidi 
Faizi 
Ələvi 
Ülvi 
Aşiq Çələbi 
Əzmi Kəduzi 
Geduzi 
Qınalızadə 
Əbdi Tərqani 
Tokati 
F.Kılıç 
Aşiqi Üskülü 
Üsküplü 
Faizi 
Füruği Rəduscikli 
Rodoscuklu 
Faizi, Riyazi 
Qələndər Tövqatlı 
Tokati 
F.Kılıç 
Vüsuli Busənəli 
Bosnəvi 
Faizi 
Haşimi İskəndəri 
Üsküdari 
Faizi, Riyazi 
 
Mətnşünaslıq nəzəriyyəsinə nəzər salsaq görərik ki, hər hansı 
bir ixtisasa dair mənbələrin məhz həmin sahənin mütəxəssisi tərə-
findən nəşrə hazırlanması tövsiyə olunur. Bəzən təzkirələrdə katib 
xətalarına  rast  gəlinir.  Əsəri  nəşrə  hazırlayan  mətnşünas  mütləq 
bunları  nəzərə  almalı,  müqayisəli  tədqiqat  aparmalı,  katib  səhvini 
                                                 
220
 Sadiq bəy Əfşar. Məcməül-xəvas. Bakı: Elm, 2008, s. 359-360. 
221
 Kılıç  F.  XVII  yüzyıl  tezkirelerinde  şair  ve  eser  üzerine  değerlendirmeler. 
Ankara: Akçağ, 1998. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
139 
təshih etməli, əsəri müəllif iradəsinə uyğun, dürüst şəkildə elmi au-
ditoriyaya  təqdim  etməyi  bacarmalıdır.  Bu  yanlışlıqların  bəziləri 
katib qüsurlarından irəli gəlsə də, bir sıra səhvlər məhz oxunuş xə-
tasından qaynaqlanmışdır. İstanbulun tanınmış məkanlarından olan 
Qalata  bölgəsinin  adını  Qəltə,  Türkiyənin  məşhur  şəhəri  İznikin 
adını  Əznik,  Diyarbəkrin  tarixi  adı  olan  Amid  (Hamid)  ifadəsini 
Aməd, Avropanın tanınmış ölkələrindən olan Bosna (Bosniya) di-
yarının  adını  “Busənə”  kimi  oxumaq,  qədim  Troya  şəhərinin  yer-
ləşdiyi və 1915-ci il Çanaqqala zəfərinin yaşandığını bölgə olması 
səbəbindən bütün dünyada dillər əzbəri olan Gelibolu  yarımadası-
nın adını Gülbüvili şəklində təqdim etmək, “Korloğlu” dastanında 
dönə-dönə xatırlanması  üzündən Azərbaycanda  yaxşı  tanınan To-
kat  (Toqat)  şəhərinin  adını  Tövqat  kimi  transfoneliterasiya  etmək 
məhz mətni nəşrə hazırlayan ədəbiyyatşünasın xətalarıdır.  
Təzkirə struktur baxımından da müəyyən qədər Osmanlı təz-
kirələrinə  yaxındır.  Belə  ki,  əsərdə  şairlər  əlifba  prinsipi  əsasında 
təqdim olunmuşdur. Amma Azərbaycan təzkirəçilərinin əsərlərinin 
böyük bir qismi şairlərin çıxdıqları təbəqələrə görə “təbəqə” üsulu 
ilə və  ya coğrafi prinsip  əsasında tərtib olunmuşdur
222
. Lakin əsə-
rin dili Osmanlı təzkirələri ilə eyni deyil.  
Anonim müəllif tərəfindən qələmə alınmış bu təzkirə antolo-
giya xarakterlidir. Çünki burada şairlər haqqında məlumat çox qı-
sadır. Təzkirəçi şairin təxəllüsünü qeyd edir, adını vermir. Bundan 
sonra  isə  hansı  şəhərdən  olduğu  göstərilmiş,  sənəti,  ixtisası  qeyd 
olunmuşdur. Məsələn, Agahi – Vardardandır, qüzzatdandır; Əhli – 
qalatalıdır, qazidir; İshaq Əfəndi – üsküplüdür, üləmadandır, Şam-
da  qazı  olmuşdur;  Cəmali  –  istanbulludur,  nişançı  olmuşdur; 
Hökmi – Rumidür, divan katiblərindəndir və s.  
XVII  əsr  Osmanlı  təzkirələri  XVI  əsrdə  bu  janrda  tərtiblən-
miş  əsərlərdən  müəyyən  cəhətlərinə  görə  fərqlənmişdir.  Belə  ki, 
XVI əsr təzkirəçiləri öz dövrlərindən əvvəl yaşayan şairləri əsərlə-
rində  xatırlamışdılar.  Bu  səbəbdən  təzkirələrdəki  bio-biblioqrafik 
məlumat  da  çox  geniş  olurdu  və  bu  təzkirələrin  həcminə  də  təsir 
                                                 
222
 Musalı V. XV-XVII əsrlər türk təzkirəçiliyi. Bakı: 2007, s. 29. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
140 
etmişdir.  XVII  əsr  təzkirəçiləri  isə  daha  çox  öz  dövrlərində  yaşa-
yıb-yaradan  şairlərdən  bəhs  edir  və  bioqrafik  informasiyanı  çox 
qısa verirdilər. Əvəzində isə şeirlərdən nümunələr artırılırdı. Belə-
liklə, qeyd olunan bu dəyişikliklər nəticəsində XVII  əsrdən etiba-
rən  Osmanlı  təzkirəçiliyi  tarixində  antologiya  xarakterli  təzkirələr 
tərtiblənməyə  başladı.  Faizi  təzkirəsi  də  antologiya  xarakterlidir. 
Bu  əsərdə  XV  əsrin  ortalarından  yazıldığı  1621-ci  ilə  qədər  yaşa-
mış  14-ü  qadın  olmaqla  515  nəfər  şair  əlifba  sırası  ilə  verilmiş-
dir
223
.  Şairlərin  həyatı  haqqında  məlumat  bir-iki  qısa  cümlədən 
ibarətdir.  Faizi  təzkirəsinə  daxil  etdiyi  şairlərin  vəfat  tarixini 
verməyə  səy  göstərmişdir.  Anonim  təzkirədə  bəhs  olunan 
şairlərdən 112-sinin adına Faizi təzkirəsində də rast gəlirik. Amma 
şair bioqrafiyaları  fərqlidir və şeirlərdən nümunələr isə heç də tam 
üst-üstə düşməməkdədir.  
Bu təzkirədə iki maddeyi-tarix istisna olmaqla şairlərin vəfat 
tarixlərini,  həmçinin  şairlərin  əsərləri  haqqında  dəyərləndirmələri 
də görmürük. 
Təzkirədən  şairlərin  vəzifə,  peşə  və  məsləkləri  haqqında  da 
məlumat  alırıq.  Onların  arasında  divan  katibi,  danişmənd,  dəftər-
dar, yeniçəri, qazısgər, qazi, nədimi-padşah, mülazimi-padşah, mü-
təvəlli, müdərris, mülazim, nişançı, sipahi və s. rast gəlirik. 
Şairlərin əsərlərindən nümunələr isə 2 – 10 beyt arasında də-
yişir. Ən çox Baqi və Xəyalinin şeirlərindən nümunələr verilmişdir 
(10  beyt).  Osmanlı  təzkirələrində  fars  dilində  şeir  nümunələrinə 
təsadüf etsək də,  bu təzkirədə farsça örnəklərlə rastlaşmadıq.  
Araşdırdığımız  bu  əsərə  ön  söz  və  xatimə  yazılmamışdır. 
Türk  təzkirəçiliyinə  nəzər  saldıqda  məlum  olur  ki,  təzkirəçilər 
əsərlərinə ön sözlə başlayırlar. Burada təzkirəçi Allaha həmd, pey-
ğəmbərə  dua  etdikdən  sonra,  sözün  əhəmiyyətinə  diqqət  yetirir, 
şairlik haqqındakı fikirlərini, şairliyin uca mərtəbə olduğunu isbat 
etməyə çalışır. Bəzən təzkirəçilər ön sözdə əsərlərini hansı mənbə-
lərdən  istifadə  edərək  yazdıqlarını  və  oraya  daxil  etdikləri  şairləri 
necə seçdiklərini də qeyd edirdilər. Təzkirəçilər onlara qədər yazıl-
                                                 
223
 Musalı V. XV-XVII əsrlər türk təzkirəçiliyi. Bakı: 2007, s. 130. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
141 
mış  təzkirələri  də  ön  sözdə  xatırlayırlar.  Bu  anonim  mənbədə  isə 
bu məlumatlardan heç birinə rast gəlmirik.  
Ön sözdən sonra təzkirənin əsas hissəsi, yəni bio-biblioqrafik 
məlumatları  əhatə edən  mətn  verilir.  Burada şairin  adı,  ləqəbi,  tə-
xəllüsü,  doğulduğu,  yetişdiyi,  vəfat  etdiyi  yer,  təhsili,  görünüşü, 
əsərləri, şairin əsərini kimə ithaf etməsi, həcmi, janrı və başqa mə-
lumatlar verilir.    
Təzkirələrin sonunda isə əsərin yekun bölməsi olan “xatimə” 
verilir. Xatimədə təzkirəçi əsərini yazarkən qarşılaşdığı çətinliklər-
dən bəhs edir və əsərinin uğur qazanması, bəyənilməsi üçün Alla-
ha yalvarır. Anonim müəllif əsərinə xatimə də yazmamışdır. 
Tədqiqat obyektinə çevirdiyimiz bu təzkirə əsasən XVI-XVII 
əsr şairlərini əhatə etməkdədir. Burada haqqında məlumat verilmiş 
Fəthi təxəllüslü şairin vəfat tarixi 1107/1695-ci ildir
224
. Digər şair-
lərin vəfat tarixləri isə daha əvvəllərə təsadüf edir. Bir çox Osman-
lı  təzkirələrindən  fərqli  olaraq,  burada  qadın  şairlər  xatırlanma-
mışlar.  
Təzkirədə haqlarında məlumat verilən şairlərdən 33 nəfərinin 
doğulduğu şəhər göstərilməmişdir. Şairlərdən 19-u istanbullu, 14-ü 
vardarlı,  12-si  ədirnəli,  9-u  bursalı,  6-sı  amidli,  4  sarıxanlı,  3-ü 
üsküplü, 2-si bağdadlı, 2-si aydınlı, 2-si gedizli, 2-si qaramanlı, 1-i 
manisalı,  1-i  berqamalı,  1-i  rodoslu,  1-i  trabzonlu,  1-i  balıkəsirli-
dir. Təzkirədə  adlarına  rast  gəldiyimiz şairlərdən 23-ü  Rumi  kimi 
təqdim olunmuşdur. Şairlərin təqdim olunma şəkli də Osmanlı təz-
kirələrindən  fərqlidir.  Heç  bir  Osmanlı  təzkirəçisi  şairi  təqdim 
edərkən “Rumidür” ifadəsindən istifadə etməmişdir. Osmanlı təz-
kirələrində isə bu şairlərin doğum yeri olaraq Rum toponiminə rast 
gəlmədik. Çünki zatən hamının “Rumi” olduğu Rum torpağında öz 
əsərini qələmə alan Osmanlı təzkirəçisinin şairləri “Rumi” nisbəsi 
ilə  fərqləndirməsi  məqsədəuyğun  deyildi.  Ona  görə  də  Osmanlı 
təzkirəçiləri heç bir zaman şairlərin fərqləndirici əlaməti kimi onun 
Rumi olduğunu vurğulamamış, şairin doğulduğu, yaşadığı konkret 
                                                 
224
 İpekten  H.,  İsen  M.,  Toparlı  R.,    Okçu  N.  Tezkirelere  göre  divan  edebiyatı 
isimler sözlüğü. - Ankara, 1988, s. 142. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
142 
bölgəni ön plana çıxarmışlar. “Sadiqi külliyyatı”ndakı anonim təz-
kirədə isə bir çox şairlərin Rumi kimi təqdim olunması, həmin təz-
kirənin  Rumdan  (Anadoludan)  kənarda  yazıldığı  ehtimalını  yara-
dır.  Amma  anonim  müəllif  Osmanlı  ədəbiyyatının  bilicisi  olmuş, 
digər təzkirələrlə tanış olub onlardan bəhrələnsə də, bir çox hallar-
da tamamilə orijinal məlumatlar və nümunələr təqdim etmişdir. 
Araşdırdığımız bu anonim təzkirədə maraqlı məqamlar vardır 
ki, elmi auditoriya üçün önəm kəsb edəcəyini nəzərə alaraq onları 
ilk dəfə müqayisəli şəkildə verməyi məqsədəuyğun hesab edirik. 
Osmanlı şairlərini əhatə edən bu təzkirədəki məlumat və nü-
munələri dörd başlıq altında sistemləşdirmişik:  
1.
 
Digər  Osmanlı  təzkirələri  ilə  üst-üstə  düşən  şair 
bioqrafiyaları və örnək beytlər; 
2.
 
Bioqrafiyaların  və  nümunələrin  qismən  uyğun  olduğu 
maddələr; 
3.
 
Digər  təzkirələrdən  məlum  olan,  ancaq  anonim  təzkirədə 
orijinal beytləri təqdim olunan şairlər
4.
 
Başqa təzkirələrdə xatırlanmayan şairlər.  
Bu  şəkildə  sistemləşdirdiyimiz  məlumatlardan  nümunələrə 
nəzər salaq. 
Tədqiqata  cəlb  etdiyimiz  bu  əsərdə  elə  şairlər  də  vardır  ki, 
onlar haqqındakı məlumat və nümunələr müqayisə etdiyimiz təzki-
rələrlə  üst-üstə düşür. Məsələn,  Behiştinin nümunə kimi  verilən 4 
beytinə Əhdi Bağdadi təzkirəsində
225
 də rast gəlirik: 
 
Sarardup şirə döndürdi qəmün mən zərdsimayı, 
Rəqibi-gavi göstər gəl bəri seyr et təmaşayı. 
 
Bəzmə gəl bu gecə, ey aləmi-hüsnün mahi, 
Yoxsa yerdən gögədək incinürüz vallahi. 
 
 
                                                 
225
 Ahdi  ve  Gülşen-i  şuarası  (İnceleme-metin)  /  hazır.:  S.  Solmaz.  Ankara:  
2005, s. 226. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
143 
Səgi-kuyunladur bənüm cəngüm, 
Bilməzəm taşlarun niyə fırlar. 
   
Tənə durna diyü məclisdə sürur itsən sən, 
Başlar, ey ruhi-rəvan titrəməgə dir-dir tən. 
 
İkinci və üçüncü beytlər Qınalızadə Həsən Çələbinin təzkirə-
sində də vardır
226

Əhməd paşa haqqında məlumat verən naməlum müəllif onun 
“müsahibi-padşah”  olduğunu  yazır  və  üç  beytini  örnək  olaraq 
verir. Beytlərdən biri Səhi
227
, Qınalızadə
228
 və Bəyani
229
 təzkirələ-
rində verilmişdir: 
 
Çini-zülfün miskə bənzətdim xətasın bilmədim, 
Key pərişan söylədim bu yüz qərasın bilmədim. 
 
İkinci beyt isə heç bir Osmanlı təzkirəsində öz əksini tapma-
mışdır: 
Sərvi-qədin dügməsidir şaxi-güli-gülzardə. 
Əşkimin pərvərdəsidir lalə gər kühsardə. 
 
Üçüncü  beyt  Ənvəri  təxəllüslü  şairin  Əhməd  paşanın  “Kə-
rəm” qəsidəsinə yazdığı təxmisdir. Təzkirəçi bu beyti yanlış olaraq 
Əhməd paşanın şeiri kimi təqdim etmişdir: 
 
İki dəstim dolu dəstimi sındırma bənim, 
Tutalum iki əlüm qanda imiş, qanı kərəm? 
 
                                                 
226
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretü‟ş-Şu‟arâ  /  haz.:  A.Eyduran.  (e-kitap), 
Ankara: s. 187. 
227
 Sehi Bey. Tezkire “Heşt-bihişt” / haz.: M. İsen. İstanbul: 1980, s. 55. 
228
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretü‟ş-Şu‟arâ  /  haz.:  A.Eyduran.  (e-kitap), 
Ankara: s. 113. 
229
 Beyani. Tezkiretü‟ş-şu‟arâ. / haz.: A.Eyduran. (e-kitap), Ankara: 2008, s. 16. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
144 
Əhdi Bağdadi “Gülşəni-şüəra”nın Ənvəri maddəsində eyniy-
lə  bu  təxmisi  verir  və  bununla  bağlı  əhvalatı  nəql  edir:  “İttifaqən 
bir gün iki dəsti şərab ilə ol rind xaneyi-xaraba gedərkən subaşıya 
rast gəlür. Ənvayi-itab u ikaba müstəhaq olduqda həman bədihə bu 
beyti okıyı virür. Bu əşari-abdarun yüzi suyına xilas bulur. Məzkur 
beytin bir mısrai Əhməd paşanun “Kərəm” qəsidəsindəndür. Təz-
mini-xas  vaqi  olmışdur”
230
.  Qınalızadə  də  təzkirəsində  “mərhum 
Əhməd  paşanun  bu  misrasını  xub  təzmin  etdi”yini  bildirir,  Lətifi 
isə Ənvərinin bu təxmisinin birinci misrasını fərqli şəkildə təqdim 
edir: 
İki dəsti mey əlümdə sığma dəstümi urup, 
Tutalum iki əlüm qanda imiş, qanı kərəm
231

 
Əslində Əhməd Paşaya aid (təxmis olunan) beytə Qınalızadə 
və Bəyani təzkirəsində rast gəlirik və aşağıdakı kimidir
232

Qul günah etsə nola əfvi-şahənşah qanı, 
Tutalum iki əlüm qanda imiş, qanı kərəm. 
 
Üsküplü  İshaq  Çələbi  (?-944/1537  və  ya  948/1541)  haqqın-
dakı məlumat da çox qısadır. Sadəcə Şamda qazı və üləmadan ol-
duğu qeyd edilmişdir. Bu təzkirədə İshaq Əfəndinin Şama qazı ol-
ması  münasibəti  ilə  qələmə  aldığı  tarixi  beytə  rast  gəlirik.  Qeyd 
edək  ki,  bu  beyti  Lətifi,  Aşiq  Çələbi,  Qınalızadə
233
,  Bəyaninin
234
 
əsərlərində də görürük: 
                                                 
230
 Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / haz.: S. Solmaz. Ankara: 2005, 
s. 221. 
231
 Latifi.  Tezkiretü‟ş-Şu„arâ ve Tabsıratü‟n-Nuzamâ / haz.: R. Canım. Ankara: 
2002,  s. 181. 
232
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretü‟ş-Şu‟arâ  /  haz.:  A.Eyduran.  (e-kitap), 
Ankara: s. 112; Beyani - Tezkiretü‟ş-şu‟arâ. / haz.: A.Eyduran. (e-kitap), Anka-
ra: 2008, s. 16. 
233
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretü‟ş-Şu‟arâ  /  haz.:  A.Eyduran.  (e-kitap), 
Ankara, s. 129. 
234
 Beyani - Tezkiretü‟ş-şu‟arâ. / haz.: A.Eyduran. (e-kitap), Ankara, 2008, s. 18. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
145 
Şəhri-zilhiccədə əzmüm səfəri-Şam oldı 
Başladum yazmaga tarixini axşam oldı (h.942).    
İshaq Çələbinin təzkirədə təqdim olunan ikinci beytini isə di-
gər Osmanlı təzkirələrində tapa bilmədik. 
 
Sirişki-didə  demişlər bəzmlə həmdəm ola, 
Yetimdir hələ gəlsün ölüncə gözləyəlim. 
 
Əmri  təxəllüslü  XVI  əsr  şairinin  təzkirədə  dörd  beyti  yazıl-
mışdır. Bu beytlərdən biri Əhdi təzkirəsində vardır
235
.  
 
Gördüm ey dil minnət istər verməyə dünya murad, 
Ana minnət etmədən qurtuldum, oldum namurad. 
 
Digər üç beytə isə Osmanlı təzkirələrində rast gəlmədik.  
Xallı  Həsən kimi  tanınan Ahi məxləsli şairi anonim müəllif 
Qarafəryəli  kimi  təqdim  edir.  Qarafəryə  Aliakmon  çayının  şimal 
sahilinə  yaxın,  Selanikin  cənub-qərbində  yerləşir  və  Osmanlı  dö-
nəmində Selanik sancağının bir qəzası olmuşdur
236
. Digər təzkirə-
çilər isə Ahinin Niğboluda anadan olduğunu, Qarafəryədə müdər-
rislik etdiyini yazırlar. Bu şairin təzkirədəki şeirlərini Osmanlı təz-
kirəçilərinin əsərlərində görmədik. 
 
Dillərin kəssin bənim dərdi-dilimdən xamələr, 
Bən qara yazıya hərf etməsinlər namələr. 
Dərdilə yaxsın bəni bu qanlı-qanlı dağlər, 
Qarşumə qucsun səni altun niklü camələr. 
    
                                                 
235
 Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / hazır.: S. Solmaz. Ankara: 2005, 
s. 195. 
236
 Kılıç  F.  XVII  yüzyıl  tezkirelerinde  şair  ve  eser  üzerine  değerlendirmeler. 
Ankara: Akçağ, 1998, s. 65. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
146 
Darül-hədis mədrəsəsində mütəvəlli olan Bali təxəllüslü şair-
dən  bəhs  edən  anonim  müəllif,  yanlış  olaraq  Rumelində  Gevgeli 
Kösteriye şəhərindən olan digər bir Bali təxəllüslü şairin şeirlərini 
nümunə vermişdir
237
. Bunu təzkirələr üzərində apardığımız müqa-
yisəli tədqiqatlar üzə çıxardı. 
 
Bağın güli və sünbüli, sərv ü bənövşəsi, 
Yari gəlür, diyü kodılar gözci nərgisi. 
 
Aldı xəbər səbadan və döndi, göz eylədi, 
Yəni gəlir o gözləri ahu kəsün səsi. 
 
Müştaq imiş bənövşə ki, payinə yüz sürə, 
Miskinün uymuş çəmən içində bikəsi. 
 
Bu  təzkirədəki  şairlər  Qafzadə  Faizinin  “Zübdətül-əşar”ı  ilə 
müəyyən qədər üst-üstə düşür. Anacaq şairlərin həyatı, yaradıcılığı 
və təqdim olunan nümunələrdə fərqliliklər var.  
Məsələn,  Safi  təxəllüslü  XVII  əsr  şairi  haqqında  məlumatı 
yalnız  Faizi  təzkirəsindən  alırıq.  Faizi  yazır:  “Qaraca  Əhmədzadə 
qazı Əhməd Safi Bergamavi”
238
. Burada şairin bir beyti örnək ola-
raq verilmişdir:  
 
 
Didim əglənməzmi heç yolunda canlar verdigüm, 
Naz ilə güldü, dedi varın verən yad olmasun. 
 
Anonim  təzkirədə  də  çox  qısa  bilgi  verilmişdir:  “Safi  – 
qazıdır”. Təzkirədə yer alan beyt isə yuxarıdakı beytlə eyni deyil. 
 
                                                 
237
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretü‟ş-Şu‟arâ  /  haz.:  A.Eyduran.  (e-kitap), 
Ankara,  s. 172. 
238
 İpekten  H.,  İsen  M.,  Toparlı  R.,    Okçu  N.  Tezkirelere  göre  divan  edebiyatı 
isimler sözlüğü. - Ankara: 1988, s. 410. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
147 
 
İstəməm zərrəcə damanına toz qonduğunu, 
Pakliklə səni sevərsəm əfəndiligə bən. 
 
 
Tədqiq etdiyimiz bu təzkirədə Bərqi adlı istanbullu şairin ən-
dərundan  və  sipahi  şairlərdən  olduğu  qeyd  olunmuşdur.  Şairin  üç 
beyti nümunə olaraq verilir: 
 
Padşahım, bənim əqranım olan bəndələrin, 
Kimi bəglərbəgi oldu, kimi əlan bəgdir. 
 
Qəleyi-təndə çalır noubətini nalələrim, 
Çağırır bürci-bədəndən könül Allah yekdir. 
 
Gözüm yaşı gibi onlar çəməndə cüstücu eylər, 
Kənar etmək dilər var isə ol sərvi-xuramanı. 
 
Maraqlıdır ki, Bərqi barədə Osmanlı təzkirəçilərindən yalnız 
Qınalızadə  Həsən  Çələbi  məlumat  verir:  “Vücudi-pür-ləmü-bərqi 
şəhri-İstanbuldan lame ü bariq olduqdan sonra zümreyi-sipahi-zə-
fər-pənahına layiq olmışdur”
239
. Bərqinin şeirlərindən örnəklər isə 
yuxarıdakı beytlərdən fərqlidir: 
 
Saqi bahar əyyamıdur gülzara əzm et sübhdəm, 
Zövq ü səfa həngamıdur eyşi-müdam et dəm-bə-dəm. 
 
Eylər səfada dəm-bə-dəm qismət bana dərdü ələm,  
Əl-hükmülillah, ey sənəm, çün böylədür cəffül-qələm. 
 
Zülfün bana sünbül yetər, rəngin yanağun gül yetər, 
Naləm sana bülbül yetər, ey sərv-qamət gönçə-fəm. 
 
                                                 
239
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretü‟ş-Şu‟arâ  /  haz.:  A.Eyduran.  (e-kitap), 
Ankara: s. 173. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
148 
 
Bir dəm içində qərbivü şərqi, 
Seyr edər yıldırım gibi Bərqi . 
  
XVI  əsrdə  yaşayıb-yaratmış  Azərbaycan  şairi  Bəsiri  gəncli-
yində Ağqoyunlu Uğurlu Məhəmməd və Sultan Yaqubun  yanında 
olmuş, onlara qəsidələr təqdim etmişdir. H.892/1487-ci ildə Herat-
da  Əlişir  Nəvai,  Cami,  Mirzə  Hüseyn  Bayqara  ilə  görüşmüşdür. 
Nəvai,  Bəsirinin  adına  müəmma  yazaraq,  onu  yeni  mühitdə  tanıt-
mışdır
240
. Bəsiri Azərbaycan şairi olduğu halda, bu təzkirədə Rumi 
kimi təqdim olunmuşdur. Belə ki, bütün Osmanlı təzkirəçiləri Bə-
sirinin  əcəmli  olduğunu  qeyd  edirlər.  Bəsirinin  nümunə  verilmiş 
bu  beyti  Səhi
241
 və  Aşiq  Çələbi
242
 təzkirələrində  təqdim  olunmuş 
beytlə eynidir:  
 
Kiprigin sehr oxları, əbrulərindir yay ona, 
Bir bənim kibi bəlakeş uğrar isə, vay ona. 
 
Katib  Mehmed  (?-1008/1599)  kimi  tanınan  Təliqizadə  məş-
hur  Molla  Fənarinin  ailəsindəndir.  Şahnaməçi  olmuşdur.  “Rəva-
niyyə”,  “Təbriziyyə”  və  “Şahnameyi-Humayun”  adlı  əsərlər  qələ-
mə almışdır. Anonim müəllif şairi Təliqi təxəllüsü ilə təqdim edir, 
Tirəli  olduğunu  qeyd  edir.  Ancaq  Təliqizadə  haqqında  məlumat 
verən Osmanlı təzkirəçilərindən Riyazi, Qafzadə Faizi və Rza Zəh-
rimarzadə şairin  Lazkiyədən  olduğunu  yazırlar
243
. Təzkirədəki  ör-
nək beyt də sözügedən əsərlərdə yoxdur. 
 
Dilbərani-cəhani-siməndam,  
                                                 
240
 Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri. Bakı:  2009, s. 120. 
241
 Səhi Bəy. Həşt Behişt. İstanbul, 1980, s. 201. 
242
 Kılıç  F.  Meşairüş-şuara.  İnceleme-tenkitli  metin.  Basılmamış  Doktora  Tezi. 
Gazi Üniversitesi, SBE. Ankara, 1994, s. 194.  
243
 İpekten  H.,  İsen  M.,  Toparlı  R.,    Okçu  N.  Tezkirelere  göre  divan  edebiyatı 
isimler sözlüğü. - Ankara, 1988, s. 280. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
149 
Bibəqadır, nitəkim mali-həram. 
 
Anonim təzkirədə Cəzmi təxəllüslü dərviş şairin bir beyti ve-
rilmişdir.  
 
Mey üçün rəhnə qomağ canıma minnətdir, ey sufi, 
Gerü alsa əgər piri-muğan təsbihü səccadə. 
 
Divan ədəbiyyatına nəzər salsaq  görərik ki,  Cəzmi  təxəllüsü 
(?-1103/1694) ilə şeir deyən sadəcə bir şair var
244
. Müdərris və qa-
zı olmuşdur. Haqqında məlumatı XVIII əsr təzkirəçilərindən – Sa-
lim,  Səfayi  təzkirələrindən  almaq  mümkündür
245
.  Amma  təqdim 
olunan beytə təzkirələrdə rast gəlmədik.  
Təzkirədə Xəyali Vardarinin (?-964/1557) 10 beyti və vəfatı-
na Ərşi tərəfindən söylənmiş tarixi misrası verilmişdir.  
 
Sözü  dildə, Xəyali gözdə qaldı (h. 964). 
 
Bu tarixi misra Qınalızadə Həsən Çələbi, Aşiq Çələbi, Bəya-
ni təzkirəsində də vardır. Qınalızadə bu mövzuda yazır: “Vəfatına 
şüəra  çok  tarix  dimişdür.  Cümlədən  Ərşi  nam  şairü  müvərrix  di-
mişdür”
246

Osmanlı təzkirəçiləri bu misradan əlavə, şairin vəfatına yazıl-
mış başqa beytləri də vermişlər. Məsələn, Günahi onun vəfatına  
 
Aləmi-həsəddən Xəyali gitdi ah. 
 
misrasını söyləmişdir.  
                                                 
244
 Yenə orada, s. 92. 
245
 Mustafa  Safayi  Efendi.  Tezkire-i  Safayi  /  haz.:  P.  Çapan.  Ankara,  2005,  s. 
148;  Salim  Efendi.  Tezkiretüş-şüara.  İnceleme-metin  /  haz.:  A.İnce.  Ankara, 
2005, s. 270-271. 
246
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretü‟ş-Şu‟arâ  /  haz.:  A.Eyduran.  (e-kitap), 
Ankara: s. 295.  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
150 
Şiri Əli Çələbinin söylədiyi maddeyi-tarix aşağıdakı şəkildə-
dir: 
Xəyali oldı hayfü‟l-hükmü‟lillah. 
 
Osmanlı təzkirələrdə Xülusi təxəllüsü ilə yazan iki şairin adı 
çəkilir
247
. Bunlardan biri XVI əsr, digəri isə XVIII  əsrdə  yaşayıb-
yaratmışdır. Anonim müəllif Xülusinin dərviş və namurad olduğu-
nu qeyd edir. Nümunə olaraq 3 beytini verir: 
 
Pak edə aləmi ta zülmət səbəbidən xavər, 
Aldı  carub şüaın əlinə vəqti-səhər. 
  
Bamdan vəqti-səhər uçdi əsafiri-nücum
Çıxdı  şahini-üfüq çü nuk açıb zərrin pər. 
  
Var isə könlünü almaq dilədi bir mahin, 
Kim səhər vəqti üfüq göstərər ağzından zər
248

 
 İkinci  beyt  Əhdi  Bağdadi  təzkirəsindəki  beytlə  eynidir
249

Deməli,  bu  XVI  əsrdə  yaşamış  Xülusidir.  Amma  dərviş  olması 
haqqında  Əhdi  heç  bir  bilgi  vermir.  Maraqlıdır,  Xülusinin  dərviş 
olmasını anonim müəllif hansı mənbəyə əsasən yazmışdır?  
Manastırlı  Səbayi  haqqında  yeganə  məlumatı  Əhdi  verir. 
Amma Əhdinin verdiyi bilgi və beytlərlə bu təzkirədəkilər eyni de-
yil.  Manastırlı  Səbayinin  dəftərdar  olduğunu  qeyd  edən  anonim 
müəllif, nümunə olaraq şeirlərindən bir beyti yazmışdır. 
 
                                                 
247
 İpekten  H.,  İsen  M.,  Toparlı  R.,    Okçu  N.  Tezkirelere  göre  divan  edebiyatı 
isimler sözlüğü. Ankara, 1988, s. 215. 
248
 Sadiq bəy Sadiqi. Külliyyat. Təbriz nüsxəsinin  fotosurəti.  AMEA  Əlyazma-
lar İnstitutu, FS– 412.  
Külliyyatın  AMEA  Əlyazmalar  İnstitutunda  saxlanılan  sürəti  nömrələnməmiş-
dir. 
249
 Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / haz.: S. Solmaz. Ankara: 2005, 
s. 293. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
151 
Şəbi-möhnətdə olan macərayi-çeşmi-giryanı, 
Sənə  iki gözüm düşməzdimi kim, ağlayım bir gün. 
 
XVI  əsr  şairlərindən  olan  Tüfeyli  Diyarbəkirdə  anadan  ol-
muşdur.  H.1000/1592-ci  ildə  Bağdad  bəylərbəyisi  Xızır  paşa  ilə 
Bağdada getmiş və orada şairlərlə münasibət yaratmışdır. Tüfeyli-
dən sadəcə Əhdi  bəhs  etmiş  və  bir qəzəl,  bir beytini  örnək olaraq 
vermişdir
250
. Araşdırdığımız təzkirədə isə Tüfeylinin Amiddən ol-
duğu yazılmış və bir beyti yer almışdır ki, bu beyt Əhdidə yoxdur.  
 
Qəbqəbin çahi, əsirinə gəhi ərz et rüxin, 
Xeyirdir, şahim, dirləmək sakini-rindanə şəm
251

  
Əsl adı Əbdülkərim olub, Bülbülçüzadə kimi tanınan və şeir-
lərini Fəthi təxəllüsü ilə yazan XVII əsr şairi haqqında məlumatın 
yer aldığı bu təzkirədə onun istanbullu olduğu və müdərrislik etdi-
yi göstərilmişdir.  
 
Fəramuş  etməsin deyüb vəfavü əhdü peymanı, 
Sərəngüşttə sordum o mahin rişteyi-canı. 
 
Səfayi  şairin  h.1107/1695-ci  ildə,  Salim  isə  h.  1107/1695-ci 
ildə  vəfat  etdiyini  yazırlar
252
.  Lakin  onlar  şairin  başqa  şeirlərinə 
yer vermişlər.  
Təzkirədə Qınalızadə təxəllüslü şairdən bəhs olunarkən onun 
istanbullu  olduğu  (əslində  Qınalızadə  istanbullu  deyil)  və  qazılıq 
etdiyi qeyd olunmuş və iki beyti nümunə verilmişdir: 
 
                                                 
250
 Yenə orada, s. 402. 
251
 Sadiq bəy Sadiqi. Külliyyat. Təbriz nüsxəsinin  fotosurəti.  AMEA  Əlyazma-
lar İnstitutu, FS– 412. 
252
 Mustafa  Safai  Efendi.  Tezkire-i  Safayi  /  hazır.:  P.  Çapan.  Ankara:  2005,  s. 
461;  Salim  Efendi.  Tezkiretüş-şüara.  İnceleme-metin  /  hazır.:  A.İnce.  Ankara, 
2005, s. 541. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
152 
Hər dilbər üçün sinədə bir yarəmi olsun? 
Nitsün dili-sevdazədə, bin parəmi olsun? 
 
Tişrə  çıxsın, mədəd, ol yarilə vardır sözümüz, 
Halımıza ağlaşalım, çıxsın ol iki gözümüz. 
 
Ancaq Bəyani təzkirəsində yuxarıda qeyd etdiyimiz ilk beyt-
lər Hüdayi Oxçuzadəyə aid edilir
253
. Digər təzkirlərdə isə bu beyt-
lərə rast gəlmədik.    
Adına Səhi  bəyin “Həşt-behişt”ində rast  gəldiyimiz Sevdayi 
təxəllüslü şairin müdərris olduğu və Kırıkkilsə qazısı olarkən vəfat 
etdiyi qeyd olunmuşdur
254
. Tədqiq etdiyimiz bu təzkirədə isə Sev-
dayinin sadəcə Rumi olduğu yazılmışdır və örnək şeirlər Səhi təz-
kirəsindəki nümunələr deyil.   
Osmanlı  təzkirəçilərinin  əsərlərində  xatırlamadıqları  bəzi 
şairləri  bu  əsərdə  görürük.  Bunlardan  biri  Hələbli  Əhməd  paşa-
dır
255
.  Anonim  müəllif  onun  Hələb  paşası  olduğunu  qeyd  edir  və 
bir beytini nümunə verir: 
 
Uğramaz dairəmə, dəvətim əsla tutmaz, 
Bənzər, ey dil, o pəri-peykəri əsma tutmaz. 
 
Ayaz paşanın oğlu Fərhad bəy haqqında da verilən məlumatı 
başqa təzkirələrdə görmədik. Burada qısaca olaraq onun üməradan 
olduğu yazılmış və bir beyti verilmişdir
256

 
Asitanın məskən etməzsə, nigara, gül kibi, 
Bağü-rağə meyl edərsə, bülbüli-şeyda quş əst. 
                                                 
253
 Beyani - Tezkiretü‟ş-şu‟arâ. / haz.: A.Eyduran. (e-kitap). Ankara, 2008, s. 56. 
254
 Sehi Bey. Tezkire «Heşt-bihişt» / hazır.: M. İsen. İstanbul: 1980, s. 161. 
255
 Sadiq bəy Sadiqi. Külliyyat. Təbriz nüsxəsinin  fotosurəti.  AMEA  Əlyazma-
lar İnstitutu, FS– 412. 
256
 Yenə orada. 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
153 
 
Süleyman  bəy  Vardari,  Sirəti  kimi  şairlər  haqqında  da  ilk 
məlumat  məhz  bu  təzkirədədir.  Təzkirədə  bəhs  olunan  XVI  əsr 
şairi  Həlimi,  Hüsami  və  Hilminin  də  şeirlərinə  digər  təzkirələrdə 
rast gəlmədik. 
Araşdırdığımız bu təzkirədə şairlərin şeirlərindən 288 beyt və 
iki maddeyi-tarix nümunə verimişdir. Bu beytlərdən 69-u müqayi-
sə apardığımız təzkirələrdəki beytlərlə üst-üstə düşür.  
Belə  ki,  bu  əsərdə  bəhs  olunan  şairlərdən  17-si  Səhi,  34-ü 
Lətifi,  69-u  Aşiq  Çələbi,  55-i  Əhdi  Bağdadi,  77-si  Qınalızadə 
Həsən Çələbi, 56-sı Bəyani, 87-si Riyazi, 112-si Faizi təzkirəsində 
yer almışdır. Anonim müəllifin tərtib etdiyi bu əsər natamam olsa 
da, orijinaldır və Osmanlı ədəbiyyatı tarixinin mənbələrindəndir. 
 
“Məcməül-xəvas”ın əlyazmaları 
Avstriya K/X. 626=pt. 270. 
Yapı Kredi Sermet Çifter Araştırma K/X. 81
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin