Rusiya Federasiyası EA, Şərq Əlyazmaları İnstitutu (Sankt-
Peterburq) B 1187.
İstanbul Universitet K/X. T 4085.
İstanbul Universitet K/X. T 4097/42.
Nurosmaniyə K/X. 3201.
Nurosmaniyə K/X. 3202/1.
Nurosmaniyə K/X. 34 Nk 3721/1.
Nurosmaniyə K/X. 34 Nk 3720.
Paris Milli K/X. Supp. Turc 1002.
Təbriz K/X. 197/1.
Tehran Universiteti K/X. 465/2.
Sipərsalar K/X. 513/5.
Astani-Qüdsi-Rizəvi K/X. 4077.
Məlik Milli K/X. 4077.
Təbriz Dövlət K/X. 3616
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. 2729.
Şeyxülislam Arif Hikmət məktəbi, Mədinə 334.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
154
Sadiqi “Külliyyatı”ndakı anonim təzkirə
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
155
NAZĠM TƏBRĠZĠ
Azərbaycan təzkirəçiliyinin XVII əsr mərhələsində indiyə ki-
mi yalnız Sadiq bəy Əfşarın “Məcməül-xəvas” adlı təzkirəsinin
qələmə alındığı qeyd edilirdi
257
. Halbuki Nazim Təbrizinin
“Nəzmi-güzidə” adlı əsərinin də h.1036/1626-cı ildə tamamlandığı
məlumdur. Beləliklə, XVII əsrdə azərbaycanlı müəlliflər Sadiq bəy
Əfşar və Nazim Təbrizi tərəfindən iki təzkirə tərtiblənmişdir.
Nazim Təbrizi haqqında Nəsrabadi və Məhəmmədəli Tərbi-
yət təzkirəsində məlumat verilmişdir. M.Tərbiyət “Danişməndani-
Azərbaycan” təzkirəsində yazır: “Nazim Xacə Məhəmməd Sadıq –
Təbrizin söz ustalarındandır. O, mirvari satan Məhəmməd Rza bə-
yin qardaşı, İsfahanın Abbasabad məhəlləsində yaşayan və orada
oxuyub boya-başa çatan təbrizlilərdən idi. Xacə Məhəmməd Sadıq
Məkkə ziyarətinə gedib, orada guşənişin olmuşdur. O, Məkkədə
ibadət etməklə və ariflərlə həmsöhbət olmaqla ömrünü keçirmiş-
dir. Xacə Məhəmməd h. q. 1036 (1626)-cı ildə şairlərin tərcümeyi-
halı haqqında “Nəzmi-güzidə” adlı qısa bir təzkirə yazmışdır. O,
bu təzkirədə şeir növlərindən ancaq qəzəlləri və rübailəri vermiş-
dir. Nəsrabadinin qeyd etdiyinə görə, onun təzkirəsindən (h. q.
1081/1670) bir neçə il əvvəl vəfat etmişdir. Onun “Firuz və Şah-
baz” məsnəvisi məşhurdur. Mən (M.Tərbiyət – V.M.) onun altı
min beytdən ibarət divanını görmüşəm. Aşağıdakı rübai ondandır:
Məstlik həmişə olmasa, xumarlıq yaxşıdır,
Sağlamlığın tam olmasa, bimarlıq yaxşıdır.
Nə vaxtadək başqasına bağlanmış olursan,
Vüsal əgər belədirsə, ayrılıq yaxşıdır”
258
.
257
Muradova M. Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı. -Bakı: Elm, 1999,
139 s; Sadiq bəy Əfşar. Məcməül-xəvas. Bakı: Elm, 2008, 412 s.
258
Tərbiyət Məhəmmədəli. Danişməndani–Azərbaycan: Azərbaycanın görkəmli
elm, sənət adamları. Bakı: Azərnəşr, 1987, s. 241-242.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
156
XVII əsr müəllifi Arif təxəllüslü Məhəmməd Şirazinin “Lə-
taifül-xəyal” təzkirəsinə görə, Nazim Təbrizi Şah Abbas zamanın-
da yaşamış, Hindistan səfərindən qayıdarkən dənizdə qərq olmuş-
dur.
Ə.G.Məani də Nazim Təbrizi haqqında məlumat verərkən
M.Tərbiyətə istinad etmişdir. Bundan əlavə, o, təzkirənin strukturu
və əsərin əlyazma nüsxələri haqqında qısa məlumat vermişdir
259
.
“Nəzmi-güzidə” adlı təzkirənin iki naqis əlyazma nüsxəsi za-
manımıza çatmışdır. Əsərin birinci nüsxəsi İran Məlik Milli Kitab-
xanasında saxlanılır. Bu nüsxə məcmuəyə daxildir. Ölçüsü
14x24,8 sm-dir. Səmərqənd kağızına nəstəliq xətti ilə köçürülmüş-
dür və inabi rəngli dəri cildə tutulmuşdur. Ə.G.Məani bir neçə şair
istisna olmaqla, bu nüsxədə təzkirəçinin müasiri olmuş şairlərə
dair parçaların mövcud olmadığını yazır
260
.
Nüsxələrdən ikincisi İran İslami Şura Məclisi Kitabxanasında
480 şifrəsi altında mühafizə olunur. Əlyazmada təzkirəçinin
müasirləri olan şairləri əhatə edən hissə yoxdur
261
. Təzkirənin İran
İslami Şura Məclisi kitabxanasında saxlanan nüsxəsi tərəfimizdən
əldə edilmişdir. Təzkirə daxil olduğu əlyazma məcmuəsinin 2-104-
cü səhifələrində yer alır. Məcmuənin ümumi həcmi isə 219
səhifədir. Beləliklə, sözügedən təzkirə istifadə etdiyimiz nüsxənin
52 vərəqini əhatə edir. Nəstəliq xətti ilə yazılmışdır. İnabi rəngli
dəri cildə tutulmuşdur. Ölçüsü haşiyə ilə birlikdə 29,2x18,5 sm,
haşiyəsiz isə 22,2x10 sm-dir.
Təzkirə xronoloji prinsip əsasında hazırlanmışdır. Belə ki,
əsər iki babdan ibarətdir və hər bab iki fəslə ayrılmışdır.
İlk babın ilk fəsli “Qədim və orta dövr fəsahətlilərinin qəzəl-
lərinin müntəxəbatı və onların gözəl mahiyyətə malik əhvalının
bir qismi” haqqındadır. Həmin babın ikinci fəsli “Son dövr bəla-
259
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c. s. 381-388.
260
Yenə orada, s. 386.
261
Nazim Təbrizi. Nəzmi-güzidə. İran İslami Şura Məclisi kitabxanası 480.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
157
ğətlilərinin qəzəllərinin müntəxəbatı və onların gözəl mahiyyətə
malik əhvalının bir qismi” adlanır.
İkinci babın birinci fəsli “Qədim və orta dövr fəsahətliləri-
nin rübailərinin müntəxəbatı və onların gözəl mahiyyətə malik
əhvalının bir qismi” məsələsinə həsr edilmişdir. İkinci babın ikin-
ci fəsli isə “Son dövr bəlağətlilərinin rübailərinin müntəxəbatı və
onların gözəl mahiyyətə malik əhvalının bir qismi” sərlövhəsi al-
tında təqdim olunmuşdur.
Əsərdə həm şairlər haqqındakı bio-biblioqrafik məlumat,
həm də şeir nümunələri farsca təqdim olunmuşdur.
Nazim Təbrizi öz təzkirəsini “Fatehlərin başçısı Şah Abbas”
adlandırdığı Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə yazdığını
bildirir. Təzkirənin əvvəlində onun təlif səbəbi haqqında oxuyu-
ruq: “Nadir fikirlər mədəni və cavahir şeirlər xəzinəsi olan bu məc-
muə çox şərəfli, müqəddəs və mübarək şahənşah cənablarının qə-
zavü-qədər kimi cərəyan edən fərmanına əsasən yazılmış və sah-
mana salınmışdır”
262
. Müəllifin yazdığına görə, h.1027/1617-ci
ildə İsfahan şəhərində Şah Abbas sarayda hazır olan fitrət sahiblə-
rinə əmr edir ki, yüksək səviyyəli şeir ustadlarının qiymətli şeirlə-
rindən ibarət məcmuə tərtib etsinlər. Şahın rəğbətini qazanmağı
ümid edən Nazim Təbrizi bu həvəslə keçmiş və yeni şairlərin şeir-
lərini vərəq-vərəq, beyt-beyt nəzərdən keçirərək, bu təzkirəni yaz-
mağa başlayır.
Nəhayət, h. 1036/1626-cı ildə o, Məkkə şəhərində olarkən öz
təzkirəsini tamamlamağa nail olur və ona “Nəzmi-güzidə” adını
qoyur. Bu ifadə həm də təzkirənin bitdiyi 1036-cı ilin əbcəd hesabı
ilə tarixini bildirir. Sadiq bəy Əfşarın “Məcməül-xəvas”ı “Nəzmi-
güzidə”dən öncə yazılsa da, Nazim Təbrizi əsərinin ön sözündə bu
əsər haqqında heç bir məlumat verməmişdir.
Nazim öz təzkirəsində məhz qəzəllərə və rübailərə yer ver-
məsinin səbəbini belə açıqlayır: “Allahın kölgəsi olan əlahəzrət
hökmdarın (Şah Abbasın) könlü aşiqanə şeirlərə daha çox meyil
etdiyi üçün qəzəl və rübaidən başqa digər bir şeir bu məcmuədə
262
Nazim Təbrizi. Nəzmi-güzidə. İran İslami Şura Məclisi kitabxanası 480, s. 7.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
158
qeyd edilməmişdir”
263
. Amma Ə.G.Məani təzkirədə bəzi hallarda
qəsidələrin qəzəl kimi təqdim edildiyini yazır
264
.
Azərbaycanlı şairlərdən Əsir Umani Həmədani, Seyid Zülfü-
qar Şirvani, Fələki Şirvani, Əvhədi Marağayi, Eynülqüzzat Həmə-
dani, Mücirəddin Beyləqani və başqaları bu təzkirədə yad edilmiş-
lər.
Nazim Təbrizi, Fələki Şirvaninin yaradıcılığını yüksək qiy-
mətləndirmişdir: “Fələki Şirvani kamil bir ustad və fazil bir söz
sərrafı idi. Xaqani və Zəhirin müasirlərindəndir. Həmdulla Mus-
tovfi onu Xaqaninin ustadı hesab edir. Amma əksər müəlliflər
həmrəydirlər ki, onların hər ikisi Əbülüla Gəncəvinin şagirdləridir-
lər. Məşhurdur ki, cavanlıq əyyamında bir münəccim oğlanla dost-
laşmış və o elm sahəsində çalışmışdır. Belə ki, o, həmin elmə (nü-
cum elminə - V.M.) dair dürüst əsərlər qələmə almışdır. Elə bu sə-
bəbdən özünə Fələki təxəllüsünü götürmüşdür. Onun əsli Şamaxı-
dandır və bu müxlis (Nazim Təbrizi – V.M.) onun iki min beytdən
artıq divanını görmüşdür. Lakin deyirlər ki, onun tamam divanı
yeddi min beytdir. O, 577-ci (1181) ildə Şamaxıda vəfat etmişdir”.
Təzkirəçi Fələkinin 16 beytini nümunə kimi təqdim etmişdir
265
.
Zülfüqar Şirvanidən bəhs edən təzkirəçi yazır: “Kamal sahibi
olan bir seyid idi. Xaqaninin, Zəhirin və Mücirin müasirlərindən-
dir. Onun halının tərəqqisi Sultan Təkiş Xarəzmşah zamanında ol-
muşdur. Məsnui qəsidə yazmaq onun ixtiralarındandır. Salman Sa-
vəci və digərləri ondan öyrənmişlər. Qəzəlləri azdır. Ondan qəzəl
tərzində bu iki beyti görmüşəm”
266
.
Təzkirənin sözügedən nüsxəsində Əvhədi Marağayinin həya-
tı haqqında heç bir məlumat verilməsə də, “Əvhədi Marağinin seç-
mə rübailəri” başlığı altında onun 6 rübaisi təqdim edilmişdir
267
.
263
Nazim Təbrizi. Nəzmi-güzidə. İran İslami Şura Məclisi kitabxanası 480, s. 4.
264
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c. s. 385.
265
Nazim Təbrizi. Nəzmi-güzidə. İran İslami Şura Məclisi kitabxanası 480, s.
14.
266
Yenə orada, s. 24.
267
Yenə orada, s. 39.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
159
Eynülqüzzatın həyatı haqqında əlyazmada məlumatla qarşılaşma-
saq da, onun rübailərindən örnəklərin verildiyini görürük
268
.
Əsir Umani haqqında təzkirədə bu məlumatı oxuyuruq: “Xoş
təbli və fazil bir kişi idi. Onun divanı məşhurdur. Elmdə Xoca
Nəsir Tusinin (Allah ona rəhmət eləsin) şagirdi olmuşdur. Əsli Hə-
mədandandır. Ərəbcə çoxlu şeirləri vardır. Farsca şeirlərində müd-
riklik var. Qəzəlləri azdır. Bu nümunələr onun qəzəlləri cümləsin-
dəndir”. Bu sözlərdən sonra Nazim onun 24 beytini təqdim etmiş-
dir
269
. Növbəti səhifələrdən birində isə təzkirəçi Əsir Umaninin 12
rübaisinə yer vermişdir
270
.
Mücirəddin Beyləqaninin də həyatı və fəaliyyəti haqqında
nüsxədə heç bir məlumatla rastlaşmadıq. Lakin onun da rübailərin-
dən 6-sı təzkirəyə daxil edilmişdir
271
.
Əlyazma nüsxəsində Kəmaləddin İsmayıl, Şeyx Əttar Nişa-
puri, İsmət Buxari, “söz ustadlığı mülkünün xosrovu” (“xosrovi-
mülki-süxənvəri”) Əmir Xosrov Dehləvi, Kamal Xocəndi, Dai Şi-
razi, Məsud Səəd Salman, İmad Fəqih Kirmani, Əzrəqi Səmərqən-
di, Şeyx Azəri, Əşrəf Səmərqəndi, Cəlal Əzüd, Suzəni Səmərqən-
di, Salman Savəci, İmadi Şəhriyari, Əraqi Həmədani, Ənvəri, Əbu-
Əli ibn Sina, Əsir Əxsikəti, Siracəddin Qumri Qəzvini, Rəziəddin
Nişapuri, Ruzbehan Şirazi, Əvhədəddin Kirmani, Katibi Nişapuri,
Əbülfərəc Runi və b. kimi Şərq ədəbiyyatının nümayəndələrinin,
Azərbaycan, Mərkəzi Asiya, İran və Hindistan şairlərinin həyat və
yaradıcılıqlarından bəhs edilmişdir.
Sadiqi təzkirəsindən fərqli olaraq, “Nəzmi-güzidə” fars dilin-
də qələmə alınmışdır. Nazim təzkirəsinin “Məcməül-xəvas”dan di-
gər bir fərqli cəhəti strukturundadır. Sadiq bəy Əfşar əsərini Əlişir
Nəvai, Dövlətşah Səmərqəndi və Sam mirzənin təzkirəsinin dava-
mı olaraq qələmə aldığını qeyd edir. Yəni Sadiqi özündən öncəki
təzkirələrə zeyl olaraq öz əsərini qələmə almışdır. Nazim Təbrizi
268
Yenə orada, s. 50.
269
Yenə orada, s. 61.
270
Yenə orada, s. 63.
271
Yenə orada, s. 81.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
160
isə “qədim dövr” şairlərindən başlayaraq öz müasirləri haqqında
məlumatı və əsərlərindən nümunələri əhatə edən əsər ortaya qoy-
muşdur. Qeyd olunan bu təzkirələrin oxşar cəhəti I Şah Abbasa
ithafən yazılmasıdır.
Apardığımız araşdırmalar nəticəsində deyə bilərik ki, Nazim
Təbrizi 1626-cı ildə bitirdiyi təzkirəsi ilə XVII əsr Azərbaycan
təzkirəçiliyini zənginləşdirmiş, Sadiq bəy Əfşardan sonra dəyərli
bir əsər ortaya qoymuşdur. Təzkirə tərtib prinsipi, strukturu və
təqdim olunan nümunələrin yalnız qəzəl və rübailəri əhatə etməsi
baxımından orijinaldır. Əsər Herat və Osmanlı təzkirələri konteks-
tində dəyərləndirilən zaman qeyd olunan sahələrin təzkirələrindən
yuxarıda göstərdiyimiz (tərtib prinsipi, struktur və s.) cəhətlərinə
görə fərqləndiyi məlum olur.
Əlyazmaları
İran Məlik Milli Kitabxanası.
İran İslami Şura Məclisi Kitabxanası 480.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
161
Nazim Təbrizi. “Təzkireyi-Nazim”
Ġran Ġslami ġura Məclisi kitabxanası 480
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
162
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
163
XVIII ƏSR TƏZKĠRƏÇĠLĠYĠ
Əliqulu xan Valeh
Lütfəli bəy Azər
İshaq bəy Üzri
Sultan Məhəmməd mirzə Bahadır xan Səfəvi
Əbu Talib xan Təbrizi
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
164
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
165
ƏLĠQULU XAN VALEH
XVIII əsrin ilk Azərbaycan təzkirəçisi Əliqulu xan Valehdir
(h.1124/1712-h.1170/1756). Səfəvilər dövründə onun ulu babaları
Dağıstanda müxtəlif dövlət vəzifələrində işləmiş və nüfuz sahibi
olmuşlar. Valeh 1124/1712-ci ildə İsfahanda anadan olmuşdur.
Atası Məhəmməd Əli xan İrəvanın bəylərbəyisi təyin olunmuş və
onlar ailəlikcə Qafqaza köçmüşlər. Ancaq atası h.1127/1716-cı
ildə vəfat etdiyindən Valeh qohumları ilə birlikdə İsfahana qayıt-
mış, orada təhsil almışdır. H. 1135/ 1722-ci ildə əfqanların İrana
hücumundan və İsfahanın işğalından sonra Valehin yaxınları
dövlət vəzifələrindən kənarlaşdırılmışlar. Nadir şahın hakimiyyəti
zamanı (1736-1747) onun ailə vəziyyəti daha da pisləşmişdir. Bu
səbəblərdən də o, Hindistana getməli olmuşdur. Hindistanda gör-
kəmli ədib və alimlərlə görüşən Valeh böyük hörmət qazanmışdır.
Böyük Moğol dövlətinin rəhbəri olan Məhəmməd şah Valehə
müxtəlif dövlət vəzifələri və titullar vermişdir. Valeh h.
1170/1756-ci ildə vəfat etmişdir.
Gənc yaşlarından elmə və ədəbiyyata maraq göstərən Valeh
“Divan” qələmə almış, türk və fars dillərində rübailər yazmışdır.
Onun “Divan”ı h.1157/1744-cü ildə köçürülmüşdür.
N.Məhərrəmov təzkirəçinin Azərbaycan dilində yazdığı qə-
zəl və rübailərin bəzilərini ilk dəfə Bakıda nəşr etdirmişdir
272
.
Məftun məni ol nərgisi-fəttan etti,
Könlümni cəfa oduna üryan etti.
Canımni sitəm oxlarına qıldı hədəf,
Ol oxlarına qəmzəni peykan etdi.
272
Məhərrəmov N. Əliqulu xan Valeh. Şeirlər // Keçmişimizdən gələn səslər, IV
buraxılış, Bakı, 1984, s. 143-152.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
166
Valeh Hindistanda olarkən Aqra, Dehli, Cahanşahabad, La-
hor və başqa şəhərləri gəzmiş, materiallar toplamış və h.1161/
1747-ci ildə “Riyazüş-şüəra” adlı təzkirəsini tamamlamışdır.
Valeh təzkirəsini fars dilində qələmə almışdır. Əsər müqəd-
dimə, iyirmi səkkiz rövzə və xatimədən ibarətdir. Təzkirəçinin hə-
yatı haqqında ən dəqiq və ətraflı məlumatı “Riyazüş-şüəra”nın so-
nundan alırıq. Müqəddimə istisna olmaqla əsərin üslubu sadədir.
C.Qəhrəmanov Hindistanın Bankipor şəhərindəki kitabxana-
sında saxlanılan nüsxəsində 2540 şair haqqında məlumatın təxəl-
lüslərinə görə əlifba sırası ilə verildiyini yazır
273
. Ə.G.Məani isə
təzkirədə 2594 şairdən bəhs edildiyini qeyd edir
274
. A.Kozlovanın
istifadə etdiyi Berlin nüsxəsində 2402 şair xatırlanmışdır
275
.
Təzkirəçi əsərin müqəddiməsində göstərir ki, təzkirəni yaz-
maqda məqsədi az tanınan və ya unudulmuş şairlərin adını əbədi-
ləşdirmək olmuşdur. Valeh müqəddimədə Caminin “Məhafatül-
üns” və Əlişir Nəvainin “Məcalisün-nəfais” təzkirələrini də
xatırlayır.
Təzkirədə yüzdən artıq azərbaycanlı şair haqqında məlumat
verilmişdir ki, onlardan təqribən 70 faizi az tanınan və unudulmuş
şairlərdir. Burada Nizami, Xaqani, Əbülüla Gəncəvi, Nəsimi, Saib
Təbrizi və başqa məşhurlarla yanaşı, Heydəri Təbrizi, Bəxşi Təb-
rizi, Cəfər Təbrizi, Həqiri Təbrizi, Məhvi Ərdəbili və başqa anıl-
mamış şairlər də xatırlanmışdır. “Qədim dövr” şairlərindən bəhs
edərkən Təqiəddin Məhəmməd Əvhədinin “Ərəfatül-aşiqin”, Nəs-
rabadinin “Təzkireyi-Nəsrabadi”, Həzinin “Təzkirətül-müasirin”
təzkirələrindən istifadə etmişdir.
273
Qəhrəmanov C. Valeh Dağıstani və onun “Riyazüş-şüəra” əsəri / “Ədəbiyyat
və incəsənət» qəz., Bakı, 1982, 17 sentyabr.
274
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 651.
275
Козлова А. Новое об Али Кули Хане Валехе и его духовном наследии //
КНКО, Вести, 2001, вып. 6-7, с. 5.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
167
Valeh əsərini yazarkən Dövlətşahın, Nəvainin, Sam mirzənin
təzkirələrindən istifadə etmiş və sözügedən mənbələrdəki məlu-
matları sadəcə köçürməmiş, oradakı yanlışlıqları düzəltmişdir
276
.
Müasirlərindən bəhs edən hissə üçün materialı təzkirəçi şəx-
sən özü toplamışdır.
Təzkirənin Hindistan nüsxələrinin fotosurətləri Əlyazmalar
İnstitutunda saxlanılır. Əlyazmalardan biri h. 1161/1748-ci ildə
Gülşən Əli tərəfindən köçürülmüşdür. Həcmi 493 vərəqdir. Ikinci
əlyazma da müəllifin yaşadığı dövrdə - h.1163/1750-ci ildə nəstə-
liq xətti ilə köçürülmüşdür. Prof. C.Qəhrəmanov bu nüsxənin Va-
lehin özü tərəfindən köçürüldüyü qənaətindədir.
Təzkirə 1780-cı ildə Kamal Əli bin Sənaullah Hüseyn Nasiri
tərəfindən Riçard Consonun xahişi ilə ixtisar edilmişdir. Buraya
şairlər haqqında əlavələr edilmiş və əsər “Lübbi-lübab” adlandırıl-
mışdır.
Əlyazmaları
Tehran Milli Kitabxanası.
Tehran Universiteti Kitabxanası.
İran Məlik Milli Kitabxanası.
Asəfiyyə Kitabxanası 164.
Ustad Cəlaləddin Hümayinin şəxsi Kitabxanası.
Hindistan Bankipor Kitabxanası.
Pəncab Universiteti Kitabxanası.
Kəlküttə Milli Kitabxanası.
Bodlean Kitabxanası.
İndia Ofis Kitabxanası 3653.
Berlin Kitabxanası 656.
Berlin Kitabxanası 657.
276
Qəhrəmanov C. Valeh Dağıstani və onun “Riyazüş-şüəra” əsəri / “Ədəbiyyat
və incəsənət” qəz., Bakı, 1982, 17 sentyabr.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
168
Əliqulu xan Valeh. “RiyazüĢ-Ģüəra”
Hindistan Bankipor Kitabxanası
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
169
LÜTFƏLĠ BƏY AZƏR
Azərbaycan təzkirəçisi və şairi Lütfəli bəy Azər 20 rəbiülaxır
1134/ 7 fevral 1722-ci ildə İsfahanda anadan olmuşdur. Lütfəli bəy
Azərbaycanın türk qızılbaş tayfalarından olan şamlu oymağının
bəydili qəbiləsinə mənsubdur.
Lütfəli bəyin anadan olduğu il əfqanlar İsfahanı ələ keçirmiş-
dilər. Bu səbəbdən atası Ağa xan ailəsi ilə birlikdə Qumda yerləş-
mək məcburiyyətində qalmışdı. Lütfəli bəy 14 yaşına qədər burada
təhsil almışdır.
Şeir yazmağa çox böyük həvəsi olan Lütfəli bəy Mir Seyid
Əli Müştaq və başqa şairlərdən bəhrələnmişdir. Şeirlərini əvvəlcə
Valehi, Nükhət təxəllüsü ilə yazmış, daha sonra Azər təxəllüsünü
götürmüşdür. Atasının vəfatından sonra Lütfəli bəy əmisi ilə həccə
getmişdir. Oradan qayıdanda bir il Məşhəddə qalmış və h.1153-cü
ilin şəvval ayında (1741-ci il fevral) Nadir şahın Quzey İrana səfə-
rində iştirak etmişdir. Lütfəli bəy Nadir şahın mustovfisi olmuşdur.
Səfərdən qayıdandan sonra İsfahanda qalmışdır. Nadir şahın ölü-
mündən sonra Əli şah, İbrahim şah, III Şah İsmayıl Səfəvi və Şah
Süleyman dövründə müxtəlif vəzifələrini tutmuşdur. Bunlardan
sadəcə İbrahim mirzə dövründə divan dəftərxanasının müdiri
(daruğayi-dəftəri-divan) vəzifəsində çalışdığı məlumdur. İranın
qarışıqlıq vaxtında Lütfəli bəy inzivaya çəkilmişdir. O, Qumda
təşkil olunan elmi məclislərdə iştirak edirdi. Lütfəli bəy Qumda
vəfat etmişdir.
Lütfəli bəyin qəzəl, qəsidə, tərkibbənd, qitələrdən ibarət olan
7000 beytlik “Divan”ı h.1366-cı ildə Tehranda Həsən Sadat Nasiri
tərəfindən nəşr olunmuşdur.
Lütfəli bəy Caminin “Yusif və Züleyxa”sını örnək götürərək,
eyni adlı əsər qələmə almışdır. Bundan əlavə, müəllif Sədinin
“Gülüstan”ına bənzəyən “Gəncinətül-həqq” adlı əsəri də vardır.
Lütfəli bəy çağdaşı olan şairlərin tərcümeyi-hallarını və əsərlərin-
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
170
dən nümunələri əhatə edən “Dəftəri-Nuhasman”, “Saqinəmə”,
“Müğənninamə” və “Məsnəviyi-Azər” adlı əsərlərin də müəllifidir.
Lütfəli bəy Azər “Atəşkədə” təzkirəsini h.1174/1761-ci ildə
yazmağa başlamışdır. Əsərin tamamlanma tarixi məlum deyil.
Prof. T.Yazıcı əsərdə bəhs olunan şairlərin vəfat tarixlərindən ən
sonuncusunun h.1193/1779-cu ilə təsadüf etdiyini vurğulayaraq
əsərin bu tarixdən sonra tamamlandığını yazır
277
. “Atəşkədə” təz-
kirəsi İran, Orta Asiya, Azərbaycan və Hindistanda yaşayan 842
şair haqqında məlumatı əhatə edir. M.Məmmədova bunlardan iki
yüzə qədərinin azərbaycanlı olduğunu yazır.
Təzkirə giriş və iki əsas məcmərədən ibarətdir. Ön sözdə İra-
nın əfqan istilasından, güney əyalətlərində sakitliyi təmin edən Kə-
rim xan Zəndə qədər davam edən qarışıqlıq dövrü haqqında məlu-
mat verilmişdir. Azər şairləri mənsub olduqları bölgəyə və şəhərə
görə sıralamışdır.
“Atəşkədə” “məcmərə” adı verilən iki fəslə ayrılmışdır.
M.Məmmədova “Atəşkədə”dən bəhs edərkən təzkirənin strukturu
haqqında ətraflı məlumat vermişdir
278
.
Birinci “məcmərə” şölə, üç əxgər və füruğ başlıqlı üç fəsl-
dən ibarətdir.
Birinci məcmərədə qədim şairlər haqqında məlumat verilir.
Təzkirənin “şölə” adlı hissəsində şeir yazmış əmir və şahzadələrin
tərcümeyi-halı yer almışdır.
Birinci məcmərə üç “əxgər”ə ayrılmışdır. Birinci əxgərin
birinci “şərarə”si Azərbaycan şairlərinə həsr edilmişdir. İkinci şə-
rarədə Xorasan şairlərindən, üçüncü şərarədə Təbəristan, Cürcan
və s. ölkələrin şairlərindən bəhs olunmuşdur. Dördüncü şərarə iki
şüaya ayrılmışdır. Birinci şüa İraqi-Ərəb, ikincisi isə İraqi-Əcəm
sahəsinin şairlərini əhatə edir. Beşinci şərarə Fars vilayətinin şair-
ləri haqqındadır.
277
Yazıcı T. Ateşkede. DVİA. IV c., İstanbul, 1991, s. 58.
278
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, s.
70.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
171
Turanzəminə daxil olan ölkələrin şairlərindən bəhs olunan
ikinci əxgər üç şərarəyə bölünmüşdür. Birinci şərarə “Xütteyi-
Bəlx” və ona tabe olan sahəyə, ikinci şərarə Dehli və onun tabeli-
yində olan vilayətlərə, üçüncü şərarə Kəşmir şairlərinə həsr edil-
mişdir.
Təzkirənin “füruğ” adlanan hissəsində isə müxtəlif ölkələrin
şairlərindən bəhs olunmuşdur. Təzkirənin bu hissəsində verilən
məlumatları çox hissəsi Tağı Kaşinin “Xülasətül-əşar və zübdətül-
əfkar” adlı əsərindən götürülmüşdür.
İkinci “məcmərə” iki “pərtöv”ə ayrılmışdır.
Atəşkədənin ikinci məcmərəsi müəllifin çağdaşı olan şairləri
əhatə edir və “pərtöv” adı verilən iki bölməyə ayrılmışdır. Birinci
pərtövdə əfqanların İranı istilası və sonrakı hadisələr haqqında
giriş və daha sonra çağdaşı olan şairlər haqqında məlumat veril-
mişdir.
İkinci pərtövdə təzkirəçi öz tərcümeyi-halını və şeirlərindən
nümunələrə yer vermişdir.
Lütfəli bəy təzkirəsinin müqəddiməsində yazır: “Tarix kitab-
larına müraciət edib, şairlərin anadan olma tarixlərini və mənsub
olduqları yeri təyin etdim. Hər hansı ölkənin və şəhərin şairi haq-
qında məlumatı həmin şair üçün ayrılmış səhifədə qələmə aldım.
Əsəri əlifba sırası ilə yazdım. Əsərin adını “Atəşkədə” qoydum.
Bundan əvvəlki təzkirələri paxıllıq atəşinə atdım”
279
.
F.ü.f.d. M.Məmmədova təzkirənin “Atəşkədə” adını daşıması
məsələsinə də aydınlıq gətirməyə çalışmışdır: “Ehtimal etmək olar
ki, Lütfəli bəyin özünə Azər təxəllüsü götürməsi və əsərinin adını
“Atəşkədə” qoyması qədim azərbaycanlıların atəşpərəstliyi ilə
əlaqədardır. Kahinlərin oturduqları məbəddə Atəşkədə, oda səcdə
edənlərə isə azər deyirmişlər. Azər odlu şairlərin yanar qəlbindən
279
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, s.
69.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
172
çıxmış şah beytlərini öz təzkirəsində hifz etdiyinə, qoruyub saxladı-
ğına görə əsərini “Atəşkədə” adlandırmışdır”
280
.
“Atəşkədə”nin mənbə və qaynaqlarına gəlincə, Lütfəli bəy
təzkirəsində istifadə etdiyi əsərlərin adlarını yeri gəldikcə qeyd et-
mişdir. Əsərin əsas qaynağı isə Məhəmməd Övfinin “Lübabül-əl-
bab”ıdır. Ə.G.Məani isə Lütfəli bəy Azərin təzkirəsinin orijinal
olmaması üzərində durur: “Baxmayaraq ki, Azər Bəydili belə iddia
edir ki, şeirləri özü şəxsən şairlərin divanlarından seçmişdir, lakin
əməldə görünür ki, o, keçmiş şairlər haqqında h. XI/XVII əsrin
əvvəllərinədək “Xülasətül-əşar və zübdətül-əfkar” adlı böyük təz-
kirədən müxtəsər xülasəni bizə “Atəşkədə” adı ilə təqdim etmiş-
dir”
281
. Prof. T.Yazıcı da Ə.G.Məaninin bu fikirlərini təkrarlamış-
dır
282
. M.Məmmədova isə Lütfəli bəyə qarşı irəli sürülən bu iddia-
lara cavab vermişdir: “Azər özündən əvvəlki təzkirələrdən istifadə
etmişdirsə, söz yox ki, həmin təzkirədən də bəzi qeydlər götür-
müşdür. Lütfəli bəyin özü “Atəşkədə”nin müqəddiməsində göstərir
ki, müxtəlif təzkirələrdən istifadə etmişdir. Bu kimi hallarda Azər
həmin fikrin hansı mənbədən götürüldüyünü qeyd etməyi heç vaxt
unutmamışdır”
283
.
Atəşkədə Azərbaycanın tarixi coğrafiyasını öyrənmək baxı-
mından da əhəmiyyətlidir. Təzkirədə Azərbaycanın Ərdəbil, Ordu-
bad, Beyləqan, Təbriz, Xalxal, Şirvan, Gəncə, Marağa kimi tarixi
şəhərləri və bölgələri haqqında məlumat yer almışdır.
Məsələn: “Azərbaycan – binasını Azər ibn Əmir ibn Əshəd
ibn Sam qoymuşdur. Bəziləri söyləmişlər ki, Şapur Züləktab za-
manında Azərbad adlı bir şəxs peyğəmbərlik iddiası etmiş, bir çox-
ları inanıb, onun dinini qəbul etmişlər. Şapur onu tutub, sinəsinə
ərinmiş filiz tökdürmüş, lakin ona heç bir zərər dəyməmişdir. Ona
280
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, s.
68.
281
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 14.
282
Yazıcı T. Ateşkede. DVİA. IV c., İstanbul, 1991, s. 58.
283
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, s.
73.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
173
görə də xalq ona daha artıq inanmışdır. Bu vilayətin abadlığı onun
tərəfindən olmuşdur.
Əvvəllər sərhədləri İraqi-Əcəm, Muğan, Gürcüstan, Ərmən,
Kürdüstan və Şirvana çatırdı. Amma indi bütün Şirvan, Muğan,
Gürcüstan və Ərmən Azərbaycana daxildir. O behiştə bənzər diya-
rın hüsnünü yazmaqla başa gələn deyil. Ümid edirik ki, ruzigarın
bəlasından hifz olunsun. Hər şəhərin şairlərinin əhvalı və sözləri
tərtiblə yazılır”.
Azərbaycan haqqındakı bu məlumatdan sonra təzkirəçi bu
ölkənin şəhərlərindən qısaca bəhs etmiş və orada yetişmiş şairlərin
tərcümeyi-halı və əsərlərindən nümunələr təqdim etmişdir. Təzki-
rədə yer almış şeir örnəkləri fars dilindədir.
Təzkirənin şah və şahzadələrdən bəhs edən bölümündə Əlqas
mirzə Səfəvi, Bəhram mirzə Səfəvi, Cahi, Cəfər bəy, Şah İsmayıl
Xətai, Dərdi Əfşar, Sami Səfəvi, Sadiqi, Şah Təhmasib, Adili
Səfəvi, Şah Abbas, Şah Abbas Sani, Qismi Əfşar, Pur Həsən kimi
azərbyacanlılardan bəhs olunmuşdur. Təzkirəçi daha sonra bölgə-
lər üzrə Azərbaycan şairlərini sıralamışdır. Ərdəbil – Cami, Məh-
vi; Ordubad – Ziyai, Raqib; Beyləqan – Mücirəddin; Təbriz – Mir-
zə Əsədulla, Xacə Əmir bəy, Şah Qasım Ənvar, Əbdülbaqi, Bədii,
Cəfəri, Cövhəri, Əzizi, Nəşə Təbrizi, Həqiri, Heydəri, Xari, Raqi-
bi, Mirzai, Şərif, Molla Şəmsəddin, Şövqi, Səburi, Tövfi, Zühuri,
İczi, Əssar, Ünvan, Fəsihi, Fövqi, Fərdi, Qətran, Kazima, Mahmud
Şəbüstəri, Məsihi, Müşki, Məruf, Məlum, Məğribi, Müqimi, Mül-
himi, Nisari, Vüqui, Hümai; Xalxal - Fənai; Şirvan – Həkim Xa-
qani, Seyid Zülfüqar, İzzəddin, Fələki; Gəncə - Əbülüla, Yusif Ko-
sa; Marağa – Mövlana Əvhədi, Əbu Ömər Əbhəri, Ədhəm bəy,
Qazı Əhməd Qəffari, Heyrəti, Xızıri, Dərviş Dəhəkgi, Şeyx Şəha-
bəddin Söhrəvərdi, Übeyd Zakani, Mirzə Müqim, Nərgisi, Vaiz,
Xacə Nəsir, Şeyx Nizami, Məshəti, Əvhədi, Hatif, Üzri, Məsrur
Bəydili, Baba Şəhidi, Saib
284
.
284
Təzkirədəki Azərbaycan şairləri haqqındakı məlumat üçün bax: Məmmədova
M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, s. 78-115.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
174
“Atəşkədə” bir sıra təzkirələrin qaynaqları sırasındadır. Bun-
ların sırasında Məhəmmədhəsən xan Etimadüssəltənənin, Seyid
Əzim Şirvaninin təzkirələrini nümunə göstərmək olar.
Sultan Məhəmməd Bahadır xan Səfəvi h. 1211-1216/1796-
1801-ci illərdə tərtiblədiyi “Töhfətüş-şüəra” təzkirəsini “Atəşkə-
də”nin təsiri altında qələmə almışdır.
Əlyazmaları
AMEA Əlyazmalar İnstitutu D – 20.
AMEA Əlyazmalar İnstitutu C – 103.
AMEA Əlyazmalar İnstitutu M – 238.
AMEA Əlyazmalar İnstitutu M – 240.
İndia Ofis K/X. 2929.
İndia Ofis K/X. 3445.
Berlin K/X. 658.
Berlin K/X. 213.
Berlin K/X. 115.
Kopenhagen K/X. Add. 19.
Tehran Universiteti Mərkəzi K/X 5122.
Tehran Universiteti Mərkəzi K/X 462.
Tehran Universiteti Mərkəzi K/X 4865.
Tehran Universiteti Mərkəzi K/X 38.
Tehran Universiteti Mərkəzi K/X 158.
Tehran Universiteti Mərkəzi K/X 5054.
Tehran Universiteti Mərkəzi K/X 133.
Tehran Universiteti Mərkəzi K/X 6328.
Tehran Universiteti Mərkəzi K/X 5272.
Tehran Universiteti Mərkəzi K/X 168.
Tehran Universiteti Mərkəzi K/X. 2169.
Ayətullah Mərəşi K/X. 2632
İran Milli K/X 100.
İran Milli K/X 1286.
İran Milli K/X 253.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
175
Los-Ancels K/X M 445.
Çikaqo Universiteti A – 12074.
Kitabxaneyi-Vəziri, Yəzd 275.
İsfahan Universiteti Mərkəzi K/X. 474.
İsfahan Universiteti Mərkəzi K/X. 43.
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. Tehran 2726.
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. Tehran 2674.
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. Tehran 2682.
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. Tehran 7074.
Tacikistan Elmlər Akademiyası 53.
Tacikistan Elmlər Akademiyası 213.
Həzrət Ayətullahül-Üzma Borucerdi K/X. 176.
İran İslami Şura Məclisi K/X. 886.
İran İslami Şura Məclisi K/X. 322.
İran İslami Şura Məclisi K/X. 5702.
Mərkəzi-Ehyai-Mirasi-İslam, Qum 1747.
Mərkəzi-Ehyai-Mirasi-İslam, Qum 138.
Mərkəzi-Ehyai-Mirasi-İslam, Qum 1886.
Hüseyn Miftahın şəxsi kolleksiyası, Tehran 1387.
Hüseyn Miftahın şəxsi kolleksiyası, Tehran 1113.
Hüseyn Miftahın şəxsi kolleksiyası, Tehran 816.
Hüseyn Miftahın şəxsi kolleksiyası, Tehran 582.
Gülüstan K/X. 860.
Gülüstan K/X. 861.
Gülüstan K/X. 862.
Gülüstan K/X. 863.
Gülüstan K/X. 1757.
Gülüstan K/X. 622.
Gülüstan K/X. 891.
Məhəmməd Fərhad Mötəmid kolleksiyası.
Həsən Atifi K/X.
Nemətullahi xanəgahının K/X. 389
Hafiz Fərmanfərmaiyan K/X.
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X 7190.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
176
Şəhid Mütəhhəri Ali mədrəsəsi K/X. 7075.
İran İslami Şura Məclisi K/X. 189.
İran İslami Şura Məclisi K/X. 250.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
177
Dostları ilə paylaş: |