XXI əsr
Şahin Fazil
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
330
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
331
ġAHĠN FAZĠL
Şahin Fazil (Fərzəliyev) 1940-cı ildə anadan olmuşdur. 1959-
1963-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi-
nin fars bölməsində təhsil almışdır. Müxtəlif illərdə Əfqanıstanda
tərcüməçi işləmişdir. Tarix elmləri doktoru, professordur. Hal-ha-
zırda AMEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır.
Keçən əsrin 50-ci illərindən başlayaraq ədəbi fəaliyyətlə
məşğuldur. İndiyədək 22 kitabı nəşr olunmuşdur. Üç qüzdən artıq
məqalənin və üç divanın müəllifidir. Azərbaycan Yazıçılar Birliyi-
nin üzvüdür. 1998-ci ildən “Məcməüş-şüəra” ədəbi məclisinə sədr-
lik edir
450
.
XXI əsrdə ilk təzkirəni Şahin Fazil qələmə almışdır
451
. Təz-
kirədə XIX əsrin 80-ci illərində yaradılmış, 43 il fəaliyyət göstər-
miş, 1980-ci ildə yenidən bərpa olunmuş “Məcməüş-şüəra” və
onun üzvlərindən bəhs olunur. Təzkirə dibaçə, “Ədəbi məclisin ta-
rixi seyri”, əsas hissə və xatimədən ibarətdir. Təzkirədə ilk olaraq
“Məcməüş-şüəra”nın yaranışından bərpasınadək bu məclisin yığın-
caqlarında iştirak etmiş söz sahiblərinin bəziləri haqqında məlumat
verilmiş və əsərlərindən nümunələr təqdim olunmuşdur. Daha
sonra məclisin bərpasından sonrakı məclis üzvlərinin həyatı və ya-
radıcılığı haqqında məlumat verilmişdir. Şairlər haqqında bilgi ve-
rilərkən heç bir prinsip əsas götürülməmişdir.
Şahin Fazil təzkirənin “Dibaçə”sində yazır:
“Təzkirə” bəhrinə baş vurmağa tab lazımdır,
Nə böyük işdi bu, ya Rəbb, bu nə qüvvət, tabdır?
Birini Seyyid Əzim yazdı ki, min rəhmət ola,
Birinin sahibi Mir Möhsün ağa Nəvvabdır.
450
Şahin Fazil. Təzkireyi-Şahin. Bakı, 2006, s. 757.
451
Şahin Fazil. Təzkireyi-Şahin. Bakı, 2006, 818 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
332
Biri də Mirzə Hüseyn idi “Qayıb” nəslindən,
Bir burulğandı bu təzkirə işi, girdabdır.
Başqa təzkirə yazarı görməyirəm dövrəmdə,
Bir səda gəldi mənə: Onlara Şahin babdır.
Müəllif təzkirəsinin yazılma səbəbini bu şəkildə izah edir:
“Mən aciz bəndə Kərbəlayi Şahin Fazil gecə-gündüz fikrü xəyala
dalıb, könlümə bir şairanə məcmuə odunu salıb və həmçinin 120
yaşlı “Məcməüş-şüəra” ədəbi məclisinin cavan və yaşlı üzvlərinin
xahişlərini nəzərə alıb “Təzkireyi-Şahin”i yazmağa niyyət və bu
çətin işə cürət etdim. Məlumdur ki, son dövrlərdə təzkirənevislik
sahəsində hələm-hələm qələm işlədən və ağ varaq qaralayan ədib-
lərimizin sayı olduqca azdır və ədəbiyyat maşınımız bu cəhətdən
nasazdır”
452
.
Şahin Fazil əsərinin ön sözündə Nəvvab təzkirəsindən 113 il
sonra bu janrda əsər yazılmadığını qeyd edir: “...Şahin Fazil yaşı-
nın və işinin çoxluğu, həmçinin əzəlki taqətinin yoxluğu üzündən
böyük əziyyətə qail olub “Təzkirə” yazdı, yox əgər yazmasaydı,
Nəvvab təzkirəsindən 113 il sonra yazılan bu əsər var olmazdı və
bu “Təzkirə” olmasaydı vəfat edən və hal-hazırda sağ olan “Məc-
məüş-şüəra” şairləri barədə, bəlkə də, heç nə yazılmazdı”
453
.
Şahin Fazilin təzkirəsinə həsr etdiyi qəzəli də maraq doğurur:
Şadəm, düşəcək dillərə “Təzkireyi-Şahin”,
Sovqat olacaq ellərə “Təzkireyi-Şahin”.
Yazdımsa da üç “Divan”ı, “Təzkirə” yox idi,
Yer qoymadı nisgillərə “Təzkireyi-Şahin”.
Bir közdü o çoxdan ki, kül altında qalırdı,
Sovdurdu külü yellərə “Təzkireyi-Şahin”.
452
Yenə orada, s. 4.
453
Yenə orada, s. 6.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
333
“Təzkirə” yox idi neçə illər vətənimdə,
Dürdanədi aqillərə “Təzkireyi-Şahin”.
Bir güllədi cahillərə şairlər adından,
Bir şillədi qafillərə “Təzkireyi-Şahin”.
Yazdım onu min şövq ilə, bir töhfədi məndən,
Sevdalı şirindillərə “Təzkireyi-Şahin”.
Şahin elə “Təzkirə” yazıbdır ki, bu gündən
Qalsın gələcək illərə “Təzkireyi-Şahin”
454
.
Şahin Fazilin qələmə aldığı bu əsər təzkirəçilik tarixində indiyə
qədər görünməmiş özəlliyə malikdir. O, bizim ilk təzkirəmizdir ki,
bir ölkənin, bir ədəbi nəslin, bir üslubun yox, bir poetik məclisin
üzvlərinin həyat və yaradıcılığını əks etdirir
455
.
Təzkirənin əvvəlində “Ədəbi məclisin tarixi seyri” başlığı
altında “Məcməüş-şüəra” ədəbi məclisinin tarixi haqqında məlu-
mat verilmiş, digər ədəbi məclislərlə əlaqəsi təhlil edilmiş, 90-a
yaxın üzvünün tərcümeyi-halı və əsərlərindən örnəkləri təqdim
olunmuşdur.
454
Yenə orada, s. 13.
455
Nəbiyev B. Şahinin qanadları: (“Təzkireyi-Şahin” haqqında rəy) // «Elm»
qəzeti. - 2002. - 19 oktyabr.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
334
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
335
NƏTĠCƏ
Azərbaycan təzkirəçiliyinin XVI-XXI əsrlər mərhələsinə dair
apardığımız tədqiqatların nəticələrini aşağıdakı bəndlərlə təqdim
etmək mümkündür:
Monoqrafiyada Azərbaycan təzkirələrinin nəşri vəziyyəti və
tədqiq tarixi sistemli şəkildə öyrənilmişdir. Araşdırmaların nə-
ticəsi olaraq deyə bilərik ki, Azərbaycan təzkirəçiliyinin nəzəri
baxımdan, eləcə də sistemli şəkildə tədqiqinə ciddi ehtyac var-
dır. Belə ki, XVI əsrdən başlayaraq XXI əsrə qədər azərbay-
canlı müəlliflər tərəfindən 45 təzkirə qələmə alınmışdırsa da,
indiyə kimi onlardan sadəcə 6-sı Azərbaycan dilində nəşr olun-
muşdur. Qeyd olunan bütün Azərbaycan təzkirələrinin tərcü-
məsi, elmi-tənqidi və ya faksimile mətnlərinin hazırlanması
təzkirəşünaslarımız qarşısında duran mühüm vəzifələrdəndir.
Bunlardan əlavə, hər bir Azərbaycan təzkirəsinin monoqrafik
səviyyədə araşdırılması Azərbaycan ədəbiyyatının müxtəlif
mərhələlərini, ümumiyyətlə mədəniyyət tariximizi tədqiq
etmək üçün əhəmiyyətlidir.
İlk dəfə olaraq Azərbaycan təzkirələrinin təsnifatı aparılmışdır.
Azərbaycanlı müəlliflərin təzkirələrini qələmə alındıqları dil,
struktur, əhatə etdiyi dövr, yazıldığı zaman və coğrafiya üzrə
təsnifləşdirmişik. Azərbaycan təzkirələrinin nəzm və nəsr his-
səsinin dili öyrənilmiş və bu əsərlər təhkiyə hissəsi türkcə yazı-
lan və yalnız türkcə şeirlərdən nümunələri əhatə edən təzkirə-
lər, təhkiyə hissəsi türkcə olan, həm türkcə, həm də farsca şeir-
lərdən örnəklərin verildiyi təzkirələr, həm təhkiyə hissəsinin,
həm də poeziya nümunələrinin iki dildə (türkcə və farsca)
yazıldığı təzkirələr, təhkiyə hissəsi fars dilində qələmə alınan,
həm fars, həm də türkcə nümunələrin təqdim olunduğu təzkirə-
lər, həm təhkiyə, həm də şeir nümunələri farsca olan təzkirələr
şəklində beş qrupa bölünərək dəyərləndirilmişdir.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
336
Azərbaycan təzkirələrinin strukturu təhlil edilərkən Azərbay-
can müəlliflərinin təzkirələrdə haqlarında məlumat verdikləri
şairləri təbəqə, əlifba, coğrafi, xronoloji prinsiplərə görə təq-
dim etdikləri məlum olmuşdur.
Monoqrafiyada Azərbaycan təzkirələrinin tərtib prinsiplərinə
görə bölgüsü aparılaraq təhlil edilmişdir. Belə ki, azərbaycanlı
müəlliflərin əsərləri təbəqə üsulu, əlifba, coğrafi, xronoloji
prinsip və ədəbi nümunələrin janrlarına görə tərtib olunmuş
təzkirələrə ayırılmışdır. Bunlardan əlavə, sistemsiz tərtib olun-
muş təzkirələrə də rast gəlirik.
Azərbaycan təzkirələrini əhatə etdiyi coğrafiyaya görə üç his-
səyə ayırmışıq: ümumşərq, ümumazərbaycan, məhəlli təzkirə-
lər. Ailə və ya zümrə təzkirələri ayrıca bir qrupu təşkil edir.
Azərbaycan təzkirələri bəhs etdiyi zamana görə zaman məhdu-
diyyəti qoyulmayan təzkirələr və müəyyən zaman dilimini
əhatə edən təzkirələrə bölünür.
Azərbaycan təzkirələrinin yazıldığı tarix və məkan haqqında
məlumatı cədvəl vasitəsilə əyani şəkildə təqdim etmişik və
təhlillər aparılmışdır. Apardığımız araşdırmalar nəticəsində 41
Azərbaycan təzkirəçisinin XVI əsrdən XXI əsrə kimi 46 təzki-
rə tərtiblədiyi məlum olmuşdur. Təbii ki, bu son rəqəm deyil.
Gələcəkdə aparılacaq araşdırmalar zamanı bu sayda dəyişiklik
də ola bilər, tərəfimizdən əldə olunmayan əsərlər üzə çıxarıla
bilər.
Azərbaycanlı müəlliflər tərəfindən yazılan tarixi əsərlərin təz-
kirə hissəsi də tədqiqat obyektimizə daxil edilmişdir. Səfəvilər
dövründə, XVII əsrdə yaşayıb-yaratmış və Azərbaycanın qızıl-
baş tayfalarına mənsub olmuş üç tarixçi öz əsərlərində şairlərin
həyat və yaradıcılıqlarına xüsusi fəsillər ayrılmışdır. Bu tarixi
əsərlər içərisində . İsgəndər bəy Türkmanın “Tarix-i aləmara-yi
Abbasi”, Vəliqulu bəy Şamlunun “Qisəsül-xaqani”, Məhəm-
mədqulu xan Qacar Gənceyinin “Lübbül-lübab”ın təzkirə his-
səsi təhlil olunmuşdur. Bunlardan əlavə Abbasqulu ağa Bakı-
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
337
xanovun “Gülüstani-İrəm” adlı əsərinin şairlərdən bəhs edən
hissəsi də nəzərdən keçirilmişdir.
XX əsrdə nəşr olunmuş təzkirə xarakterli əsərlərdən - Əzizə
Cəfərzadənin “Azərbaycanın aşıq və şair qadınları”, Cəfər
Rəmzi İsmayılzadənin “Deyilən söz yadigardır”, Nəsrəddin
Qarayevin “Poetik məclislər”, Məmməd Nuru oğlunun “Azər-
baycan qəzəlləri” adlı kitablarından bəhs etmişik.
Osmanlı təzkirəçiliyi haqqında məlumat verilmiş, bundan
sonra Azərbaycan və Osmanlı təzkirələrinin fərqli və oxşar xü-
susiyyətləri tədqiq edilmişdir. Təzkirələr arasındakı oxşar və
fərqli xüsusiyyətləri aşağıdakı maddələrlə təqdim etmək müm-
kündür:
- Təzkirələrin yazılma dinamikası baxımından müqayisə;
- Təzkirələrin strukturundakı oxşarlıqlar və fərqlər;
- Təzkirələrin əhatə etdiyi coğrafiya və dil nöqteyi-nəzərindən
uyğunluqlar və fərqlər;
- Müəllifliklə bağlı fərqlər.
Monoqrafiyanın dördüncü fəslində Azərbaycan təzkirələri xro-
noloji prinsip əsasında tədqiqata cəlb olunmuşdur. Bu zaman
ilk olaraq təzkirəçinin həyatı, yaradıcılığı haqqında məlumat
verilmiş, daha sonra təzkirəsinin yazılma tarixi, kimə ithaf
olunması, dili, strukturu, dövrün digər təzkirələrindən fərqi
göstərilmiş, əlyazma nüsxələrinin mühafizə olunduğu kitabxa-
naların adı qeyd olunmuşdur.
XVI əsrdə azərbaycanlı müəlliflər tərəfindən 4 təzkirə qələmə
alınmışdır. Bunlar Sam mirzənin “Töhfeyi-Sami”, Əhdi Bağ-
dadinin “Gülşəni-şüəra”, İbrahim mirzənin “Fərhəngi-İbrahim”
və Tövfi Təbrizinin “Təzkireyi-Tövfi” adlı əsərləridir. Sonuncu
iki əsər haqqında məlumatı mənbələrdən əldə edirik və bu təz-
kirələr zamanımıza gəlib çatmamışdır. Sam mirzə təzkirəsini
fars dilində, Əhdi Bağdadi isə türkcə qələmə almışdır. Bu təz-
kirələrin strukturları da bir-birindən fərqlidir.
XVII əsrdə isə Sadiq bəy Sadiqi “Məcməül-xəvas” və Nazim
Təbrizi “Nəzmi-güzidə” adlı təzkirələr yazmışlar. Sadiqi təz-
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
338
kirəsindən fərqli olaraq “Nəzmi-güzidə” fars dilində qələmə
alınmışdır. Nazim təzkirəsinin “Məcməül-xəvas”dan digər bir
fərqli cəhəti strukturundadır. Sadiq bəy Əfşar əsərini Əlişir
Nəvai, Dövlətşah Səmərqəndi və Sam mirzənin təzkirəsinin
davamı olaraq qələmə aldığını qeyd edir. Yəni Sadiqi özündən
öncəki təzkirələrə zeyl olaraq öz əsərini qələmə almışdır. Na-
zim Təbrizi isə qədim dövr şairlərindən başlayaraq öz müasir-
ləri haqqında məlumatı və əsərlərindən nümunələri əhatə edən
əsər ortaya qoymuşdur. Qeyd olunan bu təzkirələrin oxşar cə-
həti I Şah Abbasa ithafən yazılmasıdır. Sadiqi təzkirəsindən
bəhs edərkən Sadiqi “Külliyyat”ı içərisində yer almış anonim
təzkirəni də Osmanlı təzkirələri fonunda tədqiqata cəlb etmi-
şik.
XVIII əsrdə Azərbaycan təzkirəçiləri 5 təzkirə qələmə almışlar.
Əliqulu xan Valehin “Riyazüş-şüəra”sı, Lütfəli bəy Azərin
“Atəşkədə”si, İshaq bəy Üzri Bəydilinin “Təzkireyi-İshaq”ı,
Sultan Məhəmməd mirzə Bahadur xanın “Töhfətüş-şüəra”sı və
Əbu Talib xan Təbrizinin “Xülasətül-əfkar”ı bu əsrdə yazılmış-
dır. “Riyazüş-şüəra” əlifba prinsipi əsasında, “Atəşkədə” isə
coğrafi prinsip əsasında tərtiblənmişdir. İshaq bəy Üzrinin
əsəri isə təzkirədən ziyadə antologiyadır. Sonuncu iki təzkirə
isə dövrümüzə qədər gəlib çatmamışdır.
XIX əsrdə Azərbaycan təzkirəçiliyi kuliminasiya nöqtəsinə
çatmışdır. Belə ki, XIX əsrdə 22 təzkirə qələmə alınmışdır. Bu
dövrdə yazılan təzkirələr yazıldığı dil, əhatə etdiyi coğrafiya və
zaman, struktur və s. cəhətlərinə görə bir-birindən fərqlənmiş-
lər.
XX əsrdə isə 9 təzkirə yazılmışdır. Məhəmməd ağa Müctəhid-
zadə, İbrahim Tahir Musayev, Həsənəli xan Qaradaği, Məhəm-
mədəli Tərbiyət, Şəmsəddin xan Həqqi Təbrizi, Qulam Məm-
mədli, Seyid Əbdülhəmid Xalxali, Əziz Dövlətabadi, Məhəm-
məd Dəyhim XX əsrin təzkirəçiləri sırasındadır.
XXI əsrdə klassik tərzdə təzkirəni Şahin Fazil tərtib etmiş və
2006-cı ildə nəşr etdirmişdir.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
339
Beləliklə, Azərbaycan təzkirələrini nəzəri baxımdan, sistemli
şəkildə tədqiqata cəlb edərək, “Azərbaycan təzkirəçilk tarixini”
ortaya qoymağa təşəbbüs etdik.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
340
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
341
ƏDƏBIYYAT
AZƏRBAYACAN DĠLĠNDƏ
Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı:
Azərbaycan Universiteti nəşriyyatı, 1956, 327 s.
Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı: Azərbaycan Uşaq
və Gənclər ədəbiyyatı nəşriyyatı, 1958, 312 s.
Araslı N. Sadıq bəy Əfşarın «Məcməül-xəvas» təzkirəsi orta əsr
Azərbaycan Türk şairləri haqqında // Prof. Dr. Mustafa İsen adına
Uluslararası Klassik Türk edebiyatında Biyografi sempozyumu, Proqram
ve bildiri özetleri. - 6-8 may 2010. - s. 26-28.
Azərbaycan qəzəlləri (tərtibçi və ön sözün müəllifi: Məmməd
Nuru oğlu; izahların və lüğətin müəllifi: Əhmədağa Əhmədov). Bakı:
Azərnəşr, 1991, 642 s.
Azərbaycanın aşıq və şair qadınları (tərtib edəni: Əzizə Cəfər-
zadə). Bakı: Gənclik, 1991, 288 s.
Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı / Tərtib edən:
T.Əhmədov. – Bakı: Azərbaycan Ensiklopediyası NPB, 1995, s. 106.
Azərbaycan ədəbiyyatı tarixi: 3 cilddə, I c., Bakı: Azərb. SSR EA
nəşriyyatı, 1960, 460 s.
Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə, I c., Bakı: Elm, 2004, 760
s.
Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin
şərhi / tərt.ed.: A.M.Babayev, Bakı: Maarif, 291 s.
Azərbaycan tarixi: 7 cilddə, III c., Bakı: Elm, 1999, 550 s.
Babayev A. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və
terminlərin şərhi (yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşri).
Bakı: Maarif, 1993, 291 s.
Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı: Yazıçı,
1993,170 s.
Durmuş İ.T. Tutsan əlini mən fəqirin. Bakı, Nurlan, 2010, 146.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
342
Əfşar Sadiq bəy. Qanun-üs-süvər. Giriş, farscadan tərcümə, qeyd
və şərhlər: A.Qazıyev. Bakı: Elm, 1971.
Əlizadə L. Klassik Azərbaycan şairləri yeni təzkirə səhifələrində //
Azərb.EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1986, №3,
s.155- 156.
Əlyazmalar kataloqu: 2 cilddə, I cild, Tarix, coğrafiya, ədəbiyyat,
bədii ədəbiyyat nəzəriyyəsi, təzkirələr və münşəat / Tərt. ed.:
M.Sultanov; Azərbaycan EA Əlyazmalar Fondu, Bakı: 1977, 191 s.
Feyzullayeva V. Əhdi Bağdadi və onun «Gülşəni-şüəra» təzkirəsi
// Ədəbiyyat məcmuəsi, 2000, s.198- 205.
Feyzullazadə V. Əhdi Bağdadinin şeir yaradıcılığı (şairin
nəzirələri) // Filologiya məsələləri, 2003, S. 1, s. 14-20.
Fərzəli Şahin Fazil. Azərbaycandakı 130 yaşlı ədəbi bir məclisin
tarixi seyri (“Təzkireyi-Şahin” üzrə) / Prof. Dr. M. İsen adına Ulus-
lararası Klassik Türk edebiyatında Biyografi sempozyumu, Proqram ve
bildiri özetleri. - 6-8 may 2010. - s. 20.
Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. Bakı: Nurlan,
2004, 211 s.
Hacıyeva A. Mir Möhsün Nəvvab Azərbaycan ədəbiyyatşünas-
lığında // Dil və ədəbiyyat. – 1999. - № 4 (22). - s.73 – 76.
Hacıyeva A. «Təzkireyi-Nəvvab»da bir xəta haqqında // Tədqiqlər.
- 1999. - № 1. - s. 30 – 32.
Hacıyeva A. «Riyazül-aşiqin» və «Təzkireyi-Nəvvab» təzkirə-
lərinin müqayisəli təhlili // Tədqiqlər. – 1999. - № 4. - s. 194 – 200.
Hacıyeva A. Azərbaycan ədəbiyyatının öyrənilməsində «Təz-
kireyi-Nəvvab»ın əhəmiyyəti // Şərqin aktual problemləri: tarix və
müasirlik. - Bakı, 2000. - s. 127 – 129.
Hacıyeva A. Mir Möhsün Nəvvab müasirləri haqqında // AMEA
aspirantlarının elmi konfransının materialları. – Bakı, 2002. - s. 208.
Həsənova R. Həsənəli Ağa Xan Qaradaği haqqında yeni material-
lar // S.M.Kirov adına ADU-nun Elmi əsərləri, 1961, № 1, s. 15-23.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
343
Həsənzadə T. Qacarlar dövrünün titulları. Bakı: Elm və təhsil, 2011,
245 s.
Hüseyni M. Ədəbiyyat tariximizdən səhifələr. Bakı: Nurlan, 2004,
180 s.
Xacə Zeynalabidin Əli Əbdi Bəy Şirazi. Təkmilətül-əxbar (Səfəvi
dövrü-Şah İsmayıl və Şah Təhmasib dövrləri tarixi). Fars dilindən
tərcümə edəni: Ə.Rəhimov. Bakı: Elm, 1996, 200 s.
Xıdırov C. İraq türkmanları. Bakı: Azərnəşr, 1993, 104 s.
Xələfov Ə. Orta əsrlər Azərbaycan ədəbi biblioqrafiyasına dair //
Kitabxanaçılıq və biblioqrafiya, 1997, №1, s. 82-93.
Xələfov Ə. XVII-XVIII əsrlərdə Azərbaycan ədəbi biblioqrafik
qaynaqları haqqında // Kitabxanaçılıq və biblioqrafiya, 1998, № 1, s. 25-
32.
Xələfov Ə. XIX əsr Azərbaycan maarifpərvər şair və alimlərinin
biblioqrafik fəaliyyəti haqqında // Kitabxanaçılıq və biblioqrafiya, 1998,
№ 2, s.70-80.
Xələfov Ə. XX əsr təzkirəçiləri haqqında // Kitabxanaçılıq və
biblioqrfiya, 1999, № 2, s.106-117.
Xələfov Ə. Təzkirəçilərin bugünkü sələfləri // Kitabxanaçılıq və
biblioqrafiya, 2000, № 1, s.92-99.
Xəlilova S.Ə. «Təzkireyi- Şah Təhmasib əsərində XVI əsr Azər-
baycan tarixi ilə bağlı bəzi məsələlər haqqında // Azərb.SSR EA,
Məruzələr, 1978, № 7, s. 77-86.
Xəlilov P. SSRİ xalqları ədəbiyyatı. Bakı: Maarif, 1977, 355 s.
İsen M. Təzkirədən bioqrafiyaya. Bakı, Oskar, 2012, 359 s.
Kəndli-Herisçi. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı haqqında
bəzi qeydlər // Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: 1964, s. 218-
239.
Kərimov K. Sadiq bəy Əfşar. Bakı: İşıq, 1987.
Kərimov P. XVII əsr anadilli Azərbaycan lirikası. Bakı: Nurlan,
2011, 354 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
344
Kəromov P. XVII əsr anadilli Azərbaycan poeziyası. Bakı: Nurlan,
2012, 200 s.
Kərimov P. Şah İsmayıl Xətainin nəvəsi İbrahim mirzənin
azərbaycanca şeirləri / Azərbaycan. - 2012. - № 1. - S. 184-189.
Kərimov P. Məmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan»
əsəri XVII əsr şairlərimiz haqqında // Filologiya məsələləri. – 2007. - №
5. - s. 17 – 28.
Qaradaği (Xan-Qaradağski) Həsənəli ağa. Fələyin bir belə dövrü
olacaqmış...(şeirlər, tərcümələr, tarixi salnamə) / Tərtib ed. R. Kərimov;
ön sözün müəl.: V. Qaradağlı. - Bakı: «Azərbaycan Milli Ensiklopedi-
yası» NPB, 2003. - 280 səh.
Qaradaği (Xan-Qaradağski), Həsənəli Xan. Əsərləri. – Bakı:
«Şuşa» nəşriyyatı, 2004. - 168 s.
Qarayev N. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli
maarifpərvər şairlərindən Həsənəli Xan Qaradaği. - Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu Elmi Arxivi, (əlyazma, kiril əlifbası ilə, maşın
çapı). 143 s.
Qarayev N. «Təzkireyi-Ziyai» və «Təzkireyi- Nəvvab» haqqında
bəzi qeydlər // Əlyazmalar xəzinəsində. IV c., Bakı, 1976, s. 78- 86.
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. – Bakı: 2010,
234 s.
Qarayeva L. İngilis şərqşünası Gibbin Türk poeziyası ilə bağlı bəzi
fikirləri // Azərb.EA Xəbərləri, Humanitar və ictimai elmlər seriyası,
2003, № 1- 4, s. 223- 229.
Qasımlı M. Şah İsmayıl Xətayinin poeziyası. Bakı: Elm, 2002, 175
s.
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif,
1974, 487 s.
Qəhrəmanlı N. Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf, dövr-
ləşdirmə problemləri.Bakı: Qartal, 1997, 116 s.
Qəhrəmanov C. Valeh Dağıstani və onun «Riyazüş-şüəra» əsəri.
«Ədəbiyyat və İncəsənət» qəz., Bakı, 1982, 17 sentyabr
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
345
Qəhrəmanov C., Bağırov Ə. Məhəmmədəli Tərbiyət. «Ədəbiyyat
və incəsənət» qəz., Bakı, 1988, 13 may
Deyilən söz yadigardır Toplayanı və tərtib edəni: Cəfər Rəmzi
İsmayılzadə. Bakı: Yazıçı, 1987, 350 s.
Eyvazova R. Kişvəri «Divan»ının dili (Morfoloji xüsusiyyətlər).
Bakı: Elm, 2005, 370 s.
İsmayılova J. Süxənvərani-Azərbaycan əsərində qadın şairələrimiz
// “Elm” qəzeti. - 2004. - 18 mart.
İsmayılova J. Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirə-
sində bir xəta haqqında // “Elm” qəzeti. - 2005. - 7 noyabr.
İsmayılova J. “Süxənvərani-Azərbaycan” təzkirəsinin tərtib prin-
sipləri // Tədqiqlər 2004, N 4, s. 251 – 254.
İsmayılov N. Azərbaycan biblioqrafiyasının biblioqrafiyası (Bib-
lioqrafik vəsaitlər göstəricisi). Bakı: Mütərcim, 2003, 111 s.
Mahmudov M. Piyada…Təbrizdən Şama qədər. Bakı: Yazıçı,
1982, 206 s.
Makulu P. Ədəbi məlumat cədvəli. Bakı: Azərbaycan Elmlər Aka-
demiyasının nəşriyyatı, 1962, 574 s.
Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənə. Xeyrati-hesan
(Gözəllər sərvəti) / fars dilindən tərcümə edən, ön sözün müəllifi
T.Həsənzadə. Bakı: Nurlan, 2003, 103 s.
Mayılova E. Nəvvabın avtoqraflarından // Əlyazmalar xəzinəsində.
II c. Bakı, 1963, s. 109-115.
Məmmədli N. Şeyx Fəriddədin Əttarın “Təzkirətül-övliya” əsəri
və onun tərcümələri / Hikmət elmi araşdırmalar toplusu, 2003, № 1, s.
42-51.
Məmmədli N. Əttar əsərlərinin türkcə tərcümələri // Azərb. MEA
Xəbərləri, Humanitar elmlər seriyası, 2005, №1, s.60-73.
Məmmmədova K. Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəm-
mədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsi: Filol.elm.nam
…dis. avtoref. Bakı, 2005, 30 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
346
Məmmədova K. Məmmədəli Tərbiyətin “Danişməndani-Azərbay-
can” təzkirəsinin quruluşu və təsnifatı // AMEA-nın Xəbərləri, Hu-
manitar və ictimai elmlər seriyası. – 2003. - № 1. - s. 216 – 223.
Məmmədova K. Məmmədəli Tərbiyətin “Danişməndani-Azərbay-
can” təzkirəsində təzkirəçiliyin görünüşü // Dil və ədəbiyyat. – 2003. - №
1 (35). - s. 73 – 76.
Məmmədova K. Təzkirələrin tədqiq tarixinə baxış // Dil və ədəbiy-
yat. – 2004. - № 1 (39). - s. 42 – 44.
Məmmədova K. Məmmədəli Tərbiyətin “Danişməndani-Azərbay-
can” təzkirəsinin ədəbiyyat tariximizdəki rolu // Dil və ədəbiyyat. –
2004. - № 1 (39). - s. 101 – 102.
Məmmədova K. Azərbaycan təzkirəçilik ənənəsinin inkişaf mər-
hələləri // Elmi araşdırmalar. – 2004. - № 1. - s. 118 - 120.
Məmmədova M. “Təzkirətüş-şüəra” və onun əlyazma nüsxələri //
Azərbaycan, 1980, № 9, s. 188– 120.
Məmmədova M. Respublika Əlyazmalar Fondunda saxlanılan
“Atəşkədə” əlyazması // Azərb. EA sessiyası materialları. Bakı: Elm,
1974.
Məmmədova M. Orta əsrlər təzkirəsi // Elm və həyat, 1974, № 12,
s.24-25.
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı:
Örnək, 2001, 139 s.
Məmmədova Ş. «Xülasət-ət-təvarix» Azərbaycan tarixinin mən-
bəyi kimi. Bakı: Elm, 1991, 117 s.
Məmmədzadə B. S.Ə. Şirvani “Təzkirəsi”ndə Nizami təxəllüslü
qəzəl və müəllif haqqında // “Elm” qəzeti. – 2004. - 25 may.
Məmmədzadə B. Seyid Əzim “Təzkirə”sində İzzət Əli Paşa Rumi
// Azərbaycan filologiyasının aktual problemləri. – 2008. - X kitab, , s.
133 - 137.
Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Bakı:
“Azərbaycan Ensiklopediyası” NPB, 1998, 240 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
347
Muradova M. Sadiqinin “Məcməül-xəvas” təzkirəsi haqqında //
Azərb. EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, 1969, № 2, s.
26- 28.
Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı:
Elm, 1999, 139s.
Muradova M. Sadiq bəy Sadiqinin klassik irsə münasibəti və türk-
çə şeirləri // “Azərbaycan XXI əsr” qəzeti. – 2002. – 1 - 7 mart.
Muradova M. Sadiq bəy Sadiqinin müxtəlif şəxslərə məktubları //
“Azərbaycan XXI əsr” qəzeti. – 2002. - 17-23 iyul.
Muradova M. Sadiq bəyin dostlarına məktublarından // “Elm”
qəzeti. - 25 sentyabr. - 2003.
Muradova M. Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” təzkirəsinin
bir əlyazma nüsxəsi haqqında // Orta əsr əlyazmaları və Azərbaycan
mədəniyyəti tarixi problemləri, VI elmi-nəzəri konfransın materialları. –
Bakı, 1999. - s. 107 – 110.
Musabəyli A. Ruhi Bağdadi: mühiti, həyatı, poetikası və Divanı
(əlyazma qaynaqları əsasında). Bakı: Elm, 2005, 952 s.
Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri. Bakı, Nur-
lan, 2009, 368 s.
Musalı V. Əhdi Bağdadinin “Gülşəni-şüəra”sının elmi-tənqidi
mətni // Turkish Studies - International Periodical For The Languages,
Literature and History of Turkish or Turkic. Turkey. Volume 6/2 Spring
2011, s. 681-688.
http://www.turkishstudies.net/Makaleler/987381722_44Musal%c4%b1
%20V%c3%bcsale.pdf
Musalı V. Azərbaycan təzkirəşünaslığının problemləri // Mübariz
Əlizadənin 100 illik yubileyinə həsr olunmuş “Şərqin aktual prob-
lemləri” mövzusunda elmi konfrans. Bakı, 28-30 dekabr, 2011, s. 321-
323.
Musalı V. Səfəvi dövrü Azərbaycan ədəbiyyatının qaynaqlarından
“Töhfeyi-Sami” təzkirəsi // “Gənc alimlərin I elm festivalı” çərçivəsində
keçirilmiş elmi konfransın materialları. 13 – 15 iyul 2011, s. 535-539.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
348
Musalı V. Türk təzkirəçiliyi: biblioqrafiya. - Bakı, Elm və təhsil,
2011, 398 s.
Musalı V. Mustafa İsenin Türkologiyaya dəyərli töhfəsi / 525-ci
qəzet, 16 oktyabr 2012.
Musalı V. Osmanlı təzkirələri Azərbaycan ədəbiyyat tarixinin
qaynağı kimi // Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı.
Z.Bünyadovun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi simpoziumun
materialları, Bakı, 7-8 may, Elm, 2012, s. 366-367.
Musalı V. Osmanlı təzkirələrində Azərbaycanın şəhər və
qəsəbələrinin təsviri // Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər
seriyası, 2012, N 1, s. 65-70.
Musalı V. Türk təzkirəçilik ənənəsi Prof. Dr. F.Kılıçın
araşdırmalarında // Turkish Studies - International Periodical For The
Languages, Literature and History of Turkish or Turkic. Turkey.
Volume 7/1, winter 2012, s. 1607-1617.
Musalı V. Azərbaycan və Osmanlı təzkirələrinin fərqli və oxşar
xüsusiyyətləri // Akademik V.Məmmədəliyevin yubileyinə həsr
olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika
elmi konfransının materialları, Bakı, 2012, s.179-181.
Musayeva A., Musayev C. Bağdadda yaranan Azərbaycan
ədəbiyyatı. Bakı: Azərnəşr, 1997, 83 s.
Musayeva A. Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədə-
biyyatı: problemlər, araşdırmalar. Bakı:Nurlan, 2002, 340s.
Musayev C. İraqda yaranmış Azərbaycan təzkirəsinin əlyazması:
«Maarifçi» qəz., Bakı, 1997, 24 sent.
Müctəhidzadə Məhəmmədağa. Riyazül-aşiqin / Çapa haz. f.e.n.
Ə.Bağırov. Bakı: Azərbaycan, 1995, 248 s.
Mürşüdlü G. Tərbiyət yaradıcılığında təzkirəçilik ənənələrinin
davamı / “Elm və həyat”, 1988, № 9, s. 22- 23.
Nağıyeva C. Azərbaycanda Nəvai. Bakı: Tural- Ə, 2001, 262 s.
Nağıyeva C. Əlişir Nəvainin “Məcalisün-nəfais” təzkirəsinin iki
əlyazması // Əlyazmalar xəzinəsində. c.4. Bakı: 1976, s. 53- 60.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
349
Nağıyeva C. “Təzkireyi-Qəyyumi” Azərbaycan- özbək əlaqələri-
nin öyrənilməsində bir mənbə kimi: «Elm» qəz., Bakı, 2002, 23 may
Nəbiyev B. Firidun bəy Köçərli. Bakı: Gənclik, 1984. 228 s.
Nəbiyev B. Şahinin qanadları: (“Təzkireyi-Şahin” haqqında rəy) //
«Elm» qəzeti. - 2002. - 19 oktyabr.
Nəvvab Mir Möhsün. Təzkireyi-Nəvvab. Bakı: Orucov qardaş-
larının mətbəəsi, 1913.
Nəvvab Mir Möhsün Ağamirzadeyi-Qarabaği. Təzkireyi-Nəvvab”
/ Tərcümə edəni: Nəsrəddin Qarayev. Redaktoru: M.Sultanov. Bakı:
1980. AMEA Əlyazmalar İnstitutu elmi arxiv. Nəsrəddin Qarayevin
şəxsi arxivi. Qovluq 175, 176, 152,153, 154, 155.
Nəvvab Mir Möhsün. Təzkireyi Nəvvab / Çapa hazırl.: Ə. Bağırov.
Bakı: Azərbaycan, 1998, 559 s.
Nurəliyeva T. Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kol-
leksiyalarının əhəmiyyəti. Bakı: Şərq-Qərb, 1998, 151 s.
Nurəliyeva T. Əlyazma kolleksiyaları kataloqu. Bakı: Nurlan,
2006, 372 s.
Nurəliyeva T. Bəhmən Mirzənin şəxsi möhürləri // Elm və həyat
jurnalı, 1983, N 8, s. 27.
Poetik məclislər / Toplayanı və tərtib edəni N.Qarayev. Bakı: Yaz-
ıçı, 1987, s. 311.
Rəhimov Ə. Sam Mirzənin qətli haqqında yeni məlumat // AEA
Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1990, № 4, s. 94-101.
Sadiq bəy Əfşar. Məcməül-xəvas / Müqayisəli mətnin tərtibi,
tərcümə, transfonoliterasiya, ön söz Ə. Bağırov. Bakı: Nurlan, 2008, 412
s.
Sadiq bəy Əfşar. Şeirlər (transfonoliterasiya və fotofaksimile) /
Nəşrə hazırlayan P.Kərimov. Bakı: Em və təhsil, 2010, 70+30 s.
Sadiq bəy Əfşar. Türkcə məktublar (transfonoliterasiya və fotofak-
simile) / Nəşrə hazırlayan və ön sözün müəllifi P.Kərimov. Bakı: Elm və
təhsil, 50+36 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
350
Seyid Əzim Şirvani. Seçilmiş əsərləri: 3 cilddə, III c., Bakı: Elm,
1974, 498 s.
Səfərli Ə., Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı.
Bakı: Ozan, 1998, 632 s.
Səmədova (Musalı) V. Təzkirələr biblioqrafik informasiyanın
tarixən ilkin forması kimi // Magistrların II Respublika Elmi Konfran-
sının materialları. Sumqayıt: 2002, s.283-284.
Səmədova (Musalı) V. Türkiyədə yaranmış ilk şüəra təzkirəsi -
Həşt behişt. «Elm» qəz. Bakı, 2002, 19 sentyabr.
Səmədova (Musalı) V. Bir daha Şərq ədəbiyyatında təzkirələr və
təzkirəçilik // Filologiya məsələləri, 2002, № 3, s. 70-75.
Səmədova (Musalı) V. Dölətşah Səmərqəndi və onun “Təzkirətüş-
şüəra”sı // Filologiya məsələləri, 2002, № 4, s. 97-102.
Səmədova (Musalı) V. Qəstimonulu Lətifi və onun “Təzkirətüş-
şüəra”sı // Filologiya məsələləri, 2002, № 5, s. 42-46.
Səmədova (Musalı) V. Azərbaycan təzkirəçiliyinin XIX-XX əsrlər
mərhələsi // Filologiya məsələləri, 2003, № 1, s. 75- 79.
Səmədova (Musalı) V. Azərbaycanlı şairlər Dövlətşah təzkirəsində
// Tarix və onun problemləri, 2003, № 3, s. 14-17.
Səmədova (Musalı) V. Azərbaycanca ilk təzkirə – “Gülşəni-şüəra”
/ Şərqin aktual problemləri: Tarix və müasirlik (Akademik Z.
Bünyadovun 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın ma-
terialları). Bakı: Nurlan, 2003, s.225-28.
Səmədova (Musalı) V. Farsdilli təzkirəçiliyin XV-XVI əsrlər mər-
hələsi // Azərbaycan Elmi və Mədəniyyəti: aktual problemlər (Elmi-
praktik konfrans). Bakı: 2003, s. 12-13.
Səmədova (Musalı) V. Təzkirələrin Bakı nüsxələri // Humanitar
Elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2004, s. 174-184.
Səmədova (Musalı) V. Qulam Məmmədli və «Təzkirə»sinin əlyaz-
ması // Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi prob-
lemləri: IX Respublika elmi konfransının materialları. Bakı: Nurlan,
2004, s. 335-337.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
351
Səmədova (Musalı) V. XV-XVII əsrlər türk təzkirələrinin tədqiq
və nəşr tarixi // Dil və ədəbiyyat, Bakı, 2006, № 1, s.183-186.
Səmədova (Musalı) V. Həkim və təbiblər Osmanlı şüəra təzkirələ-
rində / Orta əsr əlyazmalarında ənənəvi tibb və əczaçılıq (I Beynəlxalq
konfransın materialları). Bakı, 2006, s.64-66.
Şahin Fazil. Təzkireyi-Şahin. Bakı: «MBM» MMC, 2006, 811 s.
Şah İsmayıl Xətai. Əsərləri. c.I / tərtib, müqəddimə, lüğət və izah-
lar Ə.Məmmədov. Bakı: Azərnəşr, 1975, 411 s.
Şah Təhmasibin təzkirəsi / Çapa haz. Ə.Rəcəbov. Bakı: Azərbay-
can Dövlət Nəşriyyatı, 1996, 128 s.
Şəmsizadə N. Azərbaycan ədəbiyyatşünaslığı. Bakı: Ozan, 1991,
231 s.
Şərifova S. Mir Möhsün Nəvvab: müasirlik qovşağında / Hikmət
elmi araşdırmalar toplusu, 2006, № 8, s. 143-151.
Şükürova J. Qafqazda yaşayan farsdilli şairlər // Filologiya mə-
sələləri. 2010, N 11, s. 356-365.
Şükürova J. Dövlətabadi və Dihim təzkirələrinin müqayisəli təhlili
// Yaxın və orta Şərq: dünəni, bu günü, sabahı. Elmi araşdırmalar elmi-
nəzəri məqalələr toplusunun xüsusi buraxılışı, 2011, s. 438-440.
Talıbzadə K. Sənətkarın şəxsiyyəti. Bakı: Yazıçı, 1978, 379 s.
Talıbzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Maarif,
1984, 340 s.
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan: Azərbaycanın
görkəmli elm, sənət adamları (fars dilindən tərcümə ed.: İsmayıl Şəms,
Qafar Kəndli). Bakı: Azərnəşr, 1987, 464 s.
Təbrizi R.Y. XIX əsrdə Cənubi Azərbaycanda ictimai-ədəbi həyat
və Əsrar Əlişah Təbrizi // Humanitar elmlərin öyrənilməsinin müasir
problemləri, 2011/1, s. 122-125.
Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu
və ağa Məhəmməd Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsi. Bakı:
Elm, 2001, 97 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
352
Türkman İsgəndər bəy Münşi. Tarix-i aləmara-yi Abbasi. I cild /
farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri:
O.Ə.Əfəndiyev və N.S.Musalı). Bakı: Təhsil, 2009, 792 s.
Venesiyalılar Şah I Təhmasibin sarayında (Mikele Membre və
Vinçenso Alessandri) / İngilis dilindən tərcümə, ön söz, giriş və şərhlər
AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevindir. Bakı: Təhsil, 2005, 112
s.
Yəhya Şeyda. Ədəbiyyat ocağı. 3 cilddə. Təbriz: 1364-1381.
Zemfira Aslan. XIX əsr Qarabağ ədəbi mühitində təzkirə və top-
luların yaranması // Dil və ədəbiyyat, 2009, N 2 (68).
Dostları ilə paylaş: |