ƏLĠ RZA MĠRZƏ QACAR
Şöhrə təxəllüsü ilə tanınan Əli Rza mirzə Qacar h. XIII əsrin
ortalarında / XIX əsrin 30-cu illərində “Bosatinül-xaqaniyyə” adlı
təzkirə tərtib etmişdir. Bəzi məlumatlara görə, Fətəli şahın 20-ci
oğludur, digər bir məlumata görə isə 21-ci oğludur. H. 1218-ci ilin
zilqədə ayının 6-da (17.02.1804) anadan olmuşdur. Əsas etibarilə
Tehrandakı şah sarayında yaşamış, bir müddət isə doğma qardaşı
Məhəmməd Rza mirzənin hüzurunda Gilanda qalmışdır. Nəsrəddin
şahın hakimiyyəti dövründə Məlairə səfər etmiş və orada dünyası-
nı dəyişmişdir
343
. Təzkirəçilər onun eyş-işrətə və əyləncələrə çox
vaxt ayırdığını vurğulamışlar. Şöhrənin 1700 beytdən ibarət “Di-
van”ına qəsidələri, qəzəlləri, rübailəri, qitələri və məsnəviləri da-
xildir. Müəllifin həyat yoldaşı Dildarxan Luristaninin xətti ilə kö-
çürülmüş bu “Divan”ın əlyazma nüsxəsi İran İslami Şura Məclisi-
nin kitabxanasında 1006 şifrəsi ilə mühafizə olunur.
“Bosatinül-xaqaniyyə” təzkirəsi əlifba prinsipi əsasında ha-
zırlanmışdır. Beş “bostan”dan ibarət olan təzkirənin hər “bostan”ı
əslində müstəqil bir təzkirədir. Hər cildin əvvəlində müqəddimə və
məqsədin bəyanı, daha sonra isə şairlərin tərcümeyi-halları, əlifba
sırası ilə şairlərin fehristi, axırda isə onların hər birinin şeirlərindən
nümunələr təqdim olunmuşdur.
I bostan - “Bostanül-üşşaq” qəzəlxanlar haqqındadır. H.1248
/1832-33-cü ildə yazıldığına dair qeydə malikdir. 404 şairi əhatə
etməkdədir. Dörd qisimdən ibarətdir: dibaçə, tərcümeyi-hallar, şair
adlarının fihristi və şeirlər. Tərcümeyi-hallar və fehrist şair ad-
larının ilk hərfləri, şeir nümunələri isə qafiyələrin son hərfləri əsa-
sında əlifba sırası ilə düzülmüşdür. Müəllif bəzi yanlışlıqlara yol
vermişdir. Belə ki, təzkirədə Lütfəli bəy Azər Bəydili Şamlu, Azər
Bəydili və Azər Şamlu adı altında iki ayrı-ayrı şair kimi təqdim
343
Берже А.П. Фетх-Али-шах и его дети (исторический очерк) // «Русская
старина», 1886, № 6, с. 556; Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 122-
123.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
244
olunmuşdur. Əhməd bəy Əxtər Gürcü də səhvən iki müxtəlif yerdə
ayrı-ayrı adlarla verilmişdir. Sultan Yaqub Ağqoyunlunun saray
şairi Baba Şəhidi Quminin adı yanlışlıqla Şəhidi Qəzvini kimi
yazılmış, Molla Məhəmməd Sufi Mazandarani isə Məhəmməd Su-
fi İsfahani kimi qeyd edilmişdir və s. Lakin təzkirəçi şəxsən tanı-
dığı şairlər haqqında qiymətli məlumatlar vermiş, digər təzkirələr-
də yer almayan şairləri xatırlatmışdır.
II bostan - “Bostanül-bədayə” qitə deyənlər haqqındadır;
III bostan - “Bostanül-fəzail” qəsidə deyənlər haqqındadır.
Dörd il ərzində yazılmış və 1251/1835-ci ildə başa çatdırılmışdır.
130 şairdən bəhs edir.
IV bostan - “Bostanül-məarif” məsnəvi deyənlər haqqın-
dadır;
V bostan - “Bostanüs-sənaye” rübai deyənlər haqqındadır. H.
1250/1834-cü il hüdudunda qələmə alınmışdır.
İkinci və dördüncü bostanlar dövrümüzə qədər gəlib çatma-
mışdır
344
.
“Bostanül-üşşaq”da İmamverdi mirzə Qacar, Əfsər Qacar
(Məhəmməd Rza mirzə), Əhməd Əli mirzə Qacar, İnsaf Qacar
(Məlik İrəc mirzə), Ümid Qacar (Əsədulla mirzə ibn Məhəmməd
Vəli mirzə), Ayaz Talışi, Lütfəli bəy Azər, Aşüftə İrəvani (Kərbə-
layi Hüseyn bəy), Ədəb Qacar (Xudaverdi xan ibn Məhəmməd
İbrahim xan), Ülfət Əfşar (Məhəmmədqulu), Əvhədi Marağayi,
Pərvanə Qacar (Məhəmməd mirzə ibn Məhəmməd Vəli mirzə), Bi-
dil Qacar (Abbasqulu), Bərqi Xoyi (Abdulla), Bəzmi Bəydili (Mir-
zə Sadıq), Təsir Təbrizi, Təmkin Şirvani, Tağı Səfəvi, Cahanşah
mirzə Qacar, Çeşmə İrəvani (Rzaqulu xan), Hüseynəli mirzə Qa-
car, Haləti Türkman Razi (Qasım bəy), Xosrov Qacar (Məhəm-
mədqulu mirzə Mülkara), Xosrovi Qacar (Məhəmməd Vəli mirzə),
Xavər Qacar (Heydərqulu mirzə), Xocəstə Qacar (Çingiz mirzə ibn
Məhəmməd Vəli mirzə), Dövlət Qacar (Məhəmməd Əli mirzə),
Darayi-Qacar (Abdulla mirzə), Davər Qacar (Rzaqulu mirzə ibn
Əfsər Qacar), Davər Qacar (Musa xan), Dürdi Türkman (Məhəm-
344
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 120.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
245
məd Əmin bəy), Rüsvay Qacar (Möhsün mirzə ibn Abdulla mirzə),
Ravi Gorusi (Məhəmməd Fazil xan), Sərvər Qacar (Təhmasib mir-
zə), Şikəstə Qacar (Həsənəli mirzə Şücaüssəltənə), Şövkət Qacar
(Məhəmməd Tağı mirzə), Şapur Qacar (Şeyxəli mirzə), Şöhrə Qa-
car (Əli Rza mirzə), Şükuh Qacar (Nəsrulla mirzə ibn Məhəmməd
Vəli mirzə), Şövkət Qacar (Məhəmməd Qasım xan), Şah Abbas
Sani, Şərər Bəydili (Hüseynəli bəy), Səbahi Bəydili (Hacı Süley-
man), Saib Təbrizi, Səfayi Təbrizi (Əli Nağı), Səburi Təbrizi, Toğ-
rul Qacar (İbrahim xan), Tövfi Təbrizi (Məhəmməd Əli), Təbib
İrəvani (Mirzə Məhəmməd), Adil Qacar (Əlişah Zillüssultan), İz-
zət Qacar (Hacı Süleyman xan), Üzri Bəydili (İshaq bəy), Qalib
Səfəvi (Mirzə Əli Əkbər), Fövq Təbrizi (Mirzə Məhəmməd), Qa-
sım Ənvar Təbrizi (Müinəddin Əli), Qabil İrəvani (Hüseynəli xan),
Qəsəmi Əfşar (Qasım bəy), Mahmud mirzə Qacar, Məsud ibn
Mahmud mirzə, Məftun Dünbüli (Əbdürrəzzaq bəy), Minnət Əfşar
(Kərim xan), Mehdiqlu Şəqaqi Azərbaycani, Münsif Qacar (Mə-
həmməd Zaman xan), Niyaz Səfəvi (Əhməd mirzə), Nüsrət Lənkə-
rani (Sultan Hüseyn bəy), Nizami Gəncəvi, Nəsrulla Qaragözlü
Həmədani, Valayi-Qacar (Əli Nağı mirzə), Hümayun mirzə Qacar
və b. Azərbaycan şairlərindən bəhs olunmuşdur.
“Bostanül-fəzail”dəki azərbaycanlı şairlər: Əfsər Qacar, İnsaf
Qacar, Əvhədi Maraği, Bəndə (Məhəmməd Rza ibn Mirzə Mə-
həmməd Şəfi Təbrizi), Həkim Qətran Təbrizi, Xaqani Şirvani, Da-
vər Qacar (Musa xan), Seyid Zülfüqar Şirvani, Ravi Gorusi, Şikəs-
tə Qacar, Şükuh Qacar, Şöhrə Qacar, Saib Təbrizi, Səbahi Bəydili,
Ənqa Qacar (Məhəmməd Hüseyn mirzə), Fəsihi Təbrizi, Mahmud
mirzə Qacar, Mücir Beyləqani, Münsif Qacar, Məsud mirzə Qacar,
Nizami Gəncəvi.
Əlyazmaları
“Bostanül-üşşaq”
Astani Qüdsi Rizəvi 2400.
Tehran Milli kitabxanası.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
246
Ustad Səid Nəfisinin şəxsi kitabxanası.
“Bostanül-fəzail”
Ağa Əbdülhüseyn Bayatın şəxsi kitabxanası.
“Bostanüs-sənaye”
Tehran Milli Kitabxanası 59.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
247
MĠRZƏ ĠSA XƏYALĠ ZĠYAĠ
Mirzə İsa Xəyali Ziyai XIX əsrin ikinci yarısında klassik şeir
üslubunda yazan Azərbaycan şairlərindəndir. “Fövcül-füsəha” ədə-
bi məclisinin fəal üzvlərindən olan Mirzə İsa Xəyali öz əsərlərində
dövrün bəzi ictimai problemlərini açmışdır. N.Qarayev onun əsər-
lərini bəzi dil-üslub xüsusiyyətlərinə görə diqqətəlayiq hesab edir.
Əlyazmalar İnstitutunda mühafizə olunan cüng-məcmuədə
şairin qısa tərcümeyi-halı yazılmışdır. Xəyali əsərlərində də, öz hə-
yatı və məşğuliyyəti haqqında məlumat verir. N.Qarayev Əlyaz-
malar İnstitutunda saxlanılan materiallar əsasında təzkirəçinin
həyat və fəaliyyətini ilk dəfə olaraq araşdırmışdır
345
. Bu araşdır-
malardan savayı Xəyali haqqında başqa tədqiqatlara rast gəlmədik.
Mirzə İsa Xəyali 1850-ci ildə Ərdəbil şəhərində sərraf ailə-
sində anadan olmuşdur. İlk təhsilini Ərdəbildə almış, ərəb, fars dil-
lərini, eləcə də klassik Şərq poeziyasını mükəmməl öyrənmişdir.
Atası vəfat etdikdən sonra ondan qalan irsi bölüşdürərkən
Mirzə İsa ilə qardaşları arasında narazılıq baş vermişdir. Bu səbəb-
dən o, 1871-ci ildə Lənkərana köçmüş, burada müdərrislik etmiş,
bəzzaz dükanında satıcı olmuşdur. Onun “Elədi” rədifli şeirində
Lənkərandakı həyatı öz əksini tapmışdır:
Ərdəbil tək vətəni saldı gözümdən gətirib,
Xaki-Talışda ip-örkənlə giriftar elədi.
Gah öz verdiyi tənxahı əlimdən çıxarıb,
Qövmü qardaşlarımı düşməni-xunxar elədi.
Gah mindirdi at üstə, dedi: “Gəz mişələri”,
Bir neçə pirkeşiyə sahibi-sərdar elədi
345
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Ədəbiyyat İnstitutu, Nami-
zədlik dissertasiyası, Bakı, 1971, 301 s.; Qarayev N. XIX əsr Azərbaycan ədəbi
məclisləri. Bakı, Nurlan, 2010, 326 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
248
Gah arşın əlimə verdi, dedi: ol bəzzaz
Gah baqqal adımı qoydu, dükandar elədi
346
.
Lənkəranda şair yerli ziyalılarla yaxın dostluq əlaqəsi yarat-
mış, əhalinin hüsn-rəğbətini qazanmışdır. Boş vaxtlarını “Fövcül-
füsəha” ədəbi məclisində müsahibələrdə keçirən Xəyali tezliklə
həmin məclisin görkəmli üzvlərindən biri kimi şöhrət tapır. Lakin
maddi cəhətdən çətinlik çəkdiyi üçün Bakıya köçməyə məcbur
olur. Burada ilk vaxtlar özünə iş tapa bilmədiyindən neft satmaqla
dolanır, bir qədər sonra isə müdərrislik etməyə başlayır. Lakin nə
neft yığıb satmaq, nə də az haqla müdərrislik etməklə o, özünü və
ailəsini dolandıra bilmir. Odur ki, iş dalınca Mərvə gedib, orada
yeni çəkilməkdə olan dəmir yolunda fəhləlik edir. Bir növ səyahət
xarakteri daşıyan iş axtarmaq səfəri onu Aşqabada aparıb çıxarır.
M.İ.Xəyali burada atasının keçmiş bir dostundan borc pul alaraq,
sərraflıq etməyə başlayır. Nə Bakıda, nə Mərvdə, nə də Aşqabadda
rahatlıq və məişətini təmin edəcək bir iş tapa bilməyən şair Lənkə-
rana qayıdır. Burada kiçik bir bəzzaz dükanı açır və ömrünün so-
nuna kimi bu işlə məşğul olub, ailəsini dolandırır. Xəyali Bakıda
olarkən “Fövcül-füsəha”da iştirak edə bilməməsi məclis üzvlərini
çox narahat etmişdi. Şairin yaxın dostu Mirzə İsmayıl Qasir bu
münasibətlə ona yazmışdı:
Mirzə İsa, qıl nəzər namında ünvan altına,
Səbt olub zahirdəki məqsudi pünhan altına.
Lənkəranı tərk edib Baku ara tutdun vətən,
Saldı əhbabi sərasər bari-hicran altına.
Çox da Bakuda yubanma, Lənkərana qıl səfər,
Müddəi söylər: “Yığıb sərraf milyan altına”
347
.
346
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı: 2010, s. 88; ƏYİ,
Arx. 38, Q – 17 (358), s. 3.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
249
Xəyalinin ölüm ili dəqiq məlum deyildir. N.Qarayev göstərir
ki, D-379 şifrəli cüng-məcmuəyə görə o h. 1325-ci il məhərrəm
ayının 20-də (miladi 1907-ci il mart ayının 5-də) Lənkəranda vəfat
etmiş və şəhərin Kiçik Bazar məhəlləsindəki təzə qəbirstanlıqda
dəfn olunmuşdur
348
. Həmin əlyazmasına tikilmiş başqa bir vərəqdə
isə qeyd edilir ki, Xəyali h. 1328-ci il məhərrəm ayının 20-də (m.
1910-cu il fevral ayının 1-də) vəfat etmişdir. Əlyazmalar İnstitu-
tunda saxlanılan digər bir sənəddə isə onun 1917-ci ildə vəfat etdi-
yi göstərilir
349
. N.Qarayev Xəyalinin vəfatı haqqında olan bu üç ta-
rixdən (1907, 1910, 1917) birincisinin düzgün ola bilməyəcəyini
yazır. Şairin 1908-ci il oktyabrın 8-də naməlum bir şəxsə yazılmış
avtoqraf məktubu bunu inkar edir
350
. Qalan iki tarixdən hansının
düzgün olması hələlik aydınlaşdırılmamış qalır.
N.Qarayev apardığı tədqiqatlara əsasən göstərir ki, Mirzə İsa
Xəyali Azərbaycan və fars dillərində üç-dörd kitab yazmışdır. La-
kin onun ədəbi irsi tam əldə edilməmişdir. “Lənkəran şairləri” adlı
məcmuədə onun “Elədi”, “Uzaq”, “Məni”, “Eyləyibsən”, “Ara-
sında”, “Səbəbi-təlifi-kitabi-Xəyaliyyət”, “İran əhlinin tənbih və
nəsihətinə”, “Əhli-İranın məzəmmətinə”, “Əhvalati-vəliəhdi-Ya-
pon”, “İtaliyalı qarının vəsiyyəti”, “Dər müqəddimeyi-əncümən”
və başqa şeirləri verilmişdir. Bunlardan əlavə, D-379 şifrəli cüng-
məcmuədə
“Nə gördü bilməm ol şuxi-nüktədan məndən”,
“İsa neçə müddətdi ki, heyrətdə qalıbdır”,
“Deyillə şəh yenə məşrutəni müqərrər edər”,
“Saqiya, ey fərxəndə ruxü mahcəmal”,
347
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı: 2010, s. 89; AMEA
Əlyazmalar İnstitutu, fraqment 1266, vər. 4 a.
348
Yenə orada, s. 16.
349
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı: 2010, s. 91; ƏYİ,
inv. 21520.
350
ƏYİ, D – 379, vər. 16.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
250
“Saqiya, dönmə əhdü peymandən” -
mətləli şeirləri, fars dilində naməlum şəxsə yazılmış məktubu var-
dır. Bunlardan “Deyillə şəh yenə məşrutəni müqərrər edər”, “Nə
gördü bilməm ol şuxi-nüktədan məndən” şeirləri və yuxarıda adı
çəkilən məktubu avtoqrafdır ki, tərtibatçı tərəfindən buraya tikil-
mişdir. Ümumiyyətlə, bu iki mənbədə Xəyalinin otuza qədər şeiri
toplanmışdır.
N.Qarayev apardığı tədqiqatlar zamanı akademik H.Araslının
“XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” və prof. F.Qasım-
zadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (1956-cı il nəşri)
kitablarında adı çəkilən “Təzkireyi-Ziyai”nin müəllifi Mirzə İsa
Ziyai ilə haqqında danışdığımız Mirzə İsa Xəyalinin şəxsiyyətinin
eyniləşməsi faktlarına rast gəldiyini yazır. Bu problem ətrafinda
çoxlu fakt və məlumatlar toplayan N.Qarayev maraqlı nəticələrə
gəlmişdir.
Belə ki, AMEA Əlyazmalar İnstitutunun fondunda saxlanan
və təxminən 1930-cu illərdə başqa-başqa şəxslər tərəfindən yazılan
iki mənbədə Mirzə İsa Xəyalinin təzkirə yazdığı göstərilir
351
. Hə-
min mənbələrdən birində Ərdəbilli Hacı Məhəmməd Rəhimin oğlu
Mirzə İsa Xəyalinin qara karandaşla yazılmış qısa tərcümeyi-halın-
da deyilir: “Mərhum bütün ömrünü şeir yazmaqla keçirmişdir. Bü-
tün türk (Azərbaycan – N.Q.) şüərasının tərcümeyi-halından və
şeirlərindən maraqlanıb axırda öz əli ilə yazılmış böyük bir kitab
yazıb qoyub”
352
. Salman Mümtazın arxivində saxlanılan “Lənkə-
ran şairləri” adlı məcmuədə tərtibçi Şərifov, Mirzə İsmayıl Qasir-
dən bəhs edərkən eynilə belə yazır: “…Qasirin müasirlərindən
Mirzə İsa Xəyali məşhur «Atəşkədə»yə etdiyi əlavələrdən birisi də
Mirzə İsmayıl Qasirin əsərlərindən ancaq iki şeir əldə edə bildik.
Bu şeirlər Mirzə İsa Xəyali tərəfindən ən qiymətli və ən qüvvətli
şeirlər hesab edilərək «Atəşkədə»yə daxil edilmişdir
353
”.
351
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, 2010, s. 96.
352
ƏYİ, D – 379, vər. 16 a.
353
ƏYİ, Arx. 38, Q – 17 (358), məcmuənin Qasir hissəsi. s. 1-2.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
251
Həmin məcmuəni əvvəldən-axıra diqqətlə oxuduqda belə gö-
rünür ki, onun tərtibçisi Şərifov Lənkəranda olmuş, oranın sakinlə-
ri və məcmuədə adları çəkilən şairlərin bəziləri ilə görüşmüş, on-
lardan canlı şahid kimi istifadə etmiş, “Təzkireyi-Ziyai”ni də şəx-
sən özü oxumuşdur. Doğrudan da, “Atəşkədə”nin davamı olan
“Təzkireyi-Ziyai”də Qasirin iki şeiri vardır
354
.
Yuxarıda qeyd olunduğu kimi, Mirzə İsa Xəyalinin əsli Ər-
dəbildəndir, 1871-ci ildə Lənkərana gəlib burada sakin olmuşdur.
“Təzkireyi-Ziyai” də Lənkəranda yazılmışdır. Bunu müəllifin təz-
kirəyə yazdığı qısa müqəddimədən də aydın görmək olur. O yazır:
“… Kəcmədar zəmanə bir hadisənin səbəbi üzündən bu həqiri Gi-
lanzəminə, yəni Lənkərana atdı və bir neçə müddət bekar oldum”.
Müqəddimədən aydınlaşır ki, bekar qalmağı sevməyən Mirzə İsa
“yazı-pozu” ilə məşğul olur. Özündən sonra bir yadigar qoymaq
məqsədilə o, on-on iki günlüyə bir nəfərdən çox minnətlə Lütfəli
bəy Azərin “Atəşkədə” əsərini alır, on beş günün tamamında hə-
min kitabın üzünü köçürüb sahibinə qaytarır. Müəllif göstərir ki,
“Atəşkədə” yazılan vaxtdan indiyədək keçən təxminən yüz illik bir
dövrün şairləri haqqında əlimdə məlumat olmadığından və Lənkə-
randa bu haqda bir kitab tapa bilmədiyimdən mən də öz müasirlə-
rim haqqında məlumatımı bu kitaba əlavə edirəm. Müqəddimədə
fars dilində açıq-aydın qeyd olunmuşdur:
" نيحر ذوحه ىجاح موحره نبا ىئايض هب صلختولا ىسع ريصقتلا ريسك ريقفلا ريقح
ىليبدرا فارصب روهشه"
(Günahları çox olan fəqir, həqir, Sərraf Ərdəbilli kimi tanınan
mərhum Hacı Məhəmməd Rəhimin oğlu Ziyai təxəllüslü İsa).
Buradan görünür ki, həmin təzkirənin müəllifi Ziyai ərdəbilli
Hacı Məhəmməd Rəhim oğlu İsadır.
Yeri gəlmişkən onu da qeyd etməliyik ki, XIX əsrin ikinci ya-
rısında Ərdəbildə Ziyai təxəllüslü iki şair olmuşdur. Mirzə İsa
354
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, 2010, s. 96.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
252
Ziyai öz təzkirəsində ərdəbilli Kərbəlayi Haqverdi Cigərçi təxəl-
lüslü şairdən bəhs edərkən yazmışdı:
(“Bir dəfə Mövlana Ziyai, Şəms Ərdəbili və bir neçə nəfər başqa
yoldaşları ilə birlikdə bir məclisdə oturmuşdu. Bir nəfər Cigərçini
müzakirə edərək, onu təriflədi və vəsf etdi. Mövlana ondan soruşdu
ki, “onun adı nədir?” Dedi: “Kərbəlayi Haqverdi”. Mövlana
dedi: “Haqverdi adında şair, Şahverən adında padşah və Məşədi
Nadirməhəmməd adında vəzir əsla ola bilməz. Hərgah belə bir tə-
sadüf olarsa, onun haqqında iltifat yaxşıdır”. Mən bu söhbətlərinə
görə bir də onlarla görüşmək arzusunda oldum")
355
.
Yuxarıdakı bu parçadan aydın olur ki, həmin məclisdə Möv-
lana Ziyai və Şəms Ərdəbili ilə birlikdə haqqında danışdığımız təz-
kirənin müəllifi Mirzə İsa Ziyai də iştirak etmişdir. Həm də onun
Mövlana Ziyai və Şəms Ərdəbilinin söhbətlərinin arzusunda olma-
sı göstərir ki, təzkirə müəllif Mirzə İsa Ziyai ilə yuxarıdakı mətndə
göstərilən Şəms Ərdəbilinin dostu Mövlana Ziyai ayrı-ayrı şəxslər-
dir. Həmin təzkirədə ərdəbilli Mövlana Ziyai haqqında da məlumat
verilmişdir. Burada yazılır ki, “Mövlana Ziyai Ərdəbil əhlidir, o
vilayətin varlı ailələrinin birindəndir. İncə, gözəl zövqlü, gözütox
bir cavandır. Şahmat elmində kamil, arif bir şəxsdir. Gecə-gündüz
vaxtını Şəms Ərdəbili ilə keçirir. Bəlkə, bir saat bir-birilərindən
ayrılmırlar. 1871-ci ildə kəcrəftar zəmanə onunla düz gətirməyib,
mal və mülkdən əli boşa çıxıb, Ərdəbildən Gilan tərəfə gəlib, on
iki il Lənkəranda sakin olub. Təxəyyülatından bir neçə tuğra türk-
cə (azərbaycanca – V.M.) qəzəli yazılır
356
”.
Təzkirədə Mövlana Ziyainin “Qoyubdu başə ol sərvi-səhi kü-
lah əyri”, “Əgərçi hicrdən canımda olmuş min bəla peyda”, “Dil-
bəra, şəhdi-ləbin dil hərdəm eylər arzu”, “Bir zəman görsəm fərəh-
dən ərşə əfğanım çıxar”, “Çox kimsədən dilər bu dili-binəva mə-
dəd” misraları ilə başlanan qəzəlləri verilmişdir
357
.
355
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı: 2010, s. 97; ƏYİ, D-
269, vər. 77a.
356
ƏYİ, D – 269, vər. 81 b.
357
Yenə orada, vər. 200 b – 201 a.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
253
Xəyalinin isə əlyazmasının haşiyəsində “Xəyali Ərdəbilinin
kəlamından” başlığı altında “Bir yol eşidib ol məhi naməhrəm
içində”, “Şəhneyi-hicr kəsib başımı qəssab kimi”, “Ömrün qəbalə-
si şəbi-hicran əlindədir” mətləli qəzəlləri getmiş
358
, həyatı haqqın-
da isə heç bir məlumat verilməmişdir. Bir məsələ aydındır ki,
“Təzkireyi-Ziyai”ni yazan İsa ibn Hacı Məhəmməd Rəhim Ziyai
həmin təzkirənin 81 “b” vərəqində qeyd olunmuş Ziyai deyildir.
Bu həmin şəxs olsaydı müəllif, Şəms Ərdəbili ilə Mövlana
Ziyainin iştirak etdikləri məclisdən bəhs edərkən onlarla söhbət
etmək arzusunda olduğunu yazmazdı. N.Qarayev Xəyalinin tərtib
etdiyi təzkirənin müqəddiməsində özü haqqında məlumat verdiyi
üçün təkrara ehtiyac duymadığını yazır. Onun həm Ziyai, həm də
Xəyali təxəllüsləri daşımasına gəlincə deməliyik ki, eyni hal bir
çox şairlərdə müşahidə olunur. Məsələn, Mirzə Rəhim Fəna
“Aşiq”, Əbdülxaliq Cənnəti “Əttar”, “Vasifi”, Abdulla bəy Abış
“Abdulla” və başqaları müxtəlif vaxtlarda müxtəlif təxəllüslərlə
şeir yazmışlar. Çox güman ki, Mirzə İsa da əvvəllər, daha doğrusu
təzkirəni yazmağa başladığı illərdə Ziyai təxəllüsü daşımış,
sonralar el-oba, qohum-qardaşdan ayrılıqdan sonra Xəyali
təxəllüsünü qəbul etmişdir.
Həmin təzkirənin əvvəlində üç vərəq ağ buraxılmışdır. Bu
vərəqlərin hər birində bənövşəyi karandaşla köhnə rus və ərəb əlif-
baları ilə yazılmışdır: “İsa Xəyali təxəllüs ziyad-fikirli”, “Mirza
İsa Xəyali təxəllüs”.
Hər halda bunları yazan naməlum adam Xəyali ilə Ziyainin
eyni şəxs olduğuna əmin olmuşdur. Əgər belə olmasaydı, təzkirə-
nin 5 “a” vərəqində “Sərraf Ərdəbilli kimi tanınan mərhum Hacı
Məhəmməd Rəhimin oğlu Ziyai təxəllüslü İsa” yazıldığı halda na-
məlum bir şəxs oraya Ziyai əvəzinə Xəyali sözlərini yazardımı?
N.Qarayev təzkirənin xəttinin Mirzə İsa Xəyalin D-379 şifrəli
cüng-məcmuədəki avtoqraf xəttinə çox oxşadığını yazır.
N.Qarayev görkəmli alim Əkrəm Cəfərin də həmin təzkirə-
nin Mirzə İsa Xəyalinin qələminin məhsulu olduğunu təsdiq etdi-
358
Yenə orada, vər. 338 a – b.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
254
yini qeyd etmişdir. Belə ki, Əkrəm Cəfər 1928-ci ildə Lənkəranda
müəllim işləyərkən məhz AMEA Əlyazmalar İnstitutunda D-269
şifrə altında saxlanılan “Təzkireyi-Ziyai”ni M.İ.Xəyalinin oğlu İb-
rahim Xəlil İsazadədən almış və bir neçə ay özündə saxlayaraq,
dönə-dönə oxumuşdur
359
.
“Təzkireyi-Ziyai” fars dilində, “Atəşkədə” səpkisində yazıl-
mışdır. “Atəşkədə”də olduğu kimi burada da əvvəl şairlərin həyatı,
sonra isə onların əsərlərindən nümunələr verilmişdir. Təzkirəyə
əlavə olunan şairlərin əksəriyyəti XIX əsrin ikinci yarısında Ərdə-
bil və Təbrizdə yaşayıb yaratmışlar. Buraya həmçinin S.Ə.Şirvani,
Mirzə Ələsgər Növrəs, Əbülhəsən Şəhid, Mirzə Rəhim Fəna, Fat-
ma xanım Kəminə, Hacı Abbas Agəh kimi Şirvan və Qarabağ şair-
ləri də daxil edilmişdir. Bunlardan əlavə, həmin əlyazmada başqa
təzkirələrdə adlarına rast gəlmədiyimiz Rindi Şirvani, Niyazi Şir-
vani və Əsrar Qarabağinin şeirlərindən nümunələr verilmişdir.
Ümumiyyətlə, burada XIX əsrin yetmişdən artıq şairi haqqında
məlumat vardır
360
.
Təzkirədə Ərdəbil şairləri ilə tanış olarkən öyrənirik ki, XIX
əsrin 60-70-ci illərində orada da şair və alimlərin məclisi olmuş-
dur. Musiqişünas və sənətkar Sərraf Ərdəbili, dövrünün “bütün
elmlərindən xəbərdar” olan Molla Qulaməli Həsrət, Kərbəlayi Fə-
rəc Zikri Ərdəbili, Mirzə Əsəd Ərdəbili, əvvəllər Ərdəbildə olub,
1871-ci ildə Lənkərana köçən Molla Məhəmməd Mücrüm, Mövla-
na Ziyai Ərdəbili, Mirzə Əbdürrəhim Rağib Ərdəbili, Məşədi Zey-
nalabidin Ünqa, Mirzə Abdulla Sağəri və başqaları tez-tez həmin
məclisə toplaşaraq şeir-sənət ətrafında söhbət açmış, mübahisələr
aparmışlar. Təzkirədə Əliməmməd Rövşən
361
, Mirzə Abdulla Sa-
ğəri
362
, Kərbəlayi Haqverdi Cigərçi
363
, Mirzə Əbdürrəhman Ra-
359
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, Nurlan, 2010, s. 100.
360
Qarayev N. “Təzkireyi-Ziyai” və “Təzkireyi-Nəvvab” haqqında bəzi qeydlər
// Əlyazmalar xəzinəsində. IV c. 4. – Bakı, 1976, s. 78-87.
361
ƏYİ, D – 269, vər. 77 b.
362
Yenə orada, 78 b.
363
Yenə orada, 77 a.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
255
ğib
364
, Ünqa
365
və başqalarından bəhs edilərkən onların həmin
məclisdə iştirakı və müşairələri haqqında çoxlu qeydlər vardır.
Təzkirədə musiqi, rəssamlıq, xəttatlıqda məharəti olan, həm-
çinin təbabət, nücum və s. elmləri gözəl bilən söz ustaları ilə yana-
şı, Məşədi Məhəmməd Müsəvvir, Mirzə Rəhim Fəna, Mövlana Zi-
yai Ərdəbili və Mahmud kimi şairlərin öz dövrlərinin görkəmli
şahmat ustaları olmasına dair məlumat da verilmişdir.
Müasirləri haqqında verdiyi bəzi qeydlərdən görünür ki, təz-
kirənin “Atəşkədə” hissəsini təxminən 1871-ci ildə köçürən müəl-
lif ona etdiyi əlavələrin bir çoxunu 1883-cü ildə yazmış, sonralar
əlinə məlumat düşdükcə bu işi davam etdirmişdir.
XIX əsrin ikinci yarısında Azərbaycan şairləri haqqında qısa
da olsa məlumat və əsərlərindən nümunələr verdiyi üçün bu təzkirə
ilk mənbə kimi xüsusi əhəmiyyətə malikdir və tədqiq olunaraq
nəşr edilməlidir.
Əlyazması
Dostları ilə paylaş: |