AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix31.01.2017
ölçüsü3,29 Mb.
#7222
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 
ƏLĠ RZA MĠRZƏ QACAR 
 
Şöhrə təxəllüsü ilə tanınan Əli Rza mirzə Qacar h. XIII əsrin 
ortalarında / XIX əsrin 30-cu illərində “Bosatinül-xaqaniyyə” adlı 
təzkirə  tərtib  etmişdir.  Bəzi  məlumatlara  görə,  Fətəli  şahın  20-ci 
oğludur, digər bir məlumata görə isə 21-ci oğludur. H. 1218-ci ilin 
zilqədə  ayının  6-da  (17.02.1804)  anadan  olmuşdur.  Əsas  etibarilə 
Tehrandakı  şah  sarayında  yaşamış,  bir  müddət  isə  doğma  qardaşı 
Məhəmməd Rza mirzənin hüzurunda Gilanda qalmışdır. Nəsrəddin 
şahın hakimiyyəti dövründə Məlairə səfər etmiş və orada dünyası-
nı  dəyişmişdir
343
.  Təzkirəçilər  onun  eyş-işrətə  və  əyləncələrə  çox 
vaxt  ayırdığını  vurğulamışlar.  Şöhrənin  1700  beytdən  ibarət  “Di-
van”ına  qəsidələri,  qəzəlləri,  rübailəri,  qitələri  və  məsnəviləri  da-
xildir. Müəllifin  həyat  yoldaşı  Dildarxan Luristaninin xətti ilə  kö-
çürülmüş bu “Divan”ın əlyazma nüsxəsi İran İslami Şura Məclisi-
nin kitabxanasında 1006 şifrəsi ilə mühafizə olunur.  
“Bosatinül-xaqaniyyə” təzkirəsi  əlifba prinsipi  əsasında ha-
zırlanmışdır. Beş “bostan”dan ibarət olan təzkirənin hər “bostan”ı 
əslində müstəqil bir təzkirədir. Hər cildin əvvəlində müqəddimə və 
məqsədin bəyanı, daha sonra isə şairlərin tərcümeyi-halları,  əlifba 
sırası ilə şairlərin fehristi, axırda isə onların hər birinin şeirlərindən 
nümunələr təqdim olunmuşdur. 
I bostan - “Bostanül-üşşaq” qəzəlxanlar haqqındadır. H.1248 
/1832-33-cü  ildə  yazıldığına  dair  qeydə  malikdir.  404  şairi  əhatə 
etməkdədir. Dörd qisimdən ibarətdir: dibaçə, tərcümeyi-hallar, şair 
adlarının  fihristi  və  şeirlər.  Tərcümeyi-hallar  və  fehrist  şair  ad-
larının ilk hərfləri, şeir nümunələri isə qafiyələrin son hərfləri əsa-
sında  əlifba  sırası  ilə  düzülmüşdür.  Müəllif  bəzi  yanlışlıqlara  yol 
vermişdir. Belə ki, təzkirədə Lütfəli bəy Azər Bəydili Şamlu, Azər 
Bəydili  və  Azər  Şamlu  adı  altında  iki  ayrı-ayrı  şair  kimi  təqdim 
                                                 
343
 Берже А.П. Фетх-Али-шах  и его дети (исторический очерк) //  «Русская 
старина», 1886, № 6, с. 556; Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 122-
123. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
244 
olunmuşdur. Əhməd bəy Əxtər Gürcü də səhvən iki müxtəlif yerdə 
ayrı-ayrı  adlarla  verilmişdir.  Sultan  Yaqub  Ağqoyunlunun  saray 
şairi  Baba  Şəhidi  Quminin  adı  yanlışlıqla  Şəhidi  Qəzvini  kimi 
yazılmış, Molla Məhəmməd Sufi Mazandarani isə Məhəmməd Su-
fi İsfahani kimi qeyd edilmişdir və s. Lakin təzkirəçi şəxsən tanı-
dığı şairlər haqqında qiymətli məlumatlar vermiş, digər təzkirələr-
də yer almayan şairləri xatırlatmışdır.  
II bostan - “Bostanül-bədayə” qitə deyənlər haqqındadır;  
III  bostan  -  “Bostanül-fəzail”  qəsidə  deyənlər  haqqındadır. 
Dörd il ərzində yazılmış və 1251/1835-ci ildə başa çatdırılmışdır. 
130 şairdən bəhs edir.  
IV  bostan  -  “Bostanül-məarif”  məsnəvi  deyənlər  haqqın-
dadır; 
V bostan - “Bostanüs-sənaye” rübai deyənlər haqqındadır. H. 
1250/1834-cü il hüdudunda qələmə alınmışdır. 
İkinci və dördüncü bostanlar dövrümüzə qədər  gəlib çatma-
mışdır
344
.   
“Bostanül-üşşaq”da  İmamverdi  mirzə  Qacar,  Əfsər  Qacar 
(Məhəmməd  Rza  mirzə),  Əhməd  Əli  mirzə  Qacar,  İnsaf  Qacar 
(Məlik  İrəc  mirzə),  Ümid  Qacar  (Əsədulla  mirzə  ibn  Məhəmməd 
Vəli mirzə), Ayaz Talışi, Lütfəli bəy Azər, Aşüftə İrəvani (Kərbə-
layi  Hüseyn  bəy),  Ədəb  Qacar  (Xudaverdi  xan  ibn  Məhəmməd 
İbrahim  xan),  Ülfət  Əfşar  (Məhəmmədqulu),  Əvhədi  Marağayi, 
Pərvanə Qacar (Məhəmməd mirzə ibn Məhəmməd Vəli mirzə), Bi-
dil Qacar (Abbasqulu), Bərqi Xoyi (Abdulla), Bəzmi Bəydili (Mir-
zə  Sadıq),  Təsir  Təbrizi,  Təmkin  Şirvani,  Tağı  Səfəvi,  Cahanşah 
mirzə  Qacar,  Çeşmə  İrəvani  (Rzaqulu  xan),  Hüseynəli  mirzə  Qa-
car,  Haləti  Türkman  Razi  (Qasım  bəy),  Xosrov  Qacar  (Məhəm-
mədqulu mirzə Mülkara), Xosrovi Qacar (Məhəmməd Vəli mirzə), 
Xavər Qacar (Heydərqulu mirzə), Xocəstə Qacar (Çingiz mirzə ibn 
Məhəmməd  Vəli  mirzə),  Dövlət  Qacar  (Məhəmməd  Əli  mirzə), 
Darayi-Qacar  (Abdulla  mirzə),  Davər  Qacar  (Rzaqulu  mirzə  ibn 
Əfsər Qacar), Davər Qacar (Musa xan), Dürdi Türkman (Məhəm-
                                                 
344
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 120. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
245 
məd Əmin bəy), Rüsvay Qacar (Möhsün mirzə ibn Abdulla mirzə), 
Ravi Gorusi (Məhəmməd Fazil xan), Sərvər Qacar (Təhmasib mir-
zə),  Şikəstə  Qacar  (Həsənəli  mirzə  Şücaüssəltənə),  Şövkət  Qacar 
(Məhəmməd Tağı mirzə), Şapur Qacar (Şeyxəli mirzə), Şöhrə Qa-
car (Əli Rza mirzə), Şükuh Qacar (Nəsrulla mirzə ibn Məhəmməd 
Vəli  mirzə),  Şövkət  Qacar  (Məhəmməd  Qasım  xan),  Şah  Abbas 
Sani,  Şərər  Bəydili  (Hüseynəli  bəy),  Səbahi  Bəydili  (Hacı  Süley-
man), Saib Təbrizi, Səfayi Təbrizi (Əli Nağı), Səburi Təbrizi, Toğ-
rul  Qacar  (İbrahim  xan),  Tövfi  Təbrizi  (Məhəmməd  Əli),  Təbib 
İrəvani  (Mirzə Məhəmməd), Adil Qacar (Əlişah Zillüssultan),  İz-
zət  Qacar  (Hacı  Süleyman  xan),  Üzri  Bəydili  (İshaq  bəy),  Qalib 
Səfəvi  (Mirzə  Əli  Əkbər),  Fövq  Təbrizi  (Mirzə  Məhəmməd),  Qa-
sım Ənvar Təbrizi (Müinəddin Əli), Qabil İrəvani (Hüseynəli xan), 
Qəsəmi  Əfşar  (Qasım  bəy),  Mahmud  mirzə  Qacar,  Məsud  ibn 
Mahmud mirzə, Məftun Dünbüli (Əbdürrəzzaq bəy), Minnət Əfşar 
(Kərim  xan),  Mehdiqlu  Şəqaqi  Azərbaycani,  Münsif  Qacar  (Mə-
həmməd Zaman xan), Niyaz Səfəvi (Əhməd mirzə), Nüsrət Lənkə-
rani  (Sultan  Hüseyn  bəy),  Nizami  Gəncəvi,  Nəsrulla  Qaragözlü 
Həmədani, Valayi-Qacar (Əli Nağı mirzə), Hümayun mirzə Qacar 
və b. Azərbaycan şairlərindən bəhs olunmuşdur. 
“Bostanül-fəzail”dəki azərbaycanlı şairlər: Əfsər Qacar, İnsaf 
Qacar,  Əvhədi  Maraği,  Bəndə  (Məhəmməd  Rza  ibn  Mirzə  Mə-
həmməd Şəfi Təbrizi), Həkim Qətran Təbrizi, Xaqani Şirvani, Da-
vər Qacar (Musa xan), Seyid Zülfüqar Şirvani, Ravi Gorusi, Şikəs-
tə Qacar, Şükuh Qacar, Şöhrə Qacar, Saib Təbrizi, Səbahi Bəydili, 
Ənqa Qacar (Məhəmməd Hüseyn mirzə), Fəsihi Təbrizi, Mahmud 
mirzə Qacar, Mücir Beyləqani, Münsif Qacar, Məsud mirzə Qacar, 
Nizami Gəncəvi. 
 
Əlyazmaları 
 
“Bostanül-üşşaq” 
Astani Qüdsi Rizəvi 2400. 
Tehran Milli kitabxanası. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
246 
Ustad Səid Nəfisinin şəxsi kitabxanası. 
 
“Bostanül-fəzail” 
Ağa Əbdülhüseyn Bayatın şəxsi kitabxanası. 
 
“Bostanüs-sənaye” 
Tehran Milli Kitabxanası 59. 
  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
247 
 
MĠRZƏ ĠSA XƏYALĠ ZĠYAĠ 
 
Mirzə İsa Xəyali Ziyai XIX əsrin ikinci yarısında klassik şeir 
üslubunda yazan Azərbaycan şairlərindəndir. “Fövcül-füsəha” ədə-
bi məclisinin fəal üzvlərindən olan Mirzə İsa Xəyali öz əsərlərində 
dövrün bəzi ictimai problemlərini açmışdır. N.Qarayev onun əsər-
lərini bəzi dil-üslub xüsusiyyətlərinə görə diqqətəlayiq hesab edir.  
Əlyazmalar  İnstitutunda  mühafizə  olunan  cüng-məcmuədə 
şairin qısa tərcümeyi-halı yazılmışdır. Xəyali əsərlərində də, öz hə-
yatı  və  məşğuliyyəti  haqqında  məlumat  verir.  N.Qarayev  Əlyaz-
malar  İnstitutunda  saxlanılan  materiallar  əsasında  təzkirəçinin 
həyat  və  fəaliyyətini  ilk  dəfə  olaraq  araşdırmışdır
345
.  Bu  araşdır-
malardan savayı Xəyali haqqında başqa tədqiqatlara rast gəlmədik.   
Mirzə  İsa  Xəyali  1850-ci  ildə  Ərdəbil  şəhərində  sərraf  ailə-
sində anadan olmuşdur. İlk təhsilini Ərdəbildə almış, ərəb, fars dil-
lərini, eləcə də klassik Şərq poeziyasını mükəmməl öyrənmişdir.  
Atası  vəfat  etdikdən  sonra  ondan  qalan  irsi  bölüşdürərkən 
Mirzə İsa ilə qardaşları arasında narazılıq baş vermişdir. Bu səbəb-
dən  o,  1871-ci  ildə  Lənkərana  köçmüş,  burada  müdərrislik  etmiş, 
bəzzaz  dükanında  satıcı  olmuşdur.  Onun  “Elədi”  rədifli  şeirində 
Lənkərandakı həyatı öz əksini tapmışdır: 
 
Ərdəbil tək vətəni saldı gözümdən gətirib, 
Xaki-Talışda ip-örkənlə giriftar elədi. 
 
Gah öz verdiyi tənxahı əlimdən çıxarıb, 
Qövmü qardaşlarımı düşməni-xunxar elədi. 
 
Gah mindirdi at üstə, dedi: “Gəz mişələri”, 
Bir neçə pirkeşiyə sahibi-sərdar elədi 
                                                 
345
 Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Ədəbiyyat İnstitutu, Nami-
zədlik dissertasiyası, Bakı, 1971, 301 s.; Qarayev N. XIX əsr Azərbaycan ədəbi 
məclisləri. Bakı, Nurlan, 2010, 326 s.  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
248 
 
Gah arşın əlimə verdi, dedi: ol bəzzaz 
Gah baqqal adımı qoydu, dükandar elədi
346

 
Lənkəranda  şair  yerli  ziyalılarla  yaxın  dostluq  əlaqəsi  yarat-
mış, əhalinin hüsn-rəğbətini qazanmışdır. Boş vaxtlarını “Fövcül-
füsəha”  ədəbi  məclisində  müsahibələrdə  keçirən  Xəyali  tezliklə 
həmin məclisin görkəmli üzvlərindən biri kimi şöhrət tapır.  Lakin 
maddi  cəhətdən  çətinlik  çəkdiyi  üçün  Bakıya  köçməyə  məcbur 
olur. Burada ilk vaxtlar özünə iş tapa bilmədiyindən neft satmaqla 
dolanır,  bir  qədər  sonra  isə müdərrislik  etməyə  başlayır.  Lakin  nə 
neft yığıb satmaq, nə də az haqla müdərrislik etməklə o, özünü və 
ailəsini  dolandıra  bilmir.  Odur  ki,  iş  dalınca  Mərvə  gedib,  orada 
yeni çəkilməkdə olan dəmir yolunda fəhləlik edir. Bir növ səyahət 
xarakteri  daşıyan  iş  axtarmaq  səfəri  onu  Aşqabada  aparıb  çıxarır. 
M.İ.Xəyali burada atasının keçmiş bir dostundan borc pul  alaraq, 
sərraflıq etməyə başlayır. Nə Bakıda, nə Mərvdə, nə də Aşqabadda 
rahatlıq və məişətini təmin edəcək bir iş tapa bilməyən şair Lənkə-
rana qayıdır. Burada kiçik bir bəzzaz dükanı  açır və ömrünün so-
nuna  kimi  bu  işlə  məşğul  olub,  ailəsini  dolandırır.  Xəyali  Bakıda 
olarkən  “Fövcül-füsəha”da  iştirak  edə  bilməməsi  məclis  üzvlərini  
çox  narahat  etmişdi.  Şairin  yaxın  dostu  Mirzə  İsmayıl  Qasir  bu 
münasibətlə ona yazmışdı:  
 
Mirzə İsa, qıl nəzər namında ünvan altına, 
Səbt olub zahirdəki məqsudi pünhan altına. 
 
Lənkəranı tərk edib Baku ara tutdun vətən, 
Saldı əhbabi sərasər bari-hicran altına. 
 
Çox da Bakuda yubanma, Lənkərana qıl səfər, 
Müddəi söylər: “Yığıb sərraf milyan altına”
347

                                                 
346
 Qarayev  N.  XIX  əsr  Azərbaycan  ədəbi  məclisləri.  Bakı:  2010,  s.  88;  ƏYİ, 
Arx. 38, Q – 17 (358), s. 3. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
249 
 
 Xəyalinin ölüm ili dəqiq məlum deyildir. N.Qarayev göstərir 
ki,  D-379  şifrəli  cüng-məcmuəyə  görə  o  h.  1325-ci  il  məhərrəm 
ayının 20-də (miladi 1907-ci il mart ayının 5-də) Lənkəranda vəfat 
etmiş  və  şəhərin  Kiçik  Bazar  məhəlləsindəki  təzə  qəbirstanlıqda 
dəfn olunmuşdur
348
. Həmin əlyazmasına tikilmiş başqa bir vərəqdə 
isə qeyd edilir ki, Xəyali h. 1328-ci il məhərrəm ayının 20-də (m. 
1910-cu  il  fevral  ayının  1-də)  vəfat  etmişdir.  Əlyazmalar  İnstitu-
tunda saxlanılan digər bir sənəddə isə onun 1917-ci ildə vəfat etdi-
yi göstərilir
349
. N.Qarayev Xəyalinin vəfatı haqqında olan bu üç ta-
rixdən  (1907,  1910,  1917)  birincisinin  düzgün  ola  bilməyəcəyini 
yazır. Şairin 1908-ci il oktyabrın 8-də naməlum bir şəxsə yazılmış 
avtoqraf  məktubu  bunu  inkar  edir
350
.  Qalan  iki  tarixdən  hansının 
düzgün olması hələlik aydınlaşdırılmamış qalır. 
N.Qarayev apardığı tədqiqatlara əsasən göstərir ki, Mirzə İsa 
Xəyali Azərbaycan və fars dillərində üç-dörd kitab yazmışdır. La-
kin onun ədəbi irsi tam əldə edilməmişdir. “Lənkəran şairləri” adlı 
məcmuədə  onun  “Elədi”,  “Uzaq”,  “Məni”,  “Eyləyibsən”,  “Ara-
sında”,  “Səbəbi-təlifi-kitabi-Xəyaliyyət”,  “İran  əhlinin  tənbih  və 
nəsihətinə”,  “Əhli-İranın  məzəmmətinə”,  “Əhvalati-vəliəhdi-Ya-
pon”,  “İtaliyalı  qarının  vəsiyyəti”,  “Dər  müqəddimeyi-əncümən” 
və başqa şeirləri verilmişdir. Bunlardan əlavə, D-379 şifrəli cüng-
məcmuədə 
 
“Nə gördü bilməm ol şuxi-nüktədan məndən”, 
“İsa neçə müddətdi ki, heyrətdə qalıbdır”, 
“Deyillə şəh yenə məşrutəni müqərrər edər”, 
“Saqiya, ey fərxəndə ruxü mahcəmal”, 
                                                                                                             
347
Qarayev N. XIX əsr Azərbaycan  ədəbi məclisləri. Bakı: 2010, s. 89; AMEA 
Əlyazmalar İnstitutu, fraqment 1266, vər. 4 a. 
348
 Yenə orada, s. 16. 
349
 Qarayev  N.  XIX  əsr  Azərbaycan  ədəbi  məclisləri.  Bakı:  2010,  s.  91;  ƏYİ, 
inv. 21520. 
350
 ƏYİ, D – 379, vər. 16. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
250 
“Saqiya, dönmə əhdü peymandən” - 
 
 
mətləli şeirləri, fars dilində naməlum şəxsə yazılmış məktubu var-
dır.  Bunlardan  “Deyillə  şəh  yenə  məşrutəni  müqərrər  edər”,  “Nə 
gördü  bilməm  ol  şuxi-nüktədan  məndən”  şeirləri  və  yuxarıda  adı 
çəkilən  məktubu  avtoqrafdır  ki,  tərtibatçı  tərəfindən  buraya  tikil-
mişdir. Ümumiyyətlə, bu iki mənbədə Xəyalinin otuza qədər şeiri  
toplanmışdır. 
N.Qarayev apardığı tədqiqatlar zamanı akademik H.Araslının 
“XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” və prof. F.Qasım-
zadənin  “XIX  əsr Azərbaycan  ədəbiyyatı tarixi” (1956-cı  il nəşri) 
kitablarında  adı  çəkilən  “Təzkireyi-Ziyai”nin  müəllifi  Mirzə  İsa 
Ziyai ilə haqqında danışdığımız Mirzə İsa Xəyalinin şəxsiyyətinin 
eyniləşməsi  faktlarına  rast  gəldiyini  yazır.  Bu  problem  ətrafinda 
çoxlu  fakt  və  məlumatlar  toplayan  N.Qarayev  maraqlı  nəticələrə 
gəlmişdir. 
Belə  ki,  AMEA  Əlyazmalar  İnstitutunun  fondunda  saxlanan 
və təxminən 1930-cu illərdə başqa-başqa şəxslər tərəfindən yazılan 
iki mənbədə Mirzə  İsa  Xəyalinin təzkirə  yazdığı göstərilir
351
. Hə-
min mənbələrdən birində Ərdəbilli Hacı Məhəmməd Rəhimin oğlu 
Mirzə İsa Xəyalinin qara karandaşla yazılmış qısa tərcümeyi-halın-
da deyilir: “Mərhum bütün ömrünü şeir yazmaqla keçirmişdir. Bü-
tün  türk  (Azərbaycan  –  N.Q.)  şüərasının  tərcümeyi-halından  və 
şeirlərindən maraqlanıb axırda öz əli ilə yazılmış böyük bir kitab 
yazıb  qoyub”
352
.  Salman  Mümtazın  arxivində  saxlanılan  “Lənkə-
ran  şairləri” adlı məcmuədə  tərtibçi Şərifov, Mirzə  İsmayıl Qasir-
dən  bəhs  edərkən  eynilə  belə  yazır:  “…Qasirin  müasirlərindən 
Mirzə İsa Xəyali məşhur «Atəşkədə»yə etdiyi əlavələrdən birisi də 
Mirzə İsmayıl Qasirin  əsərlərindən ancaq iki şeir  əldə edə  bildik. 
Bu  şeirlər  Mirzə  İsa  Xəyali  tərəfindən  ən  qiymətli  və  ən  qüvvətli 
şeirlər hesab edilərək «Atəşkədə»yə daxil edilmişdir
353
”. 
                                                 
351
 Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, 2010, s. 96. 
352
 ƏYİ, D – 379, vər. 16 a. 
353
 ƏYİ, Arx. 38, Q – 17 (358), məcmuənin Qasir hissəsi. s. 1-2. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
251 
Həmin məcmuəni əvvəldən-axıra diqqətlə oxuduqda belə gö-
rünür ki, onun tərtibçisi Şərifov Lənkəranda olmuş, oranın sakinlə-
ri  və  məcmuədə  adları  çəkilən  şairlərin  bəziləri  ilə  görüşmüş,  on-
lardan canlı şahid kimi istifadə etmiş, “Təzkireyi-Ziyai”ni də şəx-
sən  özü  oxumuşdur.  Doğrudan  da,  “Atəşkədə”nin  davamı  olan 
“Təzkireyi-Ziyai”də Qasirin iki şeiri vardır
354

Yuxarıda qeyd olunduğu kimi,  Mirzə  İsa Xəyalinin əsli Ər-
dəbildəndir,  1871-ci  ildə  Lənkərana  gəlib  burada  sakin  olmuşdur. 
“Təzkireyi-Ziyai” də Lənkəranda yazılmışdır. Bunu müəllifin təz-
kirəyə yazdığı qısa müqəddimədən də aydın görmək olur. O yazır: 
“… Kəcmədar zəmanə bir hadisənin səbəbi üzündən bu həqiri Gi-
lanzəminə, yəni Lənkərana atdı və bir neçə müddət bekar oldum”. 
Müqəddimədən  aydınlaşır  ki,  bekar  qalmağı  sevməyən  Mirzə  İsa 
“yazı-pozu”  ilə  məşğul  olur.  Özündən  sonra  bir  yadigar  qoymaq 
məqsədilə  o,  on-on  iki  günlüyə  bir  nəfərdən  çox  minnətlə  Lütfəli 
bəy  Azərin  “Atəşkədə”  əsərini  alır,  on  beş  günün  tamamında  hə-
min  kitabın  üzünü  köçürüb  sahibinə  qaytarır.  Müəllif  göstərir  ki, 
“Atəşkədə” yazılan vaxtdan indiyədək keçən təxminən yüz illik bir 
dövrün şairləri haqqında əlimdə məlumat olmadığından və Lənkə-
randa bu haqda bir kitab tapa bilmədiyimdən mən də öz müasirlə-
rim  haqqında  məlumatımı  bu  kitaba  əlavə  edirəm.  Müqəddimədə 
fars dilində açıq-aydın qeyd olunmuşdur: 
 
" نيحر ذوحه ىجاح موحره نبا ىئايض هب صلختولا ىسع ريصقتلا ريسك ريقفلا ريقح
ىليبدرا فارصب روهشه" 
 
(Günahları  çox  olan  fəqir,  həqir,  Sərraf  Ərdəbilli  kimi  tanınan 
mərhum Hacı Məhəmməd Rəhimin oğlu Ziyai təxəllüslü İsa). 
Buradan  görünür  ki,  həmin  təzkirənin  müəllifi  Ziyai  ərdəbilli 
Hacı Məhəmməd Rəhim oğlu İsadır. 
Yeri gəlmişkən onu da qeyd etməliyik ki, XIX əsrin ikinci ya-
rısında  Ərdəbildə  Ziyai  təxəllüslü  iki  şair  olmuşdur.  Mirzə  İsa 
                                                 
354
 Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, 2010, s. 96. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
252 
Ziyai  öz  təzkirəsində  ərdəbilli  Kərbəlayi  Haqverdi  Cigərçi  təxəl-
lüslü şairdən bəhs edərkən yazmışdı: 
(“Bir  dəfə  Mövlana  Ziyai,  Şəms  Ərdəbili  və  bir  neçə  nəfər  başqa 
yoldaşları ilə birlikdə bir məclisdə oturmuşdu. Bir nəfər Cigərçini 
müzakirə edərək, onu təriflədi və vəsf etdi. Mövlana ondan soruşdu 
ki,  “onun  adı  nədir?”  Dedi:  “Kərbəlayi  Haqverdi”.  Mövlana 
dedi:  “Haqverdi  adında  şair,  Şahverən  adında  padşah  və  Məşədi 
Nadirməhəmməd adında vəzir əsla ola bilməz. Hərgah belə bir tə-
sadüf olarsa, onun haqqında iltifat yaxşıdır”. Mən bu söhbətlərinə 
görə bir də onlarla görüşmək arzusunda oldum")
355

Yuxarıdakı bu parçadan aydın olur ki, həmin məclisdə Möv-
lana Ziyai və Şəms Ərdəbili ilə birlikdə haqqında danışdığımız təz-
kirənin  müəllifi  Mirzə  İsa  Ziyai də  iştirak  etmişdir. Həm  də onun 
Mövlana Ziyai və Şəms Ərdəbilinin söhbətlərinin arzusunda olma-
sı göstərir ki, təzkirə müəllif Mirzə İsa Ziyai ilə yuxarıdakı mətndə 
göstərilən Şəms Ərdəbilinin dostu Mövlana Ziyai ayrı-ayrı şəxslər-
dir. Həmin təzkirədə ərdəbilli Mövlana Ziyai haqqında da məlumat 
verilmişdir.  Burada  yazılır  ki,  “Mövlana  Ziyai  Ərdəbil  əhlidir,  o 
vilayətin  varlı  ailələrinin  birindəndir.  İncə,  gözəl  zövqlü,  gözütox 
bir cavandır. Şahmat elmində kamil, arif bir şəxsdir. Gecə-gündüz 
vaxtını  Şəms  Ərdəbili  ilə  keçirir.  Bəlkə,  bir  saat  bir-birilərindən 
ayrılmırlar.  1871-ci  ildə  kəcrəftar  zəmanə  onunla  düz  gətirməyib, 
mal  və  mülkdən  əli  boşa  çıxıb,  Ərdəbildən  Gilan  tərəfə  gəlib,  on 
iki il Lənkəranda sakin olub. Təxəyyülatından bir neçə tuğra türk-
cə (azərbaycanca – V.M.) qəzəli yazılır
356
”. 
Təzkirədə Mövlana Ziyainin “Qoyubdu başə ol sərvi-səhi kü-
lah  əyri”,  “Əgərçi  hicrdən  canımda  olmuş  min  bəla  peyda”,  “Dil-
bəra, şəhdi-ləbin dil hərdəm eylər arzu”, “Bir zəman görsəm fərəh-
dən  ərşə  əfğanım  çıxar”,  “Çox  kimsədən  dilər  bu  dili-binəva  mə-
dəd” misraları ilə başlanan qəzəlləri verilmişdir
357
.  
                                                 
355
 Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı: 2010, s. 97; ƏYİ, D-
269, vər. 77a. 
356
 ƏYİ, D – 269, vər. 81 b. 
357
 Yenə orada, vər. 200 b – 201 a. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
253 
Xəyalinin  isə  əlyazmasının  haşiyəsində  “Xəyali  Ərdəbilinin 
kəlamından”  başlığı  altında  “Bir  yol  eşidib  ol  məhi  naməhrəm 
içində”, “Şəhneyi-hicr kəsib başımı qəssab kimi”, “Ömrün qəbalə-
si şəbi-hicran əlindədir” mətləli qəzəlləri getmiş
358
, həyatı haqqın-
da  isə  heç  bir  məlumat  verilməmişdir.  Bir  məsələ  aydındır  ki, 
“Təzkireyi-Ziyai”ni  yazan  İsa  ibn  Hacı  Məhəmməd  Rəhim  Ziyai 
həmin  təzkirənin  81  “b”  vərəqində  qeyd  olunmuş  Ziyai  deyildir. 
Bu  həmin  şəxs  olsaydı  müəllif,  Şəms  Ərdəbili  ilə  Mövlana 
Ziyainin  iştirak  etdikləri  məclisdən  bəhs  edərkən  onlarla  söhbət 
etmək  arzusunda  olduğunu  yazmazdı.  N.Qarayev  Xəyalinin  tərtib 
etdiyi  təzkirənin  müqəddiməsində  özü  haqqında  məlumat  verdiyi 
üçün təkrara ehtiyac duymadığını yazır. Onun həm Ziyai, həm də 
Xəyali  təxəllüsləri  daşımasına  gəlincə  deməliyik  ki,  eyni  hal  bir 
çox  şairlərdə  müşahidə  olunur.  Məsələn,  Mirzə  Rəhim  Fəna 
“Aşiq”,  Əbdülxaliq  Cənnəti  “Əttar”,  “Vasifi”,  Abdulla  bəy  Abış 
“Abdulla”  və  başqaları  müxtəlif  vaxtlarda  müxtəlif  təxəllüslərlə 
şeir yazmışlar. Çox güman ki, Mirzə İsa da əvvəllər, daha doğrusu 
təzkirəni  yazmağa  başladığı  illərdə  Ziyai  təxəllüsü  daşımış, 
sonralar  el-oba,  qohum-qardaşdan  ayrılıqdan  sonra  Xəyali 
təxəllüsünü qəbul etmişdir. 
Həmin  təzkirənin  əvvəlində  üç  vərəq  ağ  buraxılmışdır.  Bu 
vərəqlərin hər birində bənövşəyi karandaşla köhnə rus və ərəb əlif-
baları  ilə  yazılmışdır:  “İsa  Xəyali  təxəllüs  ziyad-fikirli”,  “Mirza 
İsa Xəyali təxəllüs”.  
Hər  halda  bunları  yazan  naməlum  adam  Xəyali  ilə  Ziyainin 
eyni şəxs olduğuna əmin olmuşdur. Əgər belə olmasaydı, təzkirə-
nin  5  “a”  vərəqində  “Sərraf  Ərdəbilli  kimi  tanınan  mərhum  Hacı 
Məhəmməd Rəhimin oğlu Ziyai təxəllüslü İsa” yazıldığı halda na-
məlum  bir  şəxs  oraya  Ziyai  əvəzinə  Xəyali  sözlərini  yazardımı? 
N.Qarayev  təzkirənin  xəttinin  Mirzə  İsa  Xəyalin  D-379  şifrəli 
cüng-məcmuədəki avtoqraf xəttinə çox oxşadığını yazır. 
N.Qarayev  görkəmli  alim  Əkrəm  Cəfərin  də  həmin  təzkirə-
nin  Mirzə  İsa  Xəyalinin  qələminin  məhsulu  olduğunu  təsdiq  etdi-
                                                 
358
 Yenə orada, vər. 338 a – b. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
254 
yini qeyd etmişdir. Belə ki, Əkrəm Cəfər 1928-ci ildə Lənkəranda 
müəllim  işləyərkən  məhz  AMEA  Əlyazmalar  İnstitutunda  D-269 
şifrə altında saxlanılan “Təzkireyi-Ziyai”ni M.İ.Xəyalinin oğlu İb-
rahim  Xəlil  İsazadədən  almış  və  bir  neçə  ay  özündə  saxlayaraq, 
dönə-dönə oxumuşdur
359

“Təzkireyi-Ziyai”  fars  dilində,  “Atəşkədə”  səpkisində  yazıl-
mışdır. “Atəşkədə”də olduğu kimi burada da əvvəl şairlərin həyatı, 
sonra  isə  onların  əsərlərindən  nümunələr  verilmişdir.  Təzkirəyə 
əlavə olunan şairlərin əksəriyyəti XIX əsrin ikinci yarısında Ərdə-
bil və Təbrizdə yaşayıb yaratmışlar. Buraya həmçinin S.Ə.Şirvani, 
Mirzə Ələsgər Növrəs, Əbülhəsən Şəhid, Mirzə Rəhim Fəna, Fat-
ma xanım Kəminə, Hacı Abbas Agəh kimi Şirvan və Qarabağ şair-
ləri  də  daxil  edilmişdir. Bunlardan  əlavə,  həmin  əlyazmada  başqa 
təzkirələrdə  adlarına  rast  gəlmədiyimiz  Rindi  Şirvani,  Niyazi  Şir-
vani  və  Əsrar  Qarabağinin  şeirlərindən  nümunələr  verilmişdir. 
Ümumiyyətlə,  burada    XIX  əsrin  yetmişdən  artıq  şairi  haqqında 
məlumat vardır
360

Təzkirədə Ərdəbil şairləri ilə tanış olarkən öyrənirik ki, XIX 
əsrin  60-70-ci  illərində  orada  da  şair  və  alimlərin  məclisi  olmuş-
dur.  Musiqişünas  və  sənətkar  Sərraf  Ərdəbili,  dövrünün  “bütün 
elmlərindən xəbərdar” olan Molla Qulaməli Həsrət, Kərbəlayi Fə-
rəc  Zikri  Ərdəbili,  Mirzə  Əsəd  Ərdəbili,  əvvəllər  Ərdəbildə  olub, 
1871-ci ildə Lənkərana köçən Molla Məhəmməd Mücrüm, Mövla-
na Ziyai Ərdəbili, Mirzə Əbdürrəhim Rağib Ərdəbili, Məşədi Zey-
nalabidin  Ünqa,  Mirzə  Abdulla  Sağəri  və  başqaları  tez-tez  həmin 
məclisə  toplaşaraq  şeir-sənət  ətrafında  söhbət  açmış,  mübahisələr 
aparmışlar.  Təzkirədə  Əliməmməd  Rövşən
361
,  Mirzə  Abdulla  Sa-
ğəri
362
,  Kərbəlayi  Haqverdi  Cigərçi
363
,  Mirzə  Əbdürrəhman  Ra-
                                                 
359
 Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, Nurlan, 2010, s. 100. 
360
 Qarayev N. “Təzkireyi-Ziyai” və “Təzkireyi-Nəvvab” haqqında bəzi qeydlər 
// Əlyazmalar xəzinəsində. IV c. 4. – Bakı, 1976, s. 78-87.  
361
 ƏYİ, D – 269, vər. 77 b. 
362
 Yenə orada, 78 b. 
363
 Yenə orada, 77 a. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
255 
ğib
364
,  Ünqa
365
 və  başqalarından  bəhs  edilərkən  onların  həmin 
məclisdə iştirakı və müşairələri haqqında çoxlu qeydlər vardır.  
Təzkirədə musiqi, rəssamlıq, xəttatlıqda məharəti olan, həm-
çinin təbabət, nücum və s. elmləri gözəl bilən söz ustaları ilə yana-
şı, Məşədi Məhəmməd Müsəvvir, Mirzə Rəhim Fəna, Mövlana Zi-
yai  Ərdəbili  və  Mahmud  kimi  şairlərin  öz  dövrlərinin  görkəmli 
şahmat ustaları olmasına dair məlumat da verilmişdir. 
Müasirləri haqqında verdiyi bəzi qeydlərdən görünür ki, təz-
kirənin “Atəşkədə” hissəsini təxminən 1871-ci ildə köçürən müəl-
lif  ona  etdiyi  əlavələrin  bir  çoxunu  1883-cü  ildə  yazmış,  sonralar 
əlinə məlumat düşdükcə bu işi davam etdirmişdir. 
XIX əsrin ikinci yarısında Azərbaycan şairləri haqqında qısa 
da olsa məlumat və əsərlərindən nümunələr verdiyi üçün bu təzkirə 
ilk  mənbə  kimi  xüsusi  əhəmiyyətə  malikdir  və  tədqiq  olunaraq 
nəşr edilməlidir. 
 
Əlyazması 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin