Mahmud mirzə Qacar. GülĢəni-Mahmud
AMEA Əlyazmalar Ġnstitutu M-262
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
201
Mahmud mirzə Qacar. “GülĢəni-Mahmud”
AMEA Əlyazmalar Ġnstitutu M-262
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
202
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
203
SULTAN MƏHƏMMƏD TAĞI
Seyfüddövlə Sultan Məhəmməd Tağı, Fətəli şah Qacarın
yeddinci oğludur. O, h. 1224/1809-cu ildə dünyaya gəlmişdir. Ata-
sı onun təlim-tərbiyəsi ilə bağlı işləri Əmiri-Kəbir Hacı Məhəm-
məd Hüseyn xan Qacara tapşırmışdı. Fətəli şahın dövründə bəzi
vaxtlar sarayda yaşamış, səfərlərdə hökmdarı müşayiət etmişdir.
H. 1240/1824-25-ci ildə Fətəli şah İsfahan vilayətindəki iğtişaşları
yatırdıqdan sonra Seyfüddövləni idarəçilik işlərini həyata keçir-
mək üçün orada qoymuş, Yusif xan Sipəhsaları bütün iraqlı nökər-
lər, bəzi mazandaranlı və astarabadlı canbazlarla birlikdə onun sə-
rəncamına vermiş və bəxtiyari tayfasını ona tabe etmişdir. İsfahan-
da olduğu müddətdə quruculuq işləri aparmış, bağlar, imarətlər,
təkyələr, hamamlar tikdirmişdir. Atasının ömrünün sonlarında o,
Borucerd hakimi idi. Məhəmməd şahın hakimiyyətinin əvvəllərin-
də onu Tehrana gətirmişdilər və oradan Azərbaycana göndərmişdi-
lər
295
.
Seyfüddövlə “Bəzmi-xaqan” (“Təzkirətüs-səlatin”) başlıqlı
təzkirəsini h. 1245/1829-cu ildə İsfahanda olarkən bir dostunun xa-
hişindən sonra qələmə almışdır.
Təzkirə bir bəzm və beş əncüməndən ibrətdir. Təzkirənin
“bəzm” adlanan bölümü 20 məclisə ayrılmışdır. Bu, əslində Şərə-
fəddin Rami (öl. h.795/1392-93) adlı şairin məhbubun vəsfinə həsr
etdiyi “Ənisül-üşşaq” əsərinin eynidir. Fəqət bu əsəri təzkirəsinə
daxil edən Seyfüddövlə özünü onun müəllifi kimi təqdim etmişdir.
60 nəfərin həyat və yaradıcılığını əhatə edən I əncümən
“Əvvəlki sultanların və əski sultanzadələrin şeirlərindən bəziləri və
onların əhvalının keyfiyyətindən bir qismi” adlanır. Burada ilk ola-
raq Səfəvi nəslinin mənsublarına (I Şah İsmayıl Xətai, I Şah Təh-
masib, II Şah İsmayıl Adili, I Şah Abbas Mazi, II Şah Abbas Sani,
Əlqas mirzə, Bəhram mirzə, İbrahim mirzə Cahi, Sam mirzə Sami,
295
А.П.Берже. Фетх-Али-шах и его дети (исторический очерк) // “Русская
старина”, 1886, № 6, с. 555; Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi, I c., s. 97-98.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
204
Sultan Məhəmməd mirzə, Sultan Mustafa mirzə, Müzəffər Hüseyn
mirzə) yer verilmişdir. Daha sonra müxtəlif Gilan, Cığatay, Hind,
Özbək, Osmanlı, Xarəzm, Səlcuq, Mazandaran və s. hökmdar şair-
lərindən bəhs edilmişdir. Burada həmçinin Azərbaycanın digər
hökmdar şairlərinə (Sultan Üveys Cəlairi, Sultan Əhməd Cəlairi,
Sultan Yaqub Ağqoyunlu) də yer ayrılmışdır.
II əncümən “Əsrin padşahının (Fətəli şahın – V.M.) şeirləri-
nin zikri və onun halının və ləyaqətlərinin şərhindən bir müxtəsər”
sərlövhəsi ilə başlamaqdadır.
III əncümən “Şahzadələrin şeirləri və həyatları haq-
qında”dır. Burada Qacarlar xanədanından olan 23 şahzadə şairdən
bəhs olunur.
IV əncümən “Əmirzadələrin və ya onların nəvələrinin şeirlə-
ri və həyatları haqqında”dır. Bu əncümən Qacar şahzadələrinin öv-
ladlarına və onların nəslindən olan 10 şairə həsr edilmişdir.
V əncümən isə “Müəllifin həyatının və şeirlərinin şərhi”
adını daşıyır.
Təzkirənin Məclis nüsxəsinin surətini əldə etmişik. Təzkirə
183 səhifəlik əlyazma məcmuəsi daxilində yer almışdır və onun ilk
63 səhifəsini əhatə etməkdədir.
Bəzi azərbaycanlı şairlərin tərcümeyi-hallarından nümunə-
ləri təqdim edirik: “Xətai – məşhur adı I Şah İsmayıl Səfəvidir.
Onun nəsəb-nəcabətinin şərhini yazmağa zərurət yoxdur. Tarix ki-
tablarında onun haqqında yazılıbdır. Bu fərd onun düşüncəsinin
nəticələrindəndir ki, burada qeyd edilir”
296
; “Cahi – ismi Sultan İb-
rahim mirzədir. Bəhram mirzə Səfəvinin oğludur. Nəzm, şeir və
xətt fənnində atasını üstələmişdir. Divanı dörd min beytdir. Həm-
çinin türkcə qəzəllər və qəsidələr demişdir”
297
; “Sami – ismi Sam
mirzədir. Şah İsmayıl Səfəvinin oğludur. Öz müasirlərinin şeirləri
barəsində “Töhfeyi-Sami” adlı təzkirə yazmışdır. Bu şeir və rübai
ondandır ki, öz şeirlər müntəxəbatında yazmışdır”
298
və s.
296
Seyfüddövlə. “Bəzmi-xaqan”. İran Məclis Kitabxanası 894, s. 30.
297
Yenə orada, s. 31.
298
Yenə orada, s. 31.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
205
Əlyazmaları
İran İslami Şura Məclisi Kitabxanası 894.
İran Milli Kitabxanası 1678.
Tehran Mərkəzi Kitabxanası 4605.
Sipəhsalar Kitabxanası 1121.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
206
Seyfüddövlə Sultan Məhəmməd Tağı. “Bəzmi-xaqan”
Ġran Məclis Kitabxanası 894
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
207
BƏHMƏN MĠRZƏ QACAR
Fətəli şah Qacarın nəvəsi, Naibüs-səltənə Abbas mirzənin
dördüncü oğlu Bəhmən mirzənin h. 1225 / 1810-cu ildə anadan ol-
duğu güman edilir. Bir müddət Ərdəbildə yaşamış, oranın hakimi
olmuşdur. H. 1250/1834-cü ildə Məhəmməd şah tərəfindən Boru-
cerd hakimi təyin olunmuş, h. 1257/1841-ci ildən 1263/1847-ci ilə
kimi Cənubi Azərbaycanda hakimlik etmişdir. Lakin sədri-əzəm
Hacı Mirzə Ağasının qərəzkarlığı nəticəsində onunla qardaşı Mə-
həmməd şah arasında narazılıq yaranmış, o hakimlikdən uzaqlaşdı-
rılaraq Tehrana çağırılmış və burada təqiblərdən yaxa qurtarmaq
üçün rus səfirliyinə sığınmaq məcburiyyətində qalmışdır. Ona Ru-
siya ərazisində yaşamağa icazə verildikdən sonra, 1848-ci ilin ma-
yında Bakıya gəlmiş və buradan Tiflisə yollanmışdır. Rusiya təbə-
əliyini qəbul edən şahzadə 1851-ci ilin sonlarından etibarən Şuşa
şəhərində yaşamış və hər il rus hökumətindən 9600 rubl məbləğin-
də təqaüd almışdır. O, 11 fevral 1884-cü ildə Şuşada vəfat etmiş-
dir.
Bəhmən mirzədən bəhs edən müəlliflər onun iki əsərini xa-
tırlayırlar. Bunlardan birincisi “Təzkireyi-Məhəmmədşahi”, ikinci-
si isə “Şükürnameyi-şahənşahi”dir
299
.
Bəhmən mirzə Ərdəbil hakimi olarkən qardaşı Məhəmməd
şahın xahişi ilə h. 1247/1831-ci ildə “Təzkireyi-Məhəmmədşahi”
əsərini yazmışdır. Həmin zaman onun böyük qardaşı şahzadə Mə-
həmməd hələ şah deyildi. Təzkirə üç riştədən ibarət olub, əlifba
prinsipi ilə hazırlanmışdır.
Birinci hissə keçmiş dövr şairlərinə ayrılmışdır. Burada əlif-
ba sırası ilə h. XII əsrin sonlarına qədər yaşamış 133 şairdən bəhs
olunmuşdur. Bu riştə Əsədi ilə başlayıb, Yetimi ilə sona çatır.
İkinci hissə xaqana (Fətəli şaha), şahzadələrə və adlı-sanlı
əmirlərə həsr edilmişdir. Burada yaş həddi əsas götürülərək, 13
299
Bax: Qacar B.M.Şükürnameyi-şahənşahi / Elmi red. S.Rəhimova.- B.: Şuşa,
1999.- 64 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
208
şair haqqında məlumat verilmişdir. Bu riştənin ilk şairi Xaqan, son
şairi isə Hacibdir.
Üçüncü hissədə təzkirəçinin 56 nəfər müasiri əlifba sırası ilə
xatırlanmışdır. Bu riştə Atabəyi-əzəm Mirzə Əbülqasım Qaimmə-
qam ilə başlayır və Valeh ilə sona çatır
300
.
İlk riştədəki azərbaycanlı şairlərdən Əbülüla Gəncəvi, Əvhə-
di Marağayi, Yolqulu bəy Ənisi, Lütfəli bəy Azər, Bəhram mirzə
Səfəvi, Qasım bəy Haləti Türkman, Həsən xan Şamlu, Həqiri Təb-
rizi, Heydəri Təbrizi, Şah İsmayıl Xətai, Rağib Ərdəbili, Şərif Təb-
rizi, Səburi Təbrizi, Hacı Süleyman Səbahi Bəydili, Şah Təhmasib
Səfəvi, Məhəmməd Əssar Təbrizi, Fəsihi Təbrizi, Həsən bəy Mü-
qimi Türkman, Məruf Təbrizi, Hüseyn bəy Məlum Təbrizi, Şeyx
Mahmud Şəbüstəri, Mehdi bəy Şəqaqi, Məhsəti Gəncəvi, Nizami
Gəncəvinin adlarını çəkə bilərik.
İkinci riştədə adları çəkilən dövlət adamlarının əksəri Qacar
xanədanından olan Azərbaycan türkləridirlər.
Üçüncü riştədə azərbaycanlı şairlər arasında Əşrəf Azərbay-
cani, Hüseynqulu xan Əfəndi Zəncani, Mirzə Məhəmməd Hüseyn
Əsir Təbrizi, Mirzə Məhəmməd Rza Bəndə Təbrizi, Məhəmməd
Əmin xan Bidil Bayat, Mirzə Tağı Salyani, Mirzə Xürrəm Azər-
baycani, Fazil xan Ravi Gorusi, Mirzə Rza Təbrizi, Nəcəfqulu xan
Təbrizi və s. Adlarına rast gəlirik.
Təzkirədə yer almış şairlərimizdən bəzilərinin tərcümeyi-hal-
larından nümunələrə nəzər salaq: “Əbülüla Gəncəvi – bilikli bir fa-
zil və fərasətli bir müdrikdir. Ondan bir divan görülməmişdir”
301
;
“Həqiri Təbrizi – o diyarın şairlərindəndir və bu dübeyt ondan ya-
digardır”
302
; “Səburi Təbrizi – cavahirat satmaqla məşğul olardı.
Bu bir neçə beyt ondandır”
303
; “Şah Təhmasib Səfəvi – özündə gö-
zəl xüsusiyyətləri cəmləşdirmişdi və bəyənilən kamala sahib idi.
300
Bəhmən mirzə Qacar. Təzkireyi Məhəmmədşahi. Əlyazmalar İnstitutu, M-
24.
301
Bəhmən mirzə. Təzkireyi-Məhəmmədşahi. İran Məclis kitabxanası, s. 51.
302
Yenə orada, s. 84.
303
Yenə orada, s. 152.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
209
Onun əhvalının təfsilatı tarix əsərlərində qeyd edilmişdir. Onun
gövhər saçan kəlamından bu qitə və rübai qələmə alındı”
304
; “Mü-
qimi – ismi Həsən bəydir və türkman tayfasından olmuşdur”; “Mə-
ruf – Təbriz əhlindəndir. Rəmmallıq peşəsinə də malik olmuş-
dur”
305
; “Məlum Təbrizi – adı Hüseyn bəydir. Əhvalı naməlumdur.
Ondan bu fərd yazıldı”
306
və s.
F.e.n. T.Nurəliyeva Bəhmən mirzənin kolleksiyasından bəhs
edərkən təzkirəsinin AMEA Əlyazmalar İnstitutundakı nüsxəsi
haqqında məlumat verir və əhəmiyyətini vurğulayır: “…Əlyazma
yalnız məşhur şair və ədiblər haqqında qısa məlumat vermək baxı-
mından deyil, eyni zamanda Azərbaycan paleoqrafiyasının, rəs-
samlıq sənətinin, onun tarixinin öyrənilməsində böyük əhəmiyyət
kəsb edir”
307
.
Tədqiqatımız zamanı təzkirənin İran Məclis Kitabxanasında
mühafizə olunan 903 saylı nüsxəni əldə etmişik.
Sonradan, h.1256/1840-41-ci ildə Bəhmən mirzə öz təzkirə-
sini dörd cild halına salaraq, daha da təkmilləşdirmiş, buraya bir
çox şeir nümunələri əlavə etmişdir və əsəri “Təkmileyi-təzkireyi-
Məhəmmədşahi” adlandırmışdır. O, bu işi Həmədanda başa çat-
dırmışdır. Həmin təkmilləşdirilmiş nüsxə Ustad Mahmud Fərrux
Xorasaninin şəxsi kitabxanasına məxsus (N 67) olmuşdur.
Əlyazmaları
İran Məclis Kitabxanası 902, 903.
İran Məlik Milli Kitabxanası 4317.
Tehran Universiteti Kitabxnaı 10-b.
İran Astani-Qüdsi-Rizəvi Kitabxanası.
AMEA Əlyazmalar İnstitutu M - 24.
AMEA Əlyazmalar İnstitutu C-1079.
304
Yenə orada, s. 158.
305
Yenə orada, s. 357.
306
Yenə orada, s. 357.
307
Nurəliyeva T. Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kolleksiyala-
rının əhəmiyyəti. Bakı, 1998, s. 80.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
210
Bəhmən mirzə Qacar
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
211
Bəhmən mirzə. “Təzkireyi-MəhəmmədĢahi”
Ġran Məclis Kitabxanası 903
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
212
Bəhmən mirzə. “Təzkireyi-MəhəmmədĢahi”
AMEA Əlyazmalar Ġnstitutu C- 1079
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
213
MƏHƏMMƏD SALEH ġAMLU
Məhəmməd Saleh Şamlu Azərbaycanın qızılbaş tayfaların-
dan olan şamlu oymağına mənsub olsa da, Xorasanda anadan ol-
muşdur. H. 1252/1836-cı ildə öz müasirləri olmuş 177 şair haqqın-
da Hindistanın Sind vilayətinin Heydərabad şəhərində “Məhəküş-
şüəra” adlı təzkirə qələmə almışdır. Təzkirənin yarımçıq qalmış di-
baçəsində müəllif təlif səbəbi haqqında yazır ki, öz müasiri olan is-
tedadlı şairlərin həyat və yaradıcılıqlarının səbatsız zəmanənin keş-
məkeşi içində itib-batmaması və unudulmaması üçün bu təzkirəni
tərtib etmişdir.
Burada əvvəlcə Xaqan təxəllüslü Fətəli şah və onun oğulları,
Qacarlar səltənətinin əmirləri xatırlanmış, daha sonra təzkirəçinin
müasiri olan şairlərə yer verilmişdir. Lakin müəllif şairlərə qeyri-
bərabər şəkildə yer vermiş, ayrıseçkilik etmişdir. Məsələn, müəllif
özü kimi Hindistanda yaşayan Neyyəri Şirazi ilə dost olduğu üçün
onun az qala bütün divanını öz təzkirəsinə daxil etmişdir. Əsərin
sonunda müəllif özü haqqında məlumat verməyi planlaşdırsa da,
buna macalı olmamış və əsər yarımçıq qalmışdır. Ə.G.Məani bu
təzkirənin bir o qədər də əhəmiyyətli məlumatları əhatə etmədiyini
yazır
308
.
Əlyazma nüsxəsi Məlik Milli kitabxanasında 4096 şifrəsi ilə
mühafizə olunur və ehtimal ki, bu, müəllifin öz əlyazmasıdır.
308
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 169-171.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
214
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
215
HÜLAKU MĠRZƏ QACAR
Fətəli şahın nəvəsi, Şücaüssəltənə Həsənəli mirzənin
(h.1204-1283/m.1790-1866) böyük oğlu Hülaku mirzə Qacar
poeziyada əvvəlcə “Eşq” və daha sonra “Xərab” təxəllüsü ilə ta-
nınmışdır. Onun atası müxtəlif vaxtlarda Xorasanda, Yəzddə, Kir-
manda hakimlik etmiş, digər dövlət vəzifələrini yerinə yetirmiş, əf-
qanlarla, türkmənlərlə, özbəklərlə və Xorasanın üsyankar xanları
ilə mübarizə aparmışdır. Bütün bu fəaliyyəti ərzində böyük oğlu
Hülaku mirzə onu müşayiət etmişdir. H. 1250/1834-cü ildə Fətəli
şah vəfat etdikdən sonra bəzi şahzadələr hakimiyyət sevdasına
düşdülər və iğtişaşlar törətdilər. Həmin vaxt Hülaku mirzənin atası
Həsənəli mirzə Kirman hakimi idi. O, qiyam qaldıraraq İsfahana
hücum etmiş, oğlu Hülaku mirzə isə Yəzd şəhərini ələ keçirmişdi.
Lakin tezliklə Məhəmməd şah taxt-tacda yerini möhkəmlədərək,
bu qiyamları yatırmağa nail oldu. Həsənəli mirzə dustaq edildi və
gözləri kor edildikdən sonra Ərdəbil qalasında həbsə salındı. O,
Nasirəddin şahın hakimiyyətinin əvvəlində azadlığa buraxılaraq
Tehrana gəldi və h. 1270/1853-cü ildə vəfat etdi. Həsənəli mirzə
“Şikəstə” təxəllüsü ilə şeirlər yazardı. Onun divanı Astani-Qüdsi-
Rizəvi kitabxanasında 4680 şifrəsi ilə mühafizə edilir.
Atasının məğlubiyyətindən və Məhəmməd şahın rəsmən taxt-
da əyləşməsindən sonra Yəzddən Kirmana qayıdan Hülaku mirzə
Həcc ziyarəti bəhanəsi ilə aradan çıxmağı qərara alır. O, ömrünün
axırına kimi ərəb ölkələrini, Osmanlı dövlətinin ərazisini, Firəng
(Avropa) diyarını gəzib-dolaşmaqla günlərini keçirir. H.1283
/1866-cı ildə Kazimeyndə öldüyü ehtimal edilir. Şikəstə xəttini
gözəl yazdığı, naqqaşlıq və şairlik məharətinin olduğu bildirilir
309
.
O, ədəbiyyatı və xəttatlıq sənətini ustadı Mirzə Əbdülvəhhab Mö-
309
Məani Ə.G. Tarixi-təzkirehaye-farsi. I c, s. 482.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
216
təmədüddövlə Nişat İsfahanidən (öl. h. 1244 / m. 1828-29) öyrən-
mişdi
310
.
Hülaku mirzə h.1255-56/1839-40-cı illərdə “Xərabat” adlı
ümumi xarakterli təzkirə qələmə almışdır. Burada fars, türk, ərəb,
hind, özbək, əfqan və b. xalqlardan olan qədim və yeni şairlərin
tərcümeyi-halları yer almışdır. Əsərdə əlifba ardıcıllığı ilə 172 nə-
fər keçmiş dövr şairləri və 337 nəfər müasir şair haqqında məlumat
verilmişdir. Mühacirət həyatı yaşayan şahzadə təzkirənin hər səhi-
fəsini müxtəlif şəhər, liman, ziyarətgah, ada və ya dənizlərdə yaz-
malı olur.
Təzkirənin dibaçəsində müəllif qürbət ellərdə könlünü məş-
ğul etmək üçün keçmiş və müasir şairlərin bəyəndiyi şeirlərini top-
layıb, onlar haqqında bir əsər yazmağı qərara aldığını bildirir. Di-
baçənin sonunda o, əvvəllər “Eşq” təxəllüsü ilə yazdığını və dərbə-
dər olub mühacir həyatına düşdüyü üçün təxəllüsünü “Xərab” ilə
əvəz etdiyini göstərir.
Bu əsərdə Əvhədi Marağayi, Azər Bəydili, Saib Təbrizi, Üzri
Bəydili, Qazızadə Ərdəbili, Şeyx Mahmud Şəbüstəri, Nəşə Təbrizi
(Əbdürrəzzaq), Nəsrulla mirzə Əfşar, Nəsim Qacar, Hümam Təbri-
zi, Yəqini Xalxali kimi şairlərimiz keçmiş dövr şairləri sırasında,
Aşüftə İrəvani (Hüseyn bəy), Əfsər Qacar (Məhəmməd Rza mir-
zə), Aşub İrəvani (Mirzə İsmayıl), İnsaf Qacar (Məlik İrəc mirzə),
Bəndə Təbrizi (Mirzə Rəzi), Beyza Qacar (Allahverdi mirzə), Bey-
za Qacar (İmamqulu mirzə ibn Dövlətşah), Hisari Bəydili (Mə-
həmməd Sadıq xan), Hüseyn İrəvani (Məhəmməd Hüseyn), Hacib
Qacar (Allahyar xan), Həşəmət Qacar (Hümayun mirzə), Xərab
Qacar (Hülaku mirzə), Xaqan (Fətəli şah), Xosrovi (Məhəmməd-
qulu mirzə Mülkara), Xavər Qacar (Heydərqulu mirzə), Darayi-
Qacar (Abdulla mirzə), Ravi Gorusi (Məhəmməd Fazil xan), Şapur
Qacar (Şeyxəli mirzə), Şərər Bəydili (Hüseynəli bəy), Şikəstə Qa-
car (Həsənəli mirzə), Tuti Cavanşiri (Əbülfəth bəy), Adil Qacar
(Əlişah Zillüssultan), İzzət Qacar (Süleyman xan), Fənayi Xoyi
(Mirzə Əbdürrəsul), Qabil Qacar (Həsənəli xan İrəvani), Mirzə
310
Həsənzadə T. Qacarlar dövrünün titulları. Bakı, 2011, s. 200.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
217
Məhəmməd Kuzəkonani Təbrizi, Mehdi bəy Şəqaqi, Mərrix Qacar
(Məhəmməd Bağır xan), Mənsur Sərabi (Mirzə Rza), Məsrur Qa-
car (Hüseynqulu xan), Məsrur Bəydili (Vəli Məhəmməd xan), Mi-
nayi-Əfşar Urumi (Fəridun), Mahmud mirzə Qacar, Münsif Qacar
(Məhəmməd Zaman xan), Məzhər Qacar (Mehdiqulu bəy), Nəsrul-
la mirzə Qacar, Nəsrulla xan Qaragözlü, Nüsrət Talışi (Sultan Hü-
seyn bəy), Naqis Təbrizi (Mirzə Mehdi), Hümayun mirzə Qacar
kimi şairlərimiz isə müasir şairlər arasında yer almışdır. Müəllif
farsca yazan şairlərlə yanaşı, türkcə və ərəbcə yazan şairlərə də yer
vermişdir. Belə ki, keçmiş şairlər fəslində türkcə yazan şairlərdən
Zehni Osmanlı, Ruhi Osmanlı, Qalib Əfəndi Osmanlı, məşhur
şairimiz Füzulinin oğlu Fəzləli və Əmir Əlişir Nəvai, müasir
şairlər fəslində isə İbrahim Əfəndi, Bağdad vəziri Əlirza paşa,
Pərtöv paşa, Raşid Əfəndi, Kamal Əfəndi Osmanlı və Nədim Bağ-
dadi (Mahmud bəy) xatırlanmışlar
311
.
Sonradan Hülaku mirzə “Xərabat” təzkirəsinin müasir şairlər
hissəsindən ibarət “Xərab” adlı başqa bir təzkirə də tərtib etmişdir.
Onun əlyazma nüsxəsi Paris Milli Kitabxanasında 1160 şifrəsi ilə
qorunur və Dr. Xəyyampur tərəfindən nəşr edilmişdir.
T.Həsənzadənin verdiyi məlumata görə, əvvəllər Eşq təxəllü-
sü ilə şeirlər yazmış Hülaku mirzənin öz təxəllüsünü dəyişməsi
onun İrandan Beynülnəhreynə (İraqa) mühacirət etdiyi zaman baş
vermişdir. Belə ki, o, Kərbəlada Şeyxiyyə təriqətinin banisi Şeyx
Əhməd Ehsaninin şagirdi Hacı Seyid Kazım Rəşti ilə görüşmüş,
seyid ona təxəllüsünü dəyişməyi məsləhət bilmiş və ona Xərab tə-
xəllüsünü vermişdir
312
.
311
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 482-512.
312
Həsənzadə T. Qacarlar dövrünün titulları. Bakı, 2011, s. 200.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
218
Əlyazmaları
“Xərabat”
İran İslami Şura Məclisinin kitabxanası 13888.
İran İslami Şura Məclisinin kitabxanası 922.
“Xərab”
Tehran Universiteti Mərkəzi kitabxanası 508.
İran Məlik Milli kitabxanası 246.
Ə.G.Məaninin şəxsi kitabxanası.
Paris Milli kitabxanası 1160.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
219
XUDAVERDĠ XAN QACAR
İran İslami Şura Məclisinin kitabxanasından Qacarlar nəsli-
nin digər bir nümayəndəsinin tərtib etdiyi “Təzkireyi- mədayihi-
Elxaniyyə” adlı daha bir təzkirə nüsxəsini aşkarlamışıq. Qeyd
edək ki, farsca təzkirələrə dair iki cildlik əsər yazmış Ə.G.Məani
bu təzkirə haqqında məlumat verməmişdir. Sözügedən əsərin
müəllifi Ədəb poetik təxəllüsü ilə tanınan Xudaverdi ibn Məhəm-
məd İbrahim xan Qacardır
313
. Onun atası Məhəmməd İbrahim xan,
Fətəli şahın əmisi olan Məhəmməd Həsən xanın nəvəsi və
Mehdiqulu xanın oğludur
314
.
“Təzkireyi-mədayihi-Elxaniyyə” Qacarlar dövrünün ortala-
rında yaşayıb-yaratmış 37 şairin qısa şərhi-hallarını, əsərlərindən
və şeirlərindən nümunələri əhatə edir. Bu şairlərdən bəzilərinin ad-
larına həmin dövrün digər məşhur təzkirələrində, məsələn, Rza-
qulu xan Hidayətin “Məcməül-füsəha”sında rast gəlmirik. Bu əsər
ilk növbədə şairlərin təzkirəçinin oğlu olan və Kamal təxəllüsü ilə
şeirlər yazan Allahqulu mirzə Elxaninin mədhində dedikləri şeirlə-
ri toplamaq məqsədi ilə yazılmış və əsərin adı da bu səbəbdən
“Təzkireyi-mədaihi-Elxaniyyə” qoyulmuşdur. Təzkirədə ən çox
Məşriq və Rizvan təxəllüslü şairlərin şeirlərindən örnəklər veril-
mişdir. Dibaçədə qeyd edildiyi kimi, əsər 28 zilhiccə 1256-cı ildə
(20.02.1841) yazılmağa başlanmışdır
315
. İstifadə etdiyimiz nüsxə
149 səhifədən ibarətdir və 1298-ci ilin zilhiccə ayında (25.10-
22.11.1881) köçürülüb tamamlanmışdır. Burada təxminən üç min
beyt yer almışdır.
Təzkirədə Ədəb (Xudaverdi Qacar), Rizvan (Sam mirzə Qa-
car), Süleyman xan Qacar, Əli Rza mirzə Qacar, Münşi Mirzə
313
Ədəb Qacar. Təzkireyi-mədaihi-Elxaniyyə. Məclis k/x, No. 8588.
314
Bax: Берже А.П. Фетх-Али-шах и его дети (исторический очерк) // “Рус-
ская старина”, 1886, № 6, с.559.
315
Təzkireyi-mədayihi-Elxaniyyə, s.1.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
220
Abdulla Xələc və b. kimi Azərbaycan türk əsilli şairlər də yer al-
mışdır. Təzkirənin tərtibində vahid bir prinsip gözlənilməmişdir.
Dostları ilə paylaş: |