Əhdi Bağdadi “GülĢəni-Ģüəra”
Sankt-Peterburq ġərq Əlyazmaları Ġnstitutu T-16
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
117
ĠBRAHĠM MĠRZƏ SƏFƏVĠ
XVI əsrdə təzkirə tərtibləmiş digər bir müəllif Səfəvilər süla-
ləsindən olan I Şah İsmayılın nəvəsi və Zəhirəddin Bəhram
mirzənin oğlu İbrahim mirzə Əbülfəthdir.
İbrahim mirzə Səfəvi, I Şah Təhmasib zamanında (1524-
1576) əvvəlcə Məşhəd hakimi olmuş, daha sonra isə şah sarayında
çalışmışdır. I Şah Təhmasib öz qızı Gövhərsultan xanımı ona ərə
vermişdir. Axırda II Şah İsmayılın əmri ilə öldürülmüşdür.
I Şah Abbasın (1587-1629) saray tarixçisi İsgəndər bəy
Münşi Türkman öz əsərinin Səfəvi şahzadələrindən bəhs edən böl-
məsində İbrahim mirzə haqqında bu məlumatları verir:
“Bəhram mirzənin ikinci oğlu İbrahim mirzədir. Onun anası
Şirvan vilayətinin əsilzadələrinə mənsub idi. O, cənnətməkan şah
həzrətlərinin (I Şah Təhmasibin – V.M.) kürəkəni idi və o həzrətin
vəfatı zamanı ulu dərgahda eşikağası mənsəbi ilə əzizlənmiş və şə-
rəflənmiş bir vəziyyətdə idi. O, yüksək qabiliyyətə, istedada, ağıla
və idraka malik idi və ali dərəcəli əmisinin (I Şah Təhmasibin –
V.M.) hüzurunda əziz, möhtərəm, sözükeçən, əhəmiyyətli, rəyi
dinlənən və məşvərətçi bir şəxs idi. Daha sonra qeyd edəcəyimiz
kimi, İsmayıl mirzənin (II Şah İsmayılın – V.M.) zamanında şəhid-
lik şərbətini nuş etmişdir… Sözügedən Sultan İbrahim mirzə çe-
şidli fəzilət və kamilliklərlə bəzənmiş və incəsənət fənləri ilə zinət-
lənmiş bir şəxs olub, zəmanənin istedad sahiblərindən idi. O, nəs-
təliq xətti ilə çox yaxşı yazırdı və incə qələmli bir müsəvvir (rəs-
sam – V.M.) idi. Musiqi və ədvar (musiqi nəzəriyyəsi – V.M.) el-
mində zəmanənin öncülü idi. O, musiqi bəstələmək sahəsində
Mövlana Qasım Qanuninin şagirdi olmuşdur. Yaxşı saz çalardı.
Dülgərlik etmək, saz yonmaq və mozaika (“xatəmbəndi”) yarat-
maq sənətlərində böyük məharətə malik idi. Xorasanda olarkən ək-
sər vaxtlarda şairlərlə, nəzm və bəlağət sahibləri ilə söhbət edərdi
və özü də “Cahi” təxəllüsü ilə şeir yazardı. Ondan aşiqanə qəzəllər
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
118
qalmışdır. O cümlədən bu iki məqtə onun əhvalatını qələmə alar-
kən xatirimizə gəldi:
Qitə
Getmək anı yetəndə yar gəlib çıxdı,
Cahi, Gözünü aç ki, əgər görməyə taqət varsa.
Qitə
Min gecədən sonra ki, sən yarla görüşdün,
Cahi, fürsətdir, gözünü ondan ayırma.
Onun yaratdığı böyük kitabxana[dakı kitablar] köhnə ustad-
ların və gözəl yazan xəttatların xətlərindən və misli-bərabəri olma-
yan qızıl qələmli müsəvvirlərin çəkdikləri təsvirlərdən ibarət idi.
Onun mülkiyyətində çoxlu digər töhfələr də vardı. Onun çinixanası
Çin və Xəta nigarxanalarını utandırırdı. [İbrahim] mirzənin [ölüm]
hadisəsindən sonra onun möhtərəm hərəmi o əsərlərin İsmayıl mir-
zənin əlinə keçməməsi üçün onların əksəriyyətini suya tökdü, çini-
ləri sındırdı, qalanlarına isə od vurdu və mirzənin matəmi üçün
həddən artıq fəryad və fəğan qopardı. Axırda o, ahu-zarının çoxlu-
ğu üzündən xəstələnib, yorğan-döşəyə düşdü və elə həmin ay fani
dünyaya vida edib, əbədiyyət aləminə qovuşdu”
185
.
II Şah İsmayıl taxta çıxdıqdan sonra Şamxal sultan onun
əmri ilə h. 984/1576-cı ildə İbrahim mirzəni öldürmüşdür. Mirzə
bəy Cünabədi bu hadisəni belə təsvir edir: “Bəhram mirzənin oğlu
İbrahim mirzə xeyli istedada, təb lətafətinə, gözəl nəzmə və yaxşı
xəttə malik idi, təxəllüsü Cahi idi, ovtar (simli musiqi)fənnində və
digərlərində kamal sahibi idi və həmin vaxt (yəni h.984/1576-cı
ildə II İsmayıl hakimiyyətə gələrkən – V.M.) darüssəltənə Qəzvin-
də yaşayırdı. II Şah İsmayıl da yaxşı təbə və zehnə malik idi və
çox yaxşı şeirlər deyirdi. Təxəllüsü Adil idi. Hələ o, hakimiyyətə
gəlməzdən əvvəl İbrahim mirzə ilə müşairə və mükalimə etmişdi
185
İsgəndər bəy Münşi Türkman. Tarixi-aləmarayi-Abbasi. I cild / farscadan
tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri: O.Ə.Əfəndiyev və
N.S.Musalı. Bakı: Təhsil, 2009, 423-424.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
119
və cənab mirzə onun cavabında bir şeir demişdi, bu isə onların ara-
sında inciklik yaranmasına səbəb olmuşdu. Bu inciklik İsmayılın
xatirində qalmışdı və o, padşah olduğu vaxt şahzadələrin həlak
edilməsinin əncamını çəkən zaman bir qorçuya əmr etdi ki, İbrahi-
mi qətlə yetirsin. Həmçinin qatilə demişdi ki, İbrahim mirzənin
ömür boyu yığdığı sərvət sənin ixtiyarına keçəcəkdir. Həmin qorçu
padşahın əmri ilə mirzənin evinə getdi və hökmü həyata keçirib
onu öldürdü. Amma padşahın doğma bacısı mirzənin arvadı idi və
dərhal matəm və şivən qopardı. O, mirzənin mal-dövlətinin və
cavahirlərinin qorçuya verilməməsi üçün onları xarab etdi və nəfis
əşyaları çaya tulladı. Qadın bundan sonra şəxsən özü İbrahim
mirzənin cəsədinə qüsl verdi, onu kəfənə tutdu, iki rükət namaz
qıldı, həmçinin onun ölümünün səbəbkarlarına nifrin yağdırdı”
186
.
Deyilənlərə görə, İbrahim mirzə ölümünün yaxınlaşdığını
bilmiş və II Şah İsmayıla belə bir məktub yazmışdır
187
:
Ey qardaş, boyama sən əlini insan qanından,
Əlin üstə digər bir əl var ki, güclüdür ondan.
Fələk o adamın ki, başına qızıl tac qoyar,
Axırda qara torpaq altında onu quylayar.
Qəbrimiz bir neçə ay səninkindən köhnə görünər, ancaq sən
bu çirkin işlərinlə ömründə bəhrə almazsan. Ey ağam, səkkiz ay
şahlıq müddətində ədalətli şahın fərmanı ilə 44220 nəfər dövlət
işçisi və qara camaat günahsız olaraq öldürülmüşdür ki, onlardan
320 nəfər peyğəmbər övladıdır. Onların çoxu həddi-büluğa çatma-
mış, məsum idilər. Bu dünyanı və axirəti yaradan Allah səndən
haqq-hesab istəyən gündə ona nə cavab verəcəksən? Sənin əhvalın
o baqqala bənzəyir ki, gün batana yaxın dükanını açar. Onun bu
müddətdə nə qədər alveri olar, məlumdur. Sənin cavanlığının yaxşı
186
Mirzə bəy Cünabədi. Rövzətüs-Səfəviyyə. Be kuşeş-i Qulamrza Təbatəbayi
Məcd. Tehran, 1378, s. 579-580.
187
Bax: Kərimov P. Şah İsmayıl Xətainin nəvəsi İbrahim Mirzənin ana dilində
şeirləri // Azərbaycan. - 2012. - № 1. s. 184-189.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
120
dövrü ötmüş, ömründən 48 il keçmişdir. Hər şeydən agah olan Al-
lah bilir ki, kafirlərə qarşı müharibədə mən həmişə şəhid olmağı
arzulayardım. İndi isə ümid edirəm ki, şəhidlərə qoşulacağam.
"İnna lillah və inna ileyhi raciun" ("Allahdanıq və ona qayıdaca-
ğıq")
188
.
İstəyirsən sən nəslimizə son qoyasan?
Bu nə cinayət? Görüm nəsilsiz qalasan!"
Qazi Əhməd Qumi İbrahim mirzənin yazdığı şeirlərin 3000
beytdən artıq olduğunu, divanına arvadı Gövhərşad banunun diba-
çə yazdığını, Qazi Əhməd Quminin atası Mir Münşinin isə bu əsəri
köçürdüyünü qeyd edir
189
.
Bu şahzadə müxtəlif hünər sahələrində mahir olmuş və sə-
nətkarları himayə etmiş, zəngin bir kitabxana qurmuşdur
190
.
İbrahim mirzə haqqında məlumat verən Məmmədəli Tərbiyət
yazır: “Mir münşi oğlu Hacı Əhməd Qumlunun qeyd etdiyinə
görə, bu şahzadənin qiymətli kitabxanasında bir çox dəyərli kitab-
lar və az tapılan albomlar vardır. Bu albomların birində görkəmli
xəttatların yazısı, ustad Behzad və digər rəssamların əsərləri top-
lanmışdır. Bu albomun qiyməti bir ölkənin birillik dövlət büdcəsi-
nə bərabərdir”
191
. Tərbiyət "Xansahibin bayazı", "Gülüstani-hünər"
və "Xülasətül-əşar"a istinadən İbrahim mirzənin şeirlərindən farsca
örnəklər təqdim etmişdir.
Elə bilmə ki, gözləri heç aldatmaq bacarmır,
Elə göstərir ki, guya hiylə satmaq bacarmır.
188
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan (fars dilindən tərcümə
edənlər: İsmayıl Şəms, Qafar Kəndli). Bakı, 1987, s. 164.
189
Məmmədova Ş. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi.
Bakı, Elm, 1991, s. 103-104.
190
Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1993, s.63.
191
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan (fars dilindən tərcümə
edənlər: İsmayıl Şəms, Qafar Kəndli). Bakı, 1987, s.162.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
121
Dilbər canıma qəsd edir, öcəşir yenə,
Davamsız dünya tək ondan vəfa gözləmə!
Camalın görməyə tabım yox, baxmayaraq,
"Ləntəbani" deyir, tənə vurur o mənə.
Atın tərifinə deyilmiş şeir:
Şığan oxdur, ötən fikir, arzu tək sevinc yaradır,
Döyünən ürəkdir, axan xəyal, göyləri sarsıdır.
Çapır, sanki yaşıl günbəz üstə damcıdır o süzür,
Qıdıqlayır külək onu, yerindən qovlayır, üzür.
Hərəkətdə incə, huşda misli yoxdur bu dünyada,
Qədəh yanından ötsə, nə qədəh tərpənər, nə badə.
F.e.d. Paşa Kərimov İbrahim mirzənin həyat və yaradıcılı-
ğından bəhs edən və türkcə şeirlərini əhatə edən bir məqalə nəşr et-
dirmişdir. Tədqiqatçı yazır: “İllərlə axtarışdan sonra İbrahim mir-
zənin Azərbaycan türkcəsində yazdığı şeirləri Almaniyada yaşayan
həmvətənimiz Məhəmmədəli Hüseyni Tehranın Saray kitabxana-
sından aşkar edərək surətini çıxartmış, AMEA-nın Məhəmməd Fü-
zuli adına Əlyazmalar İnstitutuna göndərmişdir. Aşıq şeiri forma-
sında yazılan bu 27 şerin, varsağıların dili çox aydın və sadədir.
Şair bu şeirlərin son bəndində İbrahim imzasından istifadə edib-
dir...Şairin bu şeirlərini nəzərdən keçirərkən ilk növbədə, Şah
İsmayılın xalq şeir üslubunda yazdığı qoşma, varsağı, gəraylı və
bayatıları yada düşür...”.
Orasını da qeyd etmək istərdik ki, İbrahim mirzənin haqqın-
da danışdığımız şeirləri 1581-ci ildə köçürülmüşdür”
192
. Məqa-lə-
192
Kərimov P. Şah İsmayıl Xətainin nəvəsi İbrahim Mirzənin ana dilində
şeirləri // Azərbaycan. - 2012. - № 1. s. 186.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
122
nin sonunda P.Kərimov ilk dəfə olaraq şairin türkcə şeirlərini oxu-
cuların diqqətinə çatdırmışdır:
Məni böylə zar eyləmə,
Aman dilbər, aman dilbər.
Dərdə giriftar eyləmə,
Aman dilbər, aman dilbər.
Qeyr ilə həmsüxən olma,
Bəlayi-canü tən olma;
Mana böylə düşmən olma,
Aman dilbər, aman dilbər.
Bir dəm mana yar ola gör,
Mərhəmi-əsrar ola gör;
Qəmimə qəmxar ola gör, -
Aman dilbər, aman dilbər.
Gözdən qanlu yaşum axdı,
Hicrin məni oda yaxdı;
Həsrətindən canım çıxdı, -
Aman dilbər, aman dilbər.
İbrahim der, gözəl xanım,
Çıxdı əflakə əfğanım;
Hicrində qalmadı canım, -
Aman dilbər, aman dilbər.
***
Şol zamanın cövhərindən,
Könül, incinmə, səbr eylə.
Əhli-aləmin tövründən,
Könül, incinmə, səbr eylə.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
123
Fələk sana cəfa qulur,
Görəlim kim, sonu nolur
Bu dünyadur, böylə olur,
Könül, incinmə, səbr eylə.
Seyli-qəm cuş edib daşdı,
Möhnətü-qəm həddən aşdı,
Neyləyəlim, böylə düşdi,
Könül, incinmə, səbr eylə.
Necə kim, bidad etmələr,
Sənin qətlünə yetmələr,
Necə səni incitmələr,
Könül, incinmə, səbr eylə.
İbrahim der: ol sərvi-naz,
Olmaz bizə məhrəmi-raz,
Həq kərimdür, böylə qalmaz,
Könül, incinmə, səbr eylə.
İbrahim mirzənin məclisləri həmişə elm və ədəbiyyat xadim-
lərinin yığıncağı olmuş, Hindistana səfər edən hər bir söz ustası
Xorasandan keçdikdə İbrahim mirzə onu bir müddət qonaq saxla-
yar və ona böyük hörmət göstərərdi.
İbrahim mirzə görkəmli söz ustalarının tərcümeyi-halı və
əsərlərindən nümunələri əhatə edən “Fərhəngi-İbrahim” adlı təzki-
rə yazmışdır
193
. M.Tərbiyət yazır ki, bu təzkirə “Səfinəyi-Xoşgu”
müəllifinin istifadə etdiyi mənbələrdən olmuşdur. Təzkirə dövrü-
müzə çatmadığı üçün bu məlumatla kifayətlənməli oluruq.
193
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan (fars dilindən tərcümə
edənlər: İsmayıl Şəms, Qafar Kəndli). Bakı, 1987, s.163; Məmmədova Ş.
“Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi. Bakı, Elm, 1991, s.
104.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
124
Ġbrahim mirzənin “Gülüstani-hünər” adlı əsərdəki minyatürü
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
125
TÖVFĠ TƏBRĠZĠ
Tövfi Təbrizi h. X/m.XVI əsrin ikinci yarısında öz zama-
nının şairləri haqqında “Təzkireyi-Tövfi” adlı təzkirə qələmə
almışdır. Sadiq bəy Əfşar bu şair haqqında məlumat vermiş, hətta
onu tənqid etmişdir: “Təbrizlidir. Şairliyi mötəbər sayılmadığından
sərrafçılıqla gün keçirirdi. Hal-hazırda deyirlər ki, o vilayətdə
nəzm əhli onu qəbul edir. Həqiqətən, zövqü və aşiqliyi olan bir
insandır. Lahican şəhərində onunla rastlaşdım. Vaxtını kimyagər-
liklə keçirirdi. Bu fənndə dərrakəsizliyinə baxmayaraq, risalə də
yazmışdı. Yoxlamaq xatirinə məndən soruşdu: “Həcərin (daşın)
neçə növü var?”. Dedim: “Sən de görüm həcər nədir, mən deyim
neçə növü var”. Və məlum oldu ki, həcər sözünün mənasını bilmir.
Çox sadəlövh insandır. Hər halda, yaxşı şeirləri var. Bu beytlər də
o cümlədən (16 beytini nümunə göstərir)”
194
.
Sadiq bəydən fərqli olaraq, “Zikri” təxəllüslü Təqiəddin Mə-
həmməd ibn Şərəfəddin Əli əl-Hüseyni əl-Kaşani “Xülasətül-əşar
və zübdətül-əfkar” əsərində öz müasiri olan Tövfinin şairliyini
yüksək qiymətləndirmiş, onu “Təbrizin seçkin şairlərindən” hesab
etmiş, “şairlikdə təbinin mükəmməl dərəcədə yüksək” olduğunu
vurğulamış, “rəngin qəzəllərə və mətin qəsidələrə” malik olduğunu
qeyd etmiş və yaradıcılığından 316 beyt örnək vermişdir. Zikri ey-
ni zamanda Tövfinin təzkirəsi haqqında da məlumat vermişdir:
“Amma öz şairliyi və öz şeirinə olan inamı ilə yanaşı, digərlərinin
də şeirlərini toplamış və deyirlər ki, son dərəcə yaxşı bir “Təzkirə-
tüş-şüəra” yazmışdır. Və bu əyyamda fəsahət meydanında at çap-
maqda olan şairlərin çoxusu haqqında həmin əsərində məlumat
vermişdir”
195
. Qeyd edək ki, Zikrinin Tövfi haqqında qeydləri h.
992/1584-cü ilə aiddir.
Məhəmmədəli Tərbiyət təzkirəsində Tövfi haqqında yazır:
“Təbrizin tanınmış şairlərindəndir. O, şairlikdə və şeir yazmaqda
194
Sadiq bəy Sadiqi. Məcməül-xəvas. Bakı, 2008, s.204-205.
195
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 312-313.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
126
tay-tuşlarından fərqlənərdi. Tövfi qəzəldə isfahanlı Mövlana Zəmi-
rinin şivəsini izləyirdi. Onun bir çox məzmunlu, aşiqanə şeirləri
vardır. Tövfi həmişə müxtəlif çalarlı qəzəllər və səlis qəsidələr ya-
zar, başqa şairlərin şeirlərini də toplayardı. O, rəvan dildə bir təzki-
rə tərib etmiş, orada öz dövründəki bir çox fəsahətli şairlər haqqın-
da məlumat vermişdir. O dövrdə yaşayan şairlərin çoxu, o cümlə-
dən Əczi, Səburi və həkim Əbu Talib onun şagirdlərindən olmuş-
lar”
196
. M.Tərbiyət bu məlumatları “Xülasətül-əşar” və “Sühufi-İb-
rahim” adlı əsərlərinə istinadən verir. Daha sonra M. Tərbiyət “Şə-
mi-əncümən” əsərində Tövfi haqqında verilmiş məlumatı olduğu
kimi təqdim edir: “Tövfi zərgərlik edərdi. O, bütün varını kimya-
gərliyə sərf etmiş, bir nəticəyə də çatmamışdır. Ola bilsin ki, Gilan
havasının təsirində Tövfi belə bir həvəsə düşmüşdür, yoxsa səliqəli
şairlər simurq quşu ovlamaq kimi belə boş fikirlərə düşməzlər.
Tövfinin təzkirəsi və iyirmi min beytdən ibarət divanı vardır”
197
.
Təzkirədə Tövfinin şeirlərindən dörd beyt nümunə verilmişdir:
Eşq oduna yanana qəmindən uzaqlıq çətin,
Didara alışana ayrılıq bir dərddir gərgin.
Divardakı şəklə can verib dirildən o canan,
Bir baxışla divara çevirdi, aldı məndən can.
Xəlvətdə rəqiblə görüşmüş olsan da əgər,
Utancaqlığın min gözətçiyədir bərabər.
Etdin cəfa mənə, sən görməyəsən heç bir an,
Miskin Tövfi diləyi ancaq budur Allahdan.
196
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 337.
197
Yenə orada, s. 337.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
127
Təzkirə müəllifi olan Tövfi eyni zamanda “Divan” sahibi ol-
muşdur. Lütfəli bəy Azər onun “Divan”ını şəxsən gördüyünü bildi-
rir
198
.
Təəssüf ki, “Təzkireyi-Tövfi” haqqında Sadiq bəy Əfşarın,
Lütfəli bəy Azərin, Zikrinin, M.Tərbiyətin və Ə.G.Məaninin qeyd-
lərindən savayı, əlavə məlumat əldə edə bilmədik.
198
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı: 2001, s.
93.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
128
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
129
XVII ƏSR TƏZKĠRƏÇĠLĠYĠ
Sadiq bəy Əfşar
Nazim Təbrizi
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
130
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
131
SADĠQ BƏY ƏFġAR
Görkəmli Azərbaycan şairi, xəttatı, rəssam-naqqaşı, musiqi-
şünası olan Sadiq bəy Əfşar həm də təzkirəçidir. Sadiqi Təbrizin
Vərci məhəlləsində h.939/1532-33-cü ildə anadan olmuş, babası
Sadiq bəy türk xudabəndəli elindən olub, eli ilə birlikdə Şah İs-
mayıl zamanında Şamdan Azərbaycana gəlib yerləşmişlər
199
. Lüt-
fəli bəy Azər və Şəmsəddin Sami Sadiqinin əfşar tayfasına mənsub
olduğunu yazırlar
200
.
Sadiqinin naqqaşlıq və rəssamlıq sahəsində böyük xidmətləri
olmuşdur. İsgəndər bəy Türkman Sadiqinin rəssamlığından danı-
şarkən onun “əvəzsiz müsəvvir”, “iti qələmli rəssam” adlandırır
201
.
Sadiqinin rəssamlığından bəhs edən Rocer Seyvori yazır: “…Saray
kitabxanasının kitabdarı kimi yüksək bir vəzifəyə ucalmış aqressiv
və çılğın dahi olan Sadiq bəy Əfşar rəssamlıqda heyrətamiz
realizm nümayiş etdirirdi ki, bu da Səfəvi incəsənətində yeni bir
yolun əsasını qoymuş və XVII-XVIII əsrlərdə realizmin yük-
səlməsinə gətirib çıxarmışdı”
202
.
Sadiqi II Şah İsmayılın dövründə sarayda kitabxanaçılıq xid-
mətinə başlamış, I Şah Abbas dövründə “kitabdar” (saray
kitabxanasının müdiri) vəzifəsinə təyin olunmuşdur. Bir müddət
sonra Sadiqi bu vəzifədən uzaqlaşdırılmışdır. Nəvaişünas f.e.d.
C.Nağıyeva Sadiqi Kitabdarın Nəvai ilə yaradıcılıq əlaqəsindən
bəhs edərkən yazır: “…saray kitabxanasında Sadiqi Nəvainin əsər-
lərini mütaliə edə-edə, əsərlərini nəstəliq xətti ilə köçürə-köçürə,
onları bədii cəhətdən müəyyənləşdirib tərtib edə-edə Nəvai sənəti-
nə, onun əsərlərinə vurulmuş və cığatay dilini öyrənmişdir”
203
. Sa-
199
Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı: 1999, s.20.
200
Şəmsəddin Sami. Qamusul əlam. IV c., s. 2913.
201
İsgəndər bəy Türkman. Tarix-e aləmara-ye Abbasi. Moəllef-e moqəddeme və
gərdavərənde-ye fehrest İrəc Əfşar. Tehran, 1350, s.260.
202
Savory R. Iran under the Safavids. Cambridge, 1980, p.131.
203
Nağıyeva C. Azərbaycanda Nəvai. Bakı: Tural-Ə, 2001, s. 160.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
132
diq bəy ondan artıq müxtəlif nəzm və nəsr əsərlərinin müəllifidir.
Bunlar arasında onun türk və fars dillərində qələmə aldığı şeirlər
“Divan”ı, “Qanunüs-süvər” risaləsi, Şah Abbas hakimiyyətinin ilk
illərindən və apardığı müharibələrdən bəhs edən “Fəthnameyi-
Abbasi-namdar” adlı poeması, nəsihətnamələri və mənzum heka-
yələri də vardır. Sadiqi “Külliyyat” da tərtibləmişdir. “Külliyyat”a
daxil olan əsərləri içərisində şübhəsiz ki, ən önəmlisi və qiymətlisi
“Məcməül-xəvas” adlı təzkirəsidir. Cığatay türkcəsində tərtiblən-
miş ikinci təzkirə nümunəsi olan “Məcməül-xəvas” I Şah İsmayıl
dövründən yazıldığı zamana qədər yaşayıb-yaratmış fars və türk
əsilli şairlərdən bəhs edir. “Məcməül-xəvas”ın yazılma ili məlum
olmasa da, tədqiqatçılar bu tarixin təxmini olaraq 1607-1608-ci ilə
təsadüf etdiyini müəyyənləşdirmişlər
204
.
Sadiq bəy təzkirəsini tərtibləmək üçün uzun illər ərzində mə-
lumat toplamışdır. Prof. Q.Kəndli Sadiqinin “Məcməül-xəvas”a
yazdığı müqəddiməyə əsasən, bu əsərin Şah Abbasın gəncliyində
və padşahlığının ilk dövründə yazıldığını göstərir:
Yüz şükr ki, bu təzkireyi-xeyri kəlam,
Bu şahi-cahan zamanında buldı tamam.
Ol ki, dəftərxaneyi-qədrında səbt etmiş adın,
Şahi-Abbas Əbülfəthi-Müzəffər giridar.
Bu şahənşahi-cavanbəxtin nihali-dövləti,
Gülşəni-iqbalü nüsrət icrə bulsun payidar
205
.
İsmayıl Hikmət və Məntiqə Muradova isə təzkirənin h.1007
/1598-99-cu ildə yazıldığını irəli sürmüşlər
206
. Təzkirə ön söz, sək-
kiz “məcmə” və xatimədən ibarətdir.
204
Kəndli-Herisçi. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı haqqında bəzi
qeydlər // Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: 1964, s.233; Levend A.S.
Türk edebiyyatı tarihi. Ankara, 1984, s.257; İsen M., Kılıc F., Aksoyak İ., Eydu-
ran A. Şair tezkireleri. Ankara, 2002, s.78; Kılıç F. XVII. yüzyıl tezkirelerinde
şair ve eser üzerine değerlendirmeler. Ankara, 1998, s.XXX.
205
Kəndli-Herisçi. Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı haqqında bəzi
qeydlər // Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, 1964, s. 233.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
133
Müqəddimədə Sadiqi farsca və türkcə şeir yazan şairləri top-
layan Caminin “Baharistan”, Əlişir Nəvainin “Məcalisün- nəfais”,
Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” və Sam mirzənin
“Töhfeyi-Sami”sindən söz açır: “Lihəzə xub-alamlıq fars nuktə-
pərdazları və mərğub-kəlamlıq türk süxənsazları bu cəmaət pəri-
şanlığı cəmiyyəti içün və bu taifə cəmiyyəti pür-nişanlığı içün şa-
yəstə məclislər və bayəstə məhfillər arastə və pirastə qılıbdurlar.
Əvvəla Şeyxül-İslami Əbdürrəhman Camininq “Baharistan”ınınq
bir rövzəsidur və yinə Əmiri-Kəbir Əlişirinq “Məcalisün-nəfa-
is”idür və yenə Təzkireyi-Dövlətşahdur və yenə şahzadeyi-aləm və
aləmiyanınq “Töhfeyi-Sami”sidür”
207
.
Bunun ardından müəllif təzkirəçilik silsiləsinin pozulmaması
üçün bu əsəri yazdığını bildirir: “Bu silsilə sər halqayi-intizamı
bir-biridin üzülməsün diyü və bu təzkirələr sər-riştəsi pozulmasun
diyü”
208
. Sadiqi təzkirəsini Əlişir Nəvainin “Məcalisün-nəfais” adlı
təzkirəsindəki üsula və tərtibə uyğun olaraq səkkiz məclisə ayırdı-
ğını və təzkirəsinin adını “Məcməül-xəvas” qoyduğunu da müqəd-
dimədə qeyd edir. Müqəddimənin sonunda təzkirəsini dövrün
hökmdarı Şah Abbasa ithafən yazdığını bildirir və ona dua edir.
“Məcməül-xəvas”ın strukturu aşağıdakı kimidir:
Birinci məcmə şairlik istedadı olan müasir paşahlar (12 şair);
İkinci məcmə şahzadələr (8 şair);
Üçüncü məcmə səltənət sütunu olan türklər (11 şair);
Dördüncü məcmədə səltənət sütunu olan taziklər (33 şair);
Beşinci məcmədə səltənət sütunu olan türklərin və taziklərin
böyük övladları (15 şair);
Altıncı məcmə peyğəmbər nəslindən olan şairlər (39 şair);
206
İsmayıl Hikmət. Azərbaycan ədəbiyyatı tarixi.II c. Bakı, s.89; Muradova M.
Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı, 1999, s. 42.
207
Təzkireyi-Məcməül-xəvas be zəbani-türkiyi-çəğatayi. Təlif-i Sadiqiyi-Kitab-
dar və tərcümeyi-an be zəbani-farsi be xameyi-Əbdürrəsul Xəyyampur. Təbriz,
1327, s.3.
208
yenə orada s.3.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
134
Yeddinci məcmə türk, fars və ərəb dillərində söz demək qüd-
rətinə malik olub, ərəb və əcəmdə şöhrət tapmış 28 türk şairi;
Səkkizinci məcmə əcəmin müasir fəsahət və bəlağət sahiblə-
rindən olan 222 şair.
Təzkirənin Əbdürrəsul Xəyyampur tərəfindən hazırlanmış
mətnində 333 şair haqqında məlumat verilmişdir. Külliyyatda isə
bu rəqəm 369-a çatır.
Xatimədə Sadiq bəy Əfşar öz şeirlərindən bir neçə beyti nü-
munə olaraq vermişdir.
Təzkirənin xatiməsində özünün də əsərdə zikr etdiyi şairlər-
dən kənarda qalmamasının məqsədəuyğun olmadığını bildirən Sa-
diqi şeirlərinin “ərbabi nəzmə” çatması üçün bu hissədə bəzi beyt-
lərini vermişdir. Sadiqi Nəvainin “Məcalisün-nəfais”inə maraq
göstərmiş və ona müvafiq olaraq səkkiz bölmədən ibarət təzkirə
yazmış və “Məcməül-xəvas” adlandırmışdır
209
. Ancaq Nəvaidən
fərqli olaraq, Sadiqi təzkirəsində seyidlərdən və türk şairlərindən
ayrıca bəhs etmişdir. Təzkirədə şairlər təxəllüslərinə görə deyil,
adları əsasında sıralanmışdır. Digər təzkirələrdə olduğu kimi, bura-
da da lətifələrə, rəvayətlərə rast gəlmək mümkündür. Ancaq şairlə-
rin doğum və ölüm tarixləri əsasən verilməmişdir. Sadiqi bu kitab-
da türk dili və ədəbiyyatını bütünlükdə ələ almış, mövcud üç ədəbi
şivəsinin şairlərini tanıtmış və əsərlərindən örnəklər vermişdir
210
.
Bəzi tədqiqatçılar təzkirənin azərbaycanca, bəziləri özbək-cığatay
ləhcəsində, bəziləri isə cığatay-azərbaycan ədəbi dilində yazıldığı-
nı irəli sürürlər. Prof. F.Köprülü Sadiq bəy Sadiqidən bəhs edər-
kən yazır: “Türkcə şeirlərindən başqa cığatay ləhcəsi ilə şüəra təz-
kirəsi yazması, azərbaycanlı şairlərlə bərabər, tanınmış Osmanlı və
cığatay şairlərindən də bəhs etməsi, türkçənin müxtəlif ədəbi ləh-
cələrini çox yaxşı bildiyinə və geniş mənası ilə türk mədəniyyətinə
qiymət verdiyinə dəlalət edir”
211
.
209
Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı, 1999, s.42.
210
Heyət C. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1993, s.62.
211
Köprülü F.Edebiyat araştırmaları. 2.c. İstanbul, 1989, s. 50.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
135
XVI-XVII əsrin əvvəllərində yaşayıb-yaratmış şairlərin hə-
yat və yaradıcılığından bəhs edən bu təzkirə Şah Təhmasib, Sultan
Məhəmməd Xudabəndə, Şah İsmayıl Xətai, Bəhram mirzə, Əlqas
mirzə, Sam mirzə, Sultan İbrahim mirzə, Sultan Həsən mirzə, Sul-
tan Mustafa mirzə, Füzuli, Şərif Təbrizi, Kəlbəli, Nəcati Rumi, Ba-
qi Çələbi, Qəzali Təbrizi, Rami Ordubadi və başqaları haqqında
məlumat verməsi baxımından dəyərlidir.
Məsələn, bir azərbaycanlı şairin həyat və yaradıcılığı Sadiqi-
nin qələmi ilə bu şəkildə təsvir olunmuşdur: “Pirqulu bəy – Yusif
bəy Ustaclunun qohumlarındadır. Mərhum şahın zamanında Sultan
Hüseyn mirzənin lələsi idi. Varlı adamdır. Şeir də yazır. Divan
bağlamağa müvəffəq olub. Bu beyt onundur:
Xətti-əksi görünür dideyi-giryan içrə,
Mur xeyli güzəri düşdi məgər qan içrə.
“Məcməül-xəvas”ı ədəbi əlaqələr tarixi baxımından qiymət-
ləndirən f.e.d. C.Nağıyeva təzkirədə Şahinin Şah İsmayıla, Su-
səninin Nəvaiyə cavablarını bu cəhətdən əhəmiyyətli olduğunu ya-
zır
212
. Bundan əlavə, Sadiqi əsərində Orta Asiya şairləri ilə bəra-
bər, Anadolu şairlərinə də yer ayırmışdır. Təzkirəçi əsərin birinci
məcməsində Mühibbi təxəllüsü ilə şeir yazan Sultan Süleyman,
türk şairlərindən bəhs olunan yeddinci məcməsində dövrünün “sul-
tanüş-şüəra”sı sayılan Necati bəy və Baqi haqqında məlumat ver-
mişdir.
Sadiqi əsərində şairlərə tənqidi münasibətini də bildirmişdir.
Məsələn, Məhəmməd bəy Məzaqidən bəhs edən təzkirəçi yazır:
“...Hakimliyinin əvvəllərində dörd-beş yüz qızılbaş mücahidini
qonşu ölkə ilə müharibədə qırğına verdi, təkcə özü sağ qaldı. Hə-
qiqətən də o “şücaət və səxavət” sahibindən doğru bir söz eşitmə-
dim. “Yalançının yaddaşı olmaz” məsəli doğrudur”. Sadiq bəy Əh-
məd bəy Müşşərrəfin yaxşı şeir təbi olduğunu, lakin az məşğul ol-
duğunu, istəsə yaxşı şeir deyə biləcəyini qeyd edir. Mir Hüzuri
212
Nağıyeva C. Azərbaycanda Nəvai. Bakı, 2001, s. 156.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
136
Qumi, Mir Əşki, Mir Əbu Turab, Mir Münha, Mir Cəzmi, Mövla-
na Vəli, Mövlana Heyrəti təxəllüslü şairlərdən bəhs edən Sadiqi
onların yaradıcılığı və xarakterləri haqqında tənqidi münasibətini
bildirmişdir.
Sadiqi özündən əvvəlki bir çox təzkirəçilərdən fərqli olaraq,
dövrünün sənətkarlarının yaradıcılığı haqqında ümumi fikir və
mülahizələr irəli sürməklə kifayətlənmir. O, həm də haqqında bəhs
açdığı sənətkarların ədəbi irsinin uğurlu və qüsurlu tərəflərini qiy-
mətləndirməyə, onların fərdi cizgilərini verməyə çalışmışdır. Bu
cəhətdən şairin müasirləri olan ayrı-ayrı sənətkarların yaradıcılığı,
xüsusilə onların lirik şeirlərinin ictimai mənasını başa düşmək
üçün əhəmiyyəti çoxdur
213
.
AMEA Əlyazmalar İnstitutunda Sadiqi Əfşarın “Külliy-
yat”ının Təbriz nüsxəsinin fotosurəti mühafizə olunur
214
. Külliy-
yata daxil olan əsərlərdən biri də “Məcməül-xəvas” təzkirəsidir.
Təzkirənin külliyyata “Bəqiyyeyi-təzkireyi-şüəra” adı ilə daxil
edilmiş qismində, altıncı məcmənin sonunda, Mir Sədrəddin Mə-
həmmədin həyat və yaradıcılığının təsvirindən sonra və Mövlana
Təbi Yəzdinin bioqrafiyasından öncə, “Məcməül-xəvas”a aidiyyatı
olmayan 138 türk-Osmanlı şairi haqqında qısa məlumat və əsərlə-
rindən nümunələri əhatə edən anonim bir təzkirə yer almışdır. Təz-
kirə indiyə kimi təhlil və tədqiq olunmamışdır. Bu səbəbdən əsərə
dair tədqiqatlarımızı burada verməyi məqsədəuyğun hesab edirik.
Bu əsər haqqında ilk məlumatı hələ 1961-ci ildə Hacı Hü-
seynağa Naxçıvani
215
vermişdir. Daha sonra filol. e. n. Məntiqə
Muradova bu təzkirədən bəhs etmiş, “türkoloqların bu qiymətli
əsərdən istifadə etmədiklərini” qeyd etmişdir və orada əksini tap-
mış bir neçə şairin adını sadalamışdır
216
. Qəribədir ki, “Məcməül-
213
Azərbaycan ədəbiyyatı tarixi. III c., Bakı, 2009, s. 563-564.
214
Sadiq bəy Sadiqi. Külliyyat. Əlyazmalar İnstitutu, FS-27.
215
Hacı Hüseynağa Naxçıvani. Məhəmməd Naxçıvani və şərhi-bəzi əz kütübi-
xətti və asari-vey // Nəşriyyeyi-məxsusiyi-kitabxaneyi-milliyi-Təbriz. H.1341,
N 2, s. 490.
216
Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı: Elm, 1999, s.
51.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
137
xəvas”ın 2008-ci ildə işıq üzü görmüş Azərbaycan dilindəki nəş-
rində naşir bu haqda məlumatı ilk dəfə məhz özünün təqdim etdi-
yini yazır və anonim təzkirədəki şairlərin sadəcə siyahısını təqdim
edir: “Külliyyatı görmədən fikir yürütmüş və ya yürüdülmüş fikri
təkrarlamış tədqiqatçıları pərişan edə biləcək bir məqam da budur
ki, təzkirənin altıncı məcməsinin sonunda – peyğəmbərlər nəslin-
dən olan şairlər fəslində bu fəslə aidiyyatı olmayan 138 orta əsr
türk-Osmanlı şairinin adı sadalanır...”
217
. Halbuki Osmanlı şairlə-
rindən bəhs edən həmin təzkirənin mövcudluğu yarım əsrdir ki, el-
mi ictimaiyyətə bəllidir. Bu əsər 2012-ci ildə “Anonim Osmanlı
təzkirəsi” adı ilə nəşr olunmuşdur
218
. Kitabda təzkirənin transfone-
literasiya olunmuş mətni yer almaqdadır. Burada da müxtəlif xa-
rakterli toponim, şəxs adı və ümumiyyətlə oxuma xətalarına rast
gəlirik.
Bu əsərin Osmanlı ədəbiyyatı tədqiqatçıları və təzkirəşünas-
lar tərəfindən ciddi müqayisə və təhlil əsasında öyrənilməsi, bu
yolla onun elmi dəyərinin ortaya çıxarılması zəruridir.
Tədqiqatçılar “Bəqiyyeyi-təzkireyi-şüəra” daxilində yer al-
mış anonim təzkirənin Sadiqiyə aid olub-olmaması mövzusunun
müqayisəli tədqiqata ehtiyacı olduğunu bildirirdilər
219
. Tərəfimiz-
dən aparılan araşdırmalar nəticəsində deyə bilərik ki, Osmanlı şair-
lərindən bəhs edən bu təzkirə Sadiq bəy Əfşarın qələminin məhsu-
lu deyildir. Biz bu əsəri Osmanlı təzkirələri və Əhdi Bağdadi təzki-
rəsi ilə də bir-bir müqayisə etdik və onun bu təzkirələrin heç biri
ilə tamamilə üst-üstə düşmədiyi məlumumuz oldu. Bundan əlavə,
təzkirədə elə şairlərin adlarına rast gəlirik ki, onların vəfat və do-
ğum tarixləri bu əsərin Sadıq bəyə aid edilməsinin mümkünsüz ol-
duğunu isbatlayır.
Sadiq bəy Sadiqi Əfşarın Təbriz əlyazma külliyyatına əlavə
olunmuş türk-Osmanlı şairlərin siyahısı tərtib edilərkən ciddi yan-
217
Sadiq bəy Əfşar. Məcməül-xəvas. Bakı: Elm, 2008, s. 9.
218
Anonim Osmanlı təzkirəsi / Çapa hazırlayan Ə.Bağırov. Bakı: Elm və təhsil,
2012, 100 s.
219
Sadiq bəy Əfşar. Məcməül-xəvas. Bakı: Elm, 2008, s. 9.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
138
lışlara yol verilmişdir
220
. Bu qüsurları görmək üçün siyahıya nəzər
salmamız kifayətdir:
Dostları ilə paylaş: |