AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix31.01.2017
ölçüsü3,29 Mb.
#7222
1   2   3   4   5   6   7   8   9   ...   22

2.4. TƏZKĠRƏLƏRĠN YAZILDIĞI ZAMAN VƏ 
MƏKAN 
 
Hər bir təzkirədən geniş şəkildə ayrıca bəhs edəcəyimiz üçün 
Azərbaycan təzkirələrinin yazıldığı tarix və məkan haqqında məlu-
matın cədvəl vasitəsilə daha əyani şəkildə çatdırılacağı qənaətində-
yik. 
Təzkirələri  nəzərdən  keçirdikdə  məlum  olur  ki,  təzkirəçilər 
əsərləri üçün materialları uzun illər ərzində toplayırdılar. Təzkirə-
lərin  tamamlanma  tarixi  əsərin  yazılma  tarixi  kimi  qeyd  olunur. 
Bəzi təzkirəçilər isə əsərlərini nə zaman yazmağa başladıqlarını və 
hansı tarixdə bitirdiklərini də qeyd edirdilər. 
Azərbaycanlı  müəlliflər  XVI  əsrdən  etibarən  təzkirə  qələmə 
almağa başlamışlar. XVI əsrdə Sam mirzə, Əhdi Bağdadi, İbrahim 
mirzə və Tövfi Təbrizi təzkirə tərtibləmişdir. Sam mirzə “Töhfeyi-

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
55 
Sami”  adlı  əsərini  h.957/1550-968/1561-ci  illərdə  Ərdəbildə  yaz-
mışdır. Əhdi Bağdadi isə əsərini h.971-1563-cü ildə Kütahyada qə-
ləmə  almışdır.  Bağdada  qayıdan  müəllif  burada  əsərinə  bir  rövzə 
də  əlavə  etmişdir.  Bu  əsrdə  təzkirə  tərtibləmiş  İbrahim  mirzə  və 
Tövfi Təbrizi haqqında mənbələrdə məlumat yer alsa da, təzkirələ-
ri dövrümüzə gəlib çatmamışdır. 
XVII  əsrdə  azərbaycanlı müəlliflər Sadiq  bəy Sadiqi və  Na-
zim Təbrizi tərəfindən iki təzkirə tərtiblənmişdir.  
Nazim  Təbrizi  1626-cı  ildə  yazdığı  təzkirəsi  ilə  XVII  əsr 
Azərbaycan  təzkirəçiliyini  zənginləşdirmiş,  Sadiq  bəy  Əfşardan 
sonra  dəyərli  bir  əsər  ortaya  qoymuşdur.  Təzkirə  İsfahanda  yazıl-
mağa başlanmış və Məkkədə tamamlanmışdır. Təzkirə tərtib prin-
sipi,  strukturu  və  təqdim  olunan  nümunələrin  yalnız  qəzəl  və  rü-
bailəri əhatə etməsi baxımından orijinaldır. 
XVIII  əsrdə  isə  Azərbaycan  təzkirəçiləri  bu  janrda  beş  əsər 
qələmə almışlar. İlk olaraq h.1160/1747-ci ildə Əliqulu xan Valeh 
Hindistanda təzkirəsini tamamlamışdır. Lütfəli bəy Azər isə təzki-
rəsini  h.1174/1761-1193/1779-ci  illər  arasında  İsfahanda  yazmış-
dır. İshaq bəy Üzrinin antologiya xarakterli təzkirəsinin nə tərtib-
lənmə tarixi, nə də yazılma yeri məlum deyil. XVIII əsrin digər iki 
təzkirəçisi  Sultan  Məhəmməd  xan  Səfəvi  əsərini  h.  1211-1216-cı 
illər arasında, Əbu Talib xan Təbrizi isə h.1206-ci ildə qələmə al-
mışdır. 
XIX  əsri  Azərbaycan  təzkirəçiliyinin  çiçəklənmə  dövrü  he-
sab etmək olar. Belə ki, XIX əsrdə təzkirəçilərimiz 22 təzkirə tər-
tibləmişlər.  H.1228/1813-cü  ildə  Əbdürrəzzaq  bəy  Dünbüli  Azər-
baycani  “Təcrübətül-əhrar  və  təsliyyətül  əbrar”  adlı  əsərini, 
h.1230/1814-cü ildə “Hədayiqül-üdəba” adlı əsərini, h. 1241/1825-
ci  ildə  isə  “Nigaristani-Dara”  adlı  təzkirəsini  Təbrizdə  qələmə  al-
mışdır.  Məhəmməd  Fazil  xan  Gorusinin  “Əncüməni-xaqan”ı 
h.1234/1818-ci ildə Tehranda yazılmışdır. Mahmud mirzə Qacarın 
“Gülşəni-Mahmud”  adlı  təzkirəsi  h.1236/1820-21-ci  ildə,  “Bəya-
nül-Mahmud”u  h.  1240/1824-1825-ci  ildə,  “Nüqli-məclis”i  isə 
h.1241/1825-ci  ildə  tərtiblənmişdir. Bəhmən mirzənin  “Təzkireyi-

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
56 
Məhəmmədşahi”  adlı  əsəri  h.1247/1831-ci  ildə  Ərdəbildə,  Mə-
həmməd  Saleh  Şamlunun  “Məhəküş-şüəra”sı  h.1252/1836-37-ci 
ildə  Heydərabadda  yazılmışdır.  Bu  qeyd  olunanlardan  əlavə  XIX 
əsrdə  Hülaku  mirzə  Qacar    “Xərabat”  (h.1255/1839),  Xudaverdi 
xan  Qacar  “Təzkireyi-mədayih-i  elxaniyyə”  (h.1256/1840-41), 
Məhəmməd  Bağır xan Qacar  “Fələkül-Mərrix”  (h.XIII  əsrin  I  ya-
rısı),  Heydərqulu  mirzə  “Təzkireyi-Xavər”,  Seyfüddövlə  Sultan 
Məhəmməd Tağı “Bəzmi-xaqan” (h. 1245/1829), Məhəmməd Ka-
zım Əsrar Əlişah Təbrizi “Behcətüş-şüəra” (h.1294/1877), Əli Rza 
mirzə Qacar “Büstanül-xaqaniyyə”, Əbülqasım Möhtəşəm Şirvani 
“Əxtəri-taban”  (h.1298/1880-81)  adlı  təzkirələrini  yazmışlar. 
Seyid Əzim Şirvani “Təzkirə”sini 1875-1883-cü illər arasında Şa-
maxıda,  Ziyai  “Təzkireyi-Ziyai”sini  XIX  əsrin  ikinci  yarısında 
Lənkəranda və Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab”ını 1891-
ci ildə Şuşada qələmə almışlar. 
XX əsrdə yazılmış Azərbaycan təzkirələrinin sayı ondur. Mə-
həmməd ağa Müctəhidzadə “Riyazül-aşiqin” adlı təzkirəsini Qara-
bağda yazmış və 1910-cu ildə İstanbulda çap etdirmişdir. İbrahim 
Tahir Musayev 1918-ci ildə Rzaqulu xan Hidayətin “Məcməül-fü-
səha”  adlı  təzkirəsini  ixtisarla  fars  dilindən  türkcəyə  tərcümə  et-
mişdir.  Şəmsəddin  xan  Həqqi  Təbrizi  “Əncümənül-üdəba”sını 
1928-ci  ildə  Təbrizdə  tərtibləmişdir.  Məhəmmədəli  Tərbiyətin 
“Danişməndani-Azərbaycan”ı  1935-ci  ildə  Təbrizdə  işıq  üzü  gör-
müşdür. Həsənəli xan Qaradağinin “Təzkireyi-Qaradaği” adlı əsəri 
də  XX  əsrin  əvvəllərində  Qarabağda  yazılmışdır.  Qulam  Məm-
mədlinin tərtib etdiyi iri həcmli “Təzkirə” 1954-cü ildə Bakıda ta-
mamlanmışdır. Azərbaycan müəllifi Seyid Əbdülhəmid Xalxalinin 
“Təzkireyi-şüərayi-müasiri-İran”  sərlövhəli  təzkirəsi  1954-cü  ildə 
iki  cilddə  Tehranda  çap  olunmuşdur.  Əziz  Dövlətabadinin  “Sü-
xənvərani-Azərbaycan”ı  1998-cı  ildə,  “Sərayendeqani-şeri-parsi 
dər  Qafqaz”  adlı  təzkirəsi  isə  1991-ci  ildə  Təbrizdə  nəşr  edilmiş-
dir.  Məhəmməd  Dəyhimin  “Təzkireyi-şüərayi-Azərbaycan”  adlı 
əsəri beş cilddə 1989-1992-ci illərdə Təbrizdə işıq üzü görmüşdür. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
57 
XXI əsrdə isə bu janrda yeganə nümunəni Şahin Fazil yarat-
mışdır və əsər 2006-cı ildə Bakıda çap olunmuşdur.  
Beləliklə,  apardığımız  araşdırmalar  nəticəsində  41  Azərbay-
can təzkirəçisinin XVI əsrdən XXI əsrə kimi 46 təzkirə tərtiblədiyi 
məlum olmuşdur. Təbii ki, bu, son rəqəm deyil. Gələcək tədqiqat-
lar zamanı bu sayda dəyişiklik də ola bilər, tərəfimizdən əldə olun-
mayan əsərlər üzə çıxarıla bilər. 
 

 
təzkirəçi 
 
təzkirəsi 
 
yazılma tarixi 
tərtib üsulu 
və ya 
strukturu 
 
 
 
XVI əsr 
 
 
 

Sam mirzə 
Töhfeyi-Sami 
h.957/1550-
968/1561 
7 fəsil 

Əhdi Bağdadi 
Gülşəni-şüəra 
h.971/1563-64-
1001/1592 
4 rövzə 

İbrahim mirzə 
Fərhəngi-İbrahim 
XVI əsr 


Tövfi Təbrizi 
Təzkireyi-Tövfi 
XVI əsr 

 
 
 
XVII əsr 
 
 
 

Sadiq bəy Əfşar 
Məcməül-xəvas 
h.1016/1607-1608 
8 məcmə 

Nazim Təbrizi 
Nəzmi-güzidə 
h.1027/1617-
1036/1626 
2 bab 
 
 
 
XVIII əsr 
 
 
 
 

Əliqulu xan Valeh 
Riyazüş-şüəra 
h.1160/1747 
əlifba 

Lütfəli bəy Azər 
Atəşkədə   
h.1174-
1193/1761-1779 
2 məcmərə 

İshaq bəy Üzri  
Təzkireyi-İshaq 
XVIII 
əsrin  II 
yarısı 
4 fəsil 
10 
Əbu Talib xan 
Təbrizi 
Xülasətül-əfkar 
h.1206/1791 

11 
Sultan Məhəmməd 
mirzə Bahadır xan 
Səfəvi  
Töhfətüş-şüəra  
h.1211/1796-
1216/1801 

 
 
 
 
XIX əsr 
 
 
 
12 
Əbdürrəzzaq bəy 
Dünbüli 
Təcrübətül-əhrar  və 
təsliyyətül əbrar  
h. 1228/1813 
3  fəsil 
 
 
Hədayiqül-üdəba 
h.1230/1814 
 
 
 
Nigaristani-Dara 
h. 1241/1825 
4 fəsil 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
58 
13 
Məhəmməd Fazil xan 
Gorusi Ravi 
Əncüməni-xaqan 
h.1234/ 
1818-19 
4 əncümən 
14 
Mahmud mirzə Qacar 
Gülşəni-Mahmud 
h.1236/1820 
 
 
 
Bəyanül-Mahmud 
h.1240/1824 
2 qismət 
 
 
Nüqli-məclis 
h.1241/1825 
4 fəsil 
15 
Seyfüddövlə Sultan 
Məhəmməd Tağı 
Bəzmi-xaqan 
h.1245/1829 
1  bəzm,  5 
əncümən 
16 
Bəhmən mirzə 
Təzkireyi-Məhəm-
mədşahi 
1247/1831 
4 riştə 
17 
Məhəmməd Saleh 
Şamlu 
Məhəküş-şüəra 
h. 1252/1836 
 
18 
Hülaku mirzə Qacar 
Xərabat 
h.1255-1256/1839 
əlifba 
19 
Xudaverdi xan Qacar 
Təzkireyi-mədayih-i 
elxaniyyə 
h. 1256/1840 

20 
Məhəmməd Bağır 
xan Qacar 
Fələkül-Mərrix 
h.XIII 
əsrin 

yarısı 

21 
Məhəmməd Həsən 
xan Etimadüssəltənə 
Xeyrati-hesan 
h.1304/1886-
1306/1888 
əlifba 
22 
Heydərqulu mirzə 
Təzkireyi-Xavər 
XIX əsr 
3 bəxş 
23 
Məhəmmədqulu 
Mirzə Qacar 
Təzkireyi-Xosrovi 
XIX əsr 
 
24 
Seyid Əzim Şirvani 
Təzkirə 
1875-1883 
4 fəsil 
25 
Məhəmməd Kazım 
Əsrar Əlişah Təbrizi 
Behcətüş-şüəra 
h.1294-99/  1877-
82 
əlifba 
26 
Əli Rza mirzə Qacar 
Bosatinül-xaqaniyyə 
XIX  əsrin  30-cu 
illəri 
5 bostan 
27 
Ziyai 
Təzkireyi-Ziyai 
XIX əsrin ikinci 
yarısı 
qarışıq 
28 
Əbülqasım 
Möhtəşəm Şirvani 
Əxtəri-taban 
h. 1298/1880 
əlifba 
29 
Mir Möhsün Nəvvab 
Təzkireyi-Nəvvab 
1891 
iki hissədə 
 
 
 
XX əsr 
 
 
 
30 
Məhəmməd ağa 
Müctəhidzadə 
Riyazül-aşiqin 
1910 
2 hissə 
(yalnız I cildi 
nəşr olunub) 
31 
Həsənəli xan Qa-
radaği 
Təzkireyi-Qaradaği 
XX əsrin əvvəlləri 

32 
İbrahim Tahir 
Musayev 
Riyazül-arifin 
1918 
 
33 
Şəmsəddin xan 
Həqqi Təbrizi 
Əncümənül-üdəba 
h.1307-1310/ 
1928-1931 
3 qismət və 9 
cild 
34 
Məhəmmədəli 
Tərbiyət 
Danişməndani-
Azərbaycan 
1935 
əlifba 
 
35 
Qulam Məmmədli 
Təzkirə 
1954 
əlifba 
36 
Seyid Əbdülhəmid 
Xalxali 
Təzkireyi-şüərayi-
müasiri-İran 
1333 / 1954 
2 cilddə 
37 
Əziz Dövlətabadi 
Süxənvərani-
1956 
Coğrafi 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
59 
Azərbaycan 
 
 
Sərayendeqani-şeri-
parsi dər Qəfqaz 
1991 
coğrafi  
 
38 
Əli Nəzmi 
Devist süxənvər 
1396/1976 

39 
Yəhya Şeyda 
Ədəbiyyat ocağı 
1985-2002 
coğrafi 
40 
Məhəmməd Deyhim 
Təzkireyi-şüərayi-
Azərbaycan 
1989-1992 
coğrafi 
 
 
 
XXI əsr 
 
 
 
41 
Şahin Fazil 
Təzkireyi-Şahin 
2006 

 
 
2.5. TARĠXĠ ƏSƏRLƏRĠN TƏZKĠRƏ HĠSSƏSĠ 
 
Bioqrafik  əsərlər  bəzən  müstəqil,  bəzən  isə  başqa  bir  əsərin 
bir  bölümü  olaraq  qələmə  alınır.  İkincidə  daha  çox  tarix  kitabla-
rının bir bölümü olaraq  bioqrafik  əsərlərə  rast  gəlirik
74
.  Azərbay-
can və Osmanlı müəlliflərinin qələmə aldıqları ümumi tarixlər içə-
risində  şairlər  haqqında  məlumat  verilməsi  ənənəsi  də  olmuşdur. 
Prof. M.İsen XVI əsr Osmanlı bioqrafiya ənənəsinin 3 fərqli növü-
nün olduğunu qeyd edir: 
1.
 
Ümumi tarixlərdə yer alan bioqrafiyalar; 
2.
 
Şəqaiq, təlif, tərcümə və zeyllərdə yer alan bioqrafiyalar; 
3.
 
Şüəra təzkirələrində verilən bioqrafiyalar
75

Araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki,  orta  əsrlərdə 
Şərq müəlliflərinin bəzi tarixi əsərlərində şairlərə xüsusi yer ayrıl-
mışdır.  Məsələn,  Hülakular  dövrünün  tarixçisi  Həmdullah  Mus-
tovfi Qəzvininin h. 730/1330-cu ildə yazdığı “Tarixi- güzidə” əsə-
rinin beşinci babının altıncı fəsli şairlərin tərcümeyi-hallarına həsr 
olunmuşdur
76
.  
Səfəvilər  dövründə,  XVII  əsrdə  yaşayıb-yaratmış  və  Azər-
baycanın qızılbaş tayfalarına mənsub olmuş üç tarixçi öz əsərlərin-
də şairlərin həyat və yaradıcılıqlarına xüsusi fəsillər ayrılmışdır. 
                                                 
74
 Bayram Ö. Gülistan-i İremin tezkire kısmı // Klasik Türk Edebiyatında Biyog-
rafi Sempozyumu Bildirileri. Ankara: AKMBY, 2011, s. 109. 
75
 İsen M. Tezkireden bioqrafiye. – İstanbul: 2010, s. 8. 
76
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 549.   

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
60 
 
 
Müəllif 
 
Əsər 
1. İsgəndər bəy Türkman  
 
Tarix-i aləmara-yi Abbasi 
2. Vəliqulu bəy Şamlu 
 
Qisəsül-xaqani 
3. Məhəmmədqulu xan Qacar 
Gənceyi 
 
 
Lübbül-lübab 
4.Abbasqulu ağa Bakıxanov  
 
Gülüstani-İrəm
 
 
I Şah Abbasın saray tarixçisi İsgəndər bəy Münşi Türkman 
“Tarixi-aləmarayi-Abbasi”  əsərində  I  Şah  Təhmasib  zamanının 
şairlərinə  xüsusi  bir  fəsil  ayırmış,  onların  həyatlarını  təsvir  etmiş 
və əsərlərindən nümunələr vermişdir
77
. Əsərin birinci cildində XVI 
əsr  tariximizə  dair  qiymətli  bilgilərin  verilməsi  ilə  yanaşı,  Azər-
baycan  ədəbiyyatının  həmin  dövrdə  yaşamış  bəzi  nümayəndələri-
nin – Şah İsmayıl Xətainin, İbrahim mirzə Cahinin, Xoca Cəlaləd-
din  Məhəmməd  Keçəçinin,  Müseyib  xan  Şərəfəddinoğlu  Təkəlü-
nün, Şahqulu bəy Rumlunun, Qasım bəy Halətinin, Sadıq bəy Əf-
şarın, Xoca Əmir bəy Keçəçinin, Vüqui Təbrizinin və başqalarının 
yaradıcılığı haqqında da müəyyən məlumatlar yer almış və onların 
bəzilərinin  şeirlərindən  nümunələr  əksini  tapmışdır.  “Tarixi-aləm-
arayi-Abbasi”nin  birinci  cildində  15  azərbaycanlı  şairin  adı  çəkil-
mişdir. Bunların 13 nəfəri Səfəvi dövründə, xüsusən də XVI əsrdə 
yaşayıb-yaratmış  şairlərdir.  Mənbədə  adları  çəkilən  azərbaycanlı 
şairlərin 6-sı əslən Ərdəbildən (Səfəvi nəslinin nümayəndələri), 3-
ü Təbrizdən, 1-i Gəncədən, 1-i Şamaxıdandır, digər 4-ü isə əfşar, 
türkman, təkəlü və rumlu oymaqlarına mənsubdur. Haqqında bəhs 
olunmuş şairlərin 4-ü peşəkar şair, 4-ü şah, 2-si şahzadə, 2-si vəzir, 
2-si  hərbçi  və  1-i  naqqaş  olmuşdur.  İsgəndər  bəy  Münşi  əsərinin 
birinci  cildində  bu  şairlərimizin  şeirlərindən  cəmi  44  misraya  yer 
                                                 
77
 Türkman İsgəndər bəy Münşi. Tarix-i aləmara-yi Abbasi. I cild. Bakı: Təhsil, 
2009, s. 371-389. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
61 
vermişdir  ki,  bunların  da  8  misrası  türkcə,  36  misrası  isə  farsca-
dır
78

Məlum  olduğu  kimi,  azərbaycanlıların  etnogenezində  iştirak 
etmiş və Səfəvilər dövlətinin hərbi-siyasi həyatında mühüm rol oy-
namış  türk  qızılbaş  oymaqlarından  biri  də  şamlu  tayfasıdır
79
.  XV 
əsrin  başlanğıcından  etibarən  Ərdəbil  şeyxlərinin  yanında  yer  al-
mış bu tayfa, XVI-XVII əsrlərdə Səfəvilərin nüfuzu artdıqca Azər-
baycan hüdudlarını aşaraq, İranın, Əfqanıstanın və s. Şərq ölkələri-
nin  müxtəlif  bölgələrinə  yayılmışdır.  Davudqulu  bəyin  oğlu 
Vəliqulu  bəy  Şamlu  h.  1035/1625-26-cı  ildə  Heratda  anadan  ol-
muşdur.  Gəncliyində  Heratı  tərk  etmiş  və  Sistanda  Məlik  Nüsrət 
xanın mustovfisi olmuşdur. Bir neçə ildən sonra o, Qəndəhara get-
miş  və  oranın  hakimi  Zülfüqar  xanın  saray  idarəçisi  (hacibi)  ol-
muş,  lakin h.1073/1662-63-cü ildə Qəndəharın  yeni  hakimi  Mən-
sur  xan  tərəfindən  tutduğu  vəzifədən  azad  edilmişdir.  Məhz  o  za-
man 38  yaşlı Vəliqulu  bəy tarixi  əsər  yazmaq üçün kifayət  qədər 
asudə vaxtının olduğunun fərqinə varmış və “Qisəsül-xaqani” adlı 
salnamə qələmə almağa başlamışdır. Müəllif öz əsərini tam şəkildə 
h. 1085/1674-75-ci ildə bitirmişdir
80
.  
“Qisəsül-xaqani” bir müqəddimədən, üç babdan  və bir xati-
mədən  ibarətdir.  Müqəddimədə  II  Şah  Abbasın  şəcərəsindən,  I 
babda Firuzşahdan I Şah İsmayıla qədər Səfəvi əcdadlarının həyat 
yolundan,  II  babda  I  Şah  İsmayıldan  II  Şah  Abbasın  hakimiyyətə 
gəlişinə qədərki Səfəvi tarixindən, III babda isə II Şah Abbasın ha-
kimiyyəti  dövründən  bəhs  olunmuşdur.  Əsərin  xatimə  hissəsi  üç 
təzkirəyə bölünmüşdür. I təzkirədə müəllifin müasiri olan alimlər-
dən,  həkimlərdən  və  fazillərdən  25  nəfərin  tərcümeyi-halına  yer 
verilmişdir. II təzkirədə II Şah Abbas dövrünün 101 şairinin həyat 
                                                 
78
 Musalı N. “Tarixi-i aləmara-yi Abbasi” əsərində XVI əsr Azərbaycan ədəbiy-
yatı  məsələləri  /  “Azərbaycan  Dünya  ədəbiyyatında”  Beynəlxalq  simpoziumun 
materialları. Xəzər Universiteti nəşriyyatı, 2012, s. 578-589. 
79
 ASE, X c., s.462. 
80
 Ч.А.Стори. Персидская литература. Москва, 1972, ч. 2, с.894. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
62 
və  yaradıcılığına  nəzər  salınmışdır.  III  təzkirədə  isə  o  dövrün  19 
məşhur dərvişindən söz açılmışdır
81

Əsərdə  azərbaycanlı  şairlərdən  Məliküşşüəra  Saib  Təbrizi, 
Mirzə Tahir Vəhid Qəzvini, Məczub Təbrizi, Molla Ədhəm Əzləti 
Xalxali, Təbrizin şeyxülislamı Mirzə Saleh, Bayandur xan Şeyxa-
vənd,  Molla  Murad  Təsuci,  Sultanəli  bəy  Şamlu,  Mirzə  Məhəm-
məd Rza Ünvan Təbrizi, Vahid Türkman, Məlik bəy Avcı, Abbas 
bəy Kisvəti Təbrizi, Mürtəzaqulu bəy Bayat və başqalarının tərcü-
meyi-hallarına, şeirlərindən örnəklərə yer verilmişdir
82

Araşdırmalarımız  zamanı  “Qisəsül-xaqani”nin  Tehrandakı 
İslami  Şura  Məclisi  kitabxanasında  saxlanan  8530  saylı  əlyazma 
nüsxəsini  əldə  etmişik
83
.  Əsərin  “Xatimə”  hissəsində  şairlərdən 
bəhs edən “ikinci təzkirə” əlyazmanın 645-733-cü səhifələrini əha-
tə edir. Təzkirə şeiri və şairliyi öyən qısa girişlə başlayır. Maraqlı-
dır ki, Vəliqulu bəy Şamlu da özündən əvvəlki Azərbaycan tarixçi-
si İsgəndər bəy Münşi kimi əsərinin təzkirə hissəsinin girişinə Ni-
zami Gəncəvinin bu beytini daxil etmişdir: 
 
Ulu Tanrı insanlardan cərgələr qurdu, 
Peyğəmbərlərin ardınca şairlər durdu. 
 
Təzkirədə  ilk  öncə  Saib  Təbriziyə  yer  verilmiş,  o,  “yüksək 
uğur sahibi olan padşahın zamanındakı şairlərin öndəgedəni” deyə 
vəsf edilmişdir və şairin yaradıcılığı geniş şəkildə təsvir edilmişdir. 
Müəllifin Saibdən bəhs edərkən, “indi hicri 1076-cı ildir” qeydin-
dən aydın olur ki, təzkirə m. 1665-66-cı ildə qələmə alınmışdır
84
 . 
Vəliqulu  bəy  şairlərimizin  farsca  şeirləri  yanaşı,  ana  dilində 
şeirlərindən  də  nümunələr  təqdim  etmiş  və  türkcə  yazan  şairlərin 
                                                 
81
 Salehi  N.  Kitabşinasiyi-tovsifiyi-mənabeyo-mütuni-təshihşodeyi-Səfəvi  dər 
do  dəheyi-axir  //  Kitab-i  mah  (tarix  və  coğrafiya),  IV/1-2,  1379  (mahi-azər), 
s.40-50. 
82
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 694-699. 
83
 Vəliqulu  bəy  Şamlu.  Qisəsül-xaqani.  İran  İslami  Şura  Məclisi  kitabxanası  – 
8530. 
84
 Yenə orada, s. 648. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
63 
yaradıcılığının bu yönü haqqında da məlumat vermişdir. Məsələn, 
müəllif  Təbriz  şeyxülislamı  Mirzə  Salehdən  söz  açarkən,  “onun 
türkcə və farsca şeirlərinin böyük şöhrətə malik olduğunu” bildirə-
rək,  şairin  aşağıdakı  mətlə  ilə  başlayan  türkcə  qəzəlindən  beytləri 
oxuculara təqdim edir
85

 
Kimsə açmaz qapımı badi-səbadan qeyri
Tanımaz kimsə məni dərdü-bəladan qeyri... 
 
Əslən  Ərdəbildən  olan  Bayandur  xan  Şeyxavənddən  bəhs 
edərkən,  müəllif  onun  “kəlamlarının  sorağı  yerdən  göyə  qədər 
yüksəlmiş və bəyənilmiş ali şövkətli türk qövmünün nümayəndəsi” 
olduğunu  qabardır
86
.  Tarixçi-təzkirəçinin  mənsub  olduğu  türk  et-
nosu haqqında bu cür tərifli ifadələrinə sonrakı səhifələrdə də rast 
gəlirik
87
. Vəliqulu bəy türkcənin şirin bir dil olduğunu vurğulaya-
raq,  Səfəvi  dövründə  “farsdilli  cavanmərdlərin”  də  bu  dilə  aludə 
olub  onu  öyrəndiklərini  qeyd  edir
88
.  Müəllif  ikidilli  (yəni  həm 
türkcə,  həm  də  farsca  şeir  yazmış)  şairlərimizdən  bəhs  edərkən, 
onların ilk növbədə məhz türkcə şeirlərindən nümunələr təqdim et-
məyi üstün tutmuşdur. 
Məlik  bəy  Avcının  türkcə  gözəl  şeirlər  yazdığı  qeyd  edən 
Vəliqulu  bəy  onun  bir  müxəmməs-müstəzadını  misal  gətirir.  İlk 
misralarını belədir
89

 
Bir afət imiş eşq ki, sevdasinə düşmək 
                                       Divanəlik istər. 
Gəncin diləyib kuhinə, səhrasinə düşmək 
                                       Viranəlik istər.... 
                                                 
85
 Yenə orada, s. 675. 
86
 Yenə orada, s. 678. 
87
 Yenə orada, s. 684. 
88
 Yenə orada, s. 675. 
89
 Şeirin daha dolğun forması üçün bax: Hüseyni M. Ədəbiyyat tariximizdən sə-
hifələr. Bakı, 2004, s.113-114. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
64 
 
Abbas bəy Kisvəti Təbrizinin də türkdilli poeziyasına diqqət 
çəkən  müəllif  onun  türkcə  “Var”  rədifli  beş  beytlik  qəzəlinə  yer 
vermişdir
90

Səfəvilərin  hakimiyyəti  dövründə  fəaliyyət  göstərmiş  XVII 
əsr Azərbaycan tarixçisi gəncəli Hacı Məhəmmədqulu xan Qacar 
Gəncə şəhərində hərbçi ailəsində doğulmuşdur. Uzun müddət hər-
bi işlə məşğul olması səbəbindən təhsilinə çox vaxt ayıra bilməsə 
də, tarix elminə maraq göstərmiş, bəzi tarixi əsərləri mütaliə etmiş 
və  axırda  özü  də  tarixi  əsər  yazmaq  həvəsinə  düşmüşdür.  Hicri 
1097 / miladi 1685-86-cı ildə o, müsəlman xanədanlarının tarixinə 
dair  23  fəsildən  ibarət  “Lübbül-lübab”  (“Seçilmişlərin  cövhəri”) 
adlı farsca əsər yazmışdır. Bu tarixi qaynağın günümüzə qədər iki 
əlyazma nüsxəsi gəlib çıxmışdır. Onlar Londonda Britaniya Muze-
yində və Tehranda yerləşən kitab fondlarında aşkar edilmişlər
91
.  
Axtarışlarımız zamanı “Lübbül-lübab”ın Tehran Universite-
tindəki Hikmət kolleksiyasında saxlanan 289 saylı əlyazma nüsxə-
sini əldə etdik. Hacı Məhəmmədqulu xan Qacar Gənceyinin əsəri-
nin şairlərdən bəhs edən 23-cü fəsli “Farsca şeir demiş Əcəm şair-
lərinin  zikri”  adlanır  və  əlyazmanın  180-212-ci  səhifələrini  əhatə 
edir.  Müəllif  təzkirə  qisminin  qısa  dibaçəsinə  belə  başlayır:  “De-
yirlər ki, İslamın peyda olmasından öncə alimlər və fazillər fars di-
lində şeir tapmamışlar və farsca şeir demiş bir şair tanımamışlar”. 
Qeyd edilir ki, yalnız bir rəvayətə görə, Sasani hökmdarı Bəhram 
Gurun  şir  ovladıqdan  sonra  bir  misra  söyləməsi  və  kənizi  Dilara-
mın  ona  bir  misra  ilə  cavab  verməsi  məlumdur.  Gəncəli  tarixçi-
təzkirəçi hesab edir ki, farsdilli poeziya məhz islam dövründə inki-
                                                 
90
 Vəliqulu  bəy  Şamlu.  Qisəsül-xaqani.  İran  İslami  Şura  Məclisi  kitabxanası 
8530, s. 706.  
91
 Стори Ч.А. Персидская литература: био-библиографический обзор; пере-
вел с английского, переработал и дополнил Ю.Э.Брегель. Москва, 1972, ч. 
I, c.443 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
65 
şafa başlamış və “farsca şeir demiş ilk şair Ustad Əbül-Həsən Ru-
dəkidir”
92
.  
İlk  babda  azərbaycanlı  şairlərdən  Əbülüla  Gəncəvi,  Xaqani 
Şirvani, Fələki Şirvani, Nizami Gəncəvi, Əvhədi Marağayi, ikinci 
babda Ağqoyunlu Sultan Yaqub, üçüncü babda Şah İsmayıl Xətai, 
Şah Təhmasib, Bəhram mirzə, Sam mirzə, Şah Məhəmməd Xuda-
bəndə, II Şah Abbas, Ünsi Zülqədər, Ənisi Şamlu, Deyri Zülqədər, 
Türk  Heydər  bəy  Zehni,  Rzapaşa  Təbrizi,  Salim  Təbrizi,  Səbri 
Təbrizi, Sadiqi bəy Naqqaş (Sadıq bəy Əfşar), Saib Təbrizi, Tövfi 
Təbrizi,  Mücrüm  təxəllüslü  Quluxan  bəy  Şamlu,  Molla  Məhəm-
məd Məczub Təbrizi, Füzuli, Qəsəmi Əfşar, Lisani Təbrizi, Meyli 
Təkəlü,  Müseyib  xan Təkəlü  və b. haqqında məlumat  verilmişdir. 
Buradakı  biblioqrafik  məlumatlar  və  şeir  örnəkləri  qısadır.  Bu 
əsərdən bəzi tərcümeyi-hal nümunələrini təqdim edirik: 
“Fələki Şirvani – Xaqaninin müasirlərindəndir və bəziləri de-
yirlər  ki,  o,  Xaqaninin  ustadıdır.  (Bu  beyti)  şirvanşahın  mədhinə 
dair demişdir”
93

“Cənnətməkan  fateh  Şah  İsmayıl  ibn  Sultan  Heydər  Səfəvi 
əl-Hüseyni Bahadır xan buyurmuşdur: 
 
Bisütun mənim naləmi eşidən kimi yerindən qalxdı, 
Fəryad etdi ki, daha bir Fərhad peyda olubdur. 
 
Onun türkcə və farsca mübarək təxəllüsü Xətaidir”
94

“Ünsi Zülqədər – ismi Həsən bəydir və könül oxşayan sözləri 
vardır. (Bu beyt) ondandır”. “Ənisi Şamlu – yüksək səviyyəli şair-
dir  və  xanlar  xanının  məddahı  olmuşdur.  (Bu  rübai)  ondandır”. 
“Salim  Təbrizi  –  adı  Mahmud  bəydir  və  yüksək  dərəcəli  şairlər-
dəndir. Caminin “Yusif və Züleyxa”sına yaxşı bir cavab demişdir. 
(Bu beyt) ondandır”. “Mövlana Füzuli Bağdadi – türkcə üstün ba-
                                                 
92
 Məhəmmədqulu xan Qacar. Lübbül-lübab. Tehran Universitetindəki Hikmət 
kolleksiyası 289, vər. 180-181. 
93
 Yenə orada, vər. 183. 
94
 Yenə orada, vər. 198. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
66 
carığa malikdir və farsca şeirləri də son dərəcə pakizədir”. “Lisani 
Təbrizi – xoş kəlama malik bəlağətlilərdəndir”. 
XIX  əsrin  birinci  yarısı  Azərbaycan  bədii,  mədəni  və  elmi 
fikrinin ən görkəmli nümayəndələrindən biri Abbasqulu ağa Bakı-
xanovdur.  O,  ilk  növbədə  şair  kimi  fəaliyyət  göstərərək,  klassik 
Azərbaycan və Şərq poeziyasının müxtəlif janrlarında Azərbaycan 
və fars dillərində şeirlər yazmış, milli poeziyamızın və nəsrimizin 
inkişafında müəyyən rol oynamışdır
95
.    
 A.Bakıxanovun  Azərbaycan  mədəniyyəti  və  elmi  tarixində 
ən  mühüm  xidməti  onun  tarixşünas  alim  kimi  fəaliyyəti  ilə  bağlı 
olub.  O,  1841-ci  ildə  fars  dilində  Azərbaycan  tarixşünaslığında 
misli görünməmiş  məşhur “Gülüstani-İrəm”  adlı  əsərini  tamamla-
mışdır. Alim əsərini qədim yunan, Roma, Bizans, Ərəb, fars, türk 
tarixçilərinin,  həmçinin  öz  dövrünün  Avropa  və  rus  tarixçilərinin 
və Azərbaycan və Dağıstanın tarixi ilə bağlı əsərlərindən, səyahət-
lərindən topladığı zəngin materiallar əsasında yazmışdır. Bu əsərdə 
əsasən Şirvan və Dağıstanın ən qədim dövrlərdən başlamış 1813-
cü ilə qədərki dövrünün tarixi tədqiq edilmişdir
96

Bu  tarixi  əsər  müqəddimə,  beş  fəsil  və  nəticədən  ibarətdir. 
Əsərin strukturu aşağıdakı kimidir:  
Müqəddimə Şirvan və Dağıstan vilayətlərinin hüdud və əra-
zisi,  adlanmalarının  səbəbi,  əhalisinin  mənşəyi,  dilləri  və  dinləri 
haqqında; 
Birinci  fəsil  İslam  dövlətinin  zühurundan  ərəb  qoşununun 
gəlməsinə  qədər  Şirvan  və  Dağıstan  ölkələrində  baş  verən  qədim 
hadisələr haqqında; 
İkinci fəsil ərəb ordusunun gəlməsindən başlayaraq moğolla-
rın istilasına qədər; 
Üçüncü  fəsil  moğol  istilasından  Səfəvilərin  zühuruna  qədər 
və Şirvanşahlar sülaləsinin səltənəti dövrü; 
Dördüncü fəsil Səfəvilərin zühurundan Nadir şahın vəfatına 
qədər; 
                                                 
95
 Azərbaycan ədəbiyyatı tarixi. IV c., Bakı, 2011, s. 102. 
96
 Yenə orada, s. 134. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
67 
Beşinci  fəsil  Nadir  şahın  vəfatından  «Gülüstan»  adlı  yerdə 
Rusiya və  İran dövlətləri arasında bağlanan sülh müahidəsi zama-
nına qədər; 
Nəticə Şirvan vilayətində və onunla qonşu olan yerlərdə təli-
fat sahibi və ya başqa fəzilət və məziyyətə malik olan şəxslərin tər-
cümeyi-halları haqqında. Əsərin nəticə hissəsi təzkirə xarakteri da-
şıyır.  Burada Şirvanda və onunla qonşu olan vilayətlərdə  elmi  və 
ədəbi fəaliyyətləri və başqa məziyyətləri ilə seçilən görkəmli sima-
ların həyat və fəaliyyəti qısaca işıqlandırılmışdır. 
A. Bakıxanov yazır: “Hər bir tayfanın kəmalat dərəcəsini, və-
ziyyət  və  hallarının  gözəlliyini  onların  təlifatından  və  sair  əsərlə-
rindən gözəlcəsinə anlamaq olar. Bir çox şəhər və kənd xarabaları, 
həzrət Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç imamzadə-
nin  Şamaxı,  Gəncə  və  Bərdə  şəhərlərində  olan  türbələri,  Bülbülə 
kəndindəki  imamzadə,  imam  Museyi-Kazımın  qızı  Həlimə  xatu-
nun Bakıda, Bibiheybətdəki türbəsi, Sufi Həmidin Şirvan Qobusta-
nındakı  məzarı  və  bir  çox  başqa  yerlərdə  olan  məşhur  seyidlərin, 
şeyxlərin və hörmətli fazil kimsələrin qəbirləri göstərir ki, bu ölkə 
həmişə  din  böyüklərinin  məskəni,  arif  və  alimlərin  vətəni  olmuş-
dur. Başqa faydaları  bir  tərəfə dursun, bu ölkə mötədil  iqlimli ən 
yaxşı yerlər sırasına daxildir. Öz dağlarında, çöllərində, meşələrin-
də  və  vadilərində  bütün  dünyanın  müxtəlif  məhsulatını  yetişdir-
məkdədir. Bu ölkədə  yaşayanların nəsli bütün insan tayfalarından 
qarışıqdır.  O  tayfalardan  hər  birinin  əxlaqı  və  asarı  bunlarda  gö-
rünməkdədir... 
Hər halda, bu ölkənin alim və fazillərinin həyatı imkan daxi-
lində hər birinin əsrinə müvafiq olaraq zikr edilir və azacıq da olsa 
onların əsərlərindən və fikirlərinin nəticələrindən qeyd olunur”
97
.  
“Gülüstani-İrəm”in bu hissəsində Məhəmməd Bakuvi, Niza-
mi Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Zül-
füqar Şirvani,  Seyid  Yəhya  Bakvuvi  və b. şairlər haqqında məlu-
                                                 
97
 Bakıxanov A. Gülüstani-İrəm / Tərcümə ed.: R.Ağayev. Bakı, 2001, s.  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
68 
mat vermişdir. Ö.Bayram  “Gülüstani-İrəm”in  təzkirə qismini təd-
qiqata cəlb etmişdir
98

 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin