Kayseri Rəşid Əfəndi, Əski əsərlər K/X. № 922.
Amasya Bayəzid İl Xalq K/X. 05 Ba 1073.
Manisa İl Xalq K/X. 45 Hk 6381.
İstanbul Millət K/X., Ali Əmiri Kolleksiyası 34 Ae 945.
Milli Kitabxana, Çankırı İl Xalq K/X. 18 Hk 180.
Vəqflər Genel Müdürlüyü, Safranbolu İzzət Məhəmməd Paşa
Kolleksiyası 65 Saf 550.
Çarls Şeffer kolleksiyası (Paris) P 182.
Çarls Şeffer kolleksiyası (Paris) 1144.
Çarls Şeffer kolleksiyası (Paris) 1145.
Çarls Şeffer kolleksiyası (Paris) P 151.
Özbəkistan EA Şərqşünaslıq İnstitutu № 57.
Rusiya EA Şərqşünaslıq İnstitutu B – 116.
Rusiya EA Şərqşünaslıq İnstitutu B – 118
Sankt-Peterburq Şərq Əlyazmaları İnstitutu 950 e.
Sankt-Peterburq Şərq Əlyazmaları İnstitutu 101.
Ayətullah Mərəşi Ümumi K/X. № 3674.
Ayətullah Mərəşi Ümumi K/X. № 7531.
Ayətullah Mərəşi Ümumi K/X. № 12096.
Tehran Universiteti Mərkəzi K/X. 49443.
Tehran Universiteti Mərkəzi K/X. 169.
Tehran Universiteti Mərkəzi K/X. 3007.
Məlik Milli K/X. 3848.
Müctəba Minui K/X. 67.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
103
İran İslami Şura Məclisi K/X. 615
İran İslami Şura Məclisi K/X. 529.
İran İslami Şura Məclisi K/X. 15004.
İran İslami Şura Məclisi K/X. 14313.
İran İslami Şura Məclisi K/X. 5649.
İran Milli K/X. 251.
İran Milli K/X. 805.
İran Milli K/X. 896.
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X 2721.
Şeyxülislam Arif Hikmətin kolleksiyası, Mədinə 544.
Hümayun Sənətizadə Kolleksiyası.
Ayətullah Məhəmməd Hüccət Kolleksiyası 81.
Los-Ancels K/X. C – 103.
İndia Ofis K/X. № 2570.
İndia Ofis K/X. № 601.
Britaniya Muzeyi Or. 490.
Berlin K/X. (Königlichen) № 643.
Berlin K/X. (Königlichen) № 643 a.
Vyana K/X. Mxt. 401.
Bombey Universiteti K/X. № 42.
Astani-Qüdsi-Rizəvi K/X.
AMEA Əlyazmalar İnstitutu B – 5119.
AMEA Əlyazmalar İnstitutu B – 5778.
AMEA Əlyazmalar İnstitutu B - 1118.
Konya Bölgə Yazma Əsərlər K/X. 44 Dar 279.
Ayasofya K/X. № 1041.
Britaniya Muzeyi K/X. Or. 3490.
Britaniya Muzeyi K/X. add 7670.
Britaniya Muzeyi K/X. add 2436.
Vyana Dövlət K/X. № 1201.
Gürcüstan Şərqşünaslıq İnstitutu 244.
Gürcüstan Şərqşünaslıq İnstitutu 166.
Leyden K/X. 831.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
104
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
105
ƏHDĠ BAĞDADĠ
Azərbaycan ədəbiyyatı tarixinə nəzər yetirdikdə məlum olur
ki, Azərbaycan dilində ilk təzkirəni Əhdi Bağdadi yazmışdır. İra-
qın türkman əhalisi tarixən Azərbaycan xalqının tərkib hissəsi ol-
muşdur. Görkəmli türk alimi M.F.Köprülü İraqın türkdilli əhalisini
soykök, dil, adət-ənənə və ədəbiyyat baxımından Azərbaycan mə-
dəniyyəti regionuna daxil etmişdir
159
. Əhdi haqqında ilkin məlu-
matları Aşiq Çələbi, Qınalızadə, Bəyani, Riyazi təzkirələrindən
alırıq. Bağdadda anadan olan Əhdinin əsl adı Aşiq Çələbi və Riya-
zi təzkirələrində Mehdi
160
, Qınalızadə təzkirəsində və “Künhül-əx-
bar”da isə Əhməddir. Ədəbi mühitdə isə Əhdi Bağdadi kimi tanın-
mışdır. Tarixçi Mustafa Ali “Künhül-əxbar”ında Əhdinin azərbay-
canlı olduğunu xüsusi vurğulayır: “…hətta bir zaman əcəmiliyini
bilmədi. Əcəmiliyi halında şüərayi-Rum təzkirəsini yazmağa me-
yilləndi”
161
.
“Gülşəni-şüəra” təzkirəsində atası Şəmsi Bağdadi, qardaşları
və yaxın qohumları haqqında verdiyi məlumatlar ailənin şəxsiyyəti
və nüfuzunu təsdiq edir
162
. Bağdadda mədrəsədə təhsil aldıqdan
sonra Rum elinə səyahətə çıxmış, İstanbulda olmuş, görkəmli şəx-
siyyətlər, alim və şairlərlə yaxından tanış olmuş, şeir məclislərində
iştirak etmişdir. İstanbula gəldikdən sonra onun şəhərdə yerləşmə-
sində Qanuni Sultan Süleymanın oğlu şahzadə Səlimin böyük rolu
olmuşdur. Ö.F.Akün Əhdinin şahzadə Səlimlə tanışlığının h.960/
1553-cü ilə təsadüf etdiyini yazır
163
. Bu münasibətlər şahzadənin
sancaqbəyi olduğu Manisada davam etmişdir. Əhdinin təzkirə-
159
Xıdırov C. İraq türkmanları. Bakı: Azərnəşr, 1993, s. 6.
160
Aşiq Çələbi. Məşairüş-şüəra. Britaniya Muzeyi, Or. 6434184b.; Riyazi. Riya-
züş-şüəra. Nurosmaniyyə kitabxanası, 3724. 102a..
161
Ali Mustafa. Künhül-ahbarın tezkire kısmı / hazır.: M.İsen. Ankara, 1994, s.
319.
162
Feyzullayeva V. Əhdi Bağdadi və onun “Gülşəni-şüəra” təzkirəsi // Ədəbiy-
yat məcmuəsi, 2000, s. 198.
163
Akün Ö.F. Ahdi. DİA, c. I, İstanbul, 1988, s.510.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
106
sindəki bəzi ifadələrdən onun Manisadan əvvəl bir müddət Adana
və Konyada da qaldığı məlum olur. Ədəbiyyat aləminin tanınmış
simaları ilə yaxın münasibət yaradan Əhdi orada keçirilən ədəbi
məclislərin daimi iştirakçısı olmuşdur. Onun ədəbi məclislərdə ta-
nış olduğu şairlərin adlarına təzkirəsində də rast gəlmək olur. Mən-
bələr Əhdinin h.971/1562-63-cü ildə Bağdada qayıtdığını yazır-
lar
164
. Əhdi demək olar ki, hazır olan təzkirəsini ona göstərdiyi kö-
məyə və qayğıya görə təşəkkür üçün şahzadə Səlimə təqdim etmiş-
dir. Kınalızadə Həsən Çələbidən başlayaraq Əhdidən bəhs edən di-
gər təzkirəçilər “Gülşəni-şüəra”nın Bağdadda yazıldığını bildirir-
lər. Ö.Akün bunun səbəblərindən biri kimi Əhdinin Bağdada yola
düşməsini ifadə edən “əzimət” sözünün “ovdət”
*
şəklində oxunma-
sını göstərir. Bundan başqa, Əhdi Bağdada qayıtdıqdan sonra
əsərini yenidən işləməsi (dördüncü rövzəni əlavə etməsi) əsnasında
ön sözə əlavə etdiyi ifadələr də təzkirənin Bağdadda yazılması
kimi nəticəni çıxarmağa səbəb olumşdur.
Müəllif tərəfindən təzkirəyə edilmiş əlavələr h.1001/1592-
93-cü ilə təsadüf edən hadisələri də əhatə etdyinə görə, Əhdinin
təxminən sözügedən tarixdən sonra vəfat etdiyini söyləmək olar.
Təzkirələrdən əlavə, Ruhi Bağdadi “Divan”ında da Əhdi xa-
tırlanmışdır. Mehmet Halit Bayırı 1933-cü ildə “Azerbaycan Yurt
bilgisi”ndə Əhdi Bağdadi ilə bağlı dərc etdirdiyi məqaləsində ya-
zır: “Ahdi hakkında zamanının telakkisini anlamak için hemşehrisi
ve muasırı Ruhi divanına muracaat etmek lazım gelir”
165
. Məqalə-
də Ruhi divanında Əhdiyə həsr olunmuş misralar verilir. Daha
sonra M.H.Bayırı Ruhi divanındakı bu beytlərin zamanında
Əhdiyə verilən qiyməti əks etdirdiyini göstərir: “Bütün bunlar
Ruhinin ve dolayısile zamanının Ahdi hakkındakı düşüncelerine
164
Bax: Ahdi ve Gülşeni-şuarası. Ankara, 2005, s. 4.
*
Ovdət - ayrıldığı yerə dönmək.
165
Bayırı M.H. Bağdatlı Ahdi // Azerbaycan Yurt bilgisi, 1933 haziran, № 18, s.
266.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
107
terceman olan hülasalar olmak itibarile ehemmiyetle göz önünde
bulundurulmağa şayandırlar”
166
.
F.e.d. A.Musayeva da Ruhi Bağdadi ədəbi irsini araşdırarkən
Ruhi və Əhdi Bağdadi münasibətlərinə də aydınlıq gətirmişdir:
“Ruhi “Gülşəni-şüəra” müəllifi, həm də şair tək anılan Əhdi Bağ-
dadi ilə eyni dövrdə, Bağdada yaşamışdır. Onlar bir-birlərini şəx-
sən tanımışlar. Əhdi Ruhidən yazdığı tək, Ruhinin də onunla bağlı
söylədikləri ilkin mənbələrdən biri kimi diqqətəlaiqdir”
167
. Tədqi-
qatçı Ruhi “Divan”ının Sankt-Peterburq İmperator kitabxanasında-
kı THC-143 şifrəli əlyazmasında Əhdi ilə bağlı beytləri ilkin ola-
raq ədəbiyyatşünaslara təqdim etmişdir:
Şüəra əskisi ol piri-süxəngu, yəni
Sahibi- “Təzkirə” Əhdiyi-qəzəlxan nicədür?
Gül gibi Əhdi tazə qəzəllər edərmi tərh?
Ol əndəlibi-gülşəni-irfan nə dəmdədür?
Tazələr ruhu sözü olsa nola köhnə vücüd,
Əhdiyi-zindədil, ol sahibi-peyman eyüdür.
Kimsənin məclisinə getdiyi yok “təzkirə”siz,
Sahibi-“Təzkirə”, ol piri-süxəndan eyüdür.
Əhdinin həyatı haqqında Azərbaycan ədəbiyyatşünaslığına
ilk məlumatı İsmayıl Hikmət verir: “Hicri X əsrin yetişdirdiyi klas-
sik türk şairlərindən biri də Əhdidir. Əhdi uzun müddət səyahətdə
olmuş, Türkiyədə yaşamış olmasına rəğmən ləhcə etibarilə Azər-
baycana mənsubdur”
168
.
166
Bayırı M.H. Bağdatlı Ahdi // Azerbaycan Yurt bilgisi, 1933 haziran, № 18,
s.267.
167
Musabəyli A. Ruhi Bağdadi: mühiti, həyatı, poetikası və Divanı (əlyazma
qaynaqları əsasında). Bakı: 2005, s.102.
168
İsmayıl Hikmət. Azərbaycan ədəbiyyatı tarixi. I c. Bakı: 1924, s.158.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
108
Osmanlı ölkəsini gəzən və dövrün bir çox məşhur şairlərini
yaxından tanımaq və əsərlərini görmək imkanı verən ədəbi və elmi
mühitlə arasıkəsilməz təmas, Əhdinin bu uzun səfərinin sonunda
tamamladığı təzkirəsi üçün məlumat mənbəyi olmuşdur. Azərbay-
can türkcəsində ilk təzkirə olan “Gülşəni-şüəra” təzkirəçinin
müasirlərini əhatə etdiyinə görə, Əhdiyə qədər yazılmış təzkirələr-
dən xüsusilə fərqlənir. Türk alimi S.Solmaz Əhdi təzkirəsinin önə-
mini içərisindəki başqa qaynaqlarda yer almayan şairlərin təyin et-
diyini vurğulayır və yazır: “Çoğunluğu devletin doğu kesiminden
olan, diger tezkirelerin hiç birinde yer almayan 147 şair bunun en
bariz delilidir. İrak mihver olmak üzere bugünkü İran ve Azerbay-
can, hatta Buharayı da içine alan, Suriye ve Mısıra kadar uzanan
bir bölgede yetişmiş bir çok şair ilk defa Ahdi ile edebiyat dünya-
mızdakı yerini almıştır”
169
.
Əhdi əsərini şahzadə Səlimə Kütahyada təqdim etmişdir.
Aşağıdakı qitəni də bu münasibətlə yazmışdır:
Cəm idüp ərbabi-nəzmi itdüm ol sultanə ərz,
Adət olmuşdur sunar bəndə şahi-dövranə ərz.
Xaki-payindən bitər məqsudi ərbab-i dilün
Nola sunsa xaki-payə Əhdiyi-fərzanə ərz
170
.
Əhdi təzkirəsini h.971/1563-64-cü ildə tamamlamış və yazıl-
ma tarixini aşağıdakı şeir parçası ilə göstərmişdir:
Gül kimi nəzmi ilə əhli-dilin,
Olsa rəşki-cinan bu rövzə nola.
Eyləyib cəm bir yerə Əhdi,
Dedi tarixi-Gülşənüş-şüəra
171
.
169
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin). Ankara, 2005, s. VIII.
170
yenə orada, s. 90.
171
yenə orada, s. 91.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
109
Əhdi bu tarixdə yazdığı təzkirəsini üç rövzəyə ayırmışdır.
Sonralar müəllif əsəri yenidən gözdən keçirərək h.1001/1592-93-
cü ilə qədər yetişmiş şairlər haqqında topladığı məlumatları əlavə
edərək, təzkirəsinə bir rövzə də artırmışdır. Dördüncü rövzəyə
əlavə olunan şairlər aşağıdakılardır: Təmərrüd Əli paşa, Həsən
paşa, Mehmet paşa, Əhməd paşa, Əhməd bəy, Dərviş bəy, Ömər
bəy, Təbi, Gərmi bəy, Feyzi, Mövlana Əhməd Həriri, Ülfəti,
Əhməd Zərif, Atəşi, Bəyani, Turabi, Cəmali, Xayiri, Həmdi, Hü-
seyni, Hökmi bəy, Xürrəmi, Hisali, Xülusi, Xadimi, Xumari, Xən-
dan, Duayi, Ruhi Bağdadi, Ruhi Çələbi, Zari, Zöhdi, Sami, Sai,
Səmai, Şərhi, Şəmsiyi-Divanə, Ziyai, Tüfeyli, Tərzi, Təriqi, Zü-
huri, Elmi, Arif, Əbdülvahid, Adni bəy, İzari, Ətiqi, Qafuri, Fəxri,
Mövlana Katib, Ləli, Lisani, Mühiti Əfəndi, Mühyi, Minnəti, Nati-
qi, Nüsrəti, Vəhdəti, Vəsfi.
Beləliklə, “Gülşəni-şüəra”nın ilk variantı müqəddimə, üç
rövzə və bir xatimədən ibarətdir. Təzkirənin tam nüsxəsi isə dörd
rövzədir. İlkin variantda təzkirədə Qanuni dövrü şairlərindən bəhs
olunmuşdursa, əlavələr zamanı əsərə II Səlim və III Murad dövrü
şairləri də xatırlanmışdır.
Təzkirənin birinci rövzəsində Qanuni Sultan Süleyman, şah-
zadə Sultan Səlim və digər şahzadələr, ikinci rövzədə dövrünün ta-
nınmış dövlət xadimləri, üçüncü rövzədə üləma və müdərrislər,
sancaq bəyləri və əyalət dəftərdarları, dördüncü rövzədə isə əlifba
sırası ilə müasiri olan şairlər haqqında məlumat və əsərlərindən nü-
munələr verilmişdir.
Əsərin müqəddimə və xatiməsi çətin bir dillə qələmə alın-
mışdır. Təzkirənin ilk üç bölməsində də sultan, şahzadə, bəylər-
bəyi, dəftərdar şairlərdən də bəhs olunarkən ərəb-fars ibarələri ilə
dolu ağır bir dildən istifadə olunmuşdur. Təzkirənin dilini təhlil
edən S.Solmaz yazır: “Dil yer yer ağırlaşmakta, ikili, üçlü terkipler
çok kullanılmaktadır. Birinci, ikinci ve üçüncü bölümlerde kul-
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
110
lanılan dilin belli bir standartı yoktur. Bu bölümlerde dilin kullanış
biçimini şairin sosyal statüsü belirlemektedir”
172
.
“Gülşəni-şüəra”nın müqəddiməsində Qanuni Sultan Süley-
man və şahzadə Sultan Səlim tərif edilmiş, “Səbəbi-nəzmi-kitab”
başlığı altında Türkiyə səfərini, İstanbulun elm adamları və şairləri
ilə tanışlığını, Bağdada qayıtmasını təsvir etmişdir. Təzkirəçi “Sə-
bəbi-təlifi-kitab” sərlövhəsi altında təzkirənin yazılma səbəbini
izah edir: “Səlatini-izamun və üləmayi-fixamun və sahibi-dövləta-
ni xubcamalun və eyşü nuş itdügüm şüərayi-şeirin maqalun və xid-
mətlərinə irişüb söhbətlərindən müstəfid olduğum kimsələrdə nəv-
safi-xamisin guş qıldığum füsəhayi-niku-xisalün məmha-əmkən tə-
təbbüyi-əhval idüb dörd rövzə təriqilə əla-qadrit-takə bu bir neçə
pərişan əvraqa cəm qılıb “Təzkireyi-ərbabi-səfa ani “Gülşəni-şüə-
ra” diyü nam verildi”
173
.
C.S.Robinson ədəbiyyatın bu janrında özünü sınamış iki sə-
ləfi və çoxsaylı xələflərindən fərqli olaraq Əhdinin onu bu işə sövq
edən adi səbəblərin adını çəkmədiyini yazır və daha sonra əlavə
edir: “Əhdinin sətiraltı fikirlərini oxuyarkən belə bir nəticəyə gəl-
mək olur ki, “Gülşəni-şüəra” təzkirəsinin tərtibi, çox ehtimal ki,
müəllifin Anadolu və İstanbul camaatına minnətdarlıq rəmzi ola-
raq Osmanlı ədəbi tarixinə şəxsi töhfəsini vermək arzusundan doğ-
muşdur. Ehtimal ki, təzkirə yazmaqda o, iki məqsəd güdmüşdür:
Rum xalqına öz təşəkkürünü bildirmək və Bağdad əhlini məlumat-
landırmaq”
174
.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan təzkirəçisi Əhdi
Bağdadi h.972/1564-65-ci ildə Sam mirzənin “Töhfeyi-Sami” təz-
kirəsini İstanbulda köçürmüşdür
*
. Əlyazma hal-hazırda İran Milli
172
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / haz. S.Solmaz. Ankara, 2005,
s.16.
173
yenə orada, s. 89.
174
Robinson C.S. Əhdi Bağdadinin “Gülşəni-şüəra” təzkirəsi / “Şərq” tərcümə
toplusu, № 3, Bakı, 2006, s.176-177.
*
Qeyd: Yuxarıda qeyd etdiyimiz kimi, bəzi müəlliflər Əhdinin h.971-ci ildə
İstanbuldan Bağdada qayıtdığını bildirirlər. Əgər Əhdinin h.972-ci ildə İstan-
bulda “Töhfeyi-Sami”ni köçürməsi haqqında kataloqlarda yer almış məlumat
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
111
kitabxanasında 896 şifrəsi ilə mühafizə olunmaqdadır
175
. “Gülşə-
ni-şüəra” adlı təzkirə qələmə almış Əhdi Bağdadi əsərinin ön sö-
zündə Sam Mirzənin təzkirəsi ilə tanış olması haqqında heç bir
məlumat vermir. Çox güman ki, Əhdi öz təzkirəsini Osmanlı şahza-
dəsinə təqdim etdiyi üçün orada Səfəvi şahzadəsinin əsərinin adını
çəkməyi lazım bilməmişdir. Belə ki, o dövrdə Səfəvi – Osmanlı mü-
nasibətlərində soyuqluq və ziddiyyət mövcud idi.
Əhdi əsərində yeri gəldikcə təzkirəsinin qaynaqları haqqında
da bilgi verməkdədir. S.Solmaz “Gülşəni-şüəra”nın qaynaqlarını
üç qismə ayırır: Əhdinin görüşdüyü şairlər, vəsfini etdiyi şairlər və
Əhdi ilə məktublaşan şairlər
176
. Belə ki, təzkirəçi bəzi şairlərlə
söhbət etdiyini, onların əsərlərini öyrəndiyini, bəzilərində isə arala-
rında “hüquqi-sabiqə” olduğunu qeyd etmişdir. Bir qism şairlər
haqqında isə “əvsafın quş itdigümüz şüəradandur” şəklində ümumi
açıqlama vermişdir. Əhdi bəzi şairlərlə məktublaşdığını, bəziləri-
nin yaxınlarından məlumat aldığını, bəziləri ilə isə dost olduğunu
söyləyir. Təzkirəçi Piri paşa (Adana)
, Təmərrüd Əli paşa (Sivas),
Pərviz Əfəndi, Süruri Əfəndi, Riyazi Əfəndi (Dimetoka, Ədirnə və
İstanbul), Əmiri Çələbi (Ədirnə və Bağdad), Əmani, Behişti (İstan-
bul), Cüdayi, Həmdiyi-Bursəvi (Bağdad), Hatəmi bəy (Ədirnə və
İstanbul), Sami, Ruhi Çələbi (Bağdad), Rəfi Çələbi, Tüfeyli (Bağ-
dad), Tərzi (Bağdad), Təriqi (Bağdad), İzari Çələbi (Ədirnə və İs-
tanbul), Adni (Bağdad), Arifi, Fani (Bağdad), Lütfiyi-Əcəm (Bağ-
dad), Məcdi (İstanbul və Bursa), Məhvi (İstanbul və Bursa), Növi
Çələbi (Ədirnə və İstanbul), Valehi Çələbi (Ədirnə və İstanbul),
Vüsali Çələbi (Ədirnə və İstanbul) ilə görüşmüşdür. Əhdi Əhməd
paşa və Muradi Bağdadi ilə məktublaşmışdır. Şübhəsiz ki, “Gülşə-
ni-şüəra”nın qaynaqları bu qədər deyildir. Təbii ki, Əhdi özündən
əvvəl yazılmış təzkirələri də görmüşdür. O, təzkirəsində Lətifidən
doğrudursa Əhdinin Bağdada qayıtma tarixini yenidən dəqiqləşdirməyə ehtiyac
yaranacaqdır.
175
Bax: Musalı V. Türk təzkirəçiliyi: biblioqrafiya. Bakı: 2011, s. 94.
176
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin). Ankara, 2005, s. 25.
Əhdinin şairlərlə hansı şəhərdə görüşdüyü mötərizə içərisində verilmişdir.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
112
bəhs edərkən “Lətifi təzkirəsi”ni gördüyünü, fəqət bu əsəri bəyən-
mədiyini yazır: “Kastamonıdan əhli-qələmdən üslubi-inşada kəndü
rəyi ilə bi-mislü-bi-həmta olduğıçün muüqəddəmə təzkireyi-şüara
yazmışdur. Lakin pəsəndi-zürəfa və məqbuli-füzəla olmamışdur.
Zira ki, çok yerdə təəssüb itmişdür”
177
.
S. Robinson təzkirənin qaynaqlarına toxunaraq göstərir ki,
Əhdi təzkirəsini təşkil edən müqəddimə və tərcümeyi-hallardan
belə təəssürat yaranır ki, şairlər haqqında verilən bütün məlumatlar
ya birbaşa həmin şairlərdən, ya da dolayı surətdə onları tanıyan və
onlar haqqında məlumatları olan başqa şəxslərdən alınmışdır. Da-
ha sonra tədqiqatçı qeyd edir ki, Eşqi, Qəndi, Qüdsi və Həlaki ilə
bağlı təqdim edilən məlumatlar Əhdinin Səhi və Lətifi təzki-
rələrindən istifadə etməsi haqqında fikir söyləməyə əsas verir
178
.
Təzkirədə Azərbaycan şairləri haqqında verilən məlumatlar
da maraq doğurur. Bunların arasında Əflatun, Bəsiri, Pənahi, Bida-
ri, Cəlili, Həsiri, Xəlifə, Hali, Xəlili, Zehni, Ruhi, Rindi, Zayi, Ari-
fi, Elmi Bağdadi, Ətiqi, Füzuli, Fəzli, Mir Qədri, Muradi Bağdadi,
Həmdəminin adını çəkmək olar.
Nümunə üçün Həsirinin boqrafiyasına nəzər salaq: “Şirvâ-
niyyül-asl ve sâhib-nesldür. Hayli nezâket-i tab ’ ve zerâfet-i
vasfla ârâste ve esbâb-ı lehv ü lu’bla ol felâket-me’âb pirâste
ve bir bî-riyâ ‘âşık-ı şeydâ ve’l-perişân-menzil ü bî-me’vâ
olmagın bûriyâdan bî-ser-i bî-devletine bir tâc-ı pür-revâc peydâ
idüp bîkaydlıgında şâhân-ı ‘ âleme ser-fürû ’ idüp ‘ arz-ı
ihtiyâc itmez ve hûb-rûyân-ı cihânı sûfî gibi bâg-ı cinâna satmaz.
Bir nîce müddet dârü’s-selâm-ı Bagdâd’da sâkin olup erbâb-ı
nazmla ihtilât-ı küllî eylemegin kelimâtına cüz ’ î irtibât virüp
vâdî-i şi’re sâlik ve emti’a-ı gazelden hayli mâl ü menâle mâlik
olmışlardur. Cümle elfâz-ı güher-nisârlarından bir iki beyt-i
177
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin). Ankara, 2005, s.501.
178
Robinson C.S. Əhdi Bağdadinin “Gülşəni-şüəra” təzkirəsi / “Şərq” tərcümə
toplusu, № 3, Bakı, 2006, s.178.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
113
pürnikât bu cem’iyyet-i zurefâya sebt olunması münâsib görüldi.
Ebyâtına eşhâs-ı ‘âşık-pîşe tâlibdür.
Nazm
Bize bir yâr-ı vefâ-dâr gerekmez mi gerek
Olıcak yâr-ı cefâ-kâr gerekmez mi gerek
Diğer : Türkî-vârınca söylerem şi’ri
Kâtî arınca söylerem şi’ri
179
.
Müxtəlif variantlarda davamlı şəkildə əsərə edilən əlavələr
üzündən təzkirənin bir-birindən fərqlənən nüsxələri meydana çıx-
mışdır. Təzkirə üzərində S.Solmazın apardığı araşdırma nəticəsin-
də əsərdəki şairlərin sayı 381-ə çatmışdır
180
. Əlavələr əsərin bəzi
yerlərində əlifba prinsipinin pozulmasına da səbəb olmuşdur.
Azərbaycan türkcəsində ilk təzkirə hesab olunan “Gülşəni-
şüəra”da Lətifi təzkirəsində bəhs olunmayan 272 şairin həyat və
yaradıcılığı haqqında məlumat almaq mümkündür. Başqa təzkirə-
lərdə bəhs olunmayan və yalnız “Gülşəni-şüəra”da rast gələ biləcə-
yimiz şairlərin sayı 147 nəfərdir.
Ö.F.Akün Əhdi təzkirəsinin çox qiymətli əsər olduğunu xü-
susi vurğulayır: “Künhül-ahbar”ın Ahdiyi küçümseyen o bilgili ve
tahkiki kuvvetli mağrur müellifi Ali gibi bir şahsiyet bile, bazı hal
tercümelerinde ondakı bilgilere yeni hiçbir şey katamayarak aynı
muhteva ile onu nakil ve tekrarlamak mecburiyyetinde kalmış-
tır”
181
.
Riyazi h.1018/1609-cu ildə yazdığı təzkirəsində Əhdi təzki-
rəsinin unudulduğunu yazırsa da
182
, bu məlumatı doğru saymaq
olmaz. Çünki “Gülşəni-şüəra” Əbdürrəhman Hibrinin “Ədirnə
tarixi”nə, “Ənisül-müsamirin” əsərinə və Əsrar Dədənin təzkirəsi-
179
Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin). Ankara, 2005, s. 271.
180
İsen M., Kılıc F., Aksoyak İ., Eyduran A. Şair tezkireleri, Ankara, 2002,
s.44.
181
Akün Ö.F. Ahdi. DİA, I c. İstanbul, 1988, s. 512.
182
Riyazi. Riyazüş-şüəra. Nurosmaniyyə kitabxanası, No.3724, vər. 102 a.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
114
nə qaynaq olmuşdur. XIX əsrin əvvəllərində P.Hammerdən başla-
yaraq, Ata Bəyin “Əndərun tarixi”ndə, Məhəmməd Sürəyyanın
“Sicilli-Osmani”sində və s. başlıca müraciət qaynaqlarından ol-
muşdur
183
. Ruhi Bağdadi “Divan”ından isə Əhdi təzkirəsinin Bağ-
dadda nə qədər məşhur olduğunu öyrənirik.
Türkiyədə Cümhuriyyətdən əvvəlki illərdə “Gülşəni-
şüəra”nın Vəliyiddin Əfəndi kitabxanasındakı nüsxəsi istisna ol-
maqla, digər əlyazmaları şəxsi kitabxanalarda mühafizə olunmuş-
dur
184
. Bu səbəbdən də təzkirədən yetərincə istifadə olunmamışdır.
Təzkirənin Sankt-Peterburq Dövlət Universiteti Şərq bölməsində
T-16 şifrə altında saxlanılan əlyazma h.1217/1802-ci ildə Abdulla
ibn İbrahim Üsküdari tərəfindən köçürülmüşdür. Həcmi 290 və-
rəqdir. Əlyazmanın fotosurəti Azərb. MEA Əlyazmalar İnstitunda
mühafizə olunur.
Əlyazmaları
Təzkirənin üç rövzədən ibarət olan nüsxələri
İstanbul Universiteti K/X., İbnül-Əmin kitabları 3111.
İstanbul Universiteti K/X. TY 9598.
Süleymaniyə K/X. Halət Əfəndi 107.
Topqapı Sarayı Muzeyi K/X. Xəzinə 1303.
Ankara Genel Kitablığı, Adnan Ötükən 47.
İzmir Milli K/X. 1154.
Berlin K/X. Ms. or. oct 3449.
Bayəzid Dövlət K/X. 10266.
Vyana K/X. 379.
Yuqoslaviya K/X.
Bursa El Xalq K/X.
Paris Milli K/X. Turc. 518.
183
Akün Ö.F. Ahdi. DİA, c. I, İstanbul, 1988, s. 512.
184
Yenə orada.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
115
Təzkirənin dörd rövzədən ibarət olan nüsxələri
Fateh Millət K/X. Əli Əmiri 774.
İstanbul Universiteti K/X. Ty. 2604.
Agah Sırrı Levend nüsxəsi, Türk Dil Kurumu K/X. B-55.
İstanbul Divan Ədəbiyyatı Muzeyi 669.
London Britaniya Muzeyi Add. 7876.
Misir Qahirə Milli K/X. M. 108.
Sankt - Peterburq Dövlət Universiteti, Şərq bölməsi T-16.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
116
Dostları ilə paylaş: |