AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix31.01.2017
ölçüsü3,29 Mb.
#7222
1   2   3   4   5   6   7   8   9   ...   22

2.6. TƏZKĠRƏ XARAKTERLĠ ƏSƏRLƏR 
 
Azərbaycanda  XX  əsrin  ortalarından  başlayaraq  təzkirə  xa-
rakterli  nümunələr  yaradılmışdır.  Təzkirə  tipli  əsərlərin  əvvəlki 
təzkirələrlə müqayisədə ən mühüm fərqi onlarda biblioqrafik infor-
masiya potensialının daha güclü olmasıdır
99

Ədəbiyyatşünas alim, yazıçı Əzizə Cəfərzadənin 1974-ci ildə 
çap etdirdiyi “Azərbaycanın aşıq və şair qadınları”
 100
 adlı kitabı 
əlavələrlə 1991-ci ildə yenidən nəşr olunmuşdur. Kitabın 1991-ci il 
nəşrində  sovet  dövrünə  qədər  yazıb-yaratmış  səksəndən  artıq  aşıq 
və  şair  qadınlardan  bəhs  edilmişdir.  Əsərdə  Məhsəti  Gəncəvi, 
Fatma  xanım  Ani,  Fatma  Kəminə,  Xanbikə,  Nimtac  və  başqa 
qadın  şairələrimiz  xatırlanmış,  əsərlərindən  nümunələr  təqdim 
olunmuşdur.  
Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi İsmayılzadənin 
(1905-1996)  tərtib etdiyi “Deyilən söz yadigardır”
101
 Bakı şairlə-
rinə həsr olunmuş müasir təzkirədir
102
. İyirmi il ərzində tərtib edil-
miş bu əsər ilk dəfə 1981-ci ildə nəşr olunmuşdur. Burada 87 Ba-
kı-Abşeron  şairi  haqqında  məlumat  və  əsərlərindən  nümunə  təq-
dim  olunmuşdur.  Məlumatlar  şairlərin  anadan  olma  tarixləri  əsa-
                                                 
98
 Bax: Bayram Ö. Gülüstani-İremin Tezkire Kısmı // Klasik Türk Edebiyatında 
Biyografi Sempozyum Bildirileri. Ankara, 2011, s.109-120. 
99
 Xələfov Ə. Təzkirəçilərin bugünkü sələfləri // Kitabxanaşünaslıq və biblioqra-
fiya, 2000, N 1, s. 92. 
100
 Azərbaycanın şair və aşıq qadınları /Tərt. ed.: Ə.Cəfərzadə. Bakı, 1991, 288 
s. 
101
 Bax:  Azərbaycan  yazıçılıarı.  Ensiklopedik  məlumat  kitabı.  Bakı:  1995,  s. 
554; Xələfov Ə. Təzkirəçilərin bugünkü sələfləri // Kitabxanaşünaslıq və biblio-
qrafiya,  2000,  N  1,  s.  92-99;  Kazımova  S.  Haqsızlığın  qurbanı  və  ya  Cəfər 
Rəmzi  kimdir?  //  Humanitar  elmlərin  öyrənilməsinin  aktual  problemləri,  2007, 
N 4, s. 93-97. 
102
 Deyilən söz yadigardır / Tərt. ed.: C.Rəmzi. Bakı, 1987, 433 s. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
69 
sında verilmişdir. Təzkirənin təkrar nəşri 1987-ci ildə işıq üzü gör-
müşdür.  Bu  nəşrdə  119  nəfər  şairdən  bəhs  olunmuşdur.  Əsərdə, 
demək olar ki, əksər şairlərin şəkilləri də verilmişdir.   
Nəsrəddin  Qarayevin  tərtib  etdiyi  və  1987-ci  ildə  işıq  üzü 
görən “Poetik məclislər” adlı əsərdə XIX əsrdə Azərbaycanın mə-
dəniyyət mərkəzlərində fəaliyyət göstərmiş “Divani-hikmət”, “Gü-
lüstan”, “Əncümənüş-şüəra”, “Beytüs-səfa”, “Məclisi-üns”, “Məc-
lisi-fəramuşan” və s. kimi ədəbi məclislərdən və onların nümayən-
dələrindən  söhbət  açılmış,  əsərlərindən  nümunələr  təqdim  olun-
muşdur
103
.   
Məmməd Nuru oğlunun hazırladığı “Azərbaycan qəzəlləri” 
adlı əsər 1991-ci ildə çap olunmuşdur
104
. Bu əsərdə XI-XX əsrlər-
də  yaşamış  Azərbaycan  şairləri  haqqında  qısa  bioqrafik  məlumat 
verilmiş  və  qəzəlləri  təqdim  olunmuşdur.  Kitabdakı  şair  sayı  327 
nəfərdir. 
1999-cu  ildə  Nadi  Əli  Pəyamın  təzkirə  xarakterli  “Səkkiz 
yüz ilin Azərbaycan-türk qəzəli” adlı kitabı nəşr edilmişdir. Kitab-
da Azərbaycan qəzəlxanlarının həyat və yaradıcılığı haqqında mə-
lumat verilmiş və qəzəllərindən nümunələr təqdim olunmuşdur. 
 
 
 
 
                                                 
103
 Poetik  məclislər  /  Toplayanı  və  tərtib  edəni:  N.Qarayev.  –  Bakı:  Yazıçı, 
1987, 526 s.   
104
 Azərbaycan qəzəlləri / Tərt. ed.: Məmməd Nuruoğlu. Bakı, 1991, 240 s. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
70 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
71 
 
 
 
 
 
 
III FƏSĠL 
 
AZƏRBAYCAN TƏZKĠRƏÇĠLĠYĠNĠN SPESĠFĠKASI 
VƏ OSMANLI TƏZKĠRƏLƏRĠ ĠLƏ FƏRQLĠ VƏ OXġAR  
XÜSUSĠYYƏTLƏTĠ 
 
3.1. Osmanlı təzkirəçiliyinə qısa rakurs 
3.2. Azərbaycan və Osmanlı təzkirələrinin fərqli və oxşar xüsusiy-
yətləri
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
72 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
73 
 
3.1. OSMANLI TƏZKĠRƏÇĠLĠYĠNƏ BĠR NƏZƏR  
 
Azərbaycan  və  Osmanlı  təzkirələrinin  spesifik  xüsusiyyətlə-
rini,  oxşar  və  fərqli  cəhətlərini  qeyd  etməmişdən  öncə  Osmanlı 
təzkirəçiliyi haqqında qısa məlumat verməyi məqsədəuyğun hesab 
edirik. 
Dövlətşah  Səmərqəndi  və  Əlişir  Nəvai  təzkirələrinin  qazan-
dığı şöhrət səbəbi ilə XVI əsrdən etibarən bu klassik nümunələrin 
təsiri altında Osmanlı ədəbiyyatında da təzkirələr yazılmağa başla-
mışdı.  
Türk  təzkirəçilik  tarixində  mühüm  yer  tutan  əsərlərdən  biri 
də  XVI  əsr  müəllifi  Qəribinin  “Təzkireyi-məcalis-i  şüəra-yi 
Rum”  adlı  təzkirəsidir
105
.  Bu  əsər  I  Şah  Təhmasibin  zamanında 
Azərbaycan  ərazisində  qələmə  alınmışdır.  Qəribi  Anadoludan 
Azərbaycana mühacirət etmişdir. Əsər Osmanlı türkcəsində yazılsa 
da,  orada  Azərbaycan  türkcəsinin  ciddi  təsiri  duyulur.  Təzkirə  
XIII əsrin I yarısından XVI əsrin I yarısınadək yaşayıb-yaratmış 54 
nəfər şairi əhatə edir. İlk üç vərəqində dibaçə yer almışdır. Təzkirə 
konkret  prinsip  əsasında  tərtiblənməmişdir.  Belə  ki,  bəzən  tarixi-
xronoloji ardıcıllığa riayət olunmuşdur. 
Səhi  bəyin  h.  945/1538-ci  ildə  tamamladığı  “Həşt  behişt”
ön söz, “behişt” adı verilən 8 təbəqə və bir xatimədən ibarətdir
106

Ümumilikdə  təzkirədə  241  nəfər  şair  xatırlanmışdır.  Bu  təzkirə 
üslub və struktur baxımından Herat təzkirələrini izləyir. “Həşt be-
hişt”in  ən  önəmli  cəhəti  Anadoluda  yeni  bir  ədəbi  janrın  əsasını 
qoymasıdır.  
                                                 
105
 Babacan  İ.  Tezkire-i  Mecalis-i  Şu‟ara-yı  Rum-Garîbî  Tezkiresi.  -  Ankara: 
Ankara Vizyon Yayınevi, 2010. 
106
 Sehi  Bey.  Tezkire  «Heşt  bihişt»  /  hazır:  M.  İsen.  İstanbul:  Tercüman 
qazetesi, 1980, 260 s.; Heşt bihişt: The tezkire by Sehi Beg. Work on Ottoman 
poets  with  a  critical  edition  based  Suleymaniye  Library,  Ayasofya  O.3545  by 
Gunay Kut. Harward-Cambridge, 1978. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
74 
“Həşt  behişt”dən  sonra,  Anadolu  sahəsində  yazılmış  ikinci 
təzkirənin  müəllifi  Kastamonulu  Lətifidir  (h.896/  1491-
h.990/1582).  “Təzkirətüş-şüəra  və  təbsirətün-nüzəma”  adlı  bu 
əsər  müqəddimə,  3  fəsil  və  xatimədən  ibarətdir.  Lətifi  təzkirəsini 
h.953/1546-cı  ildə  tamamlayıb,  Qanuni  Sultan  Süleymana  təqdim 
etmişdir
107
.  I  fəsildə,  Anadoluda  yaşayan  və  ya  buraya  gəlib, 
“Rumi” kimi tanınan 13 şeyx şairdən bəhs olunmuşdur. Təzkirənin 
II fəslində Osmanlı ölkəsində şeir yazan sultan və şahzadə şairlərə 
yer verilmişdir. Əsərin ən önəmli hissəsini təşkil edən III fəsildə II 
Muradın  hakimiyyəti  dövründən  h.950-ci  ilə  qədər  Anadolu  və 
Balkanlarda yaşayıb-yaradan şairlərdən 314 nəfəri haqqında məlu-
mat əlifba sırası ilə verilmişdir.  
XVI əsrdə tərtib olunmuş təzkirə müəlliflərindən biri də Aşiq 
Çələbidir (h. 926/1520 - h. 979/1572). Tanınmış türk şairi və mün-
şilərindən  olan  və  tərtib  etdiyi  təzkirəsi  ilə  şöhrət  qazanan  Aşiq 
Çələbinin ədəbi yaradıcılığı təzkirə, tərcümələr və mənzum əsərlə-
rindən  ibarətdir.  “Məşairüş-şüəra”
108
 təzkirəsi  Aşiq  Çələbinin  ən 
məşhur  əsəri  olub,  h.976/1568-ci  ildə  tamamlanmış  və  dövrün 
padşahı  II  Səlimə  təqdim  olunmuşdur.  “Məşairüş-şüəra”  mü-
qəddimə  və  şairlərdən  bəhs  edən  hissədən  ibarətdir.  “Məşairüş-
şüəra”nı daha əvvəl və sonra bu janrda yazılan təzkirələrdən fərq-
ləndirən  spesifik  cəhət,  müasiri  olan  şairlərə  geniş  yer  verməsi, 
onların  dostları,  yaşayış  tərzləri,  məişətləri,  əyləncələri  və  xarak-
terləri ilə  canlandırmasıdır. Müəllif şairlərdən bəhs  edərkən öz fi-
kirlərini, lətifə və hekayələri də bura əlavə etmiş və beləliklə, əsərə 
digər təzkirələrdə olmayan cəhətləri artırmışdır. Bundan əlavə, bu 
təzkirə Şərq təzkirəçilik tarixində əbcəd ardıcıllığı əsasında tərtib-
lənmiş yeganə təzkirə kimi xatırlanır.  
                                                 
107
 Latifi. Latifi tezkiresi / hazırl. M.İsen. Ankara: Kültür Ba-kanlığı, 1990, 513 
s;  Latifi  Tezkiretüş-şuara  ve  Tabsıratün-  nuzama  (İnceleme-metin)  /  haz. 
R.Canım. Ankara:  2000, IX+ 935 s. 
108
 Aşık Çelebi. Meşa‟irü‟ş-Şu‟ara  / hazır.: Prof. Dr. F. Kılıç. 3 cildde. – İstan-
bul: İstanbul Araştırmaları Enstitüsü, 2010; Aşık Çelebi ve şairler tezkiresi üze-
rine yazılar / Derleyenler:  Aynur H., Niyazioğlu A.  – İstanbul: Yapı Kredi Ya-
yınları, 2011. – 192 s. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
75 
XVI əsrdə yazılmış təzkirələrdən digər birinin müəllifi Qına-
lızadə  Həsən  Çələbidir  (h.953/1546-h.1012/1604).  Həsən  Çələbi 
dövrünün tanınmış alimlərindən biri olmuşdur. “Təzkirətüş-şüəra” 
adlı  əsərini  h.994  /1586-cı  ildə  qələmə  almışdır
109
.  Təzkirənin 
strukturuna gəlincə, əsər müqəddimə, sultan, şahzadə və əsl şairlər 
olmaqla 3 fəsildən ibarətdir. I və II fəsildəki padşah və şahzadələr 
xronoloji prinsipə, III fəsildəki şairlər isə əlifba sırasına uyğun sı-
ralanmışlar. Təzkirənin I fəslində 6 padşahdan, II fəslində 5 şahza-
dədən, III fəsildə isə 627 nəfər şairlərdən bəhs olunmuşdur. Qınalı-
zadə  təzkirəsinin  600-dən  artıq  şairi  əhatə  etməsini  nəzərə  alsaq, 
bu  əsəri türk təzkirəçiliyi  tarixində  ən iri  həcmli  təzkirələrdən he-
sab etmək olar. Təzkirə ağır, çətin üslubda qələmə alınmışdır.  
XVI  əsrdə  Osmanlı  sahəsində  təzkirə  tərtib  etmiş  digər  bir 
təzkirəçi  Mustafa  Bəyanidir.  Bəyani  ədəbi  mühitdə  “Təzkirətüş-
şüəra”sı  (h.1006/1597)  ilə  tanınmışdır
110
.  Təzkirə  müqəddimə  və 
iki  bölmədən  ibarətdir.  “Təzkirətüş-şüəra”nın  birinci  bölməsində 
5 padşah və 4 şahzadədən bəhs olunmuşdur. Əsərin ikinci bölmə-
sində  isə  XV-XVI  əsrdə  yaşamış  377  nəfər  şairə  yer  verilmişdir. 
Bu  əsər  Qınalızadə  təzkirəsinin  xülasəsidir  və  müqəddimədən  də 
məlum olduğu kimi, Bəyani, Qınalızadə təzkirəsini tamlıqla köçü-
rə bilmədiyi üçün yalnız tanınmış şairləri seçib əsərinə daxil etmiş-
dir.  Bəyani  əsərinə  Qınalızadə  təzkirəsində  olmayan  bəzi  şairləri 
də əlavə etmişdir.  
Türkiyə ədəbiyyatında XVII əsrdə də təzkirəçilik ənənəsi da-
vam  etmişdir.  Bu  əsərlər  XVI  əsrdə  yazılmış  təzkirələrin,  demək 
olar ki, zeylidir və XVI əsrdə təməli qoyulan və bir-birinin ardınca 
qiymətli  nümunələr  verən  Türkiyə  təzkirəçiliyini  fasiləsiz  davam 
etdirən  əsərlərdir.  XVII  əsr  təzkirəçilərindən  Riyazi,  Faizi,  Rza, 
Yümni, Asim və Güftinin adlarını çəkə bilərik.  
                                                 
109
 Kınalızade  Hasan  Çelebi.  Tezkiretüş-şuara.  /  İ.Kutluk.  C.I-II,  Ankara:  Türk 
Tarih Kurumu Basımevi, 1978 - 1989, 1094 s.  
110
 Beyani  Mustafa  bin  Carullah  Tezkiretüş–şuara  /  eleştirmeli  baskıya  hazırla-
yan Dr. İ.Kutluk. Ankara: TDK, 1997,  90 + 345s. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
76 
XVII əsrdə də Osmanlı təzkirəçiləri təzkirəçilik ənənəsini da-
vam  etdirmişlər.  Ancaq  XVII  əsr  təzkirələri  XVI  əsrdə  bu  janrda 
tərtiblənmiş  əsərlərdən  müəyyən  cəhətlərinə  görə  fərqlənmişdir. 
Belə ki, XVI əsr təzkirəçiləri öz dövrlərindən əvvəl yaşayan şairlə-
ri  əsərlərində  xatırlamışdılar.  Bu  səbəbdən  təzkirələrdəki  bio-bib-
lioqrafik məlumat da çox geniş olurdu və bu təzkirələrin həcminə 
də təsir etmişdir. XVII əsr təzkirəçiləri isə daha çox öz dövrlərində 
yaşayıb-yaradan şairlərdən bəhs  edir və bio-biblioqrafik məlumatı 
çox  qısa  verirdilər.  Əvəzində  isə  şeirlərdən  nümunələr  artırılırdı. 
Beləliklə,  qeyd  olunan  bu  dəyişikliklər  nəticəsində  XVII  əsrdən 
etibarən Osmanlı təzkirəçiliyi tarixində antologiya xarakterli təzki-
rələr tərtiblənməyə başladı.   
Riyazi təzkirəsi bu iki əsr arasında keçid dövrünün məhsulu-
dur.  Riyazi  təzkirəsini  h.1016/1607-ci  ildə  yazmağa  başlayıb, 
h.1018/1609-cu ilin rəcəb ayında bitirdiyini əsərin sonunda yazdığı 
tarixdən öyrənirik. Təzkirə tərtiblənərkən daha əvvəl yazılmış təz-
kirələrdən istifadə edilmişdir. Əsər müqəddimə və 2 rövzədən iba-
rətdir. Təzkirədə ümumilikdə 424 şair haqqında məlumat verilmiş-
dir. Riyazi özündən əvvəlki təzkirəçiləri tənqid etsə də, ikinci röv-
zədəki şairlər haqqında məlumat verərkən bu əsərlərdən bəhrələn-
mişdir.  “Riyazüş-şüəra”  XVII  əsrin  ən  diqqətəlayiq  təzkirəsidir. 
Əsərin ən önəmli cəhəti bütün şairlərin vəfat tarixlərini əks etdir-
məsindədir.  Riyazi  təzkirəsinə  daxil  etdiyi  bütün  şairlərin,  demək 
olar ki,  əsərlərinin  hamısını nəzərdən keçirmiş  və  yalnız tərifə  la-
yiq olan şeirləri seçmişdir. Ancaq digər təzkirəçilər bu çətinliyi öz 
üzərlərinə götürməmişlər 
111
.   
Qafzadə  Faizi  (h.998/1589-h.1031/1622)  “Zübdətül-əşar” 
adlı  antologiya  xarakterli  təzkirəsi  ilə  tanınmışdır.  Təzkirədə  XV 
əsrin  ortalarından  başlayaraq,  yazıldığı  1621-ci  ilə  qədər  yaşamış 
14-ü  qadın  olmaqla  515  nəfər  şairdən  bəhs  edilmişdir.  Bunlardan 
57-si ancaq bu təzkirədə xatırlanmışdır. Əsərdə şairlər haqqındakı 
bio-biblioqrafik məlumat iki-üç cümlədən artıq deyildir. Faizi təz-
                                                 
111
 Gibb  V.  Osmanlı  şiir  tarihi  /  terc.  A.Çavuşoğlu.  3-4-5.  c.  Ankara:  Akçağ, 
1999, s. 149. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
77 
kirəsinə daxil etdiyi şairlərin vəfat tarixlərini verməyə diqqət yetir-
miş, dəqiq bilmədiyi tarixləri isə şairlərin yaşadığı dövrü əks etdi-
rən  ifadələrdən  istifadə  etməklə  vermişdir.  Faizinin  “Zübdətül-
əşar”ı təzkirədən çox antologiyanı xatırladır.  
Əsrin  digər  bir  təzkirəçisi  Zəhrimarzadə  Rzadır.  Divan 
müəllifi olan Rza h.1050/1640-cı ildə təzkirəsini tamamlayıb, Sul-
tan  İbrahimə  təqdim  etmişdir.  Təzkirə  qısa  bir  ön  söz,  2  fəsil  və 
xatimədən ibarətdir. Təzkirəçi  ön sözdə  əsərinə  əvvəlki dövr pad-
şahları ilə yanaşı, h.1000/1591-ci ildən sonra yetişən şairləri daxil 
etdiyini  yazır
112
.  Təzkirənin  “Zikri-şüərayi-səlatini-maziyyə”  baş-
lıqlı birinci bölməsində 9 şair padşahdan bəhs olunmuşdur. Onlar-
dan hər birinin təxəllüsü, səltənət tarixləri və müddəti, şeirlərindən 
iki-üç beyt  nümunə verilmişdir. Əsərin  II bölməsində  əlifba sırası 
ilə  h.1000/1591-1050/1640-cı  illər  arasında  yetişən  257  şair  haq-
qında  məlumat  yer  almışdır.  Padşahlarla  birlikdə  təzkirədəki  şair 
sayı 266-ya çatır.  
Riyazi  və  Rza  təzkirələrini  qarşılaşdırdıqda  məlum  olur  ki, 
bu iki əsər XVI əsr klassik təzkirələri ilə antologiya xarakteri daşı-
yan təzkirələr arasında yer almışdır.    
XVII əsrdə tərtiblənmiş başqa bir təzkirənin müəllifi Yümni-
dir  (?-1073/1662).  O,  Qafzadə  Faizinin  təzkirəsinə  zeyl  yazaraq 
“təzkirənevislər”  sırasına  düşmüşdür.  Yümninin  qələmə  aldığı 
yeganə  əsər  “Təzkireyi-şüərayi-Yümni”  adlı  təzkirəsidir
113
.  Təz-
kirə 1621-1622-ci illərdə yaşayıb-yaratmış 29 şairi əhatə edir. Əsər 
1622-ci  ildə  təzkirəçinin  vəfatı  səbəbi  ilə  yarımçıq  qalmışdır. 
Yümni şairlər haqqında bir-iki sətirlik çox qısa məlumat və şeirlə-
rindən iki beytlə üç qəzəl arasında nümunə verir. Yümni təzkirəsi 
digər  təzkirələrdə  rast  gəlmədiyimiz  11  nəfər  şair  haqqında 
məlumat verən ilkin mənbə kimi dəyərlidir.  
                                                 
112
 Zavotçu  G.  Rıza  tezkiresi  (inceleme-metin).  İstanbul:  2009;  Rıza.  Tezkire-i 
Rıza,  İstanbul:  Dersaadat,  1316;  Seyyid  Riza  Zehrimarzade.  Riza  tezkiresi  / 
neşreden. Dr. S.Erdağı. Ankara: 2002, VII+109 s. 
113
 Erdem  S.  Mehmet  Salih  Yumni-Tezkirei-şuarayi-Yümni  //  Türk  dünyası 
araştırmaları, 1988 Ağustos, № 55, s.85 – 112. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
78 
Faizinin  “Zübdətül-əşar”ına  Yümnidən  sonra  ikinci  zeyli 
Seyrəkzadə Mehmed Asim (?-1675)  yazmış və əsərini “Zeyli-züb-
dətül-əşar” adı vermişdir. Əsər antologiya xarakterlidir. Təzkirəçi 
əsərinə h. 1030/1620-21-ci ildən ölümünə qədər 55 il ərzində  ya-
şayıb-yaratmış  şairləri  toplamışdır.  Asim  əlifba  sırasına  görə 
verdiyi 123 şairdən sonra, əsərin Qafzadə Faizinin təzkirəsinə zeyl 
olduğunu  və  “Zeyli-zübdətül-əşar”  adlandırdığını  yazır.  Antolo-
giya xarakterli təzkirələr içərisində  ən az məlumatı əhatə  edib,  ən 
çox nümunəni əks etdirən Asim təzkirəsidir.  
XVII  əsrin  ikinci  dərəcəli  şairi  hesab  olunan  ədirnəli  Əli 
Güfti  (?-  h.1088/1677)  orijinal  əsərləri  ilə  diqqəti  cəlb  etmişdir. 
Güftinin 2400 beytdən ibarət olan “Təşrifatüş-şüəra” adlı təzkirə-
si türk ədəbiyyatında nəzmlə qələmə alınmış yeganə təzkirədir
114

Türk ədəbiyyatında Güftidən başqa heç bir təzkirəçi mənzum təz-
kirə  qələmə  almamışdır.  Təzkirədə  106  şairdən  bəhs  olunmuşdur. 
Digər  təzkirələrdə  rast  gəlmədiyimiz  25  şair  haqqında  məlumatı 
məhz bu əsərdən alırıq. 
Prof. Dr. F.Kılıç apardığı araşdırmalara əsasən XVII əsr təz-
kirələrinin forma və məzmun baxımından XVI və XVIII əsr təzki-
rələrindən  fərqli  quruluşa  malik  olduğunu,  lakin  məlumatların 
verilmə sistemində, istifadə olunan terminologiyada fərqlilik təsbit 
edilmədiyini yazır. Alim XVI və XVIII əsr təzkirələrinin həcm eti-
barilə  XVII  əsrdən  daha  böyük  olduğundan  bunlarda  istifadə  olu-
nan terminlərin çox və çeşidli olduğunu vurğulayır
115

XVIII  əsrdə  də  Osmanlı  ədəbiyyatında  təcrübəli  təzkirəçilər 
yetişmişdir.  Mustafa  Mücib  əfəndi  XVIII  əsrin  ilk  təzkirəçisidir. 
O, gəncliyində şairlərin şeirlərindən ibarət məcmuə tərtibləmiş, da-
ha sonra əsəri genişləndirərək, h. 1120/1710-cu ildə təzkirəsini ya-
ratmışdır. Təzkirəsinə qısa bir giriş və IV Muradın bioqrafiyası ilə 
başlayan Mücib Əfəndi, əvvəlki təzkirəçilər kimi sultanları, müəy-
yən  məslək  sahiblərini  bir  qrupda  sistemləşdirməyərək,  sadəcə 
                                                 
114
 Güfti ve Teşrifatüş-şuarası / hazır.: K.Yılmaz. - Ankara: 2001, 300 s. 
115
 Kılıç  F.  XVII.  yüzyıl  tezkirelerinde  şair  ve  eser  üzerine  değerlendirmeler. 
Ankara, 1998, s. 353. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
79 
müasiri olan şairləri əlifba sırası ilə vermişdir. Təzkirə XVI  əsrin 
sonlarından başlayaraq müəllifin çağdaşı olan şairlərdən 107 nəfəri 
əhatə edir
116

Dövrünün tanınmış təzkirəçilərindən biri də Mustafa Səfayi-
dir. Səfayi, Rza təzkirəsinin qaldığı 1640-cı ildən öz dövrünə qədər 
yetişən şairləri təzkirəsinə daxil etmişdir. Onun h.1132/ 1720-ci il-
də  tamamladığı  “Nüxbətül-əsar  min  fəvaidil-əşar”  bir  ön  söz,  on 
səkkiz təqriz (rəy) və əlifba sırası ilə 476 nəfər şair haqqında veri-
lən bilgilərdən ibarətdir
117
. Müəllif təzkirəsini dövrünün sədrəzəmi 
Damad İbrahim paşaya təqdim etmişdir. Səfayi təzkirəsini tamam-
ladıqdan sonra dövrünün tanınmış on səkkiz elm adamına göstərib, 
onlardan əsər haqqında rəy almışdır və həmin rəyləri əsərin əvvəli-
nə  əlavə  etmişdir.  Təzkirəçilik  tarixində  Səfayiyə  qədər  belə  bir 
ənənəyə rast gəlinməmişdir. Səfvət Əfəndi XVIII əsrin sonlarında 
Səfayi təzkirəsini qısaldaraq yeni bir təzkirə tərtibləmişdir 
118
.  
Salim adlı təzkirəçi h.1134/1722-ci ildə təzkirəsini tamamla-
mışdır
119
.  Giriş  və  iki  fəsildən  ibarət  olan  təzkirədə  428  şairdən 
bəhs  olunmuşdur.  Bursalı  İsmayıl  Bəliğ  h.1139/1727-ci  ildə  ta-
mamladığı “Nüxbətül-əsar li zeyli-Zübdətül-əşar” adlı əsərini Qaf-
zadə  Faizinin  “Zübdətül-əşar”ına  zeyl  yazmışdır
120
.  “Ədəbi-zürə-
fa” müəllifi Hüseyn Ramizin h.1198/1784-cü ildə tamamladığı və 
“Ramiz  təzkirəsi”  kimi  məşhurlaşan  əsəri  h.1132/1720-h.1198/ 
1784-cü illər arasında yaşayıb-yaratmış 375 şair haqqında məlumat 
verir
121
.  XVIII  əsrin  ikinci  yarısında  yaşayan  Silahzadə  Mehmed 
Əminin  h.1204/1790-cı  ildə  sistemsiz  şəkildə  tərtiblədiyi  “Təz-
                                                 
116
 Mücib Mustafa. Tezkire-i Mücib. Ankara, 1997, 84 s. 
117
 Mustafa Safayi Efendi. Tezkire-i Safayi / haz.: P.Çapan. Ankara: 2005, 750 
s. 
118
 İsen  M.,  Kılıc  F.,  Aksoyak  İ.,  Eyduran  A.  Şair  tezkireleri,  Ankara,  2002,  s. 
106. 
119
 Salim Efendi. Tezkiretüş-şüara. İnceleme-metin / haz: A.İnce. Ankara: 2005, 
756 s. 
120
 İsmail Beliğ. Nuhbetül-asar li-zeyli Zübdetil-eşar. Ankara, 1985, XXII +718 
s.  
121
 Ramiz ve Adab-ı Zurafası. Ankara, 1994, XLVII+401 s.  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
80 
kirətüş-şüəra”sı h.1164/1751-h.1204/1790-cı illər arasında yaşayan 
127 şairin həyat və yaradıcılığını əhatə edir. Bu təzkirə Bəliğ təzki-
rəsinin  zeylidir.  Əsl  adı  Səfvət  olub,  Kəmiksizzadə  kimi  tanınan 
XVIII əsr təzkirəçisi h.1197/1783-cü ildə Səfayi təzkirəsini ixtisar 
edərək  təzkirə  tərtibləmişdir.  Bu  təzkirə  Səfayi  təzkirəsinin  əvvə-
lindəki rəylərin qısaldılmış şəklindən, həmin əsərdən seçilmiş 326 
şair  haqqında  məlumatdan  və  sona  əlavə  olunmuş  “Teyzil-kitab” 
hissəsindən ibarətdir. 
XVIII əsrdə mövləvilər arasında tanınmış şairlərdən biri Əs-
rar  Dədədir.  Onun  tərtiblədiyi  “Təzkireyi-şüərayi  mövləviyyə” 
h.1211/1797-ci  ilə  qədər  yaşayan  212  mövləvi  şairi  əhatə  edir
122

Əndərunlu Akif isə “Miratüş-şeir” adlı təzkirə tərtibləmişdir 
123

XVIII  əsr  təzkirələri  üzərində  araşdırma  aparmış  Prof.Dr. 
P.Çapan  bu  əsərləri  aşağıdakı  şəkildə  xarakterizə  edir:  “XVIII. 
yüzyıl tezkirelerinin iddia edilenin aksine, bir özentiden ziyade an-
anenin gelişip olgunlaşmasının ürünü oldukları kanaatindeyiz”
124
.  
XIX  əsrdə  Osmanlı  ədəbiyyatında  təzkirəçilik  əvvəlki  əhə-
miyyətini  itirməyə  başlamışdı.  Bu  əsrin  ilk  təzkirəçisi  Seyid  Əb-
dülfəttah  Şəfqətdir.  Onun  h.  1229/1814-cü  ildə  yazdığı  “Təzkirə-
tüş-şüəra” 1730-1814-cü illər arasında yetişmiş 125 şair haqqında 
məlumatı əhatə edir.  
Əsəd Əfəndinin h. 1251/1835-ci ildə qələmə aldığı “Bağçeyi-
səfa-ənduz”  adlı  təzkirəsində  h.1135/1722–1251/1835-ci  illərdə 
yaşayıb yaradan 209 şairdən bəhs olunmuşdur. Əsər Salim təzkirə-
sinə zeyl olaraq yazılmışdır.      
Dövrünün tanınmış alimi və şeyxülislamı olan Arif Hikmətin 
tərtib  etdiyi  təzkirə  h.  1000/1592  -  1252/1837-ci  illərdə  həm  Os-
manlı ölkəsində, həm  də Azərbaycanda,  Krımda yaşayıb-yaratmış 
203  şair  haqqında  məlumatı  əhatə  edir.  Əsərin  dövrümüzə  gəlib 
                                                 
122
 Esrar Dede. Tezkire-i Şuara-yi Mevleviye. Ankara, 2000, VI+596 s. 
123
 İsen  M.,  Kılıc  F.,  Aksoyak  İ.,  Eyduran  A.  Şair  tezkireleri.  Ankara,  2002, 
s.129. 
124
 Çapan P. 18. yy. tezkirelerinde edebiyat araştırma ve eleştirisi. Fırat Üniver-
sitesi, SBE, yayımlanmamış doktora tezi. Elazığ, 1993, s. 541. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
81 
çatmış  yeganə  nüsxəsi  Millət  Kitabxanası  Əli  Əmiri  bölümündə 
789 şifrəsi ilə mühafizə olunmaqdadır.  
XIX  əsr  şairi  Fatin  Əfəndinin  (1814-1866)  qələmə  aldığı 
“Xatimətül-əşar”  adlı  təzkirəsində  h.1134/1721-ci  ildən  h.1269/ 
1853-cü ilə qədər yetişən 683 nəfər şair haqqında məlumat vermiş-
dir
125
.  Əsər  Salim  və  Səfayi  təzkirəsinə  zeyl  olaraq  yazılmışdır. 
Əsərin əvvəlində təzkirənin tamamlandığına dair beş təqriz və altı 
tarix yer almışdır. Təzkirədə şairlər təxəllüslərinə görə deyil, adla-
rına görə əlifba prinsipi əsasında sıralanmışdır. “Xatimətül-əşar”ın 
digər təzkirələrdən fərqləndirən cəhəti əsərlərdən nümunələrin əv-
vəldə, tərcümeyi-halların isə ondan sonra verilməsidir.     
XX  əsrdə  yazılan  təzkirələrdən  birincisi  “Təzkireyi-şüərayi-
Amid”dir.  Əli  Əmiri  tərəfindən  qələmə  alınan  bu  təzkirə  Diyar-
bəkrdə yetişən 73 şair haqqında məlumat verir.  
Ədəbiyyat  tarixçisi  və  tədqiqatçısı  Mahmud  Kamal  İnalın 
“Kamalüş-şüəra” adlı əsəri Fatin təzkirəsinə zeyl olaraq yazılmış-
dır.  Əsər  1800-1941-ci  illər  arasında  yaşayıb-yaratmış  556  nəfər 
şairin tərcümeyi-halını və əsərlərindən örnəkləri əhatə etməkdədir. 
İndiyə  kimi  əsərin  dörd  cildi  nəşr  olunmuşdur
126
.  Sadəcə  beşinci 
cild işıq üzü görməmişdir. Bu təzkirə XIX əsr mühacir Azərbaycan 
şairləri  haqqında  məlumatı  əhatə  etməsi  baxımından  önəmli  yerə 
sahibdir
127

Sonuncu  Türkiyə  təzkirəçisi  Naili  Tumandır.  O,  “Töhfeyi-
Naili” adlı təzkirəsini 1949-cu ildə tamamlamışdır. Bu əsəri “təzki-
rələr təzkirəsi” də adlandırmaq olar. Çünki Nail Tuman digər təz-
kirələrdəki məlumatları bir yerə toplayaraq təzkirə tərtibləmişdir.   
                                                 
125
 Fatîn  Davud  -  Hâtimetü‟l-Eş„ar.  T.C.  Kültür  ve  Turizm  Bakanlığı  Yay.  (e-
kitap), Ankara; Fatin Davud. Xatimətül-əşar. İstanbul, 1271.  
126
 İnal  İbnül-Emin  Mahmud  Kemal.  Son  asır  Türk  şairleri  (Kemalüş-şuara)  4 
cildde.  1.  c.  Haz:  M.  Cunbur.  Ankara:  1999,  X+678  s.;  2.c.,  haz:  M.Kayahan 
Özgül. Ankara: 2000, 544 s.; 3. c., haz: H.Özcan. Ankara: 2000, VII+493 s.; 4. 
c., haz: İ.Baştuğ. Ankara: 2002, VIII+490 s. 
127
 Musalı V. Mahmud Kamal İnal təzkirəsində azərbaycanlı şairlər / “Azərbay-
can dünya ədəbiyyatında” Beynəlxalq simpoziumun materialları. Bakı, 2012, s. 
629-637. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
82 
Osmanlı  təzkirələri  XV-XX  əsrlərdə  Türkiyəyə  müxtəlif  sə-
bəblərlə mühacirət etmiş Azərbaycan ədəbiyyatı nümayəndələrinin 
həyat və yaradıcılığını, eləcə də Azərbaycan mühacirət ədəbiyyatı-
nın  qeyd  olunun  bölümünü  araşdırmaq  üçün  mühüm  qaynaqlar-
dandır. 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin