edəni: N.S.Qarayev. Redaktoru: M.Sultanov. Bakı: 1980.
25
Bu kitabın titul vərəqində əsərin 1998-ci ildə çap olunduğu yazılmışdır.
Ancaq titul vərəqinin arxasında yer alan məlumatda 1995-ci il qeyd olunmuşdur.
Yəqin ki, bu, texniki qüsurdur - V.M.
Təzkirənin yalnız türkcə hissələrinin çevrilməsi məsələsi absurddur. Çünki
əsərdəki bəzi şeirlər türkcədir və N.Qarayevin bu hissələri transfoneliterasiya
etməkdə məqdəsi nə idi? – V.M.
26
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. – Bakı: 1995, s. 3.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
27
türkcə mətnləri çevirdiyini dönə-dönə qeyd edir. Halbuki təzkirə-
nin tərcüməsi bütünlüklə (yəni həm fars, həm də türkcə olan hissə-
lər – V.M.) on səkkiz il öncə (1980) N.Qarayev tərəfindən tamam-
lanmış, tanınmış iranşünas alim M.Sultanov tərəfindən ciddi re-
daktə olunaraq nəşrə hazır şəkildə elmi arxivə təhvil verilmişdir.
Hal-hazırda elmi yazılarda və akademik nəşrlərdə beynəlxalq
standartlar və etik normalar mövcuddur və bu məsələ təkcə Avro-
pada deyil, İran və Türkiyə kimi Şərq ölkələrində də ciddi nəza-
rətdə saxlanılır. Bununla bağlı, elmdə plagiatlığın və başqa neqativ
halların qarşısını almaq üçün normativlər mövcuddur. Müəllif tək-
cə başqa kitab və qaynaqlardan götürdüyü fakt və mülahizələrə de-
yil, hətta öz əsərlərinə də istinad etməlidir
27
. Fakt budur
ki, Nəvvab təzkirəsi və onu nəşrə hazırlayan mərhum N. Qarayev
haqsızlığa uğramışdır.
Bizim burada təzkirənin N.Qarayev tərəfindən çapa hazırlan-
mış nüsxəsi haqqında geniş məlumat verməyimizin məqsədi “Təz-
kireyi-Nəvvab” kimi irihəcmli əsər üzərində işləyərək onu tam şə-
kildə çapa hazırlayan mərhum tədqiqatçının xidmətini uzun illər-
dən sonra obyektiv şəkildə qiymətləndirmək, bu barədə elmi icti-
maiyyəti bilgiləndirmək və Nəsrəddin Qarayevin adını Azərbaycan
təzkirəşünaslıq tarixinə daxil etməkdən ibarətdir.
Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirə-
si hələ müəllifin sağlığında, 1910-cu ildə İstanbulda çap olunmuş-
dur
28
. Sədi Çögənli və Rəcəb Toparlı isə təzkirənin 1910-cu il
nəşrini, ön söz əlavə olunmaqla 1992-ci ildə Ərzurumda çap etdir-
27
Bax: Gökyay O.Ş. Destursuz bağa girenler. İstanbul, Kabalcı yayınevi, 2007,
357 s.; Demirel İ.H., Erol B., Saraç C. Akademik yazım ihlalleri. Ankara:
TÜBİTAK, 2011, 132 s.
28
Karabağlı Müctehid-zade Mehmed Aka. Tezkiretü‟ş-şuara Riyazül-aşıkin. –
Dersaadet: Karabet Matbaası, 1328.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
28
mişlər
29
. Təzkirə transliterasiya olunaraq, 1995-ci ildə Bakıda çap
edilmişdir
30
.
Həsənəli xan Qaradağinin təzkirəsi zamanımıza gəlib çatma-
mışdır. Təzkirəçinin həyat və yaradıcılığı f.ü.f.d. Nəsrəddin Qara-
yev, dos. Vüqar Qaradağlı və dos. Raqub Kərimov tərəfindən təd-
qiq olunmuşdur
31
.
Böyük Azərbaycan alimi və ədibi Məhəmmədəli Tərbiyətin
fars dilində qələmə aldığı “Danişməndani-Azərbaycan” adlı təz-
kirəsi 1314/1935-ci ildə Tehranda çap olunmuşdur. Təzkirə İs-
mayıl Şəms və Qafar Kəndli tərəfindən Azərbaycan dilinə tərcümə
olunaraq, geniş ön sözlə 1987-ci ildə nəşr edilmişdir
32
. Kitabın so-
nunda “Azərbaycanda çıxmış qəzetlər” haqqında məlumat da yer
almışdır.
Bu böyük həcmli təzkirənin 1987-ci il nəşri fars dilini bilmə-
yən mütəxəssislərin tənqid obyektinə çevrilmişdir. Tərcümənin
yalnız qüsurlu tərəflərini diqqətə çatdırmaq istəyən tədqiqatçılar
əsərin önəmini vurğulamaqdan çəkinmişlər. Məsələn A.Topalova
tərcümədə bir sıra qüsurların olduğunu yazır və bunun əsərin mən-
bəşünaslıq baxımından dəyərini xeyli aşağı saldığını xüsusi qeyd
edir. Daha sonra çox kəskin şəkildə yazır: “Kitabdakı farsca şeir
nümunələrini şairlik haqqında heç bir təsəvvürü olmayan və Azər-
baycan ədəbi dilini yaxşı bilməyən İsmayıl Şəmsin “poetik” tərcü-
29
Karabağlı Müctehid-zade Mehmed Aka. Tezkiretü‟ş-şuara Riyazü‟l-aşıkin /
Ön söz. M. Sadi Çöğenli ve R.Toparlı. Erzurum, 1992.
30
Müctəhidzadə Məhəmmədağa. Riyazül-aşiqin / Çapa haz. f.e.n. Ə.Bağırov. -
Bakı: Azərbaycan, 1995. - 248 s.
31
Qarayev N. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli maarifpərvər
şairlərindən Həsənəli Xan Qaradaği. - Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutu Elmi Arxivi, (əlyazma, kiril əlifbası ilə, maşın çapı). 143 s.; Qaradaği
(Xan-Qaradağski) Həsənəli ağa. Fələyin bir belə dövrü olacaqmış...(şeirlər,
tərcümələr, tarixi salnamə) / Tərtib ed. R.Kərimov; ön sözün müəl.: V.Qaradağ-
lı. - Bakı: “Azərbaycan Milli Ensiklopediyası” NPB, 2003. - 280 səh., Qaradaği
(Xan-Qaradağski), Həsənəli Xan. Əsərləri / Ön söz və tərtib R.Kərimov. Bakı:
“Şuşa” nəşriyyatı, 2004. - 168 s.
32
Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987,
464 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
29
mə etməsi isə əsərin ciddiliyinə xeyli xələl gətirmişdir... ən təəc-
cüblüsü isə Söhrab Tahir kimi görkəmli bir şairin bu cür ədəbi xal-
turalara rəy verməsidir”
33
.
Hər halda, müəyyən qüsurlarına baxmayaraq, təzkirənin
Azərbaycan dilinə tərcümə olunmasını Azərbaycan təzkirəşünaslı-
ğına bir töhfə hesab etmək lazımdır.
Seyyid Əbdülhəmid Xalxalinin “Təzkireyi-şüərayi-müasiri-
İran” adlı iki cildlik əsəri h.ş.1333/1954-1337 / 1958-ci illərdə
Tehranda “Təhuri” nəşriyyatda işıq üzü görmüşdür.
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” adlı təzkirə-
si 1377/1998-ci ildə Tehranda iki cilddə nəşr olunmuşdur. Təzkirə-
çinin digər əsəri (“Qafqazın farsdilli şairləri”) 1370/1991-cı ildə
Tehranda çap edilmişdir.
Azərbaycanlı təzkirəçi Yəhya Şeydanın “Ədəbiyyat ocağı”
adı verdiyi təzkirəsi 1985-2002-ci illərdə üç cilddə Təbrizdə işıq
üzü görmüşdür.
Məhəmməd Dəyhimin “Təzkireyi-şüərayi-Azərbaycan” adlı
beş cildlik əsəri 1989-1992-ci illərdə Təbrizdə nəşr edilmişdir.
Şahin Fazilin hazırladığı “Təzkireyi-Şahin” 2006-cı ildə
Bakıda çap olunmuşdur.
1.2. TƏZKĠRƏLƏRĠN TƏDQĠQ TARĠXĠ
Bizə məlum olan ilk Azərbaycan təzkirəsi «Töhfeyi-Sami»
Sam mirzə tərəfindən fars dilində qələmə alınmışdır. I Şah İsmayı-
lın ikinci oğlu Sam mirzənin həyatı haqqında Səfəvilər dövrünün
ayrı-ayrı tarixi mənbələrində əhəmiyyətli, lakin adda-budda, səpə-
lənmiş faktlara, həmçinin müxtəlif təzkirələrdə yığcam və əsasən
bir-birini təkrarlayan məlumatlara rast gəlirik. O. Əfəndiyev
34
və
33
Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Mə-
həmməd Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsi. - Bakı: Elm, 2001. s. 43-
44.
34
Эфендиев О. Азербайджанское государство Сефевидов в XVI веке. Баку,
1981, 306 с.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
30
R.Seyvori
35
də Səfəvilər dövlətinə həsr olunmuş kitablarında Sam
mirzədən yeri gəldikcə bəhs etmişlər. Filol.e.n. Ə.Rəhimovun təd-
qiqatları istisna olmaqla müasir tədqiqatlarda Sam mirzənin həyat
yolu ötəri işıqlandırılmışdır.
Sam mirzənin təzkirəsinə həsr edilmiş, bizə məlum olan ilk
məqaləni 1798-ci ildə fransız tədqiqatçısı S. de Sacy nəşr etdirmiş-
dir
36
. “İndo-İranika” jurnalında da Sam mirzə təzkirəsinə həsr edil-
miş məqalə çap olunmuşdur
37
.
1927-ci ildə “Həyat məcmuəsi”ndə türk alimi Fuad Köprülü
“Töhfeyi-Sami” haqqında məqalə nəşr etdirmişdir. 1934-cü ildə
F.Köprülünün “Sam Mirza Safevi ve eseri” adlı başqa bir məqaləsi
də dərc olunmuşdur
38
.
“Töhfeyi-Sami” tacik alimi A.Səttarovun ayrıca tədqiqat ob-
yekti olmuşdur. O, 1972-ci ildə təzkirəni dissertasiya səviyyəsində
tədqiqata cəlb etmiş
39
və “Töhfeyi-Sami” və onun xüsusiyyətləri”
adlı monoqrafiya nəşr etdirmişdir
40
. A.Səttarov Sam mirzənin təz-
kirəsinə xüsusi tədqiqat həsr etmişdirsə də təzkirəçinin həyatı haq-
qında XVIII-XX əsrlər təzkirəçilərinin və kataloq tərtibçilərinin
verdikləri informasiyaları sadalamaqdan uzağa gedə bilməmişdir.
Tədqiqatçının bu əsərində bir sıra tarixi təhriflərə də rast gəlmək
mümkündür
41
. Məsələn, A.Səttarov Sam mirzənin Heratda üsyan
35
Savory R. Iran under the Safavids. Cambridge, 1980, 277 p.
36
S. de Sacy. Le present sublime on histoire des poetes de Sam mirza // Notices
et extraits des manuscrits de la bibliotheque nationale. Tome IV, Paris, 1798, p.
273-308.
37
Kazi M.İ. Sam Mirza and his “Tuhfa-i Sami” // İndo-İranica / 1. – 1960. - p.
18 – 39.
38
Köprülü F. Sam Mirza Safevi ve eseri // Azerbaycan Yurt bilgisi, 1934, № 3,
s.32-34.
39
Сатторов А. «Тухфаи-Соми» Соммирзо Сафави как первоисточник для
изучения персидского-таджикского литературы ХV-первой половины ХVI
вв., Автореф. диссерт. на соиск. кандид. филол. наук, Душанбе, 1972, 25 с.
40
Саттаров А. Тухфаи Соми ва хусусиятхои он. Душанбе, 1972, 133 с.
41
Ə.Rəhimovun Sam mirzənin qətli haqqındakı məqaləsinində də belə bir qey-
də rast gəldik: «A.Səttarovun bu əsərində bir sıra tarixi səhvlər vardır. Təssüf ki,
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
31
qaldırıb, Qəndəhar üzərinə getdikdən, məğlub olduqdan və Xora-
san valiliyindən uzaqlaşdırıldıqdan sonra onun Təhmasib tərəfin-
dən Fars hakimi, daha sonra Azərbaycan hakimi təyin edildiyini
yazır. Lakin bu məlumat tamamilə yanlışdır və heç bir fakta əsas-
lanmır.
Azərbaycan ədəbiyyatşünasları ilkin mənbə kimi “Töhfeyi-
Sami”yə müraciət etsələr də, təzkirə bütünlükdə tədqiqata cəlb
olunmamışdır. Sam mirzənin həyat yolunun öyrənilməsindən da-
nışarkən mərhum şərqşünas alim, f.ü.f.d. Əbülfəz Rəhimovun nəşr
etdirdiyi iki mənbənin – “Təkmilətül-əxbar”
42
, “Şah Təhmasibin
təzkirəsi”
43
əsərlərinin və “Sam mirzənin qətli haqqında yeni
məlumat”
44
adlı məqalənin böyük əhəmiyyət daşıdığını xüsusi
qeyd etməliyik. Alimin “Xülasətüt-təvarix” üzərində apardığı
tədqiqatlar Sam mirzənin həbs olunma şəraitini dəqiqləşdirməyə
imkan yaradır. Ə.Rəhimov Sam mirzənin ölüm tarixinin Əbdi bəy
Şirazi tərəfindən “Təkmilətül-əxbar”ın həm nəsr hissəsində, həm
də “maddeyi-tarix”ində h.975-ci (m.1567) il kimi göstərildiyini
sübut etmişdir.
Adnan Karaismailoğlunun «"Töhfeyi-Sami" və altıncı fəsli-
nin tərcüməsi» adlı məqaləsində Fərrux Hümayun nəşri əsasında
təzkirənin VI fəslindəki 8 şairin tərcümeyi-halı türkcəyə tərcümə
olunmuşdur. Məqalənin adından da məlum olduğu kimi, tədqiqatçı
burada təzkirənin VI fəslinin tərcüməsini verməli idi. Burada isə
ancaq Ə.Nəvai, Əhməd Süheyli, Məhəmməd Saleh, Mir Ahi,
vaxtilə bu haqda yazdığımız rəyi çap etdirə bilməmişik». Rəy çap olunmadığı
üçün Ə.Rəhimovun hansı səhvləri nəzərdə tutduğunu deyə bilmirik.
42
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül- əxbar (Səfəvi dövrü Şah
İsmayıl və Şah Təhmasib dövrləri tarixi). Bakı, 1996, 200 s.
43
Şah Təhmasibin təzkirəsi / Çapa haz. Ə.Rəcəbov. Bakı, 1996, 128 s.
44
Rəhimov Ə. Sam Mirzənin qətli haqqında yeni məlumat // AEA Xəbərləri.
Ədəbiyyat, dil və incəsənət seriyası, 1990, № 4, s. 94-101.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
32
Hüseyn Cəlayir, Cədidi, Həbibi Bərgüşadi, Susəni haqqında mə-
lumat verilmişdir və məqalənin adı məzmununu tam əhatə etmir
45
.
G.S.Alışık Diyanət Vəqfi İslam Ensiklopediyasında Sam mir-
zənin həyatı və təzkirəsi haqqında məlumat verir. Müəllif yanlış
olaraq Sam mirzəni iranlı kimi təqdim edir
46
. Ümumiyyətlə, qeyd
olunan ensiklopediyada bir sıra azərbaycanlı şairlər iranlı və ya
dağıstanlı kimi qələmə verilmişlər (məsələn, Şirvanizadə Mehmed
Rüşdi Paşa, şirvanlı Fateh Əfəndi, Nigari və s.).
2008-ci ildə İran alimi P.Həbibabadi “Töhfeyi-Sami təzkirə-
sinə dair araşdırma” adlı monoqrafiya nəşr etdirmişdir
47
.
Onu da qeyd edək ki, XV əsrin ikinci yarısı və XVI əsrin
birinci yarısında yaşayan 714 şair haqqında məlumat verən təzkirə
hələ də Azərbaycan dilinə tərcümə olunmamışdır.
Azərbaycan türkcəsində qələmə alınmış ilk təzkirə hesab olu-
nan Əhdinin “Gülşəni-şüəra”sı müxtəlif tədqiqatçıların araşdırma
obyekti olmuşdur.
Stüart Robinson “İran və İslam” məcmuəsində Əhdi Bağda-
di təzkirəsi haqqında məqalə dərc etdirmişdir
48
. Prof. Azadə Musa-
yeva isə Bağdadda yaranan Azərbaycan ədəbiyyatını araşdırarkən
“Gülşəni-şüəra”ya müraciət etmiş və Bağdad ədəbi mühitinin ye-
tişdirdiyi azərbaycanlılar haqqında məlumatı məhz bu mənbəyə is-
tinadən vermişdir
49
. C.Musayevin “Maarifçi” qəzetində Əhdi təz-
45
Karaismailoğlu A. Türk edebiyyatı kaynaklarından «Tuhfe-i Sami» ve altıncı
bölümünün tercümesi // Türk Dünyası Araştırmaları, 1988 Aralık, № 57, s.178-
186.
46
Alışık G.S. Sam Mirza. Diyanet Vakfi İslam Ansiklopedisi. XXXIX c., İstan-
bul, 2010, s. 61.
47
Həbibabadi P. Təəmmüli dər təzkireyi-“Töhfeyi-Sami”. Tehran, 2005.
48
Robinson J. S. Ahdi and His Biographies of Poets // Iran and Islam, Edin-
burgh, 1971.
49
Musabəyli A. Ruhi Bağdadi: mühiti, həyatı, poetikası və Divanı (əlyazma
qaynaqları əsasında). Bakı, 2005, 952 s.; Musayeva A. Əlyazma kitabı və XV-
XVI əsrlər Azərbaycan ədəbiyyatı: problemlər, araşdırmalar. Bakı, 2002, 340 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
33
kirəsindən bəhs edən “İraqda yaranmış Azərbaycan təzkirəsinin əl-
yazması” adlı məqaləsi dərc olunmuşdur
50
.
F.ü.f.d. Vəcihə Feyzullayevanın da Əhdi Bağdadinin şeir ya-
radıcılığı və təzkirəsindən bəhs edən məqalələri dərc edilmişdir
51
.
Təzkirə Türkiyə ədəbiyyatşünaslarının da tədqiqat obyekti
olmuşdur. Prof. Hasibe Mazıoğlu Ankara Universiteti Dil, Tarix
və Coğrafiya fakültəsi İsmayıl Saib Səncər əlyazmaları arasında
mühafizə olunan bir əlyazmada Əhdinin 33 qəzəlinin olduğunu
müəyyənləşdirmiş və “Gülşəni-şüəra”dakı qəzəlləri ilə birlikdə
məqalə şəklində çap etdirmişdir
52
.
Digər Türkiyəli tədqiqatçı Zülfi Gülərin Əhdinin H.Mazıoğ-
lu tərəfindən nəşr olunan şeirlərindən başqa, iki qəsidə və bir qəzə-
li ilə Sadiqi təzkirəsindəki üç farsca beytini əhatə edən məqaləsi
vardır. Məqalədə Əhdi Bağdadinin biblioqrafiyası da verilmişdir
53
.
S.C.Robinsonun “Əhdi və onun şairlər təzkirəsi” adlı məqa-
ləsi T.Bağırzadə və F.Hüseynov tərəfindən ingilis dilindən rusca-
ya tərcümə edilmişdir. Məqalənin əvvəlindəki qısa tanıtım məqalə-
sində Əhdi təzkirəsinin dünya kitabxanalarında tədqiqatçı ehtiyacı-
nı ödəyəcək sayda əlyazma nüsxələrinin olmasına baxmayaraq, in-
diyə kimi nə tənqidi mətninin tərtib olunmadığı, nə də çap olunma-
ması qeyd edilmişdir
54
. Halbuki Əhdi təzkirəsinin elmi-tənqidi
mətni 2005-ci ildə S.Solmaz tərəfindən nəşr olunmuşdur.
Bu sətirlərin müəllifi tərəfindən “Gülşəni-şüəra”da İstanbu-
lun ədəbi mühiti və istanbullu şairlərdən bəhs edən məqalə 2009-
50
Musayev C. İraqda yaranmış Azərbaycan təzkirəsinin əlyazması // “Maarifçi”,
24 sentyabr 1997.
51
Feyzullayeva V. Əhdi Bağdadi və onun “Gülşəni-şüəra” təzkirəsi // Ədəbiy-
yat məcmuəsi, 2000, s.198-205; Feyzullayeva V. Əhdi Bağdadinin şeir yaradıcı-
lığı (şairin nəzirələri) // Filologiya məsələləri, 2003, N 1, s. 14-20.
52
Mazıoğlu H. Ahdi Bağdadi ve şiirleri // Türk Dili Araştırmaları Yıllığı Belle-
ten, 1978-1979, s. 95-150.
53
Güler Z. Ahdi ve Gülşen-i şuara bibliografyası ve yayımlanmamış şiirleri //
Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, 1994, C. 6, S: 1-2, s. 107-119.
54
Robinson C.S. Əhdi Bağdadinin “Gülşəni-şüəra” təzkirəsi / Çev.: T.Bağırza-
də, F.Hüseynov, “Şərq” tərcümə toplusu, 2006, N3, s. 173.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
34
cu ildə, bu təzkirənin elmi-tənqidi mətni haqqında məqalə isə
2011-ci ildə işıq üzü görmüşdür
55
.
Sadiq bəy Sadiqinin cığatay türkcəsində qələmə aldığı
“Məcməül-xəvas” təzkirəsi prof. Q.Kəndli-Herisçi tərəfindən
ətraflı şəkildə öyrənilmişdir. “Sadıq bəy Sadiqinin həyat və
yaradıcılığı haqqında bəzi qeydlər” başlıqlı iri həcmli məqalədə
Sadiqinin əfşar, yoxsa xudabəndəli elinə mənsub olması, təvəllüd
və vəfat tarixləri dəqiqləşdirilmişdir. Sadıq bəyin rəssamlıq fəaliy-
yətindən də bəhs edən Q.Kəndli əsas diqqəti “Məcməül-xəvas”
təzkirəsinə yönəltmişdir. Burada təzkirənin strukturundan və
Xəyyampur nəşrindən geniş şəkildə söz açılmışdır
56
.
F.ü.f.d. M.Muradova Sadiq bəy Əfşarın həyatı və elmi fəa-
liyyətini dissertasiya səviyyəsində tədqiqata cəlb etmiş (1977) və
uzun illərdən sonra “Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı” ad-
lı monoqrafiyası çap olunmuşdur
57
.
Kitabda Sadiqi irsinin tədqiq tarixi, şairin həyatı tədqiq olun-
muş, “Məcməül-xəvas” və “Qanunüs-süvər” adlı əsərləri təhlil
edilmiş, Sadiqi lirikasında məhəbbət mövzusu, ictimai motivlər,
bədii xüsusiyyətlər araşdırılmışdır. Əsərdə Sadiqinin epik şeiri və
nəsrindən danışılarkən “Fəthnameyi-Abbas-namdar” adlı əsərin-
dən ayrıca bəhs olunmuş, təzkirəçinin nəsihətnamələri, mənzum
hekayələri, məktubları və “Risaleyi-həzziyyat”ı tədqiq olunmuş-
dur.
55
Musalı V. Ahdi Bağdadi tezkiresinde İstanbul ve İstanbullu şairler // I Ulus-
lararası Türk Edebiyatında İstanbul Sempozyumu Bildirileri. (3-5 Nisan 2008,
İstanbul). İstanbul, Beşir Kitabevi, 2009, s. 809-822; Musalı V. Əhdi Bağ-
dadinin “Gülşəni-şüəra”sının elmi-tənqidi mətni // Turkish Studies – Interna-
tional Periodical For The Languages, Literature and History of Turkish or
Turkic. Volume 6/2, Spring 2011, s. 681-688.
http://www.turkishstudies.net/Makaleler/987381722_44Musal%c4%b1%20V%
c3%bcsale.pdf.
56
Kəndli-Herisçi. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı haqqında bəzi qeyd-
lər // Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, 1964, s. 218-239.
57
Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı, 1999, 139 s.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
35
M.Muradova “Məcməül-xəvas”ı tədqiq edərkən Sadiqi Əfşa-
rın “Külliyyat”ının Təbriz nüsxəsinin fotosurətindən istifadə et-
mişdir. Kitabda təzkirənin strukturu, yazılma səbəbləri, özünəməx-
sus cəhətləri araşdırılmışdır. Alim bu monoqrafiyada Azərbaycan
elmi ictimaiyyətinə Sadiqi “Külliyyat”ında yer almış Azərbaycan
və Osmanlı şairlərindən bəhs edən anonim təzkirə haqqında mə-
lumat vermişdir. M.Muradova külliyyata daxil olan bu təzkirənin
140-a yaxın türk şairi haqqında bilgi verdiyini, XVI əsr türk ədə-
biyyatı və mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətli olduğunu
vurğulamış, “türkoloqların bu qiymətli əsərdən istifadə etmədik-
lərini” qeyd etmiş və orada əksini tapmış bəzi şairlərin adlarını sa-
dalamışdır
58
.
Prof. Nüşabə Araslı Sadiqi təzkirəsinə həsr olunmuş məqalə-
sində təzkirəçinin həyat və yaradıcılığını dəyərləndirmiş, təzkirə-
nin tədqiq tarixinə nəzər salmış və əsərin türk şairlərindən bəhs
edən hissəsini təhlil etmişdir
59
.
Tacik alimi Rəna Kabulova da Sadiqi təzkirəsini namizədlik
dissertasiyası səviyyəsində tədqiqata cəlb etmişdir
60
. Araşdırmada
Nəvai təzkirəsinin “Məcməül-xəvas”a təsiri, oxşar və fərqli cəhət-
ləri təhlil olunmuşdur.
Türk alimi Ahmet Kartal Sadıq bəyin təzkirəsindəki anado-
lulu şairlər (Sultan Süleyman, Necati, Baqi, Məhəmməd bəy) haq-
qında məlumatı əks etdirən məqalə dərc etdirmişdir
61
.
Lütfəli bəy Azərin həyatı, bədii yaradıcılığı, təzkirəsi f.ü.f.d.
Mehri Məmmədova tərəfindən tədqiqata cəlb olunmuşdur. Alimin
58
Yenə orada, s.51.
59
Araslı N. Sadık bey Avşarın Mecmaul-havas tezkiresi orta asırlar Azerbay-
can-Türk şairleri hakkında // Klasik Türk Edebiyatında Biyografi. Bildiriler. An-
kara: 2010, s. 57-68.
60
Кабулова Р. Традиции «Маджалис ун–нафаис» Алишера Навои в тюрко-
язычной литературе (на материале антологии Садикбека Садики «Маджма
ул-хавас»), Автореф. диссерт. на соиск. кандидата филол. наук, Ташкент,
1979, 24 с.
61
Kartal A. Sadıki-i Kitabdarın Mecmaul-Havas isimli tezkiresi ve onda yer
alan Anadolulu şairler // Türk Kültürü, 1999 Aralık, № 440, s. 746-754.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
36
“Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı” adlı monoqrafiyasın-
da təzkirəçinin şeirləri, onların real həyatla bağlılığı, “Yusif və Zü-
leyxa”, “Məsnəviyi-Azər” kimi poemaları öyrənilmişdir.
Kitabda “Atəşkədə”nin yazılma tarixi, əsərin yazılma məqsə-
di, ədibin özündən öncə yazılmış təzkirələrə münasibəti tədqiq
olunmuş və “Atəşkədə”dən sonra yazılmış təzkirələrə təsiri aydın-
laşdırılmışdır. Təzkirədə haqqında bilgi verilmiş 842 şairdən neçə-
sinin azərbaycanlı olduğu müəyyən olunmuş və Azərbaycan şairlə-
rindən bəhs edən hissə tərcümə edilmişdir. Monoqrafiyada Azərin
bəzi fikirlərinə tənqidi yanaşılmış, onun bəzi şairlərə yanlış müna-
sibəti, bəzi məlumatların dəqiq və elmi olmaması kimi məsələlərə
də işıq salınmış, Lütfəli bəyin əsərlərinin əlyazma və çap nüsxələri
haqqında bilgi verilmişdir
62
.
XVIII və XIX əsrdə qələmə alınmış bir çox təzkirələr vardır
ki, onlar hələ də öz tədqiqatçısını gözləyir. Məsələn, İshaq bəy
Üzri, Fazil xan Gorusi, Əbdürrəzzaq Dünbili, Bəhmən mirzə, Hü-
laku mirzə Qacar, Xudaverdi xan Qacar və başqalarının təzkirələri
bu qəbildəndir.
Şərqşünas alim N.Qarayevin Mirzə İsa Xəyali Ziyainin
“Təzkireyi-Ziyayi”yə həsr olunmuş tədqiqatları da maraqlıdır. O,
ilk dəfə olaraq Ziyainin həyat və yaradıcılığını əlyazmalar əsasında
tədqiqata cəlb etmişdir
63
. Müəllifin digər bir məqaləsində isə “Təz-
kireyi-Ziyai” və “Təzkireyi-Nəvvab” müqayisə olunmuşdur
64
.
F.ü.f.d. Aytən Hacıyeva Nəvvabın ədəbi-bədii irsini öyrən-
mişdir. Tədqiqat işində ilk öncə Nəvvab yaradıcılığının araşdırılma
tarixi, sənətkarın dövrü və həyatı tədqiqat obyektinə çevrilmiş, da-
ha sonra Nəvvabın ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyəti işıq-
landırılmış, Nəvvab yaradıcılığında maarifçilik ideyalarına nəzər
62
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, 139
s.
63
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Namizədlik dissertasiyası.
AMEA, Ədəbiyyat İnstitutu. Bakı: 1971, 301 s. Bax: Qarayev N. XIX əsr Azər-
baycan ədəbi məclisləri. Bakı: 2010, s. 87-101.
64
Qarayev N. “Təzkireyi-Ziyai” və “Təzkireyi-Nəvvab” haqqında bəzi qeydlər
// Əlyazmalar xəzinəsində, 1976, s. 78-87.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
37
salınmış və şairin lirikası tədqiq olunmuşdur. “Təzkireyi-Nəv-
vab”ın Azərbaycan ədəbiyyatşünaslığındakı mövqeyi araşdırılar-
kən XIX əsrdə qələmə alınmış digər Azərbaycan təzkirələri ilə mü-
qayisələr aparılmışdır
65
.
Ömər Bayramın nəşr etdirdiyi bir məqalədə “Təzkireyi-Nəv-
vab”dakı şair və əsərlə bağlı dəyərləndirmələr dəqiqliklə tədqiq
olunmuşdur
66
.
Məhəmməd ağa Müctəhidzadənin həyatı, yaradıcılığı və
təzkirəsi isə Aljira Topalova tərəfindən öyrənilmişdir
67
. Kitabda
öncə Yaxın Şərqdə və Azərbaycanda təzkirəçilik ənənəsindən bəhs
olunmuşdur. Burada daha çox Anadolu sahəsi təzkirələri işıqlandı-
rılmışdır. Azərbaycan təzkirələrindən isə yalnız azərbaycanca ya-
zılmış əsərlər üzərində durulmuşdur.
İkinci fəsildə isə təzkirəçinin həyat yoluna işıq salınmış və
“Riyazül-aşiqin” təzkirəsi təhlil olunmuşdur. Təzkirəni XX əsr
Azərbaycan təzkirəçiliyinin uğurlu və qiymətli bir nümunəsi hesab
edən tədqiqatçı bu əsərin transkripsiya edilib çap edilməsi zərurə-
tindən bəhs edir. Çox güman ki, tədqiqatçı təzkirənin transliterasi-
ya edilərək 1995-ci ildə nəşr olunduğunu bilməmişdir.
A.Topalova təzkirənin Müctəhidzadənin özü tərəfindən
h.1330/1912-ci ildə nəşr olunduğunu qeyd edir. Ancaq təzkirənin
h.1328/1910-cu ildə çap edildiyi məlumdur
68
. Onu da qeyd etmək
lazımdır ki, A.Topalovanın bu kitabının ciddi redaktəyə ehtiyacı
var. Monoqrafiya boyu çoxlu yanlışlara, təhriflərə, tarixi səhvlərə,
orfoqrafik xətalara və s. yol verilmişdir. Kitabın normal biblioqra-
fiyasının olmaması da təəccüb doğurur.
Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təz-
kirəsini dissertasiya şəklində tədqiqata cəlb edən f.ü.f.d. Könül
65
Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. – Bakı: 2004.
66
Bayram Ö. Nevvab tezkiresinde şair ve eser üzürine değerlendirmeler //
Turkish Studies - International Periodical For The Languages, Literature and
History of Turkish or Turkic. Volume 7/1 Winter 2012, p.385-404.
67
Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Mə-
həmməd Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi. – Bakı: Elm, 2001, 97 s.
68
Bax: Əski çap kitabları kataloqu. I cild. Türkdilli kitablar. Bakı, 2008, s. 235.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
38
Məmmədova ilk fəsildə Azərbaycan təzkirəçilik ənənəsindən bəhs
edərək Sam mirzə, Əhdi, Sadiqi, Lütfəli bəy Azər, Bəhmən mirzə,
Seyid Əzim Şirvani, Nəvvab və Müctəhidzadənin əsərləri
haqqında məlumat vermişdir. Müvafiq fəsil və bölmələrdə isə “Da-
nişməndani-Azərbaycan”ın quruluşu və təsnifatı, təzkirənin
Azərbaycan dilinə tərcüməsinin orijinalla müqayisəsi və təzkirədə
ədəbiyyat məsələləri kimi problemlər öyrənilmişdir.
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan”ı AMEA Əl-
yazmalar İnstitutunun əməkdaşı J.Şükürova tərəfindən araşdırıl-
maqdadır. Tədqiqatçının bu mövzuda bir çox məqaləsi elmi jurnal-
larda işıq üzü görmüşdür
69
.
Əli Nəzminin “Devist süxənvər” təzkirəsi haqqında Azərbay-
can ədəbiyyatşünaslığına ilk məlumatı L.Əlizadə təqdim etmiş-
dir
70
.
Azərbaycan təzkirələrinin tədqiq tarixinə nəzər saldıqda gö-
rürük ki, ilk dəfə Azərbaycan təzkirələrini sistemə salaraq əsrlər
üzrə təqdim edən mərhum biblioqraf alim dosent Əşrəf Xələfov ol-
muşdur. Onun dərc etdirdiyi dörd silsilə məqalədə Azərbaycan təz-
kirələrinin hamısı əhatə olunmasa da, ilkin tədqiqat kimi çox də-
yərlidir
71
.
69
İsmayılova J. Süxənvərani-Azərbaycan əsərində qadın şairələrimiz // “Elm”
qəzeti. - 2004. - 18 mart; İsmayılova J. Dövlətabadinin “Süxənvərani-Azərbay-
can” təzkirəsində bir xəta haqqında // “Elm” qəzeti. 2005. - 7 noyabr; İsmayılo-
va J. “Süxənvərani-Azərbaycan” təzkirəsinin tərtib prinsipləri // Tədqiqlər 2004,
N 4, s. 251-254; Şükürova J. Qafqazda yaşayan farsdilli şairlər // Filologiya
məsələləri. 2010, N 11, s. 356-365; Şükürova J. Dövlətabadi və Dihim təzkirə-
lərinin müqayisəli təhlili // Yaxın və orta Şərq: dünəni, bu günü, sabahı. Elmi
araşdırmalar elmi-nəzəri məqalələr toplusunun xüsusi buraxılışı, 2011, s. 438-
440.
70
Əlizadə L. Klassik Azərbaycan şairləri yeni təzkirə səhifələrində // Azərbay-
can SSR EA, Ədəbiyyat, dil və incəsənət seriyası, 1986, N 3, s. 155-156.
71
Xələfov Ə. Orta əsrlər Azərbaycan ədəbi biblioqrafiyasına dair // Kitabxana-
çılıq və biblioqrafiya. 1997. №1. s. 82-93; Xələfov Ə. XVII-XVIII əsrlərdə
Azərbaycan ədəbi biblioqrafik qaynaqları haqqında // Kitabxanaçılıq
və biblio-
qrafiya. 1998. № 1. s. 25-32; Xələfov Ə. XIX əsr Azərbaycan maarifpərvər şair
və alimlərinin biblioqrafik fəaliyyəti haqqında // Kitabxanaçılıq və biblioqrafiya,
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
39
Bu sətirlərin müəllifi tərəfindən XV-XVII əsrlər türk təzkirə-
lərinin strukturu və spesifik cəhətləri araşdırılmışdır. Burada XVI-
XVII əsrlər Azərbaycan təzkirələrinin özünəməxsusluqları, digər
təzkirələrdən fərqləri və b. məsələlər tədqiqat obyektinə çevrilmiş-
dir.
“Türk təzkirəçiliyi: biblioqrafiya” adlı kitabımızda da Azər-
baycan təzkirəçiliyi haqqında bilgi verilmiş, azərbaycanlı müəllif-
lərin təzkirələrinin dünyanın müxtəlif əlyazma xəzinələrinə səpə-
lənmiş əlyazma nüsxələrinin elmi-paleoqrafik xüsusiyyətləri, təz-
kirələrə həsr olunmuş kitab, məqalə və dissertasiyaların biblioqra-
fik təsviri əhatə edilmişdir.
İran alimi Əhməd Gülçin Məani “Farsca təzkirələrin tarixi”
adlı iki cildlik iri həcmli əsərində farsca yazılmış təzkirələri araş-
dırmışdır. Kitabda azərbaycanlı müəlliflərin fars dilində qələmə
alınmış təzkirələrindən də bəhs edilmişdir. Lakin əsərdə fars dilin-
də qələmə alınmış “Təzkireyi-mədayihi-Elxaniyyə” və “Təzkireyi-
Nəvvab” haqqında məlumata rast gəlmirik.
Apardığımız araşdırmaların nəticəsi olaraq deyə bilərik ki,
Azərbaycan təzkirəçiliyinin nəzəri baxımdan, eləcə də sistemli şə-
kildə tədqiqinə ciddi ehtiyac vardır. Belə ki, XVI əsrdən başlaya-
raq XX əsrə qədər azərbaycanlı müəlliflər tərəfindən 46 təzkirə qə-
ləmə alınmışdırsa da, indiyə kimi onlardan sadəcə 6-sı ölkəmizdə
Azərbaycan dilində nəşr olunmuşdur. Qeyd olunan bütün Azərbay-
can təzkirələrinin tərcüməsi, elmi-tənqidi və ya faksimile mətnləri-
nin hazırlanması təzkirəşünaslarımız qarşısında duran mühüm və-
zifələrdəndir. Bunlardan əlavə, hər bir Azərbaycan təzkirəsinin
monoqrafik səviyyədə araşdırılması Azərbaycan ədəbiyyatının
müxtəlif mərhələlərini, ümumiyyətlə mədəniyyət tariximizi tədqiq
etmək üçün əhəmiyyətlidir.
1998, № 2, s. 70-80; Xələfov Ə. XX əsr təzkirəçiləri haqqında // Kitabxanaçılıq
və biblioqrfiya. 1999. № 2, s. 106-117; Xələfov Ə. Təzkirəçilərin bugünkü
sələfləri // Kitabxanaçılıq və biblioqrafiya. 2000. № 1. s. 92-99.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
40
Dostları ilə paylaş: |