AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix31.01.2017
ölçüsü3,29 Mb.
#7222
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

“Təzkireyi-mədayihi-Elxaniyyə” 
Ġran Məclis Kitabxanası 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
221 
 
MƏHƏMMƏD BAĞIR XAN QACAR 
 
Məhəmməd Bağır xan Qacar Fətəli şah Qacarın qardaşı Hü-
seynqulu  xanın  oğludur.  Mərrix  təxəllüsü  ilə  şeirlər  yazmışdır. 
H.XIII/m.XIX  əsrin  birinci  yarısına  aid  “Fələkül-Mərrix”  adlı 
təzkirəsi  vardır
316
. Ağa Seyid Məhəmməd Mühit Təbatəbayi “Ər-
məğan” jurnalının 12 buraxılış ilinin 8-ci sayında çap olunmuş şair 
Seyid  Hüseyn  Məcmər  Zəvareyi  haqqında  məqaləsində  Məhəm-
məd  Bağır  xan  Qacarın  “Fələkül-Mərrix”  təzkirəsinə  istinad 
edərək  bu  məlumatı  vermişdir:  “Məhəmməd  Bağır  xan  Mərrix 
“Fələkül-Mərrix”  təzkirəsində  belə  nəql  edir:  “Şairlikdə  o 
mərtəbəyə  çatmışdı  ki,  fəsahətdə  Məliküşşüəradan  başqa  digər 
bəlağət  sahiblərindən  önə  çıxmışdı.  Lakin  təbinin  tərəqqisi 
vaxtında  o  biri  dünyaya  köçdü”.  Ə.G.Məani  çox  axtarsa  da,  bu 
əsəri tapa bilmədiyini qeyd edir. 
Hülaku mirzə Qacar “Xərabat” təzkirəsində Məhəmməd Ba-
ğır  xan  haqqında  belə  yazır:  “Mərrix  Qacar  –  şərəfli  ismi  Sərkar 
Məhəmməd  Bağır  xandır.  O,  Həzrət  Sahibqiranın  (Fətəli  şahın  – 
V.M.) atabir, anabir doğma qardaşının oğludur. Çox zərif və yaxşı 
xislətlidir. Ləyaqətli adamdır və divan sahibidir”.   
Məhəmməd Bağır xan Qacarın həyat  və  yaradıcılığı  haqqın-
da sadəcə bu məlumatları əldə edə bilmişik. 
  
 
                                                 
316
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 26-27. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
222 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
223 
 
MƏHƏMMƏD HƏSƏN XAN ETĠMAÜSSƏLTƏNƏ 
 
Marağalı  Məhəmməd  Həsən  xan  Etimadüssəltənə  1843-cü 
ildə Tehranda anadan olmuşdur. Ana tərəfdən Ağa Məhəmməd şah 
Qacarın  qardaşı  Mustafaqulu  xanın  nəvəsidir.  Atası  Əli  xan  Mü-
qəddəmdir. Doqquz yaşında ikən piyada qoşunlar komandanı Əziz 
xanın yanında qulluq etməyə başlamışdır. 1863-1867-ci illərdə Pa-
risdə  İranın  səlahiyyətli  səfirinin  müavini  olmuşdur.  Tehrana  qa-
yıtdıqdan  sonra  Nəsrəddin  şahın  şəxsi  mütərcimi  və  köməkçisi 
təyin edilmişdir. 1871-ci ildə Nəsrəddin şah Tehranda aparılan bir 
sıra islahatlarla əlaqədar bütün tərcümə işlərini və kitab nəşrini bir 
yerdə  mərkəzləşdirmək  barədə  sərəncam  vermişdir.  Şah  eyni 
vaxtda  Məhəmmədhəsən  xana  Səniüddövlə  titulu  verərək,  nəşriy-
yat  və  tərcümə  idarəsinin  rəisi  təyin  etmişdir.  Məhəmməd  Həsən 
xan  1896-cı  ildə  düşmənləri  tərəfindən  zəhərlənərək  öldürül-
müşdür
317
.     
Onun “Xeyrati-hesan” adlı əsəri XIX əsrin məşhur türk ədibi 
Məhəmməd Zehni Əfəndinin “Məşahirün-nisa” əsərinin türk dilin-
dən farscaya tərcüməsidir. ”Xeyrati-hesan” 1886-1888-ci illərdə üç 
cilddə  nəşr  olunmuşdur.  Əsər  əlifba  prinsipi  əsasında  tərtib  olun-
muşdur. Birinci cild “əlif” hərfindən “re” hərfinə qədər, ikinci cild 
“ze”  hərfindən  “fe”  hərfinə  qədər,  üçüncü  cild  isə  “fe”  hərfindən 
“vav” hərfinə qədər əhatə edir.   
Məhəmməd Həsən xan Lütfəli bəy Azərin “Atəşkədə”, Mah-
mud  mirzə  Qacarın  “Nüqli-məclis”  əsərlərindən  buraya  əlavələr 
edərək,  azərbaycanlı  qadınlar  haqqında  da  məlumat  vermişdir. 
Azərbaycanlı  qadınlar  arasında  Ağabacı  xanım,  Pərixan  xanım, 
Bağdad xatun və b. adlarına rast gəlmək olar. 
Müəllif  əsər  boyu  istinad  etdiyi  mənbələrin  adını  qeyd  et-
məkdən  çəkinməmişdir.  Məsələn,  Fətəli  şahın  qızı  Teyyibədən 
                                                 
317
 Həsənzadə T. Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində 
Azərbaycan tarixi məsələləri. Bakı: Tural-Ə, 2001, 26-27. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
224 
bəhs  edərkən  yazır:  “Nüqli-məclis”  təzkirəsinin  müəllifi  mərhum 
Mahmud mirzə yazır...”
318
 
Müəllif  əsərin  birinci  cildi  çap  olunduqdan  sonra  onun  bir 
nüsxəsini Məhəmməd Zehni Əfəndiyə göndərmiş və öz tərcümeyi-
halını yazmağı xahiş etmişdir. Zehni əfəndi bu xahişə əməl edərək, 
ona  bir  məktub  göndərmişdir.  Həmin  məktub  “Xeyrati-hesan”ın 
ikinci cildində türk və fars dillərində nəşr edilmişdir
319

Ə.G.Məani Etimadüssəltənin əsərinin Mirzə Məhəmməd Mə-
likülküttab  Şirazi  tərəfindən  oğurlanması  və  “Təzkirətül-xəvatin” 
adı  ilə  Bombeydə  çap  olunması  məsələsi  üzərində  də  durmuş-
dur
320

T.e.d. T. Həsənzadə  “Xeyrati-hesan”dakı 159 nəfər azərbay-
canlı-türk  qadın  şairləri  haqqında  məlumatı  fars  dilindən  tərcümə 
edərək nəşr etdirmişdir
321

“Xeyrati-hesan”da  yer  almış  Ağabacı  adlı  şairənin  bioqrafi-
yasına nəzər salaq: “Mərhum Fətəli şah Xaqanın möhtərəm zövcə-
lərindən olub,  mərhum şuşalı  İbrahim xan Cavanşirin  qızıdır. Xa-
qanın  hərəmxanasında  son  dərəcə  hörmət  və  izzətə  malik  idi.  Bu 
qadın Həzərəti-Xaqanın hərəmxanasına zəngin, zinətli və alicənab 
bir qadın kimi daxil olduğundan hamı ona kamali-ədəblə yanaşır-
dılar. O, Qarabağdan özü ilə bərabər 200-dən artıq xadimə və nö-
kər gətirmişdi ki, onların da hamısı məşhur, igid və cəsur adamlar 
idilər... 
Qum  və  buraya  tabe  olan  yerlərin  gəliri,  soyurqal  kimi, 
Qumda  iqamət  edən  Ağabacıya  çatırdı.  Özünün  övladı 
olmadığından  şahzadələrdən  Keykavus  mirzə  ona  oğulluğa  və 
                                                 
318
 Marağalı  Məhəmmədhəsən  xan  Etimadüssəltənə.  Xeyrati-hesan  (Gözəllər 
sərvəti) / fars dilindən tərcümə edən, ön sözün müəllifi T.Həsənzadə. Bakı: Nur-
lan, 2003, s. 78. 
319
 Yenə orada, s. 5. 
320
 Məani Ə.G. Tarixi-təzkirehayi-farsi. c. I, s. 611. 
321
 Marağalı  Məhəmmədhəsən  xan  Etimadüssəltənə.  Xeyrati-hesan  (Gözəllər 
sərvəti). Bakı, 2003, 103 s. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
225 
Mürəssə xanım qızlığa verildilər...Ağabacı ağıllı və şair təbiətli idi, 
nəzm və nəsrdə məharətli idi
322
.  
   
 
                                                 
322
 Yenə orada, s. 10. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
226 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
227 
 
HEYDƏRQULU MĠRZƏ 
 
Heydərqulu mirzə Fətəli şah Qacarın 15-ci oğludur. Atasının 
zamanında Gülpayəgan hakimi olmuş, daha sonra isə hakimlikdən 
azad edilmiş və Tehrana çağırılmışdır
323
.  Divanının  əlyazma  nüs-
xəsi Astani-Qüdsi-Rizəvi kitabxanasında 414 şifrəsi ilə saxlanır.  
Onun “Təzkireyi-Xavər” əsəri təzkirə adını daşısa da, əslində 
qədim  və  yeni  şairlərin  şeirlərindən  ibarət  müntəxəbatıdır.  Üç 
“bəxş”dən ibarətdir: 
I qəsidələr; 
II qəzəllər; 
III rübailər.  
Buradakı şeirlər qafiyə və rədifə görə əlifba ardıcıllığı ilə sı-
ralanmışlar. Bu məcmuə şairlərin bir-birlərini  yamsılamaq və  təq-
lid  etmək  üçün  söylədikləri  şeirlərdən  ibarətdir.  Əlyazması  Məlik 
kitabxanasında 4300 şifrəsi ilə mühafizə olunur
324

                                                 
323
 Берже А.П. Фетх-Али-шах  и его дети (исторический очерк) //  «Русская 
старина», 1886, № 6, с.556. 
324
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi.  I c., s. 219-220. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
228 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
229 
 
MƏHƏMMƏDQULU MĠRZƏ QACAR 
 
Fətəli şahın üçüncü oğlu Məhəmmədqulu Mirzə Qacar 22 ra-
mazan  1203/1788-89-cu  ildə  anadan  olmuş,  bir  məlumata  görə, 
1260/1844-cü ildə, digər bir məlumata görə isə, h. 1289 / m. 1872-
ci ildə vəfat etmişdir. Poetik təxəllüsü Xosrovi, ləqəbi Mülkaradır. 
Atasının hakimiyyəti dövründə Mazandaranda hakimlik etmiş, Fə-
təli  şahın  ölümündən  sonra  isə  Həmədana  sürgün  edilərək  orada 
yaşamışdır. Poetik təxəllüsü “Xosrovi”, ləqəbi isə “Mülkara”dır.  
Məhəmmədqulu mirzə “Təzkireyi-Xosrovi” ümumi xarakter-
li  əsər  qələmə  almışdır.  Burada  həm  qədim,  həm  də  yeni  dövrün 
şairləri haqqında məlumat öz əksini tapmışdır.  
Qardaşı  Mahmud  mirzə  “Gülşəni-Mahmud”  əsərində  onun 
dörd min beytlik divanından və təzkirəsindən bəhs etmiş, onun təz-
kirəsinin Lütfəli bəy Azərin “Atəşkədə”sindən üstün olduğunu id-
dia etmişdir
325
.  
                                                 
325
 Берже А.П. Фетх-Али-шах  и его дети (исторический очерк) //  «Русская 
старина»,  1886,  №  6,  с.554;  Məani  Ə.G.  Tarixi-təzkirəhayi-farsi.  Ic.,  s.  221-
223; Həsənzadə T. Qacarlar dövrünün titulları. Bakı, 2011, s. 223-225. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
230 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
231 
 
SEYĠD ƏZĠM ġĠRVANĠ 
 
XIX əsr Azərbaycan ədəbiyyatında klassik poeziya  ənənələ-
rini davam etdirən ən qüdrətli sənətkarlardan biri Seyid Əzim Şir-
vanidir.  Milli  poeziyamızın  inkişaf  tarixində  o,  lirik,  cəmiyyətin 
sosial bəlalarını cəsarətlə tənqid edən satirik, əxlaqi-tərbiyəvi mən-
zum  hekayələr  və  təmsillər  müəllifi  və  təzkirəçi  kimi  məşhurlaş-
mışdır.  
Seyid  Əzim  Şirvani  1835-ci  ildə  Şamaxıda  ruhani  ailəsində 
anadan olmuşdur. Yeddi yaşında atasını itirdikdən sonra ana baba-
sı ilə Dağıstana gedir. 1853-cü ildə isə anası ilə birlikdə Şamaxıya 
qayıdır. Ali ruhani təhsilini Nəcəf (1856), Bağdad və Şam şəhərlə-
rində  almışdır.  Uzun  müddət  vətəndən  uzaqlarda  yaşayan  Seyid 
Əzim XIX əsrin əllinci illərinin sonlarında Şamaxıya qayıtmış və 
məktəbdarlıq işinə başlamışdır. 1869-cu ildə Şamaxıda yeni üsullu 
məktəb  açıb,  pedaqoji  fəaliyyətə  başlamışdır.  Seyid  Əzim Şirvani 
1888-ci ildə Şamaxıda dünyasını dəyişmişdir. 
Bədii yaradıcılığa XIX əsrin 50-ci illərində başlayan S.Ə.Şir-
vaninin  zəngin  ədəbi  irsi  qalmışdır.  Buraya  lirik  şeirlər,  satiralar, 
əxlaqi-didaktik əsərlər, bədii nəsr nümunələri və təzkirəsi daxildir. 
Onun əxlaqi-didaktik əsərləri 1877-ci ildə tamamladığı “Rəbiül-ət-
fal”kitabında toplanmışdır. 
S.Ə.Şirvani  “Əkinçi”,  “Ziya”,  “Kəşkül”  qəzetlərində  tez-tez 
çıxış etmişdir. “Beytüs-səfa” ədəbi məclisinin təşkilatçısı və rəhbə-
ri olmuşdur.  
S.Ə.Şirvani  Yaxın  Şərqin  Bağdad,  Qahirə,  İsfahan,  Məkkə, 
Təbriz, Ərdəbil kimi böyük şəhərlərində olan şair bu yerlərin ədə-
bi-mədəni həyatı ilə maraqlanır, o dövrün bir sıra tanınmış alim və 
şairləri ilə görüşüb, onların məclislərində iştirak etmişdir
326

Şair ilk şeirlərini Məhəmməd Füzulinin  ədəbi  təsiri  ilə  yaz-
mışdır.  Onun  poetik  irsinin  çox  hissəsi  lirik  əsərlərdən  ibarətdir. 
                                                 
326
 Azərbaycan ədəbiyyatı tarixi. IV c., Bakı, 2011, s. 543. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
232 
Azərbaycan  və  fars  dillərində  yazılmış  bu  əsərlərin  mövzuları 
müxtəlifdir. O, həm də satirik şair kimi məşhurlaşmışdır. 
Seyid  Əzim  Şirvaninin  ən  önəmli  əsərlərindən  biri  “Təzki-
rə”sidir. S.Rüstəmov təzkirənin uzun illər ərzində tərtib olunduğu-
nu, müqəddimədəki “1300”-cü il tarixinin (1882-1883) isə təzkirə-
nin tamamlandığı tarix olduğunu, işin başlanğıcının şairin gənclik 
illərinə təsadüf etdiyini qeyd edir
327
. Tədqiqatçı Seyid Əzimin təz-
kirənin tərtibi ilə 25-30 yaşlarından məşğul olduğunu yazır.  
Ö.Bayram isə əsərin 1875-ci ildə yazılmağa başlanıldığını və 
təqribən 1885-ci ildə tamamlandığını yazır: “Seyyid Azim Şirvânî, 
tezkireyi  yazmaya  başladığı  zaman  kaç  yaşında  olduğunu  “Tâ  bu 
günlerde kim sâl-i „ömrüm ķırha yetdi ve gülistân-ı hatırımdan tab 
u teravet gitdi” sözleriyle ifade eder”
328
.   
Seyid Əzim təzkirəsinin dibaçəsində “Təzkirənin tərtib edil-
diyi il” başlığı altında əsərin tamamlanma tarixi verilmişdir: 
 
Min üç yüzdə sali-hicrətdən, 
Bunu cəm eylədim qənimətdən... 
Gərçi hər şüğlə pay peydadır, 
Buna “tarixi-şüğl” bipadır. 
Şüğldən saqit eyləsən lami, 
Oldu tarixi-salın əyyami
329

 
“Təzkirə” dibaçə, təvəqqeyi-müəllif, müqəddimə və dörd fə-
sildən ibarətdir. Əsərin dibaçəsini aşağıdakı misralarla başlayır:  
 
Bu təzkirə kim, məcməi-şeiri-şüəradır,  
Hər səfhəsi gülzar kimi ruhfəzadır. 
Qoymaz yerə əldən onu şövq əhli görəndə, 
Kim, canə fərəh, çeşmə ziya, qəlbə şəfadır
330
 .  
                                                 
327
 Seyid Əzim Şirvani. Təzkirə. Bakı, 1974, s. 460. 
328
 Bayram Ö. Azerbaycan sahası tezkireleri ve Seyid Azim Şirvaninin tezkiresi. 
Gazi Üniversitesi, yayımlanmamış doktora tezi. Ankara, 2005, s. 7. 
329
 Seyid Əzim Şirvani. Təzkirə. Bakı, 1974, s. 11. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
233 
 
Seyid  Əzim təzkirəsinin  yazılma səbəbini də izah edir: “Və 
çün  məcmui-əşari-tərəbişarı  zəbt  etmək  və  təmamiyi-əbyati-şəfis-
batə  rəbt  yetirmək  qüvveyi-hafizəyə  mütəəssir  və  mütəxəyyilə  ta-
qətinə mütəəzzir idi, iradəm bu oldu ki, bir məcmuə əbyati-şüəra-
dan və bir müxtəsər məqalati-ürəfadən tərkib qılam ki, həm müta-
liəsinə  əhli-zövq  mail  və  həm  zikri-xeyrdən  ötrü  bəndeyi-həqirə 
yadigar hasil ola”
331

 
Nə gözəldir oxuyub əşarı, 
Zövqi-ürfanə xəbərdar olasan. 
Hər güruhun görəsən şeri-tərin, 
Dəhrdə vaqifi-əsrar olasan.   
 
Təzkirəçi  əsərinin  strukturunu  belə  açıqlayır:  “Bu  məcmuə 
dörd fəsil üzrə, hər fəsil üç bürc otuz dərəcə üzrə bəyan olunmuş-
dur.  
 
Fəsli-əvvəl: Şüərayi-Qafqaz bəyanındadır. 
Fəsli-dövvüm: Şüərayi-Azərbaycan bəyanındadır. 
Fəsli-səyyüm: Şüərayi-Rum bəyanındadır. 
Fəsli-çəharüm: Şüərayi-Türküstan bəyanındadır” 
332

 
S.Rüstəmov Seyid Əzimin təzkirəsində qeyd etdiyi struktura 
əməl etmədiyini yazır: “Təzkirənin müqəddiməsindən anlaşılır ki, 
müəllif birinci növbədə Qafqaz şairləri, ikinci Azərbaycan şairləri, 
üçüncü  Türküstan  şairləri,  dördüncü  Rum  şairlərini  təsnif  etməli 
idi...Bu fəsillərin içində, bölgülərin əksinə Kirman, Xorasan, Hind, 
İsfahan, Nişapur və Şiraz şairlərinin əsərlərinə də rast gəlirik. Şir-
van şairlərinin bəzisi kitabın əvvəlində, bəzisi ortasında, bəzisi isə 
                                                                                                             
330
 Yenə orada, s. 7. 
331
 Yenə orada, s. 8. 
332
 Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. III c., Bakı: 1974, s. 448. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
234 
sonunda verilmişdir. Rum şairlərinə aid olan bölmə əvvəlki bölmə-
lərə nisbətən daha səliqəlidir”
333
.    
Müəllif  təzkirəsinin  müqəddiməsində  və  ya  sonrakı  fəsillə-
rində əsərin adı ilə bağlı heç bir fikir açıqlamamışdır. Təzkirə 270-
ə yaxın şairin həyat və yaradıcılığını əhatə edir.   
Seyid  Əzim  Şirvani  təzkirəsinin  müqəddiməsində  şair  və 
şeirə münasibət haqqında məlumat vermişdir. Təzkirəçi fikirlərini 
ayə və hədislərlə isbatlamağa çalışmışdır. 
Seyid Əzim təzkirəsini Nəsrəddin şaha ithaf etdiyini ön söz-
də  qeyd  edir:  “Çünki  bu  məcmueyi-ziba  və  müxtərieyi-şiyvayə 
sultani-adil  və  bazil,  kəhfül-füqəra  və  məlazül-ğübəra  və  müinüz-
züəfa, nasiri-dini-xuda, əs-sultan ibn-əs-sultan vəl-xaqan ibn-əl-xa-
qan, şahənşahi-müəzzəm, maliki-riqabi-üməm, Nəsrəddin ğazi (la-
zalə  nüsrətəhu  və  dəvamə-dövlətəhu)  və  sultani-adilin  və  bazilin 
əhdi-məymun və zəmani-hümayununda şuru olmuşdur… 
Fəlihaza,  o  zillüllahın  mədhü  səna  və  dualarına  ixlas  və 
iradət ilə iqdam olundu”
334
. Dibaçədə daha sonra “Müəllifin nəsəb-
naməsi və təzkirənin tərtib edildiyi il” başlığı altında təzkirəçi özü 
və təzkirəsinin yazılma tarixi haqqında məlumat verir.  
Təzkirənin müqəddiməsi klassik təzkirələrin ön sözünü xatır-
ladır.  Burada  şeir  haqqında  məlumat  verilmiş,  ilk  şeir  söyləyənin 
Həzrəti  Adəm  olduğu  qeyd  edilmişdir.  Əsərin  müqəddiməsində 
çox sayda “Quran” ayələrinə rast gəlmək mümkündür.   
Seyid  Əzim  Şirvani  təzkirəsini  tərtib  edərkən,  ondan  əvvəl 
yazılmış  təzkirələrdən,  tarix  kitablarından  və  təsəvvüfi  əsərlərdən 
faydalanmışdır.  Ö.Bayram  təzkirənin  mənbələrini  yazılı  və  şifahi 
qaynaqlar olmaqla iki qismə ayırmışdır. Bunların arasında Dövlət-
şah  Səmərqəndinin  “Təzkirətüş-şüəra”sının  və  Lütfəli  bəy  Azərin 
“Atəşkədə”sinin  adlarını  çəkmək  olar.  Əsər  boyu  bu  təzkirələrə 
istinad edilmişdir.  
                                                 
333
 Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. III c., Bakı: 1974, s. 456. 
334
 Yenə orada, s. 8-9. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
235 
Təzkirənin  tərtib  işinə  Seyid  Əzim  gənclik  illərində  -  Şərqə 
səyahət  etdiyi  zamanlarda  başlamış,  oradakı  şeirlərin  bir  qismini 
müəlliflərinin özlərindən almışdır
335
.  
Seyid Əzim şairlərin təvəllüd və vəfat tarixlərini verməyə ça-
lışmışdır. Müəllif təzkirədə adları çəkilən şairlərin hamısının həyat 
və  yaradıcılığı  haqqında  məlumat  verməmiş,  şeirlərindən  nümunə 
verməklə kifayətlənmişdir. Təzkirədə  yer alan şeirlərdən nümunə-
lərə gəlincə, bunların sayı 2 ilə 120 beyt arasında dəyişməkdədir. 
Təzkirədə  şairlər  bir-biri  ilə  müqayisə  edilmiş,  kimin  daha 
qabiliyyətli olduğu vurğulanmışdır. Ö.Bayram bu təzkirədəki şair-
lərarası  müqayisə  və  eyniləşdirmədən  bəhs  edərkən  önəmli  və  id-
dialı  müqayisələrin  aparıldığını  qeyd  edir:  “Seyyid  Azim  Şirvânî 
tezkiresinde,  şâir  ve  eser  ile  ilgili  yaptığı  değerlendirmelerde  en 
başarılı  sayılabileceği  kısımlardan  biri  şâirler  arası  mukayese  ko-
nusudur. Tezkirede pek çok şâir, değişik  yönleriyle diğer şâirlerle 
karşılaştırılır.  Üstün  olan  veya  geride  olan  söylenir.  Bazen  de  bir 
şâirin diğerinden geri kalmadığı vurgulanır”
336

Ö.Bayram  təzkirə  üzərində  apardığı  araşdırmaların  nəticəsi 
olaraq yazır: “Seyyid Azim Şirvânî de şiir eleştirisi konusunda isa-
betli fikirler ortaya koyabilen bir tezkire yazarıdır. Seyyid Azim’in 
şiirin niteliği ile ilgili değerlendirmeleri, Anadolu sahası tezkirele-
ri ile mukayese edildiğinde sayıca az olsa da yaptığı değerlendir-
meler ve şâirlerin birbirleriyle mukayesesi, onun bu konuda yetkin 
bir kişi olduğunu göstermektedir”
337

 
Seyid  Əzim Şirvaninin təzkirəsi  AMEA Əlyazmalar  İnstitu-
tunda  mühafizə  olunmaqdadır.  Təzkirə  Əlyazmalar  İnstitutunun 
fonduna  daxil  olarkən  son  dərəcə  pərakəndə  şəkildə  olmuşdur. 
Təzkirəni nəşrə hazırlayan mərhum S.Rüstəmov qeyd edir ki, təz-
kirənin  pərakəndə  vərəqləri  f.e.d.  S.Hüseynov  tərəfindən  tutuşdu-
rularaq nömrələnmiş, bəzi vərəqlər tapılmadığı üçün əlyazmanı ol-
                                                 
335
 Azərbaycan ədəbiyyatı tarixi. IV c., Bakı, 2011, s. 569. 
336
 Bayram Ö. Azerbaycan sahası tezkireleri ve Seyid Azim Şirvaninin tezkiresi. 
Gazi Üniversitesi, yayımlanmamış doktora tezi. Ankara, 2005, LXXXVI. 
337
 Yenə orada, s. LXXXII 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
236 
duğu kimi bərpa etmək mümkün olmamışdır. Yəni təzkirəni şairin 
müqəddimədə  göstərdiyi  quruluşda  bərpa  etmək  üçün  əsəri  yeni-
dən tərtibə salmaq lazım gəlmişdir
338
.  
Seyid  əzim  Şirvaninin  qələmə  aldığı  bu  təzkirə  daha  geniş 
coğrafiyanın şairlərini əhatə etməsi baxımından Şərq ədəbiyyatının 
mühüm qaynaqlarından hesab olunur. 
 
Əlyazmaları 
 
AMEA Əlyazmalar İnstitutu Arx.5, Q - 3 (29) 
 
 
 
 
 
Seyid Əzim ġirvani 
 
 
                                                 
338
 Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. III c., Bakı: 1974, s. 452. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
237 
 
 
 
Seyid Əzim ġirvani. Təzkirə 
AMEA Əlyazmalar Ġnstitutu Arx. 5, Q – 3 (29)

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
238 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
239 
 
MƏHƏMMƏD KAZIM ƏSRAR ƏLĠġAH TƏBRĠZĠ 
 
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi XIX əsr Azərbaycan 
təzkirəçilərindəndir.  “Behcətüş-şüəra”
*
  adlı  təzkirənin  müəllifidir. 
Bu təzkirəçi haqqında məlumatı “Danişməndani-Azərbaycan” təz-
kirəsindən alırıq. Əsrar təxəllüslü Əlişah Təbrizi Şah Nemətulla tə-
riqətinə  bağlı  olan  dərvişlərdəndir.  O,  h.1265/1848-ci  ildə  anadan 
olmuşdur. İyirmi beş min beytdən ibarət divanı vardır
339
. M.Tərbi-
yət Əsrarın iki kitab təlif etdiyini, orada h. XIII / m. XIX əsr Azər-
baycan söz ustalarının və növhə yazan şairlərin şeirlərini, eləcə də 
divanlarında  daha  çox  türk  dilində  və  nadir  hallarda  fars  dilində 
şeir,  qəzəl  və  rübailər  olan  şairlərin  tərcümeyi-halını  topladığını 
qeyd edir. 
“Behcətüş-şüəra”  təzkirəsi  haqqında  daha  ətraflı  məlumat 
Ə.G.Məaninin  “Farsca  təzkirələrin  tarixi”  əsərində  verilmişdir. 
“Behcətüş-şüəra”  h.  1294-99  /  m.  1877-82-ci  illərdə  yazılmışdır. 
Əlifba sırası ilə 86 azərbaycanlı şairdən bəhs edir. Nəsri farsca ol-
masına  baxmayaraq,  poeziya  nümunələrinin  çox  hissəsi  türkcə
yalnız  cüzi  bir  qismi  farscadır.  Burada  bəhs  olunan  Azərbaycan 
şairləri öz hazırcavablıqları və şux təbli olmaları ilə tanınan şairlər-
dirlər.  Bu  təzkirənin  hazırlanmasından  sonra  müəllif  oradakı  şeir-
lərdən nümunələr seçərək, bunları “Hədiqətüş-şüəra” adlandırdığı 
bir müntəxəbatda toplamışdır. R.Y.Təbrizi təzkirənin əlyazmasının 
Təbriz Milli Kitabxanasında mühafizə olunduğunu yazır
340
.  
“Behcətüş-şüəra”nın bir nüsxəsi Ə.G.Məaninin dostu Cəfər 
Sultan  əl-Qürrayinin  şəxsi  kolleksiyasına  məxsus  olmuşdur.  Əl-
                                                 
*
Təzkirənin  adı  “Danişməndani-Azərbaycan”  təzkirəsinin  Azərbaycan  dilinə 
tərcüməsində  (1987-ci  il  nəşri)  yanlış  olaraq  “Ləhcətüş-şüəra”  şəklində  təqdim 
olunmuşdur (Bax: s. 133). 
339
 Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı, 1987, s. 132. 
340
 Təbrizi  R.Y.  XIX  əsrdə  Cənubi  Azərbaycanda  ictimai-ədəbi  həyat  və  Əsrar 
Əlişah  Təbrizi  //  Humanitar  elmlərin  öyrənilməsinin  müasir  problemləri, 
2011/1, s. 122-125. 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
240 
yazma  h.1299/1881-ci  ildə  Tehranda  köçürülüb  tamamlanmışdır. 
Katibi  Həsən  Hüseynidir.  Əlyazmanın  həcmi  101  vərəqdən  ibarət 
olub,  qəhvəyi  rəngli  dəri  cildə  salınmışdır.  Təzkirənin  sonunda 
şairlərin fehristi təqdim edilmişdir. 
Müəllif təzkirənin təlif səbəbini bu şəkildə açıqlayır: “Amma 
məxfi və örtülü qalmasın ki, bu mübarək vərəqləri yazan şəxs, yəni 
məskəni Təbriz, vətəni Qarcahan olan Əsrar deyir ki, duaçınız bir 
neçə  il  bundan  əvvəl  dostlardan  birinin  evində  bir  məcmuə  gör-
düm.  Rəhmətlik  Məhəmməd  şahın  hakimiyyəti  zamanında  Mirzə 
Məhəmməd  Əli  Nədim  tərəfindən  qələmə  alınmış  bu  kitabın  adı 
“Yəxçaliyyə”  idi.  Diqqətli  nəzərlə  mülahizə  etdikdən  sonra  deyə 
bilərik ki, həqiqətən də, o məcmuə “Atəşkədeyi-Azər”dən daha şi-
rin bir kitabdır. Biz həmin fərəh bəxş edən məclisdə bu məcmuə-
dən  bir  neçə  nəfər  şairin  əhvalatını  əylənmək  üçün  oxuduq.  Bu 
söhbət  əsnasında  şairlərin  kamalı  və  onların  kəlamının  məlahəti 
haqqında söz düşdükdə farsdillilərdən bir şəxs rişxənd etmək məq-
sədi ilə dedi: 
- Nə olaydı ki, bu pak torpaqda  yaşayan türklərin şairlərinin 
əhvalatı  və  şeirləri  haqqında  da  bir  məcmuə  yazılaydı,  ta  biz  bu 
uca silsilənin ali kamalatından xəbər tutaydıq. 
O  əzizin  bədxahlığından  və  tənəsindən  duaçınızın  acığı  tut-
du... Alicənab böyüklərdən himmət istəyib, Azərbaycan şairlərinin 
əhvalı  və  onların  şeirlərinin  müntəxəbatı  haqqında  bu  mübarək 
məcmuəni  cəm  edərək,  ona  “Behcətüş-şüəra  və  sərvəri-nüdəma” 
adını qoydum”. 
Təzkirədə yer almış şairlərimiz: 
1)  Atəşi  Marağayi;  2)  İrşad  (Kərbəlayi  Əli);  3)  İsmayıl;  4) 
Əfsər Ordubadi (Mirzə Abdulla); 5) Əimmi; 6) Əşkriz (Kərbəlayi 
Hüseyn);  7)  Bağır  Dəllək;  8)  Bülbül  (Kərbəlayi  Tağı  Dəllək);  9) 
Pərvanə (Axund Molla Tağı); 10) Binəva; 11) Pürğəm (Mirzə Əh-
məd); 12) Talandi Mərəndi; 13) Topçu; 14) Saqib Əhəri; 15) Cudi 
(Axund  Molla  Səttar  Rövzəxan);  16)  Cərtab  (Sadiq);  17)  Həlim 
Xalxali (Qafar); 18) Həsən Sərabi; 19) Həqir Mərəndi (Hacı Mirzə 
Əbdülqafar Mahutfüruş); 20) Xəlifə Sərabi (Məhəmməd); 21) Xa-

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
241 
dim  Əttar;  22)  Xəyyam  Sani;  23)  Dilsuz  Təbrizi  (Kərbəlayi  Mə-
həmməd  Əmin);  24)  Dərviş  Bülbül;  25)  Dilriş  (Kərbəlayi  Əsgər 
Corabçı); 26) Dilgir (Kərbəlayi Məhəmməd Əttar); 27) Zikri (Kər-
bəlayi Nəcəf Bazarçı); 28) Raci (Hacı Əbülhəsən); 29) Rəbii (Mir-
zə  Əbdüləli  Miyaneyi);  30)  Rağib  Əhəri  (Mirzə  Musa);  31)  Rza 
Sərraf;  32)  Zahidi  (Kərbəlayi  Novruz  Səbzifüruş);  33)  Sərməst 
(Ağa Mirzə Bağır Küfri); 34) Səmturi (Sənturi); 35) Seyid Naqqaş; 
36)  Sultan;  37)  Saqi  Qissəxan;  38)  Sərvəri  (Kərbəlayi  Şükrulla); 
39) Şükri (Kərbəlayi Kərim); 40) Sai (Mirzə Əbülqasim); 41) Şa-
hid  Kuduşçi  (Kərbəlayi  Hüseyn);  42)  Şükuhi  (Kərbəlayi  Mehdi); 
43)  Şeyda  (Lütfulla);  44)  Şakir  Təbrizi;  45) Şeyx  Əli  Əkbər;  46) 
Şaiq Zakir; 47) Şahbaz Təbrizi; 48) Sabiri; 49) Səburi (Ağa Mirab-
bas); 50) Səfa (Seyid Hüseyn); 51) Ziya (Kərbəlayi  Ağa Ərəqçin-
füruş);  52)  Tuğra  (Məşhədi  Hüseyn);  53)  Tülui  (Mirzə  Əbdürrə-
sul);  54)  Talib  Məhzun  (Əbu-Talib);  55)  Zühuri  (Əli  Əttar);  56) 
Əbqəri (Kərbəlayi Rəhim Əmirxizi); 57) Aciz Mərəndi (Hacı Mir-
zə Yusif); 58) Qəmdil; 59) Qəşi Çayçı; 60) Fədui (Molla Mehrəli); 
61) Fənai Xoyi (Mirzə Əbdürrəsul); 62) Fariğ; 63) Faxir (Məşhədi 
Əhmədağa Bəzzaz); 64) Faiz; 65) Qüdsi (Molla Məhəmməd Tağı 
Məktəbdar);  66)  Qəsir;  67)  Qumri  (Mirzə  Məhəmməd  Tağı);  68) 
Gülşən  (Hüseynağa  Urumi);  69)  Gənci  Xoyi  (Mirzə  Məhəmməd 
Sadiq);  70)  Kaşif;  71)  Ləli  (Ağaəli  İrəvani  Təbrizi);  72)  Latif 
(Məşhədi Əsgər); 73) Müztər (Ağa Miryəhya); 74) Mir Xoyi; 75) 
Mubəd  (Kərbəlayi  İsmayıl  Ərəqçinfüruş);  76)  Məhcur  (Kərbəlayi 
Əbdüləli); 77) Məcmər (Mirzə Məhəmməd Əli); 78) Molla Kərim; 
79)  Mirzə  Cabbar;  80)  Məzlum;  81)  Nəbati;  82)  Naci;  83)  Natiq; 
84) Huşin; 85) Vaqif (Məhəmməd Əli); 86) Yusif Paludəpəz. 
“Hədiqətüş-şüəra”nın  isə  əlyazma  nüsxəsi  Təbrizdə  Hacı 
Hüseyn Naxçıvaninin şəxsi kitabxanasına aid olmuşdur. İran alimi 
A.İ.Aştiyani  “Yadigar”  jurnalında  (c.  V,  no.  8-9,  s.141-142)  yaz-
dığı bir məqalədə bu əsəri yanlışlıqla Hacı Kazım Kurəpəz adlı bir 
müəllifə aid etmişdir
341

                                                 
341
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. C. I, s. 438. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
242 
Bu təzkirənin digər bir nüsxəsi Təbriz Milli Kitabxanasında-
dır
342
.  
                                                 
342
 Təbrizi  R.Y.  XIX  əsrdə  Cənubi  Azərbaycanda  ictimai-ədəbi  həyat  və  Əsrar 
Əlişah  Təbrizi  //  Humanitar  elmlərin  öyrənilməsinin  müasir  problemləri, 
2011/1, s. 122-125. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
243 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin