Məhəmməd ağa Müctəhidzadə
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
279
ĠBRAHĠM TAHĠR MUSAYEV
XX əsr təzkirəçilərindən biri də İbrahim Tahirdir. O, 1869-
cu ildə Şuşa şəhərində anadan olmuşdur.
Mir Möhsün Nəvvab təzkirəsində İbrahim Tahir haqqında
yazır: “Tahirin adı İbrahimdir. Bu təzkirə yazılan vaxt 22-23 yaşı
var idi. Xoş əhvallı, düz əxlaqlı bir cavan idi. Məşədi Əbdül Qara-
bağinin oğludur. Şuşa şəhərinin Çuxur məhəlləsindəndir. Sənəti ta-
cirlikdir. Farsca savadı var. Təxəllüsü Tahirdir”
391
. “Təzkireyi-
Nəvvab”da İbrahim Tahirin Azərbaycan və fars dillərində avtoqraf
şeirləri də yer almışdır:
Kim mənim tək fikri-zülfündən belə Məcnun olur,
Ruzü şəb həmdərdi vəhşi, məskəni hamun olur?
Gər desəm ərərdürür qəddin sənin, səhv etmişəm,
Sərvü ərər, dilbəra, qanda belə mövzun olur?
Mürşidi-meyxanə qəm dəfinə mey təcviz edər,
Mən bu qana dönmüşü içkəc, qəmim əfzun olur.
Təxti-naz üzrə gedərsən xabi-nazə naz ilə,
Firqətində hali-aşiq bilməyirsən çun olur?
Arizin dövründə xalın öyrə rənadır sənin,
Həsrətindən gülşən içrə lalələr dilxun olur.
Söylə, yəğma eyləsin könlüm o çeşmi-məstinə,
Xəlq içində məst olan hər barədən mövzun olur.
Mərhəmət çeşmilə bir bədbəxtə gər qılsan nəzər,
391
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1998, s. 506.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
280
Ol kəsin bişəkkü şübhə taleyi məmnun olur.
Nə təəccüb, Tahirin olsa qiyamət sözləri,
Qaməti-rənayə, maildir, sözü mövzun olur
392
.
Fars, ərəb və rus dillərini mükəmməl şəkildə öyrənmişdir.
Şeirlərini “Tahir” təxəllüsü ilə yazmışdır. “Şərqi-rus”, “İrşad”,
“Dəbistan”, “Həqayiq”, “Füyuzat” kimi dövri mətbuat orqanların-
da şeir və məqalələrlə çıxış etmişdir. İ.T.Musayev bədii yaradıcı-
lıqla yanaşı, tərcüməçilk fəaliyyəti ilə də tanınmışdır. Dos.
R.Kərimov Ə.Firdovsi, Ö.Xəyyam, Ə.Xəqani, N.Gəncəvi kimi bö-
yük sənətkarların əsərlərinin Azərbaycan dilinə hərfi tərcüməsinin
Ədəbiyyat və Dil İnstitutu tərəfindən İbrahim Tahirə sifariş edildi-
yini yazır
393
.
XX əsrdə tərtib olunmuş təzkirələr sırasına İbrahim Tahir
Musayevin 1918-ci ildə qələmə aldığı “Riyazül-arifin” təzkirəsi
də daxildir. Əsər Rzaqulu xan Hidayətin “Məcməül-füsəha”sının,
demək olar ki, Azərbaycan dilinə tərcüməsidir. Azərb. MEA
Əlyazmalar İnstitutunda D-207 şifrəsi altında mühafizə olunan
təzkirənin həcmi 52 vərəqdir.
İ.T.Musayev əsərin ön sözündə təzkirənin tərcümə edilməsi-
nin səbəblərini bu şəkildə izah edir: “İşbu təzkirə “Riyazül-arifin”
namı ilə müsəmma olub Əmirüş-şüəra ləqəbi və Hidayət təxəllü-
süylə məşhur olan ədibi-möhtərəm və ustadi-əzəm Rzaqulu xan
mərhumun asari-ədibanələrindəndir. Bu təzkirənin fars dilində ya-
zılan cümlə təzkirələrə təfəvvüqi və söygülü vətənimiz Azərbay-
can övladının ondan istifadə edəcəkləri məlhuz olduğından naşi
Qarabağ nahiyəsi məarif şöbəsi müdiri Əliabbas Müznib Əfəndi-
nin əmr və tənbehi üzərə fars dilindən türk dilinə tərcümə etdüm.
İştə bəəz ədəbiyyat maraqlıları “bu tərcümə sırf türk dilində nə
içün yazılmamış” deyə bəni məlamət edəcəklərini bildigimdən
392
Yenə orada, s. 511-512.
393
Kərimov R. İbrahim Tahir Musayevin həyat və yaradıcılığı // Müasir şərqşü-
naslığın aktual problemləri, Bakı, 2011, s. 166.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
281
dolayı bir kaç kəlmə qareyini-gerami təsəddi etməgə məcbur
oldum. Əvvəla bir tərcümənin sırf türk dilində yazılması
tərcümənin qiyməti-ədəbiyyəsini ixlal edəcəgi gizlədiləcək
həqiqətlərdən degildir. Zira ki, dilimizdə istemal olunan kəlmələrin
dörtdə üç kəlməsi ya ərəb və ya fars kəlmələri olduğu və lisanımı-
zın həman dillər sayəsində zənginləşdigi bir halda bənim gibi bir
kaç bisavadın tənşiti-xatirəsi içün tərcüməyi sırf türk dilində yaz-
maq əsəri təzyifdən başqa bir işə yaramaz. Və bisavad olanlar da
okur, yazar, ögrənər. İştə ifadati-acizanəmə şahid olaraq bunı ərz
edirəm ki, əski və sırf türk dilinə tərcümə edilmiş üç cild Təbəri-
tarixini nəzəri mütaliəyə alar isəniz...
Tarixi-məşhurun sırf türk dilinə tərcümə edilməsi tarixi məz-
burun qiyməti-ədəbiyyəsini büsbütün itirdigini anlarsınız zənnin-
dəyəm və bununla bərabər bu tərcümə ilk tərcümə etdigim əsər
olub, imla və inşa və bəzi ədəbi nöqsanlardan varəstə olmadığın-
dan zahib və müərrif oldığından dolayı əfviyyəti bala-pərvarani-
ədəbdən rica və iltimas edərəm. Mütərcimi: İbrahim Tahir Musa-
yev Qarabaği. Təhrirən fi şəhri cəmadiyül əvvəl 1338”
394
.
İ.T.Musayev təzkirənin əvvəlində yer almış “Elan” hissəsin-
də Əliabbas Müznibin Azərbaycana dair böyük bir tarix yazdığını
qeyd edir: “Bu tərcümədən sonra Əliabbas Müznib Əfəndinin ehti-
mamı sayəsində Azərbaycan toprağına dair bir böyük tarix vücuda
gətiriləcəgini və həman yerlərdən zühur edən üləma və ürəfa və
şüəra və vəqtilə icrayi-hökm və nüfuz edən səlatini-əzəm və xəva-
nini-baehtişamın şərhi-halları və məmaliki-məzkurda vüqu bulan
vəqayeyi-cəmiyeyi-tarixiyyənin müfəssəl surətdə yazılacağı və be-
qədri-imkan ələ gələn şüəra və ürəfa və padşah və xanların həman
tarixdə surətlərinin tərəssimi tərəfdarani-məarif və ədəbə və söygü-
lü vətənimizin övladına ayrıca təbşir və ixtar edərəm”
395
.
Təzkirədə şairlər haqqında verilən məlumatlar çox qısadır.
İ.T.Musayev tərcüməyə bəzi şairlər haqqında öz əlavələrini də et-
mişdir. A.Topalova “Riyazül-aşiqin”in Azərbaycan təzkirəçiliyinə
394
Musayev İ.T. Riyazül-arifin. AMEA Əlyazmalar İnstitutu D-207.
395
Yenə orada, vər. 1 a.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
282
yenilik gətirmədiyini yazır və əsəri tənqid edir: “İbrahim Tahir təz-
kirəsi orta əsrlər Azərbaycan təzkirəçiliyinə, demək olar ki, heç nə
əlavə etməmiş, Rzaqulu xan təzkirəsinin Azərbaycan türkcəsinə
zəif tərcümə olunmasından irəli gedə bilməmiş, Azərbaycan ədə-
biyyatşünaslıq fikrini zənginləşdirməyə nail olmamışdır”
396
.
Dos. R.Kərimov isə A.Topalovanın əksinə, İ.T.Musayevin
özündən sonra zəngin bir irs qoyub getdiyini, onun Azərbaycan,
qismən də fars dilində olan bədii irsinin bu günə kimi ədəbi icti-
maiyyətə təqdim olunmadığını xüsusi qeyd edir
397
.
Əlyazmaları
AMEA Əlyazmalar İnstitutu D – 207.
396
Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa
Məhəmməd Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi. Bakı, 2001, s. 37.
397
Kərimov R. İbrahim Tahir Musayevin həyat və yaradıcılığı // Müasir şərqşü-
naslığın aktual problemləri, Bakı, 2011, s. 167.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
283
Ġbrahim Tahir Musayev. “Riyazül-arifin”
AMEA Əlyazmalar Ġnstitutu D-207
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
284
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
285
HƏSƏNƏLĠ XAN QARADAĞĠ
Ata-babası Cənubi Azərbaycanın Qaradağ mahalından olan
Həsənəli xan Qaradaği 1847-ci ildə Şuşa şəhərində hərbi xidmətçi
ailəsində anadan olmuşdur. Hələ ana bətnində ikən atası vəfat etdi-
yi üçün atası Həsənəlinin adını ona qoymuşlar. Ailəsi və qohumla-
rı Həsənəli ağanı xatırlayaraq, həmişə onu “Balaca ağa” deyə çağı-
rarmışlar. O, Şuşanın yaşlıları arasında həmin adla məşhur olmuş-
dur
398
.
“Məclisi-fəramuşan” üzvlərindən olan və dövrünün tanınmış
ziyalısı və pedaqoqu Həsənəli xan haqqında ilk məlumatı Nəvvab
təzkirəsindən alırıq. Nəvvab oun Balaca ağa Xan Qaradaği kimi
təqdim edir: “Cənab Balaca ağa atası Həsənəli ağa ilə eyni adda
olub, təxəllüsü Xan Qaradağidir. Əcdadı Səfəvi padşahlarının hü-
zurunda xəlifələr xəlifəsi mənsəbində olub. İndi Həsənəli ağanın
45 yaşı var. Şeirləri pərakəndədir, divanı yoxdur. Rus millətinin
şairlərindən olan Krılovun bəzi təmsillərini nəzmlə tərcümə
edib”
399
.
Atası vəfat edəndən sonra dünyaya göz açan Həsənəli əmisi
Məhəmməd Hüseyn ağanın himayəsində böyümüşdür. Rus dilini
öyrənmək məqsədilə əmisi onu yeddi-səkkiz yaşlarında Şuşa qəza
məktəbinə qoyur. Həsənəli burada oxuyarkən əmisi Tiflisə köçür.
1866-cı ildə Qaradaği bu məktəbi bitirir.
Həsənəli xan Şuşa məktəbində oxuyan zaman boş vaxtla-
rında müstəqil olaraq mütaliə ilə məşğul olardı. Həm də Şuşa rus-
tatar məktəbinin müəllimi olan Mirzə Bəşir Yusifzadənin atasın-
dan ərəb və fars dillərini öyrənir. O öz müəlliminin yanında və
evdə görkəmli Şərq klassiklərinin əsərlərini mütaliə etməklə bəra-
398
Qaradaği (Xan-Qaradağski) Həsənəli ağa. Fələyin bir belə dövrü olacaq-
mış...(şeirlər, tərcümələr, tarixi salnamə) / Tərtib ed. R.Kərimov; ön sözün
müəl.: V.Qaradağlı. Bakı: «Azərbaycan Milli Ensiklopediyası» NPB, 2003, s.
17.
399
Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1998, s. 166-167.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
286
bər, özü də tək-tək şeir yazmağa başlayır. Səbirlə, inadla və müntə-
zəm çalışması sayəsində elm-bilikdə olduğu kimi, şeirdə də artıq
şəhər əhalisinin hörmətini qazanır. Təxminən 1868-ci ildən
H.Qaradaği məktəbdarlıq etməyə başlayır. Qaradaği 1873-cü ilə
kimi Şuşada məktəbdarlıq etmişdir
400
.
Tiflisdə Zaqafqaziya sərdarının yanında məsul vəzifədə çalı-
şan əmisi Məhəmməd Hüseyn ağa Şuşaya gələndə Həsənəli xanın
rusca, farsca və ərəbcə savadını görüb onu öz yanına aparır. Bura-
da Həsənəli xan əmisinin Avropa, rus və Şərq ədəbiyyatı ilə zəngin
kitabxanasından istifadə edir. O, Tiflisdə fransız dilini də öyrən-
məyə başlayır.
Beş ilə yaxın Tiflisdə qalan Qaradaği 1878-ci ilin əvvəllərin-
də Şuşaya qayıdır, yenə də məktəbdarlıqla məşğul olur. Heç bir
dərslik olmadığı üçün Qaradaği axşamlar səhər deyəcəyi dərsin
mətnini hazırlayardı. H.Qaradağinin yazdığına görə, ana dili dərs-
liklərində özü yazdığı kiçik şeirlərdən və Krılovdan tərcümə etdiyi
təmsillərdən, təlimdə isə rus pedoqoqu Uşinskinin metodundan is-
tifadə edərmiş.
1929-cu il dekabr ayının 2-də Həsənəli ağa Xan Qaradağski
Şuşa şəhərində vəfat etmişdir.
Qaradağinin ədəbi irsi qəzəl, qəsidə, müxəmməs, müstəzad,
uşaqlar üçün yazılmış kiçik həcmli şeirlər, Krılovdan etdiyi tərcü-
mələr və s. ibarətdir.
Həmin şeirlərin bir qismi AMEA Əlyazmalar İnstitutundakı
müxtəlif əlyazmalar, cüng və fraqmentlərdə mühafizə olunur.
Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradağini zəmanəsinin
ən arif şəxslərindən biri adlandırır. “Təzkireyi-Nəvvab”a avtoqraf
şeirlərini gec göndərdiyi üçün Nəvvab şairdən şikayət edir: “Bu
cənab “Məclisi-fəramuşan”ın üzvlərindən biri olmasına baxmaya-
raq, həyatda olan bütün Qarabağ şairləri böyük həvəslə öz
şeirlərini öz dəsti-xətləriylə yazıb, bu təzkirədə qeyd etmək üçün
göndərdikləri halda, o, vaxtı-vaxta satmış, öz şeirlərini verməyi bu
400
Qaradaği (Xan-Qaradağski), Həsənəli Xan. Əsərləri. Bakı: “Şuşa” nəşriyyatı,
2004, s. 8.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
287
gün-sabaha salmış, iki il səhlənkarlıq etmişdir”
401
. Təzkirədə
Həsənəli xan Qaradağinin avtoqraf şeirləri də yer almışdır.
Həsənəli ağa Xan Qaradağinin Qarabağ tarixinə dair “Qara-
bağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan,
İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqa-
ye və hekayətləri” adlı əsərini tarixçi alim Nazim Axundov tərtib
etmiş olduğu “Qarabağnamələr” kitabına Mirzə Adıgözəl bəyin
“Qarabağnamə”, Mirzə Camal Cavanşirin “Qarabağ tarixi”, Mir
Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ”, Mirzə Yusif Qa-
rabağinin “Tarixi-şərif”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pə-
nah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın
hadisələri”, Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747-
1805-ci illərdə siyasi vəziyyətinə dair”, Mirzə Rəhim Fənanın
“Tarixi-cədidi-Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin
tarixi” adlı əsərləri ilə birgə daxil etmişdir
402
. Həsənəli ağa Xan
Qaradaği Şuşaya həsr etmiş “Qarabağ şəhəri” adlı əsərin də müəl-
lifidir.
Həsənəli xan “Təzkireyi-Qaradaği” adlı təzkirə qələmə al-
mışdır. Akademik F.Qasımzadə XIX əsr Azərbaycan ədəbiyyatını
təhlil edərkən bu təzkirənin adını çəkir və Əlyazmalar İnstitutunda
inv. 7602 şifrəsi ilə mühafizə olunduğunu qeyd edir
403
. Ə.Axundov
da Sarı Aşıqdan bəhs edərkən yazır: “Sarı Aşıq haqqında ilk məlu-
matı Xan Qaradağski vermişdir”
404
. N.Qarayev Qaradağinin “əsa-
sən Qarabağ şairlərindən ibarət kiçik bir təzkirəsi olduğunu və çox
güman ki, əsəri Azərbaycan Xalq Maarif Komissarlığının tapşırığı
ilə şairlər haqqında materiallar əsasında tərtib etdiyini” göstərir
405
.
Lakin təzkirəni əldə edə bilmədiyimiz üçün yalnız bu məlu-
matlarla kifayətlənməli oluruq.
401
Yenə orada, s. 166.
402
Qarabağnamələr / Tərtib edəbi və çapa hazırlayanı N.Axundov. 2-ci kitab,
Bakı, Yazıçı, 1991, s. 350.
403
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974, s.50.
404
Axundov Ə. Sarı Aşıq. Şeirlər. – Bakı: Azərnəşr, 1966, s. 3.
405
Poetik məclislər / Toplayanı və tərtib edəni N.Qarayev. Bakı: Yazıçı, 1987, s.
311; Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. – Bakı: 2010, s. 234.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
288
Həsənəli xanın həyat və yaradıcılığı haqqında ilk geniş tədqi-
qatı N.Qarayev aparmışdır. Alim 1971-ci ildə müdafiə etdiyi dis-
sertasiyasında Qaradağinin yaradıcılığını öyrənmiş, “Məclisi-fəra-
muşan”dakı fəaliyyətini təhlil etmişdir
406
. Bundan əlavə N.Qara-
yev “XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli maarifpər-
vər şairlərindən Həsənəli Xan Qaradaği” adlı kitab hazırlamışdır.
Kitabda Qaradağiyə dair sənədlərin fotosurətləri də yer almışdır
407
.
Təəssüf ki, kitab hələ də nəşr olunmamışdır.
R.Həsənovanın 1961-ci ildə nəşr etdirdiyi “Həsənəli ağa Xan
Qaradaği haqqında yeni materiallar” adlı məqaləsində pedaqoji
fəaliyyətindən və tərcümə əsərlərində bəhs olunmuşdur
408
.
406
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. – Bakı: 2010, s. 235.
407
Qarayev N. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli maarifpərvər
şairlərindən Həsənəli Xan Qaradaği. - Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutu Elmi Arxivi, N.Qarayevin şəxsi arxivi, şifrə 179 (əlyazma, kiril əlifbası
ilə, makina çapı). 143 s.
408
Həsənova R. Həsənəli Ağa Xan Qaradaği haqqında yeni materiallar //
S.M.Kirov adına ADU-nun Elmi əsərləri, 1961, № 1, s. 15-23.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
289
Həsənəli xan Qaradaği Həsənəli xan və Nəvvab
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
290
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
291
ġƏMSƏDDĠN XAN HƏQQĠ TƏBRĠZĠ
XX əsr Azərbaycan təzkirəçilərindəndir. Müəllif təbrizlidir,
polis zabiti vəzifəsində çalışmışdır. Ömrünün sonlarında görmə
qabiliyyətini itirmişdir. H.ş. 1321/m. 1942-ci ildə Məşhəddə vəfat
etmişdir.
Şəmsəddin xan Həqqi Təbrizi “Əncümənül-üdəba” adlı təz-
kirəsini h.ş. 1307-1310/1928-1931-ci illər arasında farsca qələmə
almışdır. Müəllif farsca şeir yazan şairlərə həsr etdiyi bu təzkirəni
Əli Rza mirzə Şöhrə Qacarın “Bosatinül-xaqaniyyə” əsərini təq-
lidən yazmışdır. O mənada ki, hər cildin əvvəlində ərəb əlifbası sı-
rası ilə şairlərin siyahısı verilmiş, daha sonra onların tərcümeyi-
halları, axırda isə şeirlərindən nümunələr əksini tapmışdır.
Təzkirə 3 qismətə və 9 cildə ayrılmışdır. Ə.G.Məani “Əncü-
mənül-üdəba”nın ilk üç cildini şəxsən görüb istifadə etsə də,
sonrakı cildlərə nəzər salmadığını ifadə etmişdir. Belə ki, əsərin ilk
üç cildinin əlyazması Ə.G.Məaninin ziyalı dostu Əbdülhüseyn Ba-
yatın şəxsi kitabxanasına məxsus imiş. “Qədim dövr şairləri”nə
(“mütəqəddimin”) həsr olunmuş birinci qismət bir cilddən ibarət-
dir. Burada farsdilli poeziyanın başlanğıcından h. 1000/1591-ci ilə
qədər yazıb-yaratmış 1378 şairdən bəhs edilmişdir. Əlyazma 735
səhifədən ibarətdir və 32,2 x 23 sm. ölçüsündədir. İkinci qismətə
aid olan II və III cildlər isə “orta dövr şairləri”ndən (“mütəvəssi-
tin”) bəhs edir. Burada toplam 4629 şair əhatə olunmuşdur. Əlyaz-
ma 1375 səhifə həcmindədir.
Təzkirənin üstün cəhətlərindən biri odur ki, müəllif əsas eti-
barilə öz məxəzlərini göstərməyi lazım bilmiş və hər şairin tərcü-
meyi-halının sonunda bu məlumatların hansı qaynaqların hansı sə-
hifələrindən götürüldüyünü qeyd etmişdir. O, öz təzkirəsini hazır-
layarkən aşağıdakı mənbələrdən yararlanmışdır: “Lübabül-əlbab”,
“Təzkireyi-Dövlətşah”,
“Təzkireyi-meyxanə”,
“Sərvi-azad”
(“Məasirül-kəram”),
“Təzkireyi-müasirin”,
“Miratül-xəyal”,
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
292
“Atəşkədə”, “Məcməül-füsəha”, “Bəyanül-Mahmud”, “Riyazül-
arifin”, “Bostanül-üşşaq” (“Bosatinül-xaqaniyyə”nin ilk cildi),
“Nigaristani-Dara”, “Mədayihül-Hüseyniyyə”, “Gənci-şayəgan”,
“Sübhi-gülşən”, “Nigaristani-süxən”, “Nümuneyi-ədəbiyyati-ta-
cik”, “Ərməğan” jurnalının V buraxılış ilinə aid sayları, “Asarül-
Əcəm”. Əksər şairlərin həyatı haqqında məlumatlar qısadır və bir-
iki sətirdən çox deyildir.
Lakin təəssüf ki, müəllif özü ali təhsilli şəxs olmadığı üçün
müəyyən yanlışlıqlara yol vermişdir. Məsələn, o, bəzi hallarda bir
şair haqqında müxtəlif təzkirələrdən götürdüyü məlumatların ayrı-
ayrı şairlərə məxsus olduğunu zənn etmiş və beləliklə, eyni şair
haqqında bir neçə yerdə məlumat vermişdir. Həmçinin onun bir sı-
ra şeirləri xətalı şəkildə köçürdüyü nəzərə çarpır.
Haqqında bəhs etdiyimiz ilk üç cildi müəllif öz qardaşına hə-
diyyə etmişdir. Cildlərin hər birinin sonunda müəllifin öz təzkirəsi-
ninin tərtibinə dair şərhi əksini tapmışdır. Onlardan biri belədir:
“Bir müddətdir ki, farsdilli ədiblərin və şairlərin əsərlərinin toplan-
ması ilə məşğul idim. Öz ciddi-cəhdimin sayəsində və vaxtın mü-
saidəsi ilə 10 min nəfər şairin əsərlərini (şeirlərindən örnəkləri –
V.M.) toplamağa müvəffəq oldum. Hal-hazırda öz topladıqlarımın
nöqsanlarını aradan qaldırmaqda və onu təkmilləşdirməkdəyəm.
Həmin çoxsaylı əsərlərdən götürdüyüm nümunələr təxminən 9
cilddə tərtib edilmiş və cildlənmişdir. İlk öncə, iki il bundan əq-
dəm səkkizinci imam Əli ibn Musa ər-Rza həzrətlərinin ziyarəti
şərəfinə nail olduğum zaman qədim şairlərə həsr etdiyim birinci
cildin ilk nüsxəsini izzət, hörmət və şərəf sahibi olan, ədəbiyyatı
sevən və incəlikləri bilən doğma can qardaşım Həmzə xan Həqqi
cənablarına təqdim etdim. Orta dövr şairlərindən bəhs edən qismə-
tin həmin bu ilk cildini də onun hüzuruna təqdim edəcəyəm. Ümi-
dim odur ki, bu qəribin əsəri mütaliə edilsin, dərbədər və miskin
vəziyyətə düşməsin və qısa müddətdə unudulanlardan birinə çev-
rilməsin. Həmçinin bu bəndənin taqətinin fövqündə olan zəhmətlə-
ri dünyanın və zamanın keşməkeşli hadisələrindən toxunulmaz
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
293
qalsın. 1311-ci şəmsi ilinin şaban ayının əvvəlində Məşhəddə ...
qələmə alındı. Sultan Şəmsəddin Həqqi”.
Təzkirənin sonuncu, üçüncü qisməti müasir şairlərin həyat və
yaradıcılığına aiddir və 6 cilddən ibarətdir. Ə.G.Məani bu cildlərin
əlyazmasını görməsə də, onların Məşhəd şəhərində müəllifin qo-
humlarından birinin evində saxlandığını qeyd etmişdir. Tədqiqatçı-
nın bildirdiyinə görə, təzkirəçi sonrakı illərdə də öz əsərinə əlavə-
lər etmiş və oradakı şairlərin ümumi sayını 12 min nəfərə çatdır-
mışdı
409
.
409
Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 57-59.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
294
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
295
Dostları ilə paylaş: |