AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə11/22
tarix31.01.2017
ölçüsü2.8 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

   
Rusiya  Federasiyası  EA,  Şərq  Əlyazmaları  İnstitutu  (Sankt-
Peterburq) B 1187. 
İstanbul Universitet K/X. T 4085. 
İstanbul Universitet K/X. T 4097/42. 
Nurosmaniyə K/X. 3201. 
Nurosmaniyə K/X. 3202/1. 
Nurosmaniyə K/X. 34 Nk 3721/1. 
 
Nurosmaniyə K/X. 34 Nk 3720. 
Paris Milli K/X. Supp. Turc 1002. 
Təbriz K/X. 197/1. 
Tehran Universiteti K/X. 465/2. 
Sipərsalar K/X. 513/5. 
Astani-Qüdsi-Rizəvi K/X. 4077. 
Məlik Milli K/X. 4077. 
Təbriz Dövlət K/X. 3616 
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. 2729. 
Şeyxülislam Arif Hikmət məktəbi, Mədinə 334. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
154 
 
 
 
 
 
 
Sadiqi “Külliyyatı”ndakı anonim təzkirə 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
155 
 
NAZĠM TƏBRĠZĠ 
 
 
Azərbaycan təzkirəçiliyinin XVII əsr mərhələsində indiyə ki-
mi  yalnız  Sadiq  bəy  Əfşarın  “Məcməül-xəvas”  adlı  təzkirəsinin 
qələmə  alındığı  qeyd  edilirdi
257
.  Halbuki  Nazim  Təbrizinin 
“Nəzmi-güzidə” adlı əsərinin də h.1036/1626-cı ildə tamamlandığı 
məlumdur. Beləliklə, XVII əsrdə azərbaycanlı müəlliflər Sadiq bəy 
Əfşar və Nazim Təbrizi tərəfindən iki təzkirə tərtiblənmişdir.  
Nazim  Təbrizi  haqqında  Nəsrabadi  və  Məhəmmədəli  Tərbi-
yət təzkirəsində məlumat verilmişdir. M.Tərbiyət  “Danişməndani-
Azərbaycan” təzkirəsində yazır: “Nazim Xacə Məhəmməd Sadıq – 
Təbrizin söz ustalarındandır. O, mirvari satan Məhəmməd Rza bə-
yin  qardaşı,  İsfahanın  Abbasabad  məhəlləsində  yaşayan  və  orada 
oxuyub boya-başa çatan təbrizlilərdən idi. Xacə Məhəmməd Sadıq 
Məkkə  ziyarətinə  gedib,  orada  guşənişin  olmuşdur.  O,  Məkkədə 
ibadət  etməklə  və  ariflərlə  həmsöhbət  olmaqla  ömrünü  keçirmiş-
dir. Xacə Məhəmməd h. q. 1036 (1626)-cı ildə şairlərin tərcümeyi-
halı  haqqında  “Nəzmi-güzidə”  adlı  qısa  bir  təzkirə  yazmışdır.  O, 
bu  təzkirədə  şeir  növlərindən  ancaq  qəzəlləri  və  rübailəri  vermiş-
dir.  Nəsrabadinin  qeyd  etdiyinə  görə,  onun  təzkirəsindən  (h.  q. 
1081/1670) bir neçə il əvvəl  vəfat  etmişdir. Onun “Firuz və Şah-
baz”  məsnəvisi  məşhurdur.  Mən  (M.Tərbiyət  –  V.M.)  onun  altı 
min beytdən ibarət divanını görmüşəm. Aşağıdakı rübai ondandır: 
 
Məstlik həmişə olmasa, xumarlıq yaxşıdır, 
Sağlamlığın tam olmasa, bimarlıq yaxşıdır. 
 
Nə vaxtadək başqasına bağlanmış olursan, 
Vüsal əgər belədirsə, ayrılıq yaxşıdır”
258

                                                 
257
 Muradova  M.  Sadiq  bəy  Sadiqinin  həyat  və  yaradıcılığı.  -Bakı:  Elm,  1999, 
139 s; Sadiq bəy Əfşar. Məcməül-xəvas. Bakı: Elm, 2008, 412 s.  
258
 Tərbiyət Məhəmmədəli. Danişməndani–Azərbaycan: Azərbaycanın görkəmli 
elm, sənət adamları. Bakı: Azərnəşr, 1987, s. 241-242. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
156 
 
XVII  əsr  müəllifi  Arif  təxəllüslü  Məhəmməd  Şirazinin  “Lə-
taifül-xəyal” təzkirəsinə görə, Nazim Təbrizi Şah Abbas zamanın-
da  yaşamış,  Hindistan səfərindən qayıdarkən dənizdə  qərq olmuş-
dur.  
Ə.G.Məani  də  Nazim  Təbrizi  haqqında  məlumat  verərkən 
M.Tərbiyətə istinad etmişdir. Bundan əlavə, o, təzkirənin strukturu 
və əsərin əlyazma nüsxələri haqqında qısa məlumat vermişdir
259

“Nəzmi-güzidə” adlı təzkirənin iki naqis əlyazma nüsxəsi za-
manımıza çatmışdır. Əsərin birinci nüsxəsi İran Məlik Milli Kitab-
xanasında  saxlanılır.  Bu  nüsxə  məcmuəyə  daxildir.  Ölçüsü 
14x24,8 sm-dir. Səmərqənd kağızına nəstəliq xətti ilə köçürülmüş-
dür və inabi rəngli dəri cildə tutulmuşdur. Ə.G.Məani bir neçə şair 
istisna  olmaqla,  bu  nüsxədə  təzkirəçinin  müasiri  olmuş  şairlərə 
dair parçaların mövcud olmadığını yazır
260
.  
Nüsxələrdən ikincisi İran İslami Şura Məclisi Kitabxanasında 
480  şifrəsi  altında  mühafizə  olunur.  Əlyazmada  təzkirəçinin 
müasirləri olan şairləri əhatə edən hissə yoxdur
261
. Təzkirənin İran 
İslami Şura Məclisi kitabxanasında saxlanan nüsxəsi tərəfimizdən 
əldə edilmişdir. Təzkirə daxil olduğu əlyazma məcmuəsinin 2-104-
cü  səhifələrində  yer  alır.  Məcmuənin  ümumi  həcmi  isə  219 
səhifədir.  Beləliklə, sözügedən təzkirə istifadə etdiyimiz nüsxənin 
52  vərəqini  əhatə  edir.  Nəstəliq  xətti  ilə  yazılmışdır.  İnabi  rəngli 
dəri  cildə  tutulmuşdur.  Ölçüsü  haşiyə  ilə  birlikdə  29,2x18,5  sm, 
haşiyəsiz isə 22,2x10 sm-dir.    
Təzkirə  xronoloji  prinsip  əsasında  hazırlanmışdır.  Belə  ki, 
əsər iki babdan ibarətdir və hər bab iki fəslə ayrılmışdır.  
İlk babın ilk fəsli “Qədim və orta dövr fəsahətlilərinin qəzəl-
lərinin  müntəxəbatı  və  onların  gözəl  mahiyyətə  malik  əhvalının 
bir qismi” haqqındadır. Həmin babın ikinci fəsli “Son dövr bəla-
                                                 
259
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c. s. 381-388. 
260
 Yenə orada, s. 386. 
261
 Nazim Təbrizi. Nəzmi-güzidə. İran İslami Şura Məclisi kitabxanası 480. 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
157 
ğətlilərinin  qəzəllərinin müntəxəbatı  və  onların gözəl  mahiyyətə 
malik əhvalının bir qismi” adlanır.  
İkinci  babın  birinci  fəsli  “Qədim  və  orta  dövr  fəsahətliləri-
nin  rübailərinin  müntəxəbatı  və  onların  gözəl  mahiyyətə  malik 
əhvalının bir qismi” məsələsinə həsr edilmişdir. İkinci babın ikin-
ci fəsli isə “Son dövr bəlağətlilərinin rübailərinin müntəxəbatı və 
onların gözəl mahiyyətə malik əhvalının bir qismi” sərlövhəsi al-
tında təqdim olunmuşdur.  
Əsərdə  həm  şairlər  haqqındakı  bio-biblioqrafik  məlumat, 
həm də şeir nümunələri farsca təqdim olunmuşdur.  
Nazim Təbrizi öz təzkirəsini “Fatehlərin başçısı Şah Abbas” 
adlandırdığı Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə yazdığını 
bildirir.  Təzkirənin  əvvəlində  onun  təlif  səbəbi  haqqında  oxuyu-
ruq: “Nadir fikirlər mədəni və cavahir şeirlər xəzinəsi olan bu məc-
muə çox şərəfli, müqəddəs  və  mübarək şahənşah cənablarının  qə-
zavü-qədər  kimi  cərəyan  edən  fərmanına  əsasən  yazılmış  və  sah-
mana  salınmışdır”
262
.  Müəllifin  yazdığına  görə,  h.1027/1617-ci 
ildə İsfahan şəhərində Şah Abbas sarayda hazır olan fitrət sahiblə-
rinə əmr edir ki, yüksək səviyyəli şeir ustadlarının qiymətli şeirlə-
rindən  ibarət  məcmuə  tərtib  etsinlər.  Şahın  rəğbətini  qazanmağı 
ümid edən Nazim Təbrizi bu həvəslə keçmiş və yeni şairlərin şeir-
lərini vərəq-vərəq, beyt-beyt nəzərdən keçirərək, bu təzkirəni yaz-
mağa başlayır.  
Nəhayət, h. 1036/1626-cı ildə o, Məkkə şəhərində olarkən öz 
təzkirəsini  tamamlamağa  nail  olur  və  ona  “Nəzmi-güzidə”  adını 
qoyur. Bu ifadə həm də təzkirənin bitdiyi 1036-cı ilin əbcəd hesabı 
ilə tarixini bildirir. Sadiq bəy Əfşarın “Məcməül-xəvas”ı “Nəzmi-
güzidə”dən öncə yazılsa da, Nazim Təbrizi əsərinin ön sözündə bu 
əsər haqqında heç bir məlumat verməmişdir.  
Nazim  öz  təzkirəsində  məhz  qəzəllərə  və  rübailərə  yer  ver-
məsinin  səbəbini  belə  açıqlayır:  “Allahın  kölgəsi  olan  əlahəzrət 
hökmdarın  (Şah  Abbasın)  könlü  aşiqanə  şeirlərə  daha  çox  meyil 
etdiyi  üçün  qəzəl  və  rübaidən  başqa  digər  bir  şeir  bu  məcmuədə 
                                                 
262
 Nazim Təbrizi. Nəzmi-güzidə. İran İslami Şura Məclisi kitabxanası 480, s. 7. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
158 
qeyd  edilməmişdir”
263
.  Amma  Ə.G.Məani  təzkirədə  bəzi  hallarda 
qəsidələrin qəzəl kimi təqdim edildiyini yazır
264
.  
Azərbaycanlı şairlərdən Əsir Umani Həmədani, Seyid Zülfü-
qar Şirvani, Fələki Şirvani, Əvhədi Marağayi, Eynülqüzzat Həmə-
dani, Mücirəddin Beyləqani və başqaları bu təzkirədə yad edilmiş-
lər. 
Nazim  Təbrizi,  Fələki  Şirvaninin  yaradıcılığını  yüksək  qiy-
mətləndirmişdir:  “Fələki  Şirvani  kamil  bir  ustad  və  fazil  bir  söz 
sərrafı  idi.  Xaqani  və  Zəhirin  müasirlərindəndir.  Həmdulla  Mus-
tovfi  onu  Xaqaninin  ustadı  hesab  edir.  Amma  əksər  müəlliflər 
həmrəydirlər ki, onların hər ikisi Əbülüla Gəncəvinin şagirdləridir-
lər. Məşhurdur ki, cavanlıq əyyamında bir münəccim oğlanla dost-
laşmış və o elm sahəsində çalışmışdır. Belə ki, o, həmin elmə (nü-
cum elminə - V.M.) dair dürüst əsərlər qələmə almışdır. Elə bu sə-
bəbdən özünə Fələki təxəllüsünü götürmüşdür. Onun əsli Şamaxı-
dandır və bu müxlis (Nazim Təbrizi – V.M.) onun iki min beytdən 
artıq  divanını  görmüşdür.  Lakin  deyirlər  ki,  onun  tamam  divanı 
yeddi min beytdir. O, 577-ci (1181) ildə Şamaxıda vəfat etmişdir”. 
Təzkirəçi Fələkinin 16 beytini nümunə kimi təqdim etmişdir
265

Zülfüqar Şirvanidən bəhs edən təzkirəçi yazır: “Kamal sahibi 
olan  bir  seyid  idi.  Xaqaninin,  Zəhirin  və  Mücirin  müasirlərindən-
dir. Onun halının tərəqqisi Sultan Təkiş Xarəzmşah zamanında ol-
muşdur. Məsnui qəsidə yazmaq onun ixtiralarındandır. Salman Sa-
vəci  və  digərləri  ondan  öyrənmişlər.  Qəzəlləri  azdır.  Ondan  qəzəl 
tərzində bu iki beyti görmüşəm”
266
.   
Təzkirənin sözügedən nüsxəsində Əvhədi Marağayinin həya-
tı haqqında heç bir məlumat verilməsə də, “Əvhədi Marağinin seç-
mə  rübailəri”  başlığı  altında  onun  6  rübaisi  təqdim  edilmişdir
267

                                                 
263
 Nazim Təbrizi. Nəzmi-güzidə. İran İslami Şura Məclisi kitabxanası 480, s. 4. 
264
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c. s. 385. 
265
 Nazim  Təbrizi.  Nəzmi-güzidə.  İran  İslami  Şura  Məclisi  kitabxanası  480,  s. 
14.  
266
 Yenə orada, s. 24.  
267
 Yenə orada, s. 39. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
159 
Eynülqüzzatın  həyatı  haqqında  əlyazmada  məlumatla  qarşılaşma-
saq da, onun rübailərindən örnəklərin verildiyini görürük
268
.  
Əsir Umani haqqında təzkirədə bu məlumatı oxuyuruq: “Xoş 
təbli  və  fazil  bir  kişi  idi.  Onun  divanı  məşhurdur.  Elmdə  Xoca 
Nəsir Tusinin (Allah ona rəhmət eləsin) şagirdi olmuşdur. Əsli Hə-
mədandandır. Ərəbcə çoxlu şeirləri vardır. Farsca şeirlərində müd-
riklik var. Qəzəlləri azdır. Bu nümunələr onun qəzəlləri cümləsin-
dəndir”. Bu sözlərdən sonra Nazim onun 24 beytini təqdim etmiş-
dir
269
. Növbəti səhifələrdən birində isə təzkirəçi Əsir Umaninin 12 
rübaisinə yer vermişdir
270

Mücirəddin  Beyləqaninin  də  həyatı  və  fəaliyyəti  haqqında 
nüsxədə heç bir məlumatla rastlaşmadıq. Lakin onun da rübailərin-
dən 6-sı təzkirəyə daxil edilmişdir
271

Əlyazma  nüsxəsində  Kəmaləddin  İsmayıl,  Şeyx  Əttar  Nişa-
puri,  İsmət  Buxari,  “söz  ustadlığı  mülkünün  xosrovu”  (“xosrovi-
mülki-süxənvəri”) Əmir Xosrov Dehləvi, Kamal Xocəndi, Dai Şi-
razi, Məsud Səəd Salman, İmad Fəqih Kirmani, Əzrəqi Səmərqən-
di, Şeyx Azəri, Əşrəf Səmərqəndi, Cəlal Əzüd, Suzəni Səmərqən-
di, Salman Savəci, İmadi Şəhriyari, Əraqi Həmədani, Ənvəri, Əbu-
Əli ibn Sina, Əsir Əxsikəti, Siracəddin Qumri Qəzvini, Rəziəddin 
Nişapuri, Ruzbehan Şirazi, Əvhədəddin Kirmani, Katibi Nişapuri, 
Əbülfərəc  Runi  və  b.  kimi  Şərq  ədəbiyyatının  nümayəndələrinin, 
Azərbaycan, Mərkəzi Asiya, İran və Hindistan şairlərinin həyat və 
yaradıcılıqlarından bəhs edilmişdir.  
Sadiqi təzkirəsindən fərqli olaraq, “Nəzmi-güzidə” fars dilin-
də qələmə alınmışdır. Nazim təzkirəsinin “Məcməül-xəvas”dan di-
gər bir fərqli cəhəti strukturundadır. Sadiq bəy Əfşar əsərini Əlişir 
Nəvai, Dövlətşah Səmərqəndi və Sam mirzənin təzkirəsinin dava-
mı olaraq qələmə aldığını qeyd edir. Yəni Sadiqi özündən öncəki 
təzkirələrə  zeyl  olaraq  öz  əsərini  qələmə  almışdır.  Nazim  Təbrizi 
                                                 
268
 Yenə orada, s. 50. 
269
 Yenə orada, s. 61. 
270
 Yenə orada, s. 63. 
271
 Yenə orada, s. 81. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
160 
isə  “qədim  dövr”  şairlərindən    başlayaraq  öz  müasirləri  haqqında 
məlumatı  və  əsərlərindən  nümunələri  əhatə  edən  əsər  ortaya  qoy-
muşdur.  Qeyd  olunan  bu  təzkirələrin  oxşar  cəhəti  I  Şah  Abbasa 
ithafən yazılmasıdır. 
Apardığımız araşdırmalar nəticəsində deyə bilərik ki, Nazim 
Təbrizi  1626-cı  ildə  bitirdiyi  təzkirəsi  ilə  XVII  əsr  Azərbaycan 
təzkirəçiliyini  zənginləşdirmiş,  Sadiq  bəy  Əfşardan  sonra  dəyərli 
bir  əsər  ortaya  qoymuşdur.  Təzkirə  tərtib  prinsipi,  strukturu  və 
təqdim  olunan  nümunələrin  yalnız  qəzəl  və  rübailəri  əhatə  etməsi 
baxımından orijinaldır. Əsər Herat və Osmanlı təzkirələri konteks-
tində dəyərləndirilən zaman qeyd olunan sahələrin təzkirələrindən 
yuxarıda  göstərdiyimiz  (tərtib  prinsipi,  struktur  və  s.)    cəhətlərinə 
görə fərqləndiyi məlum olur.  
 
Əlyazmaları 
 
İran Məlik Milli Kitabxanası. 
İran İslami Şura Məclisi Kitabxanası 480. 
 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
161 
 
 
Nazim Təbrizi. “Təzkireyi-Nazim” 
Ġran Ġslami ġura Məclisi kitabxanası 480

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
162 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
163 
 
 
 
 
 
 
XVIII ƏSR TƏZKĠRƏÇĠLĠYĠ 
 

 
Əliqulu xan Valeh 

 
Lütfəli bəy Azər 

 
İshaq bəy Üzri   

 
Sultan Məhəmməd mirzə Bahadır xan Səfəvi 

 
Əbu Talib xan Təbrizi  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
164 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
165 
 
ƏLĠQULU XAN VALEH 
 
XVIII  əsrin ilk Azərbaycan təzkirəçisi Əliqulu xan Valehdir 
(h.1124/1712-h.1170/1756).  Səfəvilər  dövründə  onun  ulu  babaları 
Dağıstanda  müxtəlif  dövlət  vəzifələrində  işləmiş  və  nüfuz  sahibi 
olmuşlar.  Valeh  1124/1712-ci  ildə  İsfahanda  anadan  olmuşdur. 
Atası Məhəmməd Əli xan İrəvanın bəylərbəyisi təyin olunmuş və 
onlar  ailəlikcə  Qafqaza  köçmüşlər.  Ancaq  atası  h.1127/1716-cı 
ildə  vəfat  etdiyindən  Valeh  qohumları  ilə  birlikdə  İsfahana  qayıt-
mış,  orada  təhsil  almışdır.  H.  1135/  1722-ci  ildə  əfqanların  İrana 
hücumundan  və  İsfahanın  işğalından  sonra  Valehin  yaxınları 
dövlət  vəzifələrindən kənarlaşdırılmışlar. Nadir şahın  hakimiyyəti 
zamanı  (1736-1747)  onun  ailə  vəziyyəti  daha  da  pisləşmişdir.  Bu 
səbəblərdən  də  o,  Hindistana  getməli  olmuşdur.  Hindistanda  gör-
kəmli ədib və alimlərlə görüşən Valeh böyük hörmət qazanmışdır. 
Böyük  Moğol  dövlətinin  rəhbəri  olan  Məhəmməd  şah  Valehə 
müxtəlif  dövlət  vəzifələri  və  titullar  vermişdir.  Valeh  h. 
1170/1756-ci ildə vəfat etmişdir.      
Gənc  yaşlarından  elmə  və  ədəbiyyata  maraq  göstərən  Valeh 
“Divan”  qələmə  almış,  türk  və  fars  dillərində  rübailər  yazmışdır. 
Onun “Divan”ı h.1157/1744-cü ildə köçürülmüşdür. 
N.Məhərrəmov  təzkirəçinin  Azərbaycan  dilində  yazdığı  qə-
zəl və rübailərin bəzilərini ilk dəfə Bakıda nəşr etdirmişdir
272

 
Məftun məni ol nərgisi-fəttan etti
Könlümni cəfa oduna üryan etti. 
Canımni sitəm oxlarına qıldı hədəf, 
Ol oxlarına qəmzəni peykan etdi. 
 
                                                 
272
 Məhərrəmov N. Əliqulu xan Valeh. Şeirlər // Keçmişimizdən gələn səslər, IV 
buraxılış, Bakı, 1984, s. 143-152. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
166 
Valeh  Hindistanda  olarkən  Aqra,  Dehli,  Cahanşahabad,  La-
hor  və  başqa  şəhərləri  gəzmiş,  materiallar  toplamış  və  h.1161/ 
1747-ci ildə “Riyazüş-şüəra” adlı təzkirəsini tamamlamışdır.  
Valeh  təzkirəsini  fars  dilində  qələmə  almışdır.  Əsər  müqəd-
dimə, iyirmi səkkiz rövzə və xatimədən ibarətdir. Təzkirəçinin hə-
yatı haqqında ən dəqiq və ətraflı məlumatı “Riyazüş-şüəra”nın so-
nundan alırıq. Müqəddimə istisna olmaqla əsərin üslubu sadədir.  
C.Qəhrəmanov  Hindistanın  Bankipor  şəhərindəki  kitabxana-
sında  saxlanılan  nüsxəsində  2540  şair  haqqında  məlumatın  təxəl-
lüslərinə  görə  əlifba  sırası  ilə  verildiyini  yazır
273
.  Ə.G.Məani  isə 
təzkirədə 2594 şairdən bəhs edildiyini qeyd edir
274
. A.Kozlovanın 
istifadə etdiyi Berlin nüsxəsində 2402 şair xatırlanmışdır
275

Təzkirəçi  əsərin  müqəddiməsində  göstərir  ki,  təzkirəni  yaz-
maqda məqsədi  az tanınan və  ya unudulmuş şairlərin adını əbədi-
ləşdirmək  olmuşdur.  Valeh  müqəddimədə  Caminin  “Məhafatül-
üns”  və  Əlişir  Nəvainin  “Məcalisün-nəfais”  təzkirələrini  də 
xatırlayır. 
Təzkirədə  yüzdən  artıq  azərbaycanlı  şair  haqqında  məlumat 
verilmişdir ki, onlardan təqribən 70 faizi az tanınan və unudulmuş 
şairlərdir. Burada Nizami, Xaqani, Əbülüla Gəncəvi, Nəsimi, Saib 
Təbrizi və başqa məşhurlarla yanaşı,  Heydəri Təbrizi, Bəxşi Təb-
rizi,  Cəfər  Təbrizi,  Həqiri  Təbrizi,  Məhvi  Ərdəbili  və  başqa  anıl-
mamış  şairlər  də  xatırlanmışdır.  “Qədim  dövr”  şairlərindən  bəhs 
edərkən Təqiəddin Məhəmməd Əvhədinin “Ərəfatül-aşiqin”, Nəs-
rabadinin  “Təzkireyi-Nəsrabadi”,  Həzinin  “Təzkirətül-müasirin” 
təzkirələrindən istifadə etmişdir. 
                                                 
273
 Qəhrəmanov C. Valeh Dağıstani və onun “Riyazüş-şüəra” əsəri / “Ədəbiyyat 
və incəsənət» qəz., Bakı, 1982, 17 sentyabr. 
274
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 651. 
275
 Козлова А. Новое об Али Кули Хане Валехе и его духовном наследии // 
КНКО, Вести, 2001, вып. 6-7, с. 5.  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
167 
Valeh əsərini yazarkən Dövlətşahın, Nəvainin, Sam mirzənin 
təzkirələrindən  istifadə  etmiş  və  sözügedən  mənbələrdəki  məlu-
matları sadəcə köçürməmiş, oradakı yanlışlıqları düzəltmişdir
276

Müasirlərindən bəhs edən hissə üçün materialı təzkirəçi şəx-
sən özü toplamışdır.  
Təzkirənin  Hindistan  nüsxələrinin  fotosurətləri  Əlyazmalar 
İnstitutunda  saxlanılır.  Əlyazmalardan  biri  h.  1161/1748-ci  ildə 
Gülşən Əli tərəfindən köçürülmüşdür. Həcmi 493 vərəqdir. Ikinci 
əlyazma da müəllifin yaşadığı dövrdə - h.1163/1750-ci ildə nəstə-
liq xətti ilə köçürülmüşdür. Prof. C.Qəhrəmanov bu nüsxənin Va-
lehin özü tərəfindən köçürüldüyü qənaətindədir.    
Təzkirə 1780-cı ildə Kamal Əli bin Sənaullah Hüseyn Nasiri 
tərəfindən  Riçard  Consonun  xahişi  ilə  ixtisar  edilmişdir.  Buraya 
şairlər haqqında əlavələr edilmiş və əsər “Lübbi-lübab” adlandırıl-
mışdır. 
 
Əlyazmaları 
 
Tehran Milli Kitabxanası. 
Tehran Universiteti Kitabxanası. 
İran Məlik Milli Kitabxanası. 
Asəfiyyə Kitabxanası 164. 
Ustad Cəlaləddin Hümayinin şəxsi Kitabxanası. 
Hindistan Bankipor Kitabxanası. 
Pəncab Universiteti Kitabxanası. 
Kəlküttə Milli Kitabxanası. 
Bodlean Kitabxanası. 
İndia Ofis Kitabxanası 3653. 
Berlin Kitabxanası 656. 
Berlin Kitabxanası 657. 
 
                                                 
276
 Qəhrəmanov C. Valeh Dağıstani və onun “Riyazüş-şüəra” əsəri / “Ədəbiyyat 
və incəsənət” qəz., Bakı, 1982, 17 sentyabr. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
168 
 
 
 
 
 
Əliqulu xan Valeh. “RiyazüĢ-Ģüəra” 
Hindistan Bankipor Kitabxanası 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
169 
 
LÜTFƏLĠ BƏY AZƏR 
 
Azərbaycan təzkirəçisi və şairi Lütfəli bəy Azər 20 rəbiülaxır 
1134/ 7 fevral 1722-ci ildə İsfahanda anadan olmuşdur. Lütfəli bəy 
Azərbaycanın  türk  qızılbaş  tayfalarından  olan  şamlu  oymağının 
bəydili qəbiləsinə mənsubdur. 
Lütfəli bəyin anadan olduğu il əfqanlar İsfahanı ələ keçirmiş-
dilər. Bu səbəbdən atası Ağa xan ailəsi ilə birlikdə Qumda yerləş-
mək məcburiyyətində qalmışdı. Lütfəli bəy 14 yaşına qədər burada 
təhsil almışdır.  
Şeir  yazmağa çox böyük həvəsi olan  Lütfəli bəy Mir Seyid 
Əli Müştaq və başqa şairlərdən bəhrələnmişdir. Şeirlərini əvvəlcə 
Valehi,  Nükhət təxəllüsü ilə  yazmış, daha sonra Azər təxəllüsünü 
götürmüşdür. Atasının vəfatından sonra Lütfəli bəy əmisi ilə həccə 
getmişdir. Oradan qayıdanda bir il Məşhəddə qalmış və h.1153-cü 
ilin şəvval ayında (1741-ci il fevral) Nadir şahın Quzey İrana səfə-
rində iştirak etmişdir. Lütfəli bəy Nadir şahın mustovfisi olmuşdur. 
Səfərdən  qayıdandan  sonra  İsfahanda  qalmışdır.  Nadir  şahın  ölü-
mündən sonra Əli şah, İbrahim şah, III Şah İsmayıl Səfəvi və Şah 
Süleyman  dövründə  müxtəlif  vəzifələrini  tutmuşdur.  Bunlardan 
sadəcə  İbrahim  mirzə  dövründə  divan  dəftərxanasının  müdiri 
(daruğayi-dəftəri-divan)  vəzifəsində  çalışdığı  məlumdur.  İranın 
qarışıqlıq  vaxtında  Lütfəli  bəy  inzivaya  çəkilmişdir.  O,  Qumda 
təşkil  olunan  elmi  məclislərdə  iştirak  edirdi.  Lütfəli  bəy  Qumda 
vəfat etmişdir. 
Lütfəli bəyin qəzəl, qəsidə, tərkibbənd, qitələrdən ibarət olan 
7000 beytlik “Divan”ı h.1366-cı ildə Tehranda Həsən Sadat Nasiri 
tərəfindən nəşr olunmuşdur.   
Lütfəli bəy Caminin “Yusif və Züleyxa”sını örnək götürərək, 
eyni  adlı  əsər  qələmə  almışdır.    Bundan  əlavə,  müəllif  Sədinin 
“Gülüstan”ına  bənzəyən  “Gəncinətül-həqq”  adlı  əsəri  də  vardır. 
Lütfəli bəy çağdaşı olan şairlərin tərcümeyi-hallarını və əsərlərin-

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
170 
dən  nümunələri  əhatə  edən  “Dəftəri-Nuhasman”,  “Saqinəmə”, 
“Müğənninamə” və “Məsnəviyi-Azər” adlı əsərlərin də müəllifidir. 
Lütfəli bəy Azər “Atəşkədə” təzkirəsini h.1174/1761-ci ildə 
yazmağa  başlamışdır.  Əsərin  tamamlanma  tarixi  məlum  deyil. 
Prof.  T.Yazıcı  əsərdə  bəhs  olunan  şairlərin  vəfat  tarixlərindən  ən 
sonuncusunun  h.1193/1779-cu  ilə  təsadüf  etdiyini  vurğulayaraq 
əsərin bu tarixdən sonra tamamlandığını  yazır
277
.  “Atəşkədə”  təz-
kirəsi  İran,  Orta  Asiya,  Azərbaycan  və  Hindistanda  yaşayan  842 
şair  haqqında  məlumatı  əhatə  edir.  M.Məmmədova  bunlardan  iki 
yüzə qədərinin azərbaycanlı olduğunu yazır. 
Təzkirə giriş və iki əsas məcmərədən ibarətdir. Ön sözdə İra-
nın əfqan istilasından, güney əyalətlərində sakitliyi təmin edən Kə-
rim xan Zəndə qədər davam edən qarışıqlıq dövrü haqqında məlu-
mat  verilmişdir. Azər  şairləri  mənsub olduqları  bölgəyə və şəhərə 
görə sıralamışdır.  
“Atəşkədə”  “məcmərə”  adı  verilən  iki  fəslə  ayrılmışdır. 
M.Məmmədova  “Atəşkədə”dən  bəhs  edərkən  təzkirənin  strukturu 
haqqında ətraflı məlumat vermişdir
278

Birinci  “məcmərə” şölə,  üç  əxgər  və  füruğ başlıqlı  üç  fəsl-
dən ibarətdir. 
Birinci  məcmərədə  qədim  şairlər  haqqında  məlumat  verilir. 
Təzkirənin “şölə” adlı hissəsində şeir yazmış əmir və şahzadələrin 
tərcümeyi-halı yer almışdır. 
 Birinci  məcmərə  üç  “əxgər”ə  ayrılmışdır.  Birinci  əxgərin 
birinci “şərarə”si Azərbaycan şairlərinə həsr edilmişdir.  İkinci şə-
rarədə  Xorasan  şairlərindən,  üçüncü  şərarədə  Təbəristan,  Cürcan 
və  s.  ölkələrin  şairlərindən  bəhs  olunmuşdur.  Dördüncü  şərarə  iki 
şüaya  ayrılmışdır.  Birinci  şüa  İraqi-Ərəb,  ikincisi  isə  İraqi-Əcəm 
sahəsinin şairlərini əhatə edir. Beşinci şərarə Fars vilayətinin şair-
ləri haqqındadır.  
                                                 
277
 Yazıcı T. Ateşkede. DVİA. IV c., İstanbul, 1991, s. 58. 
278
 Məmmədova  M.  Lütfəli  bəy  Azər  və  Azərbaycan  ədəbiyyatı.  Bakı,  2001,  s. 
70. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
171 
Turanzəminə  daxil  olan  ölkələrin  şairlərindən  bəhs  olunan 
ikinci  əxgər  üç  şərarəyə  bölünmüşdür.  Birinci  şərarə  “Xütteyi-
Bəlx” və ona tabe olan sahəyə, ikinci şərarə Dehli və onun tabeli-
yində  olan  vilayətlərə,  üçüncü  şərarə  Kəşmir  şairlərinə  həsr  edil-
mişdir.   
Təzkirənin “füruğ” adlanan hissəsində isə müxtəlif ölkələrin 
şairlərindən  bəhs  olunmuşdur.  Təzkirənin  bu  hissəsində  verilən 
məlumatları çox hissəsi Tağı Kaşinin “Xülasətül-əşar və zübdətül-
əfkar” adlı əsərindən götürülmüşdür.  
İkinci “məcmərə” iki “pərtöv”ə ayrılmışdır. 
Atəşkədənin ikinci məcmərəsi müəllifin çağdaşı olan şairləri 
əhatə edir və “pərtöv” adı verilən iki bölməyə ayrılmışdır. Birinci 
pərtövdə  əfqanların  İranı  istilası  və  sonrakı  hadisələr  haqqında 
giriş  və  daha  sonra  çağdaşı  olan  şairlər  haqqında  məlumat  veril-
mişdir.  
İkinci pərtövdə təzkirəçi öz tərcümeyi-halını və  şeirlərindən 
nümunələrə yer vermişdir. 
Lütfəli bəy təzkirəsinin müqəddiməsində yazır: “Tarix kitab-
larına  müraciət  edib,  şairlərin  anadan  olma  tarixlərini  və  mənsub 
olduqları  yeri təyin etdim. Hər hansı ölkənin və şəhərin şairi haq-
qında  məlumatı  həmin  şair  üçün  ayrılmış  səhifədə  qələmə  aldım. 
Əsəri  əlifba  sırası  ilə  yazdım.  Əsərin  adını  “Atəşkədə”  qoydum. 
Bundan əvvəlki təzkirələri paxıllıq atəşinə atdım”
279
.    
F.ü.f.d. M.Məmmədova təzkirənin “Atəşkədə” adını daşıması 
məsələsinə də aydınlıq gətirməyə çalışmışdır: “Ehtimal etmək olar 
ki,  Lütfəli  bəyin  özünə  Azər  təxəllüsü  götürməsi  və  əsərinin  adını 
“Atəşkədə”  qoyması  qədim  azərbaycanlıların  atəşpərəstliyi  ilə 
əlaqədardır. Kahinlərin oturduqları məbəddə Atəşkədə, oda səcdə 
edənlərə isə azər deyirmişlər. Azər odlu şairlərin yanar qəlbindən 
                                                 
279
 Məmmədova  M.  Lütfəli  bəy  Azər  və  Azərbaycan  ədəbiyyatı.  Bakı,  2001,  s. 
69. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
172 
çıxmış şah beytlərini öz təzkirəsində hifz etdiyinə, qoruyub saxladı-
ğına görə əsərini “Atəşkədə” adlandırmışdır”
280
.   
“Atəşkədə”nin  mənbə  və  qaynaqlarına  gəlincə,  Lütfəli  bəy 
təzkirəsində istifadə etdiyi əsərlərin adlarını yeri gəldikcə qeyd et-
mişdir. Əsərin əsas qaynağı isə Məhəmməd Övfinin “Lübabül-əl-
bab”ıdır.  Ə.G.Məani  isə  Lütfəli  bəy  Azərin  təzkirəsinin  orijinal 
olmaması üzərində durur: “Baxmayaraq ki, Azər Bəydili belə iddia 
edir ki, şeirləri özü şəxsən şairlərin divanlarından seçmişdir, lakin 
əməldə  görünür  ki,  o,  keçmiş  şairlər  haqqında  h.  XI/XVII  əsrin 
əvvəllərinədək “Xülasətül-əşar və zübdətül-əfkar” adlı böyük təz-
kirədən  müxtəsər  xülasəni  bizə  “Atəşkədə”  adı  ilə  təqdim  etmiş-
dir”
281
. Prof. T.Yazıcı da Ə.G.Məaninin bu fikirlərini təkrarlamış-
dır
282
. M.Məmmədova isə Lütfəli bəyə qarşı irəli sürülən bu iddia-
lara cavab vermişdir: “Azər özündən əvvəlki təzkirələrdən istifadə 
etmişdirsə,  söz  yox  ki,  həmin  təzkirədən  də  bəzi  qeydlər  götür-
müşdür. Lütfəli bəyin özü “Atəşkədə”nin müqəddiməsində göstərir 
ki, müxtəlif təzkirələrdən istifadə etmişdir. Bu kimi hallarda Azər 
həmin fikrin hansı mənbədən götürüldüyünü qeyd etməyi heç vaxt 
unutmamışdır”
283
.  
Atəşkədə  Azərbaycanın  tarixi  coğrafiyasını  öyrənmək  baxı-
mından da əhəmiyyətlidir. Təzkirədə Azərbaycanın Ərdəbil, Ordu-
bad,  Beyləqan,  Təbriz,  Xalxal,  Şirvan,  Gəncə,  Marağa  kimi  tarixi 
şəhərləri və bölgələri haqqında məlumat yer almışdır.   
Məsələn:  “Azərbaycan  –  binasını  Azər  ibn  Əmir  ibn  Əshəd 
ibn  Sam  qoymuşdur.  Bəziləri  söyləmişlər  ki,  Şapur  Züləktab  za-
manında Azərbad adlı bir şəxs peyğəmbərlik iddiası etmiş, bir çox-
ları  inanıb,  onun  dinini  qəbul  etmişlər.  Şapur  onu  tutub,  sinəsinə 
ərinmiş filiz tökdürmüş, lakin ona heç bir zərər dəyməmişdir. Ona 
                                                 
280
 Məmmədova  M.  Lütfəli  bəy  Azər  və  Azərbaycan  ədəbiyyatı.  Bakı,  2001,  s. 
68. 
281
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. II c., s. 14. 
282
 Yazıcı T. Ateşkede. DVİA. IV c., İstanbul, 1991, s. 58. 
283
 Məmmədova  M.  Lütfəli  bəy  Azər  və  Azərbaycan  ədəbiyyatı.  Bakı,  2001,  s. 
73. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
173 
görə də xalq ona daha artıq inanmışdır. Bu vilayətin abadlığı onun 
tərəfindən olmuşdur.  
Əvvəllər  sərhədləri  İraqi-Əcəm,  Muğan,  Gürcüstan,  Ərmən, 
Kürdüstan  və  Şirvana  çatırdı.  Amma  indi  bütün  Şirvan,  Muğan, 
Gürcüstan və Ərmən Azərbaycana daxildir. O behiştə bənzər diya-
rın hüsnünü  yazmaqla başa gələn deyil. Ümid edirik ki, ruzigarın 
bəlasından  hifz  olunsun.  Hər  şəhərin  şairlərinin  əhvalı  və  sözləri 
tərtiblə yazılır”. 
Azərbaycan  haqqındakı  bu  məlumatdan  sonra  təzkirəçi  bu 
ölkənin şəhərlərindən qısaca bəhs etmiş və orada yetişmiş şairlərin 
tərcümeyi-halı  və  əsərlərindən  nümunələr  təqdim  etmişdir.  Təzki-
rədə yer almış şeir örnəkləri fars dilindədir.    
Təzkirənin şah və şahzadələrdən bəhs edən bölümündə Əlqas 
mirzə  Səfəvi,  Bəhram  mirzə  Səfəvi,  Cahi,  Cəfər  bəy,  Şah  İsmayıl 
Xətai,  Dərdi  Əfşar,  Sami  Səfəvi,  Sadiqi,  Şah  Təhmasib,  Adili 
Səfəvi, Şah Abbas, Şah Abbas Sani, Qismi Əfşar, Pur Həsən kimi 
azərbyacanlılardan  bəhs  olunmuşdur.  Təzkirəçi  daha  sonra  bölgə-
lər üzrə  Azərbaycan şairlərini  sıralamışdır.  Ərdəbil –  Cami,  Məh-
vi; Ordubad – Ziyai, Raqib; Beyləqan – Mücirəddin; Təbriz – Mir-
zə Əsədulla, Xacə Əmir bəy, Şah Qasım Ənvar, Əbdülbaqi, Bədii, 
Cəfəri, Cövhəri, Əzizi, Nəşə Təbrizi, Həqiri, Heydəri, Xari, Raqi-
bi,  Mirzai,  Şərif, Molla Şəmsəddin,  Şövqi,  Səburi, Tövfi,  Zühuri, 
İczi, Əssar, Ünvan, Fəsihi, Fövqi, Fərdi, Qətran, Kazima, Mahmud 
Şəbüstəri, Məsihi, Müşki, Məruf, Məlum, Məğribi, Müqimi, Mül-
himi, Nisari, Vüqui, Hümai; Xalxal -  Fənai; Şirvan – Həkim Xa-
qani, Seyid Zülfüqar, İzzəddin, Fələki; Gəncə - Əbülüla, Yusif Ko-
sa;  Marağa  –  Mövlana  Əvhədi,  Əbu  Ömər  Əbhəri,  Ədhəm  bəy, 
Qazı Əhməd Qəffari, Heyrəti, Xızıri, Dərviş Dəhəkgi, Şeyx Şəha-
bəddin  Söhrəvərdi,  Übeyd  Zakani,  Mirzə  Müqim,  Nərgisi,  Vaiz, 
Xacə  Nəsir,  Şeyx  Nizami,  Məshəti,  Əvhədi,  Hatif,  Üzri,  Məsrur 
Bəydili, Baba Şəhidi, Saib
284
.  
                                                 
284
 Təzkirədəki Azərbaycan şairləri haqqındakı məlumat üçün bax: Məmmədova 
M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı, 2001, s. 78-115. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
174 
“Atəşkədə” bir sıra təzkirələrin qaynaqları sırasındadır. Bun-
ların  sırasında  Məhəmmədhəsən  xan  Etimadüssəltənənin,  Seyid 
Əzim Şirvaninin təzkirələrini nümunə göstərmək olar. 
Sultan  Məhəmməd  Bahadır  xan  Səfəvi  h.  1211-1216/1796-
1801-ci  illərdə  tərtiblədiyi  “Töhfətüş-şüəra”  təzkirəsini  “Atəşkə-
də”nin təsiri altında qələmə almışdır. 
 
Əlyazmaları 
 
AMEA Əlyazmalar İnstitutu D – 20. 
AMEA Əlyazmalar İnstitutu C – 103. 
AMEA Əlyazmalar İnstitutu M – 238. 
AMEA Əlyazmalar İnstitutu M – 240. 
İndia Ofis K/X. 2929. 
İndia Ofis K/X. 3445. 
Berlin K/X. 658. 
Berlin K/X. 213. 
Berlin K/X. 115. 
Kopenhagen K/X. Add. 19. 
Tehran Universiteti Mərkəzi K/X 5122. 
Tehran Universiteti Mərkəzi K/X 462. 
Tehran Universiteti Mərkəzi K/X 4865. 
Tehran Universiteti Mərkəzi K/X 38. 
Tehran Universiteti Mərkəzi K/X 158. 
Tehran Universiteti Mərkəzi K/X 5054. 
Tehran Universiteti Mərkəzi K/X 133. 
Tehran Universiteti Mərkəzi K/X 6328. 
Tehran Universiteti Mərkəzi K/X 5272. 
Tehran Universiteti Mərkəzi K/X 168. 
Tehran Universiteti Mərkəzi K/X. 2169. 
Ayətullah Mərəşi K/X. 2632 
İran Milli K/X 100. 
İran Milli K/X 1286. 
İran Milli K/X 253. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
175 
Los-Ancels K/X M 445. 
Çikaqo Universiteti A – 12074. 
Kitabxaneyi-Vəziri, Yəzd 275. 
İsfahan Universiteti Mərkəzi K/X. 474. 
İsfahan Universiteti Mərkəzi K/X. 43. 
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. Tehran 2726. 
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. Tehran 2674. 
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. Tehran 2682. 
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X. Tehran 7074. 
Tacikistan Elmlər Akademiyası 53. 
Tacikistan Elmlər Akademiyası 213. 
Həzrət Ayətullahül-Üzma Borucerdi K/X. 176. 
İran İslami Şura Məclisi K/X. 886. 
İran İslami Şura Məclisi K/X. 322. 
İran İslami Şura Məclisi K/X. 5702. 
Mərkəzi-Ehyai-Mirasi-İslam, Qum 1747. 
Mərkəzi-Ehyai-Mirasi-İslam, Qum 138. 
 
Mərkəzi-Ehyai-Mirasi-İslam, Qum 1886. 
Hüseyn Miftahın şəxsi kolleksiyası, Tehran 1387. 
Hüseyn Miftahın şəxsi kolleksiyası, Tehran 1113. 
Hüseyn Miftahın şəxsi kolleksiyası, Tehran 816. 
Hüseyn Miftahın şəxsi kolleksiyası, Tehran 582. 
Gülüstan K/X. 860. 
Gülüstan K/X. 861. 
Gülüstan K/X. 862. 
Gülüstan K/X. 863. 
Gülüstan K/X. 1757. 
Gülüstan K/X. 622. 
Gülüstan K/X. 891. 
Məhəmməd Fərhad Mötəmid kolleksiyası. 
Həsən Atifi K/X. 
Nemətullahi xanəgahının K/X. 389 
Hafiz Fərmanfərmaiyan K/X. 
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X 7190. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
176 
Şəhid Mütəhhəri Ali mədrəsəsi K/X. 7075. 
İran İslami Şura Məclisi K/X. 189. 
İran İslami Şura Məclisi K/X. 250. 
1   ...   7   8   9   10   11   12   13   14   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə