N Ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix31.01.2017
ölçüsü6,48 Mb.
#7256
1   2   3   4   5   6   7   8   9   ...   12

Ə D Ə B İ Y Y A T  
 
1.  Мамедов  А.  Древнетjuркскаja  ак-
cентуаcиja  и  некоторyе  вопросy  развитиja  фо-
нолоgиčескиh систем тjuркскиh jaзyков // Сов. 
тjuрколоgиja. 1970. № 5. 
2.  On že. Ассимилjacиja в свете взаимо-
отноšениja  фонетики  и  gрамматики  //  Сов. 
тjuрколоgиja. 1972. № 4. 
3.  Yenə  onun.  Azərbaycan  dilinin  er-
kən  tarixinə  dair  materiallar.  Şumer-türk 
leksik  paralelləri  //  Azərbaycan  filologiyası 
məsələləri. Bakı: Elm, 1983. 
4.  On  že.  Теоретиčеские  проблемy  вос-
становлениja первиčнyh корнеj в тjuркскиh ja-
зyкаh  //  Вопросy  aзербайдžанскоj  филолоgии. 
Баку: Ёлм, 1984. Vyп. 2.  
5.  On že. Тjuркские соgласнyе: анлаут и 
комбинаторика. Баку: Ёлм, 1985.  
 
 
 
BABA MAGERRAMLY 
 
THE PROBLEM OF ROOT WORDS  
IN THE WORKS OF AYDIN MAMMADOV 
 
S u m m a r y  
 
The  article  examines  the  linguistic  views  of  outstanding  Azerbaijani  turkologist  Aydin 
Mammadov.  His  original  linguistic  beliefs  are  interpreted  and  the  place  of  the  scientist  in  the 
history of Azerbaijani linguistics is defined herein. The reconstruction of the ancient Turkic word 
roots,  etymology’s  theoretical  problems  of  the  Turkic  languages 
occupied  an  important  place
  in 
the  works  of  turkologist.  In  this  article  the  views  of  the  scientist  on  morphonology  of  Turkic 
languages, sound alternations are also analyzed. It was determined that A.Mammadov for the first 
time in the history of Azerbaijani  linguistics touched upon the problems of Nostratic, Sumerian-
Turkic language relations. 
 
Key words: Aydin Mammadov, Turk, etymology, linguistics, the root of the word, the problem 

AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA KÖK SÖZLƏRİ PROBLEMİ 
 
11 
БАБА МАГЕРРАМЛИ 
 
ПРОБЛЕМА КОРНЕВЫХ СЛОВ  
В ТВОРЧЕСТВЕ АЙДЫНА МАМЕДОВА 
 
Р е з ю м е  
 
В  статье  анализируются  оригинальные  лингвистические  воззрения  известного  азер-
байджанского  тюрколога  Айдына  Мамедова  и  определяется  его  место  в  азербайджанском 
языкознании.  Отмечается,  что  в  творчестве  А.Мамедова  важное  место  отводилось  не 
только  реконструкции  древнетюркских  корней  слов,  но  и  теоретическим  вопросам  этимо-
логии  тюркских  языков.  Рассматриваются  также  взгляды  учёного  относительно  морфо-
нологии  тюркских  языков  и  звуковых  чередований.  Подчёркивается,  что  именно  Айдын 
Мамедов  первым  из  азербайджанских  языковедов  затронул  проблемы  ностратики  и  шу-
меро-тюркских языковых связей. 
 
Ключевые  слова:  Айдын  Мамедов,  тюркский,  этимология,  языкознание,  корень 
слова, проблема 
 
 
 
Ünvan:  AZ1143.  Bakı-143,  Hüseyn  Cavid  pr.,  115.  Nəsimi  adına  Dilçilik  İnstitutu  –  baş  elmi 
işçi, fil.ü.f.d. 
 
e-mail: baba_magerramli@mail.ru 
 
 
 
Çapa təqdim edən 
Solmaz Süleymanova – 
«Türkologiya» jurnalının  
baş redaktorun müavini 
 
 
Məqalənin redaksiyaya  
daxil olma tarixi  
 
 
20.II.2015 
 
Təkrar işlənməyə  
göndərilmə tarixi  
 
 
22.IV.2015 
Çapa göndərilmə tarixi 
18.V.2015 
 
________
 

T Ü R K O L O G İ Y A  
 
№ 2 
2015 
 
 
 
 
 
 
 
 
QURBAN BAYRAMOV 
 
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ,  
YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
X ü l a s ə .  Məqalədə  Azərbaycan  ədəbi-mədəni,  elmi  və  ictimai-siyasi  mühitində  parlaq 
sima kimi tanınan Aydın Məmmədovun ədəbi tənqid sahəsindəki fəaliyyəti araşdırılır. 
Keçən  əsrin  70-ci  illərində  ədəbi  tənqidə  gələn  A.Məmmədovun  ədəbi  prosesə  dünya  ədə-
biyyatı  və  elmi-nəzəri  fikri  səviyyəsində  nüfuzu  tədqiq-təhlil  predmeti  olur,  tənqidçi  üslubunun 
orijinallığı və dominant cəhətləri ön plana çəkilir. 
A.Məmmədov tənqidi təfəkkürünün universallığı və 70–80-ci illərin ədəbi təsərrüfatının bü-
tün sahələrində «yeni söz» demək imkanı aşkarlanır. 
Ədəbi  prosesə  obyektiv  və  prinsipial  müdaxilələri  ilə  seçilən  tənqidçinin  60–80-ci  illərin 
poeziyası  və  nəsri  ilə  bağlı  yazdığı  orijinal  məqalələri,  esseləri,  görkəmli  yazıçılarla  dialoqları 
əhatəli təhlil edilir. 
Bu təhlillər A.Məmmədovun tənqidçi obrazını  formalaşdırır, yeni tənqidçi tipi kimi şəxsiy-
yətini təqdim edir, onu ədəbi prosesdəki durğunluğu, proqressiv və reqressiv cəhətləri görə, duya 
bilən, buna görə də ədəbi prosesə tam halda qiymət və təhlil verməyi bacaran, meydana çıxan hər 
bir əsəri  yeni nəzəri  fikir kontekstində dəyərləndirən tənqidçi xarakterini təsəvvür etməyə imkan 
yaradır. 
  
Açar sözlər: ədəbi tənqid, ədəbi proses, ənənə, novatorluq, Aydın Məmmədov, tənqidçi 
 
 
Akademik,  müasir  dövrün  kamil,  tanın-
mış  dilçi-alimi,  türkoloqu,  tənqidçi  Tofiq  Ha-
cıyev  məqalələrinin birini belə başlayır: «Ger-
çək gerçəklikdir, nağıl da nağıldır. Gerçəkliyin 
gerçəkliyinə  söz  yoxdur,  o,  gözəldir.  Əslində 
nağılın  da  nağıllığına  söz  yox.  Hər  xalqın  əc-
dadının  mif  təfəkkürünün  məhsulu  olmaqla  o 
da gözəldir...» [1]. 
Ustadımızın  fikrini  ümumiləşdirərək  pe-
rifraz etsək, deməli, həyat gercəklərdən və na-
ğıllardan  ibarətdir.  Hər  bir  insan  gerçək  bir 
ömür  yaşayır,  istedadlı  insanlar  isə  gerçək 
ömürləri ilə bahəm, bir nağıl ömrü də yaşayır-
lar.  Aydın  Məmmədov  da  bir  istedad  sahibi 
kimi belələrindən idi... 
Biz Aydınla ədəbiyyata eyni dövrdə gəl-
mişik, belə desək, eyni tənqidçilər nəslindənik. 
Bir-birimizi  yaxşı  tanıyırdıq,  bir  mərtəbədə 
yerləşən  institutlarımız qonşudur, çox hallarda 
elmi  tədbirlərimiz  bir  yerdə  keçirilərdi,  hələ 

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
13 
«koridor  konfranslarını»,  «koridorda  aparılan 
diskussiyaları»  demirəm!..  Bu  «koridor  söhbət-
ləri» deyəsən, həm elmi səviyyəsinə, həm də sə-
mimiyyətinə görə daha səmərəli idi... 80-ci  illə-
rin sonlarından isə eyni binada yaşadıq, mənzil 
qonşusu  olduq,  indinin  özündə  də,  oğlu  Araz-
la,  istedadlı  nəvələrilə  Aydınla,  Ümidlə  qon-
şuyuq!  Nəvələrimiz  bir  ali  məktəbdə  təhsil 
alırlar! Qan qohumluğumuz olmasa da, mənəvi 
qohumluğumuz həmişə olub... 
Aydın  əslən  şəkili  idi,  M.F.Axundzadə-
nin,  Şəkili  Ələsgərin,  Xalq  şairi,  akad.  Bəx-
tiyar Vahabzadənin, görkəmli tənqidçi, akade-
miyanın  müxbir üzvü Yaşar Qarayevin, tanın-
mış ədəbiyyatşünas Nadir Məmmədovun həm-
yerlisi  idi  və  onun  da  imzası  bu  imzalar  sıra-
sında  durmağa  layiqdir.  Oxucularıma  Aydın 
Məmmədovun  ömürlüyündən  qısa  bir  arayış-
açıqlama  təqdim  edirəm  ki,  aydınlıq  hasil 
olsun. 
 
Arayış:  «Aydın  Məmmədov  1944-cü  ildə 
Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma 
Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni 
və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəb-
də müəllim fəaliyyətinə başlayan A.Məmmədov 
elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsə-
yə  çatdı,  görkəmli  siyasət  adamı  kimi  həyatdan 
getdi.  Azərbaycan  türklərinin  bu  torpaqda  era-
mızdan  çox  öncə  yaşaması  fikrini  elmi  gerçək-
liyə  çevirməyi  bacaran  alim  Aydın  Məmmədov 
istər  «Sovetskaya  türkologiya»  jurnalının  baş 
redaktorun birinci müavini, istərsə də Bədii Tər-
cümə  Mərkəzinin  rəhbəri  kimi  SSRİ-nin  və  bü-
tövlükdə bütün dünya türklərinin bir-birini daha 
yaxından  tanıması,  onların  doğmalaşması  üçün 
ölçüyəgəlməz işlər görmüşdür. 
Ömrünün təxminən son onilliyini bütünlük-
lə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmə-
dov  1988-ci  ilin  fevralından  başlayan  Azərbay-
can  xalq  hərəkatının  ön  sıralarında  ilk  günlər-
dən dayanmışdır. Onu həmişə tətil edən fəhlə-
lərin, yerli ağalara etiraz edən kəndlilərin, tələ-
bələrin, ziyalıların arasında, özü də ən narahat, 
ən ağrılı anlarda görmək mümkün idi. Ayıq si-
yasətçi və ardıcıl demokrat olan Aydının hadi-
sələrə  öz  şəxsi  münasibəti  və  onları  öz  şəxsi 
yozum üslubu vardı. 
Güclü məntiqə malik, alovlu natiq Aydın 
Məmmədov  yüzlərlə  insan  kütləsini  arxasınca 
aparmağı  bacarırdı. Xalqın  sevgisini  qazanmış 
A.Məmmədov  millət  vəkili  seçilmişdi.  Bu 
vəzifədə  o,  milli  birlik  yaratmaq,  azadlıq  və 
demokratiya  uğrunda  hərəkatımızı  düz  yolla 
aparmaq üçün ciddi işlər görürdü. 
Respublika  Ali  Sovetinin  millətlərarası 
münasibətlər  üzrə  daimi  komissiyasının  sədri 
idi.  Qarabağa  Xalq  Yardımı  Komitəsinin  sədr 
müavini  olmuşdur.  Azərbaycan  Yazıçılar  Bir-
liyi katibliyi heyətinə seçilmişdi. 
1991-ci  il  aprel  ayının  19-da  avtomobil 
qəzasında  faciəli  şəkildə  həlak  olmuş  (Dilarə 
Əliyeva  ilə  birgə), Şəkidə, öz doğma  Kiş kən-
dində dəfn edilmişdir» [2]. 
A.Məmmədov  fikirlərini  elmi  gerçəkliyə 
çevirməyi  bacaran  alim  idi.  Siyasətdə  demo-
krat olduğu kimi, ədəbi tənqiddə də azadfikirli 
idi. Aydın Məmmədovun ədəbi mühitə öz mü-
nasibəti və təhlillərində öz şəxsi yozum üslubu 
vardı. Güclü məntiqə, orijinal nəzəri fikrə  ma-
lik  tənqidçi  idi.  Ədəbiyyatın  taleyi  ilə  bağlı 
önəmli  məsələlərdə  sözü  eşidiləcək,  mövqeyi 
qəbul  ediləcək,  prinsipiallığı  ilə  haqsız  tərəfi 
güzəştə  getməyə  məcbur  edəcək  tənqidçi  tipi 
idi  Aydın! Olduqca geniş elmi potensiala,  vir-
tuoz istedada, dərin ümumiləşdirmə qabiliyyə-
tinə  malik  Aydın  Məmmədov  ədəbi  tənqidə 
yeni  yanaşma  üsulu  gətirə  bilmişdi.  O,  Azər-
baycanın  ədəbi  və  siyasi  həyatında,  yeni  icti-
mai  şüurun  formalaşmasında önəmli  rol oyna-
mışdır.  Aydın  elmi,  ədəbi,  ictimai  fəaliyyətin-
də bir çox «ilk»lərə imza qoyub. Dilçilikdə ilk 
miqyaslı  fonemoloq, tənqiddə  ilk cəsarət sahi-
bi, ilk dilçi-ictimaiyyətşünas, ilk tərcümə  mər-
kəzi  yaradan  və  s.  Amma  bütün  bu  «ilk»lərlə 
bərabər  Aydın  Məmmədov  yaradıcı  şəxsiyyət 

QURBAN BAYRAMOV 
 
 
14 
olmuş  və  yazıb-yaratmaq,  düşünüb-düşündür-
mək  missiyası  Allahın  ona  verdiyi  vergi  idi... 
Və belə bir vergidən uca nə ola bilərdi!?  
O  harda  olursa-olsun,  simvola  çevrilmə-
yi  bacarırdı.  Bu  fikri  mən  müdrik  dilşünas-fi-
loloqumuz Kamil Vəlinin bir məqaləsindən al-
mışam. O yazır: «Mən 1965-ci ildə Bakı Döv-
lət  Universitetinin  filologiya  fakültəsinə  daxil 
olanda Sabir Rüstəmxanlı III kursda oxuyurdu. 
III kursun simvolu Sabir idi. Necə ki, II kursun 
simvolu  Ramiz  Rövşən  idi.  IV  kursun  simvolu 
Azər Abdulla, V kursun simvolu İsmayıl Məm-
mədov.  Biz  daxil  olan  ildə  universiteti  bitirən-
lərin  simvolu  isə  rəhmətlik  Aydın  Məmmədov 
idi» [3]. 
Belə  götürəndə  Aydın  Məmmədov  həm 
öz  dövrünün,  həm  də  çağdaş  filoloji  fikrimi-
zin,  milliyyətçiliyin,  türkçülüyün,  vətənsevər-
liyin  və  vətəndaşlıq  düşüncəsinin  öncüllərin-
dən  biri  idi.  Bu  ondan  əvvəl  olanlara,  onunla 
bir  dövrdə  yaşayanlara  və  ondan  sonra  gələn-
lərə  heç  vəchlə  kölgə  salmır.  Çünki  Aydın  da 
onların biridir, daha doğrusu, Aydını elə onlar 
özləri yaradıblar və elə ona görə də onların ək-
səriyyəti  Aydın  Məmmədov  haqqında  yüksək 
məhəbbətlə,  hörmətlə, qiymətli  fikirlərlə, ürək-
dən  söz  deyiblər.  Və  bunların  heç  biri  təsadüf 
deyil.  Diqqət  yetirək:  akad.  Məmməd  Cəfər, 
akad. Tofiq Hacıyev, Xalq şairi, akad. Bəxtiyar 
Vahabzadə,  Xalq  yazıçısı  Bayram  Bayramov, 
Xalq  şairi,  millət  vəkili  Sabir  Rüstəmxanlı, 
prof.  Kamil  Vəli,  millət  vəkili,  yazıçı-publisist 
Aqil Abbas, şair Vaqif Cəbrayılzadə və s. 
Aydının  elminə,  yaradıcılığına,  ictimai 
fəaliyyətinə,  şəxsiyyətinə  verdikləri  dəyər, 
bəslədikləri  sevgi  yalnız  dost,  həmkar  sevgisi, 
dəyəri  sayıla  bilməz.  Məncə,  bu qiymətləndir-
mələr cəsarətlə, ilkinliklə gözəl duyğuların gö-
zəl  ifadəsiylə  bağlıdır.  Eyni  yolda  yürüyən  və 
haradasa ədəbi rəqib olan insanların bir nöqtə-
də, bir şəxsiyyətdə birləşməsi o qədər qanuna-
uyğundur  ki,  burada  təsadüf,  gəlişi  gözəllik 
axtarmaq  imkansızdır.  Bütün  bunlar  Aydını 
həmin  adamlarla  birləşdirən  əqidə  və  məfkurə 
saflığından  doğan,  yaranan  münasibətlər  idi. 
Milli  hərəkatın  ilk  təkanları,  milli-mənəvi 
dayaqları  içərisində  onun  da  öz  yeri,  öz  mə-
kanı,  öz  missiyası  olubdur  və  görsənibdir.  Bu 
hiss  onların  bir  çoxunu  elmidən,  yaradıcılıq-
dan uzaqlaşdırdı, ictimai adama, siyasi şəxsiy-
yətə  çevrilməyə  məcbur  oldular,  amma  siya-
sətçi,  hakimiyyətçi  olmadılar.  Onlar  siyasət 
yolunun  günlük,  hərəkat  əsgəri  oldular,  qırı-
lanlar qırıldılar, ölməyənlər isə sonradan içəri-
də qırıldılar. Bəli, əyilmədilər, qırıldılar! 
Aydın  Məmmədov tanınmış dilçi, türko-
loq  idi,  lakin  bütün  bunlarla  yanaşı,  o,  yeni 
dövrün dilçi tənqidçisi  idi. Necə ki, Tofiq Ha-
cıyev, Qəzənfər Kazımov, Kamal Abdulla, Ka-
mil  Vəliyev,  Nizami  Cəfərov,  İsmayıl  Kazı-
mov  bu  yeni  –  dilçi-tənqidçi  tipinin  tanınmış-
larındandırlar.  
Aydın Məmmədov rusca kamil bilirdi və 
Moskvada aspirantura təhsili almışdı, görkəm-
li, tanınmış türkoloq-şərqşünasların əhatəsində 
olmuşdu. Bu barədə tanınmış türkoloq, yazıçı-
publisist,  Azərbaycan  Yazıçıları  Birliyinin  Mos-
kvadakı  filialının  sədri  Tofiq  Məlikli  yazır: 
«2014-cü  ilin  yanvarında  Aydın  Məmmədovun 
anadan  olmasının  70  illiyi  qeyd  olunacaq.  Sa-
dəcə 47 il yaşayan, faciəli bir şəkildə ölən Ay-
dın  haqqında düşünəndə,  nədənsə,  ilk öncə  iki 
önəmli  hadisə  yadıma  düşür.  Birincisi  gənclik 
illəri,  həyəcanlı,  ümid  dolu  parlaq  günlər  xati-
rələrdə  canlanır.  Biz  ikimiz  də  1960–1965-ci  il-
lərdə  Azərbaycan  (indiki  Bakı)  Dövlət  Univer-
sitetində oxuyurduq. Mən şərqşünaslıq fakültə-
sində, Aydın filologiya fakültəsində. Bəzi “po-
tok”  dərslərimizdə  görüşər,  dərsdən  sonra  isə 
arada  bir  çayxanaya  gedib  dərdləşərdik.  Ay-
dınla bizim tanışlığımızın əsl dostluğa, qardaş-
lığa  dönməsi  isə  Moskvada,  aspiranturada 
oxuduğumuz  illərdə  oldu.  Onu  da  deyim  ki,  o 
illər Moskvada  Azərbaycandan  gələn  çox say-
da  aspirant  təhsil  alırdı.  Elə  bizim  aspirantlar 
mehmanxanasında  gələcəyin  tanınmış  elm 
adamları  –  Arif  Məmmədov,  Oqtay  Məmmə-
dov, Hafiz Paşayev, Fuad Quliyev və başqaları 

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
15 
yaşayırdı, sıx ünsiyyətimiz, maraqlı söhbətlərimiz 
olurdu.  ...Onun  bir  ziyalı  kimi,  bir  alim  kimi 
formalaşmasında  o  illərdəki  Moskva  mühitinin 
çox  böyük  etgisi  olmuşdu.  Aydın  olduqca  iste-
dadlı bir dilçi-alimdi. O dissertasiya yazmaq üçün 
asan  mövzu  yerinə  tamamilə  yeni  və  orijinal 
mövzu  “Türk samitlər: anlaut və kombinatorika” 
temasını seçmişdi. Elmi rəhbəri tanınmış türkoloq 
Ervand  Sevortyan  idi.  Mövzuyla  əlaqədar  onun 
elmi rəhbəriylə tez-tez dartışmaları olurdu» [4]. 
Bu dartışmaları isə SSRİ Elmlər Akademi-
yası  Dilçilik İnstitutunun Türk dilləri  bölməsinin 
müdiri, olduqca məşhur türkoloq Əthəm Tenişev 
yoluna  qoyarmış.  Elmi  fəhminə,  istedadına  görə 
Sovet Türkoloqlar  Komitəsinin  sədri  Andrey Ni-
kolayeviç  Kononov  da  Aydının  xətrini  istərmiş. 
Nəmçinin  bu  xatirələrdən  məlum  olur  ki,  Aydın 
Məmmədov olduqca erudik təfəkkürə malik imiş, 
elmin  çox  müxtəlif  sahələrinə  –  kibernetika  ilə, 
riyazi dilçiliklə, şumerlərlə, «Günəş teoriyası» ilə, 
elmin bir çox başqa sahələri ilə məşğul olur, ma-
raqlanır,  ictimai  elmin  digər  elmlərlə  əlaqəsinin 
səmərəsini  duyur,  mütaliədən  doymazımış.  Bəri 
başdan qeyd edim ki, bütün bunlar bir sistem şək-
lində onun tənqidçi təfəkkürünün yeni yöndə, ori-
jinal ladda formalaşmasına böyük təsir göstərmiş, 
onun  elmi  potensialını  gücləndirmiş,  istedadının, 
ümumiləşdirmə  qabliyyətinin  imkanlarını  geniş-
ləndirmiş,  yeni  tipli  tənqidçi  xarakteri  koduna 
yiyələndirmişdi. 
Lakin bu imkanlar daha geniş və əhatəli ola 
bilərdi, əgər Aydının taleyi, yaşam tərzi ziqzaqlı, 
tramplinli, astanalı olmasaydı... Aydının həmyer-
lisi, ona  yaxşı  bir poema  həsr etmiş Vaqif  Aslan 
bu  babətdən  onu  belə  səciyyələndirir:  «Aydının 
taleyində Dostoyevski taleyinə oxşarlıq var idi və 
bu oxşarlıq onu həyatı boyu izləmişdi. Aydın ta-
leyində  Kefli  İsgəndər  taleyinə  də  bənzərlik  var 
idi.  Elm  aləmində  onu  kefli  kimi  qəbul  edəndə 
sakitlik tapırdılar. Bu keflilik də onu həyatı boyu 
izləməmişdi. O axır ki, ayılmış  və öz böyüklüyü 
ilə dilçilikdə,  ədəbi tənqiddə,  həmçinin  siyasətdə 
və idarəetmədə tamlığı ilə görünə bilmişdi» [5]. 
Yaxşı  ki,  yaxşı  dostlar,  xeyirxah  ihsanlar, 
istedadın qədirbilənləri var. O vaxtlar (70-ci illər) 
Azərbaycan Yazıçılar İttifaqının katibi  işləyən 
Elçinin  və  Tofiq  Məliklinin  təşəbbüsü,  Aydı-
nın  atası  Mirsaleh  kişinin  qayğısı  nəticəsində 
Aydın  düşdüyü  burulğandan  xilas  olur,  yeni-
dən  normal  həyata  dönür,  bir  dilçi-alim,  ədə-
biyyatşünas-tənqidçi,  ictimai-siyasi  xadim, 
məşhur  jurnalların redaktoru kimi  Azərbaycan 
mədəniyyətinə,  ictimai  düşüncəsinə  yeniliklər 
gətirən bir ziyalı, aydın olaraq fəaliyyət göstə-
rir.  Əlaqələri  və  əhatə  dairəsi  genişlənir,  Lui 
Bazen, İren  Melikoff,  Həsən İren kimi  dünya-
ca  ünlü  şərqşünaslarla  münasibət  və  elmi  ün-
siyyət  qurur,  «Sovetskaya  türkologiya»,  «Xə-
zər» jurnallarına rəhbərlik edir, Tərcümə Mər-
kəzinin  müdiri,  Azərbaycan  Ali  Sovetinin  de-
putatı,  milli  hərəkatın  liderlərindən  biri  kimi 
məşhurlaşır... 
Yazıçı-publisist  Şakir  Yaqubov  dürüst 
müəyyənləşdirib: «Aydın elə həmin “Qara yan-
var” hadisələri ilə bağlı MK-da keçirilmiş han-
sısa  yığıncaqdakı  ağıllı,  təmkinli,  dərin  məz-
munlu,  qeyri-standart  nitqi  ilə  məşhurlaşmışdı, 
eləcə  onun  “filoloji  təfəkkür”  ifadəsi  nəyə  de-
sən dəyərdi…» [6].  
Buradakı, ağıllı, təmkinli, dərin məzmun-
lu,  qeyri-standart  ifadələri  diqqətimizi  çəkdi. 
Aydın Məmmədov doğrudan da bu cür «filolo-
ji  təfəkkür»  sahibi  olan  tənqidçilərimizdəndir. 
Aydın  bir  tənqidçi  kimi  70-ci  illərin  əvvəllə-
rindən tanınmağa  başladı  və orijinal,  cəsarətli, 
qeyri-standart baxışları  ilə tənqidçi  şəxsiyyəti-
nə  çevrildi.  Başqa  sözlə,  Aydın  Azərbaycanın 
ədəbi  tənqid  səmasında  qısa  bir  müddətdə,  la-
kin aramsız çaxan şimşəyə bənzədi və öz izini 
qoya  bildi. O,  bir  insan kimi  də, alim-tənqidçi 
kimi  də,  elm-tənqid  məkanında  haqqı  olan  tən-
qidçi  tipidir.  Yazıçı-publisist,  millət  vəkili  Aqil 
Abbas həmin dövrü belə xatırladır: «... elmə qa-
yıtdı  və  qayıdan  kimi  də  “Ulduz”  jurnalında  bö-
yük  bir  məqaləsi  dərc  olundu,  özü  də  bir  neçə 
nömrədə:  “Zamanla  səsləşən  şeirlər  sorağında”. 

QURBAN BAYRAMOV 
 
 
16 
Və  həmin  məqalədə  Azərbaycanın  ömrü  boyu 
tənqid görməyən, həmişə təriflənən, sığallanan 
xalq  şairlərini  belə,  loru  dillə  desək,  yıxdı-
sürüdü.  Təbii  ki,  məntiqlə,  ilahi  poeziyanın 
gözüylə  və  bizim,  yəni  ictimaiyyətin  gözlə-
mədiyi bir baxışla. Hamı düşdü üstünə. Amma 
Aydın  Aydın  idi,  sındıra  bilmədilər,  əzə  bil-
mədilər,  əzab  verdilər,  amma  yenə  deyirəm, 
əzə bilmədilər. Nə isə...» [7]. 
Aydında  Moskva  mühitində  aldığı  ger-
menevtika  elmi  ilə  uyuşmuş  emosional  feno-
menallıq  da  vardı.  Və  bu  cəhət, onun tənqidçi 
fərdiyyətini  fərqləndirirdi  və  orijinal  çevrəyə 
salırdı  Aqil  Abbas  demiş,  mühitindən  gələn 
qısqanclıq  da  buradan  qidalanırdı...  Bu  oriji-
nallıq  daha  çox  onun  tənqiddə  göstərdiyi  yeni 
anlayışlarda,  məsələn,  «konsensus»  tipli  anla-
yışlarda özünü büruzə verirdi və bu da yeni tə-
fəkkür axtaran oxucular arasında,  yaxşı  məna-
da «ajiotaj» yaradırdı, Aydına qarşı olan mara-
ğı  artırırdı.  Aydın  Məmmədov  professional 
tənqidçi  leksikasına  malik  idi.  Onun  tənqidin-
də  dilçi-linqvistik  təfəkkürü  ilə  çevik  ədəbi 
tənqidçi təfəkkürü qəribə,  harmonik  bir tərzdə 
birləşirdi.  O,  az  yazırdı,  amma,  insafən,  yaxşı 
yazırdı. Hər yazısı, az qala, hadisəyə çevrilirdi.  
Onun  tənqidçi  dünyagörüşü  orijinallıqla 
yanaşı,  o  dövr  üçün  rəngarəng  janrları,  hələ  o 
vaxtlar tənqidimizdə çox az yazılan ədəbi janrları 
gətirdi,  daha  doğrusu,  bu  janrları  intensivləşdirə 
bildi. Məsələn, Aydın nəsr, poeziya, tənqid barə-
sində olan mühüm problemləri ədəbi icmal, esse, 
düşüncə, portret, müsahibə, dialoq, resenziya-mo-
noloq şəkillərində ifadə edirdi. Bu «ifadə» forma-
ları  məzmunca  və  taleyüklü  problematikası  ilə 
ədəbi  mühitdə  rezonans  yaradırdı,  yaxşı  mənada 
rəxnə salırdı, düşündürürdü... 
Aydın  Məmmədovun  tənqid  yaradıcılığı 
245  səhifəlik  bircə kitabda –  «Sözümüz eşidi-
lənədək»  (Bakı,  1988)  kitabında  toplanıb. 
Akad. Tofiq Hacıyevin başqa bir məqamda iş-
lətdiyi təbiricə desək, «kitabın adı bir şeir mis-
rası kimi kəşfdir» və Aydının tənqidçi xarakte-
rini ehtiva edir, onun tənqidçi prinsipiallığının 
koduna çevrilir, yəni «sözümüz eşidilənədək», ay 
eşidənlər, sizlərdən əl çəkdi yoxdur! Bu XX əsrin 
əvvəllərində tənqidi realistlərin – «Molla Nəs-
rəddin»çilərin  ədəbi  kredosu  idi  ki,  XX  əsrin 
80-ci  illərində  gur  səslə  Aydın  Məmmədovun 
ədəbi-tənqidi  prinsipinə  çevrilmişdi.  Dünyası-
nı  bu  yaxınlarda  dəyişən,  mərhum,  istedadlı 
tənqidçi  Arif  Məmmədov  bu  məqalələr  toplu-
suna «Eşidilən sözlər» başlığında olduqca ma-
raqlı  bir  ön  söz  yazıb  və  Aydını  «sözü  eşidi-
lən»,  «sözünün  çəkisi»  olan  tənqidçi  tipi  kimi 
səciyyələndiribdir [8]. 
Bu məqamda, istedadlı yazıçı, tərcüməçi, 
publisist,  Aydın  Məmmədovdan  sonra  Tərcü-
mə  Mərkəzinə  rəhbərlik  edən  Afaq  Məsudun 
«Bu dünyanın  Aydın  hadisəsi»  məqaləsi  yadı-
ma  düşdü.  Afaq  Məsud  yazır:  «Bu  gün  Aydı-
nın  Belinskinin  profilini  andıran  uzun  saçlı, 
dalğın  üzlü  barelyefi,  onun  bir  vaxtlar  böyük 
həvəslə, özəl yaradıcı stixiyası ilə qurub yarat-
dığı  Tərcümə  Mərkəzinin  giriş  hissəsindəki 
bürünc  xatirə  lövhəsinə  həkk  olunub.  Binanın 
qarşısından  ötənlər,  zaman-zaman  önünə  qə-
rənfillər düzülən, payız, yaz ayları yağış-çiski-
nin nəmindən islanıb qaralan bu barelyefin ki-
mə məxsus olduğundan bəlkə də xəbərsizdilər. 
...Uzaq, qədim qərinələrin dəniz döyüşlərindən 
düşmüş  qəzalı  gəmi  duruşuyla  dayanıb  duran 
bu  ədəbiyyat  ocağının,  Aydının  işığını  yaşat-
mağa  davam  edən  Müqəddəs  Ocağa  çevrildi-
yindən  xəbərsizdilər.  ...Bu,  Aydının  işığıdı... 
Özü  ilə  uzaq  Kiş  sıldırımlarının  saf  ucalıqla-
rından  gətirib  gəldiyi  müqəddəs  Aydın  işığı. 
Mərkəzi qanlı-qadalı illərin ölüm-dirim yoxuş-
larından  salamat  keçirib  çıxaran,  uzun  illərin 
bol  yağışları,  qar-tufanı  altında  çökməyə  qoy-
mayan, yenilməz, dəfedilməz, zərif işıq...  
Aydının,  yarımçıq  qalmış  həyat  eşqinin 
işığı…» [9]. 
Burada  iki  məqama  diqqəti  cəlb  etmək 
istərdim.  Bir  Aydının  barelyefinin  Belinskiyə 
oxşarlıq assosiasiyası, bir də «Aydın işığı!» bən-
zətməsi!  Afaq  Məsud  məqaləsinin  əvvəlində, 
həm də erudik yazıçı-publisist fəhmi ilə Aydının 

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
17 
şəxsiyyətini  analoji  müqayisələr  silsiləsində 
belə təqdim  edir:  «Aydının  həyatı  həmişə,  nə-
dənsə,  mənə,  nə  vaxtsa  oxuyub  təsirləndiyim 
və  bu  günəcən  də  xatırladıqca  kövrəldiyim 
bədii  əsəri,  bir  çox  məqamlarıyla  XIX  əsrin 
inqilabçı  ruhlu  maarifçilərinin  –  Dobrolyubo-
vun,  Çernışevskinin,  Belinskinin  mübarizələr, 
qələbələr  və  məğlubiyyətlər  dolu,  əfsanəvi 
həyat hekayətini andırır.  
Doğulduğu  sıldırımlı  Kiş  kəndi,  ana  bətni 
tək, ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi cod 
qanunlu,  amansız  şəhər  həyatı,  enişli  –  yoxuşlu 
ədəbiyyat  və  elm  mücadilələri,  maddi  sıxıntılar 
və  ehtiyaclar  dolu,  yuxusuz  gecələrlə  yazıb-
yaratdığı  dəyərli  əsərləri,  ölkənin  ağır  müstə-
qillik dönəmində qalxana çevirdiyi parlaq alim 
zəkası,  barışmaz  vətəndaş  mövqeyi,  pak,  in-
sansevər qəlbi,  iztirablar  və  qəzalar dolu,  keş-
məkeşli  həyatı,  faciəvi ölümü,  basdırıldığı  qə-
dim, kimsəsiz Kiş qəbiristanlığı...  
Aydının  kədərli  həyat  hekayətini  sona 
çatdıran  müəmmalar dolu, sirli ölümü də, san-
ki,  bədii  əsər  sonluğudu.  Lev  Tolstoyun  məş-
hur  “Sevastopol  hekayələri”ndən  birinin axırı-
nı  –  döyüş  zamanı  yaxınlıqda  partlayan  qum-
baradan həyatını itirmiş əsgər yoldaşının, hərə-
si bir tərəfə uçan qopuq əzalarına baxdıqca, öz 
ölümündən  xəbərsiz  beyninin  son, ani  çaxıntı-
sıyla:  “nə  yaxşı,  mən  ölmədim”  düşünən  Ko-
zeltsovun  həyat  finalını  xatırladır.  Fərq  bircə 
bundadı  ki,  burada  yaxınlıqda  partlayan  qum-
baradan ölən də, bu ölümü öz gözləriylə müşa-
hidə  edib,  öz  ölümündən  xəbərsiz,  həyat  eşqi 
ilə ölən də, Aydın özüdü...» [9].  
Mən  Afaq  Məsudun  bu assosiativ analo-
giyasından,  əlbəttə  ki,  uzağam,  amma  Aydın 
Məmmədovun  bizim  dünyamızın  hadisəsi  və 
ədəbi-tənqidi  aləmimizdə  bir  «Aydın  işığı»nın 
olması  ilə  tam  razıyam...  Onunla  da  razıyam 
ki,  Aydın  Məmmədov  fenomenal  bir  alim, 
tənqidçi,  ictimai  nüfuza  malik  insan  idi.  Və 
onun  70  illik  yubileyinə  AMEA  Nəsimi  adına 
Dilçilik İnstitutunun 2 fevral 2015-ci  ildə həsr 
edilmiş  elmi  sessiyanın  «Aydın  Məmmədov 
fenomeni» adlandırılması da, elmimizin təsdiq 
etdiyi qənaətdir. Bu təkzibedilməz qənaəti ses-
siyanı  giriş  sözü  ilə  açan  institutun  direktoru, 
akad. Tofiq Hacıyev belə təsbit etmişdir: «Ay-
dın  Məmmədov  çox  gənc  ikən  Azərbaycanın 
ictimai  fikir  tarixinə  daxil  olmuş  bir  dilçi, 
böyük  alimdir.  Biz  bu  gün  Dilçilik  İnstitutu 
olaraq  Aydın  müəllimin  xatirəsini  yad  edirik, 
eyni  hüquqla  bu  işi  Ədəbiyyat  İnstitutu,  Ya-
zıçılar  Birliyi  və  ya  hansısa  ictimai-siyasi  təş-
kilat  da  edə  bilərdi.  Yəni  Aydın  Məmmədov 
belə çoxşaxəli istedad sahibi idi. O, öz qabiliy-
yətini  dərhal  elan  edə  bilirdi.  Nə  ilə  məşğul 
olurdusa, o sahədə dərhal öncüllüyü ələ alırdı. 
Biz  Aydın  Məmmədovu,  əlbəttə,  ilk  növbədə 
dilçi kimi tanıyırıq. Azərbaycan dilçiliyi üçün, 
türkologiya  üçün,  ümumi  dilçilik  üçün  Aydın 
Məmmədov  çox  işlər  görüb.  Bütün  türk  res-
publikalarında  fonetika  ilə  bağlı  dissertasiya 
yazanların  hamısı  onun  namizədlik  işindən 
istifadə edir. Akad. A.Şerbak A.Məmmədovun 
fonetika sahəsində olan elmi fəaliyyətini həmi-
şə  yüksək  dəyərləndirmişdir.  O,  Azərbaycan 
dilçi-alimləri  içərisində  ən  çox  istinad  olunan 
şəxslərdəndir. Bu gün biz dilçilik və  mədəniy-
yət  tarixində  xüsusi  çəkisi  olan  bir  alimi  yad 
edirik. Düzdür, o, elmlər namizədi kimi həyat-
dan  getsə  də,  amma  ən  çox  istinad  olunan 
şəxslərdəndir» [10].  
Tofiq  Hacıyev  daha  sonra  deyib:  «Təəs-
süf ki, Aydın Məmmədov dünyadan elmlər na-
mizədi  kimi  getdi.  Ömrünün  son  illərində 
Azərbaycanda  baş  verən  ictimai-siyasi proses-
lərə,  azadlıq  hərəkatına  qoşulduğundan  elmi 
işi ilə məşğul olmağa vaxtı qalmırdı. Təsəvvür 
edin  ki,  Qazaxıstanda  onun  doktorluq  refera-
tını çap etdilər. Onun isə başı ictimai məsələlə-
rə  elə  qarışdı,  müdafiəyə  getmədi.  Amma  biz 
Aydını  elə  doktor  kimi  tanıyırıq.  Başqa  res-
publikalarda  da  onu  doktor  kimi  tanıyırlar. 
Mən Azərbaycanda onun kimi nəzəri hazırlıqlı 
fonetist tanımıram. Yadımdadır, Azərbaycanda 
2 «Türkologiya», № 2 

QURBAN BAYRAMOV 
 
 
18 
böyük  türkoloq  Aleksandr  Şerbakın  kitabının 
müzakirəsi  keçirilirdi.  Məruzəçi  Aydın  Məm-
mədov  idi.  Bu  adam  bir  məruzə  elədi  ki,  Şer-
bakın özü heyran qaldı. Bütün müasir türkolo-
giya nəzəri və fonetik baxımdan onun məruzə-
sində işıqlandırıldı və özünü böyük dilçi hesab 
edənlərin  hamısı  gördü  ki,  bizim  fonetikamız 
hansı nəzəri səviyyədədir. 
A.Məmmədov 1988-ci ildə “Kitabi-Dədə 
Qorqud”un  birinci  kollokviumunu  təşkil  edə-
rək Türkiyə  ilə  Azərbaycan arasında elmi-mə-
dəni  əlaqələrin  güclənməsinə  nail  olmuşdur. 
“Azərbaycan  filologiya  məsələləri”  adlı toplu-
sunun çapı da onun  adı  ilə  bağlıdır. Həmçinin 
o,  Nəsimi  adına  Dilçilik  İnstitutunda  Tipoloji 
dilçilik  şöbəsində  çalışıb.  Aydın  Məmmədov 
görkəmli dilçi olmaqla yanaşı, həm də istedad-
lı ədəbiyyatşünas, tənqidçidir. Aydın Məmmə-
dov  AMEA-nın  Rəyasət Heyətində Humanitar 
Bölmənin  (akad.  Məmməd  Cəfərin  rəhbərliyi 
ilə.  –  Q.B.)  elmi  katibi  vəzifəsində  işləyərək 
bu  sahədə  çoxlu  işlər  görmüşdür.  Çox  gözəl 
qələmi  olan  bir  tənqidçi  idi.  Hamı  arzu  edirdi 
ki, Aydın onun haqqında bir yazı yazsın» [10]. 
Bu,  qazanılmış  tənqidçi  nüfuzu  və  tən-
qidçi səlahiyyəti idi və özü də asan qazanılma-
mışdı. Axı, Aydın Məmmədov tənqidə gələndə 
artıq  Azərbaycan tənqidi 60-cı  illər  ədəbiyyatı 
kimi  keyfiyyətcə  yeni  bir  mərhələyə  qədəm 
qoymuşdu. Bu  mərhələdə Azərbaycan tənqidi-
nə  yeni  nəfəs,  yeni  baxış  bucağı,  fərqli  təhlil 
manerası,  orijinal  ədəbi-estetik  kriterilər  axını 
başlamışdı.  Aydının  qarşısında  böyük  nüfuza 
və təcrübəyə  malik, ustad tənqidçilər  nəsli  var 
idi. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cə-
fərov,  Kamal  Talıbzadə,  Bəkir  Nəbiyev,  Yəh-
ya Seyidov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pə-
nah  Xəlilov,  Əhəd  Hüseynov,  Cəlal  Abdulla-
yev, Elçin, Gülrux Əlibəyova, Akif Hüseynov, 
Şamil  Salmanov,  Asif  Əfəndiyev  (Asif  Ata), 
öz  nəslindən  Kamil  Vəli,  Kamal  Abdulla,  Ni-
zami  Cəfərov  və  bizlər...  Ədəbi  tənqidlə  məş-
ğul olan, mənsub olduğu nəsil, istedad dərəcə-
si  və  nəzəri  hazırlıq  səviyyəsi  baxımından  ta-
mamilə fərqlənən tənqidçilərimizin heç də tam 
olmayan bu nüfuzlu siyahısında, bu pleyadada 
fərqlənmək, nəzərəçarpacaq nüfuz qazanmaq o 
qədər də asan məsələ deyildi! Aydın Məmmə-
dov  öz  istedadı,  vətəndaşlığı  və  fədakarlığı, 
erudik  biliyi,  ədəbi  fəhmi  ilə  bu  «müşkülə» 
açar  saldı  və  özünəlayiq  nüfuzlu  yerini  tapdı, 
bu  yeni  müstəvidə  məqamını  tutdu!..  Onun 
«Zamanla  səsləşən  şeirlər  sorağında»  (I  və  II 
məqalələr),  «Bugünkü  nəsrimizin  poetik  mən-
zərəsi»,  «Nəsrin  çətin  yolları,  tənqidin  dolan-
bacları», «Ən gənc nəsrimizin poetik mənzərə-
si»  [11]  qəbildən  məqalələri  bu  cəhətdən  ol-
duqca  böyük  maraq  doğururdu  və  ədəbi  tən-
qiddə  spesifik  idrak  hadisəsinə  çevrilirdi.  Ay-
dın  Məmmədov  yeni  tipli  tənqidçi  təfəkkürü 
ilə  Azərbaycan  nəsrinin  o  dövrdə  təyinedici 
missiyaya  malik  ümumittifaq  nəzəri  fikri  sə-
viyyəsində  poetik  mənzərəsini  yaratmağa  mü-
vəffəq olmuşdu. 
Görkəmli  mütəfəkkir-tənqidçi Yaşar Qa-
rayev  o  dövrün  (70-ci  illərin)  ədəbi  tənqidini 
səciyyələndirərkən  «Tənqidin  gəncliyi»  məqa-
ləsində  Aydın  Məmmədov  tənqidini  belə  qiy-
mətləndirirdi:  «Bu  nəslin  bütövlükdə  ifadə  et-
diyi orijinal  bədii  çalar  və  fərdi  estetik əda öz 
ilk  qabarıq  ifadələrindən  birini  Aydın  Məm-
mədovun  fərqli  manera  ilə  yazılmış  məqalələ-
rində tapdı.  “Bugünkü  nəsrimizin  poetik  mən-
zərəsi”,  “Ən  gənc  nəsrimizin  poetik  mənzərə-
si”  məqalələri onun  miqyaslı  və obrazlı təfək-
kür  tərzi,  bədii  istedad  və  imkanları  barədə 
nikbin  ümid  və  təsəvvür  aşıladı.  Bu  yazılarda 
o, milli-bədii prosesi (əsasən nəsri) geniş kon-
tekstdə,  onun  perspektivli  meyilləri  işığında 
alır və fərdi, müstəqil, emosional düşüncələrin 
predmetinə çevirə bilir» [12]. 
Aydının  tənqidində,  ənənəvi  tənqiddən 
fərqli  olaraq  sərbəst  düşüncə,  interpretasiya, 
yeni  yozum,  emosionallıqla  süslənmiş  akade-
mizm  əsas,  aparıcı  xətti  təşkil  eləyir.  Aydının 
tənqidində emosionallıqla analitikliyin  vəhdəti 
paradoksal  hala  çevrilmir,  əksinə,  harmoniya 
yarada  bilir,  biri-digərini  tamamlayır...  Fərqli 

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
19 
bir  mahiyyət  çaları  yaradır.  Əlbəttə,  fərqlən-
mək  istedadın  bəhrəsidir.  İstedad  isə  ədəbi-
nəzəri kontekstdə hərtərəfli filoloji biliyə yiyə-
lənmək,  müəyyən  ideya-estetik  mövqedə  da-
yanmaq  qabiliyyəti,  ehtiras,  mübahisəyə  hə-
vəs,  vətəndaşlıq  hissinə  malik  olmaq,  milli 
ədəbiyyatın  heysiyyətini  qorumağı, onun təəs-
sübkeşi olmağı bacarmaq deməkdir...  
Aydının  tənqidində  70–80-ci  illərin  ön-
cül tənqidinə  xas olan  bu  cəhətlər  cəmlənmiş-
di.  Aydın  bir tənqidçi kimi  narahat  və  axtarıcı 
qələm əhlindən idi. Aydın Məmmədov bir tən-
qidçi  kimi  bədii  mətnin,  materialın  cövhərini 
üzə  çıxarmağı  bacarır,  bədii  mətnin  müəlli-
finin  belə  duymadığı,  ağlına  gəlmədiyi  gizli 
qatları  aşkarlayır, özünün  yozumlarını,  şərhlə-
rini  inandırıcı hərarətlə, qeyri-adi məntiqlə or-
taya qoyurdu, ədəbi  janrların mahiyyətinə var-
maqla prosesin istiqamətini müəyyənləşdirirdi. 
Belə ki, Aydını bir tənqidçi kimi  maraq dairə-
sinə daxil olan  məsələlərdən ən  mühümü ayrı-
ayrı janrların – 60–80-ci illər şeirinin, nəsrinin 
ədəbi  prosesdəki  canlı  inkişafını  izləmək, 
ümumiləşdirmək,  ümumidə  xüsusinin,  xüsu-
sidə  ümuminin  yerini  və  əhəmiyyətini  dürüst-
ləşdirmək,  poeziyanın,  nəsrin  inkişaf  perspek-
tivlərini  proqnozlaşdırmaq  dururdu.  Onun  yu-
xarıda  adlarını  çəkdiyimiz  «Zamanla  səsləşən 
şeirlər sorağında» (I və II məqalələr), «Bugün-
kü  nəsrimizin  poetik  mənzərəsi»,  «Nəsrin  çə-
tin  yolları,  tənqidin  dolanbacları»,  «Ən  gənc 
nəsrimizin  poetik  mənzərəsi»,  ümumiyyətlə 
«Sözümüz  eşidilənədək»  kitabında  toplanan, 
həmçinin  ora  düşməyən  bir  sıra  məqalələri, 
icmalları, dialoqlarında Azərbaycan poeziyası-
nın, nəsrinin yeni mərhələdəki vəziyyəti, proq-
ressiv  və  reqressiv  cəhətləri  ətraflı  təhlil  olu-
nur,  inkişaf  meyilləri  qiymətləndirilir,  dövrün 
ədəbi həyatı üçün mahiyyətli, mənalı və xeyirli 
olan  inandırıcı  elmi-nəzəri  mülahizələr  irəli 
sürülürdü. 
Məsələn, «Zamanla səsləşən şeirlər sora-
ğında» məqalələri 60–70-ci illər ədəbi prosesi-
nə  həsr  edilmiş  tutarlı,  faktlarla  zəngin,  ümu-
miləşdirmələrlə  süslənmiş  və  dediyimiz  krite-
riləri  ehtiva  edən  səciyyəvi  bir  əsər  təsiri  ba-
ğışlayır.  Burada,  tənqidçi  təəssüratı  yoxdur, 
elmi-nəzəri  məntiq  və  təhlil,  poeziyanın  im-
kanlarının  estetik  dərki,  poetik  təfəkkürdə  ən-
ənə  və  novatorluq  problemi,  ənənəviçilik  və 
formal  novatorluğun  təzahürləri,  «şeir  axını» 
və  mənasızlıq,  şeir  axınının  həqiqi  poeziyanı 
sıxışdırmaq  təhlükəsi,  istedadla  istedadsızın 
tənasübünün estetik zövqə vurduğu ziyan və s. 
tənqidçini  ciddidən-ciddi  düşündürür,  poetik 
təsərrüfatda  baş  verənlərin  səbəblərini  tapma-
ğa  və  bunların  necə  aradan  götürülməsinin 
yollarını aramağa çalışır.  
Aydın  Məmmədovu  bir  düşüncə  sahibi 
kimi  şeirdə  sənətkarlığın  aşağı  düşməsi,  ədəbi 
tənqidin  şeir  təsərrüfatı  ilə  lazımınca,  dəyərincə 
məşğul  olmadığı,  konyunktur  resenziyaların  ya-
zılması, poeziya, eləcə də digər ədəbi janrlar haq-
qında  yazılan  yaxşı  məqalələrin  kəmiyyətcə 
azlığı,  şair  və  yazıçı  şəxsiyyətinin  təzyiqi  qarşı-
sında tənqidçi dözümsüzlüyü narahat edirdi. 
Aydın  tənqidində  müasirlik  kateqoriya-
sının  şərhinə  və  bu  kateqoriyanın  prinsipləri 
ilə  bədii  mətni  təhlilə  xüsusi  önəm  verirdi. 
Aydının  tənqidində  müasirlik  kateqoriyasının 
əsas, başlıca komponentləri əksini, izahını tapa 
bilir.  O,  müasirliyi  aktuallıqla  eyniləşdirməyi, 
hər  iki  estetik  kateqoriyadan  sənətkarlığın  zə-
rəri hesabına sui-istifadə etməyi o dövrün ədə-
biyyatının ən  yaralı  yeri sayır və bədii ədəbiy-
yatın sənətkarlıq məsələlərini, tədqiqini hər iki 
estetik  kateqoriya  ilə  vəhdətdə  aparır,  müasir-
liyin əsas ideya-estetik mündəricəsini açır. Be-
ləliklə,  Aydın  bir  tənqidçi  kimi  məqalələrində 
günün  estetik  tələbləri  mövqeyindən  konsep-
tuallığı  həmişə  nəzərdə saxlayır, tənqiddə  mü-
şahidə  edilən  fəaliyyətsizliyi,  kəsərsizliyi,  bi-
ganəliyi  heç  cür  qəbul  eləmir,  tənqidi  tənqid 
atəşinə tutur... 
Aydının  tənqidində  (mən  bu  ifadəni  dönə-
dönə  işlətməkdə  məqsədim  odur  ki,  bildirim  ki, 
2 * 

QURBAN BAYRAMOV 
 
 
20 
həqiqətən  də,  Aydının  spesifik,  Aydına  məx-
sus tənqidi  mövcuddur)  bir  cəhət  də diqqətçə-
kəndir.  Dilçi-linqvist,  türkoloq-alim  Aydınla, 
ədəbi-estetik  kateqoriyalarla  düşünən  tənqidçi 
Aydının  düşüncə  tərzinin  ortaq  məxrəcə  gəl-
məsi,  birinin  digərini  uyarlıqla  tamamlama-
sıdır.  Dilçi  Aydınla  tənqidçi  Aydının  birləşən 
müşahidə  və  mühakimələri  ayrı-ayrı  ədəbi-
estetik  problemlərin  əsaslı,  obyektiv  şərhinə, 
təhlilinə  etibarlı  estetik  zəmin  hazırlayır.  Elə 
bir  zəmin  ki,  xarakter,  qəhrəman,  forma  və 
məzmun, yazıçı  mövqeyi, aktuallıq və müasir-
lik,  bədii  dil  və  sənətkarlıq  problemlərinin 
düzgün,  dürüst,  səviyyəli  tədqiq  və  təqdimini 
təmin edir.  
Belə  ki,  Aydının  bədii  fikrimizin,  ədəbi 
məhsulumuzun  təhlilinə  və  tənqidinə  həsr 
edilmiş  məqalələr  silsiləsi  ədəbi  prosesin  ça-
tışan  və  çatışmayan  cəhətlərini,  uğur  və  nöq-
sanlarını polemik müstəvidə, nəzəri mübahisə-
lər  diapazonunun  genişliyi  kontekstində  üzə 
çıxarır,  onun  inkişafının  əsas  meyillərini  mü-
əyyənləşdirir, ədəbi məhsulun ümumən, küllən 
elmi-nəzəri,  estetik  təsnifatını  verə  bilir,  bədii 
prosesə  hərtərəfli  və  nüfuzlu  müdaxilə  etmək 
imkanı qazanır... 
Aydın Məmmədov Azərbaycan tənqidinə 
ilk  dəfə  linqvistik  modellərin  ədəbiyyatşünas-
lığa – ədəbi tənqidə tətbiqini gətirənlərdən biri 
oldu  və  hələ  Avropada  yeni-yeni  təşəkkül  ta-
pan «strukturalist poetikanın» (görkəmli ingilis 
filoloqu  Conatan  D.Kuller)  təhlil  metodologi-
yasından istifadə elədi. Elə Conatan D.Kuller də 
Aydının  həmyaşıdı  idi.  Qəribədir,  Aydın  ədəbi 
və ictimai mühitdə hamı ilə, ən cox isə özü özü 
ilə  debatı  xoşlayardı  və  bu  onun  psixoanalitik 
düşüncə  tərzinin  işartılarından  idi...  Lakin  bunu 
əsaslı şəkildə təsbit etməyə onun vaxtı, imkanı, 
daha  doğrusu,  hövsələsi  olmadı.  Hövsələ  de-
dim,  Aydının  həmqələm,  həmməslək  dostu, 
yazıçı-publisist, dilçi-tənqidçi Kamal Abdulla-
nın  Aydın  barəsində  yana-yana  yazdığı  esse-
sindən  bir  müşahidəsi  yadıma  düşdü.  Aydının 
elmdə,  tənqiddə,  ictimai-siyasi  mühitdə,  ümu-
miyyətlə, həyatında-fəaliyyətində «fatehlik» təş-
nəsi olmasını  xarakter səviyyəsində  yeganə ola-
raq  Kamal  Abdulla  dürüst  müşahidə  etmişdi.  O 
vaxtkı  ümumittifaq  miqyasında  türkoloq  kimi 
tanınan  Aydına  müraciətlə  deyir:  «Aydın, 
qardaşım,  bu  sənin  üçün  az  idimi?  O  dəqiqə 
həvəsdən  düşürdün.  Bəlkə  ən  yaxın,  ən  məh-
rəm  iki-üç  ürək  dostun  xasiyyətinin  belə  bir 
məqamını  bilirdi ki,  nail olduğun,  fəth etdiyin 
hər  hansı  bir  şey  sənin  üçün  yalnız  o  fəth 
edilmə  prosesi  zamanı  maraqlı  olur.  Dilçilik 
artıq  sənin  aləmində  fəth  edilmişdi.  Qarşıda 
daha  geniş  və  qismən  yeni  və  yeni  olduğu 
üçün də son dərəcə cazibəli ədəbiyyat meydanı 
açılırdı.  Bu  meydana  yeni  bir  maraq  və  hə-
vəslə atıldın.  
Yeni  bir  mübarizə  həvəsi  ilə.  Bir-birinin 
ardınca sanki birnəfəsə yazılmış kəskin tənqidi 
məqalələrin  70-ci  və  80-ci  illər  Azərbaycan 
ədəbi  tənqidinin  ən  gözəl  nümunələri  oldu. 
Hamının  diqqət  mərkəzinə  keçmişdin.  Sənin 
nüfuzlu  tənqidçi  sözünü  həm  qocaman  sənət-
karlarımız, həm də gənc, istedadlı şair və yazı-
çılarımız,  kimi  nigaran-nigaran,  kimi  də  ümid 
və  həvəslə  gözləyirdi.  Böyük  bir  Tərcümə 
Mərkəzinə  rəhbərlik  sənə  tapşırılmışdı  və  sən 
də  burada  özünəməxsus  təşkilatçılıq  səliqə-
sahmanınla  artıq  sezilən  və  möhkəmlənən  bir 
dəst-xətt  yaradırdın.  Aydın,  qardaşım,  yavaş-
yavaş  əlin-ayağın  bir  yerə  yığılırdı,  həmməs-
ləklərinlə  bir  mərkəzdə  birləşmişdin,  bu  sənin 
üçün az idimi?» [13]. 
Aydın üçün öz ömrü kimi, hər şey az idi 
və  bu  «azlığın»  labirintində  o  axtara-axtara, 
nəyisə  «fəth»  etmək  üçün  aza-aza  gedirdi, 
türklər  demiş  «koşurdu»!  Bəlkə  də,  onu  həm-
karlarından,  ürək  dostlarından,  onu  sevənlər-
dən fərqləndirən də bu cəhəti idi. Onu sevənlər 
isə  var  idi.  Yenə də,  Kamal  Abdullaya  istinad 
edək:  «Aydın Məmmədov öz  məhvini özü  ha-
zırlayanlardan biri oldu. Və öz fiziki məhvi ilə 
qovuşmayana qədər sakitləşə bilmədi. Çox şey 
qaldı  ki,  ona  deyə  bilmədim.  Və  deyə  bilmə-
diklərimi ağır da olsa, yazmaq istədim. Aydına 

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
21 
birinci  demək  istədiyim  bu  oldu:  –  Eşidirsən-
mi,  Aydın?  Heç  olmasa,  indi  sakitləşdinmi? 
Sən  elə  bir  ağrı  qoyub  getdin  ki,  bizim  üçün 
səndən sonra artıq kiminləsə sənin barəndə da-
nışmaq,  səni  xatırlamaq  çətin  olacaq.  Həmi-
şəlik  çətin  olacaq.  Bizim  üçün,  yəni  birinci 
növbədə sənin dostların üçün. Vəzifə və rütbə-
sindən, adından və mövqeyindən asılı olmadan 
bu  yaxınadək  kiminlə  ki,  iki-üç  kəlmə  kəs-
dinsə,  artıq  o  adam  özündən  xəbərsiz  ən  azı 
hörmətini  saxlayan  yaxın  adamına  çevrilirdi. 
Biz  isə sənin  dostların  idik.  Və  biz  səni  sevir-
dik.  Sənə  münasibətimiz  nə  xalq  deputatına, 
nə  ictimai xadimə, nə də siyasət adamına olan 
münasibət  üzərində  qurulurdu.  Biz  səni,  sa-
dəcə,  Aydın kimi  sevirdik. Mənim üçün,  Azər 
Mustafazadə üçün, Natiq Səfərov üçün, Ramiz 
Rövşən  üçün,  Vidadi  üçün,  Vaqif  Bayatlı, 
İsmayıl  Məmmədov  və  Zakir  Fəxri  üçün  sən 
ancaq  və  ancaq  Aydın  idin.  İntiqam  üçün, 
Rəşad üçün, Aqil üçün, ancaq və ancaq Aydın 
idin.  Hamımız  da  elə  bilirdik  ki,  səni  bizdən 
yaxşı tanıyan yoxdur. Tanıyan bəlkə də var idi, 
amma sevən… çətin ağlım kəsir» [13]. 
Tənqidçi  Aydının  ədəbi  tənqidinin  bir 
cəhəti də, nümunəvidir, bu da onun tənqidinin if-
ratçılıqdan,  subyektivlikdən,  açıq,  məqsədli  ten-
densiyadan  uzaq  olmasıdır.  Əfsus  ki,  bunlardan 
«uzaq olmamaq»  məhz  müasir,  indiki tənqidimi-
zin ən böyük qüsuruna, naqis cəhətinə, real sapın-
tısına çevrilibdir... İndiki tənqidimizdə tərifnamə-
lər,  resenziya-difiramblar,  komplimentçilik  peşə-
kar,  həqiqi  elmi-nəzəri  tənqidi  üstələməkdədir... 
Aydın  hələ,  öz  zamanında,  70–80-ci  illərdə  bu 
«üstələmənin» qənşərinə sipər çəkmək niyyətində 
idi...  Lakin  atalar  «niyyətin  hara,  mənzilin  ora» 
deməsinə  baxmayaraq,  Aydın  bir  çox  niyyətinin 
mənzilinə yetə bilmədi... 
Aydının  nəsr  tənqidi  də  polemik  ruhda 
idi və onun 60-cılarla, xüsusən də 60-cılar nəs-
linin  sayılan  şəxsiyyəti  olan  Anarla  debatı 
bəzilərinin  yadındadır.  Bu  əsil  yeni  duyumlu 
yazıçı  ilə  yeni  dünyagörüşlü tənqidçinin  qarşı-
lıqlı hörmət çərçivəsində polemik dialoqu idi. Bu 
mənada  «Nəsrin  çətin  yolları, tənqidin dolanbac-
ları»,  «Bugünkü  nəsrimizin  poetik  mənzərəsi» 
məqalələrini  xatırlatmaq  kifayətdir.  Elə  bu  kon-
septual ədəbi  icmalların  sərlövhələri  Aydını  yeni 
tənqidçi tipi kimi səciyyələndirir. Nəsrin ən «poe-
tik mənzərəsi» çətin, az uyuşan elementlərdəndir. 
Amma  Aydın  Məmmədov  yeni  təfəkkürlü  bir 
alim, bir tənqidçi tipi kimi həmişə «çətin, az uyu-
şan» elementləri  görə bilir, onları tənqidçi  fəhmi 
ilə uyuşdurur, akad. Tofiq Hacıyevin təbirincə de-
sək  «söylənmişlərə  söylənməmişləri  əlavə  edir», 
tənqidin  dolanbaclarına  cəsarətlə  girir,  tramplin-
ləri aşır, çətin yollardan keçməkdən çəkinmirdi... 
Bu məqalələrdə Aydın ilk dəfə idi ki, 60-cı-
ların  fərdi-üslubi  cəhətlərini  linqvistik  metodla, 
analitik  təhlillə  aşkarlayır,  dil  və  üslub 
problematikası  istiqamətində  fikrini  incələyir. 
Burada  Aydın  fərdi  üslub  kontekstində  ciddi 
ümumiləşdirmələr  aparır,  nəsrin  həyat  hadisə-
lərini  bədii-fəlsəfi  bucaqdan  təsvir  imkanları-
nın mahiyyətinə toxunur, «yeni nəsr» anlayışı-
nı  qəbul  etməsə  də  (polemika  burada  yaranır-
dı), «nəsrin yeni keyfiyyət» mərhələsinin este-
tikasını  güclü  ədəbi  məntiqilə  inandırır,  belə-
liklə,  sərf-nəzər  etmədən  60–80-ci  illər  Azər-
baycan  nəsrinin  əksər  aparıcı  nümayəndələri-
nin  yaradıcılığını  təhlilə  cəlb  etməklə  dövrün 
nəsrinin «poetik mənzərəsini» yaratmağa, nəs-
rin  hərəkət  istiqamətini  –  nəsrin  inkişafındakı 
proqressiv  irəliləyişi,  reqressiv  geriləməni, 
durğunluq və çaşqınlığı, irəliyə və geriyə hərə-
kəti  konkret  ədəbi  faktların  təhlili  ilə  müəy-
yənləşdirməyə müvəffəq olur; M.Baxtinə məx-
sus  «polifonik  roman»  nəzəriyyəsini,  təhlil 
metodunu  yaradıcı-erudik  tənqidçi  fəhmi  ilə 
«özünəməxsus çoxsəslilik» anlayışından istifa-
də  edərək  Azərbaycan  nəsrinin  sferasında  ax-
tarır,  bizim  nəsrimizin,  heç  də,  dünyanın  apa-
rıcı nəsrindən geri qalmadığına işarə edir. 
Aydını  yeni tənqidçi tipi kimi  fərqləndirən 
cəhətlərdən biri də, onun Anar, Elçin, Gülrux Əli-
bəyova,  Seyfulla  Əsədullayev,  Kamal  Abdulla 

QURBAN BAYRAMOV 
 
 
22 
kimi ümumittifaq tənqid mühitinə çıxa bilməsi 
idi.  Aydın  SSRİ  EA  Dilçilik  İnstitutunun 
aspiranturasında  mükəmməl  təhsil  görmüşdü, 
rusca  yaxşı  yazırdı.  Onun  elmi  və  tənqidi  tə-
fəkkürü Moskvadakı «rus cuhudları»nın tənqi-
di  təfəkküründən  impulslar  alırdı,  müsbət  mə-
nada  beyinəqoşulmalar  olurdu  və  o  mühitdə 
tanınırdı. Ona görə də «Drujba narodov» təkin 
mötəbər jurnalda, «Literaturnaya qazeta» təkin 
dünyaca məşhur qəzetdə, digər elmi dərgilərdə 
çıxış  edə  bilir,  o,  yüksək  sferaya  cəsarətlə  da-
xil  olur,  Azərbaycan  elmini  və  tənqidini  o 
vaxtkı  ümumittifaq  miqyasında  ləyaqətlə  təm-
sil edirdi, bizə nüfuz qazandırırdı. 
Aydın Məmmədovun tənqid yaradıcılığından 
danışarkən  onun  publisistikasından  danışmamaq 
düz  olmazdı.  Aydın  Məmmədov  alovlu  publisist, 
mahir natiq idi, sözün klassik mənasında, onun an-
tik natiqlik istedadı var idi. Xalq yazıçısı, Qarabağa 
Xalq  Yardımı  Komitəsinin  sədri,  sovet dönəmində 
ilk  demokratik  mətbuat  orqanı  olan  «Azərbaycan» 
qəzetinin təsisçisi Bayram Bayramov onun bu baca-
rığını  yüksək qiymətləndirərək yazmışdı: «...Aydın 
mahir publisistdir, həm də natiqdir. Onun publisistik 
düşüncəsi çevikdir, problemləri vaxtında aşkarlayır, 
bəzən də qabaqlayır. Onun publisistik məqalələrin-
də  coşğun  vətənpərvərlik,  millilik  və  azadlıq  ruhu 
var.  İndiki  halda  Aydının  publisistik  məqalələrinə, 
xüsusən  Qarabağ  hadisələri  ilə  əlaqədar  məqalələ-
rinə böyük ehtiyac var. O, inandırır, adamları arxa-
sınca aparmağı bacarır...» [14]. 
Aqil  Abbas  da,  emosional  ovqatda  olsa 
da,  haqlı  yazırdı:  «...Çox  istərdim  ki,  Aydın 
Məmmədovun  Ali  Sovetin  iclaslarında  etdiyi 
çıxışların  stenoqrafik  mətnini  çap  eləsinlər. 
Mən  onu  tənqidçi  kimi,  alim  kimi,  türkoloq 
kimi  yazılarını qoyuram bir kənara – onda gö-
rərlər millətini sevən kişi necə olurmuş?» [15]. 
Bütün  bu  keyfiyyətlərlə  yanaşı,  Aydın 
Məmmədovun publisistik  yaradıcılığında  sosi-
al duyumla fəlsəfi duyum uyarlaşdırılaraq qoşa 
qanada  çevrilir,  emosional  üslubda,  güclü 
məntiqi əsasda təqdim edilir, oxunaqlı və inan-
dırıcı olur. Aydınlıq hasil olsun deyə, Aydının 
«Əhdi  kəsilmiş  atları  güllələyirlər,  elə  deyil-
mi?»  publisistik  məqaləsindən  bir  fraqmenti 
təqdim  edirəm:  «Bizə  nə  vəd  olunub?!  Biz  nə 
istəyirik?!  Bizə  vəd olunan  şeyin  mahiyyətini, 
qiymətini,  dəyərini  özümüz  üçün  düzgünmü 
müəyyənləşdirmişik?! Və yaxud dəli kimi hay-
qıra-hayqıra,  qışqıra-qışqıra,  bir-birimizi  itələ-
yə-itələyə,  dümsükləyə-dümsükləyə  gah  ya-
vaş, gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə, sü-
rünə-sürünə  işığına  getmiş  olduğumuz  o  arzu 
deyilən bir şeyin özü bizim üçün tam aydınlığı 
ilə bəllidirmi?! Mahiyyətini bilirikmi?! Bilirik-
mi  ki,  bu  bizim  doğrudan  da  həyatımız  boyu 
arzuladığımız,  gözlədiyimiz  o  böyük  arzudur, 
yoxsa  bu  da  milyon-milyon  arzularımız  kimi 
bir  yol  dolanbacında,  bir  dalanda  qismətimizə 
çıxandan  sonra  dişimizə  vurub  ayaqlarımızın 
altında tullayacağımız və üstündən adlayıb ke-
çəcəyimiz arzulardan biridir?!» [16]. 
Aydın  Məmmədovun  «Axırıncı  çörək 
yerim  beynimdi...»  publisistik  essesi  də  fəlsə-
fi-sosial məzmunu ilə heyrət doğurur və müəl-
lifin  tale  yolunu  aşkarlayır:  «Bəşəri  fəlakətin 
əks-sədası  kimi  törəyən  fərdi  əzab  bəzən 
həmin  bəşəri  fəlakətdən  də  qüvvətli  olur,  onu 
qabaqlayır  və  bəşəri  ahəng  bərpa  olunandan 
sonra  da  yaşayır  və  öz  mövcudiyyətini  ancaq 
və ancaq fərdi sarsıntının daşıyıcısı olan şəxsin 
cismani ölümü ilə sona vurur» [17]. 
Bu bircə cümlədə işlədilən bəşəri fəlakət, fər-
di  əzab,  bəşəri  ahəng,  fərdi  sarsıntı,  cismani  ölüm 
təki  leksik  vahidlərə  diqqəti  cəlb  etmək  istərdim. 
Elə bil, Aydın öz şəxsi faciəsi ilə bəşəri faciənin fəl-
səfi-psixoloji,  sosial  məzmunda  qovuşuğunun  ma-
hiyyətini axtarır, öncəgörüm, öncəduyum eləyir. 
Lakin  Azərbaycanın  tanınmış  türkoloq-ali-
mi,  yeni  mərhələnin  yeni  tənqidçisi,  alovlu  pub-
lisist və natiqi, yeni, demokratik filoloji hərəkatın 
təşkilatçısı  (Tərcümə  Mərkəzini  nəzərdə  tuturam), 
ictimai xadim Aydın Məmmədovu «cismani ölüm» 
bizdən  ayırsa  da,  mənən,  böyük  hərflə  yazılan  bir 
insan  kimi,  ziyalı-aydın  kimi  həmişə  müasirimiz 
olaraq  qalacaqdır.  Mənə  elə  gəlir  ki,  nə  qədər  ki, 
türkologiya elmi vardır, o qədər də bu elmdə şəxsi 

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
23 
imzası olan  Aydın  vardır;  nə qədər ki  Azərbaycan 
ədəbi tənqidi vardır, o qədər də ədəbi tənqidimizdə 
qısa, lakin unudulmaz Aydın mərhələsi vardır. 
Burada  «Gerçəyin  nağılı»nı  bitirərdim. 
Lakin  bir  mətləbi  də  qeyd  etmək,  bir  faktın  da 
fiksasiyasını  istərdim.  Aydının  faciəli  ölümün-
dən  sonra  ona  xeyli  şeir  həsr  edilib,  Vaqif  As-
lan  «Aydın»  poemasını  [18]  yazıb  və  bunların 
heç  birisini  oxumaq  Aydına  qismət  olmadı. 
Amma  Aydının  sağlığında  Vaqif  Bayatlı  Odə-
rin  (Cəbrayılzadə)  «Dilini  saxlaya  bilməyən 
adam»  şeiri  onun  xoşuna  gəlmişdi.  Və  Aydın 
ondan  xahiş  etmişdi  ki,  bu  şeiri  kitabında  ona 
həsr  etsin  və  Vaqif  də  bu  xahişə  əməl  etmişdi. 
Sözümü, nağılımı Aydın Məmmədova həsr edil-
miş o şeirdən gətirdiyim misralarla qurtarıram:  
 
Dilini saxlaya bilməyən adam doğuldu,  
dil açdı, danışmaq öyrəndi,  
öyrəndi vətənin dərdini  
torpağından gülünəcən,  
ancaq susmağı öyrənə bilmədi ölənəcən...  
Dilini saxlaya bilməyən adam  
işdə iş yoldaşına dedi:  
– Bilmirəm adamlar niyə baş əyir  
boş başları görəndə... [19]. 
 
«Nağıl»ımı,  amma  gerçək  haqqında  nağı-
lımı  burada  nöqtələyirəm  və  bilirəm  ki,  göydən 
üç alma düşməyəcək  və  bu almalar da  heç kəsin 
arasında  bölünməyəcək...  Amma  onu  da  bilirəm 
ki,  bu  «Nağıl»ım,  heç olmasa,  iki-üç  nəfərin  xo-
şuna gələcəkdir... Bir də onu bilirəm ki, biri vardı, 
biri  yoxdu,  amma  bu  dünyada  ömrü  gerçəyin 
nağılına bələnmiş bir Aydın Məmmədov vardı və 
onun başı dolu başlardan olduğundan, böyük ehti-
ramla onun ruhu qarşısında baş əyməyə dəyər... 
Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin