müşavirlərim də indi sizin aranızda əyləşib. Onların yekdil fikri belədir ki, Almaniya neft
almasa, müharibəni davam etdirə bilməz.
Nefti isə biz artıq əldə edə bilərdik. Runşted Krımla Donbası tutub, lakin lap bu yaxınlara
qədərki zəfər yürüşlərinin əsas icraçısı Quderianın tankları olmadan onun Qafqaz neft
mədənlərinə doğru irəliləyişi qeyri-mümkündür. Sizin Moskva yaxınlığındakı avantüranız
nəticəsində biz təkcə tanklardan məhrum olmadıq, həm də təcrübəli sərkərdələrimizi itirdik –
onlar ruh düşkünlüyünə qapılıblar.
Quderian mənim icazəm olmadan qoşunları geri çəkir, Leeb isə Leninqrad cəbhəsinin şimal
hissəsindən geri çəkilməyə icazə istəyir.
Bu gün səhər mən onları komandanlıqdan uzaqlaşdırmışam. Sizin məğlubiyyətiniz müharibənin
əvvəlində əldə etdiyimiz uğurların üstündən qara bir xətt çəkdi.
– Biz Rusiyanın qüvvələrini lazımınca qiymətləndirməmişdik:
hesab edirdik ki, onun 200 diviziyası var. Ancaq indi məlum olur ki, bunların sayı 360-dan artıq
imiş. Biz həmçinin Stalinin Rusiyanın içərilərindən çəkib gətirə biləcəyi ehtiyatları düzgün
dəyərləndirməmişik, – araya çökmüş sükut içərisində Qalder qaşqabaqlı halda sözə başlayır,
lakin fürerin nifrətli baxışları ilə qarşılaşıb dərhal sözünü kəsir.
– Siz dəyərləndirməmisiz, Qalder, biz yox! Siz, Brauxiç və Bok!
– Mən öz qərarım üçün məsuliyyət daşımağa hazıram, – deyə Qalder astadan, lakin qətiyyətlə
dillənir. – Lakin Moskva yaxınlığındakı uğursuzluq yalnız komandanların yanlış hərəkətləri ilə
izah edilmir. Biz tamamilə gözlənilməz maneələrlə qarşılaşdıq. Müdafiədə duranlar özlərinin
strateji baxımdan ümidsiz mövqeyinə qətiyyən əhəmiyyət vermədən, görünməmiş inadkarlıqla
vuruşurdular.
Bu isə bizim planların gerçəkləşdirilməsinə ciddi əngəl törədirdi.
112
Zəruri təchizat yollarını rəqib daim kəsirdi, ən gözlənilməz yerlərdə yolumuzun üstündə
minalanmış sahələrə rast gəlirdik. Biz hər dəfə manevr sayəsində uğur qazanırdıq, lakin döyüşün
özündə qalib çıxa bilmədik. Mühasirəyə aldığımız qoşunlar sağlam düşüncəyə və müharibə
qanunlarına zidd olaraq heç vaxt qətiyyən könüllü əsir düşmürlər.
Mülki əhali bütün çətinliklərə qeyri-insani bir mətanətlə dözür. Bizim kəşfiyyat xidməti dəqiq
məlumata malikdir ki, Uralda və digər bölgələrdəki zavodlar indi ayda 600-700 tank istehsal
edirlər.
– Uydurmadır! – Hitler nifrətlə üzünü turşudur. – Müharibə dövründə belə sürət qeyri-
mümkündür! Siz özünüz inanmaq istəmədiyiniz şeyə inanmırsız! Siz qətiyyən inanmağa qadir
deyilsiz ki, yanacaq ehtiyatlarına malik olmadan Almaniya bu savaşda – motorlar müharibəsində
qalib gələ bilməz. Mütləq Qafqaz nefti əldə edilməlidir!
Siz və Brauxiç bunu anlamırsız!
– General-feldmarşal! Fon Brauxiç heç vaxt inkar etməmişdir ki,..
– deyə Qalder sözə başlayır, lakin kəlməsini bitirməyə macal tapmır.
– Keçmiş general-feldmarşal! Və Almaniya quru qoşunlarının keçmiş komandanı, – deyə Hitler
onun sözünü kəsir. – Ali komandanlığın əmrlərinə laqeyd yanaşmağa görə Brauxiç vəzifəsindən
kənarlaşdırılmışdır və bu gündən təqaüdə göndərilmişdir. Bu gündən etibarən quru qoşunlarına
şəxsən özüm rəhbərlik edəcəyəm.
Klyauzevistsayağı boşboğazlıq vaxtı keçib. İndi mənim başlıca vəzifəm Moskva rayonundakı
qoşunları darmadağın edilməkdən, üstəlik də çaxnaşmaya düşməkdən qorumaqdır. Ən qısa
məsafəyə bəzi yerlərdə geri çəkilmələr istisna olunmaqla, mən yazadək qoşunların hər hansı
şəkildə öz mövqelərindən çəkilməsini qadağan edirəm, – bu anda Hitler qəflətən ayağa qalxmış
Brauxiçə təəccüblə baxıb deyir; – mən sizə hələ söz verməmişəm, niyə qalxdınız?
– Bu qərar ön mövqelərdəki qoşunları dəhşətli məhrumiyyətlərə məruz qoyacaq. Əsgərlərin
Rusiyada qış kampaniyası keçirmək üçün nə geyimi, nə də sursatı var, – deyə Brauxiç izahat
verir.
– Çoxları həlak olacaq.
– Əgər Qalderlə Siz Baş qərargaha ildırım sürətli işğal planını sırımasaydınız, bundan qaçmaq
mümkün olardı. Ya da heç olmasa, bu planı yerinə yetirməyə qadir olsaydınız... Sizin barənizdə
yanılmışam, Brauxiç. Doğrudanmı, siz anlamırsız ki, ümumi hücum labüd olaraq ümidsizliyə
qapılmış, döyüşlərdə yorulub əldən düşmüş qoşunların tam məğlubiyyəti ilə nəticələnəcək?
Bəlkə siz də mənimlə razı deyilsiniz, Qalder? – Qalderin reaksiyasını gözləmədən, Brauxiçə üz
tutur. – Bir daha sözümü kəsməyin! Yay kampaniyasının aparılması üçün Qafqaza əsas zərbəni
endirmək məqsədilə “A” ordu qrupu ayrılır. Ona komandanlığı feldmarşal Listə həvalə edirəm.
“B” ordu qrupu Şərqə – Volqaboyunun iri şəhərlərinə doğru irəliləyəcək. Yay ərzində biz
həmçinin Leninqradı da tutmalıyıq.
Cəbhənin qalan istiqamətlərində qoşunlarımız müdafiədə qalmalı 141 və yalnız əldə edilmiş
mövqeləri yaxşılaşdırılmalıdırlar. Bir sözlə, gələn il hücum cəmi iki cinahla
məhdudlaşdırılmalıdır. Mən başa düşürəm ki, – deyə Hitler Brauxiçə kinayəli bir nəzər salıb,
sözünə davam edir, – düşmənin paytaxtına təzyiq göstərmədən, konkret bir istiqamətdə cəbhəni
yarmaq fikri alman generallarının cavanlıqda öyrəndikləri strategiya qanunlarına ziddir. Məncə,
113
Cənuba Hücum planının mühüm qüsuru budur ki, bizim qoşunlar Qara dənizdə rəqibin əsas
qüvvələri arasında qalacaq. Lakin bu gün bizim başqa çıxış yolumuz yoxdur. Almaniyanın
ehtiyatlarının məhdudluğunu etiraf etməmək çox böyük və bağışlanmaz səhv olar. Bir daha
təkrar edirəm:
yalnız Bakı neft mədənləri ələ keçiriləcəyi təqdirdə müharibəni uda bilərik. Qafqazın işğalına ən
yaxşı qüvvələr yönəldiləcək.
“A” ordu qrupuna əlavə olaraq, təxirə salınmadan Rixtqodenin eskadrilyası, “Ebelveys” dağ-atıcı
diviziyası, Klebstin 4-cü tank ordusu göndərilməlidir... Aydındırmı, Qalder? Təxirə salınmadan!
Dağ yolu ilə maşın irəliləyir.
– Əgər nəsə fövqəladə bir hadisə baş verməsə, uzağı bir aydan sonra Bakı işğal ediləcək. Lakin
elə də ola bilər ki, bu müharibənin bu ən böyük mükafatı qalibi yalnız məyus edə bilər, – deyə
Şults fikirli-fikirli deyir. – Sizinlə bizim vəzifəmiz də məhz buna yol verməməkdən ibarətdir.
Üzləri maskalayıcı torla örtülmüş kiçik hərbi aerodrom görünür.
– Maykopa uçuruq. Fikrimcə, oraya səfər sizinçün faydasız olmaz!
Maykop. Yerə enən təyyarədən Şultsla Polad düşür. Onları qarşılayan esesçi zabitlə salamlaşıb,
maşına əyləşirlər.
– Neft mədənlərindən sürün! – deyə Şults əmr edir.
Yolun hər iki tərəfində neft hopmuş qapqara torpaq üstündə partlayışın aşırıb-qırdığı budaqlar,
mancanaq, avadanlıq hissələri atılıb qalıb.
– Çox pis vəziyyətdir, – deyə Şults dişlərini qıcırdaraq dillənir.
Zabit başı ilə təsdiq edir.
– Mədənlərin hamısı sıradan çıxarılıb. Avadanlıqlar, neft kəmərləri, anbarlar partladılıb. Bütün
quyuları torpaqlayıblar.
Mütəxəssislərin dediyinə görə, neft hasilatını yarım ildən tez bərpa etmək olmaz.
– Peşəkarcasına dağıdıblar, – deyə Şults onunla razılaşır. Bu anda onun diqqətini salamat qalmış
yeganə buruq cəlb edir. – Görəsən, bu nə əcəb salamatdır?
– Natural ölçüdə modeldir. Bunun üzərində neft institutunun tələbələri təcrübə keçirmişlər.
– Eşitdiyimə görə sabotajçıları həbs etmisiz?
– Maykoplulara kömək üçün Bakıdan göndərilmiş bir qrup təcrübəli neftçi aerodromda lap
uçuşqabağı yaxalanıb.
Şults fikirli halda keçmiş neft mədənini seyr edir:
– O adamların görkəmləri necədir?
114
– Üzr istəyirəm... – zabit sualı başı düşmür.
– Qoy onları az-çox abırlı görkəmdə bura gətirsinlər, yəni demək istəyirəm ki, əyinlərində öz
paltarları olsun, üzlərini taraş etsinlər... Sonra da əsl peşəkarlar arasından bir, yaxud daha yaxşı
olar ki, iki nəfər fotoqraf tapın.
Təəccüblənmiş zabit əmri yerinə yetirməyə yollanır.
– Ən xoşagəlməz vəziyyətdən də müəyyən fayda əldə etməyi bacarmaq lazımdır, – Şults Polada
müraciət edir. – Görün tapa bilərsinizmi, mən nə fikirləşmişəm? Hə...
Polad alnını qırışdırıb cidd-cəhdlə düşünür, sonra aciz-aciz gülümsünür:
– Bilirsiniz, yadıma nə düşdü? Universitetə qəbul imtahanı zamanı müəllim soruşur ki,
termometrlərin hansı növlərini tanıyırsan.
Abituriyent də cavab verir: böyük, bir də balaca. İndi mən də sizin sualınıza belə mənasız bir
cavab verəcəyəm: yəqin istəyirsiniz ki, sabotajçıların şəklini çəksinlər.
Şultsun üzündə təbəssüm görünür. O, maraqla həmsöhbətini süzüb soruşur:
– Hə, axı demədiniz müəllim sonra neyləyir?
– Müəllim deyir ki, “söz verirəm, əgər siz bu axmaq cavabınıza buna bənzər bir gic şey də əlavə
etsəniz, sizə qiymət yazacağam”.
Abituriyent bir az fikirləşib: “orta termometrlər” də olur deyir.
Müəllim də öz sözünün üstündə durur.
– Həmin şəxs universitetə daxil olur?
– Yox, – kimyadan kəsilir, – deyə Polad cavab verir.
– Mən heç istəməzdim ki, o adam siz olmuş olaydız.
– Yox, mənlik deyil. Həmin abituriyent Əbülfəz dayım idi...
Bəlkə mən heç o bakılı neftçilərin gözünə görünməyim? Əgər 14 3vaxtilə onlardan hansı biri
iləsə tanışlığım olubsa, təsəvvür edirəm, indi nə həngamə qopar.
Yaxınlaşan avtobusdan nəzarətçi – “polisay”ların müşayiətilə bir neçə nəfər düşür. Onların
ikisinin-üçünün yaxasında ordenlər görünür.
Şults bunlarla səmimi görüşür.
– Hər şeydən əvvəl, sizə demək istərdim ki, əsl ustanın işinə mən həmişə hörmət və maraqla
yanaşıram, – deyə o, mehribanlıqla sözə başlayır. – Bizə dəqiq məlumdur ki, hələ ikicə həftə
əvvəl bu mədənlər tam gücü ilə işləyirmiş. Siz ağlagəlməz dərəcədə qısa müddət ərzində bütün
quyuları, neft kəmərlərini, hətta mexanizmləri də sıradan çıxarmısız. Bizim mütəxəssislərin
fikrincə, mədənlərin bərpası üçün ən azı yarım il lazımdır. Sizcə, bu, real müddətdir?
115
– Baxır bərpa işini kim görəcək? – deyə neftçilərdən biri azacaq fikrə getdikdən sonra cavab
verir. – Yaxşı alətlər lazımdır, bir də işdə səriştəsi olan adamlar... Ancaq yarım ilə çətin...
– Qətiyyən başa düşmürəm, sizin kimi təcrübəli neftçiləri işdən ayırmaq nəyə lazım imiş? Hər
bir quyunu ayrılıqda söküb torpaqlamaq əvəzinə, mədənləri birdəfəlik partlatmaq olardı.
Partlayışın nəticəsi heç də indikindən pis olmazdı, həm də daha az zəhmət çəkmək lazım gələrdi,
– deyə Şults təəccübünü bildirir.
– Necə yəni nə üçün? Partlayış nəticəsində yəqin ki, yanğın törənərdi. Yanğın olsaydı, neft də
başdan-başa yanıb qurtarardı, elə şəhərə də böyük ziyan dəyərdi! Sonra da bütün bunları gəl
bərpa elə görüm!..
– Demək istəyirsiz ki, Maykopda sovet hakimiyyətinin bərpasından sonra daha sizə mədənləri
bərpa etmək lazım gəlməyəcək? – deyə Şults arifanə tərzdə gülümsünür. – Şults fotoqrafa
müraciət edir:
– Siz işinizdə olun, çəkin, çəkin. Qoy gələcək nəsillər görsünlər ki, diribaş vətənpərvərlər
Maykopun neft mədənləri necə xarabalığa çevirmişlər. – Dəstə neft buruğunun tədris modelinə
yaxınlaşır.
Şults həmin buruğun fonunda neftçilərə müraciətlə deyir:
– İlk vaxtlar nefti bu qazma quyusunda çıxaracağıq. Siz çəkin, çəkin! – O, neftçilərin gülümsər
çöhrələrinə baxıb soruşur. – Siz nəyə gülürsüz?
– Bu ki, modeldir! – Neftçilər avtomat şaqqıltısı altında gülüşürlər.
Nə coraba yumaqdır, nə yırtığa yamaq.
– Şəkillərdə ordenlər görünəcək? – deyə Şults fotoqrafların birindən soruşur.
– Əlbəttə.
Şults neftçilərdən birinin yaxalığına diqqətlə baxıb soruşur:
– Səhv etmirəmsə, ordenlərinizdən biri döyüş ordenidir. Bəlkə yanılıram?
– Düz tapmısız. Fin müharibəsində almışam. Qalanları əmək mükafatlarıdır.
Şults mühafizə rəisinə müraciətlə deyir:
– Onları mətbəəyə aparın, mən indi ora gedirəm. Birdən şəkillər yaxşı çıxmaz, qoy yaxında
olsunlar.
– Mətbəəyə? – deyə zabit təəccüblə soruşur.
– Bəli, bəli. Mətbəəyə. Yeni əmr alınca onları otaqlardan birinə salıb qapını bağlayın. Hər şey
aydındır? Fotoqraflar mənimlə ikinci maşında gedəcəklər, – Şults sonra Polada sarı dönür:
– Gedin mehmanxanaya, özünüzü qaydaya salın, dincəlin, iki nəfərin əvəzinə nahar edin. Axşam
saat 8-də mətbəəyə gələrsiz.
116
Mən bu saat ora gedirəm.
Axşamdır. Şults mətbəədə təptəzə qəzet ottiskini açıq-aşkar məmnuniyyətlə gözdən keçirir.
“Sabahkı” qəzetlər topasından üçdörd nüsxə götürür. Sexdəki mətbəə maşınlarının gurultusunu
batırmaq üçün uca səslə keşikçilərdən birinə:
– Sabotajçıları redaktorun kabinetinə gətirin,– deyib özü hamıdan əvvəl linotip sexini tərk edir.
Polad ikinci mərtəbəyə qalxanda görür ki, əli avtomatlı üç polisay neftçiləri zəif işıqlandırılmış
dəhlizə çıxarır. Polada fikir verən olmur. O, mühafizəçilərlə neftçilər dəhlizi burulub gözdən
itincə gözləyir, sonra asta-asta onların çıxdığı otağa tərəf gedir. Açıq qapının ağzında dayanıb,
bekarçılıqdan darıxan adamlar kimi içəri boylanır. Neftçilərə məxsus əşyaların yığıldığı bir neçə
skamyadan başqa otaqda heç nə yoxdur. Polad qalın qara kağız yapışdırılmış pəncərəyə
yaxınlaşır, pəncərənin qırağında Bakıda dəbdə olan “aerodrom” kepkanı görəndə gülümsünür.
Arxası qapıya tərəf dayanıb, bir an ətrafı dinşəyir, sonra cibindən tapança çıxarıb, cib dəsmalı ilə
cəld silərək, onu kepkanın altında gizlədir. Dəhlizə çıxır, pilləkənin yanına qayıdıb, təzədən
yarıyadək pillələri enir.
Yaxınlaşan addım səslərini eşidib özünü guya pilləkənlə qalxan kimi göstərməyə başlayır. Onları
aerodromda qarşılamış esesçi zabit pilləkəndə onu ötüb keçir. Polad zabiti saxlayır.
– Deməzsiniz, redaktorun kabineti hansı tərəfdədir?
– İkinci mərtəbədə. Gedək, sizi ötürüm.
Poladla zabit içəri girən vaxt görürlər ki, qalibanə əda ilə gülümsəyən Şults neftçilərə qəzet
nüsxələrini paylayır.
– Əla şəkillərdir. Hələ bir görün, sistern qatarı fona necə gözəllik verir. Çox çətinliklə tapdıq bu
qatarı.
Neftçilər çaşqın halda qəzetin birinci səhifəsinə baxırlar. Orada iri şriftlə yığılmış sərlövhə
diqqəti çəkir. “Maykop mədənlərinin neftçiləri Almaniya mühərriklərini neftlə təmin edirlər”. İki
böyük şəkildə gülümsəyən Bakı neftçiləri və alman forması geymiş zabitlər görünür. Onlar
qazma buruğunu əhatə ediblər. Yaxınlıqda sisternlərdən ibarət qatar, yerdə neft ləkələri gözə
dəyir.
– Oxuyun, oxuyun, – deyə Şults dillənir. – Orada hamınızın adları var. Məqalədə göstərilir ki,
yalnız təcrübəli neftçilərin köməyi sayəsində mədənləri qoruyub saxlamaq mümkün olmuşdur.
Yəni mədənlərin xilaskarları siz – böyük Almaniyanın dostlarısınız!
– Bu ki, saxtakarlıqdır! Siz doğrudanmı elə güman edirsiniz ki, belə bir fırıldağa inanan olacaq?
– deyə neftçilərdən biri hər şeydən əli üzülmüş halda soruşur.
– Dünyanın bütün qəzetləri bu şəkilləri təkrar çap edəndən sonra, fikrimcə, hamı inanar! – deyə
Şults gülümsəyir. Saatına baxıb deyir: – İndi işə keçək. Sizi dilə tutub-ləmədən, təklif edirəm ki,
burada bərpa işlərində vicdanla çalışmaqla günahınızı yuyasınız! Əminəm ki, yaxşı başa
düşürsüz, törətdiyiniz əmələ görə Almaniyanın müharibə dövrü qanunlarına əsasən, edam
cəzasına məhkum edilməlisiniz.
117
– Başa düşmürəm, nəyə görə bizi Almaniya qanunları ilə mühakimə etməlidirlər? – deyə neftçi
təəccüblə soruşur. – Biz mədənləri sökən zaman Maykopun Almaniyaya heç bir aidiyyatı yox
idi. Düzdürmü?
– İnandırıcı dəlildir. – Şults səbirsiz halda dillənir. – Ancaq bunun heç bir əhəmiyyəti yoxdur.
Sizin gələcək aqibətiniz yalnız öz cavabınızdan asılı olacaq. Hə, nə deyirsiz, işləyəcəksiz?
– Neftçilər baxışırlar.
– Təbii ki, yox.
– Onları doğrudan mühakimə edəcəklər? – Polad küçəyə çıxandan sonra, çamadanlarını götürüb
gələn neftçiləri göstərərək soruşur.
– Sübh tezdən onları güllələyəcəklər.
Neftçilərin aparıldığı üstüörtülü böyük maşını ötüb keçirlər.
Şults özündən razı halda deyir:
– Bu məqalə ilə şəkillərdən çox güclü təbliğat effekti gözləyirəm.
Hə, indi hər şey sizə aydın oldu?
– Bircə şeydən başqa: bu fağırları bütün günü mətbəədə saxlamaq nəyinizə lazım idi?
– Əgər şəkillər çıxmasaydı, təzədən onları gətirmək lazım gələcəkdi.
Sonrası da mən yol verə bilməzdim ki, bu dünyanı o fikirlə arxayın tərk etsinlər ki, borcların
yerinə yetiriblər, adlarını da soydaşları minnətdarlıqla xatırlayacaq. İndi isə mənfur
xəyanətkarlar kimi gəbərəcəklər.
Maşında məhbusları keşikçilərdən möhkəm dəmir barmaqlıq ayırır. İki polisay avtomatlarını
dizləri arasında sıxaraq üzbəüz əyləşib mürgüləyirlər. Maşın hərəkət etdikcə onları yüngülcə
silkələyir.
Neftçilərdən biri yerindən qalxır, dəmir barmaqlığa söykənərək, çox çətinliklə əlini çıxarıb,
tapança lüləsini mürgü döyən polisayın çiyninə toxundurur.
– Səsin çıxmasın! Qapını aç! – deyə pıçıltı ilə əmr edir.
Mürgüdən ayılan polisay dərhal yerindən sıçrayıb, avtomatı çəkərək bağırır:
– Öldürrəm!
Boğuq atəş səsi eşidilir: polisayın beyni göyə sovrulur. İkinci gözətçi dəhşət içərisində
tapançanın lüləsinə baxır. Sonra asta-asta əyilib, tüfəngini maşının döşəməsinə qoyur. Titrəyən
əlləri ilə barmaqlığın qıfılını açır.
– Öldürməyin məni...
118
– Bu yoldaşın ağlı olsaydı, heç ona da toxunmazdıq, – deyə neftçi qaşqabaqlı halda meyitə işarə
edir. – Aç, tez ol. Maşın gedəgedə atılacağıq.
– Çöldəki qıfılı müşaiyətçi bağlayır!
Neftçi tapança lüləsini polisayın gicgahına dayayır:
– Maşın saxlatdır, xahiş elə, qoy qapını açsınlar.
Polisay cəld başı ilə razılığını bildirib, tavandakı düyməni iki dəfə basır. Maşın dayanır.
– Nə olub? – Metal qapı arxasından sürücünün narazı səsi eşidilir.
– Sakitçilikdir. Yüngülvarı işim var, dözə bilmirəm, – deyə polisay yazıq-yazıq dillənir.
– Eybi yox, dözərsən!
– Deyirəm tökülür də... Sonra özün təmizləməli olacaqsan, – sürücünün təzədən kabinəyə
qayıtmaq istədiyini görən polisay əlacsız halda çığırır.
– Mən sənə təmizləməyi göstərərəm, – deyə sürücü hirslə metal qapını açır və... üzünə zillənmiş
tapança lüləsini görəndə səsini xırp kəsir.
Maykop hərbi aerodromunda Şults desantçılar qrupuna son tövsiyələrini verir. Desantçılar
nəqliyyat təyyarəsinin qaranlıq “ağuşunda” özlərinə yer eləyəndən sonra trapın yanında durmuş
Şults qrupun komandirinə deyir:
– Heç bir şübhəniz olmasın, Bakıda sizi mütləq tapacaqlar. Bir neçə variantın olması
uğursuzluğu istisna edir. Çox təəssüf ki, özüm sizinlə uça bilmirəm.
Təyyarə asta-asta sürət toplamağa başlayan vaxt Şultsun maşını da uçuş zolağından aralanır.
Poladı, o, radiostansiyanın otaqlarından birində telefonla danışan yerdə tapır.
– Heç bir xəbər yoxdur, – deyə o, Şultsa məlumat verir. – Bütün şəhəri və ətrafları başdan-başa
axtarıblar. Qaçan neftçiləri gördüm deyən tapılmayıb. Əl-qolu sarınmış üç nəzarətçini bir
xarabalıqda atıb gediblər, forma və sənədlərini əllərindən alıblar. Maşını isə benzin qurtarandan
sonra şəhərin 80 kilometrliyində tullayıblar.
Dördüncü mühafizəçinin meyiti də içində... Mənasız bir diqqətsizlik gör nəyə gətirib çıxarırmış.
– Bu, diqqətsizlik deyil, ciddi səhvdir. Özü də mənim səhvim, – Şults qaşqabaqlı halda düzəliş
verir.
Stul çəkib əyləşir, şifrli mətn hazırlayır. Poladla birlikdə qonşu otağa keçib radioötürücüyə
yaxınlaşır. Şifrələyiciyə mətni verib deyir:
– Tez şifrələyib, radiomayakla verin.
Maşında Şults qəbuledicini qurub, radiomayakın dalğasını tutur.
– Bu verilişi heç vaxt, heç kəs batırmır, – deyə o, izahat verir.
119
– Ancaq heç kəsin də hələlik ağlına belə gəlməyib ki, müəyyən günlərdə və saatlarda musiqi ilə
eyni vaxtlarda son dərəcə mühüm məlumatlar verilir. Bir qulaq asın... Heç nə hiss etmədiniz.
Ancaq bax, bu saniyələrdə Bakı qrupuna şifrli əmr verilir ki, yeni göndərdiyimiz dəstənin
təhlükəsiz yerə enməsini təmin etsinlər. Əgər diqqətlə qulaq assanız, eşidərsiniz ki, musiqi
fonunda hərdənhərdən sanki əngəllər olur. Özü də bu “əngəllər”i yalnız şifrli mətn ötürülərkən
eşidə bilərsiniz, həmin siqnallar lentə musiqinin özündən bir neçə dəfə ləng sürətlə yazılır.
Görürsüz ki, lap sadədir.
Müharibə başlanandan bəri, Avropada heç kəsin ağlına belə gəlməyib ki, bu gözəl proqramı daha
diqqətlə dinləsin.
Bakı. Bağ evində Lida radioqəbulediciyə yaxınlaşıb radiomayak dalğasını tutur və musiqini
maqnitofona yazmağa başlayır.
Sonra lap əvvəldən oxutdurur, səslənmə sürətini bir neçə dəfə artırır.
Nəticədə, musiqi rabitəsiz uğultuya çevrilir, bu fonda Morze siqnalları aydın eşidilir. Lida isə
diqqətlə qulaq asır.
Böyük Qafqaz dağlarında bir kənd. Fərzani axsaya-axsaya kəndin içi ilə gedir. O, yaman qocalıb. Dostları ilə paylaş: |