dillənir. – Olsaydı, lap elə iki 50 litrlik kanistr benzini də pulla alardım.
– O da düzələr, – bu sözlərdən sonra pəncərə örtülür.
Hava qaralanda benzindolduran maşın təyyarəyə yaxınlaşıb onu yanacaqla doldurmağa başlayır.
Sürücü Şultsun çamadanını təyyarənin yanına aparır. O hasarın böyründə durub Poladla söhbət
edir.
– Hər şey hazırdır, – deyə Şults təntənə ilə dillənir, – və indi mən sizə deyəcəyəm ki, nə səbəbə
sizin yerinizə mən uçuram o, mundirinin döş cibinin düyməsini dinməzcə açıb, qatlanmış kağız
vərəqini çıxararaq Polada uzadır. Faraların işığında Polad kağızı oxuyur.
– Fürerin əmrini mən nəyin bahasına olursa-olsun, yerinə yetirəcəyəm.
135
Bakı neft mədənləri uzun müddətə sıradan çıxarılacaq, lakin həmişəlik yox; dörd ildən sonra
Bakı nefti bizim motorlarımızı hərəkətə gətirəcək.
– Belə hesab edə bilərikmi ki, bununla da etiraf seansı bitdi!
– deyə Polad soruşur.
– Demək olar ki, bitdi. – Şults gülümsəyir. – Qalır təkcə təlimatı yerinə yetirmək və əmri
yandırmaq, – o, alışqanı vərəqə yaxınlaşdırır.
Avtomobilin yanında benzindolduran maşın dayanır.
Sürücü şlanqı ardınca sürüyə-sürüyə, sisterndən aralanır. Söhbət edənlərlə maşının arasına keçib
dayanır və Şults nə baş verdi- 169 yini anlamağa macal tapmamış, onu başdan-ayağadək benzin
şırnağı ilə “suvarır”.
– Mənəm, Şults, Fərzaniyəm, – deyə astadan dillənib, alışqanı odlayır.
Bir göz qırpımında alovlanmış məşələ çevrilən Şults çaya sarı cumur, – o, həyatını xilas etməyə
çalışır.
Polad üst-başından alov dillərini çırparaq, onun dalınca yüyürür.
Bir azdan o, huşunu itirmiş Şultsu sahilə çıxarır.
Əsgərlər həbs olunmuş Fərzanini aparırlar. O, addımlarını yavaşıdaraq sifəti tanınmaz hala
düşmüş adamı biganə nəzərlərlə süzür və sanki onun iniltilərinə cavab olaraq başını bulayır.
– Bu, o qədər də dəhşətli ağrı deyil, Şults. Əsl ağrının necə olduğunu sən məndən soruş.
– Axı sən yaşlı adamsan, necə əlin gəldi belə şeyə? – deyə Polad təəccüblə Fərzaniyə baxaraq
soruşur.
– Kaş heç olmasa bircə anlığa qəlbinin müdriklik gözü açılaydı.
Və onda sən görərdin ki, torpağın üstündəki bu əcaib məxluq insan deyil. Hə, hə, onda sən
görərdin ki, ayağının altında yıxılıb qalan bu canlı murdar bir həşəratdır.
Polad başı görünməyən soxulcanı xatırladan Şultsun sözlərinin mənasını çox çətinliklə anlayır.
O, familiyaları sadalayır. Polad bir neçə dəfə təkrar soruşmağa məcbur olur. Bloknotun səhifələri
rəqəmlər, familiyalar, Bakıdakı ünvanlarla doludur.
Ala-toranlıqda Polad təyyarəyə qalxır. Bir qədər irəlilədikdən sonra kəskin hərəkətlə havaya
qalxan təyyarə tünd, mavi səmanın ənginliklərində gözdən itir.
Yanıcı maye istehsal edən zavod. Əbülfəzin tutduğu diversantları bura gətirirlər. Yanğından
mühafizə müfəttişliyinin əməkdaşları adlı ilə onlar elə həmin əməkdaşların müşayiəti sexdənsexə
keçərək, fəhlələrin sifətlərinə diqqətlə baxırlar.
136
“Müfəttişlər” laboratoriya girəndə Lida analiz üçün qatışıq nümunəsi götürür. O, gözlərini
tərəzidən ayıran anda baxışları Qaraşarlının nəzərlərinə sancılır. O, Lidanı dərhal tanısa da, üzə
vurmur.
Lida çox çətinliklə özünü ələ alır. Ancaq “yanğınsöndürənlər dəstəsi” laboratoriyanı tərk edən
kimi sifəti qar kimi ağarmış halda stula 170 çökür. Qorxuya düşmüş iş yoldaşları onun başına
yığışır. Laborant qadınlardan biri çoxbilmiş adamlar kimi gülümsünüb deyir:
– Hə, məsələ məlumdur... Ürəyin bulanır?
Lida etiraz əlaməti olaraq başını bulayır.
– Lap əvvəllər məndə də ürəkbulanma olmurdu. Eləcə başım hərlənirdi, bir də özümü zəif hiss
edirdim. Üç ayında iştaham artdı, nə artdı. Yeyirdim, ancaq həm də, necə yeyirdim ...qaytarmaq
istəyirdim.
Beşinci ayda xasiyyətim elə pisləşmişdi ki, lap ifritəyə dönmüşdüm, altıncı ayda xasiyyətim
düzəldi, ancaq üzümdə qəhvəyi ləkələr əmələ gəldi...
– Simanı bu yana çək, yoxsa Lidanı birtəhər eləyəcək.
– Öhdəsindən çətin gələm. Yaxşısı budur, ərinin dalınca qaçım.
Kamil cəld özünü Lidaya yetirir.
Sima isə uçuna-uçuna, macal vermədən elə hey danışır:
– Axır ki, doqquz ayın tamamında əkiz oldu. Bilirsən, adlarını nə qoymuşam?
Kamil Lidanı dəhlizə çıxarır.
– Sənə nə olub, – deyə o, narahatlılıqla soruşur. Ancaq eyni zamanda vücudunu çulğamış sevinci
gizlətmək üçün özünü zorla ələ almağa çalışır. – Qulaq as, bəlkə laboratoriyadakı o arvad düz
deyir?
Bənizi hələ də ağappaq olan Lida başını bulayır:
– Gəl çıxıb gedək Bakıdan, – deyə ərinə yalvarır. – Məni burdan apara bilərsən? Yoxsa... Yoxsa
məhv olacağam.
– Əlbəttə, əlbəttə, gedək. Bircə operatorlara deyim, sonra da maşın çağırım. Gedərik bağa – sənə
təmiz hava lazımdır. Bircə dəqiqə otur burda.
Lida ümidsizlik içində başını əlləri içinə alıb, Kamili gözləyir.
– “Yanğınsöndürmə müfəttişləri”nin hamısı inzibati korpusunun otaqlarından birindədir. Artıq
gecə düşüb.
– Qalır üçüncü növbədə işləyənləri yoxlamaq, – deyə baş mühafizəçi işin yekunlarından danışır.
– Gecə saat ikidə işə başlayırlar.
– O, əsas sexin yerləşdiyi üzbəüz binadan eşidilən səs-küydə çox ucadan danışmağa məcburdur.
137
– İndi saat neçədir? 12-nin yarısı? Bir saat şəhərə, bir saat da geriyə, elə düz növbə başlanan
çatarıq,- deyə Qaraşarlı istehza ilə qımışır. – İkicə gün də belə keçsə, yatmağı tərgidəcəyik.
Baş mühafizəçi pəncərəyə yaxınlaşır, çölə baxır; onmərtəbəli binanın divarı heç bir girinti-
çıxıntısı olmayan sıldırım qayanı xatırladır. O, pəncərədən aralanıb deyir:
– Burada iki divan var. Qaraşarlı və Qəribov – siz burada bir az dincəlin, saat dördə oyadarıq.
Bizsə dəhlizdə növbə çəkəcəyik.
Mühafizəçilərdən üç nəfəri dəhlizə çıxıb, qapını arxalarınca açarla bağlayırlar. Baş mühafizəçi
üstəlik kreslonu da çəkib qapıya söykəyir.
– Hər iki saatdan bir dəyişilirik, – deyə o, yoldaşlarına xəbərdarlıq edir, – hələlik mən növbə
çəkirəm. Siz gedin vestibülə, divanlara. Yatıb qalmayın ha...
– Bu səs-küydə yatmaq olar?!
Onlar gedəndən sonra mühafizəçi hələ bir müddət “Oqonyok” jurnalını vərəqləyir. Sonra jurnalı
bir kənarı qoyub, ləzzətlə kresloya yayxanır.
Qaraşarlı pəncərəyə yaxınlaşıb çölə boylanır. Başını bulayıb, divana qayıdır.
– Çox hündürdür? – deyə Qəribov yaltaq-yaltaq onun gözünün içinə baxaraq soruşur, ancaq
cavab almır. – Biz indi bir-birimizdən möhkəm yapışmalıyıq, sən isə mənə düşmən kimi
baxırsan, – deyə o, özünü saxlaya bilməyib əlavə edir. – Elə bil mən nədəsə günahkaram.
Mənim heçi kəsi ələ vermək fikrim yox idi. O özü-özünü ələ verdi: bizi görən dəqiqə dovşan
kimi əsməyə başladı! Mənsiz də hamı başa düşdü ki, niyə onun canına vicvicə düşüb.
– Tutaq ki, lap elə başa düşdülər, sən niyə özünü ortaya atdın?
– deyə Qaraşarlı qəzəblə soruşur.
– Necə yəni niyə? Belə anlarda mənim beynim həmişəkindən iki dəfə yaxşı işləyir. Fikirləşdim
ki, onsuz da bayram şamı kimi alışıb yanır, onu nişan verib-verməməyin onunçün elə fərqi
yoxdur daha. Qaraşarlı ilə mənə isə heç nə olmasa, güllələnmədən aşağı bir ölüm düşər.
– Deməli, həmin o bircə saniyədə mənim qayğıma qalmaq da yadına düşdü? Əcəbdir! Ancaq
başın həqiqətən sürətlə işləyir!
– Necə istəyirsən fikirləş, – deyə Qəribov könülsüz dillənir, – məsələnin nə yerdə olduğunu
anlayanda, hələ mənə “sağ ol” deyəcəksən. Onu nişan verməsəydim, ertəsi gün bizi divara
dirəyə- cəkdilər ki, daha boş yerə bizi gəzdirməkdən ötrü maşını şəhərdə ora-bura qovmasınlar.
İndi isə inanırlar ki, bizə bel bağlamaq olar.
– Bəsdir, sən Allah, yat! – deyə Qaraşarlı iyrənirmiş kimi ona sarı baxıb, hansı fikrinsə təsirilə
təzədən pəncərəyə yanaşır, yarıyadək sallaşıb, divarı gözdən keçirir.
Qaraşarlı ətirşahı qoxulayır. Sonra yatmış Qəribovu oyatmamaq üçün ehtiyatla hərəkət edərək,
kustar üsulla armaturdan hazırlanmış dibçəyi dibçəkaltıdan çıxarır. Dibçəkaltını əlinə alıb,
diqqətlə baxır, sonra döşəmənin üstünə qoyub, onun üç ayağından birini laxlatmağa çalışır.
138
Tezliklə ayaqcıq yerindən qopur. Qaraşarlı qulağını divara söykəyib dinşəyir. Ancaq dərhal da
başa düşür ki, ümumi səs-küy içərisində bu, mənasız bir şeydir. Divara yaxınlaşır, polad
armaturu bircə dəfə qüvvətlə endirməklə, yatan şəxsin kəlləsini iki yerə parçalayır. Qana batmış
armaturu Qəribovun “yanğınsöndürən” gödəkcəsinə sildikdən sonra pəncərəyə yaxınlaşır,
çərçivənin üzəri ilə ehtiyatla hərəkət edərək, addım-addım, santimetr-santimetr irəliləyir. O,
qonşu otağın pəncərəsinə doğru can atır. Armaturu isə kəmərinə sancıb.
Keşikçi kresloya yayxanıb yatır.
Qaraşarlı qapını ehtiyatla aralayıb, çölə boylanır. Ayağının ucunda yeriyərək, otaqdan çıxır,
ömrünün son saniyələrini yaşayan keşikçinin yanında ayaq saxlayır.
Tapança ilə vəsiqəni gödəkcəsinin cibinə qoyur. Dəhlizdə və vestibüldə işığı söndürür. Və
tələsmədən öz növbə çəkmək vaxtını gözləyən mühafizəçilərin yanından keçib, şüşəli çıxış
qapısına çatır.
Qapıçılar, əynində yanğınsöndürən paltarı olan şəxsin zavodu tərk edərkən verdiyi son
tövsiyələri dinləyib, başlarını tərpədirlər:
o, üzərində çaydan olan elektrik peçinə əlini toxundurub qayğılı tərzdə məsləhət görür ki,
bədbəxt hadisə baş verməsinin qarşısını almaq məqsədilə onun altına bir parça tənəkə, ya da
asbest qoysunlar.
Vəsiqəsini də özü çıxarıb göstərir və gecənin qaranlığında yenicə başlanan xəzriyə çıxır.
– Əvvəllər mən o qıza etibar edirdim. – Qaraşarlı cidd-cəhdlə alnını qırışdırıb deyir, – yandırıcı
maye zavodunu partlatmağı bizə qadağan edəndə, elə bilmişdim ki, qorxur. İndi isə başa
düşürəm ki, hər şey elə həmin vaxtlarda başlanıbmış. Bir il əvvəl ərə gedəndən 17 3bəri isə onun
heç həndəvərindən keçmək olmur! Məncə, artıq buna son qoymaq lazımdır.
– Biz hər bir şəxsə özünü göstərmək imkanı verməliyik, – deyə Polad səbirlə izah edir. – Əvvəl
yoxlayaq, sonra danışarıq. Onun harada yaşadığını öyrənərəm, məşğul olarıq.
Lida bağ evində təkdir. Həyətə bir minik maşını yaxınlaşır.
Qaraşarlı düşüb evə sarı gəlir.
Polad nömrə yığır:
– Zəhmət olmasa Məmmədəliyevi... Salam, Kamil.
– Polad! – deyə o, sevinclə qışqırır. – Haradasan?
– Burda, Bakıdayam. Kefin-əhvalın necədir? Atamgil nə təhərdir? Səndən başqa heç kəsə zəng
vurmamışam. Çalışacağam səninlə görüşüm. İşdən nə vaxt çıxırsan?
– Bir saatdan sonra.
– İnstitutla üzbəüz kafe yadındadır? Məni orada gözlə. Görsən ki, gecikirəm, yenə çıxıb getmə
ha, gözlə! Söz verirsən?
– Əlbəttə ki! Vaxtımız olsa, bağa gedərik, səni arvadımla tanış edərəm.
139
KƏRGƏDAN BUYNUZU
Personajların tanıdığınız real adamlarla hər hansı bir oxşarlığı tamamilə təsadüfidir.
Müəllif
Baharın gəlişi özünü göstərirdi. Bərbərxanada qadınlardan danışırdılar.
– Qadın ki, dedin ey, birinci onun yerişidir, – deyə cavan dəllək Avtandil müştərisinin üzünü
cəld hərəkətlərlə masaj eləyə-eləyə öz fikrini qonşusu Ağasəfaya qəti bildirdi; Ağasəfa bu vaxt
köhnə müştərisi Raufun üzünü qırxırdı. – Zalım qızının da yerişi adamın lap ağlını çıxarır
başından. – Qadın salonu tərəfə işarə eləyib səsini aşağı saldı. – Hər həftə gəlir. Əlimdə nə işim
oldu, atıram, gedirəm tamaşasına.
Müştəri söhbətə qarışdı:
– Bu gün də gəlmişdi! – Elə inamla dedi ki, elə bil görüb eləmişdi.
– Yarım saat olar getdiyi. Siz hardan bilirsiz?
– Onu bilməyə nə var?! – Bu dəfə müştəri bir az acıqlı dilləndi.
– Üçüncü dəfədir odekolonuvu fışqırdırsan üz-gözümə. Yoxsa, elə bilirsən ləzzət eləyir mənə?
– Qadının yerişi vacib şərtdir, buna mənim sözüm yoxdur, – deyə əsəbi müştəri çıxıb gedəndən
sonra, Ağasəfa qayıtdı bayaqkı söhbətin üstünə; bu ucaboy, arıq qocanın dəllək dükanında
yoldaşları arasında xüsusi hörməti vardı. – Amma baxır kimin yerişi. Elə arvad var ki, istəyir
yeriməsin, lap belə qanad açıb uçsun, ya da ki, misalçün, sürünsün, heç tüküm də tərpənməz.
Odur ki, bacıoğlu, əsas məsələ yerişdə-zadda döyül. Sən cavansan hələ, təcrübən azdı, dərindən
bilmirsən bu işləri – hər kəsin öz zövqü var; birinin görürsən ki, qarabuğdayı arvad xoşuna gəlir;
dəxli 286 yoxdur – istəyir nə təhər yeriyir yerisin, o birinin sarışın. Birinin kök arvad xoşuna
gəlir, o birinin arıq. Elədir, elə döyül?
Avtandil istər-istəməz təsdiq eləməli oldu, çünki bu dəlləkxanada Ağasəfanın sözünün qabağında
söz demək adət deyildi. Yaşı yetmişi haqlasa da, Ağasəfa hələ də ən yaxşı usta sayılırdı,
müştəriləri yanına gəlməzdən qabaq telefonla zəng vurub növbə tuturdular.
Onun şöhrəti çoxdan yayılmışdı şəhərə. Hamı da bilirdi ki, necə olub adı dillərə düşüb: bu tarixi
hadisə 1943-cü ildə, general De-Qollun Bakıya gəlişi zamanı baş verib. Bəli, gələcək marşal və
prezident o vaxt yolüstü iki gün Bakıda qalıb və bir sıra başqa işlərlə yanaşı, üzünü də qırxmalı
olub. Bu məsul tapşırığı yüksək mənsəbli müştəridən təxminən bir ay əvvəl hospitaldan çıxıb
axsaya-axsaya doğma şəhərinə qayıtmış çox istedadlı, amma o zaman hələ az tanınan bir dəlləyə,
yəni Ağasəfaya etibar eləyiblər.
Rauf bu qeyri-adi əhvalatdan təzəcə xəbər tutmuşdu. Baxmayaraq ki, o, Ağasəfanı otuz il idi
tanıyırdı və bu otuz il ərzində hər on gündən bir Xaqani küçəsindəki bu bərbərxanaya təşrif
gətirirdi.
140
Həmin o tarixi üzqırxma əhvalatını Ağasəfa bütün təfsilatı ilə, uzunuzadı, hər kəlməsindən sonra
çox mənalı fasilələr verə-verə bir saata zorla danışıb qurtarsa da, Rauf kəmhövsələlik
eləməmişdi, əksinə, məmnun qalmışdı, çünki yaxşı bilirdi ki, bu böyük hörmətdi və çox az-az
adamlar bu hörmətə layiq görülür. O gün isə, Ağasəfa onun üzünü sabunlayanda hamıya
eşitdirmək üçün bərkdən Avtandilə dedi ki, Raufun üzü tükünün codluğu və dərisinin zərifliyi ilə
ona rəhmətlik prezidentin üzünü xatırladır. Aydın məsələdir ki, bu sözlər Raufun canına sarı yağ
kimi yayıldı və həmin gündən o, Ağasəfanı ən nəcib və ən ağıllı adamlardan biri hesab eləməyə
başladı.
Ağasəfa ondan xahiş elədi ki, “qadın məsələsi” barədə fikrini desin. Rauf bir ustad ədası ilə
qımışdı. Çünki o, Ağasəfadan da, Avtandildən də bu məsələdə üstün idi, böyük təcrübəsi var idi.
– Mən səninlə bir o qədər də razı deyiləm... Arıq belə gəldi, kök belə getdi. Nə dəxli, axı
hərəsinin öz yeri var, əsl kişiyə hər cürəsi qəbuldur: qarabuğdayısı da, sarışını da, kökü də, arığı
da.
Bircə dəfə yaşayırıq bu dünyada, gərək hər cürəsini dişinə vurub, dadasan. – Bunu deyib o,
müştəri gözüylə güzgüdəki əksinə baxdı, qayğılı-qayğılı alnını ovuşdurdu və beləliklə də bu
söhbətə bir növ son qoymuş oldu.
Ağasəfa həssas adam idi, dərhal müştərisinin ürəyindən keçəni oxudu və xüsusi bir qayğı ilə
Raufun alnının dərisini ovuşdurub:
– Qırış dərdi çəkməyinə hələ çox var, – dedi. – Bu qırış deyil, qatdır kəsib, qaşqabağuvu tökəndə
əmələ gəlir.
Ağasəfa onun pencəyinin yaxasında olan və olmayan tükləri çırpıb təmizlədi və Rauf oturduğu
rahat kreslodan könülsüz halda durdu. Vestibüldə o, iri bədənnüma güzgünün qabağında bir an
ayaq saxladı, ordakı gözəl geyimli, boylu-buxunlu, yaraşıqlı kişiyə baxıb xoşhallandı və dən
düşmüş bığlarını tumarlayıb küçəyə çıxdı.
Vaxta hələ vardı, maşının yanında dayandı və gənclik illərini, cavanlıq çağlarında Nizami
küçəsiylə gecə gəzintilərini həsrətlə xatırladı. O vaxtlar bu küçə şəhərin əsas seyrəngah yeri
sayılırdı.
Demək olar ki, hər axşam, şər qarışanda cavanlar “Vətən” kinoteatrının tininə yığılar və
başlayardılar eyni bir marşrutla – bankın binasının yanından sağa burulub dənizçilər klubunun
səkisi ilə Dənizkənarı bulvara və ordan da geriyə gəzişməyə. O illər Rauf hörməti olan, tay-tuş
arasında seçilən oğlanlardan idi. O, heç vaxt başçılıq iddiasında olmamışdı, amma qolunun gücü
və cəsarəti yaşıdları yanında ona xüsusi hörmət qazandırmışdı. Xoşxasiyyətinə, gülərüzlüyünə,
bir ölçü-biçi bilməyən kefcilliyinə görə o, həmişə təzələnən dost-aşnanın diqqət mərkəzində
olardı.
Qızların da o zamanlar Raufdan ötrü ürəyi gedirdi. O da hərdənbir qadın qəlbini, necə deyərlər,
ovsunlayırdı, özü də o, bunun üçün özünü oda-közə vurmurdu, hər şey demək olar, ilk baxışdan
baş verirdi. Qızlarla tanış olanda özlərini onlara qeyri-adi adam kimi göstərməyə çalışan
oğlanlardan fərqli olaraq, o, bu sınanmış fəndə heç vaxt əl atmırdı; yəni onlara təsirli məktublar
yazmaz, cəngavərliyini göstərən hadisələr uydurmazdı. Ömründə qızlara şeir də yazmamışdı.
Hətta onları məftun eləmək məqsədilə telefondan asılıb saatlarla söhbət eləməzdi. Çünki başa
düşürdü ki, özü, yəni sağlam bədəni, gözəl qədd-qaməti, par-par yanan qara gözləri, söhbət
elədiyi xanımdan uzaqdırsa, səsin-danışığın həmin xanıma elə bir təsiri ola bilməz.
141
Rauf sürətlə ötüb-keçmiş gənclik illəri üçün bir də köks ötürüb maşına oturdu və tibb
institutunun yeni binasının qabağına sürdü; Aida adında gözəl bir insanla altının yarısına oraya
görüş təyin eləmişdi.
Bir il idi ki, bu nəcib insan gündəlik ailə qayğıları və aspiranturada təhsillə yüklənmiş vaxtının
həftədə bir neçə saatına qənaət eləyib onunçun ayırırdı. İşini ehtiyatla tutmağı sevən Rauf onun
əri ilə rastlaşmamaq üçün heç vaxt onların evinin həndəvərinə yaxın düşməzdi; Aidanın dediyinə
görə, əri hər şeydən şübhələnən, boş yerə əsib-coşan qısqanc adam idi.
O, Aidaya aldığı hədiyyəni – gümüş qolbağı ilə fransız ətrini – maşının qabaq oturacağına
qoymuşdu, çünki onun fikrincə, görüşün əvvəlində təqdim edilən hədiyyənin axırda verilən
hədiyyədən təsiri qat-qat çox olur, atalar demişkən: daldan atılan daş topuğa dəyər, ya da –
toydan sonra nağara, xoş gəldin, bayram ağa; çox doğru buyurublar, Allah onlara rəhmət eləsin,
müdrik adamlarmış.
Axı doğrudan da, hansı bəxşeyişlə ötüb keçmiş şeylərə təsir göstərmək mümkündür?!
O, bir on dəqiqə gözlədi. Tələbələr axınla institutdan çıxmağa başladılar. Onlardan biri –
ucaboylu, qədd-qamətli, yaraşıqlı bir qız qaça-qaça küçəni keçdi və yan-yörəsinə göz gəzdirib
cəld özünü maşına saldı.
– Hara gedirik? – Oturmağı ilə Raufun üzündən öpməyi bir oldu. – Yenə mikrorayona?
– Yox, dostlarımdan biri məzuniyyətə gedib, evinin açarını verib mənə. Üçgöz otaqdır – şəhərin
düz mərkəzində.
Aida gülümsəyib:
– Üç otağı neylirik, bizə biri də bəsdir, – dedi. Gözü bağlamaya sataşdı. – Bu mənimçündür?
Çox sağ ol! – Bağlamanı açdı, qolbağını götürüb ölçdü. – Gözəldir. Çox sağ ol. İndi gərək
fikirləşib bir şey uyduram ki, hardandır bu mənimçün. Deyərəm institutda bağışlayıblar, özümü
yaxşı apardığıma görə. Bura bax, bu gün mən uzağı doqquzun yarısında evdə olmalıyam. Acığın
tutmur ki?
– Onda mən də elə ailəmin dalınca özümü çatdırram qayınatamgilə – Rauf gözucu ona baxdı.
Aida güzgünü özünə tərəf çevirib pomada və karandaşla onsuz da gözəl hüsnünə misilsiz bir
rövnəq verdi.
– Arvadın qısqancdır?
– Demək olar ki, yox. Sakitləşib daha. Əvvəllər günümüz-güzəranımız yox idi. Üç dəfə çıxıb
gedib evdən. Əslinə qalsa, özü fağır 289 adamdır, di gəl, valideynləri qızışdırırdılar. Ələlxüsus
qayınatam.
İndi o da nisbətən sakitləşib.
– Harda işləyir qayınatan?
– Akademiyada. Alimdir, təxminən akademik kimi bir şeydir.
Amma dəxli yoxdur. – Qayınatası barədə söhbət qanını qaraltdı Raufun. – Başqası olsaydı onun
yerinə, o imkanla dağı dağ üstə qoymuşdu. Amma bu, bircə elə onu bilir ki, camaatın başına ağıl
142
qoysun, öyüd-nəsihət versin. Ən qəribəsi də odur ki, mənim tanıdığım adamlar da onu ağıl
dəryası hesab eləyirlər. Nəyə görə, başa düşə bilmirəm. Sənə nə oldu, hara boylanırsan?
– Elə bildim köşkün yanında dayanan ərimdir, dayanıb düz bizə baxır. – Aida bunu
gülümsəyərək desə də, təbəssümündə bir əsəbilik duyulurdu.
Rauf özünü mümkün qədər laqeyd göstərməyə çalışaraq etinasız bir tərzdə soruşdu:
– Bəlkə elə doğrudan da o idi? – Aidanın ərini o cəmi bir dəfə maşından görmüşdü; arvadının
qoluna girib institutdan çıxırdı.
Yekəpər, heyvərə bir şey idi; yaxşı əltopu oynadığına görə institutu qurtarandan sonra onu
aspiranturada saxlamışdılar.
– Yox, yox, mənə əvvəlcə elə gəldi ki, odur... – Aida bir an susandan sonra fikirli-fikirli əlavə
etdi: – Sənə demişdim axı, şənbə günləri məşqləri axşamdır... Bilsəydim belə gicbəsərdir, bəyəm
gedərdim ona.
– Səndə nə təqsir, çıxmaqnandır. Ərlərin arasında hərdən çox qəribə adamlar olur. – Bu hikmətli
kəlamı Rauf xüsusi bir vurğu ilə dedi.
* * * Elə həmin axşam qayınatasının titrəyən əllərinə baxa-baxa Rauf fikirləşdi ki, düz sözə nə
deyəsən, qocalıq da bir şey deyilmiş.
Onun özünün yaşı təzəcə əllidən adlasa da, axır vaxtlar, nədənsə, tez-tez səhhəti barədə Dostları ilə paylaş: |