Günəşli yaz günü olmasına baxmayaraq, soyuqdan donurmuş kimi bərk-bərk şinelinə bürünür.
Kiçik, ikimərtəbəli bir evə çatıb pilləkənlə birinci mərtəbənin eyvanına qalxır.
Əynində “Milli” qvardiya forması olan cavan əsgər söylənəsöylənə samovarı alışdırmağa çalışır.
Çöməlib oturduğu yerdən qalxmadan Fərzaniyə baxır:
– Hara gedirsən?
– Cənab kapitanın yanına.
– Çağırtdırıb?
– Yox, xahişə gəlmişəm.
– Yatır! Yarım saatdan sonra oyanacaq, elə də hirsli olacaq ki, gözünə görünməsən yaxşıdır.
– Niyə elə hirsli olacaq bəyəm?
– Bilirsən, doyunca yeyib-içib, dostları ilə kalan vurub. Deməli, oyanan kimi çay istəyəcək – çox
içəndən sonra həmişə ciyəri yanır.
Bəs mən çayı hərdən alım? Bir saatdır özümü öldürürəm, bir şey çıxmır. Samovar yandıra
bilirsən? Doğru deyirsən? Onda vaxt itirmə, bu kömür, bu da maşa.
Denşik Fərzanini otağa gətirir. Zabit onları görən kimi xəstə adamlarsayaq üzünü turşudaraq
deyir:
– Başım lap partlayır, nə sözün varsa, qısa elə. Bəri başdan deyirəm: məzuniyyət, pul, gön,
çəkmə istəyirsənsə, – çıx get!
120
Hesab elə ki, rədd cavabı almısan.
– Bu gün həkim məni müayinədən keçirdi, xəstəliyə görə, xidmətə yararsız olduğumu söylədi.
Zabit istehza ilə gülümsünür:
– Birinci dəfə eşidirəm ki, alay həkimi kimi isə xidmətə yararsız saysın. Bəs mənim yanıma niyə
gəlmisən?– Həkim səhv eləyir, – deyə Fərzini sözə başlayır. – Mən xəstə- zad deyiləm. Ancaq
sırada həqiqətən çətin olur... Bəlkə mənə nəsə bir iş verəsiniz.
– Qəribə adamsan! Nə qədər ki, həkim fikrini dəyişməyib, qaç pensiya dalınca. Sonra da
özünçün xudmani bir yer tap, müharibə qurtarınca başını girlə. Vicdanın da təmiz. Boş yerə heç
kəs səni xidmətdən azad eləməz. Mən hələ yuxulu-yuxulu görürəm ki, ayaq üstə qırxın çıxıb.
– Mən and içmişəm ki, qələbə və ədalət gününədək döyüş meydanını tərk etməyəcəyəm! – deyə
Fərzani təntənəli tərzdə dillənir.
Zabit heyrətlə qaşlarını qaldırıb, Fərzaninin hərəkətlərini izləyir; Fərzani cibindən balaca bir
kitabça çıxarıb nəsə yazır. Sonra həmin vərəqi kitabçadan qoparıb zabitə uzadır:
– Əsgərlərin qəlbində ruh yüksəkliyi yaradan, komandanlığı sevindirən heyrətamiz igidliyinizə
görə minnətdarlıq əlaməti olaraq Sizə təqdim edirəm.
– Sənə hansı həkim baxıb? Bəlkə psixiatr? – Zabit Fərzanidən vərəqi almayıb, özündən çıxır. –
Get, harda istəyirsən, özünçün döyüş meydanı tap, lap istəyirsən, yüz il oranı tərk eləmə. Bircə
saatdan sonra mənim hissəmin ərazisində izin-tozun da qalmasın!..
O nədir mənə verirsən?! Kağızını da götür, rədd ol burdan! Nə qədər ki, təpənə bir güllə
çaxmamışam, itil!
– Bu, elə-belə kağız deyil, çekdir; qiymətdə ağır, vəzndə yüngül.
Çek kitabından cırdım. Bir baxın, məbləği rəqəmlə də yazmışam, sözlə də: min dollar!
Fərzani uzun-uzadı israr etdikdən sonra zabit nəhayət, çeki əlinə alıb maraqla gözdən keçirir:
– Hə... Yaxşı, indi məndən nə istəyirsən?
– Bu çeklə ölkənin hər hansı bankından pul almaq olar. Özü də dollar – bu pul heç vaxt
qiymətdən düşən deyil. Rica edirəm, hörmət əlaməti, eləcə də Sizi narahat etdiyimə görə,
üzrxahlıq əlaməti olaraq bu kiçik hədiyyəni qəbul edin.
– Hörmət əlaməti, bir də üzrxahlıq əlaməti... – deyə zabit ürəyindən keçənləri dilinə gətirir. –
İndi nə deyirsən, iki şey üçün bir çek?
Fərzani onun sözünü bitirməsinə imkan vermədən, cəld ikinci çeki yazır.
– Buyurun! İki yüz dollar!
– Yaxşı, sənə nə iş verək?
– Nə olur-olsun. Təki burada qalım.
121
– Əlindən nə gəlir?
– Kommersiyadan, bank işindən başım çıxır, sabotaj şəraitində kiçik tonnajlı dəniz gəmilərini
idarə etmək hüququm var, dənəvər kürünün duzlanması və balığın hisdə qurudulmasının bütün
üsullarını bilirəm.
– Maşın sürə bilirsən?
– Əlbəttə, həmişə özüm sürmüşəm. Ancaq heyif ki, vəsiqəm yoxdur.
– Getdik!
Qaraja girirlər.
– Bu təzə maşınları dünən srağagün gətiriblər, – zabit onları göstərib deyir. – İki sanitar
maşınıdır, avtotəmir və avtosistern.
Sanitar və təmir maşınlarını bütün günü ora-bura qovurlar. Benzin maşınında isə azı yarım gün
benzin gözləyə-gözləyə dincələcəksən.
Fərzani kabinəyə dırmaşandan sonra zabit soruşur:
– Hansı maşınlardan sürmüsən?
– “Mersedes”, “Kadillak”, “Byunk” – deyə Fərzani cavab verir.
– Ancaq bunlar hamısından yaxşıdır! Əla motoru var.
Maşınqayırma zavodunun darvazasından asta-asta bir qatar çıxır. Üzərində “hər şey cəbhə
üçün!” plakatı olan parovoz, sıx cərgələrlə tank əleyhinə dirəklər yığılmış açıq platformaları
arxasınca zorla çəkib aparır. Tədricən zavod həyətinin tam mənzərəsi açılır. Orada açıq havada
keçirilən mitinq başa çatmaq üzrədir. Bağırov astadan danışır, ancaq mitinqə toplaşanlar onun
hər sözünü aydın eşidirlər.
– Xalqımızın övladları həm ön, həm də arxa cəbhədə hər gün həyatları bahasına hünər
göstərirlər. Onlar bunun müqabilində mükafat istəmir, özlərini qəhrəman saymır, hətta heç
düşünmürlər də ki, Vətən yolunda göstərdikləri fədakarlıq, əsl qəhrəmanlıq nümunəsidir. Xalq
öz vətənini güclü düşmənin hücumundan müdafiəyə qalxanda, yəqin ki, belə də olmalıdır. İgidlik
vətəndaşın vəzifəsinə çevrilir, hünər göstərmək borcu yerinə yetirmək sayılır, hünər çətin dövrün
ayrılmaz əlamətinə çevrilir. Əks təqdirdə, qalib gəlmək mümkün olmaz. Yoldaşlarınız cəbhəyə
gedəndən sonra sıralarınız seyrəlsə də, siz daha sıx birləşmisiniz. Sutkada 12 saat işləyib,
müdafiə sənayesinin sifarişlərini yerinə yetirirsiniz. Ancaq sən demə, bu da son hədd deyilmiş.
Bu gün eşitdim ki, bunlardan əlavə siz, öz material ehtiyatlarınızdan istifadə etməklə və yalnız
öz qüvvənizə bel bağlamaqla 20 min ədəd tank əleyhinə dirək hazırlamamısız. Yaxın günlərdə
onlar faşist tanklarının Bakıya yolunu kəsən çoxsaylı döyüşçülərimizin həyatını xilas edəcək.
Mənim üçün olduqca xoşdur ki, sizin bu əvəzsiz hədiyyənizin təqdimat mərasimində xoşbəxt
təsadüf üzündən, mənimlə yanaşı, 44-cü ordunun komandanı, üç müharibə iştirakçısı, general-
leytenant İvan Yefimoviç Petrov da dayanıb.
122
Bakının müdafiəsində duran bu ordunun tərkibində iki Azərbaycan diviziyası da vardır və mən
çox istərdim ki, döyüşçü həmyerlilərimizin cəbhədə öz borclarını hansı şəraitdə yerinə
yetirdiklərini onun dilindən eşidəsiniz.
İnzibati korpusda Bağırovun səsi zorla eşidilir. Əmiraslanov direktorun qəbul otağından telefonla
danışır, həm də mitinq keçirilən heyəti pəncərədən seyr edir. Başqa bir telefon zəng çalır,
növbətçi dəstəyi qaldırır.
– Bağırov? Sizə yoldaş Bağırov lazımdır? Bu dəqiqə, çatdıraram.
Gözləyirsiniz?
Tələsik qapıya yönələn növbətçi, Əmiraslanovun zəhmli baxışlarını görüb ayaq saxlayır.
– Kimdir?
– Həyat yoldaşı.
– Bura zəng vurub?! – Əmiraslanov növbətçidən daha çox özünə sual verir və dərhal da əlavə
edir. – Heç yerə getməyin.
O, sanki qətiyyətsizliyini boğub, kənara qoyulmuş telefon dəstəyini ehtiyatla qaldırır:
– Əmiraslanov eşidir!
Bağırov Petrovla və zavod direktoru ilə qızğın söhbət edə-edə qəbul otağına girir. Direktor
hamını qabaqlayıb, kabinetin qapısını açır. İçəridə bayramsayağı süfrə açılıb.
– Əsl vaxtdır, – nahar fasiləsidir, hamını süfrəyə dəvət edirəm.
Bağırovla Petrov kabinetin qapısına doğru yönəlirlər. Əmiraslanovun onların dalınca
gəlmədiyini görən Bağırov çevrilib geri baxır və Əmiraslanovun ciddi nəzərlərinin üzünə
zilləndiyini görür.
– Xüsusi dəvət gözləyirsən? Süfrə başına keç.
– Getmək lazımdır, yoldaş Bağırov, – deyə Əmiraslanov yerindən tərpənmədən cavab verir.
– Mənim yarım saatlıq işə qayıtmağımın mənası yoxdur – Bağırov çiynini çəkir – “Ev
sahibləri”nin də xətrinə dəyə bilmərik.
Petrov astanada ayaq saxlayıb, qəfil yaranmış həyəcan dolu bir maraqla Əmiraslanovun nə cavab
verəcəyini gözləyir. Və bu cavab çox astadan səslənsə də, onu eşidir.
– Sən indi evdə olmalısan... Leyla səni axtarırdı.
Bənizi qar kimi ağaran Bağırov qəribə bir çaşqınlıq içində, dinməz-söyləməz ətrafdakıların
üzlərini bir-bir süzür. Elə bil adəti üzrə gözləyir ki, bu qəfil anlaşılmazlıqdan birinci baş
çıxarmağa macal tapan şəxs dərhal onun baxışlarına cavab verəcək və faktlara istinadən, qəfil
xəbəri təkzib edəcək... Bağırov təzədən köhnə dostuna tərəf dönəndə, onun batıq səsində cəlladı
görən müttəhim ümidsizliyi duyulur:
123
– Hansıdır?.. Böyüyü...
Gecədən xeyli keçməsinə baxmayaraq, qaranlığa qərq olmuş şəhərdə gərgin həyat ritmi davam
edir. Küçələrdəki tərpənişi, buxtada gəmilərin hərəkətindən, saysız-hesabsız solğun işıqcıqlar 15
3soraq verir. Şəhəri qoynuna almış zülmət içində yalnız hərdənbir yandırılan projektorların şüası
qaranlıq guşələrə nüfuz edə bilir.
Enməkdə olan hərbi təyyarənin taxta skamyasında oturmuş daxili işlər komissarlığı geyimində
olan sərnişin Bakının gecə panoramını baxış yerindən diqqətlə seyr edir.
Təyyarə yerə düşən kimi, aşağı endirilən nərdivana – trapa qara minik maşını yaxınlaşır. Maşın
sərnişini götürüb, uçuş zolağından uzaqlaşır. Şlaqbaum endikdən sonra daha iki maşın ona
qoşulur.
Hər üç maşın iti sürətlə artıq səhərin ala-toranında çətinliklə seçilən şəhərə doğru istiqamət
götürür.
Bağırov həlak olmuş oğlunun hərbi hissədən göndərilmiş əşyalarının düzüldüyü stolun yanındakı
kresloda donub qalmış kimi görünür. Arvadı Leyla da oyaqdır. Orta yaşlı bu qadın öz yaşından
xeyli cavan görünür. Ömründən təzə-təzə əsməyə başlayan xəzan küləyi iki oğlu anası, çətin və
qeyri-adi taleli bir insanın ömür-gün yoldaşı olan bu qadının parlaq cənub gözəlliyini azacıq
soldursa da, onun qədd-qamətli əndamını, şəvə kimi qara saçlarını, mina kimi hamar dərisini
hələ korlamağa macal tapmayıb. Ancaq öz ilkinin həlak olması xəbərini eşitməsindən bircə gecə
və bircə gündüz keçsə də, bu müddət onun gözlərindəki parıltını əbədilik söndürməyə və
ömrünün sonunadək onun üzündə kədər qırışları yaratmağa kifayət edib.
– Sən onu burada saxlamalı idin! Öz balalarını lazım olan kimi sevəydin, onları göz görəsi
ölümün qabağına göndərməzdin. Heç kəs də sənə bir kəlmə söz deməzdi. Dövlət üçün o qədər iş
görmüsən ki, oğlunun həyatını qoruyub saxlaya bilərdin. “Balalarımı təyyarəçilik məktəbinə
getməyə qoyma” deyib sənə yalvaranda üzümə elə acıqlı baxırdın ki!.. Bir düşün, əgər oğlunun
həyatını belə qoruyub saxlamağa sənin hakimiyyətin kifayət etmirsə, çəkdiyin bütün zəhmətlərin
nə faydası, sən həyatda axı nə qazanmısan? – Qadın üzünü əllərilə qapayıb, acı-acı hönkürür. –
Sonbeşiyimi qaytar mənə! Qoy heç olmasa o yaşasın!..
Bağırov arvadına yaxınlaşıb onun saçlarını sığallayır.
– Eh, ay yazıq, ay yazıq!.. – deyə lap astadan pıçıldayır.
Telefon zəng çalır.
– Sabahınız xeyir! Bağırovu zəhmət olmasa!
– Salam, Bağırovdur.
– Heç səsini tanımadım, yaman dəyişib. Sən necə, tanıdın məni?
Pavel Lavrov. Təyyarədən təzəcə düşmüşəm. Şəxsi tapşırıqla. Ciddi söhbət var. Yığışmaq üçün
sənə nə qədər vaxt lazımdır?
– Haradasan?
– Sənin qəbul otağında.
124
– On dəqiqəyə gəlirəm.
Bağın qapısı önündə durmuş gözətçi Bağırova hərbi salam verib, maşını çıxarır. Bağırov ardınca
çıxan arvadını bir az gec görür.
– Bağışla məni, – deyə qadın dillənir. – Bilirəm axı sən də əzab çəkirsən! Mən isə lap ölmək
istəyirəm!
Baş qərargahın səlahiyyətli nümayəndəsi ilə görüşməkçün Bağırovun kabinetinə cəmi bir neçə
nəfər toplaşıb. Əmiraslanovla Petrov da onların arasındadır. Bağırov əyləşənlərə müraciətlə sözə
başlayır:
– Lavrov yoldaş Ali Baş Komandanın xüsusi tapşırığını yerinə yetirir. Bakıya gələrkən, o,
Qafqazı müdafiə cəbhəsində olub. Orada vəziyyət ağırdır. Lavrov yoldaşın fikrincə, yaxın
vaxtlar üçün lap perspektivsizdir. Yerdə qalan məsələlər barədə sizə Lavrov yoldaş özü məlumat
verəcək.
– Vəziyyət həqiqətən son dərəcə ağırdır, – deyə Lavrov sözə başlayır. – mən şübhə etmirəm ki,
vəziyyət düzələcək və düşmən nə qədər güclü olsa da, geri oturdulacaq. Hələlik isə, öz-özümüzə
etiraf etməliyik ki, Qafqaz uğrunda döyüşdə uduzuruq. – Lavrov Qafqazın xəritəsinə yaxınlaşıb
göstərir. – Bütün Şimali Qafqaz ələ keçirilib, Baş Qafqaz sıra dağlarından keçən strateji
aşırımlar, Maykop neft rayonu tutulub. İndi general-feldmarşal Listin komandanlığı altında “A”
ordu qrupu Bakı istiqamətində irəliləyir. Onun tərkibinə 40 diviziya daxildir. “A” ordular
qrupundan əlavə, general Kleystin 1-ci tank ordusu da Bakı istiqamətində hücuma keçəcək.
Bu ordu artıq Qafqazın yolları ilə maneəsiz olaraq, 600 kilometr irəliləmişdir.
Yerüstü əməliyyatların hamısını “Lüftvafore”nin ən iri aviasiya birləşməsi müdafiə edir. Bakıya
çatmaq üçün onlar təkcə bir son maneəni aşmalıdır, vəssalam. Hitlerçilərin nəhəng qüvvəsi
qarşısında bizim cəmi üç ordumuz durur. Əziz yoldaşlar, nəzərə almalıyıq ki, ağır döyüşlərdən
çıxmış bu orduların şəxsi heyəti 155 komplektləşdirilməyib, məğlubiyyətlərdən sonra bir neçə
əsgər, hətta zabit tamam ruhdan düşmüşlər. – Lavrov əlindəki kağızdan oxumağa başlayır: – 75
min tüfəng, 21 min tank vuran tüfəng, 2990 pulemyot, 700 minaatan, 350 top bu gün
Zaqafqaziya cəbhəsində əskik gəlir. Döyüş sursatı və rabitə vasitələrinin kəskin çatışmazlığı hiss
olunur. Gəlin, acı həqiqətin gözünün içinə dik baxaq. Baş Qərargahın ehtiyat qüvvəsi yoxdur.
Hətta o, Moskva istiqamətini müdafiə edən qoşunların bir hissəsini Qafqaz cəbhəsinə “atmaq”
istəsə belə, onların yerdəyişməsi üçün nə texniki imkan var, nə vaxt.
Onlar bura gəlib çatınca çox gec olar. Kleystin tank ordusuna qarşı biz 17 tank çıxara bilərik.
Son günlərin təhlükəli əlamətlərindən belə görünür ki, Qafqaz döyüşlərinin əsas obyektinə –
Bakı şəhərinə qəti hücum hazırlanır. Düşmən Qafqazda hərbi qüvvə sarıdan böyük üstünlüyə
malik olsa da, alman komandanlığı daha bir tank ordusunu – 4-cü ordunu Şimal istiqamətindən
ayırıb, Qafqaza göndərmişdir.
Bax, elə bu dəqiqələrdə Hitlerin “vikinq” SS seçmə diviziyası və “Böyük Almaniya” diviziyası
buraya gətirilir. Bəli, bütün əlamətlərdən belə görünür ki, Bakı üzərinə həlledici hücum
hazırlanır.
Burada öz qəti fikrimi bildirməzdən öncə, mən yerlərdəki vəziyyətlə eləcə də kəşfiyyatın
məlumatları ilə müfəssəl tanış olmuşam. İndi bu kabinetdə 44-cü ordunun yeni təyin olunmuş
125
komandiri general Petrov da əyləşib. Fikrimcə, təcrübəli hərbçinin təhlilini eşitmək faydalı olar.
Yoldaş Petrov, çox istərdim ki, siz dəlillərlə mənim mülahizələrimi təkzib edəsiz.
– Gizlətmək nəyə lazım, vəziyyət həqiqətən çox ağırdır. Ancaq mən istərdim ki, Terek və Urux
çayları üzərindən keçid yerlərində tikilmiş istehkamları xatırladım. Çox möhkəm tikililərdir.
Bundan başqa, öz geri çəkilən hissələrindən ayrı düşmüş yüzlərcə əsgəri hesabdan silmək
istəməzdim. Mən ordu üzrə əmr vermişəm ki, onların arasında döyüşmək arzusunda olanları və
hələ də silahlarını qoruyub saxlayanları hissələrə qəbul etsinlər.
– Ümidvaram ki, bu qorxaqların və təslimçilərin hamısı hərbi səhra məhkəmələri qarşısında
cavab veriblər?
– Onların sayı həddən artıq çoxdur, yoldaş Dövlət Müdafiə Komitəsinin üzvü. Hərbi səhra
məhkəmələri azlıq edərdi. Əvvəlcə onlar ruh düşkünlüyünə qapılmış, həm də qorxmuşdular.
Sonradan eşidəndə ki, onları xəyanətkar saymırlar, bir az özlərinə gəldilər.
Yuyunmaq, yemək üçün imkan yaradılandan, onlarla normal insan kimi söhbət aparılandan sonra
isə əməlli-başlı dirçəldilər. Mən həmin bu oddan-alovdan keçmiş təcrübəli döyüşçülərlə 44-cü
ordunun komplektləşdirilməsini sona çatdırmağa hazırlaşıram!
– deyə Petrov qətiyyətlə sözünə yekun vurur.
– Özünün yaradıldığı cəmi bircə il olan orduya belə əlavə qüvvənin daxil edilməsi fayda
gətirərmi?
– Ordu həqiqətən gəncdir, – deyə Petrov razılaşır. – Ancaq bütövlükdə mən adamlardan razıyam,
çünki onlar öz təcrübəsizliklərini digər keyfiyyətlərlə üstələyirlər. 1941-ci ilin dekabrında bu
ordu cəmi beş ay idi yaradılmışdı, ancaq Kerç yarımadasında desant əməliyyatını tamamilə
normal keçirdi.
– Sizin ordu iki azərbaycanlı, bir gürcü və bir erməni diviziyasından ibarətdir. Əsgərlərin
əksəriyyəti keçmiş kəndlilərdir, orduya çağırılınca əllərində silah tutmayıblar. Mənimçün
maraqlıdır ki, əmrlər hansı dildə verilir və əsgərlərin neçə faizi əmrlərin mənasını anlayır? Lazım
deyil, cavab verməyin. Biz onsuz da mövzudan yayındıq. Sizə konkret sual verəcəyəm: Sizcə,
almanların Qafqazdakı sürətli yürüşünün qarşısı alınacaqmı?
Petrov bir qədər düşünüb cavab verir:
– Buna söz verə bilmərəm, ancaq yaranmış vəziyyəti çıxılmaz saymıram.
– Döyüş komandiri üçün normal cavabdır, – deyə Lavrov gülümsünür. – Ancaq təəssüf, real
vəziyyət elədir ki, yaxın on gündə, bəlkə də lap tez Hitlerin qoşunları Bakıya girə bilər. Və bizim
başlıca vəzifəmiz odur ki, düşmənin yanacaq əldə etməsinə imkan verməyək. Yeganə çıxış yolu
budur: bütün neft kəmərləri yaxın günlərdə partladılmalıdır!
Hamı nəzərlərini Bağırovun üzünə dikir. O, isə heç bir reaksiya bildirmədən susur.
– Neft kəmərini sıradan çıxarmağın başqa üsulu da var, – deyə Vəzirov sözə başlayır. – Quyuları
necə lazıdır doldursaq, heç yarım ilə də onları bərpa etmək olmaz. Mədənləri partlatmaq ən asan
yoldur, partlayışın nəticələrini təsəvvür etmək isə bundan da asandır.
126
Yanğın törənə biləcəyi ehtimalı çox böyükdür. O cür yanğını söndürmək üçün bir neçə il lazım
gələr, axı şəhəri həmişəlik təslim etmirik ki! Partlatmaq olmaz!
– Maykopda da qoşunlarımız geri çəkilərkən quyuları doldurmuşdular.
Axırı nə oldu? Almanlar cəmi ay yarıma quyuları təzədən işə saldılar. Yoldaşlar, deyəsən, siz
vəziyyətin nə qədər ciddi olduğunu tam təsəvvür etmirsiz, – deyə Lavrov narahatlıqla
gülümsünüb, cavab verir. – Hücum edən “A” qoşun qrupunun ardınca Bakıya doğru neftçi
mütəxəssislərdən ibarət on minlik bir dəstə irəliləyir. Rozenberqin idarəsi onları Avropanın hər
yerindən diqqətlə seçib toplayıb. Quyuları doldurmaq, avadanlığı xarab etmək özümüzü
aldatmaq deməkdir.
– Bəs biz özümüz yanacaqsız necə keçinəcəyik? Axı Bakı Qroznı ilə birlikdə ölkə neftinin 95
faizini verir, – deyə Petrov Bakının təslim edilməsinin nə kimi təhlükəli nəticələr verə biləcəyini
sanki indi anlayıbmış kimi qorxu içində dillənir.
– Bu, artıq ikinci məsələdir və onu ikinci planda həll etmək lazımdır. Birinci və ən mühüm
məsələ isə neftin düşmən əlinə keçməsinə yol verməməkdir. Lavrov səbirsiz halda saatına baxır.
– Təbii ki, bu məsələni müzakirəyə qoymağa ehtiyac yoxdur, indi hər dəqiqə qiymətlidir. Bütün
neft mədənlərini minalamaq üçün neçə gün lazımdır?
– Azı on beş gün, – deyə Bağırovun işarəsi ilə Vəzirov həvəssiz cavab verir. – Adam çatışmır,
mədənləri partlatmaq sahəsində təcrübə də azdır...
– Axı mən sizə izah etdim ki, on gündən sonra, bəlkə də daha tez almanlar Bakıya girəcək, –
deyə Lavrov qəzəblə qışqırır.
– Sən unutmusan ki, indi bu gündən etibarən, mədənlərin minalanmasına bütün başqa
müəssisələrdən istənilən qədər adam cəlb edə bilərsən, – Bağırov astadan, biganə tərzdə
xatırladır. – Bu, Baş Qərargahın əmridir, Vəzirov. Və bu əmr yerinə yetiriləcək. Səkkiz gün sənə
kifayətdir?
Vəzirov qaşqabaqlı halda təsdiq edir.
– Mədənlərə yaxın məntəqələrdən camaatın təxliyəsi üçün komitə yaratmaq lazımdır. Kimin nə
təklifi var? – Bağırov sualedici nəzərlərlə əyləşənləri süzür.
– Yaxın nədir, Dağüstü hissədən, başqa, partlayışdan sonra bütün şəhərə ziyan dəyə bilər! Bütün
sahilyanı hissə, Bayıl, Qara şəhər... – Vəzirov az qala özündən çıxıb, hövsələsiz halda sadalayır.
– Bağırov onun sözünü yarıda kəsir:
– Təxliyə komitəsinə yoldaş Vəzirovu sədr təyin edirəm.
– O susur. Çöldə sirena uğultusu eşidilir. Haradasa lap yaxınlıqda zenit topları atəş açır.
– Hava hücumu deyil, – deyə Petrov narahat olmuş Lavrovu arxayınlaşdırır. – Hərdənbir
aerofotoşəkillər çəkmək üçün onların “rama”sı yüksək hündürlükdə şəhərə yaxınlaşır. Birini
vurublar...
– Petrov qəfil çökmüş sükuta qulaq verərək gülümsünür:
127
– Deyəsən, bunu da vurdular.
– Lavrov sözünə davam edir:
– Mədənləri mümkün qədər tez partlatmaq lazımdır! Əgər nefti almanlara versək, bunu nə
müasirlərimiz, nə də sələflərimiz bizə bağışlayar!
Baş nazir Stalindən baş nazir Çörçillə. Tamamilə məxfi.
“Bu teleqramla Sizi Sovet hökuməti adından SSRİ-yə dəvət edirəm. Məqsəd Hitlerə qarşı
mübarizdə İngiltərə, ABŞ və SSRİ arasında münasibətlər məsələsinin müzakirəsidir. Bu məsələ
indi çox kəskin şəkildə qarşıda durur. Fikrimcə, görüşümüz üçün ən əlverişli yer Moskva olardı, Dostları ilə paylaş: |