Bir yastığa baş qoymaq - ər -arvad olmaq, intim
münasibətdə olmaq.
Sevişdiyim, bir yastığa baş qoyuban əmişdiyim
(284,
s.91).
Bir yekə məbləğ pulu atdın çölə - nahaq yerə pul
xərcləmək, zərərə düşmək.
Xəlq ox atır bir şahıya, tənbələ (168, s. 17).
Bir yeyib ayrı sıç...q - həm işə bir yerdə olmaq.
Bismillah - başlanğıcda müsəlmanların dilə gətirdiyi söz-
“ Allahın adı ilə” deməkdir. Yemək başlananda "buyurun"
mənasında işlənir. Təəccüb, qorxu əlaməti kimi də işləııir.
Bakıxanovun 1907-ci ildə "Füyuzat" məcmuəsinin 28-ci
nömrəsində çap olunmuş "Bismillah" rədifli müxəmməsi heç
131
rJür£deyim lm
yerdə dini məfhum olmayıb, bəlkə "buyur", "iqdam et", "qədəm
qoy" kimi mənaları ifadə etmişdir.
Durubdur ol büti-sərməst, tiği-abdar ilə,
Sözün gər doğrudur, ey aşiqi-biçarə, bismillah!
Bismillah eləm ək -- işə başlamaq, yeməyə əl uzatmaq.
Hələ heç kəs bismillah eləm əmiş o, nimçəni boşaldıb
qabağından o tərəfə itələdi (46, s.20).
Bismillahsız toxum - islami baxışa görə, müsəlman hər
bir işdə, o cümlədən qadını ilə cinsi əlaqədə olan zaman
“bismillah” deməlidir. Uşaqlar həddindən artıq dəcəl olduqda,
bunun səbəbini anlamayan adamlar onu belə adlandırırlar.
Bistini vurmaq - Bisti qədim zamanlarda işlənən misdən
pul vahididir. İki mənada işlənir. Kefim bistini vunır- hər şeyin
yaxşı olması, bir də bu mənadıı işlənir ki, bistiyə güllə atır. Yəni
kasıbdır, yoxsuldur.
Türk sülaləsindən olan Şah Səfinin qanununa görə İranda
alış-veriş bisti, abbasi, altun ilə aparılırdı. Bu qanun əsasında
xarici pullar xərclənmirdi. Bu sikkələrin üstündə “Lailəha
illəlah, əliyyun voliyüllah” və o biri tərəfində Şah Abbasın, Şah
Səfinin
adları basılırdı. Misdən olan bisti pulların üstündə
yalnız pulun basıldığı şəhərin
adı olurdu.
Bəzilərinin
haşiyəsində “Lailalıə illəllah” da yazılırdı. “Zərbi fi Təbriz”,
“Zərbi fi Tiflis” və s.
Bişincən gözləyəni düşüncən də gözləyər - ağır
vəziyyətə dözən adam yenə də gözləyər.
Bişincən gözləyən düşürcən do gözləyər (103, s.67).
Bişirmək - birini yoldan çıxartmaq.
Dedim ay dadi-bidad, Balağa mənim qorxumdan yazıq
Həmidi bişirib aradan çıxarıb ki öz meydanı gen olsun (1, s. 169).
Bişmiş toyuğun giilınəyi gəllir - yalan, inanılmaz sözlər
danışan zaman işlənir.
Marağada rəisi-cümhur ııamizəd göstərmək 888 nömrəli
xəfiyyə namiııdən ölü toyuğu güldürə bilən iftiralarla hətta
Tehranın gözübağlı bitərəflərini iğfal etmək mümkün degildir
(30, №12).
132
‘Beftruz
я ш т т З т ^т т
Elə şey soruşursan ki bişmiş toyuğun da gülməyi gəlir
(118, с.II, s. 197).
Bit- billit - heç dayanmadan danışan.
Bitib-hərkimək - möhkəmlənmək, qol-qanad.
Qaya torpaqda bitib bəı kiyətı kimi Teymur da atın belində
bərkimişdi (144, s.98).
Bitin götünə birə yazmaq - özündən söz çıxatmaq, sözü
böyütmək.
Bitli cücə - sısqa, ölümcül, dinməz uşaq.
Bitməmiş yovşan dibindən doğulmamış dovşan axtarır
- duyğu aləmində yaşayan adam, dəryada balıq sövdası edən
adam, xam xəyal edən. Atı almamış mıxın çalır.
Boş xəyallarla yaşayan adam.
Bizdən yeylor -bu deyim avanı adamlar üçün cin
deməkdir. Mövhumata görə, “cin” sözünü gecə dilə gətirmək
onun görünməyinə səbəb olar. Buna görə də “ciıı” sözü yerinə
“hizdəıı yeylər” deyirlər.
Bu sözü bir buna görə işlədirlər ki, cinlərin məhəbbətini
qazanmaqla onların vurduğu ziyanın qarşısım alsınlar. Bir də
bizdən yeylər deyimi partibazlıq olan ölkələrdə sözləri keçənlər
üçün işlənir.
Bizdə olmasa, heç kosda olmaz - biri istədiyi şeyi
başqasından ala bilmədikdə işlənir.
Bizi bir do atamız əkməyəcək., anamız doğmayacaq -
biz bu dünyaya bir də gəlməyəcəyik.
Bizi bir də atamız əkməyəcək, anamız doğmayacaq (1,
s.293).
Bizim başımızda salınanilik öyrəşmə -bizi ələ salma,
oynatma, naşılığını başımızda yoxlama.
Bizim halalımız ayrıdır -həddindən artıq yaxınıq, hər
sirrimiz birdi.
Bizimki zəlzələdən, vəlvələdən keçib - iş-işdən keçib.
Dünya yenə zəlzələdir,
Dünya yenə vəlvələdir (V.Püstomzadə).
133
‘BeAruz tä q q i
rBr^äaf
1
mhn
Biizim pulun şiri qancıqdı? -İranda türklərin basdığı
əskmas]arda və dövlət bayrağında adətən şir rəsmi basılardı.
Deyim həmin pulların dövriyyədə olduğu illərin yadigarıdır.
Satıcı müştərilər arasında fərq qoyduqda, birinə satmaq
istəmədikdə işlənir.
Biz qail olduq qaza, qaz özün qoydu naza ■ həddindən
artıq naz edən adama deyilir. Əlacsızlıqdan adam bir zada razı
olsa da qarşı tə rə f butıu qəbul etmək istəmir.
Bizləmək - israr eləmək, bir sözü ara vermədən təkrar
etmək, tələsdirmək, baş-beyinini aparmaq.
Tez üstünə düş, bəlkə bu günlərdə düzəlsin,
Get validəm bizlə, tez olsun başa çatsın (M.M.Etimad)
Boğaza qədər borca girmək
- həddindən artıq borc
altına girmək.
Boğaza yığılmaq - bıçaq bəndə dayanmaq, səbr kasasının
dolması
Qapıdan rədd eyləyib qoymaz o əsla içəri,
Yetiribdir boğaza, canımı bu zülmləri (80, c.II, s. 198).
Boğazda qalmaq - yemək zamanı acı bir xəbərdən,
xoşagəlməz sözdən iştahanın küsməsi və ya birinin malını
yemək istəyən adamın niyyətinin baş tutmaması.
Boğazdan
çıxartmaq -
haqsız yığılan
var-dövləti
soyğunçuların əlindən çıxardıb haqlılara çatdırmaq.
M əşrutiyyət zamanında xanlar, ərbablar belə fikir edirdilər
ki, yoxsul insanların əlinin zəhmətini həm işə yemək olar.
Heydər Əmoğlu Bakıdan gəlib onların boğazından çıxartdı.
Boğazdan kəsmək - yeməyindən kəsib başqa şeyə sərf
etmək.
Heç kəs boğazından kəsib itə atmazdı (1, s.326).
Boğazdan yuxarı - ürəksiz, könülsüz danışmaq.
Sen mənə boğazdan yuxarı “yaşasın” deyən bu xalqın
içərisində bir nəfər də olsa xoşbəxt olan adam göstərə
bilərsənmi? (234, s.8).
Boğazda tikan göyərmək - danışmağa qadir olmamaq .
134
Hefiruz
96
tttti
Tur^deqim Cm
Sözümü kəsdi,
amma
danışa bilmədi,
bir-bilimizi
qucaqladıq, boğazımızda tikan göyərmişdi (61, №1, s.98).
Boğazı daşı dəlir - hər nə versən yeyər.
Boğazı qurumaq - susuzluqdan, həyəcandan boğazın
quruması.
Qorxudan hamının boğazı qurumuşdu (46, s.28).
Boğazıma keçmək - birinin boynuna düşmək.
Qorxuram bəla olub gələcəkdə keçsin mənim boğazıma
(46, s.87).
Boğazına saxlamaq - ancaq yeməyini verib evində
saxlamaq.
Qaçaq Nəbinin atası Alo kişi çox yoxsul bir adam idi,
naəlac qalıb balaca uşaqlarım nökər vermişdi. Varlılar Alo
kişinin uşaqlarını boğazına saxlayırdılar (30, №37, s.3).
Boğazında başnıaq tayı qalıb - səsi tutulmaq.
Biqəm: deyəsən yazığın boğazında başmaq tayı qaldı (9,
s. 156).
Boğazından yarlığını qoparmaq - imkanlarını əlindən
almaq.
Əgər Bahadır əm rə əm əl etməsəydi, hökmdar onun
boğazından yarlığını qoparıb varidatdan məhrum edə bilərdi
(144, 92).
Boğazın düyünlənməsi - sirri, dərdi, milli varlığı müdafiə
etmək arzusunu dilə gətirə bilməmək.
Dözülməz dərddən doldu o dövran ki qana gözlər
Boğazlarda düyünləndi ürəklərdə qalan sözlər (57).
Boğazını cücə boğazı kimi üzınək - öldürməklə
hədələm ək.
Şah sağ olsun, qolum qüvvətli,
qılıncım kəskin. Kimi
istəyirsən, boğazım cücə boğazı kimi üzüm (11, s.96).
Boğazının gen yerinə salmaq - yeyib üstündən su içmək.
Boğazı yaşlamaq - şərab içməyə başlamaq, çaxır qəbul
etmək.
Boğazlamaq -öldürmək, məhv etmək.
K əşf olunur hər gün zəhərli qazlar,
135
4
ur^deyim£m
Yarın biimir, kim kimi boğazlar (75, səh. 146).
Bomba kimi səslənm ək - bir hadisənin baş verməsi,
hamıda təsir qoyması.
Tehranda isə müraeiətnaməmiz bomba kimi səslənmişdir.
Çox yeyin bir surətdə xalqın nəzərini cəlb etmişdir (161, səh.
89).
Borclu borclunun sağlığını istər - m ən cilsəm, sənə pul
verən olmaz.
Borclu borclunun sağlığını istər (9, s.143).
Bostançı poxu kimi şişinə - öz yerini tanı, başından yekə
danışma.
Bostançıya kalah satmazlar - bir adama ehtiyacı olmayan
şeyi toklif eləməzlər.
Bostan əkm ək - bir i ilə iş görmək.
İkincisi qalan yerdə mən kim lə bostan əkdiyimi yaxşı başa
düşürəm. Qorxma, de (174, s.28).
Bostanına daş atmaq - haqsız olaraq birinə sataşmaq,
birini incitmək.
Əlizamanı kim tanımırdı ki, o, bu kənddo kimin bostanına
daş atmamışdı ki? (84, s.434).
Bostanı vər şaxlar, arvadı ər - - hər bir qadını ə r segi ilə
qayğı ilə əhatə etməsə, o xoşbəxt ola bilməz.
Bostanı vər şaxlar arvadı ər (168, s.336).
Bostan olmaq
- bədənin üzvlərinin təbii haldan
çıxmasına, gözün barmaqların şişməsinə, göyerməsmə işarədir.
Mən bilmirəm, fəqət bostan olmuşam.
Göz görməyir, ürək döyünür, həm batıbdı səs (Kazımı
Azərşəhrli, s.459).
Bostan pozandır - yaxşı- pis qanmayan. Hər zadı töküb
dağıdan.
Həqiqi menada şaxtalar düşməmiş qovun-qarpızın qalanını
yığışdırıb evə gətirm ək mənasındadır.
Bostan pozub gətirirdik aşağı,
Doldururduq evdə, taxta tabağı.
Boşbeyin - ağılsız, düşüncəsiz.
136
‘Behruz
Boşbeyin adamlar dəgilmiş şəksiz,
Bu yolda baş verib canın qoyanlar (Səhənd, s.435).
Boşboğaz -danışığım bilməyən, çox danışan.
Bir neçə boşboğaz, özün oynadan
Gahdan tapılıbdır sənə xor baxan ( Yekan kəhrizindən
Firidun).
Boşboğazlıqdan, o qapı, bu qapıda veyl-veyl gəzməkdən
başqa əlindən bir iş gəlməzdi (298, s. 19).
Əski dostuz, burax da seyr edəlim,
Sən bilirsən ki, boşboğaz deyilim (75, c.IV, s. 107).
Boş çuval küncdə qalar - yoxsul adamı heç kos saymaz.
Boş çuval küncdə qalar (103, s.73).
Boş damarından tutmaq -dilini tapmaq, xasiyyətinə
bələd olmaq.
Boş danışıq - mənasız sözlər.
Boş danışıqdan nə çıxar, ay balam,
Qış günü siz çılpaq olarsız tamam (267, s.406).
Boş xəyal - həyata keçməsi mümkün olmayan bir arzu.
Baxma özgələrin boş xəyalına,
Səbrli, dözümlü, mətanətli ol! (209, s.72).
Boy demək - yalandan özünü şişirtmok, özünü tərifləmək,
güclü qələm ə verm ək.
Kim görüb ki, mən özümdən boy deyəm,
sınamamış bir şənliyə toy deyəm'? (Sönməz).
Boylu - hamilə.
Boynu çiynində -yazıq, məyus.
Nəzərində cahan olub zindan,
Boynu çiynində qoltuğunda əli (72, c.III, s. 164).
Boynu əllaf xoruzuna dönmək - çox kökəlmək.
Yeməkdən də ki, boynum əllaf xoruzunun boynuna dönüb
0 2 9 ,1, s.97).
Boynum qıldan incədir - sənin hər sözün mənim üçün
qanundur.
Qıl deyiləm hər iynədən keçəm mən,
Bir çinaram doğra məni, kəs məni ( Haşım Tərlan).
137
qSehruz 5bqqi
TurUjdeyimhri
Boynu qıldan incə olmaq - hər sözü qəbul edən, m əzlum
bir insan.
Gündüz işıqda cürlüsən, boynu yoğunların işin,
Boynu da qıl kimilərin işlərinə şəbanə bax (338, səh. 22).
Boynum tükdən nazikdir - m ənim də yanınızda boynum
tükdən nazikdir (9, s. 1.89).
Boynuna düşmək - bir şeyi qəbul etməkdən boyun
qaçırır, qəbul edə bilmir.
Boynunun ardı çuxurdur -
yalançı,
pis adam
mənasında, yalançıdır, etibarsızdır.
Boynunun ardını görər -- yəni bunu görə bilməz.
Xeyr, siz boynunuzun ardını görərsiniz, onu görəndə (72,
с.III, s.101).
Boyuna biçilmək - düz ölçüsündə olmaq.
Bir torpaq parçası qaçar dalımca,
Elə bil boyuma biçilib menim (260, s.32).
Boynunu şax tutmaq - vüqarla dayanmaq, qorxmamaq.
Sil gözünün yaşını, boynunu şax tut,
Qüssəni, kədəri büsbütün unut (213, səh 5).
Boyun burmaq - məlul-məlul baxmaq, fağır dayanmaq,
birindən asılı olmaq, həsrət, intizar çəkmək, məzlunıluq etmək,
əl-qolu sınmaq.
Dərdli K ərəm gəlib durar,
Qul kimi boynunu burar (35, s.520).
Qapıda durub yetimlər kimi,
Boynunu burma, göz yaşı tökmə (94, səh.20).
Dağlar həsrət çəkir bəyaz qar üçün,
Bağlar boyun burur şirin rıar üçün ( M.Rahim).
Yetim tək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb, durma Təbrizim (264).
Boynu boyunduruqlu - əsir kimi yaşayan, təslim olan.
Al boynuna boyıındumğu. baxma zəhm ətə,
Əy başını öküz kimi, döz dərdə, möhnətə ( Ə.Nəzmi,
s.383).
Boynuna almaq - etiraf e tmək.
138
‘Beftruz 9bqqi
Niyə boynuna almırsan, ay köpəkoğlu? (84, s.79).
Boynunda qalmaq - məsuliyyəti birinin üstündə qalmaq.
Bu ləkə həmişəlik bizim boynumuzda qalar (234, s.443).
Boynunu sabunlanmış ipə keçirmək -ö zü n ü ölümə
atmaq.
Hüsaməddinin boynunu Fəxrəddinin sabunlanmış ipinə
keçirmək tarixi bir xəyanətdir (234, s.443).
Boynunu şax tutmaq -vüqarlı, məğrur dayanmaq.
Sil gözün yaşını, boynunu şax tut,
Qüssəni, kədəri büsbütün unut! (213, s.5).
Boyunduruq yoldaşı - ağır günlərin dözümlü sirdaşı,
ayrılmaz yoldaşı.
O, mənə sadə bir qadın dəgil, xoş günlərimin dadı olduğu
kimi, ağır və dözülməz keçmişimin vəfalı boyunduruq yoldaşı
da olmuşdur (281, s.109).
Boyun əti - qərib, avara, didərgin düşmüş insan.
Yurdu bəlli olmayan boyun əti (29, s.42).
Boyun əym ək -təslim olmaq, əyilmək.
Xoşdur ölümün nakəsə baş əyməkdən
Namərd qabağında boyun əyməkdən (A.Nazir).
Boyun qoymaq - qol çəkmək, razı olmaq.
İndi sizi bura yığmaqdan mənim muradım budur ki,
deyəsiniz görüm bu işə kim boyun qoya bilər (174, s. 114).
Boyun olmaq - söz vermək.
İt əlindən qayıdıb, qurda da bir zad boyun olduq,
İt ilə qolboyun olduq (306, s.162).
Boz- boz baxmaq - tərs-tərs, acıqlı baxmaq, əyri-əyri
baxmaq.
Nigar də mənə boz-boz baxır, uzaqda gəzir (168).
Qız budu bax, falçılara söz qoşar,
Fatimə Sultan mənə boz-boz baxır (168, s.202).
Boz üz -pis üz.
Yox, filankəs yaramaz, çevirər boz üzünü, bozaranda
adama elə bozarır ki, seni ağ yuyub qara sərir (9, s.23).
Börk qapmaq - aldatmaq, kələk gəlmək.
139
•Ве/buz itäqqi
T w k jk y m h r i
Biləxərə kələkbaz və hiyləli insanlar həmişə düzgün və
şərafətli insanların börkünü qapıb qaçırlar (117, s. 188).
Börk qoymaq, börk qapmaq - aldatmaq, kələkbazlıq ilə
bir mah çox baha satmaq.
Oğurluqda hamı millət başarammaz biz ilə,
Tərəfin börkünü başdan qaparıq qaş- göz ilə (168, s.828).
Bürkü qabağına qoyub fikirləşmək - bir məsələni
ətraflı, dərindən götür-qoy etmək.
Ax, gözəl Azərbaycan vətənim, harda qalmısan... Gəlin
biz də bir dəfə oturaq və keçə papağımızı qabağımıza qoyub
fikirləşək (334, №119-122).
Börkü qazi eləm ək - etdiyi işləri nəzərdən keçirmək,
düşünmək.
Durun başladığınız oyunun axırım düşünüb börküzü qazi
edin, bu işin dalı yaxşı olmaz (Pişəvəri, Tehran toplantısı).
Börkümü məscidə atsalar, ora getmərəm - məscidə,
məsciddə olan haqsızlıqlara olan etirazdır.
M əscidlərə getmə, vaizin tərkin qıl,
Nə ricətə ver qulaq, nə miad istə (223, s. 127).
Börkümüz tərsə düşər - yəni aramız dəyər, münasibə
timiz pisləşər.
Börkünü əyri qoymaq - qayğısı olmamaq, dünya vecinə
olmamaq.
Qoy börkünü kəc, qaşının üstündə fırılda,
Kəndin kimi bir lotu meydanını görcək (267, s.31).
Börküvü qoy altında, otur üstündə - yəni öz yaxud
ətrafında olan adamların etdiyi pis işlərə görə utan.
Börküvü yanqılıcı qoy -bunun məcazi mənası bir adamın
özünün və ya yaxın adamlarının pis iş görməsi zamanı işlədirlər.
Papağın uca olsun şəklində də işlənir.
Börkü yan qoymaq - müxtəlif mənalarda işlənir. Özünü
böyük saymaq, quldurluq etmək.
tndi çoxlar börkün bizə yan qoyur,
Zəhr içirdir, onun adın şan qoyur (86, s.5).
140
•Behruz Jhqai
lü r k jty in h r i
Böyrək yağında bəsləm ək - hərtərəfli qorumaq, rahat
yaşamaq.
Bir “Volqa’sı solunda, bir “Volqa”sı sağında,
Ailəsi bəslənir sanki böyrək yağında.
Böyrü üstə yıxılmaq - yoxsul olmaq, var dövləti əldən
vermək.
Böyükağaııı səslir - çaxır içən adamın və ya xəstənin
qusması zamanı deyirlər.
Böyük tikəsini qulağı boyda etmək - böyük hədə,
qorxutmaq.
Xalça, karxanasının fəhləsi İsməlini bütün şəhər basdırıb
onun qatillərinin hər bir tikəsini qulağı boyda eləyiblər (302,
s.27).
Böyürdən çıxmaq - tüfeyli, nəzərdə tutulmayan bir
yerdən zərər yetişmək, xərc çıxmaq.
Böyüsə, başındanı çıxar - bir adam özünü dərk etdikcə,
pis adətləri əldən verər.
Bir ağa o biri ağanı görüb onun kədərli olmasının səbəbini
soruşur. Ağa oğlunun əxlaqsızlığından, yalan danışmasından
şikayət edir. O birisi ağa cavab verir: bizim ağazadə də belə idi,
böyüdü, başından çıxdı.
Böyürdən çıxmaq -tüfeyli, nəzərdə tutulmayan yerdə
özünü ortaya otmaq.
Gözlənilməyən bir xərcə düşmək.
Börküvü göyə at -sevinmək, şad olmaq əlamətidir.
Bu da eşşəyini sürür ki, mən də mamağanlıyam -
Mamağan Azərbaycanda Təbrizə yaxın bir yerin adıdır.
Qacarların qanununa görə, ımmaliki-məlırusənin hər bir
m əm ləkəti və ya m əntəqəsi gərək əhalisinin sayına görə ordu
üçün əskər versin. Əlsiz- ayaqsız adamın özünü cəsarətli
adlandırması və dəxli olmayan bir işə müdaxilə zamanı şlənir.
Kərkiikdə bu deyim “topal eşşəyi ilə bu da özünü karvana
qatır” şəklində işlənir (26, s.76).
Bu da təzə bir rəngdir? - bu da təzə hiylədir, kələkdir,
fırıldaqdır?
141
‘Beftruz H)q
Türf^fhyimhri
Tamam rənglər qurtulub, bu gecə Ьц rəngnən gəlib.
Bu dərə m əsim , o dərə sənin - çölü, düzü gəzib
dolanmaq.
Pirqeyib kişi, hər gün o başdan durur, minərdi eşşəyinə,
“bu dərə sənin, o təpə sənin” deyib düşərdi çöllərin canına (103,
s.147).
Bugünkü sərçə dünənkinə “cik-cik” Öyrədir - qocalar
tərəfindən gənclər haqqında biri kələk gəlm ək istəyəndə, birini
aldatmaq istəyəndə işlənir.
Bugünkü sərçə dünənkinə “cik-cik” öyrədir (335, s.302).
Buğda bazarına qoymaq - biri özünü çox böyük adam
bilir, malını əğlısığmaz qiymətə satmaq istədikdə işlənir.
Buğda bazarında özünü görmək - özünü çox dəyərli
adam saymaq.
Qan tuturdu bazara, yük gətirəndə gözüvü,
Elə bil buğda bazarında görürdün özünü (168, s.:555).
Buğda çörəyinin buynuzu olar -adam xoş saatının
qədrini bilməz. Birinə yaxşılıq edib çörək versən, sənə təpik
atar.
Ağır vəziyyətdə olan adam xoş gün görəndə qudurar.
Buğda çörəyi qarın deşən olur (129, c.I, s.29).
Xoş günlərin qədrini bilm əyən çətinliklərə düşər (201,
s.63).
Buğda yeyib cənnətdən çıxmaq - heç bir qayğısı
olmamaq, heç nəyin dərdini çəkməmək.
Sən yat dedi, sənə nə var ki, buğda yeyib cənnətdən
çıxmısan (84, s. 122).
Bu xına o xınadan deyil - vəziyyət dəyişib, bu hərəkətin
əvvəlkilərə bənzəməz.
Ağacan, sənə deyirəm, öz hörmətini saxla, yoxsa bu xına o
xınalara bənzəm əz (Makulu).
Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir -
təcrübəsiz bir adam təcrübəli, ağıllı adama ağıl öyrədil-.
Bu ilki sərçə bildirki sərçəyə cib-cib öyrədir (328, s.302).
142
Ttefauz
İfakjCeyim hri
Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir (72, с.Ш,
s.100).
Bu ki, həngamədir -uzun işdir, qarışıqlıq.
Bu imamzadədən möcüzə gözləmək olmaz - xalqa
xidmət etiyini güman etdiyimiz şey belə deyildi.
Təbriz tərhini ki, Saidi ilə mən qayıdana kamilləşdirdik
və güman edirdik ki, «təhqiqati-ictinıai» imamzadəsindən hələ
də möcüzə gözləmək olar (115, .N° 2, səh. 19).
Bu qapı mənim, o qapı sənin -qapıları gəzmək.
Vəzir kişidən razılıq eləyib düşdü yola, bu qapı mənim, o
qapı sənin, axtara-axtara o biri qardaşının evini tapdı (46, s.97).
Bulaq gərək sərçeşm ədən bulaq olsun -el arasında
deyilir ki, varlı olmaq üçün əldə gərək sərvət olsun. Bir adam
bu giinkü təlim-tərbiyəni inkar edib hər şeyi nəslə nəcabətə
bağlayır.
Bulud kimi dolmaq - doluxsunmaq, kövrəlmək.
Saralmışam, solmuşam, yarım,
Bulud kimi dolmuşam, yarım,
Ağlamayım, neyləyim, yarım,
Mən səndən ayrılmışam, yarım.
Bu meydan, bu da şeytan - yəni cəsarətini, qabiliyyətini
göstərə bilərsən.
Biz Tehranda hay-küy salan ağ,alara deyirik: əgər doğrudan
Azərbaycana ürəyiniz yanırsa, buyurun bu quy bu meydan
(S.P.Pişə vəri).
Bundan Fatıya tuman çıxmaz - keçmişdə Azərbaycan
qadınları 40 taxta tuman geyərdilər ki, buna çoxlu parça sərf
olunardı. Əldə olan pulun, vəsaitin nəzərdə tutulan işi görməyə
çatmayacağına işarədir.
Dostları ilə paylaş: |