Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


Bunun  m ənə  yemən-  tiiməni  nədir?  Bunun  mənə



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

Bunun  m ənə  yemən-  tiiməni  nədir?  Bunun  mənə 
punza  siyyəsi  nədir?  -bunun  rrən ə  nə  xeyri  var.  M ənə  xeyri- 
zərəri nədir? Mən bu sözü sənin  seyrinə görə deyirəm.
Bunu sırğa elə,  qulağından  as -- unutma.
Onda sırğa elə,  as  qulağından,  dediklərimi (142,  s.59).
143

‘Behruz  Pbqtfi
ш я т т ^ш ^т т
Bu ra  quş  gəlsə,  qanad  salar,  qatıır gəlsə,  dırnaq  salar -
çox uca zirvə,  təhlükəli yer.
Bura  quş  gəlsə,  qanad  salar,  qatır  gəlsə  dırnaq  salar.  Sən 
nə cürət ə  gəlib bu məkana çıxıbsan? (46.  s.237).
Buırcutmaq  -  mətləbin  üstündən  keçmək,  sözünün 
altından çıxmaq.
Buırda  ala  qarğa  bala çıxartmaz -  çox bərəkətsiz  yer.
Buırda  m ənəm ,  Bağdadda  kor  xəlifə  -   burada  məndən 
zorlusu  yoxdur,  mən  nə  istəsəm,  onu  da  edə  bilərəm.  Özünü 
olduğundan çox böyük, güclü bilmək, xalqa zülm etmək.
Bir cinaha rəy salmaqdı  vəzifə,
Burda mənəm, Bağdadda kor xəlifə (75, s.83).
Xəlifə  M əhəm m ədin  vəkili  bütün  müsəlmanların  başçısı 
hesab  olunurdu.  Bunlar  sonralar  işğalçı  müharibələr nəticəsində 
həm  dünyəvi,  həm  də  diııi  hakimiyyətə  malik  olmuşdular. 
Babək  bu  işğalçılara  qarşı  yüksələn  üsyanların  ordəmli  başçısı 
olmuşdur.
Buırnu  ağzını şiirin  etmək -  rüşvət vermək.
Burnu  havalanmaq  -  qudurmaq,  özünü  yekəxana 
aparmaq.
Toşrifat ağırlaşdı,  burunlar havalandı.
İndi  hamının zahiri  saz, vəzi yamandır (168,  s.928).
Burnu  ilə  pox  eşmək  -  çox  əzab-  əziyyətlə  dolanmaq, 
ağır işdə çalışmaq.
Bum u  ilə  yer  eşir  -  donuz  ac  olan  zaman  yeri  bumu  ilə 
eşir,  ot-ələfın  kökünü  çıxardıb  yeyir.  Hirslənmək,  qəzəbli  olmaq 
mənasındadır.
Bum una  barıt  iyi  dəyməyib  -  çətinlik,  müharibə,  döyüş 
görməyib.
Bum una  duzlu  su  qoymaq  -qanını  qaraltmaq,  həyatına 
zəhər qatmaq.
Bum undan  gəlmək  -  yaxşı  günlərin,  xoşbəxt  anların 
tərsinə əzaba, əziyyətə çevrilməsi.
Ay mənim, gün də mənim,
Boynumda kündə mənim,
144
Bumumdan yaman gəldi 
Gördüyüm gün də  m ənim
Təliqeyi-mübarəkə  ziyarət  olundu,  xeyli  şad  oldum. 
Çəkdiyiz keflər bumuzdan gəlsin (300).
Burnundan tüstü  çıxmaq -  bərk qəzəblənmək.
Əsəd  şah  Reyhan  xanımın  adını  eşidəndə  burnunun 
deşiklərindən tüstü çıxdı  (46,  s. 16?).
Burnun 
havalanması 

hirslənmək, 
qudurmaq, 
yekəxanalıq etmək.
Təşrifat ağırlaşdı,  burunlar havalandı  (168,  s.23)..
Bum unu hər yerə soxmaq  -  hor bilmədiyin işə  qarışma. 
Bum unu  ovmaq  -  sıxışdırmaq,  dərs  vermək,  yerində 
oturtmaq,  diz çökdürmək.
Düşmənlərin  axır burnun ovarıq  (214,  s. 100).
Zülm eləyən şahları  biz  qovmuşuq,
Burnunu  şahzadələrin ovmuşuq (193,  s.98).
Burnun  tutsan, canı çıxar -  çox anq,  zəif, gücsüz. 
Bum unun  ucu  göynəmək  -həddindən  artıq  darıxmaq, 
həsrət çəkmək.
Bu  çadırın  sirli  sərinliyi  üçün  burnunun  ucu  göynəyirdi 
(288, s. 143).
Mənimsə burnumun ucu göynəyir,
Təbrizli  qardaşım  Şəhriyar üçün (M.Rahim).
Bum unu sallamaq -  incimək, küsmək.
Bumu  şişib - küsüb,  inciyib.
Burnu  yellənmək -  dəli olmaq, qudurmaq,  qəzəblənmək. 
Lənət  ol  badi  xəzana  kı  Nizami  bağının  bir  yava 
gülbəsərin
Qoymadı  ta güllənsin.
İddiası  boşalan tebl-töhi porbadtn
Neyləmək,  zurnaçının  burnu da qoy yellənsin  (  Şəhriyar).
Səmədxanın yelli  burnun ovdular.
Quduz qurdu bu ölkədən qovdular (326).
B um u yelli -  qudurğan,  təcrübəsiz, göynən gedən.
145

B um unu  yerə  sürtmək  -  diz  çökdürmək,  qürurunu 
sındırmaq.
Buro-buro deyən dövrü -  göynən gedən dövrü.
Çoxdan ayrılmışıq öz- özümüzdən.
Biirö-buro deyən günlərim vardı (328,  s.315).
Buruğu dönmək - aradan çıxmaq,  gizlənmək.
Elə  bilir  bu  da  qabaqkılardır  ki,  məni  qura,  ötürə  qabağa, 
özü  yavaşdan  buruğu  dönə.  Amma  tülkü  suvaqlı  bağa  girməz 
(“Kənd uşağı”).
Burun buruna gəlmək - üzləşmək,  mübarizə etmək.
B urun deyil, elə  bil şeypurdur - böyük ölçülü burun.
Nəsrəddin  şahın  zamanında  bir  dəllək  var  idi,  bumu  ilə 
elə  şeypur səsini təqlid edərdi ki,  insanları  heyrətə  salardı  (169, 
səh.  32).
Burun  qulaq  başın  sədəqəsidir  -  müəyyən  dövrlərin 
hakim  təfəkkürünə  görə,  qulaq  burun  kəsmək  adi  bir  vəziyyət 
idi.  Böyük  şeyləri  qruyub  saxlamaq  üçün  kiçik  şeylərdən 
keçmək olar.
Burnun  ucu  göynəmək  -  həddindən  artıq  darıxmaq, 
həsrət çəkmək.
Burun  poxu,  göz yaşı  ilə  iş  görmək -  çox  ağır vəziyyətdə 
uşaq böyütmək,  bir işi  başa çatdırmaq.
Burun  tovu  vermək  «  qaramal  qaçmasın,  əldən  çıxmasın 
deyə  onun  bumuna buruntov keçirdirlər.  Birini  hədsiz  dərəcədə 
incitmək mənasındadır.
Bu  sözə  bir  bağ  souzu/  k əv ər  verm əzlər  -  dəyərsiz 
sözdü, mənasızdı,  yersizdi.
Bu sözləri kilim  altma qoy -danışma,  bildiyin  sirri  açma.
Butulkanın  dibinə  girmək  -  həddən  artıq  sərxoşluq 
eləmək.
Bu  tüstü  bir  bizim  bacamızdan  çıxmır,  hamının 
bacasından  çıxır -  bu  iş hamının başına gələr.
Bu tüstü bir bizim bacamızdan  çıxmır,  hamının  bacasından 
çıxır (129,  c.I,  s.439).
146
Buynuzsuz qoçun  qisasını  buynuzlu  qoçda  qoymazlar -
yazığa zülm edən axırda cəzasını  alar.
Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar (129, 
c.I, s. 114).
Buyruq qulu -  tapşırılan işi yerinə yetirən adam 
Mən  buyruq  quluyam,  mənə  buyurublar  sür  dərəyə,  sür 
dərəyə (195,  c.II,  s.123)!’
Buyurursuz  bitməz  işə,  adımı  qoyursuz  yarıtmaz  -   elə
bir  işə  göndərirsən  ki,  düzələn  deyil,  amma  məni  günahkar 
bilirsən.
Buyurursuz  bitməz  işə,  adımı  qoyursuz  yarıtmaz  (335, 
s. 124).
Buz baltası -sağlam,  qorxmaz,  şərafətlə çörək qazman. 
Rübabə  bacı,  Həmid,  maşallah,  b'  ,  oaltası  kimidir,  ona nə 
olacaq? (1,  s.122).
Buz  balta  kimi  comərd  igidlər  divarlar  dibində  oortağal 
satır (284,  s.303).
Buz kimi donmaq - m əəttəl qalmaq.
Gözlərin  göyçək  görüb dondum yerində  buz  kimi  (  Sabiri,
s.64).
Farsı  dilin tuti tək deyib güləndə
Bu  dağdan bu  dağa  qonursan gülüm
Bəs neçin Öz ana dilin gələndə
Dilin topuq  vurur,  donursan gülüm (H.Torları).
Buzlu  su  içməyə  getmək  -  dustağa  düşmək  (Dərogəz 
deyimləriildəndir).
Buzlu su vermək -əsəbi  adamı  sakitləşdirmək.
Pozularsa dilimiz mənliyimiz də  itəcək,
Acığın  gəldi  sözümdən? Gətirim, buzlu  su  iç!  (200,  s.73). 
Buzovunu  qoyaram  qabağına,  səsi  çıxmaz  -  bir  insanın 
eybini üzünə demək,  pis işlərin üstünü açmaq.
Buz 
sındı 

pis 
vəziyyətin 
nisbətən 
düzəhnəsi, 
münasibətlərin istiləşməsi.
Buz  üstünün  daşı  etınək - hörmətsiz,  etibarsız etmək.
Buz üstünün öküzü -  sakit və  aram adam
147

'Turkdexfinthri
Beftruz
wim SäLm
Bülbül  kimi  oxumaq  -  gözəl  səsli  olmaq,  düşmənə 
yaltaqlıq etmək.
Göyə  bulud  gələn  kimi,  düşmənə  quyruq  bulayıb,  bülbül 
kimi oxuyub, hər zadı düşmənə dedi.
148
TürkdeyirnCm
- C
Calanmış yağı  məscidə nəzir deyir -  faydasız söz danışır, 
olmayan bir şeydən danışır, xəsisdir.
Camaatın  gözünə  kül  səpm ək  
yəni  xalqın  heç  bir 
istək- arzusuna əməl etməmək.
Can almaq -  çox əziyyət vermək, vurulmaq.
Ala gözlər girib qəsdə,
İstər canım ala, Maral!  (32,  с.  II,  s.8).
Can  atmaq  -  bir  istək  və  arzudan  ötrü  nəhayət  dərəcədə 
çalışmaq.
Canavar kimi oxumaq - güclü, gözəl səslə oxumaq.
Can bostanda bitməz -  insan  sağlamlığını əldən  verəndən 
sonra  onu  ələ  gətirmək  çətindir.  İnsan  ikinci  dəfə  doğula 
bilməz.
Can  can  bağlı  olmaq  -  hər  bir  insanın  ağrısının, 
problemlərinin başqaları  ilə bağlı  olması.
Can  cana bağlıdır,  can da cahana bağlıdır (142,  s 222).
Can cana qatmaq  - ərlə arvadın  cinsi  əlaqəsi.
Yatcaq balalar arvada ər qaş -göz atardı,
Can- can deyibən  biı-birə,  can-caııə qatardı.
Can  azlığından  ummaq  -  ən  nəhayət  qəddarlıq, 
rəhmsizlik,  amansız gözün yuman  ayrılıq.
Can  azlığından  uman ayrılıq!  ( Şəhriyar).
Can çürütmək -  zəhm ət çəkmək, ömrün  qoynıaq.
Yazıq  onun üstündə 20 il can çürüdüb (72, c.III,  s.78).
Mən  sənin qapında can çürütdüm (174,  s.6-7).
Candordi -  könülsüz.
Candərdi  gəlir  mollanın  yanına,  cibindən  bir  manat 
çıxardıb deyir (103,  s.27)
Can  dərmanı  -  bir  ölkənin,  bir  evin  zəngin  olmasına 
işarədir.
Əzizinəm  Qarabağdan,
Ağ bağdan,  qara bağdan,
149

imfori
Can dermam istəsən,
Taparsan Qarabağdan (38,  s.32).
Canı  boğaza  yığmaq  -   bıçağın  bəndə  dayanması, 
məzlumun üsyan hala g əlm əsi.
Yığmış  boğaza canımı,  salmış  oda toylar,
Hsç  vermir  aman,  cümlə  qohumla  yada  toylar  (48,  səh.
230).
Canı daş -  cam bərk.
Ovladıq daşdı cam,
Tərlanın  daşdıcanı,
Qoy dərdin aşıq  çəksin,
Desinlər daşdı  canı  (33,  s.82).
Саш qurtarmaq  -  xilas olmaq.
Bizə  torpaq  ver,  ordu  ver,  mühafizə  qayğılarından 
canımız qurtarsın,  işimizlə  məşğul  olaq  (144,  s  162). 
Canına  asi  olmaq  -   ağrıdan,  ya  çox  zəhmətdən  canından 
bezmək,,  ölüm istəmək.
Yazıq  o  qədər  canından  asi  olub  ki,  srağagün  deyir,  lap 
istəyirəm,  o kağızları  da yandıram (72,  c.111,  s.50).
Canına  qor salmaq -   birində eşq  doğurmaq.
Mən  beşikdə  ikən telli  sazınla 
Canıma qor saldın,  ay Mirzə  dayı  (16).
Canına  od salmaq -  eşqə düşmək.
Dağlar başın qar ah,
Duman  çiskin,  qar,  alı,
Canıma bir od saldı,
Nə yanar,  nə qaralı (33,  S.92)
Canın  girişməsi  -  ümumiyyətlə,  bu  deyim  kötək  istəmək 
mənasında işlənir.
Canını  boğazına yığmaq  - əziyyət  vermək.
Yığmış  boğaza  canımı,
Salmış oda toylar (48,  s.  230).
Canını  ovcuna  qoymaq  -  bu  yolda  hər  şeydən,  canından 
belə keçməyə hazırdır.
150
‘Beftruz
Canın  üzülməsi -- həsrətdən,  sevgidən bir dəri,  bir sümük 
olmaq.
Gözlərin  süzüldü,  canım üzüldü,
Məni qoyub  yaslı-yaralı getmə (230,  s.73).
C'anı  sulu - hələ  iş, təfəkkür qüdrəti olan adam.
Deyirsən  yəni  o  qədər  qocalmışam  ki,  üç  kilo  şeyə  də 
gücüm çatmır.  Ver bura,  mənim  canım hələ  suludur (269,  s.270).
Can  yandıran 
qayğısına  qaları,  birinin  haqqında 
fədakarlıq  edən
C an yonqarı -  doğma adam.
Qardaş can yonqarıdır 
Oğul göz qarasıdır (33,  s. 114).
Carçı  kirəçidən  baha  gəlir  -  astarı  üzündən  baha  başa 
gəlir, əlavə  iş əsas  işdən baha başa gəlir
Cavan  gözü  duman  olar  -  cavan  adam  həyatda  təcrübəsi 
olmamağa görə hər zadın zahirini görər, tez aldanar.
Cazlamaq -  bir növ oğurluq.
Dedi  bu pulları  qardaş,  kişidən cazlamışam.
Satmışam  yağ,  düyü,  qənd,
Çay ərimin  yox xəbəri  (168,  səh.7).
Ceyran  belinə  çıxmaq  /ceyran  dağma  çıxmaq  -  lazım 
olan  şeyin tapılmaması,  həddən artıq bahalaşması.
Taxıl  isə  necə  deyərlər  ceyran  belinə  çıxmış  idi 
(Ə.Vəliyev).
Cəddimin  suda  əli  yoxdur-  bu  çətin  və  qorxulu  işi  mən 
görə bilmərəm.  Bu istədiyin  iş mənim əlimdən gəlməz.
Cəfaya qatlanmaq -  əziyyət çəkmək.
Bir dəm  olur hər cəfaya qatlanır,
Birdəıu zəhərdən də acı olur könül (35,  s.517).
Cəhənnəm  qarışığı  -  islami  baxışa  görə,  ennəni  ilə 
yəhudidən  olan uşağa cəhənnəm qarışığı deyilir.
Cəhənnəm  üstündə  körpü  qurmaq  -  aqibəti  xalqın 
xeyrinə  olmayan işlərə əl vurmaq,  yaramaz bir işə  əl bulamaq. 
Biz həqqiıı yüzünə  sillə vurmuşduq,
Vicdanın əmrinə qarşı durmuşduq
151

rMrl(dmmbri
C əhənnəm  üstündə körpü qurmuşduq,
Namər körpüsünü sel aldı getdi (165,  s. 174).
Cəhrə  daşı  -   ağır,  vüqarlı,  dözümlü  adamı  cəhrə  daşma 
oxşadarlar.  Dözüm və  səbr əlamətidir.
Cələ  qurmaq - birinə  qeırşı hiylə  toru qurmaq.
Üç nəfər mərd,  sahibi-iman 
Üçü bir yerdə etdilər peyman.
İstəyib  salsın  özgəsin cələyə,
Düşdülər özləri həmin tələyə  ( Ə.Qəmküsar).
Cəncələ salmaq -   xataya salmaq.
Axır  bilirəm  Siz  məni  bir  cəncələ  salacaqsınız  (72,  c.III,
s.37).
Cəngəldə ot tez bitər -  baxımsız yerdə  faydasız ot bitər. 
Cəngəldə ot tez bitər (3:15,  s.309).
Cəngi məğlubə  - şahın  özünün də  iştirak etdiyi  mühüm bir 
dava, qarma-qarışıq yer.
Vəqti  ki  cəngi  məğlubə  olur.  Qızılbaş  ordusundan  bir  azı 
Şah  İsmayılın  sərkərdəliyi  ilə  özlərindən  igidlik  və  şücaət nişan 
verirlər ( ‘Tarixi Boydili”,  s.483).
Cərcənək  olmaq  -  bir  ağır  yükün  altında  əzihııək,  pis 
vəziyyətə qalmaq.
Omba  sümüklərini  birləşdirən  buğum,  çünki  tələsərsən, 
cərcənək olarsan (156.
Cəzə-fəzə - ah- nalə etmək.
Oğul,  cəzə-fəzə  eləməkdən  bir şey  çıxmaz,  keçənə güzəşt 
deyərlər (174, s.14)
Cıbddız - balaca boy, çoxbilən,  şuluq.
Cıdır  atı  -  bir  zaman  Qarabağın  cıdır  atı  dünyanın  ən 
gözəl və yeyin  qaçışlı atlarından sayılırdı.
Hadisələr  bir-birini  cıdır  atı  qaçışı  ilə  qovurdu  (62,  səh.
792).
Cırığından  cin  hürkür 
■ çox kasıbdı,  yoxsuldu.
Pişəvərini  mən  otuz  ildir  tanıram,  ayağı  yalm  bir  fələni 
cındırından  cin  hürkən  bir  kəndlini  inan  ki,  atasından  da  çox 
istəyir (302,  s.33).
152
Nəvəmin əynində  bir paltarı  var ki,  cındırından  cin  hürkür 
(46,  s.235).
Cırığım  çıxıb  
■  həddən  artıq  yorulmuşam,  taqətdən 
düşmüşəm
Cırrıt deyib  aradan  çıxmaq -  aradan  çıxmaq.
Yoxsa  sənin  başıva  bir  oyun  gətirərlər  ki,  iki  gündə  özün 
cırrıt eləyib qaçarsan (72,  c.III,  s. 12).
Cırtdan  -  ən  kiçik,  Azərbaycan  nağıllarında  hamıdan 
sonra yatan uşaq.
Cırtqoz -  tez hirslənən, tez özündən çıxan.
Bax,  atandan  soruşdum,  məni  başa saldı,  amma  son  cırtqoz 
kimi  atılırsan  ortalığa (84,  s.l 13).
İzn ver cırtqoz uşaqlar kimi,  damdan-  bacadan,
Boylanıb gizlicə  oğrunca tamaşaya gəlim (291,  s. 12).
Cızdaq çıxardan, söz  -  yandırıb-yaxan söz.
Cızığından  çıxmaq  -  qudurmaq, 
qanuna,  zamanın 
normalarına,  ənənəyə qarşı  çıxmaq.
Öz cızığından atlayıb çıxdı  kənara kargər,
Diııcəli  çorladıb  moııi soxsa məzara kargər (69,  s. [ 13)
Cızma-qara -  mənasız,  dəyərsiz yazı-pozu.
Bu  cürə  cızma-qaralar 
içərisində 
Feliks 
Ağayamn 
yazdıqlarını  qeyd  etmək  lazımdır. 
Bu  xatirələr  ıııəşrutə 
hərəkatından  senator  olmaq  və  sərvət  toplamaq  məqsədi  güdən 
bır  pul  hərisinin  əli  ilə  yazılmış  və  1910-cu  ildə  Tehranda 
Səttarxana qarşı  atışmalarda iştirak edən  daşnakların  məlumatına 
əsaslanmışdır (3,  s. 14)
Cibə  daş salmaq  -  keçmişdə  qızlar  ər evinə  köçən  zaman 
ata-anası  cibinə  bir  qara  daş  salardılar.  Yəni,  bu  daş  dinsə,  sən 
dinmə.  Qaynananın,  qaynatanın  sözünün qabağına söz demə.
Cibə  qoymaq  -  təhqir,  başqasını  gücsüz  bilmək,  əlsiz- 
ayaqsız bilmək
İngilislərin  əlində  oynaq  olan  Rza  Mirpənc  və  oğlu 
M əhəmmədrza  Azərbaycam  talan  edib  yüz  mindən  artıq 
vətənpərvər  türkü xəzəl  kimi  qırıb  tökdülər  yerə,  ta hamı  bilsin 
ki, xainlər cibə qoymalı  deyillər.
153

Cibim  dolu,  qarnım  ac  ••  ömür  boyu  zəhm ət  nəticəsində 
ələ gələn pul mənim xoşbəxtliyimi təmin edə bilmir.
Göz baxdıqca hey maşındır,  hey qaraj,
Amma dibdə cibim dolu,  qarnım ac.
Cibinə qoymaq - məğlub etmək.
Əgər  Gülər  bizim  hamımızı  bu  gecə  cibinə  qoymasa... 
Gülər deyil, xalis oddur od (72, c.III,  s. 13).
Cibinin  ağzını  buzov  çatısı  ilə  bağlamaq  -  çox  xəsislik 
eləmək.
Xub,  səbəb nədir ki,  mirzəyə gələndə  cibinin  ağzını  buzov 
çatısı  ilə  bağlayırsan,  bir beş-on  manat  da bizə  vermirsən?  (129, 
s.67).
Cibivin  söküyümü  tikmirəm  ki  -  səbət  götündən  gilas 
tökülmür ki...
Dediyim sözlərə niyə əhəmiyyət vermirsən?
Ciblərində yel əsmək -  yəni heç bir pulu olmamaq
Neçə  vaxtdan  bəri  könlümə  çilo-  kabab  düşmüşdü,  amma 
fələyin  evi  yıxılsın,  cibində  yel əsirdi (201,  səh.  209).
Cici-  bacı -  iki  qızın  həddən  artıq  dost olması.
Ciciban - gözəl,  əyninə  yaraşan paltar geyinən adam.
Yoxsamı  sən istəyirdin
Varıb gedib bir Ciciban  qız alasan  (284,  s. 199).
Cicimini sudan  çıxaran  -  özünü birtəhər idarə eləyən.
Cidanı  çuvalda  gizlətmək  olmaz  -böyük  bir  məsələni, 
böyük istedadı uzun müddət gizli saxlamaq olmaz.
Cidanı  çuvalda gizləmək  olmaz.  İran  hakimiyyət  orqanları 
almanın  üstünə 
göndərmək  üçün  40  təyyarə  və  dövlət 
büdcəsindən  bir  milyon  250  min  tümən  pul  ayırmışdı  (262, 
s.188).
Həmidin  məşhur  adam  olduğunu  bilən  Mazan  şaşırdı: 
«Qardaş,  bunu  bizdən  niyə  gizlədirsən?  Cidanı  çuval  altında 
gizlətmək olmaz» (1,  səh.  273).
Cidam çuvalda gizləmək olmaz (148,  s. 121).
Cidov adam - həlləm- qəlləm,  fırıldaqçı.
1.54
‘Se/inız  ffatqi
Hər  nə  isə  Hacı,  çox  cidov  adam  imişsən,  rəhmətliyin 
oğlu, pui  alıbsan,  dörd  aydı ver,  c.aha sözürı nədir?  (129, s.50).
Cikini- bikini bilmək -h ə r  şeyini bilmək.
Cikini  də  bilirəm,  bikini  də.  Gündüz nə  eləyirsən,  onu da 
bilirəm, gecə harda yatırsan,  onu da bilirəm.  (9,  s.129).
Ciiov  gəmirmək - əlindən qəzəblənmək, özünü oda- közə 
vurmaq.
Dondu kirpiklərdə  yağan  qar qırov,
Hicranın kökləri gəmirdi  cilov ( Bozalqanlı  İslam).
-Ay Həsən, nə  var yenə də cilov gəmirirsən?
-Ay  Gülməmməd  axı  adam  neyləsin,  mən  daşıyan  yükü 
eşşəyin  dalına qoysan,  beli  sınar (201,  s. 142-143).
Cilovluq  ili  deyil  -  ermən:lerin  müsəlmanlara  qarşı  qanlı 
soyqırım  1905-1920-yə  qədər  Azərbaycanın  şimal  və  cənub 
qismətlərində  davam  edib  ki  buna  cilovluq  deyilir.  Cilov 
Asorilərin  bir  qolunun  adıdır  ki,  soyqırımında  ermənilərlə 
bərabər iştirak etmişlər.
Cilovsuz at - başsız,  qorxusuz, əxlaqsız arvad.
Qız bihicab, oğul hipi,  arvad cilovsuz at
Ev gahi sinema, gahi bəzmü-qunıar olur (168,  s.915).
Cinalıbazlıq  -  dostəbazlıq,  islam  hakimiyyətindən  sonra 
yaranan  deyimlərdəndir.  Siyasi  mənada  islamın  daxilində  olan 
qruplaşmalar deməkdir.
Heydərbaba,  cinahbazlıq  mod olub,
Cinah var ki,  bir yandıran  od olub (306.  s.82).
Cin  atma minmək -  çox əsəbləşmək.
Bax,  sən allah m ənə  eşqnamə oxuyur,  dıztx  burdan çaqqal, 
mindirmə  məni cin atma (9,  s.175).
Cinbaş,  cinfikirli  -  hər  zadı  tez  başa  düşən,  hüşlü-başlı
uşaq.
Cin beyninə vurmaq 
■ bərk hirslənmək, özündən çıxmaq.
Hüsənin dili dolaşmış,  cin vurmuşdu təpəsinə  (84,  s.77).
Cin  bismillahdan  qorxan  kimi  -  çox  bərk  birindən 
qorxmaq.

'Sirl^dtybnbri
‘Befvuz^bg^
Cin  bismillahdan  Tehranın  polis  idarosi  zəhmətkeşdən 
qorxduğu, qədər qorxmur (10,  s.15).
Clrı dəyişəyi -  çox eybəcər, cansız,  cılız.
Cirıə  börk  tikmək  -   aldatmaq,  çox  bic  olmaq,  həddən 
artıq zirək,  başqalarına börk qoyan,  çox hüllükbaz adam.
Buna  bax  ki,  bu pəxməliyi  ilə  istir  mənə  papaq  tikə.  Day 
demir ki,  m ən  özüm cinə  börk  tikib  təpəsini  də  dəlik  qoyuram. 
(“Keyharı” ,  “Yol”).
Cinə papış tikir tülküsifətlər,
Viranə  axtarar bayqu seyrətlər (88,  s.50).
Cinə  dəm ir  göstərmək  -  inama  görə,  cin  dəmiri  göroıı 
kimi qorxub qaçar.  Biri bir yerə  gələndə  orada birini  görən kimi 
yox olur.
Cin fikirli - çox zirək uşaq.
Kiçik  Mirzə  (Kərəm)  5  yaşında  məktəbə  gedirdi.  Sofi 
adında cinfıkirli bir uşaq  ilə arxadaş olmuş idi  (117,  səh.  11).
Cini  quyudan  çıxaran  Fatma  -  hamıya  əziyyət  verən
adam.
Adətən qızlar,  qadınlar haqqında işlənir.
Cinin  bismillahdan  qorxması  -   cin  bismillahdan,  Tehran 
polis  idarəsinin  zəhmətkeşdən  qorxduğu  qədər  qorxmur  (10, 
səh.  15).
Cinləri  dağılmaq -  hirsi  soyumaq.
Bizə  altunırıu verərlər,  şaşqın,
Dağılıb  cinləri xaqanımızın  (75,  c.IV,  S.  88).
Cinli  cüvə  əlindən  qurtarmaz  -  çox  ayıq-sayıqdır, 
zirəkdir.
Cinsi-lətif -  qadın cinsi  nəzərdə tutulur.
Hər kuçedə bir cinsi  lətifi ki,  görürsən,
Ac qurd  kimi  ardınca düşüb  hey  sürünürsən (168,  s.196).
Ciyəri  dağlamaq -  böyük bir dərdə  salmaq.
Bahar fəsli irmaq kimi  çağlayıb.
Eşq oduna ciyərimi  dağlayıb  (32,  c.II,  s.72).
Ciyəri dağlı xalq -  əzabkeş,  ürəyi  dərdli xalq.
156
HirÇ'deyinlm
Azərbaycan xalqı  deyilən bu ciyəri  xalqın  oğluyuq biz.  Və 
belə  hesab edirik ki, Bakı  ilə Təbrizin  arasında sədd çəkmək,  ata 
ilə oğul  arasında sədd çəkm ək kimi bir şeydir (142,  səh. 11).
Ciyəri doğranmaq -  bir şeydən çox ağrı çəkmək.
Ah,  aman,  doğranıb durur ciyərim!  (75, c.IV, S.104).
Ciyəri kabab olmaq -  həsrət, dərd çəkmək.
Sən də ayrılsan,  ciyərim kabab olar (144,  s. 127-128).
Ciyəri qan olmaq -  hicrandan yanmaq.
Şəlıa.  könlüm pərişan oldu  sənsiz,
Cigərim dopdolu qan oldu sənsiz!  (144,  s.82).
Ciyərini sökmək -  dərd çəkmək.
Ah çəkibəıı ciyərimi  sökməkdən
Yaş yerinə gözlərim qan  tökməkdən (32, c.II,  s.57).
Ciyərin yanması -  susuzluq.
Eşqdən, hicrandan, əziz adamını  itirməkdən olan yanğı
Dad  eylərəm  haray naşı əlindən
Yandı  ciyər eşq  atəşi əlindən (Aşıq Pəri,  s.7).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin