Daşdan səs çıxdı, ondan səs çıxmadı - qorxudan,
utancaqlıqdan səsini çıxarmamaq, susmaq.
Daşdan yaranmaq - kimsəsi olmamaq.
Aşiqəm aşdan mən,
Sən kiprikdən, qaşdan mən,
Nə atam yox, nə anam
Yaranmışam daşdan mən (59, S.177).
Daş-daşa söykənmək - toqquşmaq, üz-üzə gəlmək.
Çaylar daş olmasa daş-daşa söykənməyib çağraq yaratma
sa, çağraq lili, palçığı udmasa, sular durulmaz (142, s.335).
Daş dığırlatmaq - birinə maneə törətmək, inkişafının,
işlərinin qabağını almaq.
Bədxahlar yoluna daş dığırladı
Daşları fırlanıb başına dəydi ( 190, s. 113).
Daş döyər - ayaqqabı haqqında orıun möhkəmliyinə işarə
kimi işlənir.
Bu dağlar, daş döyər,
Ağlar gözü yaş döyər.
Dağçı, dağa çıxanda,
Bir çarıq gey, daş döyər ( S.Çaylı).
182
Daş düşdüyü yerdə ağır olar - adam adət etdiyi yerdə,
yaxşı bildiyi işdə hörmətli olar.
Çağır, Qaracoğlan çağır,
Daş düşdüyü yerdə ağır.
Gözəl sevmək günah deyil,
Dörd kitabda yerin gördüm (179).
Daşı daş üstə yığmaq - yaratmaq, düzəltmək, nizama
salmaq.
Asandırsa başqasının evini yıxmaq,
Çox çətindir amma daşı daş üstə qoymaq ( Vazeh, s.60).
Daşı daş üstündə qalmamaq - viran olmaq, alt-üst olmaq.
H ər kəs öz iddiasını həqiqət sayarsa, onda heç bir daş daş
üstdə qalmaz (246, s.17).
İnqilab istəyirəm, müqəddəs bir inqilab,
Sovrulsun ümmanlara gövdə, bacaq, bilək-baş,
Yerə keçsin Kremlin, qalmasın daş üstə daş ( 7, s.14).
“Ölülər” komediyasında m üəllif yalnız mövhumat və
cəhaləti deyil, köhnə cəmiyyətin sarsılmaqda olan ictimai
əsaslarını, çürük əxlaq normalarını baltalayır. Bir sözlə, daşı daş
üstə qoymayır ( A.Zamanov).
Daşı dilə gətirmək - çox qəmli mahnı, çalğı səsi,
ağlamaq.
Ayrı nəşəsi var bəzəıı qəmi var,
Musiqi daşları gətirir dilə (337, c.I,s.32).
Daşı ətəyindən tökmək - bu yoldan, bu işdən əl götür.
Sən bu daşı ətəyindən tök, qız ağacı, qoz ağacı,
Çaldılar, çapdılar daha geri qaytarmaq olmaz (11, s.63).
O necə deyərlər, day həvəsdi bəsdi. Gəl bu daşı ətəyindən
tök (148, s. 183).
Daşımı başına tökmək - arxasınca danışmaq.
Daşını atmaq - ürəkdən silmək.
Atdı camaat daşım, Mirhaşim,
Durma götür, qaç başını, Mirhaşim! (267, s. 161).
Daşını qoymaq - təməlini qoymaq, bir ictimai hərəkatın
öncülü olmaq
183
Turf^jafim bri
Onlar (m əşrutə inqilabı iştirakçıları)
bizim bu günkü
demokratik hərəkatımızın və bu gün tikmək istədiyimiz böyük
azadlıq binasının bünövrə daşmı qoymuşlar.
Daşını tullamaq, daşını atmaq - buraxmaq, əl çəkmək,
yadından çıxartmaq.
M olla əmi, az ye avam aşını,
Tulla fırıldaqçılığın daşını ( Şəhrək).
Atdı camaat daşını, M ir Haşım,
Durma götür qaç başını, Mirhaşım.
Yardımı Səttar başını, Mir Haşım? ( Sabir).
Daş qapıdan baş qapıyadak - hər yer, hamı.
Tökülüb daş qapıdan baş qapıya əcrü -savab,
Yığan istir görə hinqami-qənimətdir, oğul! (168, s.320).
Daş qazan - gec qızıb gec soyuyan. Siyasi mənada uzun
bir prosesdə mübarizədən yorulmayıb devrimə əl vurmaq, öldü
var döndü yoxdu demək.
Azərbaycan bir daş qazana bənzər ki, gec qızar, gec də
soyuyar (Səttarxan).
Daş qızlar bağrına - qəm-qüssəli.
Atalar yaxşı deyib: daş qızlar bağrına
H ər gecə yalqız yatar (77, s.8).
Daşlı yol - çətin yol, ölümə gedən yol.
Ey könül, sidq ilə hər kim şah ilən yoldaş ola
Yüz gərək döndərməyə, hər necə kim yol daş ola (150,
s.34).
Daş səbirli - səbri çox, dözümlü.
Dindirərik susar min-min diliylə
Dünyanın daş səbri kimi səbir yox (260, s.140).
Daş...ıııda qovut gətirmək - elə bil xarüqüladə bir iş
görüb.
Daş..ı şişmək - kişilər haqqında işlənir. İncimək, yaxud,
haqsız olaraq birindən küsmək.
Daş ürək - mərhəmətsiz;.
M ənim daş ürəyim, yoxdur bir soran,
Analıq hissinə bəs necə qıydın? (328, s.298).
184
Daş üstə daş qoymaq - bir iş görmək.
Yaşının otuzu qalıb arxada,
Hələ bir daş üstə daş qoymamısan. (285).
Daş vursan toz çıxar - nə var sənin evində - sənin
evində nə var? Heç nə yoxdu.
Daş vursan toz çıxar, nə var sənin evində? (21, s.624).
Davaçı əl çəkib, araçı əl çəkinir - ara qızışdıran adamlar
haqqında işlənir
Dayısının yanırıda işləyir -şahlıq zamanında ölkəni
işsizlik folakəti viranə qoyduğu zaman bu deyim yaranmışdır.
Harda işləyirsən? -Dayımın yanında!
-Dayın nə iş görür?
-Xiyabanları ölçür, yəni işsizdi.
Dedi götün ağırdır, dedi bu daş, bu da tərən - biri-
birinə eyb çıxardanda deyər ki, sübut elə.
Dedi-qodu - başqalarının dalınca danışmaq.
Bura sakitlikdir, mən də uşaqlar da, dedi-qodu, qanqaralıq
nə olduğunu bilmirik (197, s.150).
Dev - seçilmiş adam, nəhəng şəxsiyyət. İslam hakimiyyəti
dövründə başqa dini inancı olanlara da dev deyilirdi.
Dedim ulu Nazim, mavi gözlü dev.
Devin canı şüşədədir - hər bir qüdrətli adamın bir zəif
yeri var.
Ey cavan, o taxçada bir şüşə var, bu divin canı o şüşədədir
(148, s.58).
Dev qulağına qurğuşun -göz dəyməsin.
Əmin bir müddət idi axşam olan kimi yatırdı və deyirdi
çırağı söndürmə, m ən də işıqda yata bilmirdim, dev qulağına
qurğuşun. İndi o işi görmür (Əğdəs Haqverdi).
Deyən altına siçan uşaqdır - səsi çıxmır, günah iş görmüş
kimi sakit dayanıb.
Deyən baş xəbəri gətirib - M əşhəd türkləri arasında bu
deyim öz sözünün üstündə durmaq, düzlüyündə israr etmək
mənasındadır.
Deyən toyu küllükdə çalınıb - çox tələsir.
185
D eyəsən sən ə qarğa beyni yedirdiblər? - ağlın çatmır?
D eyəsən sənə qarğa beyni yedirdiblər? (129, с. I, s.406).
Deyərsən quş lələyi iistürıdə yeriyir - çox yavaş,
ehtiyatla yerimək.
Deyərsən quş lələyi üstündə yeriyir (84, sl29).
Deyikli - kiçik yaşından evlənməsi nəzərdə tutulan
uşaqlar.
Oğul, qəm yemə, o sənin deyiklindir, günü sabah əminin
yanma gedərəm, icazə alaram, toyunu edərik (46, s.96).
Deyilən söz gələr başa -elin sözü axır-əvvəl düz olur
(Ə.Saraçlı).
Deyirəm xala, deyir ana -özünü tez itirən adama deyirlər.
D ədələrinin qanı qiyməti- həddindən
artıq baha.
Keçmişdə, elə bu gün də İranda bir adam kiminsə qohumunu
öldürəndə böyük məbləğdə pul-qan pulu verməklə barışır və
cinayət məsuliyyətindən azad olur. Buna görə qan qiyməti çox
baha deməkdir.
Ya da bir at filan qədərə kirayə eyləyib pul verəcəksən.
Dədələrinin qanı qiyməti (203).
D ədənin borcuna vermək - birini təhlükəli vəziyyətdə
qoyub qaçmaq, bir yola, bir ideologiyaya imanı olmadan
başqalarının dabanım çəkib ölümə vermək.
D ədəm m ənə kor deyib, gələn gedəni vur deyib - kor
burada, ümumiyyətlə türk mifolojisində pəhləvan, yaxud yer
Allahı mənasındadır. Heç kəsdən qorxmayan, heç kəslə
hesablaşmayan, camaata əziyyət verən. Mənfi çaları da var.
Dədəsini dalına sarımaq/ Dədəsini dalına şəlləm ək -
atasını yandıraram.
Lap dədəsini dalma şəlləyərəm onun (9, s. 191
D ədəsinin köhnə borcuna vermək - birini təhlükəli işə
sövq etmək, xətərli iş dalısınca göndərmək.
Bir dənə Hitler çıxar ki, 20 milyon adamı verər dədəsinin
köhnə borcuna.
D ədə yağı bəlləsi
ən bö yük bəllə, (çörəyə pendir, yağ
sürtərlər ki, ona bəllə deyərlər.)
tüyimfari
Vəl sürənə ver dədə yağ bəlləsin,
Doxtur Abbas mərizlərin əlləsin (“Anamız Qaradağ”, s. 15).
Dəfi dönmək - taleyi dönmək.
Dağlar alır, nərə salır, nahəq kəsir dilləri
Dəfi dönən, çərxi çönən çağı gözlə gözlə sən (32, c.II,
s.29).
Dəftəri qara gündə yazılmaq - talesiz.
Tənhayi qara gündə,
Oxuram qara gündə,
M ənim əvvəl dəftərim,
Yazılmış qara gündə (59, S.69).
Dəxil düşmək - bir müqəddəs sayılan yerə, yaxud bir
adama sığınmaq, pənah aparmaq.
Bir kötükdür nə bərgi var, nə qolu,
Səddü-məbər edib kəsibdir yolu.
Dedilər bu çinarı sanma zəlil,
Bu imamzadəyə düşübdür dəxil (168, s.355).
Dələduz - fırıldaqçı, oğru, əli əyri, hər şeyə göz dikən.
Allah və din adından hökm verən bu müqəddəs dələduzlar
zəhmətkeş insanları cənnət vədəsi, cəhənnəm qorxusu ilə
aldadaraq onları düşünmək, dərk etmək iqtudarından məhrum
edib diri ölülərə çevirmişlər ( A.Zamanov).
Dəli damarı tutmaq
inadkarlıq etmək, bir qələt sözün
üstündə durmaq.
Dəli-dəlini görəndə çomağını gizlədər - iki eyni
xasiyyətli adam yola gedər.
Dəli dolu- əli açıq, xeyirxah, gücsüzləri müdafiə edən,
hirsi soyuyandan sonra yenə xeyirxahlıq edən
Dəli inək balasını ayaqlayan kimi - çox qəzəblə,
şüursuzcasına.
Molla gördü bu hır-zır qanmır, bir az da oyan-buyan
danışsa, dəli inək balasını ayaqlayan kimi onu ayaqlayacaq (35,
s.240).
Dəlikli daş - Araz qırağında Çayhərzən, Miyab, Böbre və
Vərzığanın Əmr abad kəndində olan dəlikli daşlardan ad
187
TüT^deyimhri
‘B e h ru ^ b ^
aparmaq olar. Köçəri ellərimizdə və tibb xidmətindən məhrum
kəndlərimizdə göy öskürək, boğaz ağrısı, ürək bulanması olan
uşaqları,
sonsuz
qadınları
dəlikli
daşlara
aparıb
şəfa
istəyərmişlər.
Dəlikli daş qədimdə günahkar və ya məzlum adamların
pənah gahı sayılırdı. Aşıq Cünun öz yerlərinə getmək üçiin
Koroğludan 40 gün icazə istəyir. Koroğlu qəbul edir. Amma 40
gün qurtarır, Aşıq Cünun qayıtmır, Koroğlu : Aşıq Cünun
hayandasa, tapın gətirin, o dəlikli daşa da girsə., Çənlibelə
gətirilməlidir-deyir ( 87, s.6-9).
Dəlikli muncuq yerdə qalmaz - ləyaqətli, ərdəmli,
bacarıqlı adam sahibsiz qalmaz.
Dəlinin nə toyu olsun, nə yası - nə əyləncədə, nə də
çətin gündə özünü aparmağı bilmir.
Dəlini oynadarlar: yamanından ötəri - birini təhqir edib
əziyyət versələr söyüşünə də gərək tablaşasan.
Dəliyə hel ver, əlinə bel ver ■
■
düşünməz adama həqsiz
dayaq dursan, dünyanı xaraba qoyar.
Deli şeytan deyir - qəflətən bir fikrin ağıla gəlməsi.
Bii' gecə də dəli şeytan,
Yurdumuza matəm qatdı ( 353).
Dəli yadına daş salmaq - təsadüfən ağılsız bir adamın
əlinə bəhanə vermək.
Dəm ir ələ yapışır - nəhayət soyuq, şaxta.
Dəm ir əsa qılçan ola, dəmir çarıq nalcan ola - nəzərə
gə İmə yen zaman keçə.
Dəmirin gedib, ya kömürün -bir zadı həddindən artıq
baha satanda belə deyirlər.
Demir ləbləbi- türklərin bir hissəsi qovrulmuş noxuda
ləbləbi deyirlər.
D əmir ləbləbi bəmin noxudların içində olan diş sındıran
noxudlara deyilir. Dərdə dəyməyən adam
Dəm vurmaq - yekə-yekə danışmaq, boy demək.
Sən bizə azadəlikdən dəm vurub dil tökmə heç.
188
Çünki biz cəmıət cəhənnəm qorxusundan uzağıq (43,
s.26).
Dəni dənlərdən, suyu göllərdən - başqalarının hesabına
hər şeyi havayı gələn.
Özü heç bii’ əziyyət çəkmədən dolanmaq.
Dənizə düşən ilana dolaşar - zor durumda qalan adam
nicat tapmaq üçün hər şeyə əl atar.
D əngəsər - bezdirmək, boğaza yığmaq.
Mən demədimmi səno etmə bizi dəngəsər
Cəmləşib xalq haını başını birdən əzər?(72, с.III, s.224).
Dənləm ək -öldürmək; güllələmək, tutub dustaq etmək.
Azərbaycanın ağır yuxudan diksinib ayılan aycınlarmın
fədakarlığı ilə indi bir neçə türk dilində ruznamə, yaxud kitab
çıxmağına
baxmayaraq,
hakimiyyətin
başında yer salan
panfarsistlər fürsət axtarırlar ki, bu türk aydınlarını dənləsiıılər.
Dərd alıb qəm satmaq - günü ah-vayla keçmək.
Ah vaymar» günüm keçib dünyada,
Dərd alıb qəm satıb n əf eyləmişəm (32, c.II, s.9).
Dərdə düşmək - gecə-gündüz tikiı çəkmək, əlacsız bir
vəziyyətə düşmək; xəstələnmək.
Su gəlir bəndər-bəndər,
Dağlardan qarı əııdər.
Dərmansız dərdə düşdüm,
Al dərmanı, tez göndər (59, s.180).
Qateq daşar, Kür daşar,
Çıxıb körpüdən aşar,
Bən dərdimi danışsam,
Dağlar, daşlar ağlaşar (59, S. 181).
Dərd əymək - pis günə qoymaq.
Dərd əydi,
Dərman əydi, dərd əydi
Dərmana gedən təbib,
Gəl, xəstəmi dərd əydi (59, S.67).
Dərdə salmaq - eşqə düşmək, xəstəliyə düşmək.
Yaralı yaram nədir,
189
H ir^ /eyim bri
Q əm ilə aram nədir,
Bu dərdə sən salıbsan,
Ç əkm əsəm çarəm nədir? (59, S..65).
Dərdi dərdə qatmaq - dərdli adamın dərdini bir adama
danışması, ürəyini boşaltması.
Yaralıyam yatmaram,
H ərfə qələt qatmaram.
M ənim dərdim özgədir,
Heç dərdlərə qatmaram (59, s. 137).
Dərdinə dərd qatmaq - dərdini artırmaq.
K ərəm deyər: qəmə batam,
Bir dərdim ə yüz dərd qatam (35, s.558).
Dərdim dəftərə yazmaq - dərdim çoxdur.
Yazıram yadigar qala dünyada,
Dərdimi d əftərə yaz indən belə.
Əldə qələm yazan oğlan,
O dəftərə məni də yaz!
D ərədən təpədən danışmaq - hər yerdən danışmaq
Qış mövsümü axşam çağı idi, ilk dəfə Oxtay Əlirza Nabdil
ilə tanış oldum. O məndən lirik şerlər kitabımı istədi. Üç gün
sonra gün batana yaxın bizə gəldi, oturub çay içdik, dərədən,
təpədən danışdıq (353)..
D ərə xəlvət tülkü bəy / dərə xəlvət tülkü şah- siyasi
mənada da işlənir. Bacarıqlı, ləyaqətli adamları aradan çıxarıb
onların yerində ləyaqətsiz, bacarıqsız adamların ağalıq etməsi.
M əsəl vardır ki, dərə xəlvət oldu, tülkü şah olar. Seyid
Ziyaəddin də vəziyyətin xarablığını və böhranın davam
tapmasını görüb məmləkəti xəlvət nəzərə gətirib səltənət
fikrinə düşüb ( S.C.Pişəvəri, “Həqiqət” qəzeti, 1922, №96).
Dərgah qapısı açıq olanda köpəyin yuxusu gələr -
kasıbın bəxti olmaz.
D ərgah qapısı açıq olanda köpəyin yuxusu gələr (335,
s.186).
Dəridən-boğazdan çıxmaq ■■ əlindən gələn hər şeyi
etmək; öz mənafeyi üçün hər bir əskikliyə dözmək.
190
‘Behruz ybqtfi
Qurbanəli bəy nahaq yerə yaltaqlıq etmir, öz şəxsi
mənafeyi üçün dərisindən çıxır.
Dəridən, qabıqdan çıxmaq - əlindən gələn hər şeyi
eləmək.
Milli azadlığın düşməni olan boşboğaz paniranistlər
dəridən-qabıqdan çıxırlar ki, türklərin soy-kökünü bir gün
monqollara, bir gün də guya farsın bir ləhcəsi olan azəri dilinə
bağlasınlar.
Dəridir, dürüdür, ərimdir - hər nə nöqsanı da olsa,
mənim ömür-gün yoldaşımdır.
Dəridir, dürüdür ərimdir,
Əyridir, üyrüdür, ərimdir.
Dərin adam - düşüncəli, dözümlü.
Sən məndən ürəklisən,
Sən məndən bir az dəriıı.
Dərin çay səssiz axar -savadlı, dərin düşüncəli adam
qışqır-bağır salmaz
D ərisi/ gönü qalın- anlamaz.
Biz ağ yalanlara çox uymuşuq, çox,
Deməyin dərisi qalına vay-vay (328, s.366).
Dərisi üstündə yanmaq - bir dəri, bir sümük olmaq.
D əriyə saman təpmək - keçmişdə cəza növü olub. İndi
də hədə ilə ağır hədə-qorxu mənasında işlənir.
Sən öləsən, dərinə saman təpərəm (148, s. 116).
Prokopyiisun əsərlərində qeyd olunmuşdur ki, neço dəfə
Xosrovun( paniranist və panfarsistlər tərəfindən yazılan tarixdə
Ənuşirəvaııi-Adil adlanır-B H.) əmri ilə günahkarların dərisini
soyub saman təpərdilər (346, s.604).
Əmr edib dedi, bu saat dərvişin dərisinə saman təpin (46,
s.205).
Birdən gələr məni burada görər, dərimə saman təpər (129,
c.I, s.40).
D ərisinə sığmamaq- çox kökəlmək,, özünü çəkmək.
Piy lend ikcə göbəklərindəkiqatlar,
Dərisinə sığmayan bürokratlar (337, c.I, s. 114).
191
Hir^deymhn
H ər görən: bunlara nə veribsən ki dərilərinə sığmırlar
deyirdi (298, s.33).
Dərisini boğazından çıxartmaq - ağır cəzalandırmaq.
Olsa qumaz nə qədər bir tülkü
Boğazından çıxacaqdır dərisi(75, c.lV, s.85).
Dərviş - alçaq könül; dünyanın mal-dövlətinə aldanmayan,
kiçiyə-böyüyə hörmət qoyan.
Qoyun kimi qabaqda gedən hər bir fırıldaqçı, dınçi və ya
başqa təfəkkürdə oları adamın qulu olmaq.
Dəryada daşa dəymək - uğursuzluq.
Dəryada gəm im dəydi daşa, sındı, dağıldı
Ü zdüm yenidən doğma gözəl sahilə düşdüm (30, №24).
D əstbədəst olmaq - əlbəəl, tez tələb etmək.
Ə gər şairsən, gəl eyləm ə bəhs,
Bii' sözünə min söz deyim dəstbədəst ( Ələsgər).
Dəstəlatsız - əlsiz-ayaqsız.
Deyərlər quşlar içrə dəstəlatsız hacıleyləkdir.
Bu acizlikdə ney lirsən, ilan udmaqda zirəkdir (168,
s.323).
Nc bədəndə su qalıb işləməyə,
D əstəlat yox gedə bazarə, bağa (168, s.29).
Dəryada balıq sövdası - bir işə hazırlaşmamış onun
nəticələrindən danışmaq.
Mən aşıq dəm ə qoymuş,
Dem əhli dəm ə qoymuş
Dii yü sünü bul m am ı ş,
Çilovu dəm ə qoymuş (59, S. 196).
O, dəryada balıq sövdasına oxşayır (1, s.227).
Dəryada boğulan saman çöpündən yapışar - bir adam
yaman günə düşsə, hər kiçik imkandan istifadə edər.
Dəryada boğulan saman çöpündən yapışar (77, s. 20).
Dəryaya daş atmaq - faydasız bir iş görmək.
İstir bulanıq sudan balıq tutsun, amma bilmir hər suyu
bulandırmaq olmaz (21, s.63).
D əyənək - quru, kobud, heykəlli adam.
192
Heftruz jhhqcji
Tür^dafmhri
Dəymişin dura-dura kalın tökiilər - ağır, gözlənilməz
söz deyərəm.
İbişli: Sənə də bir gəliş gələrəm ki, dəymişin dura-dura
kalın tökülər (9, s. 155).
Dəvəçi ilə dost olanın darvazası gen gərək - ağır işə
girənin böyük səbri gərək ola.
Böyük ailə ilə dost olanın gərək böyük xərclərə do davamı
ola.
Dəvəçi məhəlləsi yaxşı yerdi, amma ipəkçilər gedib
inəkçilər qalıb - yaxşı kişilər yaxşı atlara minib getdilər -
ipəkdən mənzur kültürlü, düşüncəli adam və inəkçidəıı məıızur
geriçi və kültürsüz adamdır.
Dəvəçiyə it hürməsi - it hürər, karvan keçər.
Buna dəvəçiyə it hürməsi deyirlər (129, c.I, s.491).
Dövə (dəvə)dama çıxmaz - hər kəs gərək öz yerini bilə.
Dəvə dəllalı - “daylaq” sözü assimilyasiya üzündən dəllal
sözünə çevrilmişdir. Ümumiyyətlə, yekəpər, uzun yöndəmsiz
adama deyilir. Əslində dəvə daylağı, yəni dəvənin bir illik balası
deməkdir.
Dəvə dəlləklik edər, köhnə hamam içində - dərə xəlvət
, tülkü bəy.
Dəvə dəlləklik edər, köhnə hamam içində (148, S.32).
Dəvə dəlləyi - bədqafıyə, həddindən artıq uca.
Dəvədən yıxılıb höt-hötümi yerə qoymur- özünü
sındırmır.
Dəvədən yıxılıb genə lıöt-hötündən qalmır (103, s.7).
Dəvə dəvədən başlamaq -hər şeyin ən bahasından
yapışmaq (Tərtər).
Dəvə gördün görmədin- dəvə gördün, qığın da görmə
dim - heç nə görməmişəm, hər nə bildim, bilmirəm desən
yaxşıdır.
Tacir sağ ol ki, məni ölümdən qurtardın, ancaq dəvə
gördüm, qığın görmədim (46, s.276).
Birinci sərhəng yalvarmağa başlayır: “Ey cavanlar, bizim
günahımız yoxdur, çamadandakı bu pullar da sizin olsun, dəvə
gördün, görmədim, bir daş altda bir daş üstdə” (77, s.22).
D ə və handa, xəlbir lıanda - bir şeyi inkar eləmək, əli ilə
aldığı borcu danmaq.
Molla bir arvaddan yüz manat əl borcu alır, il tamamında
arvad gəlib molladan pulunu istəyir. Molla deyir: dəvə handa,
xəlbir handa (43, s.429-430).
D əvə kimi dalıya işəmək - işlərində tərəqqi olmayan,
böyüdükcə düşüncə səviyyəsi aşağı düşən.
D əvəni çömçə ilə suvarmaq - çox yeyimcil və ya susuz
olan adama balaca bir qabda yemək və ya su verən zaman bu
deyimi işlədirlər. Böyük bir tələbatın qabağında az şey vermək.
-Elə bir şüşə? Dəvəni çömçə ilə suvarırsan? (298, s.44).
D əvəni satan köşək ala bilm əz - vəziyyət olduqca pisdir,
hər zad günbəgün bahalaşır.
D əvəni yükü ilə sarvanı s..i ilə yeyən adam -- nəhayət
dərəcədə utanmaz, tamahkar, alıb verməyən.
D əvəsi ölmüş ərəb - hər şeyini əldən vermiş adam.
D əvəyə şüşəki nə edər? - qanmaz və gönü qalın adam hər
təhqiri qəbul edər.
D əvəyə şüşəki nə edər? (21, s.79).
D əvə/ fil qulağında yatıb - dünyadan xəbəri yoxdu.
Ədə, get ədə, özünü də elə key yerinə qoyur guya, dəvə
qulağında yatıb, dünyadan xəbəri yoxdur (9, s. 186).
D əvənin quyruğu yerə dəyəndə ■ heç vaxt.
Gözlə dəvənin quyruğu yerə dəyincəyə qədər, daş
göyərənə qədər (103, s.8).
Dəvənin ölüsü sarvana bir yükdür - dəvə bir zamanlar
çox böyük dəyərə malik idi, bununla belə ölü dəvə karvan üçün
arzuolunmaz bir yük idi. Dirisi də, ölüsü də sarvan üçün böyük
bir faciədir.
D əvə öldü, eşşək zülümə düşdü - böyük bir adamın
yükünün kiçik bir adamın boynuna düşməsi
D əvə öldü, eşşək zülümə düşdü (103, s.73).
194
ЪгЬш Məqtli
Tur)
Dəvəyə dedilər boynun əyridir, dedi haram düzdür ki -
çoxlu eybi olan adama bir eybini deyəndə bununla cavab verir.
Dəyiıb keçmək -keçmişdə ağır vəziyyətə rast gəlsə də,
indi onun əsəri qalıb.
Dəyirman - boş ev
Çalış, ək biç, aparsın bəy, evin qalsın dəyirman tək,
Ayılma həqqi qanma, xəbərdar olma insan tək (267,
s.245).
Dostları ilə paylaş: |