Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

207

‘Befcuz  9bqqi
i
Donquldanmaq -  dodaqaltı deyinmək,  narazılıq  eləmək.
Bəyin  anası  Aşıq  Ələsgərgilin  tez  gəlməsindən  bir  az 
donquldandı.  Kəndin  qanan  adamları  aşıqları  evlərinə  apardılar 
(13,  s.339).
D əlilər tək demə öz başıma donquldanıram,
Başıram işlərivə,  od tuturam,  odlanıram (168,  s.57).
Doıduq - aylıq maaş.
Oxuyub  gəlib  gözlərini  donluğa  tikincə,  oturarsan 
kəndində  sən  əkərsən,  biçərsən  pul  başından  yağış  kimi  yağar 
(129, c.I,  s.125).
Donu  açdmaq  -  özünə  gəlmək,  məclisə  isinişmək, 
öyrəşmək.
Dinsən dil açarıq,  ey dilə  ilk  söz,
Yağsan solmarıq, donumuz açılar
Solğun  şəhərlərə  axsan sən (219,  s.92).
Donuzdan  bir  tük  çəkmək  qənimətdir  -   xəsisdən  nə 
qopartsan,  bir şeydi.
Dcııuzdan  bir tük çəkmək qənimətdir (335,  s.300).
Donuzu əskikdir -  çox varlı  adam.
Dorğunu  yel  almaq  -  qorxmaq,  yorğunluqdan  tərpən­
məmək.
Dost  dosta  ton  gərək,  tən  olnıasa  gen  gərək  -  dost  çətin 
gündə dostuna arxa olmasa ondan dost  olmaz.
Dostluğu  ayı  dostluğudur  -  xeyir  vermək  istədiyi  halda 
ziyan  buran  adam.  Rəvayətə  görə,  bir  nəfər  ayı  ilə  dost  olur, 
ayıya  çoxlu  yaxşılıq  edir.  Bir  gün  ayı  onun  üzünə  bir  milçək 
qonduğunu  görür,  gedib  bir  böyük  daş  gətirib  onun  başına  sal ır 
ki, milçək ölsün,  amma adam ölür.
Dost  məni  bəyənsin,  bir  içi  boş  qoz  ilən  -  əsas  dostların 
diqqətidir.
Dost  yolunda  boran  olar,  qar  olar  -   Ya  dost  olma,  ya 
zəhm ətdən incim ə- əsl dost çətin gündə tanmar.
Dost qolunda boran,  qar olacaqdır (32,  c.II,  s  19).
Doşab  almışıq,  bal  çıxıb  -  alınan  şeyin  gözlənildiyindən 
pis nəticə verməsi.
208
Hirt^deyimbri
Doşablanmaq,  qatıqlamaq  -  xoşa  gəlm əyən  zarafat 
etmək,  məzesiz,  şit zarafat.
Qacar  şahlarının  ən  mütərəqqisi  Nəsrəddin  şah  Kərim- 
şireyi  adlı  bir  təlxək  saxlayırdı.  O,  “Baqqalbazi  dər  hüzur”  adlı 
tamaşada  öz  rolunu  ustalıqla  oynadığına  və  ünvan  sahiblərini 
m əsxərə  etməyə görə “Doşabülmülk” ləqəbini  şahdan alır.
Dov düşmək-əlinə dov düşmək - fürsət tapmaq.
Ələ bir dovdu düşüb, əski yuvaııəm,  sənə nə,
Mütrübəm,  oynağanam,  qaş-göz  atanəm,  sənə  nə?  (255, 
s.269).
Dov  gəlmək -  qalib gəlmək.
Ay  Kərim,  çox  öyüıınıə,  Ayrım  qızı  dörd-beş  kişiyə  dov 
gəldi (298,  s.20).
Dovşana qaç deyir, tazıya tut -  ikiüzlü  siyasət yeritmək.
Dünyayi-alom  yığışsa,  biclikdə buna çatan  olmaz.  Dovşana 
deyir qaç,  tazıya deyir tut (9,  s. 128).
Dovşan  çomağa  rast gəlib  -  bir zalım  əlinə  düşmək;  gizli 
işin  üstünün  açılması.
Döhtür  -  Təbrizdə  ağlını  itirmiş,  ən  məhşur  dəliyə  belə 
deyirlər.
Dörd  əli ilə yemək -  acgözlüklə  yeyən,  milləti  soymaqdan 
yorulmayan.
Əhli-həqqin  qəlbinə  aləmdə  təskindir qələm,
Dörd əlilə milləti  rahət yeyənlər, əhv edin  (69,  s. 172).
Dördəlli  tutmaq  -  bir  şeydən  var  qüvvəsi  ilə  yapışmaq, 
bir  şeyə  həddindən  artıq  həvəska' olmaq-  adətən  mənfi  mənada 
işlənir.
Dördəlli  tutmadıq  biz bu dünyanı,
Həyatı  şərəfdə,  mərdlikdə bildik.
Yaşadıq şərəfli  yaşamaq üçün
Savaşdıq,  vuruşduq,  öldürdük,  öldük (Səhənd).
İtirəm gözünün  qaranlığında,
Nifrətsə dördəlli  tutur qolumu (218,  s.67).
Dörd gözlü -  çox ehtiyatlı.
Gözlə özünü,  ovçudur her yanı  bu yurdun,
209

Hetiruz  Tbqai
Quzğun kimi dördgözlü gəzir körpə şikarı (Y. Şeyda).
Döş-döşə duım aq -  üz-üzə durmaq.
Əvvəllər beləydi:  durub  döş-döşə
Çıxardı düşmənlər açıq döyüşə (328, s.340).
Döşünü  qabağa vermək -   bir işə hazır olmaq.
Qazi deyir ki, vermə qabağa eylə düşün,
M ən bisipah, dini müsəlmanı şaxlaram (69, 22).
Döymə  dəmir  qapımı,  döyərlər  taxta  qapını  -  pislik 
etsən əvəz görərsən.
Deyirəm  yəni döyməyək dəmir  qapılarını  ki,  döyməsinlər 
taxta qapılarımızı (9,  s. 101).
Dövlətlinin  iti  yatmaz,  kasıbın  s..i  -  kasıb  adamın  çoxlu 
uşağı olar,  dövlətlinin də çoxlu iti olar ki, var-dövlətini qorusun.
Dövlətin  başdan yağması - çoxlu gəliri olmaq, hər yerdən 
qazanc gəlmək
Birisinin yağır dövlət başından
Birisi görməyib bir pul başından (147,  s.367).
Dövlətliyə  saxsı  lazım  olsa,  kasıb  səhəngin  sındırar  - 
kasıb yazıq olar,  şüursuz olar, həddən artıq əli aşağı adam
Dövranı  keçmiş  taxtanı  əlində  bayraq  tutmaq  -   vaxtı 
keçmiş bir şeyi özünə  bayraq etmək.
Dev  hüzurunda  xidmətdədir,  səkkizinci  xəlifən  isə  budur 
dövranı  keçmiş taxtanı əlində bayraq  tutub  düşmən içində  hünər 
xəyalına  düşüb,  şəxsiyyətini nümayiş etdirir (144,  s. 183).
Dövrəsinə  qələm  çəkmək  -  uzaq  olmaq,  birini  kənara 
qoymaq.
Amandı,  çox  qoru  qəmdən,  qələm  çek,  dövrimə  fikrin 
(338,  s.33).
Duanı  biz  elədik,  yağış  Qaradağa  yağdı  -  əziyyəti  biz 
çəkdik,  səfasım başqası gördü.
Dııırna  boğazlı  sözlər  -  ürəyə  yatan,  hamının  xoşuna 
gələn.
Duza qoymaq --  uzun müddətə saxlamaq.
Necə, necə , bitərəfləri duza qoyurlar? (72, С.П1, s.31).
Duz-buz kimi yalamaq -  hər yerindən öpmək.
210
'Befous
JW rftferim Cm
D ərə  Düzov  Qartn  Quliyevi  duz-buz  kimi  yalayıb  əhval 
tutandan  sonra türkün sözü, arvadına xitab  edib...  (9,  s.28).
D uz kimi yalamaq -  birini çox sevmək, sevgi  göstərmək.
Biz oxurduq,  aba qaval çalardı,
D ədəm  duz tək tutub bizi  yalardı  (60,  s. 130).
Ə rin  seni duz tək yalar,
Qolların boynuna salar (69,  108).
Padşah oğlunu  duz kimi yaladı,  bağrına basdı  (148,  S.65).
Duzu  quru  -  işində  bir  kələk  olmayan,  hər  işi  təmiz 
ürəklə görən. Eybi  olmamaq,  yaxşı adam,  günahsız.
Dübərdinə  bola qoşmaq -  müflis etmək.
Dedi:  dübərdinə  qoşmuşam hola, xəbərin  yox,
Dedim,  holanı  qoşandan sonra nə əkdirəcəksən? (306).
Düdü  dolandırmaq -ələ salmaq, bu gün sabaha salmaq.
D üdük çalmaq  -birinin  arxasınca danışmaq.
-  Harda  düdük  çalınır?  -deyə  mən  ətrafıma  göz  gəzdirdim 
( 2 5 3 ,s .ll6 ) .
D üdük düdüyə calamaq -birinin  arxasınca çoxlu  şayiələr 
yayılması.
D üdük  düdüyə  calanar  çalınar,  şeypurlar  işə  düşər  (  253, 
s. 120).
D üdük kimi  olmaq  -  çox dar.
DüdüJJü  gəlmə  -  hiy lə gəlmək, bəhanə gətirmək.
Bir  sözün  altından  qaçmaq,  verdiyi  qövldən  boyun 
qaçırmaq,  biırini  get-gələ  salmaq.
D üııbələndüz -  düz bir şey.
D ünən bir,  bu gün iki -  qısa,  az müddət.
Dünya  başına  dar  gəlmək  -  çox  darıxmaq,  çarəsiz 
vəziyyətə  düşmək.  Darıxmaq,  üzülmək,  özünü  əlacsız  görmək. 
Ürəyi  sıxılmaq,  çıxılmaz vəziyyətə düşmək
O  paslı  zəncirlər qırılmadıqca,
D ar gələcək  insanlara bu dünya.
Dünya  başına yıxılmaq - çox fəlakətə  düşmək.
Dünyadan  dördəlli  yapışmaq  -   həyat  nemətlərini  çox 
sevmək.
211

‘Beftruz
Ä
.
Gənclikdən əlimiz üzülən kimi 
Dünyadan dördəllə yapışırıq biz (328,  S. 149).
Dünyadan  kam  almaq  -  bütün  arzularına  çatmaq, 
ürəyincə  yaşamaq.
Öldüm mən,  anam qaldı,
Oduma yanan qaldı,
Nə dünyada kam aldım,
Nə bir nişanam qaldı (59,  Səlı.131).
Dünyagörmüş -  təcrübəli.
Qayalı dağı da duman  almışdır,
O dünyagörmüşdür, yaxşı bax ona (337, c.I,s.56).
Dünya  m ənim   deyənlər  -  ölümünə  inanmayan,  dünyanı 
dördəlli tutan
Hanı dediyim bəy ərənlər,
Dünya m ənim  deyənlər- 
Əcəl  aldı,  yer gizlədi (173).
Dünyanın  o biri  ucu -  on uzaq  yer.
Dünyanı  su  tutsa  mənim  vecimə  deyil  -  etinasız,  laqeyd
adam
Dünya ölüm itimdiı -  həyat əbədi deyil.
Atam oğlu,  dürıya ölüm  itimdi (260,  s.95).
Dünyaya yük olmaq -  həyatda birinə xeyir verməmək. 
Min dəfə gözəldir çox erkən ölmək,
Dünyaya yük olub  yaşamaqdansa,
Dünyanın  yükünü çəkirkən ölmək.  (328,  s.70).
Düşmən  çomağı -  qorxmaz,  dilli-başlı adam.
Düşmən  gözü  çıxartmaq -  düşmənə dağ çəkmək.
M ən  də  istəyirəm  oğluma  ata-baba  adəti  ilə  düşmən  gözü 
çıxaran toy eləyim (l ,  s. 172).
Düşmən  nədi,  dost  evini  dost  yıxar  -   xain  dost 
düşməndən çox pisdir.
Düşünüşmək -- münasibətləri pisləşmək.
Yaman  düşünüşmüşdü,  bir  dəlləkxanada  iki  keçəl  olmaz 
(9,  s.25).
Düt deyincə yemək  çox yemək.
212
'lürfcdeyimfm
'Beftruz  !fbqqi
Düyünün  qəddini  qazan  bilər -  yəni hər adamı,  hər zadı 
imtahan  etmək  üçün  bir  yaxşı  fürsət,  çətin  şərait  tapmaq 
lazımdır.
Düyün  vurmaq  -  bir  işi  daha  da  müşkülə  salmaq,  maneə 
törətmək
Dolaşıq  bir  düyün  rast  golən  kimi  ona  bir  düyün  vurub 
getdilər (  “Rübailər  aləmində”).
Düyüşün  qırağa  qoymaq  -  kənara qoymaq,  birini gözdən 
salmaq,  işini əlindən almaq.
Düyü  tapmamış  çilov  dəmlləyir/ at  almamış  mıxını  çalır
-  dəryada balıq  sövdası.
Düz  adam  Heydər  təkyəsində  nə  edir?  -Səfəvilər 
dövrünə  qədər  davam  edən  Heydəri-  Neməti  davasından 
alınmışdır.  Burada  Heydər  Şah  İsmayılın  ulu  babası  Şeyx 
Heydərin  adıdır.  Nem ətilər yaxud  neınətullahılar özlərini  beşinci 
imamın 
nəslindən 
olan 
əm ir 
Nurəddiıı 
Nemətullaha 
bağlayırdılar.  Heydərilər  isə  özlərini  Səfəvi  sülaləsinin  cəddi 
Sultaııoddin  Heydərdən  bilirdilər.  Bunlar  iki  yerə  bölünürdü, 
şəhər  məhəllələri  bir  neçəsi  neməti,  bir  neçəsi  heydəri  olub 
vuruşurdular.  Nümunə  üçün,  Şirazın  dörd  quzey  məhəlləsi 
Heydəri  və  8  güney  m əhəlləsi  Neməti  idi.  Yüz  minlik  Təbriz 
şəhərinin 
13  məhəlləsi  Heydəri  və  Nemətilər  arasında 
bölünmüşdü. 
Bu 
deyim  Hey dərilərə 
düşmən  münasibət 
bəsləyən  Nemətilər tərəfindən  yaranmışdır
Bir nəfər başqa məhəlləni pislədikdə  işlənir.
Düz  ağac  əyilməz  -  düzlüyə  adət  eləyən  adam  əyri  ola 
bilməz
Düz  danışan  börkümü  yan  qoyar  -  düzə  zaval  yoxdur. 
Düz yaşayan  adam  rahat olar.
Düzdə  qoymaq  -   birinin  hər  şeyini  əlindən  almaq,  pis 
günə  qoymaq.
Allah,  mənim  balalarımı  düzdə  qoyanın  balalarını  düzdə 
qoy!  (129,  c.I,  s.75).
Düz  düzdə  qalar  -  düz  sözü  sevməzlər,  həqiqət  acı  olar, 
öz  sahibmə əzab-öziyyət gətirər.
213

'Seftruz
m m äSL
D üzünəqulu -  düz danışan.
Sən ki məni düzünəqulu yıxmamısan (1,  s. 168).
Düz  yolda  gedə  bilmir,  şumda  şıllaq  atır  -  kiçik  işin 
öhdəsindən gələ bilmir, böyük iddialar arzulayır.
214
‘Befavz 
9
bqqi
Jlü r£& yw ti
\m
-E-
El ağzı, fal ağzı -elin dediyi əvvəl-axır olur.
Çömçə isti olub indi qazandan
el  ağzı, fal ağzı.
Yaxşı deyirlər (328,  s.301).
Elə  addım  götür,  ata  biləsən,  elə  loqma  götür,  uda 
biləsən -elə  bir iş gör ki,  orıu  başa çatdıra biləsən.
Elə  bil  alçaq  dağları  bu  yaradıb  -   təkəbbürlü,  hamıya 
yuxarıdan  aşağı  baxan
Zalımın  biri  zalım,  elə  bil  alçaq  dağları  bu  yaradıb.  (  253, 
s.282).
Elə bil arşın udub - quru ağac kimi yeriyən,  təkəbbürlü.
Elə  bil  ayaq  daşı  itibdir  -  hər  şeyin  bir  birinə  qarışdığı 
yer.
Ümumiyyətlə,  Azərbaycan  hamamlarında  ayaqdaşından 
istifadə  olunur.  Hamamda  sos-küy  olduğuna  görə,  ayaqdaşı 
itəndə onu axtaranda hay-küy  düşür.
Elə  bil ayıya  dəyirmançı  dedilər  - təhqir eləmək.
Elo bil  ayıya dəyirmançı  dedilər (129,  c.I,  s.39).
Elə  bil  başıma  bıir  qazan  qaynar  su  tökdülər  - 
gözlənilm əyən halda çox təsirli  söz eşitmək.
Behruz  iti  bir  nəzər  salıb  başım  aşağı  dikdi  və  keçmiş 
həyatı qaynar qazan kimi  sanki başına töküldü (30,  №2,  s.52).
Elə  bil  bayquşdu  -  ağlayan  uşağa  və  pis  niyyəti  dilə 
gətirən adama deyərlər.
Elə  bil  cinə  “bismillah”  dedin  -  inanca görə,  bir  nəfərin 
gözünə  cin  görüksə,  yaxud  onu  qara  bassa,  “bismillah”  deyən 
kimi  cin  yoxa çıxar.
M əni görcək deyəsərı  cin  eşidib  bismillah
Zahidin pis gözünə bir çalıcı  mar oldum  (223,  s.55).
Elə  bil  göz  işığı,  peyğəmbər  pişiyidi  -   özünü  çox  əziz 
sayır (Ə.Saraçlı).
215

Elə  bil  kasıb  evinə  gəliııı  gedir -  hövsələsiz,  könülsüz  bir 
işin  ardınca getmək.
Elə  bil  qurbağa  gölünə  daş  atdılar  -  sükut  çökdü, 
səssizlik, hər yer sükuta qərq oldu.
Gecənin gölünə  daş atılsaydı,
Susardı  qurbağalar (154,  s.43).
Elə  bil  M ədədov  atlısıdır  -   Mədədov  İran-rus  davasında 
iştirak edən bir rus quldurunun adıdır.  Yəni zalım bir  insan.
Elə bil müqəvvadır -  çox gözəldir.
Elə  bil  naxırçı  əlindən  qoduq  qurtulub  -  əzabdan 
qurtulmaq.
Yeyin  qaçanda,  sevinə-sevhıə  bir  yerdən  uzaqlaşanda 
deyilir.
Elə bil s..ş supadı -narahatdı,  kefi yoxdu.
Elə bil Şəmundur -   Şəmun Urmiyada bir qaııtökən assori 
və ya erməninin adıdır.  Qəddar, rəhmsiz mənasındadır.
Elə  bil Rüstəmin  şeyin  sındırıb  -  nə  böyük  iş görmüsən, 
nə  arxayınsan.
Elə  cır, yamaq  saxlasın  -  boy demə,  yalan,  gop basma.
Elə eləm ə  ki,  körpü  çayın  o tayında qalsın  -  bir iş görmə 
ki,  aramız  dəysin.  Özünü  elə  aparma  ki,  pərdə  aradan 
götürülsün.
Elə  gedərəm  ki,  çərçilər  də  sorağımı  gətirməz  -   sənin 
əlindən qaçaram
El  ilə  gələn  bəla  bayramdır  -   bir  çətinlik  hamı 
üçündürsə, dözmək lazımdır.
El ilə gələn bəla bayramdır (229,  s.25).
El ilə gələn qərə gün dügündür (229,  s.25).
Eli  olmayanın  dili  də  olmaz «  yalqız,  qürbətdə  yaşamağın 
çətinliyinə  işarədir.
Elm dəryası -  çox bilikli adam.
Maşallah, 
cənab 
elm  dəryasıdır, 
mən 
belə 
alim 
görməmişəm (195, c.II,  s.36).
El  üçün  ağlayan  gözsüz  qalar  -   ancaq  öz  mənafeyini 
düşünənlərin fikrinə görə belədir.
Hefmtz  töqqi
‘TÜT^detjimbri
El üçün ağlayan gözsüz qalar (129,  c.l,  s.288).
Eni-  uzununu görmək -  hər zadını  bilmək.
Erməni dığası -  şüursuz,  xalqın ənənəsinə  xor baxan.
Bizlərdə günah yox,  şahımız  şumo-dığadır,
Vabəstədir Amerikaya,  bişərmo- hoyadı  (168,  səh.  912).
Erməni  eşşəyi  kimi  işləmək -  haqq-muzd  olmadan  gecə- 
gündüz işləmək.
Axşamadək  erməni  eşşəyi  kimi  işləyirsən,  elə  uesaıı  ac 
(129,  c.l,  s. 154).
Erməniyə  koxa  dedilər  çuxasını  özgəyə  götürtdü  / 
anlamazın  başmaqların  cütlədilər,  əyildi  ona  hörmət 
qoyanın  götünü  dişlədi  ki,  bu  da  ədəbdəndi  -   ləyac: ətsiz  bir 
adama hörmət qoyanda qudurar.
Emıəııiyə  koxa dedilər çuxasını  özgəyə götürtdü (129,  c.l,
s.29).
Eşşək -  qanmaz.
Eşşək eşşəyi borc  qaşıyar -  yaxşılıq,  pislik  borcdur.
“Eşşək eşşəyi  borc qaşıyar”  məsəlini də xatırladı  (253)
Eşşək gəlib, eşşək getmək - heç nə qanmamaq.
Əgər Mənimə  Mursaqulu deyən M əmm ə olsa,  oııda bil ki, 
mən  bu  dünyaya eşşək gəlib  eşşək gedirəm (84,  s.6).
Eşşək  qızdırmalı  olub  -  yayda  əgər  bir  adam  qalın  paltar 
geysə,  bu  deyim  işlənir.
Eşşək  nə  bilir  cümə  axşamı  nədlir?  /Eşşək  nə  bilir 
döşək  nədıir?/Eşşək  nə  bilir  zəfəran  nədir?  -   qanmaz  adam 
yaxşı  zada dəyər verə  bilməz.
Eşşək sııdan  gələnəcən - uzun müddət,  çox  zaman.
Eşşək  sudan gələnəcən vurdular.
Eşşəyə  m inm ək  bir 
ayıb, 
düşmək 
iki 
ayıb  -
fikirləşməmiş bir  işə  əl  vurmaq başı  aşağılıq  gətirər.
Amma  necə  deyərlər,  kürsüyə  çıxmaq  bir  ayıb,  kürsüdən 
düşmək  iki ayıb  (9,  s.30).
Eşşəyim  ölüb,  başı  qızıldı  - öləndən  sonra dəyərsiz  birinə 
böyük dəyər vermək.
217

T w ^üejjim hr^
Eşşəyi  sudan  keçənəcəııdir  -  işini  həll  olub  qurtardı, 
adamı  saymaz.
Evdə  xoruz,  çöldə  fərilt/  evin  xoruzu,  çölün  toyuğu  -
evdəkilərə  zülm  eləyib  carmat  arasında  özünü  sakit,  yazıq 
aparan.
Evə  girməmiş  deyir:  “tüfəngimi  hardan  asım?”  /   at 
almamış mıxın  çalır-- bir işi qurtarmamış onu bitmiş bilir.
Evə girməmiş deyir tüfəngimi hardan asım (72,  c.III,  s.79). 
Evində  yoxdu  urvalıq,  könlündən  keçir  kəndxudalıq  -
ac 
adamın 
böyük 
arzusu. 
Yoxsul, 
imkansız 
olmasına 
baxmayaraq,  böyük  iddialarla yaşayır.  Aciz,  avara adamın  böyük 
iddialara ə t atması.
Cahan əhli,  bu icz ilə özünü zənn edər sultan,
Sözü düzlük olar,  lakin oğurluq  işi hər an.
Evi yıxılmaq -  başına fəlakət gəlmək.
Düşdü  daş başıma yıxıldı  evim,
Heç rəvadırmı mən bu  yaşda ölüm?(195,  c.ll,  s. 179).
Evləri  cübbəxanadır  -   evdə  ağla  gələn  şeylər  hamısı 
var.  Cübbəxana M əşrutə dövründə  silat-sursat anbarına deyilir.
Çox  möhtərəm,  evdar  qadınlar  hətta  fədailər  üçün  paltar 
tikmək,  məşrutəçilərin  cübbəxanası  üçün  pukə(giliz)  toplamaq 
və s.  fəaliyyət göstərmişlər (350,  s.103).
Ev  olmusan,  olma  axı  eşik  ol  -  birinin  damından  yağış 
yağanda  damardı,  yağış  kəsəndən  sonra  da  dammaqda  davam 
edir,  ev  sahibi  deyir ki,  ev  olmursan,  onda  eşik  ol.  Yəni  kömək 
etmirsən, niyə qolumdan çəkirsən.
Ev  tikiləndən  sonra  balta  çöldə  qalar  -  yaxşılığı 
bilməyən adam.
Ev yıxmaq -  birinə  quyu qazmaq, pis günə qoymaq. 
Gəldin ki,  yüz görəsən,
Yüz göstər,  yüz görəsən
Evin yıxdın Aşiqin
Yüz görə, yüz görə sən (33, s.78).
Yaxşılıq eylə balığı at dəryaya,  balıq bilməsə xalıq bilər
-  yaxşılıq eləyən əvəzini görər
218
'Be/iruz  yhqqi
Turfjdetfimhri
Eyilügü eylə,  dənizə  buraq,  balıq  bilməsə  xalıq bilür (229,
s.32).
Ev  köçür,  ev  qaçır  -   hər  şey  bir-birinə  dəyib,  ev  tör- 
töküntüdür.
Ev  qalıb  əyriyə, həm  yeyə, həm səyriyə -   iş  elə  adamın 
əlinə düşüb ki,  o bildiyin  eləyir Ev qalıb  əyriyə, h əm  yeyə,  həm 
səyriyə (142, səh.  284).
Ev məscid kimidir -  böyük  və topdağıtmaz  ev;  boş və bir 
həsir bir, M əmmədnəsir olan ev.
Eynalı qızılıdır 
gə İ r i  xərcin  ödəmir.  1083-cü  ildə 
Təbrizdə olan Şarden deyir:  «Eynalı  qızılıdır,  bir tümən qoyan,  9 
qıan götürül'».
219


Tür^deqimim
-ə-
Əbanı yellətm ək -  ifadə  satmaq, məğrur olmaq.
Alıbdır fərm anı  şəhrin  imamı,
Ə bam  yellədib etdi qiyamı (308,  səh.  12).
Əfcıülfəz  qurbanlığıdır  -  bu  deyim  mollalara  və  vətənin 
m üdafiəyə  ehtiyacı  olan zaman  qaçıb  gizlənən xainlərə  işarədir. 
İnama görə,  Əbülfəz qurbanlığı  ildə bir cləfe olur.  Yəni pis adam 
az ölər.
Əcəl  camı  içmək -  ölmək.
Qəribin boynuna kəfən biçilməz.
Ə cəl  camı çox acıdır,  içilməz (3.5,  s.538).
Əcəllə oynamaq -  ölümdən qorxmamaq.
Bu  İbrahim əcəllə  oynayır nədi?  (1,  s.312).
Əcəl şahı -  Əzrayıl.
İslam  inamına  görə,  bütün  yaranrnışların  canını  Əzravıl 
adlı bir m ələk alır.  Buna görə ona əcəl şahı  da deyirlər.
M ən  olsaydım əcəl  şahı,  uşağın  canın  almazdım. 
Ucaltmazdım göyə madərlərin ahi-fəğanııı  mən  (301).
Əcəl  təri  basmaq  -  qorxudan,  ağır  xəstəlikdən  insanı 
buz tər basması.
Məni  tezdən  əcəl  təri  bürüyər,  yay  olunca  sümüklərim 
çürüyər  (267,  s.391).
Əcəri  sabun  -sabunun  lap  balaca  kirtiyi,  arıq  və  uzun 
adama deyirlər.
Əfil-əfil əsm ək - nanə  yarpağı kimi titrəmək.
Ürəyim  bir zərrə qayğı,
B:ir zərrə m əhəbbət üçün 
Əfİl-əfil əsir ( Səhənd).
“Əh  neynim”  həbbi  atmaq  -qüssə  yeməmək,  heç  nəyə 
kədərlənməmək,  laqeyd olmaq, heç nəyə görə narahat olmamaq. 
Kopenləri  satmışam,  acqarına yatmışam,
“Əh ııeyniyim” həbbini 
Çoxdan  olar atmışam (3 4 0 ,  s.10).
220
‘Befxruz  Jfoqqi
Əhvalı zibil dadır -  kefi pis olmaq.
Hacının  əhvalı  zibil  dadırdı,  dilini  bir  qarış  çıxarıb  bizə 
yalvarırdı  (335,  s.292).
Əkilmək -  aradan çıxmaq.
Molla  ilə  gələnlər  işi  belə  görüb  bir-bir  durub  əkilirlər 
(148,  S..120).
Var xəta bunda canım,  qoy əkilək burdan biz,
Açığı  tutsa vurar başımıza qəlyanı (72,  c.III,  s.237).
Əkməyən  başaq  dərər  -  zəhmət  çəkməyənin  əlinə 
faydalı  bir şey keçməz.
Əksin  çörək  üstünə  vursan,  ac  it  də  onu  yeməz  -  çox
çirkin,  xoşa gəlməyən
On  dördüncü  Məclis  rəisinin  müavini  Şiraz  nümayəndəsi 
sərdar  Faxirhikmət  isə  sentyabrın  25-iııdə  məclisdəki  çıxışında 
tələb  edirdi  ki,  Azərbaycanda  öz  hüquqlarının  uğrunda  müba­
rizəyə  qalxmış  şəxslərin  əlləri  və  dilləri  kəsilsin  (Mirqasım 
Çeşmezar,  s.378).
Əl  açmaq -  birindən xahiş etmək, birini  vurmaq, dilənçilik 
etmək.
Dəli  Həsən,  səsinə  qüvvət  vermə,  igid  dil  açmaz,  al  açar 
(174,  s. 16).
Əlaltıı -  yaltaq,  birinə  tabe olan, hər no  iş olsa qul  kinıi  onu 
görən adam.
Lakin  əlaltı  işdə  imiş fabrikaları
H ər yerdə var imiş nə gözəl  texnikaları  (72,  c.III,  s.225).
Əlaltı  dost -  yaltaq,  simasız.
Əlaltmca -  gizli.
Peşman  evə  qayıtdı,  əl  altınca  qızı  axtarmağa  başladı  (46, 
s. 132).
Əl atmaq - bir qızın,  qadının  namusuna sataşmaq.
Saqi, dur əl at o badeyi qülrəngə,
Bir cam yetir bu  morğe xoş ahəngə (223,  s. 129).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin