Dəyirman xoruzu - kefi saz, güclü, deyib gülən,
müftəxor, dava axtaran.
Abaçı oğlu bir gün minbərdə məşrubun zərərindən
danışaraq deyir: Məlunlar içirlər şərabı, yeyirlər kababı,
dönürlər dəyirman xoruzuna (205, s. 103).
Dəyirmanı su işlədər - bədənin cuİu olması və cinsi gücə
sahib olmaq.
Dedim: zənıridir ustad, bir əyal alasan,
Dedi, oğul bala, su işlədər dəyirmanı (168, s.770).
Dəyirman kimi üyütmək - çox danışmaq.
Bayaqdan qulağını onlardadır, dəyirman kimi üyüdürlər (1,
s. 117).
Dəyirman öz işiııdədi, çax-çax baş ağrıdar- ıt hürər,
karvan keçər, yel qayadan nə aparar?
Çax-çax başın ağrıtdı, kefin çəkdi dəyirman,
İş həcvə düzüldü (267, s.17).
Dəymə düşər - tez küsən, inciyən.
Anaxanım- sən Allah bəsdir, ay Ceyran, bu xanımlar
yaman dəymədüşər olurlar (77, s. 12).
Dığ olmaq -- boğaza yığılmaq.
Xədicə, ey da dığ olduq, gah deyir yaz, gah deyir poz (9,
s. 136).
Dılqır -dəyərsiz adana, həyatın həqiqi mənasını bilməyən-
təhqir mənasındadır.
M ənim də müəllimim m ənə nəsihət edərdi ki, bala səy elə
dərslərini yaxşı öyrən, alim ol. Amma bu dılqırların heç birindən
eşitnmədim ki, desin: bala adam ol! (Ölülər”).
Tür^deyimim
Behruz
İkiyüz m ənim kimi, dılğır adam incisin bizim kənddən,
bununla belə bizim kəndə genə pis kənd demək olmaz
(“Danabaş kəndinin əhvalatları).
Dılqırlanmaq - ədəbsizlik etmək.
Dınbılı ələk dnnbıfı sac, əlim xəmir qarnım ac - əlimdə
olan sərmayənin azlığına görə, nə qədər çalışsam da yoxsulam.
Dırnaq dırnağa çalmaq - amiyanə təfəkkür əsasında
dırnaq dırnağa dəyərsə, dava düşər.
Nə bilim bəlkə də şeytan yenə dırnağını dırnağına çaldı,
Nifaqın bəzlini əkdi, hicranın tərhini tökdü (113, s. 116).
Dırnaqsız - qəddar, zalım, fürsətdən namərdliklə istifadə
edən.
Dov düşüb, dırnaqsız namərd əlinə,
Dişi batan yerin ətin qoparır ( Səhənd, s.305).
Dızqıraqçı - yekəxana, özüııü əl-ayaqlı sayan.
Dibinə getmək - bir m əsələni sona qədər araşdırmaq, ifrat
dərəcədə bir yola bağlı olmaq.
Dibinə noxud əkm ək/ dibinə daş atmaq - bir yeməyi
yeyib qurtarmaq.
Dibi suda olmamaq
lıər şeyin sonu var, hər şey
qurtulandır.
Yəni dibi dəryadadır! Heç qurtarası deyil! (253, s. 110).
Dikbaş - söz çəkməyən, qabağından yeməyən, söz
götürməyən, çox məğrur.
Sözün düzü bir az dikbaşam, qabağımdan yeyən oğlan
deyiləm (82, s. 194).
Bir dirhəm verənə inci alaram,
Dikbaşlıq eləmə, qürur sataram ( Nizami, s.304).
Xanım, siz ki, bacılarınız kimi dikbaş, baş-qulaqlarını ələ
salan, özünü hamıdan uca tutarı deyilsiniz (148, s.77).
Dik danışmaq - kobud danışmaq, haqlı sözə acı cavab
vermək.
Dil-ağız etmək / dil-ağız tökm ək- birinin ürəyini ələ
gətirməyə çalışmaq.
196
^Ш ^/a jm h n
Behruz.
'J Z
lL
Molla çıxır, bunu qapıda görcək, başlayır dil-ağız
eyləm əyə (148, s.128).
Qəssab Alı nə qədər dil-ağız tökdüsə, gördü ki, yox
müştəri heç ipə-sapa yatan deyil (174, s.82).
Dil basmaq - şirin dil tökmək, yaltaqlıq, gop basmaq.
Bu gələn müəllimə bir az dil basıb odun yükləyərsən,
əvəzi çıxar (254, s.30).
Dil bəlası - dilinin oduna düşmək.
Həqqu olan nişaneyi tire-cəfa imiş,
Yansın dilim öz başıma bir bəla imiş ( M əhəmmədəli
Səfvət).
Dilbilməz -sö z anlamaz.
Puç eylədin övrət, bu gözəl sadə cavanı,
Dilbilməz oğul vay (267, s.8).
Dil boğaza qoymamaq - hey təkrar etmək.
Moldayı salmadı el dil boğaza,
Eybi yox, gərçi qoyulduqü loğaza (267, s. 190).
Dil boranısı yemək •• çox danışan adama deyərlər.
Dildə-ağızda olmaq - sözü hər yerdə danışılmaq.
Dildə, ağızda nağıl kimi, əfsanə kimi dünyanı dolaşıb,
nəhayət, bir də burada Şamaxının yaxınlığındakı dağ döşündə
əm ələ gəlmişdi (144, s.47).
Dildə-dişdə olmaq - hər yerdə sözü danışılmaq.
Sultan onsuz da dildə-dişdədir (142, s.59).
Dildə tük bitmək - bir şeyi çox təkrar etmək.
Tük bitdi dilimdə bu sözü xalqa deməkdən,
And içmə yalan Allaha, üz istir utansın (338, s.94).
Dil- dil ötmək - yorulmadan danışmaq, ara vermədən bir
mövzuda danışmaq.
Senin arvadın tutu quşu cinsindəndir, dil-dil ötmək, yalaıı
danışmaq peşəsidir.
Dil dönmək - deyə bilməmək.
Bəlkə bu möhnətü-qəmdən bizi azad eləsin,
Dil dolanmır ki, qəmü - möhnətü tedad eləsin! (72, с.Ш,
s.276).
197
Hehruz
9
bqqi
Dilə almaq - ürəyinə gətirməmək.
Alma dilə,
Bağbandan alma dilə,
Dost sənə zəhər versə,
Ud onu, alma dilə (154, s.47).
Dilə-dişə düşmək - məşhur olmaq, rüsvay olmaq.
Xaspoladovu kozır kimi zapas saxlayırmış ki, dilə-dişə
düşməsin (9, s.169).
Bilirsinizmi, arvad yığıncağında dilə-dişə düşmək nə
deməkdir?! ( 253, s.113).
Dilə tutmaq - yola gətirməyə çalışmaq.
Məıı sənin qızının öhdəsindən gələ bilmərəm, sən özün
bəlkə onu dilə tutasan (195, c.Il, s.52).
Dili ağırlaşmaq - ən ağır xəstəliyə düşən və həyatının son
günlərini yaşayan adamın dili ağırlaşar, danışa bilməz.
Dili ağzına sığmamaq - özünü öymək.
Beş-on qoyun sağıb, nehrə çalxalayıb yağ-pendir tutub, dili
ağzına sığmır (298, s.20).
Dili ilanı yuvasından çıxardır - hiyləgər, şirindil.
Atalar deyiblər ki, tacir- tüccar dili ilanı yuvasından
çıxardar (174, s.97).
Dili iti - hazırcavab, düşünmədən bir m əsələ haqqında
danışmaq.
Dildən iti olduq, düşüncədən küt,
Ay da tutulanda döydük mis qaba (113, s.90).
Dili qapalı - danışmaq hüququ alınmaq.
Bizləri sarsıdır bu qayda qərar,
Səfəvi dövründən qalan yadigar.
İşimiz, gücümüz oldu ahü-zar,
Qapanmış dilinə qurban olduğum (273, s.22).
Dilin topuq vurması - qorxudan, utanmaqdan özünü
itirməkdən çaşmaq, qorxudan və ya həyəcandan normal danışa
bilməmək.
Sən nəçin öz ana dilin gələndə,
Dilin topuq vurur, donursan gülüm? (320, s.8).
198
‘Beftruz 9bqqi
lürf^deybnhn
Dili olmayanın dini də olmaz - bir millət ana dilində
danışmaqdan məhrum edilsə, bütün milli-mənəvi dəyərlərini
itirər.
Qoy bilsinlər dilsiz dinsə nə qopar? (219).
Dili topuq atmaq - deyilməsi lazım olmayan sözü dilə
gətirmək.
Dilim-ağzım qurusun - dediyim olmasın.
Sonra həman gurladı bir əjdaha,
Ah..dilim-ağzım qurusun, söyləməm (75, c.IV, s.69).
Dilimdə tük bitdi -həddindən artıq bir sözü təkrar etməyə
görə yorulmaq.
Dilim-dilim olasan dilim - dediyi sözün peşimançılığını
çəkmək, dilin başın bəlasına, çevrilməsi.
Yanıq könlüm qəmdən dilim dilimdi (339).
Dilin ağızda böyüməsi - dilin ağızda qıfıllanması.
Qorxudan danışa bilməmək və ya bir xəyaldan, fikirdən susmaq.
Neçə dəqiqə əslən danışa bilmədin, dilin ağzında böyüdü (203).
Dilin çirkaba bulanması - birinə məddahlıq eləmək.
Ə vvəllər şahı mədh etdiyim üçün,
Dilim bulanmışdı çirkaba bütün ( Xaqani).
Dilinin altından çıxartmaq - onu tanımaq, ürəyinin
dərdini bilmək.
Əvvəlcə çalışıram ki, onu dilinin altından çıxaram, görəm
kimdi, nəçidir, nə sayaq adamdır. Sonra ürəyimi açam ona (109,
s.362).
Dilinə yox, əlinə güc ver - boş sözdən bir şey çıxmaz.
Atalar deyiblər adam eli ilə iş görə bilmədi, güc verər
dilinə.
Dilini əymək - assimilyasiya nəticəsində öz milli
varlığından üz çevirib ana dilində danışmağı əskik saymaq.
H ələ modun dəyişib heç,
Yazıq dilin də əyib.
Deyir mən əhli-Kərəc,
‘T ü rk i mən nə midani” (168, s.774).
199
Dilini farağat qoymaq - rus ordusunda “Faraqat!” əm ri
sakit, bir vəziyyətdə əlləri yanda düzlənmək deməkdir. Bu
deyimdə “heç nə danışma, sakit dayan” anlamındadır.
Belə xəta burasındadır ki, bu məlun oğlu məlun dilini
faraqat qoymur. Qoymur, qardaş qoymur (195, c.ll, s. 155).
Dilini kəsm ək - danışmağa, sözünü deməyə imkan
verməmək.
Apardılar gülümü,
Eylədilər zülünıü,
Nə qoydular danışam,
Nə kəsdilər dilimi (59, s. 134).
Dil kəsm ək - söz yarışmasında birinə qalib gəlmək.
Qoşaram atı ilən atımı dil kəsməkdən,
Əhdi qıldım, düşə gər raizi dövran əlimə.
Dil qəfəsə qoymamaq - çox danışmaq, xəstəlikdən,
rahatsızıqdan yatmamaq.
Dillə desəm, dilim yanar -
çox böylik dərddi, deyə
bilmərəm.
Paşa sağ olsun, mən ki Koroğlunu elə görmüşəm, onun
sifətlərini dil ilə desəm, dilim od tutub yanar (174, s.49).
Dilli dibək - ümumiyyətlə uşağa, gözəl danışarı, xoşsöhbət
uşağa deyilir.
Dil-ağızdan düşmür, dil boğaza salmır.
Dil otu yemək - çox danışmaq, dilli-başlı olmaq,
hazırcavab olmaq.
Elə bil dilotu yemişəm, o qədər danışdım, oğlan yorulub
yatdı (1, s. 182).
- Siz lap dil otu yemişsiniz! (253, s.443).
Gülüşürük dilotu yemiş bu qızcığazın sözünə (145, s.266).
Dilsizlik - sükut.
M ənə danışmaqdan uğursuzluq gəldiyindən dil yerinə
dilsizliyi seçəcəyəm ( 163, s.554).
Dil tapmaq - yola getmək, bir-birini anlamaq.
Ana-qız
aralarında dil taparlar (1, s. 181).
Ü rəklər dil tapsa, birgə döyünsə,
200
* * * * * * _____________________________ ______________
Ortada kin olmaz, küdurət olmaz (264, s.34).
Dil tökmək - yalvarıb- yaxarmaq, dil-ağız etmək.
Padişahın zülmünü gör, yetər qəm-qüssə çəkmə ( Nizami,
s.56).
Dil vermək - öyrətmək, arxasında durmaq.
Sən bu sözləri Ruhulla bəyin özünə de, qoy qulaqları ilə
eşitsin, burda bir-iki nəfər araqarışdıran, camaata dil verən,
yoldan çıxaran var (1, s.291).
D inar minib dovşan belinə - pul qazanmaq çox çətindir.
Çörək daşdan çıxır.
Dinar minib dovşan belinə (335, s.297).
Dinc durmamaq - öcəşmək, dava-dalaş salm aq.,
Ding-ding dingildəmək - bir yerdə dayanmamaq, çox
gümrah olmaq.
Saçları xurmayı, gözləri ala idi, özü də ding-ding
dingildəyirdi (84, s.275).
Dingildətmək - qudurtnıaq
Tərpədir, dingildədir ya bu məni.
Ya mən öldürrəm bunu, ya bu məni ( Zünuzlu Teymur
Siyahpuş).
Dingildəmək - çalıb oynamaq, kefi sazlıq əlaməti.
Həvəsdən anlamazdı daş-torpaq,
Qaçardı gah, dingildərdi qıvraq ( Xalxali).
Dinməyənin dinəni var - zalımlardan heyfi alan tapılar.
Dimdikləşmək - bir nəzərə gəlmək üçün yavaşdan
danışmaq, təsmim tutmağa çalışmaq.
Qırx namərdlər bunu duydu,
Nə etməli deyə onlar dimdiklə şdi.
Dimdiyinə dəym ək - sözdən, bir hərəkətdən incimək.
Dimdiyin sallamaq - qaş-qabağın sallamaq, küsmək.
Dirigözlü ölmək -
qorxudan, həyəcandan ayaq üstə
dayana bilməmək.
Şeyx ayaq üstə dirigözlü ölmüşdü (144, s.96).
Dirək olmaq - dayaq olmaq, ailənin, toplumun qayğıkeşi
olmaq, igidi olmaq.
201
QSefiruz 9hqqi
Tür^dtyimlm
Qızıl qübbə çadırımın sütunusan, dirəyisən (284, s.82).
Diri gözlü ayrılmaq - baxa-baxa, sağ ikən ananı baladan,
sevgilini sevdiyindən ayırmaq.
Diri gözlü balamdan ayırdız, ölü gözlü balanızdan
ayrılasınız ( danışıqdan).
Diri gözlü bəlaya düşmək - baxa-baxa bəlaya düşmək,
taleyi qaralmaq, uğursuzluğa düçar olmaq.
Bir-birindən cida düşdük,
Diri gözlü oda düşdük (266).
D irsək çevirmək - mübarizə etmək, hər şeyini əlindən
alıb sonra üz çevirmək
Azərbaycanlılar 1945-ci ildə milli hüquqlara hörmət
qoymayan Tehran hökumətinə dirsək çevirdilər.
Diş dəyişm ək - təzə arvad alanda, təzə yemək yeyəndə
işlənir.
Olanda əvəliklə, pencərlə dəyişirik dişimizi,
Olmayanda elə əriştədi, ki əriştə (142, s.53).
Diş-dişə çalmaq - öz yaxşılığını başqalarının üzünə
çəkmək, yaxşılığı üzə vurmaq.
Diş dişə dəyməsi - dözülməz həddə soyuqdan üşümək.
Şərab ver, mətıi qızdır, dəyir dişim-dişimə (147, s.40).
Diş- dişə qalmaq - ac.
Dişə vurmaq - sınamaq, yaxşı tanımaq, təcrübə etmək,
ağır-yüngül etmək.
Dişi bağırsağını kəsmək -hirslənm ək, qəzəblənmək.
Hüsənin dişi bağırsağım kəsirdi. Dağa daşa salmaq,
m ətləbdən yayındırmaq, incitmək.
M ən ölüm, əg ər burda düzələnsə, bizi dağa-daşa salma
(84, s.3,3).
Dişi batmamaq - mənə gücü çatmaz.
Pəhləvilər dişi hardan batar el qüvvəsinə? (168, s.924).
Dişi çəkilmiş - daha təhlükəli deyil, gücü yoxdur.
Yıxın getsin, o Təbrizə yaraşmaz,
Çəkilmiş dişləri, Təbriz dalaşmaz (308, s. 12).
202
‘Beftruz töqqi
Dişi düşmüş zirrıaçı - birinin bir işi görməməyi istək
əsasında deyil, o işi görə bilməməyi səbəbindəndir.
Səy elə tövbənin qapısın mövqeyində çal,
Diş düşdü, qoydu zırtıanı, zırnaçalan yerə (168, s.755).
Dişinə vurmaq - təcrübə eləmək, sınaqdan keçirmək.
Dişinin dibində qalmaq - çox az, yemək istədiyindən, çox az.
Əyə, bu heç mənim dişimin dibində qalmaz (174, s. 134).
Dişinin dibindən çıxanı demək - çox əsəbi halda ağzına
gələni demək.
Təbriz polisi dedi:
"Molla Nəsrəddin" jurnalı vali
tərəfindən qadağan edilmişdir. Bu sözdən qəzəbləndim, onlara
dişimin dibindən çıxanı dedim (197, s.123).
Dişinin kirini sorandır - çox yoxsuldur, çox xəsisdir.
Dişlərini qıcırtmaq ~ bir şeyə tamah salmaq, hədə-qorxu
gəlmək, birinin malına göz dikmək.
Qoy gəlməsin, gələndə bizə diş qıcadırsa,
Gəlsin kamal timsalı müdrik bir qocadırsa (167, s. 102).
Diş qı cırdır, qan-qan deyir
Qan içdikcə qan istəyir ( Səhəııd, s.512).
Anlamaz oğlu, həqqimizə qıcıtma diş,
Sakit otur, danışma çox, qoyma bu millətə qəmiş (30,
№25).
Harda bir nur görərsək ona qarşı olarıq,
Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq (267, s 237).
Diş qurtlamağa bir quruşu yoxdur - çox kasıbdı, heç
nəyi yoxdu.
M ənim özümdə də diş qurtlamağa bir quruş tapılmaz (129,
c.l, s.282).
Diş sındıran cavab - tutarlı cavab.
Vəilla şairlərimizin yazdıqları fars şerləri, məxsusun Saib
Təbrizi, Nizaminin şerlərini onların farslığına dəlil göstərənlərə
deməli söz və diş sındıran cavablarımız çoxdur ( Pişəvəri, 1945).
Dişin sınıq olması - yoxsulluq, ya birinin yaratdığı ağır
şəraitə görə gün çörəyinə möhtac olmaq.
203
‘Befauz
Ä
,
lÜ T^ı^m hri
Bir neçə il dişim sınıq idi, iki çörək alçaqların daşı ilə
(163, s. 101).
Dişi tülkii kimi gtilmək - çox xoşa gəlməyən surətdə
gülmək.
Dişlərinin dibinə kimi saralmaq - qorxmaqdan, aclıqdan
saralmaq.
Sən öləsən yazıq, dişlərinin dibinə kimi saraldı. Lap
ürəyim yandı (72, c.III, s. 143).
Dişsiz ilan - zahirdə özünü məzlum, yaxşı adam
göstərməyinə baxmayaraq gizlicə quldurların baltasına sap
olmaq.
Diş yox ikən dodaq vardı - kiçik olmayım vaxt böyük,
təzə olmayan vaxt köhnə var icii.
Bir deyən olmadı, a cam yanmış,
Axı diş yox ikən dodaq ki vardı (328, s.304).
Divan sənindir - fürsət sənindir.
Qəhrəman söylədi: nə bilsən elə cəllad,
Dövran sənindir, divan sənindir (104, s.22).
Divan tutmaq - cəzalandırmaq.
Tapşırılıb ki, cəmi Şirvanda müridlərimizə divan tutsunlar
(144, s. 143).
Divara qısnamaq / Divara sıxışdırmaq - ağır vəziyyətdə
qoymaq; nəfəs çəkm əyə imkar. verməmək.
Ay Namaz, buna adamı divara qısnamaq deyərlər (129, c.I,
s.416).
Burda gəlinim mənim günümü düyünləyib göy əskiyə,
soxub qoz qabığına, orda da
qaynatası qaynatası qızımı
sıxışdırıb divara göz verir, işıq vermir (205, s.28).
Divar çatlağına gülmək - yersiz bir şeyə gülmək.
Divardan səs çıxdı ondan nıx çıxmadı - pis iş gördüyünə
görə, xəcalətindən bir söz demədi.
Divarı alçaq -himayəsiz, qərib, yoxsul.
İki yerə parçalanmış bədəndəki bir ürək,
Heç igidin divarını alçaq etməsin fələk (30, Xal7).
204
ЧкЯгш
;
Tbqqi
Iw j^eym C m
Divarın biır üzünü yıxsalar da, bir üzünü yıxmazlar -
işin əsl sahibi razılaşsa da ara adam, ikinci dərəcəli adam
razılaşmır.
Dizbədiz olmaq - çiyin çiyinə olmaq; bir olmaq.
Rasta küçə bizik, bizik,
Ellər ilə dizbədizik.
Diz çökmək - təslim olmaq, boyun əymək, yaltaqlıq
etmək.
Azərbaycanlı nə diz çökmüş və nə də iltimas etmişdir. Bu
ııəngə
Azərbaycanlı
heç
vaxt
təhəmmül
etməyib
və
etməyəcəkdir (248, s. 188).
Diz-dizə durmaq - üzbəüz durmaq.
Gəl duraq diz-dizə günləri bir-bir
Sayıb hesablayaq yaşımızı biz (337, c.l,s.58).
Dizəcən -
həddən artıq yaşıllıq, kef dizəcən, xoşluq
nəhayət dərəcədədir.
Burdan Təbrizə kimi,
Gül qalxıb dizə kimi (158, s.76).
Dizə çırpmaq - təəssüf etmək, peşiman olmaq.
Dizi ilə yer eşmək - əzab-əziyyət çəkmək.
Çayları su alır gözüm yaşından.
İynə ilə gör eşə-eşə
Dizimlə yer eşə eşə (260, s.19).
Dizi qucaqlamaq - qəm dəryasına qərq olmaq, bir işin
reallaşmasına çalışmamaq.
Dizi qucaqlayıb oturma heyhat, nicat sahilinə üzəsən
gərək ( Həbib Fərşbaf, s.253).
Əzəl gündən hər nə dedim düz dedim,
Ellərimə şirin-şirin söz dedim.
Məzlumlara “qucaqlama diz” dedim (“Ömür aynası”, s.51).
Dizin əsməsi - qorxmaq, titrəmək.
Bilirəm əsməyib heç vaxt dizlərin,
Danış mənə ilharn verir sözlərin (16).
Ölüm ayağında təhlükələrdə
Titrəmir arzunun, ümidin dizi (Saplaq).
205
‘ВеЛгиг
9
bqqi
Тйг^сСа/Ш эп
Ananı fikir aldı, ananın ə sdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi (167, s.103).
Dizinə vurmaq - heyfslənmək.
O biri əlilə burdu dizinə,
O da dizlərinə vurub ağladı (328, s.299).
Diz yeri - Azərbaycan ən qəddar rəhmsiz feodalizmin
mərkəzi olmuşdur. Təzə radio alıb kəndə gətirən zaman təzə
radionu görmək istəyən kəndlilərdən bir qoyun alırdılar və ya
özləri ilə bir otaqda kəndlinin oturmağına icazə vermək üçün iki
qoyun alırdılar ki, buna diz yeri, diz haqqı deyirdilər.
Sultanabadın viranə qalmış bir kəndində yoxsul qarıdan iki
qoyun istədiklərinə görə bir şer qalıb:
Ey şahi- xudabəndə,
İki qoyun bir kəndə-
Onun da biri məndə.
Dodağı büzmək -qaş-qabaq sallamaq, incikliyi bildirmək.
Gəlib gördüm Tükəz püflür ocağı,
Dönüb baxdı mənə, büzdü dodağı (300, s.. 14).
Dodağı qaçmaq - gülümsəmək.
Yüz təlxək oynaya üzü güləmməz
Qaçmaz dodaqları, yalandan belə (260, s.22).
Dodağı sallanmaq - küsnıək, incimək.
Vardır bir iddə əcanrıir, hər evə getsə qonaq,
Görəsən öz dediyi olmasz, sallandı dodaq (168, s.226).
Dodağın ucu qaçmaq - gülümsəmək.
Yaralı adam elə bil dincələr, dinc bir yuxuya gedər,
yuxuda gülümsünər, dodağının ucu qaçar (203).
Dodurğayi - dodurqa keçən zamanlarda bir güclü türrk
qəbiləsinin adı olmuşdur. İndi Güney Azərbaycanda nə o
tayfanın adı var, nə də söz əsl mənasını daşıyır. İndi işlərini
nəzm - intizamsız görən, heç t ir qayda-qanuna tabe olmayanlar
haqqında işlənir. Dodurqayini ıı mənası dövlətçilik və ölkəni
idarə ilə bağlıdır. “İqdır tarixi” adlı kitabda dodurqa anlamını
ölkə almaq və xanlıq yapmaq k:.mi izah ediblər (90, s. 124).
Doğru yola getmək - düz yaşamaq.
206
Hefouz Mx/ı/i
TürkjtafimCm
Doğru yola getmədin, nə hasil?
Bir mənzilə yetmədin, nə hasil? (Füzuli, s.18).
Doğulmamış qızına don biçmək - ortaya çıxmamış bir
şeyə hazırlaşmaq
Doqquz gəlmək - sənin səkkizinə doqquz gətirir - cür
gəlməmək, əziyyət vermək.
Göydən bir ulduz gəlir,
Şami şəbəfrüz gəlir,
Yadı işıqlandırır,
Tanışa doqquz gəlir (340, s.26).
Doqquz qoymaq - aldatmaq, başına börk qoymaq.
Mömin aləmdə gərək zirək ola, sən də osan,
Bəndələr şəhidir, Allaha da doqquz qoyasan (168).
Ədə, mənim qabağıma doqquz qoymaq istəyirsən. Kimə
kişiliyini göstərirsən, mənə? (9, s 148)
Doqquz yorğan yırtmaq - çox yaşamaq, ömür sürmək.
Dolamaq - ələ salmaq, məsxərə etmək.
Dolanan ayağa daş dəyər - xoşbəxtlik dalınca olan adam
gərək gecə-gündüz bir yerdə durmaya.
Doldurmaq - birini birinin əleyhinə təhrik etmək.
Dolmaq/ doluxsunmaq - ağlamağa hazır olmaq, ürəyi
dolmaq.
Dolu adam - bilikli, təcrübəli adam, kök adam, danışmaz
dan əvvəl sözü ağzında bişirib çıxaran adam.
Dolunun ağzı ürəyiııdədir (203).
Dolu birini qorxuzar, boş ikisiııi - silah nəzərdə tutulur,
dolu olsa bir tərəf qorxar, boş olsa həm əlində silah əlində olan
qorxar, lıəm o biri tərəf.
-Atan tərəfmi, ya atılan tərəfimi? -N ecə deyər : “Dolu
birini qorxuzar, boş ikisini”( 253, s.271).
Dolu gözlü - kövrəlmiş, gözü yaşla dolu.
Dənizdə ləpələr ayılan zaman,
Dumalar keçəndə bağlar üstündən,
Çıxardı eyvana taqətsiz ana.
Dolu gözlər "ilə haray çəkərdi (219).
Dostları ilə paylaş: |