Gedəndə qum atırdı, qayıdanda daş tullur -əsəb
xəstəsini müalicə üçün çıldaq pirinə aparırlar. Çıldaq qorxmuş
adamların üz tutduğu bir yerdir. Qayıdanda qonşulardan biri
xəstənin halını soruşur, belə cavab verirlər. Yəni gedəndə
bundan qat-qat yaxşı idi ( Ə.Əliyev).
Ged ər- gəlməz - ölüm, o dünya.
Neçələrin gəlm əz yola göndərdi
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm (35, s.537).
247
memmmmmSSu
мм^тш на
Gen dünyanın başına dar olması - pis vəziyyətə
düşmək, bütün qapıların üzüno bağlanması.
Day bu keçəlliyim üzündən gen dünya ınəııə dar olub
(174, s.l 18).
Gen gəzmək -uzaqlaşmaq, münasibət saxlamamaq.
Bəhanə tutuban bizdən gen gəzmə,
Sirr sözün yadlara deyən deyiləm (329).
Gen qaçdım qarətdən, ədəbsizlikdən,
Tüfeyli olmadım, sözdə lıeç kimə ( Ə.Maraqai).
G əngilif -Təbriz həyətlərində su keçmək üçün süzkeş
kimi bir şey qoyardılar ki, su keçsin. Ona gilif deyərdilər.
Burada işləməyən, tənbəl adam deməkdir.
Gen götdən zart o...um ıaq -özünü çox böyük bilib yersiz
əmr edənlərə deyilir, yersiz yerə danışmaq.
Get ağlayan yanına, getmə güldürən yanına - üzə gülən,
yalandan sevgi göstərən adamd.an uzaq ol.
Get ay batandan sonra gəl -bu iş düzələn deyil.
Axırı...heç nə, get, ay batandan sonra gəl (335, s.301).
Getdi kanal ikiyə -Türklər illər boyu milli kimliyini əldən
verdiklərinə görə, həm şovinistlər, həm də milli zülmdən
tapdalanmış
millətlər kimi özlərini təhqir etmədən
iiz
döndərmirlər. Bu da fars dilinin üstünlüyünə və haqlı olmağına
böyük bir zəminə yaradır. Ümumi danışıq bir fars olan yerdə
fars dilində aparılır. Əgər biri yamnda olan türklə bir kolımıə
türkcə danışırsa, şuxluq və batində hədə-qorxu kimi “getdu
kanal ikiyə” sözünü işlədirlər. Bu deyimin özündə də ‘kanal 1”
farsca, “kanal iki” ikinci dərəcəli millət sayılan türkcə sayılır
Get-gələ salmaq -ümumiyyətlə, idarələrdə, adamlar
arasında bir işi uzatmaq, adamı aparıb gətirmək.
Get göldə osdur ki, qurbağalar qorxsun -yalandan hay-
küydən heç kəs qorxmaz.
Getmə gözümdən, gedlərəm özümdən - səni hədsiz
sevirəm.
bir balaca maz get oııa, deginən, sevirəm soııi, day lap
denən getmə gözümdən, gedənəm özümdən (9, s. 172).
248
‘Beftruz fbqq i
TürÇdeyim&ri
Get naxıra, gəl axıra - yəni gecə- gündüz işlə.
Get qanqal otla - mənim səviyyəmə çatmaq üçün gərok
çox çalışasan.
Hələ sən get, qanqal otla, mən də Nurcahanam (335 s.64).
Gəldi savab eyləsin, kabab eylədi - və ya başqa deyimlə
desək, - istədi qaş düzəltsin, vurdu gözün çıxartdı.
Gəl eşşəyini palçıqdan çıxart - bu çıxılmaz vəziyyətdən
çıx görüm rıecə çıxırsan? Gəl anlamaza söz qandır.
Gəl eşşəyini palçıqdan çıxart (129, S.439).
Gəlin bəzəkdə qaldı - öz xəyalı əsasında düzür-qoşur ki,
bir elçi gələcək və ya bir yerə çağıracaqlar.
Gəlin oynaya bilmir, deyir otaq əyridir -bir işin
öhdəsindən gələ bilmir, bəhanə gətirir.
Gəl məni gör? dərdimdən öl - çox gözəl.
Gəl məni gör? dərdimdən öl (335, s.63).
Gəmidə oturub gəmiçi ilə dava eləm ək/ gəmiçi gözü
çıxartmaq - yersiz gəldi, yerli qaç.
Qəırıor- gəmidə oturub gomiçi ilə döyüşür (72, s.III, s.95).
Gəmi üstündə qərq olmaq - ağlagəlməz vəziyyətə
düşmək.
Hər zadım dəyib biri-birinə, bilmirəm hara gedim, bir
qızım Təbriz zindanında, biri Bəndərabbasda gizlin yaşayır, biri
xaı icə qaçıb. Buna görə gəmi üstündə qərq olmuşam.
Gənbəhan ayısı - Gənbəhan Sohəndəva mahalında bir
yerin adıdır. Səhənd dağlarına yapışmağa görə orda çox ayı
yaşayır və hər il kəndlilərin əkinlərinə, mal-davarına ziyan
vurur. Buna görə Azərbaycanda, xüsusən Təbrizdə nəzmə,
qanuna boyun əym əyən, ztyankar, ona buna ləngər vuran adama
belə deyirlər
G əvəzə - boş danışan.
Sən demə, bu yanşaq gəvəzonin birisi imiş (174, s. 17).
G əzən qurd ac qalmaz - axtaran tapar, işləmək istəyən
ac qalmaz.
Gicdıllaq - gic, ağılsız, səfeh.
249
TürfcjdeyimCm
Gilan aşıq yeri deyil - bu misal ələvilər Gilanda hakim
olan zamana aiddir ki? geriçilər musiqi və hər cür şadlığı yasaq
sayırdılar. Ələvilər silsiləsi Gilanda hakim olan zaman musiqi
haram olmağa görə, aşıqların ora getməsi yasaq olur.
Gildir- gildir yaş axmaq - yanıqlı ağlamaq; sakit ağlamaq.
Oğlanın dilindən bu sözlər çıxmışdı ki, bir də görür
dilənçinin gözlərindən gildir-gildir yaş
axır (“Durnanın
şəhadəti”).
Giləşir eləmək - baş yumaq.
Girdələm ək -həqiqəti danmaq, bilmədiyi mövzu barədə
verdiyi nəzərdən dönməyib onu birtəhər qəbul etdirməyə
çalışan adam/
Yüz də girdələsən kömür qaradır,
Ağ kürkə bürünsə, bürünməsə də ( Sönməz).
Girdələm ək - bilmədiyi işə qarışmaq və onu yasalamaq.
Girvənkə qıfılı - bir növ möhkəm qıfılın adıdır. Məcazi
mənada çox möhkəm və açılmayan qıfıla aiddir.
Gizlənpaç - ürəyindəki
sözü deməmək,
birindən
gizlənmək.
Tahir: Yaxşı bəsdir, gizlənpaç oynadınız (9, s. 157).
Gor qazmaq - quyu qazmaq, tələ qurmaq.
Hamıdan yayınıb gizli-gizli bəs,
Özgəyə gor qazmaq oğurluq deyil? (328, s.342).
Gora aparmayacam ki -yəni gördüyünüz, eşitdiyiniz
şeyləri öyrənin.
Göbək götürmək - çətin iş, xərci çox olan iş, çətin bir işə
əl vurmaq.
Göbəkkəsdi -iki yaxın ailənin eyni vaxtda birinin oğlu,
digərinin isə qızı olsaydı? elə o vaxtdan əhd edib bir-birinə
adaxlardılar. Buna göbəkkəsdi deyərdilər (148, S. 131).
Göbələkdi yerdən çıxıb - heç kəsi olmayan, saysız-
hesabsız.
Özü də qoşun nə qədərdi! Elə bil ki göbələkdi, yerdən
çıxır (148, s. 183).
250
‘Beftruz Jhqqi
'Ш ^ет т С т ^
Göbəyin düşməsi - ağır yük nəticəsində və ya bir tənbəl
adamın yorğunluğunu etirafında işlədilən deyim.
Giribsən çox ağır yükün altına,
Yavaş ki, düşməsin göbəyin sənin (299, səh. 126).
Göbəyini filankəs ilə bir kəsiblər -həmişə bir yerdədir.
Göbəyini filan yerdə kəsiblər -Vətən, çox gəlib-gedilən
yer mənasındadır.
Göbək quylanan torpaq adamı özünə çəkər. Dünyadan
yorulan çağda bu. torpaq yadına düşər, göbək quylanan torpaq
məlhəm kimi olar, içəridən ürəyi safaldar (203, S.28).
Gödən ağrısı - birinə mane olan, vaxtını tutan
Gödənsiz adam -özünü aparmağı bilməyən.
M ənə bir cüt busə ver,
Adam gödənsiz olmaz (340. s. 16).
Gön atdayan şeyxlər - həddindən artıq fırıldaqçı
olmaqlarına baxmayaraq düzgünlüyə, xalqın mal-dövlətinə göz
dikməyən kimi özlərini qələm ə verirlər.
Təbrizdə göııçü bazarda inək, camış dərisindən olan, əyri
gönləri xalqın ayağı altına salarlar ki, ayaqlanmaqla düzəlsinlər.
Bəziləri özlərini ən mömin adaır. kimi qələm ə vermək üçün bu
gönlərin üstündən hoppanıb keçirlər ki, ayaqları gönə dəyməsin.
Gön kimi olmaq - gün altında qalmaqdan rəngi qaralmaq,
dərisinin təravətini itirmək.
Kəndlinin əlləri dönmüşdü gönə
Ağa əl açaraq deyir: ver mənə ( Əhvədi)
Gön qoymaq - təcrübə ələ gət irmək üçün çox zəhmətlər
çəkmişəm.
Gönü duzlamaq -ölmək.
Filan xərpul da murdar olmamış dabbaq gönü duzlar,
Yazın elanını meydan çayında bir ulaq öldü (306).
Gönü qalın - anlamaz, xeyrini-şərini başa düşməyən
adam
Bir də sənin bəs ki, qalındır gönün,
İllə? odur, böylə qaradır günün (168, səh. 507).
Gönünü aldırmaq -hədələmək.
251
Bekruz
M enə doğrusunu de, yoxsa gönünü aldıraram (129, S. 164).
Gönü suya vermək - işin işdən keçməsi, qiymətli bir şeyi
əldən
verib
peşiman
olmaq,
fürsəti
əldən
vermək
-
bacarıqsızlığı nişan vermək.
Yoxsa gönü verəcək idi
suya,
ovqatımıza
soğan
doğrayacaq idi (1, s.14).
Bəli, onda gön suya verildi, qurtardı (129, S.142).
Deyirəm, xoşunuza gələ-gəlməyə,
Keçmişə gönüzü suya vermisiz.
Özgələr dolanda dərin mənaya,
Siz barsız söyüd tək boya vermisiz (291, səh 58).
Gördün yemək, nə demək - süfrə açılan zaman hamı
yeməyə başlayar.
Ay Həmid, tikanlı sözləri at bir tərəfə, gəl otur, vuraq,
gördün yemək day nə demək? (1, s.300).
Gördüyün küllü kömbədi- pis əziyyətdə yaşamısan,
çətinlik görmüsən.
Gördüyün ağaclar küləkliyə kəsilib - sən görən
vəziyyət, kökündən əvəz olunub.
Gördüyümüz ağaclıqlar küləkliyə kəsilmişlər (291, səh
89).
Görmək - rüşvət vermək, bu deyim keçmiş zamanlarda
„bığ yağı verm ək“, „hörmət və rüşvət vermok“ formasında da
işlədilib.
Görməmişin bir oğlu oldu, çəkdi çökünü qopartdı -ifrat
eləmək, birinə həddən artıq sevgi üzündən zərbə vurmaq.
Görməyə gözü olmamaq - sevməmək, nifrət eləmək.
Mirzə Xosrov, “Ölülər” əsərinə görə,
mollaların,
ruhanilərin məni görməyə gözləri yoxdur ( “Ədəbiyyat və
incəsənət”, № 35, 1965).
Görüb gördüyün bu olsun - son qismət.
Göt atmaq - birini saymamaq, və ya müvafiq nəzər nişan
verməmək.
Göt-baş vurmaq və ya baş-ayaq vurmaq - bir işlə, bir
həyatla yanaşı davranmaq.
252
Hefiruz ffaqqi
Türt^deyvnhri
Atdım oxumu hər zada, gördüm daşa dəydi.
Bilməm nədir illət, ayağa, gah basa dəydi (Qasir, səh.
172).
Göt-götün düşmənidir - biri duran kimi o biri onun
yerində oluranda deyilir.
Götü bir yerdə tikiş saxlamamaq - bir yerdə qərar tuta
bilməyən.
Götü dar qapıda qalanda həzrət Abbas çağırır -işi
çətinə düşəndə mömin olur.
Götü ilə quymağa düşmək - xoşbəxtliyi yalnız var-
dövlətdə görən tamahkar adamlar kişi və ya qadın olmağına
baxmayaraq zəngin varlı adamla evlənsələr, onlar haqqında belo
deyilir.
Götü qaşınır /keçinin buynuzu gicişəndə çobanın
çomağına sürtər -özünə problem axtarmaq.
Götü quş bişirir - qorxaqdı.
Götü quş bişirir (126, s.45).
Götünə tuman tapmamaq - ən ağır və yalavac surətdə
yaşamaq.
Götüvə tuman geyə bilmirsən?
Fati na, Tükəzi ııeyniyirsəıı.
Zudpəst (tez bişirən) qazı neyniyirsən? (Mirzə, səh. 79).
Götünnən halallıx d iləy ir- ç o x pis voziyyətdədi.
Götünnən halallıx diləyir(126, s.44).
Götünün dişi var -şalvarını tez-tez yırtan uşaq və böyüyə
deyərlər.
Götünün
qaranlığı
var
-
xətərlə
üzbəüzdür,
cəzalandırılmalıdır.
Götür- qoy etmək - fikirləşmək.
Xeyrullanın əli hər yerdən üzüldükdən sonra o çox götür-
qoy elədi, nəhayət belə qərara gəldi ki, .. evinə getsin.
Götür-qoy eləmək - bir işi həyata keçirmədən əvvəl
ətraflı düşünmək.
Əli hər yerdən üzüləndən sonra, o, çox götür-qoy elədi,
nəhayət belə qərara gəldi ki, vətənə dönsün.
253
‘Behruz tä q q i
lür^deyim hri
Götü üstə oturmaq- var-dövləti əldən vermək, birdən
zərərə düşmək.
Götü yoxdu -cəsarətsiz, cürətsiz, qorxaq.
Göy - xəsis, səxavətsiz.
El arasında belə bir inam da var ki, göy adam sonsuz olar.
Göydə axtardığını yerdə tapmaq -çox uzun zam an arzu
çəkdiyini ələ gətirmək.
Göydə axtarırdım, yerdə əllimə düşmüsən - axtarılan
bir adama təsadüfən rast gəlmək.
Karvanbaşı dedi: belə adamı göydə axtarırdım, yerdə
əlimə düşdü (46, s.236).
Göydə götürmək - bir şeyin tez alınması.
Bu gün-sabah bağdan qayıdandır, hər kimə versən 15
manata göydə götürər (72, c.III s.75).
Göydən düşmək - özünü böyük, hamıdan üstün sayan.
C.Məmmədquluzadə birdən birə öz-özünə yetişməmiş və
göydən düşməmişdi. ’’Molla Nəsrəddin”lə bağlı olan böyük
ictimai ədəbi hərəkatın və məktəbin və hərəkatın daha böyük
kökləri var (156).
Göydəndüşmüş - gözləmədiyi halda böyük bir xeyir
görmək.
Göydən qızıl zənbillə düşmək - özünü hamıdan artıq
tutmaq.
Bağır bəyəm göydən qızıl zənbillə düşüb, hamımızın
qapaz altısı deyildi? (9, s.177).
Göydən yerə yağmaqdan yerdən göyə yağır? -varlı dost,
qohum-qardaş köməklik etməkdən yoxsul adam onlara yardım
edər?
Göyərm ək - pis sifət göstərmək.
Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma utan, qonşuları yığma dama (267, s. 144).
Göyərmiş - qarğış, məzəmmət kimi işlənir. Xəsis adama
deyilir. M.F.Axundovun əsərində Tükəz də əri Hacı Qaranı
xəsislikdə m əzəm m ət edəndə “ay göyərmiş! - deyə xitab edir.
Göy əskiyə tikmək - gününü qara etmək, əziyyət vermək.
254
Behnız
Müsyö Jordan Şahbazı aparacaqdı, günümü göy əskiyə
tikəcəkdi (5, S.35).
G öylərə baş q ald ırm aq - ən şərafətlə yaşamaq, bir
kimsəyə və bir m illətə xəyanət etməmək.
Qürurumdan az qaldı göylərə dəysin başım (264, səh. 61).
G öynən gedən - yuxarıdan gedən, özünü hamıdan yuxarı
tutan, hay-küy salan
G öyşəm ək - birinə fəxr satmaq.
Peykanı sat, traktor al, kəfşənə
M üftə yeyirsən, bir belə gəvşemə (İ.Qəribi, Kəleybər,
s.26).
Göy üzü daş saxlam az - nə yaxşılıq, nə pislik əvəzsiz
qalmaz.
Durub göy üzünə daş atan oğlan
Göy üzü daş saxlamaz (260, s.26).
Göz aça bilm əm ək - yəni xoş gün görməmək, ağır
vəziyyətdə yaşamaq.
Bu həriflər «İranın nizamül-ülərnaləri» İranın məhsulatını
anbarlara doldurub, İran ölkəsini daimi surətdə özlərinə möhtac
etmişlər. Odur ki, İranda bu saat aclıq və bahalıqdan yana,
iranlılar göz aça bilmirlər (65, № 5, səh 11).
Göz ağartmaq - işarə ilə sözündən çəkindirmək, him-cim
etmək.
Gözağartması - hədə-qorxu işarəsi.
Vəzir ona gözağartması verib dedi. Onu bil ki, Əzrayılla
çilingağac oynamaq istəyirsən (46, s.130).
Gözaltı - biri ilə evlənmək istəmək.
Sevsəydi belə eləməzdi, yəqin ayrı gözaltısı var, qızın işi
ayrıdı (1, s.225).
Göz basm aq - işarə etmək.
Molla Nəsrəddin camaata göz basıb dərvişə deyir: hə, bax,
bu bizim eşşəyin quyruğudur (148, S 123).
Göz bəbəyi - insan üçün ən əziz göz işığı sayılır. Vətən,
vətənin istiqlalı da belə müqəddəs məfhumlardandır.
J ü rk /e m m h ^
‘B ekvz yhqqi
‘lür^deyimhri
İstiqlalımızı göz bəbəyi kiıni müdafiəyə qorar verən bir
məclisdə dinlədiyi bu ultumatumu qəbul etmək hökuməti kəndi
əli ilə dost
donuna bürünmüş düşmənə təslim etm əkdi
(M.Ə.Rəsulzadənin çıxışından).
Göz bəbəyi kimi qorumaq - üstündə əsmək, nəhayət
dərəcədə qorumaq.
Gəl daireyi-çeşrni pürabində məqam et,
Ey göz bəbəyim, gör ki, nə xoş dürri-tərin var.
Göz bozartmaq - əyri-əyri baxmaq, acı-acı süzmək.
İstırəm ağzımı açam, tez gözüvü bozardırsan.
Elçi yanında hey məni danlayırsan, qızardırsan (168).
Göz dağı - böyük bir zərbə vurmaq; əziz bir adamının göz
qabağında şikəst olması.
Azər övladıyam nişanbənişan,
Düşmana gözdağı, dosta mehribtm (273, s. 12).
Gciz dağı vermək - öz mal-dövlətini və ya mənəvi, maddi
imkanlarını yoxsulların üzünə çəkinək.
Özü qurd amma, qoyun paltarı xalq içrə geyənlər,
Qonşusu ac yatıban, özləri beş vədə yeyənlər.
Sonra göz dağı verənlər.
Düşmənə həmişə göz dağıydı o,
Kükrəyən çağlayan bulaqdı Nazim (124).
Gözdən
düşmək
-
hörmətsizlik
etmək,
diqqət
göstənnəmək.
Əlində buda məni,
Çək tiğin, buda məni,
Elə gözdən düşmüşəm,
Tanımaz bu da məni (33, S. 106).
Aşıqm düşmüş dəri,
Dur gör, sən düş müştəri
Yarəb anarmı ola,
Men gözdən düşmüşləri (33, s.62).
Çökdü ortalığa duman,
Güman,
256
'Behruz Jbqqi
Güman,
Gümaıı.
Buzlaqlar qonaqçı oldu,
Gözdən düşmüşlərə (207, S.37).
Gözdən pərdə asmaqı -xalqı aldatmaq, yalandan başqa
cür rəy yaratmaq.
1909-cu ilin aprel ayında Təbriz inqilabının rəhbəri, adı
dillər əzbəri olan Səttarxaıı və onun dəstəsini əhali böyük
sevinclə qarşılayır. Başlarına gül-çiçək və gümüş pul səpir.
Xalqın gözündən pərdə asmaq üçün məclis Səttarxam ordenlə
təltif edir (149, s.58).
Gözdən salmaq -diqqətin:, nəvazişini kəsmək. Birini
hörmət və dəyərdən salmağa çalışmaq.
Gözlərin aldı moııi,
Kəməndə saldı məni,
Amandı qoymayın,
Yar gözdən saldı məni.
Nə var nə yox, kim ölüb, kim qalıbdı,
Fələk orda kimi gözdən salıbdı! (339, s.6 )
Oğuzlar islam dinini qəbul edərkən bu din oğuz miflərini,
o sıradan Pəri qızını, su və yaşıllıq ilahəsi məhəbbət onqunuııu
da gözdən salıb sıxışdırır (279).
Göz dikmək - yəni bir arzunun həyata keçirilməsi
əsasında intizar çəkmək, bir yeri ümid yeri bilmək.
Mənsiz səyahətə gedirsən barı, tez qayıt.
Göz tikmişəm yola, çəkirəm intizarını (250, səh. 16).
Onun oğlu ata təxtinə göz dikən vəliəhdlərdən deyil (144,
s.43).
Sənə göz dikmiş idik, sən dəxi qalxdın getdin,
Gözümüz yaşı kimi didədən aqdırı, getdin (25, s. 143).
Mən aşıq tikən gülə,
Sarmaşır tikən gülə,
Heç kəs gözün dikməsin,
Mən gözüm dikən gülə (33, s.59).
Mən ölsəm, pərdəni yırt at,
257
Heitruz 9baai
Tur^deyimbri
Zeıkate tikmə göz, al, sat.
Noolur ki, eyləsə arvad
Ticarət ey Tükəz bacı?
(300, səh 60).
Göz evindən itm ək -gözün gördüyü qədər, gözün işlədiyi
qədər məsafə.
Sürü ilanlar göz evindən itənəcən öz yollarında şaxırdılar
(203, s.67).
Gözə baxa bilməmək -xəcalətdən, utanmaqdan birinin
üzünə baxa bilməmək.
Şuşa qaytarılıb, Laçın dönməsə,
Düşmənin bayrağı yerə enməsə,
Biz baxa bilmərik elin gözünə (188, s.26).
Göz işığı ilə çörək qazanmaq -- müəllimlər, yazı-pozu
adamları haqqında işlənir.
Gözə kül üfürmək - gözdən pərdə asmaq.
Hünər kimiıı idi ad kimin oldu,
Dövran kül üfürür çox zaman gözə (328, s.40).
Gör camaatın gözünə necə kül üfürürlər? (144, s. 12).
Gözəl ağa çox gözəl idi, vurdu çiban çıxartdı -biri çox
kifir olsa, günbəgün pis işilərini davam etdirsə, belə deyərlər.
Gözəl ağa çox gözəldi vurdu çiçək çıxardı (335, s 83).
Gözəllik ondur, doqquzu dondur -zahiri gözəlliyin
roluna böyük əhəm iyyət verilir.
Gözətlə,
ayağın
götvərən
qəbrinə
keçməsin
-
mövhumata görə, pis əməlli adamların qəbirləri tez xarab olub
yıxılar. Buna görə yıxılan qəbirlərdə ayağın sınmaq xətəri var
idi. Elə iş görmə ki, işin polisə, çətinliklərə düşsün ki, nicat tapa
bilməyəsən.
Gözətlə, yeyər - xətəri olmayan, faydasını bilməyib ondan
uzaq gəzən adama belə deyilir.
Yeməz insanı mey, çəkil yaxına,
Durma, baxma qıraqdan, ey mömin.
Təlxdir zahirən, vəli mənən
Dadlıdır qayqanaqdan, ey mömin (301).
Göz görmür, üz utanmır - üz-üzdən utanır
258
‘Bcftruz 'täqqi
<
Tür(çdeyimhri
M ən aşiqəm, o xandan
O paşadan, o xandan
Göz görmür, üz utanmır
Qorxuram bu divandan (33, s. 125).
Göz götürmək - əl çəkmək, əlaqəni kəsmək.
Könül bəsdir, gözəllərdən götür göz, hərzə goıd olma
(289, səh. 38).
Göz-gözə alışmaq - birinə ürəkdən bağlanmaq.
Çətin olur ayrılıq, göz-gözə alışanda (49).
Göz göz olmaq- yara haqqında işlənir. Yaranın, acı bir
xatirənin yenidən yada düşməsi.
Düz altmış min göz-göz olan yaranı,
Bağlayıram, yatmıram ki, gecələr (294, s.26).
Vurdular sinəmə möhnət qarası, acılıyor, göz-göz oldu
yarası (237, səh. 212).
Göz-gözü görməmək - qaranlıq, sis, duman, toz ya
tüstüdən, alovdan heç no gömıənıək.
Göz kötəyi vurmaq - birinə çox əyri-əyri və qəzəblə
baxmaq.
Təbrizin Əmir bazarından keçəndə gördüm rəhmətlik
xanım bacı bir qızılçı camakısına uzun müddət baxır. Dedim:
Xanım bacı gəlinirsən? Dedi: qayınxatını, bizim ki, gücümüz
çatmır bunlardan alaq, qoy bir az da olsa, onlara göz kötəyi
vuraq ( Əqdəs Haqverdi).
Göz qırpım ında - qısa bir zaman, an anlamında işlədilir.
Bircə göz qırpımında sevgini görəııcədi (210, səh. 56).
Göz qorxaq olar, ayaq mərd - danışmaqla, baxmaqla bir
iş qurtarmaq. Onu həyata keçirmək üçün bir hərəkət etməlisən.
Deyirəm gözə yox, ayağa alqış (215, Soh. 43).
Göz-qulaq olmaq - ayıq-sayıq olmaq.
Belə bir əmrdən sonra keşiş paşadan çox razı qaldı, şəhər
əhli do göz- qulaq oldu ki, osmanlı torpağına Кого m adında kim
gəlso, tutub paşaya versinlər (35, s.524)
259
‘Befiruz fb q q i
'Mr^daıimbri
Gözünün şorbasını tökmək - bir quldur insanın bir yazığı
təhqir etməsi və ya birini aldadan bir şarlatamn göz yaşı
tökməsi.
Gözlərdən oxumaq - birinin ürəyinin istək və arzusunu
gözlərindən duymaq, başa düşmək.
Mən sizi duyuram,
Gözlərinizdə oxuyuram,
Öz keçmiş günlərimi ( «Bir gün payızda», səh. 74).
Dostları ilə paylaş: |