Gözləri bərəltmək - birinə qəzəblə baxmaq.
Gözləri böyümək —heyrətlənmək.
İki il zindan, təbid, qara günlər keçirdikdən sonra əfsərin
rüşvət istəməsindən mənim gözlərim böyüdü (281, s.98).
Gözləri döyə-döyə qalmaq - mat-məəttəl qalmaq.
İngilis səfiri. Siz milli azadlığı neynirsiniz?
Qulam Yəhya: - Milli azadlığı yeyəcəyik.
Səfir gözlərini döyə-döyə Qulama bir daha başdan-ayağa
baxdı və sağollaşmadan geri dönüb, maşina tərəf getdi ( 312,
səh. 41).
Gözləri ilə/kirpiyi İlə od götürmək - çox əzab-əziyyət
çəkmək.
Gözləri qan çanağına dönmək- qəzəbdən, ağlamaqdan,
yuxusuzluqdan, və ya qanın həddən artıq sağılmağına görə
gözlərin lap qızarması.
Gözlərin dolması - ağlamaq halına gəlmək, kövrəlmək,
ağlamaq istəmək.
Bacı var başını yolsun? Dostu var gözləri dolsun? Bala var
gül kimi solsun?
Mən aşıq dolan gözüm,
Dol gözüm, dolan gözüm
Gedərsən, qayıtmazsan,
Vətəni dolan, gözüm! (105, səh. 18).
Gözlərin quyuya düşməsi - yaman gündən insanın
gözlərinin adi halını itirməsi, dərinə düşməsi.
Gözlərinin yaşı daşmaq - bir gün haqlı olaraq bir kölənin
etiraz etməsi.
260
Gözümün yaşı gərək bir gün daşa.
Sığmaya yazılara, dağa, daşa.
Gözləri ölü qoyun gözüdü - mənasız, ifadəsiz, halsız göz.
Gözlərin yol çəkm əsi - müqəddəs bir inamın həyata
keçirilməsi üçün və ya bir işin düzəlməsi üçün intizar çəkmək,
yarın, yaxın bir insanın gəlişini gözləmək, hansısa insanın
gələcəyinə işarədir.
Həsrətli gözlərin yol çəkməsini,
Gözləri yollarda qalanlar bilər (2) 5, səh. 71).
Bir çıxış yolunun tamarzısıyam,
Haçandır yol çəkir ürəyim, gözüm ( “Məhdi azadi” , 1997).
Elə bil yol çəkil' onun gözləri,
Fəqət nə gələn var, nə də bir gedən (337,1, s.57).
Tarixin gözləri yol çəkə-çəkə,
Bundan böyük səvab görməmiş bəlkə (325, səli 15).
Yol çəkməkdən yorulmayan gözlərim,
Siz tərəfi, siz tərəfo baxacaq (111, səh. 12).
Göz örtmək - naümid olmaq, birinin balaca və ya əıı
böyük xətasım görməməzliyə vurmaq.
Göz süzmək- naz eləmək.
Qol boyun oturub sürtək üz-üzə,
Baxaq bir-birimizə göz süzə-süzə (329).
Gözü açıq - ayıq, uzaqgörən, zəmanə adamı, sırtıq.
Gözü açılmaq - cəhalətdən qurtarmaq, bir məsələdən hal i
olmaq, xəbərdar olmaq, həddi-büluğa çatmaq.
Dəyil heç bir şeyə möhtac, özü iranlıların,
Nə səbəbdəndir açılmaz gözü iranlıların (80, c.ll, s. 114).
Gözü ağarmaq - ölmək.
Gözüm ağarsın əg ər yüzdə mində, milyonda
Görürsə ölkədə bir əhli-himmətin üzünü (267, s.304).
Gözü axmaq - xumarlanmaq.
Aşna, içmisən çaxır, gözlərin axır (9, s. 13).
Gözü alça-gavalı dərmək / gözlərinin biri gilas dərir,
biri səbətə doldurur- ora-bura baxmaq.
-Sənin də gözün alça-gavalı dərməsin (9, s.143).
261
'E rlçd e^n h ri
Hefiruz !Нэ(W
Gözü asılı qalmaq - intizar çəkmək, gözü yolda qalmaq.
Milli hökumət zamanmda sevgililərini əldən verən
gəlinlərin ürəkləri dondu, gözləri asılı qalıb ürəkləri bomboş
oldu ( Xanım Qəffari Cabbari).
Gözü ayağının altını görmür - qudurmaq.
Əlinə bir az yer salıbsan gözün ayağının altını görmür
(335, s.169).
Gözü bərəltmək - hirslə, əsəbi halda baxmaq.
H ər kimə nəql eləyirsən mədəniyyət sözünü,
Qabarıb üstünə hiddətlə bərəldir gözünü (206, səh. 199).
Gözü böyümək - təəccüblənmək.
G edirəm izim böyüyür,
Susuram sözüm böyüyür,
Baxıram gözüm böyüyür,
Dünya mənə tanış gəlir (260, s.63).
Gözü dağınıq - onun-bunun arvadına baxmaq.
Ayağı sürüşkənin, gözü dağınığın biridir, kimdi onu alan
(9, s. 143).
Gözü dar - xəsis, qıtmır.
Bir gün görürəm milyonerəm, udmuşam amma,
Sabah görürəm bir gözü dar aldı əlimdən ( S.Rüstəm).
Gözü doymaq - qane olmaq, yeyib-doymaq.
Su gəlir axmaq ilən,
Qayalar yıxmaq ilən,
G özəldən gözmü doyar,
Uzaqdan baxmaq ilən? (33, S. 176).
Gözü düşmək - .sevmək, tamah salmaq.
Bir qəmli xəbər bağrımı qan eylədi, saqi,
M ey ver, yenə ıusun gözü İranə düşübdür (301, səh 97).
Gözü əldən yığılmamaq - vətəni, sevgini pula satan alçaq
adamların haqqında deyilən deyim (39, səh 534).
Gözü götürməz - paxıl, doymayan.
Gözü göylük - xəsislik. Nağıllarımızda xalqın ən qəddar
düşməni göygöz kosa adlandırılır.
Gözü işığa gəlmək - sevinmək.
262
Hehruz 9baai
Tftr^U ybnhri
Hüseyn bir qədər yedi, gözləri işığa gəlib dedi (46, s.21).
Gözü kəlləsinə çıxmaq - nəhayət dərəcədə təəccüb
etmək, qəzəblənmək.
Mərəııdli M irzə Sadiqin şikayət dolu ərizələrini dövlət
idarələrində oxuyanda rəislərin gözləri kəllələrinə çıpxardı (3).
Şahın gözləri kəlləsinə çıxdı, ömründə belə bir sovqat
görməmişdi (46, s.122).
Gözü kölgəli olmaq - birinin qabağında eybi olmaq, pis
hərəkət etmək.
San ömrün boyu Hacı Şirzada qul oimalıydın. Ömrün boyu
gözü kölgəli yaşayacaqdın (30, № 2, səh. 55)
Gözü qızarmaq - dəli olmaq, şəhvətpərəstlik etmək
istəmək.
Bax xoruza, içib, gözü qızarıb,
Çırmanıb qolların hərarətdən (301, səh. 68).
Göziiın ayaqlar altında qaldı - hörmətdən düşmək,
yaman günə qalmaq, alçaq adamların qaxıncı ilə üzbəüz olmaq.
Göziimçıxdıya salmaq - incitmək.
-İncidirlər də, məni salıblar gözümçıxdıya (9, s. 139).
Gözümə alaca-bulaca gəlir - ümumiyyətlə, bu deyim,
xoşagəlməz insan haqqında işlənilir.
Göziiın su içm ir - ağlın kəsməməsi, bir işin düzəlməsinə
inamı olmarnaq.
Göziiın üstə yeriniz var - əziz qonağa deyilir.
Dəyirmançı dedi: gözüm üstə yeriniz var (46, s. 189).
Gözlərim üstündə sənin yerin var,
Yolları almasın nə boran, no qar (337, c.I, s. 106).
Gözüıı ağarması ■ pis günə qalmaq, kor olmaq.
Gözüm ağarsın əgor yüzdə, mində, milyonda
Görürsə ölkədə bir əhli-himmətin üzünü.
Gözün ağı, qarası - lap əziz, sevimli bir tək bala
anlamında işlədilir.
Biri var idi, biri yox idi. Bir çobanın gözünün ağı-qarası bir
oğlu var idi (38, s ə h 45).
Gözündə gözü olm aq - birini sevmək.
263
Ч ш ^ецт Ь п^
Ey gözəl, var gözlərində külli dünyanın gözü,
Sənsən aləmdə nigara, ç im lə xubanın gözü (80, c.II, s.96).
Gözündə qan yoxdur - qorxmaz, cəsarətli, ürəkli.
Gözün dörd olması - hər tərəfə baxmaq, səbirsizliklə
gözləmək.
Tək səni, tək səni göım əkdən ötrü
Barmaqlıq ardında gözüm dörd olur (Ə.Tudə).
Gözünə girmək - özünü istətmək, nəzəri cəlb etmək.
Sənin qılığın yoxdur, kişinin də gözünə görə bilmirsən
(129, s.412).
Gözünə kül ələm ək - aldatmaq, gözündən pərdə asmaq.
“Çillənin gözünə kül ələyirik”.
Gözünə qubar qonmaq - kədərli olmaq.
Səksəndə sınır yenər dizinə,
Doxsanında qubar qonar gözünə (35, s.237).
Gözünə təpmək - həvəslə yemək.
Gözündən gəlsin, hələ dünən xoruz ölmüşdü, bişirdim
verdim, təpdin gözünə ki...(72, c.III, s.31).
Gözün gözə saylanmasıı/sataşması - iki nəfərin baxışının
toqquşması.
Gözünü açmaq - diqqətlə baxmaq, hüşa gəlmək.
Ana özünü itirib, oldu qüssədən bihuş.
Gözün açanda nə gördü, uçub qəfəsdən quş (300, səh. 45).
Gözünü bərəltmək - lərs-tərs baxmaq, işarə ilə hədə-
qorxu gəlmək.
M ənə hər qəzetçi bərəldər gözün,
Yazır hey qəzetlərdə məktəb sözün (267, s.249).
Gözünü başqalarının ağzına dikmək - iradəsiz adam və
ya iradəsiz millət
Yoxsa adam hiss eləyəndə ki, hamının gözü onun ağzına
dikilib, boğazından aşağı getməz (115, № 2, səh. 62).
Gözünü döymək - key, m əəttəl baxmaq.
Ölüm nə var, nə döylirsən gözünü,
Niyə belə itirmisən özünü (260, s.109).
Gözünü duman almaq - qürurdan kor olmaq.
264
'Behruz Jhqqi
JJür%£eğnıhri
Gözünü qabar eləm ək -bezdirmək.
Dənizə gələn çılpaq qadınlara baxmaq kəndin bütün
kişiləri kimi Ağarzanın da gözlərini qabar eləmişdi (91, s.30).
Gözünü qan tutmaq - heç nəyi görməmək. Nəhayət
dərəcədə hirslənmək, əqlini əldən verən kimi hor bir işə hazır
olmaq.
Hüsəııin gözlərini qan tutmuşdu, nə baş verdiyini
anaşdırmırdı (84, s.37).
Gözünü qızıl-qızıl etmək - gözünü bərəltmək.
Gözünün ağı-qarası - tək övlad.
Məsməxanım kişinin gözünün ağı-qarası yeganə qızı idi
(91, s.28).
Anamın gözünün ağı-qarası bir məııəm, məni uzaq
aparsan, anamın günü qara olar.
Gözünün altını fəmərləmək -
gözünün altına vurub
göyərtmək.
Çuxamı cırma deyirəm sənə, Həzrət Abbas haqqı,
fənərlərəm o biri gözünün də altını (72, c.III, s.23).
Gözünün içinə demək - üzünə demək.
Məıı heç kəsdən qorxmaram, Adışirinovun da gözünün
içiııə deyərəm (9, s. 191).
Gözünün içinə kimi yalan deyir - ağ yalan deyir
Çox yaxşı bilirdi ki, Çopur Abdulla gözünün içinə kimi
yalan danışır (1, s.168)
Gözünün kökü saralmaq - həsrətdən, gözləməkdən
yorulmaq.
Gözləməkdən gözümün kökü saraldı ki.. (9, s. 155,).
İskəııdərin
anası
oğlunun
yolunu
gözləyirdi,
yola
baxmaqdan gözlərinin kökü saralmışdı (46, s.208).
Gözün qorasını sıxmaq - ağlamaq, yalandan kədərli
olmağa çalışmaq. Mollalar kimi xalqı aldatmaqdan ötrü yalandan
ağlamaq ədası verib gözlərindən yaş çıxartmağa təzahür etmək.
Roğayib yığva olar, el baxar
Dərvişlərin ilanı torbadan çıxar.
Pərdəçi də gözdən qoralar sıxar (251).
265
Behruz fh q q i
H ir^deyim hri
Gözün qorasını sıxma,
Gül danış deyirəm,
Salammıram başa leykən
Bu m illəti könəzi (qanır.azcasına bir söz üstündə duran)
(300, səh. 101).
Nəqşə çekir zülm eyvanın yıxmağa,
Gücü çatır gözdən qora sıxmağa.
Gözün qurdu ölmək - doyunca yemək, baxmaq.
Doyunca ye ki, tamahın qalmasın.
Gözünün odunu almaq - düşməni yaman günə salmaq və
ya yazıq bir insanı qorxutmaq.
Sadiq əsgəriyəm döyüşər, yurdun,
Gözünün odunu almışam, odurı (325, səh. 25).
Düşmən başın o daşlara çalmışdı,
Xan paşanın göz odunu almışdı (339, S.2).
Gözünün ucu ilə baxmaq -lıeç bir təmənnası olmamaq.
Daş üzə bənzər
Gözünün ucuyla qundağa sarı
Baxmadan
Astaca qalxdı yuxarı (328, s.393).
„Gözün üstə qaşın var“ demək olmur - həqiqəti dilə
gətirmək olmur.
Göz üstə qaşın var, deyənə, vurdu təpik (264, səh. 123).
Gözünü sil, gözümə bax - hədə-qorxu gəlmək.
Gözünü sil, gözümə bax (335, s.67)
Gözün üstə qaşın var demək - cürətli, şücaətli.
Dar ağacı quran hər sultan
Canavarcasına boğdurmuş,
H ər gözün üstə qaşın var deyəni ( Sahir).
Ürəyivi buz kimi elə, nə qədər mən varam, bir köpəkoğlu
sənə gözün üstə qaşın var deyə bilməz (9, s. 144).
Gözünü torpaq doyursun- çox tamahkar adama deyilir.
Gözünü yayındırmaq - diqqətlə baxdığı bir şeydən
gözlərini kənara çəkmək.
Düz Allahın gözlərinə baxırdı
266
‘Behruz ybqqi
Allah dözə bilmədi, yayındırdı gözünü (260, s. 105).
Gözünü yığmaq - bizdən gözünü yığ ki, sənə aldanan
olmaz, ümid etmə.
Get onları xam tövla ki, təzvir eləyirsən (267, s.202).
Gözü yolda qalmaq - çox gözləmək.
Gəl, gəl ulu xaqanın
Qalmış gözü yollarda (75, c.lV, s.23).
Gözün yumub, ağzın açmaq -lıeç nəyə və heç kəsə fikir
vermədən, ağzına gələni danışmaq, söyüş söymək.
Bir şey tapa bilməyib qayıdırdı evinə sarı, gördü ki tində
bir qarı oturub yumub gözlərini, açıb ağzını (46, s.347).
Cavan xanımı gözürıü yumub, ağzını açıb Məşədiyə
dişindən qopanı misal edibdir (281, səh. 96).
Gözü su içməmək- ağlı kəsməmək.
Qəmgin idi ona görə ki, Kərim şahdan gözü su içmirdi (46,
s. 164).
Gözü tar olmaq - gözü torlanmaq.
Demə ki tar olub gözü, düşübdü qüvvədən dizi,
Meyl etsə məst Möcüzü, ç xar tavana, ey Tükəz (80, c.II,
s.90).
Gözü tox -heç nədə gözü olmayan.
Hamıdan yayınıb gizli-gizli bəs,
Özgəyə gör qazmaq oğurluq deyil? (328, s.342).
Gözü üstündə olmaq -m uğayat olmaq.
Toğrul- yadından çıxmasın, İmamyar dayı, gözün uşaqların
üstündə olsun (72, III, s.55).
Gözü və tikan batsın - qarğışdı, yaxşılğı bilməyən,
axtarılan şeyi tapa bilməyənə deyilir.
Tikan olub yad gözünə batarıq.
Hə., niyə yazdırmırsan, niyə gözlərini bərəldirsəıı?(195,
c.II, s.47).
Gözün gülməsi - bir nailiyyətdən, bir xoşbəxtlikdən
sevinmək.
Doktur Mahmudbəy:
sizin gözünüz gülür. Elə bil
sevinirsiniz (101, səh. 257).
267
ш ш т ш ш Зш ш ат ш
Hefoıız
Gözü yolda qalmaq - iki parçaya bölünmüş bir millətin
birlik arzusu. Ananın oğula, qıza qovuşması.
Qarabağda qalan var,
Zülfün üzə salan var,
Mən burda çox əyləndim
Gözü yolda qalan var (38, səh 17).
Göz yağını yedirtmək - əzizləmək, böyük fədakarlıq
etmək.
Göz yaşı kimi duru - dupduru.
Bulaqlar yenə də elə durulub ki, elə bil göz yaşıdır axır
(174, s. 14).
Göz yaşını ələm ək - ara vermədən ağlamaq.
Nöhə səsi qulaq dəlir.
Sədavü simadan gəlir,
Anam da göz yaşın əlir.
Göz yaşını içinə axıtmaq -zahirdə göz yaşını saxlamaq.
Kimi də göz yaşını içərisinə, ürəyinin özəyinə axıdırdı
(144, s.58).
Göz yummaq
mənfi və müsbət mənada işlənir. Özünü
bilməməzliyə, görməməzliyə vurmaq, birini xətalı bir işinə görə
cəzalandırmamaq.
Niyə gizlədim ki, öyrənmişəm mən
Haqsızlıq yanından sakit keçməyi.
Qoluzorlu önündə susub durmağı,
Yalana göz yummağı (110, səh. 175).
Göz verib işıq verməmək -incitmək, nəhayət əziyyət
vermək.
Ah, burada, gəlin mənim günümü düyünləyib göy əskiyə,
soxub qoz qabığına (205, s.28).
Axır vaxtlar bəzi nadürüst adamlar mənə göz verirlər işıq
vermirlər (288, s. 122).
Gıır-gur yanmaq - işıq vermək, birinin
sevgisi ilə
yaşamaq.
Min illər keçsə də gur- gur yanacaq.
Hicran adasında mayakdı Nazim (124).
268
HtT^deyimhri
Heftruz tä q q i
Gurultuya vermək - birini lova vermək.
Bir nəfər adi bir iş üstündə təsadüfən giriftar olduqda
nadanlıq üzündən polisə aldanır, özünü xilas etmək üçün bir
iddə adamı gurultuya verir (248, s.437).
Yox, heç ağlım kəsmir bizi bular gurultuya verəcəklər
(195, с.II, s. 16).
Güc billahla yaşamaq - çox çətinliklə güzəran sürmək.
Güclü ilə
kasıbınkı
tutmaz -- varlı
və
yoxsul
mənasındadır.
Güclü ilə gücsüz düşə savaşa,
Olur tərlan ilə sar aşnalığı ( Məhəmməd İbrahim, «Qaşqay
türkləri»)
Güdaza vermək/bada, lova vermək -ələ vermək, satmaq.
Verdim güdaza canımı hicrin odunda məıı,
Bir qıl nəzarə gör, necə suze-qudazı var (147, s.47).
Gülabını tikan sorrnaq - özgələrin əlində əsir düşüb var-
dövlətini biganələrin mənimsəməsi.
Ona havadarlıq etdik, bizi söydülər, xeyirxahlıq etdik, bizi
bədnam etdilər. Onun ialəzarlığına pərəstiş etdik, öz ciyərimizin
qanını udduq, suyunun bolluğunu arzu etdik...getdik, getdik,
mənzilə çatmadıq, vətən, vətən, nə vətəndir bu..tuf belə vətənin
valilərinə. Bu vətən bir gülə bənzəyir ki, bunun gülabım tikanlar
sorur ( Q.Şərifovun..məktubu).
Gül boxçası - ən əziz və gözəl bir şey.
Dünən şerimin bəlli yarısı
Tutulmuşdu ərəb -fars bəlasına.
Mən yaxın qoymaram ərəbi, farsı
Doğma şerimin gül boxçasına (S.Rüstəm).
Güldən ağır bir söz demək - birinin ürəyini incidən söz
demək, xətrinə dəymək.
Niyə küsdün? Sənə bir güldən ağır sözmü dedim? (264,
Səh. 49).
Məıı istəmirəm ki, sənin adına güldən ağır bir söz deyilsin
(72, с. III, s.91).
Gül-gülü, Ibıilbüll - bülbülü çağırır - çox gözəl bir yer.
269
‘Behruz yhqqi
Tür^dajimhri
Gül-gülü, bülbül-bülbülü çağırır.. (1.48, S.118).
Güllə kimi - çox sürətlə, odlu silah təzə k ə şf ediləndə
güllə ən sürətlilik, ən yeyinlik simvolu idi.
Qapı dartılıb açılanda Səməd özü də yerundən qopdu,
güllə kimi düz Çimnaz müəllimənin qucağına atıldı (260, s.126).
Gülmə qulunc olana, plovu line olana, gülsən eləsinə
gül, qulağı dinc olana -bədbəxt, işi çətinliyə düşən adama
gülmə.
Gülmə qonşuna, gələr başına - özgələrin yazıqlığına
güllmə, sənin də başına gələr.
Gülmə qonşuna, çıxar qarşına (9, s.50).
Gülm əşəkər - ərköyün, özünü hamıdan yuxarı tutan,
hamıdan əziz bilən.
Nənən soğan, dədən sarımsaq, hardan oldun gülməşəkər,
qurumsaq?
Gül yem ək - tovlanmaq, aldanmaq.
Gül vurmaq ■
■ hər şej'in, xüsusən qızın ən yaxşısını
seçmək, hər şeyin ən gözəlini seçmək.
Qoçaqsan, gül vurubsan (129, s.415).
Bazarın gülün vurub.
Güm bəz üstə girdəkan dayanmaq - bir-bıriııə uyğun
olmayan bir zad əbədi yaşaya bilməz ( «Vətən dili» kitabından
Mirzə Həsən Rüşdiyyə).
Gümrah adam - sağlam adam.
Gümrah addmı - möhkəm addım.
Şən musiqi səslənir, müəllif gümrah addımlarla səhnədən
çıxır (77, səh.35).
Gün ağlamaq - özüııü, millətinin gələcəyini düşünmək,
şəxsi mənafeyini millətin mənafeyinə qurban vermək.
Ay insanlar! ..Özgələrdən çıxmaz bizə gün ağlayan,
M əsəldə var ac yaşayar qonşusundan yemək uman (113,
s. 111).
Bizə baxma, bizim dövran başqa idi,
El üçün çalışdıq, özümüzə gün ağlamadıq (310, səh. 5).
Gündə bir don geymək - şəxsiyyetsiz.
270
®tftruz
O hankı vicdan ki, ağlar ay aman,
Gündə bir don geyən dövran əlindən (337, c.l, s.104).
Gündüz qurd ağızlı, gecə qarğa gözlü ol - gündüz çalış
zəhmət çək, ayıq ol, gecə də ehtiyatı əldən vermə.
Günəş girməyən evə həkim girər - günəşin həyatverici,
mikrobları məhvedici xassəsini bildikləri üçün düşünürdülər ki,
evə günəş işığı düşməsə orda yaşayanlar xəstələnərlər.
Gün görmək - yaxşı həyat sürmək.
Gün görmədim bu dünyaya gələli
Ağlayıban gözüm yaşın siləli (35, s.532).
O gündən həriyə bir gün gönnədi,
Onun cavan ömrü uzun sürmədi (337.. I,s. 113). .
Sənə Zöhrə, Ay, Günəş qoydular cahanda,
Ancaq özün dünyada bir gün görə bilmədin (80, c.II,
s. 163).
Gün görmüş - yaxşı güzəran keçirmiş, təcrübəli.
Gün kimi aydın olmaq - izaha ehtiyac yoxdur, hər şey
bəllidir. Heç bir şübhə yeri qalmamaq.
Bu məsəldir xolqo rövşən gün kimi,
Gülşəni- cənnət fəqirə xar olur (25, səh 94).
Gün kimi yanmaq -gözəl, parlaq.
Qılınc nə qılınc, vallah bu elo bir qılıncdır ki, gün kimi
yanır, ay kimi işıq salır (174, s. 10).
Güngünə basmaq - güııg ət palçığından düzələn balaca
balaca su borularına deyilir. Adamın avıb yeri nəzərdə tutulur.
Qoymaram, vəli soxarlar gtıngümo
Kərvəşanı sərtasər (301, s.47).
Gün qoçusu - vəziyyətdən qüdrətə çatan, alçaq, cahil
adamın böyük yerdə oturması.
Bağladı rəhmü -şəfaot qapısın gün qoçusu,
Barilahə, sən özün rəhm elə halətimizə (255, s. 180).
Günortadan sonrakı kişilər -- alçaq adamlar, birdən-birə
əlləri pula çatanlar, görməmişlər.
271
'Be&'uz fö q q i
в т т ^ т ш И и
Giiınü barmaqla saymaq -
gözü yolda qalmaq, bir
sevimli insanın gəlməsinə göz tikmək, bir şeydə, intizar
çəkməkdə, gözləm əkdə günləri saymaq.
Giiınü doğmaq - müsbət mənada nailiyyətlərə ol tapmaq,
mənfi mənada alçaq adamların yüksək dövləti işlərdə yer
tutmaları və ya çoxlu pula əl tapmaları.
Bir parça mundar ləşə həsrət qalan
Kaftarların, tülkülərin günü doğdu ( «Həyat təranəsi»,
səh. 55).
Günü göy əskiyə tutmaq - məlumdur ki, göy rəng bizdə
həmişə yas, matəm əlam əti və xəsislik nişanəsi olmuşdur. Əzab-
əziyyət həm işə bu rəng ilə ifadə olunmuşdur. “Dədə Qorqud”
qəhrəmanları həmişə yasda qara geyib göz sarınırlar.
Zülm
görənlər zülm edən haqqında danışanda həmişə “günümü göy
əskiyə büküb” deyirdilər (Təhmasib, s.27).
Yar günümü göy əskiyə düydii ki, dur inəni boşa
(Şəhriyar).
Günü günə calamaq - uzatmaq.
Sabaha caladın nə tez bu günü,
Ölməmiş sən ona kəfən biçirsən? (328, s. 141).
Günü qara olmaq - uğursuz, yaman gündə yaşamaq.
Aşığam nağaradır,
Nə toydur, nağaradır?
Həmarın Behbud əlindən
Gör günü nə qaradır? (33, S.97).
Günün əyilməsi - gün batmağa az qalmaq.
H əm id küçəyə çıxanda gün əyilm işdi, saatına baxdı
(1, s.162).
Günün səsini duymaq -m üasir tələblərə cavab vermək.
Geri dönmədik,
Duyduq qəlbimizdə günün səsini ancaq...(328, s.353).
Günü pis yerdə batırmaq - fürsəti əldən vernıok, ö mili
yararlı işlərə sərf etməmək.
Gümrahlığı əldən getmək - sağlamlığı, cəldliyi əldən
getmiş.
272
Tür^tCeyimCm
Getdi gümrahlığım, ərköyünlüyüm,
Qayıtmaz atalı, analı dünyam (Ə.Miyanalı).
Dostları ilə paylaş: |