Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə24/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

(204 a) Qənimətin dəftərə keçirilən bu beşdə biri on altı min qoyun tutdu ki

bu da səksən minin beşdə biridir. Tələf olan və hörmət edilib alınmamış 

olanlarla birlikdə, heç şübhəsiz, yüz min qoyun vardı. 

 

BABURUN QATILDIĞI BİR OV 

 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



218

Ertəsi gün oradan qalxıb Kəttəvaz ovasında sürək ovu quruldu. Bu 

ovanın geyik və qulanı daima ətli və çox olur. Dairənin içərisinə çox qulan 

və geyik girdi. Xeyli qulan və geyik vurdular. 

Ov əsnasında mən də bir qulanı təqib etdim və yaxınlaşaraq bir ox at-

dım. Bir ox daha atdım, lakin bu yaralar ona yerə yıxacaq dərəcədə təsir et-

məmiş, yalnızca bu iki yara üzündən qaçması bir az yavaşımışdı. Atımı 

mahmızladım. Gizlicə yaxınlaşaraq iki qulağı arasından tam ənsəsinə qılınc-

la vurdum. Başı kəsilib yalnız qırtlağından asılı qaldı, sıçrayıb öldü. Az qala 

arxa ayağı üzəngimə ilişəcəkdi. Qılıncım çox yaxşı kəsdi. Çox kök bir qulan 

idi. Bir qarışa yaxın yağı vardı. 

Şirim Tağayi və Moğolistan qulanı görmüş olan digər bəziləri də hey-

rətlə «Biz Moğolistanda bu qədər kök qulan az görmüşük» dedilər. 

O gün bir qulan daha vurdum. Bu ovda ələ keçən qulan və geyiklərin 

çoxu kök idi, lakin heç biri mənim vurduğum qulan qədər yağlı deyildi. 

Bu axından dönüb Kabilə gəldik. 

 

ŞEYBANİ XANIN XORASANI ƏLƏ KEÇİRMƏ TƏŞƏBBÜSÜ 

 

Keçən ilnin sonlarında  Şeybani xan Xorasanı  ələ keçirmək niyyətilə 

Səmərqənddən qoşun (204 b) çəkmişdi. Əndəxudu əlində tutan namussuz və 

nankor Şah Mansur Bəxşi Şeybani xanın yanına adamlar göndərib onun gəl-

məsini sürətləndirmiş  və  Əndəxud civarına gələndə  də bu namussuz hərif 

«Adam göndərdim» deyə özbəklərə etimad edib bəzənərək və başına lələk-

lər taxaraq, peşkəş və hədiyyələrlə qarşılamağa çıxınca başıboş özbəklər hər 

tərəfdən hücum edərək bu alçağı, hədiyyələri və yanındakı adamları birlikdə 

yağmalamışlar. 

Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzə, Məhəmməd Burunduq Barlas, 

Zünnun bəy Arğun hamısı Baba-Xaki civarında qoşunla birlikdə oturmuş-

dular, nə savaşmaq nə də kurqanı gücləndirmək üçün hazırlıq görməmişdilər. 

Heç bir işi qərarlaşdırmadan və nə edəcəklərini dəqiq olaraq bilmədən çaş-

qın bir vəziyyətdə otururdular. 

Məhəmməd Burunduq bəy iş bilən adamdı. «Müzəffər Mirzə ilə mən 

Herat kurqanını gücləndirək, Bədiüzzaman Mirzə ilə Zünnun bəy də Heratın 

ətrafındakı və civarındakı dağlara gedib Sistandan Sultan Əli Arğunu, Qən-

dəhar və Zəmindavərdən Şah bəy ilə Müqimi əsgərləri ilə birlikdə özlərinə 

qatsınlar. Bütün həzarə  və  nəkdəri  əsgərlərini də toplasın, hazırlıq görüb 

yürüsünlər. Düşmənin dağlara getməsi zor olacaq, həm də dışarıdakı əsgərin 

qorxusundan kurqanın üstünə də gələ bilməzlər» demiş və çox doğru söylə-

mişdi, ağlına çox yerində (205 a) bir fikir gəlmişdi. 

Zünnun Arğun cəsur olmasına baxmayaraq xəsis və tamahkar, fikir və 

tədbirdən uzaq, gic və dəlisov bir adamdı. O zaman böyük və kiçık qardaş-



BABURNAMƏ 

 

219



lar Heratda ortaq bir şəkildə hakim idilər və o da -daha öncə söylədiyim ki-

mi- Bədiüzzaman Mirzənin yanında ixtiyar sahibiydi. Tamahkarlığı üzün-

dən Məhəmməd Burunduqun şəhərdə qalmasına razı olmadı və özünün şə-

hərdə qalmasını düşündü, lakin bunu da bacarmadı. 

Onun axmaqlığına və dəliliyinə bundan daha yaxşı bir dəlil ola bilərmi 

ki, bir dəstə saxtakar və hiyləgərin yalanlarına və öygülərinə inanaraq özünü 

rəzil və rüsvay elədi. Bu hadisənin təfsilatı belədir: Heratda bu qədər etibar 

və iqtidar sahibi olanda bir neçə şeyx və molla onun yanına gəlib deyirlər ki: 

«Kütub bizimlə münasibətdə bulunur, sənə hizəbrullah [Allahın aslanı] ləqə-

bi verildi. Sən özbəkləri yenəcəksən». O da bu sözlərə inanaraq, boynuna fi-

tə bağlayıb Allaha şükürlər edirmiş. Bu üzdən də Məhəmməd Burunduqun 

məqbul fikriylə hərəkət etməmiş, nə kurqanın gücləndirilməsi işiylə, nə də 

savaş hazırlığıyla maraqlanmış, nə düşmənin yaxınlaşdığını  xəbər verəcək 

önçü və  kəşfiyyatçıların yerləşdirilməsiylə, nə  də düşmən gəlsə, savaşmaq 

üçün səflərin düzənlənməsi ilə uğraşmışdı. 

Şeybani xan məhərrəm ayında [1507 may-iyun] Mürqabdan keçib Sir-

Kay civarına (205 b) yaxınlaşdığında Mirzələrin bundan ancaq xəbəri oldu. 

Sərsəmləşib heç bir iş görəbilmədilər. Nə qoşunu toplaya bildilər, nə də səf-

ləri qura bildilər. Hər kəs olduğu yerdən qaçmağa qoyuldu. Zünnun Arğun 

ona söylənən bu sözə uyub qırx-əlli min özbəyin qarşısında yüz-yüz əlli qə-

dər adamıyla birlikdə Qara-Ribatda qalır. Düşmənin izdihamlı əsgəri yaxın-

laşınca da üstlərinə cumur. Özbəklər də onu ələ keçirib başını kəsdilər. 

 

ŞEYBANİ XANIN HERATI ALMASI 

 

Mirzələrin anaları, böyük və kiçık bacıları, arvadları  və  xəzinələrin 



hamısı Ala-Kurqan deyə  məşhur olan Qaleyi-İxtiyarəddində idi. Mirzələr 

gecə  şəhərə çatırlar, atları dincini alana qədər gecə yarısınadək yatırlar və 

səhər vaxtı  şəhəri tərk edirlər. Kurqanı gücləndirməyi belə düşünmürlər. 

Analarını, böyük və kiçık bacılarını, ailələrini və uşaqlarını yanlarına alma-

dan, onları belə bir zamanda və belə himayəsiz bir vəziyyətdə özbəklərin 

əsarətinə buraxıb qaçırlar. 

Payəndə Sultan bəyim ilə Xədicə bəyim başda olmaq üzrə Sultan Hü-

seyn Mirzənin arvadları, Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin bütün 

qadın və uşaqları, xəzinələri və ev əşyalarının hamısı Ala-Kurqanın içində 

idi. Kurqan gərəkdiyi kimi qapalı və qorunaqlı bir hala gətirilmimiş, kurqa-

na yardım üçün göndərilən igidlər də hələ oraya çatmamışdılar. 

Məzid bəyin [Arğun] kiçık qardaşı  Aşiq Məhəmməd Arğun ordudan 

piyada qaçıb gələrək kurqana (206 a) girdi. Kurqanda ondan başqa  Əmir 

Ömər oğlu  Əli xan, Şeyx Məhəmməd Abdullah Bəkavul, Mirzə  bəy Key-

xosrovi və Mirək Kurdivan vardı. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



220

Şeybani xan gəldikdən üç gün sonra şeyxülislam və böyüklər əhd və 

şərt bağlayıb dış kurqanın açarlarını alaraq onun hüzuruna getdilər. Bu Aşiq 

Məhəmməd kurqanı on altı-on yeddi gün müdafiə etdi. Dışarıdan, Atbazarı 

tərəfdən dəlik açıb kurqanın bir bürcünü havaya uçurdular. Kurqan əhalisi 

də çaş-baş qaldı və kurqanı müdafiə etmədən təslim etdi. 

Şeybani xan Heratı alınca bu padşahların ailələri ilə pis rəftar etməyə 

başladı. Yalnız onlara qarşı deyil, bütün xalqa da eyni şəkildə pis davrandı. 

Bu qaba, görməmiş adam beş günlük fani dünyada belə yaman ad qazandı. 

Şeybani xanın Heratda elədiyi uyğunsuz hərəkət və  işlərin bəziləri 

bunlardı: 

Bu dünyanın kirli hesabları üçün [Sultan Hüseyn Mirzənin arvadı] Xə-

dicə bəyimi Şah Mansur Bəxşi kimi bir namussuza verərək dürlü-dürlü əzab 

və işkəncəyə məruz qoydurdu. 

Şeyx Puran kimi vəli və əziz bir adamı moğol Əbdülvəhhaba, oğulla-

rının hər birini də ayrı-ayrı adamlara payladı.  

Bütün şeir ərbabı və zövq sahiblərini Molla Bənnainin hakimiyyətinə 

verdi. Xorasan nükdədanlarının buna dair söylədiyi bu qitə çox məşhurdu: 

Bə cüz Abdullahi-kirxar imruz, 

Nədidə heç şair ruyi-zərra, 

Binai zər təmə darəd zi şair

Məgər xahəd giriftan kiri-xərra

1

.   


 

Bugün Abdullah Kirxardan başqa  

Heç bir şair altın yüzü görməmişdir. 

Bənnai şairdən altın umur,  

Lakin kirxərdən başqa heç nə almayacaq. (206 b) 

Şeybani xan Heratı alan kimi Müzəffər Mirzənin Xanzadə xanım adlı 

arvadını, iddət müddətinin

2

 dolmasına baxmadan nikahlayıb aldı. 



Heratın məşhur və zövq sahibi mollalarından olan Qazı İxtiyar ilə Mir 

Məhəmməd Yusifə cahil olmasına baxmayaraq təfsir dərsi verdi. 

Molla Sultan Əli Məşhədi ilə  Bəhzad Mənsurun yazıları  və  rəsmləri 

üzərinə qələm vurub düzəlişlər elədi. 

Bir neçə gündə zövqsüz bir beyt söyləyir və onu minbərlərdə oxudub 

bazarlarda asdıraraq şəhər xalqından hədiyyələr alırdı. 

Düzdür, erkən qalxır, beş rükət namazını buraxmır və qiraət elmini 

yaxşı bilirdi, lakin belə bir sürü gic, əbləhanə və kafiranə əməllər və işlər də 

görmüşdü. 

                                                           

1

 Kirxər sözü erkək eşşəyin cinsi orqanı mənasına gəlir. 



2

 İddət müddəti:  keçmişdə  ərindən ayrılan qadının təkrar  ərə getməsi üçün keçməsi 

lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə qədər keçəcək müddət 

(ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün). 



BABURNAMƏ 

 

221



Heratı aldıqdan on-on beş gün sonra Kəhdistandan Püli-Salara gəlib 

bütün qoşununu [oğlu] Teymur Sultan və Übeyd Sultanın tabeliyinə verib 

Məşhəddə qafil oturmaqda olan Əbülmöhsün Mirzə ilə Kibək Mirzənin üs-

tünə göndərdi. Bunlar əvvəlcə qalanı gücləndirməyi düşünürdülər, sonra isə 

əsgərin gəlməkdə olduğunu eşidərək başqa bir yoldan Şeybani xanın üstünə 

sürətlə yürümək istəyirlər. Bu çox yaxşı bir fikirdi. Lakin heç birinə  qərar 

verə bilməyərək oturduqları üçün Teymur Sultan ilə Übeyd Sultan qoşunla 

sürətli bir yürüyüş gerçəkləşdirərək gəlib yetişirlər. Mirzələr də qüvvətlərini 

düzüb onların qarşısına çıxırlar. 

Əbülmöhsün (207 a) Mirzəni dərhal ələ keçirib götürürlər. Kibək Mir-

zə bir neçə adamıyla böyük qardaşının düşməninə hücum edir, onu da götü-

rürlər. Hər iki qardaşı ələ keçirirlər. İkisini bir araya gətirdiklərində iki qar-

daş qucaqlaşıb öpüşərək halallaşırlar. Əbülmöhsün Mirzə qorxaqlıq edir, la-

kin Kibək Mirzə qorxusunu o qədər bəlli etmir. Şeybani xan Püli-Salarda 

ikən hər iki mirzənin başını kəsib ona göndərirlər. 

O günlərdə Şah [Şüca] bəy və kiçık qardaşı Məhəmməd Müqim [Ar-

ğun], Şeybani xanın qorxusundan mənə dəfələrlə elçilər və məktublar gön-

dərib bərabər olduqlarını və sədaqətlərini bildirdilər. 

Müqim bir məktubunda məni açıqca çağırmışdı. Özbəklərin əyalətləri 

bu şəkildə ələ keçirdikləri bir zamanda bizim seyrçi qalmamız doğru deyildi. 

Bu qədər elçilər və məktublar göndərib bizi istədikləri üçün onların gəlib bi-

zə qoşulacaqlarına heç şübhə edilə bilməzdi. 

Bütün bəylər və görüş sahibləri ilə danışıb məsləhətləşərək yola çıx-

mağa və Arğun bəyləri də bizə qoşulduqdan sonra onların da fikirlərini və 

görüşlərini alaraq Xorasana doğru hərəkət etməyə qərar verdik. Bu niyyətlə 

də Qəndəhara tərəfə yola çıxdıq. 

Daha öncə bəhs etdiyim kimi, yengə deyə xitab etdiyim Həbibə Sultan 

bəyim, Heratda qərarlaşdırdığımız kimi, qızı Məsumə Sultan bəyimlə birlik-

də gəldi. (207 b) Qəznədə görüşdük. Onlarla birlikdə Xosrov Göyəldaş, Sul-

tanqulu Çanaq və Gədayi Bilal da gəlmişdi. Bunlar Heratdan qaçıb öncə İbn 

Hüseyn Mirzənin, oradan da Əbülmöhsün Mirzənin yanına getmiş, lakin 

orada da qala bilməyərək bizə gəlmək üçün təkrar yola çıxmışlar. 

Bunlarla birlikdə  Qəlata çatanda orada ticarət üçün gəlmiş bir çox 

Hindistan tüccarının olduğunu gördük. Əsgər oraya qəfil yetişdiyi üçün qaça 

bilməmişdilər. Yanımdakıların çoxu «Savaş zamanında düşmən vilayətinə 

getməkdə olanları yağmalamaq lazımdır» dedi. 

Amma mən razı olmadım və dedim: «Tüccarların nə günahı var, belə 

xırda-xuruş qazanca baxmadan, Allah rizasını almaq naminə bunlara toxun-

masaq, Allah da bunun əvəzini bizə artıqlaması ilə nəsib edəcəkdir. Necə ki 

keçənlərdə gilcilərə axın üçün hərəkətə keçəndə məhmənd əfqanları qoyun 

və malları, ailə və uşaqlarıyla əsgərdən bir ağac məsafədə ikən çoxunuz on-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



222

lara axın etmək fikrindəydiniz. Yenə eyni düşüncəylə mən buna razı olma-

mışdım və ertəsi gün uca Allah dərhal düşmənlərimiz gilci əfqanlarının ma-

lından əsgərə o qədər çox qismət etdi ki, o zamana qədər heç bir axında bu 

qədər çox qoyun ələ keçməmişdi». 

Qəlatdan keçib endik və tüccarlardan hədiyyə olaraq bir az mal alındı. 

Kabili aldıqdan sonra Xorasan tərəfinə getməsinə izin verdiyim Mirzə 

xan ilə Xorasandan (208 a) ayrılanda orada qalmış olan Əbdürrəzzaq Mirzə 

biz Qəlatdan keçərkən Qəndəhardan qaçıb gəldilər. Bəhar Mirzənin nəvəsi 

və Cahangir Mirzənin oğlu Pir Məhəmməd Mirzə  və onun anası da digər 

mirzələrlə birlikdə gəlib bizə qoşuldular. 

Şah [Şüca] bəy ilə Müqimə  məktublar göndərib belə yazdıq: «Sizin 

sözünüzlə buraya gəldik. Özbək kimi yabancı bir düşmən Xorasanı zəbt etdi. 

Gəlin dövlətin yaxşılığı üçün nə şəkildə hərəkət etmək lazımsa, sizin iştira-

kınız və ittifaqınızla bir qərar verək». 

Onlarsa məktub yazdıqlarını və bizi istədiklərini inkar edərək qaba və 

sərt cavablar göndərdilər. Qabalıqlarından biri bu idi: Şah bəy mənə yazdığı 

məktubunda möhürünü bir bəyin digər bir bəyə, hətta daha böyük dərəcədə 

olan bir bəyin daha kiçık rütbəli bir bəyə yazdığı  məktubda olduğu kimi, 

məktubun arxasına və kağızın ortasına basıb göndərmişdi. Belə qaba hərəkət 

etməmiş və bu cür qaba cavablar göndərməmiş olsaydı, iş bu dərəcəyə gəl-

məzdi. Necə ki bu söz çox doğrudur: 

Setizə bəcan rəsanəd süxən, 

Ki viran konəd xanədani kuhən. 



Çəkışmə sözü elə bir məcraya çəkər ki,  

Əski bir xanədanı məhv edər. 

Bu anlaşmazlıq və qabalıqları üzündən ocaqlarını və otuz-qırx il ərzin-

də əldə etdikləri qazanclarını itirdilər.  

Şəhri-Səfa civarında ikən bir gün yanlış  həyəcan siqnalı  nəticəsində 

ordugah içində qarışıqlıq çıxdı. Bütün əsgər silahlanaraq atlara mindi. Mən 

qüsl və təharətlə məşğul idim. (208 b) Bəylər çox təlaş etdilər. Mən də işimi 

bitirərək ata mindim, yanlış bir xəbər olduğu üçün bir müddət sonra ortalıq 

yatışdı. 

Oradan qalxıb mənzil-mənzil yürüyərək gəlib Gura endik. Burada da 

[arğunlarla] bir neçə dəfə danışıb anlaşma yolunu seçdik, amma fayda ver-

mədi, inad və sərkəşlik etdilər. 

Ərazini bilən və bizə sadiq olanlar belə dedilər: «Qəndəhara gələn 

çayların mənbəyi Baba-Həsən-Abdal və Xalişək tərəfidir, o tərəfə keçib 

Qəndəhara gələn çayların hamısının qabağını kəsmək lazımdır». Buna qərar 

verib sabah tezdən silahlanaraq, sağ və sol qolları və səfləri düzüb Xalişək 

tərəfinə yürüdük. 



 

BABURNAMƏ 

 

223



QƏNDƏHAR SAVAŞI 

 

Şah bəylə Müqim Qəndəhar dağının bir daş imarət tikdirdiyim çıxıntı-



sının önündə çadır qurub oturmuşdular. Müqimin adamları tələskənlik edib 

ağaclar arasından bir az yaxınlaşdılar. Biz Şəhri-Səfa civarında olanda qaçıb 

bizə gəlmiş olan Tufan Arğun arğunların səflərinə doğru tək başına, həm də 

gizlicə yaxınlaşlbmış. O əsnada Eşqullah deyilən biri yeddi-səkkiz adamla 

birlikdə digərlərindən ayrılaraq bir az bəri gəlir. Eşqullah yanındakılardan 

bir az daha irəli gedir. Tufan Arğun da tək başına qarşısına çıxıb qılıncla vu-

ruşaraq onu atından salır. Mən Səngi-Lahşək qarşısından keçərkən başını 

kəsib gətirdi. Bunu xeyirli bir əlamət saydıq. 

Ərazi məhəlləlik və  ağaclıq olduğu üçün belə bir yerdə savaşmağı 

doğru saymayaraq, dağ  ətəyindən keçib Xalişək önündəki çayın Qəndəhar 

tərəfindəki (209 a) çayırını yurd olaraq seçib enməyə hazırlaşdıq. Tam o əs-

nada Şirqulu tələsik gəldi və düşmənin [arğunların] döyüş cərgəsində yaxın-

laşmaqda olduğunu söylədi. 

Qəlatdan keçildikdən bəri  əsgər çox açlıq və  sıxıntı  çəkmiş, Xalişək 

civarına gələndə isə  əsgərin böyük bir qismi qoyun, sığır, ərzaq və saman 

üzündən Xalişəkin yuxarı vadisi tərəfinə dağılmışdı.  Əsgərin toplanmasını 

gözləmədən atlandıq. 

Bizim bütün adamımız iki minə yaxındı. Buraya enəndə, söylədiyim 

kimi, əsgərin bir çoxu yuxarı vadiyə getmişdi və savaşa vaxtında yetişə bil-

mədi. Savaşda hazır olanlar min nəfər qədər idi. Gərçi adamlarımız azdı, la-

kin çox yaxşı nizamlı və qapalı səflər yaradıb paylaşdırmışdım. İndəyə qə-

dər heç bir zaman belə bir tərtib və düzən qurmamışdım. 

Əlindən iş gələn bütün igidlər xassə  alayına ayrılmışdı. Hamısını on-

on və əlli-əlli ayırıb onbaşı və əllibaşıları təyin etmişdim. Hər on və hər əlli 

nəfərlik bölük sağ və sol qolda duracağı yeri və savaş vaxtında görəcəyi işi 

bilərək hazır və nazirdi. Baranğar və cavanğar, ön qol və sol qol

1

, ön yan və 



sol yan önə və sola hərəkət vaxtı gələndə hər hansı bir zorluq olmadan və 

xəbərçilərə ehtiyac qalmadan düzənli bir şəkildə  hərəkət edə biləcəkdilər. 

Əsgərin hər bölüyü olduğu yerdən hərəkətə (209 b) keçdi. 

Gərçi baranğar, ön qol və ön yan eyni mənaya gəlir, lakin ayırd etmək 

üçün sözləri dəyişdirərək, bunları ayrı-ayrı mənalarda işlətdim. Ordunun sağ 

və sol qanadına [ərəbcə] məymənə və məysərə, [türkcə] baranğar və cavan-

ğar deyirlər, bunlar döyüş cərgəsinə girəndə [ərəbcə] qəlb, [türkcə] qol

2

 de-



yilən mərkəzə daxil deyildir. Bu növ səfə bu şəkildə baranğar və cavanğar 

                                                           

1

Baranğar (döyüş cərgəsində olan ordunun sağ qolu), cavanğar (həmin ordunun sol qo-

lu), ön (həmin ordunun mərkəzinin sağ tərəfi), sol (həmin ordunun mərkəzinin sol tərəfi).  

2

 Qol: döyüş cərgəsinə girəndə ordunun mərkəzinə (qəlb) verilən ad. Yasal: döyüş səfi. 



Qəlb: döyüş cərgəsində ordunun əsas qüvvələrinin olduğu mərkəz. 

Zəhirəddin Məhəmməd BABUR  

 

 



224

adı verdim. 

Mərkəz [qol] isə başqa bir səfdir [yasal]. Ayırd etmək üçün bunun sa-

ğına və soluna sağ qol [ön qol] və sol qol dedim. Bir də mərkəzdə [qol] xas-

sə tabını

1

 vardır. Bunun sağına və soluna isə sağ yan [ön yan] və sol yan de-



dim. Xassə  alayında bir də boy

2

 vardır. Türkcədə mücərrədə



3

 də boy deyir-

lər; burada işlədərkən məqsədim o boyu söyləmək deyildir, yaxın mənasın-

da işlədirəm. Bunun sağına və soluna ön və sol adı verildi. 

Sağ qolda Mirzə xan [Sultan Veys Mirzə], Şirim Tağayi, öz qardaşları 

ilə Yarək Tağayi, Çəlmə Moğol, Əyyub bəy, Məhəmməd bəy, İbrahim bəy 

[Bəycik Tağayi] və öz moğolları ilə  Əli Seyid Moğol, Sultanqulu Çöhrə, 

Xudabəxş və öz qardaşları ilə birlikdə Əbülhəsən [Qurbəyi]; 

Sol qolda Əbdürrəzzaq Mirzə, Qasım bəy, Tanrıverdi, Qənbər  Əli, 

Əhməd Elçi Buğa, Quri Barlas, Seyid Hüseyn Əkbər və Mir Şah Koçin; 

Önçü bölüyündə Nasir Mirzə, Seyid Qasım eşik-ağa, Mühib Əli Qur-

çu, Babaoğlu Allahverən Türkmən, qardaşları ilə birlikdə  Şirqulu Qaravul 

Moğol və Məhəmməd Əli [Tağayi]; 

Mərkəzdə mənim sağ qolumda isə Qasım Göyəldaş, Xosrov Göyəldaş, 

Sultan Məhəmməd Dulday, Şah Mahmud Pərvanıi Qul Bəyazid Bəkavul 

(210 a) və Kamal Şərbətçi; 

Mərkəzdə mənim sol qolumda Xoca Məhəmməd Əli [Kitabdar], Dost 

Nasir, Mirim Nasir, Baba Şirzad, Xanqulu, Vəli Xəzinə[çi], Qutlu-Qədəm 

Qaravul, Maqsud Suçu və Baba Şeyx durmuşdular. 

İçkilərin hamısı mərkəzdə idilər. Burada böyük bəylərdən kimsə yox 

idi. Bu bəhs edilənlərdən heç biri hələ bəylik rütbəsinə çatmamışdı.

 

Boyda isə  Şir bəy [Şirək Arğun], Xatəm Qurbəyi, Kibək, Qulbaba, 



Əbülhəsən Qurçu, moğollardan Urus Əli Seyid, Dərviş Əli Seyid, Xoşgəldi 

Çəlmə, Dostgəldi Çəlmə Tağçı,  Əməçi Mindi, türkmənlərdən Mansur, bö-

yük və kiçık qardaşlarıyla birgə Rüstəm Əli, Şah Nəzər və Süyündük vardı. 

 Düşmənin adamları iki qismə ayrıldı. İlk qismi gələcəkdə Şah bəy de-

yə bəhs edəcəyimiz Şah Şüca Arğun və ikinci qismi də kiçık qardaşı Müqi-

min komandanlığındaydı. Bu arğunların qaraltısını altı-yeddi min qədər təx-

min edirdilər. Ən azı, dörd-beş min silahlı adam olduğuna şübhə yoxdur. 

[Şah bəy] mərkəz və sağ qolun qarşısına özü keçdi, Müqim isə sol qo-

lun qarşısındaydı. Müqimin əsgəri böyük qardaşının əsgərindən bir az daha 

azdı. Bizim sol qolumuzda isə Qasım bəy ilə arxadaşları olurdu və  vəziy-

yətləri də müşküldü. Savaş hələ başlamamışdı, ancaq Qasım bəydən iki-üç 

dəfə adam gəlib kömək istəmişdi. Bizim önümüzdəki düşmən da qüvvətli 

olduğu üçün adam ayırıb ona göndərə bilməmişdik. 

                                                           

1

 Tabın: bölük, alay. 



2

 Boy: döyüş cərgəsinə girmiş ordunun mərkəzindəki özəl bir bölüyə verilən ad. 

3

 Mücərrəd: təcrid edilmiş; soyulmuş; tək. 



BABURNAMƏ 

 

225



Vaxt itirmədən düşmənin üstünə cumduq. Bir ox atımı  məsafəyə ça-

tanda (210 b) düşmən ilk hücumda bizim önçümüzü vurub zorlayaraq geri 

oturdub mərkəzə doğru sovurdu. Biz ox atmadan irəliləməyə davam etdik. 

Qısa bir müddət onlar da ox atmayaraq duran kimi oldular. Qarşı tərəfimdən 

bir adam əsgərinə qışqıraraq atdan enib ox atmağı əmr etdi. Amma biz dur-

madan irəliləməkdə olduğumuz üçün bir şey edə bilmədən təkrar ata minib 

gerilədi. Bu adam Şah bəyin özü imiş. 

Savaş əsnasında Piri bəy Türkmən dörd-beş qardaşıyla birlikdə sarıq-

larını əllərinə alaraq düşməndən üz çevirib biz tərəfə keçdilər. Bu Piri bəy 

Şah İsmayıl bayındır sultanlarına müsəllət olaraq İraq vilayətini ələ keçirən-

də  Əbdülbaqi Mirzə  və Murad bəy Bayındırın başçılığı altındakı türkmən 

bəyləri ilə birlikdə gəlmiş olan türkmənlərdən idi. 

Sağ qolumuz düşməni hamıdan əvvəl məğlub edərək irəlilədi, sağ qo-

lun ucu mənim saldırdığım bağa varmışdı. 

Sol qolumuzsa Baba-Həsən-Abdaldan xeyli aşağıdakı böyük arxlara 

vardı. Bizim sol qolun qarşısında öz məiyyətiylə birlikdə Müqim dururdu. 

Sol qolumuzdakı adamlar qarşısındakı düşmənə, yəni Müqiminkinə nəzərən 

çox azdı. Amma Allah rast gətirdi ki, Qəndəhar və kəndlərinə gedən üç-dörd 

böyük arx bizim sol qolla düşmənin arasındaydı. Bu üzdən də keçidin başını 

tutaraq onları keçməyə qoymadılar. Sol qol adamlarımız az olmalarına bax-

mayaraq keçidi çox yaxşı müdafiə edib (211a) dirəndilər. Arğunlar tərəfin-

dən Halvaçı Tarxan su içində Qənbər Əli və Tanrıverdi ilə vuruşdu. Qənbər 

Əli yaralandı. Qasım bəyin alnına ox isabət etdi. Quri Barlasın qaşının üs-

tünə bir ox isabət etdi və yanağının üstündən çıxdı. 

Bu  əsnada düşməni qaçıraraq bu arxlardan Murğan dağının çıxıntısı 

tərəfinə keçdik. Arxlardan keçəndə boz ata minmiş bir adam dağ ətəyində o 

yan-bu yana çaparaq hansı tərəfə gedəcəyinə qərar verə bilmirdi, axıda bir 

tərəfə doğru getdi. Onu Şah bəyə bənzətdim. Hər halda Şah bəydi. 

Düşməni məğlub edincə, bütün əsgərimiz düşməni təqib etməyə  və 

vurab atdan salmağa qoyuldu. Özümlə birlikdə on bir adam qalmışdıq. Bun-

lardan biri Abdullah Kitabdardı. Müqim hələ yerində müqavimət göstərərək 

vuruşurdu. Adamlarımın azlığına baxmayaraq və Allaha təvəkkül edib da-

vullar çalaraq düşmənin üzərinə yürüdük. 

Köpü [çoxu], azğu [azı] tanrıdır bergücü [verən], 

Bu dərgahda yoxdur kişinin gücü. 

Kəm min fiətən qəlilətin qələbət fiətən kəsirətən biiznillah

1

. 



Allahın izniylə çox kiçik dəstələr böyük dəstələrə qalib gəlmişdir. 

Davul səsini eşidincə bizim hərəkətə keçdiyimizi anlayaraq müqavi-

mətdən vaz keçib qaçmaq yolunu seçdilər. 

Allahın köməyi ilə düşməni qaçırdıqdan sonra Qəndəhar tərəfinə hərə-

                                                           

1

 Quran, 2:249. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



226

kət edib indi heç izi qalmayan Fərruxzad bəyin çarbağına (211 b) gəldik. 



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin