Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə21/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

Xoca Ata: gərçi yuxarıdakılar qədər sahib-mənsəb divan rəisi deyildi

lakin bütün Xorasanda Xoca Atanın rəyi olmadan heç bir önəmli qərar veril-

məzdi. Namazında və dinində bütün bir adam idi, dövlət işləri ilə də məşğul 

olurdu. 


 

SULTAN HÜSEYN MİRZƏ DÖNƏMİNİN 

ALİM VƏ SƏNƏTKARLARI 

 

Sultan Hüseyn Mirzənin adamları və məiyyəti bəhs edilən bu adamlar 



idi. Amma Sultan Hüseyn (l 77 b) Mirzənin dönəmi qəribə bir zamandı. Xo-

rasan və özəlliklə də Herat şəhəri fəzilət əhli və misilsiz adamlarla doluydu. 

Bir iş üzərində çalışan hər kəs o işi ən yüksək dərəcəyə çıxarmaq qeyrəti və 

arzusu ilə çalışırdı. 



Mövlana Əbdürrəhman Cami bunlardan biri idi, zahir və batin elm-

lərində o dövrdə o səviyyədə adam yox idi. Şeirləri yaxşı məlumdur. Molla-

nın özü tərifə möhtac olmayacaq dərəcədə yüksəkdir. Bu naçiz səhifələrdə 

yalnızca uğur sayaraq onun adından bəhs edilməsi və sahib olduğu özəllik-

lərin bir qisminin yazılması düşünüldü. 

Şeyxülislam Seyfəddin Əhməd: Mövlana Sadəddin Təftəzaninin nəs-

lindəndir və bu nəsil o zamandan bəri Xorasan məmləkətində  şeyxülislam 

vəzifəsini tutmuşdur. Çox alim bir adamdı. Ərəbiyyə və nəqliyyə elmlərini 

yaxşı bilirdi. Fövqəladə təqva sahibi və dindar bir adamdı. Gərçi şafei məz-

həbində idi, lakin digər məzhəblərə  də riayət edirdi. Söylədiklərinə görə, 

yetmiş ilə yaxın camaatla namazı tərk etməmişdi. Şah İsmayıl Heratı alanda 

onu şəhid etdi və onların nəslindən heç kim qalmadı. 

Mövlana  Şeyx Hüseyn: Gərçi Molla Şeyx Hüseynin ortaya çıxması 

və yüksəlməsi Sultan Əbu Səid Mirzə zamanında olmuşdu, lakin Sultan Hü-

seyn Mirzə zamanında da yaşadığı üçün (178 a) ondan burada söz edildi. 

Hikəmiyyat, əqliyyat və kəlam elmini yaxşı bilirdi. Az sözdə çox məna ta-

pıb sözü yerində işlətmək onun icadıdır. Sultan Əbu Səid Mirzə zamanında 

ona çox yaxın və iqtidardaydı. Dövlətin bütün önəmli işlərində onun rəyi 

vardı. Möhtəsib vəzifəsini ondan daha yaxşı bacaran adam yoxdu. Sultan 

Əbu Səid Mirzənin yaxınlarından olduğu üçün Sultan Hüseyn Mirzə zama-

nında belə bir misilsiz adama haqsızlıq etdilər. 


BABURNAMƏ 

 

191



Mollazadə Molla Osman: Kabil tümənlərindən olan Ləhugər tüməni-

nin Çərx adlı kəndindəndir. Uluğ bəy Mirzə zamanında hələ on dörd yaşın-

da dərs dediyi üçün ona molla madərzad («anadan doğma alim») deyirlər-

miş. Səmərqənddən gedib Kəbəni təvaf etdikdən sonra Herata gələndə Sul-

tan Hüseyn Mirzə buraxmadı  və onu yanında saxladı. Fövqəladə alim bir 

adamdı. O zamanda onun qədər alim bir adam yoxdu. Dediklərinə görə, o 

ictihad mərtəbəsinə çatmışdı, lakin ictihad etmirdı. Onun «Bir adam bir şey 

eşitsə, onu necə unudar» dediyini söyləyirlər. Hafizəsi çox güclü imiş.  



Mir Mürtaz: fəlsəfəni və müsbət elmləri yaxşı bilirdi. Fövqəladə çox 

oruc tutduğu üçün bu ləqəbi almışdır. (178 b) Şahmata çox marağı varmış. 

O dərəcədə ki, iki oyunçuya birdən təsadüf etsə, biri ilə şahmat oynayır və 

getməsin deyə digərinin də ətəyini tutub dururmuş. 

Biri də Molla Məsud Şirvani idi. 

Əbdülqafur Lar: Mövlana Əbdürrəhman Caminin həm müridi, həm 

də tələbəsi idi. Mollanın əsərlərinin çoxunu onun öz yanında oxumuşdu. Nə-



fahata  şərh kimi bir şey yazmışdır. Ülumi-zahiriyəyə fövqəladə vaqif idı. 

Ülumi-zahiri və ülumi-batinidə dərin biliyi olduğu halda iddiasız və təklifsiz 

bir adamdı. Molla ismini daşıyan hər kəsin önündə elmi mübahisə açmaq-

dan çəkinməzdi. Hər hansı bir yerdə bir dərvişin olduğunu söyləsələr, onun 

hüzuruna getmədən rahatlıq tapmazdı. 

Mən Xorasana gedəndə Molla Əbdülqafur xəstə idi. Mollanın məzarı-

nı ziyarət edəndə Əbdülqafuru da ziyarət etmişdim. Mollanın mədrəsəsində 

idi. Bir neçə gün sonra bu xəstəlikdən vəfat etdi. 



Mir Cəmaləddin Mühəddis: hədis elmini Xorasanda onun qədər bi-

lən adam yoxdu. Hələ həyatda idi, lakin çox yaşlı idi. 



Mir Ətaullah Məşhədi: ərəbiyyat elmini yaxşı bilirdi. Qafiyə haqqın-

da farsca gözəl bir risalə yazmışdır. Qüsuru örnək olaraq hər zaman öz beyt-

lərini (179 a) verməsi və hər beytdən öncə «çün an ki dər in beyti-bəndə» 

(«bəndənizin bu beytində olduğu kimi») cümləsini yazmağa lüzum görmə-

sidir. Qafiyə risaləsi haqqında bəzi müxalifləri çox yerində bir sıra düşün-

cələr irəli sürmüşər. Bir də poetik fiqurlar haqqında Bədai üs-sənai adlı bir 

risalə yazmışdır. 

Qazı  İxtiyar:  qazılıq vəzifəsini yaxşı icra etdi. Fiqh haqqında farsca 

gözəl bir risalə yazmışdır. Bir də iqtibas üçün kəlam ayətlərini nəzmlərə gö-

rə bir yerə toplamışdır. Mürqabda Mirzələrlə görüşəndə Qazı Ixtiyar Mir 

Məhəmməd Yusif ilə birlikdə gəlib məni gördü. Söhbət zamanı Baburi xət-

tindən bəhs edildi. Hərflərin ayrı-ayrı yazılış formalarını istədi, yazdım. O 

məclisdə bunları oxuyub qaydalarını müəyyən edərək bəzi şeylər yazdı. 



Mir Məhəmməd Yusif: şeyxülislamın [Qazı İxtiyar] müridi idi. Son-

ra şeyxülislam öz yerinə onu təyin etdi. Bəzi məclisdə şeyxülislam Qazı İx-

tiyar, bəzi məclisdə də bu önə keçirdi. Sonralar sipahilik və sərdarlıq işiylə 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



192

çox maraqlandı. Bu iki işdən başqa, onun sözlərindən nə elm məlum olurdu, 

nə də kəlamından fəhm. Gərçi hər ikisindən də nəsibi və qisməti yoxdu. Nə-

ticədə bu dağdağa üzündən malını  və canını, xanimanını  bərbad etdi. Özü 

şiə imiş.  

Şairlər arasında da ən məşhuru və ən böyüyü (l79 b) Mövlana Əbdür-

rəhman Cami idi. 

Digər iki şair isə adları və sifətləri Sultan Hüseyn Mirzənin bəyləri və 

içkiləri cərgəsində çəkilən və yazılan Şeyxim Süheyli və Hüseyn Əli Tüfeyli 

Cəlair idi. 



Asəfi: vəzirzadə olduğu üçün Asəfi təxəllüsünü işlətmişdir. Eşqdən və 

vəcddən məhrum olmasına baxmayaraq şeiri rəngsiz və anlamsız deyildi. 

Özü heç bir zaman qəzəllərini toplamaq arzusunda olmadığını iddia edir, la-

kin bu, əzilib-büzülmədir, çünki onun qəzəllərini ya kiçık qardaşı, ya da ya-

xın adamlarından biri toplamışdır. Qəzəldən başqa janrlarda da şeirlər söylə-

mişdir. Mən Xorasana gedəndə gəlib mənə mülazimət etmişdi. 



Bənnai:  Heratdandır. Atası ustad Məhəmməd sərbənna [baş memar] 

olduğu üçün bu təxəllüsü almışdır. Qəzəlində rəng və hal vardır. Bir divan 

tərtib etmişdir. Məsnəviləri də vardır. Mütəqarib bəhrində meyvələr haqqın-

da bir məsnəvisi var, dəyərsizdir və boşuna uğraşmışdır. Xəfif bəhrində bir 

müxtəsər məsnəvisi var, yenə xəfif bəhrində yazılmış bir az daha böyük bir 

məsnəvisi vardır. Sonralar bu məsnəvisini tamamlamışdı. 

Əvvəllər musiqidən xəbərsizmiş və bu üzdən də Əlişir bəy [Nəvai] tə-

rəfindən məzəmmət edilirmiş. Bir il Mirzə qışı keçirmək üçün Mərvə gedən-

də Əlişir bəy də onunla birlikdə gedir. Bənnai isə Heratda qalır. O qış musi-

qi ilə məşğul olur və yaza qədər bəstə yazacaq səviyyəyə çatır. Mirzə Herata 



(180 a) qayıdanda sövt və nəqş oxuyur; Əlişir bəy çox heyrət edir və bəyə-

nir. Musiqidə gözəl bəstələri vardır. Bunlardan biri Noh-rəng [doqquz rəng] 

adlanır, doqquz rəngin sonu və nəqşin məqamı rastdadır. 

Əlişir bəyə çox qarşı  çıxırmış, bu üzdən çox cəfa çəkmişdi. Axırda 

orada qala bilməyərəq İraq və Azərbaycana [Uzun Həsənin oğlu] Yaqub bə-

yin yanına getdi. Yaqub bəyin yanında vəziyyəti fəna deyildi və onun məc-

lis arxadaşı olmuşdu. Amma Yaqub bəyin ölümündən sonra o vilayətlərdə 

dura bilməyərək Herata qayıtdı. Yenə də zarafatından və şuxluğundan geri 

qalmazdı. 

Bunlardan biri budur: bir gün şahmat məclisində  Əlişir bəy ayağını 

uzadır və ayağı  Bənnainin arxasına toxunur. Əlişir bəy zarafat olaraq belə 

deyir: «Əcəb bəla əst, dər Heri əgər pa diraz miquni be puşti şair mirəsəd» 

(əcəb bəladır, əgər Heratda ayağını uzatsan, mütləq bir şairin arxasına də-

yər). Bənnai isə ona belə cavab verir: «Əgər cəm miquni həm bə puşti şair 

mirəsəd» (əgər ayağını geri çəksən, yenə də bir şairin arxasına dəyər). 

Axırda bu zarafatları üzündən Heratdan yenə də Səmərqəndə getdi. 


BABURNAMƏ 

 

193



Əlişir bəy bir çox şeylər, həm də yaxşı şeylər icad etmişdi. Bir adam 

hər hansı bir işdə bir şey meydana gətirsə, onun rəğbət görməsi və məşhur 

olması üçün ona «Əlişiri» deyərdi və bəziləri zarafatla onu Əlişir bəyə isnad 

edərdilər. Bir dəfə Əlişir bəy qulağı ağrıdığı üçün başına yaylıq bağlamışdı. 

Qadınlar kimi yaylığı qıyıq bağlamağa «nazi-Əlişiri» adını verdilər. 

Bu cümlədən Bənnai Heratdan gedəndə (180 b) palançıya eşşəyi üçün 

görünməmiş bir palan düzəltdirir və ona «Əlişiri» adını verir. Sonra bu «pa-

lani-Əlişiri» deyə məşhur oldu. 



Seyfi Buxari: bir az mollalığı vardı. Oxuduğu kitabların müfəssəl bir 

siyahısını göstərərək mollalığını sübut edirdi. Bir divan tərtib etmişdir. Bü-

tün sənət ərbabı üçün tərtib etdiyi başqa bir divanı da vardır. Çoxlu deyim 

söyləmişdir, məsnəvisi yoxdur. Necə ki bu qitəsi buna dəlildir: 

Məsnəvi gərçi sünnəti-şeir əst, 

Mən qəzəl fərzi eyn midanəm, 

Pənc beyt ki, dilpəzir bovəd, 

Bihtər əz xəmsəteyn midanəm. 

 

Məsnəvi şeirin sünnəti olsa dar, 

Mən qəzəli fərzi-eyn bilirəm. 

Ürəyə təsir edən beş beyt, 

Məncə iki Xəmsədən daha yaxşıdır. 

Bir də farsca bir əruz risaləsi vardır ki, bir cəhətdən çox qısa, digər cə-

hətdən çox uzundur. Qısadır, çünki lazım olan şeylər yazılmamışdır, uzun-

dur, çünki məlum və aşkar sözlər nöqtəsinə və irabına qədər yazılmışdır. 

Yaman içən imiş, sərxoşluğu da çox pis imiş. Çox qüvvətli yumruğu 

varmış. 


Abdullah Məsnəvigu: Cam şəhərindəndir və Mollanın  [Mövlana Əb-

dürrəhman Cami] bacısı oğludur. Təxəllüsı Hatifi idi. Xəmsə müqabil ola-

raq məsnəvilər yazmışdır. Həft peykərə qarşılıq olaraq yazdığı məsnəvisinə 

Həft mənzər  adını vermişdir.  İskəndərnaməyə  qarşılıq olaraq Teymurnamə 

təlif etmişdir. Məsnəvilərinin ən məşhuru Leyla və Məcnundur, lakin lətafəti  

şöhrəti qədər deyil. 

Mir Hüseyn Müəmmai: hər halda heç kim onun qədər müəmma söy-

ləməmişdir. Bütün vaxtını müəmma üçün sərf etmişdir. Qayət təvazökar, id-

diasız və zərərsız adammış. (181 a) 

Molla Məhəmməd Bədəxşi: İşkəmişdəndir. İşkəmiş Bədəxşana daxil 

deyildir, buna görə də Bədəxşi təxəllüsünü işlətməsi qəribədir. Şeiri bəhs et-

diyim bu şairlərin şeirləri qədər deyildir. Müəmma haqqında bir risalə yaz-

mışdır. Müəmması da o qədər yaxşı deyildir.  Xoşsöhbət bir adamdı. Səmər-

qənddə gəlib mənə sədaqətini bildirmişdi. 

Yusif Bədii: Fərqanə vilayətindəndir. Qəsidəni pis söyləməzmiş. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



194

Ahi: qəzəli gözəl söyləyirdi. Daha sonra [Sultan Hüseyn Mirzənin oğ-

lu] İbn Hüseyn Mirzənin yanında olurdu. Bir divan sahibidir. 



Məhəmməd Salih: lətif qəzəlləri vardır, lakin düzgünlüyü lətafəti qə-

dər deyil. Türkcə şeirləri də var və fəna deyil. Sonralar Şeybani xanın yanı-

na getmiş və o da ona iltifat etmişdi. Şeybani xanın adına türkcə bir məsnəvi 

yazmışdır. Rəməli-müsəddəsi-məhbun vəznində ki, [Caminin] Sübha [poe-

masının] vəznidir və çox süst və fürud bir əsərdir. Oxuyan adam Məhəm-

məd Salihin şairliyinə inanmaz olur. Yaxşı bir beyti budur: 

Oldu Tənbələ vətən Fərqanə,  

Qıldı Fərqanəni tənbəlxanə. 

Əndican vilayətinə  Tənbəlxana də deyirlər. Lakin o məsnəvidə belə 

bir beyt olduğu məlum deyildir. Şərir, zalım və mərhəmətsiz bir adamdı. 



Şah Hüseyn Kami: onun şeirləri də pis deyildir. Qəzəl söyləyirdi və 

gərək ki, bir divanı vardır. 



Hilali: hələ həyatdadır. Qəzəlləri düzgün, rəngli, lakin təsiri azdır. Bir 

divanı var. Xəfif vəznində (l8l b) Şah və dərviş adında bir məsnəvisi də var. 

Gərçi bəzi beytləri gözəldir, lakin bu məsnəvinin mövusu və quruluşu ol-

duqca boş və qüsurludur. Ondan əvvəl eşq və aşiqlik haqqında məsnəvi söy-

ləyən şairlər aşiqliyi kişiyə, məşuqluğu isə qadına nisbət etmişlər, lakin Hi-

lali dərvişi aşiq, şahı isə onun məşuqu kimi vermişdir. Şahın əfal və əhvalı 

haqqında söylədiyi beytlərində  şahı bir küçə qadını  və fahişə etmişdr. Öz 

məsnəvisinin icabı olaraq bir igidi, üstəlik, şah olan bir igidi küçə qadınları 

və fahişələr kimi tərif etməsini qəbul etmək əsla mümkün deyildir. Hafizəsi 

çox qüvvətli imiş. Otuz-qırx min beyti əzbər bilirmiş. Deyilənə görə, Xəm-



səteyn beytlərinin çoxunu əzbər bilirmiş. Əruz, qafiyə və şeir elminə də va-

qifdir. 


Əhli: qara camaatdandır. Şeirləri pis deyildir. Bir divanı da var. 

Xəttatlardan çox adam vardı. Lakin bunların ən məşhuru nəsx və tə-

liqdə Sultan Əli Məşhədi idi. Mirzə və Əlişir bəy [Nəvai] üçün bir çox ki-

tab köçürdü. Hər gün Mirzə üçün otuz, Əlişir bəy üçün isə iyirmi beyt ya-

zırdı. 

Rəssamlardan biri Behzad idi. Rəssamlıq işini fövqəladə incəltdi. La-



kin saqqalsızların üzünü pis çəkir, çənəni xeyli böyük verirdi. Saqqallı 

adamları yaxşı, üzlərini də gözəl çəkirdi. 



Şah Müzəffər: çox incə (182 a) rəsm çəkirdi, ələlxüsus saç rəsmlərini 

çox zərif rəsm edirdi. Çox yaşamadı, tərəqqi etməyə başlayanda vəfat etdi. 

Musiqişünaslar arasında qanunu -əvvəllər bəhs etdiyim kimi- heç kim 

Xoca Abdullah Mərvari qədər çalammazdı. 

Qul Məhəmməd Udi: gicəki də gözəl çalırdı. Gicəkə üç tel də əlavə 

etmişdi. Musiqişinas və saz əhlindən heç kim onun qədər çox və gözəl 

poşrov bəstələməmişdir. Pişrovdan başqa havaları o qədər yaxşı deyildir. 


BABURNAMƏ 

 

195



Şeyxi Neyi: udu və gəccəki yaxşı çalırmış. On iki-on üç yaşından bəri 

də neyi yaxşı çalırmış. Bir dəfə  Bədiüzzaman Mirzənin söhbətində bir ha-

vanı neylə çox gözəl çalır. Qul Məhəmməd gəccəkdə o havanı çalammaz və 

«Gəccək qüsurlu bir alətdir» deyir. Şeyxi dərhal Qul Məhəmmədin əlindən 

gəccəki alıb o havanı həm gözəl, həm də tam çalır. Şeyxi haqqında deyilənə 

görə, nəğməyə o qədər vaqifmiş ki, hansı nəğməni eşitsə «Filan neyin filan 

pərdəsi bu ahəngdədir» deyirmiş. Lakin özü çox hava bəstələməmişdir. An-

caq bir-iki nəqşin onun olduğunu söyləyirlər. 



Şahqulu Gicəki:  İraqdandır. Xorasana gəlib saz məşq edərək  şöhrət 

qazandı. Bir çox nəqş, pişrov və hava bəstələmişdir. 



Hüseyn Udi: udu zövqlə çalır, zövqlü şeylər oxuyurdu. Udda bir sim-

lə çalan o olmuşdur. Yeganə qüsuru çox nazlanaraq çalmasıydı. (182 b) Bir 

dəfə Şeybani xan ona çalmağı əmr edir. İstəmədiyi üçün həm pis çalır, həm 

də öz sazını gətirməyərək pis bir saz gətirir. Şeybani xan fərqinə varır və elə 

oradaca ona xeyli zopa vurmağı əmr edir. Şeybani xanın dünyada gördüyü 

yeganə yaxşı işi bu olmuşdur. Həqiqətən, yaxşı iş görmüşdür. Belə həriflər 

bundan daha artığına layiqdir.  

Qulam  Şadi  də  bəstəkarlardan biri olub Şadi xanəndənin oğluydu. 

Düzdür, saz çalırdı, lakin sazəndələr cərgəsində çalmırdı. Yaxşı sövtləri və 

gözəl nəqşləri vardır. O dönəmdə onun qədər nəqş və sövt bəstələyən adam 

yoxdu. Axırda Şeybani xan onu Qazan xanı Məhəmməd Əmin xanın yanına 

göndərdi, sonra ondan bir xəbər alınmadı. 

Mir Azu: saz çalmırdı, yalnız bəstəkardı. Az hava bəstələmişdir, lakin 

zövqlü havaları vardır. 



Bənnai: bəstəkardı, yaxşı sövt və nəqşləri vardır. 

Misilsiz bəstəkarlardan biri də Pəhlivan Məhəmməd Busəid idi. Pəh-

livanlıqda məşhur idi. Şeir də söyləyirdi, sövt və nəqşlər də bəstələyirdi. Ça-

hargahdan yaxşı bir nəqşi vardır. Xoşsöhbət bir adamdı. Pəhlivanlıqla bəstə-

karlıq məziyyətini özündə cəmləşdirməsi qəribədir.  

Sultan Hüseyn Mirzə  vəfat edəndə mirzələrdən Bədiüzzaman Mirzə 

ilə Müzəffər Hüseyn Mirzə onun yanında idilər. 

Müzəffər Hüseyn Mirzə Mirzənin ən sevdiyi oğlu, Məhəmməd Burun-

duq Barlas da onun ixtiyar sahibi bəyi və atəkəsi, anası  Xədicə  bəyim də     

(183 a) Mirzənin etibarlı arvadı olduğu üçün və Mirzənin adamları daha zi-

yadə Müzəffər Mirzəyə  təmayül göstərdikləri üçün belə bir fikir vardı ki, 

Bədiüzzaman Mirzə tərəddüd edərək oraya gəlməz. Müzəffər Hüseyn Mirzə 

ilə  Məhəmməd bəy  şəxsən gedib könlündəki tərəddüdü ortadan qaldıraraq 

Bədiüzzaman Mirzəni gətirdilər. 

Sultan Hüseyn Mirzəni Herata gətirib şahanə bir mərasim və ayinlə öz 

tikdirdiyi mədrəsəsinə dəfn etdilər. O zaman Zünnun bəy Arğun da orada idi. 

Məhəmməd Burunduq bəy, Zünnun bəy və Sultan Hüseyn Mirzədən qalan 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



196

və bu iki Mirzə ilə birlikdə olan digər bəylər toplanıb fikir birliyinə vararaq 

Bədiüzzaman Mirzə ilə Müzəffər Hüseyn Mirzəni Herat taxtına ortaq bir şə-

kildə çıxardılar. 

Bədiüzzaman Mirzənin qapısında ixtiyar sahibi Zünnun bəy, Müzəffər 

Hüseyn Mirzənin qapısında isə ixtiyar sahibi Məhəmməd Burunduq bəydi. 

Şəhərin valisi olaraq Bədiüzzaman Mirzə tərəfindən Şeyx Əli Tağayi, Mü-

zəffər Mirzə  tərəfindən isə Yusif Əli Göyəldaş təyin edildi. Bu, qəribə bir 

işdi. Heç bir zaman padşahlıqda ortaqlıq eşidilməmişdir. Şeyx Sədinin Gü-

lüstandakı bu sözünün tərsi oldu: 

Dəh dərviş dər kilime bexoftənd, 

Və dü padşah dər iqlime nəgoncənd. 

On dərviş bir kilimindəüstündə yatar,  

Halbuki iki padşah bir iqlimə sığışmaz. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KABİL - 912 (24 MAY 1506 - 13 MAY 1507) 

 


BABURNAMƏ 

 

197



DOQQUZ YÜZ ON İKİNCİ İLİN HADİSƏLƏRİ 

 

BABURUN XORASANA DOĞRU YÜRÜŞÜ 

 

Məhərrəm ayında [=1506 may-iyun] özbəkləri dəf etmək üçün (183 b) 

biz Xorasana yürüməyə qərar verərək Gur-Bənd və Şibertu yoluyla hərəkət 

etdik. Cahangir Mirzə o vilayətdən narazı çıxmış olduğu üçün əgər aymaq-

ları öz yanına çəksə, bəzi fitnə və fəsadçıların bir çox qarışıqlıq törədə bilə-

cəklərini düşünərək, aymaqları dərhal ələ keçirmək üçün Üşdür-Şəhərdə öz 

uruğumu və onun qorunması üçün də Vəli Xəzinə[çi] ilə Dövlət Qədəm Qa-

ravulu qoyub oradan yüngül təchizatla və sürətlə hərəkət etdim. 

O gün Zöhhak qalasına gəldik. Oradan Künbəzək keçidini aşaraq Say-

ğan üzərindən Dəndan-Şikən keçidindən keçib Kahmərd çayırına endik. Su-

ltan Məhəmməd Dulday ilə birlikdə Seyid Əfzəl Xabbin Kabildən hərəkət 

etməmizin keyfiyyətini bildirmək üzərə Sultan Hüseyn Mirzəyənin yanına 

göndərildi. 

Cahangir Mirzə bir az geridə qalmış və iyirmi-otuz adamıyla Bamyan 

tərəfinə gəlirmuş. Bamyana yaxınlaşanda geridə qoyduğumuz uruğa aid ça-

dırlarımızı görüb bizim də orada olduğumuzu zənn edir və dərhal geri qayı-

dır. Ordugahına çatan kimi dərhal qalxaraq, arxalarına baxmadan Yekə çayı-

rın civarına gedirlər. 

Şeybani xan Bəlxi mühasirəyə almışdı. Bəlxdə o günlərdə Sultan Qu-

lucaq olurdu. Şeybani xan iki-üç sultanı üç-dörd min adamla birlikdə  Bə-

dəxşana axın üçün göndərdi. 

O əsnada [Bədəxşan bəylərindən] Mübarək şahla Zübeyr də gəlib [Ba-

burun kiçık qardaşı] Nasir Mirzəyə qoşulmuşdular.  (184 a)  Gərçi  əvvəlcə 

aralarında anlaşmazlıq və inciklik vardı. Kişmin aşağısında yerləşən  Şah-

danda və Kişm çayının şərq tərəfində əsgərləri ilə mövqe tutmuşdular. 

Bu özbəklər sabaha qarşı basqına gəlib Kişm çayını keçərək Nasir 

Mirzənin üzərinə hücum etdilər. Nasir Mirzə dərhal təpəyə çəkilib adamları-

nı yığıb şeypur çaldırdı və təpədən aşağıya yürüyərək çarpışmaya başlayan 

kimi özbəklər geri çəkildilər. Onların keçib gəldikləri Kişm çayı yüksəldiyi 

üçün özbəklərin çoxu ox və qılıncla öldürüldü, bir çoxu əsir düşdü, suda da 

xeyli adam öldü. 

Mübarək şah ilə Zübeyr isə Mirzədən bir az yuxarıda, Kişm tərəfində 

idilər. Onların üzərinə göndərilən özbəklər onları təpəyə doğru sıxışdırdılar. 

Nasir Mirzə düşmənini qaçıranda bu vəziyyəti xəbər alaraq dərhal onların 

üstünə yürüdü. Yuxarıdan Kuhistan bəyləri də atlı və piyada adamlarını yı-

ğıb gəlincə özbəklər savaşa bilməyərək qaçdılar. Bunlardan da bir çox adam 

ox və qılıncla öldürüldü, ya da suda boğuldu. Bəlkə minə, min beş yüzə qə-

dər özbək öldü. Bu Nasir Mirzənin parlaq bir qələbəsi idi. Bu xəbəri bizə 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



198

Kahmərd ovasında ikən Nasir Mirzənin adamı gətirdi. 

Biz o civarda ikən əsgərlərimiz Guri və Dəhanə tərəflərinə gedib ərzaq 

gətirdilər. (184 b) Orada olduğumuz müddət ərzində Xorasana göndərilmiş 

olan Seyid Əfzəl ilə Sultan Məhəmməd Duldayın məktubları gəldi. Bu mək-

tublarda Sultan Hüseyn Mirzənin ölümü xəbər verilirdi. Bu xanədanın na-

musunu qorumaq üçün Xorasan tərəfinə yürüməyə davam etdik. Gərçi bu 

yürüyüşdə başqa səbəblər də yox deyildi. 

Əcər dərəsinin içindən keçib Tüb, Mendaqan və Bəlxab yoluyla enib 

Kuhi-Safa çıxdıq. Özbəklərin San və Çəhar-Yekə axın etdiyi xəbərini alınca 

Qasım bəyi əsgərlə birlikdə bu axınçıların üstünə göndərdik. Bunlar da öz-

bəklərə rast gəlib onları məğlub edərək bir çox baş kəsib gətirdilər. 

Cahangir Mirzəyə  və aymaqlara adamlar göndərdik. Onlardan xəbər 

alıncaya qədər bir neçə gün Kuhi-Saf yaylasında qaldıq. Bu civarın geyiyi 

olduqca çoxdur. Bir dəfə ova çıxdıq. 

Bir-iki gün sonra bütün aymaqlar gəlib sədaqətlərini bildirdilər. Ca-

hangir Mirzə də aymaqlara dəfələrlə  adamlar göndərmişdi. Bir dəfə də İma-

məddin Məsudu göndərdi, amma aymaqlar getmədilər və  mənim yanıma 

gəldilər. Axırda Mirzə də məcbur qaldı və Kuhi-Safdan Dəreyi-Baya enəndə 

gəlib məni gördü. Biz Xorasanın qayğısında olduğumuz üçün Mirzəyə bax-

madan və artıq aymaqlardan da çəkinmədən Gərzəvan,  Əlmar, Qeysər və 

Çiçəkdu üzərindən yürüyərək Fəxrəddin-Ölümündən keçib Badğisə tabe 

olan Dəreyi-Bam deyilən yerə gəldik. (185 a) 

Hər tərəf qarışıq olduğu və hər kəs əl atıb vilayətdən və xalqdan bəzi 

şeylər aldığı üçün biz də o civardakı aymaq və türklərdən öz adımıza vergi 

kəsib bəzi şeylər almağa başladıq. Bu bir-iki ay içində bəlkə də üç yüz tü-

mən kibəki

1

 alınmışdır. 



Bizdən bir neçə gün öncə Xorasan ilqarı  və Zünnun bəyin adamları 

Pənd-Dih və Mərvçaqda özbək axınçılarını məğlub edib xeyli özbəyi öldür-

müşlər. 

Bədiüzzaman Mirzə, Müzəffər Mirzə, Məhəmməd Burunduq Barlas 

və Zünnun Arğunun oğlu Şah [Şüca] bəylər Bəlxdə Sultan Qulucaqı müha-

sirə edən Şeybani xanın üzərinə yürüməyə qərar verərək bu niyyətlə Herat-

dan hərəkət etdilər və Sultan Hüseyn Mirzənin bütün oğullarına adamlar 

göndərib çağırdılar. 

Badğisə  gələndə isə  Əbülmöhsün Mirzə  Mərvdən gəlib Çihil-Doxtə-

randa onlara qoşuldu. Onun arxasından İbn Hüseyn Mirzə də Tün və Qayın-

dan gəldi. Kibək Mirzə isə Məşhəddə idi. Ona da bir neçə dəfə  adam gön-

dərdilər. Lakin o xoş görünməyəcək sözlər söyləyərək namərdlik edib gəl-

mədi. Onun kini Müzəffər Mirzəyə idi və «O padşah olsa, mən onun yanına 

                                                           

1

 Tümən sözü on min rəqəmini ifadə edir. Kibəki isə Mavəraünnəhr bölgəsində 1308-



26-cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar standartıdır. 

BABURNAMƏ 

 

199



necə gedərəm» deyirdi. Belə bir zamanda bütün böyük və kiçık qardaşlar bir 

araya yığılıb (185 b) ağızbirliyi edərək Şeybani xan kimi bir düşmənin üs-

tünə əzmlə yürüməkdə ikən belə lüzumsuz bir qürur göstərib gəlmədi. Bu-

nun səbəbini qüruruna yazsa da, hər kəs bunu onun namərdliyinə bağlaya-

caqdır. Bu dünyada məqsəd insanın yaxşı  işlərinin qalmasıdırsa, ağlı olan 

bir adam özündən sonra pis sayılacaq belə bir hərəkəti niyə etməlidir, şüuru 

olan bir adam özündən sonra yaxşı sayılacaq belə bir işə niyə diqqət göstər-

məsin. 


Zikri-namira həkiman ömhi-sani qoftəənd. 

Həkimlər adın yad edilməsini ikinci ömür saymışlar. 

Mənim yanıma da elçilər gəldi. Sonra Məhəmməd Burunduq Barlas 

şəxsən gəldi. Mən də niyə getməyim dedim və yüz-yüz iyirmi ağac yolu bu 

məqsədlə yürüdüm. Məhəmməd Bəy ilə birlikdə  hərəkət etdim. O əsnada 

mirzələr Mürqaba gəlmişdilər. 

  


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin