Ştabs-kapitan Qiyas bəy Şıxlinski və…
Vətənə vurulmuş yaranı bizim hər birimiz öz
ürəyimizin dərinliklərində hiss etməliyik.
Viktor Hüqo (1802-1885)
fransız yazıçısı
Otuz beş yaşında qürbətə düşən Qiyas bəy son nəfəsinə qədər
Azərbaycan sevgisi ilə yaşadı, ona qayıtmağa can atdı. Ölkəsində
meydan sulayan bolşevik-daşnak düşmənlərinə nifrətini də
unutmadı. Gecə-gündüz at belində süvari dəstəsi ilə sovet sər-
hədlərinə gah Qars və Sarqamış tərəfdən, gah da Başkeçid, May-
maq dağlarından basqınlar etdi. Qiyas bəyin ən ümdə vəzifəsi
sovet totalitar rejimində kolxoz və sovxozlarda qul kimi işlədilən
həmyerlilərini xilas etmək idi.
1918-1920-ci illərdə Ərəş qəzasının pristavlığında ikinci
sahənin rəisi, ştabs-kapitan Qiyas bəy Cahandar ağa oğlu Şıx-
linski 1895-ci ildə Qazaxda anadan olub. Aprel çevrilişindən son-
ra 1930-cu ilə qədər Qazax qəzasında milis rəisi işləyən Qiyas
bəy həmin ili bolşeviklərin ədalətsizliyi ilə barışmayıb Türkiyəyə
mühacirətə getmişdir. M.C.Bağırovun məhkəməsi sənədlərindən:
“Bağırovun antisovet ünsürləri qorumağına və onlara hima-
yədarlıq etməsinə daha bir nümunə keçmiş müsavat pristavı və
siyasi bandit, çar zamanı xidmət etmiş Qiyas bəy Cahandar bəy
oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çı-
xartdı, hətta Qazax qəzasında milis rəisi vəzifəsinə də təyin etdi.
O illərdə Azərbaycan Baş Siyasi İdarənin işçiləri arasında Şıx-
linski daima Bağırovla yaxınlığını qeyd edirdi.
1930-cu ildə Şıxlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı.
Orada türk kəşfiyyatı ilə əlaqə yaradıb, SSRİ ərazisinə silahlı bas-
qınlar etdi.
İstintaq zamanı M.C.Bağırov təsdiq etdi ki, Qiyas bəy Şıxlins-
kini o, üzə çıxarıb. Ancaq ona himayədarlıq etmək və müdafiə
General Əli ağa Şıxlinski və silahdaşları
284
etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28 av-
qustunda dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu
təkzib etdi: “Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz
tərəfinə çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun
Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı
Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Mi-
lis rəisi işləyərkən Şıxlinski sovet hökumətinə heç bir yardım
göstərməyib və heç bir xeyirli iş görməyib.
Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan
istifadə edən Şıxlinski yerli sovet hakimiyyəti orqanları ilə he-
sablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi.
Təqribən 1930-cu ildə yerli hökumət cinayətkar fəaliyyətini
ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı”.
Bu ifadələri istintaq zamanı müttəhim T.M.Borşev də təsdiq
etdi: “Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu
yaxşı tanıyır. O vaxtlar Qiyas bəy Şıxlinski bununla fəxr edirdi.
İndi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siya-
si İdarəsinin rəhbər işçiləri arasında dəfələrlə Bağırovla yaxın
münasibətindən danışırdı”.
Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə də sü-
but olunur.
Gəncə vilayət şöbəsi rəisi Qiyas bəy Şıxlinskinin ağır cina yət-
lərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb olun-
mamışdır. Bundan əlavə, Qiyas bəy Şıxlinski 1930-cu il mayın
12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqla-
rından və antisovet fəaliyyətdə şübhələndiklərindən şikayətlə-
nən də, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur:
“Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu bia-
bırçılıqlara son qoyun. Nəticəsi barədə mənə mayın 21-dək
məlumat verin”.
Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıx lin-
skiyə o vaxtlar Azərbaycan Baş Siyasi İdarəsi Gəncə vilayət
şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 saylı arayış ve-
rildi. Həmin arayışda Qiyas bəy Şıxlinskinin yeddi nəfər silahlı
Şəmistan Nəzirli
285
yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona
heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu.
Çox keçmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə
Qiyas bəy Şıxlinski Türkiyəyə qaçdı”.
Qiyas bəy Şıxlinski 1909-1914-cü illərdə Qori şəhərindəki
Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdi.
* * *
Sovet çekistləri tərəfindən daima təqib olunan Qiyas bəy
dəstəsilə Gəncəbasar və Dilican dağlarında gəzib-dolanır.
Nəhayət, 1931-ci ilin yanvar ayında Qazax, Dilican və Allahverdi
rayonlarından olan səksən beş nəfərlik dəstəsilə Türkiyəyə keçir.
Dəstədə onun yaxın qohumu Əmiraslan bəy Tomtiyev, qardaşı
Həsən ağa, əmisi oğlu Alay bəy Şıxlinskilər, həmkəndliləri İsrafil
bəy, Mustafa ağa, Süleyman ağa və Həmzə bəy Borçalı kimi So-
vet hökumətinə nifrət edən oğullar vardı.
Qiyas bəyin Türkiyəyə keçməyindən xəbər tutan Qazax rayo-
nunun xüsusi idarəsinin rəisi Xoren Qriqoryan Şıxlinskilər
nəslinə qənim kəsilir. O, bu nəslin yaxın və uzaq qohumlarının
əksəriyyətini həbs edib sürgünə göndərir. Qiyas bəyin anası
Dürlü xanım, oğlu Kamil həbsxanada vəfat etdilər. Qiyas bəyin
iki qardaşını isə güllələdilər. 1935-ci ildə Qiyas bəyin arvadı
Badisəba xanım Sadəddin əfəndi qızı, onun yeddi yaşlı qızı
Əzizə xanım və 1915-ci il təvəllüdlü oğlu Qiyasla birgə sosial
təh lükəli ünsür kimi noyabrın 11-də üç il müddətinə Qazaxısta-
na sürgün edildilər.
Sürgünlər və həbslər Qiyas bəyin əmisi oğlu Alay bəy Şıxlins-
kinin ailəsindən də yan keçmədi. Qazax enkevedesi Xoren Qri-
qoryan Alay bəyin oğlu İsfəndiyarı, qızı Əminəni və Alay bəyin
əmisi qızı Şəkər xanım Adil bəy qızını (xalq yazıçısı Mehdi Hü-
seynin analığı) sürgünə göndərdi.
İkinci Şıxlı kəndində 1883-cü il aprelin 20-də ağalıq ailəsində
anadan olan Alay bəy İsfəndiyar bəy oğlu Şıxlinski ibtidai təh si-
lini kənd məktəbində almışdı. 1897-ci il sentyabrın 1-də Qori
General Əli ağa Şıxlinski və silahdaşları
286
Müəllimlər Seminariyasına daxil olan Alay bəy 1902-ci ildə oranı
əla qiymətlərlə bitirmişdi. Müsavat dövründə Zaqatala Quberni-
ya İdarəsinin katibi vəzifəsində işləyən Alay bəy iyirminci illərdə
Qazax seminariyasında riyaziyyat müəllimi olmuşdur. 1926-cı
ildə sovet hökuməti Alay bəyi, Məhəb bəy Vəkilovu və Məcid
ağa Şıxlinskini “keçmişin qalığı” kimi səsvermədən məhrum
etdi.
“Yuxarılara” şikayətlər yazan Alay bəy və dostlarına Azər-
baycan Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi (1892-
1937) zəmanət vermişdir ki, hər üç nəfər uzun illərdir xalq
müəllimi kimi xidmət edirlər. Keçmişdə onları polis orqanların-
da işləməyə qəza seçki komissiyası təyin etmişdir. Sovetləşmədən
sonra onların əməllərində hökumət əleyhinə əsaslı heç nə yox-
dur.
1926-cı il iyunun 28-də Tağı Şahbazinin Mərkəzi Komitənin
katibliyinə “məxfidir” dərkənarı ilə yazılan bu məktubdan sonra
onların səsvermə hüququ özlərinə qaytarılmışdır.
Lakin 1929-cu ildə yerlərdən yazılan danoslara əsasən Alay
bəyi yenidən get-gələ saldılar. Yerli-yersiz dindirilmələrdən be-
zib cana doyan Alay bəy Şıxlinski başına dəstə toplayıb Altıntaxt
yaylağına gedib qaçaqlara qoşuldu. Bir il sonra əmisi oğlu Qiyas
bəylə birgə Türkiyəyə mühacirətə getdi. Ömrünün axırına kimi
İqdırda yaşadı.
Qazax seminariyasında riyaziyyat müəllimi işləyən Alay bəy
xalq şairi Səməd Vurğunun, Osman Sarıvəllinin, xalq yazıçısı
Mehdi Hüseynin, professor Mehdixan Vəkilovun, görkəmli ma-
arifçi Mirqasım Əfəndiyevin və onlarca seminaristin müəllimi
olmuşdur. 1924-cü il buraxılışında müəllim və tələbələrlə birgə
çəkilmiş fotoşəkildə Alay bəy də var.
Müəllim Alay bəy Şıxlinskinin dərslərini dərhal mənimsəyən,
çətin məsələ və misalları alıcı quş kimi göydə tutan Səməd
Vəkilovun haqqında Alay bəy demişdir:
– Bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan
görünməmiş bir şey çıxacaqdır.
Şəmistan Nəzirli
287
1924-cü ildə seminariyanı müvəffəqiyyətlə bitirən Səməd
Vəki lova ən yaxşı xasiyyətnaməni də Alay bəy Şıxlinski vermiş-
dir.
Alay bəy məşhur Qazax qazisi Sadəddin əfəndi Müftizadənin
(1837-1916) qızı Güləndam xanımla ailə qurmuşdu. Əmisi oğlu
Qiyas bəylə bacanaq idi. Qiyas bəyin arvadı Badisəba xanım da
qazi Sadəddin əfəndinin qızı idi.
Qiyas bəyin Türkiyədəki fəaliyyəti haqqında məlumatı hazır-
da İqdırda yaşayan qardaşı oğlu Turan Həsən bəy oğlu Alqazax-
dan almışıq
1
.
Turan Həsən bəy oğlu Alqazax yazır ki, Qiyas bəy dəstəsi ilə
Qarsa gəldi. Bir az sonra əmisi oğlu İqdır Milli Əmniyyət mü-
fəttişi Hüsnü Bingölün köməyi ilə İqdırda yerləşdi.
Rus-sovet hökumətinin şikayətindən sonra Qiyas bəy və
dostları Vana sürgün edildi. Van yolunda yerləşən Karaköşedən
Qiyas bəy Atatürkə zəng etdi. Aralarında belə bir dialoq oldu:
– Sayın Paşam, İqdırdan sürgün edilməyimizin səbəbini bil-
mək istəyirəm.
Atatürk:
– Başınızın salamat olması üçün bunu etməlisiniz.
– Paşam, ya bizi geri qaytarın, ruslar güllələsin, ya da icazə
verin Karaköşedə qalaq.
Atatürk:
– Tamam. Orada qalmağınız üçün Sizə kömək edəcəyəm.
1
Sıxlinskilər nəslinin qədim soyadıdır. Bu barədə Əli ağa Şıxlinski
“Xatirələrim” kitabında geniş məlumat verir. O yazır: “Atam İsmayıl ağa
Alqazax oğlu Şıxlinski əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi.
Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şəmkirdən
köçüb gəlmişdir. Onun iki oğlu vardı, böyük oğlu Şıxı – çox ağıllı və sakit,
kiçiyi Alqazax – çox igid, amma dəlisov bir adam idi. Mən Alqazaxın
nəslindənəm... Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar,
kiçik oğuldan olan bizim nəsil isə Alqazax oğlu familiyasını qəbul etdi.
Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri
üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladılar, bi-
zim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi”.
General Əli ağa Şıxlinski və silahdaşları
288
Qiyas bəy:
– Sağ olun, Paşam.
Atatürkün əmri ilə yerləşdirmə və əmlak məmurları Qiyas
bəyə köməyə gəldi. Qiyas bəy bu yardımdan imtina etdi və öz
gücünə yaşamağa üstünlük verdi.
İkinci Dünya müharibəsinin qızğın çağında, 1943-cü ildə Al-
maniya və Türkiyə arasında gizli saziş bağlandı. Bu müqaviləyə
əsasən Qiyas bəy Şıxlinskinin başçılığı ilə Türkiyədə yaşayan
Qafqaz xalqları geri qayıdıb Sovet İttifaqını daxildən dağıtmaq
üçün yeni bir cəbhə açmalı idilər. Lakın Qiyas bəyin “dostların-
dan” İman Bolluq adlı birisi bu məlumatları ruslara 20000 (min)
lirəyə satmışdır. Qiyas bəylə mühacirlər Doğubəyaziddə silahla-
rı ilə bərabər həbs edilmişdilər. Rus hökumətinə xoş olsun deyə,
Qiyas bəy mühakimə olundu. Ona edam cəzası kəsildi. Bu
hadisədən xəbər tutan Almaniya hökuməti Türk hökumətinə
belə bir ultimatum verdi:
– Ya Qiyas bəy azad olunur, ya da Türkiyəyə hücum edəcəyik.
Bundan sonra Qiyas bəy Şıxlinskinin edam qərarı ləğv olu-
nur. O, Gümüxanaya sürgün edilir. Qiyas bəy 1949-cu ildə
yenidən Qarsa, 1955-ci ildə Ağrıya gəlir. 1965-ci ildə isə Bandır-
mada yerləşmişdir. 1970-ci ildə el-oba, qohum-qardaş həsrətli
Qiyas bəy vəfat etdi. Qiyas bəy Şıxlinski Ağrıda yaşayanda
evləndi, üç oğlu və iki qızı oldu.
Şıxlinskilər Türkiyədə ulu babaları Alqazaxın adını soyad
kimi daşımışlar. Qiyas bəyin övladlarından biri Çingiz Alqazax
(1938-1992) polkovnik rütbəsində hərbi təyyarəçi kimi şöhrət qa-
zanmışdır.
1990-cı ilin qışında sevimli xalq yazıçısı İsmayıl Şıxlı ilə
mənzilində söhbət edirdim. Söhbətimizin əsas mövzusu general
Əli ağa və onun general qardaşı oğlu Cavad bəy Şıxlinskilər idi.
Həmin illərdə general Əli ağa Şıxlinskinin iki cildini çapa hazır-
layırdım. Ona görə də İsmayıl müəllimlə tez-tez görüşürdük,
onun köməyinə ehtiyacım var idi. Söhbətarası bığaltı xoş təbəs-
sümlə gülümsünən İsmayıl Şıxlı:
Şəmistan Nəzirli
289
– Sənə mənim bir hədiyyəm var, – dedi. – Dur, o kitab rəfinin
üstündəki qovluğu bura gətir.
Qovluqdan çıxan nəsli haqqında nadir bir sənədi və iki
fotoşəkli İsmayıl müəllim mənə bağışladı.
Fotoşəklin birində Qiyas bəy 1952-ci ildə Türkiyədə ailəsi ilə
birgə çəkilmişdir. Digər şəkildə isə polkovnik Çingiz Alqazax
təsvir olunmuşdur.
– Çingiz bəy, – dedi, – Türkiyədə Hərbi Aviasiya Məktəbini
bitirib, paraşüt-desant idmanı üzrə Avropa çempionu olub.
Türkiyə Silahlı Qüvvələrində şərəflə xidmət edən Çingiz bəy Al-
qazax yüksək vəzifələr tutmuşdur. Əlli dörd yaşında vəfat edib.
Sonuncu vəzifəsi Hərbi Aviasiya Eskadrilyasının komandiri ol-
muşdur.
Dayısı Qiyas bəylə bağlı kövrək bir epizodu İsmayıl Şıxlı
1989-cu ildə qələmə alıb. Bu təsirli hadisə 1952-ci ildə tənqidçi
Məsud Əlioğlugildəki qonaqlıqda olub.
“...Mir Cəlal müəllim hiss edilmədən qabağıma pivə qoy-
muşdu. Mən hərdənbir qurtum alırdım. Bunu Səməd Vurğun
gördü.
– Ə, o nədir, içirsən? Kişi araq içər, araq iç. Neyləyim, yorğun
vaxtıma düşübsən, yoxsa sənə necə içməyi göstərərdim.
Mənə araq süzdü.
Hiss etdim ki, gözü üzümdədir. Amma xəyalı hardasa uzaq-
lardadır. Onu da başa düşdüm ki, mənim üzümə baxa-baxa
uşaqlıq dünyasına qayıtmışdır. Bəlkə də bu saat Kür sahilində,
Qarayazı meşəsində gənclik dostları ilə gəzir, bəlkə...
Birdən elə bil dirçəldi. Qamətini düzəldib qarmon çalan Fey-
ruza baxdı:
– Ə, a bala, bir “Motanı” çal.
Ayağa durdu. Məni də qaldırdı. Qabaq-qənşər oynamağa
başladıq. Burada da gözünü üzümdən çəkmirdi. Ortada bir xey-
li fırlanandan sonra gördüm ki, oynaya-oynaya məni küncə doğ-
ru aparır. Ev böyük idi. Köhnə binaların hamısında olduğu kimi
tavan hündür, qapı-pəncərə genişdi. Küncə çatanda dayanıb
General Əli ağa Şıxlinski və silahdaşları
290
boynumu qucaqladı, üzümdən öpdü. Pıçıltı ilə: “Ə, Qiyas qağa-
ma yaman oxşayırsan” – dedi. Gözləri yaşardı. Bildim 30-cu
illərdə Türkiyəyə getmiş dayımı deyirdi. Eşitmişdim ki, dost
olublar. Amma dayımın adını çəkmək olmazdı. Ona görə
xəlvətdə, pıçıltı ilə sözünü deyirdi. Görünür, mənim dayıma ox-
şamağım onu kövrəltmişdi. Mənim də gözlərim doldu. Başımı
vaxtsız qocalmış şairin köksünə sıxıb xeyli dayandım. Bu ani hal-
dan sonra qollarını yenə qaldırdı, heç nə olmamış kimi, oynaya-
oynaya geri qayıtdıq. (İsmayıl Şıxlı. “Namərd gülləsi”, 1991,
səh.141-142)
Pristav Hüseyn bəy Şərif bəy oğlu Şıxlinski (1886-1920) Go-
ranboy və Əhmədli nahiyəsinin pristavı olub. 1920-ci il mayın
13-də Müsavat rejiminin məmuru və Gəncə üsyanının iştirakçısı
kimi həbs edilib güllələnmişdir. Əslində isə 1919-cu ilin fevral-
mart aylarında bolşevik Qatır Məmmədin quldur dəstəsinin dar-
madağın edilməsində fəal iştirakına görə Fövqəladə Komissiya-
sının sədri Semyon Pankratovun göstərişi ilə komissar Qriqorye-
vin qrupunu həbs etmişdir.
Kar Hüseyn bəy adı ilə bolşeviklərə qarşı əzazil bir şəxsiyyət
kimi tanınan pristav Şıxlinski istiqlal hərəkatının fəal mücahidi
kimi ad-san qazanmışdı. O, 1886-cı ildə Qazax qəzasının Şıxlı
kəndində anadan olmuşdur.
1941-ci ilin ağır günlərində institutda təhsil alan İsmayıl Şıx-
lını kulak oğlu kimi dövlət imtahanına buraxmaq istəmirlər.
Onda imtahan komissiyasının sədri Mikayıl Rəfili köməyinə
gəlir. Sonralar – 1988-ci ildə İsmayıl Şıxlı “Ayrılan yollar...” xatirə
məqaləsində belə bir epizodu qələmə alıb:
“Bilirsənmi, sənə bu hörməti niyə etdim?” Çiynimi çəkdim.
O isə sözünə davam etdi: “Əlbəttə, müəllimlərin də sənə kömək
etdi. Özündən də xoşum gəldi. Amma əsas səbəbi odur ki, Mü-
savat vaxtı məni Gəncədə tutmuşdular. Yəqin sənin qohumların-
dan olan Sıxlinski familli bir pristav (Hüseyn bəy – Ş.N.) məni
azad etdi. İstədim yaxşılığın əvəzini verəm”. Pristavın kim oldu-
ğunu bilmirdim. Həmişə bu familin əziyyətini çəkirdik. İlk
Şəmistan Nəzirli
291
dəfəydi ki, yaxşılığını gördüm. O, sözlərini astaca dediyi kimi,
mən də təşəkkürümü astaca söyləyib çıxdım.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının
ordusunda Şıxlinskilər nəslinin nüfuzlu oğulları ləyaqətlə xid-
mət etmişlər.
Polkovnik Rüstəm bəy Məmmədağa oğlu Şıxlinski 1912-
1913-cü illərdə Birinci Qafqaz atıcısı artilleriya divizionunda
ştabs-kapitan rütbəsində xidmət edib. 1918-ci ildə Topçu his-
səsinin və Ağdamdakı pulemyot məktəbinin rəisi idi.
1919-cu il fevralın beşindən Əlahiddə ağır top divizionunun
və 1920-ci ilin əvvəlində İkinci Artilleriya briqadasının koman-
danı, 1920-ci il iyunun 11-də şübhəli şəxs kimi Az.ÇK-nın
əməkdaşları Troyan və Polyakov tərəfindən Bakıda həbs edilib
güllələnmişdir. Məşhur generalımız Əli ağa Şıxlinskinin qardaşı
Məmmədağanın kiçik oğludur. 1877-ci ildə Qazaxda anadan
olub. Tiflisdəki kadet korpusunun və Peterburqda Mixaylovski
Ali Topçuluq Məktəbini bitirib. Birinci Dünya müharibəsində bi-
rinci Qafqaz atıcı artilleriya divizionunda kapitan rütbəsində dö-
yüşüb. Cəbhədəki döyüş xidmətləri IV dərəcəli “Müqəddəs
Anna” (üzərində “İgidliyə görə” yazısı ilə) və IV dərəcəli “Mü-
qəddəs Vladimir” (qılınc və bantla birgə) ordenləri ilə qiy mət-
ləndirilib.
Poruçik İsrafil bəy Ağa oğlu Şıxlinski 1918-ci ildə Gəncədə
Hərbi Məktəbi bitirib. Məktəbdə ikinci rotanın praporşiki
vəzifəsində işləyib. 1897-ci il sentyabrın 10-da Qazaxda zadəgan
ailəsində anadan olub. Qori şəhərindəki seminariyanın Azərbay-
can şöbəsini bitirib. İyirminci ilin aprelində bolşeviklər gələndə
Az.ÇK-nın yanında qısa müddət xüsusi təyinatlı dəstənin ko-
mandiri olub. Müsavatın tərəfdarı və Sovet hökumətinin qatı
düşməni olduğuna görə ittiham edilib. 1926-cı ildə Solovetsk
həbs düşərgəsinə sürgün olunub.
Əli ağa oğlu Şıxlinski İkinci Zaqatala piyada alayında Hərbi
təhsil komandasının praporşiki.
General Əli ağa Şıxlinski və silahdaşları
292
Abdulla ağa Omar ağa oğlu Şıxlinski 1899-cu il yanvarın
5-də Qazaxda anadan olub. 1918-ci il aprelin 6-da Bakı Realnı
Məktəbini bitirib. Həmin ili atası Omar ağa qəflətən vəfat etdiyinə
görə əmisi general Əli ağa Şıxlinskinin himayəsində yaşayıb.
Azərbaycan Milli Ordusunda yunker rütbəsində xidmət edib.
Sovet tibb elmində görkəmli mütəxəssis, tibb elmləri namizədi
kimi məşhur idi. Abdulla ağa 1970-ci il mayın 23-də Bakıda vəfat
edib.
Şəmistan Nəzirli
293
ŞIXLİNSKİ NƏSLİNİN ŞAİRLƏRİ
(Kazım ağa Salik, Mustafa ağa Arif, Abdulla ağa,
Mirzə Məhəmməd Fədai və Əli ağa Şıxlinski)
Firidun bəy Qafqazın hər yerini özünə vətən bilir-
di, hər yerinə təfavütsüzcəsinə məhəbbəti var idi.
Hətta bəzi yerləri, məsəla, Qazaxı doğma yurdu Qa-
rabağdan artıq sevərdi… Hər halda burası inkar
ediləsi deyil ki, Firudin bəy Qazaxı çox sevərdi, çünki
Azərbaycanın bir çox şairləri burdan törəmişdi.
Fərhad Ağazadə (Şərqli) (1880-1931)
görkəmli maarif xadimi
Əgər Firidun bəy Köçərli kimi ədəbiyyatşünas-alim, mahir
toplayıcı olmasaydı, XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış şairlər
haqqında biz çox az məlumata malik olardıq. Təkcə qazaxlı
şairlərin üzə çıxarılmasında yox, eləcə də Şirvan, Qarabağ,
İrəvan, Şəki, Quba, Gəncə və başqa bölgələrin klassik şairlərinin
ədəbiyyat tariximizdə yer alması Firidun bəyin əvəzsiz xidməti
sayəsində olmuşdur.
Mustafa ağa Arif (1774-1845), Kazım ağa Salik (1781-1842),
Şıxlinskilərin, Əbdürrəhman ağa Dilbazinin (1755-1806), Mirzə
Məhəmməd Fədainin, Mustafa ağa Nasirin (1850-1890), İsgəndər
ağa Qiyasbəyovun (1820-1873), Mirzə Nəbi əfəndi Qayıbovun
(1810-1869), Şahnigar xanım Rəncur Qiyasbəyovanın (1850-
1890), Hacı Rəhim ağa Dilbazovun (1823-1875), Yəhya bəy
Məhəmməd ağa oğlu Qazağinin (? – 1841) Abbasağa Nazirin
(1849-1919) barəsində ilk dəfə cəfa çəkib yazan, xalqımıza tanıt-
dıran Firidun bəy Köçərli olmuşdur. Demək, Fərhad Ağazadə
kimi alim şəxs çox doğru deyir ki, Firidun bəy Qazaxı çox sevərdi.
General Əli ağa Şıxlinski və silahdaşları
294
Kazım ağa Şıxlinski özünə Salik (ərəbcə “düz yolla gedən”
deməkdir) təxəllüsü götürmüşdür. Firidun bəy Köçərli yazır ki,
Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki va-
hid Qazax mahalında, bəlkə, tatami Zaqafqaziyada zühur edən
şairlərin müqtədirlərindən birisi hesab olunur.
1781-ci ildə Şıxlı kəndində ağalıq ailəsində anadan olan şair
ev təhsili almışdı. Həmin illərdə Şıxı ağanın, Ağdolaq Məhəmməd
ağanın və Alqazax ağanın övladları əsasən Kür çayının sahi-
lindəki Qazaxlı, birinci və ikinci Şıxlı kəndlərində sakin idilər.
Böyük sərkərdə Əli ağa Şıxlinski də 1865-ci il martın 3-də ulu
babasının adını daşıyan Qazaxlı kəndində anadan olmuşdu.
Həmin kənd 1927-ci ildə Kür çayı bərk daşdığına görə əhalisi
Aşağı Salahlıya, Qazaxbəyliyə, Şıxlıya və qəza mərkəzi Qazaxın
özünə köçüblər. Kənd xəritələrdən belə silinib, indi yurd yeri qa-
lıb.
Kazım ağa Şıxlinski öz nəsli haqqında bir şeirində belə mə-
lumat verir:
Şeyxzadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan,
Şıxlı qəryəmizdir, həm bizik ol qəryə ezazi
1
.
Anası nəcib Dilbazilər nəslindən olan Kazım ağa Şıxlıda dün-
yaya gəlib, altmış bir il ömür sürmüşdür. Qəbri Şıxlı kəndindədir.
Zəmanəsinə görə kamil biliyi olduğuna görə Kazım ağa fars,
türk və cığatay dillərində qəzəl, qoşma və müxəmməslər yaz-
mışdır.
Şair farsca yazdığı bir beytində deyir ki:
Şeir qoşanda Salik qəvvas olarsa,
Qəzəl dənizindən gövhərlər çıxarar.
Kazım ağa Şıxlinskinin böyük qardaşı Mustafa ağa rus ordu-
sunda mayor rütbəsində xidmətdə idi. 1826-1830-cu illərdə Qaf-
1
E z a z i – hörmətli-izzətli
Şəmistan Nəzirli
295
qazda istilaçı ruslara qarşı tez-tez üsyanlar olduğuna görə nü-
fuzlu bir şəxs kimi Mustafa ağadan şübhələnir və dekabristlər
üsyanının təsiri qorxusu ilə vahiməyə düşən canişin general-ley-
tenant A.P.Yermolov Mustafa ağanı Sibirə sürgün etdir. Həmin
illərdə Şıxlı qəriyəsindən mindən çox kəndli üsyan edib vergi
verməkdən boyun qaçırır. Sürgündən Molla Vəli Vidadinin oğlu,
alim və fazil bir şəxs olan Osman Əfəndiyə (1785-1850) nəzmlə
məktub yazıb rica edir ki oğlu Əli ağanın təhsilində göz olsun,
onu məktəbi buraxmağa qoymasın.
Olma tarik dərsdən, ey nuri-canım Əli!
Pəndimi eylə qəbul, ey xanü-xaqanım Əli!
Var ümidim etməyə zaye Əfəndi səyini,
Qoyma dərsdən bir kəm-kəsir Osmanım Əli!
Mən səninçün eylərəm xeyir-dualar ruzu şəb,
Saxlasın hifzü himayətində sübhanım Əli!
Gərçi, ey dil, mən Əbubəkrü Ömər, osmaniyəm,
Həqq imamımdır mənim ol şiri-mərdanım Əli!
Olsun, Arif, həşrdə əvvəl şəfin Mustafa,
Sonra Əbubəkrü Ömər, Osmanü aslanım Əli!
Şair, Mustafa ağa Arifin oğlu Əli ağa sonralar məşhur Muğan
alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yaz-
dığı “Müxəmməs”ində (M.F.Axundov. Əsərləri, I c., səh. 344)
belə xatırlayır:
Tiflis müsəxxər sənə, ey duxdəri-tərsa!
Aşiqlərinə məbəd olub deyrü kəlisa!
Məndən sənə vəsf istədi Şıxlı Əli ağa,
Dedim səni vəsf etməyə mənəndi-Məsiha,
Rühulqüdüs imdadı gərək nitqi-Məsiha.
Bəzi tədqiqatçılar Mirzə Fətəli Axundov “Müxəmməs”ində
adı çəkilən Əli ağanı məşhur general Əli ağa Şıxlinski hesab edir.
General Əli ağa Şıxlinski və silahdaşları
296
Bu fakt tamamilə səhvdir. Çünki Əli ağa Şıxlinski 1865-ci ildə
anadan olub. Hələ anadan olmayan Əli ağa Şıxlinski Mirzə Fətəli
ilə necə görüşə bilərdi?
Mustafa ağanın “Arif” təxəllüsü ilə sürgündən yazdığı qoş-
maları və oğlu Əli ağaya qəzəlləri az da olsa qalmışdır.
Dərdli şair Kazım ağa Şıxlinski qardaş həsrətli şeirində yazırdı:
Biri Arif, ona cövr etdi dövran
Ki, qürbətdə şəhidü-mübtəladır.
Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan sənədlərdən
məlum olur ki, Mustafa ağa Arif Şıxlinski 1845-ci ildə Kazan
şəhərində vətən həsrəti ilə şəhid olub.
1993-cü ildə görüşdüyüm görkəmli geoloq, şairin təxəllüsünü
ad kimi daşıyan, nəvə Arif Şıxlinskinin (1929-1995) yaddaşından:
– Nənəm Aişə xanım həmişə babam Mustafa ağa Arifi kədərlə
yad edərdi. İllaha, evdə mənim adım çəkiləndə nənəm dərhal
vaxtı ilə babamın Sibirdən göndərdiyi qoşmasının bir bəndini
qəmli-qəmli zümzümə ilə oxuyardı:
Üstümə gələydi bir pak müsəlman,
Üzümə örtəydi ağı, ey fələk.
Sibir yolunu fikr eyləməkdən,
Əridi ürəyin yağı, ey fələk.
Rusiyada sürgündə olanda Mustafa ağa Arif ən çox mək tub-
laşdığı qardaşı Kazım ağa Şıxlinski olmuşdur. Bu məktublar
nəzmlə yazılıb:
Din qönçəsi qan olub, açılmaz,
Yüz min gər ola bahar, sənsiz.
Ey gül, gecə-gündüz Arif ağlar,
Bülbül kimi zar-zar sənsiz.
Şəmistan Nəzirli
297
Kazım ağa Şıxlinskinin cavabından:
Canım çıxar oldu həsrətindən,
Ömrüm gedər oldu badə sənsiz.
Çəkmiş həvəsin şikəstə Salik,
Nə qövmə baxar, nə yadə sənsiz.
Mustafa ağa Arifin Respublika Əlyazmalar İnstitutun
arxivində saxlanan “Düşmüşəm” qoşmasında qohum-qardaşını,
ömrünün əlli yaşı ötdüyünü qubar hissi ilə yad edir. Şair bircə
arzu ilə yaşayır. Qürbətə nifrət, vətənə məhəbbətin ülviliyi ona
inam aşılayır. Ümid edir ki, bircə tezliklə obası Qazaxı görsün,
ondan sonra ölsün, onda bilərəm ki, haqq məkana düşmüşəm.
Başına döndüyüm elim, ulusum,
Nə müddətdi pisilyanə
1
düşmüşəm.
Gülüstan içində ömür sürmüşdüm,
On ildir ki, zimistanə düşmüşəm.
Diyari-qürbətdə dərdim bilən yox,
Ağlayanda göz yaşımı silən yox,
Ömür keçdi, bir yanıma gələn yox,
Elə bil ki, qəbristanə düşmüşəm.
Biqeyrətlər durdu mənim qəsdimə,
Utanmayıb böhtan atdı üstümə.
Odlanıram, gələn yoxdu tüstümə,
Baş götürüb biyabanə düşmüşəm.
Çoxdandı əllini ötübdü yaşım,
Tutulub qıçlarım, ağarıb başım.
1
P i s i l y a n –
“
поселение
”
sözünün təhrif olunmuş formasıdır,
“
sürgün
”
deməkdir – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
298
Əlimdən gedibdi yarü yoldaşım,
Qan-yaş dolu bir ümmanə düşmüşəm.
Mən Arifəm, bir Qazağı göreydim,
Camaatla halallaşa bileydim.
Elə o gün obamızda öleydim,
Deyəydim ki, haqq məkanə düşmüşəm.
Kazım ağa Salik Şıxlinskinin bayatı boğçası
Hər dəfə Respublika Əlyazmalar İnstitutunda işləyən dos-
tum Seyfəddinin yanına yön salanda maraqlı bir faktın şahidi
oluram.
…Təxminən on-on iki il əvvəlin söhbətidir. Bir günortaüstü
yenə dostuma baş çəkməyə gəldim. İş otağı bağlı idi. Geniş foye-
nin açıq pəncərəsindən onun məşhur alim Məmmədağa Sulta-
novla yanaşı oturduğunu gördüm. Həyətə düşüb onlarla görüş-
düm. Məmmədağa müəllim Seyfəddinə ötən illərdə görüşdüyü
xas kişilərdən maraqlı söhbətlər edirdi. Belə söhbətlərin vurğu-
nu olduğumdan cınqırımı çıxarmadan mən də oturub diqqət
kəsildim. Bu nurani kişi, gözəl alim elə dəqiqliklə və yığcam da-
nışırdı ki, adam istər-istəməz ona həsəd aparırdı. Fasilə vaxtı ol-
duğundan o, bir-iki dəfə ötəri saatına baxıb ayağa durdu. Bir
neçə addım atar-atmaz zəndlə mənə baxıb:
– Seyfəddin, – dedi, – səni qonağın gözləyir, məni də hökumət
işi. Gedək...
Seyfəddin əlini çiynimə qoyub:
– Qonağım jurnalistdir, – dedi, – tarixi əhvalatlarla, Sizin haq-
qında danışdığınız kişilərin söhbətlərilə çox maraqlanır.
Məmmədağa müəllim təəccüblə mənə baxıb:
– Suyu şirindi, tanış gəlir, – dedi, – harada görmüşəm anlaş-
dıra bilmirəm.
– Mənim dostumdu. Tez-tez gəlir bura. Televizorda çıxış
eləyəndə görə bilərsiniz. Ən çox da hərbi verilişlərdə çıxış edir.
Şəmistan Nəzirli
299
– Generallardan, sərkərdələrdən danışır, eləmi?
– Özüdür ki, var. – Seyfəddin sevinclə cavab verdi.
Mən ürəklənib:
– Məmmədağa müəllim, – dedim, – təkcə generallarla yox,
həm də keçmiş şairlərlə maraqlanıram. Xüsusilə, XIX əsrin və XX
əsrin əvvəllərində yaşayıb-yaratmış sənətkarların həyatından
mütaliə eləməkdən çox xoşum gəlir. Sizin bu sahədə xidmətiniz
çox böyükdür. Amma icazə verin soruşum, niyə indiyədək Ab-
basqulu ağa Bakıxanovun tam külliyyatı nəşr olunmayıb? Siz bu
sahə ilə neçə illərdi ki, məşğul olursunuz. Nə vaxtadək təkrar-
təkrar bir cildliyi oxuyacağıq? Orada əsərlərinin əksəriyyəti də
ixtisarla nəşr olunub. Qarşıdan Abbasqulu ağa Qüdsinin 190 illi-
yi gəlir, heç olmasa, onda oxuya biləcəyikmi?
– Haqlı sualdı, haqlı tələbdi, oğul. Hələ bir neçə il əvvəl (o
dəqiq dedi, amma mən unutmuşam) Abbasqulu ağanın əsər lə-
rinin tam külliyyatını nəşrə hazırlayıb təqdim etmişəm. Nəşriy-
yata gedib-gəlməkdən daha utanıram. Hələ dəqiq bir şey hasil
olmur. Yüz doxsan illiyinə söz verirlər, amma bilirəm ki, yalan
deyirlər. Üzüm də gəlmir deyəm ki, ay nəşriyyat işçisi, oğul,
mənə niyə yalan danışırsan? Görək, ya qismət, amma laqeyd
millətik, klassiklərimizə laqeyd… Sən ondan dissertasiya
yazırsan-nədi?
– Yox, – dedim, – sadəcə olaraq yaradıcılığının vurğunuyam.
Bir də mənim ən çox xoşuma gələn şair Abbasağa Nazir Qayıb-
zadədir. Siz onun rübailərini “Keçmişimizdən gələn səslər” al-
manaxında dərc etdirmisiniz. Məndə bir “Bəyani-halım” adlı
poeması və xeyli də şeirləri var. İstəyirəm, onun və inqilabdan
əvvəl yazıb-yaratmış qazaxlı şairlərin əsərlərini toplu halında
nəşr elətdirəm. Bir xeyli toplamışam. Amma sizin köməyiniz ol-
masa, bu işin öhdəsindən çətin gələm…
– Yaxşı fikirdi, xüsusilə, Nazir inqilabdan sonra tədqiqatsız
qalan şairdir. Bilirsənmi, Nazir harda dəfn olunub?
– Bilirəm, Qazaxda, doğma kəndi Salahlıda, qəbrini ziyarət
də eləmişəm. 1919-cu il dekabrın 31-də vəfat edib. Onun ölümü
Firidun bəy Köçərlini yandırıb-yaxıb.
General Əli ağa Şıxlinski və silahdaşları
300
Getməyi unudan Məmmədağa müəllim həvəsə düşüb:
– Qulaq as, gör bir Nazir yana-yana nə deyir:
Nazir, bədənin xakilə yeksan olacaq,
Dərda ki, vücudun evi viran olacaq.
Tən rifğət edib əslinə xak olsa nə qəm,
Səd heyf ki, gənci-nəzm pünhan olacaq.
Buradan oxucu elə başa düşməsin ki, Nazir hər şeydən əlini
üzmüş, həyatdan küskün bir insandır. Xeyr. Nikbin bir şair olan
Nazir bu rübaisində deyir ki, mən öz ölümümə heyfsilənmirəm.
Heyfsilənirəm ki, məndən sonra şeir xəzinəsi pünhan olacaq.
Məndə şair Abbasağa Nazir Qayıbzadənin şeirləri, qəzəl və
tərcümələri çoxdur. Bu günlərdə Kazım ağa Salik Şıxlinskinin də
bayatılarını tapmışam. Gələrsən yanıma verərəm, sal onları da
kitaba.
Müdrik söhbətlərindən doymasam da, onun ayaq üstə qal-
mağına qıymırdım. Məmmədağa müəllim pilləkənin yanına
kimi ötürdüm. O, ayaq saxlayıb:
– Gələn çərşənbə gözləyəcəyəm, – deyib asta addımlarla
mərmər pillələri qalxdı.
Onun dediyi vaxtda görüşünə gəldim.
– Otur, mən deyim, sən yaz, – dedi.
…Xalqımız üçün qiymətli poetik söz xəzinəsi qoyub getmiş
görkəmli şairimiz Kazım ağa Salik Şıxlinskinin (1781-1842) baya-
tılarını möhtərəm oxucularımıza təqdim edirəm.
Heç vaxt oxucu nəfəsi görməyən, bu dadlı-tamlı söz
incilərində doğma Qazağın füsunkar təbiəti və Salikin vüsalına
yetmədiyi ilk məhəbbəti vəsf olunur.
Bayatıları mənə təqdim edən mərhum professor Məmmədağa
Sultanova Allah rəhmət eləsin. Qoy, müqəddəs torpaq ona qu
tükü qədər yumşaq olsun.
Şəmistan Nəzirli
301
Yol düşdü Didivana,
Ərzini de divana,
Salik, gəldi həmdəmin,
Aqilən de divana.
Zəmin nədir, səma nə,
Daşa tutar zəmanə,
Qəm xərmənində Salik,
Axır döndü samanə.
Görünən Qaraçaldı,
Canım qaraçı aldı,
Sinəndən öpdü Salik,
Ağzını qara çaldı.
Guş etmə hər ədnayə,
Gəl gedək hər adnayə,
Sana kim dedi, Ceyran,
Yoldaş ol hər ədnayə.
Dərya var, yazı vardır,
Kağızda yazı vardır,
Salik, hicran qışının,
Demək ki, yazı vardır.
Görünən Haçaqaya,
Şir ver ha bu çağaya,
Salik, günəş camalın,
Dəyişər haçaq aya.
Yapışıb yüzmə zəli,
Danışır yüz məzəli,
Salik dost ətəyindən,
Ölüncə yüzməz əli.
General Əli ağa Şıxlinski və silahdaşları
302
Xədəngin yay iləndir,
Xasilar yayiləndir,
Ceyran, zülfün həlqəsi,
Ya əqrəb, ya ilandır.
Kamanın ox ilandır,
Həriflər oxilandır,
Geysu
1
deyil yüzündə,
Ceyran qaç, ox, ilandır.
Çəkməsin mərdim azar,
Mərd deyil, mərdiməzar,
Bulud zülfündə Ceyran,
Gəzməsin mərdiməzar.
Məclisin nə şamı var,
Nə Bağdad, nə Şamı var,
Salik, dəli Ceyranın,
Nə sübhi, nə şamı var.
Abdulla ağa Şıxlinski
XIX əsrin ortalarında yazıb-yaradan Şıxlinski şairlərindən
biri də Abdulla ağa Şıxlinski olmuşdur. O, çar ordusunda 1830-
1860-cı illərdə mayor rütbəsində xidmət etmişdir. Görkəmli şair
Mustafa ağa Arifin oğludur. Doğum və ölüm tarixi haqqında heç
bir məlumat yoxdur. Klassik şeirin ənənələrinə dərindən bələd
olan Abdulla ağanın əlimizə yalnız bir qəzəli gəlib çatmışdır. Va-
qif təxəllüsü ilə yazdığı həmin qəzəl onun parlaq, şairlik isteda-
dından, dövrünün ziyalı şəxsiyyətlərindən biri olmasından
xəbər verir.
Bil ki, bu çərxi-fələk heç kimə yar olmaz,
Olsa nadana məgər, aqilə zinhar olmaz.
1 G e y s u – zülf, hörük, saç
Şəmistan Nəzirli
303
Qızarıb şamü-səhər etdiginə şərm etməz,
Açulur hər gün özü, munda namus, ar olmaz.
Dolanır leylü nahar, yıxmaq üçün tikdiyini,
Əməyi puç, dizi sıyrıq, belə memar olmaz.
Bir deyən yox ki, buna bu nədir, ey xanəxarab,
Bari tut xəlvətidə qəhbəlik, aşkar olmaz.
Çək qələm, çəkmə cəfa, getdi tamam ariflər,
Vaqifə, agah degil Salikə izhar olmaz.
MİRZƏ MƏHƏMMƏD QAYIB oğlu
QAYIBOV – təxəllüsü FƏDAİ
Molla Vəli Vidadinin atası Məhəmməd ağa 1725-ci il müha-
ribəsində həlak olduğundan Poyludan olan anası Xədicə xanım
on səkkiz yaşlı oğlunu da götürüb Şəmkirdən Şıxlıya qayıtmış-
dır. Hələ Şəmkirdə yaşayanda ərəb-fars dillərini öyrənən və ka-
mil dini təhsil alan Molla Vəli Şıxlıda yaşasa da Poyluda mək-
təbdarlıq etmişdir. Burda da Molla Vəli Qayıbovlar nəslindən
olan Molla Cəbrayılın qızı Tükəzban xanımla evlənmişdir. Son-
ralar Molla Vəli Vidadi qızı Cəvahiri Mirzə Məhəmməd Qayıbo-
va ərə vermişdir.
Gürcü çarı II İraklinin sarayında xidmətdə olanda Molla Vəli
kürəkəni Mirzə Məhəmməd Qayıbovu da özü ilə Tiflisə apar-
mışdır. Mirzə Məhəmməd sarayda müstövfi
1
vəzifəsində çalış-
mışdır. Dövlət xidmətində müstövfi Qazaği, şair kimi Fədai
təxəllüsü ilə eldə-obada böyük nüfuza malik olmuşdur.
Məşhur sərkərdəmiz Əli ağa Şıxlinski (1865-1943) “Xatirələ-
rim” əsərində yazır ki, anam Şah Yəmən xanım Qayıbova Azər-
baycanın məşhur şairi Molla Vəli Vidadinin qız nəvəsidir, yəni
Mirzə Məhəmmədin qızıdır.
1
M ü s t ö v f i – sarayın təsərrüfat işlərini idarə edən məmur – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
304
Klassik şairimiz Molla Pənah Vaqifin müasiri Kazım ağa Sa-
lik Şıxlinskinin (1781-1842) Mirzə Məhəmməd Qayıbova “Fədai”
təxəllüsülə nəzmlə yazılan dörd məktubu bizə gəlib çatıb.
Birinci məktubdan:
Olma, ey Mirzə Məhəmməd, zəmmi-şeirimdən məlul,
Əhli-dil, əhli-dilin azarını eylər qəbul.
İkinci məktubdan:
Saliki, ancaq Fədaidir sana həmdəm olan,
İstərəm səndən səva bir qeyri-həmdəm olmasın.
Zəmanədən və çərxi-fələkdən şikayət edən Salik üçüncü
məktubunda yazırdı:
Ey Fədai, bu cahan bidad ilən bünyad olub,
Aqil oldur kim onun bidadinə münqad olub,
Ol Hüseyni-şahi-məzlum macərasın fikir qıl,
Aqibət gör bu rəna mülkündə kim dilşad olub.
Yenə Mirzə Məhəmmədə həmin məzmunda Salik yazırdı:
Ey əzizim, istərəm cismində azar olmasın.
Nərgisi-bimarın olsun, özgə bimar olmasın.
Təbiniz olsun guşadə daima hər tərhilə,
Saliki xoş təb binəzmü əşar olmasın.
Təəssüf ki, Mirzə Məhəmməd Fədainin cavablarını tapmaq
bizə qismət olmadı. Fədainin doğum və ölüm təvəllüdünü də
hələlik dəqiqləşdirə bilmədik. Firidun bəy Köçərli yazır ki, Fədai
ilə Kazım ağa Salikin aralarında mehri-ülfət və səmimi dostluq
olub. Bu onların bir-birinə yazdıqları şeirlərdən də görünür. Yaş-
ca Kazım ağa Fədaidən kiçik imiş. Salahlıda doğulan şair Fədai
orada da vəfat edib. Onun cəmisi iki qəzəli bizə gəlib çatıb: “Ol-
maz” və “Bu imiş”.
Şəmistan Nəzirli
305
Dostları ilə paylaş: |