Qürbətdən gələn məktub
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində iki qarda-
şın yeganə bacısı Reyhan xanım idi. Atasından və əmisindən
fərəhlə danışan Leyla xanım bibisi haqqında heç bir məlumat
vermir. Əlbəttə, bu, səbəbsiz deyil. 1919-cu ildə Azərbaycan
nümayəndəsi kimi Fransada işləyən Abbas bəy Ataməlibəyov
həyat yoldaşı Reyhan xanımı da özü ilə aparmışdı. 1920-ci il Ap-
rel çevrilişindən sonra onlar geri qayıtmadılar. Şübhəsiz ki, Rey-
han xanım “Vətən” deyib, bolşevik-daşnak rejimilə yaşayan o
vaxtkı Azərbaycana qayıtsaydı, bəy nəsilli, müsavat generalının
qızına da qardaşları Qalib bəy və Faris bəy kimi acı tale qismət
olardı. Yetmiş ildə Vəkilovlar kimi digər ziyalı nəsillərimizin
nümayəndələrinin nələr çəkdiyi hamımıza yaxşı məlumdur.
Otuz yeddinin qara, məşum günlərində doqquz yaşlı uşağa on
bir il həbs cəzası kəsən, ata-anasını, hətta uzaq qohumlarını
güllələdən sovet totalitar hakimiyyətinə etibar edib qayıtmaq
mümkünmü idi? Əlbəttə, yox. Bütün bunları – sürgün və gül lə-
lənmələri onlar Okeanın o tayında yaşasalar da, bilirdilər.
Yadımdadır, yetmişinci illərdə Faris bəylə tez-tez görüşəndə
bir neçə dəfə bacısı Reyhan xanımın adını çəkib ağladı.
– Faris bəy, bacınız sizdən böyük idi, yoxsa kiçik? – deyə so-
ruşdum.
– Ailəmizin ən kiçiyiydi, – dedi. – Şən, şıltaq bircə bacımız
vardı. O, 1896-cı il iyunun 20-də Tiflisdə anadan olmuşdu. İki
oğuldan sonra dünyaya gələn bacımın şərəfinə atam bir qoç qur-
Şəmistan Nəzirli
351
ban kəsdi. Bacım ilk təhsilini Tiflisdəki Nücabə Qızlar Məktəbində
almışdı. 1917-ci ildə onun toyu oldu. Əri Abbas bəy Ataməlibəyov
əslən Şamaxıdan olan, lakin çoxdan Bakıda yaşayan Seyfulla
bəyin oğlu idi. Onlar varlı-dövlətli, həm də ali dərəcədə ziyalı bir
nəsil idi. Abbas bəy Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli,
Əlimərdan bəy Topçubaşovla yaxın dost idi. Onlar Fransaya da
birgə getdilər, bir daha qayıtmadılar. Atamın sağlığında, qarda-
şım və mən həbs olunmamışdan əvvəl məktublaşırdıq. İndi isə
nə öldüsündən, nə də qaldısından xəbərimiz yoxdur...
Nə az-nə də çox, yetmiş yeddi ildən sonra general ailəsinin
yeganə varisi Leyla xanım Amerikadan məktub və fotoşəkil aldı.
Məktub və fotoşəkli ona bibisi oğlu Qalib göndərib. Təbii ki, belə
məktubu oxumaq nə qədər sevindirici olsa da, həyəcanı ondan
qat-qat artıqdır. Professor Leyla xanım Vəkilova ingilis dilində
yazılmış məktubun mətni ilə məni tanış edir.
– Bibim Reyhan xanım 1923-cü ildə anadan olan oğluna
mənim atamın, yəni kiçik qardaşı Qalib bəyin adını qoyub. Mənə
uşaq vaxtı babam demişdi ki, sənin bibin oğlu var. Hətta onun
balaca vaxtı çəkilmiş iki fotoşəklini də göstərmişdi. 1934-cü ildə
babam İbrahim ağa vəfat etdikdən sonra nə bibim Reyhan xa-
nımdan, nə də onun oğlunun taleyi haqqında heç bir məlumatım
yox idi. İki min birinci ilin iyun ayında mənə xəbər verdilər ki,
bibin oğlu Qalib Ataməlibəyov sizi axtarır. Mən ona ev telefonu-
mu və ünvanımı göndərdim.
– Leyla xanım, 1919-1920-ci illərdə Reyhan xanım və ailəsi
Fransada yaşayıb. Bəs necə olub ki, indi Amerikadan məktub
gəlib?
– Bibim oğlunun yazdığına görə 1920-ci ildən sonra onlar çox
çətin və əzablı günlər yaşayıblar. Bu əzablara baxmayaraq, Qalib
yaxşı təhsil alıb, dünyanın bir neçə böyük ölkəsini dolaşıb. Hələ
Parisdə yaşayanda o, Sarbonna Universitetini bitirib. Müharibə
vaxtı fransızların işğalçı qoşunlarının tərkibində Almaniyada
hərbi qulluqda olub.
General Əli ağa Şıxlinski və silahdaşları
352
1946-cı ildə onlar ailəlikcə Cənubi Amerikaya, Çiliyə köçüblər.
Qalib farmakologiya mütəxəssisi kimi firmada işləyib. Onun
Tayvanda, Çilidə, Hindistanda, Yuqoslaviyada və Misirdə filial-
ları olub. Nəhayət, altmışıncı illərin sonunda Amerikada daimi
yaşayıb. Bibim Reyhan xanım 1966-cı ildə Çilidə, əri Abbas bəy
isə 1971-ci ildə Amerikada vəfat edib.
Yuqoslaviyada bibim oğlu milliyyətcə serb, sənəti kimyaçı
olan bir qızla tanış olub, ailə qurub. Onların indi iki övladı var –
oğlu Abbas – Dominik və qızı Tamar – Mariya adlı. Məktubunda
Qalib söz verir ki, 2002-ci ildə dədə-baba Vətəni Azərbaycana
ziyarətə gələcək.
Tiflisdəki izimiz
Azərbaycanlı seminaristlər Qoridə özlərinin gənc-
lik illərini keçirmişlər. Onlar Gürcüstan və gürcülər
haqqında ən yaxşı təəssüratlarla gedirdilər. Gürcüs-
tan Azərbaycanın bir çox mədəniyyət xadimlərinin
mənəvi vətəni olmuşdur. Belə vətəni unutmaq olar-
mı? Mən Gürcüstan və Qori şəhərinin sakinlərinə
səmimi münasibətlər üçün dərin minnətdarlığımı
bildirirəm.
Firidun bəy Köçərli,
1918-ci ildə “Qruziya” qəzetinin
müxbirinə verdiyi müsahibədən.
XIX əsrin əvvəllərindən başlayaraq Tiflisdə bizim mütərəqqi
fikirli ziyalılarımız daha çox məskən salıblar. Ona görə də
inqilabaqədərki ziyalılarımızın hansının ömür yoluna nəzər sa-
lırsansa, istər-istəməz Tiflislə bağlılığına rast gəlirsən. Təəssüf ki,
belə görkəmli şəxsiyyətlərimizin adları əbədiləşdirilmir. Olub-
qalan nişanələr isə bir yandan silinib itirilir.
Şəmistan Nəzirli
353
General-topoqraf İbrahim ağa Vəkilovun on doqquzuncu
əsrin sonlarında tikdirdiyi şəxsi mülkü Uş.Çxeidze küçəsində əsl
memarlıq abidəsi idi. İki göz istəyirdi tamaşa etsin. Bu evi mən
1985-ci ildə generalın oğlu Faris bəyin çəkdiyi sxem vasitəsilə ax-
tarıb tapmışdım. Bakıya qayıdanda Faris bəyə dedim ki, eviniz
sağ-salamatdı, getdim, Tiflisdə ziyarət elədim. Onda Faris bəyin
necə sevindiyinə bir Allah, bir də mən şahidi oldum. Doxsan
dörd yaşlı tənha qoca durub qara şkafın enli siyirməsində saxla-
dığı həmin evin fotoşəklini tapdı, dönə-dönə öpdü, uşaq kimi
kövrəldi.
İkimərtəbəli mülkdə iki gürcü, bir erməni ailəsi yaşayırdı. So-
ruşdum ki, bilirsiniz bu mülk kimin olub? Cavab verdilər ki, bir
tatar generalının.
Budəfəki gəlişimdə də dözməyib, yenə həmin evə baş çəkmək
istədim. Hansı gözəgörünməz qüvvəsə məni ora çəkirdi. Elə bi-
lirdim orda – o mülkdə, qarşısındakı o cənnətəbənzər bağda
Azər baycanın bir parçası öz oğlunun həsrətindədir. Üstəlik də
Faris bəy danışmışdı ki, qapımızdakı ağacların hamısını atam
Qarayazıdan, Salahlıdan gətirmişdi. Atam o ağaclarla həmişə
həmsöhbət olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın bo-
yunu sevə-sevə böyüdərdi. Uzaq şəhərlərə topoqrafiya çəkiliş-
lərinə gedəndə onlara da salam yazırdı. Anama, bizə dönə-dönə
tapşırardı ki, ağaclar amanatı, onlara vaxtında su verin, korluq
çəkməyə qoymayın.
Veriyski körpüsünü keçib balaca dikdirə çıxanda gözlərimə
inanmadım. Generalın mülkü yox idi, yer üzündən silinmişdi,
sanki heç burda belə şey olmayıbmış. Yalnız sahibsiz bağın ağac-
ları qalmışdı. Məni qınamayın, mənə elə gəldi ki, o ağaclar yetim
uşaq kimi ağlaşırdılar. Yaxınlaşıb oxşadım onları. Əlimi göv də-
lərinə çəkdim. Generalın ruhuna rəhmət oxudum, yaxşı tanıdı-
ğım mərhum Faris bəyi yada saldım. Kövrəldim. “Eh, dünya,
niyə belə vəfasızsan” – pıçıldadım. Başım üstündə göyə yüksələn
ağacların yarpaqları xışıldadı. Küləkmi tərpətdi onları, yoxsa
mənim gəlişimə sevinclə pıçıldaşdılar? Deyə bilmərəm, bircə
General Əli ağa Şıxlinski və silahdaşları
354
şeyi bilirəm ki, canıma od saldı o ağacların qürbətdə yetim qal-
mağı...
Xeyli aralıdakı qonşulardan soruşdum ki, bu mülkü niyə
uçu rublar? Cavab verdilər ki, guya yanından keçən yolu geniş-
ləndirmək istəyiblər, yol-zad da çəkməyiblər. Evi uçurduqlarına
da peşman olublar...
Beləcə, bir tarixi abidəmiz, tariximiz keçmiş Tiflisdən silinib.
Acınacaqlı haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımı-
zı narahat etmirdi. O vaxt, 1985-ci ildə ev salamat olanda Bakıda
rəsmi idarədə, bir rəsmi vəzifə sahibinə dedim ki, Tbilisidə gene-
ralın evi qalır.
– Nə demək istəyirsən? – deyib boz-boz üzümə baxdı.
– Yaxşı olar, – dedim, – Gürcüstan hökuməti ilə danışıb mülkə
bir lövhə vurdurasınız. Axı, o evdə xalqımızın yeganə topoqraf-
generalı İbrahim ağa yaşayıb. General İbrahim ağa Vəkilov tarixi
şəxsiyyətdir...
Məni axıra qədər dinləməyən rəhbər şəxs etinasızlıqla:
– Fikirləşirik, – dedi, – indi vaxt yoxdu.
Bizim “ağıllı rəhbərimiz” fikirləşməyə vaxt tapana kimi “dəli
çayı vurub keçdi”...
Həmin il – 1985-ci ilin iyununda Tbilisidə şahidi olduğum bir
hadisəyə azərbaycanlı kimi hədsiz sevindim. İndi də unuda
bilmirəm. Bir küçədən keçəndə kitab mağazası görüb içəri keç-
dim. Satıcı yaraşıqlı cavan bir oğlan idi. Mən rusca soruşdum ki,
sizdə tarixi mövzuda yaxşı kitab varmı? Saxlancın varsa, ver,
neçəyə desən alaram. Oğlan üzümə baxıb, təmiz Azərbaycan
dilində:
– Var, – dedi, – buyurun alın, cavan yaşında Gəncədə vəfat
etmiş şair Nikoloz Barataşvilinin həyatından sənədli povestdir.
Alsanız, peşman olmazsınız. Burda o dövrün Gəncəsi haqqında
maraqlı epizodlar var.
– Azərbaycanlısanmı? – sevinclə soruşdum.
– Yox, – dedi, – gürcüyəm. Meydanda yaşayıram. Bizim Mey-
danda yaşayan bütün millətlər Azərbaycan dilində mənim kimi
Şəmistan Nəzirli
355
təmiz danışırlar, hələ sizin mahnıları da oxuya bilirəm, hər bazar
günü saat ikidə “Muğam saatı”nı səbirsizliklə gözləyirəm.
Dünən general İbrahim ağa Vəkilovun mülkünün uçurulma-
ğı qanımı qaraltmışdısa, bu gün dilimizə, musiqimizə olan
hörmət məni göyün yeddinci qatına qaldırdı. Kitab mağazasın-
dan sinədolusu sevinclə çıxdım.
UZUN ÖMRÜN SƏHİFƏLƏRİ
Qarayazı,
Kür qırağı Qarayazı,
Ömrə çox da bel bağlama
Birdə gördün qara yazı.
El bayatısı
Məni çox kefsiz və bir az da könülsüz qarşıladı. Əvvəlcə başa
düşə bilmədim, bu etinasızlıq mənim gəlişimə görədir, yoxsa
qoca xəstəhaldır. Elə-belə, nəzakət xatirinə “keçin əyləşin” –
dedi. Bu tənha yaşayan qocanın tərtəmiz geyimindən, ev şərai-
tindən hiss etmək olurdu ki, çox səliqəli adamdır.
Qoca əvvəl eynəyini çıxartdı, sonra da dizinin üstündəki ki-
tabı qatlayıb kənara qoydu. İri şkafın enli siyirməsini çəkib
dərindən nəfəs ala-ala, qara məxməri parçaya bükülmüş bağla-
manı açdı. Balaca bir şəkil tapıb işığa tərəf tutdu. İri ala gözlərini
geniş açıb “budur, atam, – dedi, buyur, bax!” “Atam” deyəndə
səsi qırıldı. Bu qocanın bütün varlığını qəribə, təsvirolunmaz bir
kövrəklik titrətdi. Udqunub üzünü yana döndərdi.
Mən şəkli alıb baxdım. Bu, cavan, çox yaraşıqlı bir zabitin on
doqquzuncu əsrin sonlarında çəkilmiş şəkli idi.
– Faris baba, – dedim, – bəs sənədləri? Təkcə bu şəkillə nə
eləmək olar? Mümkünsə, sənədləri də tapın, birgə baxaq, elə bu-
radaca... Heç yerə aparmayacağam.
General Əli ağa Şıxlinski və silahdaşları
356
O, könülsüz geri döndü, ağır addımlarla yenidən şkafa ya-
xınlaşdı. Xeyli əlləşdi. Bayaq oxuduğu kitabı o küncdən bu küncə
qoyur, dəftəri açıb baxır, arasından heç nə tapa bilməyib əsə-
biləşirdi...
Səbrim tükənmişdi, onun əhvalı mənə də təsir etmişdi. Nə-
hayət, şkafın tək gözündən götürdüyü qalın bir qovluğu mənə
verib titrək, kövrək səslə soruşdu:
– Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri?
– Faris baba, atanız xalqımızın hərbi topoqrafiya tarixində
yeganə general olub. İstəyirəm qəzetdə, jurnalda onun barəsində
bir yazı ilə çıxış edim, qoy bugünkü gənclik xalqımızın belə bir
şöhrətli generalı olduğunu bilsin.
– Mənim atam çoxdan unudulub, – deyə incik halda əlini
yellədi. Ani fasilədən sonra əlavə etdi: – Bəlkə, elə belə yaxşıdı.
Müsavat generalı kimin nəyinə lazımdır?.. – İndi başa düşdüm
ki, qoca məni nəyə görə könülsüz qarşıladı. – Bir vaxt özüm çox
çalışdım ki, üzə çıxsın, generallar arasında onun da adı çəkilsin.
O da Azərbaycan üçün, xalqı üçün can qoyub, cəbhələrdə vuru-
şub, gecəsi-gündüzü topoqrafiya çəkilişlərində keçib. Hələ 1883-
cü ildə Rusiya-İran komissiyasının tərkibində Xəzər dənizindən
Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak
edib. Belə bir ciddi işi vaxtından əvvəl yerinə yetirən atamın
xidməti İran hökumətinin ən yüksək “Şire-Xorşid” ordeninə la-
yiq görülüb. O, Krımın, Dağıstanın və bütün Qafqazın topoqra-
fik xəritəsini tərtib edib. 1892-ci ildə Türkiyəyə ezam olunan
atam Qars vilayətinin rus-türk sərhədlərində topoqrafiya işlərinə
rəhbərlik edib. Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya və
başqa şəhərlərinin də topoqrafik çəkilişinə atam rəhbərlik edib.
Hər gələn bir sənədini, şəklini istədi, elə o gedən oldu. – Kövrək-
kövrək: – Mən də ki belə, gördüyün kimi, qocaldım, əldən düş-
düm. Sənəd, şəkil aparanların da ünvanını, telefonunu itirdim.
O, insafsızlar da nə atam haqqında yazdılar, nə də şəklini qaytar-
dılar.
Şəmistan Nəzirli
357
– Mən burda baxacam, heç nəyi heç yerə aparan deyiləm.
Qeydlərimi də burada eləyəcəm...
– Yaxşı, onda aç qovluğu, söhbət eləyək. Əvvəla, de görüm,
atamın sorağını sənə kim verib? – zəndlə üzümə baxıb soruşdu.
– Bir marşalın “Mənim xatirələrim” adlı yeni kitabı çıxıb.
Orda atanız, polkovnik İbrahim ağa Vəkilovun Sərdarabad, Baş
Abaran əməliyyatındakı fəaliyyətindən geniş məlumat verir.
Qərargah rəisi polkovnik İbrahim ağa Vəkilovun hərbi döyüş-
lərdə məharətini marşal bütün ordu heyətinə nümunə göstərir,
– dedim.
Üz-gözündən gördüm ki, bu fakt onu hədsiz dərəcədə sevin-
dirdi. Məndən qabaq əl uzadıb qovluğu özü açdı.
...1978-ci ilin yazında Faris bəy İbrahim ağa oğlu Vəkilovla
tanışlığım belə oldu. Həmin il atası haqqında “Azərbaycan” jur-
nalında çıxış etdikdən sonra yenidən onun görüşünə getdim.
Faris baba jurnalı aldı, yazını o üz-bu üzə vərəqlədi. Divanda
yanaşı əyləşdik.
– Oxu, – dedi, – görüm nə yazmısan?
Yarıya çatmamış sərlövhəsini bir də soruşdu.
– “Qəribə tale”, – dedim və dönüb ona baxdım. Onun ağıllı,
iri gözlərində yaş damcıları görüb dayandım.
– Daha oxuma, özüm oxuyacam, – deyib buz kimi əlilə bilə-
yim dən yapışdı, – atamı yad etdiyiniz üçün hamınıza min nət-
daram...
* * *
Yol boyu tənha qocanı düşünürdüm. “Mənim bu uzun ömrü-
mün qarası ağından çox olub”. Bu sözlər onun dilindən elə belə
çıxmamışdı. Sonralar onun həyat tarixçəsi ilə yaxından tanış
olanda heyrətə gəldim ki, bütün bu əziyyətlərə necə dözüb?
Qəribə burasıdır ki, həmişə başı qovğalarda olan, çox əziyyətlər
çəkən bu insanın yaddaşı zərrəcə zəifləməmişdi.
Faris bəy nə az-nə çox, ömrünün on səkkiz ilini doğma
Azərbaycandan uzaqda, əzab-əziyyətlə Sibir və Karaqanda sür-
General Əli ağa Şıxlinski və silahdaşları
358
günündə keçirmişdi. Neçə inqilabın, neçə müharibənin sınaqla-
rından sayıq çıxmışdı. Çünki amalı düz, əqidəsi pak olmuşdu.
Harda, hansı şəraitdə olmasına baxmayaraq, qəlbində bir çırağın
işığı yanmışdı. O çırağın da adı Azərbaycan idi. Lakin bir acı ilin
sərt küləyi onun üzünü elə qarsımışdı ki, qapısını elə bərk çırp-
mışdı ki, o, hələ də özünə gələ bilmirdi.
Birinci Dünya müharibəsi başlananda Texnologiya İnstitutu-
nun beşinci kurs tələbəsi Faris bəy Vəkilov Petroqradın Putilov
zavodundakı top emalatxanasının müdafiəsinə səfərbər olunur.
Gənc mühəndisin bu zavoddakı yaxşı fəaliyyəti onu pillə-pillə
ucaldır.
1916-cı ildə yaxşı xasiyyətnamə ilə Petroqraddakı məşhur
“Feniks” zavodunda baş mühəndis təyin olunur. Bir il sonra okt-
yabr tufanları zamanı bu səhmdar idarə öz fəaliyyətini dayandı-
rır. Faris bəy Tiflisə – ailəsinin yanına qayıdır. O, bolşevik Əli-
heydər Qarayevlə birgə ictimai-siyasi işlə məşğul olur. Onlar
Peter burqda fəaliyyət göstərən “Azərbaycan Həmyerliləri Cə-
miy yəti”ndə tanış olmuşdular.
1918-1920-ci illərdə Faris bəy Azərbaycan Respublikasının
Gürcüstan hökuməti yanında səlahiyyətli nümayəndəsi kimi
mühüm vəzifədə çalışır.
Azərbaycanda aprel işğalından sonra təqib olunan ziyalılar-
dan biri kimi Fransaya mühacirətə gedir. Parisdəki “Reno” zavo-
dunda konstruktor işləyir.
Beş il Paris şəhərində işləyən Faris bəy Vəkilov mühacirətdə
olan həmyerlimiz şərqşünas-alim general-mayor Məmmədsadıq
bəy Ağabəyzadə ilə görüşür, texniki biliyini artırır. Lakin Vətən
həsrəti, ata məhəbbəti onu Azərbaycana qayıtmağa məcbur edir.
“Parisdə müvəqqəti qaldığıma əmin idim, tez-tez Azər-
baycanda qalmış atamla əlaqə saxlayırdım. 1925-ci ildə atam ya-
zırdı ki, məni Peterburqdan şəxsən tanıyan Azərbaycan Kom-
munist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əliheydər
Qarayev təklif edir ki, Vətənə qayıdım və hadisələr zamanı da-
Şəmistan Nəzirli
359
ğılmış təsərrüfatların bərpa edilməsində iştirak edim. Mən bu
təklifdən çox məmnun oldum.
Sovet konsulluğundan lazım olan sənədləri aldım və 1926-cı
ilin fevral ayında öz həyat yoldaşım ilə birlikdə Bakıya qayıtdım.
Əliheydər Qarayev məni səmimi qarşıladı. Mənzil almağa
kömək etdi və leytenant Şmidt adına zavoda işə göndərdi”.
...Axşam qonşusu mənə zəng eləyib dedi ki, Faris baba sabah
sizi görmək istəyir. Mümkünsə, ona baş çəkin.
İşdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu,
hətta deyərdim, qohum kimi görüşdük.
– İndi mənim sənə işim düşüb, – dedi. – Xəbərin varmı, ata-
mın dayısı oğlu İbrahim ağa Usubov da general olub. Ondan da
yazmaq lazımdır.
Həmin günü mənə çoxlu şəkil, sənəd göstərdi. Səxavət əli
açılan Faris babanın mənə hədiyyə verdiyi şəklin biri 1901-ci ildə
Qarsda çəkilib. Burda atası İbrahim ağa Vəkilov topoqrafiya
çəkilişi zamanı təsvir olunub. Hər iki şəklin orijinalı indi də
məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il mar-
tın 2-də böyük rus yazıçısı Lev Tolstoya öz övladlarının islam
dinini qəbul etmələrinin mümkünlüyü barədə yazdığı mək-
tubdan söhbət açdı.
Faris baba bu məktubun fotosurətini və öz əlilə rus dilində
yazdığı xatirələrini avtoqrafla mənə verdi.
– Oğul, – dedi, – mənim ömrüm qurtarır, səninki isə başlayır,
qoy bunlar səndə qalsın. Amma mən tənha qocaya tez-tez baş
çək, sənə lazım olan çoxlu materiallar verərəm...
General Əli ağa Şıxlinski və silahdaşları
360
SÜVARİ GENERAL-MAYOR
İBRAHİM AĞA USUBOV
Qatar səhər saat doqquzda Gəncəyə çatdı. Bay-
raqlar, xalı-xalca… Hər yer camaatla dolu idi.
Hərbiyyə naziri Səməd bəy Mehmandarov və müavi-
ni general Əli ağa Şıxlinski, Gəncə qubernatorunun
müavini Hüseynqulu xan Xoyski və başqalarına “xoş
gəldiniz” rəsmi əda edildi.
Rəsmi keçid başlandı. Rəsmi keçidi hərbi nazir
müavini general Əli ağa Şıxlinski və ərkani hərbi
rəisi general Həbib bəy Səlimov idarə edirdilər. Gene-
ral İbrahim ağa Usubov komanda verirdi. O, gözəl at
üstündə oturub əlində üryan qılınc nərəli bir səda ilə
komanda verirdi.
1919-cu il martın 23-də Novruz bayramı
münasibəti ilə keçirilən parad-nümayişdən
Bu dəfə söhbətimizin əsas mövzusu Faris babanın əmisi İbra-
him ağa Usubov oldu. General-mayor İbrahim ağa Usubov 1875-
ci il martın altısında Qazax qəzasının Qıraq Salahlı kəndində
dünyaya gəlib. Sənədlərdən öyrənirəm ki, generalın atası Musa
ağa da rus ordusunun zabiti olub. XIX əsrin əvvəllərində azər-
baycanlılardan təşkil olunmuş müsəlman süvari alayında Musa
ağa və əmisi Süleyman ağa Usubovlar Qazax süvari dəstəsində
mərdliklə vuruşmuşlar. Sonralar Polşa müharibəsində və dağlı-
lara qarşı döyüşlərdə nümunəvi xidmətinə görə Musa ağa Molla
Yusif oğlu poruçik rütbəsinə qədər yüksəlib.
Musa ağa praporşik rütbəsini 1839-cu il iyulun 2-də alıb. 1845-
ci il noyabrın 28-dən general-adyutant knyaz Vorontsovun ko-
Şəmistan Nəzirli
361
mandan olduğu Əlahiddə Qafqaz korpusu yanında müsəlman
ayında rəis köməkçisi olmuşdur. Həmin ilin dağlılara qarşı
döyüşlərdə Darqo kəndi və Gerzer yaşayış məntəqəsi uğrunda
gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa və şücaətə görə üçün-
cü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur.
Musa ağaya 1848-ci il iyulun 9-da podporuçik, 1854-cü il de-
kabrın 4-də isə qüsursuz xidmətinə görə poruçik rütbəsi veril-
mişdir. 1891-ci il iyulun 22-də istefaya çıxan poruçik Musa ağa
Usubova dövlət gümüş pulla ildə 97 manat 50 qəpik pensiya
kəsmişdir. Həmin il avqustun 1-də vəfat etdiyinə görə o zabit
heyəti siyahısına çıxarılmışdır.
Faris baba sənədlərindən birini açır, titrək barmağını üstündə
gəzdirə-gəzdirə:
– Fikir ver, əmim də Əli ağa Şıxlinski və atam kimi Tiflisdəki
kadet korpusunu bitirib, özü də əla qiymətlərlə, – deyir, – 1892-ci
ildə İkinci Konstantinovsk hərbi məktəbini bitirir. Bir il sonra
unter-zabit rütbəsi alır. 1902-ci ildə ştabs-kapitan rütbəsində
əsrimizin əvvəllərində başlayan Rusiya-Yaponiya müharibəsində
iştirak edir. Port-Artur döyüşlərində mərdliklə vuruşan əmim
“Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsilə və “Mü-
qəddəs Stanislav” ordenin üçüncü dərəcəsilə (qılınc və bantla
birgə) təltif olunur.
1914-cü ilin payızından podpolkovnik rütbəsi alır.
Həmyerliləri, artilleriya generalı Əli ağa Şıxlinski və Səməd
bəy Mehmandarovla çiyin-çiyinə vuruşan podpolkovnik İbra-
him ağa Usubov Birinci Dünya müharibəsində az şücaət
göstərmir. Müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci
Tambov süvari alayında hərbi xidmətə başlayır. 1910-cu ildə İb-
rahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müfti-
si Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla
ailə həyatı qurur. Onun anası Böyükxanım Nəsib ağa qızı
Vəkilova idi.
Müsahibimdən soruşdum:
– Generalın oğlu, qızı qalırmı?
General Əli ağa Şıxlinski və silahdaşları
362
– Bu saat hamısını deyəcəyəm, – Faris baba yenidən əl-ayağa
düşür. Köhnə cib dəftərçələrinin birini götürüb, o birini qoyur.
– İki adamla görüş, söhbət elə. Əmim qızı Nigar xanım Usubova
və generalın qardaşı qızı Gövhər xanım Usubova ilə.
Elə həmin günü Mirzə Şəfi küçəsinin altı nömrəli mənzilində
yaşayan Gövhər xanıma baş çəkdim. General-mayor əmisinin
adını eşidən kimi səksən yaşlı qadının da gözlərində, sifətində
qəribə bir işıq yandı. Sonra o işıq qəfildən çəkildi və yerində
təəccüb qaldı: “Nə əcəb? Haradan yada düşüb”.
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi:
– Fələyin gözü tökülsün, bircə əmin oğlu vardı, o da 1940-cı
ildə qəflətən vəfat etdi. Yeganə kişi nişanəsi idi əmim ocağının.
Atam İsmayılı zorla xatırlayıram, 1910-cu ildə vəfat etdikdən
sonra əmim İbrahimin himayəsinə keçdim. O, Xarkovda hərbi
qulluqda olsa da doğma kəndi Salahlını unutmurdu. 1914-cü
ildə məni Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin Qız mək-
təbinə qəbul etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Əmim
bir il sonra Azərbaycan Demokratik Hökumətinin dəvətilə Xar-
kovdan Bakıya köçdü.
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, işdə, qulluqda
necə olmağını deyə bilmərəm, amma evdə, ailədə əmim xoşxa-
siy yət, həssas qəlbli insan idi. Təhsil və tərbiyə məsələsinə ciddi
fikir verərdi. “Gövhər, – deyərdi, – səni atanın arzusu ilə müəl-
limliyə qoymuşam. Sənin qarşında mədəni insan yetiş dirmək
kimi nəcib bir vəzifə durur. Gərək elə şagird yetişdirəsən ki,
onunla həmişə iftixar edə biləsən”. Yadımdadı, general Əli ağa
Şıxlinski tez-tez bizə gələrdi, hər iki bacanaq Port-Artur döyüş-
lərindən, Birinci Dünya müharibəsindəki fəaliyyətlərindən söh-
bət açardılar.
İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nəri-
manovla, Əliheydər Qarayevlə, Mixail Frunze və başqaları ilə
yaxın idi. 1915-ci il avqustun birində döyüş meydanlarında gös-
tə rdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.
Şəmistan Nəzirli
363
Bu müharibədə onun göstərdiyi şücaət haqqında “Kaspi”
qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun Hacıbəyli yazır:
“Yüz iyirmi ikinci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli
“Müqəddəs Vladimir” (1916-cı ildə), ikinci dərəcəli “Müqəddəs
Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna” ordenli, kavaler İb-
rahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik
rütbəsi almışdır. 1914-cü il oktyabrın on dördündə Mizines kəndi
ətrafındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona ko-
mandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxarmış
və üç gün bu yüksəkliyi avstriyalıların əks hücumlarından qoru-
yub saxlamışdır”.
Polkovnik İbrahim ağa Usubov artilleriyası ilə öz alayına
himayədarlıq etmiş və Peremışl qalasından düşməni vurub çı-
xarmışdır. Bu döyüşlərdə göstərdiyi igidliyə görə 1915-ci il apre-
lin 19-da “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə
təltif olunmuşdur.
1917-ci il iyulun birində 133-cü süvari diviziyasında briqada
komandiri təyin olunan İbrahim ağa Usubova general-mayor
rütbəsi verilmişdir.
1918-ci ilin may ayında İbrahim ağa Usubovu milli Azərbaycan
diviziyasında işləmək üçün dəvət etdilər. O, Əli ağa Şıxlinski,
Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad
bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik
hökumətinin Milli Ordusunun təşkilinə başladı. On səkkizinci
ilin aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azər-
baycanlı gənclər təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakı-
ya köçürüldü və Azərbaycan Hərbiyyə məktəbi adlandırıldı.
1919-cu il yanvarın 9-da milli hökumət xalqına sidq-ürəklə xid-
mət etdiyinə görə hərbiyyə naziri yanında İbrahim ağa Usubovu
tapşırıq generalı vəzifəsinə təyin etdi.
Milli hökumət İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan
ordusu üçün hərbi ləvazimat və hərbi geyim alıb gətirmək
məqsədilə İtaliyaya ezam etmişdi. İbrahim ağa Usubovun xarici
ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman
General Əli ağa Şıxlinski və silahdaşları
364
və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi
Dövlət Arxivində saxlanan bir sənəd Müsavat dövlətinin İtaliya-
dakı nümayəndəsinin Müsavat ordusuna geyim və təchizat
əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleq-
ram bunu təsdiq edir.
2 dekabr 1919-cu il
Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi pal-
tar və silah verə bilmir. O avtomobillər, aeroplanlar, projektorlar,
dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə
tapşırılıb. İlk partiya dekabrın axırlarında Batuma gələcək. Keyfiyyətli
köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti əl versə, bu əşyaların
əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini
bildirməyinizi xahiş edirəm.
General İbrahim ağa Usubov
– Əmim çox zarafatcıl idi, – deyən Gövhər xanım söhbətini
davam etdirir. – Bir dəfə süfrə başında olan bir əhvalat yadıma
düşdü. İbrahim əmim köksünü ötürüb:
– Of, – dedi, – balalarım, kaş hər şeydə: ağılda, kamalda, şöh-
rətdə özümə oxşasınlar. Amma bircə şeydə mənə yox, dayılarına
oxşasalar yaxşıdı.
Həyat yoldaşı – bibim tez üstünə düşdü.
– De görüm, o nədi elə?
Əmim bığaltı gülümsünüb:
– Boyumu deyirəm, – dedi, – bircə boy-buxundan kəm-kəsrim
var.
Əmim orta boylu idi. Ona işarə vururdu.
Əlağa Şıxlinski də buna zarafatla cavab verdi.
– Eybi yoxdu, – dedi, – İbrahim, qəm eləmə, o da igidə bir
yara şıqdır.
– Gövhər xanım, general əminizin son taleyi necə olub?
Şəmistan Nəzirli
365
– İyirminci ilin aprelində XI Ordu gəldi. Əli ağa Şıxlinski, İb-
rahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Firidun bəy
Vəzirov, əmim və bütün azərbaycanlı hərbçilərə, generallara ilk
günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, poqonlarınızı çıxa-
rın, indi Qızıl Orduda xidmət edəcəksiniz. Onlar da dinib-danış-
madılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət
edərik. Səhv etmirəmsə, hətta, onlara əmək haqqı da təyin etmiş-
dilər. Əmimə vəsiqə də vermişdilər ki, o, diviziya komandiri
kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk günləri idi. Evi miz-
də Qazaxdan gələn qonaq da vardı. Əli ağa əmim, İbrahim da-
yım da (general İbrahim ağa Vəkilov – Ş.N.) bizə gəlmişdi. Hamı
kəndi, qohumları, uşaqlıq dostlarını soruşur, deyib-gülür dülər.
O vaxt bütün hərbçilər indiki İstiqlal küçəsindəki beş nömrəli
evdə yaşayırdılar. Gecə on ikiyə işləyəndə hər kəs öz evinə getdi.
Yenicə yatmağa hazırlaşırdıq ki, küçədə bir yük maşını dayandı.
Maşından tökülən əsgərlər qaça-qaça bloklara doldular. Tüfəng-
lərin qundağı ilə qapıları döyüb içəri soxuldular. Əsgərlər içəri
girən kimi əmimi əhatəyə aldılar. Mən əmimə tərəf atılıb zorla
əlindən yapışıb ağladım. Əsgərlər ev əşyalarını siyahıya aldılar.
Əmimin orden-medallarını və özünü də apardılar. O gecə azər-
baycanlı generalları – Əli ağa Şıxlinskini, Səməd bəy Mehman-
darovu, Murad Gəray bəy Tlexası, Firidun bəy Vəzirovu, gene-
ral-qubernator Nərimanbəyovu, polkovnik Rüstəm ağa Şıxlins-
kini, kapitan Bahadır bəy Vəkilovu, əmim İbrahim ağa Usubovu
– hamısını yük maşınına doldurub apardılar. Dallarınca çox
gedib-gəldik, bir xəbər öyrənə bilmədik. Onları həbs etdirən İlya
adlı hərbçi idi. O, yarı erməni, yarı yəhudi idi. Əmimi, on iki
azərbaycanlı generalı və zabiti 1920-ci il iyunun on altısında
gecə ilə Nargin adasına aparıb orada güllələyiblər. Çox get-
gəldən sonra əmim arvadı Gövhər bibimə əl boyda kağız verdilər
ki, onları səhvən güllələyiblər. Şura hökuməti ailənizdən üzr
istəyir.
Əli ağa Şıxlinski və Səməd bəy Mehmandarov isə ayrı kame-
rada olublar. Xoşbəxtlikdən, onların Nəriman Nərimanova
General Əli ağa Şıxlinski və silahdaşları
366
göndərdikləri məktub çatıb və onlar xilas olublar. Orduya soxu-
lan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov ona görə də
1920-ci il avqustun 1-də Əli ağa Şıxlinskini və Səməd bəy Meh-
mandarovu Moskvaya göndərdi.
General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə
şəkil, bir də qızı – Azərbaycan Dövlət Konservatoriyasının müəl-
limi, Əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubo-
va… Mübarizələrdə keçən ömrün anları indi saralıb-soldurdu-
ğunu çox az şəkil və sənədlərlə yaşayır. General-mayor İbrahim
ağa Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır:
– Əli ağa əmim deyirdi ki, atan İbrahimin hərbçi istedadı Bi-
rinci Dünya müharibəsi dövründə özünü parlaq şəkildə göstərdi.
Döyüş zamanı çevikliyi, piyada qoşunlardan məharətlə istifadə
etməsi, xüsusilə əsgərlərlə səmimi rəftarı İbrahimi rus ordusun-
da mahir bir sərkərdə kimi tanıtdı. Əli ağa əmim bir də danışırdı
ki, M.V.Frunze atanı yaxşı bir insan kimi tanıyırdı. Birinci Dünya
müharibəsindəki fəaliyyətini, hərbi sənətkarlığını çox yüksək
qiymətləndirirdi.
Mən Xarkovda anadan olmuşam. Uşaq olsam da, bəzi əhva-
lat ları yaxşı xatırlayıram. Yadımdadır, nə münasibətləsə evi-
mizdə qonaqlıq vardı, məclisdə yüksək rütbəli zabitlərlə yanaşı
sıravi əsgərlər də iştirak edirdi. Əsgərlərdən biri atam haqqında
dedi: – Baxmayaraq ki, o, rus deyil, azərbaycanlıdır, ancaq bizim
üçün doğma atadan da yaxındır.
Atam həqiqətən də əsgərlərlə zabit arasında sərt sədd çək mə-
yən adam idi. Əsgərin bütün hüquqlarını əlindən alan zabitlərlə
o, heç vaxt razılaşmazdı. Məhz bu keyfiyyətlərinə görə onu
əsgərlər ata kimi sevir, hörmət edirdilər.
…Faris baba ilə görüşlərimin birində gördüm ki, o, lüğətlə bir
Azərbaycan yazıçısının romanını oxuyur.
– Faris baba, – dedim, – indən belə dil öyrənmək gec deyilmi?
– Öyrənirəm ki, İbrahim əmim kimi dünənə sabah deməyim.
– O nə deməkdir?
Şəmistan Nəzirli
367
– Bu saat danışacam, – deyib qoca iri gözlərilə gülümsündü.
– Xatirimdədir, 1914-cü ilin yazında atam məni də götürüb
kəndimiz Salahlıya gətirmişdi. Hələ müharibə başlamamışdı.
Atam doğma kəndinə getməyi, qohumlara baş çəkməyi çox se-
virdi. Ali rütbədə, yüksək bir yerdə işləməyinə baxmayaraq, ildə
bir neçə dəfə kəndə gedərdi. “Bu kənd, – deyirdi, – oğul, harda
olsam mənimlədi, adam nə qədər böyük şəhərlərdə, uzaq ellərdə
olsa da doğmasını, anadan süd əmdiyi yeri unuda bilmir. Buna
haqqı da yoxdur”.
Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsi ilə kəndə gəlib.
Abdulla əmimlə onun görüşünə gedirlər. Abdulla əmim İbrahim
əmimdən soruşur ki, nə vaxt gəlmisən?
İbrahim əmim cavab verir ki, “sabah”.
Atam təəccüb edir ki, bu nə danışıqdır. Abdulla əmim işin nə
yerdə olduğunu başa düşür. Gülə-gülə deyir:
– İbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb
gedəcəksən. – Qoca əhvalatı danışıb kədərlə gülümsündü. – İb-
rahim əmim, – dedi, – uzun müddət Rusiyada qulluq etdiyindən
Azərbaycan dilini bir az yadırğamışdı. Məni də tale ölkədən-
ölkəyə, şəhərdən-şəhərə atıb. Fransız, ingilis və bir neçə dildə
sərbəst danışıb yaza bilirəm. Amma hiss edirəm ki, o qədər yad-
larla oturub-durmuşam ki, doğmamı unutmaq ərəfəsindəyəm.
Faris baba çoxillik ömründə bitib-tükənməyən hadisələrin,
əhvalatların şahidi olmuşdu. Heyf ki, bu səmimi, mehriban qoca
ilə görüşüm onun həyatının son günlərinə təsadüf etdi. O, bizim
işıqlı dünyamızdan ömrünün doxsan dördüncü ilində köçdü.
Minillik ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik
də qəhrəmanlıq tarixi var. İgid Cavanşirin, əyilməz Babəkin,
köhlən at belində yadellilərə qarşı vuruşan Koroğlunun, Nəbinin
adı həm öz xalqımızın, həm də bütün bəşər tarixinin səhifələrində
yaşayır. Onların hər biri öz doğma torpağını, öz yurdunu, öz xal-
qının əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan mərd-
liklə müdafiə ediblər.
General Əli ağa Şıxlinski və silahdaşları
368
Hər əsr tarixə öz qəhrəmanlarını verib, hər igid özünün
şücaəti ilə gələcək nəslə örnək olub. Zaman keçib, illər ötsə də,
onlar yenə unudulmur, tarixin əbədi yaddaşında, sənədlərdə
həmişə yaşar qalırlar.
İnanırıq ki, hərbi qüdrət tariximizin səhifələrində general-
mayor İbrahim ağa Usubov da beləcə yaşayacaqdır.
Dostları ilə paylaş: |