Düşmən təslim olmayanda
Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda
nazirdən başqa üç nəfər qalmışdı: qubernator Xosrov bəy Sulta-
nov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy
Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasın-
dan darıxdı. Üzürxahlıq edib yan otağa keçdi. Bir azdan ev
qiyafəsində qayıdıb:
– Qafqazda, hər yer gözəldir! – dedi. – Amma mənim Vətənim,
dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-bərabəri
yoxdur. Əlli ilə yaxın ondan cismən ayrılsam da, ruhən həmişə
qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və Varşavada
olanda da həmişə onu xatırlayıb, istəmişəm. Dünyada heç nəyi
– nə var-dövləti, nə cənnəti, nə də onun mələklərini istəməmişəm.
Ən böyük arzum istefaya çıxıb ömrümün axırına kimi Şuşada
yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər sevərdi. –
Üzünü qubernator Xosrov bəyə tutub: – Sənə qibtə eləyirəm, –
dedi, – qardaşım! Bilirəm ki, bu namərd daşnakların öhdəsindən
Qarabağ general-qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki
sən, üzünə demək olmasın, hünər, əməl, iş adamısan. Nə isə, bu
təhlükədən də sovuşduq…
Şəmistan Nəzirli
71
Mehmandarov bu tərifləri Xosrov bəy haqqında nahaq yerə
demirdi. Ötən ilin yayında Qarabağda hay-küy qaldıran daşnak-
ları yenə Xosrov bəy diz çökdürmüş və onları silah gücünə Azər-
baycan hökumətini tanımağa məcbur etmişdir. Hətta Şuşadakı
gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən çıxartmışdı.
Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhvali-ruhiyyəli
müsəlmanların köməyilə səs yaymışdılar ki, hərbiyyə naziri
Xosrov bəyi geri çağıracaq. Bu şayiələri kəsmək üçün Üzeyir bəy
Hacıbəyli “Azərbaycan” qəzetində (24 iyun 1919-cu il) yazırdı:
“Həqiqətən, Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir.
Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda
malik olan kimi, sağlam və salamat politika yeridən və təht
idarəsinə tapşırılmış olan ümum mənafeyini xüsusi surətdə
nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğti-
şaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş koman-
danlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları
arasında böyük və layiqli bir nüfuza malik olan və erməni
cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qaraba-
ğın hökuməti başında olmasa idi, burası Azərbaycanın cənnəti
hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital
ocağı olmuşdu”.
Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yor-
ğun-yorğun danışırdı. Onun səsindəki yaşlı adamlara məxsus
kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.
– Altmış dörd yaşım var, – deyirdi general, – xoşbəxtəm ki,
ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. – Son-
ra birdən nəyisə xatırlamış kimi oldu. – Balam, elə təkcə mən
danışıram... Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Ba-
yaq Əsgərandan qayıdanda Həbib bəydən soruşdum ki, Dəli
Qazar əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da
cavab verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb,
o da Sizə danışacaq. Hə, Bəhram bəy eşidirik səni.
Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqır-
mızı oldu.
General Əli ağa Şıxlinski və silahdaşları
72
Nazir:
– Danış, – dedi, – burda çəkinməyin yeri deyil. Bu qələbənin,
əgər belə demək mümkünsə, qəhrəmanı sənin batareyandır.
General Həbib bəy dostunun sıxıldığını görüb onun köməyinə
gəldi:
– Daşbaşı yüksəkliyi uğrunda döyüşlərdə artilleriyanı susdu-
ran Bəhram bəy əvvəlcə məni hövsələdən çıxarmışdı. Yavərim
tez-tez xatırladırdı ki, Bəhram bəy deyir tələsməsin. Dəli Qazar-
sa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy batareyasını
çox böyük məharətlə meşənin ətəyində gizlətmişdi. Sanki, düş-
mən qarşısında heç nə yox idi. Dəli Qazarın süvari dəstəsi də
inamla irəliləyirdi. Bəhram bəy susur, düşmən irəliləyir, dözmək
olmur, az qala, ürəyim partlayırdı. Nəhayət, dözməyib bunların
mövqeyinə gəldim. Mənə işarə verdi ki, narahat olmayın. Kəş-
fiyyat xəbər gətirib ki, ermənilərin toplarının əksəriyyəti sıradan
çıxıb, atmır. Biclik eləyib yararsız topları da özlərilə gətirirlər.
Necə deyərlər, bizə “xox” gəlirlər. Təxminən səkkiz-on dəqiqə
keçdi. Bax, indi vaxtdır, – deyib Bəhram bəy var səs ilə komanda
verdi: “İrəli, mənim tərlanlarım, irəli anamız Azər baycan uğu-
runda!”
Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında
düşmən üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi
yavaş-yavaş geri çəkilməyə məcbur oldu. Quba batalyonunun
bir rotası və Zaqatala alayının xeyli hissəsi düşmənə yandan və
arxadan göz açmağa imkan vermədi. Dəli Qazarın süvarilərindən
otuz-otuz beş adam ancaq qaçıb canını qurtara bildi. Ortada beş-
altı nəfərlə sağ qalmış Dəli Qazar yaralı heyvan kimi bağırırdı.
Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.
Nazir maraqlandı:
– Necə, danışırdılar. Yəqin ki, rusca?..
– Yox, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi.
Düzü, çoxunu başa düşə bilmirdim. Bir onu gördüm ki, insanın
tələyə düşməsi necə də böyük fəlakət imiş. Eşitmişdim ki, suda
Şəmistan Nəzirli
73
boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi erməni
generalı.
Nazir cəld bir hərəkətlə başını qaldırıb:
– Axı, nə deyirdin, Bəhram bəy, sən ona?..
– Kutaisi realni məktəbində oxuyanda onların dilini öyrə-
nmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun, uşaqla-
ra da tapşırdım ki, hələ atmayın. Onu diri tutmaq istə yirəm.
Gördüm ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin əs-
gər lərinlə əvvəlcədən danışıb, səni satın almışam. Səni özünün-
külər satıb. Təslim olmalısan…
General Həbib bəy Səlimov:
– Cənab nazir, eynilə bir teatr səhnəsi…
Nazir:
– Dayan, dayan, – dedi Həbib bəy, – qoy özü danışsın.
Bəhram bəy davam elədi:
– Dedim, təslim olmursansa, onda belə çıxır ki, müsəlman
əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.
– Gözəl demisən, əhsən sənə. Bax, görürsünüzmü peşəkar
hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq
iştahı da varmış, amma döyüş qabiliyyəti yoxmuş. Yalançı gene-
ral olduğunu dar macalda büruzə verib. Heç bir xidməti olma-
dan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib. Belə
adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə, maraq-
lıdır, sonra nə oldu?
Bəhram bəy:
– Dəli Qazar yalvarırdı ki, icazə verin çıxıb gedim. Dilcana, bir
də Qarabağda görünsəm, atama lənət. Uşaq aldadır... Gəldim
Həbib bəyin yanına. Soruşdum ki, nə etməliyəm, əsgərlərim də
qanına susayıblar, öldürmək istəyirlər. O da yek kəlmə ilə cavab
verdi: susdurun!
Biz də tapşırığa əməl elədik.
Səməd bəy Mehmandarov:
– Düz eləmisiniz, – dedi. – Düşmən təslim olmadıqda onu
məhv edərlər.
General Əli ağa Şıxlinski və silahdaşları
74
General Səməd bəy narahatdır…
Qapı astadan döyüldü. Səməd bəy “buyurun” deyənə kimi,
qapıya yaxın olan polkovnik Bəhram bəy irəli yeridi. Qapıda
mehriban üzlü, qıvraq geyimli bir gənc zabit “çay hazırdır, icazə
verin gətirim” – deyib əli podnoslu içəri keçdi. Divara söykədilmiş
çox da böyük olmayan stolu nazirin çarpayısına yaxınlaşdırdı.
Səməd bəy mütəkkəni kənara qoyub, çarpayıda oturdu. Çay
gətirən gənc zabit dərhal dabansız ev ayaqqabılarını cütləyib
onun ayaqlarının yanına qoydu. Səməd bəy mehribanlıqla zirək
zabitə baxıb üzərində “afərin” dedi. Üzü pörtmüş gənc zabit
stəkanlara çay süzüb, stolun qırağındakı çaynikin üstünə qalın
dəsmal sərdi. Ayaqlarını cütləyib, yaraşıqlı vücudunu şax tutdu.
“İcazə verin, mürəxxəs olum”. Nazir hələ də xoş təbəssümlə
onun hərəkətlərini izləyirdi.
General Həbib bəy:
– Azadsan, – dedi, – amma uzaq getmə…
Gənc zabit çıxan kimi Səməd bəy onun davranışını, səliqəli
geyimini və əsl zabit yaraşığını təriflədi.
– Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan
hərbiçi olmaz. Buyursun baxsın, belə yaraşıqlı zabiti rus ordusun-
da çıraqla da axtarsan tapmazsan. İlyarımlıq fəaliyyəti döv ründə
ordumuzda qabiliyyətli zabit yetişibsə, rus ordusu kimi üç yüz il
yaşı olsaydı, gör nələrə qadir olardıq. – O, dərindən köks ötürdü.
– Qoyurlar ki, yağlı tikə olan Azərbaycana hərə bir caynaq atır.
Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər cənuba qoşun
yeritmək həsrətilə minbir oyundan çıxırlar. Dağıstanda, Şimali
Qafqazda kazaklarla dağlıların arasına təfriqə salıb toqquşdurdu-
lar. Bu bilirsiniz, “ayır-buyur” siyasətinin ən bariz nümunəsidir.
– Səməd bəy, Sizcə, Denikin yenidən Qafqazda peyda ola
bilərmi? – qubernator Xosrov bəy Sultanov çəp gözlərlə
1
Səməd
bəyə baxıb soruşdu.
1
1917-ci ildə Bakıda məşhur bir ağanın qoçusu ilə mübahisədən son-
1917-ci ildə Bakıda məşhur bir ağanın qoçusu ilə mübahisədən son-
ra bir-birinə güllə atıblar. Qoçu Xosrov bəy Sultanova sol gözündən xətər
yetirib. Bundan sonra gözü çəp qalıb – Ş.N.
Şəmistan Nəzirli
75
– Yox, heç vaxt! Bolşeviklər artıq onun mahnısını oxudular...
Denikinin işi bitdi. – Üzündə təbəssüm yox olan nazir Səməd
bəy sonra nifrət hissiylə əlavə elədi: – Bolşeviklər elə toxumdur
ki, onlar hara yerisələr, yüz il orda ot bitməz. Bu saat Volqa bo-
yunda və Sibirdə vətəndaş müharibəsi aparan Kolçak cənablarını
da belə bir tale gözləyir.
– Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı ağqvardiyaçı
Denikinlə birləşmək istədik, baş tutmadı, – deyə polkovnik Bəh-
ram bəy Nəbibəyov söhbətə qoşuldu. – Gec-tez bolşeviklərlə
əlbir olub, Azərbaycan adlı müstəqil respublikaya divan tutaca-
ğıq. Keşişkənd uğrunda qanlı döyüşlər gedəndə ermənilərin ço-
xusu sərxoş idi. Podpolkovnik Rəfibəyovun və polkovnik Leves-
tamın əsir götürdüyü ermənilər də bu barədə çox sayaqladılar.
Səməd bəy Mehmandarov:
– Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və müsəlman
bolşevikləri arasında güclü təbliğat aparıb. Azərbaycan milli
hökumətinə və bu hökuməti istəyənlərdə nifrət hissi yaratmağa
çalışırlar. Bu gün də içimizdən təmizləyə bilmədiyimiz agent və
şpionların sayəsində. Bir həftə əvvəl Gəncədə agent Smıslovun
təxribatçı qrupunu həbs etdik. Bu dəstədə kimlər vardı? Bakıda
Baş Qərargahda çalışan – adını çəkmək istəmirəm – bir nəfərin
zövcəsi Nelli Çernışova, Stanislav Zuber və başqaları – hamısı
bizim əleyhimizə işləyib. Görünür, bizim əks-kəşfiyyat və daxili
orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər… Mənim aldığım
məlumata görə bolşeviklər Ermənistanda başqa cür təbliğat apa-
rır. Onlar ermənilərə canıyananlıqla bildiriblər ki, siz nə Azər-
baycansınız, nə də Gürcüstan. Siz İran, Türkiyə və Azərbaycan
kimi müsəlman ölkələri arasında boğulursunuz. Biz sizə Türkiyə
və Azərbaycandan torpaq qopartmaqla ərazinizi böyüdüb tam
dövlət müstəqilliyinizə zəmanət veririk. Görürsünüzmü, bol-
şeviklər özlərinin ikiüzlü, xəbis siyasətlərilə Şimali Qafqazı və
Dağıstan dağlılarını fəth edib, indi də murdar əllərini bizə –
cənuba tərəf uzadırlar.
General Həbib bəy Səlimov ikrah hissi ilə:
General Əli ağa Şıxlinski və silahdaşları
76
– Rusların bu ikiüzlü siyasəti bizi təngə gətirib, – dedi. – Siz
ötən həftə Gəncədə olanda, müavininiz general Əli ağa Şıx-
linskiyə ermənilərin Qarabağdan qovub çıxartmaqla arxayınlaş-
mamaq barəsində bir məlumat göndərmişdim. Yəqin ki, Sizə
çatdırıb. Şuşa və Xankəndi Cavanşir alayının, Quba alayının, bir
də Tatar süvari alayının sayını artırmaq şərtilə, qvardiyanın da
sayını çoxaltmalıyıq. Çünki, əsir alınan ermənilər desə də,
deməsə də daşnaklar Qarabağ iştahı ilə yaşayırlar. Mənim zən-
nimcə, onlar mütləq bolşeviklərlə birləşib, məhz, Qarabağa hü-
cum edəcəklər.
Yorğun və əsəbi Səməd bəy Mehmandarov:
– Məncə, – dedi, – hələlik Şəki və Ərəş alaylarını da burda
saxlamalıyıq. Polkovnik Seyfulla Qacarın alayını isə Qazaxa
göndərin. Ordan da həyəcanlı xəbərlər gəlir. Əmir xan Xoyski-
nin məlumatına görə sərhəd kəndi Kəmərliyə və Tatlıya ermənilər
hücuma hazırlaşırlar.
Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuxusu
ərşə çəkilmiş nazir oturduğu yerdə xeyli fikrə getdi. Gərgin
düşüncələr onu ağır məngənə kimi sıxırdı. Günorta üstü polkov-
nik Bəhram bəyin batareyasında olan şən əhvali-ruhiyyəsindən
elə bil onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə söykədi, göz qa-
paqlarını yumdu ki, bəlkə yuxuya gedə, mümkün olmadı. Həyə-
candan boynunun damarları, əlləri titrəyirdi. Durub pəncərənin
qabağına gəldi. Aşağılarda, Ərimgəldi təpəsindəki evlərdə
təkəm-seyrək işıqlar yanırdı. Uzaqdan qəfil güllə səsi eşidildi.
İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy pəncərəyə
yanaşı durub dədə-baba Mehmandarovlar mülkünə baxmaq
istədi. Heç nə görə bilmədi. Birdən xatırladı ki, o tamam başqa
səmtlərdir. “Sabah mütləq ora gedəcəm, – fikirləşdi. – Mütləq,
yoxsa atam Sadıq bəyin, babam Qatırçı Muradın ruhu məndən
inciyər. Ya qismət, bir də nə vaxt gələcəm, Şuşaya, Allah bilir…”
Fikir-xəyal ona aman vermirdi. “İllah ki, bolşeviklərin Azərbay-
cana soxulmaq iddiası. Dünyanın işinə bax ki, Bakıda yaşayan
rus fəhlələri özlərini şəhərin mütləq sahibi kimi aparırlar. Onla-
Şəmistan Nəzirli
77
rın hamısına malçişka Əliheydər dil verir. Cəfər Babayev kimisi-
ni Qusara göndərib alayda bolşevik təbliğatı apartdırır. Kimin
fitvası ilə? – Mikoyan kimi daşnakın. Niyə bolşeviklər bu millətə
sərbəst, müstəqil yaşamağı günah hesab edir? Qayıdan kimi
belələrini həbs elətdirib, ciddi rejim altında saxlamaq barədə
sərəncam verməliyəm. Yoxsa… Əliheydər kimi bolşe viklər rus
fəhlələrini öyrətməklə, özümüzün bəzi nadanlarımızı da başdan
çıxarır. Bu da fitilə od vurmaq kimi bir şeydir. Mübarizə aparma-
lıyıq. Kim gəlir gəlsin, qabağına silahla çıxmalıyıq. Döyüşməliyik,
vəssəlam!”
Orta boylu, ağ saçlı, ağ saqqallı, səsində və sifətində hərbiçi
zəhmi olan altmış dörd yaşlı general Səməd bəy Mehmandarov
gecənin dan qaranlığında xalqının taleyini fikirləşməkdən yu-
mağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu.
İki addımlıqdakı Köçərli məhəlləsində xoruzlar səs-səsə ver-
di. Bikef nazir gözucu stolun üstündəki zəncirli saatına baxdı.
Gözlərinə inanmadı, pensnesini taxıb təəccüblə dodaqlarını bir-
birinə sıxdı. Saat dördə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat
Səməd bəy çarpayısına tərəf getdi…
General Əli ağa Şıxlinski və silahdaşları
78
GENERALA ALİM QAYĞISI
Əli ağa Şıxlinski taktika sahəsində dərin nəzəri,
əməli bilikli sayca çox olmayan artilleristlərdən biri
olub. O, hərb elmini təcrübədə tətbiq etmək sahəsində
nadir bir istedada malik idi. Əli ağanın qəhrəmanlığı
öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir
şəxs üçün nümunə olmalıdır.
Hərb elmləri doktoru,
professor, general-mayor,
Dövlət mükafatı laureatı
Yevgeni Barsukov
Əli ağada general təkəbbüründən əsər-əlamət yox
idi. General Şıxlinski hərbi akademiyanı bitirməsə
də, fitri zəkası, praktik fəhmi artilleriya elmində ona
böyük nüfuz qazandırmışdı. General Əli ağa Şıxlins-
ki hünərvərliyi dillərdə dastan olmuşdu.
Aleksandr Stepanovun
“Zvonaryovlar ailəsi” romanından
Şöhrətli sərkərdəmiz Əli ağa Hacı İsmayıl ağa oğlu Şıxlinskidən
danışanda filosof-alim Heydər Hüseynovun xidmətlərini unut-
maq haqsızlıq olardı. Generalın “Xatirələrim” kitabının yazılma-
sında ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan Elmlər Aka-
demiyasının akademiki Heydər Hüseynovdur.
Bu “Xatirələr” Azərbaycan tarixində yeganə və ilk hərbi me-
muardır. Düzdür, yetmiş-səksəninci illərdə bəzi veteranlar Bö-
yük Vətən müharibəsi haqqında xatirələrini qələmə aldılar. La-
kin heç biri general Əli ağa Şıxlinskinin əsərinin səviyyəsinə çat-
Şəmistan Nəzirli
79
madı. İstər faktların zənginliyi, istər mövzu baxımından, istərsə
də yazı dilinin şirinliyinə görə əsər özünə geniş oxucu marağı
qazandırmışdır. Yalnız mərhum polkovnik Baxış Mehdiyevin
223-cü Azərbaycan atıcı diviziyası haqqında yazdığı “Xatirələrim”
kitabını haradasa general Əli ağa Şıxlinskinin hərbi memuarı ilə
yanaşı qoymaq olar.
1944-cü ildə akademik Heydər Hüseynov general Əli ağa Şıx-
linskinin xatirələrini iki dildə – rus və Azərbaycan dillərində
7500 nüsxə tirajla nəşr etdirdi. Təəssüf ki, amansız ölüm görkəmli
generalımıza xatirələrini kitab şəklində görməyə imkan vermədi.
Kitab generalın ölümündən doqquz ay sonra – 1944-cü ilin may
ayında nəşr olundu. Bu qiymətli kitaba hərb elminin böyük alimi
professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz
yazmışdır. Əlbəttə, bu da akademik Heydər Hüseynovun xid-
mə tidir. Maraqlı burasıdır ki, general Əli ağa Şıxlinskinin şəx-
siyyəti və döyüş qəhrəmanlığı ilə fəxr edən Heydər Hüseynov
general Barsukovun həmin məqaləsini (l ç.v. həcmində) yenə iki
dildə ayrıca kitabça şəklində “Əli ağa Şıxlinski” adı ilə nəşr et-
dirmişdir. Bundan başqa alim Heydər Hüseynov həmin illərdə
Rusiyanın görkəmli sərkərdələrinə, vaxtı ilə Əli ağa Şıxlinski ilə
birgə çalışıb işləyənlərin xatirələrini istəmişdir.
Məhz Heydər Hüseynovun təşəbbüsü ilə 1945-ci ildə (№3)
Moskvada çıxan “İstoriçeski jurnal”ın üçüncü nömrəsində pro-
fessor Arkadi Lavroviç Sidorovun generalın kitabı haqqında
“Ə.Şıxlinski. Mənim xatirələrim” adlı elmi məqaləsi dərc olun-
muşdur.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin profes-
soru A.L.Sidorov bu qiymətli kitabın hərbiçilər və tarixçi alimlər
üçün ən yaxşı məxəz olmasından bəhs edərək yazır: “General Əli
ağa Şıxlinskinin xatirələri inqilabdan sonra da öz əlaqəsini
Vətəndən və ordudan kəsməyən şəxslər tərəfindən yazılmış
qiymətli tarixi sənədlərdən biridir. Buna görə də Şıxlinskinin
xatirələri, ordunun tarixini öyrənmək üçün xüsusi bir məxəz
kimi qiymətlidir.
General Əli ağa Şıxlinski və silahdaşları
80
Rusiya-Yaponiya müharibəsi haqqındakı fəslin tarixçilər üçün
əhəmiyyəti daha böyükdür. Məşhur artilleriyaçı Əli ağa Şıxlins-
kinin adı artilleriya elmində həmişə hörmətlə çəkilib və gələcək
illərdə də çəkiləcəkdir”.
Məhz bundan sonra generalın xatirələri İttifaq miqyasında
daha çox şöhrət qazanmışdır. Baş Artilleriya marşalı Nikolay Ya-
kovlev, general-polkovnik Mixail Parseqov, Birinci Dünya mü-
haribəsi illərində general Şıxlinskinin tabeliyində hərbi xidmətdə
olan ordu generalı Pavel Lebedev və başqaları bu qiymətli kitab-
dan bir nüsxə onlar üçün göndərməyi Heydər Hüseynovdan xa-
hiş etmişlər.
1945-ci il aprelin 20-də professor general-mayor Yevgeni Bar-
sukov akademik Heydər Hüseynova göndərdiyi məktubunda
yazırdı: “Sizdən artıq dərəcədə xahiş edirəm general Əli ağa Şıx-
linskinin “Xatirələrim”dən heç olmasa iki nüsxə də əlavə gön də-
rəsiniz. Mənim xahişimi rədd etməyin. Baş Qərargahda yoldaş-
lar məndən çox-çox rica edirlər, çünki biz artilleristlərə, ilk növ-
bədə artilleriyamızın şanlı tarixini öyrənmək üçün general Əli
ağa Şıxlinskinin kitabı əvəzsiz vəsaitdir”.
1945-ci il aprelin iyirmi altısında isə artilleriya general pol-
kovniki Mixail Parseqov SSRİ Elmlər Akademiyasının Azərbay-
can filialının direktoruna yazırdı: “Hörmətli direktor, bu gün SSRİ
EA Tarix İnstitutunun nəşri olan “İstoriçeskiy jurnal”ın üçüncü
nömrəsini “Tənqid və biblioqrafiya” bölməsində Moskva Dövlət
Universitetinin professoru Arkadi Sidorovun “Əli ağa Şıxlinski.
Mənim xatirələrim” resenziyasını oxudum. Giriş sözü Dövlət
mükafatı laureatı, hərb elmləri doktoru Y.Z.Bar su ko vundur.
Məlum olduğu kimi, Əli ağa Şıxlinski qocaman artilleriya
(topçu) generalıdır, onun böyük mübariz həyat təcrübəsi var. İlk
dəfə mən bu general barədə iyirmi il bundan əvvəl eşitmişəm, o
vaxt mən hələ Qızıl Ordu artilleriyasının təkmilləşmə kursunda
dinləyici idim.
Artıq dərəcədə Sizdən təvəqqe edirəm, xahişimi rədd etməyib
mənə general Əli ağa Şıxlinskinin “Mənim xatirələrim” əsərinin
bir nüsxəsini göndərəsiniz. Çünki biz artilleristlərə ilk növbədə
Şəmistan Nəzirli
81
artilleriyamızın tarixini bilmək üçün hər bir hərbiçinin stolüstü
kitabıdır”.
Generalın döyüş yolunu, şəxsiyyətini, ədəbi-bədii yaradıcılı-
ğını, ən başlıcası onu tarixi şəxsiyyət kimi qiymətləndirən alim
Heydər Hüseynov yazırdı: “General Əli ağa Şıxlinski ilə yaxın-
dan tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar
bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli
bir şəxs idi”.
MİLLİ HƏRBİ LÜĞƏTİMİZİN BANİSİ
“Əli ağa Şıxlinski üçbucağı” təkcə rus artilleriya-
sında deyil, Fransa, İsveçrə, Norveç və Avstriya artil-
leriyasında da böyük şöhrət qazanmışdır.
Prof. V.Bertels,
1912-ci il, Varşava
Fitri istedada malik olan tam artilleriya generalı Əli ağa Şıx-
linski bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına ömrünün
sonunadək sədaqətlə xidmət etmişdir. Hərbi fəaliyyətində araş-
dırmalar aparıldıqda onun bir çox sahələrdə ilkin şəxs olduğu-
nun şahidi oluruq. Yalnız general kimi vəzifəsini bitmiş hesab
etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli ali-
mi idi. Hələ ötən əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilən “Şıxlinski üçbucağı”ndan təkcə Rusiya-
da deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin ar-
tilleriya məktəblərində də dərslik kimi istifadə olunmuşdur.
Əli ağa Şıxlinski “Üçbucağı”nda artilleriya tarixində ilk dəfə
topların gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib
hazırlamış və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli
yeniliklər gətirmişdir. Hərb elminin mütəxəssisləri bu gün də
etiraf edirlər ki, general Şıxlinski qeyri-adi fəaliyyəti ilə fərqlənmiş
General Əli ağa Şıxlinski və silahdaşları
82
nadir hərbi mütəxəssislərdəndir. O, yeganə azərbaycanlıdır ki,
ilk dəfə Fransanın generallara məxsus fəxri “Legion ordeni” və
zabitlərə verilən “Legion xaçı” ilə təltif edilmişdir. Əli ağa Şıx-
linski generallar arasında ən yaxşı hərb alimi, alimlər arasında
ən məşhur artilleriya generalı idi.
Arxiv sənədlərindən məlum olur ki, general Əli ağa Şıxlinski
1939-cu ildən sonra alim Heydər Hüseynovla müntəzəm elmi
yaradıcılıq əlaqəsi saxlamışdır. Respublika Mərkəzi Dövlət Ədə-
biyyat və İncəsənət Arxivindən aşkar etdiyimiz 1940-cı il 15 iyul
tarixli məktub da general tərəfindən alimə ünvanlanmışdır. İriöl-
çülü kağızlarda yazılmış iyirmi səhifəlik məktub-müraciətində
general Əli ağa Şıxlinski alimə 852 sözün izahını və düzəlişlərini
yazıb göndərmişdir. Məktubdan məlum olur ki, general bu ağır
zəhməti 1939-cu ildə Heydər Hüseynovun redaktorluğu ilə nəşr
olunmuş “Rusca-azərbaycanca lüğət”i mütaliə etdikdən sonra
çəkmişdir. General “Qeydlər”inin müqəddiməsində yazır: “Re-
daksiyanın çağırışına əməl edərək, lüğətdə mənim rast gəldiyim
səhvlər haqqında bəzi mülahizələrimi təqdim edirəm.
Ümumiyyətlə, lüğət çox gözəldir. Hər bir sözü ayrılıqda de-
yil, bütün cümlənin ümumi mənasını tərcümə etmək üçün tərcü-
məçilərə kömək edəcək frazeologiya xüsusilə yaxşıdır”.
Ümumi müddəalarında isə Əli ağa Şıxlinski belə qərara gəlir
ki, lüğətin əsas çatışmayan cəhəti onun qısa olmasıdır: “Lüğətdə
çox yerdə əsas sözlər buraxılmış, ancaq onların törəmə sözləri
verilmişdir.
Bizim dilimizi ona yad olan söz düzəltmələrindən təmizləmək
lazımdır. Əgər başqa dillərə məxsus sözlərdən istifadə etmək eh-
tiyacı varsa, onda törəmə sözlər bizim dilimizin qanunlarına uy-
ğun olmalıdır. Bu, hər şeydən əvvəl, isimlərdən sifət əmələ gəlmə
hallarına aiddir. Məsələn: a v t o m a t yazmaq olar və yazmaq
da lazımdır. Ancaq a v t o m a t i k – olmaz, artıqdır. Hərb sözü
dilimizə çoxdan qəbul edilmişdir, onu saxlamaq, hərbi sözünü
isə atmaq lazımdır. Azərbaycan xalq dilinin xəzinəsindən rus və
Avropa sözlərinin qarşılığı kimi işlətmək də məqsədəuyğundur.
Şəmistan Nəzirli
83
Məsələn: a x ı n t ı (cərəyan), s a x l a n c (ehtiyat), d ö v r ç a ğ
d ö n ü m ü ( dövr), d ü z g ü ( quruluş), b i l g i ( nəzəriyyə) və s.”.
Təvazökar general məktubunun sonunda yazır: “Əgər Siz
təqdim olunmuş materialın heç olmasa kiçik bir hissəsindən
istifadə edə bilərsinizsə, onda mən özümü çox xoşbəxt sanaram.
Sevinərəm ki, mən də öz balımın kiçik bir damlasını Sizin gözəl
arı pətəyinizə əlavə etmişəm”.
General Əli ağa Şıxlinskinin bu iradlarını məmnuniyyətlə qə-
bul edən alim Heydər Hüseynov cavab məktubunda yazır ki,
lüğə tin gələcək nəşrində Sizin elmi zəhmətinizdən mütləq isti fa-
də olunacaq. Alim bunun üçün generala sətir haqqı da gön dər-
mişdi.
Akademik Əliheydər Orucov “Əli ağa Şıxlinskinin bir əlyaz-
ması haqqında” adlı məqaləsində haqlı olaraq belə qənaətə gəlir
ki, generalın alim Heydər Hüseynova göndərdiyi “Qeydlər”i
lüğətçilik, xüsusən də termin yaradıcılığı baxımından çox fayda-
lıdır. İndiyə qədər hərbi mütəxəssis kimi tanınan Əli ağa Şıxlins-
kinin dil, lüğətçilik, terminologiya məsələlərilə maraqlanması
faktının özü səciyyəvi haldır. (Bax: “Terminologiya məsələləri”,
Bakı, 1987, səh.12) General Əli ağa Şıxlinski lüğətçiliklə 1940-cı
ildənmi məşğul olmağa başlamışdır? Xeyr!
Onun şəxsi arxivində mühafizə olunan “Zabitin dəftəri”ndəki
qeydlərindən məlum olur ki, o, hələ gənc zabit ikən hərb elmi ilə,
dilçilik və hərbi lüğətlə, terminologiya ilə maraqlanmış və bu
sahədə gərgin axtarışlar aparmışdır. Uzun illər – 1879-cu ildən
1917-ci ilədək həyatının çox hissəsini Azərbaycandan uzaqlarda,
yüksək hərbi dairələrdə, özgə məmləkətdə və başqa dil mühitində
yaşamasına baxmayaraq general milli varlığını, doğma dilini qo-
ruyub saxlaya bilmişdir. Orada Azərbaycan dilində mətbuatın
və nəşriyyatın olmaması üzündən “Rusca-türkcə qısa hərbi
lüğəti”ni 1926-cı ildə Bakıda üç əlifbada – rus, ərəb və latın
əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda
hərbi lüğətin yaradıcısı olmuşdur. Məhz bu əvəzsiz xidmətinə
görə general Əli ağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci
General Əli ağa Şıxlinski və silahdaşları
84
il 23 fevral tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdur.
Şıxlinskinin lüğəti hərbi nizamnamələrin, hərbi elmi ədəbiyyatın
Azərbaycan dilinə tərcümə olunmasında böyük əhəmiyyət kəsb
etmişdir. Eyni zamanda hərbi məktəblərdə, yenicə yaranmış or-
duda xidmət edən azərbaycanlı əsgər və zabitlər bu lüğətdən
qiymətli vəsait kimi istifadə etmişlər.
Həmin kitabın elmi terminoloji əhəmiyyətini maraqlı faktlar-
la araşdıran filologiya elmləri namizədi A.Hacıyeva yazır: “Ge-
neral Əli ağa Şıxlinskinin lüğəti geniş dil materialının dərin təh-
lilinin nəticəsi idi.
Azərbaycan dilinin lüğət tərkibini geniş əhatə etməsi, xalq
dilinə məxsus söz və ifadələrdən yerli-yerində səmərəli istifadə
olunması, bir çox unudulmuş və azişlənən sözlərə yenidən ter-
min kimi həyat vəsiqəsi verilməsi baxımından Ə.Şıxlinskinin
lüğəti o dövrdə nəşr edilən lüğətlərin hamısından fərqlənir.
Azərbaycan dilində hərbi terminologiyanın olmaması bu işdə
böyük çətinlik törədirdi. Əli ağa Şıxlinskinin zəngin lüğətinin
nəşri ilə həmin çətinlik, demək olar ki, aradan qaldırıldı”.
General Şıxlinskinin lüğətinin misilsiz elmi əhəmiyyətindən
danışan görkəmli filosof-alim Heydər Hüseynov yazır:
“Kitabın əvvəlində general Əli ağa Şıxlinski lüğət tərtib edər-
kən yeddi əsas qəbul etdiyini göstərir: 1) Yad sözlərin yerinə ba-
cardıqca, türk-Azərbaycan sözləri qoyulubdur. 2) El arasında
işlənən türkləşmiş ərəb və fars sözləri buraxılmayıbdır: bu dürlü
sözlər, onlar elə bir mənalı türk sözlərinin yanında dırnaqlar ara-
sında yazılıbdır; Məsələn: ç a ğ (vaxt, zaman). 3) Türkcəyə qarış-
mış bəzi ərəb sözləri türkcə deyilişinə uyğun yazılıbdır. Məsələn:
q a l a (qələ yerinə), s a h a t (saət yerinə). 4) Kökləri ərəbcədən
olan sözlərin deyilişləri türkcəyə uyğunlaşdırılıbdır; məsələn:
v ə q t l ə r, t ə b i b l ə r, v ə z i f ə l i (ovqat, ətibba, müəzzəf yerinə)
və sairə”.
Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir
üzvü Əliheydər Orucovun “Ə.Şıxlinskinin bir əlyazması haqqın-
da” məqaləsindən: “Yaşının ötməsinə, səhhətinin pozulmasına
Şəmistan Nəzirli
85
baxmayaraq general Əli ağa Şıxlinski həyatının son günlərinə
qədər dilimizin vəziyyəti, terminologiya, orfoqrafiya, lüğətçilik
məsələləri ilə maraqlanırdı. Onu tez-tez Lüğətlər İnstitutunda,
həmin institutun direktoru Heydər Hüseynovun yanında gör-
mək olardı. Heydər Hüseynov Əli ağa Şıxlinskiyə dərin hörmət
və həssas münasibət bəslərdi. Onun 1940-cı ildə akademik
Heydər Hüseynova 49 səhifədən ibarət göndərdiyi “Qeydlər”dən
göründüyü kimi, ana dili ilə bərabər, klassik ədəbiyyatımızı,
xüsusən folklorumuzu çox gözəl bilirmiş. Əli ağa Şıxlinski indi
ədəbi dildə işlənməyən, buna görə də müasir lüğətlərə düşməmiş,
amma bəzi dialekt və şivələrimizdə işlənməkdə davam edən
sözləri yada salmaqla onların yazılı dilə (lüğətlərə) keçirilməsini
məqsədəuyğun hesab edir. Bu baxımdan onun özünün yeni söz
və formalar yaratmaq təşəbbüsü təqdirəlayiqdir. Bugünkü
şəraitdə daha böyük əhəmiyyət qazanmış bu məsələ, görünür,
hələ o zaman general Əli ağa Şıxlinskini düşündürmüş və fürsət-
dən istifadə edərək, yazdığı “Qeydlər” vasitəsi ilə fikrini lüğət-
çilərin nəzərinə çatdırmışdır”.
O vaxtdan illər keçdi. General Əli ağa Şıxlinskinin ilk vəsait
olan hərbi lüğəti bir daha işıq üzü görmədi. Totalitar sovet rejimi
azərbaycanlı generalın elmindən bəhrələnməyi öz millətinə ya-
saq etdi. Az tirajla nəşr olunmuş bu kitabın nadir nüsxələri qalıb.
Bu gün zaman, dövr dəyişib. Yeni yaranan ordumuz üçün həmin
lüğətin təkrar nəşri, şübhəsiz ki, çox vacibdir.
Alim Heydər Hüseynov general Şıxlinskinin ölümündən son-
ra da onun xidmətlərinin unutmamış, xatirəsini əziz saxlamış-
dır. O, respublika mərkəzi mətbuatında generalın ömür və dö-
yüş yolundan bəhs edən rus və Azərbaycan dillərində silsilə
məqalələr dərc etdirmişdir: “Bakinski raboçi” (18 avqust 1944-cü il),
“Kommunist” qəzeti (18 mart 1944-cü il), “Azərbaycan EA Xəbər-
ləri” (№8, 1945-ci il, səh.87-94), “Kommunist” qəzeti (18 avqust
1945-ci il), “Ədəbiyyat qəzeti” (5 avqust 1945-ci il), “Azərbaycan”
(Cənubi Azərbaycan Demokrat firqəsinin orqanı, 1946-cı il, №8,
General Əli ağa Şıxlinski və silahdaşları
86
səh.14-15), “Kommunist” qəzeti (18 avqust 1946-cı il), “İzv. Az.
FAN” (1944-cü il, №9, səh.78-83).
Görkəmli ədəbiyyatşünas-alim Məmməd Arif 1965-ci ildə
“Heydər Hüseynov” adlı məqaləsində yazır: “Çap olunan şey
qalacaqdır” – sözlərini təkrar edən Heydər Hüseynov nəşriyyat
işinə xüsusi əhəmiyyət verirdi. O, yeni çıxan kitabı əlinə götürüb
iftixarla deyərdi: “Tərcümədə respublikalar arasında biz qabaq-
da gedirik. Bax, bu Üzeyir bəy Hacıbəyovun “Azərbaycan musi-
qisinin əsasları” əsəridir; xalq musiqisi haqqında misilsiz kitab-
dır. Bəs general Əli ağa Şıxlinskinin xatirələrini oxumusunuz-
mu?.. Oxuyun görün, orda nələr var, şöhrətli bir insanın döyüş
və ömür yolu başdan-başa tarixdir”.
Bütün bunları tədqiq edən, nəşri üçün ürəkdən sevinən, gene-
ralın elmi fəaliyyəti ilə iftixar edən alim Heydər Hüseynov yazır-
dı: “Əli ağa Şıxlinski dünyada şöhrət qazanmış artilleriya elmi
sahəsindəki kəşfləri və fəaliyyəti ilə yanaşı olaraq, dil və ədə-
biyyat məsələləri ilə də yaxından məşğul olurdu. O, uzun illər
Rusiyada qulluq etsə də Azərbaycan dilini mükəmməl bilirdi.
İslah, ifadə quruluşu, yeni söz yaradıcılığı ilə ciddi məşğul ol-
muşdur”.
Çoxları indiyədək bilmir ki, general həm də güclü poeziya
həvəskarı idi. Onun özünün yazdığı bir sıra şeirləri, bədii tər-
cümələri və məktubları alim Heydər Hüseynovun şəxsi fondun-
da saxlanılır. Generalın 1904-cü ildən qeydlər apardığı “Zabitin
dəftəri” də alimin fondunda saxlanılır. General iftixarla yazır ki,
mən klassik şairlərimiz Molla Vəli Vidadinin, Mustafa ağa Arif
Şıxlinskinin və Mirzə Məhəmməd Qayıbzadənin nəslinə məx su-
sam. Anam Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir.
Alim Heydər Hüseynov 1945-ci il aprelin 20-də general Şıx-
linskinin qayını doktor Bahadır bəy Qayıbovun tibbi-ictimai
fəaliyyətinin 40 illiyi münasibəti ilə təbrik məktubunda yazırdı:
“Mən burada Sizin Vətən və elm qarşısındakı daha böyük xid-
mə tinizi qeyd etmək istəyirəm. Siz və Sizin həyat yoldaşınız
Şəmistan Nəzirli
87
məş hur hərbi xadim və alim, keçmiş ordunun generalı, Azər-
baycan xalqının sadiq oğlu Əli ağa Şıxlinskinin həyatının son
illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz”.
Doktor Bahadır bəy Qayıbov isə 1946-cı il 30 sentyabr tarixli
məktubunda yazırdı:
“Hörmətli Heydər Nəcəfoğlu!
Əlbəttə, Sizin unudulmaz Əli ağa və Nigar bacı haqqında ya-
zılarınız həmişə çox uğurlu alınır. Bəli, onları unutmaq olmaz!
Onların hər ikisi öz vətəni Azərbaycanı və xalqını səmimi-
qəlbdən sevirdilər. Onlar yalnız təhsil aldığı rus dilini deyil, öz
doğma ana dillərini də əla bilirdilər.
Heç vaxt unutmaram ki, onların hər ikisinə şəxsən ana dilində
təhsil verən, həmçinin Tiflisdə və Qoridə Müəllimlər Seminari-
yasında yüzlərcə azərbaycanlı uşağını oxudan rəhmətlik atam
Mirzə Hüseyn əfəndi Qayıbzadə səbəbkardır. Rəhmətlik Nigar
bacım atamdan daha çox şey əxz etmişdir; o, yetkinliyində,
nəinki İran klassikləri Sədi, Firdovsi, Hafiz, Cami, türk Məhəm-
məd Fizuli, Molla Pənah Vaqif və başqalarını oxumuş, həmçinin
klassik şairlərimiz Xaqani, Nizami, Əlişir Nəvaini mütaliə etmiş,
ərəb dilini öyrənmiş və ərəb ədəbiyyatı ilə də yaxından tanış idi.
Heyf ki, Siz onunla tanış deyildiniz. O, həqiqətən rus dili bir
yana, Azərbaycan və fars ədəbiyyatının bilicisi idi.
Hörmətlə Sizin dostunuz:
Bahadır bəy Qayıbov”
* * *
Dostları ilə paylaş: |