General Əli ağa Şıxlinski
Port-Artur döyüşlərində
Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş mey-
danlarında yaponlarla qarşı-qarşıya gəlirlər. Mən
Port-Artur uğrunda gedən döyüşlərdə fərqlənmiş
məşhur topçu Əli ağa Şıxlinskinin adını çəkə bilərəm.
Bu ad rus hərbi elmi tarixində şöhrət qazanmışdır.
Səməd VURĞUN,
Xalq şairi
Port-Artur döyüşlərinin qala müdafiəsi zamanı düşmən
həmlələrinin dönə-dönə dəf edilməsində top artilleriyasının ma-
hir ustası Əli ağa Şıxlinskinin döyüş xidmətləri misilsizdir. Onun
1904-1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya yayılmışdı.
Qısa müddətdə qəhrəmanlığı altı ordenə layiq görülən, rütbəsi
kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xati-
rələrim”də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu
Şəmistan Nəzirli
37
həmişə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-də “Tərcüman”
qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq:
“Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı
Əli ağa Şıxlinski oktyabrın yeddisindən noyabrın on doqqu zuna-
dək Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi
üçün ali ehtiramla – “İgidliyə görə” medalı və üstü yazılı Qızıl
qılıncla təltif olunub”.
Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə “Port-Arturun əzablı
günləri” adlı ikicildlik monumental əsərin müəllifi P.Larenko
yazır ki, Laperov dağında batareya komandiri kapitan Əli ağa
İsmayıl ağa oğlu Şıxlinski ağır yaralanmışdır. Bütün qafqazlı-
lar kimi cəsur olan komandir Kinjo döyüşlərində, “Zelyonnı” və
“Volçye” dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi.
Avqustun əvvəllərində öz batareyası ilə “Vısokaya qora”da, av-
qustun onundan isə daima Laperov dağında döyüşlərdə olmuş-
dur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub
həmlə kolonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə
inamlı döyüşlər aparırdı.
Port-Artur qalası təslim olandan sonra müharibədə iştirak
etməmək şərtilə yaponlar podpolkovnik Əli ağa Şıxlinskini ağır
yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən
də tez sağaldığından, o yenidən Mancuriya ordusuna göndə-
rilməyi xahiş etdi. Lakin onu buraxmadılar.
Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə
getmək istədiyini Əli ağa Şıxlinski “Xatirələrim” hərbi memua-
rında daha dəqiq təsvir edir. O yazır: “Mayın ikinci yarısında
mən Peterburqa gedib böyük knyaza təqdim olundum və Man-
curiya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən
soruşdu:
– Siz oraya necə gedə bilərsiniz?
Onda mən hospitalımızdan aldığım şəhadətnaməni ona
göstərdim. Şəhadətnamədə yazılmışdır ki, yapon tibb komissi-
yası məni hərbi qulluğa yararsız hesab edərək dilimdən iltizam
almadan vətənimə qayıtmağa icazə vermişdir.
General Əli ağa Şıxlinski və silahdaşları
38
– Beləliklə, – dedim, – hazırkı müharibədə iştirak etməyə tam
ixtiyarım var. Rusiyaya qayıtmağımın səbəbi ancaq budur, yoxsa
müdafiədə iştirak etmiş o biri əsgərlərin taleyinə şərik olardım.
Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yapon-
larla vuruşmamaq üçün dillərindən kağız verərək vətənlərinə
qayıdan zabitlərə qarşı bir ittiham kimi düşünülə bilər, odur ki,
əlavə edib dedim:
– Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki,
bizim böyük təcrübəmiz var, buna görə də vətənə gedib orada
Mancuriya ordusuna göndərilmək üçün yeni qüvvələr hazırla-
maqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən mən) başqa
cür düşünürdük. Bu zabitlərin fikrincə ordu ancaq qismən
səfərbərliyə alınmışdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada
bizim köməyimizə heç bir ehtiyac yoxdur. Buna görə də,
əsgərlərin taleyinə şərik olmaq lazımdır. Belə ki, dilimdən ya-
ponlara heç bir iltizam vermədən evimə qayıtdım. İndi Sizdən
xahiş edirəm ki, məni müharibəyə göndərəsiniz.
Sergey Mixayloviç əlilə işarə edərək dedi:
– Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram”.
1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi ara-
yış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir:
“Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü
Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Şıxlinskiyə veri-
lir. Ondan ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərbi
xidmətə yararlı olmadığı (Əli ağa Şıxlinski sol qıçından yaralan-
dığı üçün yapon həkimi arayışı belə yazmışdı – Ş.N.) müəyyən-
ləşdirilib. O, Rusiyaya buraxılır”.
Yapon tibb komissiyasının onu hərbi qulluğa yararsız hesab
etməsinə baxmayaraq, dilindən yazılı iltizam verməyən Əli ağa
Şıxlinski Vətənə qayıdandan sonra yenidən yaponlarla döyüşmək
üçün Mancuriya müharibəsində iştirak etmək arzusunda oldu-
ğunu bildirir. Lakin topçu general-müfəttişi knyaz Sergey Mi-
xayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” – deyir
və onun yenidən cəbhəyə qayıtmasına qıymır.
Şəmistan Nəzirli
39
Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri “İgidliyə
görə” sözlərlə yazılmış qılıncla, dördüncü dərəcəli “Müqəddəs
Anna” ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı
“Müqəddəs Vladimir” ordeni, üzərində “İgidliyə görə” sözləri
yazılmış qızıl silah və məşhur “Müqəddəs Georgi” ordeninin
dördüncü dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Tarixi Muzeyində generalın şəxsi əşyaları arasın-
da 1908-ci il martın 5-də imperator tərəfindən təsdiq olunmuş
“Port-Artur qalasının müdafiəçisi döş nişanı” saxlanılır. Onu Əli
ağa Şıxlinskinin ünvanına keçmiş Kvantun vilayətinin və Port-
Artur şəhər sovetinin sədri podpolkovnik İ.A.Verşinin göndərib:
“Çox möhtərəm və əziz Port-Artur silahdaşım
Əli ağa Şıxlinskiyə
Keçmiş Kvantun vilayətinin Triryan hissəsi üzrə
komissarı və keçmiş Port-Artur şəhər
sovetinin sədri A.Verşinindən
Ordu və donanmaya əmr
Qarnizonun mərdliyi və mətinliyi ilə bütün dünyanın təəc-
cübünə səbəb olmuş Port-Arturun qəhrəmancasına müdafiəsi,
qalanın qəflətən rüsvayçılıqla təslim edilməsi ilə kəsildi.
Ali məhkəmə qalanın verilməsinin müqəssirini yerindəcə
cəzalan dıraraq, igid qarnizonun unudulmaz hünərlərinin doğru-
luğunu tam əzəməti ilə bərpa etdi.
Port-Arturun cəsur müdafiəçiləri! Uzaq Şərqdə bizim istinad-
gahımızın müdafiəsi zamanı göstərdiyiniz fədakarcasına qəhrə-
manlıq və anda sədaqətinizlə Siz ölməz şöhrət qazandınız və rus
ordusunun hünər salnaməsinə yeni parlaq səhifələr yazdınız.
Qədirbilən Rusiya Sizin ilə fəxr edir və Siz onun qarşısında
borcunuzu unutmadığınız kimi, o da Sizin hünərinizi yaddan çı-
xarmayacaq.
Əslini İmperator həzrətləri öz əli ilə yazmışdır:
II Nikolay, Çarskoye-Selo şəhəri”.
General Əli ağa Şıxlinski və silahdaşları
40
* * *
Port-Artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun
“Port-Artur” və “Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi
ədəbiyyatın qızıl fonduna daxil olmuşdur. İndiyədək on doqquz
dəfə nəşr olunan romanın tirajı milyonu keçmişdir. İngilis, fran-
sız, macar, yapon və başqa dillərə də tərcümə olunan belə bir
məşhur əsərin səhifələrində (271, 350, 353 və s.) kapitan Əli ağa
Şıxlinskinin qəhrəmanlıq fəaliyyəti öz əksini tapmışdır.
“…İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi.
Diviziya rəisinin yanından çıxandan sonra İrman cəld xəstəlik
haqqında raport və komandan Kondratenkoya müfəssəl məktub
yazdı. Sonra isə məktubu Əli ağa Şıxlinskiyə verdi və dərhal ge-
neralın yanına getməsini əmr etdi. İrman kapitana xeyir-dua ve-
rib dedi:
– Sizdən çox şey asılıdır, Əli ağa.
– Narahat olmayın, Vladimir Aleksandroviç. Əli ağa hələ
indiyə kimi heç kəsin etimadını yerə salmayıb, ömründə satqın-
lıq eləməyib. Əgər general Fok yeddinci diviziyanın yaponların
zərbəsi altına salmaq istəyirsə, o, buna nail ola bilməyəcək. Onun
kələyini kəsmək və general Kondratenkoya kömək etmək üçün
bütün qüvvəmi əsirgəməyəcəyəm, – bunu deyib, Əli ağa Şıxlins-
ki sıçrayıb ata mindi və dördnala çaparaq ordan uzaqlaşdı…”
Keçmiş SSRİ xalqlarının bir neçə dilinə tərcümə olunan bu
qiymətli roman, təəssüf ki, hələ də Azərbaycan mütərcimini
gözləyir. Romanda təkcə kapitan Əli ağa Şıxlinskinin yox, həm
də general Səməd bəy Mehmandarovun, poruçik Sadıqovun
fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən.
“…Praporşik çadırdan çıxıb öz komandasının qərar tutduğu
yerə tərəf getdi. Yolda Əli ağa Şıxlinski də ona qoşuldu. İrmanın
tapşırığı ilə o, batareyaya baş çəkməli və indiki mövqelərindən
getmək üçün onları xəbərdar etməli idi.
– Necə, artilleriya da bu sahəni tərk edir? – deyə Zvonaryov
təəccübləndi.
Şəmistan Nəzirli
41
– Fok əmr verib ki, bütün topları yığışdırmalı, mühəndislər
isə səngərdən sipərləri söküb, materiallarından başqa sahələrində
istifadə etməlidir.
– Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən
əvvəl yeni istehkam düzəltsin.
– Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb
bizdən qabaq hücuma keçsinlər.
– Bu barədə təcili generalı xəbərdar etmək lazımdır, – Zvonar-
yov qərara gəldi və geri – Semyonovun qərargahına qayıtmaq
istədi, lakin kapitan Əli ağa Şıxlinski təklif etdi ki, ora şəxsən özü
getsin.
– Çox da narahat olmayın. Mənim briqada komandirim pol-
kovnik İrman qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun
əmrinin əksinə olaraq hələlik yerində saxlamaq lazımdır. Mən
şəxsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə
dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik. Fok necə əmr
verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun
batareyası Kondratenkonun diviziyasının polkunu köməksiz qo-
yub getməyəcək, – Şıxlinski coşqun halda dilləndi. – Romanovs-
kinin sağdakı batareyasından iyirmi altıncı polkun qərarga hı-
nadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb lazım olan
hər şeyi deyərəm. Siz isə birbaşa Yençeyevskinin yanına gedin”.
Əli ağa Şıxlinskinin döyüş məharətini gözləri ilə görən ikinci
rus yazıçısı Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından ma-
raqlı, elmi və bədii əsərlər yazan T.Borisov sonu faciə ilə bitən
Rusiya-Yaponiya müharibəsi haqqında 1959-cu ildə Vladivos-
tokda “Portarturçular” adlı sanballı bir roman nəşr etdirmişdir.
Müəllif sıravi əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus
ustalıqla ön plana çəkir. Böyük hərarətlə, məhəbbətlə xalqımızın
mərd oğulları Əli ağa Şıxlinski və Səməd bəy Mehmandarov
haqqında söhbət açır. İlk gündən Şıxlinskinin batareyasında
döyüşən podporuçik Trofim Borisov onun qəhrəmanlığını, xa-
rakter və xasiyyətini daha dəqiq işıqlandırmışdır.
General Əli ağa Şıxlinski və silahdaşları
42
“Səhər saat onda batareyanın baş zabiti kapitan Əli ağa Şıx-
linski kazarmaya gəldi. Onun iri uzunsov sifətinə bir qədər sivri
burnu daha ciddi görkəm verirdi. Sıx bığları qalın idi, başının
tükləri qabaqdan azca seyrəlmişdir. Çatma qaşları bir qədər yu-
xarı dartılmışdır. Qonur gözlərində sevinc işığı vardı. Balaca ağ
əllərinin ağ barmaqlarını arxasında tutmuşdu. Əli ağa Şıxlinski
hamı ilə görüşəndən sonra orduya təzəcə çağırılmışların adlarını
oxudu:
– Antonov Valentin Pavloviç.
– Mən, – deyə o, cavab verdi.
– Sən az savadlısan?
Əsgər dolaşıq sözlərlə nəsə dedi. Kapitan, Morozovu çağırdı:
– Sənin də savadın yoxdur, bu necə olur? Böyük şəhərdən
gəlibsən, amma heç bir təhsilin yoxdur. – Sonra üzünü divizio-
nun əsgərlərinə tutub: – Siz niyə oxumayıbsınız?
Bu iradlardan sonra Morozovun sifətinə yüngül qızartı çökdü.
Kapitan Əli ağa Şıxlinski sıranın önündən keçib, əlində yeni
çağırılmışların siyahısı olsa da, gülümsəyə-gülümsəyə, bir-bir
onların soyadını, adını, atasının adını çəkdi.
– Ancaq biz izləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımı-
zı doğruldacaqlar… Pribaltika quberniyalarındakı və Mərkəzi
Rusiyadakı savadsızlıq orada da hökm sürür. Yaxşı deyil, artille-
riyaçı mükəmməl biliyə malik olmalıdır. – Kapitan Şıxlinskinin
sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq göz lə-
rində bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırılanlarla söhbət
edə-edə onlara göstəriş verirdi: – Başını düz tut, sağ çiynini
əymə, – deyə kapitan, Pudovnikə müraciət etdi. – Sən məh kəmə
palatasında çoxmu işləyibsən?
– İki il?
– Bəs ona kimi harada işləyibsən?
– Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.
– Sənin xəttin yaxşıdırmı?
– Mirzəliyi istəmirəm, zati-aliləri…
Şəmistan Nəzirli
43
– Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, ya-
zılarımızı yazmağa mirzə də lazımdır… Abramoviç Moisey İosi-
foviç! Sən usta-çilingərsən?..
“Yaddaşa bax, yaddaş belə olar, siyahını bircə dəfə oxuyan
kimi hamının ad və soyadını, atasının adını necə də dəqiq yadın-
da saxladı”, – Pudovkin fikrə getdi”.
Port-Arturdakı oktyabr döyüşlərində Əli ağa Şıxlinskinin
qəhrəmanlığını əyani əks etdirən tarixi sənədlər də az deyil.
1905-ci ildə çap olunmuş “Yaponlarla müharibənin salnaməsi”
almanaxının səksən birinci nömrəsinin min beş yüz yetmiş yed-
dinci səhifəsində bu barədə oxuyuruq:
“Müqəddəs Georgi” ordenli süvari dumasının təqdimatına
əsa sən Əlahəzrət imperator – 1905-ci il oktyabrın 3-də böyük
hörmət göstərərək, Port-Arturun müdafiəsində şücaəti ilə fərq-
lənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç saylı istehkamı və
bu istehkamın digər qurğularını artilleriya briqadasının podpol-
kovniki Əli ağa Şıxlinskini dördüncü dərəcəli şəhid və müzəffər
Georgi ordeni ilə təltif etmişdir. Podpolkovnik Əli ağa Şıxlinski
bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan yarımbata-
reyanın nişançıları həlak olduğundan çox vaxt topları şəxsən
özü tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur
etmiş və adı çəkilən istehkamlara yaxınlaşmağa can atan yapon
piyadalarını qeyri-adi cəsarətlə geri oturtmuşdur…”
* * *
Şahzadə Bəhmən Mirzə Qacarın 1905-ci ildə Port-Artur
döyüşlərində igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu
Mirzə hərbdə və fotoqrafiya sənəti sahəsində qeyri-adi istedada
malik idi. O, Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra Vla-
diqafqazda və Oryol şəhərində yerləşən əlli birinci Çerniqov ala-
yında xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Nejinski
alayına dəyişdirilmişdir. Port-Artur döyüşlərində həlak olan
podpolkovnik Əliqulu Mirzə Qacar döyüş xidmətlərinə görə
“Müqəddəs Stanislav” ordenilə təltif olunmuşdur.
General Əli ağa Şıxlinski və silahdaşları
44
Bu barədə “Tərcüman” qəzeti 1905-ci il 18 fevral tarixli sayın-
da yazırdı: “Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə
imperator Mariya Fyodorovna Qızıl Xaç hesabına mərhum pod-
polkovnik, şahzadə Əliqulu Mirzə Qacarın cənazəsini Qafqaza,
Yevlax stansiyasına qədər aparılmasını lazım bilmişdir”.
Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və
zabit həlak oldu. Onların hamısına öz doğma torpağında uyu-
maq qismət olmadı. Vətəninə, Bərdənin İmamzadə qəbiristan-
lığındakı məqbərədə dəfn olunmaq şərəfi Əliqulu Mirzə Qacara
ona görə qismət oldu ki, şahzadə nəslindən idi. Səksən ildən çox
sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu
nəsillərə belə ehtiram göstərirdi.
Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar 1854-cü ildə Qa-
rabağın Şuşa şəhərində anadan olmuşdur.
İllər keçir, eloğullarımızın Rusiya-Yaponiya müharibəsindəki
hünərlərini əks etdirən sənədlər müxtəlif arxivlərdə tədqiq olun-
mamış qalır. Açılmayan qovluqlar öz yazıçısını, tədqiqatçısını
gözləyir.
Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə
görə “Artilleriyanın allahı” sayılan alim-general Əli ağa Şıxlinski
fəxrlə yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu
həmişə iftixarla yad edirəm.
* * *
Dost sözü: – Əziz Şəmistan, “Port-Arturun azərbaycanlı
qəhrəmanları” oçerkini birnəfəsə oxudum. Sənin yazıçı-jurnalist
qeyrətinə heyrət etdim. Arxivlərin kəsif qoxulu tozunu udaraq
belə gözəl tədqiqatı ərsəyə gətirdiyinə görə sənə “sağ ol” deyir
və ürəyimdə təsis etdiyim qeyrət ordeni ilə təltif edirəm.
Öpürəm, bağrıma basıram. Sən xalqımızı nə qədər böyük
məhəbbətlə sevirsən.
yazıçı qardaşın Əmir Mustafayev,
“Azərbaycan” qəzetinin Baş redaktoru,
20 dekabr 2001-ci il
Şəmistan Nəzirli
45
Tarixi romanlar müəllifi Aleksandr Nikolayeviç
Stepanovun (1892-1965) “Zvonaryovlar ailəsi”
romanından kiçik bir parça
1
...Bu yaxınlarda general Əli ağa Şıxlinski burada olmuşdu. Siz
onu Port-Arturdan tanımalısınız. İndi o, böyük knyaz Sergey
Mixayloviçin sərəncamındadır.
– Şıxlinski yaxşı yadımdadır. Orada kapitan idi. Ayaqlarından
ağır yaralanmışdı, odur ki, yaponlar onu Rusiyaya buraxmışdı-
lar. Generallığında rast gəlməmişəm. Bu müddətdə dəyişib-
dəyişmədiyini deyə bilmərəm, – Boreyko cavab verdi.
Koçarovski rişxəndlə:
– Sizcə, belə çıxır ki, o da başqa generallar kimi ağıl sarıdan
geriləyib? – dedi.
– Zati-aliləri, rəyindən daşındırmağa cürət etmərəm.
– Əhsən Şıxlinskiyə, əzmkar, başbilən adamdır, həm də bö-
yük diplomat, knyaz kimi dərəbəylə dil tapa bilib. Hə, Şıxlinski
deyirdi ki, Ali komandanın qərargahı nəzdində komandanlığın
gücləndirmə vasitəsi olası fövqəlağır artilleriya yaratmaq
istəyirlər.
Boreyko:
– Yəni almanların qırx santimetr ölçülü, dəmiryol platforma-
larında gəzdirilən topları kimi? Belələrini Novogeorgiyevsk
ətrafında uzaqdan-uzağa görmüşdüm. Özü də ən yaxşı isteh-
kamlarımızı necə alt-üst elədiklərinin şahidi olmuşdum, – dedi.
– Yox, tam eyni deyil! Qərb cəbhəsində bizim müttəfiqciyəzlər
olmazınca güclü toplar tətbiq etmişlər, on iki düymlü qaubitsa
da, uzaqvuran toplar da. Bizlərdə də nəhəng toplardan ibarət bir
sıra divizionlar yaradılır...
1 A.Stepanovun romanından bu parçanı kitaba ona görə əlavə etdik
ki, general Əliağa Şıxlinskinin Birinci Dünya müharibəsindəki fövqəladə
igidliyi burada (Bax: “Zvonaryovlar ailəsi” (rusca), II kitab, Moskva, 1963-
cü il nəşri) işıqlandırılır – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
46
...Əli ağa Şıxlinskidən bu barədə eşidən kimi, sizin batareya-
nız yadıma düşdü...
...Bir neçə gündən sonra batareya şose yolu ilə irəliləyərkən,
Koçarovski ilə rastlaşdı. Generalı iki zabit də müşayiət edirdi.
Boreyko əvvəl onları tanıya bilmədi.
Kapitan “farağat” əmri verib atını Koçarovskiyə sarı sürdü.
General yanındakı atlıya işarə etdi və Boreyko Əli ağa Şıxlinskini
tanıdı.
– Əli ağa! – sevincindən qışqıran Boreyko tez də özünü ələ
alıb əlavə etdi: – Zati-aliləri!
– Köhnə dostlar üçün mən həmişəki kimi Əli ağayam. Xahiş
edirəm, elə belə də deyəsiniz.
Batareya gecələmək üçün düşərgə salanda, hər iki general
yenə də Boreykoya baş çəkdilər. Boreyko Novogeorgiyevsk
hadisələrini ətraflı danışdı. Şıxlinski qulaq kəsilib bloknotunda
nə isə yazırdı.
– Bütün danışdıqlarınız olduqca ibrətamizdir. Qalaların ömrü
ötüb keçməsi barədə qənaətim təsdiqlənir. Komandanlığa da
beləcə çatdıracağam, – deyə Şıxlinski öz mülahizələrinə yekun
vurdu...
* * *
...Boreyko öz zabit və əsgərləri ilə gəlib çıxdı. Qərargaha yal-
nız zabitlər yollandı. General Əli ağa Şıxlinski onları dostcasına,
köhnə portarturlu silahdaşları kimi qarşıladı, hansı batareyada
xidmət etmək istədiklərini soruşdu. Boreyko dilləndi:
– Ən ümdəsi, xahiş edirik, bizi ayırmayasınız, hamınızı zabitli-
əsgərli bir batareyaya göndərəsiniz.
– Neynək, bu yaxşı olar, – general ümid verdi.
– Həm də ən böyük topları olan batareyaya, – kapitan sözünə
davam etdi.
– Deməli, sizi təşkil olunan “Vikkers” topları batareyalarına
yollayacağıq, orada avadanlıq qəlizdən qəliz, atəşaçma, səhih-
ləşdirmə qaydaları isə hələ pis işlənmişdir. Qoşqu yalnız mexa-
Şəmistan Nəzirli
47
nikidir. Sizin topçular batareyanın özülünü təşkil edəsidir. Həm
də batareyanın sərəncamına hidrogenlə qalxan aerostat da veri-
lir. Uçuculuq peşəsinə də bələd olmaq gərəkdir. Bu iş üçün
zabitlərdən birini ayırın...
...Moskva xəfiyyələri heç də mürgü vurmurdu, yeni təşkil
edilən hissələrdə siyasi cəhətdən etibarsız əsgərlərin çox olduğu-
nu bilib gözlənilmədən Boreykonun batareyasına soxuldular.
Kapitan bu barədə Zuyevə xəbər verməyə macal tapdı, yasaq
ədəbiyyatı cəld seyfdə gizlətdilər. Batareyanı ələk-vələk edən
jandarmların əli boşa çıxdı. Hirsdən boğula-boğula Əli ağa Şıx-
linskinin yanına gedib şikayətləndilər. General onlara... o batare-
yanın ərazisindən tezcə mürəxxəs olmağı təklif etdi.
– Bizim gördüyümüz bütün əməliyyat tamamilə məxfidir,
odur ki, burnunuzu buraya soxmaq rəva deyil. Bir də gözümə
dəysəniz, alman casusları kimi tutduracağam, – deyə general
Şıxlinski çaşbaş qalan jandarmların köpünü yatırtdı.
Bir neçə gündən sonra ucqar barıt anbarının gözətçi mən-
təqəsində keşikçi – Boreyko batareyasının topçusu – gecə vaxtı
anbarın yanından keçən əsgəri güllə ilə vurmuşdu. İstintaq baş-
landı...
...Hamıya məlum oldu ki, barıt anbarı yanında vurulan jan-
darm agenti imiş.
...Başqa batareyaların döyüşçülərindən Lejnyev casus “yığış-
dırılan” günü qonşu xutorda keçirilən əsgər məşvərətindən də
xəbər tutmuşdu. Jandarm agenti bu yığıncağa gələndə əsgərlər
duyuq düşür. Bütün “qiyamçı” çıxışları, bolşeviklərin soldatlara
müraciətnaməsi, soldatların oradaca tərtib etdiyi cavabı din-
ləməyə casusa imkan verirlər... O da ağzını açıb qulaq kəsilir,
taxt-taca, əlahəzrət çara sədaqətlə xidmət etdiyinə görə sinəsinə
taxılacaq ordeni, vəzifəsinin böyüdülməsini, mükafat-filanı
xəyalına gətirirdi... Natiqlərin adlarını, üsyankar sözlərini yadda
saxlamağa çalışırdı. Xəbəri yox idi ki, əsgərlər sıxlaşıb onu araya
almışlar. Haçandan-haçana, yığıncaq qurtarandan sonra əsgər-
lərin lal-dinməz, tərs baxışlarından sivrişib çıxa bilməyəndə
General Əli ağa Şıxlinski və silahdaşları
48
ürəyinə bəd güman damdı. Dağılışan soldatlara qoşulmaqdan
başqa əlacı qalmadı. Bilirdi ki, yol barıt anbarının yanından ke-
çir. Əsgərlər də bunu bilirdi. Odur ki, yaxa qurtarmağa can atan
casus əl-qol ata-ata, qaça-qaça haray salanda onu tutub saxlayan
olmadı. Güllə səsləndi, əlləri zalı qalan kölgə tirtap yerə bərələndi.
Əsgərlər tələsik öz batareyalarına yönəldilər.
Jandarmlar çox baş sındırsalar da, casusu dübbədüz qarovul-
çunun üstünə gətirənin kim olduğunu yəqin edə bilmədilər.
Buna baxmayaraq, batareyadan az qala on əsgərin həbs olunma-
sını qət etdilər. Yalnız istintaqın dayandırılmasını tələb edən ge-
neral Şıxlinskinin işə qarışması topçuların başının üstünü alan
bəlanı sovuşdurub onları xilas etdi...
O, “qətl haqqında iş”in göndərildiyi jandarm idarəsində:
– Mən bu əsgərləri tanıyıram, – deyə həyan çıxdı. – Hələ Port-
Artur vaxtlarından, komandirləri də, özləri də əla, etibarı əsgər-
lərdir. Onlar həbs olunsa, mən batareyanın vaxtında döyüş ha-
zırlığını təmin edə bilməyəcəyəm.
Şıxlinski jandarmların onun nəzarətində olan işlərə qarışma-
sına qarşı qəti etirazını bildirdi.
– Başa düşün, axı mənim sərəncamıma ən yeni sistemli tolar
tapşırılıb. Siz isə bir ucdan bağışlayın, bu gicbəsərləri çuğulçu-
luq etməyə göndərirsiniz. Cənablar, məni xəfiyyələrdən uzaq
tutun. Əks təqdirdə onları öz ərazimdə görsəm, hissədən qov-
malı olacağam.
Beləliklə, bu “arxa” hücumu da dəf olundu.
Zaman ötdü, yeni – 1916-cı il gəldi. Yazda bütün cəbhə boyu
almanlara qarşı aparılası hücumdan söz-söhbət yayıldı. Əlahiddə
ağır artilleriyanın təşkilini tezliklə qurtarmaq lazım idi. İndən belə
jandarm böhtanlarına məhəl qoyan olmadı. İş yoluna düşdü.
...Vyazma səfərlərinin birində Vaya Şıxlinski ilə tanış oldu.
Onlar hələ Port-Arturda rastlaşsa da o vaxt Əli ağa yeniyetmə
qıza diqqət yetirməmişdi. Şıxlinskinin həyat yoldaşı Nigar xa-
nım
1
... Tiflisdə “Müqəddəs Bina” İnstitutunu bitirmişdi...
1
A.Stepanovun romanında səһvən “Tamara xanım” deyilir – Ş.N.
Şəmistan Nəzirli
49
...Divizion gəlib çıxanda Boreyko öz batareyaları üçün tapşı-
rıq almaq məqsədilə Birinci Qvardiya korpusunun qərargahına
yollandı. Qərargahda iki-üç gün ərzində alman müdafiəsini
cəbhə boyu altı verst geninə darmadağın etməyi lazım bildilər.
Boreyko çarəsiz qaldı. Reynin nüfuzuna istinad edərək topların
bu vurhavura tab gətirməyəcəyini, qərargah tapşırığının baş tut-
mayacağını bildirdi. Qərargah işçiləri təəccübləndi:
– Siz də bu işin öhdəsindən gələ bilmirsinizsə, bəs onda alman
müdafiəsini kim dağıdasıdır?
Xoşbəxtlikdən, qərargaha general Əli ağa Şıxlinski gəldi. O,
dərhal işdən agah olub günü sabah bu barədə sanballı rəy hazır-
lamağa söz verdi.
...General qərargahın hərbi əməliyyat şöbəsinə baş çəkib al-
man istehkam xətlərinin düzümü-biçimi haqqında əldə olan ma-
terialları araşdırmağa başladı. Alman istehkamlarının aerofoto-
şəkillərinə Əli ağa xüsusi diqqət yetirdi. Şəkillər o qədər də ya-
rarlı-karlı olmadığından general sabaha özü təyyarə ilə kəşfiyyata
çıxmaq fikrinə düşdü.
General Şıxlinskinin bu fikri qərargahı heyrətə gətirdi. Hələ
generalların yavaş uçan, gücsüz-təpərsiz, köhnəlmiş təyyarələrdə
uçmağı görünməmişdi, o təyyarələr ki, fransızlar, ingilislər rus
ordusu üçün üçqat baha qiymətə satıb calayırdılar. Di gəl, rus
təyyarəçiləri, “uçan tabut” adlandırdığı bu aeroplanlarda daha
iti, daha uca uçan, daha möhkəm və çevik olan “yunkers”lərə
üstün gəlməyə nail olurdular.
Şıxlinskini “ağılsız” niyyətindən daşındırmağa çalışırdılar.
O isə qara gözləri parlaya-parlaya gülümsünürdü:
– Xeyr, cənablar, səhv edirsiniz. Təyyarələr yeni imkanlar açır:
havadan döyüş meydanının nəhəng bir mənzərəsini müşahidə
etmək olur. Mən şəxsən hücuma keçəcəyimiz üçün sahəni uçub
dolanacağam, – deyə general qətiyyətlə bildirdi.
Boreyko generalı yanlayıb onu da təyyarə səfərinə aparmağı-
nı xahiş etdi. Şıxlinski razı olmadı.
General Əli ağa Şıxlinski və silahdaşları
50
– Canım, mənim öz çəkim yeddi puddan on girvənkə az olar-
olmaz, siz də, maşallah, geriyə qalmazsınız. İkimizi birdən qal-
dırmaq hər təyyarənin xörəyi deyil, ya da benzini az götürəsi
olacaq, onda da sahəni dolanıb əməlli-başlı nəzərdən keçirə
bilməyəcəyik.
Qərara gəldilər ki, Boreyko general qayıdandan sonra uçsun,
Şıxlinskinin aldığı məlumatı tamamlayıb dəqiqləşdirsin.
Kəşfiyyat uçuşunu səhər tezdən aparmağı qət etdilər, günəş
şərq tərəfdən boylananda düşmən istehkamlarını daha yaxşı gö-
rüb seçmək olardı.
Hələlik Əli ağa Boreyko ilə topların bərbad halda olduğunu
öz gözüylə görmək üçün batareyaya yollandı.
– Bizim müttəfiqlərimiz az aşın duzu deyillər ha! Əlinə keçən
dəmir-dümürü üçqat qiymətə sırıdıqları bəs deyil, hələ naşükür
deyə qınayırlar da. Ali komandanın qərargahında da əcnəbilər
meydan sulayırlar. Bütün əməliyyat planları müttəfiqlərin ko-
mandanlığı ilə razılaşdırılır. Daha doğrusu, onlar bizə buyurur,
biz də əməl etməyə can atırıq.
Bizim hücumumuz fransızlar üçün Verdenin qurtuluşu oldu,
yoxsa almanların əlinə keçəcəkdi. İtalyan ordusunu Kaporetto
ətrafında darmadağın olunmaqdan xilas edən də bizlərik. Avs-
triyalılar çoxdan Venesiyada oturası, italyanlar isə oyundan
kənar qalasıydı. Bir sözlə, biz hamını qanımızın bahasına xilas
edirik, – Şıxlinski yana-yana danışırdı.
– Bütün bunlara bais ən əvvəl çar hökumətidir. Yapon
müharibəsindən sonra inqilabı boğmaq üçün nə qədər ağır borc-
lara düşdü. İndi o borcları əsgər qanımızla ödəyirik, – qanıqara
Boreyko gözünü generala dikmişdi.
– Paho, Boris Dmitriyeviç, deyəsən siz də azad fikirlilərdən-
siniz! – zarafatla dillənən Şıxlinski dostunu qıyqacı süzdü. Pod-
polkovnik sözün altında qalmadı:
– Port-Arturdan sonra hamımız azadfikirli olmuşuq, Əli ağa.
Siz özünüz də. Amma mən düşündüyümü deyirəm, sizsə, hələlik
susursunuz.
Şəmistan Nəzirli
51
General dostcasına tövsiyə verirmiş kimi, yaxud tabeliyində
olanı qınayırmış kimi dilləndi:
– Hələ ki, hər ikimiz dilimizi uzatmasaq yaxşıdır. Əli ağada
general təkəbbüründən əsər-əlamət yox idi... Şıxlinski hərbi aka-
demiyanı bitirməsə də, fitri zəkası, praktik fəhmi topçuluq
məsələlərində ona böyük nüfuz qazandırmışdı.
Şıxlinski hünərvərliyi dillərdə dastan olmuşdu. Odur ki, onun
top hədəflərini müəyyənləşdirmək üçün təyyarə ilə havaya qal-
xıb artilleriya kəşfiyyatı aparmaq arzusu Boreykonu heç də
təəccübləndirmədi.
Ertəsi günü, dan yeri ağaran kimi Şıxlinski və Boreyko hərbi
uçarlığa gəldilər. Qırıcı təyyarə sayılan, sürəti saatda üç yüz
kilometrə çatan “Nyupor”da uçmağı rəva bilmişdilər. Uçuşun
ən yüksək həddi dörd kilometrə yaxın idi. Silah-sursat propelle-
rin tuşundan atəş açan pulemyot, bir neçə bombadan ibarət idi.
Əli ağa pilotun arxasındakı kabinəyə özünü birtəhər pərçim etdi.
Aşağıları müşahidə etmək üçün təyyarənin yan tərəfindən boy-
lanmaq lazım gəlirdi. Alatoranlı sübh çağı idi. Ağaran duman
zolaqları torpağın əyrisini-düzünü gizlədirdi. Təyyarə çəpəki
dolaylarla yavaş-yavaş yüksəkliyə varırdı. Tezliklə o, durbinlə
də çətin sezilən xırda qara nöqtəyə döndü. Lazımi yüksəkliyə
qalxandan sonra pilot təyyarəni düşmən mövqeləri səmtinə
yönəltdi. Alman istehkamları üzərinə yetər-yetməz neçə-neçə
zenit topları onlara atəş yağdırdı. Təyyarənin yan-yörəsində tez-
tez mərmi partlayışları bulud-bulud ağardı. Boreyko durbinlə
təyyarəni diqqətlə izlədərək dilləndi:
– Ətrafında dəqiqə başı mərmi partlaya-partlaya yerüstü
hədəfləri ayırd eləmək çətindən çətindir.
Təyyarəni izləyən pilotlar o qədər də nigarançılıq keçirmirdilər.
– Zenit topundan təyyarəni vurmaq ehtimalı cüzidir. Daha
qorxulusu alman yunkerlərinin havada görünməsidir. Onlar
bizimkilərdən həm sürətli, həm çevikdir. Əlbəttə ki, asanlıqla
təyyarəmizi haqlayıb vura bilərlər.
General Əli ağa Şıxlinski və silahdaşları
52
Budur, üfüqdə güclə sezilən nöqtə peyda oldu. Təyyarəçilər
dərhal təşvişə düşdü.
– İki “Yunker” bizim “Nyupor”un yolunu kəsdirməyə cu-
mub. Tez qayıtmaq lazımdır!
Boreyko durbinlə Əli ağanın hələ də davam edən uçuşunu
izləyirdi. Təyyarə birdən-birə geriyə dönüb başıaşağı şütüməyə
başlasa da, düşmən onu haqlayırdı. Yerdəkilər ürəyi üzülə-üzülə
havada baş verənlərə baxırdı. Qəfildən yaxınlıqda dabanbasma
top gurultuları ucaldı, “Yunker”lərin ətrafında sıx-sıx mərmi
partlayışları tüstüləndi. “Yunker” enməkdən əl çəkib biryolluğa
bir neçə qəlpə saçan bomba yağdırdı. Bombalar yerə qonmağa
üz qoyan “Nyupor”un yaxınlığında partladı.
Uçuşdan sonra nəfəsini dərən Şıxlinski təyyarədən gördük-
lərini xəritədə qeyd etməyə başladı.
– Təyyarədən müşahidə aparmaq çətindir. Çox şeyi görə
bilmədim. Xülasə, almanların üç müdafiə xətti var. Biri çay boyu
uzanır, oradan altı cərgə tikanlı məftil çəkilmiş, bir verst aralı –
ikinci xətdir, dörd cərgə məftili var, yəqin bu xətt nisbətən zəifdir.
Onların da arxasınca, üç verst aralı, daha bir xətt də keçir, çox
möhkəmdir, on cərgə məftillə çəpərlənmiş, istehkam nöqtələri
də əsaslı-köklüdür. Belə bir tilsimi qırıb keçmək asan deyil. Ağır
toplarımız yalnız ön xətti, uzaqbaşı ikinci xətti dağıda bilər,
üçüncüyə isə mərmiləri çatmayacaq. Hərbi sursat da, əlbəttə, ol-
duqca çox sərf olunacaq. Hava kəşfiyyatının məlumatını yerüstü
kəşfiyyatla səhihləşdirib tamamlamaq lazımdır. Onu da deyim
ki, bu sahədə alman mövqelərinə doğru qoşun axışmaqdadır.
Cəbhə arxasında stansiyalar eşelonlarla doludur. Yəqin ki,
düşmən məhz bu sahədə zərbə vuracağımızı gözləyir.
...Boreyko alman batareyalarının mövqeyi barədə məlumatı
xeyli dəqiqləşdirməyə nail oldu...
– ...Bizdə min iki yüz iri çeşidli mərmi var. Olan-qalan hərbi
sursatımızdır. Özü də toplarımız yalnız yüz atıma tab gətirə
bilər. Deməli, toplarımız atəş açarkən dəvamət həddini haqlaya-
caqlar. Ən başlıcası isə odur ki, bunca bol mərmi işlətsək də al-
Şəmistan Nəzirli
53
manların güman ki, tək-tük atəş nöqtələri salamat qalacaq, hü-
cum edən hissələrimiz olmazınca tələfata uğrayacaqlar, – Borey-
ko xəbərdarlıq edirdi.
Şıxlinski:
– Bəs bu açıq-aydın həqiqəti generalların başlarına necə
yeridəsən? – dedi.
– Qvardiya dəstəsinin qərargahına gedək, necə olursa olsun
qərargah rəisi... Qraf İqnatyevlə görüşək. Olsun ki, o bizi başa
düşər, alayları hücuma atıb bada verməz.
Şıxlinski şübhə ilə:
– Heç yerdə qərargahdakı qədər hamı şan-şöhrətə can atıb
tələfatı vecinə almayan yoxdur, – dedi, – iyulun on beşində gene-
ral Bezobrazovun ad günüdür. Adətən onu çar özü təbrik edir.
Odur ki, əlahəzrətin təbrikini rəşadətli çar qvardiyasının zəfər
xəbəri ilə qeyd etməyə can atırlar, – Əli ağa acı-acı gülümsədi.
– Bu lap dəhşətdir! – Boreyko qəzəbləndi.
– Rasputinçilikdən betər! Eh, ürəyimə damıb ki, dul qalanla-
rın göz yaşları yerdə qalmayacaq!
* * *
...Ertədən Şıxlinski, Reyn və Boreyko Zuyevin müşayiəti ilə
Rojitse stansiyasının yaxınlığında, müdafiənin ön xəttindən on
beş kilometr aralı yerləşən qvardiya qərargahına yollandılar...
Boreyko təklifini bildirdi:
– Hücumu avqustun birinədək təxirə salmalı, azı iki min ağır
mərmi daşıyıb gətirməli, bu sahədə əlavə olaraq iki-üç güclü top
divizionu cəmləşdirməliyik.
Bezobrazov:
– Ali komandanlıq qərargahının razılığı olmadan bu iş müm-
kün deyil.
Şıxlinski yığıncaqda Ali qərargah nümayəndəsi olduğundan
ona Mogilyova, qərargah yerləşdiyi yerə dərhal yollanmaq,
məsələni orada təcili surətdə aydınlaşdırmaq həvalə edildi...
General Əli ağa Şıxlinski və silahdaşları
54
...Batareyada Varya yenicə Ali qərargahdan qayıdan Şıxlinski
ilə rastlaşdı. General qaşqabaqlı idi, dinib-danışmırdı. Hətta Var-
ya ilə dilucu soyuqca salamlaşdı. Zvonaryova – Şıxlinskinin da-
rıldığını duyub batareyada bir yeni xəbər eşitsin deyə topçuların
yanına getdi. Bloxinin qanı qara idi. O, yuxarıdakıların ucbatın-
dan, heç bir lüzum olmadan böyük qırğın verəcəyinə əmin idi.
– Nə olaydı, soldatlar durub dirənəydi ki, hücuma qalxmırıq,
vəssalam! Di gəl, orduda hələ də buyruğa baş əyirlər, illah ki,
qvardiya ola, – deyə o, ucadan düşünüb daşınırdı. – General Şıx-
linski də qayıtdı, qərargahın hökmünü xəbər verdi – nəyin baha-
sına olursa olsun, nemesin üstünə hücum etməliyik, hökmən də
iyulun on beşində, müqəddəs Vladimir günündə...
Sən demə, Qrişka Rasputin
1
özü həmin günü təyin eləyib-
miş... Onun da ki sözü qeybdəndir... Guya tanrıya dua oxuyub
yatanda yuxusunda Kiyev knyazı Vladimir həzrətlərini görüb-
müş... Odur ki, yuxunu peyğəmbərlik kimi, günü də tanrının
işarəsi kimi yozublar... Çar hökumətini kökündən baltalamaq
gərəkdir, onda belə işlər baş verməz...
1
Rasputin Qriqori Yefimoviç (1872-1916) – Tobolsk quberniyasında
kəndli idi, “Xlıstlar” sektasına başçılıq edirdi. Tobolsk yepiskopu Varnava
vasitəsilə saray əyanları sırasına daxil olmuş və “peyğəmbər loğman” kimi
çarın adamlarına qeyri-məhdud təsirə malik olmuşdu. Çarın arvadı Alek-
sandra Fyoderovnanın mistik əhvali-ruhiyyəsinə və onun vasitəsilə II
Nikolaya təsir göstərəcək dövlət işlərinin həllinə qarışırdı. “Rasputinçilik”
saray mühitinin və çar Rusiyanın bütün idarə orqanlarının kəskin böhran
vəziyyətinin parlaq ifadəsi idi. 1916-cı ilin dekabrında böyük knyaz Dmitri
Pavloviç Romanov, V.M.Purişkeviç və knyaz F.F.Yusupov tərəfindən
öldürülmüşdür.
Qriqori Rasputin qeyri-sağlam əməllərini uzaqdan-uzağa da olsa
müşahidə edən general Əli ağa Şıxlinski onu “Xatirələrim” əsərində (1984-
cü il, səh.170) yada salıb yazırdı: “1916-cı ilin dekabr ayında Petroqradda
Rasputin
öldürüldü. Bu hadisə bütün Rusiyanı hərəkətə gətirdi. Saray
dairələrində himayə edilən bu fırıldaqçı və yaramaz dövlət işlərinə o
dərəcədə nüfuz etməyə başlamışdı ki, hətta nazirləri təyin edirdi, işdən
götürürdü” – Ş.N.
Şəmistan Nəzirli
55
...Müşavirədə topçular hər batareyanın atəş hədəflərini
müəyyənləşdirdilər... Uzaqvuran topları cəbhənin ön xəttinə ya-
xınlaşdırmağı qət etdilər. Bu düşmənin arxa tərəfini atəşə tutma-
ğa imkan yaratsa da, batareyaların özlərini belə almanların ağır-
yüngül toplarının zərbəsi altında qoyacaqdı.
– Bizi hazırlayıcı top atəşini açar-açmaz vura bilərlər, topları-
mız isə nadir dəyərlidir, – deyə həmin batareyaların komandirləri
etiraz edirdilər.
General Şıxlinski istehza ilə:
– Onda nadir eksponatlarınızı muzeyə aparın, – dedi.
* * *
...Boreyko Mogilyov şəhərinə, general Əli ağa Şıxlinskinin
görüşünə yollandı. Onun dediklərini dinləyən general hiddətləndi:
– Bunların işindən baş açmaq olmur! Elə bil almanlarla yox,
öz rus soldatlarımızla vuruşuruq, yaxşıların yaxşısını tutub
dama basırlar! Tam Georgi kavaleri Bloxinı! Əzazilliyə bax! Bəs...
döyüşən-vuruşan kim olacaq? Bəlkə cənab jandarm polkovniki-
nin özü? Onda elə indidən məğlubiyyətə qol çəkmək olar!..
Otaqda əsəbi halda var-gəl edən general Boreykoya söylədi
ki, əsgər Lepenyovun ölüm xəbəri uydurmadır, o, sağdır, Jitomir
həbsxanasında ağzıbirdə saxlanılır.
– Bütün bunlar jandarm fitnə-fəsadıdır, – general əlinin
hərəkətlərilə sanki sözlərinə qüvvət verirdi. – Rəsmən soldatın
həlak olduğunu bəyan elədilər, indi də hər dəqiqə onunla haqq-
hesabı çürüdə bilərlər. Öz özlərinin əl-qolunu açmışlar!
– Kimdən eşitmisiniz? – Boreyko həm təəccüblənir, həm də
sevinirdi.
– Qərargahın baş prokurorundan. O, özü Berdiçevdə olmuş,
Lepenyovu gözüylə görmüşdür... Yeri gəlmişkən, o fırıldaqçı Xa-
tovla bağlı əhvalatı sizə çoxdan danışmaq istəyirdim. Bilirsiniz-
mi, axır ki, onun izinə düşdüm. Daha doğrusu, onunla qaladan
qaçan dəftərxana məmurunu axtarıb tapdılar. Nə olsa yaxşıdı –
hər şeyi boynuna aldı. Siz haqlı çıxdınız: onlar qaladan nəhəng
General Əli ağa Şıxlinski və silahdaşları
56
məbləğ aparıbmış, əlbəttə, xəzinəyə təhvil vermək niyyətilə yox.
Amma son anda Xatov nədənsə bütün pulları çırpışdırmaqdan
çəkinib. Bic vələddüzna! Fikirləşib ki, yarısını təhvil verib yarısı-
nı da mənimsəmək daha yaxşı olar. Oğurluqda günahlandır-
mazlar, bəlkə hələ “hünərinə” görə bir orden də verərlər. Hesa-
bını düz tutubmuş. O düşündüyü kimi oldu. İstədim açım sandı-
ğı, töküm pambığı. Qoydular ki! Küy qaldırdılar: “Nə danışırsı-
nız! Zabiti rüsvay eləmək istəyirsinizmi?” Ört-basdır elədilər...
...Əli ağa Şıxlinskini dilə tutub Brusilovun qəbuluna getməyə
vadar edən Boreyko yol boyu generala Bloxinin günahsız oldu-
ğundan, düzlüyündən, həm Port-Arturda, həm indiki mühari-
bədə göstərdiyi hünərdən vəcdlə danışdı.
Brusilovun qəbulunda bir qədər gözləməli oldular. Yavər
hansı məsələ üçün gəldiklərini soruşanda Şıxlinski sərt tərzlə
Brusilova gəlişlərini çatdırmağı əmr etdi. Adyutant içəriyə keçdi,
tezliklə Şıxlinski ilə Boreyko Brusilovun kabinetinə daxil oldu-
lar. Əli ağa mətləbi qısaca söylədi.
– Demək, bizim qanunpərəstlər yenə hoqqa çıxarıblar. – Alek-
sey Brusilov prokuroru və hərbi məhkəmə sədrini yanına çağır-
mağı əmr etdi.
Məhkəmə sədri başladı ittihamnaməni çözələməyə.
– Kəsə söyləyin, – general Brusilov hərbi hakimi tələsdirdi,
sonra: – Demək, siz dörd Georgi xaçı olan, cəbhəçi zabitin dar
ağacından asılmasına fərman vermisiniz? Mən sizi düzmü başa
düşmüşəm?
– Məhkəmənin hökmü belədir, – hakim təsdiq etdi.
– Siz, prokuror, bu hökmə etiraz etmədinizmi?
– Xeyr! – deyə prokuror-polkovnik kəkələdi.
– Onda etirazı mən özüm edərəm! Hökmü təsdiqləmirəm.
İşin əməlli-başlı araşdırılmasını lazım bilirəm. Cənablar, özünüz
düşünün görün, adamın müqəssirliyini bircə həftəyə
yəqinləşdirib ölümə məhkum etmək olarmı? Siz hətta onun ko-
mandirini dinləməyi rəva bilməmisiniz. O isə Bloxinə parlaq
Şəmistan Nəzirli
57
xasiyyətnamə verir. Polkovnikə deyin ki, onu vəzifədən azad
edirəm. Belə getsə o mənim ən yaxşı əsgərlərimi, zabitlərimi bir-
bir asdırar! Mən sizi daha yubatmıram, cənablar!
Əli ağa Şıxlinski:
– Zati-aliləri, icazə verin, biz də gedək, – dedi.
– Xeyr, Əli ağa, sizi də, polkovnik Boreykonu da elə-belə bu-
raxan deyiləm. Buyurun, qəlyanaltı edək.
* * *
...Üç gün sonra Petroqrada Boreyko və həbsdən azad edilən
Zuyev gəlib çıxdılar. Mogilyovdan, Ali komandanın qərar-
gahından Əli ağa Şıxlinski də onlarla idi. Çiyinlərində tam
1
artil-
leriya generalı poqonları parlayırdı. Əli ağa 10-cu ordunun ko-
mandanı vəzifəsinə təyin olunduğunu söylədi...
Əli ağa Şıxlinskinin xatirələrindən:
1914-1918-ci illər müharibəsi dövründə mən birinci dərəcəli
Stanislav ordeni, qılıncla birinci dərəcəli Anna ordeni, qılıncla
ikinci dərəcəli Vladimir ordeni (bu, gənc bir general üçün çox
yüksək bir mükafat idi) təltif edilib, general-leytenant rütbəsini
aldım.
Mənim üçün xidmət xoşbəxtliklə keçmişdir. Yaponiya müha-
ribəsindən başlamış, ordudan getdiyim künə qədər mən heç bir
müvəffəqiyyətsizliyə uğramadım. Mən rusların “ gözəl doğulma,
xoşbəxt doğul” qədim atalar sözünü dəfələrlə özümdə sınamı-
1
İnqilabdan əvvəl çar ordusunda cəmi dörd general rütbəsi olub. Ar-
dı cıllıq belə idi: general-mayor, general-leytenant, general və general-
feldmarşal. Zabit heyətində generalları tam general adlandırırdılar (indiki
general-polkovnik rütbəsinə bərabərdir). Fərəhləndirici haldır ki, inqilab-
dan əvvəl xalqımızın üç oğlu tam general kimi yüksək rütbəyə layiq
görülüblər. Onlar Hüseyn xan Naxçıvanski, Əliağa Şıxlinski və Səməd bəy
Mehmandarovdur. Hərbi hissələrin növünə görə isə generalları infanteri-
yadan, artilleriyadan, kavaleriyadan kimi sözlər əlavə etməklə ayırırdılar – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
58
şam. Doğrudan da həm xidmət sahəsində, həm də şəxsi həyatımda
xoşbəxtlik məndən heç bir vaxt uzaq olmamışdır. Mən heç bir
vaxt mənsəb ardınca düşməmişəm, mənsəb özü mənim ardınca
gəlmişdir. Hətta, demək olar ki, mənsəb özü mənə doğru yüyür-
müşdür. Bunu isbat etmək üçün belə bir misal göstərə bilərəm.
Mən Ali baş komandan yanında tapşırıq generalı olduğum
zaman Saray naziri qraf Frederiks mənə göndərdiyi rəsmi bir ka-
ğızda yazmışdı ki, əlahəzrət yanında xidmət edən bir şəxs oldu-
ğum üçün məiyyət generalları ilə bərabər mən də, əlahəzrətə ra-
port vermək və ya poçta və teleqrafla məlumat vermək hüququna
malikəm. Lakin bu böyük hüquqdan bir dəfə də olsun istifadə
etməmişdim, çünki bütün binagüzarlıqları qərargah rəisi edir və
padşaha yalnız cəbhədə olan işlərdən və öz binagüzarlıqları
barəsində məlumat verirdi; şəxsən verəcəyim raport və məlumat
ümumi işə heç bir xeyir vermədən, yalnız şəxsən mənim irəli
çəkilməyimə səbəb ola bilərdi. Buna görə də qəsdən və qəti
surətdə padşaha raport verməkdən boyun qaçırırdım.
Saray nazirinin mənə göndərmiş olduğu həmin kağızı dörd
qat büküb gizlətmişdim. 1916-cı ildə oktyabr ayında cəbhədə ol-
duğum zaman mən bu kağızı qəza rəisi olan qardaşım oğluna
verdim. Bilirdim ki, o bununla fəxr edəcək. O mənim padşaha
tez-tezmi raport verdiyimi soruşdu.
– Heç bir dəfə də raport verməmişəm, – deyə cavab verərək
səbəbini izah etdim.
O, təəssüf etdi. Bununla belə o, həmin kağızı saxlayıb öz dost-
larına göstərir və əmisinin bu qədər etibarlı bir adam olması ilə
öyünərək deyirdi:
– Bütün ləyaqətlərinə baxmayaraq, mənim əmim çox qəribə
adamdır. Təsəvvür edin ki, o bu hüquqdan bircə dəfə də olsun
istifadə etməmişdir.
Bir misal da göstərəcəm. Qərargahın növbətçi generalı gene-
ral Kondzerovski və onun sağ əli olan polkovnik Balaşov yaman
qanun güdən idilər və rütbəvermə qaydalarına çox ciddi əməl
edirdilər. İvan Balaşov mənim fəaliyyətimi çox faydalı görüb
Şəmistan Nəzirli
59
məni təşviq etmək üçün təklif etmişdi ki, məni padşahın məiy-
yətinə daxil etsinlər.
Bu təklifdən xəbər tutan kimi xahiş etdim ki, məni bu fəxri
işdən azad etsin, çünki məndən məiyyət generalı olmaz, mən
müharibə meydanında iş görən sadə bir adamam, sarayda işim
yoxdur.
Mən Balaşova dedim:
– İvan Stepanoviç, mənə olan diqqətinizə qarşı təşəkkür
edirəm, ancaq öz planınızı həyata keçirməyin.
Mənim heç bir vaxt mənsəb dalınca düşmədiyimi, ən başlıca-
sı, irəli getmək üçün heç kəsin ayağından çəkmədiyimi və heç bir
intriqaya girmədiyimi anlamaq üçün bu iki misal kifayətdir.
Buna görə də mən öz keçmişimə təmiz bir vicdanla və müa sir-
lərimin üzünə tam cəsarətlə baxıram.
Dostları ilə paylaş: |