2.3.9.Osmanlı imperiyası dövründə türk mədəniyyəti
Yaxın Şərq mədəniyyətinin, həmçinin dünya mədəniyyətinin inkişafında türk mədəniyətinin xüsusi rolu
və əhəmiyyəti mövcuddur. Türk mədəniyyəti və incəsənəti çox qədim tarixə malikdir. Keçmiş Osmanlı
imperiyası ərazisində çoxlu arxitektura abidələri, bədii sənət, rəssamlıq, miniatür sənət nümunələri təkcə
Türkiyədə deyil, həmçinin onun sərhədlərindən çox-çox uzaqlarda da məşhurdur.
İlk Osmanlılar XIII əsrdə Ankaranın cənub-qərbində Qaracadağ bölgəsində yerləşirdilər. Onun ilk başçısı
Ər Toğrul bəy olmuşdur. 1281-ci ildə Ər Toğrul bəyin ölümündən sonra Osmanlı dövlətinin başına onun oğlu
Osman bəy keçdi. Osman bəy 1299-cu ildə Osmanlı bəyliyini qurdu və onun istiqlalını elan etdi. 1326-cı ildə
Osmanlının paytaxtı Bizans dövlətindən alınmış Bursaya köçürüldü. Rumel və Ədirnə alınandan sonra paytaxt
bu şəhərlərə köçürülmüş, İstanbulun fəthindən sonra isə İstanbula keçirilmişdir. Dövləti divan idarə edirdi. İlk
Osmanlı ordusu boy ordusu idi. Fateh zamanında Osmanlı ordusu dövrünün ən müntəzəm ordusu idi. Osmanlı
dövlətində məktəblərdə hərbi təlimə xüsusi diqqət verilirdi. Hətta uşaqlar alınıb xüsusi qarnizon və
mədrəsələrdə islam və türkçülüklə yanaşı savaş fənni də öyrədilirdi. Belə təhsil müəssisələrində oxuyan
yeniyetmə və gənclərdən yeniçəri ordusu təşkil edilirdi. II Sultan Məhəmməd Fateh dövründə hərbi dəniz
donanması dünyanın ən güclü donanmasına çevrildi. Fateh dövründə memarlıq, rəssamlıq da yüksək şəkildə
inkişaf etmişdir. İstanbulda, Fateh məhəlləsində, böyük mədrəsə, məscid və kitabxana tikilmişdir. Bu
mədrəsələrdə həm dini, həm də dünyəvi elmlər öyrədilirdi. "Fateh" qanunnaməsi osmanlıların ilk qanunnaməsi
idi. Fateh şair idi, ərəb və fars dillərini əla bilirmiş. Onun hakimiyyəti dövründə İstanbul, Anadolu, Rumelidə
çoxlu mədrəsə, saray, məscid, karvan saraylar, hamamlar və s. tikilmiş, yollar və körpülər salınmışdır. Osmanlı
memarlığı Səlcuq və Bizans memarlığının təsiri altında inkişaf etdi. Belə tip memarlıq əsərləri tarixə Osmanlı
Türk memarlığı adı altında daxil oldu.
XIV əsrdə İzmir, Bursa, Ədirnə və digər şəhərlərdə böyük məscidlər, mədrəsələr, saraylar, xəstəxanalar
və s. tikildi. XV əsrdə memarlığın inkişafı daha yüksək vüsət aldı. Bu əsrdə Bursada Ulu Came, Yaşıl came,
Yaşıl türbə kimi möhtəşəm sənət əsərləri yaradıldı. Camelərə həm ibadətə həm də müxtəlif mərasimlərin
keçirilməsində toplaşırdılar. Fateh dövründə əsası qoyulmuş türk memarlığı inkişaf edərək XVI əsrdə ən kamil
səviyyəyə çatmışdır. Osmanlı dövlətində xəttatlıq, çiniçilik, təzhibuk, oyma və nəqqaşlıq, sədəf düzmə də
yüksək şəkildə inkişaf etmişdir. Fateh dövründə isə rəssamlıq daha da inkişaf etdi. Fateh İtaliyadan məşhur
rəssam (nəqqaş) Bellinini gətirib ona həm öz rəsmini, həm də İstanbulun mənzərələrini çəkdirdi. Osmanlı
dövlətində təlim və tərbiyə islam dininə arxalanırdı. Təlim əsasən mədrəsələrdə aparılırdı. Mədrəsələr məscidlər
yanında tikilirdi. Burada təlim iki hissəyə ayrılırdı. Birinci hissədə din: Quran, Kəlam, təsvir, hədis, fiqh, fəlsəfə
və məntiq öyrədilirdi. İkinci hissədə nücum, hesab və tibb öyrədilirdi. Birinci tip təhsil sistemində imam
(pişnəmaz), xətib, qazıyeəsgər, müfti, müdərris, II tip təhsil sistemində isə mühəndis, həkim, memar
hazırlanırdı. Bu məktəblərdən başqa dövlət məmurları hazırlayan xüsusi məktəblər də mövcud idi.
222
Anadoluda Səlcuqlar dövründə (Osmanlı yaranmamışdan əvvəl) rəsmi dil fars dili idi. 1277-ci ildən isə
türk dili rəsmi dövlət dili elan edildi. Bu dövrdən başlayaraq dövlət sənədlərindən tutmuş hər şey türk dilində
yazılmağa, oxunmağa başlandı. İlk Osmanlı dövründə Gülşəhri, Aşıq Paşa, Şeyxoğlu, Əhmədli, Şeyxi, Yunus
Əmrə kimi şair və yazıçılar ədəbi fəaliyyət göstərmişlər. Süleyman Çələbi "Mövludi Nəbi"nin müəllifi kimi
şöhrət tapmışdır. Fasiləsiz müharibələrdən sonra Serbiya və Bolqarıstan ərazisi də tutuldu. XV əsrdə Konstanti-
nopol yunanlardan alında. XV-XVI əsrlərdə türklər Kremı, Albaniyanı, Suriya və Misiri də özünə tabe etdi.
Artıq kiçik bir bəylik çoxmillətli bir imperiyaya çevrilmişdir. Osmanlı imperiyasının belə sürətli qələbəsi
səbəblərindən biri də onun inkişaf etmiş, hərbi sistemə malik olması ilə yanaşı zəbt olunmuş torpaqları hərbçilər
arasında bölüşdürülməsi idi. Bu yolla ordunun möhkəm təşkili təmin edilirdi. Ordunun əsasını ağır silahlanmış
kavaleriya təşkil edirdi. XIV əsrin ikinci yarısından başlayaraq yeni-çərlər korpusu yaradılmağa başladı. Bu ye-
ni-çərlər korpusları əsirlərdən, sonralar isə islamı qəbul etmiş xristian gənclərdən təşkil edilirdi.
İmperiyanın siyasi birliyi həmçinin onun iqtisadi və mədəni həyatını da normaya salmağa, getdikcə daxili
və xarici ticarət dirçəlməyə və inkişaf etməyə başladı. Osmanlı imperiyası Şərqlə Qərbin ticarət əlaqələrinin
yaranmasında fəal iştirak edirdi. Sənətkarlığın yeni növləri meydana çıxmağa başladı.
XV Osmanlı sarayında ərəb və fars ədəbiyyatı, dili geniş yayılmışdı. Hətta II sultan Mehmet yunan dilini
bilirdi. Türkiyəyə yaxın şərqin görkəmli alimləri, şairləri və digər görkəmli şəxsiyyətləri toplaşırdı. Bunlar
içərisində Əli Quşçu xüsusi yer tuturdu. Əli Quşçu məşhur Orta Asiya astronomu Ulubəyin şagirdi olmuş, öz
ideyalarına görə Səmərqənddən qaçaraq İstanbulda sığınacaq tapmışdır. O, İstanbulda astronomlar məktəbi
yaratmışdı. Onun üçün İstanbul yaxınlığında rəsədxana tikilmiş, əsərləri türk dilinə tərcümə edilmişdir. Bu
dövrdə Türkiyədə təbabət və coğrafiyaya diqqət xüsusilə artmağa başlayır. II Sultan Mehmetin tələbi ilə Ptolo-
meyin coğrafiyası iki dəfə, məşhur alim Qəzvim Əbu-əl-Fid, Təbəri və başqalarının əsərləri də türk dilinə
tərcümə edilmişdir. XV əsrdə yeni poetik ədəbiyyat yaranmağa başladı. Əhməd paşa, Nədcavi, Həmdi Çələbi bu
yeni ədəbi cərəyanların məşhur nümayəndələri idi.
O dövrün mədəni inkişafında incəsənətn inkişafı da xüsusi yer tuturdu. Arxitektura həmin dövrdə daha
yüksək şəkildə inkişaf etmişdir. Gənc dövlət çətin şəraitdə hərbi əhəmiyyətli qalalar, divarlar çəkmək
məcburiyyətində qalmışdı. İndiki dövrə qədər Bayzit qalaları üzərində yarımçıq qalmış İshaq paşa qalası Qara-
man limanındakı divar və qalalar bunlara misal ola bilər. XIV əsrin axırlarında Konstantinopolu (indiki
İstanbul) zəbt etmiş türklər Bosfor ətrafında qoruyucu Anadolu-Hissar çəkdilər. Bu qala divarları qalın divar və
qüllələrlə, keçidlərlə, pillələrlə bərkidilmişdir. Yarım əsr keçmiş Boğaz-kəsən qalası tikildi. Bu qala Konstanti-
nopolun Avropaya çıxan tərəfində böyük dairəvi bir ərazini əhatə edir.
XIV-XV əsrlərin birinci yarısından başlayaraq Osmanlı imperiyasında tikinti mədəniyyəti yüksək şəkildə
inkişaf etməyə başladı. Tikintidə Türkiyənin milli sənət inciləri, milli sənət xüsusiyyətləri də öz əksini tapmışdır.
Burada daş və ağac üzərindən oymalar, keramika və dulusçuluqdan istifadə xüsusiyyəti yer tutur.
Tikintidə səlcuq ənənələrinin özünəməxsus xüsusiyyətlərilə yanaşı Bizans mədəniyətindən nümunələr də
görünürdü. Bura divarlar üzərində rəsm, antik relyeflər, hətta fiqurlardan, heykəllərdən istifadə də daxildir.
Bizim dövrə Osmanlı imperiyası dövrü tikililərindən az gəlib çatmışdır.
Məişət tikililərindən fərqli olaraq dini ibadət yerləri – məscid, mədrəsə, təkkə (dərviş monastırları), türbələr
öz təyinatına görə uzunömürlülük zərurətindən çıxış edərək daha yaxşı saxlanılmışdır. Dövrün spesifik üslub
əlamətləri özünü əyani şəkildə təzahür etdirirdi. Məscidlər yaxın şərq tipinə uyğun olaraq mərkəzi gümbəzli kva-
drat şəklində inşa edilirdi. Mərkəzə istiqamətləndirilmiş zalın divarlarında oyuqdan mehrab, ondan bir qədər aralı
xüsusi pilləkan ilə qalxmağa imkan verən minbər nəzərdə tutulurdu ki, bu da Qurani-Kərimin və duaların
oxunmasına xidmət edirdi. Məscidin xaricində bir və ya iki minarənin inşası da başlıca yer tuturdu. Bu tikilinin
başlıca məqsədi isə, azançının müsəlmanları namaza, duaya çağırışı idi. İlk osmanlı məscidlərinin ümumi
xarakteristikası məhz belədir. Bu tipdən olan məscidlərin bir çoxunu qeyd edə bilərik: Hacı Ezbəy və Yeşil Cami
(1333-1334 və 1378-ci illər), Orxan, I Murad və Ulu Camisi (Bursa, 1339, 1363 və 1399-cu illər), Əsgi Cami
(Ədirnə, 1403-1414-cü illər) və s. Bu tikililər səlcuq abidələri ilə müqayisə edərkən kompozisiya həllində, kon-
struktiv detallarda ümumi oxşarlıq tapmaq olar ki, bu da təsir mənbəyinin müəyyən olunmasında başlıca şərtdir.
Dini memarlığın digər növünü kvadrat və ya düzbucaqlı açıq həyətlərin kiçik gümbəzlərlə bağlanan bir və
ya ikimərtəbəli qalereyaları olan mədrəsələr təşkil edirdi. Çox vaxt onlar məscidlərlə vahid kompleksdə tikilirdi.
Qalereyaların daxili ümumi eyvana çıxan kiçik otaqlar – hücrələrdən ibarət olurdu ki, burada da softalar, yəni
mədrəsə şagirdləri yaşayırdı. Divarlardakı dərin tacvari oyuqlar isə, auditoriya funksiyasını yerinə yetirirdi. İlk
belə mədrəsələrdən biri XIV əsrin I yarıısna aid olan Süleyman-paşa mədrəsəsidir (İznik).
Dini memarlığın digər mühüm bir növünü orta əsrlərdə bütün Yaxın Şərqdə rənkgarəng variantlarda
tikilən türbə-mavzoleylər təşkil edirdi. Bu cür tikililər sultan, tanınmış əsilzadə və ruhanilərin şərəfinə inşa edi-
lirdi. Səlcuq memarlığında bunlar konusvari damlardan ibarət ikitərəfli qüllə formasında idi. Dövrümüzə qədər
gəlib çatmış abidələrdən belə bir nəticə əldə etmək olar ki, ilk osmanlı inşaatçıları sərdabə, qəbirləri tikilən ən
sadə memarlıq həllinə – kiçik kvadrat həllinə istinad etmişlər. Memarlığın ilk nümunələri olan bu tikililər
sənətin bu növünün ən erkən çağlarını, onun formalaşma dövrünü sübut edir.
223
Osmanlı dövləti gücləndikcə tikinti-inşaatçılıqda da yeni-yeni təzahürlərlə səciyyələndirməyə başlayırdı.
Memarlar artıq köhnə norma və qaydalardan yan keçərək daha müstəqil və yaradıcı meyllərə üz tutmağa
başlayırdılar. Bunun ən bariz nümunəsini Bursadakı məşhur Yeşil Cami (1415-1424) hesab etmək olar. Əvvəlki
kvadrat forması əvəzinə memar düzbucaqlı formaya üstünlük vermiş və bundan başqa bir mərkəzi zal əvəzinə,
o, bir gümbəzlə əhatələnmiş iki zalı layihələndirmişdi. Ayrı-ayrı tikili hissələrinin ölçülərindəki dəyişiklik də
hissediləcək səviyyədə idi. Yığcam həcmlik tikiliyə zəriflik bəxş edirdi. Caminin tənə üzərində tikilməsi onun
monumentallığını və bütövlüyünü daha da nəzərə çarpdırır. Yeşil Caminin interyerində də dəyişiklik həmin dövr
üçün yeni idi. Enli və alçaq gümbəzlərdəki deşiklər və kiçicik pəncərələr həyətin mərkəzindəki hovuz və
fəvvarələrin görüntüsünə əlverişli şərait yaradır. Divarların yaşıl rəngdə işlənmiş lövhələrlə bəzəndiyinə görə
ona elə "Yeşil Cami" adı verilmişdir. Özünəməxsus prizmatik bəzəklər olan "stalaktitlər" nəbati ornamentlərlə
bəzənmiş divarların tac formasına keçidini asanlaşdırır.
Taxtadan yonulmuş qapılar, mərmər sütunlar, pəncərə vitrajları çox böyük ustalıqla tamamlandığına görə
bu, abidənin bədii dəyərini gücləndirir. Yeşil Cami təkcə bir memarın deyil, digər sənət sahiblərinin – rəssam və
peşə ustalarının birgə əməyinin nəticəsidir. Bunu abidənin sənətkarlarındadır həkk olunmuş iç divarları sübut
edir. 1448-ci ildə Ədirnədəki Yuç-Şərəfli adlı məscidində isə, memar Kəmaləddin Yeşil-Camidən fərqli olaraq
köhnə üsluba üstünlük vermişsə də, öz memarlıq əsərində, əvvəlkilərə qətiyyən bənzəməyən dörd gözəl
minarənin ucaldılmasına nail olmuşdur. Bu minarələr əsil sənət əsərləri idi. Minarələrin digər bədii üstünlüyü
onların hər birinin özünəməxsus ornamentlərlə bəzədilməsi idi. Bu məsciddəki digər memarlıq yeniliyi
gümbəzin əvvəlkilərdən fərqli olaraq həcmcə artırılması idi.
Türk incəsənətinin gələcək inkişafına imkan yaradan başlıca amillərdən birini Bizans bədii
mədəniyyətinin mərkəzi olan Konstantinopolun əldə olunması hadisəsi oldu. Şəhər 1453-cü il mayın 29-da II
Mehmetin qoşunu ilə fəth edildi. Üçgünlük ağır döyüşlər şəhərin dağıdılamsı ilə nəticələndi. Qaliblərin
marağına uyğun olaraq şəhərin digər qiymətli, dəyərli amilləri – abidələrin dağıdılmasına qəti son qoyulamsı
haqqında əmr verildi. Tez bir zamanda Osmanlı dövlətinin mərkəzi İstanbul adını daşıdı. Şəhər tezliklə dövlətin
ən görkəmli və əzəmətli mərkəzinə çevrildi. Dağıdılmış binaların bərpasından əlavə, 15 kilometrdən artıq
uzadılmış qala divarlarının möhkəmləndirilməsinə diqqət yetirildi. Bir çox Konstantinopol məbəd və kilsələri
Qəhriyyə, Fəxriyyə, Zeyrək adlı məscidlərə çevrildi.
Mərkəzi şəhərin gələcək inkişafı tikintinin, inşaatın genişlənməsini tələb edirdi. Ona görə də elə ilk
çağlardan başlayaraq İstanbulda yeni tikililər meydana gəldi; Feodosiya forumu meydanında Əski-Saray adlı
sultan sarayı (1457), Eyyubə məscid və mavzoleyi (1458) belələrindəndir.
1466-cı ildə Konstantinopol akropolu meydanında düz XIX əsrə qədər rəsmi iqamətgah kimi fəaliyyət
göstərən Top-Qapı Saray kompleksinin tikintisinə başlanılır. Sarayın ilkin tikililərindən biri məşhur Çinili-Köşk
adlı (1466-1470) sarayıdır. Memar Kəmaləddin saray tikilisini fasadların birinin üzərinə istiqamətləndirərək
qaldırılmış qalereyadan ibarət kvadrat forması şəklində layihələşdirərək tikmişdir.
Bir qədər sonra paytaxt 286 kiçik və 32 iri dükandan ibarət Sultan bazarı, 116 dükan, hamam və karvansa-
radan ibarət liman bazarları tikilməyə başlayır.
Artıq İstanbul şəhəri paytaxt olmaqla yanaşı, həm də öz tarixi abidələri ilə "gözəlliklər, incəsənət
mərkəzi"nə çevrilir. Belə bir gözəlliyin ən böyük nümunəsi isə, dünya şöhrətli müqəddəs Sofiya məbədidir.
Hələ Konstantinopol çağlarından mövcud olan tikili də şəhər alınarkən dağıntı və talana məruz qalmışdır. İlk
dəfə Mehmet atı ilə Mehraba gələrək müsəlman ibadətini-duasını icra etmişdi. Sultan abidəyə müraciətlə "Aya,
Sofiya" deməklə artıq öz köhnə adının yeni formasının əsasını qoymuş oldu. Bu gün həmin abidəni daha
möhtəşəm edən elə həmin illərdə ona edilən yeni memarlıq əlavələri oldu; belə ki, məbədin dörd küncünə
hündür əzəmətli minarələr tikilərək mozayka naxışlandı, gümbəzdəki xaçın isə islam rəmzi olan aypara ilə əvəz
olundu. Öz möhtəşəmliyi ilə "Aya, Sofiya" abidəsi sonrakı nəsil memarlığına da güclü təsir göstərmişdir
Memarlıqdan başqa Osmanlı Türkiyəsinin tanınmış sənət sahələrindən birini də tətbiqi sənət tuturdu. Bu
sənətin nümunələri hələ erkən çağlardan az da olsa tanınmağa başlayır. Keramika daha çox üstünlük təşkil edir-
di. Bu sənətin inkişafından Bursadakı Yaşıl mavzoley, Ədirnədəki II Murad məscidindəki keramikadan istifadə
olunan naxış və bəzəklər də xəbər verir. Keramikadan bəzək məqsədilə istifadə texnikası özünəməxsus səciyyə
kəsb edirdi. Məsələn, Yaşıl Məscidin dekorativ bəzəkləri zəifliyi ilə göz oxşayır, keramik üzlüklü lövhələr bu
abidəyə xüsusi bədii görkəm bəxş edir. Eyni sözləri Yaşıl mavzoley haqqında da söyləmək olar: tikilinin mehrab
və sarkofaq hissələri böyük ustalıqla düşünülərək həyata keçirilmişdir. Mehrabın mərkəzi hissəsini göy fonda
qönçə və yarpaqlar, ağ-mavi çiçəklərin qıvrım halda böyük güldandan sallanmış formada tərtibatından ibarət
şəbəkəli tağ təşkil edir. Bu kompozisiyanı tağın yuxarı hissəsindən zəncirlərdən asılmış böyük lampa, nazik sarı
şamlardan ibarət qəndil tamamlayır. Bütün bunlar rənglərin simfoniyasını yaratmaqla yanaşı, həm də onu yara-
dan sənətkarın incə duyğu və zövqündən xəbər verir. Eyni gözəllikləri həmin dövrə aid olan digər abidələrdə də
görmək olar.
Dekorativ-tətbiqi sənətin digər geniş vüsət tapmış növlərindən birini də toxuculuq və xalçaçılıq təşkil
edirdi. Hələ XIV əsrin 30-cu illərində Kiçik Asiyaya səyahətə çıxan tanınmış ərəb səyyahı İbn-Battut Aksarayın
xalçalarından böyük zövq alaraq şöhrəti haqqında bütün Şərqə çatdırmışdır. Tədqiqatçılar güman edirlər ki,
224
yüksək keyfiyyətli xalçalar təkcə bu şəhərdə deyil, həm də Konya və Sivasda da hazırlanırdı. Bu sənət sahəsində
artıq XV əsrdən başlayaraq istehsal texnikasına yeni-yeni cəhətlər əlavə olunur: ornamentlərin işlənilməsində
təzə motivlər əlavə olunur, əsasən canlı varlıq və fantastik heyvanların təsvirinə yer verilir. Berlindəki Dövlət
muzeyində qorunaraq mühafizə edilən bu dövrün xalçasında əjdaha və simurqun döyüş səhnəsi təsvir olunur.
Xalçaların hazırlanamısnda əsas xammal kimi qoyun və keçi yunundan hazırlanmış saplardan istifadə olunur və
rənglərdən sarı, qırmızı və göyə üstünlük verilirdi. Bitkilərdən hazırlanmış rənglərin parlaq koloriti bu gün də
insanı heyran qoyur.
Toxuculuq da xalça sənəti kimi, hələ səlcuqların hakimiyyəti çağlarından inkişaf etmişdir. Məlumat var
ki, XIII əsrdə Ladik (yunanca Laodikeya) ipək və məxmər parçaları qızıl saplarla toxuyurdular. Osmanlı
sənətkarları köhnə ənənələrə sadiq qalaraq öz bədii nümunələrini bu səpkidə həyata keçirirdilər. Bu barədə
maddi abidələri olmasa da, yazılı mənbələr dediklərimizi təsdiqləyir.
XV əsrdə Bursa parça istehsalı Osmanlı Türkiyəsinin aparıcı mərkəzlərindən biri idi. "Bursalı" adı altında
toxunmuş məxmər, ipək parçalar haqqında məlumatlar yazılı salnamələrdə qalmaqdadır.
XIV-XV əsrin tətbiqi incəsənəti haqqında danışarkən metal, ağac, sümüyün bədii işlənməsi, daşın
yonulması, dəri üzərində iş barədə danışmamaq biliklərimizi natamam edərdi. Metaldan bədii nümunə
məqsədilə istifadə də hələ səlcuqların dövründən həyata keçirilmişdir. Yuxarıda haqqında söhbət açdığımız ərəb
səyyahı İbn Battut qeyd edirdi ki, Ərzincanda mövcud olan tunc yataqlarından çıxarılan xammaldan güldan və
şamdanlar hazırlanırdı. Dərviş monastırlarının birindəki tunc lampa ilə özü şəxsən rastlaşmışdı. Dövrümüzə
qədər gəlib çatan metal nümunələrindən ən tanınmışı məscid üçün hazırlanmış apsurlu gümüş lampadır. Konya
şəhərindən olan sənətkar Əli ibn Məhəmməd Nəsib öz imzasını və qeyd tarixini bu əsərin üzərinə həkk etmişdir:
699 (1299-1300).
Metaldan hazırlanmış bir çox sənət nümunələri bu gün dünya muzeylərində böyük maraqla tamaşaçı
kütləsinin marağına səbəb olur. Parisin Luvr muzeyində XIV əsrin I yarısına aid olan nəbati naxışlarla
bəzədilmiş tunc güldanda sultan Orxanın adı həkk olunmuşdur.
Bir əsr sonra isə, həmin sultandan başqa digər bir sənət nümunəsi – dairəvi tunc fincan yaradılır. Fincanın
gözəlliyi onun gümüş və qızıl inkrustasiyasından ibarət olmasıdır. Hazırda bu dəyərli abidə Peterburqun Ermitaj
muzeyində mühafizə olunur. Fincandakı ərəb hərflərindən məlum olur ki, o, sultan II Muradın (1421-1451)
şərəfinə hazırlanmışdır. Həmin dövrə aid olan digər metal sənət nümunələrinin də adını çəkmək olar: Muradın
adına aid mücrü, sultan II Bayazitin (1481-1512) bucaq ölçən aləti.
Sənətkarlığın yüksək səviyyəsini taxta üzərində oyma sənətinə də aid etmək olar. Bursadakı Yaşıl məscid,
Yaşıl mavzoleydəki, Balıkəsirdəki məsciddəki taxta qapılar belələrindəndir. Bərk material olan taxtanın incə
krupsevaya çevrilməsi hər kəsi heyrətləndirir: bu sənətkarın ixtiraçılığı, zövq və dəqiq hesablama işini təzahür
etdirir. Taxta üzərində inkrustasiya da bu sənətkarların tez-tez müraciət etdikləri üslublardandır. Taxta mücrü
üzərində fil sümüyündən mahircəsinə istifadə edilərək xüsusi bir naxış kompozisiyası sənətkarın istedadından
xəbər verir. Yazılan qeyddən məlum olur ki, mücrü sultan Məhəmmədin oğlu sultan Bayazitin xəzinəsi üçün
888-ci ildə (1483) hazırlanmışdır.
XIV-XV əsr Osmanlı Türkiyəsinin təsviri sənətində digər müsəlman aləmində olduğu kimi miniatür
rəngkarlığı üstünlük təşkil edirdi. Bu sahədə görkəmli sənət əsərləri XV əsrin II yarısına aiddir. Müstəqil əsər
olmayan miniatürlər, əsasən əlyazmaların illüstrasiyalarına xidmət edirdi.
Türk rəngkarı üçün başlıca obrazlar Leyli və Məcnun, Xosrov və Şirinin poetik təsvirləri, məşhur
"Şahnamə" əsərinin ədəbi qəhrəmanları idi. Bundan başqa – Məhəmməd peyğəmbərin meracı mövzusu da bu
dövrün rəngkarlarının sevimli temalarından idi. Rəngkarlıqda əməyin özünəxas bölgüsü mövcud idi: rəssam-
illüstratorlar olan müsavvir və nəqqaşlar, qızılla işləyən ustalar – müzahhiblər fəaliyyət göstərirdi. İkincilər
əlyazmalarının sonluqlarına qızılla tərtibat verirdilər. Əlyazmaları və bunlara çəkilən illüstrasiyalar bir çox
insanların əziyyətli əməyi hesabına başa gəlirdi. Bunlar çox vaxt hakim feodal dairələrinin xəzinəsinə daxil olan
əşyalar kimi qiymətləndirilirdi. Osmanlı miniatürçüləri digər sənət sahələrində olduğu kimi, burada da yerli
ənənələrə istinada üstünlük verirdilər.
Sultan II Mehmet öz hakimiyyəti dövründə digər ölkələrdən, xüsusilə İtaliyadan təcrübəli rəssamların
dəvət olunmasına da xüsusi yer verirdi. İstanbuldakı Top Qapı saray muzeyində saxlanılan sultanın portretinin
tanınmış italyan rəssamı Kostantso da Ferrar (1475-1500-cü illərdə çalışıb) olduğu ehtimal edilir. Bu rəsmi
yaradarkən rəssam istər-istəməz tipik şərq üslubuna istinad etmişdir. Rəsm kağız üzərində nazik fırça ilə
çəkilərək yumşaq rəng koloritindən istifadə etmişdir.
1479-cu ildə Türkiyəyə səyahətə gələn populyar italyan rəssamı Centils Bellinidən (1429-1507) II Meh-
met saraydakı sultan sərdabələrinin bəzədilməsini təvəqqe edir. Bu xahişin öhdəsindən bacarıqla gələn rəssam
fəxri titul, çox sayda hədiyyələrlə ölkəsinə qayıdır. Bellini Osmanlı mədəniyyətinin bu dövrünə bir sıra digər
əsərləri, rəngkarlıq portretlərini də bəxş etmişdir. Xüsusilə, sultanın şərəfinə çəkilmiş portret dövrün tanınmış
sənətkarları üçün ilham mənbəyi rolunu oynamışdır. Bu əsərdəki obrazın dərin düşüncə və bu keyfiyyətin
rəssam tərəfindən parlaq şəkildə təzahürü saray miniatürçüsü olan Sinan bəyi heyrətləndirmişdi. Lakin Bellini
tərəfdən yaradılmış bu və digər əsərlərin sonrakı taleyi acınacaqlı olmuşdur. Belə ki, atası Mehmet tərəfindən
225
toplanmış sənət əsərlərinin bir qismini fanatik II Bayazitin İstanbul bazarlarında satdırmış, digərləri itmiş, bir
neçəsi isə Avropaya gedib çıxarılmışdı. Sultanın portreti isə hazırda Londandakı Milli Qalereyada mühafizə
olunur.
C.Bellini kimi avropalı rəssamlar türk miniatürçülərinə mütərəqqi yönümdə təsir etməyə bilməzdi.
Təsvirlərin kompozisiya həlli, xüsusilə, çoxfiqurlu səhnələr yerli sənətkarların yaradıcılığına təsir etməklə, həm
də onların yaradıcı dünyagörüşünü zənginləşdirirdi.
Beləliklə, XIV-XV əsrin ortalarını əhatə edən türk mədəniyyəti, xüsusilə, incəsənətinə yekun vurmaqla
belə bir nəticəyə gəlmək olar ki, yeni dövlətçilik şəraitində sənətin formalaşması prosesi mürəkkəb və çətin
olmuşdur. Bu sənət hələ yerli, hələ də xaricdən nüfuz edən mədəni ənənələr üzərində təşəkkül tapırdı.
Memarlıqda tikililərin yeni növləri – dini-ibadət kübar binaları tikilir və bunlar özünün forma sadəliyi, aydınlığı,
ciddi tərtibatı və kiçik ölçüləri ilə səciyyələnirdi. Rəngkarlıqda isə, obrazların özünəməxsus ikonoqrafiyası, par-
laq kolorit, üstünlük tendensiyası təzahür olunurdu. Tətbiqi-sənətdə nəbati motivlər üzərində dekorativ-
ornamental üsulun təşəkkülü dövrün incəsənət tarixində başlıca üstünlüklərdən idi.
XV-XVI əsrin axırı Türkiyə tarixində feodal dövlətçiliyinin yüksəlməsi ilə səciyyələndirilir. Ölkə
hüdudlarının genişləndirilməsi uğrundakı fasiləsiz müharibələr yenə də qalmaqda idi. XVI əsrin əvvəllərində
Osmanlı imperiyasının bir neçə yürüşləri sayəsində Misir, İraq, Suriya, Fələstin, Kürdüstan kimi ölkələr ölkəyə
birləşdirildi. Həmişəki kimi Qafqaz və Zaqafqaziyanın əldə olunması üçün İranla müharibələr səngiyirdi. Türk
qoşunları Avropaya doğru səmt götürmüşdü. Nəhayət, XVI əsrin ortalarında türk dövləti Afrikanın şimalına
yayılmışdı.
Türklərin müvəffəqiyyətli müharibələri bir sıra dəyərlərlə səciyyələndirilirdi: maddi xəzinələrin
artırılması əmtəə-pul münasibətlərinin, ticarət, peşələrin inkişafı, şəhərlərin çoxalması, bütövlükdə türk
mədəniyyətinin yüksəlməsi ilə müşahidə olunurdu.
Elm. dəqiq elmlərə maraq güclənir, mədrəsələrdə ərəb və fars dilləri, hüquq, riyaziyyat və coğrafiyanın
tədrisinə maraq artırdı. Bütün Şərqdə olduğu kimi, bu ölkədə də astronomiya elminə maraq üstünlük təşkil edir-
di. Xüsusilə, astroloji hesablamalara istinad edilərək qoroskopların hazırlanması falçılığın formalaşmasına im-
kan yaratdı. Şəhərlərdə Səma cisimlərinin hərəkətinin müəyyənləşdirilməsi üçün müxtəlif cihazlardan ibarət
rəsədxanaların tikintisi başlıca yer tutdu.
Astronomların fəaliyyəti haqqında məlumatı XVI əsrə aid miniatürlərin biri dəqiq məlumat verir. Miniatür
təsvirlərinin birində böyük tünd stol üzərində alət və cihazlar, qum saat və bucaqölçənlə məşğul olan şagirdlər,
qlobusu fırladan astronomun obrazı ön planda verilir. Rəsədxananın pəncərəsində çiçəkli ağacın budağı, sağda isə
açıq şkaf miniatürə öxünəməxsus məzmun verir.
Astronomiya ilə bağlı inkişaf edən elmlərdən birini də gəminin idarəolunması və coğrafiya təşkil edirdi.
Bu sahədə xüsusi fərqlənənlərdən biri dənizçi coğrafşünas, astronom və şair, tərcüməçi Sidi Əli ibn Hüseyn ol-
du. O, və Əli Əkbər adlı digər coğrafşünas Yaxın Şərqin hazırki elmlərin nəticələrilə bəhrənirdi.
Tarixşünaslıq özünün gələcək inkişafına başladı. Səlcuq və erkəntürk ənənələrini davam etdirərək
Sədəddin məşhur salnaməçi kimi tarixi xronikanı yaratdı. Bu salnamədə və digərlərində sultanın həyatı, onun
əhatəsinə, hərbi qəhrəmanlıqlara başlıca yer verilirdi. Bununla müəlliflər Osmanlı sülaləsini şöhrətini mədh
edirdi.
Ədəbiyyatda, həmişəki kimi, başlıca yeri poeziya tuturdu. Poeziyada ərəb və iran ədəbi təsiri güclü hiss
olunmaqda idi. Şairlər lirik və qəmgin məzmuna malik kiçik şerlər olan qəzəllərin yazılmasına daha çox
üstünlük verirdilər. Qəzəl şairləri içərisində şöhrət tapmış lirik sənətkar Mahmud Bakı idi. Qeyd etmək lazımdır
ki, bu poeziya yalnız saray mühitinə xidmət edirdi. Şəhər yoxsulları və kəndlilər arasında şifahi poetik
yaradıcılıq üstünlük təşkil edirdi.
Bu tarixi dövrün ən aparıcı və inkişaf prosesi keçiriən sənət sahələrindən başlıcası memarlıq hesab olu-
nurdu. Yeni tarixi mərhələdə onun inkişafı şəhərlərin sayının artması ilə səciyyələndirilirdi. Xüsusilə, dini
memarlıqda məscid tikililəri öz möhtəşəmliyi ilə bu sənətdə yeni-yeni uğurlarla müşahidə edilməkdə idi. XV-
XVI əsrin əvvəllərinə aid olan məscidlərdən planlaşdırılma və zahiri görkəminə görə Bursa və İzmir
məscidlərinə oxşayan İstanbuldakı Mahmud-paşa (1464) və Murad-paşa (1466) məscidlərini misal göstərmək
olar. Yalnız 1501-ci ildə II Bayazitin məscidində yeni cəhətlər özünü təzahür etdirməyə başlayır. Memar
Kəmaləddin tikintiyə başlayarkən müqəddəs Sofiya məbədinin görkəminə istinad etmişdir. Məscidin insani
həyəcana gətirən ölçü və foramsı, bir böyük gümbəz və iki yarımgümbəz altında ibadət zalı dediklərimizi sübut
edən cəhətlər idi.
İncəsənətə artan maraq və tələb artıq köhnə üsul çərçivələrindən çıxaraq yeni-yeni meyllərə geniş imkan
yaradırdı. Artıq köhnə memarlıq formaları azlıq təşkil edirdi. Daha möhtəşəm, daha doğrusu imperiyanın
əzəmətini ifadə etdirən, rəmzləşdirən təəssürat doğurucu obrazların yaradılması dövrün mənəvi ehtiyatına çe-
vrildi. Beləliklə, zahiri görkəmcə monumental olan dini tikililərin inşasına üstünlük verildi. Bu xüsusiyyət tez
bir zamanda kübar binaların tikintisinə də nüfuz etdi.
Osmanıl memarlığının digər görkəmli nümayəndəsi memar Sinan hesab edilirdi. Milliyətcə yunan olan
memar Sinan Qeysəri şəhərində ya 1489, ya da 1490-cu ildə anadan olmuşdur. Onun layihələri əsasında
226
Osmanlı dövlətinin bütün yerlərində 91 kilsə və 50 kiçik məscid, 55 mədrəsə, 19 mavzoley, 17 imarət, 3
xəstəxana, 8 körpü, 17 karvansaray, 32 saray, 33 hamam və s. tikilmişdi. Bunların əksəriyyətinin inşası ilə me-
mar Sinan özü məşğul olmuşdur. Bunların içərisində dünyaşöhrətli abidələrdən üçünün – Şahzadə,
Süleymaniyyə və Səlimiyyə məscidlərinin adlarını qeyd etmək vacibdir. Bu abidələrin oxşarlığı ilk baxımdan
nəzərə çarpır: gümbəzin kub formasında olan tikili, nazik şəkildə minarələr, fasad ətrafında geniş meydan,
saysız tağlar, sütun, oyuqlar və d. memar Sinanın yaradıcılığının başlıca xüsusiyyətlərindən biri kimi
qiymətləndirilməlidir. Memarın ilk əsəri olan Şahzadənin tikintisi 1548-ci ildə İstanbulda sona yetmişdir.
Həmin məscidin çox kədərli tikilmə tarixi mövcuddur: I Süleyman arvadı Roksolanın intriqalarına uyaraq
yalançı məlumata əsasən xəyanətdə günahlandırdığı oğlu Mustafanın ölümünə fərman verir. Sultanın digər oğlu
Cahingir bu faciəyə dözə bilməyib ölür. Hərəkətindən peşman olan Süleyman hər iki oğlunun şərəfinə Şahzadə
məscidini tikdirir. Bu məscidin tikintisindən sonra İstanbul Sinan yaradıcılığının digər əsəri ilə – Süleymaniyyə
məscidi ilə üzləşir. Bu məscidi 7 il ərzində – 1550-1557-ci illərdə inşa edib qurtarırlar.
Məscidin gec ərsəyə gəlməsindən usanan I Süleyman bir vaxt, hətta onun tikintisinin dayandırılamsı haq-
da əmr vermək qərarına gəlir. Bu faktı qeyd edən XVII əsrin türk tarixçisi və coğrafiyaşünası Övliya Çələbi
qeyd edir ki, İran şahı Təhmasib bu xəbəri eşidəndən onun səfirliyinə zəngin hədiyyə və qiymətli daş-qaşla dolu
bağlama ilə məktub göndərərək yazırdı: "Eşitmişəm ki, məscidin tamam tikilib qurtarılmasına səbrin qalmayıb
və onu dayandırmaq istəyirsən. Dostluğumuza əsaslanaraq sənə bu hədiyyə və daş-qaşı göndərirəm. Bunlardan
necə istəyirsənsə eləcə də istifadə et. Lakin çalış ki, başladığın bu işi sona çatdırasan. Mən isə üzərimə düşən
haqqı sənin xeyirxah işinə sərf edəcəyəm". Hədiyyə və daş-qaşlardan hiddətlənən Süleyman hədiyyələri İstanbul
tacirlərinə, daş-qaşı isə memar Sinana verərək onların məscidin tikintisi zamanı digər daşlara çatmağı əmr edir.
Memar Sinan bu daş-qaşdan minarələrin tikintisində istifadə edir. Şahzadə məscidinin prototipi olan
Süleymaniyyə zahirən ona oxşasa da, özünüməxsus cəhətləri ilə fərqlənir. Məsələn, Süleymaniyyə məscidinin
gümbəzinin dametri 26,5, hündürlüyü 53 metr təşkil edir. Məscidin bəzək tərtibatında sənətkar və rəssamlar
iştirak etmişdir: məşhur kalliqraf Həsən Qara-Hissər Qurandan yazılar işləmiş usta Sərxoş İbrahim isə, göy
qurşağı rənglərindən vitraj yaratmışdır. Memar Sinan Şahzadə məscidini şagirdlik təcrübəsinin, Süleymaniyyəni
erkən ustalığa başladığı çağın nümunəsi hesab edirdisə, Səlimiyyə məscidini isə yaradıcılığının layiqli nümunəsi
sanırdı. Həqiqətən, bu məscid yaradıcılığının şedevri hesab olur. 1569-cu ildə başlanıb 1575-ci ildə tikintisi sona
çatdırılan bu məscid Ədirnənin ən baxımlı abidələrindəndir. Burada diqqət əsasən aksent gümbəzə verilmişdir.
Bu, ilk növbədə onunla əlaqədar idi ki, digər məscidlərdən fərqli olaraq Səlimiyyə düzənlik yerdə tikilmişdi.
İnsanların diqqətini bura cəlb etmək üçün iri gümbəz başlıca ifadə elementi idi. Məscid kvadrat planda olub,
yandakı düzbucaqlı otaqlar mərkəzə zala doğru yönəldilir. Binanın bütün hissələrinin ümumi ölçü
qanunauyğunluqlarına əsasən layihələşdirilməsi məscidi çox baxımlı edir. Səlimiyyənin minarələri də qeyri-
adiliyi ilə göz oxşayır. Bu minarələri tikərkən memar təkcə dini mahiyyətə deyil, həm də tikilinin monotipliyi
amilini də ön plana çəkmişdir. Ona görə də minarələri müəllif kubun küncündə yerləşdirmişdir.
Haqqında danışılan hər üç abidə Osmanlı memarlıq sənətinin "qızıl dövrü"nə aid edilir.
Məscidlərdən başqa XVI əsr – XVII əsrin əvvəllərində dini memarlığa aid olan digər bədii nümunələr –
ruhani məktəbləri, monastırlar, sərdabə və s. sənət əsərlərinə çevrilmişlər. Burada da Sinan məktəbi və onun
ardıcıllarının fəaliyyəti mühüm yer tuturdu. İstanbulun Üsküdərədə adlanan yerində tikilən mədrəsə belələrindən
idi. Memar Sinan onun tikintisi zamanı ənənəvi tipə istinad etmişdir. Planlaşdırmadakı ümumi məqamlar
Süleymaniyyə kompleksinə uyğundur: açıq həyət, tağlı qalereya və gümbəzli zallar belə məqamlardandır.
XVI-XVII əsrin əvvəllərində mavzoleylərin (məqbərə) memarlığında sərdabələrin ölçüsü böyüdülmüş,
gümbəzləri yarımsferik forma, tikilinin silueti nisbətən zərif forma əldə etdi. Belə mavzoleylərdən biri 1559-
1560-cı illərdə Sinan tərəfindən tikilən sultan Süleymanın məğbərsidir. Bu vaxta qədər bir çox tanınmış
insanların sərdabələrini tikmiş müəllif bu sahədə kifayət qədər təcrübə toplamış və məhz bu məqbərədə
topladığı təcrübəni məqsədyönlü şəkildə tətbiq edə bilmişdi. Məqbərəyə zəngin naxışlarla tərtibat verilmişdir.
Bundan əlavə, məqbərəyə edilən yeni memarlıq əlavələri onu əlamətdar etməklə yanaşı, monumentallıq bəxş
edir. Məqbərənin interyeri öz gözəlliyi ilə adamı heyran edir. Gümbəz mürəkkəb həndəsi və nəbati naxışlarla
bəzədilərək bir-birinə sarınmış toru xatırladır. Yalnız diqqətlə nəzər yetirdikdə, buradakı naxışların ayrı-ayrı
elementlərini görmək olur. Qara və ağ mərmərdən düzülmüş tac sırası və onları özündə saxlayan cilalaşmış
mərmərdən 49 sayda sütun xüsusi bir möhtəşəmlik yaradır. Divarda haşiyə ilə tamamlanan kaşıdan hazırlanmış
panno və onun göy rəngli fonunda Qurandan ağ hərflərlə yazılmış ayə diqqəti cəlb edir. Zalın mərkəzində sultan
və onun övladlarının sərdabələri lələk və ipək parçalardan bəzədilmiş və üzərində dini məzmun kəsb edən qızılı
yazıdan ibarət əmmamələr yerləşir. Onları sədəfdən haşiyələnmiş qoz ağacından olan surahibəndlər əhatə edir.
Bu məqbərənin istər zahiri, istərsə də daxili görkəmi dövrün memarlıq tələblərini özündə təzahür etdirirdi.
Osmanlı inşaatçıları kübar təbəqə üçün müxtəlif növ tikililər həyata keçirilməsinə də diqqət yetirirdilər.
XVI əsrin əvvəllərində Ədirnədə yeni qala divarları tikintisinə, o cümlədən bir neçə karvansarayların inşasına
diqqət verilir. Tezliklə Sakariya çayının sahili yeni körpü ilə birləşdirildi, çox böyük bir fontan Konyanı bəzədi.
Əsrin ortalarında İstanbula borularla su çəkilməsi və xəstəxana tikintisi başa çatdırıldı. 1553-cü ildə isə Bursada
Yeni Qaplıca hamamı tikildi.
227
Orta əsr türk şəhərlərinin başlıca hissələrindən birini bazarlar təşkil edirdi. Bunların çoxu hələ Bizans
dövründən qalma idi. Bu bazarlar öz görkəminə görə özünəxas idi: bunların hər biri tağlı damları olan döngə və
küçə labirintlərindən ibarət olub, dükan və sənətkarlıq emalatlarını özündə əhatə edirdi. Xüsusilə, İstanbulda bu
cür bazarlar çoxluq təşkil edirdi. Bazarların tikintisi işləri ilə memar Sinan özü məşğul olurdu.
Şəhərlərdə bədstanlar deyilən tikililər xüsusi yer tuturdu. XVI əsrin fransız səyyahı S.Moris 1461-ci ildə
onlar haqqında İstanbulda tikilən ilk bəstan nümunəsi əsasında belə qeyd edirdi: "Konstantinopoldakı bu yer
qızıl, gümüşdən hazırlanmış öz mallarını satışa çıxararaq alver edən sənətkarların, parça ilə ticarət edən
tacirlərin yeri idi. Bura üstüörtülü iki yerdən və 6 fut enində divardan ibarətdir. Divarlarda qarşı-qarşıya
qurulmuş tağla birləşdirilmiş qapılar mövcuddur. Tikilinin özü də tağlı olub, 24 sütunu gümbəz birləşdirir. Bu-
rada divarlarında şkaf və rəflər olan dükanlar yerləşirdi."
Övliya Çələbinin məlumatlarına görə XVI əsrdə paytaxtda artıq üç bədstan mövcud idi.
Yazılı mənbələrə görə, hələ 1571-ci ildə İstanbulun Bəygöy adlanan yerində sultan sarayının tikintisi başa
çatdıqdan düz 10 il sonra bu qəbildən olan bir neçə sultan sarayları inşa olunur. Bütün bunlarla yanaşı türk
şəhərlərinin xarakterik dini və ictimai tikililərdən başqa özünəməxsus görkəmə malik saysız-hesabsız ev
kvartalları mövcud idi. Evlər 2-3 mərtəbəli, müsəlman qaydalarına müavfiq qadın və kişi otaqlarından ibarət idi.
Yataq və yemək otaqları yox idi. Divar boyu uzun alçaq divarlar yerləşdirilir, qab-qacaq və digər əşyaların
yerləşdirilməsi üçün bəzəkli taxçalar yaradılırdı. Zəngin adamların evində hündür kamin olması zəruri idi. Otaq-
larda yataq dəstləri – yorğan-döşək saxlamaq üçün xüsusi şkaflar da hazırlanırda.
Bu əsrdə bədii sənətin ən aparıcı növlərindən birini yenə də keramika təşkil edirdi. Tikinti-inşaat işlərinin
sürətli artımı bu sənətin tərəqqisinə əlverişli şərait yaradırdı. Xüsusilə, üzlük materiallara olan tələbat Mərmərə
dənizi sahilində yerləşən İznikdə bu materialın istehsalına diqqət artırılırdı. Buna təkan verən başlıca amil isə
yüksək keyfiyyətli malların hazırlanması üçün gil ehtiyatları idi. Buraya ən təcrübəli peşəkarlar, ustalar cəlb
olunurdu. XVI əsrin salnaməçisi Seyidəddinin məlumatına görə İznikə 1514-cü ildə sultan I Səlimin göstərişilə
Təbriz şəhərindən iranlı keramika ustaları gətirilmişdir.
Gələcəkdə isə sultanlıq İznikdəki keramika işini faktiki olaraq inhisarlaşdırdı. İznikdə istehsal olunan gil
məhsulları tezliklə dünya şöhrəti əldə etdi.
Açıq rəngli gildən hazırlanan məhsullara ağ ançob üzərində parlaq rənglərdən naxışlar vurulur, üzəri
şirələrin, yenidən odda bişirilirdi. Onların forma və ölçüləri istifadə məqsədinə görə müxtəlif şəklə salınırdı.
Çox vaxt bunlar çox da böyük olmayan düzbucaqlı lövhələr olurdu. Lövhələrin hər birindəki təsvirlər dəqiqliklə
çəkilirdi ki, bu ümumi kompozisiyaya uyğun olsun. Hazır lövhələrdən panno və ya frizlər düzəldilərək bina və
ya digər təyinatlı tikililərə tərtibat verilirdi.
XVI-XVII əsrlərdə bunlardan, əsasən interyerlərin bədii tərtibatı məqsədilə istifadə olunurdu.
Keramikanın tipologiyası sadalanan misallarla məhdudlaşmır. Məscid gümbəzlərinə bəzək verən nazik,
uzun bağlardan asılmış butulkaya bənzəyən, lakin, dərinliyində qarşı-qarşıya olan qablarda hazırlanırdı. Bu
dövrün keramikasında ornamentika və rəng vəhdətinə diqqət xüsusi yer tuturdu.
XV-XVI əsrin əvvəllərində keramika qablarını ağ fon üzərində kobaltla bəzəyirdilər. Dekor işində nəbati
motivlər başlıca yer tuturdu. Rəng qammasında ağ, göy rənglərin mavi, bənövşəyi, sarı-yaşıl rənglərlə vəhdəti
üstünlük təşkil edirdi. Bir qədər sonra XVI əsrin ortalarından Osmanlı rəssamları palitralarına parlaq yaşıl və
xüsusilə də parlaq qırmızı çalar əlavə etdilər. Rənglərin alınması üçün müxtəlif kimyəvi tərkiblər – metal
turşusu, su məhlulları istifadə olunurdu. Kobaltla birləşmə füruzəyi və göy çaları, tuncla birləşmə yaşıl, marqan-
sla birləşmə isə qəhvəyi bənövşəyi rəng çalarını verirdi.
Keramikanın dekorativliyi prosesində bir neçə əsas kompozisiya formalaşdı. Pannoları, yuxarıda qeyd et-
diyimiz ornamental tor naxışı yaradan budaqlardan sallanmış çiçək və ya kol təsviri başlıca yer tuturdu. Top-
Qapı sarayında belə bir panno abidəyə xüsusi gözəllik verir. Osmanlı rəssamların ornamentə, xüsusilə bitki
aləminə müraciət etmələri məcburi xarakter daşısa da, bununla sənətkarlar flora aləminin bütün incəliklərini
təsvir etməklə daha mürəkkəb variantlar yaradırdılar. Ona görə də çiçək, yarpaq, bütöv bir bitkinin təsvirinin
xüsusi üslubu formalaşır. Zaman keçdikcə nəbati naxış elementlərinin traktovkasında kanonluq hiss edilməyə
başlayır. Bu da naturanın yaradılması ilə izah edilir. Qabda gül dəstəsinin təsviri onun hərəkət və düzülüşü,
formasını dəqiqləşdirmək üçün bəzi norma və qaydalara riayəti zəruriləşdirirdi. Detallaşdırma təsviri sənətdə
mühüm bir yaradıcılıq üslubuna çevrilir.
Naxışlar içərisində insan və digər canlı varlıqların təsviri də müstəsnalıq təşkil etməyə başladı. Dini
məhdudiyyətlər dövründə miniatür rəngkarlığını çıxmaq şərtilə keramika insanın təsvirinə imkan yaradan
yeganə sənət növü idi. Heyvanat aləmi də bu təsvirlərdə özünəməxsus yer tutdu. Dovşan, ceyran, ördək,
tutuquşu, şahin, tovuzquşu – türk rəssamlarının dekorativ təsvir zamanı müraciət etdikləri başlıca obrazlardır.
İznik keramikasının yüksək bədii səviyyəsi türk sənətkarlarını Osmanlı imperiyasının hüdudlarından
kənarda məşhurlaşdırmışdır. Onların hazırladıqları məhsullar İtaliya, Fransa, İngiltərə, Hollandiya, Almaniya,
Rusiyada böyük tələbatla alınırdı.
XVI əsrin ortalarında toxuculuq sənətini özünün ən yüksək nöqtəsinə çatdı. 1514-cü ildə Çaldıran
göyüşündən sonra İranla aparılan müharibədən qələbə ilə çıxan Türkiyə tərəfi Sultan I Səlim tərəfindən Təbrizin
228
məşhur Hişti-Bihişt sarayından türk parça və ipəklərindən tikilmiş yüzlərlə dəbdəbəli geyimlərin İstanbula
daşınması əmr olundu. Bu faktın özü bir daha Osmanlı toxucularının məhsullarının hətta İranda şöhrət tapmasını
sübut edir.
Tezliklə toxuculuq istehsalında məşhurlaşmış Ərzincan, Dənizli, Ağsaray, Ladik birinciliyi Bursa
Üçküdərəyə verir.
Dövrün rəsmi xronikasına əsasən, İstanbulun saray sənətkarlarının sayı 1545-ci ildə 105, 1557-ci ildə 146-
ya çatmışdır. Bunlar parçalara rəsmlər çəkən rəssamların sayı da aiddir. Türkiyə arxivlərində saray
emalatxanalarının birinin planı saxlanılmışdır. Həmin plana əsasən, söyləmək olur ki, kvadrat formasında olan
binanın üçdə bir hissəsini toxuculuq dəzgahları yerləşdirən iki otaq tutur. Digər hissə isə geniş dəhlizlə
əhatələnir. Son tərəfdə iki iri anbar, sağda toxucuların yaşadığı otaq yerləşirdi (Parçaların bir çox növləri var idi.
1582-ci ilə aid siyahıya əsasən "atlas", "kamka", "diba", "Serenq", "seraser", "çatma", "bənək", "mükəddəm",
"qutniyyə" adlı parçalar İstanbul, Bursa, Amasiya, Ədirnədə istehsal olunurdu).
Öz zahiri görkəminə görə XVI-XVII əsrin əvvəllərində türk parçaları zəngin və rəngarəng idi. Bu ilk
növbədə, onunla izah olunurdu ki, parçada fonlar əsasən qızıl və gümüşü saplarla toxunurdu. Ornamentikada
nəbati motivlər üstünlük təşkil edirdi: uzunsov dişli yarpaqlar, zambaqlar, şanagüllə, qərənfil və qızılgüllər
belələrindən idi. Çiçəklərin sarmaşıq kimi təsviri kompozisiyanın əsasını təşkil edirdi. Xüsusilə, qara və qırmızı
moruğu rəng fonunda «yelpiklər» adlandırılan açıq rəngli qərənfil kompozisiyası başlıca yer tuturdu. Nəbati
təsvirlərlə yanaşı, parçaları iki dolçavari xətlər, 8 bucaqlı, altı bucaqlı ulduz və dairələrdər istifadəyə də yer
verilmişdir. Naxış və bəzəklərin yüksək tərzdə yerinə yetirilməsi, rənglərin koloritinin uyarlığı, gümüş və qızılın
parlaqlığı xarici alıcılar tərəfindən tələb olunan başlıca məziyyətlər idi.
Türk xalça sənəti, digər bədii sənət nümunələri kimi XVI-XVII əsrlərin əvvəllərində yüksək səviyyəyə
çatdı. Osmanlı imperiyasının bu çağlarında xalçaçılıq Kiçik Asiyanın kiçik şəhəri olan Umakda mühüm yer tu-
turdu. Umak xalçalarının spesifik xüsusiyyətləri, qırmızı, sarı, göy rənglərinin üstünlük təşkil etdiyi həndəsi
naxış ornamentləri idi. Məhz bu keyfiyyəlrinə görə Umak xalçaları digərlərindən seçilirdi. «Ulduzlu», «Meda-
lyonlu» xalçalar daha məşhur idi. Adlarından məlum olduğu kimi bu xalçalarda bağ və medalyon dekorları
başlıca yer tutur. «Ulduzlu» xalçaların mərkəzi parlaq qırmızı fon ətrafında üç və ya dörd sayda tünd göy rəngli
zərif ulduzların yerləşdirilməsi əsas təsvirlərdir.
«Medalyonlu» xalça öz sxemini İrandan götürmüşdür. Bu xalçanın kompozisiyasının əsas hissəsini yu-
murta formalı medalyon təşkil edir. Çox hallarda medalyon nəbati naxışlarla bəzədilirdi. Hər iki xalça
variantlarının eni 2,5-3,0 metr, uzunluğu isə 3-5 metrə çatırdı. Bunlardan feodal və tacirlərin ev və məişətlərində
istifadə edilirdi. Xüsusilə, bunlar mənzillərinin divarları, döşəmə və pilləkənləri, sultan saraylarının həyətlərində
istifadə olunurdu. Bu cür mallar ən çox İtaliyaya ixrac olunurdu.
Xalça sənətindən başqa XVI əsrdə taxta üzərində oyma da böyük əhəmiyyət kəsb etdi. Taxta işində onun
üzərində inkrustasiya sənəti xüsusi yer tuturdu. Sənətkarlar çox böyük dəqiqliklə taxta üzərində mürəkkəb
həndəsi naxışlar çəkirdilər. Belələrinə Quran, məsçid və türbələrdə, müqəddəs kitabların saxlanılması üçün
xüsusi şkafları misal göstərmək olar.
Sümükdən hazırlanan məhsullar da dövrün tətbiqi sənəntinin başlıca sahələrindəndir. Belələrinə XVI
əsrdə fil sümüklərindən haşiyələnmiş güzgüləri misal göstərmək olar. Hazırda bu abidələr Top-Qapı saray
muzeyindədir. Bunların birinin arxasında nəbati naxışlar diqqəti cəlb edir. Güzgünün 1543-cü ildə I Süleyman
tərəfindən sifariş edilməsi və onun üçün hazırlanmasını onun kənarındakı yazı sübut edir.
Metal üzərində iş də dövrün başlıca sənət növlərindən idi. Xüsusilə, silah və ləvazimatların hazırlanması
metal sənəti üzrə işin başlıca istiqamətlərini təşkil edirdi. İstanbulun, Konya, Tokota və digər şəhərlərdə tunc və
bürüncdən şamdanlar hazırlanır, fincan, dairəvi nimçələr, xalçalar istehsal olunur və rəngarəng bəzəklərlə, oyma
naxışlarla tərtibat edilirdi. Bu qabların üzərindəki naxış və illüstrasiyalar xüsusi mətnlər də verilirdi.
Belələrindən biri - bürünc vaz hazırda Luvrda mühafizə olunur. Vaz üzərindəki yazılar sultan I Süleymanın
şərəfinə mədh edilir. Mətndə deyilir: «İki okean, materikin xaqanı, ərəb və iranlıların imamı Süleyman şah və
oğlu Səlim şaha.»
Metal ləvazimat və silahları Osmanlı sənətkarlar yalnız təqlid yolu ilə deyil, həm də onlara yenilik
əlamətləri əlavə etməklə yaradırdılar. Bütün bunlar sənətkarların get-gedə savadlanması, təcrübə əldə etməsi ilə
izah olunurdu. İstanbul, Ədirnə, Kars, Ərzurum xəncər, tüfəng, dəbilqə, qalxan və s. hazırlanan şəhərlərdən idi.
Osmanlı silah hazırlayanları öz yaradıcılıqları ilə daha müstəqil yola qədəm qoymuşdular. Osmanlı sənətkarlar
dəbilqə və qalxanların yeni variantlarını hazırlayırdılar ki, bu da qələbə üçün çox vacib və zəruri amillərdən idi.
Silah işinə marağın artmasının digər şərti, bunların həm də yüksək bədii sənət növü olması ilə izah edilirdi.
Bütün bu tətbiqi sənət növləri ilə yanaşı, XVI əsrdə Osmanlı Türkiyəsində miniatür təsviri sənəti,
rəngkarlıq çiçəklənmə mərhələsinə qədəm qoydu. Buna başlıca səbəb qonşu və digər ölkələrin bədii
mədəniyyətləri ilə davam edən əlaqələr səbəb idi. Fars rəngkarlığı yüksək səviyyəsini saxlamaqda idi. Mövzu
rəngarəngliyi, canlı obrazlar, yüksək, kamil ifa tərzi türkləri heyran edir və türk sənətkarları tərəfindən yüksək
qiymətləndirilirdi. Lakin bütün bunlardan çıxış edərək XVI əsr türk rəgkarlıq məktəbinin İrandan bəhrələndiyi
faktı ilə kifayətlənmək olmaz. Bu dövrün özünəməxsusluğu xaraktercə bir-birinə yaxın olan iki istiqamətlə
229
səciyyələnirdi. Bunlardan birincilər əvvəllər də mövcud olan özünəxas cəhətlərin inkişaf etməsi, janr xüsusi
təsvir üslubu, ritmika və koloritdirsə, ikincisi, İran manerası idi.
XVI əsr türk məktəbi əsərlərinin təhlili və həmin dövrün iranlı əsərləri ilə müqayisəsi bu məktəbə xas olan
səciyyəvi xüsusiyyətlərin üzə çıxarılmasına kömək edir. Birinci xüsusiyyət mövzu rəngarəngliyidir. Ənənəvi
hərbi və saray süjet və epizodları, əfsanə və poemalarla yanaşı türklər gündəlik şəhər və kənd həyatına dair
süjetlərə də müraciət edir, realist, bəzən də jurnalist çalarlara üstünlük verirdilər. Sadalanan bu xüsusiyyətlər
XVI əsrdə yaratmış rəngkarların yaradıcılığında təzahür tapmışdı. Tarix onların adını mühafizə etməsə də,
yaratdıqları əsərlərdən müəlliflərin istedadı özünü əks etdirir.
XVI əsrdə də poetik əsərlər illüstrasiyalalaşdırılmaqda davam etməkdə idi. Naməlum rəssam tərəfindən
görkəmli Azərbaycan şairi N.Gəncəvinin «Xosrov və Şirin» əsərinin rəsmlərlə müşayiəti dediklərimizə misaldır.
İllüstrasiyaların sayı 15-dir. Ölçülərinə görə çox da böyük olmayan bu əsərlərdə rəsmlər yaxşı mühafizə
olunmuşdur. Birinci miniatürdə Xosrov öz müəllimilə xalça üzərində oturduğu yerdə təsvir olunur. Digər
vərəqlərdə Şapurun Xosrovu Şirinin gözəlliyi haqqında məlumatlandığı və s. süjetləri əks etdirilir. Bu illüstra-
siyalar üzərində çalışarkən müəllifin iran rəngkarlığından ilham aldığı detalların traktovkası, ənənəvi kompozi-
siyadan hiss olunur. Lakin miniatürlərdəki personajlara etnik xüsusiyyətlərin verilməsi onun yerli mahiyyətini
açan başlıca ünsürdür.
Saray rəngkarlarını həmişəki kimi dini mövzular – dünyanın yaranışı, Adəm və Həvva, Nuh haqqında
əfsanələr, bibliya peyğəmbərləri, İsa peyğəmbər və Məhəmməd peyğəmbərin, ilk xəlifələrin həyatı başlıca yer
tuturdu. Adları qeyd olunan ilahi varlıqların mübarizə meydanında təsviri öz dövründə müharibə və qələbələri
ilə ad qazanmış sultanların təsvirini, buna uyğun illüstrativ tərtibatını tələb edirdi. Bu tipdən olan əsərləri
yaradarkən rəssamlar saray xronikaçıları ilə birgə çalışırdılar. Tarixi xronika və əsərlər bu cür illüstrasiyalarla
müşayiət olunurdu. Tarixçi və coğrafiyaşünas Matrakçinin I Süleymanın 1534-36-cı illərdə İran yürüşünə həsr
etdiyi «Düşərgələr haqqında kitab»ında naməlum müəllifin illüstrasiyalar özünün yüksək professionallığı ilə
seçilir. Böyük vərəqdə İstanbul və Qalatanın xəritə və planını xatırladan mənzərəsini təsvir edir. Şəhərin
meydanı bir-birinə möhkəm söykənən yaşayış evləri, onların arasından boylanan məscidlərin təsviri şəhər
haqqında məlumat verir. Divarların sarıya çaları, tünd qırmızı saysız-hesabsız damların rəngləri Bosforun dərin
sularının rəngi ilə ahənglik təşkil edir. I Süleyman həyat və fəaliyyəti XVI əsrin II yarısında çəkilən illüstrasiya-
larda da təsvir olunur. İfa tərzinə görə, süjet, koloritinə görə kamil formada olan bu əsərlər böyük maraq
doğurur.
Miniatürlər sultanın həyatı, müxtəlif hadisələr haqqında məlumatlar verir. Çox hallarda sultan həyət və
bağda təsvir olunur. İran səfirinin sultana qiymətli ov quşlarını hədiyyə etməsi səhnəsi aydın təsvir olunmuşdur.
Taxtda əyləşən sultan, mərkəzdə iki saray nümayəndəsinin səfirin əlindən tutaraq taxta tərəf müşayiəti bu mi-
niatürün başlıca süjetini təşkil edir.
XVI əsrin II yarısında III Muradın (1574-1595) şərəfinə «Şahənşahnamə» yazılır və ona çəkilən
miniatürlərdə başlıca süjet xəttini sultanların həyatlarının təsviri təşkil edir. Əsərin müəllifi haqqında belə bir
ehtimal var ki, rəssam Azərbaycandadır. İki böyük vərəqdə İran şahı Təhmasibin səfiri Tokmaqxanın şərəfinə
1576-cı ilin 12 mayında təşkil edilmiş hərbi parad təsvir olunur. Təsvirdə təntənəlik təəssüratını rəssamın
istifadə etdiyi kolorist həll gümüş və qızıldan parıldayan parlaq geyimlər, yellənən bayraqlar qabarıq surətdə
nümayiş etdirilir. Əlyazmanın digər vərəqində daha statik məqam Kars şəhərinin mühasirəsinin sona yetməsi
səhnəsi təsvir olunur. Səhnələrin yüksəklikdən təsviri şəhərin qala divarlarının, ev və məscidlərin əks
etdirilməsi, aşağı hissədə isə türk düşərgəsi aydın görünüş yaradır. Süjetin mürəkkəbliyinə baxmayaraq müəllif
hadisələrin gedişatını lakonik və obrazlı çatdıra bilmişdir.
1550-1590-cı illərdə sənət haqqında çoxcildli kitab olan «Hünərnamə»yə də çəkilən miniatürlər türk
təsviri sənətinin ən nadir nümayəndələrindəndir. Onun müəllifi XVI əsrin görkəmli rəssamı Osmandır. Əsərin
möhtəşəmliyini təkcə o fakt təzahür etdirir ki, indiyə qədər kitabın 160 rəsmi qalmaqdadır. Öz məzmun
rəngarəngliyinə görə bu təsvirlər Osmanlı dövlətinin yarandığı vaxtdan XVI əsrin I yarısınadək hadisələri,
həyatı haqqında məlumat verir. Miniatürlərdən birini I Muradın (1359-1389) öldürməsi səhnəsi mühüm yer tu-
tur.
Qeyd etmək lazımdır ki, süjet dairəsini genişləndirməyə cəhd göstərən sənətkarlar da həmin dövrdə
yaşıyıb yaratmışlar. XVI əsrdə II Səlimi at belində təsvir edən naməlum rəssamın əsəri belələrindəndir. Sultanın
obrazı az fərqləndirilmiş, fiqura səthi traktovka verilib. Obrazın sakit və özünə arxayın tərzdə oturuşu, cins atın
irəliyə düzgün hərəkəti onu sübut etdirir ki, rəssam öz hakimini yeni tərzdə görür. Əlbəttə bu qəbildən olan
əsərlər o faktı təsdiqləyir ki, söhbət açdığımız bu dövrdə təsviri sənətdə yeniliklər, səciyyəvi cəhətlər təzahür
olunmaqda idi. 1587-ci ildə şair Mustafa Dəftəri tərəfindən III Murad üçün tərtib edilən "Rəssamların həyatı"
adlı əsəri XVI əsrdə yaşayıb-yaratmış rəssamların adlarını məlum edir. Bunlar Baba Nəqqaş, Şeyx Mustafa,
Tacəddin Girikbəndə, Hüseyn Bali, Mahmud Kinci, İbrahim Çələbidir. Əlbəttə, siyahı bununla bitmir, çünki
İstanbuldan başqa Osmanlı türkiyəsinin digər yerlərində də rəssamlar tanınırdı. Lakin ən qüdrətli bədii
sənətkarlar, sözsüz ki, imperiyanın paytaxtında yerləşirdi.
230
Əlyazmaları və onlara çəkilən rəsmlər zamanı müxtəlif növ kağızdan istifadə olunurdu. "Rəssamların
həyatı" əsərində keyfiyyət, rəng və hətta hazırlanma yerindən asılı olaraq kağızın ən yaxşı on növünün adı
sadalanır. Çin kağızı (xətan), hind kağızı (hindi), Dəməşq kağızı (dimaş), ən əla növ isə Səmərqənd kağızı (sul-
tani) hesab edilirdi. Kalliqrafçılar qara və qırmızı mürəkkəblərdən və qarğudan hazırlanmış qələmuclarından
istifadə edirdilər. Ölçü və hərflərin cizgilərinə görə yazının 20 üslubu mövcud idi. Türkiyədə kalliqrafçılar
hazırlayan bir çox məktəblər var idi. "Yeddi sənətkar məktəbi"ni tanınmış şeyx Həmdulla (1436-1519) təşkil
etmişdi. Yaradıcılığı boyu o, 47 sayda böyük və kiçik həcmli Quran kitablarının və digər əsərləri yazmışdır.
Onun İstanbuldakı II Bayazit məscidindəki mehrab və gümbəzdəki yazısı da bədii ifa tərzinə görə əsil sənət
əsəridir. Həmdulla məktəbinin ardacılları Əhməd Qarahjari Süleymaniyyə məscidinin gümbəzini bəzəmişdir,
digərləri isə Əbdülrəhman Hətimi, Fəzlullah ibn Səfər Balhradi, Abdulla Krımi və d. idi.
Kitab sənətində cildləmə tərtibatı da xüsusi yer tuturdu. Bu iş üzərində çalışmalar bəzən aylarla davam
edirdi. Cildin hər tərəfində qızıl fon üzrə mürəkkəb naxışlar – nəbati motivlər ənənəvi "çin buludları", "şəms"lər
təsvir olunurdu. Belə tərtibatla malik əsərlərdən Əli Üçküdərənin əlyazma üçün işlədiyi cildi nümunə göstərmək
olar. Bu nümunə hazırda İstanbulun Top-Qapı saray muzeyində mühafizə olunur.
Beləliklə, XV əsrin axırları XVII əsrin əvvəllərinə aid olan Osmanlı Türkiyəsinin incəsənətinin ölkənin
mədəniyyət tarixində çox böyük əhəmiyyəti vardır. Dövlət idarəçiliyindəki stabillik, iqtisadi və sosial yüksəliş,
Yaxın Şərq xalqları qarşılıqlı əlaqə bədii mədəniyyətin tərəqqisinə təkan verən amillərdəndir.
Aparılan təhlillərdən məlum olur ki, XVI əsrin I yarısı Osmanlı feodalizminin zirvəsi idi. Məhz elə bu
zaman gələcək tənəzzül üçün zəmin formalaşmağa başlayırdı. Əvvəllər bu zəmin nəzərə çapmaz idisə, sonradan
əldə edilən, zəbt olunan torpaqlar prosesində bu daha aydın qabarmağa başlayır. 1569-cu ildə II Səlimin əmrilə
sultan ordusu uzaq Həştərxana yürüş edərək İranın Qərblə ticarət əlaqələrinə mane olmağa çalışır. Lakin yürüş
çox uğursuz olur. İki ildən sonra isə Pemantodakı məğlubedilməz sultan flotu Venesiya, Vatikan və İspaniyanın
birləşmiş ordu qüvvələri ilə darmadağın edilir. Düzdür, buradakı məğlubiyyətdən dərhal sonra Osmanlı türkləri
tərəfindən Kipr adası ələ keçirildi və vəzir Mehmet Sokollu Venesiya Respublikasının səfiri Barbaroya
müraciətində demişdi: "Kipri sizdən qoparmaqla əlinizi kəsdik; sizcə bizim flotumuzu darmadağın etməklə
saqqalımızı kəsmiş olduğunuz. Kəsilmiş qol bir daha yerinə gəlməyəcək, çıxarılmış saqqal isə daha tez əmələ
gələcək". Doğrudan da, bir neçə aydan sonra türklər flotu bərpa edərək 200-dən artıq gəmi ilə onu təchiz etdilər.
Lakin bu müvəqqəti qələbə idi. Bundan sonra Osmanlı imperiyasının bütün hərbi cəhdləri müvəffəqiyyətsizliklə
müşahidə olundu. 1683-cü ildə Osmanlı imperiyasının Avropadakı hökmranlığına son qoyuldu. Öz sərhədlərini
qorumuş olsa da, yeni ərazilər zəbt oluna bilmədi. Ölkənin daxili iqtisadi həyatında da tənəzzül hiss olunmağa
başladı. Sultan hakimiyyətinin etdiyi bütün cəhdlərə baxmayaraq kəndlilər istismara qarşı qəti etiraz edir,
narazılığı üsyanlarla bildirirdilər. Bütün bunlar mədəniyyətin səviyyəsinə də birbaşa təsir edirdi. Sxolastik
təsəvvür və baxışların güclü təsiri, dinin hakim mövqeyi elmdə durğunluqla müşayiət edilirdi. Yalnız coğrafiya
sahəsində müəyyən addımlar atılır ki, bu da ayrı-ayrı alimlərin fəaliyyəti ilə bağlı idi. Hacı Xəlifə, yaxud Katib
Çələbi ləqəbi ilə tanınan alim Mustafa ibn Abdulla (1609-1657) coğrafiya, tarix, ədəbiyyat, teologiya, hüquq və
d. elmi sahələri əhatə edən 20-dən artıq əsər yaratmışdır. Onun elmi dünyagörüşünün zənginliyini, Konstantino-
polun tarixi üzrə yazısı, maliyyə sahəsində islahatlara dair 300 məcmuəsi, ata sözləri üzrə antologiyası və b.
sübut edir. Hacı Xəlifənin məşhurluğu ilk növbədə onun coğrafiyaşünaslığı ilə bağlıdır. Onun dünya ölkələrinin
yazılı surətdə canlandırılmasına həsr olunan «Dünyanın güzgüsü» kosmoqrafik əsəri Şərq alimlərinin çox böyük
maraq göstərdikləri əsər oldu. Bu əsərin tərtibində alim dövrünün tanınmış Avropalı coğrafiyaşünasları – Orte-
liya, Kliveriya, Merkator və d. fundamental əsərlərindən bəhrələnir. İlk dəfə olaraq Merkator və Hondiusun
«Minfum Atlası», bizanslı müəllif (XV əsr) Laonik Xalkokondilanın «Tarix» əsərlərini türk dilinə çevirib.
Digər görkəmli coğrafiyaşünas adını yuxarıda xatırladığımız Övliya Çələbidir (1611-1670). 40 ildən artıq
dünya ölkələrini gəzən Ö.Çələbi bütün gördüklərini, müşahidə etdiklərini məşhur əsəri olan «Səyahətnamə»də
əks etdirir. Bu əsər indi də Osmanlı mədəniyyəti və incəsənəti haqqında dəyərli məlumat verən mənbə rolunu
oynayır.
Tarix elmində isə Mustafa Naimə Həzərfen bu sahə üzrə, Qoçubəy «Risalə» əsərində Osmanlı dövlətinin
zəifliyinin səbəblərini axtarmağa çalışır.
Bu dövrün poeziyasına diqqət yetirilsə, görünər ki, bu sahədə də tərəqqi hissolunmaz dərəcədədir. «Qızıl
dövr»ün irsindən ilham alan şairlər yeni-yeni uğurlara cəhd etmir, beləliklə, ədəbiyyatın tənəzzülü qabarıq for-
mada hiss olunurdu.
Saray şairləri isə yeni ədəbiyyatda müəyyən məhdudiyyətdən kənara çıxmayır, yalnız şer formasının
təkmilləşdirilməsində qabağa gedirdilər. Poetik yaradıcılıqda satira janrının yaranması əhəmiyyətli hadisələrdən
birinə çevrildi. Bu janrın görkəmli nümayəndəsi şair Nəfi (1635-ci ildə vəfat edib) idi. Onun kiçik, iti mənalı
şerləri «Tale oxları» toplusunda çıxarılaraq əsas hədəfi kübar cəmiyyətinə ünvanlanaraq müvəffəqiyyət əldə
etdi. Onun digər müasiri Veys (1628-ci ildə vəfat edib) idi. Öz satirik şerlərində o əxlaqın tənəzzülünü ifşa
edərək, yaradıcı cəmiyyəti tənqid edirdi.
XVII əsrin I yarısı – XVIII əsrin əvvəllərində incəsənətin inkişaf prosesi ədəbiyyat və elmdən fərqli ola-
raq daha mürəkkəb cəhətlərlə müşayiət olunurdu. Bu estetik prinsiplərin dövrün ictimai tələbləri ilə
231
uzlaşmaması, bədii yaradıcılığın spesifikası ilə izah edilirdi. Bədii mədəniyyətdə yalnız bəzi sahələrin tərəqqi və
inkişafı hiss olunmaqda idi.
XVII əsrin əvvəllərində tikintidə inşaatın miqyası xeyli məhdudlaşdırıldı, lakin Sinanın irsi əvvəlki kimi
yeni, gözəl abidələrin tikintisinə kömək edirdi. Memarın ardıcılı Mehmetağa (1540-1620) bir sıra tikililəri ilə
adını sənət tarixində əbədiləşdirdi. Onun məşhur tikililərindən biri 1609-1617-ci ildə I Əhmədin şərəfinə tikdiyi
məsciddir. Müəllif bu abidədə məscidlərin «klassik» tipin planlaşdırma və zahiri görkəm cəhətlərindən istifadə
etmişdir. Baş binanın kubu diametri 23, hündürlüyü 43 metr olan gümbəz, yarımgümbəz və onların arasındakı
qüllələrlə əhatə olunur. Ənənəvi üsluba istinad edərək Mehmetağa yarımgümbəzlər üçün proporsional forma və
həcm, digər detallar axtarıb tapmışdır. «Qızıl əsr»in memarlığı ruhunda işləyən memar məscidin bir, iki və ya
dörd deyil, məhz altı minarə ilə əhatələnməsini layihələşdirir. Minarələrin sayının qeyri-adi səviyyədə artımı
belə bir ehtimalın irəli sürülməsinə imkan verir ki, guya I Əhməd şərəfinə ucaldılmış abidənin məşhur
müqəddəs Sofiyadan fərqli olmasını istəmişdir. Bu məscidin bəzən işində əsas yeri keramika tutur. Onun
dekorasiyasında 20 mindən artıq kaşıdan istifadə olunması, yazılı məlumatlardan bəlli olur. İstifadə edilən rəng
koloritinə görə məscid özünün ikinci adının «Göy cami» kimi qazanmışdır. Burada türk dekorativ sənət
nümunələrindən də istifadə edilir. XVII əsrin məşhur kalliqrafı Qasım Qubari dairəvi iri şitlər üzərində ərəb
yazıları ilə divarı bəzəyir.
1663-cü ildə tikintisi başa çatan İstanbuldakı Yeni Cami məscidi də dövrün bədii dəyərlərindən hesab edi-
lir. Öz tipinə görə bu abidə Sinan yaradıcılığına çox yaxındır. Onun memarları Davudağa, Dalcı Əhməd, Qasım
və Mustafaağadır. Onlarda məscidə kub forması vermiş, baş gümbəzin diametri 17 m, hündürlüyü isə 36 metr-
dir. Binanın siluetini üç eyvanlı, iki qamətli minarə tamamlayır. Yeni caminində əsili quruluşunda da köhnə
üslub özünü təzahür etdirir: divarlar gözəl kaşıdan salınmış, tünd qırmızı rəngli sütunlar sultan lobpasını
saxlayır. Fil sümüyü, sədəflə instukrtivləşdirilmiş taxta qapılar, qızılla haşiyələnmiş mehrab stalaktitlər, apsurlu
mərmər qapıları daşyonma sənətinin əsil inciləri adlandırmaq olar.
XVII əsrdə Top Qapı saray-kompleksinin yenidən tikintisi davam edirdi. 1635-ci ildə türklər tərəfindən
şəhərin ələ keririlməsi münasibəti ilə Yerevan sarayı, bir qədər aralıda isə Bağdad sarayının salınması bu ərazidə
işlərin yenidən təşkilini zəruri etdi. Bağdad sarayının bəzəyində şaquli istiqamətli pannolar maraq doğurur.
Rəsm, rəng vəhdətinə görə əsil sənət əsərini xatırladır. Bu rəsmlərin kompozisiyasını mavi-yaşıl rəngli dişvari
yarpaq şanagüllə çiçəyi öz budaqlarından qıvrılaraq rəng və cizgi, xətlərin simforniyasını yaradır, bütün bunlar
tərkibcə bir biri ilə vəhdət təşkil edir. Çiçək açmış budaqlarda quşlar oturub, kolların altında isə boynunu zərif
şəklində döndərib sakit maralın rəsmi hər kəsin diqqətini cəlb edir.
Yerevan və Bağdad saraylarından əlavə XVII əsrin 60-cı illərində Top Qapı saray-kompleksinə daha bir
neçə bina - hərəmxana və hərəm xidmətçiləri üçün yerlər əlavə olundu. Onlar daşdan inşa edilmişdir. 1660-cı
ildə İstanbuldakı böyük yanğın Top Qapıdan da yan keçmədi, xüsusilə, taxtadan olan tikililərin məhvinə səbəb
oldu.
Məscid və saraylarda bəzək işlərində keramikadan istifadə bir daha sübut edirdi ki, bu material uzun
ömürlü, gözəl dekorativ səciyyəyə malik idi. Əsrin I yarısında bu materialların keyfiyyəti daha da yüksəldi.
Naxışlar zamanın daha yüksək ənənələri üzərində yerinə yetirilmişdir. Kaşıların rəngarəng çalarları təkcə pay-
taxt binalarını deyil, Ədirnə, Konya, İznik və s. şəhərlərin tikililərini bəzəyirdi.
Türk keramikası üzərində imzaların adı verilmədiyindən müəlliflər haqqında məlumatdan bizi məhrum
edir. Bu sahədə sənətkarlıqla məşğul olanlar tez-tez yeniliyə can atır, forma və məzmun dəyişikliyinə cəhd edir,
sənəti irəliyə doğru aparırdılar. Keramikada rəng, bəzək vəhdətindəki tərəqqi sənətkarların yüksək estetik
hisslərindən xəbər verir. Lakin bütün bunlarla yanaşı, keramikadakı bu yüksəlişi uzun müddət qoruyub saxla-
maq mümkün olmadı. İrəliləməkdə olan iqtisadi tənəzzül bu sahəyədə mənfi təsir göstərirdi. İstanbulda və digər
şəhərlərdə tikintinin ləngi kaşı istehsalının da xeyli dərəcədə zəiflətdi. Əgər I Əhmədin hakimiyyəti illərində
İznikdə 300-ə yaxın keramika sexi fəaliyyət göstərirdisə, 1648-ci ildə isə Övliya Çələbinin sözlərinə görə
onların sayı 9-a enmişdir. Yavaş-yavaş məhsulun keyfiyyəti də aşağı düşür. Tikinti işlərində keramikaya tələbin
aşağı düşməsi bu sənətdə daha çox məişət əhəmiyyətli məhsulların istehsalına geniş yer verildi. Nimçə, fincan,
vazların istehsalı başlıca yer tutdu.
Kaşıya tələbatın heçə enməsi keramikaçıları digər yollar axtarmağa məcbur edirdi. Sənətkarların bir qismi
müxtəlif millətlərdən – erməni, yunan, ərəblərdən olması hazırlaşan məhsulların üzərindəki naxış və rəsmlərdən
də məlum olurdu. Rəsmlərdə türk ornamentləri ilə xristian süjetlərinin vəhdəti bunu sübut edir.
Keramikadan savayı bədii sənətlər içərisində metalın bədii işlənməsi də mühür yer tutan sahələrdən birini
təşkil edirdi. Metal əşyalara olan maraq iri feodal və hakimiyyət adamlarının zövq və əyləncəsi ilə bağlı idi. Bu
özünü ilk növbədə qiymətli silah növlərinə dəbdəbə əlaməti kimi yanaşma meylindən irəli gəlirdi. Bu, həm
maddi, həm də bədii sərvət kimi qiymətləndirilirdi.
Zərgər sənəti iftixar hissi oyadırdı. Övliya Çələbinin qeydinə görə qravüraçılar müxtəlif ərəb hərfləri ilə
talisman üzərində quran ayələrini zərif və incə tərzdə ifa etmək hünərinə malik idilər. Bu işdə onlar əsil «sehr-
bazlar» idi. Belələrindən tanınmışı yunan Mixail idi. O, Osmanlı padşahlarına bu qəbildən saat, xəncər, qılınc
232
qabları bəxş etmişdir. Bu cür hədiyyələrin qiymətini dərk edənlər eyni dərəcədə də sənətkarlara sovqatlar
verirdilər. Bunlar Övliya Çələbinin dedikləri idi.
Zərgərlər varlı adamlar hesab olunurdu. Müəlliflərin birinin yazdığına görə onlardakı daş-qaşın sayını an-
caq bir Allah bilir.
Övliya Çələbinin əsərlərində zərgərlərin yüksək peşəkarlığından geniş söhbət açılır. Müəllifin bu haqdakı
fikirlərini zamanımıza gəlib çatmış zərgərlərin məlumatı da sübut edir. Belələrindən biri İstanbuldakı Top Qapı
saray muzeyində mühafizə olunan sədəflə inkrustasiya edilmiş, taxtadan yonulmuş iri tacdır. Tacın üstü dörd
sütun və burada rubin, zümrüd və iri mirvarilər asılmış qızıl örtüklə tamamlanır. Sütunların ucları dağ bülluru və
digər qiymətli daşlarla çox zərif və incə bəzədilmişdir. Tacın üstündəki yazıdan məlum olur ki, o, I Əhmədin
hökmranlığı dövrünə təsadüf edir. Adətə görə müsəlman bayramı günü sultan bu tacı başına qoyaraq təbrikləri
qəbul edirdi.
Rusiyanın Osmanlı Türkiyəsi ilə hələ XV əsrin axırlarında əlaqələrinin təşəkkülü rus məişətinə türk
parçaları, silahları, digər ləvazimat və əşyaların daxil olmasına şərait yaradırdı. Moskva Kremlinin Silah
palatasında indiyədək Türkiyədə hazırlanmış əşyalar qorunub saxlanılmaqdadır. 1656-cı ildə rus çarına hədiyə
edilmiş qızıl qılınc, xəncər, oxlar qiymətli daş-qaşla bəzədilmiş ox qabı mühafizə edilməkdədir.
Silah istehsalında aparıcı mərkəzi İstanbul olaraq qalırdı. Ərzurum və Trabzon da bu sahədə irəliləyişlər
əldə etmişdir. Silahların əsas növlərini müxtəlif qılınclar, xəncərlər, yalnız türk hərbçilərinə xas yaraqlar təşkil
edirdi. Silahların döyüş xüsusiyyətlərinə diqqət yetirməklə yanaşı, sənətkarlar, həm də onların bədii tərtibatına
böyük səy göstərirdilər. Zərgərlik işində tətbiq edilən üsullar silahların bədii tərtibatında da istifadə olunurdu.
Yazı mətnləri dini-ruhani məzmun kəsb edərək, xüsusilə, «ədalətli və şəfaqətli Allahın adı ilə!», «Allahdan
kömək!» ifadələri başlıca yer tuturdu.
Zərgərlik, silah işi, daşyonma sənəti ilə birgə XVII əsrdə öz inkişafını qoruyub saxlayan sahələrdən biri də
toxuculuq idi. Öz ənənəsinə sadiq qaralaq bu sahədə parça, məxmər, ipək üzərində nəbati motivlər, rəng
qamması qırmızı-moruğu fonda qızıl və gümüş tikişlər başlıca yer tuturdu. Bursa və Üsküdərə toxuculuğu
xüsusilə fərqlənirdi.
Parçaların keyfiyyəti əvvəlki kimi yenə də yüksək idi. Əsrin I yarımilinə aid ipək parçadan hazırlanmış
bəzəkli xələt hazırda Sankt-Peterburqun Ermitajında saxlanılır. Buradakı kompozisiya yarpaq və gül
budaqlarının dalğavari surətdə yuxarı qalxması təsviri mərkəzi yer tutur.
Osmanlı toxucuları bu dövrdə xalçanın yeni bir növünü moruğu məxmərdən çox da mürəkkəb olmayan
təsvirlərdən ibarət olan düzbucaqlı kiçik xalçaları işləyib hazırladılar. Bu cür xalçalar Avropada böyük tələbatla
əldə olunduğundan hətta bu məhsulların oxşarlarını hazırlayırdılar.
XVII əsrin I yarımilində toxuculuqda aparıcı müəssisə Uşakda idi. Əvvəlki yüzillikdə olduğu kimi, bu
əsrdə də «ulduzlu» və «medalyonlu» xalça məhsulları başlıca yer tuturdu. Kiçik xalçaları içərisində namaz
xalçalarının da adını çəkmək lazımdır. Bu xalçalarda bir-birinin əksinə mərkəzi hissədə təsvir edilmiş tac və
medalyon kompozisiyası başlıca yer tuturdu. Toxuculuq sexləri saraylarda da fəaliyyət göstərirdi. Bunlardan
başqa digər əyalətlərdə – Berqam, Ladik şəhərində toxuculuq sexləri var idi.
İstanbulda müstəqil rəssamları əhatə edən kiçik emalatxanalar mövcud idi. Bütün rəngkarlar öz patronları
olan sexlərdə birləşir, nəqqaş kimi təmsil olunurdular. Anonim əsərlərin bir çoxu məişət mövzusuna aid idi. I
Əhmədin albomu üçün toplanmış rəsmlərin içərisində şəhər həyatını əks etdirən əsərlər də var. Burada zəngin
ifa konsert verən musiqiçilər, İstanbulda xalq bayramlarının keçirilməsi və s. mövzular təşkil olunur.
Miniatürçülər üçün sevimli olan hərbi mövzu əlyazmalarda aparıcı yer tutmağa başlayır. Həsənpaşa adlı
rəssam Eqrinin fəthnaməsinə Xotin qalası uğrunda döyüş əks etdirən illüstrasiyalar çəkmişdir. Lakin bu
rəsmlərdə planın düzülüşü ənənəvi olaraq qalır, obrazların hərəkət dinamizmi fiqur, baş, əllərin hərəkətləri ilə
ifadə olunur. Bu cəhətlər dini süjetlərə də aid edilirdi. Əsrin əvvəlinə aid miniatürlərdə kanonlara riayət hiss
olunurdu, təsvirdə komponentlərin mərtəbəli məkanda yerləşdirilməsi başlıca yer tutur. XVII əsrin türk təsviri
sənətinin görkəmli nümayəndəsi Nəqşi təxəllüsü ilə tanınan Əhməd Mustafadır. Təsviri sənətdə o, aparıcı fiqur
idi. Onun əsas işləri 1618-1622-ci illəri əhatə edən hadisə və şəxsiyyətlərin təsvirindən olan 50 vərəqədən
ibarətdir. Bu əsərlər XVI əsr türk təsviri sənət məktəbinin ənənələrinə yaxın idi, lakin bu əsərlərdə yaradıcılıq
yeniliyi də hiss olunmaqdadır. Nəqşinin bir rəngkar kimi kanonların hüdudlarından çıxmaq meyli hiss olunur.
Sultan Orxan, molla Əsvəd, molla Qara Xəlil, sultan I Bayazit, molla Fənəri, şeyx Cəmaləddin Aksaray
rəsmlərində ənənəliklə yanaşı yeni cəhətlər də hiss olunur ki, bu da durğunluq keçirən təsviri sənət üçün başlıca
fakt idi. Təsviri sənətdə kitab tərtibatı yenə də mühüm yer tutmaqda idi. XVII əsrin görkəmli kalliqraflarından
Hafiz Osman Əfəndi (1642-1698) adını çəkmiş olar. Tanınmış vəzir Mustafapaşanın himayədarlığı ilə təhsil
almış şeyx Həmdullahın məktəbini keçdikdən sonra sarayda çalışmağa başladı. Onun əsərlərində mətnin zərif
yazılışı və yerləşdirilməsi mühüm yer tutur. Onun ruhani üslubunda yazdığı bir mətn Top Qapı muzeyində
saxlanır. O şaquli istiqamətdə iki hissəyə bölünür və yuxarı hissəsi «Mərhəmətli və şərafətli Allahın adı ilə!»
yazısı ilə tamamlanır.
Aparılan təhlillərdən məlum olur ki, XVII-XVIII əsrlərin əvvəllərində özünüməxsus inkişaf etmiş bədii
mədəniyyət sonrakı tarixi dövrün mədəniyyətinin inkişafında özünəməxsus yer tutur.
233
Osmanlı imperiyası XVIII əsrə artıq nəhəng dövlət kimi daxil olmadı. Ölkədə daxili və xarici siyasi
çətinliklər təzahür olunmaqda idi. Bu vəziyyətdə başlıca səbəb hərbi sistemdəki dəyişiklik idi. Feodal
təbəqələrindəki tərkib dəyişmələri özünü göstərirdi. 1768-1774, 1787-1791-ci illərdəki hərbi münaqişələr
vəziyyətin ağırlaşmasında təkanverici amil rolunu oynayırdı. Bütün bu böhranlı məqamlar mədəniyyətin ümumi
vəziyyətinə ciddi təsir göstərirdi.
Kütləvi savadsızlıq cəmiyyətdə mühüm yer tuturdu. Təhsil yalnız cəmiyyətin yuxarı təbəqəsinə aid idi. Bu
təhsilin özü isə daha çox dini səciyyə kəsb edirdi. Əsas təhsil növü olan müəssisələrdə ilahiyyat fənləri tədris
olunurdu, təbiət və dəqiq elmlər isə ötən əsrlərdəkilə eyni vəziyyətdə idi.
İsmayıl Asım (kiçik Çələbizadə), Mehmed Rəşid, Mustafa Sami, əvvəlki elmi əsərlərin nüsxələrini
çıxarırdılar. Ədəbiyyatda da yenilik yox idi. XVIII əsrdə yalnız bir neçə şair tanınırdı – Niyazi iki divan müəllifi
Əhməd Nədim (1681-1731), Yusif Nəbi, Şeyx Qalib belələrindən idi.
XVIII əsrin 20-ci illərində ilk türk nəşriyyatı fəaliyyət göstərməyə başlayır. Onun yaradıcı İbrahim
Mütəferrik (1674-1747) idi. O, islamı qəbul edən macar idi. Nəşriyyat uzunmüddətli olmasa da, bir çox əsərləri,
o cümlədən Katib Çələbinin «Dünyanın güzgüsü» əsərini nəşr edir.
III Səlim (1978-1807) tərəfindən aparılan islahatlar da mədəniyyətə təsir göstərirdi. Bu islahatların başlıca
məqsədi mövcud böhranın zəifləməsinə kömək idi. İstanbulda hərbi-mühəndislik məktəbi təşkil olundu.
Məktəbin kitabxanasında avropa dillərində çoxlu sayda kitab da var id.
XVIII əsrdə türk şəhərlərinin ümumi siması spesifik cəhətlərlə nümayiş olunurdu. Tikinti-inşaat üslubun-
da dəyişiklərə rast gəlinmirdi. Sonsuz sayda dar küçələrdə bir-birinə sıxışdırmış taxta, nadir hallarda daş
mərtəbəli evlər mövcud idi. Bu dövrdə Top Qapı ətrafında sultanların baş iqamətgahında tikintilər sona yetdi.
Burada böyük və kiçik həcmli tikililər, pavilyon və s. memarlığında yeni-yeni cəhətlər özünü göstərirdi. Bu
dövrdə Top Qapı «zanbaqlar bağı» ilə məşhur idi. III Əhmədin hakimiyyəti illərində saray əhatəsinin zanbaqlar-
la bəzədilməsi dəb olunduğundan XVIII əsrin I yarısını şərh edənlər onu «Zanbaqlar dövrü» kimi
adlandırırdılar. Burada bağ iki hissədən – «Qızılgül sarayı», «Şəxsi bağ»dan ibarət idi. Burada rəngarəng
çiçəklər becərilirdi. Üstünlüyü isə zanbaqlar təşkil edirdi. Onun 832 növü mövcud idi. Bu gülün gözəlliyi
dövrün şairləri tərəfindən mədh edilirdi.
Tətbiqi sənət də özünüməxsus şəkildə təzahür tapırdı. Demək olar ki, XVI-XVII əsrlərin üslubu, kompozi-
siya sxemləri xalçaçılıqda qalmaqda idi. Əvvəlki dövrdə olduğu kimi, köhnə ornamental motivlər, nəbati bəzəklər
qalmaqda idi. Umak şəhərində xalça istehsalı azaldılmış, saray emalatxanalarının işi demək olar ki,
dayandırılmışdı. Bunun əvəzində Gördes, Kula, Berqam, Ladik, Mucür kimi yerlərdə xalça sənəti inkişaf etməkdə
idi. Xalça işində namaz xalçalarının istehsalı daha çox üstünlük təşkil etdi.
Bədii tikməkdə də zəiflik aydın şəkildə hiss olunurdu. Bunun aparıcı mərkəzləri Bursa və İstanbul idi. Bu-
rada daha çox saray tələbatı ödənilirdi. Parçalar geyimlərin tikilişi üçün vacib idi. Parçalarda ornamentika yenə
də köhnə motivlər idi. Bu varislik metalişləmə sənətində də təzahür tapırdı. Məişət əşyaları bürünc, tunc,
güllərdən hazırlanırdı. Bunlar lampa, dolça, fincan və s. idi. Məhsulun texniki tərəfi bir o qədər də yüksək
səviyyədə deyildi. Eyni proseslər dövrün zərgərlik işində də təzahür tapmışdır. Maxinasiya yolu ilə artmış kor-
rupsiya hakim təbəqənin dəbdəbə ilə yaşamasına, qızıl, ziynət əşyalarına meylliyi tələbatı xeyli gücləndirildi.
Ona görə də zərgərlik işlərinə qeyri-adi məbləğdə vəsait sərf olunurdu.
Silahların hazırlanmasında yenə də qızıl, gümüş, polad, habelə qiymətli daş-qaş, sədəf, buynuz, fil
sümüyü və s. istifadə edilirdi. Bunlardan istifadənin digər səbəbi əşyanın maddi dəyərini yüksəltmək məqsədi
daşıyırdı.
Primitivləşmə meylləri keramika sənətində də özünü təzahür etdirməkdə idi. Artıq XVIII əsrdə İznik
əvvəlki əhəmiyyətini itirdi. Bədii sənətkarlığın tənəzzülünü görən hakimiyyət dairəsi onun əvvəlki vəziyyətinin
bərpası məqsədilə 1705 və 1719-cu illərdə sərəncam qəbul etdi. Həmin sərəncamlara əsasən kaşı və qab
hazırlanmasının bərpasına diqqət gücləndirildi. 1724-cü ildə bu sahədə ən istedadlı sənətkarlar İstanbulun,
Təkfur Saray deyilən yerindəki xüsusi emalatxanaya dəvət olundu. Burada yarıməsr müddətində sultan binaları
üçün keçmiş rəsm motivləri əsasında kaşılar hazırlayır. Bu əsrin təsviri sənətindəki miniatür rəngkarlığı bu
yaradıcılıq növünün geridə qaldığını təzahür etdirirdi. Bu dövrün miniatürçülərindən Rəşid Səliməli, Mustafa
Çələbi, Fasih Dədə, Fənni Dədə, Dərviş Həsən Eyyublunun adlarını çəkmək olar.
Aparılan təhlillərdən məlum olur ki, XVIII-XIX əsrin əvvəllərində türk incəsənətinin əvvəlki sənət növləri
və onun üslublarının təkrarlanması başlıca cəhətləri idi. Lakin bu dövrdə avropa təsiri amilini də nəzərdən
qaçırmaq olmaz. Sultanlıq tərəfindən avropalı sənətkarların dəvətolunması yuxarı təbəqənin məişət və həyatındakı
dəbdəbə, zənginliyi yüksəltmək məqsədini güdsə də, bədii sənətin inkişafı üçün də mühüm şərt idi. Avropadan
dəvət olunmuş rəssam, memar dekorçular arasında J.B.Van Moura (1671-1737), A.A.Kastellana (1772-1838),
A.j.Mellinq (1763-1831), j.E.Liotar (1702-1789), L.F.Kassas (1756-1827), j.B.İler (1753-1822), A.Ş.Karaff (1762-
1822) adlarını çəkmək olar. Şənlik parkları, pavilyon, köşklərin tikintisi avropalı mütəxəssislərin yaratdıqları
abidələrdən idi. Bu abidələrin zahiri görkəmi yerli estetik prinsiplərə uyğun olduğu halda daxili bər-bəzək isə ba-
rokko, rokoko motivləri ilə müşayiət olunurdu. Zahirən sırf türk üslubunda olan bu abidənin interyeri barokko
üslubunda bəzədilmişdi.
234
A.Mellingin Beşiktaşdakı (İstanbul yaxınlığında) sarayı da dövrün məşhur abidələrindən idi. Bu abidənin
zahiri görkəmində həm şərq, həm də qərb elementləri əks olunub. Sultaniyə, Şərəfabad, Nişabad, Fənərbağça,
Tərsanə, Qaraağac, Kyatxana, Bəylərbəy – bütün bunlar yeni tikililərin adlarıdır. Memarlıqda avropalaşma mey-
li təkcə ictimai tikililərdə deyil, dini tikililərdə də nüfuz etdi. Belələrindən Nuri Osmaniyə (1755) məscidinin
adını çəkmək olar. Ənənəvi olaraq ümumi gümbəzin görkəmində olan binanı əhatə etməsindən əlavə, açıq
yarımdairəvi qalereya məscidin görkəmini dəyişir. Laləli məscidində (1783) adi planlaşdırmadan başqa
avropasayağı konsturktiv və dekorativ elementlər də əlavə edilmişdir.
Yeni təsir bədii sənətkarlığa da nüfuz etmişdi. Tunc və bürüncdən hazırlanmış əşyaların bəzədilməsi ro-
koko üslubunda həyata keçirilir. Eyni xüsusiyyətlər soyuq və od saçan silahlarda da təzahür edir.
Keramika sənəti artıq İznikdə deyil, Kyütahya şəhərində inkişaf edir. 1715-ci ildə fransız taciri Pol Lyuka
burada 20 sayda nəlbəkisi ilə birgə kofe fincanı, iki mürəkkəb qabı, iki duz qabı almış və bu emalatxananın
məhsullarının Avropaya nüfuzunu təmin etmişdi. Bu hadisədən sonra Kyütahya məhsulları Avropada
populyarlaşmağa başlayır. Bu şəhərdə keramika məhsullarının bəzədilməsinə, nəbati motivlərlə yanaşı, heyvan,
quş və insan rəsmlərinə də rast gəlinir.
Yaradıcılıqda baş verən yeni proseslər təsviri sənətdə tamamlanır. Bu dövrün rəssamoalırdan Levni və Ab-
dulla Buxaridir.
Levni (əsil adı Abdul Cəlil Çələbi) əvvəlcə sultan II Mustafanın, daha sonra III Əhmədin şəxsi saray
rəssamı idi. Ömrünün sonunda o, saraydan uzaqlaşaraq müflis vəziyyətdə vəfat etmişdi. O, rəssam olmaqla
bərabər, bir sıra ədəbi əsərlərin müəllifi idi. İki albom və çoxsaylı rəsmdən başqa, Vehbinin «Surnamə»
poemasına illüstrasiyalar çəkmişdi. Bu, rəssamın 137 səhifədən ibarət böyük yaradıcılıq əsəridir. Miniatürlərin
çoxu ənənəvi üslubda yaradılmışdır. Bu rəsmlərə plastiklik, personajların şərti pozaları, təsvirlərin səthi
traktovkası, kiçik, cüzi detalların incəliklə ifadəsi, rənglərin harmoniyası xasdır. Miniatürlərdə rəssam obrazların
fərdiləşdirilməsindən yan keçmişdi. Lakin bu seriyadan olan vərəqlərin bir qismində Levni portretliyə meyl
edərək III Əhməd və oğlunun prototipini yaradır.
Digər miniatürçü rəssam Abdulla Buxari də sarayda çalışaraq portret janrına daha çox üstünlük verildi. O
əsərlərində pozaların statikliyinə, şərti kanonlaşdırılma jestlərə üstünlük versə də, bəzən hərəkətlərin təbii
çatdırılmasına cəhd göstərmişdi. Bu mənada onun yaratdığı əsərlərdən saray xanımı, gənc oğlanın rəsmləri
diqqət cəlb edir. Saray həyatı ilə bağlı tematikadan başqa, dekorativ rəngkarlığa da meyl etmiş Abdulla Buxari-
nin naturadan çəkilmiş bitkilərin rəsmləri maraq doğurur. Bu mənada A.Buxariyə yaxın olanı Əhməd Ataullah
hesab edilir. Onun qızılgül rəsmləri (1728) türk nəbati ornamentikasında əhəmiyyətli yer tutan rəsmlərdəndir.
XVIII əsrin axırlarına yaxın Avropa rəngkarlığının Osmanlı rəssamlarına təsiri özünü təzahür etdirir. Yeni
tərzdə çəkilmiş rəsmlər çəkilir. Belələrindən biri Fədil Hüseynin «Qadınlar haqqında kitab»ına çəkilmiş
miniatürlərdir. Bu rəsmlərin müəllifi məlum deyildir. Əlyazmalara 40-dan artıq zərif surətdə çəkilmiş miniatür
vardır. Bu əsərlərdə köhnə üslublar təzaşür tapır: personajların sifətləri birmənalıdır, geyim, şərait, interyerlər incə
detallarla çəkilmişdir. Fiqurların həcmi, sifət mimikalarından rəssamın avropa məktəbi keçməsi haqqında ehtimal
yürütməyə imkan verir.
Digər rəssamlardan polşadan olan və islamı qəbul edən Mehdi adlı sənətkarın da adını çəkmək olar.
Beləliklə, XVIII-XIX əsrin əvvəlləri türk bədii mədəniyyətinin xarakterinə görə çox da mürəkkəb ol-
mayan bir dövrdür. Həmin dövrdə yaradılan müxtəlif növlü bədii sənət nümunələrində həm keçmiş ənənələr,
həm də müasir avropa meylləri özünü təzahür etdirir. Lakin bu meyllər əlverişli tarixi şərait olmadığından
Osmanlı mədəniyyətini irəliyə apara bilmədi. Əksinə, dünyada digər nəhəng dövlətlərin hakim mövqeyindən
çıxış etdikcə Türkiyə bir dövlət kimi zəifliyini göstərirdi ki, bu da istər-istəməz mədəniyyətdə özünü əks etdirir-
di.
Dostları ilə paylaş: |