Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə52/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

 
 
2.5.13.XX əsr Azərbaycan mədəniyyəti 
 
Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin zənginləşməsində XX əsr 
məhsuldar bir mərhələ kimi özünəməxsus yer tutmuşdur. Tarixin bu dövrü  
Xüsusiyyətləri, tarixi - ictimai şəraiti ilə  fərqləndiyindən bütün bunlar istər - istəməz mədəniyyət və 
incəsənət sahəsində  də öz dərin izini buraxmışdır. Belə ki, əsrin  əvvəllərində Azərbaycan xalqının müstəqil 
dövlət qurmaq ideyası bir neçə il təcrübədə  həyata keçsə  də, tezliklə xalqın həyatı yenidən sözdə suverenlik 
pərdəsi altında rus tabe etdirildi. 70 il ərzində bu ictiami şəraitdə yaşayan Azərbaycan xalqı, nəhayət,  əsrin 
sonuncu onilliyində sözün əsil mənasında dövlət müstəqilliyinə qovuşdu. Göründüyü kimi, XX əsr Azərbaycan 
xalqının tarixində ictimai - siyasi çevriliş və dəyişmələr dövrü kimi yadda qalmışdı. Baş verən ictimai - tarixi, 
siyasi dəyişmələr milli mədəniyyət və incəsəntdə öz təsirini təzahür etdirsə  də, ümumiyyətlə, inkişaf nöqteyi 
nəzərindən bu dövrü məhsuldar bir mərhələ kimi səciyyələndirmək olar. Əsrin əvvəllərində milli maarifpərvər 
qüvvəllərin mədəni inkişaf uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri tədbirlər, mədəniyyət və 
incəsənətin ayrı-ayrı sahələrinin təşəkkülü, formalaşdırılması üzrə çalışmaları Azərbaycanda mədəniyyətin 
dirçəldilməsinə çox ciddi təkan verdi.  
Azərbaycan xalqının görkəmli ziyalıları N.Nərimanov, H.Zərdabi, C.Məmmədquluzadə, R.Əfəndiyev, 
Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyov, M.Maqamayev, Ə.Əzimzadə, M.M. Nəvvab və onlarla digərləri öz 
müqəddəs niyyət və arzularında yekdil idilər: ölkənin mədəniyyətini yüksəltmək, kölə vəziyyətində olan savad-
sızları  təlim - təhsilə  cəlb etmək, xalqın nümayəndələri içərisindən qabiliyyətli və istedadlı  şəxsləri üzə 
çıxartmaq, Azərbaycan maddi və mənəvi sərvətlərini bütün bəşəriyyətə tanıtmaq və s. Qeyd etmək lazımdır ki, 
bu müqəddəs tarixi vəzifəni həyata keçirən görkəmli şəxsiyyətlər xalq qarşısındakı bu öhdəçiliyi şərəflə yerinə 
yetirdilər. 
Əsrin  əvvəllərində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də  mədəni cəhətdən geridə qalmış 
ucqarlardan biri olmasına baxmayaraq mədəniyyətin ayrı-ayrı sahələrində irəliləyişlər hiss edilməkdə idi. Artıq 
bu dövrdə Azərbaycanda milli dramturgiyanın, teatrın, mətbuatın, professional musiqinin əsası qoyulmuşdur. 
Hələ milli teatrın qoyuluşundan  əvvəl yazılan mükəmməl realist dram əsərlərinin meydana gəlməsi Milli 
teatrların tarixində nadir hadisələrdən idi. Belə ki, 1873-cü ilin mart və aprel aylarında göstərilən “Lənkəran 
xanının vəziri” və “Hacı Qara” tamaşaları ilə Azərbaycan teatrının tarixi başlayır.  
XX  əsrin  əvvəllərində  mədəniyyətimizin  şanlı  səhifələrindən birini, ilk növbədə  ədəbiyyat təşkil edirdi. 
Bu  əsr milli ədəbiyyatada yeni intibah dövrünün başlanğıcı oldu: inqilabi - demokratik ədəbiyyatın 
nümayəndələri hesab edilən C.Məmmədquluzadə,M.Ə.Sabir, N.Nərimanov,  Ə.Haqverdiyev,  Əli Nəzmi, 
M.S.Ordubadi,  Əliqulu Qəmkusar, Mirzə  Əli Möcüz, Bayraməli Abbaszadə, realist - maarifpərvər yazıçılar 
S.Axundov, Ü.Hacıbəyov, A.Şaiq, S.M.Qənizadə, R.Əfəndiyev, Y.B.Çəmənzəminli,  İ.Musa-bəyov, Marağam 
Zeynalabdin, habelə romantik ədəbiyyatın nümayəndələri Məhəmməd Hadi, H.cavid, A.Səhhət, A.Divan-
bəyoğlu, ədəbiyyatşünas Firudin bəy Köçərli, məhz XX əsrin yetişmələri sayılır.  
XX  əsr realistlərində müxtəlif dərəcəli və formalı gülüşlə yanaşı göz yaşalırının, qəzəblə  mərhəmətin, 
sevinclə  kədərin, kəskin satira ilə  həzin lirikanın birgə üzvü əlaqəsi açıqca hiss olunur. Bu müəlliflərin 
əsərlərində insan birtərəfli deyil, ətraflı  və bütün mürəkkəbliyi ilə, ictimai mübarizələrin iştirakçısı, müasir 
dünyanın fəal vətəndaşı kimi təsvir olunurdu.  
Ədəbiyyatda yumor və satira böyük sənətkarların qələmi ilə fəlsəfi səviyyəyə qaldırılmış, bəşəri ideyalar 
cəhətdən mənalandırılmışdır. 
Bu cəhətdən c.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığı müstəsnalıq təşkil edir, xalqımızın bu mötəbər 
ziyalıları xalq həyatının bütün sevincli və  kədərli, işıqlı  və kölgəli, yeni və köhnə  mənzərələri ilə  ədəbiyyata 
gətirən, söz sənətini xalq qurtuluş  və  səadəti üçün səfərbər etməyi vacib vətəndaş  vəzifəsi sayan öncül 
ədiblərdəndir. c.Məmməd-quluzadənin yaradıcılığında drama-turji fəaliyyət mühüm yer tutaraq Azərbaycan 
ədəbiyyatına “Çay dəsgahı” (1889) kimi alleqorik mənzum əsəri, “Ölülər” (1909), “Danabaş kəndinin məktəbi” 
(1971), “Anamın kitabı” (1920) kimi dəyərli bədii  əsərlər bəxş etmişdir. Bu əsərlər hazırda müasir teatr 
afişalarından düşməyən komediyalar, dramlardır. Bu əsərlərin həmişə yaşarlığı onların mövzularının həqiqi 
reallıqlardan, ictami mübarizələrdən, canlıel məişətindən götürülməsidir. Ümumiyyətlə, C.Məmmədquluzadə 
ictimai inkişaf tarixində dramaturqluqla yanaşı, görkəmli jurnalist kimi də  məşhurluq tapmışdı. Belə ki, əsrin 
əvvəllərində milli mətbuatdan formalaşması üçün təkanverici əhəmiyyət kəsb edən məşhur “Molla Nəsrəddin”in 

 
353
nəşri onun adı ilə bağlıdır. Milli mətbuat tarixində ilk inqilabi - demokratik satirik məcmuaə olan “Molla 
Nəsrəddin” 1906-cı ilin aprelin 7-də Tiflisdə “Qeyrət” Mətbəəsində  nəşrə başladı. Məcmuaənin belə 
adlandırılması milli xalq ədəbiyyat - ənənələri, güclə Şərq kaloriti ilə sıx bağlılığı ilə izah edilirdi. Jurnalın çox 
maraqlı, rəngarəng proqramı vardı: məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəki  şerlər, məzhəki 
teleqramlar, satirik hekayələr, lətifələr, poçt qutusu, məzhəki elanlar, karikatura və illüstrasiyalar. 
“Molla Nəsrəddin” satirik məcmuəsi daha sonralar milli Azərbaycan mətbuatının inkişafında, uşaq 
mətbuatının yaradılmasında möhtəşəm rol oynadı.  
Əsrin  əvvəllərində Molla Nəsrədinçi kimi məşhurluq qazanan görkəmli satirik ustadlardan biri də 
M.Ə.Sabir oldu. Klassik şair S.Ə.Şirvanin şagirdi olmuş Sabir XX əsr ədəbiyyatının zənginləşməsində görkəmli 
xidmətləri olmuşdur. Belə xidmətlərdən ən önəmlisi onun Azərbaycan şerinə tamamilə yeni bir ruh, yeni həyat, 
yeni məzmun, yeni söz kəsəri göstərməsidir. Şair M.Ə.Sabir bütün düşüncə, mülahizə və təsvirlərini uca, qəhqə-
həli, sağlam bir ictimai mənalı gülüşlə bədii şəkildə ifadə edildi. 
XX  əsrdə Azərbaycan  ədəbiyyatının inkişafının mühüm mərhələlərindən birini də Sovet dövrü təşkil 
edirdi. Bu dövrə c.cabbarlı, S.Hüseyn, M.Müşfiq, Y.V.Çəmənzəminli, S.Rüstəm, S.Vurğun, S.Rəhimov, 
Ə.Əbülhəsən, Mir cəlal, M.Rahim, M.Hüseyn, R.Rza, M.İbrahimov, O.Sarıvəlli,  Ə.Vəliyev, S.Rəhman, 
İ.Əfəndiyev, Ə.Məmmədxanlı, B.Azəroğlu və başqalarının ədəbi yaradıcılığı aiddir. Bu dövr ədəbi yaradıcılığın 
sovet ideologiyası prinsiplərinə ciddi qulluq etməsinə baxmayaraq Azərbay-canlı yazıçı, dramaturq və  şairlər 
bədii dəyəri yüksək olan əsərlər yaratmışlar. Azərbaycan Sovet ədəbiyyatının görkəmli sənətkarı kimi tanınan 
cəfər cabbarlı (1899 - 1934) milli dramaturgiyamızın, teatrımızın inkişafına güclü təsir göstərmişdir. Onun 
“1905-ci ildə” (1931), “Almaz” (1930), “Yaşar” (1932), “Od gəlini” (1928), “Sevil” (1928), “Oqtay Eloğlu” 
(1923), “Araz çayı”, “Aydın” (1928), “Solğun çiçəklər” dramları müasir gündə  də teatrlarımızın səhnəsini 
bəzəyir. c.cabbarlının yaradıcı obrazlar həyatın reallıqlarından götürülmüş həqiqi insanlar, mübarizələrdir. Məhz 
bu xüsusiyyətinə görə, bu müəllifin əsərləri həmişə yaşardır! 
XX  əsr Azərbaycan  şeriyyətində xüsusi yeri olan şairlərdən biri Səməd Vurğun hesab edilir. Yaşadıcı 
dövrdə S.Vurğunun “Şairin andı” (1930), “Fanar” (1932), “Könül dəftəri” (1934), “Şerlər (1935), “Azad ilham” 
(1939), “Talıstan” (1940), “Səadət uğrunda” (1942), “İstiqbal təranəsi” (1947), “Muğan” (1950), “Dünyanın 
xəritəsi” (1951), “Aygün” (1956) adlı kitabları nəşr olunmuşdur. 
S.Vurğun həm də drumaturq - şair kimi də Azərbaycan ədəbiyyatına zənginlik gətirmişdir. Onun “Fərhad 
və Şirin” (1940), “Vaqif” (1937) əsərləri dramaturgiyamızın ən gözəl əsərlərindən hesab edilir. 
Azərbaycan Milli komediyasının inkişafında dahi Ü.Hacıbəyov yaradıcılığından sonra müstəsna yer tutan 
komediya ustadlarından biri də S.Rəhman idi (1910 - 1970). Onun ssenariləri üzrə “Arşın mal alan” (1951), 
“Məşədi  İbad” (1956), “Koroğlu” (1959), “Əhməd haradadır?” (1964) kinofilmləri çəkilmişdir. “Ulduz”, 
“Hicran” musiqili komediyalarının librettosunu da məhz Sabit Rəhman yazmışdır.  
S.Rəhman yaradıcılığının mühüm sahələrindən birini dramaturgiya təşkil edirdi. 1938-ci ildə yazdığı 
“Toy”, “Xoşbəxtlər” (1941), “Aşnalar” (1945), “Aydınlıq” (1949), “Nişanlı  qız” (1953), “Əliqulu evlənir” 
(1961), “Yalan” (1965), “Dirilər” (1967) komediyaları, “Mirzə Fətəli”, “Hüseyn Ərəblinski”, “Sevimli yollar”, 
“Teatr və  nəyat” kimi kiçik pyesləri ilə Azərbaycan dramaturgiyasının və teatrının inkişafında mühüm rol 
oynayır.  
XX  əsr Azərbaycan dramaturgiyasında xüsusi xidmətləri olan sənətkarlardan biri də  İlyas  Əfəndiyev 
(1914) idi. Onun “Unuda bilmirəm”(1968), “Məhv olmuş gündəliklər”(1969), “Mahnı dağlarda qaldı”(1971), 
“Bağlardan gələn səs”(1976), “Xurşudbanu-Natəvan” (1982), “Büllur sarayda”(1984) adlı pyestləri Azərbaycan 
Dövlət Dram Teatrının repertuarının daimi tamaşalarındandır.  İ.Əfəndiyev dramaturgiyada müasir mövzulara 
dalıb böyük üstünlük verirdi. Bir sıra pyeslərində isə, (“Mahnı dağlarda qaldı”, “Natəvan”) tarixi hadisə  və 
şəxsiyətlərin bədii təjəssümünə də üstünlük verilmişdir.  
XX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, milli şüurun güclü oyanışı əbədi müşitin saflaşmasına 
demokrotik prinsiplərin daha üstünlük kəsb etməsinə güclü zəmin yaratdı. Yeni ədəbi nəsl nümayəndələrinin 
yaradıcılığı mühüm yer tutdu. XX əsr Azərbaycan mədəniyyətinin çiçəklənməsində müstəsia əhəmiyət kəsb edən 
hadisələrdən biri də milli teatr incəsənətinin inkişafda idi. Hələ əsası yuxarıda qeyd etdiyimiz kimi XIX əsrin 70-ci 
illərində qoyulan Azərbaycan professional teatrının intibatı üçün yeni- əsr mühüm əhəmiyyət kəsb etməyə başladı. 
Bu tərəfdən, öz gözəl və rəngarəng istedadları ilə fərqlənən yeni dramaturqların formalaşması digərtərəfdən aktyor 
rejissor nəslinin yetişməsi teatrın müxtəlif canrlarının Azərbaycanda təşəkkümülə çox əhəmiyətli təsir göstərir. 
C.Zeynalov, H.Ərəblinski, M.A. Əliyev, H.Sarabski, Əbülfət Vəli, Əlvəndi kimi ilk aktyorlar əsrin əvvəllərində 
milli teatrın inkişafına zəmanət verənlər olmuşlar. Daha sonralar, sovet dövründə Azərbaycan teatr sənəti 
mədəniyyətin  ən aparıcı sahələrindən birinə çevrildi. Sovet hakimiyyətinin ilk illərində  Şərqdə ilk teatr kimi 
tanınan “Tənqid və Təbliğ” teatrı (1921-ci il 13 noyabr) öz ətrafında S.S. Axundov, M.S. Ordubadi, A. Şaiq, Ə. 
Haqverdiyev, c.cabbarlı, c. Məmmədquluzadə kimi görkəmli  ədibləri  ətrafında birləşdirdi. 1926-cı ildə isə, 
professional milli teatrı “Dövlət Türk Akademik teatrı” adlanmağa başlayaraq fəaliyyətini davam etdirdi. Həmin 
teatırda uzun illər repsisorluq edən A.Tuqanovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Yaradıcılığı bu illərdən 
başlayaraq həmin teatr bir sıra milli, rus, gürcü, digər bəşəri müəllif dramaturqların pyeslərini səhnələşdirən 

 
354
tamaşaya qoymuşlar. “Küləklər  şəhəri”, “Relslər uğuldayır”, “Konstantin Terexin”, “Hücum”, “Siqnal”, “İnqa”, 
“Qəzəb”, “Hind qızı”, “Paris Notrdam kilsəsi”, “Yanğın”, “Yollar”, “Gizli əl”, “Kölgə” və s. əsərləri 
müvəffəqiyyətlə səhnələşdirmişdir. 
Artıq XX əsrimn 30-cu illərində respublikada digər yeni teatr - kimi tamaşaçılar teatrı öz fəaliyyətinə 
boşla-yaraq Azərbaycan teatr sənətinin yüksəlişinə  əhəmiyyətli tövhələrini bəxş etdi.Teatr təkjə bakıda deyil, 
Azərbaycanın digər regionlarnıda yaranmağa başlayır: Gəncədə, Naxçıvanda, Lənkərandə, Ağdam,  Şamaxı, 
Ağdaşda da teatrlar fəaliyyət göstərməyə başlayır. 
Uşaqlar üçün nəzərdə tutulan Bakı Kukla teatrının təşəkkül və formalaşması da bu dövrə  təsadüf edir. 
Adları qeyd olunan bu teatrlar XX əsrdə Azərbaycan mədəniyyətinin çiçəklənməsində özünün məhdudlar və 
zəngin tövhələrini vermişlər. Bu teatrlar respublikada çox böyük və istedadlı aktyor, recisor nəsillərinin 
yaranması, məktəblərinin formalaşmasını  təmin edib. A.İsgəndərov, A.Gəraybəyli, L.Bədəlbəyli, S.Bəsirzadə, 
N.Zeynalova, M.Məmmədov, R.Əfqanlı,  Şeyxzamanov,  Ə.Əliyev, A.Qurbanov, M.Davudova və onlarla 
digərləri milli səhnəmizin ulduzları kimi ötən  əsrdə yüzlərlə tamaşalarda iştirak etmişlər. Həmin aktyorlar, 
rejissorlar milli kinonun da formalaşmasında görkəmli xidmətlər göstərmişlər. Zaqafqaziyada ilk kino, məhz 
Azərbaycanda fəaliyyət göstərərək çox şanslı bir yol keçmişdir. XX əsrdə milli kinonun inkişafında 
R.Təhmasib, H.Seyidbəyli, R.Ocaqov, A.Babayev, R.Balayev və digərlərinin xidmətləri olmuşdur. 
XX əsr Azərbaycan mədəniyyəti haqqında danışarkən professional musiqinin formalaşması, inkişafını da 
nəzərdən keçirmək mütləq vacibdir. Bu sahədə xüsusi xidmətləri olan görkəmli bəstəkarlar Ü. Hacıbəyov, M. 
Maqamayevin adlarını qeyd etmək lazımdır. Şərq aləmində ilk professional musiqi, məhz Azərbaycan xalqına 
məxsus olmuşdur. Folklorumuzun bönövrəsini təşkilləri muğam ladları üzərində ilk operanan müəllifi 
xalqımızın görkəmli sənətkarı Ü. Hacıbəyova məxsusdur. “Leyli və  Məcnun”, “Koroğlu” kimi operaları, 
“Məşədi İbad”, “Arşın mal alan” operettaları XX əsrin mədəniyyətinin Azərbaycan dünya sivilizasiyasına bəxş 
etdiyi ən görkəmli sənət nümunələridir. 
Ü. Hacıbəyov, M. Maqamayev özlərindən sonra XX əsrdə çox böyük və zəngin musiqi məktəbi yaradaraq 
milli musiqinin gözəl ardıcıllarını yetirmişlər: Bülbül, Ş.Məmmədova, Ş.Ələkbərova, c.cahangirov, Q.Qarayev, 
F.Əmirov, A.Məlikov, S.Hacıyev, T.Quliyev, R.Hacıyev, Niyazi və digərləri kimi rəngarəng miqyaslı 
musiqiçilər dəstəsi bu dövrün ən məhsuldar sənətkarları sırasına daxildirlər. 
Professional musiqidə əldə edilən müvəffəqiyyətlər bütün dünyada öz əks sədasını tapdı. Qara Qarayevin 
“Yeddi gözəl”, “İldırımlı yollarla” baleti, F. Əmirovun “Sevil operası”, “Kürd ovşarı”, “Bayatı şiraz” simfonik 
əsərləri, S. Hacıbəyovun “Karvan” simofonik lövhəsi XX Azərbaycan musiqisinin şah əsərləri sırasına daxildir. 
XX  əsr Azərbaycan mədəniyyətinə  zənginlik gətirən hadisələrdən biri də incəsəntdəki irəliləyişlər idi. 
Xüsusilə, boyakarlıq, tətbiqi sənət, heykəltaraşlıq, memarlıqda böyük naliyyətlər  əldə edilir. Rəngarlıq 
incəsənətində bu dövrə şöhrət qazanmış S.Şərifzadə, M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev digərlərinin adlarını 
qeyd etmək vacibdir. Bu rəssamlar naturanı, təbiəti, işığı, havanı, rəng münasibətlərini öyrənmək üçün səylə 
çalışır, müxtəlif mövzulu təsviri sənət yaradırlar. Ə.Əzimzadənin Abşeron təbiətinə həsr olunan lirik akvarelləri, 
S.Şərifzadənin “Üzüm bağı”, M. Abdullayevin “Mərdəkanda”, B.Mirzəzadənin “Çəmən” (1939) adlı  əsərləri 
təbiət mövzusunda işlənmiş ən dəyərli əsərlər sırasına daxildir. 
Təbiət rəsimlərinin görkəmli sənətkarlarından formalaşarkən S. Bəhlulzadənin adını xüsusilə qeyd etmək 
lazımdır. Xüsusilə, mənzərə janrında yaratdığı lirik, poetik təsvirlər Abşeron, Quba, Qarabağ, Lənkəran və digər 
yerlərin təsvirlərinə həsr olunub. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarənglik təşkil edir. 1953-cü ildə 
rəssam Qubaya gedərək “Qudyalçayın sahili”, “Qızbənövşə yolu” kimi əsərlərini yaratmış, daha sonralar rəssam 
torpağa can verən insan əməyini “Yaşıl xalı”, “Bağlar arasında”, “Bülbül baharı”, “Çiçəklənən torpaq” (1954-
60)  əsərlərində  tərənnüm etmişdir. Mavi, göy, yaşıl, çəhrayı, ağ  rəng çalarlarında işlənmiş  həmin mənzərələr 
tamaşaçıda intim hisslər, həyəcan doğurur. 
“Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” (1955) kimi şairin mənzərələrində  Lənkəranın təbiətini 
əks etdirən rəssam, “cıdır düzü”, “Dumanlı dağlar”(1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçaya 
almışdı. 
Meyvələrin, çiçəklərin, qabların, məişət avadanlığı, və  əmək alətlərinin təsviri vasitəsilə insanın varlığa 
münasibətinin  əks etdirən natürmot janrında Azərbaycan rəssamları  həvəslə  işləyirlər. T.Salanovun, 
T.Nərimanbəyovun, T.Tağıyevin, B.Mirzəzadənin, M.Abdullayev, T.Sadığzadənin bu janırdakı  əsərləri 
Azərbaycan torpağına bərəkəti, meyvələrinin, çiçəklərin gözəlliyi, təbiətin zəngin boyaların haqqında canlı 
təsəvvür verir. 
Müxtəlif janırlarda əsərlər yaradan ötən əsrin təşkil edilən sərgilərdə iştirak edən və rəssamlığın inkişafı 
naminə axtarışlar aparan rəssamlardan F.Bağırov, T.Şıxəliyev, R.Ülvi, B.Maratlı, Ə.Muradoğlu O.Ağababayev, 
H.Jabbarlının da adlarını qeyd etmək lazımdır. 
XX  əsr Azərbaycan incəsənətinin ayrılmaz qol-larından birini də heykəltaraşlıq təşkil edirdi. Bu əsr 
heykəltaraşlığın monumental formaları reallaşdırılır. Bununla yanaşı, dəzgah və portret heykəltaraşlığı üzrə bir 
sıra qiymətli nümunələr meydana çıxır, məişətimizə bədilik gətirən dekorativ heykəltaraşlığı inkişaf edir. 

 
355
Azərbaycan monumental heykəltaraşlığının inki-şafında istedadlı  sənətkar F.Əbdürrəhmanovun 
xidmətləri böyükdür. Onun fərdi yaradıcılıq üslubu dahi Nizaminin Gəncəyə (1946) və Bakıya (1948) inşa 
edilmiş abidələrdə parlaq şəkildə  təzahür edir. Hər iki abidə olduqca əzəmətli aydın və ahəngdar plastik 
formalarda həll olunmuşdur. 
F.Əbdürrəhmanov öz monumental əsərlərin sürətin mahiyyətindən daxili qayəsindən doğan plastik 
formalarda həll edir, orijinal kompozisiya variasiyalarına əl atırdı.Bu baxımdan simvolik səpkidə verilən “Azad 
Azərbaycan qadını” (1960) heykəli çox ehtiraslı və dinamiktir. Heykəltaraşın digər əsəri xalq şairi S.Vurğunun 
(1965) heykəlində isə romantik əhval ruhiyə vardır. 
Portiret və monumental heykəltəraşlıq janrlarında c.Qaryağdının və müstəsna xidmətləri vardır. O, öz 
əsərlərində döyüş  və  əmək qəhramanlığına görə xalqın rəğbətini qazanmış müasirlərimizin surətlərini 
ümumiləş-dirməyə xüsusi əhəmiyyət verir. Onun general - mayor H.Aslanov (1948), Bülbül (1948), 
R.Behbudovun (1953), M.Ə.Sabirin (1958) portret heykəlləri Bakı şəhərinin ən dəyərli sərvətləri hesab edilir. 
Portret janrında görkəmli xidmətləri olan sənətkar-lardan P.Sabçay, H.Əhmədov, S.Quliyevin adlarını 
çəkmək olar. 
XX  əsrin 50 -60-cı illərindən respublikada ardıcıl axtarışları ilə heykəltaraşlığa gələn sənətkarlar - 
Ö.Eldarov, M.Mirqasımov, H.Abdullayev, E.Hüseynov, E.Şamilov, F.Nəcəfov, K.Ələkbərov,  İ.Zeynalov 
novator səpkili sənət əsərləri ilə milli mədəniyyətimizi zənginləşdirirlər. 
T.Məmmədov və Ö.Eldarovun əlbir  əməyi sahəsində dahi Füzulinin 1962-ci ildə Azərbaycan Dövlət 
Akademik Dram Teatrının binası qarşısında abidəsi qoyuldu. 6 metrlik boz qranit postament üzərində yüksələn 
tünc - heykəl olduqca cazibədardır. Ö.Eldarov portret sahəsində ciddi axtarışlar apararaq M.Qorki, 
M.F.Axundov (1951 - 54), Natəvanın (1954) mərmərdən obrazlarını yaratmışdı. 
Ümumiyyətlə, XX əsr Azərbaycan incəsənəti özünün yüksəlişinə çataraq dünya sivilizasiyasına 
mükəmməl sənət nümunələrini bəxş edərək xalqın yaradıcılıq istedadını bütün bəşəriyyətə sübut etmişdir. 
 
 
 
 

 
356
Ə D Ə B İ Y Y A T 
 
Azərbaycan dilində: 
 
1. Azərbaycan incəsənəti, B. 1993 
2. Azərbaycan tarixi I c. (Z. Bünyadov, Y. Yusifov), B. 1994 
3. Aslanov A. Estetika aləmində, B. 1989 
4. Elmi-metodiki məqalədər toplusu. (ADMİU-nun “məd.tar. və nəz.” naf-nın nəşri), B. 1996 
5. Əliyeva Zərifə, Mollayevıa Afət. Pedaqogika. B., 2005 
6. Əliyev R. Azərbaycan VII-XIV əsrlərdə, B. 1980 
7. Əfəndiyev R. Azərbaycan dekorativ tətbiqi sənətləri, B. 1976  
8. İbrahimov S. Azəraycan XVəsr tarixinə dair oçerklər. B. 1958 
9. Köçərli F. Azərbaycan ədəbiyyəti. I c. B.1979 
10. Kulturologiya. Dərslik. ADMİU-nun «Mədəniyyətşünaslıq» kafedrasının nəşri. B., 2003.02 
11. Mahmud İsmayıl. Azərbaycan tarixi. B. 1997 
12. Mehdiyev Niyazi. Orta əsrlər Azərbaycan estetik mədəniyyəti. B., 1986 
13. “Mədəniyyət tarixi və nəzəriyyəsi” kafedrasının professor - müəllim həyəfinin elmi işlərinin məcmuəsi. B. 
1995 
14. Mədəniyyətin aktual problemləri (ADMİU-nun “məd. tar.və nəzər” kaf-nın elmi məqalələr toplusu.) B. 2000 
15. Mədəniyyət, problemlər, perspektivlər. Elmi-məqalələr toplusu. B. 2001. 
16. Mədəniyyət, problemlər, perspektivlər. II h. B. 2002 
17. Mədəniyyət, problemlər, perspektivlər. III h. B., 2002. 
18. Mədəniyyət, problemlər, perspektivlər. IV h. B., 2003. 
19. Mədəniyyət nəzəriyyəsinin oyrənilməsinə dair metodik göstərişlər. (S. Şahhüseynova) B. 1999 
20. Mədəniyyətin marksizm-lennizm nəzəriyyəsi. B. 1990 
21. Məmmədova Maral. Mədəniyyət nəzəriyyəsi. B., 2003. 
22. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. B. 1994  
23. Milli mədəniyyətimiz bu günkü reallıq qarşısında. Elmi-nəzəri konfransın tezisləri. B. 1994 
24.Paşayev N. Azərbaycan sosialist mədəniyyətinin inkişafı. B. 1979 
25. Səfərli Ə., Yusifov X. Qədim və orta əsrin Azərbaycan ədəbiyyatı. B. 1982 
26. Şükrov A. Kulturoloqiya dərslik. B. 1998  
27. Tağıyev Ə., Əliyev Q. Kulturoloqiya. B. 1997. Dərs vəsaiti 
28. Tusi N. Əxlaqi-Nasiri. B., 1989 
29. Yaradıcılıq, təhsil və mədəniyyətin bəzi problemləri (ADMİU-nun “Məd. tar.və nəz.”kaf-nın elmi-metodiki 
məqalələr toplusu) B. 1997 
30. Yusifov Yusif. Qədim şərq tarixi. B. 1990 
 
 
Rus dilində: 
31. Азимов К. Ценностный мир человека в религиозно-философской доктрине зароастризма. Б.1991 
32. Алпатов. Всеобшая история искусства. м-л 1948 
33.Алпатов М. В. Исскуство, живопись, скульптура, архитектура, графика. М. 1969 
34. Арика И. История японского кино. М. 1978 
35. Арнольндов А. Введение в культурологию. М.1998 
36. Африканское искусство.  
37. Бартольд В.В. Культура мусульманства. М.1998 
38. Бартольд В.В. Ислам и культура мусульманства. М., 1992 
39. Баткин Л.М. Итальянское возрождение.М., 1995. 
40.Беляев Е.А. Арабы, ислами арабский халифат в ранее средневековье. М. 1966 
41. Берковский Н.Я. Романтизм в Германии. М., 1974 
42. Бицилли П.М. Место Ренессанса в истории культуры. СПб., 1996. 
43. Бобахо. Культурология. Программа базового курса, хрестоматия, словарь терминов. 
44. Бонгард-Левин Г.М. Древнеиндийская цивилизация. М., 1980, 1993 
45. Боннар А. Греческая цивилизация. тт. 1, 2, 3. М. 1992 
46. Боннар А. Культура древнего Рима. М.1985 
47. Бурман А.Д. Бирманская драма середины Х!Х в. М., 1973 
48. Васильев Л. С. История религии Востока. М. 1988 
49. Васильев Л.С. Цивилизации Востока. Вып.3, М., 1995 
50. Васильев Л. С. Культы, религии, традиции в Китае. М. 1970 

 
357
51. Васильев Л. С. История Востока. М. 1998 
52. Введение в культурологию (под. ред. Е.В. Попова.) М. 1995 
53. Вебер М. Протестантская этика и дух капитализма. Избр. пр.-я М., 1990 
54. Веремьев А.А. Введение в культурологию 
55. Всемирная история. В 13 т. м. 1955-1983 
56. Гаспаров М.Л. Занимательная Греция. Рассказы о Древнегреческой культуре. М., 1995 
57. Гидденс Э. Постмодерн/философия истории. Антология. М., 1995. 
58. Гнедич П.П. История искусств. Итальянский Ренессанс. 2005.  
59. Грибунина Н.Г. История мировой художественной культуры. В 4 ч. - Тверь, 1993 
60. Григорьева Т. П. Японская художественная традиция. М. 1979 
61. Гундзи М. Японский театр Кабуки. М., 1969 
62. Гуревич. Культурология. Новосиб. 1995 
63. Демирли М. Искусство Индонезии. М., 1965 
64. Джеймо. Римская цивилизация. 2000 
65. Дмитриева Н. А., Виноградова П. А. Искусство древнего мира. М. 1986 
66. Дмитриева Н. А. Краткая история искусств. Вып. !-!У. М.1993 
67. Драч. Культурология в вопросах и ответах.  
68. Емохонова Л.Г. Мировая художественная культура. 1999. 
69. Ерасов Б.С. Культура, религия и цивилизация на Востоке. М., 1999 
70. Ерасов Б. С. Социальная культурология. М. 1994 
71. Есин. Введение в культурологию.1999 
72. Заводская Е. В. Эстетические проблемы живописи старого Китая. 1975 
73. Зарубежная Азия. Юго-восточная Азия. М., 1979 
74. Зелинский Ф.Ф. История античной культуры. СПб., 1995 
75. Иванов Е.В. Тайские народы Таиланда. М., 1979 
76. Ильина Т. В. История искусства. Заподноевропейское искусство. М. 1993 
77. Ильина Т.В. История искусств. Отечественное искусство. М., 1994 
78. Ильина Т.В. Русское искусство 18 в. М., 1999 
79. Иофан Н.А. Культура Древней Японии М., 1974 
80. Искусство Японии. М., 1965 
81. История и культура народов Азии, Африки и Латинской Америки (с древнейших времен до наших 
дней. Вопросы истрии. 1995-1996 гг. 
82. История и культура Китая. М. 1976 
83. История древнего мира. М. 1997 
84. История зарубежного искусства М. 1984 
85. Каган. Философия культуры. Санк-Петербург. 1996 
86. Каждан А.П. Византийская культура (Х-Х!! вв) М., 1997 
87. Карсавин Л.П. Культура средних веков. Киев, 1995 
88. Кондаков И.В. Введение в историю русской культуры. М., 1997 
89. Конрад Н. Запад и Восток. М. 1966 
90. Конрад Н. Очерк истории культуры средневековой Японии. М. 1980 
91. Конрад Н. И. Японская литература. М.т 1974 
92. Корнилов. О типологии Японской культуры. М. 1986 
93. Кулаков А. Е. Религии мира М. 1996 
94.Культура Византии. В З-х тт. М., 1984-1991 
95. Культура древнего Рима. В 2-х тт. М., 1985 
96. Культура народов Востока. Старовавилонская культура. М. 1988 
97. Культура эпохи Возрождения и Реформации. Л., 1981 
98. Культурология. История мировой культуры. Учебник Под ред. проф.А.Н.Марковой. М. 2000. 
99. Культурология. (Сост. А.А.Радугин). М. 1999. 
100. Культурология. (Под ред. Драча). Ростов-на Дону. М. 1996. 
101.Культурология. Краткий тематический словарь. Ростов – на - Дону. 2001. 
102.Куманецкий К. История культуры Древней Греции и Рима. М.,1990 
103. Лазарев А.М., Полякова Н.А., Смирнов Б.В. Печать, радио и телевидение Японии. М. 1974. 
104. Ланда Р.Г. Исламский фундаментализм. Вопросы истории, 1993, № 1 
105. Левящ. Культурология. Уч. пос. Минск. 2000. 
106. Ле Гофф Ж. Цивилизация средневекового Запада. М., 1992 
107. Лосев А.Ф. Очерки античного символизма и мифологии. М., 1993 
108. Лосев А. Ф. Философия. Мифология. Культура. М. 1991. 

 
358
109 Лосев А.Ф. Эстетика Возрождения. М., 1978 
110. Любимов. Искусство Древнего мира. М. 1971. 
111. Марксистко-Ленинская теория культуры. (Под ред. Арнольдова). М. 1984. 
112. Малая история искусств. М. 1978. 
113. Мамонтов С. Основы культурологии. М. 1994. 
114. Матье М. Искусство Древнего Египта. М. 1970. 
115. Мень А. История религии. В 7 тт. М. 1991. 
116. Мехтиев Н. Средневековая мусульманская культура. Б., 1986 
117. Мехтиева Д. Эстетическая активность культуры Б., 1990 
118. Мец А. Мусульманский Ренессанс. М., 1996 
119. Мещеряков История Российской культуры. Имена и факты 15-20 вв. М., 2000 
120. Милюков П. Очерки по истории русской культуры. т. I. М. 1993. 
121. Миньяр-Белоручева. «Русское искусство». М., 2000 
122. Михайлова. Социология культуры. М., 1999 
123. Михайлов Л. Социология культуры. М. 1999. 
124. Народы Юго-Восточной Азии. М., 1966  
125. Нестерева. Культурология. Задачи по курсу.  
126. Ожегов С.С. Архитектура Бирмы. М., 1970 
127. Ольденбург С.Ф. Культура Индии. М., 1991 
128. Основы Марксистко - Ленинской теории культуры. (Под ред. Арнольдова) М. 1996. 
129. Перкинс. Греческая цивилизация. М., 2000  
130. Петрова. Теория культуры. Конспект лекций. С.-Пет. 2001 
131. Петрухинцев Н. 20 лекций по истории мировой культуры. М., 2001 
131. Поликарпов В. Лекции по культурологии. М. 1997. 
132. Поспелов Б. Очерки философии и социологии современной Японии. М. 1974. 
133. Постмодернизм и культура. М., 1991  
134. Прокофьев О. Искусство Юго-Восточной Азии. М., 1967 
135. Ревуненкова Н.В. Ренессансное свободомыслие и Реформация. М., 1988 
136. Рождественский Р. Введение в культурологию. М. 2000. 
137. Садохин А., Грушевицкая Т. Мироовая художественная культура. М. 2000. 
138. Силичев. Культурология. 
139. Театр и драматургия Японии. М. 1965. 
140. Тяжелов В. Искусство средних веков. М. 1993. 
141. Удальцова Э. Византитйская культура. М. 1988. 
142.Учебный курс по культурологии. Ростов-на-Дону. М. 1996. 
143. Фуко М. История безумия в классическую эпоху. СПб, 1997 
144. Хук С.Г. Мифология ближнего Востока. М., 1991 
145. Шишова Н.В. История и культурология. М., 2000 
146. Шпеерсон Р. Музыкальная культура Китая. М. 1952. 
147. Штаерман Е.М. Проблема римской цивилизации//Цивилизация.- вып. 1, М., 1992 
148. Энциклопедический словарь по культурологии. М. 1997. 
149. Этика и ритуал в традиционном Китае М., 1988 
150. Япония: культура и общество в эпоху НТР. М., 1985 
 

 
359
MÜƏLLİF KOLLEKTİVİ 
 
1.
 
Maral Manafova  
ADMİU-nun prorektoru, pedaqoci  
elmlər namizədi, professor;  
2.
 
Şəhrəddin Məmmədov 
ADNA-nın professoru, fəlsəfə elmləri doktoru; 
3.
 
Niyazi Mehdi ADMİU-nun professoru, fəlsəfə elmləri doktoru; 
4.
 
Dilarə Mehdi ADMİU-nun professoru, fəlsəfə elmləri doktoru; 
5.
 
Validə Məmmədova filologiya elmləri namizədi, Əməkdar İncəsənət Xadimi,       
professor; 
6.
 
Nigar Əfəndiyeva  kulturologiya elmləri doktoru; 
7.
 
Apdin Əlizadə 
fəlsəfə elmləri namizədi, dosent;  
8.
 
Zərifə Əliyeva  
ADMİU-nun dosenti, pedaqoci elmlər namizədi; 
9.
 
Sədaqət Əliyeva  
ADMİU-nun «Mədəniyyətşünaslıq» kafedrasının müdiri, 
dosent, 
kulturologiya elmləri namizədi; 
10.
 
Sevinj Şahhüseynova  
ADMİU-nun dosenti, fəlsəfə elmləri 
namizədi; 
11.
 
Tamilla Əhmədova   ADMİU-nun dosenti, fəlsəfə elmləri namizədi; 
12.
 
Yeganə Eyvazova   ADMİU-nun dosenti, pedaqoci elmlər namizədi; 
12 Leylaxanım Atakişiyeva   ADMİU-nun baş müəllimi,  
   
sənətşünaslıq namizədi; 
13. Yeganə Əliyeva  
 
ADMİU-nun müəllimi, kulturologiya  
   
 
 
 
elmləri namizədi; 
14. Aygün Eyvazlı  
 
ADMİU-nun müəllimi 
 

Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin