2.5.8.Böyük Vətən müharibəsi illəri və müharibədən sonrakı
dövrdə rus mədəniyyəti
Böyük Vətən müharibəsi Rusiya tarixində ən parlaq və faciəli səhifələrdəndir. Qələbənin qazanılmasında
elm və mədəniyyət xadimləri böyük rol oynadı. Müharibənin ilk günlərindən düşmənlə mübarizədə ədəbiyyat
mühüm ideoloji və mənəvi silaha çevrildi. Yazıçıların əksəriyyəti – K.M.Simonov, A.A.Fadeyev hərbi müxbir
kimi cəbhəyə yola düşdü. Çoxları – A.P.Qaydar, Y.P.Petrov həlak oldu. Sovet tatar şairi M.cəlil yaralandı və
əsirlikdə həlak oldu. Müharibənin canlandırdığı güclü vətənpərvərlik duyğusu yaradıcılıq üçün qüvvətli təkan
oldu. Lirika yüksəliş dövrünü yaşayır. cəbhəçilər arasında Konstantin Mixayloviç Simonovun (1915-1979)
şerləri («Gözlə məni») böyük rəğbətlə qarşılanır. Aleksandr Trifonoviç Tvardovskinin (1910-1971) poemasının
qəhrəmanı Vasili Tyorkin böyük şöhrət qazanır. Bir çox şerə musiqi bəstələndi və onlar mahnı kimi səsləndi
(məsələn, A.A.Surkovun «Qazma» şeri). Müharibəyə həsr olunmuş nəsr əsərləri yaradılırdı (K.M.Simonovun
«Gündüzlər və gecələr», A.A.Fadeyevin «Gənc qvardiya» əsərləri). cəbhə ön xəttində teatr-konsert briqadaları
çıxış edirdi. Kinematoqrafçılar hərbi-vətənpərvər mövzuda sənədli və bədii filmlər (rej.İ.A.Pıryevin «Raykom
katibi», rej.A.M.Rommun «Basqın», rej.L.D.Lukovun «İki döyüşçü» və digərlər) çəkirdi. 1945-ci ildə tarixi ki-
no nümunəsi kimi «İvan Qroznı» filminin (rej.S.M.Eyzenşteyn) birinci seriyası ekrana çıxdı. Rəssamlar plakat
yaradırdı. Müharibənin lap əvvəlində M.Toidzenin qeyri-adi həyəcan qüvvəsinə malik «Ana vətən çağırır!»
plakatı meydana gəldi. Plakat janrında Kukrınikslər (M.V.Kupriyanov, L.N.Krılov, N.A.Sokolov) külli miqdar-
da əsər yaratdılar. «ROST pəncərələri» ənənəsi həyata qayıdır, indi onlar «SİTA pəncərələri» adlanır. Müharibə
mövzusu A.A.Deynekanın «Sevastopolun müdafiəsi» (1942), A.A.Plastovun «Faşist uçub keçdi» (1942),
S.V.Gerasimovun «Partizan anası» (1943) dəzgah əsərlərində öz əksini tapır. Simfonik musiqidə D.D.Şos-
takoviçin blokadada olan Leninqradda «Yeddinci simfoniyasının» premyerası əsl hadisəyə çevrilir.
Müharibədən sonra sovet hökumətinin mədəniyyət sahəsində başlıca vəzifəsi təhsil sisteminin bərpası idi.
İtkilər olduqca böyük idi: ali və orta məktəb binaları dağılmış, müəllimlər həlak olmuş, kitabxana və muzeylər
məhv edilmişdi. Büdcədən təhsil üçün böyük vəsait ayrıldı (müharibədən əvvəlki dövrlə müqayisədə daha çox –
1940-cı ildə 2,3 mlrd manat, 1946-cı ildə – 3,8 mlrd manat). Bütün ölkə məktəblərin bərpa işinə qoşuldu. Xalq
tikintisi üsulu ilə külli sayda yeni məktəb tikildi. Qısa bir dövrdə məktəblilərin sayını müharibədən əvvəlki miq-
dara çatdırmaq və hətta bu rəqəmi artırmaq mümkün oldu. Ölkə yeddiillik ümumtəhsil sisteminə keçdi, lakin
bunlar keyfiyyətin aşağı düşməsi nəticəsində həyata keçirildi, yəni ölkədə müəllim qıtlığını qısamüddətli kurslar
yaratmaq sayəsində və müəllimlik institutlarında qısaldılmış proqramlar üzrə müəllimlər hazırlamaq sayəsində
aradan qaldırdılar. Buna baxmayaraq təhsil sistemi ardıcıllıqla inkişaf edirdi.
Elm sahəsi üçün də əlavə vəsaitlər ayrılırdı. Qısa bir müddətdə elm müəssisələrinin maddi təməli bərpa
edildi. Yeni elmi tədqiqat institutları açıldı. Lakin əvvəlki kimi elmdə qeyri-peşəkar məmurlar hökm sürürdü.
1946-48-ci illərdə ÜİK(b)P «Zvezda» və «Leninqrad» jurnalları haqqında», «Dramatik teatraların
repertuarı və onun təkmilləşdirilməsi üçün tədbirlər», «Böyük həyat» kinofilmi haqqında», «V.Muradelinin
«Böyük həyat» operası haqqında» qərarları qəbul edildi. Bir çox məşhur sovet bəstəkarı – D.D.Şostakoviç,
S.S.Prokofyev, N.Y.Myaskovski, V.Y.Şebalin, yazıçı və şairlər – A.A.Axmatova, M.İ.Zoşşenko, kinorejissor
Q.M.Kozintsev təqiblərə məruz qaldı.
Ədəbiyyatda sosialist realizmi təkbaşına hökmranlıq edirdi. Ədiblər üçün keçmiş müharibə aparıcı mövzu
idi, lakin o rəsmi ədəbiyyatda olduqca yeknəsəq açıqlanırdı. Əlbəttə, bu, o demək deyil ki, yaxşı əsərlər
yaradılmırdı. Boris Nikolayeviç Polevoy (Kampov, 1908-1981) istedadlı yazıçı idi. 1946-cı ildə o, «Əsil insan
haqqında povest» əsərini yaratdı, onun əsasını həqiqətdə baş vermiş hadisələr – yaralanmış, ayaqlarından
məhrum olmuş, lakin uçuşları davam etdirən Sovet İttifaqı qəhrəmanı, təyyarəçi A.P.Meresyevin qəhrəmanlığı
təşkil edir. Əsərin baş qəhrəmanı Meresyevin simasında müsbət sovet qəhrəman surəti öz əksini tapmışdır. Bu
343
povest sosialist realizminə xas «tərbiyəvi» ədəbiyyatın ən parlaq nümunələrindəndir, onun da əsasını
N.Ostrovski «Polad necə bərkidi» romanında qoymuşdu. Böyük Vətən müharibəsi və sonrakı sülh dövrü
vaxtında E.Q.Kazakeviç («Səhrada iki nəfər» 1948, «Ozerdə bahar» 1949) yazırdı. V.A.Koçetov «Jurbinlər»
romanında (1952) fəhlə sülaləsinin üç nəslini təsvir etmişdi.
Təsviri sənət və heykəltəraşlığın inkişafını əvvəlki kimi sosialist realizmi müəyyən edirdi. Böyük Vətən
müharibəsi mövzusu Y.M.Neprinsevin «Döyüşdən sonra istirahət» («Vasili Tyorkin» 1951), A.İ.Laktionovun
«cəbhədən məktub» (1947) əsərlərində öz əksini tapmışdı. Adı çəkilən əsərlərin əsas xüsusiyyəti ondadır ki, hər
birində müharibə döyüş səhnələri ilə deyil, məişət səhnələri təsvir edilir. Rəssamlar hərbi dövranın ruhunu təsvir
etməyə nail olmuşdu. Sosialist realizminin klassik əsəri Ukrayna rəssamı T.N.Yablonskayanın yaratdığı
«Çörək» (1949) əsəridir. Səyyar rəssamlar ənənələri ruhunda hekayət etməyə meylli əsərlər geniş yayılmışdı.
Sovet dövründə F.P.Reşetnikovun «Yenə də «iki» (1952) əsəri böyük şöhrət qazanmışdı.
Memarların başlıca vəzifəsi müharibənin dağıtdıqlarını bərpa etmək idi. Stalinqradı, Kiyevi, Minski,
Novqorodu yenidən tikib qurmaq lazım gəldi. Üslub cəhətdən «Stalin ampiri» üstünlük təşkil etməkdə davam
edir.
2.5.9. «Mülayimlik dövrü»ndə rus elmi və mədəniyyəti
Stalin totalitarizmi Brejnev «durğunluğu» cildində geri qayıtdı. Qısa azadlıq zəmanısi kimi Xruşov dövrü
«mülayimlik dövranı» adını aldı.
Dövlətin totalitar nəzarətinin, müvəqqəti də olsa, əhəmiyyətli dərəcədə zəifləməsi, mədəniyyətə idarə
etmə üsullarının ümumiyyətlə demokratikləşməsi yaradıcılıq prosesini olduqca canlandırdı. Vəziyyətin
dəyişməyinə hər şeydən əvvəl həssaslıqla ədəbiyyat münasibət bildirdi. Stalin dövründə repressiyaya məruz
qalmış mədəniyyət xadimlərinin əksəriyyətinin bəraət qazanması da böyük əhəmiyyət kəsb etdi. Sovet oxucusu
30-40-cı illərdə adlarına qadağa qoyulmuş bir çox müəllifi özü üçün yenidən kəşf etdi – ədəbiyyata S.Yesenin,
M.Tsvetayevanın, A.Axmatovanın yaradıcılığı yendən daxil oldu. Poeziyaya kütləvi maraq dövranın səciyyəvi
cəhəti oldu. Elə həmin vaxtlarda yaradıcılığı rus mədəniyyətində bütöv bir dövr təşkil edən «60-cı illərin»
şairləri adlanan gənc şairlərin böyük bir dəstəsi meydana çıxır: Y.A.Yevtuşenko, A.A.Voznesenski,
B.A.Axmadulina, R.İ.Rojdestvenski ədəbiyyata daxil olur. 60-70-ci illərdə B.Ş.Akucava, A.Qaliç, V.S.Vısotski
gənclərin şüuruna hakim olur.
60-cı illər yazıçıları D.A.Qraninin (German) («Fırtınaya doğru gedirəm» 1962), Y.N.Nagibinin («Yaxın
və uzaq» 1965), Y.P.Germanın («Mənim əziz insanım» 1961), V.P.Akeyonovun («Ulduzlara bilet» 1961)
ədəbiyyatı xüsusi yaradıcı axtarışlarla səciyyələnir. Fantastik ədəbiyyat janrından da bir çox maraqlı əsər
yaradıldı. Alim və yazıçı İ.A.Yefremovun («Andromeda dumanlığı» 1957, «Ülgücün tiyəsi» 1963), A.N və
B.N.Struqatski qardaşlarının («Bazar ertəsi şənbədən başlayır» 1965, «Tanrı olmaq çətindir» 1966, «Yol
kənarında nahar» 1972) əsərləri fəlsəfi dərinlik, qeyri-adi geniş mədəni dairəsi ilə fərqlənirdi. Y.V.Bondarev
(«Batalyonlar topdan atəş tələb edir» 1957), K.M.Simonov («Dirilər və ölülər» roman-trilogiyası 1959-1971) öz
əsərlərində müharibə haqqında yeni həqiqətlər üzə çıxardılar. 60-cı illərin ədəbi həyatında qalın ədəbi jurnallar
əhəmiyyətli rol oynayır. 1955-ci ildə «Yunost» jurnalının birinci sayı işıq üzü görür. Jurnallar arasında «Novı
mir» jurnalı xüsusi ilə fərqlənir, A.T.Tvardovski baş redaktor vəzifəsinə təyin edildikdən sonra oxucular
arasında geniş şöhrət tapır. 1962-ci ildə məhz «Novı mir» jurnalında N.S.Xruşşovun şəxsi icazəsi ilə
A.İ.Soljenitsinin «İvan Denisoviçin bir günü» povesti dərc edilir, burada ədəbiyyatda ilk dəfə olaraq Stalin
düşərgələri mövzusuna toxunulur.
Tənqiddə əvvəlki kimi bir çox məşhur yazıçıların – A.A.Voznesenskinin, D.A.Qraninin, V.D.Dulintsevin
ünvanına «formalizm», «yadlıq» ittihamları yağdırılır. Boris Leonidoviç Pasternak qəddarcasına təqib edilir.
1955-ci ildə o, şah əsəri olan «Doktor Jivaqo» romanını tamamlayır. B.L.Pasternak (1890-1960) «Doktor Jiva-
qo» romanı üzərində 10 il işləmişdi. 1958-ci ildə Pasternak ədəbiyyat sahəsi üzrə Nobel mükafatına layiq
görüldü. Sovet hakimiyyəti dərhal tələb etdi ki, Pasternak mükafatdan dərhal imtina etsin. Pasternaka xalq
düşməni damğası vuruldu, onu «sadə adama» həqarətlə baxmaqda ittiham etdilər. Bu azmış kimi, yazıçılar
ittifaqından xaric etdilər. Yaranmış şəraitdə Pasternakın mükafatdan imtina etməkdən başqa çarəsi qalmadı.
Münaqişə yazıçının səhhətinə məhvedici təsir göstərdi – 1960-cı il mayın 30-da yazıçı vəfat etdi.
Yeniləşmə prosesləri təsviri sənətdən də yan keçmədi. Realizm rəssamlar tərəfindən yeni baxışdan şərh
edilir. 60-cı illər sovet təsviri sənətində «sərt üslub» adlanan üslubun təşəkkül vaxtıdır. D.D.Jilinskinin («Gənc
heykəltəraşlar» 1964), V.Y.Popkovun («Bratsk HES-in inşaatçıları» 1961), Q.M.Korjnevin («Kommunistlər
triptixi» 1960) əsərlərində gerçəklik 40-50-ci illər üçün səciyyəvi olan zahiri bəzəkdən, qəsdən qabardılan bay-
ram əhval-ruhiyyəsindən və təmtəraqlıqdan azaddır.
Heykəltəraşlar Böyük Vətən müharibəsinə həsr edilmiş xatirə abidələri yaradıcılığı ilə məşğul olur. 60-cı
illərdə Mamay yüksəkliyində Stalinqrad qəhrəmanlarına həsr edilmiş abidə ansamblı (1963-1967, heykəltəraş
344
Y.V.Vuçetiç), Peterburqda Piskaryov qəbiristanında xatirə abidəsi (1960, heykəltəraşlar V.İsayeva, R.Taurit)
ucaldılır.
Teatr inkişaf edir. Yeni teatr kollektivləri yaranır. «Mülayimlik dövründə» meydana çıxmış yeni teatrlar
arasında 1957-ci ildə təsis edilmiş «Sovremennik» teatrını (baş rej.O.N.Yefremov) və Taqankada dram və ko-
mediya teatrını (1964, baş rej.Y.P.Lyubimov, 1964-cü ildən son günlərinə qədər Taqanka teatrının aktyoru
V.S.Vısotski olmuşdur) qeyd etmək zəruridir.
Kinoda əvvəlki kimi müharibə mövzusu əhəmiyyətli yer tutur. O, bir çox rejissorun yaradıcılığında öz
əksini tapmışdır. M.K.Kalatozov (V.S.Rozovun «Durnalar uçur» 1957), Q.N.Çuxray («Əsgər haqqında dastan»
1959) buna misaldır. Gənclərin problemlərinə həsr olunmuş filmlər (M.M.Xutsiyev «İliç zastavası» 1965) və
yüngül romantik filmlər («Mən Moskvanı gəzirəm» rej.Q.N.Daneliya, 1964) çəkilir.
50-ci illərin sonlarında, 60-cı illərin əvvəlində sovet alimləri böyük uğurlar qazandı. Elmin ön cəbhəsində
fizika dururdu – o, insanların şüurunda əsrin elmi-texniki rəmzi və dərrakəsi qələbəsi kimi yer tuturdu.
N.N.Semyonov (1956, kimyəvi zəncirvari reaksiyaların tədqiqi), L.D.Landay (1962, maye helium nəzəriyyəsi),
N.Q.Basov və A.M.Proxorov (1964, ilk kvant generatoru – mazerin yaradılması) Nobel mükafatı laureatı oldu.
SSRİ-də ilk atom elektrik stansiyası (1964) istifadəyə verildi, dünyada ən güclü proton sürətləndirici xofazotron
quraşdırıldı (1957). Alim və konstruktor S.P.Korolyovun rəhbərliyi altında raket texnikası işlənib hazırlanırdı.
1957-ci ildə Yer kürəsinin orbitinə ilk süni peyk çıxarıldı. 1961-ci il aprelin 12-də Y.A.Qaqarin kosmosa ilk
dəfə insanın uçuşunu nümayiş etdirdi.
2.5.10. Durğunluq dövründə rus mədəniyyəti
Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi K.M.Simonov qalır, o "Dirilər
və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur"
(1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar"
1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur.
Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğ-
unluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq
illərində sovet mətbuatı artıq Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet
rəhbərliyini olduqca əsəbiləşdirirdi. 1969-cu ildə onu Yazıçılar İttifaqından xaric edirlər. Xaricdə dərc edilmiş
"QULAQ arxipelaqı" romanına görə 1970-ci ildə yazıçı Nobel mükafatına layiq görüldüyündən, onu ölkədən
qovurlar.
Təsviri sənətə də rəhbərlik mənasız qadağalar və müvəqqəti mülayimlik arasında mövcud olan nisbi
tarazlıq üzərində qurulmuşdu. Belə ki, 1974-cü ildə Moskvada 24 avanqardçı rəssamın əsərləri nümayiş
etdirilən sərgi sentyabrın 15-də darmadağın edilir ("buldozer ağzı ilə üzləşən sərgi"), lakin artıq sentyabrın so-
nunda bu hadisənin ictimai rəydə yaratdığı güclü mənfi təsirin şahidi olan hakimiyyət rəsmiləri elə həmin
avandarqçıların iştirakı ilə başqa bir sərginin keçirilməyinə icazə verirlər. Uzun illər boyu təsviri sənətdə sosial-
ist realizminin hökmranlıq etməyi nəticəsində sovet tamaşaçı kütlələrinin bədii mədəni zövqü tənəzzülə uğrayır,
onlar gerçəkliyin əsl mənada, hərfi inikasından azacıq mürəkkəb olan şeyləri qavramaq iqtidarını itirir. 70-ci
illərin sonunda portretçi-rəssam olan, "fotoqrafik realizm" üslubunda çalışan Aleksandr Şilov böyük şöhrət
qazanır.
Böyük surətlə kino inkişaf edir. Ədəbi klassika ekranlaşdırılır. Ölkə kinematoqrafçılarının inkişafında
Sergey Fyodoroviç Bondarçukun əzəmətli "Hərb və sülh" bədii filmi (1965-1967) olduqca mühüm hadisə olur.
Məzhəkə filmləri də çəkilir. 1965-ci ildə ekranlara ifrat dərəcədə şöhrət qazanmış "I əməliyyatı" filmi (rej.
L.İ.Qayday) çıxır, Qaydayın Şurik, Qorxaq, Əbləh, Çoxgörmüş kimi kino qəhrəmanları ümumxalq sevimlilərinə
çevrilir. Rejissorun sonralar çəkdiyi filmlər ("Qafqaz əsiri" 1967, "Brilyant əl" 1969, "İvan Vasilyeviç peşəsini
dəyişir" 1973) hər dəfə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. E.A.Ryazanov yüngül, məzəli məzhəkələr
çəkir, onlardan bir çoxu (məsələn, "Taleyin kinayəsi, yaxud həmişə təmizlikdə" 1976) hələ bu gün də öz
əhəmiyyətini itirməyib. Melodram mövzusunda çəkilən filmlər də böyük nüfuza malik idi, bu filmlərin
qəhrəmanları fərdi, ailə həyatının mürəkkəb burulğanında çapalayan müasirlərimiz, adi insanlar idi
(G.N.Daneliyanın "Payız marafonu", E.A.Ryazanovun "İki nəfərlik vağzal", V.V.Menşovun "Oskar"
mükafatına layiq görülmüş "Moskva göz yaşalrına inanmır" filmi), "Baharın on yeddi anı" (rej.T.M.Lioznova),
"Görüş yerini dəyişmək olmaz" (S.S.Qovoruxin), "Səhranın bəyaz günəşi" (rej.V.Y.Motıl), "Şerlok Holmsun
sərgüzəştləri" (rej.İ.F.Maslyonnikov) kimi kəskin süjetli əsərlər yaradılır. Lakin heç də bütün filmlər kütləvi
prokata gedib çatmır. Uzun müddət A.A.Tarkovskinin kino əsərləri, məsələn, məşhur "Stalker" filmi geniş
tamaşaçı kütləsi üçün naməlum qalır.
60-70-ci illərin mədəniyyəti üçün Vasili Makaroviç Şukşinin (1929-1974) yaradıcılığı xüsusi əhəmiyyət
kəsb edir. Şukşin tanınmış yazıçı, aktyor və kinorejissor idi. Ustadın hekayə, povest və filmlərində qəribə,
"əcaib" insan əks olunmuşdur, qəhrəmanın dünyanı həssaslıq, hətta ağrı ilə duyması oxucu, tamaşaçı üçün ətraf
345
aləmə başqa gözlə baxmaq imkanı yaradır ("Orada, uzaqda" hekayə məcmuəsi, 1968, "Xarakterlər" hekayə
məcmuəsi, 1973, "Belə bir cavan yaşayır" filmi 1964, "Sobacıq-daxmacıq" filmi, 1973, "Qırmızı başınağacı"
filmi 1979).
Dramaturgiya sahəsində istedadlı sovet müəlliflərinin – A.V.Vampilovun ("Ördək ovu", 1970),
V.S.Rozovun ("Şərait", 1973), Q.İ.Qorinin (Ofşteyn) ("Herostratı unutmalı", 1972, "Həmin Münhauzen"),
A.M.Volodinin (Lifşits) ("Payız marafonu", 1979) yeni əsərləri meydana gəldi.
Sovet adamının mədəni həyatında estrada musiqisi əhəmiyyətli rol oynayırdı. "Dəmir barmaqlıq" altından
xəlvətcə süzülən Qərb rok mədəniyyəti kütləvi sovet musiqisinə də öz təsirini göstərirdi. Vokal-instrumental
ansamblların meydana çıxması ("Samotsvetı", "Pesnyarı", "Maşina vremeni" və b.) zəmanəsi idi. Məşhur
müğənnilər – Çofiya Rotaru, Valeri Leontyev və b. bütün ölkədə tanınmışdı. 70-ci illərdə ölkə estradasının
zirvəsinə Alla Puqaçova kimi yeni parlaq ulduzun yüksəlməsi dövrüdür.
Q.V.Sviridovun ("Zaman-irəli" süitası, 1965, A.S.Puşkinin "Çovğun" poemasına musiqili illüstrasiyalar,
1974) klassik musiqinin inkişafına olan təsiri olduqca əzəmətlidir. İri həcmli musiqi əsərləri, o cümlədən balet,
opera, simfoniya yaradıcısı kimi R.K.Şedrini ("Anna Karenina" baleti 1972, "Ölü canlar" operası 1977) misal
gətirmək olar. Klassik ənənələrlə yenilikçi kompozisiya üsullarının sintezi A.Q.Şnitkenin yaradıcılıq dəst-
xəttində özünü büruzə verir.
Ölkə elminin uğurları başlıca olaraq fundamental elmlər sahəsində təzahür edərək cəmləşir – əvvəllər
olduğu kimi dünyada qabaqcıl mövqeləri sovet fizikləri, kimyaçıları tutur. Sovet İttifaqı kosmik fəzanın fəthində
birinciliyi əldən vermir. Eyni zamanda sənaye nümayəndələrinin istehsalın səmərələşdirilməsində maraqlı
olmaması səbəbindən elm və mühəndis nailiyyətləri xalq təsərrüfatında tətbiq edilmir. Elmin tətbiq sahələri ol-
duqca zəif inkişaf edir. Sovet İttifaqı Kompüter texnikası sahəsində inkişaf etmiş ölkələrdən əhəmiyyətli surətdə
geri qalır.
2.5.11. 1985-1991-ci illərdə Rusiyada ictimai
və mədəni həyat
Yenidənqurma dövründə, əvvəllər, hərtərəfli nəzarət illəri boyu yalnız xəlvəti "mətbəxlərdə" müzakirə
olunan məsələlər açıq surətdə müzakirəyə çıxarıldı. Aşkarlığın üzə çıxardığı partiya nomenklaturasının
cinayətləri Kommunist partiyasını hörmətdən salaraq, həqiqət üzərindəki inhisarına son qoydu.
Aşkarlıq sovet adamına ölkənin yuvarlandığı uçurumun dərinliyini göstərdi, cəmiyyət qarşısında gələcək
inkişaf yollarını seçmək məsələsini qoydu, tarixə böyük maraq yaratdı. Sovet dövründə tarixin yazılmadığı
səhifələri bərpa edilməyə başladı. Bunlarda insanlar həyatın onların qarşısına çıxardığı suallara cavab tapmağa
çalışırdılar.
Qalın ədəbi jurnallar geniş sovet oxucu kütləsi üçün naməlum qalan əsərləri, şahidlərin xatirələrini və ta-
rixi həqiqətə yeni baxış təzahürü olan memuarları dərc edirdilər.
Bir neçə il ərzində jurnallarda və ayrı-ayrı nəşr formasında A.İ.Soljenitsının ("Birinci çevrədə", "Xərçəng
xəstələri binası", "QULAQ arxipelaqı"), Y.İ.Zamyatinin ("Biz"), M.A.Aldanovun ("Müqəddəs Yelena, kiçicik
ada"), B.L.Pasternakın ("Doktor Jivaqo"), M.A.Bulqakovun ("Usta və Marqarita"), V.V.Nabokovun ("Lolita"),
B.Pilnyakın ("Çılpaq il", "Söndürülməmiş hilal hekayəti"), A.Platonovun ("Çevenqur", "Çala") nəsr əsərləri,
Q.V.İvanovun, A.A.Axmatovanın, N.S.Qumilyovun, O.E.Mandelştamın poetik əsərləri çap edildi.
Teatr səhnəsində publisist dram üstünlük təşkil etməyə başlayır. Bu cərəyanın ən parlaq nümayəndəsi
M.F.Şatrovdur (Marşak, "Vicdanın diktaturası"). Stalinizm və Stalin repressiyaları mövzusuna toxunan əsərlər
xüsusi ictimai əks-səda yaradırdı. Onlardan heç də hamısı ədəbiyyatın gözəl nümunəsi deyildi, lakin
yenidənqurma dövrünün oxucularında hədsiz maraq doğurur, "gözdən pərdəni qaldırır", əvvəllər haqqında
danışılası mümkün olmayan şeylərdən bəhs edirdilər.
İncəsənətin digər növlərində də buna bənzər şərait müşahidə olunurdu. Əvvəllər ideoloji qadağaya məruz
qalan incəsənət xadimlərinin mirasının qızğın surətdə "qayıdışı" prosesi vüsət almışdı. Tamaşaçılar yenidən
P.Filonov, K.Maleviç, V.Kandinski kimi rəssamların əsərlərini görə bildilər.
Musiqi mədəniyyətinə A.Şnitkenin, M.Rostapoviçin yaradıcılığı qaytarıldı, musiqi "andeqraundun"un
nümayəndələri – "Nautilus", "Akvarium", "Kino" qrupları və s. geniş səhnəyə çıxmaq imkanı qazandı.
Yenidənqurma illərində bilavasitə işləyən yazıçıların, musiqiçilərin və rəssamların yaradıcılığında stali-
nizm fenomeninin bədii təhlili müəyyənləşdirici istiqamət oldu. Sovet ədəbiyyatının görkəmli təzahürlərindən
biri kimi Ç.Aytmatovun "Edam kürsüsü" romanı (1986) dəyərləndirildi. Yazıçının digər əsərlərində olduğu kimi
burada psixologizm folklor ənənələri ilə, mifoloji obrazlılıq mübaliğə ilə uyğunlaşır. Yenidənqurma dövrü
ədəbiyyatının görkəmli təzahürü, ən çox oxunan kitabı A.N.Rıbakovun "Arbatın övladları" romanı (1987) oldu.
Burada şəxsiyyətə pərəstiş dövrü 30-cu illərin nəslinin taleyi nöqteyi-nəzərindən açıqlanır. Totalitar rejim
şəraitində genetika üzrə alimlərin taleyindən, elmin vəziyyətindən V.D.Dudintsevin "Bəyaz geyimlər" (1987) və
D.A.Qraninin "Zubr" (1987) romanlarında bəhs edilir. 1944-cü ildə çeçenlərin zorakılıqla doğma torpaqlarından
346
sürgün edilməsi nəticəsində baş vermiş faciənin təsadüfi qurbanları olan uşaq evində tərbiyə alan yetim uşaqlara
A.İ.Pristavkinin "Gecələmiş qızıl bulud" romanı (1987) həsr edilmişdir.
Keçid dövründə yaradılmış əsərlərin heç də hamısı zamanın sınağından çıxa bilmədi. Təsviri sənətdə
"zəmanənin ruhu" İ.S.Qlazunovun ortabab, ümumiləşdirilmiş ("Əbədi Rusiya" 1988) əsərlərində duyulur. Tarix-
in dönüş anlarında, əvvəlki kimi, plakat aparıcı janra çevrilir.
Yenidənqurma dövrü kinematoqrafında zəmanənin tələblə-rinə cavab verən bir sıra görkəmli bədii və
sənədli filmlər – T.Abuladzenin "Tövbə", Y.Podniyeksin "Gənc olmaq asan deyil", S.Qovoruxinin "Belə
yaşamaq olmaz", Y.Karamın "Sabah müharibə oldu", "Əlli üçüncü ilin soyuq yayı" filmləri meydana gəldi.
ölkənin taleyindən bəhs edən düşüncələrlə zəngin olan ciddi, dərin filmlərlə yanaşı bəzi müəlliflərin
tamaşaçıların marağını qazanmaq naminə gerçəkliyi qara boyalarla təsvir etməsinin məhsulu kimi bir sıra ol-
duqca zəif filmlər də işıq üzü gördü. Belə filmlər qalmaqallı şöhrət qazanmaq üçün idi, onların obrazlar sistemi
lazımsız naturalizmdən, yataq səhnələrindən və digər bayağı üsullardan qaçan ənənəvi sovet kinematoqrafı ilə
ziddiyyət təşkil edilmə üzərində qurulmuşdur. Belə filmlər loru dildə "bulaşıq" filmlər ("Balaca Vera" rej.
V.Piçul) adlandırıldı.
Mədəni və ictimai həyatda publisistika görkəmli rol oynayırdı. "Znamya", "Novıy mir", "Oqonyok"
jurnallarında, "Literaturnaya qazeta"da məqalələr dərc edilirdi. O dövrdə həftəlik "Arqumentı i faktı" qəzeti
oxucuların böyük sevgisini qazanmışdı. Yenidənqurma dövründə "A i F"-in tirajı ağlasığmaz həddə yüksələrək
"Ginnes rekordları kitabına" düşdü.
Lakin ən böyük auditoriyada "Vzqlyad" ("Nəzər"), "Dvenadtsatıy etaj" ("On ikinci mərtəbə")," Do i posle
polunoçi" ("Gecə yarıdan əvvəl və sonra"), "600 sekund" ("600 saniyə") kimi televiziya publisist verlişləri malik
idi. Bu verilişlər tamaşaçıların əksəriyyəti üçün namünasib vaxtda efirə buraxıldığına (gecə yarıdan keçmiş)
baxmayaraq olduqca böyük şöhrət tapmışdı, burada gedən süjetlər ümumxalq müzakirəsinə səbəb olurdu.
Jurnalistlər müasir dövrün ən qızğın və həyəcanlı mövzularına - gənclərin problemlərinə, Əfqanıstan
müharibəsinə, təbii fəlakətlərə və s. mövzulara toxunurdular. Proqramların aparıcıları ənənəvi sovet diktorlarına
bənzəmirdi- açıq- saçıq, müasir, ağıllı idilər (V.Listyev, V.Lyubimov, V.Molçanov və b.).
Təhsil sahəsində Yenidənqurmanın nəticələri heç də bir mənalı deyil. Aşkarlıq bir tərəfdən orta və ali
məktəblərdə mövcud olan ciddi çatışmazlıqları, maddi-texniki imkanların zəifliyini, orta və ali məktəb proqram
və dərsliklərinin həyatdan geri qalmasını, ənənəvi tərbiyəvi vasitələrin (iməciliklər, pioner toplantıları, Timurçu
dəstələr) köhnəlməsini, nəticə etibarı ilə təsirini itirməsini üzə çıxardı. Beləliklə təcili dəyişikliklərin zərurəti
ortaya çıxdı.
Digər tərəfdən, yaranmış vəziyyəti düzəltmək cəhdləri yalnız tədris prosesinin keyfiyyətinin pisləşməsi ilə
nəticələndi. Köhnə dərsliklərdən imtina edən məktəb ya tamam dərsliksiz qalırdı, ya da keyfiyyəti şübhə
doğuran dərsliklərdən istifadə etmək məcburiyyəti ilə üzləşirdi. Məktəbdə yeni fənn proqramlarının tətbiqi
("Ailə həyatı etikası və psixolgiyası", "İnformatika") hazırlıq cəhətdən axsayırdı - yeni fənləri təlim etməyə ixti-
sas müəllimləri hazır deyildi, texniki vəsait, tədris-metodik ədəbiyyat yox dərəcəsində idi. Mənəvi cəhətdən
ömrünü tapşırmış pioner və komsomol təşkilatları nəhayət ləğv edildi, lakin əvəzində yeniləri yaradılmadı -
beləliklə gənc nəsil tərbiyə prosesindən kənarda qaldı. Bir çox halda "dəyşikliklər" sadəcə ad dəyişmə ilə nəticə-
ləndi - orta məktəblər, texniki peşə məktəbləri və texnikumlar kütləvi surətdə gimnaziya, litsey, kollec, hətta
akademiya adlandırıldı. Lakin ad dəyişmə yolu ilə mahiyyət dəyşilmədi. Zamanın tələblərinə cavab verən çevik
təhsil sistemi yaratmaq cəhdləri müəllim kütləsinin əsas hissəsinin ətaləti və vəsait azlığı ilə üzləşdi.
Xalq təhsili üçün ümumi olan problemlərlə yanaşı, ali məktəb müəllim çatışmazlığı problemi ilə üzləşdi, on-
lardan bir çoxu ali məktəbi tərk edərək özəl şirkətlərə üz tutur, xaricə işləməyə gedirdilər.
"Beyin axını" problemi elm sahəsi üçün daha ağır nəticələrə gətirib çıxardı. Yenidənqurma illərində
tətbiqi elmlərdə canlanma baş versə də, on illər boyu milli fəxr obyekti olan fundamental elmlər maddi-maliyyə
vəsaitinin azlığı ucbatından, alimin cəmiyyətdə ictima əhəmiyyətinin heçə endirilməsi səbəbindən tənəzzülə
uğrayır.
Bütövlükdə, Yenidənqurmanın mədəni nəticələri hələ özünün dəyərləndirilməsini gözləyir. Yəqin etmək
mümkündür ki, demokratikləşmənin müsbət cəhətləri ilə (mirası kölgədə qalmış, adlarına qadağa qoyulmuş
yazıçıların, rəssamların, musiqiçilərin yaradıcılığının dirçəlişi, ümumi mədəni həyatın canlanması) yanaşı, axıra
qədər düşünülməmiş, kal islahatların mənfi nəticələrinə (təhsil sistemində uçurumun dərinləşməsi, funda-mental
elmlərin tənəzzülü) göz yummaq mümkün deyil.
|