Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ polis akademiyasi kafedra



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix15.01.2023
ölçüsü0,64 Mb.
#79275
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
203 movzu N 1. huquq munasibetleri

 
13 
münasibətlərdə isə dövlət çıxış edə də bilər, etməyə də bilər. Hüquq münasibətlərinin 
müəyyən tərkib hissəsi və quruluşu vardır ki, bunlar birlikdə hüquq münasibətlərinin 
ümumi anlayışını əmələ gətirirlər. Hüquq münasibətlərini digər münasibətlərdən 
fərqləndirən əsas xüsusiyyətlərdən biri də hüquq münasibəti subyektlərinin müəyyən 
hüquq və vəzifələrə malik olmalarıdır. Əsas bu subyektlər iki tərəfdən ibarət olur. 
Məsələn: alqı-satqıda alıcı və satıcı, istintaqda müstəntiq və şahid. Öz tərkibinə görə 
hüquq münasibətlərinin subyektləri fərdi və kollektiv növlərə bölünə bilər. Hüquq 
münasibətinin subyekti olmaq üçün ilk növbədə hüquq subyekti olmaq lazımdır. 
Hüquq subyektivliyi isə şəxsin özəl xüsusiyyətidir, hüquqi vəziyyətidir. O, özündə 3 
elementi birləşdirir.
1. 
Hüquq qabiliyyəti – hüquq və vəzifələrə malik olmaq qabiliyyəti 
2. Fəaliyyət qabiliyyəti – öz fəaliyyəti ilə hüquq və vəzifələr əldə etmək 
qabiliyyəti 
3. Delik qabiliyyəti – hərəkətlərinə görə hüquqi məsuliyyət daşıma 
qabiliyyəti. 
Hüquq münasibətləri ilə digər ictimai münasibətlərin fərqi onların 
subyektlərində daha çox nəzərə çarpır. Hüquq münasibətlərinin subyekti dedikdə 
hüquq normalarına müvafiq olaraq subyektiv hüquq və vəzifələrin daşıyıcısı olan 
ayrı-ayrı fərdlər və təşkilatlar başa düşülür. Bu subyektlərə özəllik verən onların 
hüquqiliyidir. Ancaq bu fərdlər və təşkilatlar digər münasibətlərə də daxil ola bilərlər. 
Hüquq münasibətlərinin subyekti olmaq üçün müəyyən məhdudiyyətlərin qoyulması 
onlara spesifik xüsusiyyətlər verir. Məsələn: azyaşlı uşaqlar, ruhi xəstələr, ləğv 
olunmuş təşkilatlar hüquq münasibətlərində iştirak edə bilməzlər. Hüquq 
münasibətləri digər münasibətlərdən daha çox subyektlərinə görə fərqlənir. Hüquq 
münasibətlərinin iştirakçıları kimi hüququn subyektləri hüquq qabiliyyətinə və 
fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Hüquq qabiliyyəti dedikdə şəxsin dövlət 
tərəfindən müəyyən edilən hüquq və vəzifələrə malik olma qabiliyyəti başa düşülür. 
Fəaliyyət qabiliyyəti isə şəxsin öz hərəkətləri nəticəsində əldə etdiyi hüquq və 
vəzifələr başa düşülür. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin